Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-819/2021 08.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Tovuz rayonunun Qazqulu kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 114 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 28,281.2 və 233-1.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Almaniya Federativ Respublikasında yaşayan cinayətkar qrupun üzvlərindən mənbə kimi istifadə etməklə onlardan pul vəsaitlərini alıb tamamilə bilavasitə Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsində nəzərdə tutulmuş əməllərdən terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd təşkil etmə (terror aktı), bundan başqa hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə, eləcə də Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların və materialların yayılmasının bir qrup şəxs tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsi üçün istifadə olunacağını bilərək həmin pul vəsaitlərini tamamilə bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmiş, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların edilməsi və materialların yayılması cinayətinin törədilməsi üçün, qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində başqaları ilə əlaqəyə girib sövdələşməsinə baxmayaraq öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək cinayətə hazırlıq etmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə etməklə saxlayıb daşıyaraq gəzdirmişdir: belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsində istintaqı aparılmış ********* saylı cinayət işi üzrə qəbul edilmiş 29 oktyabr 2019-cu il tarixli qərarlarla Azərbaycan Respublikası CM-in 214-1, 28,281.2 və 233- 1.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunmuş və törətmiş olduğu cinayətə görə məsuliyyətdən boyun qaçırmaq məqsədilə 22.05.2017-ci il tarixdə Azərbaycan Respublikasını tərk edib Almaniya Federativ Respublikasının Bergkamen şəhəri, Rotherbachstrasse 42B, 59192 ünvanında yaşamaqla istintaqdan gizlənən tanışı və həmyerlisi X14 internet məkanının «YouTube» videopaylaşma sistemində 30.06.2019-cu il tarixdə saat 19:30-da «Xalq TV» adlı, təkrarən 21.10.2019-cu il tarixdə saat 23:00-da «İnqilab TV» adlanan kanallarda çoxsaylı internet istifadəçilərinin izləyə bildiyi qeyri-məhdud şəxslərin dairəsinə yönəlmiş, insanların iradəsinə təsir edərək onları fəal hərəkətlər etməyə sövq edən videomüraciətlərində Azərbaycan Respublikasında hər rayon və şəhərdən 5-10 nəfər olmaqla qruplarda birləşib tam məxfi surətdə təşkilatlanacaqlarını, WhatsApp mobil tətbiqi vasitəsilə qarşılıqlı əlaqə saxlayacaqlarını, «Makarov» markalı tapançalarla və avtomat silahlarla silahlanıb polis geyim forması və ləvazimatları əldə edəcəklərini, odlu və soyuq silahlardan, kriminal aləmin mənsublarının imkanlarından da istifadə etməklə kütləvi aksiyaların gedişində dövlət xadimləri olan Azərbaycan Respublikası İcra Hakimiyyəti orqanlarının rəhbərlərinin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onların həyatına sui-qəsd etmək, ictimai təhlükəsizliyi və asayişi qorumaq sahəsində xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi sayılan yuxarı rütbəli polis zabitlərini, o cümlədən rəhbər vəzifəli şəxslərini və əməliyyatçılarını qətlə yetirəcəklərini, fotogörüntülərini nümayiş etdirdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyininin polis əməkdaşları olan və hakimiyyət nümayəndəsi sayılan X17, X16 güllələyəcəklərini, polis serjantı X20 və digər qadın polis əməkdaşlarına xüsusi işgəncələr verəcəklərini, vəzifəli şəxslərin və polis əməkdaşlarının evlərini və əmlaklarını yandırmaqla məhv edəcəklərini, bütün bunlarla hərbi çevrilişi bəyan edib təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə eyni məqsədlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, yəni zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkil edilməsi və ya belə iğtişaşlarda iştirak edilməsi, habelə vətəndaşlara qarşı zorakılıq edilməsi, bunlardan başqa, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları tərəfindən hakimiyyətin təhvil verilməsinə dair qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədə ifadə olunan Azərbaycan Respublikası CM-in 214, 277-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi ilə bağlı açıq çağırışlar etdikdən, habelə bu cür məzmunlu materialları internet resursları vasitəsilə qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə təkrarən yaydıqdan sonra, eyni məqsədlə qeyd olunan istiqamətdə açıq çağırışların və materialların Azərbaycan Respublikasında mütəmadi olaraq bir qrup şəxs tərəfindən yayılması və bu cür hərəkətlərin maliyyələşməsini həyata keçirmək üçün 2019-cu ilin oktyabr ayından başlayaraq +**********37 və digər nömrəli mobil telefon nömrələrinin üzərindən qeydiyyatdan keçmiş WhatsApp mobil tətbiqi vasitəsilə X21, sonuncunun arvadı X4 və istintaqla şəxsiyyətləri araşdırılan digərləri ilə özünün istifadəsində olan istintaqla müəyyən edilməyən nömrəli mobil telefonun üzərindən qeydiyyatdan keçmiş WhatsApp mobil tətbiqi vasitəsilə əlaqə saxlayıb, törədiləcək cinayətlərin detalları ilə bağlı müzakirələr aparmaqla və razılığa gəlməklə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq cinayətkar qrupun üzvü Qabil Məmmədov və Aytən Ramazanovanın və qeyrilərinin Almaniya Federativ Respublikasında toplamaqla cinayətdən xəbərsiz olan tanışları Şahid1, Şahid2 və qeyriləri vasitəsilə 2019-cu ilin dekabr ayının sonlarından 2020-ci ilin mart-may aylarına kimi Azərbaycan Respublikasına göndərdikləri 2.000 manat və 1.200 avro (həmin dövrün məzənnəsi ilə 2.284,2 manat) məbləğində pul vəsaitlərindən 1.200 avro hissəsini 2019-cu ilin dekabr ayının sonralarında Bakı şəhəri, Xətai rayonu, “Köhnə Günəşli” adlanan ərazidə yerləşən “Bizim Market” mağazasının qarşısında Şahid1, 2020-ci ilin mart-may aylarında isə Bakı şəhəri, Nəsimi rayonu, “Nəsimi Bazarı” adlanan yerdə hissə-hissə olmaqla, cəmi 2.000 manat pulu Şahid2 bilavasitə bir neçə dəfəyə, həmçinin müəyyən edilə bilməyən digər tarixlərdə, yerdə, şəxs və ya şəxslərdən 1.215,8 manat, ümumilikdə isə 5.500 manat məbləğində pul vəsaitini qəbul edib toplamaqla açıq çağırışlar edəcək və materialları yayacaq digər şəxslərə tamamilə paylamaqla Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsində nəzərdə turulmuş əməllərdən terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd təşkil etmə (terror aktı), bundan başqa hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə, kütləvi iştişaşlara, Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların və materialların yayılmasının bir qrup şəxs tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsi üçün istifadə olunacağını bilərək həmin pul vəsaitlərini tamamilə bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı əməllərin törədilməsinə yönələn açıq çağırışların edilməsi və materialların yayılması cinayətinin icra olunması üçün pul vasitəsi axtarmış, əldə etmiş, başqaları ilə əlaqəyə girib sövdələşmiş və həmin pul vəsaitlərini paylamaqla cinayətin törədilməsinə şərait yaratmasına baxmayaraq ifşa olunaraq hüquqmühafizə orqanları tərəfindən aşkar edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar cinayətinin törədilməsinə hazırlıq etmişdir; bundan başqa o, Azərbaycan Respublikası ərazisində öz şəxsi maraqları naminə icra etmək istədikləri hərəkətləri gizlin olaraq qeydə almaq məqsədilə əvvəllər tanıdığı Almaniya Federativ Respublikasında məskunlaşmış Qabil Məmmədov və sonuncunun arvadı X4 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, özünün istifadəsində olmuş istintaqla müəyyən edilməyən telefon nömrəsi üzərindən quraşdırılmış WhatsApp nömrəsi vasitəsilə 2019-cu ilin oktyabr ayında əlaqə saxlayıb, özündə foto və video müşahidəni gizli olaraq qeydə alan, lakin kamuflyaj olmuş xüsusi texniki vasitənin lazım olduğunu sonunculara və qeyrilərinə bildirmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü X19 Federativ Respublikası ərazisində istintaqla müəyyən edilməyən tarixdə və yerdən Azərbaycan Respublikasının 23.12.2003-cü il tarixli qanunu ilə təsdiq edilmiş “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunun 4-cü bəndində nəzərdə tutulmuş müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı hesab edilən çərçivəsinin orta yuxarı hissəsində kamera obyektivi üçün kiçik diametrli dəliyi, “Usb” naqilinin birləşmə yuvası, səsi qəbul etmək üçün membranı, 32 GB yaddaş kartı olan gizli foto və video müşahidə üçün nəzərdə tutulmuş “HD X29” adlı eynək üzərinə uyğunlaşdırılaraq komfulyaj olunmuş gizli vizual müşahidə vasitəsini əldə etməklə özündə saxlayıb bir müddət daşıdıqdan, 2019-cu ilin oktyabr ayında şəxsiyyətləri istintaqa məlum olmayan cinayətkar qrupun üzvləri vasitəsi ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsini təmin etdikdən sonra, həmin ilin oktyabr ayında Aytən Ramazanova və qeyriləri ilə qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun hərəkət edərək istintaqa məlum olmayan yerdə və istintaqla müəyyən edilməyən cinayətkar qrupun üzvündən müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı hesab edilən həmin texniki vasitəni əldə edərək daşımaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 114 ünvanda yerləşən evə gətirməklə həmin ünvanda saxlamış, 04 may 2020-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qeyd olunan mənzildə aparılmış axtarış tədbirləri nəticəsində həmin “HD X29” adlı 1 ədəd texniki ləvazimat aşkar edilərək götürülməklə dövriyyədən çıxarılmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə etməklə saxlayıb daşıyaraq gəzdirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 28,281.2 və 233-1.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, AXC partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləmiş, həmin fəaliyyəti ilə əlaqədar əvvəlcə saxta ittihamla inzibati qaydada həbs olunmuş, həmin inzibati həbs müddətində DTX-nin əməkdaşları tərəfindən DTX-yə aparılaraq orada işgəncələrə məruz qalmış, ondan Əli Kərimliyə qarşı ifadələr verilməsi tələb olunmuş, o, həmin ifadələri verməkdən imtina etmiş, inzibati həbs müddəti başa çatan gün Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən saxlanılaraq həbs edilmiş, tələb etsə də müdafiəçisi ilə görüşməyə imkan yaradılmamış, ibtidai istintaq zamanı işgəncələrə məruz qalmış, həmin işgəncələrin təsiri altında həqiqətə uyğun olmayan, guya Qalib Məmmədov və onun arvadı Aytən Ramazanova ilə mütamadi əlaqə saxlaması, onlardan müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaitləri alması, Aytən Ramazanovanın ona mitinqlərin videoçəkilişlərini aparması üçün xüsusi eynək gördərməsi barədə ifadələr vermiş, həmin ifadələrin heç birini təsdiq etmir, heç bir zaman Qalib Məmmədovun çıxışlarını, siyasi mövqeyini dəstəkləməmiş, dövlət əleyhinə açıq çağırışlar etməyə hazırlaşmamış, terrorçuluğu maliyyələşdirməmiş, ona göndərilən eynəyin isə videoçəkiliş aparmaq xüsusiyyətinin olmasını bilməmiş, videoçəkiliş apara bildiyi halda belə, belə eynəklər açıq satışda olmuş, qadağan olunmamışdır; ibtidai istintaq zamanı ona qarşı edilmiş işgəncələr barədə aidliyyatı üzrə məhkəmə nəzarəti qaydasında özü və müdafiəçisi Bakı şəhəri Xətai rayon məhkəməsinə şikayət etmiş, şikayətlərinə məhkəmədə baxılmış, ona qarşı qanunsuz hərəkətlərə yol verilməməsi barədə məhkəmə qərarları qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, əslən Tovuz rayonundan olsa da, 2010-cu ildən Bakı şəhərində yaşamaqla müxtəlif ünvanlarda kirayədə qalmışdır. Sonuncu kirayə qaldığı ünvan 300 manata qaldığı ünvan 5ur. Bəzi vaxtlarda onunla birgə əslən Masallı rayonundan olan X22 yaşamışdır. Müxtəlif yerlərdə fəhlə işləməklə maddi ehtiyaclarını təmin etmişdir. Aylıq əmək haqqı 500-700 manat arasında olmuşdur. Bundan başqa, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın sədri Əli Kərimlinin ictimai əsaslarla könüllü şəkildə təhlükəsizliyini təmin etmişdir. Bu işə görə ona hər hansı maddi vəsait ödənilməmişdir. Ailə üzvləri ilə birgə Almaniya Federativ Respublikasında məskunlaşmış X21 onun həmkəndlisi olmuşdur. Onunla münasibətləri normal olmuşdur. 2017-ci ildə aralarında hər hansı bir sənəd tərtib edilmədən Qabil Məmmədova vermiş olduğu 10.000 manat məbləğində borca görə 2019-cu ilin sonlarından başlayaraq Qabil Məmmədov və onun arvadı Aytən Ramazanova tərəfindən sonuncuların tanıdığı onun isə tanımadığı Seymur adlı şəxs və başqa şəxslərin vasitəsi ilə ona ümumilikdə 5.500 manat məbləğində pul göndərilmişdir. Qabil Məmmədov və onun arvadı pul göndərdikləri zaman ona Rusiya Federasiyasına məxsus mobil nömrənin qeydiyyatda olduğu WhatsApp proqramı vasitəsi ilə zəng edərək Bakı şəhərində yerləşən müxtəlif ünvanları söyləyərək ora getməyini, orada olan zaman onlara zəng edərək orada olmağı barədə məlumat verməyi söyləmiş, bundan sonra pulları təhvil almışdır. Rusiya nömrəsi Aytən Ramazanovanın ona göndərmiş olduğu kod vasitəsi ilə onun WhatsApp nömrəsi olmuşdur. Aytənlə arasında olan telefon danışıqlarında adətən mövzu ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı olmuşdur. Bildiyinə görə X15 süpürgəçi olaraq işləmişdir. Qabil Məmmədov isə YouTube sosial şəbəkəsində “İnqilab TV” adlı videokanal vasitəsi ilə onu izləyənlərə müxtəlif məzmunda çağırışlar etmişdir. Həmin videolardan bir neçəsini izləmişdir. Qabil Məmmədov və onun arvadı Aytən Ramazanovanın göndərmiş olduqları 5.500 manat məbləğində pulun 1.800 manat məbləğini həbsdə olan partiya üzvlərinin ailə üzvlərinə çatdırılması üçün “Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın Rəyasət Heyətinin üzvü Şahid3 təhvil vermişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində Aytən Ramazanova həmçinin siyasi məhbus ailələrinə vermək üçün 400 manat pul göndərmiş və həmin pulu tanışlarından götürməyi tapşırmışdır. Aytənin göndərmiş olduğu pulu Bakı şəhəri, Bakı metropoliteninin “Nizami” stansiyasının yaxınlığında havanın qaranlıq vaxtında tanımadığı şəxsdən təhvil almışdır. Bu pulla yanaşı həmin şəxs ona Aytənin göndərmiş olduğu gizli kamerası olan 2 ədəd eynək də vermişdir. Bu eynəyi Aytən Ramazanova ona görə göndərmişdir ki, 19 oktyabr mitinq zamanı baş verənlərin video çəkilişini etsin. Lakin mitinqdə həmin eynəkdən istifadə etmək yadına düşməmişdir. Eynəklərdən birini onun evinə qonaq gəlmiş “Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın Gənclər Komitəsinin sədri X28 bəyəndiyi üçün götürmüşdür. Bundan başqa, 2019-cu ilin oktyabr ayının ortalarında Aytən Ramazanova avro şəklində 1.600 manat məbləğində pul göndərmişdir. Həmin məbləği isə tanımadığı şəxsdən Bakı şəhərində “Bakıxanov” deyilən ərazidə görüşüb təhvil almışdır. Pulun 800 manatını Aytənin tapşırığı ilə dayısı oğlu X9 vermişdir. Aytənin dediyinə görə Rəfail həmin pulu rayonda Qabilin borclu olduğu adını bilmədiyi şəxsə göndərəcəkdir. Digər 800 manatı isə “Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın Rəyasət Heyətinin üzvü Şahid3 vermişdir. Bildiyinə görə Şahid3 həmin pulu “Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın üzvləri olan siyasi məhbusların ailələrinə maddi yardım kimi təqdim etmişdir. 2019-cu ilin dekabr ayında Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına avtomobil satışı ilə məşğul olan Elçin adlı şəxsin vasitəsilə Çin istehsalı olan “Samsung” markalı mobil telefon da göndərmişdir. Həmin telefon yararsız olduğundan istifadə edə bilməmişdir. Yaşadığı evdən aşkar edilmiş və içərisində 2000 Y Q/L Çinli, S....., 1600 Y Q/L Çinli S....., 500 D Y Q/L Çinli S....., 800 D Q/L G (Xəyyam) 5000 D Q/L G (Xəyyam) Ə.., 500 M Q/L B (Qız) S....., 3000 M Q/L G (Xəyyam) Z...., 4942 M Q/L Çinli Z...., 2000 Y Q/L 2600 dən – 2000 məzmunlu yazılar olan dəftərçə onun tərəfindən tərtib edilmişdir. Həmin dəftərçəni isə uzun müddət öncə tərtib etdiyindən, dəftərçədə olan qeydləri nə üçün etdiyini hazırda xatırlamır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Azərbaycanda satmaq məqsədi ilə Almaniya Federativ Respublikasından avtomobillərin gətirilməsi ilə məşğul olur, həmin vaxta kimi Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzində paltar satışı ilə məşğul olmuşdur; Almaniyaya getdiyi zaman uzun müddətdir ki, tanıdığı Məhərrəm adlı şəxsin evində qalmış, Məhərrəm alman dilini yaxşı bildiyi üçün avtomobilləri almaq üçün onlara köməklik etmiş, avtomobil alışı üçün Almaniyaya getdiyi zaman orada yaşayan Azərbaycanlılar ona xidmət haqqı kimi 15-25 avro arasında pul verməklə Azərbaycana gətirmək üçün müxtəlif məbləğlərdə pul və bağlamalar vermişlər; bununla bağlı hər hansısa bir qeydiyyat aparmamışdır; Almaniyanın Berkamen şəhərində yaşayan Qabil Məmmədov və onun arvadı Aytən adlı şəxsi Azərbaycana gətirmək üçün ona təhvil verilmiş müxtəlif məbləğlərdə pul və bağlamalara görə tanımışdır, onları 2019-cu ildə Berkamen şəhərində yaşamaqla ərzaq mağazasında satıcı kimi işləyən həmkəndlisi X10 vasitəsi ilə tanımışdır; Muğan Bayramovla onların haradan tanış olmaları barədə məlumatı yoxdur; həmin vaxt Muğan Bayramov onun Almaniyada istifadə etdiyi +**********415 mobil nömrəni Aytənə vermiş, daha sonra Aytən ona zəng edərək pul və bağlama göndərmək istədiyini bildirmişdir; Qabil Məmmədovun və arvadı Aytən adlı şəxsin göndərdikləri pul və bağlamaları əsasən Muğan Bayramovun işlədiyi adını xatırlamadığı ərzaq mağazasında Muğandan, bir dəfə isə onların yaşadıqları evdən təhvil almışdır. Onların evlərinə getdiyi zaman Qabil Məmmədov evin həyətinə çıxaraq onunla görüşmüş, Aytən isə Bakıda Qabil Məmmədovun qardaşı Şahid4 təhvil vermək üçün içərisində paltarlar olan bağlama vermişdir; bir neçə dəfə Aytənin onların Bakıya göndərdikləri pulları və bağlamaları Muğan Bayramovun işlədiyi ərzaq mağazasının yanında Aytənlə görüşərək təhvil almış, bəzən isə Aytən ona zəng edərək pulları və bağlamaları Muğan Bayramovdan təhvil almağını bildirmişdir; Qabil Məmmədov və Aytənin göndərdikləri pulları, Bakıda bir neçə dəfə Qabil Məmmədovun qardaşı Şahid4, bir dəfə Niyaməddin adlı şəxsə və bir dəfə isə adını bilmədiyi bir şəxsə təhvil vermişdir; Şahid4la 2019-cu ilin müxtəlif vaxtlarında bir neçə dəfə Bakı şəhəri, “Köhnə Günəşli” deyilən ərazidə, yəni yaşadığı evin yaxınlığında görüşmüş, bu görüşlər zaman ona ümumilikdə 700-800 avro məbləğində pul və içərisində paltarlar olan bağlamalar vermişdir; Niyaməddin adlı şəxslə də 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhəri, “Köhnə Günəşli” deyilən ərazidə, yəni yaşadığı evin yaxınlığında yerləşən “Bizim market” adlı ərzaq mağazasının qarşısında görüşməklə 1.200 avro məbləğində pul və markasını bilmədiyi mobil telefon təhvil vermişdir; bir dəfə isə Aytəngilin göndərdikləri 1.000 avro məbləğində pulu adını bilmədiyi şəxsə Bakı şəhərində, “Xalqlar Dostluğu” adlanan ərazidə, görüşməklə ona vermişdir; qeyd olunan əşyaların təhvil verilməsi ilə bağlı onunla həmin şəxslər arasında hər hansısa bir sənəd tərtib edilməmişdir; həmin şəxslərlə əsasən mobil telefonunun WhatsApp proqramı vasitəsi ilə danışmışdır; onun WhatsApp proqramına qoşulu olan Almaniya nömrəsini Aytəngil həmin şəxslərə vermiş, bundan sonra onlar Azərbaycanda olan zaman ona zəng edərək qeyd olunan əşyaları ondan təhvil almışlar; həmin şəxslərlə istifadəsində olan (050) ***-**-** mobil nömrəsi ilə də əlaqə saxlamışdır; Azərbaycandan 2019-cu ilin payız aylarında Qabil Məmmədovun sifarişi ilə onun üçün Bakı şəhəri, “28 may” deyilən ərazidə hərbi geyim mağazasından aldığı hərbi geyim və Şahid4 ona təqdim etdiyi Azərbaycan və Alman dilində olan etibarnaməni Almaniyada Aytənə təqdim etmişdir. Şahid4 ona dediklərindən başa düşmüşdür ki, həmin sənədi Qabilgilə Almaniyada işə düzəlmək üçün göndərmişdir; Qabil Məmmədov ona hərbi geyimi öz pulu ilə almağını, Almaniyaya gələn zaman həmin paltara görə pulu verəcəyini demişdir, hərbi geyimə görə Aytən ona 50 avro vermişdir; Qabil Məmmədovun və onun arvadı Aytənin ondan başqa digər şəxslərlə Azərbaycana pul və ya digər əşya göndərmələrindən, həmçinin onun vasitəsi ilə göndərdikləri pulu hansı səbəbdən göndərməklərindən məlumatı olmamışdır. “Bank Respublika”da şəxsi bank hesabı mövcud olsa da, Qabil Məmmədov və onun arvadı Aytən onun adına həmin bank hesabı və ya poçt vasitəsi ilə hər hansısa pul vəsaiti göndərməmişdir. Qabil Məmmədov və arvadı Aytənin Almaniyada konkret olaraq hansı işlə məşğul olmaları, aylıq qazancları barədə məlumatı olmamışdır. “Çinli” ləqəbli, Xəyyam, Seymur, Şahid3 adlı şəxsləri isə tanımır. İbtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının sonlarında 1.200 avro pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, “Köhnə Günəşli” adlanan ərazidə yerləşən “Bizim Market” mağazasının qarşısında verdiyini, Təqsirləndirilən şəxs isə ümumiyyətlə ondan pul almadığını bildirmişdir. (3-cü cild iş vərəqi 181-182). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1995-ci ildə orta məktəbi bitirmiş və həmin il X30 Akademiyasının “Zoo mühəndisi” fakültəsinə daxil olmuşdur, Akademiyanın 2-ci kursunda hərbi kafedrada təhsil alaraq leytenant rütbəsi almışdır; 2000-ci ildə Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən hərbi hissəsində zabit kimi tağım komandiri vəzifəsinə təyin olunmuş, 2002-ci ildə hərbi qulluqçu kimi müqavilə müddəti başa çatdığından ordu sıralarından tərxis olunmuşdur; həmin vaxtdan müxtəlif yerlərdə fəhlə kimi çalışmaqdadır; (050) ***-**-** mobil nömrəli telefon 1 aydır ki, istifadəsindədir, bundan əvvəl onun istifadəsində (050) ***-**-** mobil nömrə olmuş, WhatsApp proqramının qeydiyyatda olduğu mobil telefonunda bəzi vaxtlar (050) ***-**-** mobil nömrəsi, bəzi vaxtlar isə Rusiya Federasiyasının provayderlərinə məxsus +**********7, +**********9 mobil nömrələri qoşulu olmuşdur; ona maraqlı gəldiyi üçün WhatsApp proqramına Rusiya Federasiyasına məxsus mobil nömrənin qoşulu olmasını istədiyindən onun xahişinə əsasən Rusiyanın Moskva şəhərində yaşayan və kiçik sahibkarlıqla məşğul olan əslən Gəncədən olan 1979-cu il təvəllüdlü X39 Federasiyasına məxsus mobil nömrələri ona göndərmiş və o, xatırlamadığı şifrə əsasında nömrələri aktiv etmişdir; başqa məqsədi olmamış və ilk olaraq ona təxminən 4 ay öncə +**********9 mobil nömrəsinin şifrəsini göndərmiş, həmin nömrəni istifadə etdikdən sonra mobil telefonu yararsız olduğundan ona +**********7 mobil nömrəsinin şifrəsini göndərmişdir; axırıncı mobil nömrəsinin qeydiyyatda olduğu mobil telefonu bundan öncə məişət zəminində əsəbiləşdiyi üçün sındırmış və həmin telefonda yararsız hala düşmüşdür, son vaxtlar “Redmi Not 8” markalı mobil telefondan istifadə edir, həmin mobil telefonda WhatsApp proqramı yoxdur. Sosial şəbəkələrdən “Şahid2” adı altında Facebook sosial şəbəkəsində istifadə etmiş, lakin uzun müddətdir ki, həmin sosial şəbəkədən istifadə etmir. Heç zaman bank hesabı olmamışdır. Xarici ölkələrdən yalnız Gürcüstanda 1 günlük turist kimi səfərdə olmuşdur. Qabil Məmmədovu 2000-ci ildən tanıyır. Zabit kimi onlar birlikdə Müdafiə Nazirliyinin Cəlilabad rayonunda yerləşən hərbi hissəsində xidmət etmişlər. Həmin vaxt baş leytenant rütbəsində bölük komandiri vəzifəsində işləmiş, həmin müddət ərzində zabit yoldaşı kimi aralarında münasibət yaranmışdır. 2002-ci ildə ordudan tərxis olunandan sonra onunla əlaqəsi olmamışdır. 2019-cu ildə YouTube sosial şəbəkəsində Qabil Məmmədovun çıxışını və orada yerləşdirilmiş Almaniyaya məxsus son rəqəmləri 5737 olan mobil nömrəni görərək ona WhatsApp proqramı vasitəsi ilə zəng etmişdir. Onunla hal-əhval tutduqdan sonra əvvəlki kimi mütəmadi olaraq əlaqə saxlamağa başlamışlar. Bir müddət sonra Qabil Məmmədov ona zəng edərək Azərbaycanda bir sıra şəxslərə borcu olduğunu, bunun üçün onun adına bank vasitəsi ilə pul göndərmək istədiyini bildirmişdir. Ondan xahiş etmişdir ki, bankdan pulları götürməklə borclu olduğu şəxslərə təhvil versin. Onunla dostluq etdiyi üçün ona kömək məqsədi ilə təklifinə razılıq vermişdir. Ona demişdir ki, yalnız onun dediyi vaxtda şəxsiyyət vəsiqəsi ilə banka gedib pulu götürməli, daha sonra isə Qabilin tanıdığı onun isə tanımadığı şəxslər ona zəng edərək pulu ondan təhvil almalıdır. Bu qaydada dəfələrlə Bakı şəhəri, «Azneft» deyilən ərazidə yerləşən “Bank Respublika” bankından onun adına Gürcüstandan göndərilmiş pulları təhvil almışdır. Pulu göndərən şəxsin adını hazırda xatırlamır. Bir dəfə Qabildən hansı səbəbə görə pulları Gürcüstandan göndərildiyini soruşmuş, sonuncu isə bunun ona aidiyyatının olmadığını söyləmişdir. Gələn pullar əsasən ABŞ dolları olmuş, bankda həmin pullar manatla əvəz edildikdən sonra pulları bankdan götürmüşdür. Bir dəfə pul Gürcüstandan manatla göndərilmişdir. Bu ilin mart ayından may ayına kimi Qabil Məmmədovun göndərdiyi təxminən 15.000 manat məbləğində pulu “Bank Respublika”dan təhvil almışdır. Qabil Məmmədovun xahişi ilə bankdan təhvil aldığı pullardan bir dəfə 300 manat, bir dəfə 500 manat, bir dəfə 1.200 manat ümumilikdə isə 2.000 manat məbləğini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi tanıdığı Əli Kərimli adlı şəxsin mühafizəçisi olmuş “Niyaməddin” adlı şəxsə göndərmiş, 2.500-3.000 manat məbləğində olan hissəsini Qabil Məmmədovun qardaşı Şahid4 heç bir sənəd tərtib edilmədən əlbəəl, qalan məbləği isə Qabil Məmmədovun borclu olduğu şəxslər kimi tanıdığı adlarını bilmədiyi şəxslərə şəxsiyyət vəsiqələrinin sürətlərini onlardan almaqla əlbəəl təhvil vermişdir. Həmin şəxslərin şəxsiyyət vəsiqələrinin kserosürətləri Bakı şəhərində yaşadığı evdə saxlamışdır, Niyaməddin adlı şəxslə bir neçə dəfə Bakı şəhəri, “Nəsimi bazarı” deyilən yerdə, Şahid4la isə Bakı şəhəri “Koroğlu” parkı deyilən ərazidə görüşərək pulları onlara təhvil vermişdir. Həmişə Niyaməddin və Adil özləri WhatsApp proqramı vasitəsi ilə ona zəng edərək Qabil Məmmədovun göndərdiyi pul üçün zəng etdiklərini söyləyərək gəlib pulları təhvil almışlar. Şahid4 həmişə tək gəlib pulları ondan götürmüşdür, Niyaməddin isə bir dəfə Əli Kərimlinin mühafizəçisi kimi tanıdığı Ruslan adlı şəxs və partiyanın funksioneri kimi tanıdığı Əlizamin adlı şəxslə birlikdə gəlib pulu ondan götürmüş, Qabil Məmmədovun həmin pulları haradan əldə etməsi, Gürcüstanda hansı əlaqəsinin olması, eləcə də, Niyaməddin və Adilin həmin pulları hansı məqsədlə ondan təhvil almaları barədə Qabil Məmmədovdan, Niyaməddindən və Şahid4 heç nə soruşmamış, onlarda bu barədə ona heç nə deməmişlər, bir müddətən sonra Qabil Məmmədovun YouTube sosial şəbəkəsində olan “İnqilab TV” adlı videokanalı ilə Azərbaycan Respublikası ərazisində ictimai asayişi pozmaq yönümlü çıxışlar etdiyini görərək ondan uzaqlaşmaq qərarına gəlmiş və sonuncu ilə telefon əlaqəsində olduğu WhatsApp proqramını silərək onunla bir daha əlaqə saxlamamışdır; Qabilin dediklərinə görə onların hər ikisi aylıq olaraq 2.500 Avro məbləğində əmək haqqı almışlar. Lakin ona harada işləmələri barədə bir söz deməmişdir. Aytən Ramazanova da onunla telefonla danışan zaman pul göndərdiklərini həmin pulları qeyd etdiyi şəxslərə verməyini demişdir, Təqsirləndirilən şəxs yaşadığı evdə aparılan axtarış-götürmə istintaq hərəkəti zamanı evdən götürülmüş dəftərçədə yazılanlardan məlumatı yoxdur. Şahid3 adlı şəxsi tanımır. Elçin adlı şəxsi isə Qabil Məmmədov vasitəsi ilə tanımışdır. Qabilin dediklərinə görə Almaniyadan avtomobil gətirərək Azərbaycanda satışı ilə məşğuldur. 2020-ci ilin mart və ya aprel ayında Qabil Məmmədov ona zəng edərək Elçin adlı şəxslə Almaniyadan onun övladı üçün oyuncaq və 500 avro məbləğində pul göndərdiyini söyləmiş, bundan sonra Elçin adlı şəxs ona zəng edərək görüş təyin etmişdir. Elçinlə Bakı şəhəri, “Günəşli” deyilən yerdə görüşməklə oyuncağı və pulu ondan təhvil almış, daha sonra həmin pulun 50 avrosunu özünə götürmüş, 450 avronu isə manata dəyişərək Adil Məmmədova vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1990-cı ildə Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq- biblioqrafiya fakültəsini bitirmiş, 1991-ci ildən isə Qubadlı rayonunda nəşr olunan “Bərgüşad” adlı qəzetdə müxbir vəzifəsində işləməyə başlamış, 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 2012-ci ildən isə həmin partiyanın rəyasət heyətinin üzvüdür; partiyaya üzv olan şəxslərə partiyanın vəsiqəsi partiyanın sədri Əli Kərimlinin imzası və möhürü ilə təsdiq olunduqdan sonra üzvlərə təhvil verilmişdir. Son zamanlara kimi bu proses bu şəkildə olmuş, lakin partiyanın möhürü mühacir alveri ilə bağlı müxtəlif şəxslər tərəfindən saxtalaşdırıldığı üçün partiyaya üzvlük prosesi dayandırılmışdır; 1994-cü ildə “Azadlıq” qəzetində müxbir kimi işə qəbul olunmuş, 2003-cü ilədək həmin qəzetdə işləmiş, 2003-cü ildə “BP” neft şirkətində sənədlər üzrə redaktor vəzifəsinə təyin olunmuş və 2008-ci ilədək həmin vəzifədə işləmişdir; eyni zamanda 1994-cü ildən hazırki vaxtadək “Azadlıq” qəzetində fəaliyyətini davam etdirmiş, qəzetdə müxbir olaraq əsas vəzifəsi qəzetin mədəniyyət sahəsinə aid xəbərlər olan bölməsi üçün məlumatların toplanmasından ibarət olmuşdur, müxbir olaraq aylıq 200 manat məbləğində əmək haqqı almış, Azərbaycan Xalq Cəbhəsi X7 üzvü olaraq əsas vəzifəsi partiyanın hər hansısa bir tədbirləri barədə partiyanın üzvü olan qadınlara bu barədə məlumat vermək, partiyanın üzvü olan şəxslərin hər hansısa birinin ailəsində maddi çətinliklər olduğu zaman partiyanın üzvlərindən 10-20 manat məbləğində pul vəsaitlərini toplayaraq ailələrə təhvil verməkdən ibarət olmuş, ümumilikdə 200 manata qədər məbləğ toplanmış, üzvlərdən toplanılan pul vəsaitlərini müxtəlif yerlərdə görüşməklə əlbəəl təhvil almış, bununla bağlı özündə hər hansısa bir qeydiyyat aparmamış, xarici ölkədə yaşayan digər partiya üzvləri ilə sıx əlaqəsi olmamış, onlarla çox nadir hallarda Facebook sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs partiyanın üzvü və ictimai əsaslarla partiyanın sədri Əli Kərimlinin mühafizəçisi kimi tanımış, bundan başqa, sonunsunun partiyanın iclaslarının keçirilməsi üçün Bakı şəhərində müxtəlif yerlərdə kirayə mənzillərin təşkil edilməsində də, aktiv rol oynamasının şahidi olmuş, bildiyinə görə mühafizəçi kimi az miqdarda əmək haqqı almış, mühafizəçilikdən başqa hər hansısa bir işlə məşğul olmamış, Təqsirləndirilən şəxs ona bir neçə dəfə partiya üzvü olan və həbsdə olan şəxslərin ailə üzvlərinə sərf edilməsi məqsədi ilə müxtəlif məbləğlərdə pul vermiş, həmin pulların məbləğlərini hazırda xatırlamır, həmin pulları haradan əldə etməsi barədə ona bir söz demədiyindən bu barədə məlumatı olmamış, sonuncu ilə şəhərin müxtəlif yerlərində görüşərək pulları əlbəəl almış və əlbəəl olaraq həbsdə olan şəxslərin ailə üzvlərinə təqdim etmişdir; Təqsirləndirilən şəxs hər dəfə aldığı pulların dəqiq məbləğini bilməmiş, təxminən 500 - 1.200 manat arasında pul almış, Təqsirləndirilən şəxs aldığı pulların bir hissəsini 2019-cu ilin oktyabr ayının əvvəllərində və sonlarında, habelə dekabr ayından almış, həmin pulları da, həbsdə olan partiya üzvlərinin ailə üzvlərinə təqdim etmişdir; bu barədə partiya rəhbərliyinin məlumatının olub-olmamasından məlumatı olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailədə 5 qardaşdılar, qardaşlarından Tovuz rayonunun Qazqulu kəndində yaşayırlar, digər qardaşı Qabil Məmmədov arvadı Aytən Ramazanova ilə birgə Almaniyada yaşayır, Aytən Ramazanova 2019-cu ildə və 2020-ci ilin əvvəllərində bir neçə dəfə Almaniyadan Azərbaycan Respublikasına avtomobil satışı ilə məşğul olan soyadını bilmədiyi və onun tanışı olan Elçin adlı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxs aparıb çatdırmağı üçün pul göndərmək istədiyini bildirmiş, lakin o, bundan imtina etmiş, bu barədə Aytən Ramazanova daha ona hər hansı bir söz deməmiş, Aytən Ramazanova ona yalnız ailəsinin şəxsi ehtiyacları üçün xərcləmək məqsədi ilə Elçin adlı şəxsin vasitəsi ilə bir neçə dəfə pul göndərmişdir; son bir il ərzində Aytən Ramazanova ona hər dəfəsində 300 avro, 100 avro, 1.000 və 550 avro ümumilikdə isə 1.950 avro məbləğində pul göndərmişdir; Aytən Ramazanova ona pulları ancaq Elçin adlı şəxs vasitəsi ilə göndərmişdir, bank vasitəsi ilə isə pul göndərməmişdir. Elçin adlı şəxslə istifadəsində olan (050) ***-**-** mobil nömrəsi ilə WhatsApp proqramı vasitəsi ilə danışmış, pulları onunla şəxsən Bakı şəhərində, Bakı metropoliteninin “Günəşli” stansiyasının yanında, görüşərək almışdır, Elçindən başqa Aytən Ramazanova ona kiminləsə pul göndərməmiş, qardaşı Qabil Məmmədov özü ona heç zaman pul göndərməmişdir; X15 süpürgəçi işləməklə gündəlik 20 avro məbləğində əmək haqqı almışdır; “Xəyyam” adlı şəxsi və “Bakılı qız” ləqəbli şəxsləri tanımır. X23 əsgərlik yoldaşı Seymur adlı şəxsdən başqa digər Seymur adlı şəxs tanımır. “Çinli” ləqəbli şəxsi isə bir neçə il öncə xatırlamadığı sosial şəbəkədə Çin Respublikasından bir qadınla tanış olduğundan həmin şəxsin adını mobil telefonunda “Çinli” kimi qeydiyyatdan keçirmişdir. X8 Əhmədova 15.04.2020-ci ildə: “Salam Adilə zəng vur görüş”,- məzmunda, Təqsirləndirilən şəxs ona cavabında: “Danışdım”,- X8 Əhmədovdan: “Nə deyir?”,- məzmunda, Təqsirləndirilən şəxs isə ona cavabında: “Evə getsin zəng edəcək”,məzmunda yazışmaları Aytən Ramazanovanın ondan Təqsirləndirilən şəxs 200 manat məbləğində pul verməyisini xahiş etməsi, onun da, buna razılıq verməsi olmuşdur. Həmin günü Təqsirləndirilən şəxs ona zəng etmiş, sonuncuya evdə olmadığını, evə gələn zaman gəlib pulu götürə biləcəyini bildirmiş, lakin daha sonra Təqsirləndirilən şəxs pulu götürmək üçün evə gəlməmiş və sonuncu ilə əlaqə saxlamamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş AXÇ partiyasının komitə sədri X32 ifadə verərək göstərmişdir ki, sədri olduğu komitənin üzvü kimi Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərindən tanımış, Təqsirləndirilən şəxsla münasibətləri 2019-cu ilin sonlarında «AXCP»-nin təbliğat və təşviqat işlərində iştirak etmələri tlə bağlı yaranmışdır, partiya əməkdaşı kimi münasibətləri normal olmuşdur; 2019-cu ilin ortalarında tanışı Niyaməddinin kırayə qaldığı evdə olan vaxtı həmin evdə iki ədəd müxtəlif quruluşlu eynək görmüş, xoşu gəldiyindən Niyaməddin həmin eynəyin birini ona hədiyyə etmiş və zarafatla oan həmin eynəyin kameraya çəkmək funksiyasının oduğunun bildirmiş, yoxladığı vaxt eynəyin başqa funksiyasının, o cümlədən kameraya çəkmək funksiyasının olmadığını bilmiş, Niyaməddindən eynəyi ona kimin və hansı məqsədlə verməsini soruşmamış və Niyaməddin də bu barədə ona heç bir məlumat verməmiş, həmin eynək təxminən 1 ay onda qalmış, sonra isə eynəyi atmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq məhkəmə zamanı verdiyi ifadəni həqiqətə və işin faktiki hallarına uyğun olmayan özünü müdafiə xarakterli, ibtidai istintaq zamanı verdiyi ifadəsini isə işin hallarına daha uyğun hesab edir. İşdə olan Xətai rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, 06 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi X6 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs 15 aprel 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən Binəqədi rayonu ərazisində yerləşən DİN-in inzibati həbs olunanların saxlanılma mərkəzində işgəncəyə məruz qalmasına dair müraciəti əsasında Binəqədi və Xətai rayon prokurorluqlarında yoxlama aparılmış, material üzrə Azərbaycan Respublikas DİN-in İnzibati həbs olunanların saxlanılma mərkəzinə sorğu verilələrək Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi kitabçanın surəti götürülmüş və qeyd edilən sənəddə Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olmaması göstərildiyindən və polis əməkdaşları tərəfindən qanuna zidd hərəkətlərə yol verilməsi xüsusatı öz təsdiqini tapmadığından cinayət hadisəsi olmaması əsası ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın surəti maraqlı şəxslərə göndərilmişdir (4-cü cild iş vərəqi 137). Azərbaycan Republikası Qanunvericiliyinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarının tövsiyyələrinə əsasən təqsirləndirilən şəxs ilkin verdiyi izahat və ifadələrindən cinayət təqibinin sonrakı mərhələlərində imtina etdikdə, həmin izahat və ifadələr işin faktiki hallarına uyğun gəldiyi halda, digər sübutlarla müqayisəli qaydada analiz, tədqiq, müqayisəli formada təhlil edilərək həqiqətə uyğun olan ifadələr kimi qəbul oluna bilər. İşdə olan 03 oktyabr 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının sonlarında 1.200 avro pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, “Köhnə Günəşli” adlanan ərazidə yerləşən “Bizim Market” mağazasının qarşısında verdiyini, Təqsirləndirilən şəxs isə ümumiyyətlə ondan pul almadığını bildirmişdir (3-cü cild iş vərəqi 181-182). İşdə olan 22 oktyabr 2019-cu il tarixli İnternet səhifəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X14 21 oktyabr 2019-cu il tarixli “Youtube” video portalında “İnqilab TV” kanalında yayımlanmış 5 saat 13 dəqiqəlik video müraciətində terrorçuluğa açıq çağırışlar edərək: «Mənim, bizim namusumuza sataşan güllələnməlidir, özü də başından. Evi, ailəsi yanıb tar-mar olunmalıdır. Mənə lazımdır hər rayondan 10 nəfər. Tam məxfi. 2 adam bir-birini tanımayacaq. Hər rayonda 5 nəfər, ya 10 nəfər. Rayonların mərkəzinə töküləcək insanlar və o qarışıqlıqdan istifadə edib ... güllələyəcək. Polis formasında olacaq, hava da qaranlıq. Heç kim heç kimi tanımayacaq. Hərbi çevriliş olacaq ... Ən azından «Makarov» tapançası olmalıdır, Mənim hazır dəstələrim olacaq. Birbaşa icra hakimiyyətləri, rəislər, əməliyyatçılar vurulmalı, öldürülməlidir.... Ola bilər kiminsə rayonunda mafiya babası var, deyər ki, 10 nəfər, 20 nəfər, 50 nəfər mənlikdir... (Telefonda polis əməkdaşını nümayiş etdirərək)... bax, bu var e, bax, burnu əyri, birinci bu güllələnməlidir, ağzına atmaq lazımdır.... (Telefonda polis əməkdaşını nümayiş etdirərək) Səhlab, general-mayor var e, o general birinci güllələnməlidir başından... (Telefonda polis əməkdaşını nümayiş etdirərək) söhbət bu mayordan gedir. 1981-ci il təvəllüdlü mayor X18 Sabunçu rayon post-patrul xidməti bölüyünün komandiridir. (Telefonda qadın polis əməkdaşının təsvirini nümayiş etdirərək) Buna butulka soxmasaq şərəfsiz olarıq. Hər yerdə 2 nəfər silahlı adam olacaq, elə çıxacaq «şoferi» də vuracaq, o polis müşahidəçisini də vuracaq» və digər bu məzmunlu ifadələr vardır (1-ci cild iş vərəqi 39-63). İşdə olan 22 oktyabr 2019-cu il tarixli internet səhifəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X14 30.06.2019-cu il tarixli “Youtube” video portalında “Xalq TV1” kanalında yayımlanmış 2 saat 17 dəqiqəlik video müraciətində də terrorçuluğa açıq çağırışlar vardır (1-ci cild iş vərəqi 87-91). İşdə olan məhkəmə-linqvistik ekspertiza üzrə 08.11.2019-cu il tarixli 27811 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd diskə əlavə edilən X14 “Youtube” internet portalındakı “İnqilab TV” adlı kanalda yayımlanan 21 oktyabr 2019-cu il tarixli “21.10.2019 ... İmitasiya edir. Nə zaman və necə..." başlıqlı videomüraciətində: - 58 dəqiqə 40-cı saniyəsindəki: «Mənim, bizim bu gizli işimizə heç bir partiya ilə əlaqəsi yoxdur. ...mənim, bizim namusumuza sataşan güllələnməlidir, özü də başından. Onlarda “bronjlet” olur. Evi, ailəsi yanıb tar-mar olunmalıdır. Vəssalam. Mənə lazımdır hər rayondan 10 nəfər. Tam məxfi. Zənglərin qaydasını deyim sizə. Rus nömrəsi açdırın»; -1 saat 00 dəqiqə 20-ci saniyədəki: «Mən bu işimdə müstəqiləm. 2 adam bir-birini tanımayacaq. Vidadi bəylə plan cızaram, yəqin ki, polis forması lazımdır, silah lazımdır. Başqa heç nə. Və sonuncu moment...»; -1 saat 01 dəqiqə 50-ci saniyədəki; «Hər rayonda 5 nəfər, ya 10 nəfər. 5 də olarsa olar, 10 da olarsa olar. Məsələn Gəncə kimi yerdə 10 nəfər, ondan bir az çox da ola bilər. Tovuz, Yevlax, X24 kimi yerdə mənə 5 nəfər lazımdır... heç kim bir-birini tanımayacaq Hamısının polis forması olacaq və mayordan aşağı heç kimi gülələnməyəcəklər. Bir də ana-bacımıza sataşarlarsa həmin insanlar güllələnməlidir. Dəyərli həmvətənlərim, mənimlə əlaqəyə çıxarsınız. Mən ölsəm də günü sabah, məndən başqa bu işi düzüb-qoşan 2-3 adam var; deməli Cəmil bəy, Əli bəy öz işini görsün. Amma bir daha belə hal olarsa, bu sonuncu moment deməkdir. O sonuncu moment dərhal həmin o 5 nəfər, o silahlıları heç kim tanımayacaq. Rayonlara 100 nəfərdən tutmuş min nəfər, 5 min nəfər, nə qədər bacarırsa rayonların mərkəzinə töküləcək insanlar və o qarışıqlıqdan istifadə edib insanlara zülm edən, xalqa zülm edəni güllələyəcək. Polis formasında olacaq, hava da qaranlıq. Heç kim heç kimi tanımayacaq. Başında “kaska” və ya papaq. Heç kim heç kimi tanımayacaq...; bir ay ərzində bizim gizli təşkilatımız hazır olmalıdır. Rayonları qeyd edəcəyəm. Həmin insanlar xalqın qəhrəmanı olacaqlar. Mənə lazımdır hər rayondan 3-5 nəfər, fədai lazımdır, silahlı, polis formasında olacaqlar. İlk baxışdan kimsə tanımayacaq. Silahla, elə polis kimi gələcəklər oraya gecə vaxtı, icra başçısını “daranq”, polis rəisini “daranq”. Vəssalam, əməliyyatçı “daranq”... İnanın Allaha 4-5 polis rəisi meydanda güllələnsə, Sizə ehtiyac qalmayacaq, digər polislər öz silahları ilə rəislərini bir-bir güllələyəcək; kim bu gizli təşkilata üzv olmaq istəsə bir-birini tanımayacaq, heç kim bilməməlidir. Hamısı polis formasında, lazım olanda hərəkətə keçməlidir. Yalnız mayor və mayordan yuxarı olanlar ölməlidir... hərbi çevriliş olacaq, vəssalam; rayonlardan 5 nəfər istəyirəm, Gəncədən 10 nəfər, Bakı şəhərindən 20 nəfər. Vəssalam. Mənə elə adam zəng etsin ki, o adam silah tapa bilər. Ən azından “Makarov” tapançası olmalıdır, avtomatı olmasa da “Makar” olmalıdır, ən azından. Bir tapança tapa bilsin, polis forması tapa bilsin. Polis formasını özü almasın. Hansısa polis qohumunun köhnəsini alsın...”; - 1 saat 25 dəqiqə 40-cı saniyədəki “Cəmil bəy, Əli bəy, mitinq olacaq. Amma bir daha belə hal olarsa mənim hazır dəstələrim olacaq. Birbaşa icra hakimiyyətləri, rəislər, əməliyyatçılar vurulmalı, öldürülməlidir. Ay qadanız alım, gəncəlilər, hərəkətə keçin! Bütün rayonlar...; o fədailər yenə çıxaracaq haradan Talış qardaşlarımızdan, Bakı kəndlərindən, Şamaxıdan, Gəncədən, Gəncə-Qazax zonasından, Qazaxdan, Yevlaxdan, Bərdədən, birdə bəlkə Ağcabədi zonasından və başqa zonalardan: Balakən, Quba, Zaqatala. Yəni yoxdur? Adlarını çox sadalaya bilərəm: Şirvan, Salyan, Sabirabad. Yəni Azərbaycanda 60-dan çox rayon var. Ay qardaşlar, 60-dən çox rayon var... 15- 20 rayon bəsdir. 15-20 rayonda rəis öldürülsə, icra başçısı öldürülsə o biri rayonlarda ... rəisləri girəcək haradan çıxmışdırsa, oraya...»; - 2 saat 23 dəqiqə 45-ci saniyədəki: «əgər bir rayonda bir kişi deyir ki, 25 nəfərlə mən bu işi etməyə hazıram, hörmətim də var, hər bir şey eləməyə hazıram o rayonda xalqın qəhrəmanı sizlərsiniz, amma mən sizinlə söhbət etməliyəm. Amma başqa rayonlarda qardaş qardaşı tanımamalıdır. Ola bilər kiminsə rayonunda mafiya babası var, deyər ki, 10 nəfər, 20 nəfər, 50 nəfər mənlikdir. Bunu başa düşdük. Amma yoxdursa mafiya babası, fərdi şəkildə, qardaş qardaşı tanımamalıdır»; - 2 saat 24 dəqiqə 50-ci saniyədəki: «(telefonda polis əməkdaşını nümayiş etdirərək)... bax, bu oğraş var e, bax, burnu əyri, birinci bu güllələnməlidir, burnu əyri var e, göstərirəm, bax bu polis, birinci bu güllələnməlidir, qabaqda duran, erməniyə bax. Oğlanın da bacısını döyə-döyə aparırdı e, qabaqda duran mayor var e, birinci bu güllələnməlidir ha, hamı tanıyır onu, bütün kadrlara düşüb, ağzına atmaq lazımdır, ağzına soxub atmaq lazımdır; - 2 saat 26 dəqiqə 58-ci saniyədəki: «... kriminal oğlanlarımızda qarışıb söhbətə, narahat olmayın, gözəl qardaşlarımız da qatılıb bu söhbətə. Heç bəlkə gələn mitinqə bunlar qalmadı. İnanın mənə Hə, hə Səhlab, general-mayor var e, o general birinci güllələnməlidir başından. Bronjlet geyinirlər ha (söyüş söyüş) dərhal başından. Elə bil yanından keçən çıxarıb “daranq” başından bir dənə, vəssalam, qurtardı getdi»; - 2 saat 31 dəqiqə 25-ci saniyədəki: «…hərbi məktəblərin kursantlarına çağırış edəcəyəm... onlar “zabordan” aşıb gələcəklər»; - 2 saat 33 dəqiqə 40-cı saniyədəki «25 oktyabrda Amerika səfirliyinin qarşısındakı mitinqə yalnız qadınlar getsin, cavan kişilər istirahət etsin, güc toplasınlar. Yaxın günlərdə böyük bir hərəkat olacaq. Mən sizə bilib deyirəm də...»; - 2 saat 36 dəqiqə 58-ci saniyədəki: «(telefonda general Səhlab Bağırovun təsvirini nümayiş etdirərək) birinci öldürülməlidir bax bu (söyür). Erkəklər, kişilər... tər-təmiz yezidi kürdüdür. PKK-nın ən böyük dəstəkçilərindən biri olub. Adı Səhlabdır, keçən il general-mayor verdilər. ... Onların “adresini” bilən, ümumiyyətlə, Əli Kərimlini döyən kimdir, kim “adresini” bilirsə... Bax polis işçiləri, məni sevirsiniz, Allah Sizi var eləsin. Mənə “adresi” göndərin. Mən yazacağam burada, “adresi” elan edəcəyəm. “Adresi” ötürəndən sonra yəqin ki, onlarla söhbət edən oğlanlar olacaq. Xahiş edirəm, orada aparıcı mayordur, generaldır, fərqi yoxdur. Kim “adreslərini” bilirsə, bilirsə mənə atsınlar. Mən “adresləri” lazım olanlara çatdıracağam, buradan səsləndirəcəyəm. 2 evi varsa, məsələn villası var, ikisini də desin. Onların arvaduşağı var, yəqin ki, onlarla söhbət edərlər. Arvadına deyərlər ki, sənin ərin niyə belə hərəkət elədi”; - 2 saat 40 dəqiqə 13-cü saniyədəki: «(telefonda polis əməkdaşının təsviri və barəsində dəqiqləşdirici məlumatları nümayiş etdirərək) söhbət bu mayordan gedir. 1981-ci ili təvəllüdlü mayor X18 Sabunçu rayon post-patrul xidməti bölüyünün komandiridir. Sabunçu rayonunda bağ yerləri massivlərində qalır. Yazırsınızmı, kriminallar?.... Bu mayor kimdir ki, 2 nəfər “oxrana” ilə gəzir? Bağ evləri massivində qalır. İşdən evə gələndə, axşam qaranlıqda gələcək, havalar qaralır. Yanında bir dənə polis ola bilər. Bununla bir söhbət etmək lazımdırmı, Azərbaycanın Koroğluları, Babəkin, Cavanşirin nəvələri? Deməli bağ evləri massivində qalır, dəfələrlə məhkəmələrdə şərlənən müxalifətçilərin üzünə durub, “suka”nın biridir. Onlar cəzalanmadıqca, onlar xalqa zülm edəcək. Mobil nömrəsi...»; - 3 saat 32 dəqiqə 40-cı saniyədəki: «qəhbənin biri tapılıb. Həmin generalın “postelindən” çıxan ......biri tapılıb. Buna butulka soxmasaq şərəfsiz olarıq onda. Buna butulka soxacağıq. (Telefonda qadın polis əməkdaşının təsvirini nümayiş etdirərək)..... biri bax budur. Görürsünüzmü? ... Sifətinə baxdınız da, yəqin ki?...»; - 4 saat 11 dəqiqə 30-cu saniyədəki: «(kütləvi iğtişaş yerlərindən kənarlaşdırılaraq polis əməkdaşları tərəfindən avtobuslarla Bakı şəhərinin ətraf ərazilərinə gətirilmiş şəxslərin videogörüntüsünü telefonda nümayiş etdirməklə) Dəyərli həmvətənlərim. Onun da tədbiri alınacaq, bayaq dedim. Silahlı adamlar 5 istiqamətdə Hövsan tərəf, nə bilim Şamaxı yolu, sonra 1-2 dənə, 5 dənə, 4 dənə yerdir də. Hər yerdə 2 nəfər silahlı adam olacaq, elə çıxacaq “şoferi” də vuracaq, o polis müşahidəçisini də vuracaq, həmin avtobusla qayıdacaq, narahat olmayın. Onun da tədbiri olacaq. Görmürsünüz, rayonlar artıq qalxıb, biri deyir 25 nəfər silahlı biri mən. Narahat olmayın»; - 4 saat 13 dəqiqə 30-cu saniyədəki: «...Gələn ayın axırına kimi nə isə olacaq. Mən buna əminəm, inanıram. Cəmil bəyə de, Əli bəyə də. Amma olmasa Cəmil bəy də dedi ki, ikicə həftə ərzində, bax gələn həftədən icazəli, icazəsiz mitinq keçiriləcək şəhərin mərkəzində, bazar günü olmasa, bir də belə hal təkrar olunarsa “qrupa Alfa” hərəkətə keçəcək, bütün rayonlarda Demirəm bütün rayonlarda, yalan deyərəm, 20 rayon bəsdir. 20- 30 rayonda və Bakıda. Mənə silah tapan, silahı olan....Yenə deyirəm mayordan aşağı öldüsə, bilin ki hakimiyyət öldürüb. Biz mayordan yuxarı ilə danışacağıq, mayor, mayordan yuxarı. Kapitana da dəyməyin. Onlar tula-mula şeylərdir. Yezid-mezid olsa kapitanı da həll eləmək olar. Yəni öz işimizi bilməliyik...»; - 4 saat 36 dəqiqə 20-ci saniyədəki “...hakimiyyət., geri addım atmasalar, yenə də deyirəm, biz hazırlığımızı görməliyik.... Evinizdə silah saxlayırsınız, nə saxlayırsınız, əziz həmvətənlilərim? Bax sizə sual verirəm. Evinizdə iri bıçaqmı saxlayırsınız, silahmı saxlayırsınız, niyə saxlayırsınız? Azərbaycanın 90 faizində var. Azərbaycanın 90 faizinin evində xəncər, bıçaq, qoşa lülə, sənədli-sənədsiz var. Bilirəm var. Bunu niyə saxlayırsınız? Niyəsini deyimmi? Ova getmək üçün saxlamısınız? Yox... Mən deyim sizə niyə saxlayırsınız. Ona görə saxlayırsınız ki, lazım olan vaxtda ananıza, bacınıza, namusunuza sataşan olsa çəkib onu fiziki cəhətdən məhv edəsiniz....“»,- kimi çıxışlarda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətməyə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməyə açıq çağırışlar etmə və bu cür məzmunlu materialları yaymanın əlamətləri vardır (1-ci cild iş vərəqi 92-99). İşdə olan məhkəmə-linqvistik ekspertiza üzrə 17 dekabr 2019-cu il tarixli 29401 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “Youtube” internet portalında “Xalq TV” adlı kanalda həmin kanalın rəhbəri İmadəddin Əlimanovun 30 iyun 2019-cu il tarixdə yayımladığı canlı efirində X14 videomüraciətində: - 19 dəqiqə 50-ci saniyəsindən 27 dəqiqə 48-ci saniyəsinə qədər olan hissədə “Deməli dünən mən, Milli Şuranın aparıcı blogger vasitəsilə, aparıcı siyasi fəallar vasitəsilə rəhbərliyə çatdırmağa çalışdım ki, biz noyabr ayının 17-i, “Dirçəliş günü” və yaxud noyabr ayının 30-u, noyabrın axırı da çox vaxt hallandırıb deyirdik bu inqilaba başlamalıyıq. Deməli dünən xəbər göndərdim ki, yəni Milli Şura ola bilər onlar 17-i deməsin məsələn, desinlər ki, 20-i olsun. Yəni biz dəyişə bilərik. Yetər ki, hamımızın sözü üst-üstə düzsün. Bundan sonra mən “azerfreedom”, bilirsiniz ki, Qurban müəllim də çağırış edir. Qurban bəy də daxil olmaqla digər liderlərnən, digər bloggerlə əlaqə saxladım ki, 17-20-i? qurban müəllim də bildirdi ki, 17i daha məqbul gündür, “Dirçəliş” günüdür. Deməli dünən Qurban müəllim və mən elan elədik və Milli Şuranın cavabını gözləyirik. Yəqin ki, onların cavabı gələcək. Lazım olsa dəyişə bilirik. Amma noyabr çərçivəsindən kənara çıxmamaq şərtilə. Amma mənə elə gəlir ki, 17 noyabr hamı tərəfindən məqbul görünür. Əsas xalqdır. Xalq 17 noyabr deyirsə, biz kimik ki. imkan olan kimi, mitinq ayağa qalxan kimi biz gömrük qapılarında olacağıq. İçəri girmək üçün, meydana girmək üçün. Bir də onu deyim ki, Tural Sadıqlı dəstək verəcək, amma bəzi insanlar var ki, deyir mən olmadığım yerə gedə bilmərəm, mən orda yoxamsa, o, azadlıq hərəkatına, inqilaba dəstək verə bilmərəm. Məsələn, Orduxanı ölkəyə buraxmayacaqlar, mən buna əminəm. Bundan əlavə, Rafail Piriyev getmək istiyib müraciət edibdi. Mən müraciət etməmişəm, edəcəyəm onsuz da. Rafail Piriyevə deyiblər ki, ölkədən çıxışın qadağandı, çıxsan sənin üçün cinayət olar, sən ora getsən hansısa təxribatı səninlə əlaqələndirərlər, buna bizim ölkə olaraq ixtiyarımız yoxdur. Rəfail Piriyevə icazə verməyiblər. Mən də, indi müraciət edəcəm ki, inqilab günü, ən azı inqilab günü gömrük məntəqəsindən keçim. Avqust ayından, indidən insanlar getməyə başlayıblar Azərbaycana. Get-gedə də bu gediş sürətlənir. Biz bunu media vasitəsilə istiqamətləndirəciyik. Bu o demək deyil ki, 17-i “inqilab” olacaq. Hələ ki, 17-in məqbul görmüşük. Ola bilər 30-na dəyişərlər. Heç bir bloggerin inqilabdan bir ay qabaq gedib orada tutulması ziyandan başqa xalqımıza xeyir gətirməyəcək. İnqilab günü getmək lazımdır ki, millət, milyonlar ayaqdadır, Prezident qaçmağa hazırlaşıb. O zaman gömrük, polisin yarısı, ordunun 80 faizi hamısı xalqa tərəf olacaq. O zaman bloggerlər ölkəyə girə bilərlər. Buna əmin ola bilərsiniz ki, xalq ayağa qalxsa, prezident qaçıb gedəcək. Mən buna əminəm. amma ki, Prezident 1200 yezid yetişdirir, Suriyadan, İraqdan gətirib. Həmən onlar mübarizə aparacaq. Hər nazirin 50-100-150 nəfərdən ibarət silahlı dəstəsi var, xüsusilə güc nazirlərinin. Onlar mübarizə aparacaq. Bunun üçün də bizim ən zəifi Yunis Səfərov kimi olan 2000 nəfər qrupumuzda insan gəlir.”; - 1 saat 33 dəqiqə 11-ci saniyədən-1 saat 34 dəqiqə 45-ci saniyəyədək “Hakimiyyəti rədd eləmək. Azərbaycanı azad eləmək 5 dəfə Qarabağı azad eləməyə bərabərdir. Azərbaycanı azad eləmək 5 dəfə Qarabağı azad eləməyə bərabərdir, əziz həmvətənlərim! Elə hesab edin ki, real vəziyyəti deyirəm, aprel döyüşləri millətimizi qırdırmaq məqsədi ilə aparıldı. Aprel döyüşlərində bütün hərbi hissələr ayağa qalxmağa hazır idi. Bax, indi təsəvvür edin ki, ermənilər hücum edib, 1,2,5 rayonu, minlərlə insanı, ana-bacılarımızı ələ keçirib, biz bütün dünya azərbaycanlılarını, bütün oğuzsoylu insanları köməyə çağırırıq! O anabacılarımızı xilas eləməyə çağırırıq! Bax, eynən o vəziyyətdədir. 2-3 rayonu erməni işğal eləməyib, bütün Azərbaycanı işğal edib, hakimiyyəti ələ alıblar. İstədiyi kimi bayrağımızı da tapdalayır təhqir edirlər, namusumuzu da tapdalayır təhqir edirlər, hər bir milli-mənəvi dəyərlərimizi tapdalayır əzirlər. Ona görə Ana Vətən göz yaşları axıdır, Ana Vətən sizləri çağırır!”; - 1 saat 37 dəqiqə 27-ci saniyədən-1 saat 37 dəqiqə 27-ci saniyəyədək “İndi belə vəziyyətdir ki, indi görürsünüz bəzi dövlətlərdə inqilab olur. Bəzi ölkələrdə xarici inqilaba görə dəstək verilir, sonra lider gəlir meydanlara çıxır. O normal haldır. İnsan nə deyir ki? Deyir ki, demokratik insanlarıq, sizin öz fikriniz ola bilər, mənim öz fikrim ola bilər, hər kəs bir adamı lider görə bilər. Son sözü xalq deyəcək. Elə bil ki, bizim yanımızda anamıza-bacımıza sataşıblar, biz deməməliyik ki, bizim qarnımız acdır, yerində cavabını verməliyik! Biz deməməliyik ki, gedib qarnımızı doyurmalıyıq! Yox, mənim pulum olsun, mən onun cavabını verəcəm! Yəni pul bizə harada lazımdır? Pul bizə ancaq meydanlarda olan insanlara yemək üçün lazımdır və Rusiyadan oğlanlarımızın qayıtması üçün lazımdır.”; - 1 saat 40 dəqiqə 58-ci saniyədən-1 saat 42 dəqiqə 00-cı saniyəyədək “Burada bir qayda var, deməli Əli Kərimli ya kimsə, fərq eləmir, əgər 1 ay qabaq ərizə vermirsə, məsələn, icazə versəniz də, verməsniz də noyabrın 17-si mitinqdir, çağırış edə bilməz. Mən bildiyim qədər və bilən insanlardan soruşmuşam, qanunla bu olmamlıdır. Prezident bilir ki, o hakimiyyətdən getsə, o harada olsa biz onlara od qoyacıyıq, yığdığını da əlindən alacıyıq. Bu xoşa-xoşluqla gedərmi?”; - 1 saat 43 dəqiqə 30-cu saniyədən-1 saat 44 dəqiqə 00-cı saniyəyədək “Xalq meydana çıxanda onda o qədər xalqın sevimliləri çıxacaq. Biz dövləti devirənə kimi, biz prezident seçmirik! Prezidenti biz keçid dövründə 3 ay ərzində seçəciyik. Kim xalqın önündə özünü göstrəcəksə, kim indiyə kimi satılmayıb mübarizə aparıbsa, o da xalqın lideri – sevimlisi olacaq!” kimi çıxışlarda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətməyə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməyə açıq çağırışlar etmə və bu cür məzmunlu materialları yaymanın əlamətləri vardır (1-ci cild iş vərəqi 103-107). İşdə olan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı “X41” modelli mobil telefona baxış keçirilməsi haqqında 11 avqust 2020-ci il tarixli protokoldan görünür ki, “kontaktı” bölməsinə bir sıra şəxslərin adları və nömrələri olduğu, “messenger” bölməsində isə bir sıra şəxslərlə yazışmalarının olduğu aşkar edildi. “Kontaktı” bölməsində “Seymur Aytən” adlı şəxsin mobil nömrəsi kimi +**********9, “Səadət xanım” – adlı şəxsin mobil nömrəsi kimi ***- ***-**-** mobil nömrəsi, “Adil qonşu” adlı şəxsin mobil nömrəsi kimi isə ***-***-**-** nömrəsinin qeyd olunduğu müəyyən edildi. Bundan başqa, “messenger” bölməsində Təqsirləndirilən şəxs 02.04.2019-cu il tarixdə “Qabil və Yusif balamızın son mitinq çağırışı çox yaxşı idi. Əli bəyə yaxın bir adam kimi deyirəm ki, ümumilli maraqlarımıza zərrə qədər xeyri dəyənlərin hamısı, bu diktaturanın çökməsi üçün zərrə qədər xeyri dəyənlərin hamısı öz işinin bəhrəsini görəcək. Qabil son çağırışında düzgün analiz etdi Azərbaycandakı siyasi prosesləri” 05.04.2019-cu il tarixdə “Salam Aytən xanım. Necəsiz ? Qabilə de ki mənə yazsın. Bayaq mənim profilimi bağlamışdılar. Necə edirəm Yusifin profilini tapa bilmirəm. 21.05.2019-cu il tarixdə isə “Necəsən Aytən xanım?”, “Qabilə denən mənimlə təcili əlaqə saxlasın. watsapp zəngi etsin” məzmunda yazışmalarının olduğu aşkar edildi» (1-ci cild iş vərəqi 60-63). İşdə olan Azərbaycan Respublikası DTX-nin 19 iyun 2020-ci il tarixli 30/1465 m №-li məktubundan edilmiş çıxarışdan görünür ki, 01 dekabr 1979-cu il təvəllüdlü, Tovuz rayonu Qədirli kəndində qeydiyyatda olan Rəhimov X11 Qabil Əmrah oğlu və onun həyat yoldaşı X1 Təqsirləndirilən şəxs göndərdiyi pul vəsaitlərinin ötürülməsində iştirak etmişdir. Həmçinin həmin məktubdan görünür ki, Şahid2 Rusiya Federasiyası mobil operatorlarına məxsus +**********7, +**********9 “WhatsApp” nömrələrindən, eyni zamanda +994 50 641-41-74, +994 50 769-14-64 nömrələrdən istifadə edir (2-ci cild iş vərəqi 89). İşdə olan Azərbaycan Respublikası DTX-in 14.05.2020-ci il tarixli, 30/1130 m nömrəli məktubundan edilmiş çıxarışa əsasən Təqsirləndirilən şəxs Qabil Məmmədovla danışığından görünür: «Niyaməddin Qabilə görüşmək məsələsi gündəmdə deyildi, mən özüm istəyirdim ki, Əli bəylə həmin “Çinli” adamı görüşdürəm. Həmin adam siyasi məhbuslara yardım edib...»; Təqsirləndirilən şəxs (Qabil Məmmədova deyir): Deməkdə məqsədim nədir: bu dəqiqə elə vəziyyətdir ki, Avropa bunlardan imtina eləyib. Getdikcə bunlar uçuruma gedirlər. Vəziyyət günbəgün bizim xeyrimizə gedir. Bir dənə görüşməyə görə bunlar hər şeyi məhv edə bilərlər. Birdən görüşdüyü yerdə tutarlar, o adamı da Banditizmdə bir dəfə məngənəyə salan kimi Əli bəyin üzünə 50 dənə şeyə görə durar. O adam siyasi məhbuslarla, Oqtay bəylə bağlı yardım eləmişdi. Sizdə var da o siyahı. Onu “çerez” Qənimət bəy öyrənə bilərsiz. Mən istəyirdim o bilsin. Bilinir. Belə bir şey olsa Qənimət bəydən öyrənə bilərsən. O, Əli bəyə ən yaxın adamdır. Əli bəy hətta öz səhifəsini də ona ümid eləyir; Niyaməddin: Başqa hər şey gözəldir, sağlığın. Gördün də, Avropa bunlardan imtina elədi. (Qabil mitinq keçirməyin əhəmiyyətini qeyd edir). Bilirsən necədir? Mitinqi boş-boşuna eləməkdən bir şey çıxmaz. İndi o vəziyyət yetişir. Əgər mitinqə icazə verməsələr yaza qədər bunların belinə güclü sanksiya qoyulacaq. Ən doğru qərarı MŞ özü Avropa ilə əlaqədə olub, oranı gözləyib verəcək, özü də bu dəfəki mitinqin hədəfi 100 000-dir. Bu da ölçülüb-biçilib, gümana yox, konkret vəziyyətə hesablanıb. Tələsmək yox, çox ehtiyatlı olmaq lazımdır. Biz ona görə çox açıq-aşkar danışmırıq. Bir az keçsin, sənə deyəcəklərini olacaq, hələ demirəm. (Əli Kərimlinin hakimiyyətin sonlanacağı barədə verdiyi proqnozlardan danışır. Qabil deyir ki, çıxışlarında ona istiqamət lazımdır. Niyaməddin bildirir ki, istiqamət bundan ibarətdir ki, hakimiyyətin əməlləri ifşa olunmalıdır.); Qabil: Gör nə deyirəm. O maşın (tam.) O paltar-zad göndərir. O da deyir ki, 2012-dən götürüblər. 2012-dən köhnə maşınlar gələ bilməz. Deyir, təzə maşın da gəlib aparır həmin adamları. İntəhası, deyir bir var maşın ayda iki dəfə yığıb aparar, bir də var 1 aydan, 2 aydan bir, 12-dən sonra gəlib aparar. Deyir, hər halda bir az gec gəlmək var. Bir az köhnə- kürüş paltarlardan olanda de. O kasıb adamlara. Bildin də nə demək istəyirəm? Niyaməddin: paltar göndərmək məsələsi var ha, onu bir mən bilirəm, bir sən, bir də bu biri. Bildin də? Qabil: Hə. İndidən sonra heç kim bilməyəcək. Niyaməddin: Çünki mən eşitmişəm ki, bu söhbətlər arada gəzir, mənim də adım hallanır. Çox ehtiyatlı olun. Niyaməddin: sənin o göndərdiklərin (paltarla bağlı) neçə kilodur, hamısını mən yazmışam götürdükcə. Hamisi məndə var. Çox gümanki sizdə də var. Niyaməddin bəyan edir ki, yeni quracaqları hakimiyyətdə heç kəs xahişlə deyil, bacarığına görə vəzifəyə təyin olunacaq və o, Aytənin yaxşı işə təyin olunması üçün əlindən gələni edəcək (1-ci cild iş vərəqi 229). İşdə oan Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətdən daxil olmuş 16.07.2020-ci il tarixli 17/4-1567m saylı məktubdan edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmyerlisi Almaniya FR-da yaşayan X21 ilə yaxın münasibətləri olmuş, mütəmadi olaraq WhatsApp vasitəsi ilə onunla əlaqə saxlamış və bir sıra dövlət orqanları və rəsmləri barədə topladığı, həqiqətə uyğun olmayan məlumatları Qabil Məmmədova ötürmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs “Demokratyanın bərpası” şüarı adı altında qanunsuz etiraz aksiyalarının təşkilində fəallıq nümayiş etdirmiş, Facebook sosial şəbəkəsində və internet səhifələrində iqtidar əleyhinə həqiqətə uyğun olmayan paylaşımlar və çağırışlar etməklə cəmiyyətdə mənfi fikirlər yaratmağa çalışmışdır (3-cü cild iş vərəqi 10). İşdə olan Kriminalistika və informasiya texnoloqiyaları idarəsindən daxil olmuş «Girişçıxış» və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən götürülmüş 13 iyul 2020-ci il tarixli məlumatından görünür ki, Şahid1 29 dekabr 2019-cu il tarixdə saat 03 radələrində “Şıxlı” keçid məntəqəsindən “Opel” markalı 8863İD dövlət qeydiyyat nömrəli nişanla avtomobillə Azərbaycan Respublikası hüdudlarına daxil olmuşdur (2-ci cild iş vərəqi 217-228). İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi olan https://www.cbar.az/ saytına baxış keçirilməsi haqqına 15 yanvar 2021-ci il tarixli proktoldan görünür ki, 30 dekabr 2019-cu il tarixdə avronun məzənnəsi Azərbaycan manatına münasibətdə 1.9035 səviyyəsində olmuşdur (4-cü cild iş vərəqi 72-73). İşdə olan Təqsirləndirilən şəxs ərizəsindən görürün ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 114 ünvanda axtarış aparılmasına etiraz etməmişdir (1-ci cild iş vərəqi 127). İşdə olan 4 may 2020-ci il tarixli axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04.05.2020-ci il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 114 ünvanda aparılmış axtarış tədbirləri nəticəsində şkafın içərisində 1 ədəd qara rəngli “HD X29” adlı texniki ləvazimat aşkar edilərək götürülərək iş materiallarına əlavə edilmişdir (1-ci cid iş vərəqi 129-132). İşdə olan axtarış və götürümə aparılması haqqında 12 yanvar 2021-ci il tarixli protkoldan görünür ki, X25 12 yanvar 2021-ci il tarixdə dəvəti ilə yaşadığı ünvan 7 ünvanında aparılmış axtarış zamanı iş üçün əhəmiyyətli hər hansı bir əşya, o cümlədən Təqsirləndirilən şəxs ona hədiyyə etdiyi eynək aşkar edilməmiş və götürülməmişdir (4-cü cild iş vərəqi 46-51). İşdə olan məhkəmə kompyuter-texniki ekspertizası üzrə 27 noyabr 2020-ci il tarixli 5/828 nömrəli ekspert rəyindən:
1. tədqiq olunan adsız və markasız istehsal tarixi və ölkəsi qeyd edilməyən cihazın daxili yaddaşı müəyyən edilməmişdir. Yaddaş qismində hər-hansı bir 32 Gb həcmində xarici “MicroSD" tipli yaddaş kartı avadanlığın müvafiq yuvasına daxil olunduqdan sonra istifadə oluna bilər. Təqdim edilmiş eynək formasında cihaz çərçivəsinin orta yuxarı hissəsində kiçik diametrli “Pin hole” tipli obyektiv aşkar edilmişdir;
2. Təqdim edilmiş eynək formasında tərtib edilmiş cihaz müvafiq texnoloji mühitdə hazırlanmışdır, üzərində dəyişikliyin edilməsi əlamətləri müşahidə olunmadı;
3. Təqdim edilmiş eynək formasında tərtib edilmiş cihaz gizli foto və video müşahidə üçün nəzərdə tutulub. Cihaz işlək vəziyyətdədir və istifadə üçün yaralıdır (4-cü cild iş vərəqi 17-22). İşdə olan Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli qanunu ilə təsdiq edilmiş «Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında» qanundan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilmişdir:
1. Döyüş təyinatlı hərbi texnika.
2. Qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı.
3. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.
4. Müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.
5. Hərbi səfərbərlik təyinatlı əmlak (3-cü cild iş vərəqi 240). İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən verilmiş 05.01.2021-ci il tarixli 30/1-42 nömrəli rəyin çıxarışından görünür ki, «HD X29» adlı gizli vizual müşahidə, informasiya alma, sənədləşmə və digər funksional məqsədlər üçün kamuflyaj edilmiş (foto və video çəkilişli) eynək Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli 564-İİQ nömrəli Qanunu ilə müəyyən edilmiş “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı»nın 4-cü bəndində göstərilmiş, yəni dövlət təhlükəsizliyi xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı sayılır (4-cü cild iş vərəqi 26). İşdə olan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətindən verilmiş 05.12.2020-ci il tarixli 14/18/1439 nömrəli məktubdan görünür ki, “HD X29” adlı eynək «Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı» haqqında 23.12.2003-cü il tarixli Qanunun 4-cü bəndində nəzərdə tutulmuş xüsusi təyinatlı ləvazimata aiddir (4-cü cild iş vərəqi 11). İşdə olan Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidmətindən verilmiş 18 dekabr 2020-ci il tarixli 27/524 nömrəli məktubundan görünür ki, “HD X29” adlı eynək «Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında» 23.12.2003-cü il tarixli Qanunun 4-cü bəndində nəzərdə tutulmuş xüsusi təyinatlı ləvazimata aiddir (4-cü cild iş vərəqi 14-16). İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş 11 dekabr 2020-ci il tarixli 2/4856 nömrəli məktubdan görünür ki, “HD X29” adlı eynək Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika idarəsinin Raket-Artilleriya Silahları xidmətinin uçotunda mövcud deyil, sözügedən əmlak təyinatına uyğun olaraq xüsusi ləvazimat kimi istifadə oluna bilər (4cü cild iş vərəqi 12-13). İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilmiş 08 dekabr 2020-ci il tarixli 1000-154/003-22/022884 nömrəli məktubdan görünür ki, daxilində videokamera olan “HD X29" adlı eynəyin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə aid edilə biləcəyi nəzərə alınaraq, həmin əşyanın Azərbaycan Respublikasının “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında» 23.12.2003-cü il tarixli 564-İİQ Qanununun 4-cü bəndinə əsasən müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatına aid olduğundan Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 214-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır (4-cü cild iş vərəqi 8-10). İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilmiş 06 noyabr 2020-ci il tarixli 170/002-22/021908 nömrəli məktubdan görünür ki, DGK-nın məlumat bazasında “HD X29” adlı malın 2011-2019-cu illər və 2020-ci ilin 10 ayı ərzində idxalı haqqında qeyd yoxdur (3-cü cild iş vərəqi 43-44). İşdə olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsindən daxil olmuş 29.01.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “HD X29” adlı eynəyin orta bazar dəyəri Azərbaycan respublikasına çatdırma xərci nəzərə alınmaqla təxminən 82,0 manat təşkil edir (4-cü cild iş vərəqi 156-159). İşdə olan 30 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 04 may 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 114 ünvanda aparılmış axtarış tədbirləri nəticəsində aşkar edilmiş 01 ədəd “HD X29” adlı texniki ləvazimat və 01 ədəd “Samsung” markalı “X41” modelli mobil telefon maddi sübut kimi tanınmış və Baş prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına saxlanmaya verilmişdir (4-cü cild iş vərəqi 160-193). İşdə olan Tovuz RİH-nin Aşağı Öysüzlü kənd üzrə nümayəndəliyinin 26 yanvar 2021-ci il tarixli 02 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşamış olduğu kənd üzrə mənfi xarakterizə olunmuşdur (4-cü cild iş vərəqi 133-134). İşdə olan Səhiyyə Nazirliyi 1 nömrəli Respublika psixiatriya xəstəxanasından daxil olmuş 25 yanvar 2021-ci il tarixli 545 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (4-cü cild iş vərəqi 131- 132). İşdə olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 15 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2020-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 170). İşdə olan Bakı şəhər Nəsimi rayon məhkəməsinin 16 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 202-205). İşdə olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X3 idarəsindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (3-cü cild iş vərəqi 98-100). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X5 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CM-in 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır, şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur, bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 51-2-ci maddəsinə əsasən konfrans cnayət mühakimə icraatında prosessual hərəkətlər CPM-in 51-2.1.4-cü maddəsinə əsasən epidemiya nəticəsində təqsirləndirilən şəxs müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə onun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər: Həmin Məcəllənin 51-2.3-cü maddəsinə əsasən məhkəmə icraatı zamanı prosessual hərəkətlər məhkəmənin öz təşəbbüsü ilə məhkəmənin əsaslandırılmış qərarı əsasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilir. Məhkəmə bir və ya bir neçə prosessual hərəkətin, habelə icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası CPM-in 51-2.5-ci maddəsinə əsasən həmin Məcəllənin 51- 2.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda, yəni epidemiya ilə bağlı məhkəmənin əsaslandırılmış qərarı ilə prosessual hərəkətlər təqsirləndirilən şəxsin razılığı alınmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər. Azərbaycan Respublikası CPM-in 51-2.8-ci maddəsinə əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərin videoyazısı aparılmalı, prosessual hərəkətlərin nəticəsinə dair videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda cinayət işinə əlavə edilməlidir. Azərbaycan Respublikası CPM-in 51-2.10-cu maddəsnə əsasən məhkəmə prosessual hərəkətin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərarın icrasının təşkil edilməsini həmin Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxsin olduğu yer üzrə müvafiq məhkəmə sədrinin vasitəsi ilə həmin məhkəmənin aparatına, azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində isə komandanlığa həvalə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi isə şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə kollegiyası Milli Qanunvericiliyin tələblərini, Beynəlxalq hüquq normalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş - Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Almaniya Federativ Respublikasında yaşayan cinayətkar qrupun üzvlərindən mənbə kimi istifadə etməklə onlardan pul vəsaitlərini alıb tamamilə bilavasitə Azərbaycan Respublikası CM-in 214-2-ci maddəsində nəzərdə tutulmuş əməllərdən terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd təşkil etmə (terror aktı), bundan başqa hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə, eləcə də Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların və materialların yayılmasının bir qrup şəxs tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsi üçün istifadə olunacağını bilərək həmin pul vəsaitlərini tamamilə bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirməsi, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların edilməsi və materialların yayılması cinayətinin törədilməsi üçün, qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində başqaları ilə əlaqəyə girib sövdələşməsinə baxmayaraq öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək cinayətə hazırlıq etməsi, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə etməklə saxlayıb daşıyaraq gəzdirməsi ilə bağlı işin faktiki halları öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış, məhkəmə istintaqı zamanı tədqiq və təhlil edilmiş sübutlara məcmu halında qiymət verərək, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 214-1, 28,281.2 və 233-1.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş və açıq məhkəmə baxışı zamanı (o cümlədən hissəvi olaraq Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 51-2-ci maddəsin əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə aparılmaqla) tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsinin sanksiyasında on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 281.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 233-1.2.1-ci maddəsin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 28,281.2 və 233-1.2.1-ci maddələri isə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər, həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsləsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi (həmin hal Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsində tövsifedici əlamət kimi nəzərdə tutulmadığı üçün) cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən halların olmaması və cəzaını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir Azərbaycan Respublikası CM-in 28.1-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 63-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Azərbaycan Respublikası CM-in 63.2-ci maddəsinə əsasən cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə hazırlığa görə təyin ediləcək cəza həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 4 (dörd) il müddətə azdılaqdın məhrum etmə cəzasından artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır və xüsusilə ağır cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və Azərbaycan Respublikası CM-in 214-1 və 233-1.2.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə, həmin Məcəllənin 28,281.2-ci maddəsi ilə isə Cinayət Məcəlləsinin 63.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından çox olmayan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 15 may 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-ci maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır və xüsusilə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və Azərbaycan Respublikası CM-in 214-1 və 233-1.2.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə, həmin Məcəllənin 28,281.2-ci maddəsi ilə isə Cinayət Məcəlləsinin 63.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından çox olmayan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 15 may 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə kollegiyası, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Baş prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına saxlanmaya verilmiş 01 ədəd “HD X29” adlı texniki ləvazimat (eynək) qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşya olduğundan məhv edilməli, 1 ədəd “Samsung” markalı “X41” modelli mobil telefon cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 51-2.8-ci maddəsinə əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə aparılmış videoyazı elektron daşıyıcıda (DVD diskdə) cinayət işinə əlavə edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarının dəyəri cəmi 121.11 manat (yüz iyirmi bir manat on bir qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 214-1, 28,281.2 və 233-1.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 28,281.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 233-1.2.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Baş prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan 01 ədəd “HD X29” adlı texniki ləvazimat qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşya olduğundan məhv edilsin, 1 ədəd “Samsung” markalı “X41” modelli mobil telefon cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası CPM-in 51-2.8-ci maddəsinə əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə aparılmış videoyazı elektron daşıyıcıda (DVD diskdə) cinayət işinə əlavə edilsin. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarının dəyəri 121.11 manat (yüz iyirmi bir manat on bir qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Eldar Mikayılov