Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-810/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Sabunçu rayon İcra Hakimiyyəti Başçısının yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Komissiyanın məsul katibi Qanuni nümayəndə və müdafiəçisi X9 iştirakları ilə 22 sentyabr 2004-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş, subay, natamamorta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, fərdi ev 631-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs X28 tərəfindən ağır cinayətin törədilməsinə cəlb edilərək sonuncu, habelə X17 və Zeynalova Esmira Hicran qızı ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən Aydın Qasımovun istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 631 nömrəli fərdi evə gətirdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,600 qram psixotrop maddə olan metamfetamini və təmiz çəkisi 0,475 qram narkotik vasitə heroini Ramılya Zeynalova tərəfindən çəkilib birdəfəlik istifadə üçün xırda bağlamalara büküldükdən sonra birlikdə saxlamış, 09.10.2020-ci il tarixində müştəri qismində Ramılya Zeynalovaya əvvəlcədən telefonla müraciət edib qiyməti və miqdarı razılaşdırmış, yaşadıqları ünvana gəlmiş, şərti alıcı Şahid1 yaxınlaşıb pulu götürüb Esmira Zeynalovaya verərək Şahid1 narkotik vasitə və psixotrop maddə istədiyini bildirmiş, sonuncunun Ramılya Zeynalovanın tapşırığına əsasən alıcıya çatdırması üçün verdiyi həmin narkotik vasitə heroinin 0,029 qram, psixotrop maddə metamfetaminin isə 0,205 qram hissəsini, saat 19 radələrində ünvan 1 ünvanının qarşısında 80 (səksən) manat qarşılığında Şahid1 verərək satmış, 09.10.2020-ci il tarixdə saat 19:30 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadıqları ünvan 1-ə baxış keçirilən zaman evin yataq otağından üzərində “K” hərfi qeyd edilmiş bir ədəd kibrit qutusunda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,025 qram, 0,051 qram, 0,040 qram, 0,091 qram, 0,017 qram, 0,031 qram ümumi təmiz çəkisi 0,255 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “P” hərfi qeyd edilmiş kibrit qutusunda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,092 qram, 0,042 qram, 0,035 qram, 0,024 qram, 0,031 qram, 0,015 qram, 0,016 qram, 0,026 qram, 0,018 qram, 0,017 qram, 0,040 qram, 0,031 qram, 0,032 qram, 0,024 qram, 0,003 qram ümumi təmiz çəkisi 0,446 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,043 qram, 0,050 qram, 0,014 qram ümumi təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərinə keçirilən şəxsi axtarış zamanı isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,033 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək, şərti alıcı Şahid1 tərəfindən isə onlardan alınmış bir büküm ümumi təmiz çəkisi 0,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,040 qram, 0,059 qram, 0,051 qram 0,055 qram, ümumi təmiz çəkisi 0,205 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin təqdim edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 631 nömrəli fərdi evdə bacısı Ramılya, onun həyat yoldaşı Aydın, bacısı qızları Ləman, Esmira, bacısının oğlanları Çingiz və Eminlə birlikdə yaşamışlar. X6 uzun müddət idi ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edirdi. Bu səbəbdən də bacısı Ramilya tibb bacısı və uşaq himayəçisi kimi işləyərək ailəni maddi cəhətdən təmin edirdi. 2020-ci ilin mart ayından “Covid-19” pandemiyası ilə əlaqədar karantin rejimi elan edildiyindən bacısı heç bir yerdə işləyə bilməmiş, bu səbəbdən də ailələrinin maddi imkanında problemlər yaranmışdır. Həmin ərəfədə X6 narkotik vasitələrin və psixotrop maddələrin satışında yaxşı qazanc olduğunu bildirərək bacısı Ramılyaya birlikdə həmin işi görməyi təklif etmişdir. Maddi imkanları çox pis olduğundan bacısı Ramılya əri Aydınla razılaşmış, əri Aydın Bakı şəhəri, Suraxanı rayonunda yaşayan Əminə adlı qadından narkotik vasitə və psixotrop maddə alaraq evə gətirmişdir. Bundan sonra bacısı da həmin narkotik vasitəni və psixotrop maddəni birdəfəlik istifadə üçün nəzərdə tutulmuş bükümlərə ayırmışdır. Sonra bacısı və yeznəsi Aydın bükümlərə ayrılmış narkotik vasitələri müxtəlif şəxslərə satmışlar. X6 14 sentyabr 2020-ci il tarixində Sabunçu RPİ-nin 14-cü PB-i tərəfindən tutulmuşdur. Aydın tutulduqdan bir neçə gün sonra evə gəlmiş və gəldiyi zaman bacısı ondan hansı qaydada buraxıldığını soruşmuş, Aydında ona polis əməkdaşlarının onunla bağlı araşdırma apardığını və sonra buraxdıqlarını bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Aydın ona narkotik vasitə və psixotrop maddə verərək evlərinin yaxınlığında yerləşən dükanın qarşısında bir nəfər gələrək ondan götürəcəyini və pul verəcəyini bildirmişdir. O da Ayınla razılaşmış və ondan narkotik vasitə, eyni zamanda psixotrop maddə götürərək deyilən dükanın qarşısına getmiş, orada həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanımadığı bir şəxsə vermiş, həmin şəxsində ona verdiyi pulu evə gətirib Aydına vermişdir. Bundan sonra bacısı əri Aydının onun vasitəsilə narkotik vasitə və psixotrop maddə satmasından xəbər tutmuş, bu səbəbdən də onların arasında mübahisə düşmüşdür. Həmin vaxtı yeznəsi Aydın onu narkotik vasitə və psixotrop maddə satışına cəlb etməyəcəyini bildirmiş, lakin bir neçə gün sonra yenidən Aydın ona narkotik vasitə və psixotrop maddə verərək onu satmağı tapşırmışdır. Aydın ona verdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini evlərinin yanından bir nəfər şəxsin gələrək götürəcəyini və pul verəcəyini bildirmişdir. O da Aydının ona verdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini onun tapşırdığı kimi evlərinin yaxınlığında tanımadığı şəxsə verərək ondan aldığı pulu yenə də gətirib Aydına vermişdir. Bundan sonra bacısı əri Aydının yenə də onun vasitəsi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmasından xəbər tutduğu üçün aralarında daha böyük mübahisə olmuş, bu səbəbdən də bacısı əri Aydını yaşadığı evdən qovmuşdur. Yeznəsi Aydın evdən çıxıb getdikdən sonra onun evə gətirdiyi narkotik vasitələrin və psixotrop maddələrin qalan hissəsini bacısı evə çörək almaq üçün özü satmağa başlamışdır. X6 evdən getdikdən sonra bir neçə dəfə ona zəng edərək bir neçə şəxsə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin çatdırmasını tapşırmışdır. O da onun tapşırığı ilə evdə olan narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən götürərək Aydının göndərdiyi adamlara çatdırmış, onların verdiyi pulları yenə də gətirib onlara vermişdir. Bacısı Ramılya bunu da bildikdən sonra əri Aydın zəng edərək öz etirazını ona bildirmişdir. 09 oktyabr 2020-ci il tarixində, axşam saatlarında yaşadıqları fərdi evin qarşısında dayandığı zaman əvvəllər bacısının evində usta işləmiş, Elvin ona yaxınlaşmış, bacısı Ramılya ilə danışdığını bildirərək 80 manat pulu ona vermiş və ona 1 büküm narkotik vasitə heroin, 4 büküm psixotrop maddə metamfetamin gətirməyi tapşırmışdır. O da Elvinin ona verdiyi pulu götürərək evə keçmiş, bacısı Ramılya ilə bacısı qızı Esmiranın oturduğunu görmüş, o onlara yaxınlaşaraq Elvinin gəldiyini, 1 büküm narkotik vasitə heroin, 4 büküm psixotrop maddə metamfetamin istədiyini deyib, bunun üçün 80 manat pul verdiyini bildirmişdir. Bu zaman bacısı Ramılya ondan xəbərinin olduğunu bildirmiş, həmin vaxtı bacısı qızı Esmira yerindən qalxaraq ondan pulu götürərək saymış və pulu saydıqdan sonra bacısı Ramılyaya 80 manat olduğunu bildirib pulu bacısı Ramılyaya vermişdir. Sonra Esmira öz yatdığı otağa keçərək orada saxladığı narkotik vasitə heroinlərdən 1 büküm, psixotrop maddə metamfetamindən isə 4 büküm götürərək geri qayıtmış, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetaminləri ona vermişdir. O, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürərək otaqdan çıxaraq getmiş və bir neçə dəqiqə sonra geri qayıdaraq Elvinin maddələri götürərək getdiyini bildirmişdir. Bundan sonra bacısı 80 manat pulu qırmızı rəngli pul qabına qoymuş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketə gedərək bazarlıq edəcəyini bildirərək bunun üçün taksi fəaliyyəti göstərən Şahin adlı şəxsə zəng edərək yaşadıqları evə çağırmışdır. Bacısı Şahini çağırdıqdan sonra ondan istifadə etməsi üçün psixotrop maddə metamfetmin istəmiş, bacısı psixotrop maddə istifadəçisi olduğu üçün etiraz etməmiş və Esmiraya ona psixotrop maddə verməsini tapşırmışdır. Bacısı qızı Esmira otağına keçərək ona bir büküm psixotrop maddə metamfetamin gətirmiş, həmin metamfetamini götürərək əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan bir neçə dəqiqə sonra taksi sürücü Şahin onların evinə gəlmiş və o, gəldikdən sonra bacısı hazırlaşacağını bildirərək Şahindən hazırlaşana qədər evdə oturaraq gözləməsini xahiş etmişdir. Şahin heç bir problemin olmadığını bildirdikdən sonra bacısı hazırlaşmaq üçün digər otağa keçmiş, orada hazırlaşdığı zaman çöldən kiminsə bacısını çağırdığını eşitmişdir. Səsə çölə çıxmış və bir neçə polis əməkdaşının gəldiyini görmüş, onlardan nə lazım olduğunu soruşduğu zaman polis əməkdaşları bacısı Ramılyanı çağırmağı xahiş etmişlər. O, dərhal evə keçmiş və bacısını çağırmış, bacısı otaqdan çölə çıxmış və ondan gələn şəxslərin kim olduğunu soruşmuş, o da bacısı Ramılyaya polis əməkdaşlarının gəldiyini və onu çağırdıqlarını bildirmişdir. İlk əvvəl bacısı Ramılya, daha sonra onlar onun arxası ilə çölə çıxmış, polis əməkdaşları bacısı Ramılyaya yaxınlaşaraq özlərini təqdim etmiş və bacısına narkotik vasitələri əldə etmə, saxlama, daşıma və gəzdirmədə şübhəli bilindiyini qeyd edərək evə baxış keçiriləcəyini deyərək videoçəkilişlə, vəkilin iştirakı olmadan evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Bacısı onların dediklərinə etiraz etməmiş və bundan sonra polis əməkdaşları evə baxış keçirmiş, baxış zamanı Esmiranın yatdığı otaqda gizlədilən narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onları polis bölməsinə dəvət etmiş və onlar polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. İlk əvvəl bacısı Ramılyanı, daha sonra isə Esmiranı ayrı-ayrılıqda xidməti otağa dəvət edib, onlarla bir müddət istintaq hərəkətləri etdikdən sonra onları otaqdan çıxartmışlar. Sonra o, həmin otağa dəvət edilmiş, otağa daxil olduqdan sonra barəsində tutma haqqında qərar qəbul edilmiş və müdafiəçi, eyni zamanda qanuni nümayəndə ilə təmin edilməklə hüquq və vəzifələri ona izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları barəsində şəxsi axtarış keçiriləcəyini bildirərək şəxsi axtarışın ona təyin edilmiş vəkilin iştirakı olmadan videoçəkilişlə keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları qanuni nümayəndəsinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlamışlar. Şəxsi axtarış keçirilməzdən əvvəl könüllü şəkildə üzərində olan əşyaları təqdim etməsini ona təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan cins şalvarın sağ yan cibindən bir büküm psixotrop maddə metamfetamini çıxardaraq təqdim etmiş və üzərində başqa heç bir əşyanın, eyni zamanda qanunla saxlanılması, daşınması qadağan edilən əşyaların olmadığını bildirmişdir. Onun bu sözündən sonra üzərinə şəxsi axtarış keçirilmiş və digər heç bir əşya, maddə və predmet aşkar edilməmişdir. Polis əməkdaşları üzərindən aşkar edilən maddənin nə olduğunu, haradan əldə etdiyini və nə üçün üzərində gəzdirdiyini soruşmuşlar. O, polis əməkdaşlarının sualına cavab olaraq üzərindən aşkar edilən maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, öz istifadəsi üçün bacısı Ramılyanın verdiyini və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilmiş və həmin protokol onun, eyni zamanda orada iştirak edən polis əməkdaşları və qanuni nümayəndəsi tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 09.10.2020-ci il tarixində axşam saatlarında bacısı Ramılyadan öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Şahinin ancaq taksi kimi bacısı Ramılyanı marketə apardığını, bacısı Ramılyanın bir neçə dəfə taksi pulunun əvəzinə Şahinə narkotik vasitə və psixotrop maddə vermiş, eyni zamanda Şahinin özü də bir neçə dəfə 10 manat verərək narkotik vasitə və psixotrop maddə almışdır. X37 Hicran qızının narkotik vasitələrdən və psixotrop maddədən hansı şəraitdə istifadə etməsindən məlumatı olmamışdır. X18 adlı şəxsin bacısının tanışı olduğunu, onun harada qalmasını və nə işlə məşğul olmasını bilməmiş, bacısı Ramılya isə psixotrop maddə metamfetamindən istifadə etmişdir. Hazırda o, əməlindən səmimi peşmandır, valideyinlərinin himayəsində olmamasının və özündən yaşca böyük olan ögey bacısının əri Aydın Qasımovun onu cinayətə cəlb etməsinin onun bu kimi əməlləri törətməsinə səbəb olduğunu bildirərək, məhkəmədən onun barəsində mümkün olduğu qədər aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 631 nömrəli fərdi evdə həyat yoldaşı Aydın, qızları Ləman, Esmira, oğlanları Çingiz və Emin, ögey qardaşı İslamla birlikdə yaşamışlar. Həyat yoldaşı X28 uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Bu səbəbdən tibbi bacısı və uşaq himayəçisi kimi işləyərək ailəni maddi cəhətdən təmin etmişdir. 2020-ci ilin mart ayından “Covid-19” pandemiyası ilə əlaqədar karantin rejimi elan edildiyindən heç bir yerdə işləyə bilməmişdir. Bu səbəbdən də ailəsinin maddi imkanında problemlər yaranmış, həmin ərəfədə həyat yoldaşı X28 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Həyat yoldaşı X28 14 sentyabr 2020-ci il tarixində Sabunçu RPİ-nin 14-cü PB-i tərəfindən tutulmuş, tutulduqdan bir neçə gün sonra o, evə gəlmiş və gəldiyi zaman Aydından hansı qaydada buraxıldığını soruşmuşdur. Aydın da polis əməkdaşlarının onunla bağlı araşdırma apardığını və sonra buraxıldığını bildirmiş, bu hadisədən bir neçə gün sonra Aydının ögey qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışına cəlb etdiyini anlamışdır. Belə ki, Aydın kiminləsə danışdıqdan sonra bükümlərə ayrılmış narkotik vasitələrdən və psixotrop maddələrdən götürərək İslama vermiş və evlərinin yaxınlığında bir nəfər şəxslə görüşərək ona verməyi tapşırdığını eşitmişdir. Bu səbəbdən həyat yoldaşı X28 ilə aralarında mübahisə düşmüş və ondan İslamı narkotik vasitələrin, eyni zamanda psixotrop maddələrin satışına cəlb etməməyi tələb etmişdir. Həyat yoldaşı X28 ögey qardaşı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışına cəlb etməyəcəyini bildirmiş, lakin bir neçə gün sonra yenidən Aydının İslamı narkotik vasitə və psixotrop maddə satmağa cəlb etdiyini görmüşdür. Bu səbəbdən də Aydınla daha böyük mübahisələri olmuş və Aydını evdən qovmuş bu səbəbdən də Aydın evdən çıxıb getmişdir. 09.10.2020-ci il tarixində, saat 18:00 radələrində evdə olduğu zaman qızı Zeynalova Esmira Hicran qızı ilə evdə oturduğu vaxt İslam otağa daxil olmuş, Elvinin gəldiyini, 80 manat pul verdiyini bildirmişdir. Belə ki, Elvinin onlara öncədən 100 manat məbləğində borcu olmuşdur. Bundan sonra o, 80 manat pulu qırmızı rəngli pul qabına qoymuş və qızı Esmiraya Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketə gedərək bazarlıq edəcəyini bildirərək bunun üçün taksi fəaliyyəti göstərən Şahin adlı şəxsə zəng edərək yaşadığı evə çağırmışdır. Bir neçə dəqiqə sonra Şahin onların evinə gəlmiş və o, gəldikdən sonra ondan hazırlaşacağını bildirərək hazırlaşana qədər evdə oturaraq gözləməsini xahiş etmişdir. Şahin heç bir problemin olmadığını bildirdikdən sonra o, hazırlaşmaq üçün digər otağa keçmiş, orada hazırlaşdığı zaman çöldən kiminsə onu çağırdığını eşitmişdir. Səsə İslam çölə çıxmış və bir neçə saniyə sonra içəri daxil olaraq onu çağırmış, İslamdan gələn şəxsin kim olduğunu soruşduğu zaman İslam polis əməkdaşlarının gəldiyini və onu çağırdıqlarını bildirmişdir. O, dərhal çölə çıxmış və çıxdığı zaman bir neçə polis əməkdaşının gəldiyini görmüşdür. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələri əldə etmə, saxlama, daşıma və gəzdirmədə şübhəli bilindiyini qeyd edərək evə baxış keçiriləcəyini deyərək videoçəkilişlə, vəkilin iştirakı olmadan evə baxış keçirilməsinə etirazının olubolmamasını soruşmuşlar. O, etiraz etməmiş və bundan sonra polis əməkdaşları evə baxış keçirtmiş, baxış zamanı Esmiranın yatdığı otaqdan narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüş, Bundan sonra polis əməkdaşları onu bölməyə dəvət etmişlər. Bölməyə getdikdən sonra barəsində tutma haqqında qərar qəbul edilmiş və müdafiəçi ilə təmin edilməklə hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları barəsində şəxsi axtarış keçiriləcəyini bildirərək şəxsi axtarışın ona təyin edilmiş vəkilin iştirakı olmadan videoçəkilişlə keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları şəxsi axtarış keçirilməzdən əvvəl könüllü şəkildə üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, üzərində olan pul qabını könüllü şəkildə onlara təqdim etmiş və üzərində başqa heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra əynində olan paltarların ciblərinə baxış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi qırmızı rəngli pul qabının içərisinə polis əməkdaşları tərəfindən baxış keçirildiyi zaman oradan 01 ədəd X10 məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd “Azəriqaz” İB-nə məxsus plastik kart, 01 ədəd “Bakı Kart” məxsus plastik kart, 01 ədəd "xxxx" ASC-nə məxsus plastik kart, 01 ədəd “Araz supermarketə” aid plastik kart, 01 ədəd “Nokia Xperia” markalı mobil telefon, 05 ədəd 20 manatlıq, 07 ədəd 10 manatlıq, 04 ədəd 05 manatlıq və 05 ədəd 01 manatlıq əskinaslar şəkilində ümumilikdə 195 manat nəğd pul aşkar edilərək götürülmüşdür. Həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını, narkotik vasitələrin və psixotrop maddələrin satışını yalnız Aydının həyata keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zeynalova Esmira Hicran qızı ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 631 nömrəli fərdi evdə anası Ramılya, ögey atası Aydın, bacısı Ləman, iki qardaşı Çingiz, Emin və anasının ögey qardaşı İslamla birlikdə yaşamışlar. X7 ilə ailəli olmuşdur. Sonradan isə Zaur Əliyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Zaur Əliyevlə evli olduğu müddətdə anasının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 631 nömrəli fərdi evdə yaşamışdır. Anası əvvəllər tibbi bacısı və uşaq himayəçisi kimi işləyərək onları saxlamış, 2020-ci ilin mart ayından “Covid- 19” pandemiyası ilə əlaqədar karantin rejimi elan edildiyindən anası heç bir yerdə işləyə bilməmişdir. Bu səbəbdən X28 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Belə ki, ögey atası Aydın Bakı şəhəri, Suraxanı rayonunda yaşayan Əminə adlı qadından narkotik vasitə və psixotrop maddə alaraq evə gətirmişdir. Ögey atası X28 14 sentyabr 2020-ci il tarixində Sabunçu RPİ-nin 14-cü PB-i tərəfindən tutulmuşdur. O, tutulduqdan bir neçə gün sonra evə gəlmiş və gəldiyi zaman anası ondan hansı qaydada buraxıldığını soruşmuşdur. Aydın isə polis əməkdaşlarının onunla bağlı araşdırma apardığını və daha sonra buraxdıqlarını bildirmişdir. Bu hadisədən bir neçə gün sonra anası Ramılya Aydının ögey dayısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışına cəlb etdiyini anlamışdır. Belə ki, Aydın kiminləsə danışdıqdan sonra bükümlərə ayrılmış narkotik vasitələrdən və psixotrop maddələrdən götürərək İslama vermiş və evlərinin yaxınlığında bir nəfər şəxslə görüşərək ona verməyi tapşırdığını anası eşitmişdir. Bu səbəbdən ögey atası X28 ilə anası arasında mübahisə düşmüş və anası Aydından İslamı narkotik vasitələrin, eyni zamanda psixotrop maddələrin satışına cəlb etməməyi tələb etmişdir. Ögey atası X28 ögey dayısı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışına cəlb etməyəcəyini bildirmişdir. Lakin bir neçə gün sonra anası yenidən Aydının İslamı narkotik vasitə və psixotrop maddə satmağa cəlb etdiyini görmüşdür. Bu səbəbdən X28 ilə daha böyük mübahisələri olmuş və anası ögey atası Aydını evdən qovmuşdur. Bu səbəbdən X28 evdən çıxaraq getmişdir. 09.10.2020-ci il tarixində, axşam saatlarında evdə oturub anası ilə söhbət etdiyim zaman ögey dayısı Təqsirləndirilən şəxs yanlarına gəlmiş və o, Elvinin gəldiyini, 80 manat pul verdiyini bildirmişdir. Belə ki, Elvinin onlara öncədən 100 manat məbləğində borcu olmuşdur. Bundan sonra anası 80 manat pulu qırmızı rəngli pul qabına qoymuş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketə gedərək bazarlıq edəcəyini bildirərək bunun üçün taksi fəaliyyəti göstərən Şahin adlı şəxsə zəng edərək yaşadıqları evə çağırmışdır. Bir neçə dəqiqə sonra Şahin onların evinə gəlmiş və o, gəldikdən sonra anası hazırlaşacağını bildirərək Şahindən hazırlaşana qədər evdə oturaraq gözləməsini xahiş etmişdir. Şahin heç bir problemin olmadığını bildirdikdən sonra anası hazırlaşmaq üçün digər otağa keçmişdir. Orada hazırlaşdığı zaman çöldən kiminsə anasını çağırdığını eşitmişdir. Səsə İslam çölə çıxmış və bir neçə saniyə sonra içəri daxil olaraq anası Ramılyanı çağırmışdır. Anası otaqdan çölə çıxmış və İslamdan gələn şəxsin kim olduğunu soruşmuşdur. İslam isə polis əməkdaşlarının gəldiyini və anası Ramılyanı çağırdıqlarını bildirmişdir. İlk əvvəl anası Ramılya, daha sonra onlar onun arxası ilə çölə çıxmış və çıxdıqları zaman bir neçə polis əməkdaşının gəldiyini görmüşlər. Polis əməkdaşları anasına yaxınlaşaraq özlərini təqdim etmişlər və anasına narkotik vasitələri əldə etmə, saxlama, daşıma və gəzdirmədə şübhəli bilindiyini qeyd edərək evə baxış keçiriləcəyini deyərək videoçəkilişlə, vəkilin iştirakı olmadan evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Anası etiraz etməmiş və bundan sonra polis əməkdaşları evə baxış keçirtmişlər. Baxış zamanı onun yatdığı otaqdan narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onları bölməyə dəvət etmişlər və onlar polis əməkdaşları ilə birlikdə bölməyə getmişlər. İlk əvvəl anasını xidməti otağa dəvət etmişlər və onunla bir müddət istintaq hərəkətləri etdikdən sonra anasını otaqdan çıxartmışlar. Daha sonra onu həmin otağa dəvət etmişlər. Otağa daxil olduqdan sonra barəsində tutma haqqında qərar qəbul edilmiş və müdafiəçi ilə təmin edilməklə hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları barəsində şəxsi axtarış keçiriləcəyini bildirərək şəxsi axtarışın ona təyin edilmiş vəkilin iştirakı olmadan videoçəkilişlə keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları şəxsi axtarış keçirilməzdən əvvəl könüllü şəkildə üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra üzərində olan “Xiomi Redmi” markalı mobil telefonunu, eyni zamanda bir qutu “Pall Mall” markalı siqareti və bir ədəd alışqanı polis əməkdaşlarına təqdim edərək üzərində başqa heç bir əşyanın, eyni zamanda qanunla saxlanılması, daşınması qadağan edilən əşyaların olmadığını bildirmişdir. Onun bu sözündən sonra üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya, maddə və predmet aşkar edilməmişdir. Təqdim etdiyi “Xiomi Redmi” markalı mobil telefon aparatı qablaşdırılaraq götürülmüş, siqaret və alışqan isə ona qaytarılmışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilmiş və həmin protokol onun, eyni zamanda orada iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Anası Ramılya ilə birlikdə narkotik vasitə və ya psixotrop maddə almağa getməmiş, anasının özünün də narkotik vasitə və psixotrop maddə almağa getmədiyini, ilk vaxtlar ögey atası Aydının narkotik vasitə və psixotrop maddə alaraq evə gətirdiyini və satışını həyata keçirdiyini, ögey atası Aydının ilk əvvəl narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Suraxanı rayonunda yaşadığını bildiyi Əminə adlı qadından alaraq evə gətirdiyini, ögey atası Aydının evdən getdikdən sonra anası Ramılyanın narkotik vasitə və psixotrop maddə almağa getmədiyini, çünki ögey atası Aydının evdən getməmişdən əvvəl alaraq evə gətirdiyi narkotik vasitə və psixotrop maddələrə sataraq qurtarmadıqlarını, polis əməkdaşları tərəfindən evlərinə baxış zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ögey atası Aydının tutulmamışdan bir neçə gün əvvəl alaraq satmaq üçün evə gətirdiyini, sonradan atası ilə anası arasında münaqişə olduğundan və ögey atası Aydının evdən getdiyi üçün narkotik vasitənin evdə qaldığını, Şahinin ancaq taksi kimi anası Ramılyanı marketə apardığını, təqribən 1 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən çəkərək istifadə etdiyini, anası Ramılyanın psixotrop maddə metamfetamin istifadə etdiyini, İslamın isə narkotik vasitə heroindən istifadə etdiyini, Təqsirləndirilən şəxs ilk dəfə narkotik vasitəni ögey atası X21 təklif etdiyini və onun istifadə etməsinə şərait yaratdığını, həyat yoldaşı Zaurun da narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, bu şəraitdə meylinin yarandığını və narkotik vasitə, eyni zamanda psixotrop maddə istifadə etməyə başladığını, X18 adlı şəxsin anasının tanışı olduğunu, onun harada qalmasını və nə işlə məşğul olmasını bilməmişdir. Onlar narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrin satışını yalnız Aydının həyata keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, yuxarıda qeyd edilən ünvanda həyat yoldaşı, oğlanları, ögey qızları və qaynı ilə birlikdə yaşayır. 1992-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satmaya görə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzamı çəkdikdən sonra 1998-ci il tarixində azadlığa çıxaraq Azərbaycan Respublikasına qayıtmış və burada mebel ustası kimi fəaliyyət göstərməyə başlamışdır. Təqribən 2007-ci il tarixində X17 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra X8 əvvəlki nikahından olan qızları Zeynalova Esmira Hicran qızı, Zeynalova Ləman Hicran qızı və ögey qardaşı Təqsirləndirilən şəxs da onlarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində dünyasını dəyişmiş babası X13 məxsus evdə yaşamağa başlamışlar. 2011-ci il tarixində birgə nikahlarından Çingiz Qasımov, 2016cı il tarixində isə Emin Qasımov adlı iki oğulları olmuşdur. Uşaqları olduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, ev 631-də yerləşən və dünyasını dəyişmiş qaynanası Esmiraya məxsus fərdi evdə yaşamağa başlamışlar. Həmin evdə yaşamağa başladıqları vaxtlarda həyat yoldaşı Ramılya Zeynalova tibb bacısı, həmçinin uşaq baxıcılığı edərək, o, isə mebel ustası kimi işləyərək ailələrini dolandırmışlar. 2020-ci ilin mart ayında “Covid-19” pandemiyası ilə bağlı Azərbaycan Respublikasında karantin rejimi elan edildikdən sonra həm o, həm də həyat yoldaşı X17 işləyə bilməmişlər. İşləyə bilmədikləri üçün ailənin maddi vəziyyəti pisləşmiş və uşaqlara baxmaqda çətinlik çəkməyə başlamışlar. Çıxış yolu axtarmış və tapa bilmədiyi üçün həyat yoldaşı X11 narkotik vasitə və psixotrop maddə satmağı təklif etmişdir. Ramılya Zeynalova ilk əvvəl onunla razılaşmamış və sonda maddi vəziyyətlərinin pis olması səbəbindən razılıq vermişdir. Bundan sonra o, əvvəllər Bakı şəhəri, Nərimanov rayonu, “Bakmil” metrosunun yanında yerləşən otelin qarşısında dayanaraq narkotik vasitə və psixotrop maddə satan, İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, lakin adını və harada yaşamasını bilmədiyi şəxsin yanına getmişdir. Ondan bir neçə qram narkotik vasitə və psixotrop maddə alaraq evə gətirmişdir. Evdə həyat yoldaşı Ramılya Zeynalova ilə həmin narkotik vasitəni və psixotrop maddəni bir dəfəlik istifadə üçün bükümlərə bölmüşlər. Daha sonra onları müxtəlif vaxtlarda müxtəlif şəxslərə bir dəfəlik istifadə üçün bir bükümünü 10 manata satmışlar. Bundan sonra bir neçə dəfə İran İslam Respublikası vətəndaşları olduqlarını bildiyi müxtəlif şəxslərdən narkotik vasitə və psixotrop maddələr alaraq satışını həyata keçirmişlər. 2020-ci ilin sentyabr ayının 14-də Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları yaşadığı evin yaxınlığında onu tutmuşlar. Onlar onu oradan bölməyə aparmışlar və narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirərək barəsində tutma haqqında qərar qəbul etmişlər. Daha sonra müdafiəçi ilə təmin edilməklə hüquq və vəzifələri izah edilərək şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə heroin aşkar edilmiş və sənədləşmə aparılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir. Sabunçu RPİ-nin İŞ-də ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdır. Sabunçu RPİ-nin İŞ-dən buraxıldıqdan sonra yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra X17 hansı qaydada buraxıldığını soruşmuş, o da Ramılyaya baş verənləri danışaraq polis əməkdaşlarının araşdırma apardığını, daha sonra onu sərbəst buraxdıqlarını bildirmişdir. Bu hadisədən bir neçə gün sonra o, ögey qaynı Təqsirləndirilən şəxs evdə saxladıqları narkotik vasitələrdən və psixotrop maddələrdən verərək evlərinin yaxınlığında bir nəfər şəxslə görüşərək ona verməyi tapşırmışdır. Bundan həyat yoldaşı Ramılya Zeynalova xəbər tutmuş, bu səbəbdən aralarında mübahisə düşmüş və Ramılya ondan İslamı narkotik vasitələrin, eyni zamanda psixotrop maddələrin satışına cəlb etməməyi tələb etmişdir. O, Ramılyaya Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışına cəlb etməyəcəyini bildirmiş, lakin bir neçə gün sonra yenidən yadında qalmayan şəxslər ondan narkotik vasitə və psixotrop maddə istəmiş, o da yenidən istənilən narkotik vasitə və psixotrop maddəni İslama vermiş və evin yaxınlığında ondan götürəcəklərini, əvəzində pul verəcəklərini bildirmişdir. İslam onunla razılaşmış və narkotik vasitəni, eyni zamanda psixotrop maddəni apararaq evlərinin yanında yadında qalmayan şəxsə vermiş, əvəzində aldığı pulu isə gətirərək ona vermişdir. Bundan xəbər tutduqdan sonra Ramılya ilə daha böyük mübahisələri olmuş və Ramılya ondan evdən getməsini tələb etmiş, bu səbəbdən o, evdən çıxaraq getmişdir. O, evdən getdikdən sonra sonuncu dəfə evə gətirdiyi narkotik vasitələrin və psixotrop maddələrin qalan hissəsini Ramılya özü satmağa başlamış, belə ki, narkotik vasitə və psixotrop maddə istəyən şəxslər Ramılya ilə əlaqə saxladıqdan sonra Ramılya özü onlardan pul alaraq yaşadıqları evdə və ya evlərinin yaxınlığında alıcılara istədikləri maddələri vermişdir. Bu işdə ögey qızı Zeynalova Esmira Hicran qızı da Ramılyaya kömək etmiş, belə ki, bəzi hallarda Ramılya evdə olmadığı vaxt ögey qızı Esmira alıcılardan pul alaraq onlara istədikləri narkotik vasitələri və psixotrop maddələri vermişdir. Bundan başqa o, evdən getdikdən sonra bir neçə dəfə ögey qaynı Təqsirləndirilən şəxs zəng edərək bir neçə şəxsə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satılmasını tapşırmış, onun tapşırığı ilə ögey qaynı İslam da evdə olan narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən götürərək göndərdiyi adamlara satmışdır. Əldə etdiyi pulları isə apararaq ögey qızı Zeynalova Esmira Hicran qızına təhvil vermiş, Ramılya bunu bildikdən sonra ona zəng edərək öz etirazını bildirmişdir. Ramılya ona etirazını bildirdiyi üçün o, İslama bir daha narkotik vasitə və psixotrop maddəni kimlərəsə satmağı tapşırmamış, eyni zamanda Ramılya ilə əlaqə qurmamışdır. 11.10.2020-ci il tarixində, axşam saatlarında həyat yoldaşı X8, ögey qızı Zeynalova Esmira Hicran qızının, qaynı Təqsirləndirilən şəxs Sabunçu RPİnin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanıldıqlarını öyrənmişdir. Bundan sonra uşaqları ilə maraqlanmaq üçün yaşadığı evə getmiş və onlarla maraqlandıqdan sonra evdə qalmışdır. 12.10.2020-ci il tarixində, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, ev 631-dən çıxaraq getmək istədiyi zaman evin yaxınlığında polis əməkdaşları onu saxlamış, onlar birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getməyi ona təklif etmiş, o da polis əməkdaşları ilə razılaşaraq bölməyə getmişlər. Bölmədə polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satmada şübhəli olduğunu bildirərək onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına və Respublikası Narkoloji Dispanserinə apararaq müvafiq müayinələrdən keçirmişlər. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin İŞ-nə təhvil vermiş, X1 zaman evdən aşkar edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Ramılya ilə mübahisə edib getdikdən bir neçə gün əvvəl o, alaraq evə gətirmişdir. O, Bakı şəhəri, Suraxanı rayonunda narkotik vasitə və psixotrop maddə satan Əminə adlı qadının kim olmasını bilmir. Narkotik vasitə və psixotrop maddəni o, yalnız İran İslam Respublikası vətəndaşından almışdır. O, əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etmiş, sonradan narkotik vasitə və psixotrop maddə istifadəsini dayandırmışdır. O, təqribən bir il olar ki, yenidən narkotik vasitə və psixotrop maddə istifadə etməyə başlamışdır. Həyat yoldaşı X17, bir neçə dəfə psixotrop maddə metamfetamindən istifadə etmiş, ögey qızı Zeynalova Esmira Hicran qızı və ögey qaynı Təqsirləndirilən şəxs isə təqribən iki il olar ki, narkotik vasitə və psixotrop maddə istifadə etmişlər. O, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadə etməyə məcbur etməmiş, İslam ondan istifadə etməsi üçün narkotik vasitə və psixotrop maddə istədiyi üçün ona vermişdir. Sonradan isə Təqsirləndirilən şəxs özü müstəqil şəkildə narkotik vasitələrdən və psixotrop maddədən istifadə etməyə başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özü narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etdiyi üçün dəfələrlə müalicə almışdır. Müalicə alıb sağaldıqdan sonra qonşuluqda yaşayan X8 və ailə üzvlərinin narkotik vasitə və psixotrop maddə satmaları səbəbindən yenidən istifadə etməyə başlamışdır. Belə ki, narkotik vasitə və psixotrop maddələrdən istifadəyə görə müalicə alıb sağaldıqdan sonra X8 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, bağ evi 631-də işləməyə başlamışdır. Orada işlədiyi dövrdə zəhmət haqqı kimi X17 ona narkotik vasitə və psixotrop maddə verməyə təklif etmişdir. Ramılya Zeynalovanın qeyd edilən hərəkəti nəticəsində o, yenidən narkotik vasitə və psixotrop maddə istifadə etməyə başlamışdır. Bundan sonra X8 və ailə üzvlərinin qanunsuz əməllərini ifşa etməyi düşünmüş və bu məqsədlə 09.10.2020-ci il tarixində, günorta saatlarında könüllü şəkildə Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət edərək X8 cinayətkar fəaliyyəti barədə məlumat vermiş və onun ifşa edilməsi üçün könüllü olaraq bölmənin əməkdaşları ilə məxfi əməkdaşlığa daxil olmuşdur. X8 narkotik vasitə və psixotrop maddə satışının aşkara çıxarılması ilə əlaqədar bölmə tərəfindən ona ümumilikdə 100 manat pul verilmişdir. Verilmiş pullardan 03 ədədi 20 manatlıq, 04 ədədi isə 10 manatlıq əskinazlar şəklində olmuşdur. Pullar təhvil verilməmişdən əvvəl onlara baxış keçirilmiş və 03 ədəd 20 manatlıq əskinazların üzərində B 66370582, B 39169755, B 08121737 nömrələrinin, 04 ədəd 10 manatlıq əskinazların üzərində isə A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrələrinin olduğu müəyyən edilmişdir. Baxış keçirildikdən sonra pul vəsaitləri X5 nəzarət qaydasında narkotik vasitə və ya psixotrop maddə almaq üçün ona təhvil verilmişdir. Bundan sonra o, X15 ilə əlaqə saxlamış və ona psixotrop maddə metamfetamin, eyni zamanda narkotik vasitə heroinə ehtiyac olduğunu bildirmişdir. Ramılya Zeynalova isə lazım olan narkotik vasitənin və psixotrop maddənin miqdarını soruşmuşdur. O, Ramılyaya 4 büküm psixotrop maddə metamfetamin, 1 büküm narkotik vasitə heroin lazım olduğunu demişdir. Bundan sonra X17 istədiyi maddələrin ümumi dəyərinin 80 manat olacağını bildirərək evlərinə gəlməsini təklif etmişdir. O, Sabunçu RPİ-nin 14-cü PB-dən verilmiş pul vəsaiti ilə birlikdə narkotik vasitə və psixotrop maddə almaq üçün 09.10.2020-ci il tarixində, saat 18:00-da X8 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, bağ evi 631-ə getmişdir. X8 yaşadığı evə çatdıqda orada qarşısına Ramılyanın qardaşı Təqsirləndirilən şəxs çıxmışdır. Onunla salamlaşdıqdan sonra 04 büküm psixotrop maddə metamfetamin, 01 büküm narkotik vasitə heroin lazım olduğunu, bununla bağlı Ramılya ilə danışdığını demişdir. İslam heç bir problemin olmadığını bildirdikdən sonra o, Sabunçu RPİ-nin 14-cü PB-i tərəfindən ona təqdim edilmiş 3 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq pulun 80 manatını, B 66370582, B 39169755 nömrəli iki ədəd 20 manatlıq əskinası, A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli dörd ədəd 10 manatlıq əskinasları Təqsirləndirilən şəxs verərək 4 büküm psixotrop maddə metamfetamin, 1 büküm narkotik vasitə heroini almışdır. Aldığı narkotik vasitə və psixotrop maddələri, həmçinin bölmə tərəfindən verilmiş puldan qalan 01 ədəd 20 manatlıq əskinazı Sabunçu RPİ-nin 14-cü PB-nə təhvil vermişdir. Bölmədə həm narkotik vasitəyə, həm də psixotrop maddəyə, eyni zaman qalan 01 ədəd 20 manatlıq əskinaza baxış keçirilmiş, narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 13 sentyabr 2020-ci il tarixində, saat 23:30 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nə etibarlı mənbədən X21 narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi, daşıması və satması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında ilkin araşdırma aparmışlar və X21 12.11.1972-ci il tarixində Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi qaydada mebel ustası işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Nizami küçəsi ev 2-də qeydiyyatda olan və ünvan 1-də yaşayan şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra ondan və Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupunu təşkil etmişlər. 14 sentyabr 2020-ci il tarixində, saat 00:02 radələrində X21 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivindəki evinin yaxınlığında olması ilə bağlı məlumat daxil olmuşdur. Məlumat əsasında qeyd edilən ünvana getmişlər və saat 00:10 radələrində həmin ünvanda X21 dayandığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin 14-cü PBnin əməkdaşları olduqlarını bildirərək onu bölməyə dəvət etmişlər. X28 ilk əvvəl bölməyə dəvət edilməsinin səbəblərini soruşmuşdur. Onlar Aydına qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində gəzdirmə, daşıma və satmada şübhəli olduğunu bildirmişlər. Bundan sonra X28 etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə X2 ilə bağlı raport tərtib etmişlər. Raport tərtib edildikdən sonra təhqiqatçı tərəfindən X28 şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi verilməklə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra X24 təhqiqatçı tərəfindən barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. X28 heç bir etirazının olmadığını bildirdikdən sonra müdafiəçisinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. X27 etiraz etmədikdən sonra şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış başlanmazdan əvvəl X24 üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya və ya predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra X28 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusuna baxış keçirilən zaman içərisində 02 ədəd polietilen büküm olduğu aşkar edilmişdir. Bükümlərin içərisinə baxdıqda isə orada qəhvəyi rəngli maddə olduğu görünmüş və X19 həmin maddənin nə olması soruşulmuşdur. X28 isə həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra X19 həmin narkotik maddəni haradan, hansı məqsədlə və neçəyə əldə etməsi soruşulmuşdur. X28 üzərindən aşkar edilmiş maddəni öz istifadəsi üçün, 13.09.2020-ci il tarixində Bakı şəhəri, Ziya Bünyadov prospektindən tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılmış və çəkisinin, eyni zamanda tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Müvafiq ekspert rəyi alındıqdan sonra toplanmış materiallar Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir. Bu hadisədən bir müddət sonra, 09.10.2020-ci il tarixində Şahid1 adlı şəxs Sabunçu RPİnin 14-cü PB-nə yaxınlaşmışdır. O, qonşuluqda yaşayan Ramılya adlı qadının və ailə üzvlərinin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını bildirərək onların ifşa olunmasında məxfi əməkdaşlığa cəlb edilməsini xahiş etmişdir. Bundan sonra onlar ətraflı araşdırma aparmış və Ramılya adlı qadının 01 oktyabr 1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Rusiya Federasiyasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, fərdi ev 631-də yaşayan X17 olduğunu müəyyən etmişlər. Bundan sonra bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupunu təşkil etmişlər. Daha sonra könüllü şəkildə məxfi əməkdaşlığa cəlb edilmiş Şahid1 nəzarət qaydasında narkotik vasitə və psixotrop maddə alması üçün 100 manat pul ayrılması üçün Sabunçu RPİ-nə müraciət etmişlər. Müraciət əsasında Sabunçu RPİ-nin əməliyyat xərcləri üçün ayrılmış puldan 100 manat ayrılmışdır. Ayrılmış pula Şahid1 iştirakı ilə baxış keçirilmiş və bu zaman 100 manat pulun 03 ədədinin 20 manatlıq, 04 ədədinin isə 10 manatlıq əskinazlar şəklində olduğu müəyyən edilmişdir. Həmçinin 03 ədəd 20 manatlıq əskinazların üzərində B 66370582, B 39169755, B 08121737 nömrələrinin, 04 ədəd 10 manatlıq əskinazların üzərində isə A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrələrinin olduğu müəyyən edilmişdir. Ayrılmış pullar Şahid1 təqdim edilmiş və nəzarət qaydasında narkotik vasitə və psixotrop maddə alması xahiş edilmişdir. İlk əvvəl Şahid1 X17 ilə əlaqə saxladı və ondan narkotik vasitəyə, eyni zamanda psixotrop maddəyə ehtiyacının olduğunu bildirmişdir. X17 hansı miqdarda narkotik vasitə heroinə, hansı miqdarda psixotrop maddə metamfetaminə ehtiyacı olduğunu ondan soruşmuşdur. Şahid1 isə bir büküm narkotik vasitə heroinə, dörd büküm psixotrop maddə metamfetaminə ehtiyac olduğunu bildirmişdir. X17 isə qeyd edilən miqdarda narkotik vasitə və psixotrop maddənin qiymətinin 80 manat olacağını demişdir. Şahid1 problemin olmadığını bildirdikdən sonra X17 onu evinə dəvət etmişdir. Bundan sonra Şahid1 X8 evinə gedərək narkotik vasitə və psixotrop maddə metamfetamin alaraq geri qayıtmışdır. Şahid1 qayıtdıqdan sonra narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aldığını bildirərək aldığı maddələri təqdim etmişdir. Bölmədə həmin maddələrə və Şahid1 verilmiş puldan qalan 20 manatlıq əskinaza baxış keçirilmiş, daha sonra qablaşdırılaraq götürülmüşdür. Bundan sonra əməliyyat qrupunun üzvləri və təhqiqatçı, polis mayoru Nizami Hüseynovla birlikdə X8 yaşadığı evə getmişlər. Evin qapısında Ramılya Zeynalovanı yanlarına çağırmışlar və ona narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satmada şübhəli olduğu bildirilərək fərdi evə baxış keçiriləcəyini bildirmişlər. X17 baxış keçirilməsinə etirazının olmadığını dedikdən sonra ona baxışın videoçəkilişlə, vəkilin iştirakı olmadan keçirilməsinə etirazının olubolmamasını soruşmuşdur. X17 etiraz etmədikdən sonra ona evdə saxladığı narkotik vasitələri və psixotrop maddələri, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X17 yaşadığı evdə qanunsuz heç bir əşyanın və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra fərdi evdə baxış aparılmış və baxış zamanı yataq otağından 02 ədəd kibrit qutusunda, üzərində “K” hərfi yazılan kibrit qutusundan siqaretin gümüşü kağızına və adi kağıza bükülmüş vəziyyətdə 18 ədəd bükümlərdə qəhvəyi rəngli, üzərində “P” hərfi yazılan kibrit qutusundan isə siqaretin gümüşü və qırmızı kağızlarına bükülmüş vəziyyətdə 06 ədəd bükümlərdə ağ rəngli maddələr aşkar edilərək götürülmüşdür. Sorğu zamanı X17 evindən aşkar edilən maddələrin nə olduğunu bilmədiyini demişdir. Bundan sonra X17, həmin zaman evdə olan Zeynalova Esmira Hicran qızı, Təqsirləndirilən şəxs və Şahid2 bölməyə dəvət edilmişlər. Onlar etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə gəlmişlər. Bölmədə ayrı-ayrılıqda onların hər biri barədə şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş, eyni zamanda şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızında olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğunu soruşduqda o, bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, istifadə etmək üçün bacısı X8 ona verdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq çəkisinin, eyni zamanda tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmiş, aparılmış hərəkətlərlə bağlı protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. X8 yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri, Təqsirləndirilən şəxs isə üzərindən aşkar edilmiş psixotrop maddələri haradan əldə etmələri soruşulduğu zaman X15 həmin maddələri həyat yoldaşı X21 Bakı şəhəri, Suraxanı rayonunda yaşayan Əminə adlı qadından alaraq satmaq üçün evə gətirdiyini dediyini, Təqsirləndirilən şəxs isə üzərindən aşkar edilən psixotrop maddəni bacısı X8 istifadə etmək üçün verdiyini dediyini, hazırda mənbənin, X5 narkotik vasitə və psixotrop maddə alan şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tərəflərindən tədbirlərin həyata keçirildiyini, əvvəldən X8, həyat yoldaşı X21, Zeynalova Esmira Hicran qızının və Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satması ilə bağlı onlarda əməliyyat məlumatı olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPi-nin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindən oğurluq etdiyi üçün tutulmuş və barəsində Sabunçu RPİ-nin İŞ-də cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Hazırda Sabunçu rayon Məhkəməsində cinayət işinin məhkəmə baxışı aparılır. X12 təqribən bir ay olar ki tanıyır. Belə ki, Ramılya Zeynalova taksi sürücüsü kimi avtomobilinə əyləşmişdir. X20 qəsəbəsində yerləşən “Oba” marketin qarşısından götürərək Albalılıq yaşayış massivinə aparmışdır. Ramılya Zeynalova avtomobildən düşdüyü zaman onun 055 *** ** ** nömrəli mobil telefonunu götürmüş və ehtiyac olacağı halda zəng edərək çağıracağını bildirmişdir. Bundan sonra Ramılya Zeynalova bir neçə dəfə ona zəng edərək taksi kimi sifarişlər vermişdir. Bu səbəbdən onunla münasibəti yaranmış və münasibəti yarandığı üçün Ramılya onun narkotik vasitə və psixotrop maddə istifadə etdiyini bildirmişdir. Ramılya Zeynalova bunu bildikdən bir müddət sonra onunla əlaqə saxlayaraq onu evdən götürərək “Oba” marketə aparmağı xahiş etmişdir. O, etiraz etməmiş və Ramılya Zeynalova yaşadığı Albalılıq yaşayış massivinə gəlmişdir. Ramılya Zeynalovanı oradan götürərək “Oba” marketə aparmışdır. Ramılya Zeynalova evlərindən çıxaraq avtomobilə əyləşdikdən sonra yol pulunun əvəzinə narkotik vasitə və psixotrop maddə verə biləcəyini demişdir. O, etiraz etməmiş və X20 qəsəbəsində yerləşən “Oba” marketə aparmışdır. Ramılya Zeynalova “Oba” marketdən bazarlıq etdikdən sonra yenidən avtomobilə əyləşmiş və o, Ramılyanı yaşadığı Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivinə aparmışdır. Ramılya Zeynalova avtomobildən düşdükdən sonra pul qabından bir büküm narkotik vasitə heroin çıxardaraq ona vermişdir. Bu hadisədən sonra bir neçə dəfə X20 qəsəbəsində yerləşən “Oba” marketə, həmçinin müxtəlif yerlərə aparmışdır. Ramılya Zeynalovanı apardığı zaman müxtəlif vaxtlarda o, yol pulunun əvəzinə ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vermişdir. 07 oktyabr 2020-ci il tarixində, saat 15:00 radələrində Ramılya Zeynalova onun 055 *** ** ** mobil telefon nömrəsinə zəng etmişdir. Ramılya onu yaşadığı evdən götürərək “Oba” marketə aparmağı xahiş etmişdir. O, etiraz etməmiş və onun yaşadığı evin qarşısına gəlmişdir. Ramılya Zeynalova evdən çıxmış və idarə etdiyi “Vaz 2106” markalı, ** XO *** dövlət nömrə nişanlı avtomobilə əyləşmişdir. O, avtomobilə əyləşdikdən sonra o, “Oba” marketə doğru hərəkət etməyə başlamışdır. Maştağa qəsəbəsində yerləşən “Oba” marketin qarşısında Ramılya Zeynalova avtomobildən düşərək marketə keçmişdir. Oradan bazarlıq etdikdən sonra geri qayıtmış və o, Ramılyanı oradan götürərək yaşadığı evə aparmışdır. Yaşadığı evin qarşısında Ramılya Zeynalova avtomobildən düşdükdən sonra ona bir büküm narkotik vasitə heroin vermişdir. O, həmin heroini götürərək işlərinin arxası ilə getmişdir. Həmin günü axşam saatlarında isə narkotik vasitə heroini istifadə etmişdir. 09 oktyabr 2020-ci il tarixində, axşam saatlarında Ramılya onun mobil telefonuna zəng etmiş və onu yaşadığı evdən götürərək Maştağa qəsəbəsindəki “Oba” marketə aparmağı xahiş etmişdir. O, problemin olmadığını bildirərək Ramılyanın yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra içəri keçmiş və Ramılyani çağıraraq gəlməsini xahiş etmişdir. Bu zaman Ramılya hazırlaşacağını bildirmiş və hazırlaşana qədər evdə oturub gözləməyi xahiş etmişdir. O, etiraz etməmiş və evdə əyləşərək Ramılyanın hazırlaşmağını gözləmişdir. Gözlədiyi zaman çöldən kiminsə Ramılyani çağırdığını eşitmişdir. Səsə Ramılyanin qardaşı İslam çölə çıxmış və bir neçə saniyə sonra içəri daxil olaraq Ramılyanı çağırmışdır. Ramılya otaqdan çölə çıxmış və İslamdan gələn şəxsin kim olduğunu soruşmuşdur. İslam isə polis əməkdaşlarının gəldiyini və Ramılyanı çağırdıqlarını bildirmişdir. İlk əvvəl Ramılya, daha sonra onlar Ramılyanın arxası ilə çölə çıxmış və çıxdıqları zaman bir neçə polis əməkdaşının gəldiyini görmüşdür. Polis əməkdaşları Ramılyaya yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələri əldə etmə, saxlama, daşıma və gəzdirmədə şübhəli bilindiyini qeyd edərək evə baxış keçiriləcəyini deyərək videoçəkilişlə, vəkilin iştirakı olmadan evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Ramılya etiraz etməmiş və bundan sonra polis əməkdaşları evə baxış keçirtmişlər. Baxış zamanı yataq otaqından narkotik vasitələr və psixotrop maddələr çıxdığını eşitmişdir. Bundan sonra polis əməkdaşları onları bölməyə dəvət etmişlər və onlar polis əməkdaşları ilə birlikdə bölməyə getmişlər. Bölmədə ilk əvvəl Ramılyanı, daha sonra Esmiranı, sonra İslamı növbə ilə xidməti otaqlardan birinə salmışlar, bir müddət sonra çölə çıxartmışlar. Ən sonda onu həmin xidməti otağa salmışlar və barəsində tutma haqqında qərar qəbul edilmişdir, müdafiəçi ilə təmin edilməklə hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları barəsində şəxsi axtarış keçiriləcəyini bildirərək şəxsi axtarışın ona təyin edilmiş vəkilin iştirakı olmadan videoçəkilişlə keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları şəxsi axtarış keçirilməzdən əvvəl könüllü şəkildə üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra üzərində olan “Samsung” markalı planşeti polis əməkdaşlarına təqdim edərək üzərində başqa heç bir əşyanın, eyni zamanda qanunla saxlanılması, daşınması qadağan edilən əşyaların olmadığını bildirmişdir. Onun bu sözündən sonra üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya, maddə və predmet aşkar edilməmişdir. Təqdim etdiyi “Samsung” markalı planşet qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilmiş və həmin protokol onun, eyni zamanda orada iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. 10 oktyabr 2020-ci il tarixində narkoloji müayinədən keçirildikdən sonra şübhəli şəxs qismindən azad edilməyi ilə bağlı qərar qəbul edilərək o, sərbəst buraxılmışdır. Sərbəst buraxıldığı zaman polis əməkdaşları tərəfindən götürülmüş 1 ədəd “Samsung” markalı planşet özünə qaytarılmışdır. İş materiallarında olan, məhkəmə-kimyəvi ekspertizasının 10.10.2020-ci il tarixli, 6/2118 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan “Vət. X8 evindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış üzərində “K” hərfi qeyd edilmiş bir ədəd kibrit qutusunda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,025 qram, 0,051 qram, 0,040 qram, 0,091 qram, 0,017 qram, 0,031 qram ümumi təmiz çəkisi 0,255 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “P” hərfi qeyd edilmiş kibrit qutusunda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,092 qram, 0,042 qram, 0,035 qram, 0,024 qram, 0,031 qram, 0,015 qram, 0,016 qram, 0,026 qram, 0,018 qram, 0,017 qram, 0,040 qram, 0,031 qram, 0,032 qram, 0,024 qram, 0,003 qram ümumi təmiz çəkisi 0,446 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,043 qram, 0,050 qram, 0,014 qram ümumi təmiz çəkisi 0,107 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 10.10.2020-ci il tarixli, 6/2118 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilmişdir. (cild 01, iş vərəqə 178-183) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10.10.2020-ci il tarixli, 6/2119 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,033 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş 10 oktyabr tarixli 2118 №-li ekspert rəyində göstərilmiş X8 yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminlər ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edir. Məhkəməkimyəvi ekspertizasının 10.10.2020-ci il tarixli, 6/2119 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilmişdir. (cild 01, iş vərəqə 187-192) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19.10.2020-ci il tarixli, 2896 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.1-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 19.10.2020-ci il tarixli, 2896 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilmişdir. (cild 02, iş vərəqə 168-169) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08.12.2020-ci il tarixli, 6/2600 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Şahid1 X5, Təqsirləndirilən şəxs və Zeynalova Esmira Hicran qızı vasitəsilə aldığı narkotik vasitə və psixotrop maddə” yazısı olan zərfdəki 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram; 0,059 qram; 0,051 qram; 0,055 qram, ümumi təmiz çəkisi 0,205 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,029 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, Şahid1 X5 Zeynalova Esmira Hicran qızı və Təqsirləndirilən şəxs vasitəsi ilə aldığı: - 04 ədəd bükümdə metamfetamin X8 yaşadığı fərdi evdən aşkar edilmiş 9 ədəd bükümlərdəki metamfetaminlərdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; - 01 ədəd bükümdə heroin X8 yaşadığı fərdi evdən aşkar edilmiş 15 ədəd bükümdəki heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər (10 oktyabr 2020-ci il tarixli 6/2118 saylı ekspert rəyi); 04 ədəd bükümdə metamfetamin Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdəki metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər (10 oktyabr 2020-ci il tarixli 6/2119 saylı ekspert rəyi); tədqiqata təqdim edilmiş X8 yaşadığı fərdi evdən aşkar edilmiş 15 ədəd bükümdəki heroinlər, X19 götürülmüş 02 ədəd bükümdə olan heroinlərlə (14 sentyabr 2020-ci il tarixli 6/1876 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidirlər. Məhkəmə-narkoloji ekspertizasının 08.12.2020-ci il tarixli, 6/2600 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilmişdir. (cild 02, iş vərəqə 228-235) Məhkəmə cinayət işi üzrə şahidlər X17 və Zeynalova Esmira Hicran qızının narkotik vasitələrin satışı ilə məşğul olmamaları, yalnız istifadə etmələri barədə verdikləri ifadələrinə qiymət verərək belə nəticəyə gəlir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun gəlməyərək, ibtidai istintaq zamanı verdikləri ifadələri və iş materiallarında olan digər sübutlarla tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X34 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X34 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 02.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 333-334) Məhkəmə AR CM-in 59.1.2-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, digər yetkinlik yaşına çatmış şəxs tərəfindən cinayətin törədilməsinə cəlb edilməsini, əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, o, uşaq ikən hər iki valideyinlərinin rəhmətə getməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 nömrəli qərarına əsasən, yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belə şəxs haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanunazidd əməlinin xarakterinə uyğunluq təşkil etməlidir. X34 10-cu bəndinə əsasən, yetkinlik yaşına çatmayanların cinayət törətməsinə başqa yaşlı şəxslərin, o cümlədən zərərçəkmişlərin hüquqa zidd, təhrikedici hərəkətlərinin səbəb olması müəyyən edildiyi hallarda məhkəmə həmin halları cəzanı yüngülləşdirici hallar kimi qəbul etməyə haqlıdır. Belə hallarda məhkəmələr nəzərə almalıdır ki, yetkinlik yaşına çatmayanın yaşlı şəxsdən asılılığı real olmalıdır. Yəni əsaslar olmalıdır ki, yetkinlik yaşına çatmayan şəxs, yaşlı şəxsin onun iradəsini qırması səbəbindən cinayət törətməli olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4-nömrəli Qərarının üçüncü bəndinin üçüncü abzasına əsasən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması və ya CM-nin 53.5-ci maddəsində sadalanan sosial qruplardan olması özüözlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda və həmin sosial qrupdan olan məhkuma ağır cəza verilməsinə əsaslar olmadıqda, yuxarıda qeyd edilən hallar işin müstəsna halı kimi və CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verən amil kimi qiymətləndirilə bilərlər. 29 noyabr 1985-ci il tarixli BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə dair X4ydalarının 17-19-cu maddələrinə əsasən yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə baxışının gedişində və hökm çıxarılan zaman məhkəmənin ümumi qəbul olunmuş beynəlxalq-hüquqi prinsipləri rəhbər tutması qeyd edilmişdir. Həmin prinsiplərə aşağıdakılar daxildir; a) yetkinlik yaşına çatmayan şəxs başqa şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan ciddi əmələ yol verməmişdirsə, yaxud digər ciddi cinayəti təkrar törətməkdə təqsirli bilinməmişdirsə və ya digər müvafiq təsir tədbirləri mövcud olmadıqda, onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədə uyğun qəbul edilməmişdir; b) yetkinlik yaşına çatmayan şəxsin islah müəssisəsinə yalnız son tədbir kimi və zəruri olan minimum həddə yerləşdirilməlidir; c)yetkinlik yaşına çatmayan şəxsin azadlığının məhdudlaşdırılması haqqında qərar, bu məsələyə mükəmməl baxıldıqdan sonra və müddəti mümkün qədər minimuma endirilməklə qəbul olunmalıdır; ç) təsir tədbirləri bütün hallarda nəinki cinayətin hallarına və ağırlığına, həm də yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, həmçinin cəmiyyətin tələbatına uyğun gəlməlidir; Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, cinayətin törədilməsindən sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları, cəzanı yüngülləşdirən həm ayrıayrı halları, həm də bu cür halların məcmusunu nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməsi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslərə cəza təyin edilərkən, azadlıqdan məhrumetmə cəzası 10 ildən çox olmayan müddətə təyin edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 55.1 və 85.5.1ci maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının 19.10.2020-ci il tarixli, 2896 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, lakin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri, Sabunçu RPİ-də saxlanılan, tədqiqatdan sonra qalıq çəkisi 0,216 qram, 0,009 qram, 0,876 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,192 qram, 0,015 qram, 0,165 qram psixotrop maddə metamfetamin, 01 ədəd “Azəriqaz” İB-nə məxsus plastik kart, 01 ədəd “Bakı Kart” məxsus plastik kart, 01 ədəd "xxxx" ASC-yə məxsus plastik kart, 01 ədəd “Araz supermarket” aid plastik kart və 01 ədəd “Nokia Xperia” markalı və 1 ədəd “Xiomi Redmi” markalı aparatı mobil telefon aparatları, B 66370582, B 39169755 nömrəli iki ədəd 20 manatlıq, A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli dörd ədəd 10 manatlıq əskinasları, bir ədəd B 08121737 nömrəli 20 manatlıq əskinası, X11 məxsus olan ümumilikdə 115 manat pulu, Sabunçu RPİ-nin Qeydiyyat və X16 saxlanılan 01 ədəd X10 məxsus şəxsiyyət vəsiqəsi, 07 ədəd CD diskin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-908/2021 saylı cinayət işinə aid olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 10 oktyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2020-ci il tarixli, 4(008)-607/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 112, 278-279) Lakin, iş materiallarında olan Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib edilmiş 09.10.2020-ci il tarixli raportdan görünür ki, X22, Zeynalova Esmira Hicran qızı, Təqsirləndirilən şəxs və Şahid2 saxlanılaraq Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə gətirilmişlər. (cild 01, iş vərəqə 42) AR Cinayət_Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X14 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin başlanğıcı 09 oktyabr 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri, Sabunçu RPİ-də saxlanılan, tədqiqatdan sonra qalıq çəkisi 0,216 qram, 0,009 qram, 0,876 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,192 qram, 0,015 qram, 0,165 qram psixotrop maddə metamfetamin, 01 ədəd “Azəriqaz” İB-nə məxsus plastik kart, 01 ədəd “Bakı Kart” məxsus plastik kart, 01 ədəd "xxxx" ASC-yə məxsus plastik kart, 01 ədəd “Araz supermarket” aid plastik kart və 01 ədəd “Nokia Xperia” markalı və 1 ədəd “Xiomi Redmi” markalı aparatı mobil telefon aparatları, B 66370582, B 39169755 nömrəli iki ədəd 20 manatlıq, A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli dörd ədəd 10 manatlıq əskinasları, bir ədəd B 08121737 nömrəli 20 manatlıq əskinası, X11 məxsus olan ümumilikdə 115 manat pulu, Sabunçu RPİ-nin Qeydiyyat və X16 saxlanılan 01 ədəd X10 məxsus şəxsiyyət vəsiqəsi, 07 ədəd CD diskin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-908/2021 saylı cinayət işinə aid olması nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X14 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-810/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-810/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver