Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-834/2021 08.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi: sədrlik edən hakim: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X29, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, X18, X30, X45, zərərçəkmiş şəxsin hüquqi varisi X40 və zərərçəkmiş şəxs X11 iştirakları ilə 16.05.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3-cü maddələri ilə 28.02.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 15.12.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs X35 05.01,2020-ci il tarixdə saat 00:30 radələrində tanışları X19 və X36 ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsindən 1-ci sıraya doğru piyada hərəkətdə olarkən yanlarından keçən X20 çiyninin Orxan Binnətova toxunması ilə əlaqədar aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədi ilə Eldar Babayev küçəsi 18 saylı binanın qarşısına gəlib, Anar Tağıyevin çiyninin Orxan Binnətova toxunmasını bəhanə edib - əsaslı səbəb olmadan, İlkin Xəlilli və Orxan Binnətovla birlikdə bir qrup şəxs halında, ictimai yerdə, ətrafda adamlar olmasına baxmayaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyadan istifadə etməklə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Orxan Binnətov və İlkin X2 və sonuncunun yanında olan X21 yumruqtəpik və baş ilə zərbələr vurub, Anar Tağıyevə başın sağ və sol təpə nahiyələrində 4 ədəd əzilmiş yaralar, həmin nahiyələrdə başın yumşaq örtüyü altına qansızmalar kimi hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ qaşüstü nahiyyədə, burun nahiyəsində, sağ diz oynağı nahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən, Ziyad Əkbərova isə sol dirsək nahiyəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, X67 həmin vaxt üzərində olan bıçaqdan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək, Ziyad Əkbərova bıçaqla bir dəfə zərbə vurub, ona sağ sağrı nahiyəsinə deşilmiş-kəsilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetrimiş və həmin bıçaqla xuliqanlıq niyyəti ilə Anar Tağıyevə də bir dəfə zərbə vurub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, çoxlu qanitirmə ilə müşayiət olunan sol sağrı arteriyasının və əzələlərin yaralanmalarına aid həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malik qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, nəticədə Anar Tağıyev aldığı xəsarətdən ölmüş, Ziyad Əkbərov isə aldığı xəsarətlə Klinik» Tibbi Mərkəzə yerləşdirilmişdir. Bundan başqa X19 05.01,2020-ci il tarixdə saat 00:30 radələrində tanışları X35 və X36 ilə birlikdə Bİnəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsindən 1-ci sıraya doğru piyada hərəkətdə olarkən yanlarından keçən X20 çiyninin ona toxunması ilə əlaqədar aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədi ilə Eldar Babayev küçəsi 18 saylı binanın qarşısına gəlib, Anar Tağıyevin çiyninin ona-Orxan Binnətova toxunmasını bəhanə edib - əsaslı səbəb olmadan, İlkin Xəlilli və Vüqar Babayevlə birlikdə, bir qrup şəxs halında, ictimai yerdə, ətrafda adamlar olmasına baxmayaraq aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayi şetdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, İlkin Xəlilli ilə birlikdə X41 və sonuncunun yanında olan X21 yumruq-təpik və baş ilə zərbələr vurub, Anar Tağıyevə başın sağ və sol təpə nahiyələrində 4 ədəd əzilmiş yaralar, həmin nahiyələrdə başın yumşaq örtüyü altına qansızmalar kimi hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid, sağ qaşüstü nahiyyədə, burun nahiyəsində, sağ diz oynağı nahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər aid olduğundan dərəcələri təyin edilməyən, Ziyad Əkbərova isə sol dirsək nahiyəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Bundan başqa X36, 05.01,2020-ci il tarixdə saat 00:30 radələrində tanışları X35 və X19 ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsindən 1-ci sıraya doğru piyada hərəkətdə olarkən yanlarından keçən X20 çiyninin Orxan Binnətova toxunması ilə əlaqədar aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədi ilə Eldar Babayev küçəsi 18 saylı binanın qarşısına gəlib, Anar Tağıyevin çiyninin Orxan Binnətova toxunmasını bəhanə edib - əsaslı səbəb olmadan, Orxan Bİnnətov və Vüqar Babayevlə birlikdə, bir qrup şəxs halında, ictimai yerdə, ətrafda adamlar olmasına baxmayaraq aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik İfadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, Orxan Binnətovla birlikdə X41 və sonuncunun yanında olan X21 yumruq-təpik və baş ilə zərbələr vurub, Anar Tağıyevə başın sağ və sol təpə nahiyələrində 4 ədəd əzilmiş yaralar, həmin nahiyələrdə başın yumşaq örtüyü altına qansızmalar kimi hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid, sağ qaşüstü nahiyyədə, burun nahiyəsində, sağ diz oynağınahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər aid olduğundan dərəcələri təyin edilməyən, Ziyad Əkbərova isə sol dirsək nahiyəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək xuliqanlıq etmişdir Təqsirləndirilən şəxs X35 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü o, İlkin və Orxanla küçədə söhbət edib sağollaşıb ayrılıb, məhləyə dönəndə səs-küy eşidib geri dönmüşdür. Həmin yerə gəldikdə, bir nəfərin Orxangillə mübahisə etdiyini görmüşdür. Bayram ərəfəsi olduğundan, rəhmətliklə söhbət edib demişdir ki, bayram ərəfəsidi, qanı qaraçılıq eməsinlər, çıxıb getsin, onlarda evlərinə getsinlər. Həmin vaxt Anar onların üçündə yolun kənarına dəvət etmişdir. O, ağlına gətirməzdi ki, belə yüngül bir şeydən ötəri bu hadisə baş verər. O, sonradan bilmişdir ki, bunlar yolda çiyin çiyinə dəymişlər. O, gedib marketdən siqaret almış, çıxıb siqareti ynıdırıb çəkə çəkə gələndə artıq dava dalaş başladığını görmüş, rəhmətə gedənin dostuda gəlib dayanıb yanında. Onları ayırmaq məqsədi ilə yaxınlaşmış, nə qədər cəhd etsə də rəhmətliyi Orxanın üstündən çəkə bilməmiş, qaranlıq olduğundan seçə bilməmişdir. Kürəyindən yumruqla vurmuşdur ki, ayrılsın, həmin vaxt Anarın əlində nəsə olmuş və çönüb onu vurmuşdur. Həmin vaxt özünü itirmiş, bir də ayılmışdır ki, deyirlər “gəl qaçaq”. Sonradan istintaqda bilmişdir ki, Anara bir dəfə bıçaqla zərbə endirmişdir. Təqsirləndirilən şəxs X19 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 04 yanvar 2020-ci il tarixdə, təxminən saat 22 radələrində evdən çıxıb məhlədə tanışları, qonşuluqda yaşayan X35 və X36 ilə görüşüb söhbət etmişdir. Bir az sonra yoldaşı Fatimə zəng edib ürəyinin dönər istədiyini demiş, o, avtomobili olmadığına görə dostu Əliyə zəng edib onu çağırmış, İlkin və X50 küçəsinə "1001 Gecə” şadlıq sarayının qarşısına getmişlər. Əli avtomobili ilə oraya gəlib onu, Vüqarı və İlkini götürmüş və 4-cü MKR-da dönər satılan yerə getmişlər. O, lavaşda dönər almış və Əli onları Eldar Babayev küçəsində 9 mərtəbəli bina ilə üzbəüz olan moykanın yanında olan zibil qablarının olduğu yerdə düşürüb getmişdir. O, Vüqar və İlkin zibil qablarının yanından küçə ilə 1-ci sıraya doğru hərəkət etməyə başlamışlar. Yolda ayrılıb, hərə öz evinə getməli olmuşdur. Təxminən saat 00:30 radələrində yolla piyada gedən zaman sonradan adını öyrəndiyi Anar arxadan onun çiyninə dəyib keçdiyindən əlində olan dönər bir qədər əzilmişdir. O, Anara “neynirsən, belə” dedikdə Anar ona “nə oldu, əzildin?” cavabını vermiş, o, Anara “üzr istəmək yerinə, əzildin, nədi deyirsən” dedikdə Anar onun qolundan tutub “nə üzr istiyəcəm səndən, gedək yolun qırağına" demişdir. O, Anara səbrli olmasını dedikdə, o, telefonu ilə kiməsə zəng edib yüksək səslə "qayıt bayaqkı yerə, söhbətim düşüb” demişdir. Bu zaman Vüqar da Anara “ay qaqaş, burda nə olub ki, bayram vaxtıdı, qayıdın geri” demişdir. Anar küçə istiqamətində dayanıb yüksək səslə onları çağırmışdır. O da həmin şəxslə söhbəti yola vermək üçün küçəyə zibil qablarının yanına gəlmişdir. Bu zaman ağ rəngli, “Hyundai” markalı avtomobil zibil qablarıyla moykanın arasında dayanış, Anar avtomobilin qabaq oturacağına əyləşib ona “otur maşına" demidir. O, sağ arxa qapını açıb əyləşmiş, sükanın arxasında da bir nəfər oturmuşdur. Bu zaman İlkin ona “sən hara gedirsən" demiş, o da fikirləşmişdir ki, “bunlar iki nəfər mən isə təkəm”. Ona görə avtomobilin sağ arxa qapısını açıb düşdükdə Anar ona “otur deyirəm sənə" demişdir. O, avtomobildən düşən kimi Anar və sükanın arxasında olan şəxs də avtomobildən düşmüşlər. Bu zaman onunla mübahisə edən Anar yumruqla onun üzünə vurmuş, o, müvazinətini itirərək yerə yıxılmışdır. Bundan sonra Anar və sükanın arxasında olan sonradan adını öyrəndiyi Ziyad ona yumruq zərbələri vurmuşlar. O, zərbələrin təsirindən huşunu itirmişdir. Ziyad və Anarın zərbələri dayanan kimi o, yerdən qalxıb oradan qaçan zaman kimsə “bıçaqla vurdular" sözünü demişdir. O, hadisə yerindən qaçdıqdan sonra atası ağır xəstə olduğundan, hadisə vaxtı kiminsə bıçaqlanmasını eşitdiyi üçün qorxudan evə getməmişdir. Sonradan isə evlə əlaqə saxladıqda polislərin onu axtardığını, bıçaqlanan şəxsin öldüyünü demişlər. O da bundan sonra belə qərara gəlmişdir ki, bıçaqlanma hadisəsində onun iştirakı olmadığından və polis də onu axtardığından könüllü şəkildə prokurorluğa gedib hadisəni düzgün, olduğu kimi bildirmişdir. Hadisə vaxtı o, heç kimi bıçaqla vurmamış, əksinə hadisə zamanı müxtəlif yerlərindən xəsarətlər almışdır. Təqsirləndirilən şəxs X36 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, anası X22 ilə birlikdə yaşayır. X3 anasından o, uşaq olan vaxt boşanıb, qonşuluqda başqa qadınla ailə həyatı qurub. Bacısı ailəli olmaqla Xırdalan şəhərində ailəsi ilə birlikdə yaşayır. 04 yanvar 2020-ci il tarixdə Orxanın çağırdığı Əli, qara rəngli “Hunday Sonata” markalı avtomobillə kafenin qarşısında dayanmışdır. Özünü pis hiss etdiyindən avtomobilin arxasında əyləşmiş, Vüqar onun yanında, Orxan isə qabaqda oturmuşdur. O, halsız olduğundan mürgüləməyə başlamışdır. Bir də görmüşdür ki, avtomobil dayanıb, Orxan dönər alıb gəlmiş, Əli onları yaşadıqları yerin yaxınlığında Eldar Babayev küçəsində olan “Forsaj” adı yazılmış moykanın yanında düşürüb getmişdir. O, Orxan və Vüqar birlikdə moykanın yanında olan zibil qutularının yanı ilə evlərinə getməyə başlamışlar. Ürəyi bulandığı üçün Orxan və Vüqardan 5-10 metr arxada getmişdir. Ona görə də yola çox fikir verməmişdir. O, qabağa gedəndə Vüqarla Orxanın bir oğlanla söhbət etməsini görmüş, həmin oğlan Orxana “gəl bir dənə, çıxaq yolun qırağına" dedikdə Orxan da razılaşmışdır. Vüqar isə oğlana “qaqa, nə olubdu, yolun qırağına niyə çıxırıq, səbrli ol, görək” demiş, lakin, həmin oğlan yola doğru getməyə başlamış, Orxan və Vüqar da həmin oğlanın arxası ilə getdiyindən o da Orxan və Vüqarın arxası ilə getmişdir. Yolda görmüşdür ki, oğlan telefonla kiməsə zəng etmiş, lakin arxada olduğundan onun nə danışdığını eşitməmişdir. Bu zaman Orxan yolda əlində olan dönəri ona verib onun evinə aparmasını demişdir. O, dönəri Orxanın əlindən alıb “Orxan, gözlə bir yerdə aparıb verərik” demiş, bu zaman Vüqara kimsə zəng etmiş, Vüqar təkər təmiri yerinin arxasında telefonla danışmışdır. Həmin vaxt ağ rəngli, üzərində taksi “şahmatı" olan avtomobil zibil qablarının qarşısında avtomobil yuma məntəqəsi tərəfdən gəlib dayanmış və avtomobilin qəza işıqları yanıb-sönməyə başlamışdır. Həmin oğlan avtomobilin yanında dayanıb Orxana “gəl otur, maşına” demiş, Orxan qabaqda gedib zibil qablarının onun tərəfdən baxanda sağ tərəfi ilə keçib avtomobilin sağ arxa oturacağına, həmin oğlan da qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobillə onun arasında təxminən 10 metr olmuşdur. O, Orxanı tək qoymamaq üçün zibil qablarının olduğu yerin sağ tərəfi ilə avtomobilə yaxınlaşmağa başlamış, 5-6 metr qalmış ki, Orxan sağ arxa qapını açıb avtomobildən düşmüş, həmçinin avtomobilin sürücüsü və qabaqda oturan oğlan da avtomobildən düşmüşlər. Orxan avtomobilin arxasına tərəf keçəndə digər iki şəxs onun üzərinə getmiş və onlar Orxanla əlbəyaxa olmuşlar. Onlar bir-birlərini yüksək səslə nalayiq ifadələrlə söymüşlər. O, bir qədər tez zibil qabı ilə avtomobilin arasında olan hissədən keçib onlara yaxınlaşdıqda Orxanın arxası üstə yerə yıxıldığını, iki oğlanın isə yumruqla Orxanı vurmalarını görmüşdür. Onun əlində dönər olmuş, o, dönəri əlindən buraxıb iki əli ilə oğlanlardan birinin çiynindən tutub geri çəkmiş, lakin müvazinətimi itirib avtomobilin arxasında yerə yıxılmışdır. Həmin vaxt Orxan və o, digər iki şəxsi, həmin iki şəxsdə onları yüksək səslə nalayiq ifadələrlə söymüşlər. Yıxılandan sonra o, üzünü tutmuş, üzərində olan oğlan isə onun bədəninə yumruq zərbələri vurmuşlar. Bu zaman kimsə həmin şəxsi onun üzərindən çəkmiş, o, yerdən qalxıb arada olan ərzaq mağazasının qarışısına tərəf bir-iki addım gedib əyilərək nəfəs almağa başlamışdır. Bu zaman Orxan və Vüqar ona yaxınlaşaraq qolundan tutub ərzaq mağazasının qarşısından 1-ci sıra ilə yaşadığı evə aparmışlar. O, evinin qarşısına çatandan sonra Orxan və Vüqar getmiş, o, isə yaşadığı evə girmişdir. Əynində olan paltarlar palçıq olmuş, anası onun paltarların çirkli olduğunu görüb dalaşıbdalaşmadığını soruşduqda, anasına yıxıldığını deyərək paltarlarını soyunub yatmışdır. Günorta saatlarında yuxudan oyanıb görmüşdür ki, anası paltarlarını yuyub sobanın yanında qurutmuşdur. O, həmin paltarları geyinib məhləyə çıxmış, eşitmişdir ki, axşam o və Orxanla dalaşan oğlanlardan biri ölüb, biri isə yaralıdır. Daha sonra polislərin onu axtarmasını eşitmişdir. Polislərin onu tutacaqlarından qorxduğu üçün evə qayıtmamış və küçələrdə, parklarda gəzməyə başlamışdır. Bir gecəni “Yeganə” şadlıq sarayı ilə üzbəüz parkda, bir gecəni isə “Zərifə” parkında keçirmişdir. Təqsirləndirilən şəxslər X12, X6 və X13 yuxarıda göstərilən cinayət əməlini törətmələri öz ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmişin hüquqi varisinin, zərərçəkmsiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X4, oğlu Ramal Tağıyev və onun yoldaşı, 3 uşağı, mərhum oğlu Anarın yoldaşı Minayə və onun iki uşağı ilə birlikdə yaşayır. Oğlu Anar yoldaşı Minayə ilə Bakı şəhəri “Xutor” adlanan yerdə kirayə yaşamışdır. Anar orta təhsilli olsa da, Yeni Yasamal ərazisində sex icarəyə götürüb lazer aparatı ilə taxta, dəmir üzərində müxtəlif naxışlar, yazılar yazmaqla məşğul olmuşdur. Oğlu Anar namaz qılan, oruc tutan, heç kimlə işi olmayan adam olmuşdur. Anar 6-cı sinifdən karate idman növü ilə məşğul olmuş, rayona gələndə də o, idman müəllimi ilə məşqlər etmişdir. Sonuncu dəfə Anarı 28 dekabr 2019-cu il tarixdə rayona gələn zaman görmüşdür. 05 yanvar 2020-ci il tarixdə, saat 12 radələrində oğlu Ramal ona Anarın vurulmasını demiş, dərhal rayondan çıxıb Bakı şəhərinə gəlmiş, sonra oğlunun vəfat etməsi xəbərini eşitmişdir. Anarın heç kimlə mübahisəsi, düşmənçiliyi ədavəti olmamışdır. O, X35, X19, X23 tanımır, lakin, oğlunun ölümünə səbəb həmin üç şəxs olmuşdur, onların ağır cəza ilə cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, o “Hyundai Accent” markalı, avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. X52 təxminən 10 ildir ki, dost münasibətləri var. 04 yanvar 2020-ci il tarixdə, saat 23 radələrində Anar onun dayandığı “Asan Xidməti”nin qarşısına gəlmişdir. Anar dəfələrlə onun dayandığı əraziyə gələrək, onunla söhbət edib, birlikdə çayxanaya getmişlər. Həmin gün Anar onun avtomobilimə əyləşmiş və ümumi hal-əhval tutmuşdur. Təxminən 1 saat sonra Anar onu evə düşürməyini istəmiş və saat 01 radələrində o, Anarı yaşadığı evin yerləşdiyi küçənin başında, zibil qutularının yanında düşürtmüşdür. Həmin gün Anar ona hər hansı bir probleminin, çətinliyinin və ya narahatçılığının olması barədə bir söz deməmişdir. Anarı düşürdükdən sonra, geriyə dönərək “Yeganə” şadlıq sarayı istiqamətində hərəkət etmişdir. Təxminən 4 dəqiqə sonra, “Yeganə” şadlıq sarayına çatmamış Anar ona zəng edərək “tez məni düşürdüyün yerə qayıt, söhbətim düşüb” demişdir. O, yenidən arxaya dönərək, Anarı düşürdüyü, onun yaşadığı küçənin yuxarısına gəlmişdir. Həmin zaman Anar yaşadığı küçənin əvvəlində 2 nəfər şəxslə dayanmışdır. O, avtomobili saxladıqda Anar ön tərəfdən sərnişin oturacağına oturmuş və həmin zaman bir nəfər şəxs Anarın arxasına əyləşmişdir. Anar avtomobilə əyləşdikdən sonra ona "Sür, gedək söhbət eliyək” demişdir. Bu zaman Anardan arxada oturmuş şəxs qapını açaraq “Bayırda, burda söhbət edəcəyik” demişdir. Onların hər ikisi avtomobildən düşdükdə qəflətən həmin şəxs Anara başı ilə zərbə endirmişdir. Bundan sonra, onları ayırmaq üçün avtomobildən düşmüş və həmin şəxsi arxadan hər iki əli ilə tutmuşdur. Anarla isə həmin şəxs tutuşmuşdular. Həmin zaman kimsə, xatırlamadığı şəxs onu arxadan tutmuşdur. Anarla avtomobilə əyləşmiş şəxsi arxadan tutduğundan, onunla bir yerdə dayanan 2-ci adamın hansı hərəkətləri etməsini görməmişdir. O, Anarla tutuşmuş şəxsi ayırmaq istədikdə hər üçü yerə yıxılmışlar. Yerdə olan zaman Anarla tutuşmuş şəxs onların arasında olmuşdur. Lakin, digər şəxslərin harada olmasını görməmişdir. Anara ilk zərbəni vuran şəxs onun qarşısında Anarla onun arasında olmuşdur. Həmin şəxs ayağa qalxarkən qəflətən onun sağ ayağına arxa tərəfdən zərbə endirmişdir. Əllə toxunduqda yaranın formasından bıçaqla vurulmasını başa düşmüşdür. Həmin zaman qarşısında uzanmış Anara baxdıqda onunda da şalvarında qan ləkələrini görmüşdür. Onları kimin bıçaqla vurmasını görməmişdir. Buna baxmayaraq, Anarla o, ayağa qalxaraq yenidən həmin iki şəxslə dalaşmağa davam etmişlər. Bir müddət sonra, qəflətən hər iki şəxs oradan qaçaraq uzaqlaşmışlar. Onların hansı istiqamətdə qaçmalarını görməmiş, sonra yoldan keçən şəxslər onlara kömək etmişlər, özünə məxsus avtomobil ilə Anarı “Semaşko” adına xəstəxanaya gətirmişdir. Xəstəxanaya az məsafə qalmış Anar artıq ona cavab verməmiş və xəstəxanaya çatdıqda həkimlər onun öldüyünü demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 04 yanvar 2020-ci il tarixdində o, evdə olmuşdur. Həmin gün Vüqar saat 10 radələrində tanışlarından hansısa birinin anasının yas məclisində iştirak etmək üçün evdən çıxmışdır. Təxminən saat 15-16 radələrində evə qayıtmışdır. Evə gələn zaman yorğun olduğunu deyib bir qədər yatmışdır. Yadında olduğu qədər, bir müddət yatdıqdan sonra yuxudan oyanıb demişdir ki, “uşaqlar çağırır, İlkinin ad günüdür, ora gedirəm”. Lakin Vüqara kiminsə zəng edib çağırması və yaxud əvvəlcədən belə bir razılaşma olması barədə məlumatı olmamışdır. Vüqar təqribən saat 20-21 radələrində evdən çıxaraq getmişdir. Təxminən 22- 23 radələrində Vüqara zəng edib onun harada olmasını maraqlandıqda Vüqar ona Orxangillə birlikdə olduğunu demişdir. Bu zaman o, Vüqara evə gəlib yemək yeməsini demişdir. Cavab olaraq Vüqar ona bildirmişdir ki, “İlkinin ad günüdür, yemək yemişəm”. Bundan sonra o, Vüqara artıq gec olduğunu, evə gəlməsini bildirmişdir. Bir qədər sonra küçədə səs küy eşidib çölə çıxıb darvazadan küçəyə tərəf boylandıqda yaşadıqları küçənin yuxarı tərəfində bir neçə qadının toplaşdığını görmüşdür. Lakin hava qaranlıq olduğu üçün onların kim olmasını görə bilməmişdir. Bu zaman həmin qadınlardan biri onu səsləyərək demişlər ki, “Sədaqət, Orxan kimdir?”.O, cavab olaraq “nə olub?" dedikdə həmin qadın ona bildirmişdir ki, “biz Vüqarın səsinə evdən çıxdıq. Vüqar qışqıraraq deyirdi ki, Orxan sən ne etdin? Məni zibilə saldın". Bundan sonra o, dərhal yaşadığı evə gedib Vüqara zəng etmiş, Vüqar ona heç nə olmadığını desə də səsində gərginlik hiss etmişdir. Hadisəni görmədiyi üçün daha ətraflı məlumatı yoxdur.. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, qızları Duyğu, Leyla, qayınatası Tağıyev Eyzam, qayınanası Tağıyeva Tahirə, qaynı və onun ailəsi ilə birlikdə yaşayır. O, mərhum yoldaşı X41 ilə 23 avqust 2013-cü ildə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduğu zamandan o, Anarla birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışdır. Anar saat 20:30 radələrində ona “Whatsapp”-la yazaraq yeməyə nə bişirdiyini soruşmuşdur. O da souzdan bir az qaldığını demişdir. Sonradan evlərinə polis gəlmişdir. O, Anarın ölüm xəbərini internet vasitəsi ilə öyrənmişdir. Hadisə haqqında ətraflı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, O, taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən “Forsaj” adlı avtoyuma məntəqəsində işlərə nəzarət edir. Həmin avtoyuma məntəqəsini tanışı, uzaq qohumu X38 2 il olar ki, fiziki şəxs kimi icarəyə götürüb işlədir. Evi yaxında olduğundan Zabilə bu işlərdə köməklik edir. Onun yaşadığı həyət evi avtoyuma məntəqəsinin 100-150 metrlik məsafəsində yerləşir. Avtoyuma məntəqəsi 24 saat işləyir və orada 2 nəfər çalışır, onlardan biri gündüz saat 09:00-dan 21:00-dək, digəri isə gecə saat 21:00-dan 09:00-dək çalışır. Həmçinin işlərə kömək etmək üçün 2 nəfər də köməkçi kimi işləyir. Konkret olaraq 04 yanvar 2020-ci il tarixində gecə növbəsində Kamil Rəhimov və Taleh Rzayev işləmişdir. Polis əməkdaşları ona zəng edərək sahibi olduğu moykanın yanında hadisə baş verdiyini bildirmişlər və moykanın kamerasına baxmaq üçün onu çağırmışlar. O da evdən çıxıb moykanın yanına gəldikdə orada çoxlu polislər olduğunu görmüşdür. O həmin vaxt görmüşdür ki, zibil qablarının yanında yerdə qan var. Daha sonra onun iştirakı ilə moykanın videokamerasının görüntülərinə baxılmış və iştirakı ilə gotürülmüşdür. Həmin vaxt o, moykanın yanında bıçaqlanma hadisəsinin olmasını bilmişdir. Daha sonra o, evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X46 ifadəsində göstərdi ki, 4 yanvar 2020-ci il tarixdə saat 20:30-da İlkin ona zəng edərək demişdir ki, “ad günümdür, Orxan da mənimlədir. “Xutor”da “Səma” şadlıq sarayının yaxınlığında kafedə oturmuşuq, gəl bura”. O, İlkinlə razılaşaraq “Səma” şadlıq sarayının qarşısında olarkən İlkinə zəng edərək “Səma” şadlıq sarayının qarşısında olduğunu dedikdə, İlkin ona “gözlə, gəlirik” demiş, təqribən 5 dəqiqə sonra İlkin, Vüqar və Orxan gələrək onun idarə etdiyi “Hyundai Sonata” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər və yaxınlıqda olan, “059” adlı çayxanaya getmişlər. Bir qədər oturub çay içib söhbət etdikdən sonra təqribən saat 23 radələrində artıq gec olduğunu və evə getməliolduğunu demişdir. Bu zaman elə İlkin, Vüqar və Orxan da “biz də qalxırıq” demişlər. Birlikdə çayxanadan çıxdıqdan sonra, onlardan hansısa biri “bizi Xutora düşürərsən” demiş, o da razılaşmışdır. Avtomobilə əyləşdikdən sonra Orxan “Əcəmiyə gedək oradan evə dönər almalıyam” demiş, “M.Əcəmi” metrostansiyasının yaxınlığına getsələr də, orada dönər tapa bilmədiklərindən Binəqədi rayonu ərazisində olan “Tərlan" şadlıq sarayının yaxınlığında dönər evlərinin birindən Orxan dönər almışdır. Bundan sonra o, İlkin, Vüqar və Orxanı “Xutor"a düşürmək üçün avtomobilini həmin istiqamətdə hərəkət etdirdikdə “Bazarstore” mağazasının qarşısında Orxan “burada saxla, özümüz gedərik” dediyi üçün o, avtomobili saxlamışdır. İlkin, Vüqar və Orxanla sağollaşaraq onlardan ayrılıb evinə getmişdir. İlkin, Vüqar və Orxanla görüşən zaman onların heç biri ona kiminləsə problemlərinin olması barədə danışmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X42 ifadəsində göstərdi ki, 27 dekabr 2019-cu il tarixdən Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən “Forsaj” adlı avtoyuma məntəqəsində gecə növbəsində işləyir. O, işə başlayanda Taleh adlı şəxs gecə növbəsində isləyirmiş. 04 yanvar 2020-ci il tarixdə saat 20-dən oTalehlə avtoyuma məntəqəsində işə başlamış, 5 yanvar 2020-ci il tarixdə, saat 00:30 radələrində o Talehlə birlikdə məntəqənin içərisində oturub yemək yeyən zaman məntəqənin yanında səs-küy eşitmişlər. Səs-küyə görə birinci Taleh avtoyuma məntəqəsindən çıxmış, o isə kolbasa çörəyi yeməyə davam etmişdir. Lakin o, bir qadının “qoymayın, aralayın” deməsini eşitdikdə avtoyumanın içərsindən çıxdıqda görmüşdür ki, sağ tərəfdə zibil qutularının yanında ağ rəngli "Hunday Aksent” markalı avtomobil dayanıb, avtomobilin arxa hissəsində bir qədər sağda yerdə 5 nəfər dartışaraq həmin şəxslərin yumruq-təpik atmalarını görsə də, kimin-kimi vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, o, 25 may 2020-ci ildən X1 ona məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 185.8 kv/m olan qeyri yaşayış binasını icarəyə götürüb həmin yerdən avtoyuma məntəqəsi kimi istifadə edir. Avtoyuma məntəqəsi 24 saat işləməklə 2 nəfər gündüz, 2 nəfər isə gecə növbəsində işləyən yuyucu var. Gündüz növbəsində işləyən Nicat və Elçin uzun müddətdir ki, əmək müqaviləsi ilə işləmişlər. Gecə növbəsində işləyən Taleh və Kamil isə hadisədən təxminən 1 həftə əvvəldən 3 aylıq müqavilə ilə işləmişlər, o, avtoyuma məntəqəsinə gedə bilməyəndə, uzaq qohumu X5 yaxınlıqda yaşadığından avtoyuma məntəqəsinə nəzarət etmişdir. 05. yanvar 2020-ci il tarixdə, saat 02-03 radələrində o, Quba rayonunda olan zaman Ramin ona zəng edib avtoyuma məntəqəsinin yanında hadisə baş verdiyini, polislərin gəldiyini, məntəqənin kameralarına baxdıqlarını bildirmişdir. O da Raminə kameralara baxmaq üçün polislərə şərait yaratmasını tapşırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X39 ifadəsində göstərdi ki, O, 2019-cu ilin nayobr ayından Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsində yerləşən 18 nömrəli, 9 mərtəbəli bina ilə üzbəüz olan avtoyuma məntəqəsində yuyucu kimi işləyir. Avtoyuma 24 saat fəaliyyət göstərdiyi üçün o, axşam növnəsində yuyucu yoldaşları Kamillə birlikdə işləyir və saat 20:00-dan 09:00-dək işdə olur. 04 yanvar 2020-ci il tarixdə saat 20-dən Kamillə avtoyuma məntəqəsində işə başlamışdır. 05 yanvar 2020-ci il tarixdə saat 00:30 radələrində o, Kamillə birlikdə məntəqənin içərisində oturub yemək yeyən zaman məntəqənin yanında səs-küy eşitmişdir. Dərhal avtoyuma məntəqəsindən çıxdıqda sağ tərəfdə zibil qutularının yanında ağ rəngli “Hundai Aksent” markalı avtomobilin dayandığını və həmin avtomobilin arxa hissəsində 4 nəfər oğlanın yerdə süpürləşdiyini görmüşdür. Avtoyuma məntəqəsi tərəfdə yerdə olan 2 nəfərin üstt-başı qan olmuşdur, onları ayırmaq istədikdə qanı görüb yaxınlaşmışdır. 2 nəfər digər 2 nəfərə yumruq zərbələri vurmuşdur. Bu zaman zərbə vuran 2 nəfər oradan qaçmış, 2 nəfərdən biri yerdə qalmışdır. Kamil və başqa yoldan keçən adamlar da oraya gəlmişlər Orada olan şəxslər təcili tibbi yardıma zəng etmiş, həmin iki nəfər ayağa qalxaraq gəzişməyə başlamışlar. Təcili tibbi yardım gəlməmiş, 10-15 dəqiqə ərzində iki nəfərdən biri yerə yıxılmış, digər isə axsayaraq hərəkət etmişdir. Həmin oğlan digərini Hunday avtomobilinə qoymağı dedikdə, o və yoldan keçən tanımadığı 3 nəfər köməklişib yerdə qalan oğlanı avtomobilin arxa oturacağına uzatmışlar. Digər oğlan isə özü sükanın arxasında əyləşmiş və avtomobilin sürüb getmişdir. O və Kamil avtoyuma məntəqəsinin içinə keçmişlər. 15-20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, 04 yanvar 2020-ci il tarixdə saat 14-30 radələrində çayxanada tanışları ilə çay içib söhbət etmişdir. Təxminən 1 saat tanışları ilə oturub söhbət edib çay içdikdən sonra evə gələrək atasından Mercedes Benz markalı avtomobili götürüb iş üçün evdən çıxmışdır. Əvvəlcə təmir olan Vaz 2106 markalı avtomobilinin təmirinin nə yerdə olmasını maraqlanmaq üçün ustanın yanına getmiş, təxminən 30 dəqiqə ustanın yanında qalıb təmir üçün nə lazım olubolmamasını, təmiri nə vaxta yekunlaşdırması barədə söhbət etmişdir. Sonra saat təxminən 17 radələrində ustanın yanından çıxdıqdan sonra taksi kimi işləməyə başlamışdır. Təxminən saat 22 radələrinə qədər taksi kimi müştərlərin sifarişlərini yerinə yetirmişdir. Saat 22 radələrində işlərini yekunlaşdırıb yaşadığı məhəlləyə gəlmişdir. “Səma” şadlıq sarayının qarşısında olan çay evində tanışları ilə birlikdə oturub çay içmiş, təqribən 30-40 dəqiqə sonra masadan qalxıb çay evinin qarşısında olan avtoyuma məntəqəsinə getmişdir. Həmişə həmin avtoyuma məntəqəsinə gedib avtomobilini özü yumuşdur. Həmin gün də avtomobili özü yumuşdur. Avtomobilin təkərlərini qaraldan zaman orada olan tanımadığı şəxslərdən təxminən 50 metr məsafə olan “Forsaj" avtoyuma məntəqəsinin qabağında dava dalaş olduğunu eşitmişdir. O da işini yekunlaşdırıb dalaşan şəxslərin kim olduğunu öyrənmək üçün avtomobillə həmin istiqamətdə hərəkət etmişdir. Bu vaxt saat təxminən 00:30 radələri olarmış. Forsaj avtoyuma məntəqəsinə çatdıqda görmüşdür ki, həmin avtoyuma məntəqəsinin qarşısında çoxlu sayda adamlar toplaşmışdır. Bu zaman nə baş verdiyini maraqlanmaq üçün avtomobili yolda saxlayıb avtomobildən düşmüş, elə bu zaman camaatın arasından bir nəfərin “Forsaj” avtoyuma məntəqəsinin yanında olan zibil qutularının qabağından "Xutor" yaşayış massivinin içərisinə tərəf qaçmasını görmüşdür. Diqqət yetirdikdə həmin şəxsin qonşuluqda yaşayan Elbəyinin oğlu Orxan olmasını görmüşdür. Bundan sonra camaat toplaşan yerə tərəf getmiş, oraya çatdıqda bir ağ rəngli "Hunday Aksent” markalı avtomobilin yolun kənarında dayandığını, bir nəfər şəxsin zibil qutuları üçün nəzərdə tutulmuş hissənin divarına söykənərək yerdə oturduğunu, bir nəfərin isə həmin şəxsin yanında ayaq üstə dayanmasını görmüşdür. Orada olan şəxslərdən nə baş verdiyini maraqlandıqda tanımadığı bir nəfər şəxs dava dalaş zamanı bıçaqlanma olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə idarə etdiyi “Mersedes C" markalı avtomaşınını Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən “Forsaj” adı yazılmış moykaya, avtoyuma məntəqəsinə gətirmişdir. O, maşından düşüb siqaret çəkib telefonla danışadanışa moykanın qarşısında hərəkət etmişdir. Zibil qabının qarşısında ağ rəngli, “Hunday” markalı avtomobil dayanmış, avtomobilin qəza işqları yanıb-sönmüşdür. Bu zaman adının Orxan olduğunu bildiyi, qəsəbə sakini kimi tanıdığı hündür boylu oğlan həmin avtomobilə tərəf gəldiyini və onun arxası ilə gələn tanımadığı oğlana “əlindəkini apar, sən qayıt geri" dediyini görmüşdür. Daha sonra Orxan avtomobilin arxa sağ qapısını açıb oturmuş və qapını örtməmiş, bir neçə saniyə sonra avtomobildən düşmüş, bu zaman sanki avtomobilin içərisindən kimsə Orxanı içəri çəkmiş, avtomobilin içərisindən yüksək səslə söyüş, nalayiq ifadələr eşitmişdir. Bu zaman Orxanın avtomobildən düşüb avtomobilin arxa hissəsinə gəlmiş, həmçinin avtomobildən düşən başqa bir nəfərin də Orxanın arxası ilə gəlib dartışdıqlarını, elə həmin vaxt avtomobilin sükanının arxasında olan şəxsin də avtomobildən düşüb Orxana yaxınlaşdığını görmüşdür. Orxan və digər iki nəfər bir-birləri ilə dartışıb nalayiq ifadələrlə bir-birlərini yüksək səslə söyüşmüşlər. Moyka ilə üzbəüz 9 mərtəbəli binada olan mənzillərdən birinin pəncərəsindən bir qadının mübahisə edənlərə nalayiq ifadələr işlətməmələrini, polisə zəng edəcəyini dediyini eşitdir. Elə bu zaman zibil qabları tərəfdən bir nəfər tanımadığı şəxs də ora gəlmişdir. 4 nəfər bir-birləri ilə dartışıb yerə yıxılsa da, kimin-kimi vurmasını görməmişdir. Onlar bir-birlərini yüksək səslə nalayiq ifadələr işlətmiş, yumruq zərbələri vurmuşlar. O, onları aralaya bilmədiyini görüb bir az geri çəkilmiş və moykada işləyən işçiləri çağırmış və moykanın içərisinə doğru keçmişdir. Daha sonra avtomobili yuduzdurmaq fikrindən daşınıb piyada yaxında olan evinə getmişdir. Evdə çörək olmadığından yenidə evdən çıxıb “Akay" marketə doğru getməyə başlamışdır. Bu zaman moykanın yanında polislərin olduğunu görüb yaxınlaşanda bir polis əməkdaşı moykanın kamera görüntülərinə baxmaq istədiyini və adam öldüyünü dediyini eşitmişdir. Moykada işləyən oğlana yaxınlaşıb nə olduğunu sorşuduqda oğlan zibil qabıların yanında qan olduğunu, adam öldüyünü demişdir. Binəqədi RPİ-dən daxil olmuş 30.01.2020-ci il tarixli, 059-4963-1220 nömrəli məktubdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, X37 və mərhum X20 Orxan Binnətov, İlkin Xəlilli, Vüqar Babayev arasında düşmənçilik və ədavət olmamışdır. Cinayət hadisəsi qabaqcadan planlaşdırılmamışdır. Hadisə bir anlıq anlaşılmazlıqdan yaranan mübahisə nəticəsində baş vermişdir. Alınan məlumata əsasən, Vüqar Babayev bıçağı M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Təndir” çörək evinin qarşısından yerdən tapmış və cinayət hadisəsindən sonra bıçağı E.Babayev küçəsindəki zibilxanaya atmışdır. Hadisə zamanı cinayətin digər iştirakçılarında hər hansı bir silah qismində alət olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 05.01.2020-ci il tarixli, 07 nömrəli rəyində göstərilmişdir ki, A.Şahid3 meyitində aşkar edilmiş xəsarətlər - başın sağ və sol təpə nahiyələrində dörd ədəd əzilmiş yaralar, həmin nahiyələrdə başın yumşaq örtüyü altına qansızmalar; - sağ qaşüstü nahiyədə, burun nahiyəsində, sağ diz oynağı nahiyəsində sıyrıqlar; - sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, çoxlu qanitirmə ilə müşaiyət olunan sağrı arteriyasının və əzələlərin yaralanmaları. Qeyd edilən xəsarətlər həyati olub mərhumun ölümündən bir qədər əvvəl törənmişdir, xəsarətlərdən sol sağrı nahiyəsindəki deşilmiş-kəsilmiş yara deşici -kəsici alətin təsirindən, başın təpə nahiyəsindəki yaralar küt əşyanın təsirindən, sağ qaşüstü nahiyəsindəki, burun nahiyəsindəki, sağ diz oynağı nahiyəsindəki sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görəçoxlu qanitirmə ilə müşaiyət olunan sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə, başın təpə nahiyəsinəki əzilmiş yaraların hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir, A.Şahid3 ölümünə səbəb sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarasının törətdiyi çoxlu qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinə görə mərhumun meyitinin meyitxandan müayinəsi başlanan vaxtdan 8-12 saat əvvələ uyğun gəlir. A.Şahid3 meyitinin sol sağrı nahiyəsində aşkar edilmiş deşilmiş kəsilmiş yara qərarda göstərilən şəraitdə yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbənin təsirindən, başın təpə nahiyəsinəki yaralar küt əşyanın (əşyaların) təsirindən, digər xəsarətlər isə insan bədəninin hissələri ilə yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Məhkəmə-kimya tədqiqatı nəticəsində X20 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 07.01.2020-ci il tarixli, 22 nömrəli rəyində göstərilmişdir ki, Z.Ə.Əkbərovun bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - sağ sağrı nahiyəsindəki deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən onun X54 daxil olduğu və qərarda göstərilən 05.01.2020-ci il tarixdə törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol dirsək oynağı nahiyəsindəki sıyrıq müayinədən 2- 3 gün əvvəl bərk küt əşyanın təsirindən törənmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üşün dərəcəsi təyin edilmir. Z.Ə.Əkbərovun bədənində aşkar edilmiş xəsarətlərdən- sağ sağrı nahiyəsindəki deşilmişkəsilmiş yara qərarda göstərilən şəraitdə, yənibaşqa şəxs tərəfindən bıçaqla vurulan zərbənin təsirindən yetirilə bilərdi. Sol dirsək oynağı nahiyəsindəki sıyrığın qərarda göstərilən 05.01,2020-ci il tarixdə Z.Ə.Əkbərovun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi inkar edilmir. Məhkəmə-tibbi ekspertizasının 08.01.2020-ci il tarixli, 28 nömrəli rəyində göstərilmişdir ki, X12 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 08.01.2020-ci il tarixli, 29 nömrəli rəyində göstərilmişdir ki, O.E.Binnətovun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ qaşüstü nahiyədəi səthi əzilmiş yara, sağ göz qapaqlarındakı və gözaltı nahiyədəki şişkinlikli qançır, başın alın nahiyəsindəki, sol əlin İİ barmağındakı, sağ diz oynağı və baldır nahiyələrindəki sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən 05.01,2020-ci İİ tarixinə uyğun gəlir və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqlar üçün dərəcəli təyin edilmir. O.E.Binnətovun bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əllə, yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Məhkəmə-tibbi ekspertizasının 10.01.2020-ci il tarixli, 56 nömrəli rəyində göstərilmişdir ki, İ.E.Xəlillinin bədəni üzərində aşkar edilmiş xəsarət- sağ mil bilək oynağının ön səthindəki sıyrıq bərk küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən 05.01,2020-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İ.E.Xəlillinin bədənində aşkar edilmiş xəsarət qərarda göstərilən şəraitdə yəni başqa şəxs tərəfindən əl barmağının dırnağının təsirindən əmələ gələ bilərdi. Məhkəmə-lifli ekspertizasının 05.02.2020-ci il tarixli, 1007 nömrəli rəyində göstərilmişdir ki, Ziyad Əkbərova və Anar Tağıyevə məxsus olması qeyd edilən paltarlar üzərindəki kənar lif mikrohissəcikləri arasında Orxan Binnətova, Vüqar Babayevə, İlkin Xəlilliyə məxsus olması qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Məhkəmə-trasoloji ekspertizasının 07.02.2020-ci il tarixli, 1006 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “X31 məxsus ” yazıları olan bağlamadan aşkar edilmiş cins şalvarın, alt tumanının “X21 məxsus ” yazıları olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin, cins şalvarın, “X25 məxsus" yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, “X9 məxsus” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın üzərində zədələr vardır. Üzərində “X31 məxsus” yazıları olan bağlamadan aşkar edilmiş cins şalvarın, alt tumanının “X21 məxsus” yazıları olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin, cins şalvarın səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik predmetin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Zədələrin üzərində zədə yaradan predmetə məxsus xüsusi əlamət əks edilmədiyindən həmin zədələrin eyni növ bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə-bioloji ekspertizasının 04.03.2020-ci il tarixli 134/2020-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X20 ABO sistemi üzrə qan qrupu: A(ll). X11 ABO sistemi üzrə qan qrupu: A(ll). Ekspertizaya təqdim edilmiş X31 məxsus şalvar, kəmər, sviter, mayka, trusik,X21 məxsus şalvar, kəmər, qolsuz və qısaqol mayka, X9 məxsus sviter, o cümlədən 90 RB-359 dövlət qeydiyyat nişanlı “Hunday Aksent” markalı avtomobildən götürülmüş qabaq döşəmə ayaqaltısı, üçədəd sellofan parçaları və beşədəd pambıq topalarıüzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qan qrupu ABO sistemi üzrə təyin olunduqda “A” antigeni, bəzi ləkələrdə isə həmçinin “beta” aqqlyutinini də alındı. “A” antigeni A(ll) qruplu qanın əsas antigeni olduğu üçün ləkələrdə yalnız onun alınması bu qanın ABO sistemi üzrə A(ll) qruplu şəxsə (şəxslərə) məxsus olmasını göstərir və göstərilən əşyalarda olan qan ləkələri X31 vəX21 məxsus ola bilər. Təqdim edilmiş X25 məxsus şalvar üzərində olan ləkədə qan aşkar olunmadı. Təqdim edilmiş X26 məxsus şalvar, sviter, gödəkçə, X25 məxsus köynək gödəkçə, X9 məxsus şalvar üzərində baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03.03.2020-ci il tarixli, 436 nömrəli rəyində göstərilmişdir ki, X16 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. X35 ittiham elan edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. X35 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. X35 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X12 məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs X12 intellektual imkanları normaya uyğundur. Tez özündən çıxmaq, özünə qarşı hörmət tələb etmək, çılğınlıq, hövsələsizlik, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. V.E.Babayev cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik emosionallıqəmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs V.E.Babayev hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. X35 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 03.03.2020-ci il tarixli, 439 nömrəli rəyində göstərilmişdir ki, X17 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. X36 ittiham elan edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. X36 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. X36 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X13 məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs X13 İntellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. Fərdi- psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. İ.E.Xəlilli cinayət əməlini törədərkən psixi-emosional sferasında həyəcan, emosionallıq əmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs İ.E.Xəlilli hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. X36 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində fizioloji affek halında) olmamışdır. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03.03.2020-ci il tarixli, 445 nömrəli rəyində göstərilmişdir ki, X8 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. X19 ittiham edilən əməl dövründəöz əməlinin faktiki xrakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtarında olmuşdur. X19 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. X19 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-cİ maddələrinin təsiri altına düşmür. X6 məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs X6 intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Eqosentrizm, inadkarlıq, nümayişkarənəlik, qıcığa qarşı tez reaksiya vermək kimi xarakterik xüsusiyyətlərə malikdir. O.E.Binnətov cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik əmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Yoxlanılan şəxs O.E.Binnətov hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. X19 cinayət hadisəini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən “Forsaj” avtoyuma məntəqəsində quraşdırılmış video-müşahidə kamerasının görüntüləri olan disk, “Bakcell”, "Azərfon” və “xxxx” MMC-lərdən daxil olmuş 03 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X12 barəsində Nəsimi Rayon Məhkəməsinin 02.07.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində valideynin nəzarəti altına vermək növündə tərbiyəvi xarakterli məcburiyyət tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.2-ci maddələrinin tələblərinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs T X35 əvvəlki cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətmişdir. Təqsirləndirilən şəxs X35 əvvəlki cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətdiyinə görə həmin məhkumluq residiv müəyyən edilən zamanı nəzərə alınmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, X19 və X36 əvvəllər məhkum olunmamışlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3, X6 və X13 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onlar, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər X35, X6 və X36 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxs X35, X6 və X25 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs X37 təqsirləndirilən şəxs X35, X6 və X36 ilə barışmış və onlara qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarından görünür ki, X35, X19, X36 müsbət xarakterizə olunmuşlar. Məhkəmə təqsirləndirilən şəxslər X35, X6 və X13 zərərçəkmiş şəxs X57 oğlu ilə ilə barışmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər X35, X6 və X13 müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər X35, X6 və X13 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X12 törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3-cü maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin 9 yanvar 2020-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X12 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs X12 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” və “ağır” cinayətlər sırasına daxildir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X26 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslər X6 və X13 törətdikləri cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etməklə yanaşı onlara həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin 9 yanvar 2020-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X13 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsənin 10.04.2020-ci il tarixli 4(001)- 312/2020 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X19 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.04.2020-ci il tarixli 4(001)- 314/2020 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X36 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər X19 və X13 barəsində 5 avqust 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bundan başqa, təqsirləndirilən şəxs X13 8 yanvar 2020-ci il tarixdən 5 avqust 2020ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay 27 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxs X6 7 yanvar 2020-ci il tarixdən 5 avqust 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay 28 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, X19 və X13 barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X19 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 5-da çəkməli, X36 isə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 6-də çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində X9 və X25 elektron nəzarət vasitəsi tətbiq edilməli, X9 və X25 cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 06:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də X19 və X25 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilməlidir. X19 və X25 təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 172 manat 46 qəpik təqsirləndirilən şəxs X10 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Binəqədi rayon prokurorluğunda saxlanılan X9 məxsus cins şalvar və poliver, X26 məxsus cins şalvar, gdəkcə və poluver, X25 məxsus cins şalvar və poluver, X21 məxsus cins şalvar, qolsuz mayka və qısaqol mayka, X31 məxsus cins şalvar, alt tumanı, qolsuz mayka və poluver, hadisə yerindən götürülmüş 3 ədəd pambıq tamponlarla qanabənzər nümunələr, X21 məxsus avtomobilə baxış zamanı 1 ədəd rezin ayaqaltı, sellafon hissələr, avtomobilin sol ön qapısının iç hissəsindən və sağ arxa qapısının iç hissəsindən pambıq tamponla 2 ədəd qanabənzər nümunələr məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X35 Azərbaycan Respublikas CM-nin 126.3, 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə X26 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X35 həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2020-ci il tarixdən hesablansın. X58 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 7 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay 28 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X6 üzərinə yaşadığı B ünvan 5 ünvanını gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X6 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilsin. X6 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X36 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X13 08 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay 27 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X13 üzərinə yaşadığı ünvan 6 ünvanını gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X13 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilsin. X13 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X13barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 172 manat 46 qəpik təqsirləndirilən şəxs X10 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon prokurorluğunda saxlanılan X9 məxsus cins şalvar və poliver, X26 məxsus cins şalvar, gdəkcə və poluver, X25 məxsus cins şalvar və poluver, X21 məxsus cins şalvar, qolsuz mayka və qısaqol mayka, X31 məxsus cins şalvar, alt tumanı, qolsuz mayka və poluver, hadisə yerindən götürülmüş 3 ədəd pambıq tamponlarla qanabənzər nümunələr, X21 məxsus avtomobilə baxış zamanı 1 ədəd rezin ayaqaltı, sellafon hissələr, avtomobilin sol ön qapısının iç hissəsindən və sağ arxa qapısının iç hissəsindən pambıq tamponla 2 ədəd qanabənzər nümunələr məhv edilsin. Hökmdən, elan olunduğu andan X35 isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-834/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-834/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver