Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-829/2023 31.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:50-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi “Verdiktium” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonunu, Zabrat qəsəbəsi, Süleyman Ələsgərov küçəsi, fərdi yaşayış sahəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında fərdi yaşayış-bağ evlərindən özgə əmlakını gizli olaraq talayıb aralarında bölməklə bağlı əvvəlcədən razılaşdığı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, 26 may 2022-ci il tarixdə saat 12 radələrində qrupun üzvü Şahid1 qonşuluğunda ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 evinin həyətindəki çöl darvazasının giriş qapısını örtərək qapının sərbəst açılmasına maneə olaraq qapının qarşısında yerə daş qoyub azyaşlı övladı X9 ilə bərabər evi tərk edərək avtobusla getdiklərini görüb Zərərçəkmiş şəxs1 qaldığı fərdi yaşayış-bağ evində heç kimin olmadığına əmin olduqda qabaqcadan nəzərdə tutduqları niyyətlərini həyata keçirmək üçün mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq onu oğurluq məqsədilə təcili olaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə çağırıb görüşdükdən sonra o, həmin günü saat 13 radələrində qrupun üzvü Şahid1lə bərabər Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə bərabər yaşadığı həmin ünvana gəlib fərdi yaşayış-bağ evinə xarici müşahidə apardıqda ev sahibinin evdə olmamasına bir daha əmin olduqdan sonra aralarındakı razılaşmaya əsasən qrupun digər üzvü Şahid1 onun cinayət əməlini əlverişli şəraitdə həyata keçirməsindən ötrü ola biləcək maneələrin aradan qaldırılmasından, təhlükə olduqda, habelə sifətdən tanıdığı ev sahibi geri qayıtdığı halda dərhal ona xəbərdar etməsindən ötrü həmin fərdi yaşayış-bağ evinin kənarında pusquda dayanaraq ətrafı nəzarətdə saxlamış, o, isə həmin vaxtı fərdi yaşayış-bağ evinin həyətinin çöl darvazasının giriş qapısının qarşısında qapının sərbəst açılmasının qarşısını almaqdan ötrü yerə qoyulmuş daşı həmin yerdən götürərək kənara qoyub maneəni aradan qaldırdıqdan sonra qapını açıb oradan həmin evin həyətinə qanunsuz daxil olduqdan sonra həmin evin həyətindəki nərdivanı götürüb çöl tərəfdən üzərində dəmir barmaqlıq olan plastik çərçivəli pəncərənin yanındakı evin divarına dayayıb rahat şəkildə nərdivanla pəncərəyə doğru qalxıb əvvəlcədən özü ilə gətirdiyi vintaçanla ilkin olaraq həmin pəncərənin üzərindəki dəmir barmaqlığı sökdükdən sonra, vintaçanla həmin pəncərənin bağlı qapısını əyib çərçivəsindən ayırmaqla açmağa nail olaraq oradan fərdi yaşayış-bağ evinin içərisinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub axtardıqda həmin evin yataq otağında çarpayının üzərindəki yorğanların arasından Zərərçəkmiş şəxs1 məxsus 20 (iyirmi) manat pulu, həmin yataq otağında saxlanc yeri sayılan güzgülü dolabın siyirməsindən 1 ədəd 583 əyarlı qızıldan ibarət 100 manat dəyərində «N» hərfli formasında olan kulonu və 1 ədəd 583 əyarlı qızıldan ibarət 150 manat dəyərində boyunbağını, habelə həmin otaqda dolabın üzərindəki “diplomat” kimi adlanan çemodanı götürüb evin mətbəxinə gətirərək orada həmin çemodanın şifrə ilə bağlı olan kilitini vintaçanla söküb açaraq saxlanc yeri sayılan həmin çemodanın da, içərisindən 1100 (min yüz) manat və milli məzənnə ilə 17 (on yeddi) manat təşkil elən 10 (on) X8 dolları məbləğində pulu, o cümlədən, 1 ədəd 583 əyarlı qızıldan ibarət 300 manat dəyərində boyunbağını, 1 ədəd 583 əyarlı qızıldan ibarət 300 manat dəyərində üzüyü, üzərində 25 ədəd xırda brilliant daşlar olan (briliantlar setka şəklində düzülür) 1 ədəd 583 əyarlı qızıldan ibarət 1700 manat dəyərində üzüyü, 583 əyarlı qızıldan ibarət 400 manat dəyərində bir cüt sırqanı, 1 ədəd 583 əyarlı qızıldan ibarət 400 manat dəyərində boyunbağını, 1 ədəd 300 manat dəyərində qol saatını, 1 ədəd 925 əyarlı gümüşdən ibarət 50 manat dəyərində üzüyü, 925 əyarlı gümüşdən ibarət 80 manat dəyərində bir cüt sırğanı, 925 əyarlı gümüşdən ibarət 20 manat dəyərində bir ədəd «günəş» formasında olan kulonu, 1 ədəd 583 əyarlı qızıldan ibarət 200 manat dəyərində bilərziyi, 1 ədəd 583 əyarlı qızıldan ibarət 300 manat dəyərində digər boyunbağını, 1 ədəd 750 əyarlı ağ qızıldan ibarət 100 manat dəyərində «tək qaş» formasında olan kulonu, 1 ədəd 750 əyarlı qızıldan ibarət 50 manat dəyərində «alt nalı» formasında olan kulonu, 1 ədəd 750 əyarlı qızıldan ibarət 50 manat dəyərində «göz muncuğu» formasında olan kulonu, 1 ədəd 750 əyarlı qızıldan ibarət 150 manat dəyərində bilərziyi, yəni ümumilikdə 4650 (dörd min altı yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarını və 1137 (min yüz otuz yeddi) manat məbləğində nağd pulu yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin 5787 (beş min yeddi yüz səksən yeddi) manat məbləğində sadalanan əmlakını gizli olaraq talayıb qrupun digər üzvü Şahid1lə aralarında bölərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndindəki fərdi yaşayış-bağ evlərindən özgə əmlakını gizli olaraq talayıb aralarında bölməklə bağlı əvvəlcədən razılaşdığı qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib 25 iyul 2022-ci il tarixdə axşam saatlarında bərabər onun idarə etdiyi Hyundai Elantra markalı az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonunun, Göradil kəndi ərazisinə gəlib oradakı fərdi yaşayış-bağ evlərini nəzərdən keçirərkən ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evinə xarici müşahidə apardıqda ev sahibinin evdə olmamasına əmin olduqdan sonra qabaqcadan nəzərdə tutduqları niyyətlərini həyata keçirmək üçün aralarındakı razılaşmaya əsasən qrupun digər üzvü ilə onun cinayət əməlini əlverişli şəraitdə həyata keçirməsindən ötrü ola biləcək maneələrin aradan qaldırılmasından, ev sahibi qayıtdıqda, təhlükə olduqda dərhal ona xəbərdar etməsindən ötrü həmin fərdi yaşayış-bağ evinin kənarında pusquda dayanaraq ətrafı nəzarətdə saxlamış, o isə həmin vaxtı həmin fərdi yaşayış-bağ evinin həyətinə daş hasardan qalxıb düşməklə qanunsuz daxil olduqdan sonra həmin fərdi yaşayış-bağ evinin birinci mərtəbəsindəki çöl tərəfdən üzərində ağcaqanad toru olan plastik materialdan olan pəncərəyə yaxınlaşıb toru yerindən çıxarıb kənara tulladıqdan sonra pəncərənin bağlı qapısını əvvəlcədən özü ilə gətirdiyi vintaçanla əyib çərçivəsindən ayırmaqla açmağa nail olaraq həmin yerdən fərdi yaşayışbağ evinin içərisinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub həmin fərdi yaşayış-bağ evinin yataq otağındakı saxlanc yeri sayılan paltar dolabının rəfində olan mücrünün içərisindən ev sahibi Zərərçəkmiş şəxs2 məxsus hər biri 50 qəpik dəyərində iki ədəd kiçik şəffaf sellofan paketlərə yığılaraq saxlanılan üzərində 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir ədəd 3,08 qram çəkidə 495 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın üzüyünü, bir ədəd 2,70 qram çəkidə, 229 manat dəyərində, «halqa» formalı 583\585 əyarlı qızıldan olan üzüyü, bir ədəd 4,90 qram çəkidə, 416 manat dəyərində, «halqa» formalı 583\585 əyarlı qızıldan olan üzüyü, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir cüt 4,19 qram çəkidə, 547 manat dəyərində 583\585 əyarlı qızıldan olan qadın sırqasını, üzərində ümumilikdə 2 ədəd gül formalı daş olan bir cüt 2,88 qram çəkidə 244 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın sırqasını, bir ədəd 7,03 qram çəkidə 597 manat dəyərində 583/585 əyarlı qızıldan olan qolbağı, üzərində ümumilikdə 3 ədəd yaşıl rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan bir cüt sırğadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,71 qram çəkidə 825 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın qızıl “komplektini”, yəni dəstini, üzərində 26 ədəd rəngsiz, şəffaf almaz qaş olan bir cüt sırğadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,92 qram çəkidə 926 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın qızıl “komplektini”, yəni dəstini, bir cüt sırğadan və bir ədəd üzükdən ibarət ümumilikdə 1500 manat dəyərində qızıldan olan qadın qızıl “komplektini”, yəni dəstini, üzərində bir ədəd kiçik briliyant qaş olan bir ədəd 500 manat dəyərində qızıldan olan qadın üzüyünü, yəni ümumilikdə 6279 (altı min iki yüz yetmiş doqquz) manat dəyərində qızıl-zinət əşyalarını, habelə həmin fərdi yaşayış-bağ evinin dəhlizindəki saxlanc yeri sayılan dolabın asılqanından asılmış Zərərçəkmiş şəxs2 gödəkcəsinin içəri döş ciblərində saxladığı sonuncuya məxsus milli məzənnə ilə 34692 (otuz dörd min altı yüz doxsan iki) manat təşkil edən 20000 (iyirmi min) Avro məbləğində pulu, milli məzənnə ilə 25500 (iyirmi beş min beş yüz) manat təşkil edən 15000 (on beş min) X8 dolları məbləğində pulu və 500 (beş yüz) manat məbləğində pulu, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin 66972 (altmış altı min doqquz yüz yetmiş iki) manat məbləğində sadalanan əmlakını gizli olaraq talayıb qrupun digər üzvü ilə aralarında bölərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla hər iki epizod üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 02 avqust 2022-ci il tarixdə saxlanılana qədər Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində fərdi yaşayış evində qalmışdır. Əvvəllər müxtəlif şirkət və şəxslərdən gündəlik icarə pulu verməklə avtomobilləri icarəyə götürüb həmin avtomobillərlə qeyri-rəsmi olaraq «taksi» kimi fəaliyyət göstərmişdir. Əvvəllər Şahid1, sonuncunun qardaşı Zamin Əliyev, qonşuları Əkbər Əsədov, Orxan Əliyev və Əli Həsənovla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat və Balaxanı qəsəbələri ərazisində xeyli sayda evlərdən qızıl, pul, hətta silah oğurladıqlarına görə barələrində Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılaraq onlara müxtəlif maddələrlə ittiham elan edilmiş və həmin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, hazırda məhkəmələri davam edir. Həmin cinayət işi üzrə o, 2021-ci ilin mart ayından həmin ilin oktyabr ayına qədər təqsirləndirilən şəxs qismində Bakı İstintaq Təcridxanasında saxlanılmış, daha sonra barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmişdir. Şahid1 onunla qonşuluqda Zabrat qəsəbəsində qalmış, təxminən 3-4 il əvvəl Firuz valideynləri və qardaşları ilə birlikdə Balaxanı qəsəbəsinə köçmüş və saxlanılana qədər orada yaşamışdır. Firuz və ailə üzvləri xırda buynuzlu mal-qara saxlayıb onları satmaqla məşğul olmuş, Firuz Balaxanı qəsəbəsinə köçəndən sonra da, onunla münasibət saxlamaqda davam etmişdir. Firuzla o, əvvəllər ittiham olunduqları oğurluq hadisələrini törətsələr də, hətta barələrində olan cinayət işi məhkəməyə göndərilsə də, qərarlaşmışlar ki, münasib bir yeni ünvan olsa oradan da oğurluq etsinlər. 2022-ci ilin aprel ayında o, Əhmədli qəsəbəsində yaşayan, telefon nömrəsini xatırlamadığı Oqtay adlı şəxsdən aralarında olan şifahi razılaşma əsasında gündəlik 25 manat pula icarəyə dövlət qeydiyyat nişanını xatırlamadığı boz metallik rəngində Toyota Corolla markalı avtomobil götürüb «taksi» kimi fəaliyyət göstərməyə başlamışdır. 26 may 2022-ci il tarixdə saat 12 radələrində o, «taksi» kimi idarə etdiyi avtomobillə şəhərin mərkəzində «28 may» tərəfdə olarkən Şahid1 ona zəng edib onu təcili olaraq «Fazenda» kimi də çağırılan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadiq Rəhimov küçəsində yerləşən 105 saylı marşrut üzrə işləyən avtobusun son dayanacağına çağırmışdır. Firuz onu təcili çağırdığından anlamışdır ki, Firuz oğurluq etmək üçün ev tapıb, ona görə onu təcili çağırır. O, tez «taksi» kimi istifadə etdiyi Toyota Corolla markalı avtomobillə 15-20 dəqiqəyə Firuzun bildirdiyi yerə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadiq Rəhimov küçəsində yerləşən 105 saylı marşrut üzrə işləyən avtobusunun son dayanacağına gəlmişdir. Firuz tək olmuş, görüşdə ona bildirmişdir ki, yaxınlıqda bir həyət evi vardır, həmin evdə heç kim yoxdur. Evin darvazasının qapısını da, rahat açmaq mümkündür. Evin sahibi olan qadın uşağı ilə birlikdə evdən çıxıb avtobusa əyləşib getmiş, o gözünə eynək taxıb telefonla danışmış kimi həmin qadının evdən çıxmağını görəndən sonra həmin qadın və uşağı avtobusa əyləşib yola düşənə qədər xəlvət izləmiş, həmin qadınla uşağın çıxıb getdiklərinə əmin olmuşdur. Firuz görüş zamanı ona bildirmişdir ki, həmin qadın uşağı ilə evdən çıxdıqda çöl tərəfdən darvazanın qapılarının qarşısına maneə kimi adi daş qoymuşdur ki, darvazanın qapısı açıldıqda daşa dəyib dayansın, o, bunu görüb bilmişdir ki, evdə dəqiq olaraq heç kim yoxdur. Firuz ona təklif etmişdir ki, həmin qadının, yəni adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs1 evindən birlikdə oğurluq etsinlər, oğurlayacaqları pul və əşyaları yarıdan bölsünlər. Həmin vaxtı onun pula ehtiyacı olduğundan o, Firuzun bu oğurluq təklifini qəbul etmişdir. Bundan sonra Firuzla idarə etdiyi Toyota Corolla markalı avtomobillə oğurluq etdiyi ünvana tərəfə yollanmışlar. O, avtomobili həmin evin yerləşdiyi məhəllənin arxasındakı məhəllədə saxlamış, oğurluq zamanı əl izləri qalmasın deyə izi itirmək üçün avtomobildən özünə bir cüt qara-qırmızı rəngli fəhlə əlcəyi, habelə oğurluq zamanı qapı, pəncərə açmaq üçün bir ədəd vintaçan da, götürmüşdür. Oradan Firuzla oğurluq edəcəkləri ünvana tərəf piyada yollanmış, Firuz ona adı sonradan istintaq zamanı məlum olan Zərərçəkmiş şəxs1 evini göstərmişdir. Həmin ev daşdan tikili, daş hasarla əhatə olunmuş, həqiqətən də darvazanın qapılarının qarşısında yerə daş qoyulmuşdur. Aralarında olan razılaşmaya əsasən o, evə girib oğurluq etməli, Firuz isə həmin vaxtı çöldə dayanıb ətrafı nəzarətdə saxlamalı, birdən kimsə gəlsə, sifətdən tanıdığı ev sahibi evə qayıtsa, təhlükəli an yaransa dərhal ona xəbər etməli idi. Firuz həmin qadını evdən çıxdıqda gördüyü üçün həmin qadın geri qayıtsaydı onu uzaqdan görən kimi tanıyıb dərhal ona xəbər edə bilərdi. Ona görə də o, evin içində oğurluq edərkən Firuzun çöldə qalması məsləhət olmuşdur. Firuz ona bildirmişdir ki, əgər şübhəli və təhlükəli bir məqam olsa ona dərhal zəng edib xəbər edəcəkdir. Aralarında bu qaydada razılaşma baş tutandan sonra Firuz evin kənarında məhəllədə pusquda dayanıb ətrafı nəzarətdə saxlamağa başlamışdır. Aralarında olan razılaşmaya əsasən isə o, adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs1 qaldığı ünvana daxil olmuşdur. O, evin həyətinin darvazasının qapılarının çöl tərəfdən qarşısında yerə qoyulan daşı əli ilə həmin yerdən götürüb bir az kənara çəkəndən sonra darvazanın qapısı açılmışdır. Darvazanın qapısı kilitindən bağlı olmamış, ev sahibi daşı ona görə darvazanın qapısının qarşısında yerə qoymuşdur ki, darvazanın qapısı özü-özünə, sərbəst açılmasın, açıldıqda daş maneə olaraq qapını saxlasın. Beləliklə o, darvazanın qapısını açıb oradan Zərərçəkmiş şəxs1 evinin həyətinə daxil olmuşdur. Evi nəzərdən keçirdikdə görmüşdür ki, həqiqətən evdə adam yoxdur. O, evin özünə daxil olmaq üçün evin giriş qapısına yaxınlaşmışdır. O, fikirləşmişdir ki, qapını vintaçanla açsın, lakin qapını vintaçanla açılmasının mümkün olmadığını görüb evə daxil olmaq üçün evin pəncərələrini yoxlamağa başlamışdır. Görmüşdür ki, pəncərələr plastik materialdandır, üzərindəki dəmir barmaqlıqları rahat söküb ata bilər. Evin pəncərələri yerdən bir az hündür olduğundan o, elə həmin həyətdə olan dəmir nərdivanı götürüb pəncərələrin birinə tərəf gətirib pəncərənin yanında evin divarına dayamış və nərdivanla pəncərəyə qalxıb pəncərənin çöl tərəfdən üzərində olan dəmir barmaqlıqlarının bir tərəfinin dəmir «şitil» kimi deyilən hissəsini oğurluq məqsədi ilə özü ilə gətirdiyi, üzərində olan vintaçanla aralayıb çıxarmış, bunun ardınca həmin dəmir barmaqlıqları yerindən çıxarıb yerə qoymuşdur. Bundan sonra vintaçanla plastik pəncərənin kənarına güc verib əyərək plastik pəncərənin qapısını çərçivəsindən ayırıb açmış və həmin açdığı pəncərədən evin içərisinə gizli daxil olmuşdur. Onun açdığı pəncərə evin mətbəxinin pəncərəsi olmuş, oğurluq etmək məqsədi ilə evə daxil olduqdan sonra evi axtarmağa başlamış və evin yataq otağına daxil olmuşdur. Qızıl, pul, qiymətli əşya tapıb oğurlamaq məqsədi ilə yataq otağını axtardıqda əvvəlcə yataq otağından, çarpayının üzərindəki yorğanların arasından 20 (iyirmi) manat pul, yataq otağındakı dolabın siyirməsindən ittihamda əyarı və dəyəri dəqiq göstərilmiş, onun da razı olduğu 1 ədəd 583 əyarlı qızıldan ibarət 100 manat dəyərində «N» hərfli formasında olan kulonu və 1 ədəd 583 əyarlı qızıldan ibarət 150 manat dəyərində boyunbağını görüb oğurlamışdır. Həmin yataq otağını axtardıqda yataq otağındakı dolabın üzərində olan «diplomat» kimi adlanan çemodan onun diqqətini cəlb etmişdir. O, həmin «diplomat» kimi adlanan çemodanı oradan götürüb mətbəxə gətirmiş və mətbəxdə həmin «diplomat» kimi adlanan çemodanın üzərindəki şifrəli kod olan kilidi vintaçanla söküb açdıqda həmin çemodanın içərisində pul, qızıl-zinət əşyalarının olmasını görmüşdür. Pulu saydıqda görmüşdür ki, çemodanın içərisində milli məzənnə ilə 1100 manat və 1 ədəd 10 ABŞ dolları var. Çemodanın içərisindəki mücrü, qablarda olan qızıllar isə sırğa, boyunbağı, bilərzik, habelə saatdan və sair qızıl əşyalardan ibarət olmuşdur. O, həmin 1100 manat pulu və 10 ABŞ dollarını, habelə istintaq zamanı ona miqdarı, dəyəri, əyarı dəqiq məlum olan, ittihamda da, göstərilən, onun da razılaşdığı 1 ədəd 583 əyarlı qızıldan ibarət 300 manat dəyərində boyunbağını, 1 ədəd 583 əyarlı qızıldan ibarət 300 manat dəyərində üzüyü, üzərində 25 ədəd xırda brilliant daşlar olan 1 ədəd 583 əyarlı qızıldan ibarət 1700 manat dəyərində üzüyü, 583 əyarlı qızıldan ibarət 400 manat dəyərində bir cüt sırğanı, 1 ədəd 583 əyarlı qızıldan ibarət 400 manat dəyərində boyunbağını, 1 ədəd 300 manat dəyərində qol saatını, 1 ədəd 925 əyarlı gümüşdən ibarət 50 manat dəyərində üzüyü, 925 əyarlı gümüşdən ibarət 80 manat dəyərində bir cüt sırğanı, 925 əyarlı gümüşdən ibarət 20 manat dəyərində bir ədəd «günəş» formasında olan kulonu, 1 ədəd 583 əyarlı qızıldan ibarət 200 manat dəyərində bilərziyi, 1 ədəd 583 əyarlı qızıldan ibarət 300 manat dəyərində digər boyunbağını, 1 ədəd 750 əyarlı ağ qızıldan ibarət 100 manat dəyərində «tək qaş» formasında olan kulonu, 1 ədəd 750 əyarlı qızıldan ibarət 50 manat dəyərində «alt nalı» formasında olan kulonu, 1 ədəd 750 əyarlı qızıldan ibarət 50 manat dəyərində «göz muncuğu» formasında olan kulonu, 1 ədəd 750 əyarlı qızıldan ibarət 150 manat dəyərində bilərziyi də, götürüb oğurlayaraq cibinə qoymuşdur. Yəni ümumilikdə o, 1120 manat və 10 ABŞ dolları, yəni 1 ABŞ dollarını 1 manat 70 qəpikdən hesabladıqda cəmi 1137 manat pulu, habelə istintaq zamanı ona miqdarı, dəyəri, əyarı dəqiq məlum olan, onun da razılaşdığı ifadəsində ətraflı sadaladığı ümumilikdə 4650 (dörd min altı yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarını oğurlamışdır. Yəni elan olunmuş ittihamda da, oğurladığı əmlakın miqdarının 5787 (beş min yeddi yüz səksən yeddi) manat kimi göstərilməsi ilə də, tam razıdır. O, pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra «diplomat» kimi adlanan çemodanı, mücrünü, qızıl qablarını mətbəxə tullamışdır. O, evin digər hissələrini də axtarmış, lakin evdən başqa oğurluq etməmiş, açdığı pəncərədən çıxaraq evi tərk etmişdir. Fikirləşmişdir ki, onu çöldə gözləyən Firuzu aldadıb ona oğurladığı pulun miqdarını az, yəni guya cəmi 600 manat pul oğurladığını desin və həmin puldan ona 300 manat versin. Ona görə evi tərk etməmişdən əvvəl oğurladığı 1120 manat puldan 600 manat ayrıca ayırmış, qalan 520 manat və 10 ABŞ dollarını isə başqa cibinə qoymuşdur. O, oğurluq etdikdən sonra elə həyəti də giriş darvazasından çıxaraq tərk edib ətrafı nəzarətdə saxlamaqla onu çöldə gözləyən Firuza yaxınlaşıb avtomobilə əyləşərək hadisə yerinin ərazisini onunla tərk edəndə ona oğurladığı pulun miqdarını az demiş, yəni Firuza yalandan bildirmişdir ki, evdən qızıl-zinət əşyaları ilə yanaşı guya 600 manat pul oğurlamışdır. O, Firuza evdən 1120 manat pul və 10 ABŞ dolları oğurladığını deməmiş, evdən yalnız 600 manat pul və qızıl-zinət əşyaları oğurladığını söyləyib Firuzla hadisə yerini tərk edəndə ona oğurladığı puldan «qazanc» kimi 300 manat pul vermişdir. O, adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs1 evindən oğurladığı qızılzinət əşyalarını Firuza göstərib onları özündə saxlayacağını, satışdan əldə olunan puldan ona da pul verəcəyini bildirmişdr. O, həmin oğurluğu edəndən sonra elə həmin günü Nərminənin evindən oğurladığı qızıl-zinət əşyalarından qızıl qadın üzüklərindən birini Mehdiabad qəsəbəsi, 28 may küçəsi tərəfdə yerləşən dəqiq ünvanını xatırlamadığı «lombartda» işləyən qadına satmışdır. Adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs1 evindən oğurladığı digər qızıl-zinət əşyalarının əksəriyyətini elə həmin günü, qalanlarını da bir neçə gün ərzində «Moskva» ticarət mərkəzi tərəfdə xatırlamadığı mağazalara satmışdır. O, həmin mağazada işləyənlərə qızıl-zinət əşyalarını satarkən oğurladığını deməmiş, yalandan bildirmişdir ki, guya evin əşyalarıdır, pula ehtiyacı olduğundan satır. Mağazalara qızıl-zinət əşyalarını satanda yalandan bildirmişdir ki, sənəd üstündə deyil, onların tərtib etdikləri qəbzi imzalamışdır ki, satdığı qızıl-zinət əşyaları oğurluq deyil. Beləliklə o, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 evindən oğurladığı qızıl-zinət əşyalarını ümumilikdə 800 manat pula satmışdır. Oğurladığı qızılzinət əşyalarının hamısını 800 manata satdıqdan sonra Firuza cəmi 300 manat pul vermişdir. Beləliklə Nərminənin evindən oğurluq edəndən sonra oğurladığı pullardan ona 820 manat və 10 ABŞ dolları, qızıl-zinət əşyalarının satışından isə 500 manat pul, yəni ümumilikdə 1320 manat və 10 ABŞ dollar pul qalmışdır. Firuza oğurluq puldan 300 manat, qızıl-zinət əşyalarının satışından əldə olunan puldan da 300 manat olmaqla cəmi 600 manat pul vermişdir. Həmin oğurluğu o, Şahid1lə ikisi törətmişlər. Ev sahibi Zərərçəkmiş şəxs1 polisə şikayət edəndən sonra Firuz polis tərəfindən saxlanılmış, o, bunu bilib polisdən gizlənməyə başlamışdır. Firuz tutulandan sonra onlar adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı tam şəkildə ödəmişlər. Bununla bağlı Nərminə notarial qaydada ərizə yazıb onlara və polisə təqdim etmişdir. Həmin ziyanı onun qardaşı Natiq Nərminənin qardaşına ödəmişdir. Həmin ziyanı o, sonradan Eldarla bərabər Zərərçəkmiş şəxs2 evindən oğurladığı puldan ödəmişdir. Oğurluqdan bir neçə gün sonra Firuz həbs olunmuş, o da izi itirmək üçün oğurluq zamanı hadisə yerinə gəldiyi, yəni oğurluq zamanı istifadə etdiyi Toyota Corolla markalı avtomobili tez aparıb Oqtay adlı sahibinə geri qaytarmışdır. O, Toyota Corolla markalı avtomobili qaytardıqdan sonra bir müddət icarəyə başqa avtomobil götürməmiş, Zabrat ərazisində xatırlamadığı ünvanlarda kirayəşin kimi qalıb polisdən gizlənməyə başlamışdır. Gizlənməkdə məqsədi isə polis onu tapana qədər Zərərçəkmiş şəxs1 evindən oğurluq edən zaman vurduğu maddi ziyanı ödəsin ki, məsuliyyəti yüngülləşsin. Zərərçəkmiş şəxs1 evindən oğurluğu Şahid1lə birlikdə törətmiş, onlara başqa kömək edən, oğurluqda başqa iştirak edən olmamışdır. 2022-ci ilin iyun ayının əvvəllərində sürücülük hüququndan məhrum olunmuş, ona görə də artıq icarəyə maşın götürə bilməmiş, 21 iyul 2022-ci il tarixdə o, Zabrat qəsəbəsində yaşayan bibisi nəvəsi Şahid7 xahiş edib onun adına «Xalqlar Dostluğu» metrostansiyası tərəfdə günü 60 manata icarəyə boz rəngli Hyundai Elantra markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. Sürücülük vəsiqəsi olmadığından avtomobillə bağlı icarə müqaviləsi Turqutla şirkətin arasında bağlanmışdır. Avtomobili icarəyə götürdükdən sonra o, həmin avtomobildən «taksi» kimi istifadə etməyə başlamış, Turquta maşından oğurluq məqsədi ilə istifadə edəcəyini bildirməmişdir. 25 iyul 2022-ci il tarixdə birlikdə adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurluq etdiyi Eldar onlarla qonşuluqda, yəni «Zabrat» qəsəbəsində qonşu məhəllədə yaşamışdır. Eldar da onun kimi «taksi» fəaliyyəti ilə məşğul olmuş, o, Eldarla oğurluq ərəfəsində yaxından ünsiyyətdə olmuş və həmin vaxtı söhbət əsnasında Eldar bilmişdir ki, o, əvvəllər oğurluq etdiyinə görə Bakı İstintaq Təcridxanasında saxlanılmış, barəsində də, Bakı Ağır Cinayətlər məhkəməsində cinayət işinə baxılır. Həmin vaxtı Eldar ona demişdir ki, o da oğurluq etmək istəyir, oğurluq etmək üçün münasib bir ünvan olsa ona xəbər edəcəkdir, o da etiraz etməyərək razılaşmışdır. 25 iyul 2022-ci il tarixdə səhər saat 10 radələrində Eldar onunla zəngləşib görüşərək bildirmişdir ki, oğurluq etmək üçün bir ev tapmışdır, həmin ev Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ərazisində yerləşir, ev onun uzaq qohumu olan bir kişinin evidir, həmin evdə yaşayan uzaq qohumu olan kişinin arvadı ölüb, kişi evdə tək qalır, həmin kişi hazırda evdə deyil, ev həyət evidir, evdən girib rahat oğurluq edə bilərlər. Eldar ona təklif etmişdir ki, o evə daxil olub oğurluq edəndə, özü evin kənarında pusquda dayanıb ətrafı nəzarətdə saxlayar ki, evdən oğurluq edən zaman birdən ev sahibi evə qayıtsa, kimsə oğurluq etdikləri ünvana gəlsə, onların aşkar olunmalarından ötrü təhlükəli bir an yaransa dərhal telefonla və ya çağıraraq ona xəbər edər. O, Eldarın oğurluqla bağlı bu təklifi ilə razılaşıb qərara gəlmişlər ki, axşam saat 18 radələrində məhəllədə görüşsünlər. Həmin günü, yəni 25 iyul 2022-ci il tarixdə saat 18 radələrində Eldar idarə etdiyi dövlət qeydiyyat nişanına fikir vermədiyi «Prius» markalı maşınla onların həyətinə gəlmiş və sonra onlar iki maşın Eldargilin həyətinə yollanmışlar. Eldar maşını həyətlərində saxlamış və bərabər onun idarə etdiyi Hyundai Elantra markalı, az 99VS522 dövlət qeydiyyat nişanlı avtomobillə Eldarın qohumunun evindən oğurluq etmək üçün yola düşmüşlər. Eldarın göstərməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ərazisindəki bağ evləri olan əraziyə gəlmişlər, o, maşını Eldarın göstərməsinə əsasən həmin massivdə olan evin yaxınlığına qədər sürüb həmin evdən bir az aralıda saxlamışdır. Eldar ona evin yerini göstərmiş, həmin ünvanı hazırda xatırlaya bilmir. Razılaşmaya əsasən Eldar evin kənarında pusquda dayanıb ətrafı nəzarətdə saxlamalı, o da həmin evdən oğurluq etmək üçün evin qarşısına gəlmişdir ki, darvaza açıq olsa oradan həyətə daxil olsun, ya da ki, elə darvazanı özü ilə gətirdiyi vintaçanla açıb həyətə girsin. Lakin evin qarşısına gəldikdə həyətdən uşaq səsləri eşidilmiş, anlamışdır ki, evdə kimsə vardır. Evdə uşaq olduğundan oradan oğurluq etməmiş, yəni oğurluq etməkdən könüllü olaraq imtina etmişdir. Bundan sonra Eldarın yanına qayıtmış, ona evdə adam olduğunu, ona görə oğurluq məqsədi ilə həmin evə daxil olmadığını bildirmişdir. Eldar da bununla razılaşmış və sonra birlikdə qərara gəlmişlər ki, elə oğurluğa gəlmişkən ətrafda bir münasib ev olsa oradan oğurluq etsinlər. Onlar Eldarın həmin evinə daxil olmadığı qohumunun evinin ətrafındakı evlərin yanından onun idarə etdiyi boz rəngli Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə keçdikdə evlərin həyətlərini, qapı və pəncərələrini nəzərdən keçirirmişlər ki, xarici görünüşü yaxşı olan, qapı və pəncərələri bağlı olan, yəni heç kimin olmadığı ev olsa həmin ünvana daxil olsunlar. Onlar təxminən 20-30 metr aralıdakı evin yanından keçərkən o və Eldarın diqqətini Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində yaşayan adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 adlı şəxsin bağ evi onları cəlb etmişdir. Saat artıq 19:45 radələri olmuş, o, maşını saxlayıb həyətə boylandıqda evdə heç kimin olmadığına əmin olmuşdur. Yəni görmüşdür ki, Zərərçəkmiş şəxs2 bağ evinin çölə baxan işığı yanır, darvazanın qarşısında çöl tərəfdə küçəyə doğru uzanan avtomobilin isti təkər izləri var, yəni ev sahibi evin ərazisini avtomobillə tərk edib getmişdir. Bundan əlavə həmin həyətə boylanaraq baxdıqda görmüşdür ki, yay mövsümü olmasına baxmayaraq evin bütün pəncərələri də, bağlıdır. Artıq onda əminlik yaranmışdır ki, evdə dəqiq heç kim yoxdur. O, həmin evin kimin evi olmasını bilməmiş, evin sahibinin Zərərçəkmiş şəxs2 olmasını sonradan bilmişdir. Adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evi ilə yanındakı evin arasında çox da hündür olmayan daş hasar olmuşdur. Zərərçəkmiş şəxs2 yanındakı evin həyətinin digər hissələri adi kiçik dəmir barmaqlıqlı «setka» ilə əhatə olunduğundan oraya rahat daxil olmaq olmurmuş. Beləliklə o, Zərərçəkmiş şəxs2 bağ evində adam olmadığına əmin olduğundan, həmin həyətə də qonşu həyətdən rahat girişin mümkün olmasını nəzərə alaraq adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurluq etmək qərarına gəlmişdir. Eldarla aralarında olan razılaşmaya əsasən o, evə daxil olaraq evi axtarıb pul, qızıl-zinət əşyaları oğurlamalı, Eldar isə həmin vaxtı evin kənarında pusquda dayanıb ətrafı nəzarətdə saxlamalı idi ki, o, evdən oğurluq edən zaman birdən ev sahibi evə qayıtsa, kimsə oğurluq etdiyi ünvana gəlsə, onların aşkar olunmalarından ötrü təhlükəli bir an yaransa dərhal telefonla və yaxud çağıraraq ona xəbər etsin, oğurluqdan sonra da, oğurlayacaqları əmlakı aralarında bərabər bölməli idilər. Beləliklə o, birinci Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili oğurluq edəcəyi Zərərçəkmiş şəxs2 evindən 30-40 metr aralıda dörd yol tərəfdə saxlamış, maşından oğurluq məqsədi ilə gətirdiyi bir cüt qırmızı-qara rəngli fəhlə əlcəkləri və bir ədəd qara plasmas dəstəkli dəmir vintaçanı götürüb ciblərinə qoymuş, Eldar maşından düşüb onun oğurluq edəcəyi adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evinin kənarında pusquda dayanıb ətrafı nəzarətdə saxlamağa başlamışdır. O da, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurluq etmək üçün əvvəlcə həmin evə qonşuluqdakı evin həyətinə kiçik dəmir barmaqlıqlı «setka»nı aşıb daxil olmuş, həmin qonşu həyətdə heç kim olmamış, oradan heç bir oğurluq etmədən ardınca həmin həyətlə Zərərçəkmiş şəxs2 bağ evinin arasındakı daş hasarı aşıb Zərərçəkmiş şəxs2 bağ evinin həyətinə daxil olmuş, bundan sonra evin giriş qapısına yaxınlaşmış, həmin vaxtı görmüşdür ki, evin giriş qapısı kilitlə bağlıdır. Həmin giriş qapısının kilitini vintaçanla açmaq mümkün olmamışdır. Ona görə o, evə pəncərədən daxil olmaq qərarına gəlmişdir. O, evin pəncərələrini nəzərdən keçirdikdə görmüşdür ki, pəncərələr plastik materialdandır, onları vintaçanla əyib açmaq olar. Beləliklə o, bağ evinə daxil olmaq üçün evin həyətə baxan pəncərələrinin birinə yaxınlaşmış, əlində əlcək pəncərənin üzərindəki «ağcaqanad setkası» adlanan plastik çərçivəli toru yerindən çıxarıb həyətə tullamış, bundan sonra vintaçanı plastik pəncərənin qapısına salıb əyərək çərçivəsindən ayırıb açmağa nail olmuş, pəncərədən evin içərisinə daxil olub evi oğurluq məqsədi ilə axtarmağa başlamışdır. Evi axtardıqda yataq otağındakı güzgülü paltar dolabını açarkən orada rəflərdə olan qırmızı rəngli mücrü onun diqqətini cəlb etmiş, o, həmin mücrünü açdıqda içərisindəki kiçik sellofan paketlərdə xeyli qızıl-zinət əşyalarının olduğunu görüb həmin qızıl-zinət əşyalarını sellofan paketləri qarışıq götürüb oğurlamış, mücrünü isə yerinə qoymuş və bundan sonra evi axtarmağa davam etmişdir. O, evi axtardıqda evin dəhlizindəki dolabda olan asılqandan asılmış tünd rəngli dəri gödəkcə onun diqqətini cəlb etmiş, o, həmin gödəkcənin ciblərini axtardıqda gödəkcənin içəri ciblərində xeyli sayda X8 dollarından, Avro əskinaslarından ibarət pulların və milli pulların olmasını görüb onları da götürüb oğurlamışdır. O, oğurladığı pulların çox olmasını görən kimi qərara almışdır ki, pulu tez saysın, onu çöldə pusquda durub gözləyən Eldara oğurladığı pulun miqdarını az desin, yəni ona oğurluq puldan çox qalsın. O, tez elə evin dəhlizində oğurladığı pulu saydıqda görmüşdür ki, gödəkcənin ciblərindən oğurladığı pullar 20000 (iyirmi min) Avro, 15000 (on beş min) X8 dolları və 500 (beş yüz) manatdır. Qərara gəlmişdir ki, onu çöldə pusquda gözləyən Eldara yalandan pulun miqdarını az desin, yəni desin ki, guya evdən 300 ABŞ dolları, 500 manat və qızıl-zinət əşyaları oğurlamışdır. Ona görə 20000 Avro, 14700 X8 dollar pulu ayırıb başqa, 300 ABŞ dollarını, 500 manat pulu və qızıl-zinət əşyalarını isə başqa cibinə, yəni ayrı-ayrı ciblərə qoymuşdur. Beləliklə o, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 evinin yataq otağındakı paltar dolabındakı mücrünün içərisindən kiçik sellofan paketlərdə qızıl-zinət əşyaları, evin dəhlizindəki asılqandan asılmış gödəkcənin içəri ciblərindən isə 20000 (iyirmi min) Avro, 15000 (on beş min) X8 dolları və 500 (beş yüz) manat pulu götürüb oğurlamışdır. O, evdə təxminən 10 dəqiqə olmuş, oğurladığı həmin pul və qızıl-zinət əşyaları ilə kifayətlənib evə daxil olduğu pəncərədən tərk edərək çıxmış, pəncərəni sadəcə örtmüş və həyətdən qonşu həyətə keçib oradan küçəyə çıxmışdır. O, yaxınlıqda onu pusquda gözləyən X13 markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinin ərazisini uzaqlaşaraq tərk etmişdir. O, oğurluq zamanı istifadə etdiyi qara plasmas dəstəkli dəmir vintaçanı, həmçinin qırmızı-qara rəngli fəhlə əlcəklərini izi itirmək üçün yolda xatırlamadığı yerə tullamışdır. Yolda o, Eldara demişdir ki, evdən qızıl-zinət əşyaları və pul oğurlamışdır. O, Eldara adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurladığı qızıl-zinət əşyalarını göstərmiş, oğurladığı pulun miqdarını isə Eldara qəsdən az deyib bildirmişdir ki, guya evdən 300 ABŞ dolları və 500 manat pul oğurlamışdır. Bir az gedəndən sonra qabaqda maşını saxlayıb Eldara adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurladığı pullardan 500 (beş yüz) manat, 300 (üç yüz) ABŞ dolları, həmçinin oğurladığı qızıllardan bir cüt sırğadan və bir ədəd üzükdən ibarət qızıl «komplekti», yəni dəsti və üzərində bir ədəd kiçik qaşı olan bir ədəd qızıl qadın üzüyünü verib demişdir ki, onları götürsün, qalan qızılları satandan sonra aralarında hesablaşıb pulu bölərlər, sonda hər birinə bərabər pul çatar. Eldar razılaşıb ondan 500 manat, 300 ABŞ dolları və qeyd etdiyi bir cüt sırğadan və bir ədəd üzükdən ibarət qızıl «komplekti», yəni dəsti və üzərində bir ədəd kiçik qaşı olan bir ədəd qızıl qadın üzüyünü götürmüşdür. O, Eldarı məhəllələrinə çatmamış yolun kənarında düşürmüş və sonra qızılların arasından satmaq üçün üzərində qaşlar olan bir ədəd qızıl qadın üzüyünü, «halqavari» formalı bir ədəd qızıl kişi üzüyünü, üzərində 2 ədəd brilliyant qaş olan, bir cüt qızıl qadın sırğasını, bir ədəd qızıldan olan qadın qolbağı, üzərində «almaz» qaşlar olan bir cüt sırğadan, bir ədəd üzükdən ibarət qadın qızıl «komplekti», yəni dəsti isə maşına qoymuşdur. Bundan sonra o, həmin günü saat 20:45 radələrində birbaşa «Moskva» Ticarət Mərkəzi tərəfə yollanmış, orada fəaliyyət göstərən «Hatemoğlu» qızıl alqı-satqı mağazasında işləyən şəxsə «halqavari» formalı qızıl kişi üzüyünü, üzəri gül formalı bir cüt qızıl sırğanı, üzərində yaşıl qaşlar olan, bir cüt sırğadan və bir ədəd üzükdən ibarət bir ədəd qadın qızıl «komplekti», yəni dəsti cəmi 800 manat pula satmışdır. Həmin şəxsə o, yalandan qızılların xalasına aid olduğunu demiş, oğurlandığını bildirməmiş, sonda həmin qızılları 800 manata razılaşıb satmışdır. O, həmin mağazaya bu oğurluqdan əvvəl, səhv etmirsə Nərminənin evindən oğurladığı qızıllardan bir ədəd qızıl boyunbağını 2022-ci ilin iyul ayının əvvəllərində satmışdır. Həmin vaxtı o, həmin qızılın da oğurluq olmasını qızıl alana bildirməmişdir. Həmin şəxs elə bilmişdir ki, o, yenə də ev qızıllarını, yəni xalasına, aid qızılları gətirib ona satır, ona görə ondan bu dəfə qəbz götürməmişdir. Beləliklə o, 25 iyul 2022-ci il tarixdə adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurladığı qızıllardan «halqavari» formalı qızıl kişi üzüyünü, üzəri gül formalı bir cüt qızıl sırğanı, üzərində yaşıl qaşlar olan, bir cüt sırğadan və bir ədəd üzükdən ibarət bir ədəd qadın qızıl «komplekti», yəni dəsti oğurluqdan sonra həmin günü «Moskva» Ticarət Mərkəzi tərəfdə «Hatemoğlu» qızıl alqı-satqısı mağazasında işləyən şəxsə 800 manat pula satmış, həmin yeri o, istintaqa təqdim etmişdir. Sonra o, evə gəlmiş, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurladığı qızıllardan qalanını, yəni üzərində qaşlar olan bir ədəd qızıl qadın üzüyünü, «halqavari» formalı bir ədəd qızıl kişi üzüyünü, üzərində 2 ədəd brilliyant qaş olan, bir cüt qızıl qadın sırğasını, bir ədəd qızıldan olan qadın qolbağı, üzərində «almaz» qaşlar olan bir cüt sırğadan, bir ədəd üzükdən ibarət qadın qızıl «komplekti», yəni dəsti saxlamaq üçün anasına vermişdir. Anasına qızılları oğurladığını bildirməyib yalandan demişdir ki, guya qızıllar tanışınındır, sonra götürəcəkdir. O, evdə heç kimə, həmçinin arvadına, atasına qardaşına oğurluq etdiyini bildirməmişdir. Adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurladığı 20000 Avro pulu və 14700 ABŞ dollarını evdə öz otağında olan dolabda gizlətmişdir. Oğurluqdan bir neçə gün sonra, yəni 29 iyul 2022-ci il tarixdə o, 20000 Avro pulu milli pula dəyişmiş, bununla bağlı tərtib edilmiş qəbzi sonra tullamışdır. ABŞ dollarını isə dəyişməmiş, həmin pulları şəxsi məsrəflərinə sərf etməyə başlamışdır. Belə ki, o, öz telefonu ilə «Mostbet» onlayn kozinoda oyun oynayıb orada 6000 manat yaxın ziyan etmiş, həmin pulu arvadının adına olan «Yello bank» bank kartı ilə «Mostbet» onlayn kozinaya ödəniş etməklə köçürmüşdür. Bundan başqa əvvəl Zərərçəkmiş şəxs1 evindən etdiyi oğurluqla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işi ilə əlaqədar Nərminənin ziyanının ödənilməsindən ötrü qardaşı Natiqə 4000 manat pul vermişdir ki, aparıb Nərminəgilə təqdim etsin, qardaşı da həmin pulu aparıb Nərminənin qardaşına vermiş, Nərminə də şikayətinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizəni polisə təqdim etmişdir. Həmin işlə bağlı o, polis tərəfindən saxlanılsa da, sonradan buraxılmışdır. O, Elvin Abullayevin evindən oğurluq edəndən sonra Turqutgildə söhbət əsnasında Turquta Göradil kəndindən pul oğurladığını etiraf edib demişdir. 02 avqust 2022-ci il tarixdə internetdə səhv etmirsə «avto.az» saytında 16000 manata satışa qoyulmuş Mercedes Benz E 230 markalı az ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili bəyənib həmin avtomobili sahibi Babək Müseyibovdan 15000 manata razılaşaraq etibarnamə ilə almışdır. Həmin avtomobillə bağlı o, əvvəlcə qohumu Turqutun adına, sonrakı gündə öz adına etibarnamə almışdır. Lakin 02 avqust 2022-ci il tarixdə polis tərəfindən tutulmuşdur. O, saxlanılandan sonra oğurluq pulla aldığı Mercedes Benz E 230 markalı az ** ZT *** dövlət qeydiyyat avtomobilə baxış keçirildikdə oradan oğurluq puldan qalan 7100 ABŞ dolları, 200 Avro və 6600 manat pul aşkar olunaraq götürülmüşdür. Bundan əlavə o, polis tərəfindən saxlanılandan sonra polisə oğurladığı qızıllardan evdə saxladığı qalan qızılları, yəni üzərində qaşlar olan bir ədəd qızıl qadın üzüyünü, «halqavari» formalı bir ədəd qızıl kişi üzüyünü, üzərində 2 ədəd briliyant qaş olan, bir cüt qızıl qadın sırqasını, bir ədəd qızıldan olan qadın qolbağı, üzərində «almaz» qaşlar olan bir cüt sırqadan, bir ədəd üzükdən ibarət qadın qızıl «komplekti», yəni dəsti təqdim etmiş, həmçinin Mercedes Benz E 230 markalı az ** ZT *** dövlət qeydiyyat avtomobil 15000 manat kimi hesablanıb Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurluğu Eldarla bərabər törətmişdir. Zərərçəkmiş şəxs2 evinə özü daxil olmuş, həmin vaxtı Eldar evin kənarında pusquda dayanıb ətrafı nəzarətdə saxlamışdır ki, o, evdən oğurluq edən zaman birdən ev sahibi evə qayıtsa, kimsə oğurluq etdiyi ünvana gəlsə, onların aşkar olunmalarından ötrü təhlükəli bir an yaransa dərhal telefonla və ya çağıraraq ona xəbər etsin. O, evdən 20000 (iyirmi min) Avro, 15000 (on beş min) X8 dolları və 500 (beş yüz) manat pul, həmçinin ona elan olunmuş ittihamda qeyd olunan, dəyəri və miqdarı ilə razılaşdığı iki ədəd kiçik şəffaf sellofan paketlərə yığılaraq saxlanılan üzərində 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir ədəd 3,08 qram çəkidə 495 manat dəyərində qızıldan olan qadın üzüyünü, bir ədəd 2,70 qram çəkidə, 229 manat dəyərində, «halqa» formalı qızıldan olan üzüyü, bir ədəd 4,90 qram çəkidə, 416 manat dəyərində, «halqa» formalı qızıldan olan üzüyü, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir cüt 4,19 qram çəkidə, 547 manat dəyərində qızıldan olan qadın sırqasını, üzərində ümumilikdə 2 ədəd gül formalı daş olan bir cüt 2,88 qram çəkidə 244 manat dəyərində qızıldan olan qadın sırqasını, bir ədəd 7,03 qram çəkidə 597 manat dəyərində qızıldan olan qolbağı, üzərində ümumilikdə 3 ədəd yaşıl rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,71 qram çəkidə 825 manat dəyərində qızıldan olan qadın qızıl "komplektini”, yəni dəstini, üzərində 26 ədəd rəngsiz, şəffaf almaz qaş olan bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,92 qram çəkidə 926 manat dəyərində qızıldan olan qadın qızıl “komplektini”, yəni dəstini, bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 1500 manat dəyərində qızıldan olan qadın qızıl “komplektini”, yəni dəstini, üzərində bir ədəd kiçik briliyant qaş olan bir ədəd 500 manat dəyərində qızıldan olan qadın üzüyünü, yəni ümumilikdə 6279 (altı min iki yüz yetmiş doqquz) manat dəyərində qızıl-zinət əşyalarını oğurlamışdır. Qızıllarla bağlı təyin edilmiş ekspertiza rəyi ilə tanış olmuşdur. Orada göstərilən cəmi 4279 manat qiymətləndirmə ilə razıdır. Onda qalan və satdığı qızıllar istintaq zamanı götürülmüşdür. Oğurladığı qızıllardan bir cüt sırqadan və bir ədəd üzükdən ibarət qızıl «komplekti», yəni dəsti və üzərində bir ədəd kiçik qaşı olan bir ədəd qızıl qadın üzük isə Eldarda qalmışdır. Bundan əlavə o, adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 bağ evindən oğurladığı pullardan Eldara 300 ABŞ dolları və 500 manat pul vermişdir. O, saxlanılandan sonra həmin Eldar qaçmışdır, onun soyadı Musaevdir, hazırda harada olduğunu bilmir, Gürcüstan Respublikasının vətəndaşıdır, fotoşəklini də, istintaq zamanı görüb tanımışdır. Zərərçəkmiş şəxs2 evindən oğurluğu Eldar Musaevlə birlikdə törətmişdir, onlara başqa kömək edən, oğurluqda başqa iştirak edən olmamışdır. 40.000 (qırx min) manat pulu Zərərçəkmiş şəxs2 ödəmiş, qızılları olduğu kimi qaytarmışdır. Qalan pullar da internet üzərindən online şəkildə qumar oynamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 5 ünvanda yaşayır. X18 ilə nigahından 06 sentyabr 2014cü il təvəllüdlü X9 adlı azyaşlı övladı var. Yaşadıqları ev bir mərtəbəli, daşdan tikilidir. Evin bir giriş qapısı, dörd plastik pəncərəsi var. Giriş qapısı dəmirdəndir, bir kiliti var. Həmin kilitin bir açar nüsxəsi var. Kilitdə heç vaxtı sındırma olmamışdır. Pəncərələr dəmir barmaqlıqlarla örtülüdür. Evdə siqnalizasiya və videomüşahidə kamerası yoxdur. Ev üç otaqdan ibarətdir. Evin həyəti 2,5 metr hündürlüyündə daş hasarla əhatə olunmuşdur. Evin həyətinə giriş dəmir darvazadandır, darvazanın bir kiliti var. Həmin kilitin açarlarında itki olmamışdır. Darvaza içəridən cəftə ilə açılıb-bağlanılır. Hadisə baş verən zaman əri Asəf Rusiya Federasiyasında yaşayıb işləyirmiş. X16 qəsəbəsində orta məktəbdə oxuyur. Məktəb evdən aralı olduğu üçün avtobusla gedib gəlirlər. Saat 13:00-da dərsləri başlayan övladı Nərgizi hər gün məktəbə özü aparıb-gətirir. 26 may 2022-ci il tarixdə saat 12 radələrində o, qızı Nərgizi məktəbə aparmaq üçün evdən çıxmışdır. Evdən çıxdıqda həyətin darvazasının kilitini səhv etmirsə açarla bağlamış, lakin buna baxmayaraq çöl tərəfdən darvazanın qapısının qarşısında yerə daş qoymuşdur ki, külək darvazanı tərpətməsin. Həyətin darvazasının qapıları külək olanda tərpənib açıldığından, o, hər ehtimala qarşı darvazanın qapısının qarşısına çöl tərəfdən daş qoymuşdur ki, birdən qapı açılsa qapı sağa-sola gedib çırpılmasın, daşa dəyib dayansın. Həm də çöl tərəfdən darvazanın qarşısına daş qoymağı vərdiş etmişdir. O, həmin günü, yəni 26 may 2022-ci il saat 12 radələrində qızı Nərgizlə evdən çıxıb darvazanın çöl tərəfdən qarşısına daş qoyarkən evinin qarşısı tərəfdə bir nəfər təxminən 30-35 yaşlı şübhəli şəxsi görmüşdür. Həmin şəxs hündür boylu, qarayanız, arıq bədən quruluşlu, gözündə qara eynək olmuşdur. Həmin şəxs qulağına mobil telefon tutmuşdur, özünü elə aparırmış ki, guya kiminləsə telefonla danışır, o həmin an zənn etmişdir ki, həmin şəxs həqiqətən kiminləsə telefonla danışır, həmin şəxsin kiminlə telefonla danışdığını eşidə bilməmişdir. Həmin şəxs onu gördükdən sonra da telefonla danışmağa davam etmişdir. Həmin vaxtı onun hərəkətləri onu şübhələndirsə də, elə hiss etmişdir ki, həmin şəxs istəmir ki, onun sifətini görsün, buna görə də eynəyi gözünə geyinib şübhəli halda gəzişirmiş, telefonla danışadanışa yolla gedirmiş, lakin o, buna ciddi əhəmiyyət verməmişdir. Beləliklə onlar evdən aralanıb təxminən 10 dəqiqəyə avtobus dayanacağına çatmışlar, təxminən 30 dəqiqəyə avtobus gəlmiş və onlar avtobusa əyləşib yola düşdükdə də avtobus dayanacağından bir az aralıda həmin, yəni qulağında telefon tutub gözündə eynək olan şəxsi yolun kənarında evlərinin yaxınlığında yenə də görmüşdür. Beləliklə saat 13 radələrində o, qızı Nərgizlə Balaxanı qəsəbəsində yerləşən orta məktəbə çatmış, uşağı dərsə qoyub Balaxanı qəsəbəsində yerləşən poçt tərəfə yollanmış, orada şəxsi işlərini görüb həmin günü saat 13:45 radələrində evə qayıtdıqda görmüşdür ki, darvazanın qapısının qarşısına çöldən qoyduğu daş yerində deyil, kimsə həmin daşı yerindən tərpədib təxminən 1 metr kənara qoymuşdur. O, darvazanın qapısının kilitini özündə olan açarla açıb həyətə daxil olduqda görmüşdür ki, kimsə evin mətbəx tərəfdəki yerdən nisbətən hündürlükdə olan plastik pəncərəsinin qabağına həyətlərində olan kiçik dəmir nərdivanı qoymuşdur. Həmin mətbəxin pəncərəsinin dəmir barmaqlıqları da, yerindən çıxarılıb yerə qoyulmuşdur. O, artıq anlamışdır ki, evə oğru daxil olub. O, evin giriş qapısının kilitini özündə olan açarla açıb evə daxil olduqda evin mətbəx, yataq və uşaq otaqlarının dağıldığını, axtarıldığını, səliqə-səhmanın pozulduğunu görüb anlamışdır ki, kimsə evə pəncərədən daxil olub evin bütün otaqlarını axtarmışdır. O, evin yataq otağında paltar dolabının üzərinə qoyduğu içərisində qızıl və pulları olan kiliti nömrəli kodla açılıb-bağlanan «diplomat» kimi adlanan kiçik çemodanın mətbəxə gətirilib qoyulduğunu gördükdə ona bəlli olmuşdur ki, oğru həmin «diplomat» kimi adlanan kiçik çemodanın içindəki pul və mücrülərdəki, yəni qablarındakı qızıllarını oğurlamışdır. Oğru «diplomat» kimi adlanan kiçik çemodanın kilitini sındırmaqla açmışdır. O, oğurluğa görə narahat olub həmin vaxtı Rusiyada işləyən əri Asəfə zəng edib ona baş verənləri danışmışdır. Həmin vaxtı Asəf ona bildirmişdir ki, heç yerə əl vurmasın, polisə məlumat veriləcəkdir. Bundan sonra Asəf öz qardaşına, yəni onun Bakı şəhərində yaşayan qaynı Elgünə məlumat vermiş, Elgün də baş vermiş oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Oğurluq hadisəsi 26 may 2020-ci il tarixdə saat 12 radələrindən həmin günü saat 13:45 radələrinə qədər olan müddət ərzində baş vermişdir. Sonra istintaq zamanı ona məlum olmuşdur ki, həmin Firuz Nazim adlı şəxslə onun evinə saat 13 radələrində daxil olmuşlar, həqiqətən həmin vaxtı evdə heç kim olmamışdır. Polislər evə gələndən sonra o, evə daxil olmuş və evi nəzərdən keçirdikdə görmüşdür ki, evin yataq otağında dolabın üzərindəki «diplomat» kimi adlanan kiçik çemodanın içərisindən ona məxsus 1100 manat, milli məzənnə ilə 17 manat təşkil edən 1 ədəd 10 ABŞ dollarlıq əskinas, yəni ümumilikdə 1117 manat pul, habelə 1 ədəd 583 əyarlı qızıldan ibarət 300 manat dəyərində boyunbağı, 1 ədəd 583 əyarlı qızıldan ibarət 300 manat dəyərində üzük, üzərində 25 ədəd xırda brilliant daşlar olan (briliantlar setka şəklində düzülür) 1 ədəd 583 əyarlı qızıldan ibarət 1700 manat dəyərində üzük, 583 əyarlı qızıldan ibarət 400 manat dəyərində bir cüt sırqa, 1 ədəd 583 əyarlı qızıldan ibarət 400 manat dəyərində boyunbağı, 1 ədəd 300 manat dəyərində markasını xatırlamadığı kişi qol saatı, 1 ədəd 925 əyarlı gümüşdən ibarət 50 manat dəyərində üzük, 925 əyarlı gümüşdən ibarət 80 manat dəyərində bir cüt sırqa, 925 əyarlı gümüşdən ibarət 20 manat dəyərində bir ədəd «günəş» formasında olan kulon, 1 ədəd 583 əyarlı qızıldan ibarət 200 manat dəyərində bilərzik, 1 ədəd 583 əyarlı qızıldan ibarət 300 manat dəyərində boyunbağı, 1 ədəd 750 əyarlı ağ qızıldan ibarət 100 manat dəyərində «tək qaş» formasında olan kulon, 1 ədəd 750 əyarlı qızıldan ibarət 50 manat dəyərində «alt nalı» formasında olan kulon, 1 ədəd 750 əyarlı qızıldan ibarət 50 manat dəyərində «göz muncuğu» formasında olan kulon, 1 ədəd 750 əyarlı qızıldan ibarət 150 manat dəyərində bilərziyi, habelə evin yataq otağındakı güzgülü dolabın siyirməsindən 1 ədəd 583 əyarlı qızıldan ibarət 100 manat dəyərində «N» hərfli formasında olan kulon və 1 ədəd 583 əyarlı qızıldan ibarət 150 manat dəyərində boyunbağısı, həmçinin həmin yataq otağındakı çarpayının üzərindəki yorğanların arasından 20 manat pulu oğurlanmışdır. Ümumilikdə onun evindən, daha dəqiq yataq otağından ona məxsus 4650 (dörd min altı yüz əlli) manatlıq qızıl-ziynət əşyaları və 1137 (min yüz otuz yeddi) manat pul oğurlanmışdır, oğurluq zamanı ona cəmi 5787 (beş min yeddi yüz səksən yeddi) manat məbləğində maddi ziyan dəymişdir. Həmin pul və qızıl-ziynət əşyaları ona məxsus olmuş, sahibi özü olmuşdur. Oğrular evin bütün otaqlarını axtarsalar da, yataq otağındakı qızıl və pulları oğurlamışlar. Oğurluğun kimin etməsini bilmirmiş, evi tərk edərkən həmin şübhələndiyi şəxs barədə o, evinə gələn polislərə məlumat vermişdir. Oğrular evin həyətinə daxil olduqdan sonra evin həyətində olan dəmir nərdivanla evin mətbəxinə baxan pəncərəsinə qalxıb həmin pəncərənin dəmir barmaqlıqlarını çıxardıqdan sonra plastik pəncərəni kənar əşya ilə güc verib çərçivəsindən aralayaraq açdıqdan sonra həmin pəncərədən evin içərisinə daxil olub evi axtarmışlar. Oğrular evin yataq otağındakı «diplomat» kimi adlanan kiçik çemodanın içərisindən pul və qızılları oğurladıqda həmin «diplomat» kimi adlanan kiçik çemodanı kodlu kilitini başqa kənar əşya ilə güc verib açmışlar və həmin vaxtı kiliti sındırmışlar. Oğurluqdan sonra həmin «diplomat» kimi adlanan kiçik çemodan artıq işlək vəziyyətində olmadığından onu xatırlamadığı yerə tullamışdır. Oğru qızılları çemodanın içindəki mücrülərin içindən oğurlasalar da, qabları, yəni mücrüləri oğurlamamışlar, onlar qalmışdır, onları xatırlamadığı yerə tullamışdır. O, polisə şikayət edəndən sonra oğrular tutulmuşdur. Sonradan bilmişdir ki, oğurluğu edən şəxslərdən biri, yəni hadisə zamanı evi tərk edərkən gözündə eynək olan, telefonda danışan səhnəsi kimi hərəkət edən şəxs Şahid1dur. Sonradan bilmişdir ki, həmin şəxs qızının sinif yoldaşının əmisidir və onlarla qonşuluqda yaşayır. Firuz onun evdən çıxdığını görüb oğurluqda iştirak edən digər şəxsə xəbər verərək birlikdə onun evindən oğurluq etmişlər. Sonradan isintaq zamanı o, həmin Firuzla üzləşmişdir. Evindən oğurluq edən digər şəxsin adının Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Həmin Təqsirləndirilən şəxs tanımırmış. Oğurluq zaman ona dəymiş maddi ziyan istintaq vaxtı oğurluq edən şəxslər tərəfindən, yəni Təqsirləndirilən şəxs və Şahid1 valideynləri, yaxınları tərəfindən ona tam şəkildə ödənilmişdir. Belə ki, oğurluq hadisəsi zamanı onun 5787 (beş min yeddi yüz səksən yeddi) manat məbləğində əmlakı oğurlanmışdır. Şikayətindən sonra cinayət işi başlanılmış və həmin işin istintaqı zamanı Nazimin qardaşı vasitəsi ilə onun qardaşı Natiqə ona verməsi üçün 4000 (dörd) min manat pul ödənilmişdir. Həmin günü, yəni 30 iyul 2022-cİ il tarixdə o, 15 saylı notariat ofisində Nazimdən şikayətinin olmaması, vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı ərizə vermişdir. Hətta bildiyi qədər sonra Nazim buraxılmışdır. Daha sonra yerdə qalan pul da, Firuzun qardaşı tərəfindən onun qardaşına verilməklə ona ödənilmişdir. Firuzla da, bağlı o, notarial qaydada ərizə vermişdir. Ona dəymiş maddi ziyan tam ödənildiyindən onun evindən oğurluq edən Təqsirləndirilən şəxs və Şahid1 qarşı maddi tələbi yoxdur. Pullar tam şəkildə qaytarılsa da, qızıllar qaytarılmayıb. Heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, daimi olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal ərazisində yaşayır, ünvan 4 ünvanında 4 sot ərazidə 1 mərtəbəli daşdan tikili bağ evi var. Həmin bağ evində ailə üzvləri ilə əsasən yay aylarında qalır. Bağ evi təxminən iki metr hündürlüyündə daş hasarla əhatə olunmuşdur. Həyətə giriş dəmir darvazadandır. Darvazanın giriş qapısının bir kiliti, həmin kilitin dörd açar nüsxəsi var. Həmin açar nüsxələrində itki olmamışdır. Darvazanın giriş qapısı içəridən cəftə ilə açılıb-bağlanılır. Bağ evinin özünün bir giriş qapısı və dörd pəncərəsi var. Bundan başqa evin yuxarı mansardında da dörd pəncərə və mansarda eyvana çıxan iki plastik qapı var. Pəncərələrin hamısı plastik çərçivəlidir, heç bir pəncərə dəmir barmaqlıqlarla əhatə olunmamışdır. Evin giriş qapısı dəmirdəndir, qapının iki kiliti var. Evin özünün də giriş qapısının kilitinin dörd açar nüsxəsi var. Həmin açar nüsxələrində də itki olmamışdır. Həmin açar nüsxələrindən biri həmişə onda, digəri atasında olur. Qalan açar nüsxələrini isə daimi qaldığı evində saxlayır. Evdə siqnalizasiya, videomüşahidə kameraları, gözətçi yoxdur. O, ünvan 4 ünvandakı bağ evində həmişə yay aylarında, yəni iyun ayından sentyabr ayının əvvəllərinə qədər ailə üzvləri və valideynləri ilə bərabər qalır. 25 iyul 2022ci il tarixdə bibisi oğlu Elnarın azyaşlı övladının sünnət, yəni kiçik toy məclisi olmuşdur. Həmin toyda yaxından iştirak etmək məqsədi ilə hazırlıqlar görülməsi üçün 24 iyul 2022-ci tarixdə saat 13 radələrində arvadı və uşaqları ilə bərabər Göradildəki bağ evindən çıxıb daimi qaldığı evə yollanmışlar. ünvan 4 ünvanında yerləşən bağ evində isə atası Şahid6 və anası X1 qalmışlar. Onlar həmin kiçik toy məclisinə birbaşa bağ evindən gəlməli və sonra da gecə ora qayıtmalı idilər. Həmin ərəfədə o, bağ evində qaldığından evdəki qızılzinyət əşyaları və pulları ünvan 4 ünvanındakı bağ evində olmuşdur. 25 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində atası ilə anası ünvan 4 ünvanındakı bağ evindən birbaşa kiçik toy məclisinin keçirildiyi məkana gəlib həmin məclisdə iştirak etmişlər. Həmin günü, yəni 25 iyul 2022-ci il tarixdə gecə saat 23:30 radələrində atası ilə anası həmin kiçik toy məclisindən çıxıb birbaşa ünvan 4 ünvandakı bağ evinə qayıtmışlar. O, isə ailə üzvləri ilə bərabər Yasamaldakı evinə getmişdir. 27 iyul 2022-ci il tarixdə saat 14 radələrində o, arvadı və uşaqları ilə ünvan 4 ünvanındakı bağ evinə gəldikdə atasıgil Sumqayıt şəhəri, Corat qəsəbəsindəki öz evlərinə getdiklərindən bağ evində olmamışlar. O, bağ evinə qayıtdıqda qapıların heç birində sındırma əlamətləri, kilitlərə müdaxilə görməmişdir. Evə daxil olduqdan sonra evdə saxladığı pulunu yoxlamaq üçün evin dəhlizində sağ tərəfdə yerləşən «qarderob» kimi adlandırdıqları paltar dolabından asılmış özünə məxsus tünd rəngli dəri gödəkcəsinin içəri döş ciblərini nəzərdən keçirdikdə görmüşdür ki, həmin gödəkcəsinin içəri sol döş cibinə qoyub saxladığı özünə məxsus 20000 (iyirmi min) avro məbləğində pulu, həmin gödəkcəsinin içəri sağ döş cibində saxladığı 15000 (on beş min) X8 dolları və 500 (beş yüz) manat milli pulu yoxdur, yəni kimsə götürmüşdür. Belə ki, həmin pulları o, sonuncu dəfə 24 iyul 2022-ci il tarixdə günorta saat 13 radələrində Yasamaldakı evə yollanmamışdan əvvəl sayaraq yoxlayıb həmin dolabdakı gödəkcəsinin ciblərinə qoyub saxlamışdır. Fikirləşmişdir ki, onsuz da iki günə qayıdacaqdır, həmçinin gecə atasıgil bağda qalır. Beləliklə o, pullarını yerində aşkar etmədikdən sonra həmin pulları atasının evdən çıxarkən ehtiyat edib götürə biləcəyini zənn edib ona zəng etdikdə atası ona telefonda bildirmişdir ki, onun ciblərindən heç bir pul götürməmişdir. Atası ondan bu xəbəri alan kimi anası ilə bərabər Coratdan ünvan 4 ünvandakı bağ evinə gəlmişlər. Atası ona demişdir ki, 25 iyul 2022-ci il tarixdə «kiçik toy» məclisindən çıxıb gecə saat 24 radələrində anası ilə bərabər yorğun halda bağ evinə gəlmişlər, qapını açarla açıb içəri keçmişlər. Sabahısı, yəni 26 iyul 2022-ci il tarixdə səhər saat 10 radələrində evi nəzərdən keçirdikdə evin birinci mərtəbəsindəki onunla arvadının yataq otağındakı plastik pəncərənin ağcaqanad «setkası»nın, yəni torunun həyətdə yerdə olduğunu görmüşlər, həmin vaxtı hətta həmin pəncərəni yoxladıqda pəncərə örtülü olsa da, bağlı olmadığını görmüşlər. Lakin həmin vaxtı zənn etməmişlər ki, evə oğru girə bilər. Bunu hər ehtimala qarşı şübhəli hal kimi atası ona demişdir. O, artıq dolabda asılqandan asılmış gödəkcəsinin ciblərindən pullarının oğurlandığına əmin olanda arvadı gedib evin yataq otağındakı qızılları nəzərdən keçirərkən həyəcanlı halda gəlib ona bildirmişdir ki, evin yataq otağında güzgülü qapıları olan paltar dolabının rəfində mücrünün içərisində iki ədəd kiçik sellofan paketlərdə qoyub saxladıqları qızıllar da oğurlanmışdır. Onlar artıq evdən oğurluq hadisəsinin baş verməsini anlamışlar və o, baş vermiş oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra hadisə yerinə Binəqədi rayon polis idarəsinin əməkdaşları gəlib baxış keçirmişlər. Baxış keçirilərkən ona məlum olmuşdur ki, oğru evin içərisində evin birinci mərtəbəsindəki yataq otağının plastik çərçivəsini yad əşya ilə aralayıb açaraq həmin pəncərədən evin içərisinə daxil olub oğurluq əməlini törətmişdir. O, baş verənlər barədə şikayət ərizəsi vermişdir. Oğurluq hadisəsi 25 iyul 2022-ci il saat 17:30 radələrindən həmin günü gecə saat 24 radələrinə qədər olan müddət ərzində baş vermişdir. Həmin saatlarda atası ilə anası onlarla bərabər Binəqədi rayonunda bibisi oğlunun övladının kiçik toy məclisində iştirak etmişlər. O, pulları sonuncu dəfə 24 iyul 2022-ci il günorta saat 13 radələrində yoxladıqda pullar yerində olmuşdur, həmin vaxtdan da, 25 iyul 2022-ci il saat 17:30 radələrinə, yəni kiçik toy məclisinə yollanana qədər atası ilə anası bağ evində olmuşlar. Valideynləri həmin günü gecə saat 23:30 radələrində toy məclisindən çıxıb saat 24 radələrində ünvan 4 ünvanındakı bağ evinə çatmışlar. Gecəni və səhərisi günü atası ilə anası bağda qalmışlar, 27 iyul 2022-ci il saat 14 radələrində onlar bağa gəlməmişdən əvvəl Corat qəsəbəsindəki evlərinə getmişlər. Atası ona bildirmişdir ki, bağ evinin birinci mərtəbəsindəki yataq otağındakı pəncərə şüşənin «setka» torunun yerdə olmasını onlar 26 iyul 2022-ci il səhər saatlarında aşkar etmişlər. Yəni ona görə qənaətə gəlmişdir ki, oğurluq məhz 25 iyul 2022-ci il saat 17:30 radələrində həmin günü gecə saat 24 radələrinə qədər olan müddət ərzində baş vermişdir. Oğurluq zamanı oğrular ünvan 4 ünvanındakı bağ evinin yataq otağında olan dolabın içərisindəki yuxarı rəfdə bir ədəd ürək formalı mücrünün içərisindən hər biri 50 qəpik dəyərində iki ədəd kiçik sellofan torbanın içərisində 1) üzərində 2 ədəd briliyant qaş olan, 3,8 qram çəkidə, 495 manat dəyərində 583/585 əyarlı bir ədəd qızıl qadın üzüyü, 2) 2,7 qram çəkidə 229 manat dəyərində, 583\585 əyarlı «halqavari» formalı qızıl kişi üzüyü, 3) 4,9 qram çəkidə 416 manat dəyərində, 583\585 əyarlı «halqavari» formalı qızıl kişi üzüyü, 4) üzərində 2 ədəd briliyant qaş olan, 4,19 qram çəkidə, 547 manat dəyərində 583/585 əyarlı bir cüt qızıl qadın sırqası, 5) üzərində 2 ədəd gül formalı daş olan, 2,88 qram çəkidə 244 manat dəyərində 583/585 əyarlı bir cüt qızıl qadın sırqası, 6) 1 ədəd, 7,03 qram çəkidə 597 manat dəyərində 583/585 əyarlı qızıldan olan bir ədəd qadın qolbağı, 7) üzərində yaşıl qaşlar olan, bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,71 qram çəkidə 825 manat dəyərində 583/585 əyarlı bir ədəd qadın qızıl «komplekti», yəni dəsti, 8) üzərində «almaz» qaşları olan, bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,92 qram çəkidə 926 manat dəyərində 583/585 əyarlı bir ədəd qadın qızıl «komplekti», yəni dəsti, habelə 9) qaşsız, bir cüt sırqadan və bir ədəd üzükdən ibarət, çəkisini dəqiq bilmədiyim, lakin hadisə vaxtına dəyəri 1500 manat olan 750 əyarlı bir ədəd qızıl «komplekt», yəni dəst, 10) bir ədəd kiçik briliyant qaşı olan, ümumilikdə təxminən 3 qram çəkidə, hadisə vaxtına dəyəri 500 manat olan 585 əyarlı bir ədəd qızıl qadın üzüyünü, yəni ümumilikdə 6279 (altı min iki yüz yetmiş doqquz) manat dəyərində qızıl-zinyət əşyalarını həmin sellofanlar qarışıq, habelə bağ evindəki dəhlizdə olan dolabdan asdığı ona məxsus tünd rəngli gödəkcəsinin içəri sol döş cibindən 20000 (iyirmi min) avro məbləğində pulunu, həmin gödəkcəsinin içəri sağ döş cibindən isə 15000 ( on beş min) X8 dolları və 500 (beş yüz) manat milli pulunu oğurlamışlar. Oğurluq zamanı ona ümumilikdə 1 (bir) Avronun Azərbaycan manatına olan məzənnəsini 1, 7346 manatdan, 1 (bir) ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsini isə 1 manat 70 qəpikdən hesabladıqda ümumilikdə 66972 (altmış altı min doqquz yüz yetmiş iki) manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış qızıl-zinyət əşyalarından 1) üzərində 2 ədəd briliyant qaş olan, 3,8 qram çəkidə, 495 manat dəyərində 583/585 əyarlı bir ədəd qızıl qadın üzüyü, 2) 2,7 qram çəkidə 229 manat dəyərində, 583\585 əyarlı «halqavari» formalı qızıl kişi üzüyü, 3) 4,9 qram çəkidə 416 manat dəyərində, 583\585 əyarlı «halqavari» formalı qızıl kişi üzüyü, 4) üzərində 2 ədəd briliyant qaş olan, 4,19 qram çəkidə, 547 manat dəyərində 583/585 əyarlı bir cüt qızıl qadın sırqası, 5) üzərində 2 ədəd gül formalı daş olan, 2,88 qram çəkidə 244 manat dəyərində 583/585 əyarlı bir cüt qızıl qadın sırqası, 6) 1 ədəd, 7,03 qram çəkidə 597 manat dəyərində 583/585 əyarlı qızıldan olan bir ədəd qadın qolbağı, 7) üzərində yaşıl qaşlar olan, bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,71 qram çəkidə 825 manat dəyərində 583/585 əyarlı bir ədəd qadın qızıl «komplekti», yəni dəsti, 8) üzərində «almaz» qaşları olan, bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,92 qram çəkidə 926 manat dəyərində 583/585 əyarlı bir ədəd qadın qızıl «komplekti», yəni dəsti, daha dəqiq ümumilikdə ekspertiza rəyinə əsasən 4279 manatlıq qızıl-zinyət əşyaları istintaq zamanı aşkar olunaraq götürülüb maddi sübut kimi tanınaraq ona təhvil verilmişdir, Lakin qaşsız, bir cüt sırqadan və bir ədəd üzükdən ibarət, çəkisini dəqiq bilmədiyi, lakin hadisə vaxtına dəyəri 1500 manat olan 750 əyarlı bir ədəd qızıl «komplekt», yəni dəst və bir ədəd kiçik briliyant qaşı olan, ümumilikdə təxminən 3 qram çəkidə, hadisə vaxtına dəyəri 500 manat olan 585 əyarlı bir ədəd qızıl qadın üzüyü, yəni 2000 manatlıq qızıl-zinyət əşyaları isə hələ də ona qaytarılmamışdır. Qızıl-zinyət əşyalarının sahibi özüdür. Sonradan Binəqədi rayon polis idarəsində ona məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs adlı şəxs Eldar adlı şəxslə birlikdə törətmişdir. Həmin Eldar adlı şəxsi və Təqsirləndirilən şəxs tanımır. Belə ki, ona vurulmuş maddi ziyandan Binəqədi rayon polis idarəsində istintaq aparılarkən istintaq tərəfindən 6600 manat, 7100 ABŞ dolları, 200 avro pul təqdim edilmiş, habelə oğurluq edən tərəfdən polis vasitəsi ilə 15000 manat dəyərində qiymətləndirdiyi Mercedes E Class markalı, az ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil təhvil verilmişdir. Həmin avtomobil oğru tutulandan sonra ona oğru, yəni Təqsirləndirilən şəxs tərəfindən 15000 manat kimi qiymətləndirilib etibarnamə ilə verilmişdir. Həmin avtomobili də, o, 2022-ci ilin sentyabr ayının ortalarında satmışdın Bundan əlavə onun bank kartına 1000 manat pul ödənilmişdir. Yəni oğurluq vaxtına 1 (bir) Avronun Azərbaycan manatına olan məzənnəsini 1,7346 manatdan hesabladıqda milli məzənnə ilə 34692 (otuz dörd min altı yüz doxsan iki) manat təşkil edən 20000 (iyirmi min) Avro, 1 (bir) ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsini 1 manat 70 qəpikdən hesabladıqda milli məzənnə ilə 25500 (iyirmi beş min beş yüz) manat təşkil edən 15000 (on beş min) X8 dolları və 500 manatı, habelə hər biri 50 qəpik dəyərində iki ədəd kiçik sellofan torbanın içərisində cəmi 6279 (altı min iki yüz yetmiş doqquz) manatlıq qızıl-zinət əşyaları, yəni ümumilikdə 66972 (altmış altı min doqquz yüz yetmiş iki) manat məbləğində sadalanan əmlakı oğurlanmışdır. 23.000 (iyirmi üç min) manat məbləğində maddi ziyan hazırki vaxta qədər ödənilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantıdır. 26 may 2022-ci il tarixdə saat 14 radələrində ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ərizə ilə 12-ci polis şöbəsinə müraciət edərək bildirmişdir ki, həmin günü, yəni 26 may 2022-ci il saat 13 radələrində naməlum şəxslər evinə pəncərədən daxil olaraq evdə saxlanılan pul və qızıllarını oğurlamışlar. O, həmin inzibati ərazidə xidmət etdiyinə görə Zərərçəkmiş şəxs1 ilə şifahi olaraq ətraflı söhbət edib bildirmişdir ki, evindən 1120 manat nağd pul, 10 ABŞ dolları və 4650 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır və həmin oğurluqda o, təxminən 30 yaşlı bir şəxsdən şübhələnir. Həmin şəxs barədə Zərərçəkmiş şəxs1 soruşduqda sonuncu ona demişdir ki, 26 may 2022-ci il tarixdə saat 12 radələrində o, evdən məktəbə gedərkən evinin həyətinin darvazasını çöl tərəfdən örtüb daşla qabağını bağlamışdır ki, darvazanı külək açmasın. Həmin vaxtı o, evinin ətrafında təxminən 30-35 yaşlı bir şəxsi görmüşdür. Həmin şəxs hündür boylu, qarayanız, arıq bədən quruluşlu olmuşdur. Həmin şəxs qulağında mobil telefonu saxlayıb kiminləsə danışırmış. Həmin şəxs onu görən kimi başında olan eynəyi gözünə taxmış və telefon danışığını davam etmişdir. Şəxsin hərəkətləri onu şübhələndirmiş, o elə zənn etmişdir ki, həmin şəxs istəmir ki, o həmin şəxsin sifətini görsün, buna görə eynəyini geyinib ətrafda gəzişmişdir. O həmin şəxsə tərəf baxdıqda həmin şəxs telefonla danışaraq arxasını ona tərəf çevirmiş, amma həmin vaxtı o həmin şəxsin bu hərəkətlərinə ciddi əhəmiyyət vermədiyinə görə darvazanı bağlayıb çıxıb getmişdir. Evindən avtobus dayanacağına tərəf bir qədər gedəndə hiss etmişdir ki, həmin şəxs onu izləyir və arxası ilə hara getdiyini müşahidə edir, bundan sonra həmin şəxs ondan qabağa keçib hərəkətini davam etdirmişdir. Həmin şəxs görmüşdür ki, o avtobusa minib getmişdir. Həmin günü saat 14 radələrində evinə qayıtdıqda evindən oğurluq hadisənin baş verdiyini görmüşdür. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin oğurluq cinayətində onu izləyən və evinin ətrafında dayanan şəxsdən şübhələnir, həmin şəxsi tanımır, həmin şəxsi görsə dərhal sifətdən tanıya bilər. Həmin şəxsi müəyyən etmək və göstərilən cinayətin açılması istiqamətində tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 evinin yaxınlığında dayanmış və Nərminəni izləyən şəxsin xx xxxx 1996-cı ildə Şərur rayonu Siyaqut kəndində anadan olmuş, Sabunçu rayonu «Fazenda» adlanan ərazidə yaşayan Şahid1 olması müəyyən edilmişdir. Şahid1 şəklini əldə edəndən sonra o həmin şəkli Zərərçəkmiş şəxs1 təqdim etmiş, Zərərçəkmiş şəxs1 əminlikdə bildirmişdir ki, həmin şəxs onun evinin ətrafında dayanmış, onu izləmiş, oğurluqda həmin şəxsdən şübhələnir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 tərəfindən 30 may 2022-ci il tarixdə səhər saatlarında saxlanılıb 12-ci Polis şöbəsində gətirilmişdir. Polis şöbəsində Şahid1 törətdiyi cinayət əməlini tam etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 evinə onun xahişi ilə dostu Təqsirləndirilən şəxs daxil olmuşdur. Şahid1 şifahi olaraq suallara cavab verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Zabrat qəsəbə sakini kimi uzun illərdi ki, tanıyırmış. O, 2021-ci il ərzində Nazim və digər şəxslərlə birlikdə oğurluq cinayətini törətmişdir, hazırda barələrində Bakı Ağır cinayət məhkəməsində cinayət işinə baxılır, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. 26 may 2022-ci il tarixdə saat 12 radələrində o qoyunları otlaq sahəyə apardıqda görmüşdür ki, qoyunun biri yoxdur. Həmin qoyunu axtarmağa başladıqda təsadüfən gəzişərək «Fazenda» deyilən yerin yaxınlığında yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Sadiq Rəhimov küçəsinə gəlmişdir. Orada görmüşdür ki, bir qadın evinin qapısını bağlayıb evdən çıxır. Qadın ondan şübhələnməsin deyə o, mobil telefonunu yalandan qulağına tutmuşdur ki, guya kiminləsə danışır. Həmin qadın ona baxdıqda o dərhal başında saxladığı gün eynəyini gözünə taxmış və sifətini arxaya çevirmişdir ki, qadın onu görməsin. Həmin qadının, yəni sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 geyimi səliqəli, imkanlı olduğuna görə fikirləşmişdir ki, Nərminənin evində pul və qızıl ola bilər və buna görə də, həmin qadının evindən oğurluq etmək istəmişdir. O, həmin qadını izləmişdir ki, qadın hara gedir. Qadın bir neçə metr evindən aralandıqda o, bilmişdir ki, Nərminənin evində heç kim yoxdur. Çünki Nərminə evindən çıxarkən darvazanın çöl tərəfindən daş qoymuşdur. Həmin evdən təkbaşına oğurluq etməyə ehtiyyat etmiş və buna görə də tanışı Təqsirləndirilən şəxs zəng edib xahiş etmişdir ki, həmin ünvana gəlsin. O isə həmin ünvanda kənarda Nazimi gözləyəndə evə baxmışdır ki, evə gələn olsa həmin evə daxil olmasınlar. Təxminən 15 dəqiqədən sonra Nazim onun yanına idarə etdiyi metallik rəngli «Toyota Corolla» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə təklikdə gəlmişdir. O, Nazimə təklif etmişdir ki, həmin evə daxil olub oradan oğurluq etsinlər, Nazim razılaşmış və onlar qərara gəlmişlər ki, o, çöldə pusquda dayanacaq, Nazim isə evin içərisinə daxil olacaqdır. O, küçədə evin darvazasının qarşısında dayanmış, Nazim isə darvazanın qarşısında olan daşı kənara çəkib evin həyətinə daxil olmuşdur. O, darvazanın qarşısında dayanıb gözləmişdir ki, gələn olsa Nazimə işarə etsin ki, Nazim evdən tez çıxsın. Nazim həmin evin həyətinə daxil olduqda, evin içərisinə necə daxil olduğunu görməmişdir. Təxminən 20-25 dəqiqədən sonra Nazim evdən çıxıb avtomobilinə tərəf getmiş və o, Nazimlə birlikdə avtomobilə əyləşmiş və hadisə yerindən uzaqlaşmışlar. Hadisə yerindən bir qədər aralandıqdan sonra Nazim avtomobili yolun kənarında saxlayıb ona bildirmişdir ki, evdən 20 manat nağd pul və qızıllar oğurlamışdır. Qızıl-zinət əşyalarını Nazim cibindən çıxarıb ona göstərərək demişdir ki, həmin qızılları satıb pulunu onunla böləcək, oğurladığı 20 manatı isə ona vermişdir. Bundan sonra Nazim onu evinin yaxınlığında düşürüb çıxıb getmişdir. Şahid1 izahatı təhqiqatçı tərəfindən alındıqdan sonra İstintaq şöbəsinə gətirilmişdir. İstintaqdan yayınan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilmiş və o təxminən 1-2 ay sonra polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, bacısı Zərərçəkmiş şəxs1 hazırda ünvan 5 ünvanda yaşayır. Nərminə 26 may 2022-ci il tarixdə ona zəng edib demişdir ki, həmin günü saat 12 radələrində uşağını da, götürüb orta məktəbə aparmış və saat 13:45 radələrində evə qayıtdıqda görmüşdür ki, evindən oğurluq hadisəsi baş vermişdir, artıq bu barədə Rusiyada yaşayan ərinə də zəng edib məlumat vermişdir. Bu xəbəri alan kimi o, dərhal bacısıgilə gəlmişdir. Artıq Asəfin qardaşı Elgün polisə məlumat vermişdir. Evdə bacısı Nərminə ona bildirmişdir ki, evdən çıxarkən evin hasarının qarşısına daş qoymuş, həmin vaxtı hətta bir nəfər eynəkli şəxsin onu avtobus dayanacağına qədər izlədiyini hiss etmiş, lakin həmin şəxsi ciddiyə almamış, zənn etməmişdir ki, onun evindən oğurluq hadisəsi baş versin. Həmin günü saat 13:45 radələrində evə tək qayıtdıqda görmüşdür ki, darvazanın qapısının qarşısına çöldən qoyduğu daş yerində deyil, kimsə həmin daşı yerindən tərpədib təxminən 1 metr kənara qoymuşdur. Həyətə daxil olduqdan sonra görmüşdür ki, kimsə evin mətbəx tərəfdəki plastik pəncərəsinin qabağına həyətdə olan kiçik dəmir nərdivanı qoymuşdur. Həmin mətbəxin pəncərəsinin dəmir barmaqlıqları da, yerindən çıxarılıb yerə qoyulmuşdur. Sonradan onlara məlum olmuşdur ki, oğrular evə mətbəxdən daxil olmuşdur. Bacısı ona demişdir ki, evdən oğurluq olmasını anlayıb evi nəzərdən keçirdikdə görmüşdür ki, oğru evi axtarmış, hadisə zamanı evin yataq otağındakı çarpayıda döşəklərin arasından 20 manat, dolabın siyirməsindən və dolabın üzərindəki «diplomat» kimi adlanan çemodanın içərisindən 1100 manat, 10 ABŞ dolları və xeyli qızıl-zinət əşyaları oğurlanmışdır. Həmin pul və qızıllar bacısına aid və məxsus olmuşdur. Bacısının deməsindən ona məlum olmuşdur ki, ümumilikdə onun 4650 (dörd min altı yüz əlli) manatlıq qızıl-ziynət əşyaları və 1137 (min yüz otuz yeddi) manat pulu oğurlanmışdır, oğurluq zamanı ona cəmi 5787 (beş min yeddi yüz səksən yeddi) manat məbləğində maddi ziyan dəymişdir. Bacısının şikayətindən sonra polisdə araşdırıma aparılmış, sonra oğrular tutulmuşdur. Sonradan bilmişlər ki, oğurluğu edən şəxslərdən biri, yəni hadisə zamanı bacısı evi tərk edərkən onu izləmiş şəxs Şahid1dur. Sonradan bilmişlər ki, həmin şəxs bacısı qızının sinif yoldaşının əmisidir və bacısıgillə qonşuluqda yaşayır. Firuz bacısının evdən çıxdığını görüb oğurluqda iştirak edən digər şəxsə xəbər verərək birlikdə evdən oğurluq etmişlər. Evdən oğurluq edən digər şəxsin adının Təqsirləndirilən şəxs olması da onlara məlum olmuşdur. Həmin Təqsirləndirilən şəxs da tanımırmışlar. Oğurluq zamanı bacısına dəymiş maddi ziyan istintaq vaxtı oğurluq edən şəxslər, yəni Təqsirləndirilən şəxs və Şahid1 valideynləri və yaxınları tərəfindən bacısına tam şəkildə ödənilmişdir. Belə ki, Nazim tutulduqdan sonra sonuncunun qardaşı Natiq 30 iyul 2022-ci il tarixdə ona zəng edib onunla görüşərək ona notarial qaydada 4000 manat pul vermək istədiyini bildirmişdir, o da bunu bacısı Nərminəyə demiş, onlar həmin günü 15 saylı notariat ofisinə yollanmışlar və orada Nazimin qardaşı Natiq ona 4000 manat pul təqdim edərək bildirmişdir ki, maddi ziyanın pulunu torpaq satıb düzəltmişlər. O da Natiqdən aldığı həmin 4000 manat pulu bacısı Nərminəyə vermiş, bacısı Nərminə də, dəymiş maddi ziyanın ödənilməsi, oğrulardan Təqsirləndirilən şəxs şikayətinin və tələbinin olmaması ilə bağlı ərizə vermişdir. Bundan sonra yerdə qalan ziyanı oğrulardan Firuzun qardaşı onunla görüşüb ona vermişdir. O da həmin pulu da, aparıb bacısına vermiş və bacısı da, notarial qaydada ərizə vermişdir. Yəni həmin oğurluq zamanı vurulmuş ziyandan 4000 manat məbləğində pul Təqsirləndirilən şəxs qardaşı Natiq tərəfindən, yerdə qalan pul isə Şahid1 adını xatırlamadığı qardaşı tərəfindən onun vasitəsilə bacısına ödənilmişdir. Nazimin qardaşı tərəfindən ona 4000 manat pul verilən gün, yəni 30 iyul 2022-ci il tarixdə bacısı Nazimdən şikayətinin olmaması ilə bağlı notarial qaydada ərizə vermişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 24 iyul 2022-ci il tarixdə ünvan 4 ünvandakı bağ evindən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonundakı evlərinə yollandıqlarını, 25 iyul 2022-ci il tarixdə məclisdə olduqlarını, həmin məclisdən sonra qayınatası ilə qayınanasının bağ evinə yollandıqlarını, 27 iyul 2022-ci il tarixdə saat 14 radələrində özləri bağ evinə qayıtdıqda dəhlizdəki dolabdan asılmış gödəkcənin cibindən əri Zərərçəkmiş şəxs2 pullarının, yataq otağındakı dolabdan isə qızıl-zinət əşyaların oğurlanmasını aşkar etdiklərini bildirmişdir. Pulların bir qismi qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayır. Oğlu Elvinin ünvan 4 ünvanda bağ evi var. Elvin həmin bağ evində əsasən yay aylarında qalır. Hərdən onunla arvadı da, övladı Elvinin həmin bağ evində qalırlar. 2022-ci ilin iyul ayında artıq o və arvadı Elvingillə həmin Göradil kəndində bağ evində qalırmışlar. 25 iyul 2022-ci il tarixdə bacısı oğlu Elnarın azyaşlı övladının sünnət toyu olmuşdur. Həmin toyda yaxından iştirak etmək məqsədi ilə hazırlıqlar görülməsi üçün 24 iyul 2022-ci tarixdə saat 13 radələrində Elvin öz ailəsi ilə Yasamaldakı evinə getmişdir. Onunla arvadı 25 iyul 2022-ci il tarixdə keçiriləcək toya elə birbaşa bağ evindən gedib sonra da elə bağ evinə, Elvingil isə toydan sonrakı günlərdə ailəsi ilə bağa qayıtmalı idi. Beləliklə 25 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində o arvadı ilə bərabər idarə etdiyi avtomobillə övladı Elvinin Göradil kəndindəki bağ evindən, daha dəqiq bağ evinin həyətindən çıxıb birbaşa Binəqədi rayonundakı kiçik toy məclisinə yollanmışlar. Bağ evindən çıxmamışdan əvvəl o, şəxsən evin bütün pəncərə və qapıları bağlamış, evin bütün işıqlarını söndürmüş, yalnız çöl darvazanın işığını yanılı qoymuşdur. Həmin günü saat 23:30 radələrinə qədər Elnarın uşağının toyunda iştirak etmiş və saat 24 radələrində bağ evinə qayıtmışlar. Oğlu Elvin isə hələ də ailəsi ilə toyda qalmışdır. Məclisdən Elvinin bağ evinə qayıdıb darvaza və qapını açdıqda qapılarda sındırma, kənar müdaxilə görməmiş, həmin günü yorğun olduğundan tez yatmış və səhərisi, yəni 26 iyul 2022-ci il tarixdə evi nəzərdən keçirdikdə görmüşdür ki, evin birinci mərtəbəsindəki Elvingilin yataq otağındakı plastik pəncərənin ağcaqanad «setkası», yəni toru həyətə yerə düşmüşdür. Həmin pəncərəni nəzərdən keçirdikdə görmüşdür ki, pəncərə örtülü olsa da, bağlı deyilmiş. O, əvvəlcə zənn etmişdir ki, yəqin həmin pəncərəni bağlamağı unutmuşdur, tor da, özü-özünə düşüb. Lakin zənn etməmişdir ki, evdən oğurluq hadisəsi baş versin. Elvingil hələ şəhərdə qalmışlar. Sonra o, arvadı ilə Coratdakı evlərinə yollanmışdır. 27 iyul 2022-ci il tarixdə günorta saatlarında Göradildəki bağ evinə gələn Elvin ona zəng edib evin dəhlizindəki dolabda asdığı gödəkcəsinin ciblərindən pul götürüb-götürmədiyini soruşuqda o, Elvinə heç bir pul götürmədiyini bildirmişdir. Həmin vaxt Elvin ona demişdir ki, evə oğru girib ciblərindəki pullarını oğurlamışdır. O, bu xəbəri alan kimi dərhal Elvinin bağ evinə qayıtmışdır. Yolda olduqda Elvin ona yenə zəng edib demişdir ki, oğru onun bağ evindən qızıllarını da oğurlamışdır. O, Elvingilə çatdıqda bilmişdir ki, oğru evə pəncərədən daxil olub evin dəhlizindəki dolabdan asdığı gödəkcəsinin ciblərindən 20000 Avro, 15000 X8 dolları və 500 manat pul, yataq otağındakı dolabdan isə xeyli qızıl-zinət əşyaları oğurlamışdır. Oğru evə pəncərələrdən daxil olmuş, çünki qapılarda sındırma olmamışdır. Onlara aydın olmuşdur ki, onlar Elnarın uşağının kiçik toy məclisində olduqda oğru evə daxil olmuşdur, yəni 25 iyul 2022-ci il tarixdə saat 17:30 radələrindən həmin günü saat 24 radələrinə qədər olan müddət ərzində oğurluq baş vermişdir. Elvin polisə şikayət etdikdən sonra məlum olmuşdur ki, oğurluğu Nazim və Eldar adlı şəxslər törətmişlər. İstintaq zamanı övladı Elvinin evindən oğurlanmış qızılların əksəriyyəti tapılaraq Elvinə təhvil verilmiş, ziyanın bir qismi də Elvinə ödənilmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi ərazisində yaşayır. Təqsirləndirilən şəxs uzaq qohumu olmaqla, onlarla qonşu məhəllədə qalır. Nazimlə o, həmçinin eyni orta məktəbdə də təhsil almışdır, Nazimi uşaqlıqdan tanıyır. Bir qohum kimi evlərinə qarşılıqlı gedişgəlişləri olmuşdur. Zabratda yaşayan şəxs olaraq son vaxtlar eşitmişdir ki, Nazim oğurluqlarla məşğuldur. Hətta 2021-ci ilin əvvəllərində Nazim evlərdən oğurluq etdiyinə görə Sabunçu Rayon Polis İdarəsi tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. O, Zabratda yaşayan şəxs olaraq həmin vaxtı bilmişdir ki, Nazimlə bərabər oğurluqlara görə Zabratda qalanlardan qiyabi tanıdığı Əkbər, Firuz, Zamin, Orxan da saxlanılmışdır. O, həmin oğurluqlarda iştirak etməmişdir. 2021-ci ilin sonunda Nazim Bakı İstintaq Təcridxanasından buraxılmış və bir müddət ayrı-ayrı şəxslərdən icarəyə avtomobillər götürüb «taksi» fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, Nazimlə bir qohum kimi hərdən görüşürmüş, Nazim ona demişdir ki, istintaqları hələ davam edir, bir daha oğurluq etməyəcəkdir. O, elə zənn etmişdir ki, Natiq bir daha oğurluq etməz. Arada Nazim «Uber», «Bolt» firmaları ilə işləyən «Prius» markalı avtomobili icarəyə götürüb «taksi» fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan həmin maşını ona məlum olmayan səbəbdən geri qaytarmışdır. 2022-ci ilin iyul ayında Nazim onlara gəlib bildirmişdir ki, 2-3 günlük icarəyə avtomobil götürmək istəyir ki, ailə üzvlərini istədikləri yerə aparsın. Lakin cərimə olunduğundan sürücülük hüququndan məhrum olunmuşdur, ona görə ondan bir yaxını kimi xahiş etmişdir ki, icarəyə götürəcəyi maşını onun adına sənədləşdirsin. Nazim bilirmiş ki, onun sürücülük vəsiqəsi var. O, Nazimə inanıb razılaşmış və bundan sonra Nazimlə o, «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığındakı avtomobillərin icarəyə verildiyi yerə getmişlər, danışıqları Nazim aparmış, oradan Nazim avtomobilin icarəsi ilə məşğul olan başqa Nazim adlı şəxsdən öz adına boz metallik rəngində sedan tipli, Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili günü 60 manata icarəyə götürmüşdür. İcarə müqaviləsi onun adına rəsmiləşdirilsə də, avtomobili o, ilk dəqiqədən Nazimə vermişdir. Yəni avtomobil faktiki olaraq Nazimin istifadəsində olmuşdur. Avtomobilin icarə pulunu ancaq Nazim vermişdir. 2022-ci ilin iyul ayının sonunda, yəni Nazim Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3-4 gün əvvəl onlara gəlib çay içəndə söhbət əsnasında ona Eldarla bərabər Göradildən 54000 manatlıq oğurluq etdiyini etiraf etmişdir. O, Nazimin ona evdən 54000 manat pul oğurlamasını ilə bağlı bildirdiklərini polisə, dövlət qurumlarına deməmişdir. Həmin vaxtı hələ Nazim əvvəl onun adına icarəyə götürdüyü Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yaşca onlardan kiçik olan, Gürcüstan sakini Eldarı o, qiyabi olaraq Nazimin dostu kimi tanıyırmış, Eldar onlardan təxminən 2-3 məhəllə qonşuluqda yaşamaqla onlarla eyni orta məktəbdə təhsil almışdır. Eldargilin qaldıqları evlərin yerini dəqiq bilmir, Eldarı o, son 2-3 ay olarmış ki, Nazimin yanında bir-iki dəfə görmüşdür.Eldarı tanısa da, heç bir əlaqəsi olmamışdır. Nazim ona Eldarla oğurluq etdiyini etiraf edib deyəndə həmin Eldarı nəzərdə tutmuşdur. 2022-ci ilin iyul ayının sonunda, yəni Nazim Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmamışdan təxminən 1-2 gün qabaq Nazim ona zəng edib demişdir ki, Bakı İstintaq Təcridxanasmda saxlanılan Firuza sovqat aparmaq istəyir, ondan xahiş etmişdir ki, onunla bərabər getsin. O, etiraz etməyib razılaşdıqdan sonra Nazim gəlib onu Zabrat qəsəbəsində yerləşən Sabunçu Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin binasının yaxınlığından adına icarəyə götürüb idarə etdiyi X20 markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə götürmüşdür. Nazimlə o, bərabər Zabratda yerləşən topdan satış mağazasına gəlmişlər. Nazim oradan Firuz üçün bazarlıq etmişdir. Mağazaya bərabər daxil olduqda Nazim satıcıya sifariş vermiş və həmin vaxtı ona demişdir ki, gedib maşındakı qoltuq altı adlanan yerdən paketin içindən iki ədəd «100» lük götürüb gəlsin. O, Nazimin sözünə əsasən ondan maşının açarını götürüb mağazanın qabağında saxladığı maşının qapısını açarla açaraq salondakı qoltuqaltını açanda içəri dolu pul olan paketi görüb həmin paketin içindən yalnız iki ədəd 100 manatlıq əskinası götürüb qalan pulu yerinə, yəni qaytarıb qoltuqaltıya qoyaraq mağazaya qayıdıb həmin 200 manatı Nazimə vermişdir. O, avtomobildə qoltuqaltı adlanan yerdəki paketdən 200 manat pul götürəndə paketin içində saymasa da, rezinə sarılmış vəziyyətdə xeyli 100 manatlıq pul olduğunu görmüşdür. O, həmin pulu gördükdə o dəqiqə anlamışdır ki, həmin pul Nazimin 1-2 gün qabaq ona 54000 manat pul oğurlaması ilə bağlı bildirdiyi pullardandır. O, Nazimə 200 manat pul verəndən sonra Nazim mağazada hesabı ödəmiş və onlar oradan birbaşa Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına yollanmışlar. X25 sovqat vermişdir. X24 əvvəl oğurluq etmiş, onların nə oğurluq etdiyini bilmir. Həmin ərəfədə artıq Nazim ona demişdir ki, özünə maşın almaq istəyir, icarəyə götürdüyü Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili isə geri qaytarmaq istəyir, lakin həmin maşını bir neçə gün əvvəl təsadüfən «Prius» markalı maşın vurduğundan maşının qabağını düzəltdirib salamat sahibi Nazimə qaytarmaq istəyir. 2022-ci ilin iyul ayının sonlarında Nazim ona demişdir ki, sosial şəbəkədə satdığa bir Mercedes markalı maşın tapmışdır, 16000 manat satırlar, 15000 manata razılaşmışdır, maşın yaxşı qiymətə satılır, maşından xoşu gəlir, tez onu almaq istəyir, lakin şəxsiyyət vəsiqəsini tapa bilmir, bu gün bir yerdə gedib maşını alsınlar və maşının sahibindən də adına baş etibarnamə verilər, sabah gedib təzə şəxsiyyət vəsiqəsi alar, bundan sonra da maşın onun adından çıxarılıb onun adına rəsimləşdirilər, yəni ona baş etibarnamə verər və maşını o qeydiyyat şəhadətnaməsi ilə öz adına rəsmiləşdirər. O, razılaşmış və onlar birlikdə Pirallahı qəsəbəsinə yollanmışlar. X27 adlı şəxsdən 15000 manata dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli «Mercedes» markalı avtomobil almışdır. Həmin avtomobilə görə avtomobilin sahibi Babək tərəfindən onun adına «Koroğlu» metrostansiyasının yaxınlığındakı «ASAN xidmət» mərkəzindəki notariusda baş etibarnamə verilmişdir. Həmin avtomobil etibarnamə ilə adına rəsmiləşdirilsə də, avtomobili o, idarə etməmişdir. Nazimlə aralarında olan şifahi razılaşmaya əsasən elə avtomobil alınan vaxtdan faktiki olaraq Nazimin istifadəsində olmuşdur. Həmin ərəfələrdə Nazim özünə yaxşı pul xərcləməyə başlamış, telefonda «kazino» oynayırmış. Beləliklə Nazim 2022-ci ilin iyul ayının sonunda özünə 15000 manata dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli «Mercedes» markalı avtomobil almışdır. Səhərisi günü Nazim ondan xahiş etmişdir ki, onunla bərabər «Koroğlu» metrostansiyasının yaxınlığındakı «ASAN xidmət» mərkəzinə getsin, həmin «ASAN xidmət» mərkəzində o, özünə şəxsiyyət vəsiqəsi çıxaracaq və maşını artıq öz adına rəsmiləşdirəcəkdir. O, razılaşmış və Nazimlə bərabər həmin «Koroğlu» metrostansiyasının yaxınlığındakı «ASAN xidmət» mərkəzinə yollanmışdır.Nazim həqiqətən müraciət edib özünə təzə şəxsiyyət vəsiqəsi almış və elə həmin vaxtı onu polislər saxlamışlar. Ona polisdə məlum olmuşdur ki, həmin Nazim 2022-ci ilin may ayında Balaxanı qəsəbəsi ərazisində Firuzla birlikdə evdən oğurluq etdiyinə görə tutulmuşdur. O, bunu əvvəldən bilməmişdir. İki gündən sonra Nazim həbsdən buraxıldıqda ona bildirmişdir ki, oğurluq etdiyi ev sahibinə vurulmuş ziyanı tam ödədiyindən buraxılmışdır, lakin istintaqları hələ davam edəcəkdir. O, 02 avqust 2022-ci il tarixdə eşitmişdir ki, Nazim Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən başqa oğurluq üstündə saxlanılmışdır. Sonra o, həmin İdarəyə gedib ifadə verdikdə orada ona məlum olmuşdur ki, Nazim Eldarla birlikdə iyul ayının sonlarına yaxın Binəqədi rayonu, Göradil ərazisindəki bağ evindən 2022-ci ilin külli miqdarda pul və qızıl-zinət əşyaları oğurladığına görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxtı o anlamışdır ki, həmin oğurluq bir neçə gün əvvəl Nazimin onlarda olduqda ona dediyi oğurluqdur. O, həmçinin bilmişdir ki, Nazim Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl vaxt edib hələ bir həmin ağ rəngli «Mercedes» markalı avtomobillə bağlı avtomobilin əvvəlki sahibi Babəkin adından öz adına baş etibarnamə də almışdır. Belə ki, o Nazimlə heç bir oğurluq etməmiş, Nazimin xahişi ilə razılıq vermişdir ki, onun adına icarəyə maşın götürüb sürsün və sonra aldığı maşını onun adına rəsimləşdirilsin. O, Nazimlə heç bir oğurluqda iştirak etməmiş, Nazimin oğurluq edəcəyini əvvəlcədən bilməmiş, ona heç bir oğurluqda köməklik etməmişdir. Nazim Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılandan sonra Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili özü təmir etdirib salamat vəziyyətdə sahibi başqa Nazimə qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zabrat qəsəbəsə sakini kimi uzun illərdi ki, tanıyırmış. O, 2021-ci il ərzində Nazim və digər şəxslərlə birlikdə oğurluq cinayətləri törətmişdir, hazırda barələrində olan cinayət işinə Bakı Ağır cinayət məhkəməsində baxılır, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. 26 may 2022-ci il tarixdə saat 12 radələrində o qoyunları otlaq sahəyə apardıqda görmüşdür kl, qoyunun biri yoxdur. Həmin qoyunu axtarmağa başladıqda təsadüfən gəzişərək «Fazenda» deyilən yerin yaxınlığında yerləşən Sabunçu rayonu, Sadiq Rəhimov küçəsinə gəlmişdir. Orada görmüşdür ki, bir qadın evinin qapsın bağlayıb evdən çıxır. Qadın ondan şübhələnməsin deyə o mobil telefonunu yalandan qulağına tutmuşdur ki, guya kiminləsə danışır. Həmin qadın ona baxdıqda o dərhal başında saxladığı gün eynəyini gözünə taxmış və sifətini arxaya çevirmişdir ki, qadın onu görməsin. Adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 geyimi səliqəli, imkanlı olduğuna görə fikirləşmişdir ki, Nərminənin evində pul, qızıl ola bilər, ona görə də, həmin qadının evindən oğurluq etmək qərarına gəlmişdir.O həmin qadını izləmişdir. Qadın bir neçə metr evindən aralandıqda o bilmişdir ki, həmin qadının, yəni Nərminənin evində heç kim yoxdur. Çünki Nərminə evindən çıxanda darvazanın qarşısına çöl tərəfdən daş qoymuşdur. Həmin evdən təkbaşına oğurluq etməyə ehtiyyat etmiş və buna görə tanışı Təqsirləndirilən şəxs zəng edib xahiş etmişdir ki, həmin ünvana gəlsin. Özü isə həmin ünvanın kənarında Nazimi gözləyəndə evə baxmışdır ki, evə gələn olsa həmin evə daxil olmasınlar. Təxminən 15 dəqiqədən sonra Nazim idarə etdiyi metallik rəngli «Toyota Corolla» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobillə onun yanına təklikdə gəlmişdir. O, Nazimə təklif etmişdir ki, həmin evə daxil olub oradan oğurluq etsinlər, Nazim razılaşmış və onlar qərara gəlmişlər ki, o çöldə pusquda dayanacaq, Nazim isə evin içərisinə daxil olacaqdır. Beləliklə o küçədə, evin darvazasının qarşısında dayanmış, Nazim isə darvazanın qarşısında olan daşı kənara çəkib evin həyətinə daxil olmuşdur. O darvazanın qarşısında dayanıb gözləmişdir ki, gələn olsa Nazimə işarə etsin ki, Nazim evdən tez çıxsın. Nazim həmin evin həyətinə daxil olduqdan sonra evin içərisinə necə daxil olduğunu o görməmişdir. Təxminən 20-25 dəqiqədən sonra Nazim evdən çıxıb avtomobilə tərəfə getmiş, o da Nazimlə birlikdə avtomobilə əyləşmiş və onlar hadisə yerindən uzaqlaşmışlar. Hadisə yerindən bir qədər aralandıqdan sonra Nazim avtomobili yolun kənarında saxlayıb ona bildirmişdir ki, evdən 20 manat nağd pul və qızıllar oğurlamışdır. Qızıl-zinət əşyalarını Nazim cibindən çıxararaq ona göstərib demişdir ki, həmin qızılları satıb pulunu onunla böləcəkdir, oğurladığı 20 manatı isə ona vermişdir. Bundan sonra Nazim onu evinin yanında düşürüb çıxıb getmişdir. O da 20 manatı həmin günü öz ehtiyaclarına xərcləmiş və gözləmişdir ki, Nazim qızılları satıb pulu onunla bölsün. O səhərisi günü Nazimə zəng edib qızılları satıb-satmadığını soruşduqda Nazim ona müxtəlif bəhanələr gətirməyə başlayaraq demişdir ki, qızılları hələ sata bilmir, maşını nasazdır, usta yanındadır. Qızılları Nazimin satıb və ya satmadığını bilmir, Nazimlə birlikdə törətdiyi oğurluq cinayəti nəticəsində Nazim ona cəmi 20 manat nağd pul vermişdir. Nazim həmin evdən oğurluq edəndə onu aldatmışdır. Nazim ola bilər ki, evdən 1120 manat və 10 ABŞ dollar oğurlasın, amma bu barədə ona heç nə deməmişdir. Nazim onu aldadaraq ona demişdir ki, evdə cəmi 20 manat nağd pul və qızıllar olmuşdur, həmin 20 manatı da ona vermişdir. Qızılları ona göstərib demişdir ki, satıb onunla pulu böləcəkdir. O da Nazimə inanmışdır.Lakin sonra ona heç nə verməmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hüquqi ünvanı ünvan 10uğu» metrostansiyasının yaxınlığında yerləşən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 124 olan "xxxx" MMC-də satış meneceri işləyir. MMC avtomobillərin gündəlik icarəsi ilə məşğuldur. Müştəri onlara gündəlik və ya həftəlik avtomobil icarəyə götürmək üçün müraciət edir, onlar MMC olaraq müştərinin sürücülük vəsiqəsinin olub-olmamasını yoxladıqdan sonra MMC- də icarəyə verilən avtomobilləri təklif edirlər, razılaşma olduqda müştəri MMC-dən icarə müqaviləsi əsasında avtomobil icarəyə götürür. Boz metal rəngli Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil satış meneceri olduğu "xxxx" MMC-nin mülkiyyətindədir, avtomobilin sahibi qeydiyyat şəhadətnaməsi ilə MMC-nin direktoru Zahid İsayevdir. Həmin avtomobil "xxxx" MMC olaraq icarəyə verilməsi üçün müştərilərə təklif edilir. X20 markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil 14 iyul 2022-ci il tarixli, 257 nömrəli icarə müqaviləsi ilə sürücülük vəsiqəsi olan Şahid7 uzatmaq hüququ ilə iki günlük icarəyə verilmişdir. Həmin icarə müqaviləsi "xxxx" MMC ilə Şahid7 arasında bağlanmışdır. Müqavilədə icarəyə verən qrafasından direktor, avtomobili təhvil verdi qrafasından isə o imza etmişdir. İcarəyə götürüb avtomobili təhvil alan qrafalarından isə Şahid7 imza etmişdir. Həmin avtomobilə görə Şahid7 hər iki gündən bir günü 60 manatdan 120 manat ödəniş etmişdir. Avtomobil Şahid7 təhvil verilmişdir. Həmin avtomobil 10 avqust 2022-ci il tarixdə, yəni 25 gün sonra MMC-yə geri qaytarılmışdır. Şahid7 avtomobili geri qaytaranda MMC olaraq onlara məlum olmuşdur ki, avtomobil onun istifadəsində olduqda avtomobilin qabaq buferi harasa vurulmuşdur, sonra da təmir edilmişdir. MMC olaraq Şahid7 heç bir maddi tələb və şikayətləri yoxdur. Sonradan Binəqədi polisində araşdırma aparıldıqda onlara məlum olmuşdur ki, Şahid7 14 iyul 2022-ci il tarixdə 257 nömrəli icarə müqaviləsi ilə MMC-dən icarəyə götürdüyü Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili tanışı Təqsirləndirilən şəxs adlı şəxsə MMC-nin razılığı olmadan vermiş, həmin şəxs də, həmin avtomobillə Binəqədi rayonu ərazisində oğurluq etdiyi yerə yollanmışdır. Həmin faktı onlara polisdən demişlər. Həmin Təqsirləndirilən şəxs adlı şəxsi tanımırlar. MMC olaraq avtomobili Şahid7 təhvil vermişlər, Şahid7 MMC-yə müraciət edib avtomobili icarəyə götürmüş və 10 avqust 2022-ci il tarixdə də geri qaytarmışdır. Onun və "xxxx" MMC-nin əməkdaşlarının Təqsirləndirilən şəxs adlı şəxsin oğurluq əməllərindən xəbəri olmamışdır, Təqsirləndirilən şəxsla hər hansı bir cinayət əməllərində iştirakları olmamış, qanunsuz əməllərə yol verməmişlər. Boz metallik rəngində Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil 14 iyul 2022-ci il tarixli, 257 nömrəli icarə müqaviləsi ilə Şahid7 təhvil verilmiş, həmin avtomobil 14 iyul 2022-ci il tarixdən geri qaytarılana qədər, yəni 10 avqust 2022-ci il tarixədək fasiləsiz olaraq Şahid7 sərəncam və istifadəsində olmuşdur. "xxxx" MMC-dən avtomobil 14 iyul 2022-ci il tarixdə aparılmış və bir də 10 avqust 2023-ci il tarixdə qaytarılmışdır. Şahid7 "xxxx" MMC-ni məlumatlandırmadan avtomobili Təqsirləndirilən şəxs adlı şəxsə vermişdir. Həmin şəxslə onlar ümumiyyətlə ünsiyyətdə olmamışlar. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Moskva” Ticarət mərkəzində qızıl şöbəsində satıcı işləyir. 25 iyul 2022-ci il tarixdə saat 19:30 radələrində işdə olarkən bir nəfər hündürboylu cavan oğlan ona yaxınlaşıb ondan qızıl alıb-almadığını soruşmuşdur. O, həmin şəxsə qızılın alqı- satqısı ilə məşqul olduğunu bildirdikdə həmin şəxs ona üzərində yaşıl, ətrafında ağ qaşlar olan, 583 əyarlı bir cüt qızıl sırqa, bir ədəd 583 əyyarlı üzük, bir ədəd 583 əyarlı kişi nişan üzüyü və bir cüt uşaq sırqasını göstərib bildirmişdir ki, həmin qızıllar xalasına məxsusdur, satmaq istəyir. O, həmin qızılları nəzərdən keçirib ümumilikdə 11 qram olan həmin qızılları 700 manata ala biləcəyini qızılları satana bildirmişdir. Həmin şəxs isə ona xalasının həmin qiymətlə razılaşmayacağını söyləyib bir az baha qiymətə satmaq istəmişdir. O da həmin şəxsə ümumilikdə 800 manat verə biləcəyini bildirdikdə onlar razılaşmışlar. Bundan sonra o, həmin şəxsə 800 manat pul verib həmin qızılları götürmüşdür. Hazırda da həmin qızıllar ondadır, həmin qızılları istintaqa təqdim edir. Təqsirləndirilən şəxs ona həmin qızılların oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumat verməmişdir. O, həmin qızılların xalasına məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd tələb edərkən sonuncu bildirmişdir ki, hazırda sənədi üzərində yoxdur. Belə ki, həmin hadisədən təxminən bir neçə gün qabaq, yəni 09 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir ədəd qadın boyunbağısını satmış və həmin vaxt o, kitabçada qeydiyyat aparmışdır. O, qeydiyyat kitabçasına baxıb həqiqətəndə Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə bir ədəd boyunbağı satması barədə kitabçada qeydiyyat apardığını görmüş və ona görə də bu dəfə Nazimdən heç bir sənəd tələb etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4268-9/5722 saylı rəyindən görünür ki, fiziki-kimyəvi tədqiqatı üzrə tədqiqata təqdim edilmiş məmulatların hər biri 583/585 əyarlı qızıldan hazırlanmışdır. Məmulatlardan üzərlərində qaş olanlardan cədvəl 1 üzrə sıra nömrələri 1 və 4 olanların qaşları qiymətli qaşlara aiddir-briliyantdır. Cədvəl 1 üzrə sıra nömrəsi 8 olanın üzərində olan qaşlar almazdır. Təqdim edilmiş məmulatların ayrıayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Əmtəəşünaslıq tədqiqatı üzrə (apardı ekspert Etimad Həbibov) Ekspertiza tədqiqatına təqdim edilən məmulatın modeli və digər göstəriciləri nəzərə alınmaqla xx.xx.2022-ci il (ifadəsinə istinadən) tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4279.0 manat müəyyən edilir. (01 cild, iş vərəqə254-256:265-271) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 375 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicə olmayıb. (cild 03, iş vərəqə 90) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evinə baxış keçirilərkən məlum olmuşdur ki, həmin ev bir mərtəbəli olmaqla daşdan tikilidir. Evin dəhlizində paltar dolabı, həmçinin evdə yataq otaqları vardır. Baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyaları yataq otağından, pullar isə dəhlizdəki dolabda olan gödəkcənin ciblərindən oğurlanmışdır. Baxış zamanı oğurluq etmiş şəxsin yaşayış sahəsinə pəncərəni açaraq daxil olması müəyyən olunmuşdur. Baxış zamanı qapıların kilitlərində sındırma, kilitlərdə kənar müdaxilə aşkar olunmamışdır. Həmçinin baxış zamanı qonşuluqdakı evin qarşısında məhəllə daxili yolu əks etdirən video müşahidə kamerasındakı video görüntülər istintaq üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd disk şəklində götürülmüşdür. Baxış zamanı tərtib edilmiş fotocədvəl protokola əlavə olunmuşdur. (cild 01, iş vərəqə 3-9) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış” protokolunun surətindən görünür ki, oğurluq hadisəsi ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 evindən baş vermiş, həmin ev daşdan tikili olmaqla bir mərtəbəlidir və daş hasarla əhatə olunmuşdur. Ev axtarılmış, səliqə-səhman pozulmuş, evin çölə baxan plastik pəncərəsi açıqdır, həmin pəncərənin kiliti sınmış, divarına nərdivan dayanmış, mətbəxdə çemodan aşkar olunmuşdur. Baxış zamanı tərtib edilmiş fotocədvəlin surəti protokola əlavə olunmuşdur. (cild 01, iş vərəqə 100-105) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə tanışı Eldar Musaevlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evindən oğurladıqdan sonra Təqsirləndirilən şəxs özündə saxladığı qızıl- zinət əşyalarından qalanı, yəni üzərində qaşlar olan bir ədəd qızıl qadın üzüyü, «halqa» formalı bir ədəd qızıl kişi üzüyü, üzərində 2 ədəd briliyanta oxşar qaş olan, bir cüt qızıl qadın sırqası, bir ədəd qızıldan olan qadın qolbağı, üzərində «almaz» qaşlarına oxşar qaşlar olan bir cüt sırqa, bir ədəd üzükdən ibarət qadın qızıl dəsti 03 avqust 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs yaşadığı evdən, habelə həmin ünvandan oğurladığı puldan qalan 7100 ABŞ dollar, 200 Avro pul Təqsirləndirilən şəxs istifadəsində olan nəqliyyat vasitəsindən öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi, həmçinin 6600 manat pul götürülmüşdür. (cild 01, iş vərəqə 65-74) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “götürmə” protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə tanışı Eldar Musaevlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evindən oğurladıqdan sonra “Moskva” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Hatemoğlu” adlanan qızıl-zinət mağazasında satıcı işləyən Şahid4 satdığı «halqa» formalı qızıl kişi üzüyü, üzəri gül formalı bir cüt qızıl sırqa, üzərində yaşıl qaşlar olan, bir cüt sırqadan və bir ədəd üzükdən ibarət bir ədəd qadın qızıl dəsti 03 avqust 2022-ci il tarixli protokolla Azad Hətəmidən öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. (cild 01, iş vərəqə 79-81) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə Eldar Musaevlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayışbağ evindən oğurladığı, istintaq zamanı 03 avqust 2022-ci il tarixli protokollarla Şahid4, habelə Təqsirləndirilən şəxs evindən götürülmüş «halqa» formalı qızıl kişi üzüyü, üzəri gül formalı bir cüt qızıl sırqa, üzərində yaşıl qaşlar olan, bir cüt sırqadan və bir ədəd üzükdən ibarət bir ədəd qadın qızıl dəsti, üzərində qaşlar olan bir ədəd qızıl qadın üzüyü, «halqa» formalı bir ədəd qızıl kişi üzüyü, üzərində 2 ədəd briliyanta oxşar qaş olan, bir cüt qızıl qadın sırqası, bir ədəd qızıldan olan qadın qolbağı, üzərində «almaz» qaşlarına oxşar qaşlar olan bir cüt sırqa, bir ədəd üzükdən ibarət qadın qızıl dəstinə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 iştirakı ilə 04 avqust 2022-ci il tarixli protokolla baxış keçirildikdə Zərərçəkmiş şəxs2 həmin qızıl-zinyət əşyalarını tanıyaraq 25 iyul 2022ci il tarixdə fərdi yaşayış-bağ evindən oğurlandığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı tərtib edilmiş fotocədvəl protokola əlavə olunmuşdur. (cild 01, iş vərəqə 252-253) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, “ifadənin yerində yoxlanılması” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə onun idarə etdiyi Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə Eldar Musaevlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ərazisinə gəlib oradakı fərdi yaşayış-bağ evlərini nəzərdən keçirərək ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evindən hansı qaydada oğurluq etdiyini, yaşayış sahəsinə necə daxil olduğunu hadisə yerində əyani şəkildə göstərmişdir. Bir daha məlum olmuşdur ki, cinayət əməlini törədərkən razılaşmaya əsasən, Eldar Musaev evin qarşısında pusquda dayanaraq ola biləcək maneələrin qaşısını almaqdan ötrü ətrafı nəzarətdə saxlamış, Təqsirləndirilən şəxs isə evin həyətinə daş hasardan qanunsuz olaraq daxil olmuş, daha sonra evin pəncərəsini açıb oradan yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağından qızıl-zinət əşyaları, dəhlizdəki dobabda olan gödəkcənin ciblərindən isə 20000 Avro, 15000 ABŞ dolları və 500 manat pulu oğurlamış, daha sonra onu pusquda gözləyən Eldar Musaevlə birlikdə avtomobillə hadisə yerini tərk edərək uzaqlaşmışlar. Təqsirləndirilən şəxs Eldar Musaevə yalandan oğurladığı pulun miqdarını az deyərək bildirmişdir ki, evdən oğurladığı pulun məbləği guya 500 manat və 300 ABŞ dollardır. O, Eldara həmin 500 manat və 300 ABŞ dollarını, habelə qızıl-zinət əşyalarından bir cüt sırqadan və bir ədəd üzükdən ibarət qızıl dəsti, habelə üzərində bir ədəd kiçik qaşı olan bir ədəd qızıl qadın üzüyü verib qalan qızıl-zinət əşyarından bir neçəsini “Moskva” Ticarət Mərkəzinin yaxınlığında yerləşən mağazaya 800 manata pula satmış, qızıl-zinət əşyalarının qalanını isə yaşadığı evə gətirib saxlamışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını satdığı məkanı göstərdikdə məlum olmuşdur ki, həmin mağaza “Moskva” Ticarət Mərkəzinin yaxınlığında yerləşən Şahid4 işlədiyi “Hatemoğlu” qızıl alqı- satışı mağazasıdır. (cild 01, iş vərəqə 56-64) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “fotoşəkillə tanıma haqqında” protokoldan görünür ki, 01 noyabr 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs iştirakı ilə fotoşəkillə tanınma istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona təqdim olunan fotoşəkillərin arasından xx.xx.2001-ci il təvəllüdlü Musayev Eldarın fotoşəklini tanıyaraq bildirmişdir ki, fotoşəklini tanıdığı şəxsin adı Eldardır, həmin şəxslə birlikdə 25 iyul 2022-ci il tarixdə adı sonradan istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs2 adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ərazisində yerləşən fərdi yaşayış- bağ evindən oğurluq etmişdir. Həmin istintaq hərəkəti zamanı məlum olmuşdur ki, həmin oğurluq zamanı Musayev Eldar evin kənarında məhəllədə pusquda dayanıb ətrafı nəzarətdə saxlayırmış ki, Təqsirləndirilən şəxs evdən oğurluq edən zaman birdən ev sahibi evə qayıtsa, kimsə oğurluq etdikləri ünvana gəlsə, onların aşkar olunmalarndan ötrü təhlükəli bir an yaransa dərhal telefonla və ya çağıraraq Təqsirləndirilən şəxs xəbər etsin. (cild 02, iş vərəqə 76-81) İş materiallarında olan xx.xx.2022-ci il tarixli 544 saylı protokoldan görünür ki, 02 noyabr 2022-ci il tarixli protokolla Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsinə baxış keçirildikdə məlum olmuşdur ki, 25 iyul 2022-ci il tarixdə 1 (bir) Avro pulun Azərbaycan manatına olan məzənnəsi 1, 7346 manat, 1 (bir) X8 dolları pulun isə Azərbaycan manatına olan məzənnəsi 1,7000 manat təşkil etmişdir. Belə olan halda 25 iyul 2022-ci il tarixdə 20000 (iyirmi min) Avro məbləğində pul milli məzənə ilə 34692 (otuz dörd min altı yüz doxsan iki) manat, 15000 (on beş min) X8 dolları məbləğində pul isə milli məzənnə ilə 25500 (iyirmi beş min beş yüz) manat təşkil etmişdir. Beləliklə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Senan oğlu 25 iyul 2022-ci il tarixdə Gürcüstan vətəndaşı Musaev Eldarla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evinə qanunsuz daxil olaraq həmin ünvandan ümumilikdə 6279 (altı min iki yüz yetmiş doqquz) manat dəyərində qızıl-zinət əşyaları, milli məzənnə ilə 34692 (otuz dörd min altı yüz doxsan iki) manat təşkil edən 20000 (iyirmi min) Avro məbləğində pul, milli məzənnə ilə 25500 ( iyirmi beş min beş yüz) manat təşkil elən 15000 (on beş min) X8 dolları məbləğində pul və 500 (beş yüz) manat məbləğində pul, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin 66972 (altmış altı min doqquz yüz yetmiş iki) manat məbləğində sadalanan əmlakını gizli olaraq talayıb qrupun digər üzvü Eldar Musaevlə aralarında bölərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan əlavə məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 evindən oğurluq törədilən günü, yəni 26 may 2022-ci il tarixdə də, 1 (bir) X8 dolları pulun isə Azərbaycan manatına olan məzənnəsi 1,7000 manat təşkil etmişdir. İstintaq zərurəti ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsindən 25 iyul 2022-ci il tarixi ilə bağlı AZN məzənnələrinin siyahısı print edilərək çıxarıb iş materiallarına əlavə olunmuşdur. (cild 02, iş vərəqə 82-84) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “videogörüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin video görüntünün davamlığı 1 dəqiqə 18 saniyədir. Video görüntüdən görünmüşdür ki, görüntünün əks olunduğu video müşahidə kamerası Bakı şəhəri, Binəqədi rayonu, Göradil kənd ərazisində fərdi yaşayış-bağ evlərinin arasından keçən asvalt örtüklü məhəllə daxili avtomobil yolunu görütüləyir. Həmin video görüntüdən görünmüşdür ki, 25 iyul 2022- ci i! tarixdə saat 19:38 radələrində açıq rəngli avtomobil evlərin arasındakı məhəllə daxili yolda saxlayır. Avtomobildə sükan arxasındakı şəxs hündürə qalxmaq üçün özü tərəfdən avtomobilin salonunda ayaq qoyulan dayağının üzərinə çıxaraq saxladığı yerdə solunda olan fərdi yaşayış-bağ evinin içərisinə doğru boylanaraq həyətin içərisini nəzərdən keçirməyə başlayır. Bu hərəkət avtomobil qabaq və geriyə idarə olunmaqla bir bir neçə dəfə təkrar olunur və sonra həmin şəxs sükan arxasına əyləşib avtomobillə qarşıya doğru hərəkət edir. Həmin nəqliyyat vasitəsi video müşahidə kamerasının qarşısından keçdikdə aydın şəkildə görünmüşdür ki, avtomobil Hyundai Elantra markalıdır, dövlət qeydiyyat nişanı az ** VS ***-dir, sükan arxasında əyləşən şəxsdən əlavə avtomobildə qabaqda sağda daha bir nəfər sərnişin qismində əyləşmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin video görüntünü nəzərdən keçirmiş, video görüntüdəki Hyundai Elantra markalı, az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs özü, qabaq sağda sərnişin qismində əyləşmiş şəxs isə onunla bərabər 25 iyul 2022-ci il tarixdə adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 evindən oğurluq etmiş Eldardır. Həmin video görüntüdən göründüyü kimi, o Eldarla bərabər 25 iyul 2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi Hyundai Elantra markalı az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində gəlmişlər. İlkin olaraq oğurluq etmək istədikləri ünvanda adam olduğundan həmin ünvana daxil olmamışlar. Bundan sonra həmin ərazidə oğurluq etmək üçün evdə adam olmayan başqa ünvan axtarmağa başlamışlar. Video görüntüdən göründüyü kimi, o, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ərazisində məhəllə arası avtomobil yolu ilə avtomobili idarə edib xarici görünüşdən xoşuna gəldiyi evlərin qarşısında avtomobili saxlayaraq evin həyətindəki vəziyyəti sərbəst və rahat görmək üçün özü tərəfdən avtomobilin salonundakı ayaq qoyulan dayağın üzərinə çıxıb evlərin həyətlərinə boylanmışdır. Video görüntüdə də, onun bu hərəkəti video kameranın görüntüsünə düşmüşdür.Nəticədə də, o həmin ərazidə Zərərçəkmiş şəxs2 fərdi yaşayışbağ evini görüb xarici müşahidə etdikdən sonra evdə heç kimin olmadığına əmin olduğundan həmin ünvandan oğurluq etmişlər. Beləliklə video görüntüyə baxış zamanı 25 iyul 2022-ci il tarixdə axşam saatlarında oğurluq ərəfəsində Təqsirləndirilən şəxs Hyundai Elantra markalı az ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə Eldarla Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ərazisinə gəlib oğurluq etmək üçün evlərin həyətini müşahidə edərək oğurluq edəcəyi ünvanları müəyyənləşdirdikləri məlum olmuşdur. Odur ki, 25 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış-bağ evindən baş vermiş oğurluq hadisəsi ərəfəsində həmin ərazidə yerləşən digər evin qarşısında quraşdırılmış video müşahidə kamerasından 27 iyul 2022-ci il tarixli protokolla bir ədəd disk şəklində götürülmüş təqsirləndirilən şəxs X4 və Eldar Musavevin hərəkətlərinin əks olunduğu videogörüntü öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 10 yanvar 2023-cü il tarixli qərarla ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi hesab edilərək tanınmış və cinayət işinin materiallarında saxlanılır. (cild 02, iş vərəqə 272-273) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********453 barkod nömrəli etibarnamənin surətindən görünür ki, Mercedes Benz E320 minik markalı, az ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X5 tərəfindən Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixədək bir il müddətinə etibarnamə verilmişdir. (cild 01, iş vərəqə 68-69) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********534 barkod nömrəli etibarnamənin surətindən görünür ki, Mercedes Benz E320 minik markalı, az ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X5 tərəfindən Şahid7 30 iyul 2023-cü il tarixədək bir il müddətinə etibarnamə verilmişdir. (cild 02, iş vərəqə 23) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********938 barkod nömrəli etibarnamənin surətindən görünür ki, Mercedes Benz E320 minik markalı, az ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X5 tərəfindən Zərərçəkmiş şəxs2 Abdlulla oğluna 02 avqust 2023-cü il tarixədək bir il müddətinə etibarnamə verilmişdir. (cild 02, iş vərəqə 24-25) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, keçirilmiş tədbirlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ərazisinə gəlib oradakı fərdi yaşayış-bağ evinə qanunsuz daxil olmaqla, oğurluq cinayətini törətdiyi “Eldar” adlı şəxs xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı X7r. X17 cari ilin iyul ayında Gürcüstan Respublikasına getməsi və hazırda orda olması müəyyən edilmişdir. Göstərilən xüsusatlarla bağlı tərəfimizdən tədbirlə davam etdirilir, müsbət nəticə əldə olunacağı təqdirdə əlavə məlumat veriləcəkdir. (cild 02, iş vərəqə 74) İş materiallarında olan xx.xx.2022-ci il “maddi sübut kimi tanımaq haqqında” görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə Eldar Musaevlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evindən oğurladığı, istintaq zamanı 03 avqust 2022-ci il tarixli protokollarla Şahid4, habelə Təqsirləndirilən şəxs evindən götürülmüş 1) üzərində 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir ədəd 3,08 qram çəkidə 495 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın üzüyü, 2) bir ədəd 2,70 qram çəkidə, 229 manat dəyərində, «halqa» formalı 583\585 əyarlı qızıldan olan üzüyü, 3) bir ədəd 4,90 qram çəkidə, 416 manat dəyərində, «halqa» formalı 583\585 əyarlı qızıldan olan üzüyü, 4) üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir cüt 4,19 qram çəkidə, 547 manat dəyərində 583\585 əyarlı qızıldan olan qadın sırqası, 5) üzərində ümumilikdə 2 ədəd gül formalı daş olan bir cüt 2,88 qram çəkidə 244 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın sırqası, 6) bir ədəd 7,03 qram çəkidə 597 manat dəyərində 583/585 əyarlı qızıldan olan qolbağı, 7) üzərində ümumilikdə 3 ədəd yaşıl rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,71 qram çəkidə 825 manat dəyərində 583/585 əyariı qızıldan olan qadın qızıl “komplekti”, yəni dəsti, 8) üzərində 26 ədəd rəngsiz, şəffaf almaz qaş olan bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,92 qram çəkidə 926 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın qızıl “komplekti”, yəni dəsti, yəni ümumilikdə 4279 (dörd min iki yüz yetmiş doqquz) manat dəyərində qızıl-zinət əşyaları, habelə 03 avqust 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs istifadəsində olan nəqliyyat vasitəsindən götürülmüş 7100 ABŞ dolları, 200 Avro pul öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 31 avqust 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. (cild 01, iş vərəqə 282-283) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evinə baş vermiş oğurluq hadisəsi ərəfəsində həmin ərazidə yerləşən digər evin qarşısında məhəllə daxili yolu əks etdirən video müşahidə kamerasındakı video görüntüləri əks etdirən bir ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Bakı şəhəri 15 saylı notariat ofisinin notariusu X11 tərəfindən təsdiq olunmuş zərərçəkmiş Nəcəfova X3 Nazim Sənan oğlu tərəfindən ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxsla barışmış, ondan şikayəti, tələbi, iddiası yoxdur.(cild 02, iş vərəqə 219) İş materiallarında olan Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş 23000 manat məbləğində maddi ziyanın, 10.000 manat mənəvi ziyanın, cəmi 33000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs2 ödənilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etiraf edici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, “baxış keçirilməsi haqqında”, “hadisə yerinə baxış”, “götürmə aparılması haqqında”, “maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaya baxış keçirilməsi haqqında”, “ifadənin yerində yoxlanılması”, “fotoşəkillə tanıma haqqında”, “videogörüntülərə baxış keçirilməsi barədə” protokollar və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 01 saylı qərarına əsasən, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Qeyd edilən Plenum qərarının 17-ci bəndinin 3-cü abzasında göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Həmin Plenum qərarının 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Plenum qərarının 20-ci bəndinin 2-ci və 3-cü abzaslarına əsasən, Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Beləliklə, Məhkəmə işdə toplanmış hüquqi sənədləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tələbnamələrdən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-77/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3,177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə təqsirli bilinərək, Təqsirləndirilən şəxs qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-in 69.3-cü maddəsi tətbiq olunmaqla üzərində 08 il 05 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 01, iş vərəqə 289-290, cild 02, iş vərəqə 141-142) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1406/2023 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Qeyd olunan Plenum Qərarının 16-cı bəndində qeyd edilir ki, birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-77/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 05 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsi tərəfindən CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli qərar əsasında axtarış elan olunmuş Təqsirləndirilən şəxs keçirilmiş tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə Nizami rayonu ərazisində saxlanılaraq, Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. (cild 01, iş vərəqə 177) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçimiş və o, saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. (cild 01, iş vərəqə 118-121) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1 saylı Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 235) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X10 vardır. (cild 01, iş vərəqə 193-194) Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, məhkəmədə törətdiyi əməli səmimi etiraf etməsini, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini, eləcə də, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət, tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 890/2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 02 avqust 2022-ci tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 41; cild 01, iş vərəqə 246-251) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsi ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, Zərərçəkmiş şəxs2 vurulmuş 23.000 manat məbləğində maddi ziyana dair hissədə mülki iddia tam, 10.000 manat mənəvi ziyana dair hissədə mülki iddia qismən, yəni, 2.000 manat məbləğində təmin edilərək, ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə, AR CPM-in 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə Eldar Musaevlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evindən oğurladığı, istintaq zamanı 03 avqust 2022-ci il tarixli protokollarla Şahid4, habelə Təqsirləndirilən şəxs evindən götürülmüş 1) üzərində 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir ədəd 3,08 qram çəkidə 495 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın üzüyü, 2) bir ədəd 2,70 qram çəkidə, 229 manat dəyərində, «halqa» formalı 583\585 əyarlı qızıldan olan üzüyü, 3) bir ədəd 4,90 qram çəkidə, 416 manat dəyərində, «halqa» formalı 583\585 əyarlı qızıldan olan üzüyü, 4) üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir cüt 4,19 qram çəkidə, 547 manat dəyərində 583\585 əyarlı qızıldan olan qadın sırqası, 5) üzərində ümumilikdə 2 ədəd gül formalı daş olan bir cüt 2,88 qram çəkidə 244 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın sırqası, 6) bir ədəd 7,03 qram çəkidə 597 manat dəyərində 583/585 əyarlı qızıldan olan qolbağı, 7) üzərində ümumilikdə 3 ədəd yaşıl rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,71 qram çəkidə 825 manat dəyərində 583/585 əyariı qızıldan olan qadın qızıl “komplekti”, yəni dəsti, 8) üzərində 26 ədəd rəngsiz, şəffaf almaz qaş olan bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,92 qram çəkidə 926 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın qızıl “komplekti”, yəni dəsti, yəni ümumilikdə 4279 (dörd min iki yüz yetmiş doqquz) manat dəyərində qızıl-zinət əşyaları, habelə 03 avqust 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs istifadəsində olan nəqliyyat vasitəsindən götürülmüş 7100 ABŞ dolları, 200 Avro hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evinə baş vermiş oğurluq hadisəsi ərəfəsində həmin ərazidə yerləşən digər evin qarşısında məhəllə daxili yolu əks etdirən video müşahidə kamerasındakı video görüntüləri əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 270 manat miqdarında pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-77/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 05 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 23.000 manat məbləğində maddi ziyan və 2.000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə Eldar Musaevlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evindən oğurladığı, istintaq zamanı 03 avqust 2022-ci il tarixli protokollarla Şahid4, habelə Təqsirləndirilən şəxs evindən götürülmüş 1) üzərində 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir ədəd 3,08 qram çəkidə 495 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın üzüyü, 2) bir ədəd 2,70 qram çəkidə, 229 manat dəyərində, «halqa» formalı 583\585 əyarlı qızıldan olan üzüyü, 3) bir ədəd 4,90 qram çəkidə, 416 manat dəyərində, «halqa» formalı 583\585 əyarlı qızıldan olan üzüyü, 4) üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf brilyant qaş olan bir cüt 4,19 qram çəkidə, 547 manat dəyərində 583\585 əyarlı qızıldan olan qadın sırqası, 5) üzərində ümumilikdə 2 ədəd gül formalı daş olan bir cüt 2,88 qram çəkidə 244 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın sırqası, 6) bir ədəd 7,03 qram çəkidə 597 manat dəyərində 583/585 əyarlı qızıldan olan qolbağı, 7) üzərində ümumilikdə 3 ədəd yaşıl rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,71 qram çəkidə 825 manat dəyərində 583/585 əyariı qızıldan olan qadın qızıl “komplekti”, yəni dəsti, 8) üzərində 26 ədəd rəngsiz, şəffaf almaz qaş olan bir cüt sırqadan və bir ədəd üzükdən ibarət ümumilikdə 9,92 qram çəkidə 926 manat dəyərində 583/585 əyarlı qızıldan olan qadın qızıl “komplekti”, yəni dəsti, yəni ümumilikdə 4279 (dörd min iki yüz yetmiş doqquz) manat dəyərində qızıl-zinət əşyaları, habelə 03 avqust 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs istifadəsində olan nəqliyyat vasitəsindən götürülmüş 7100 ABŞ dolları, 200 Avro hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış-bağ evinə baş vermiş oğurluq hadisəsi ərəfəsində həmin ərazidə yerləşən digər evin qarşısında məhəllə daxili yolu əks etdirən video müşahidə kamerasındakı video görüntüləri əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı 270 manat miqdarında pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Telman Hüseynov Fərid Novruzov
Məhkəmə qərarları › İş №1(101)-829/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-829/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver