Məhkəmə qərarları › İş №1(101)-85/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-85/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-85/2021 31.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakim Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclasının katibi X52, Dövlət ittihamçısı2, müdafiəçilər X78, Zərərçəkmiş şəxs30 nümayəndəsi 15 saylı vəkil bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10nnın, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs30 və Zərərçəkmiş şəxs16 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “xxxx” MMC-nin təsisçisi və faktiki rəhbəri, məhkum olunmamış, Kürdəmir rayonu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xırdapay kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda barəsində seçilmiş “həbs” qətimkan tədbir ilə əlaqədar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2014-cü il tarixdən 2018-ci il tarixədək olan müddət ərzində Bakı şəhərində müxtəlif yerlərdə elanlar yerləşdirməklə və “Facebook” sosial şəbəkəsində elan verməklə ölkədən kənarda ali təhsil almaq istəyən abituriyentlərə xidmət göstərilməsinin reklamını yerinə yetirərək həmin elanla əlaqədar 2018-ci ildə onlara müraciət edən ayrı-ayrı şəxsləri aldadıb əmlakını ələ keçirmək məqsədi ilə, həmin şəxslərdə inam və etibar yaradıb inandıraraq, yaranış etibardan istifadə edib, Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən ofisə dəvət edib, onlarla müəyyən məbləğdə pul vəsaiti müqabilində Türkiyə Respublikasında yerləşən ayrı-ayrı ali təhsil müəssisələrinə imtahansız tələbə kimi qəbul olunmaları, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınmaları, yataqxana ilə təmin edilmələri, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı barədə söhbətlər aparıb, ayrı-ayrı şəxsləri dələduzluq yolu ilə müxtəlif vaxtlarda aldatmaqla, onlardan pul vəsaitlərini qəbul edib rəsmi sənəd hesab olunan xidmət müqavilələrinə bilə-bilə yalan məlumatların daxil edilməsini təşkil etmiş və həmin şəxslərə təqdim edilməsini təmin etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə X90 və X8 Türkiyə Respublikası Mersin universitetinin turizm fakültəsinə imtahansız tələbə kimi qəbul olunmaları, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınmaları, yataqxana ilə təmin edilmələri, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası Zərərçəkmiş şəxs10 xx xxxx 2018-ci il tarixdə 425 manat, xx xxxx 2018-ci il tarixdə isə 400 manat olmaqla, cəmi 825 (səkkiz yüz iyirmi beş) manat pul vəsaitini alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li, xx.xx.2018-ci il tarixli, EA41/18 №-li xidməti müqavilələri Zərərçəkmiş şəxs10 təqdim etməklə, ona ümumilikdə 825 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş və vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs3 və arvadı Zərərçəkmiş şəxs29 Türkiyə Respublikası Anadolu universitetinin Antalya şəhərində yerləşən filialında işlətim fakültəsinin qiyabi şöbəsinə imtahansız tələbə kimi qəbul olunmaları, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınmaları, yataqxana ilə təmin edilmələri, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla həmin şəxslərdən xx xxxx 2018-ci il tarixdə 2000 (iki min) manat pul vəsaitini alıb, onlara 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmin xidmətlərin görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA4/18 №-li və xx.xx.2018ci il tarixli, EA5/18 №-li xidməti müqavilələri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs29 təqdim edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan əlavə o, təkrarən X40 Türkiyə Respublikası Zonquldak, Karabük, Kırıkkale, Çanakkale və Kastamonu şəhərlərində yerləşən universitetlərdən birində kompyüter mühəndisliyi, turizm fakültəsinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası Zərərçəkmiş şəxs1 xx xxxx 2018-ci il tarixdə 700 (yeddi yüz) manat pul vəsaitini alıb, ona 700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə biləbilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA7/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs1 təqdim etməklə, vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan əlavə o, təkrarən Zərərçəkmiş şəxs19 Türkiyə Respublikası Çanakkale, Uşaq, Zonquldaq, Yalova və Ankara şəhərlərində yerləşən universitetlərdən birində iqdisadiyyat fakülətəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla Zərərçəkmiş şəxs19 xx xxxxxx 2018-ci il tarixdə 400 (dörd yüz) manat, Zərərçəkmiş şəxs19 bacısı Zərərçəkmiş şəxs20 xx xxxxxxx 2018-ci il tarixdə 765 (yeddi yüz altmış beş) manat pul vəsaitini, ümumilikdə cəmi 1165 (min yüz altmış beş) manat pul vəsaitini alıb, onlara cəmi 1165 manat məbləqində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs19 təqdim edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan əlavə o, təkrarən X30 Türkiyə Respublikasında yerləşən universitetlərdən birində hüquq fakültəsinə, X60, X41 və X13 Türkiyə Respublikasında yerləşən Çanakkale universitetinə imtahansız tələbə kimi qəbul olunmaları, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınmaları, yataqxana ilə təmin edilmələri, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla həmin şəxslərin tanışı Zərərçəkmiş şəxs2 xx xxxxxx 2018-ci il tarixdə 3700 (üç min yeddi yüz) manat pul vəsaitini almaqla Zərərçəkmiş şəxs2 3700 manat pulunu mənimsəyərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən X3 və X20 Türkiyə Respublikası Çanakkale universitetinin iqtisadiyyat və turizm fakültələrinə imtahansız tələbə kimi qəbul olunmaları, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınmaları, yataqxana ilə təmin edilmələri, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs4 xx xxxxxx 2018-ci il tarixdə 1000 manat, bundan bir həftə sonra 680 manat olmaqla, cəmi 1680 (min altı yüz səksən) manat pul vəsaitini mənimsəyərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən X1 Türkiyə Respublikasının Rize şəhərində yerləşən universitetinin dənizçilik, iqitsad fakültəsinin və X2 Türkiyə Respublikasının Rize şəhərində yerləşlən universitetin öyrətmənlik fakültəsinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncuların anası Zərərçəkmiş şəxs11 xx xxxxxxxx 2018-ci il tarixdə 3000 (üç min) manat pul vəsaitini alıb, ona 3000 manat məbləqində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA159/18 №-li və xx.xx.2018-ci il tarixli, EA160/18 №-li xidməti müqavilələri Zərərçəkmiş şəxs11 təqdim edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan əlavə o, təkrarən X14 Türkiyə Respublikası Əskişəhər şəhərində yerləşən Anadolu universitetinin işlətmə fakültəsinin qiyabi şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası Zərərçəkmiş şəxs35 xx xxxxxx 2018-ci il tarixdə 500 manat, xx xxxxxx 2018-ci il tarixdə isə 1000 manat olmaqla, cəmi 1500 (min beş yüz) manat pul vəsaitini almaqla, ona cəmi 1500 manat məbləqində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən X53 Türkiyə Respublikasında yerləşən Çanakkale, Sivas, Zonquldaq, Düzce, Kahramanmaraş və Mersin universitetlərindən birində müalicə işi fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs30 xx.xx.2018-ci il tarixdə 8500 manat, xx.xx.2018-ci il tarixdə 1700 manat, bundan bir qədər sonra 10.200 manat, cəmi 20.400 (iyirmi min dörd yüz) manat pul vəsaitini alıb, ona cəmi 20400 manat məbləqində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə biləbilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs30 qohumu Şahid13 təqdim edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan əlavə o, təkrarən X31 Türkiyə Respublikası Uşaq şəhərində yerləşən eyniadlı universitetinin yerel yönetimlər, uluslararası ticarət, radiyo və televizyon fakültələrinin birinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə onu aldatmaqla sonuncunun anası Zərərçəkmiş şəxs16 xx xxxxxx 2018-ci il tarixdə 1400 (min dörd yüz) manat pul vəsaitini alıb, mənimsəyərək dələduzluq etmiş, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyəti ilə, bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs16 təqdim edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxx 2019-cu il tarixdən əsassız və qanunsuz olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 28, 47, 48, 63-cü maddələrinin tələbləri kobud pozularaq onu həbs etmişlər. Beynəlxalq axtarışa verilməsinə baxmayaraq təqsirsiz olduğunu bildiyinə görə ölkəyə öz istəyi ilə gəlmişdir. Gəldikdən sonra fakta görə cinayət işinin açıldığını öyrənmiş və həmin fakta görə onsuz, keçirilən Nəsimi rayon məhkəməsinin qərarı ilə kor-koranə barəsində həbsli axtarış verilmişdir. 2018-ci ilin oktyabr ayından cinayət işinin istintaqı Nəsimi rayon polis idarəsinin müstəntiqi X42 tərəfəindən aparılmışdır. İş üzrə şikayət ərizələri toplanılıb, şahidlər dindirilib, cinayət törədənləri hansısa səbəbdən məsuliyyətə cəlb etməmiş, əksinə onun barəsində şər böhtan xarakterli ərizə yazdıraraq, bəzi vətəndaşlara imzalatdıraraq onları Prezident Aparatının qabağında və Daxili İşlər nazirliyinin önündə piket keçirməklərinə təkid etmişdir. Həmin piket baş tutduqdan sonra keçmiş X98 X104 Abdullayeva və Zərərçəkmiş şəxs2 adlı şəxsləri qəbul etmişdir. Həmin qəbuldan sonra onun barəsində guya istintaqdan gizlənirmiş bəhanəsi ilə X83 rayon məhkəməsinə onun həbsi ilə bağlı vəsatətlə çıxış etmişdir. Nəsimi rayon prokuroru vəzifəsini icra edən Salman Məmmədlinin təqdimatı ilə istəyinə nail olmuşdur. Şirkətin Sabiq işçiləri olan Şahid2 və Şahid3 öz ifadələrində və üzləşmə protokolunda etdikləri əməlləri etiraf etmələrinə baxmayaraq onlar barəsində tədbir görülməmişdir. Bu özbaşınalıqları gördükdən sonra Baş prokurorluğa müstəntiqin prosessual hərəkətlərindən və hərəkətsizliyindən şikayət ünvanlamışdır. Yazılı müraciətinə əsasən cinayt işini Nəsimi RPİ-dən alıb Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinə vermişlər. İşə obyektiv baxılacağına sevinməsi uzun çəkməmişdir. Prokurorluğun müstəntiqi öz həmkarnın qulluq mövqeyinə üstünlük vermiş, onun qanunsuz əməllərini ört basdır edərək ittihamı daha da ağırlaşdırmış və o, yağışdan çıxıb yağmura düşdüyünü anlamışdır. Prokurorluğun müstəntiqi X54 yenidən zərərçəkən və şahidləri dindirərək gəldiyi qənaətə əsasən şirkətin sabiq işçilərindən 10.000 manat, cinayətlə əlaqəsi olmayan atasından işlədiyi işdən çıxarılacağı ilə hədələyərək 5000 manat alıb və depazit hesabına köçürmüşdür. “Elit SRS Groop” şirkəti “**********” saylı, VÖEN nömrəsi ilə Dövlət Reyestrindən 2014-cü ildə qeydiyyatdan keçərək 5000-dən artıq tələbənin gələcək hyatında müsbət rol oynamışdır. Şirkətə müraciət edən vətəndaşlara Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun şəkildə müqavilə tərtib etmiş və müqavilənin öhdəliklərinə uyğun hərəkət edilib. İfadələrdən göründüyü kimi 2018-ci ildə şirkətə 240 nəfər vətəndaş müqavilə üzrə müraciət etmişdir. Həmin 240 vətəndaşın 206nın müqaviləsi uğurla tamamlanmışdır. Cinayət işi başlanmazdan əvvəl üzləşmə protokolunda da qeyd olunduğu kimi həmin dövürdə icraçı drektor vəzifəsini əvəz edən Şahid6 tərəfindən hazırda istintaqın zərərçəkən kimi tanıdığı vətəndaşların hər birinə zəng edilərək “Elit SRS Groop”un xidməti müqaviləsinin 3-cü maddəsinin yəni icraçının hüquq və vəzifələrinin 3.2.4-cü bəndində qeyd olunduğu kimi icraçının nöqsanı ucbatından xidmətin həyata keçməsi mümkün olmadığı halda ödənilən xidmət haqqının tam olaraq geri götürmələri barədə danışıqlar aparılmışdır. Həmin danışıqlar nəticəsində 12 nəfər vətəndaş ödənişini tam geri almışdır. Geriyə qalan vətəndaşların bəziləri ödədikləri puldan qanunsuz olaraq müqaviləyə zidd pul tələb etmiş, bəziləri isə müqavilədən kənar pul ödədiklərini bildirirlər. İstntaq zamanı məlum olmuşdur ki, Şahid2 rəhbərliyin Bakıda olmadığına görə vəzifəsindən sui istifadə edərək tələbələri icazəsiz olaraq səhv yönləndirmiş və müqavilədən kənar pullar almışdır. Həmçinin şirkətin digər sabiq əməkdaşı Şahid3 da eyni əməli təkrar edərək müqavilədən kənar pullar almışdır. Qeyd etdikləri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Ona elan olunan ittihamla ilk gündən özünü təqsirli bilməmiş, şəxsinə və işgüzar nüfuzuna qarşı qurulan bu saxta və məkrli cinayət işinə xitam verilərək ona bəraət verilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 göstərdi ki, oğlu Azərbaycanda Tibb Üniversitetinə sənədlərini vermiş, lakin, yetəri qədər bal yığa bilmədiyindən Universitetə qəbul ola bilməmişdir. İstədiyi fakültəyə deyil başqa bir fakültəyə, kimya-biologiya fakültəsinə daxil olduğundan oxumaq istəməmişdir. Oğlunun xaricdə oxumağına kömək edəcək şirkətlə maraqlandıqda “Elit akademiyası” şirkətiylə maraqlanmışlar. Şirkətdən ondara demişlər ki, müqavilə bağlasın, oğlununun Türkiyədə imtahansız təhsil almasına kömək edəcək. Onlar, şirkətə gedəndə şirkətin rektoru Gülminə xanım onları qarşılayıb demişdir ki, pulun yarısını 8500 manatını ödəsin. Onlar da həmin pulu ödəmişlər. Pulu o yox, qohumu Famil ödəmişdir. O, pulu şirkətə ödəməsi üçün Familə vermişdir. Sonra 1700 manat ödəmişlər. X38 danışmış, demişdir ki, Rüstəmin tələbə yoldaşıdır. Hikmət demişdir ki, bəli, onlar bu işlə məşğuldurlar, oğlu universitetə imtahansız daxil olacaq. 5-10 gün sonra zəng vurmuşlar ki, 2000 dollar da verməlidir. Onlar, şirkətlə belə danışmışlar ki, bu başdan 6000 manat veriləcək, uşaq Universitetə daxil olduqdan sonra da daha 6000 manat da ödəyəcək. Ümumilikdə şirkətlə 12000 dollar pula danışmışlar. Rüstəmin tələbə yoldaşı Hikmət ona zəng etmişdir ki, 2000 dollar da göndərsin. O etiraz etmiş, Hikmət demişdir ki, narahat olmasın, onlara etibar etsin, 2000 dolları universitet tələb edir. O da məcbur olub, 2000 dolları da tapıb vermişdir. Sentyabr ayının əvvəllərində Türkiyədəki Hikmətdən zəng gəlmişdir ki, Rüstəm müəllim deyir 4000 dollar pul qalıb onu da tez köçürtsün oğlu universitetə daxil olacaq. Türkiyədəki Hikmət demişdir ki, pulu aparıb “elit akademiyasın”dakı Hikmətə o da pulu şirkətin hesabına köçürtsün. Pulu köçürəndə demişlər ki, oğlun artıq universitetə qəbul olunur. Amma pulu köçürdükdən xeyli müddət keçmiş, sentyabr – oktyabr olmuş bir xəbər çıxmadığından qohumu Familin vasitəsilə Rüstəm bəyin nömrəsini öyrənmişlər. Famil Rüstəmdən pulu verdiklərini, uşağın nə səbəbə universitetə qəbul olmadığını soruşduqda, Rüstəm demişdir ki, o, Özbəkistandadır, gəlsinlər Türkiyəyə, o da gəlib ora həll edəcək, narahat olmasın. O, Qohumu Famil bir də uşağı, Türkiyəyə getmişlər. Rüstəm demişdir ki, onları orda Azad adında oğlan qarşılayacaq. Ona demişlər ki, uşağının Universitetə qəbul olunmağının bir yolu var ki, hazırlıq kursuna yazılmalıdır, gələn il imtahan verib universitetə keçər. O da razılaşmış, demişdir ki, onsuz uşağı çox stres keçirib. Rüstəm 714 dollar pul köçürmüş, uşaq hazırlıq kursuna daxil olmuşdur. Sonra kursa pul köçürməmişlər deyə uşağı kurrsdan çıxarmışlar. Sonradan özü kredit alıb aparıb 800 dollardan çox pul ödəmiş, oğlu daxil olmuşdur. Sonradan oğlu öz imkanları ilə özü hazırlaşıb universitetə, Tibb fakültəsinə daxil olmuşdur. Verdiyi puldan ona bir manat da qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Zərərçəkmiş şəxs30 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 göstərdi ki, oğlu X55 2018-ci ildə Bakı şəhərində ali təhsil müəsissəsinə qəbul olunması üçün imtahan versə də, müsabiqədən kəsilmişdir. Lakin, onlar qərara gəlmişlər ki, oğlu Türkiyə Respublikasında ödənişli təhsil alsın. Bununla bağlı maraqlanmışdır. 2018-ci ilin avqust ayında oğlu evdə ona demişdir ki, «xxxx» MMC-nin elanı ilə tanış olmuş, həmin MMC orta təhsilli Azərbaycan Respublikasının vətəndaşlarının Türkiyə Respublikasında ali təhsilinin təşkili ilə məşğuldur. Bu xəbəri oğlundan alandan sonra oğlu Sənanla şirkətə getmişlər. Onları şirkətin direktoru Gülminə qəbul etmişdir. Ondan 499 manat pul almışlar. Əlavə olaraq 250 manat da yolpulu istəmişlər. Gülminə hansı universiteti və fakültəni istədiklərini soruşmuş, onlara təklif olunan universitetlərin arasından Giresun şəhərindəki universitetin turizm, kamu yönetimi fakültəsini seçmişlər. Gülminə həmin fakültələrdən əlavə alternativ kimi daha üç şəhərdə, yəni Artvin, Gümüşhane, Rize şəhərlərində yerləşən universitetləri də təklif edib bilmişdir ki, əgər Giresun alınmasa bu şəhərlərdən birindəki universitetlərə qəbul etdirəcəklər. Oğlu hazırda heç bir yerdə təhsil almır. Ondan alınan pul 500 manat və yol pulu adı ilə 255 manat olmaqla ümumilikdə 755 manat olub. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, ona dəymiş zərər ödənmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 göstərdi ki, oğlu ilə bir yerdə şirkətlə maraqlanmışlar. Onlara demişlər ki, oğlu Türkiyədə imtahansız universitetə qəbul etdirəcəklər. Bütün bu xidmətə görə Tünzalə onlardan 499 manat pul istəmiş və demişdir ki, yol pulunu da əlavə olaraq verəcəklər. Yol pulu 255 manat olmuşdur. Tünzalə ondan oğlunun hansı universiteti və fakültəni istədiyini soruşmuş, o da təqdim olunan universitetlərin arasından oğlunun seçdiyi universitetlərin siyahısını və fakültələri bildirmişlər. Oğlu Rize şəhərindəki universiteti istədiyindən, Tünzalə bildirmişdir ki, heç bir problem yoxdur. Sonra demşdir ki, Rize ola bilsin alınmasın, oğlunu Giresun şəhərindəki universitetin menecerlik fakültəsinə qəbul etdirəcəkdir. O Tünzaləyə şirkətin göstərəcəyi xidmətə görə 500 manat pul vermişdir. Tünzalə 255 manat yol pulunu da verməsini bildirmiş, hətta ona uşağını özü yola sala biləcəyini demiş, lakin o, oğlunu qrupdan ayrı düşməsin deyə elə 255 manat pul verib o biri uşaqlarla bərabər yola salmaq qərarına gəlmişdir. O, aldadıldığını bildikdən sonra Rüstəmin telefon nömrəsini götürüb zəng etdikdə o, telefonda hər şeyi işçilərinin üstünə atmış, ona demişdir ki, işçiləri pulları götürüb qaçıblar. Sonradan oğlu özü Çankırı şəhərində yerləşən Karatekin universitetinə daxil olmuş və hazırda həmin universitetin kimya fakültəsində oxuyur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 göstərdi ki, oğlu X61 2018-ci ildə Bakı şəhərində ali təhsil müəsissəsinə qəbul olunması üçün imtahan versə də, müsabiqədən kəsilmşdir. Lakin, qərara gəlmişlər ki, oğlu Türkiyə Respublikasında ödənişli təhsil alsın. Bununla maraqlanmışlar və 2018-ci ilin avqust ayında oğlu evdə ona «xxxx» MMC-nin elanı ilə tanış olduğunu bildirmiş və həmin şirkət ilə orta təhsilli Azərbaycan Respublikasının vətəndaşlarının Türkiyə Respublikasında ali təhsilinin təşkili ilə məşğuldur. Bütün bu xidmətə görə Hikmət onlardan 499 manat pul istəmiş və oğluna unviersitetlərin siyahısını təqdim edəndə onlar, Hikmətə bildirmişlər ki, oğlu ancaq Türkiyədə Uşaq şəhərində yerləşən universitetdə ali təhsil almaq istəyir. Hikmət demişdir ki, yalnız bir şəhəri və bir universiteti istəyirsə onda qiymət 499 manat deyil 1500 manat təşkil edəcəkdir. Bu şirkətin qaydasıdır. Belə ki, bir universitet və şəhər istəniləndə qiymət 1500 manat, alternativ universitet olanda stabil olaraq 499 manat pul götürülür. Bunu şirkətin əməkdaşı kimi poza bilməz, əgər istəyirsə oğlu Salehi Uşaq şəhərindəki yeganə universitetə tələbə kimi qəbul etdirə bilər, fakültələri özləri seçir, lakin qiyməti hamı kimi deyil 1500 manat təşkil edəcəkdir. O, Hikmətə inanıb razılaşmış və Hikmət pulu tez çatdırmağı tapşırmışdır ki, işlər başlasın, bayram tətilləri yaxınlaşır, dərslər oktyabr ayından başlayacaqdır. Hikmət oğlundan fakültələri soruşmuş və Hikmət seçim kimi işlətmə, yerel yönətimlər, uluslararası ticarət, radiyo və televizyon fakültələrini təqdim etmiş və bildirdi ki, oğlunu Uşaq şəhərində yerləşən universitetə ikinci növbədə təhsil alan tələbə kimi qəbul etdirəcəkdir. O, Hikmətə inanmış və elə həmin günü, yəni xx xxxxxx 2018-ci il tarixdə «xxxx» MMC-nin ofisində Hikmətə oğlu Salehin və həyat yoldaşı Səfalının yanında 1400 manat pul verdim, demişdir ki, 100 manat da sonra verəcək, üstündə 1400 manat pul var idi. Hikmət razılaşmış və ondan 1400 manat pulu götürəndən sonra müqavilə tərtib etmiş, həmin müqavilə artıq Şahid1 tərəfindən imzalanıb möhürlənmiş, müqavilədə xxxx şirkətinin möhür əksi olmuşdur. İş alınmadıqdan sonra Hikmət ona demişdir ki, şirkətin rəhbərliyi hamını aldadıb, Rüstəmlik bir şey yoxdur, pullar Gülminədədir, camaat Gülminədən şikayət etmişdir, özü də Gülminədən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 göstərdi ki, oğlu, X8 xaricdə təhsil almaq istəməsi ilə əlaqədar internet vasitəsi ilə universitetlərlə maraqlanan zaman “Facebook” sosial şəbəkəsində “xxxx” MMC-nin reklamına rast gəlmiş, maraqlanan vaxt məlum olmuşdur ki, həmin şirkət uşaqların Türkiyə Respublikasında universitetlərə qəbul olaraq ali təhsil almasını təşkil edir. Həmin şirkətlə əlaqə saxlayıb ofisə getmiş, əməkdaşlarla danışdıqdan sonra şirkətin icraçı direktoru Şahid1 ilə ətraflı söhbət etmişdir. Şahid1 ilə söhbət edən zaman Şahid15 adlı bir əməkdaş da ona qəbul qaydaları barədə məlumat verərək narahat olmamamsını , müqavilə bağlayaraq rahat gedə biləcəyini demişdir. Həmin şəxslərin danışıqlarına inandığı üçün xx xxxx 2018-ci il tarixdə oğlu ilə şirkətin ofisinə gəlmişlər. Müqavilənin şərtlərinə əsasən 800 manat pulun yarısını əvvəlcədən ödəməli olmuşdur. İlkin olaraq 250 ABŞ dolları, yəni 425 manat Şahid1 ödəniş etmişdir. xx xxxx 2018-ci il tarixdə təkrar ofisə gələrək oğlunun sinif yoldaşı Aytən Nurinin də Türkiyə Respublikası Mersin universitetinin turizm fakültəsinə düzəlməsi üçün müqavilə bağlamışdır. İlkin olaraq 400 manat pulu Şahid1 vermiş, işin nə yerdə olduğunu öyrənmək üçün təxminən iyun ayının 24-25 tarixlərində ofisə getmiş, ofisdə Şahid1 ilə söhbət zamanı hər şeyin yaxşı olacağını, narahat olmamamsını məsləhət görmüşdür. O, həmin vaxt söhbət zamanı şirkətin rəhbəri Təqsirləndirilən şəxs ilə tanış olmuş və Rüstəm ona demişdir ki, “narahat olmasın, şəxsən oğlunun işi ilə o, məşğul olacaq, iş alınmasa, ödənilmiş pulun 10 qatını qaytaracaq”. O da bundan sonra Rüstəmə inanıb minnətdarlığın bildirib getmişdir. Rüstəm ona demişdir ki, qəbul olunan tələbələrin biri ilə oğlunu Aydın şəhərində yerləşən “Adnan Menderes” universitetinə göndərərəcək. O, bunu eşitdikdə Rüstəmə iradını bildirmiş, Mersin universitetini istədiyini demişdir, buna görə müqavilə bağladığını demişdir, başqa universiteti istəmədiyini bildirmişdir. Rüstəm təkid edərək demişdir ki, oğlunun qəbulunu sığortalasınlar. O da bundan sonra sənədləri ofisə çatdırmış, Rüstəmin təkidi ilə oğlu Cavidlə bərabər Türkiyə Respublikası Aydın şəhərinə getmişdir. Lakin, Aydın şəhərində qəbul alınmamış, yenə də Rüstəmin təkidi ilə Çanakkale şəhərinə getmişlər, orada da heç bir universitetə qəbul alınmamışdır. Sonradan ona məlum olmuşdur ki, onları göndərdikləri univeristetdə oğlu ilə bağlı heç bir qeydiyyat olunmamışdır. Çanakkale şəhərində onlardan başqa 38 nəfər tələbə olmaq istəyən uşaq və bir neçə valideyn də var olmuşdur. İki həftədən sonra işləri yoluna qoymaq üçün Şahid1 Çanaqqaleyə gəlmiş, uşaqları qəbul olunmaları üçün başqa yerlərə göndərmişdir. Onlar da Kastamonu şəhərinə getmişlər. Həmin şəhərdə başqa bir şirkətin vasitəçiliyi ilə uşağını universitetə qeydə almışdır. Müəyyən vaxtdan sonra Bakıya qayıtmış, Rüstəmi axtarmağa başlamış, lakin tapa bilməmişdir. Əməkdaşlar bildirmişlər ki, Rüstəm Özbəkistan Respublikasındadır. Dəfələrlə Rüstəmlə telefonla əlaqə saxlamağa çalışsa da bir nəticəsi olmamışdır, Rüstəm telefonlara cavab verməmişdir. Daha sonra ofisə getdikdə orada işləyən Aynur adlı əməkdaş bildirmişdir ki, Rüstəm müəllim deyib ki, narahat olmasın, kimin uşağı qəbul olmayıbsa, müqavilə üzrə alınmış pul hissə-hissə müəyyən vaxtda qaytarılacaqdır. O da bundan sonra əməkdaşlara Rüstəmin dedikləri ilə razı olmayacağını, şirkətin barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini demişdir. Ona ümumilikdə, 825 manat ziyan dəyib, oğlunun sinif yoldaşının 400 manat pulunu da özü verdiyi üçün həmin şəxsə ziyan dəyməmişdir. 2200 manat pul tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərdi ki, o, Türkiyədə bank, iqtisadiyyat, turizm fakültəsində təhsil almaq istədiyini Tünzaləyə deyəndən sonra demişdir ki, 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, müraciət edib qeydiyyatdan keçirirlər. Bu xidmətlərə görə ondan 499 manat pul istənilmişdir. Tünzalə əlavə olaraq 255 manat da yola düşəndə yol pulu verəcəyini demişdir. O, Tünzaləyə inanmış, razılaşmış və Tünzalə ona universitetlərin siyahısını təqdim etmiş, ona təqdim olunmuş siyahıda Rize şəhərində yerləşən X99 adına universitet, Artvin, Giresun, Gümüşhane, Denizli şəhərlərindəki universitetlər olmuşdur. Tünzalə bildirdi ki, təqdim olunan universitetlərin birinə onun tələbə kimi qəbul etdirər. O da, həmin universitetlərə razılıq vermiş, razılaşma baş tutandan sonra o, həmin günü, yəni xx xxxxxx 2018-ci il tarixdə Tünzaləyə 500 manat pul vermişdir. Elə həmin gün Tünzalə hazır müqaviləni onun qarşısına qoymuş, orada onun adını və soyadını, şəxsiyyət vəsiqəsini qeyd etmiş, 500 manat ödənişi yazmışdır. Həmçinin həmin müqaviləyə təklif etdiyi X99 adına universitet, Artvin, Giresun, Gümüşhane, Denizli şəhərlərindəki universitetləri və iqtisadi idari bilimler, bankaçılıq və turizm fakülətərini qeyd etmiş və bildirmişdir ki, bu universitetlərdən birinə tələbə kimi qəbul olunacaq, dərslər sentyabr ayının sonunda başlayacaq, avqust ayının sonuna qədər qəbul siyahısı gələcək və o, yola düşəcək. ondan alınan 500 manat puldan əlavə 255 manat yol puluna, 66 manat da sənədlərin tərcüməsinə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 göstərmişdir ki, o, Türkiyədə ali təhsil almaq istəmiş, belə bir şirkət olduğunu bilmiş və ora müraciət etmişdir. Onu şirkətdə Tünzalə xanım qarşılamış və müqavilə bağlanılmalı olduğunu demiş, bu xidmətə görə 499 manat pul istəmişdir. Əlavə olaraq 255 manat da yola düşəndə yol pulu verəcəyini bildirmişdir. O, Tünzaləyə inanmış, Tünzalə ona universitetlərin siyahısını təqdim etmiş, həmin siyahıdan Çanaqqale şəhərində yerləşən «18 mart» universitetini, Sakarya şəhərində yerləşən Osmanqazi universitetini, Denizli şəhərində yerləşən Pamukkale universitetini seçmiş və bildirmişdir ki, bu universitetlərdən birində turizm fakültəsində təhsil almaq istəyir. Tünzalə isə problem olmadığını demişdir. Razılaşma baş tutandan sonra o, həmin günü, yəni x xxxxxx 2018-ci il tarixdə Tünzaləyə 180 manat pul vermiş, qalan 309 manatı isə sonra verəcəyini demişdir. Tünzalə razılaşmış və ondan 180 manat pul almışdır. Elə həmin günü Tünzalə hazır müqaviləni onun qarşısına qoymuş, orada onun adını və soyadını, şəxsiyyət vəsiqəsini qeyd edərək 180 manat ödəniş yazmış, həmçinin həmin müqaviləyə seçdiyi Osmanqazi, Denizli və Çanaqqale şəhərlərindəki universitetlərini qeyd edib və bildirmişdir ki, bu universitetlərdən birinə tələbə kimi qəbul olunacaq və dərslər sentyabr ayının sonunda başlayacaq, avqust ayının sonuna qədər qəbul siyahısı gələcək və o, yola düşəcək. Lakin iş alınmamış və ali məktəbə daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Zərərçəkmiş şəxs18 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 göstərdi ki, 2017-ci ildə «xxxx» MMC-ni təsis etmiş, həmin MMC-nin direktoru hazırki vaxta qədər özüdür. Onların şirkətində Aynur adında xanım işləmişdir. Aynur onlara təklif etmişdir ki, “Elit akademiyası” şirkəti var həmin şirkət Türkiyə universitetlərinə tələbə qəbulu ilə məşğuldurlar, onlarla əməkdaşlıq etsnlər. Yəni, onlar həmin şirkətdən Türkiyəyə gedən valideynlərin və tələbələrin biletlərini yazmışlar. Aynur xanımın təklifini nəzərə alaraq bu təkliflə razılaşmışlar, ona görə də ilk olaraq pulu Aynur xanımdan tələb etmiş, sonradan şirkətin rəhbəri Rüstəmdən pulu istəmişdir. Rüstəm ona pullarının verilməsini vəd etsə də indiyə qədər biletlərin pulu qaytarılmamışdır. Onların şirkət “Elit akademiyası” şirkətinə 6492 manatlıq bilet verməsinə baxmayaraq borcu qaytarmamışlar. Həmin borcu ödəməyi şirkət olaraq öz öhdəsinə götürsələr də ödənişlər edilməmişdir. O, Gülminə ilə əlaqə saxlayanda Gülminə onu şirkətin pullarının şirkət rəhbəri Rüstəmin verəcəyini demişdir. Ona ödəniş indiyə kimi də ödənməyib və pulunu “Elit Academy” şirkətindən tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 göstərdi ki, 2017-ci ildə orta təhsilini bitirib və ali təhsil almaq üçün Bakı şəhərində imtahan versə də, müsabiqədən kəsilmişdir. 2018-ci ildə qərara gəlmiş ki, Türkiyə Respublikasında ödənişli təhsil alsın. Bununla bağlı maraqlanmış, 2018-ci ilin avqust ayında «xxxx» MMC-nin elanı ilə tanış olmuşdur, həmin MMC orta təhsilli Azərbaycan Respublikasının vətəndaşlarının Türkiyə Respublikasında ali təhsilinin təşkili ilə məşğul olmuşdur. Həmin elanda bildirilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız ali məktəblərə qəbul olunması təşkil olunur. Bu xəbərlə tanış olandan sonra atası Mübariz 2018-ci ilin avqust ayının sonlarına yaxın həmin MMC-nin yerləşdiyi ünvan 3 ünvandakı ofisə yollanmış, həmin ofisdə atasını Tünzalə qəbul etmişdir, Tünzalə atasını dinləyib bildirmişdir ki, MMC olaraq 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, baş vuru edib qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Tələbə Türkiyədə qəbul olunduğu ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlamışdır. Onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, bütün sənədləşmə və proseslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar şirkət olaraq buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yaşamaq üçün yerlə təmin edəcəklər, onların Türkiyədə adamları vardır. Bu xidmətə görə Tünzalə atasından 499 manat pul istəyib və deyib ki, 255 manat yol pulu da əlavə olaraq verməlidir. Bunları atası deyəndən sonra atasıilə bərabər həmin şirkətə yollanmış, Tünzalə onu qəbul etmiş, növbəti dəfə gələndə həmin pulu Tünzaləyə vermişdir. 2018-ci ilin oktyabr ayının təxminən 10-da Tünzalə onu şirkətə çağırıb bildirmişdir ki, artıq Giresun şəhərində yerləşən universitetin siyasət və kamu yönetimi fakültəsinə daxil olmuş, artıq tələbədir. xx xxxxxxx 2018-ci il tarixdə o biri uşaqlarla bərabər Türkiyəyə avtobusla yola düşəcək, yol pulunu çatdırmasını dedikdə, təxminən iki gün sonra, yəni xx xxxxxxx 2018-ci il tarixdə şirkətə yollanıb Tünzaləyə 255 manat yol pulu vermişdir. Tünzalə bildirmişdir ki, 255 manata onun üçün Bakıdan Giresun şəhərinə avtobusa bilet alacaq. Yol pulunu verəndən sonra 2018-ci ilin oktyabr ayının 20-də o biri uşaqlarla bərabər Türkiyə Respublikasının Giresun şəhərinə yola düşmüş, onlarla bərabər şirkətdən yalnız Hikmət adlı şəxs gəlmiş, lakin, Hikmət Qazax rayonunda avtobusdan düşüb geri qayıtmışdır. O, 2017-ci ildə Türkiyədən deportu olduğuna görə, Gürcüstan sərhəddindən Türkiyəyə buraxılmamış, məsləhət bilmişlər ki, Türkiyədən qəbulla bağlı sənədlərini alıb yenidən müraciət etsin. O, elə bilmişdir ki, artıq Türkiyə Respublikasında Giresun şəhərində yerləşən universitetə tələbə kimi qəbul olunmuş, buna görə Türkiyəyə buraxacaqlar. Məcbur olub Bakı şəhərinə geri qayıtmış, lakin, Giresuna gedən uşaqlarla danışandan sonra aydın olmuşdur ki, heç bir uşaq, heç bir universitetə qəbul olunmayıb, onu da Giresun universitetində qəbul olunmuş tələbələrin siyahısında yoxlamışlar, məlum olmuşdur ki, Giresun şəhərində yerləşən universitetə tələbə kimi qəbul olunmamış, bununla bağlı heç bir müraciət olunmamış, artıq qeyddiyyat, yəni müraciət vaxtı çoxdandır ki, bitib, dərslər də artıq başlayıb, onları aldadıblar. Tünzaləyə müraciət etmişdir ki, bu nə məsələdir, Tünzalə demişdir ki, bu il həqiqətən heç kimi tələbə kimi qəbul etdirməyiblər, gələn il çalışıb qəbul etdirərlər, sonra ona bildirmişdir ki, pulu qaytaracaqdır, lakin qaytarmamışlar. Bundan sonra Tünzalə ilə əlaqə saxlamaq mümkün olmamış, daha sonra Gülminə ilə o, görüşüb əlaqə saxladıqda bildirmişdir ki, pulu qaytaracaqdır. Şirkət dəymiş ziyanı qaytarmadığından, polisə şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 göstərdi ki, qızı X62 jurnalistika sahəsi üzrə təhsil almış, Türkan Türkiyə Respublikasında idman akademiyasına qəbul olub oxumaq üçün ikinci ali təhsil almaq istədiyindən o da qızını Türkiyədə oxuması, ali təhsil alması üçün maraqlandıqda «xxxx» MMC-nin elanı ilə tanış olub 2018-ci ilin avqust ayında Türkan «xxxx» MMC-nin ünvan 4 ünvanında yerləşən ofislərinə müraciət etmiş və orada Türkanı Hikmət adlı şəxs qarşılayaraq bildirmişdir ki, 500 manat pulun müqabilində orta təhsilli Azərbaycan Respublikasının vətəndaşının Türkiyədə ali məktəbdə təhsilini təşkil edirlər. Daha sonra o, Türkana 500 manat pul vermiş, Türkan 2018-ci ilin sentyabr ayının əvvəllərində «xxxx» MMC-yə gedərək Hikmət adlı şəxslə müvqailə bağlayıb, 500 manat ödəniş etmişdir. Hikmət hazır müqaviləni qızı Türkanın qarşısına qoymuş, orada Türkanın adını və soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edib, ödəniş məbləği kimi 500 manat ödənişi yazmışdır. Həmçinin həmin müqaviləyə qızımın seçdiyi Giresun və digər universitetlərin adlarını müqavilədə qeyd etmiş, Daha sonra Hikmət qızını arxayın şəkildə yola salıb, yaxın zamanda əlaqə saxlayacaqlarını bildirmişdir. Hikmət 2018-ci ilin sentyabr ayının 20-dən sonra əlaqə saxlayıb təbrik edərək, Türkanın Giresuna qəbul olduğunu bildirmiş, 27 sentyabr tarixində avtobusun yola düşəcəyini, tələbələri yola salacaqlarını da qeyd etmişdir. Hətta bildirmişdir ki, 250 manat da avtobus pulu vermək lazımdır. O, baha olduğunu görüb özü 90 manat yol pulunu avtobusa ödüyərək qızını Türkiyəyə yola salmışdır. Hikmətgil həmçinin demişdir ki, X57 universitetinə yaxınlaşsın, orada onu qəbul edəcəklər. Qızı da Giresun şəhərində universitetə gedərək zəng edib bildirmişdir ki, orada onu kimsə qarşılamayıb, universitet rəhbərliyi ilə görüşüb, rektorluq qeyd edib ki, Türkana yalnış məlumat veriblər, qızı üçün, eləcə də digər tələbələr üçün universitetə heç bir baş vuru, müraciət edilməyib. Hətta qızına deyiblər ki, onu Bakıda aldadıblar. Daha sonra qızı Türkan Giresun universitetinin rektorluğundan şəxsən xahiş etmiş, rəhbərlikdə qızının tək tənha yad ölkədə olduğunu görüb yazığı gəldiyi üçün hazırlıq kursuna yazılmasını məsləhət bilmişlər. Türkan da 1 il hazırlıq kursu keçdikdən sonra öz hesabına 2019-cu ilin yayında Giresun universitetinə qəbul olmuşdur. Türkanın qəbul olmağında «xxxx» MMC-nin heç bir rolu olmamışdır. O, «xxxx» MMC-nin ofisinə gedərək orada səs küy salıb əl çəkməyəcəyini bildirdikdən sonra, nəhayət MMC-nin adını xatırlamadığı bir xanım içisi zəng edərək ofisə çağırmış, orada onun 300 manatını qaytarmışdır. Müqavilə üzrə 200 manat pulu isə qalmışdır. Həmin 200 manat pul, eləcə də qızının Türkiyədə qalması zamanı çəkdiyi xərclər, yəni 1000 manat pul ona qaytarılmamışdır. Daha sonra eşitmişdir ki, «xxxx» MMC çoxsaylı uşaqları və valideynləri aldadaraq pullarını ələ keçirib. Barələrində cinayət işi aparılır. Ona görə də DİN-nin 102 xidmətinə zəng etmiş, daha sonra şikayət ərizəsi ilə də müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 göstərdi ki, qızım Türkiyə Respublikasında universitetlərin birində təhsil almaq istəmiş, o, bununla bağlı maraqlandıqda diqqətini Sumqayıt şəhərində məhlələrdən birində kağızın üzərinə yazılıb yapışdırılmış «xxxx» MMC-nin reklamı cəlb etmişdir. Həmin reklamda bildirilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız dövlət ali məktəblərinə qəbul olunması təşkil olunur. Bundan sonra, qızı Günel ilə birlikdə 2018-ci ilin avqust ayında həmin MMC-nin Sumqayıt filialının yerləşdiyi Sumqayıt şəhəri ərazisində yerləşən “Dejurnu” adlanan ərazidəki ofisə yollanmışdır. Həmin ofisdə onları şirkətin əməkdaşı Şəhriyar qəbul etmişdir. Qızı Türkiyədə bankçılıq və maliyyə sahəsi üzrə ali təhsil almaq istədiyini bildirmiş, Şəhriyar bundan sonra onlara bildirmişdir ki, 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, baş vuru edib qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Bircə tələbə Türkiyədə qəbul olunduğu ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayacaqdır. Şirkətin işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, bütün sənədləşmə və proseslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir təhsil başlamamışdan bir neçə gün qabaq qızı Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yaşamaq üçün yerlə təmin edəcəklər, bu məsələlərin həll edilməsi üçün şirkətin Türkiyədə nümayəndələri vardır. Yalnız qəbul etdirəcəkləri universitetin təhsil haqqı keçiriləcəkdir. Yəni Türkiyədə tələbə kimi təhsil almaq üçün qarantili qəbul təklif etmşdir. O, inanıb razılaşmış və onun qızına 5 universitet və fakültə siyahılarını təqdim etmiş, həmin siyahıda Çanakkale şəhərində yerləşən 18 mart universitetinin işletmə, bankçılıq və fınans fakültəsi, Çankırı Karatekin Universiteti, Bülend Ecevit Universiteti, Sinop Universiteti, Karabük Universiteti qeyd olunmuşdur. Şəhriyar bildirmişdir ki, təqdim etdiyi siyahıdakı 5 dövlət universitetlərindən birinə qızı Güneli tələbə kimi qəbul etdirəcəkdir. Bir müddətdən sonra, yəni xx xxxxxxxx 2018-ci il tarixdə Günellə birlikdə yenidən şirkətin Sumqayıt şəhərində yerləşən ofisinə getmiş, Şəhriyar bir daha onları qarşılamış, keçən dəfə dediklərini bir daha təkrar etmişdir. Elə həmin günü müqavilə bağlanılmış, sonra demişlər ki, gecə çıxmalıdır Türkiyəyə, o, sənədin hazır olmadığını bildirib sonra özləri gedib çatacaqlarını demiş və sonra Türkiyəyə gedəndə orada məlum olmuşdur ki, qızının adı orada yoxdur. Qızı 11 gün orada qalıb əziyyətlər çəkib sonra geri qayıtmışdır. Bir il sonra yenidən qızı hazırlaşıb özü qəbul olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X43 göstərdi ki, o, 2018ci ildə qardaşı Nurlanın Türkiyədə ali təhsil almaq məqsədi ilə «xxxx» MMC-nin elanın görüb ora yaxınlaşmış, həmin ofisdə onu Şahid4 qəbul etmişdir. Tünzalə bildirmişdir ki, 500 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, baş vuru edib qeydiyyatdan keçirirlər. Tünzalə ona səsli mesaj göndərib təbrik etmişdir ki, qardaşı Çanaqqale universitetinə qəbul olunub. O, xx xxxxxxxx 2018-ci il tarixdə qardaşı Nurlanı «xxxx» MMC-yə gətirmiş, orada başqa digər valideynlər də, uşaqlarını Türkiyəyə yola salmaq üçün gəlmişlər. xx xxxxxxxx 2018-ci il tarixdə 200 manat yol pulunu MMC-nin Nərminə adlı işçisinə verərək demişdir ki, qalan 55 manatı da sonra verəcək. Gülminəni ilk dəfə həmin günü görmüş, yol pulunu verən günü Gülminə müqaviləni geri alaraq müqavilələrin şirkətdə qaldığını bildirmişdir. Beləliklə, Nurlan Türkiyədə təhsil almaq adı ilə xx xxxxxxxx 2018-ci il tarixdə avtobusla yola düşmüş və ora çatanda Nurlan onları qarşılayan, universitetə dəvət edən, yerlə təmin edən olmadığını, öz hesablarına Çanaqqala şəhərində kirayəyə yer götürüb qaldıqlarını bildirmişdir. Nurlan həmçinin bildirmişdir ki, həmin yerdə daha 3 nəfər tələbə də qalır, qalmaq pulunu özləri veriblər. Onları heç kim qəbul etməyib və qarşılamayıb, pərakəndəlikdir, heç bir universitetə, təhsil ocağına aparmırlar. Gülminə hələ Bakı şəhərində hamıya demişdir ki, özü də uşaqlarla Türkiyəyə yola düşəcək, lakin, öyrənmişdir ki, Gülminə Bakı şəhərindədir. Sonradan Nurlan zəng edib bildirmişdir ki, özləri uşaqlarla Çanaqqala universitetinə yollanıblar, orada onlara bildiriblər ki, heç biri Çanaqqale universitetinə qəbul olunmayıb, onları aldadıblar, onlarla bağlı universitetə heç bir müraciət olunmayıb, artıq qəbul da bir müddət əvvəl avqust ayında sona yetmişdir, heç bir köməklik edə bilməyəcəklər. Beləliklə, uşaqların adı qəbul siyahısında olmadığından, yəni baş vuru olmadığından, onlar üçün universitetin, yəni dövlət yataqxanasında da heç bir yer təşkil olunmayıb, ona görə qardaşı və yanındakılar gedib özləri başqa özəl bir yerdə yaşamaq üçün kirayəyə yer götürüb orada qalıblar. Sonradan şirkətin əməkdaşı Yusif Türkiyəyə yollanmış və orada Nurlangilə vəd vermişdir ki, onların işlərini düzəldəcəkdir, bir az gözləsinlər, nəticədə Nurlangil başqa kirayə yer götürüblər. Qardaşı 9-10 gün Çanaqqala şəhərində qalmış, işlərində heç bir irəliləyiş olmadığından və universitet onları qəbul etmədiyindən geri qayıtmaq qərarına gəlmişlər. Artıq qardaşı qayıdandan sonra pulu almaq üçün şirkətə gəlmişlər, əvvəl narahat olmamağı desələrdə dəfələrlə onlarıaldadıb süründürməçilik etdiklərindən məcbur qalıb polisə şikayət etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 İsrəfil oğlu göstərdi ki, 10 il olar ki, «xxxx» MMC-ni təsis etmiş və həmin MMC-nin direktorudur. MMC-yə müraciət edən şəxslərin xaricdə təhsil almaları üçün metodik və təşkili yardı göstərir, həmçinin özü təhsil ekspertidir. Əvvəllər səhhəti normal olanda o, MMC-yə müraciət edən şəxslərin xaricdə təhsil işini demək olar ki, özü təşkil etmiş, yəni xaricə özü gedib gəlmiş və heç bir narazılıq olmamışdır. «xxxx» MMC-ni o, 2018-ci ilin iyul ayından tanıyır, həmin MMC-nin elanını görmüş və MMC-yə yollananda Tünzalə onu qarşılamışdır. Orada danışılmış və 3700 manat ümumilikdə pul ödənilmiş, lakin sonra vədlərinə əməl etmədiklərindən belə bir vəziyyət yaranmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 göstərdi ki, qardaşı, Zərərçəkmiş şəxs19 2018-ci ildə ali məktəbə qəbul olunmaqdan ötrü imtahan versə də, müsabiqədən kəsilmişdir. 2018-ci ilin yayında qardaşı Türkiyədə təhsil almaq qərarına gəlmiş, onlar da bununla bağlı maraqlandıqda diqqətlərini «xxxx» MMC-i çəkmiş, 2018-ci ilin iyul ayında «xxxx» MMC-yə yollanaraq, orada Gülminə adlı xanımla görüşmüşlər, onlara bildirmşdir ki, 499 manat pulun müqabilində orta təhsilli Azərbaycan Respublikasının vətəndaşının Türkiyədə ali məktəbdə təhsilini təşkil edirlər. Onlar evdə danışıb razılaşdıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə birlikdə həmin «xxxx» MMC-yə yollanmışlar və onları MMC-də Şahid4 qəbul etişdir. Tünzalə onları dinləyəndə qardaşı bildirişdir ki, iqtisadiyyat üzrə təhsil almaq istəyir. Tünzalə də demişdir ki, 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini apararaq, qeydiyyatdan keçirirlər və tələbə kimi qəbul etdirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Razılaşma baş tutandan sonra qardaşı Rüfət həmin günü, yəni xx xxxxxx 2018-ci il tarixdə Tünzaləyə 400 manat pul vermişdir. Həmin pul qardaşının öz pulu olmuş, Tünzaləyə əlavə 99 manat verməyə imkanları olmadığını demişlər. Tünzalə razılaşmış və qardaşından 400 manatı təhvil almışdır. Elə həmin günü Tünzalə hazır müqaviləni qarşılarına qoymuş, orada Rüfətin adını və soyadını, şəxsiyyət vəsiqəsini qeyd edib, ödəniş məbləği kimi 400 manat ödənişi yazmışdır. 2018-ci ilin avqust ayının sonlarında Tünzalə ilə əlaqə saxladıqda bildirmişdir ki, qəbul siyahısı gələn ay gələcək və Rüfət oxumaq üçün Türkiyəyə yollanacaqdır. 2018-ci ilin sentyabr ayının təxminən 25-də Tünzalə Rüfətə zəng edib bildirdi ki, Çanaqqale şəhərində yerləşən «18 mart» universitetinin iqtisadiyyat, halkla ilişkiler fakültəsinə qəbul olunub, xx xxxxxxxx 2018-ci il tarixdə qardaşı yola düşməlidir. Yola düşən günü şirkətin qarşısına gəlmişlər, orada onlardan 255 manat yol pulu yığmışlar. Qardaşı Türkiyəyə yollanmış və Çanaqqale şəhərinə çatıb və Kamran adlı şəxslə görüşmüş, həftənin birinci günü universitetə gedəcəkdir. Qardaşı həftənin birinci gününə qədər Azərbaycandan gələn uşaqlarla bərabər özü ödəniş edib kirayədə qalmış, həftənin birinci günü gələndə isə günü uzadaraq o biri həftəyə saxlamışlar. Rüfət zəng edərək demişdir ki, özləri, yəni uşaqlar yığışıb Çanaqqale şəhərində yerləşən «18 mart» universitetinə yollanmışlar, onları həmin universitetin rektorunun müavini qəbul edib bildirmişdir ki, uşaqları aldadıblar. Sonra Gülminə hər şeyi şirkətin sahibi Rüstəmin üstünə atmışdır. Gülminə uşaqlara demişdir ki, Rüstəm pul göndərəcəkdir, o da camata pulları paylayacaqdır. Həmin vaxt Rüstəmlə telefonla danışıldığından, Rüstəm uşaqların valideynlərindən Sevilə hətta demişdir ki, uşaqlar yığışıb valiliyin qarşısına və partiyanın qarşısına toplansınlar və müraciət etsinlər ki, universitet onları qəbul etsin. Qardaşı təxminən 1 aya yaxın Çanaqqalada qalmış, sonra Ankarada yaşayan qohumlarına yollanmışdır. 2018-ci ilin oktyabr ayının təxminən 20-də Gülminə ilə telefonla danışdıqda ona bildirmişdir ki, Rüfəti 2500 TL türk puluna Ankara şəhərində yerləşən Yıldırım Beyazit Universitetinin bankaçılıq fakültəsinə tələbə kimi qəbul etdirə bilər, Azərbaycan manatı ilə 765 manat təşkil edən 2500 TL həmin universitetin fonduna köçürüləcək, Rüfət universitetə qəbul olunacaq və adı tələbələr siyahısında olacaqdır, bundan sonra qardaşım 1500 TL əlavə təhsil haqqı keçirib dərslərdə iştirak edəcəkdir. Gülminəyə inanaraq və Yapı Kredi bankının Nərimanov filalındakı hesabdan xx xxxxxxx 2018-ci il tarixdə Gülminənin bildirdiyi orada olan uşaqlardan Tural Babayev adlı şəxsin hesabına Azərbaycan manatı ilə 765 manat pul köçürtmüşdür. Hər dəfə müraciət edəndə Gülminə hər dəfə narahat olmamağı demiş, Rüfət də artıq Ankarada qalmağın mənasız olduğunu görüb Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində çatanda Gülminə ilə telefonla dəfələrlə danışanda yalan vədlər vermiş, sonra bildirmişdir ki, alınan pulları Rüstəmə verilib, Rüstəm pulu qaytaracaqdır, lakin pulları qaytarılmamışdır. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs19 məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 göstərdi ki, ondan 2 uşağını Türkiyənin Rizə şəhərindəki universitetə qəbul etdirmək üçün 3000 manat pul istəmişlər. Pulu verdikdən sonra ona xeyli müddət xəbər gəlməmişdir. Bir müddət keçdikdən sonra şirkətə gedib övladının artıq təhsil almaq istəmədiyini deyib, pulunu geri istəmişdir. Həmin vaxt bütün valideyinlərin prokurorluğa şikayətə getdiklərini görmüşdür. Tünzalə demişdir ki, narahat olmasın düzələcək. Çox yerə müraciət etmişlər, sonda da Korrupsiyaya müraciət etmişlər. Korrupsiya idarəsində də demişlər ki, pullar götürülüb depozitə qoyulub. Verdiyi puldan 200 manat bir qaytarılmış, 800 manat da bir qaytarılmışdır. Sonra onun uşaqlarının səndələrini gizlətmişlər, sənədlər itmişdir. Yenidən 300 manat xərc çəkərək itən sənədləri düzəltdirmişdir. Pulu əlbəl Gülminə ilə Tünzaləyə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərdi ki, o da bir ana kimi övladlarının xaricdə təhsil almalarını istəmişdir. ondan 500 manat müqavilə pulu istəmişlər, o zəhmətkeş imkansız oloduğunu dedikdə, onda 400 manat verərsən müqaviləni bağlayarıq demişlər. O da razılaşmış, qayıdarkən yolda bir valideyn ilə qarşılaşmışdır. O valideynlə də Hikmət məllimin yanına gəlmiş, Hikmət demişdir ki, 500 manat gətirsin oğlunu müqaviləsini təsdiqləyib Çanakkaleyə göndərsin. O ancaq Hikmət məllimi tanımış, Rüstəmi tanımamışdır. O, pulu hikmətə verərək, müqaviləyə qol da çəkmişdir. Bundan iki gün keçmiş, yoldaşına zəng gəlmişdir ki, tez gəlsin “Elit akademiya”ya. Onlara demişlər ki, iki nəfərə 250 dollar versin. Axşam tərəfi “Elit Akademiya”nın qarşısından avtobusla Çanakkaleyə yola düşmüşlər. Orda da iş alınmamışdır. Oğlu sonradan öz imkanları ilə Universitetə qəbul olunmüşdür. Bir neçə dəfə Rüstəm bəy onun oğlunun təhsil haqqını ödəmişdir. O, Rüstəmdən xahiş etmiş anında 480 lira türk puluyla oğlunun təhsil xərcini ödəmişdir, yoxsa oğlunu universitetdən xaric edəcəkdilər. Rüstəm ona 600 manata yaxın pul qaytarıb, Rüstəmin ona borcu qalmayıb. Hikmətdən 250 dollar yolpulunu istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Şaverdi oğlu göstərdi ki, onlarda belə bir təşkilat olduğunu elandan öyrənmişlər. Ora gedəndə onu Tünazalə xanım qarşılamış, o, Tünzaləyə 1000 manat pul vermişdir. İki gün sonra zəng vurub demişlər ki, 400 dollar da pul lazımdır. Təxminən oktyabr ayının əvvələri zəng vurmuşlar ki, uşaq qəbul olunub. Sonra dedilər ki, uşaqları təcili olaraq Türkiyəyə aparın ki, qeydiyyatdan keçsinlər. O zaman onlar bilməmişlər ki, Rüstəm şirkətin rəhbəridir. Onları tez yola salmışlar ki, tez getməlidir. Getməsələr gecikəcəklər. O, yoldaşı bir də iki uşağı götürüb, öz hesabına Türkiyəyə getmişdir. Çanakkaleyə çatanda demişlər ki, 2 gün sonra qeydiyyata salacaqlar. Sonra demişlər 3 gün sonra qeydiyyata salacaqlar. Rüstəmlə birinci dəfə o əlaqə saxlamışdır. İstanbulda bir müəllim də gəlmiş, onlarısakitləşdirməyə çalışmışlar. Onun oğlu və qardaşı öğlu qəbul olunmamışlar. Rektorun qəbuluna da girmiş, alınmamışdır. Onları oradan qovmuşlar, arxaları ilə polis salmışlar. O, Rüstəmə təklif etmişdir ki, heç olmasa camaatın müqavilə imzalayarkən verdikləri pulu qaytarsın, camaat sakitləşsin. Rüstəm onu təhqir etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 göstərdi ki, o, kompüter avadanlıqlarının təmiri üzrə mütəxəssis kimi müxtəlif yerlərdə çalışır. Kompüter biliklərini, həmçinin proqramlaşdırmanı təkmilləşdirmək üçün Türkiyə Respublikasında bu sahədə ali təhsil verən universitetlərlə maraqlandıqda «xxxx» MMCnin elanın görüb ora gəlmiş, orada ona bildirmişlər ki, Türkiyədə universitetlərdən birinə qəbul etdirəcəklərinə görə xidmət haqqı kimi 499 manat pul alacaqlar. Bu təklif onun xoşuna gəlmişdir. Tünzalə ona demişdir ki, istədiyi bilgisayar yazılıçmılıq fakültəsinə 100 faiz daxil olacaq və sadəcə Türkiyəyə gedib təhsil haqqını keçirəcək. Əlavə olaraq ondan 30 manat notarial xərclərə görə, 20 manat tərcüməyə görə almışlar ki, attestat və sağlamlıq kağızı türk dilinə tərcümə olunmalıdır və notarial qaydada təsdiq olunmalıdır. Yusif ona sənədləşmə bitdikdən sonra 100 faiz istədiyi universitetdə tələbə adını qazanacağını, yaxın zamanda sənədlərin təsdiqlənəcəyini, onu Türkiyəyə getmək üçün MMC-yə dəvət edəcəklərini bildirmişdir. Ödədiyi 500 manat müqavilə pulu ona geri ödənilmişdir, Rüstəmə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 göstərdi ki, universitetə qəbul etdirmək üçün Hikmət onlardan 499 manat pul istəmiş və demişdir ki, 255 manat yol pulunu da əlavə olaraq verməlidir. Hikmət ondan hansı universiteti və fakültəni istədiyini soruşaraq Uşaq şəhərindəki universitetdə bank və sığorta fakültəsini, Dumlupinar qəsəbəsində yerləşən universitetdəki mühəndislik fakültəsini, həmçinin Kastamonu, Kırıkkale və Çankırı şəhərlərindəki universitetləri təklif edərək bildirmişdir ki, bir neçə günə Çankırı şəhərindəki üniversitetdə təhsil başlayır, uşaqlar yola düşəcəkdir, ən tez təhsil Çankırı şəhərində başlayır, orada onu bankaçılıq və finans fakültəsinə qəbul etdirə bilər, dərslər xx xxxxxxxx 2018-ci il tarixdə başlayır, ona qədər qeydiyyatı aparmalıdır. «xxxx» MMC-nin əməkdaşları ona Türkiyə Respublikasının Çankırı şəhərində yerləşən universitetin bankaçılıq və finans fakültəsinə qəbul etdirəcəklərinə dair vəd verib xx xxxxxxxx 2018-ci il tarixdə onun 499 manat pulunu almışlar. Ona dəymiş ziyan ödənilmiş Rüstəmə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 Zərərçəkmiş şəxs13 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs3 ilə Türkiyədə ali təhsil almaq məqsədi ilə «xxxx» MMC-nin elanın radioda eşidib MMC-yə getmişlər. Orada Tünzalə hər adama 1000 manat pulun müqabilində, yəni 2 nəfərə cəmi 2000 manat pulun müqabilində Türkiyə Respublikasının Eskişeher şəhərində yerləşən Anadolu universitetinin Antalya filialının işlətim fakültəsinə tələbə kimi qəbul etdirə biləcəyini demişdir. xx xxxx 2018-ci il tarixdə Səməndərlə iş yerində 2000 manat pul vermişlər. Həmin 2000 manatın 1000 manatı onun, o biri 1000 manatı isə Səməndər üçün Tünzaləyə verilmişdir. Tünzalə 2000 manat pulu götürəndə bildirmişdir ki, adlarına Antalyada oturum, yəni yaşamaq izni təşkil edəcəkdir. Beləliklə, Tünzaləyə 2000 manat pul verib tərtib etdiyi xx.xx.2018-ci il tarixli, 4\18 və 5\18 saylı müqavilələri götürüb getmişlər. 2018-ci ilin oktyabr ayının ortalarında «xxxx» MMCnin digər əməkdaşı Hikmət Səməndərə zəng edərək 2 günə Türkiyə Respublikasının Kastamonu şəhərində olmağı demişdir. Hikmətə inanb Türkiyəyə yollanmışlar. Belə ki, Səməndər qardaşı ilə avtomobillə, o isə atası ilə bilrikdə təyyarə ilə Türkiyəyə yollanmışlar. Kastamonu şəhərinə çatıb atası ilə birlikdə Kastamonu universitetinin rəhbərliyinin qəbulunda olduqda məlum olmuşdur ki, onlar tələbə kimi qəbul olunmamışlar. Lakin uzun yol gəldiklərinə görə, həmçinin xanım olduğu üçün əziyyət çəkdiyinə görə onu bir təhər də olsa universitetə qəbul etmişlər. xx xxxxxxx 2018-ci il tarixdə bununla bağlı ərizə yazmış və onu qəbul etmişlər. Səməndər də gəlib çatdıqda universitetin rəhbərliyi ilə görüşmüş, lakin Səməndərin universitetə qəbul olunmağı mümkün olmadığından onun təhsili də ləğv edilmişdir. Türkiyədən birbaşa Hikmətə telefonla zəng edəndə Hikmət bildirmişdir ki, bu işdə günahkar Gülminə ilə Rüstəmdir, pul birbaşa kassadan Rüstəmə ötürülmüşdür. Türkiyədən Bakı şəhərinə qayıdanda birbaşa «xxxx» MMC-yə yollanmışlar. Hikmətə narazılığı bildirəndə demişdir ki, 3-cü günü Gülminə gəlib camaatın pullarını qaytaracaqdır, səhv onlarlıqdır. Həftənin 3-cü günü həmin «xxxx» MMC-yə gələndə, şirkətdə 40-a yaxın adam olduğunu görmüşlər, həmin şəxsləri də şirkət eyni vədlərlə aldatmışdır. Gülminə həmin günü gəlib çıxmamış, heç kimə də pul verilməmişdir. Hamı Gülminəyə zəng etsə də, telefonu söndürmüş, zənglərə cavab verməmişdir. Bundan sonra polisə şikayət etmişlər. Araşdırma başlanılan dövrdə Rüstəmə zəng edəndə bildirmişdir ki, müqavilənin pulunu qaytaracaq, əlavə məsrəfləri də sonra işçilərlə bərabər bölüb qaytaracaqdır. 2018ci ilin dekabr ayında Səməndərin özü üçün ödədiyi 1000 manat pul Səməndərə qaytarılmış, lakin onun ödədiyi 1000 manat pul isə qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 zərərəkmiş həyat yoldaşı Zərərçəkmiş şəxs29 ifadəsinə uyğun ifadə verərək, həyat yoldaşı Çinarə ilə Türkiyədə təhsil almaq üçün 2000 manat pul verdiklərini və lakin işlərinin alınmadığını, ona dəymiş ziyanın qaytarıldığını lakin həyat yoldaşına dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X21 göstərdi ki, Türkiyə universitetlərinə imtahansız qəbul edən belə bir şirkət olduğunu eşidib oğlu ilə şirkətə getmişlər. Onları orda Tünzalə xanım qarşılamışdır. Onlardan orada xidmətə görə 500 manat pul istəmiş, 255 manat da yol pulunu da əlavə olaraq oğlu yola düşəndə verəcəklərini bildirmişdir. Razılaşma baş tutandan təxminən iki gün sonra, yəni 2018-ci ilin avqusat ayının axırlarına yaxın günlərdə o, Tünzaləyə ofisdə 500 manat pul vermiş, lakin işləri alınmamış, bu səbəbdən şikayətçi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, oğlu X71 2015-ci ildə ali təhsil müəssisəsinə qəbul olunması üçün imtahan versə də, daxil ola bilməmiş, ona görə oğlu Türkiyədə ali təhsil almaq istədiyini deyəndə, oğlunun arzusun həyata keçirmək üçün bununla bağlı maraqlanmağa başlamış və 2018-ci iılin may ayında interneti nəzərdən keçirəndə diqqətini «xxxx- MMC-nın elanı cəlb etmişdir. Həmin elanda bildirilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız ali məktəblərə qəbul olunması təşkil olunur. O, həmin MMC-nin şəhər telefon nömrəsinə zəng etdikdə Tünzalə adlı əməkdaş cavab vermiş, Tünzaləyə oğlunun turizm üzrə Türkiyədə ali təhsil almaq istədiyini bildirəndə Tünzalə düz ünvana müraciət etdiyini deyərək bildirmişdir ki, onların şirkəti orta təhsilli şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəssisələrinə müraciət edir, yəni qeydiyyatdan keçirir. Sənədləşmə işlərini aparır, sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edir. Bircə tələbə Türkiyəyə yollanıb ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. Onların işi tələbəni ali təhsil müəssisəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, yəni bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyə yollanacaq, orada oğlunu qarşılayacaqlar, yerlə təmin edəcəklər, onların Türkiyədə nümayəndələri də vardır. Bu təklif onun xoşuna gəlmiş və Tünzalədən xidmət haqqını soruşanda ona təxminən 1 uşağa görə 1000 manat pul çıxacağını demişdir. O, MMC-nin yerini öyrənmiş və 2018-ci ilin iyun ayının təxminən 12-də ünvan 5 ünvanda yerləşən «xxxx» MMC-yə oğlu Surxayla bərabər gəlmiş, Tünzalə onları qəbul etmiş və o, bildirmişdir ki, oğlu Türkiyədə turizm xətti üzrə ali təhsil almaq istəyir. O müəssədə razılaşdıqdan sonra ödənişi etmiş, lakin, oğlu Türkiyədə həmin şirkət tərəfindən ali təhsil müəssisəsinə qəbul olunmamışdır. Ona dəymiş ziyan geri ödənilmiş, hazırda onun Rüstəmə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 qızı göstərdi ki, oğlu Murad 2018-ci ildə 2-ci qrup üzrə imtahan versə də, müsabiqədən keçə bilməmiş və kəsilmişdir. Bundan sonra Murad Türkiyədə ali təhsil alması üçün maraqlandıqda «xxxx» MMC-nin elanın görmüş, 2018-ci ilin avqust ayında oğlu Murad qızı Aynur Əzizova ilə birlikdə həmin MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu. A.Qurbanov küçəsindəki ofisə yollanmışlar və onları Tünzalə qəbul etmişdir. Həmçinin övladları Tünzaləyə bildirmişlər ki, Murad Türkiyədə kompyüter mühəndisliyi üzrə ali təhsil almaq istəyir, Tünzalə dinləyib sonda bildirmişdir ki, 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, müraciət edib qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Sadəcə tələbə Türkiyədə qəbul olunduğundan ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. Həmin təhsil haqqın da Bakı şəhərindən həmin universitetin hesabına keçirir. Onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yaşamaq üçün yerlə təmin edəcəklər, onların Türkiyədə nümayəndələri də vardır. Yəni Türkiyədə təhsil almaq üçün qarantili qəbul təklif etmişlər. Bütün bu xidmətə görə onlardan 500 manat pul istəmişlər, hətta demişlər ki, yola düşəndə də 255 manat yol pulu verəcəklər. Razılaşma baş tutandan sonra o, xx xxxxxx 2018-ci il tarixdə yaşadığı evdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR, M.Cəlal küçəsi ev 13, mənzil 70-də 500 manat pul vermişdir. Murad da həmin günü qızı ilə şirkətə yollanıb orada Tünzaləyə 500 manat pul vermişdirlər. Tünzalə həmin vaxtı hazır müqaviləni Muradgilin qarşısına qoyaraq, orada qızı Aynur Əzizovanın adını və soyadını, şəxsiyyət vəsiqəsini qeyd etmiş, 499 manat ödəniş yazmışdır, 1 manat xırdanı qaytarmamışdır, yəni 500 manat pul alıb müqavilədə 499 manat yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 göstərdi ki, 2018-ci ildə ortancıl oğlu Kənan Zeynallı Azərbaycan Respublikasında ali məktəbə qəbul olunmadığı üçün imtahan versə də, müsabiqədən keçə bilməmişdir. Ona görə o, istəmişdir ki, oğlu Türkiyə Respublikasında ödənişli təhsil alsın. Bununla bağlı yayda maraqlandıqda 2018-ci ilin avqust ayının əvvəllərində oğlu Kənan evdə ona «xxxx» MMC-nin elanı ilə tanış olduğunu demiş, həmin MMC orta təhsilli Azərbaycan Respublikasının vətəndaşlarının Türkiyə Respublikasında ali təhsilinin təşkili ilə məşğuldur. Həmin elanda bildirilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız ali məktəblərə qəbul olunması təşkil olunur. Bu xəbəri oğlundan alandan sonra birinci şirkətə həyat yoldaşı ilə oğlu Kənan getmişlər, sonra isə onunla həyat yoldaşı Ceyhunə Zeynalova 2018-ci ilin avqust ayının əvvəlində həmin MMC-nin yerləşdiyi ünvan 3 ünvandakı ofisə getmişlər. Həmin ofisdə onları Tünzalə qəbul etmiş, ofisdə başqa iki qız da olmuşdur. Tünzalə demişdir ki, MMC olaraq 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, müraciət edib qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Bircə tələbə Türkiyədə qəbul olunduğu ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. Onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yaşamaq üçün yerlə təmin edəcəklər, onların Türkiyədə adamları vardır. Bircə Türkiyədə oğlu üçün qəbul etdirəcəkləri universitetin təhsil haqqını keçirəcək. Yəni Türkiyədə təhsil almaq üçün qarantili qəbul təklif etmişlər. Bütün bu xidmətə görə Tünzalə ondan 499 manat pul istəmiş, yol pulunu da 250 manat olmaqla əlavə olaraq verməli olduğunu demişdir. Onlar, Türkiyəyə yollanmış, lakin oğlu universitetə qəbul olunmamışdır. Ona həmin puldan 150 manat qaytarılmış qalan pulu qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 göstərdi ki, oğlu Uğur Səfərov 2018-ci ildə Azərbaycan Respublikasında ali təhsil ocağına qəbul olunması üçün imtahan versə də, müsabiqədən kəsilmişdir. Bundan sonra qərara gəlmişlər ki, oğlu xaricdə ödənişli təhsil alsın. Bununla bağlı maraqlananda diqqətini «xxxx» MMC-nin elanı cəlb etmişdir. Həmin elanda bildirilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız ali məktəblərə qəbul olunması təşkil olunur. O, həmin MMC-nin şəhər telefon nömrəsinə zəng etdikdə ona Tünzalə adlı əməkdaş cavab vermiş, oğlunun Türkiyədə ali təhsil almaq istədiyin" bildirəndə Tünzalə onu şirkətin ofisinə çağırmışdır. O, oğlu Uğurla bərabər «xxxx» MMC-yə yollanmış və həmin MMC-də onu və oğlunu Tünzalə, həmçinin Yusif qəbul etmişdir. Tünzaləgil onu bildirmişdir ki, Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələri ilə əlaqə saxlayır və qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Tələbə isə Türkiyəyə yollanıb ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. Onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, yəni bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yerlə təmin edəcəklər, şirkətin Türkiyədə adamları da vardır. O, bircə, oğlunun Türkiyədə təhsil haqqını keçirəcək, buna görə də ondan xidmət haqqı kimi 500 manat pul alacaqlar. Bu təklif onun xoşuna gəlmiş və müqavilə pulu olan 499 manatı ödəmiş, lakin oğlu məktəbə qəbul olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 göstərdi ki, oğlu Müşfiq Muradzadə ali təhsil ocağına qəbul olunması üçün imtahan versə də, müsabiqədən kəsilmişdir. Bundan sonra qərara gəlmişlər ki, oğlu xaricdə pullu təhsil alsın. Bununla bağlı maraqlananda onun diqqətini «xxxx» MMC-nin elanı cəlb etmişdir. Həmin elanda bildirilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız ali məktəblərə qəbul olunması təşkil olunur. O, oğlu X22 ilə birlikdə həmin MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 11 ünvanına getmiş, onu orada MMC-nin Hikmət adlı işçisi qarşılamışdır. O, ali təhsillə bağlı şərtləri soruşmuş, Hikmət də izah etmişdir ki, Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələri ilə əlaqə saxlayır və qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edir. Bircə tələbə, Türkiyəyə yollanıb ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. Onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, yəni bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yerlə təmin edəcəklər, onların Türkiyədə adamları da vardır. O, sadəcə oğlunun Türkiyədə təhsil haqqını keçirəcəkdir. Buna görə xidmət haqqı kimi 499 manat pul alacaqlar. Bu təklif onun xoşuna gəlmiş, ödəməni etmiş, lakin oğlu məktəbə qəbul etdirilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 göstərdi ki, oğlu Fehruz Qasımov orta təhsilli olduğundan ali təhsilini xaricdə almaq istəmiş, bununla bağlı maraqlandıqda diqqətlərini «xxxx» MMC-nin elanı cəlb etmişdir. Həmin elanda bildirilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız ali məktəblərə qəbul olunması təşkil olunur. Oğlu Fehruzla bərabər 2018-ci ilin avqust ayının əvvəlində həmin MMC-nin yerləşdiyi ünvan 3 ünvandakı ofisə yollanmışlar, ofisdə Gülminə onları qəbul etmiş və onu dinlədikdən sonra bildirmişdir ki, MMC-nin direktorudur, MMC olaraq 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, əlaqə saxlayır və qeydiyyatdan keçirirlər, sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Bircə tələbə Türkiyədə qəbul olunduğu ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirməklə oxumağa başlayır. Həmin təhsil haqqını da Bakı şəhərindən həmin universitetin hesabına keçirmək mümkündür. Onların işi, tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, bütün sənədləşmə və proseslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada qarşılanacaq, yaşamaq üçün yerlə təmin edəcəklər, şirkətin Türkiyədə adamları da vardır. O, sadəcə oğlu üçün qəbul etdirəcəkləri universitetin təhsil haqqını keçirəcəkdi. Yəni Türkiyədə təhsil almaq üçün qarantili qəbul təklif etmişdirlər. Bütün bu xidmətə görə Gülminə ondan 499 manat pul istəmiş və yol pulunun da əlavə olaraq veriləcəyini bildirmişdir. O, ödənişi etmiş lakin oğlu ali məktəbə qəbul etdirilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 göstərdi ki, oğlu X44 2018-ci il tarixində orta məktəbi bitirib Azərbaycan Respublikasında ali təhsil ocağına qəbul olunması üçün imtahan versə də, müsabiqədən kəsilmişdir. 2018ci ilin təxminən iyul ayının 26-sı tarixində 46 saylı tam orta məktəbin qarşısında 3-cü ixtisas qrup üzrə imtahan verən qızını gözləyərkən tanımadığı 9-11 sinif uşaqlarını əllərində su satdıqlarını görüb onlardan 0,40 qəpik dəyərində içməli su almış, suyu içən zaman su qabının üzərinə sonradan yapışdırılmış kağız parçasının üzərində olan reklama gözü sataşmışdır. Həmin kağız parçasında “X39 atesstatla təhsil imkanı 055 940-40-96” yazısı olmuşdur. O da bundan sonra oğlunun xaricdə təhsil almasını istəmiş və bu səbəbdən həmin nömrəyə zəng edərək Tünzalə xanımla danışıb ünvanı öyrənmiş və həmin ünvana yollanmışdır. Ünvan Türk anadolu liseyinin yanı, Ə.Hüseynzadə küçəsi 75, “T.C. X51 müşavirliyi” ilə üzbəüz hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşmişdir. Qeyd olunan ünvana yaxınlaşaraq üzərində reklam kimi "X39 atestatla təhsil imkanı” yazısı olan ofisə daxil olmuş, özünü müavin kimi təqdim edən Tünzalə xanım onu qəbul etmiş və yanında digər işçilərdən sonradan adlarını bildiyi Hikmət və Yusif də olmuşdur. Bundan sonra Tünzalə ona izah edərək bildirmişdir ki, orta məktəbi bitirən uşaqların Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələri ilə əlaqə saxlayır və qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edir. Bircə tələbə Türkiyəyə yollanıb ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. MMC olaraq onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, yəni bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yerlə təmin edəcəklər, onların bu işlərin görülməsi üçün Türkiyədə adamları da vardır. O, sadəcə oğlunun Türkiyədə təhsil haqqını keçirəcəkdir. Buna görə şirkətə xidmət haqqı kimi 499 manat pul ödəmiş, lakin oğlu ali məktəbə qəbul etdirilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs35 göstərdi ki, qızı X32 2018-ci ildə orta məktəbi bitirmiş, ali məktəbə qəbul olunmaqdan ötrü imtahan versə də, müsabiqədən kəsilmişdir. Daha sonra qızı Nərmin Türkiyədə təhsil almaq qərarına gəlmiş, ailəvi olaraq bununla bağlı maraqlandıqda «xxxx» MMC-nin elanını görüb 2018-ci ilin iyul ayında «xxxx» MMC-nin ünvan 4 ünvanında yerləşən ofislərinə müraciət etmiş, orada Nərmini Tünzalə adlı şəxs qarşılayaraq bildirmişdir ki, 499 manat pulun müqabilində orta təhsilli Azərbaycan Respublikasının vətəndaşını Türkiyədə ali məktəbdə təhsil almağını təşkil edirlər. Daha sonra qızı Nərmin evə gələrək bunu ona dedikdən sonra birlikdə 2018-ci ilin avqust ayının 18-də «xxxx» MMC-yə getmiş, MMC-də Yusif adlı əməkdaş onları qəbul etmişdir. Yusif bildirmişdir ki, 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, əlaqə saxlayaraq qeydiyyatdan keçirirlər və tələbə kimi qəbul etdirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Bircə tələbə Türkiyədə qəbul olunduğu ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. Onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaq, qəbul etdirməkdir, bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yaşamaq üçün yerlə təmin edəcəklər, onların Türkiyədə adamları vardır. Onlar, bircə qəbul etdirdiyikləri universitetin təhsil haqqını keçirəcəkdir. Yusif buna görə onlardan 499 manat pul almış, lakin qızı ali məktəbə qəbul etdirilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərdi ki, oğlu X72 2018-ci il tarixində orta məktəbi bitirmiş, Türkiyədə təhsil almaq istəmişdir. Bununla bağlı maraqlandıqda oğlu «xxxx» MMC-nin elanını görüb həmin şirkətə yaxınlaşmış, orada Nuranə adlı bir əməkdaşla tanış olmuş. Nuranə oğluna izah etmişdir ki, orta məktəbi bitirən uşaqların Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələri ilə əlaqə saxlayır və qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edir. Bircə tələbə Türkiyəyə yollanıb ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. MMC olaraq onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, yəni bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yerlə təmin edəcəklər, onların bu işlərin görülməsi üçün Türkiyədə adamları vardır. Onlar bircə Bakıda həmin universitetin bank hesabına və yaxud da Türkiyədə təhsil haqqını universitetə keçirəcəklər. Buna görə xidmət haqqı kimi onlardan 499 manat pul alacaqlar. Bütün bunları oğlu Xəyal ona danışmış, o da razılaşmışdır. Onlar 499 manat ödənişi etmişlər, lakin, oğlu Xəyal ali məktəbə qəbul olunmamışdır. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, oğlu X63 2018-ci ildə 1-ci qrup üzrə imtahan versə də, müsabiqədən keçə bilməmişdir. Bundan sonra qərara gəlmişlər ki, oğlu Rövşən Türkiyədə ali təhsil alsın. Bununla bağlı maraqlandıqda diqqətlərini «xxxx» MMC-nin elanı cəlb etmişdir. Həmin elanda bildirilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız dövlət ali məktəblərə qəbul olunması təşkil olunur. Bundan sonra 2018-ci ilin avqust ayında özü tək həmin MMC-nin yerləşdiyi offisə yollanmışdır. Həmin ofisdə onu şirkətin əməkdaşı Hikmət qəbul etmiş, sonuncuya bildirmişdir ki, oğlu kompüter üzrə ali təhsil almaq istəyir, Hikmət də bildirmişdir ki, 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, müraciət edib qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Bircə tələbə Türkiyədə qəbul olunduğu ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. Onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyəyə yollanacaq, orada onu qarşılayacaqlar, yaşamaq üçün yerlə təmin edəcəklər, onların Türkiyədə adamları vardır. Bircə oğlu üçün qəbul etdirəcəkləri universitetin təhsil haqqını keçirəcəklər. Yəni Türkiyədə təhsil almaq üçün qarantili qəbul təklif etmişlər. Bütün bu xidmətlərə görə, Hikmət ondan 499 manat pul istəmiş və Çanakkale, Kırıkkale, Çankırı və daha 2 şəhərdəki universitetləri təklif edib bildirmişdir ki, həmin 499 manat pula təklif etdiyi 5 universitetdən birində bilgisayar mühəndisliyi və turizm fakültələrindən birinə tələbə kimi qəbul etdirəcəkdir, o, bundan başqa 255 manat da yol pulu verməlidir. Razılaşma baş tutandan təxminən iki gün sonra, yəni 2018-ci ilin avqusat ayının ortalarında o, ofisdə Hikmətə 500 manat pul vermiş, Hikmət ona bildirmişdir ki, oğlunu təklif etdiyi 5 universitetdən birinə kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəkdir. Hikmət pul aldığı günü hazır müqaviləni onun qarşısına qoymuş, orada onun adını və soyadını, şəxsiyyət vəsiqəsini özü qeyd etmiş, 500 manat da ödənişi yazmışdır. O, həmçinin oğlunun istədiyi sənədlərin surətini də vermiş, Hikmət ona bildirmişdir ki, oğlu Rövşən təklif etdiyi 5 universitetdən birinə kompyüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul olunacaqdır. Həmin müqaviləni ödəniş edən tərəf kimi o imza etmişdir. Digər tərəfdən müqaviləyə Şahid1 imza edib möhür vurmuşdur. Həmin müqavilə bağlananda o, Gülminəni şirkətdə görməmiş, imzaladığı və möhürlədiyi müqavilələr hazır vəziyyətdə Hikmətdə olmuşdur. Müqavilənin bir nüsxəsi onda, digər nüsxəsi Hikmətdə qalmışdır. Hikmət ona 2018-ci ilin sentyabr ayında oğlunun yola düşəcəyini, sonda isə 2018-ci ilin sentyabr ayının sonu yola düşəcəklərini bildirmişdir. 2018-ci ilin sentyabr ayının sonlarına yaxın şirkətə gedəndə şirkətin əməkdaşı Yusif şəxsən ona demişdir ki, «surpriz olsun, sənin oğlun Türkiyədə universitetə girmişdir». Lakin hansı universitet olduğunu deməmişdir, bildirmişdir ki, gələn ay oğlu oxumağa yollanacaqdır. 2018-ci ilin oktyabr ayında ona Hikmət zəng etmiş ki, oğlu Giresun şəhərində yerləşən dövlət universitetinin bilgisayar mühəndisliyi fakültəsinə daxil olmuşdur, xx xxxxxxx 2018-ci il tarixdə avtobusla yola düşəcəklər, Beynəlxalq avtovağzala yollansın. O, oğlunu yola salan günü Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq avtovağzalda Hikmətə növbəti pulu, yəni 255 manatı da yol pulu qismində vermişdir. Hikmət, uşaq yola düşəndə ondan avtovağzalda müqavilənin nüsxəsini geri almış, ona bildirmişdir ki, artıq oğlu universitetə qəbul olunmuşdur, şirkət olaraq işlərini görmüşlər, müqaviləni geri vermək lazımdır, o da inanıb müqaviləni vermişdir. Rövşən xx xxxxxxx 2018-ci il tarixdə yola düşüb Giresuna çatandan sonra ona zəng edib demiş ki, onları qarşılayan, universitetə dəvət edən, yerlə təmin edən olmamışdır, öz hesablarına Giresunda kirayəyə yer götürüb qalırlar. Ondan başqa həmin yerdə onunla gələn daha 3 tələbə də qalır, qalmaq pulunu özləri verirlər. Onları heç kim qəbul etməmiş və qarşılamamışdır, heç bir universitetə, təhsil ocağına aparmırlar. Rövşən o biri uşaqlarla yığışıb Giresundakı universitetə yollanmışlar, həmin universitetdə onlara bildirmişlər ki, artıq müraciət müddəti, bitmişdir, dərslər də çoxdandır ki, başlamışdır, onları aldadıblar, onlarla əlaqədar universitetə heç bir müraciət və olmamışdır, onların adı qəbul olunan tələbələrin siyahısında yoxdur. Hətta o, xxxx vasitəsi ilə oğluna Giresuna hissə- hissə olaraq pullar da göndərmişdir ki, orada yaşayış yeri ilə özünü təmin etsin. Hikmətlə danışanda sonuncu ona səbirli olmağı bildirmişdir. Bir neçə gündən sonra oğlu zəng edib demişdir ki, Gülminə Giresuna gəlib təklif edir ki, Rize şəhərində yerləşən universitetə qəbul etdirsin, hətta bununla bağlı arayış da vermişdir, həmin arayışı o, oğluna əsgərlikdən möhlət almaq üçün hərbi komissarlığa təqdim edəndə ona demişlər ki, bu universitet deyil, hazırlıq kursudur, yəni TÖMER deyilən dil hazırlığı kursudur. Ona görə onlar bundan imtina etmiş və uşaq heç yerə qəbul olunmamışdır, geri Azərbaycana qayıtdıqda Gülminə və Hikmət əvvəlcə ona müxtəlif bəhanələr gətirmiş, sonra isə pulu qaytaracağını bildirsələr də, pulunu qaytarmamışlar. Daha sonra isə onunla əlaqəni kəsmişdir. O, bir müddət gözləmiş və ziyanın ödənilmədiyini görüb polisə şikayət etmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, övladı Şahid11 xaricdə ali təhsil alması ilə bağlı maraqlandıqda onu “xxxx” MMC-nin elanı cəlb etmiş, həmin elanda qeyd edilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız ali məktəbə qəbul olmalarını təşkil edilir. 2018-ci ilin ortalarında oğlu Fuadla bərabər həmin MMC-nin Sumqayıt şəhərində yerləşən ofisinə gəlmiş, orada onları Şəhriyar adlı bir əməkdaş qarşılamış, oğlu Fuad söhbət zamanı Şəhriyara Türkiyədə biznes üzrə ali təhsil almaq istədiyini demişdir. Bundan sonra Şəhriyar onlara bildirmişdir ki, MMC olaraq 499 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəssisələrinə sənədləşmə işlərini aparıb, müraciət edib qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Bircə tələbənin Türkiyədə qəbul olunduğu ali təhsil müəssisəsinin illik təhsil haqqını keçirib oxumağa başlayırsan. Həmin təhsil haqqını da Bakı şəhərindən həmin universitetin hesabına keçirirsən. Bütün sənədləşmə və proseslər MMC tərəfindən həyata keçiriləcəkdir. Təhsil başlalmışdan əvvəl tələbə Türkiyəyə yollanacaq, orada qarşılanacaq, yaşamaq üçün yerlə təmin ediləcəkdir. Bütün bu xidmətlərə görə Şəhriyar onlardan 499 manat pul istəmişdir. 255 manat yol pulunu da yola düşən zaman əlavə olaraq verməli olduqlarını bildirmişdir. Daha sonra Şəhriyar 5 universitet və fakültə siyahılarını təqdim etmiş, oğlunun universitetlərdən birinə tələbə kimi qəbul olacağını demişdir. Razılaşma baş tutandan sonra o, oğlu ilə birlikdə xx xxxxxx 2018-ci il tarixdə həmin ofisə gələrək Şəhriyara 499 manat pul vermiş, həmin pul onun şəxsi pulu olmuşdur. Şəhriyar bundan sonra hazır müqaviləni onun qarşısına qoymuş, orada oğlunun ad, soyadını, şəxsiyyət vəsiqəsini, universitetləri qeyd edərək 499 manat ödənişi yazmışdır. Oğlu da müqaviləni imzalamışdır. Müqavilənin bir nüsxəsi ona verilmişdir. Şəhriyar sonra demişdir ki, sənədləri Bakı ofisinə təqdim etməlidirlər. Onlar da bundan sonra sənədləri hazırlayıb Bakıya gələrək qeydiyyat şöbəsində işləyən Aytən adlı qıza vermişlər. 2018-ci ilin sentyabr ayının sonlarına yaxın şirkətin Bakı ofisinin əməkdaşı Hikmət oğlu Fuada zəng edərək bildirmişdir ki, 27 sentyabrda Türkiyəyə yola düşməlidir. Yola düşən zaman o, oğlu ilə birlikdə şirkətin qarşısına gəlmiş, ondan oğlunun yola düşməsi üçün 255 manat avtobus pulu istəmişdir. O da buna razılaşmayaraq özü avtobusla oğlunu yola salacağını demiş, daha sonra oğluna hərbi xidmətlə bağlı möhlət hüququ verilmədiyi üçün özü oğlunun əvəzinə vəkalətnamə alaraq Türkiyəyə yollanmışdır. Çanaqqale şəhərinə çataraq universitet rəhbərliyi ilə digər uşaqlarla birlikdə görüşmüş, universitet rəhbərliyi də onları qəbul edərək uşaqlarla, o cümlədən onun oğlu ilə bağlı heç bir müraciət olunmadığını, uşaqların adlarının qəbul olmuş şəxslərin siyahısında olmadığını bildirmişdir. Hətta bildirmişdir ki, onları Azərbaycandakı şirkət aldatmışdır. Orda olan vaxt Şahid1 da ora gəlmiş, lakin heç bir nəticə əldə olunmamış, daha bir əməkdaş olan Yusif onu və bir neçə uşağı Kastamonu şəhərinə universitetə qəbul olmaq üçün aparmış, lakin həmin şəhərdə də qəbul alınmamışdır. Daha sonra Bakı şəhərinə geri qayıtmış, oğlunun Türkiyəyə getməyinin artıq mənasız olduğunu başa düşmüşdür. Bakı şəhərinə gələndən sonra şirkətə gedərək maraqlanmış, orada işləyən əməkdaşlar da ona demişlər ki, narahat olmasın, Təqsirləndirilən şəxs bütün uşaqların pullarını ödəyəcəkdir. Daha sonra aldadılan vətəndaşlar polisə şikayət etmişlər, o da həmin şikayətlərə qoşulmuşdur. İsbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 da Zərərçəkmiş şəxs31 ilə eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, oğlu Məhəmməd Hüseynov 2018-ci ildə Xarici Dillər Universitetinin İngilis dili fakültəsinə qəbul olunmuşdur, lakin oğlu təhsilini xaricdə almaq istədiyindən bununla bağlı maraqlandıqda diqqətlərini «xxxx» MMC-nin elanı cəlb etmişdir. Həmin elanda bildirilmişdir ki, müraciət edən orta təhsilli şəxslərin Türkiyə Respublikasında imtahansız ali məktəblərə qəbul olunması təşkil olunur. O, oğlu Məhəmmədlə bərabər həmin MMC-nin yerləşdiyi ünvan 3 ünvandakı ofisə yollanmışlar. Həmin ofisdə onları Tünzalə və Aynurə adlı şəxslər qəbul etmiş və bildirmişlər ki, MMC-nin əməkdaşlarıdırlar, 500 manat pulun müqabilində şəxslərin Türkiyədə qarantili təhsil almaları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəsissələrinə sənədləşmə işlərini aparıb, müraciət edib qeydiyyatdan keçirirlər. Sığortanı həyata keçirməklə Türkiyədə oxuyub yaşamaları üçün müvəqqəti qeydiyyatı da təşkil edirlər. Bircə tələbə Türkiyədə qəbul olunduğu ali təhsil müəsissəsinin illik təhsil haqqını keçirib oxumağa başlayır. Onların işi tələbəni ali təhsil müəsissəsində təhsilə başlamaq üçün qəbula adını yazdırmaqdır, bütün sənədləşmə və prosesslər onlar tərəfindən həyata keçiriləcəkdir. Onlar da buna qarant verir, təhsil başlamamışdan bir neçə gün qabaq tələbə Türkiyə yollanacaq, orada onu qarşılayacaqlar, yaşamaq üçün yerlə təmin edəcəklər, onların Türkiyədə adamları vardır. O, oğlu üçün qəbul etdirəcəkləri universitetin təhsil haqqını keçirəcəkdir. Yəni Türkiyədə təhsil almaq üçün qarantili qəbul təklif etmişlər. Bütün bu xidmətə görə ondan 500 manat pul istəmişlər. Yol pulunu da əlavə olaraq uşaq yola düşəndə verəcəklərini demişlər. Məhəmməddən soruşmuşlar ki, hansı universiteti və fakültəsini istəyir. Məhəmməd ona təqdim olunan universitetlərin arasından Çanaqqale universitetini seçmiş və orada beynəlxalq əlaqələr fakültəsində təhsil almaq istədiyini bildirmişdir. Razılaşma baş tutandan sonra o, Tünzaləyə həmin günü, yəni xx xxxxxx 2018-ci il tarixdə ofisdə 500 manat pul vermiş, həmin vaxtı Aynurə də Tünzalənin yanında olmuşdur. Tünzalə hazır müqaviləni onun qarşısına qoymuş, orada onun adını və soyadını, şəxsiyyət vəsiqəsini qeyd etmiş, 500 manat ödənişi yazmış, həmçinin Məhəmmədin ali təhsil almaq istədiyi Çanaqqala universitetinin və fakültəsini öz xətti ilə qeyd etmişdir. O, həmin müqaviləyə ödəniş edən tərəf kimi imza etmiş, digər tərəfdən müqaviləyə Şahid1 imza edib möhür vurmuşdur. Həmin müqavilə bağlananda Gülminəni o, şirkətdə görməmiş, imzaladığı və möhürlədiyi müqavilələr hazır vəziyyətdə Tünzalədə olmuşdur. Tünzalə ona bildirmişdir ki, 2018-ci ilin avqust ayında oğlu Türkiyəyə yola düşəcəkdir. Lakin avqust ayının sonlarında oğlugil yola düşməmişlər, sonra sentyabr ayına uzatmışlar, o, dəfələrlə danışmış və sonda Tünzalə ona bildirmişdir ki, 2018-ci ilin sentyabr ayının 27-də yola düşəcəklər. O, həmin günü, yəni xx xxxxxxxx 2018-ci il tarixdə oğlu Məhəmmədi «xxxx» MMC-yə gətirmiş, ondan başqa digər valideynlər də, uşaqlarını Türkiyəyə yola salmaq üçün gətirmişlər. O həmin günü, yəni xx xxxxxxxx 2018-ci il tarixdə 250 manat pulu Aynurəyə vermiş, sonuncu da həmin 250 manat pulu Gülminəyə vermiş, Gülminə də həmin 250 manat pulu öz çantasına qoymuşdur. Həmin pulu yol pulu adı ilə ondan almışlar. Ondan başqa digər valideynlər də yol pulu kimi Gülminəgilə pullar vermişlər. Beləliklə, oğlu Türkiyədə təhsil almaq adı ilə xx xxxxxxxx 2018-ci il tarixdə gecə saatlarında avtobusla yola düşmüş və oraya çatanda ona zəng etmişdir. Məhəmmədlə danışanda sonuncu ona bildirmişdir ki, onları qarşılayan, universitetə dəvət edən, yerlə təmin edən olmamışdır, öz hesablarına Çanaqqala şəhərində kirayəyə yer götürüb qalırlar. Ondan başqa həmin yerdə onunla gələn daha 3 nəfər tələbə də qalır, qalmaq pulunu özləri veriblər. Onları heç kim qəbul etməmiş və qarşılamamışdır, pərakəndəlikdir, heç bir universitetə, təhsil ocağına aparmırlar. Gülminə hələ Bakı şəhərində ona demişdir ki, özü də uşaqlarla Türkiyəyə yola düşəcəkdir, lakin o, öyrənmişdir ki, Gülminə Bakı şəhərindədir. Sonradan Məhəmməd özləri uşaqlarla Çanaqqala universitetinə yollanıblar, onlara bildiriblər ki, heç biri Çanaqqala universitetə qəbul olunmamışdır, onları aldadıblar, onlarla bağlı universitetə heç bir müraciət olunmamışdır, artıq qəbul da bir müddət əvvəl avqust ayında sonra yetmişdir, onlara heç bir köməklik edə bilməzlər. Beləliklə, uşaqların adı qəbul siyahısında olmadığından, yəni qəbul olmadığından, onlar üçün universitetin, yəni dövlət yataqxanasında da heç bir yer təşkil olunmamışdır, ona görə Məhəmməd gedib özləri başqa özəl bir yerdə yaşamaq üçün kirayəyə yer götürüb orada qalmışlar. Sonradan şirkətin əməkdaşı Yusif Türkiyəyə yollanmışdır və orada oğlugilə vəd vermişdir ki, onların işlərini düzəldəcəkdir, bir az gözləsinlər, nəticədə uşaqlar bir illik başqa özəl yerdə yaşamaq üçün müqavilə bağlayıb hər uşağa əlavə olaraq 250 ABŞ dolları da pul ödəmişlər. Lakin 18 gün ərzində işlərində heç bir irəliləyiş olunmadığından və universitet onları qəbul etmədiyindən geri qayıtmaq qərarına gəlmişlər. Hətta oğlu ona Turkiyədəki dekanın səsini də whatsapla atmışdır. O, artıq aldadıldığına əmin olandan sonra oğluna bildirmişdir ki, geri Azərbaycana qayıtsın, uşaq bir təhər ölkəyə geri qayıtmışdır. Bundan sonra o, «xxxx» MMC-yə yollanmış, orada Gülminə ilə görüşəndə sonuncu ona bildirmişdir ki, guya üniversitetlərin rektorlarının Rüstəmlə şəxsi qərəzliyi vardır, onlar öz işlərini görmüşlər, ondan aldığı pulu başqa pullarla bərabər Rüstəmə göndərmişdir, pullarını qaytaracaqdır. Ondan başqa digər valideynlər də pullarını istəməklə dəymiş maddi zərərləri tələb etmişlər. Sonra Gülminə yoxa çıxmış, eşitmişlər ki, Hikmət onu aeroportdan yola salmışdır. Gülminə zəng edərək baş verənləri Rüstəmə demiş və Rüstəm də Hikmətə göstəriş vermişdir ki, Gülminəyə bilet alıb Türkiyəyə yola salmaqla aradan çıxartsın. Gülminə gedəndən sonra şirkətdə işləyən Tünzalə və Aynurə ona narahat olmamağı, pullarını geri qaytaracaqlarını, Rüstəmin bu işdən xəbərdar olduğunu demişdir. Lakin aldadıldıqlarını anlayıb polisə şikayət etmişlər. Polisə şikayət edəndən sonra onları polisə çağırmışlar və izahatları alınmışdır, lakin Rüstəm və Gulminə Bakı şəhərinə gəlməmişlər, onlarla telefonla danışanda Rüstəm və Gulminə bilmişlər ki, polisə şikayət edilmişdir. Buna baxmayaraq, onun pulunu hazırki vaxta qədər qaytarmamışlar, ondan cəmi alınan pul 500 manat və 250 manat olmaqla ümumilikdə 750 manat olmuşdur. Əlavə olaraq Türkiyədə qalmaq və qayıtmaq xərclərini də nəzərə alanda ona əlavə olaraq 1000 manat da ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iş üzrə zərərçəkmiş 34 nəfərdən sadəcə iki nəfəri ona pul vermiş, yerdə qalan 32 nəfər isə pulları digər satış təmsilçilərinin vasitəsilə şirkətə ödəmişlər. Tünzalə, Yusif və Hikmət satış menecerləridir deyə pulların alınmasına onlar baxmışlar. O, daxili əmrlə icraçı direktor vəzifəsində olmuşdur. O, heç bir müqaviləyə özbaşına imza və möhür atmamış, günün sonunda müqavilələrə uyğun olaraq pullar götürülərək maaşlara və şirkətin digər xərclərinə ödənmişdir. O, özbaşına olaraq heç bir yerə pul xərcləməmişdir. Çox tələbələri Türkiyə universitetlərində təhsil üçün göndərmişlər, sadəcə Çanakkale universitetinə qəbulları alınmamış deyə iş bu yerlərə qədər gəlib çıxmışdır. Onlardakı səhlənkarlıq belə olmuşdur ki, universitetlərə inanmışlar ki, 100 faiz olaraq namizədlər türk universitetlərinə qəbul olunacaqlar. 17 gün sonra valideynlərə hər şeyi başa salmaq üçün Türkiyəyə getmiş və qəbul olunmayan namizədləri Kastamon universitetinə qəbul etdirmişdir. Rüstəm ona demişdir ki, pulları götürsün, qəbul alınmadıqdan sonra o pulları bəzi valideynlərə geri qaytarmışdır. Ofisin işçiləri ilə valideynlər arasında məbləğdə razılaşa bilmədiklərinə görə pullar qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, şirkətdə qeyri-rəsmi olaraq işləyərək 400 manat əməkhaqqı almışdır. O, müqavilə bağlamaq işlərinə baxmamışdır. Çanakkale universitetindən qabaq bütün universitetlərə qəbul alınmışdır. Çanakkale universitetinə qəbul alınmadıqda Gülminənin ağladığını görmüş, Rüstəm demişdir ki, hələ universitetlərə qəbul olunma alınmadığına görə valideynləri və tələbələri Türkiyəyə göndərməsinlər. Hikmət onlara demişdir ki, hər şey hazırdır, tələbələri Türkiyəyə göndərmək lazımdır. O, Hikmətlə bir otaqda şirkətdə fəaliyyə göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, şirkətdə satış meneceri vəzifəsində işləmiş, onun əvvəllər heç bir yerdə iş təcrübəsi olmamış, həmin şirkətdə necə öyrədiblərsə eləcə də işləri icra etmişdir. Onun funksiyası valideynləri qarşılayaraq ilkin məlumat vermək, hansı universitetdə hansı fakültəni ala bilmələrini izah etməkdir. Rüstəm ona demişdir ki, onun vəzifəsi müqavilələrə imza etmək və yerləri valideynlərə bildirməkdir. Onların heç bir universitetlərlə müqaviləsi olmamışdır. Sonradan Çankırı universitetinə qəbul olmuş deyə uşaqların bəziləri həmin universitetlərə qəbul olunmuşdur. Sonradan valideynləri Bəxtiyara yönləndirmiş, Bəxtiyar da demişdir ki, hansısa universitetlərə qəbul olacaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Ənvər oğlu ifadəsində göstərdi ki, mart ayında işə qəbul olunmuş, şirkətdə hansı işlər necə gedirdi ona hər şeyi başa salmışlar və işləməyə başlamışdır. Ona universitetlərə qəbulla bağlı müraciətlər daxil olmuşdur. Satış təmsilçisi olaraq vəzifəsi gələn şəxslərə məlumatlar vermək, universitetləri təklif etməkdən ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o da eyni ilə digər işçilər kimi işə qəbul olunmuş, yeni işçi olduğu üçün şirkətdə hansı işlər necə gedirdi ona hər şeyi başa salmışlar, o da işləməyə başlamışdır. Ona universitetlərə qəbulla bağlı müraciətlər daxil olan zaman satış təmsilçisi olaraq vəzifəsindən irəli gələn öhdəliklərlə şəxslərə almaq istədikləri fakültələr barədə məlumatlar vermiş və müxtəlif universitetlər təklif etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2018ci ilin iyul ayında işsiz olduğundan tanışları vasitəsi ilə «xxxx» MMC-də iş olduğunu, MMCnin işçi axtardığını eşidərək həmin MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 11 ünvanına gəlmiş, orada onu MMC-nin icraçı direktoru Şahid1 qarşılamış, daha sonra MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə görüşmüş, onunla ümumi söhbət etmiş, ofis meneceri kimi onu işə götürə biləcəklərini demişlər. Hər ay ona əmək haqqı kimi 400 manat verəcəklərini də demişlər. O da razılaşmış, MMC-yə gələrək işə başlamışdır. «xxxx» MMC ilə onun arasında heç bir əmək müqaviləsi bağlanmamış, qeyri-rəsmi olaraq işə götürülmüşdür. Həmin vaxt işsiz olduğuna görə bu cür işləməyə məcbur olmuşdur. MMC-də əsas işi MMC-nin direktoru Təqsirləndirilən şəxs və icraçı direktor Şahid1 texniki məsələlərdə köməklik göstərməkdən ibarət olmuşdur. Kompyuterdə müəyyən cədvəllərin hazırlanması, reklamların, elanların hazırlanması, yerləşdirilməsi və sair bu kimi işlərin görülməsində yardımçılıq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs işgüzar görüşlərini MMC-də təşkil etmişdir. İşlədiyi vaxtlar MMC-yə çoxlu sayda vətəndaşlar Türkiyə Respublikasında imtahansız ali təhsil almaları üçün müraciət etmişlər. MMC-nin əsas iş fəaliyyəti də bundan ibarət olmuşdur. Həmin şəxsləri MMC-nin icraçı direktoru Şahid1, qeyri-rəsmi olaraq satış təmsilçiləri işləyən Şahid4, Şahid2 və Şahid3 qəbul etmişlər, müxtəlif məbləğlərdə pullar alaraq müqavilələr bağlamışlar. O, bu işlərdən kənar olmuş, yəni həmin işlər onun səlahiyyətinə daxil olmamışdır. Sadəcə orada işçi olduğu üçün bütün baş verənləri müşahidə edə bilmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında Nəsimi rayon polis idarəsi tərəfindən həbs edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Niyazlı oğlu ifadəsində göstərdi ki, 1963-cü ildə Zəngilan rayonu, Vənətli kəndində anadan olmuş, 2-ci qrup Qarabağ əlilidir. Şahid15 onun böyük övladıdır. Oğlu Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır, həmçinin orda yerləşən universitətlərdə ali təhsil alır və işləyir. Oğlu, Təqsirləndirilən şəxs ilə bərabər Rüstəmin xahişi ilə “xxxx” MMC adlı şirkətdə işləmişdir. Oğlu, Rüstəmlə tanış olandan sonra Rüstəmin özü Bəxtiyara iş təşkil etmişdir ki, bərabər xaricdə təhsili təşkil etsin, yəni Azərbaycanlı uşaqların universitetə qəbul olunmasında köməkçi olsun. Oğlu ilə bərabər baldızı X45 da işləmişdir. Sonradan məlum olmuşdur ki, Bəxtiyar bir müddət, yəni 2018-ci ilin yayında Rüstəmlə bərabər Türkiyədə təhsilin təşkili ilə bağlı Rüstəmə kömək etsə də, sentyabr ayında Bəxtiyarın Rüstəmlə münasibətləri pozulmuş və Bəxtiyar Rüstəmə kömək etməkdən imtina etmişdir. Hazırda oğlu Bəxtiyar və Əsmər Türkiyə Respublikasındadırlar. Bilir ki, çoxlu sayda vətəndaşlar Təqsirləndirilən şəxs şirkətindən aldanıldıqlarına görə şikayət ediblər və polisdə araşdırma aparılıb. Rüstəm də bunu bilib və polisdən gizlənmişdir. Bəxtiyar onunla telefonla danışanda demişdir ki, Təqsirləndirilən şəxs təhdidinə məruz qalır, Rüstəm deyir ki, əgər Bəxtiyar yenidən işləməsə, uşaqların Türkiyədə təhsilinin təşkilində yardım etməsə, yanına qayıtmasa Bəxtiyarı islam qanunları ilə cəzalandıracaqdır. Bəxtiyar da hətta Təqsirləndirilən şəxs tərəfindən ölümlə hədələməsi ilə bağlı İstanbul şəhərində yerləşən Küçük Çekmece adlanan ərazidəki savçılıq adlanan quruma xx xxxxx 2019-cu il tarixdə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əvvəllər orta məktəbdə ingilis dili müəllimi işləmişdir. xx xxxx 2018-ci ildə işə başlamışdır. O, Gəncədə yaşamış işə başladığı üçün Bakı şəhərinə köçmüşdür. Onun şirkətdəki öhdəliyi şirkətə müraciət edən tələbələrin sənədlərini yoxlayıb düzəlişlər edərək şirkətə təhvil verməkdən ibarət olmuşdur. İndiyə qədər 200-dən çox tələbə şirkətə müraciət etmişdir. Gülminə xanım şirkətin idarəedici rəhbəri vəzifəsində işlədiyi üçün tələbələr müraciət edərkən sonda tələbələri Gülminə xanıma yönləndirmişlər, o da tələbələrlə şirkətin adından müqavilə bağlamışdır. Bu hadisə baş verənə kimi şirkətin vasitəçiliyi ilə 200-ə yaxın tələbə Türkiyə universitetlərinə qəbul olunmuşdur. Qəbul olunan tələbələrin hamısı hal-hazırda da universitetlərdə təhsil almağa davam edirlər. Bu hadisələrin baş verməsi yəni, valideynlər tərəfindən şikayətin səbəbi şirkət rəhbərliyi ilə Türkiyə universitetləri arasındakı anlaşılmazlıqdır, yəni, Türkiyə universitetinin şirkət arasındakı anlaşmanın yerinə yetirilməməsidir. Onlar şirkətə gələn tələbələrin sənədlərini alaraq məlumat mərkəzinə təqdim etmişlər, onlar da sənədləri alıb skan edərək şirkət rəhbərliyinə göndərmişlər, bu əsasla şirkətin bütün öhdəlikləri və bütün bu anlaşılmazlıq rəsmi və qeyrirəsmi olaraq şirkət rəhbərliyinin məsuliyyətidir. O, indiyə qədər heç bir tələbə və valideyni aldatmamışdır. Heç bir vətəndaşı qəbul etməmiş və onlardan pul almamışdır. Şirkətdə pulları Gülminə xanım almışdır. O, şirkət tərəfindən 3000 manat və Türkiyədə təhsil alan bir tələbədən ona düşən 750 manat miqdarında pulu almışdır. O, heç bir tələbədən və onların valideynlərindən pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs rəhbəri olduğu şirkətin binasında işləməyə başlayandan bir müddət sonra Rüstəmlə münasibətləri pisləşməyə başlamışdır. Düşünmüşdür ki, Rüstəmlə aralarında mübahisə olmağındansa həmin şirkətdən uzaqlaşsın. Onun özünün də Rüstəmin şirkəti olan “Elit” akademiya kimi şirkəti var və Türkiyə universitetlərinə tələbə qəbulu ilə məşğuldur. Bir müddət sonra Gülminə xanım zəng edərək onlara kömək etməsini istəmişdir. O, öyrənmişdir ki, Rüstəmgilin Türkiyə universitetlərinə qəbuluna söz verərək qəbul etdirə bilmədikləri tələbələr valideynləri ilə birlikdə Türkiyədə çarəsiz qalmışlar. O, təkcə Rüstəmə və işçilərinə kömək etmək məqsədi ilə deyil həm də bir azərbacanlı olaraq Azərbaycan vətəndaşları olan tələbələrə və valideynlərə yardım məqsədi ilə bu işdə onlara kömək etməyə başlamışdır. O, bir şərtlə həmin tələbələrə köməklik etməyə razılaşmışdır ki, ona Türkiyə universitetlərindən bildirmişlər ki, universitetə Afrika, Qırğızıstan, Özbəkistan, Qazaxıstan kimi ölkələrdən tələbələr qəbul olub, amma maddi imkanları olmadığından universitetə gələ bilmirlər, onlar universitetə hər adama 700 tl pul köçürsələr həmin tələbələr bura gələ bilər, onlarda bu tələbələri həmin pul qarşılığında universitetə qəbul edə bilərlər. O da universitetin onlara qoyduğu şərti tələbələr və valideynlərə çatdırmış, ilkin ödəniş olan 1000 dollardan çox pulu universitetə ödəmişlər. O, 36 nəfər universitetə qəbul oluna bilməyən tələbələrin siyahısını Gülminədən istəmişdir. Həmin otuz altı nəfər tələbənin iyirmi altısı onun vasitəsilə Kastomonu universitetinə qəbul olunmuşdur. Ona Rüstəm tərəfindən heç bir ziyan dəyməmişdir, kömək məqsədi ilə həmin uşaqları universitetlərə yerləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Mütalib qızı ifadəsində göstərdi ki, bu işdə onun vəzifəsi müqavilələri papkalaşdıraraq skan edib yığmaq olmuşdur. O, bu şirkətdə sadə işçi olmuş, şirkətdə pulla bağlı heç bir məsələyə qarışmamış və xəbəri olmamışdır. Onun bildiyinə görə pullar Rüstəmə göndərilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X114 küçəsi, ev 32-dir, xx.xx.2014-ci il tarixdə qeydiyyata alınmaqla ********** saylı X6 Nömrəsi (VÖEN) verilmişdir. MMC-nin rəhbəri xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur, fəaliyyət növü hazırlıq kurslarıdır, aktivdir və 2 nəfər işçi vardır. Eyni zamanda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 3, mənzil 43-dür, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla ********** saylı X6 Nömrəsi (VÖEN) verilmişdir. MMC-nin rəhbəri xx.xx.1990-cı il təvəllüdlü Şahid1dır, fəaliyyət növü hazırlıq kursudur, aktivdir və 1 nəfər işçi vardır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “xxxx” MMC (VÖEN **********) “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” fəaliyyət növü ilə, “xxxx” MMC (VÖEN **********) isə “hazırlıq kurslarının fəaliyyəti” növü ilə vergi orqanında qeydiyyata alınmışdır, lakin araşdırma nəticəsində əldə edilmiş məlumata əsasən həmin cəmiyyətlərin fəaliyyət sahəsi “xaricə ali təhsil almaq üçün tələbələrin göndərilməsi” olmuşdur. “xxxx” MMC tərəfindən təqdim edilmiş əmək haqqı barədə arayışa və əmrə əsasən həmin cəmiyyətin faktiki olaraq digər işçiləri də olmuşdur. Cəmiyyət tərəfindən həmin işçilərlə əmək müqaviləsi bağlanmamışdır. Məktuba əlavə edilmiş əmək haqqı barədə arayışdan görünür ki, Gülminə, Tünzalə, Hikmət, Yusif , Aynur, Aytən və digər adlı işçilər müxtəlif vaxtlarda qeyri-rəsmi işləyərək əmək haqqı almışlar. Həmçinin xx xxxx 2018-ci il tarixli əmrin surətindən görünür ki, “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə daxili əmr imzalamaqla Şahid1 həmin MMCnin icraçı direktoru təyin etmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 11 ünvanında yerləşən “xxxx” MMC-nin ofisinin inzibati binasında axtarış aparılarkən oradan 1 ədəd “Asus” markalı, 2012-09 rəqəmli, qara rəngdə noutbook kompüter (siçanı, elektrik qidalandırıcı naqili ilə bərabər), dəftərlər, çoxlu sayda bloknotlar, qeydlər, order, vərəqələr, qəbzlər, ödənişlər barədə məlumatlar, qeydiyyat jurnalları, möhür yastığı, 1 ədəd flaskart, 1 ədəd “Epson” L210 markalı, S29K203857 nömrəli rəngli printer (elektrik qidalandırıcı naqili ilə bərabər), 1 ədəd Toshiba markalı, LAN MAC OC54A54AO3F6 nömrəli metallik rəngində noutbook kompüteri, 1 ədəd “Toshiba” markalı, S75-A7221, 7D178087C rəqəmli, qara rəngli noutbook kompüter, 1 ədəd “Toshiba” markalı, 0024D249E1F8, 159129382QSSAHCO1PO1HRUB rəqəmli, qara rəngdə noutbook kompüter, kompüter üçün ZYKLEN markalı siçan, 02 ədəd elektrik qidalandırıcı naqil, 1 ədəd “Epson” V 19 markalı, R-41051918 rəqəmli, VC9Y 049878 nömrəli skayner, kompüter üçün elektrik naqilləri, aplle siçanı, yaxacıqlar, Əkbər Novruzov, Surxay Əliyev, Şahid11, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs10, Fehruz Qasımov, Gülnarə Kərimova, Faiq Qurbanov, Hüseyn Bağırov, Zərərçəkmiş şəxs22, Sübhan Əliyev, Nihat Abdullayev, Nurlan Hacıyev, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19, Cəmil Abdullayev, Ruhlan Cəfərov, Sevinc Ağayeva, Aynur Əliyeva, Gülmira Qasımzadə, Aynur Əzizova, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs18, Sevinc Səmədova, Dilarə Mirzəyeva, Turqay Səfərov, Pərviz Rzayev və digərləri ilə “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış müqavilələr, Səadət Hacıməmmədova, Şəbnəm Rəhimova, Aysel Rəhmanova, Yusif Məmmədov və digərləri ilə ADM şirkəti arasında bağlanmış müqavilələr, ödəniş qəbzləri protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmaqla qablaşdırılıb götürülmüş və şəkillər çəkilmişdir. Axtarış zamanı götürülmüş əşyalardan və protokola əlavə edilmiş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs rəhbəri olduğu “xxxx” MMC ilə çoxsaylı vətəndaşlar arasında 2018-ci il tarixdə, eləcə də əvvəlki illərdə xidməti müqavilələr bağlanaraq, vətəndaşların Türkiyə Respublikasında attestat ilə imtahansız ali təhsil alması təşkil edilmiş, bununla bağlı müvafiq sənədləşmələr hazırlanmış, Türkiyə Respublikasında yerləşən universitetlərin siyahısı tutulmuş, heç bir yerdə rəsmi qeydiyyatı aparılmayan müxtəlif məbləğlərdə ödənişlər qəbul edilmiş, müraciət etmiş vətəndaşların ad soyadları, onların mobil telefon nömrələri əks olunmuş siyahılar tərtib edilmiş, kimin hansı universiteti istəməsi və nə qədər pul ödəməsini, eləcə də MMC-nin əməkdaşlarına və işlərinə xərclənmiş pulların məbləğlərini əks etdirən müxtəlif səpkidə qeyri-rəsmi qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs, Şahid1 və Şahid15 adlarına bank hesabları olduğu təqdirdə həmin hesablarla bağlı sənədlərin, eləcə də “5247 4805 0337 3132” nömrəli bank kartı ilə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixinədək aparılmış hesablaşmaların, maliyyə əməliyyatları barədə çıxarışların “xxxx” ASC-dən götürülməsinə dair verilmiş müvafiq vəsatət və təqdimat əsasında Bakı şəhəri Nəsimi rayon məhkəməsi həmin məlumatların götürülməsi üçün xx.xx.2019-cu il tarixdə qərar qəbul etmişdir. Həmin qərarın icrası ilə əlaqədar “xxxx” ASC-dən daxil olmuş xx xxxx 2019-cu il tarixli, 1346 nömrəli məktubdan görünür ki, qərarda adları qeyd edilən şəxslərdən yalnız Şahid15 adına “xxxx” ASC-də olan **********29698407 saylı kart hesabında 7,68 ABŞ dolları, **********29698401 saylı kart hesabında 1,48 ABŞ dolları, **********29698408 saylı kart hesabında 16,16 AZN və **********29698406 saylı kart hesabında 2,47 Avro məbləğində vəsait mövcuddur. Şahid15 adına olan “5247 4805 0337 3132” nömrəli AZN bank kartının xx.xx.2018ci ildən xx.xx.2019-cu il tarixinədək olan hesab üzrə çıxarışından görünür ki, həmin hesaba 31327,39 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 31309,83 manat məbləğində pul vəsaiti məxaric edilmişdir. Qeyd olunan pul vəsaiti kartın hesabına Azərbaycan Respublikasından mədaxil edilmiş və 2018-ci ilin iyul ayından başlayaraq kart hesabına köçürmələr tez-tez həyata keçirilmişdir. Karta mədaxil edilmiş pul vəsaitinin böyük hissəsi 2018-ci ilin iyul ayından başlayaraq 2018-ci ilin oktyabr ayı da daxil olmaqla Özbəkistan Respublikası və Türkiyə Respublikasında məxaric edilmişdir. Şahid1 adına “xxxx” ASC-də (əvvəllər X115” adlanan) olan AZN kart hesabının (hesab nömrəsi - ********************) xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək çıxarışından görünür ki, həmin dövr ərzində həmin hesaba 8824,85 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, 8822,99 manat məbləğində pul vəsaiti məxaric edilmişdir. Qeyd olunan pul vəsaiti kartın hesabına 2018-ci ilin iyun ayından başlayaraq 2018-ci ilin avqust ayı da daxil olmaqla Azərbaycan Respublikasından mədaxil edilmişdir. Karta mədaxil edilmiş pul vəsaiti Türkiyə Respublikasında məxaric edilmişdir. Pul vəsaitlərinin köçürülməsini təsdiq edən qəbzlərin şəkillərindən görünür ki, müxtəlif məbləğlərdə pul vəsaitləri əsasən “xxxx” ASC-nin Nərimanov rayon filialında yerləşən ATM vasitəsi ilə köçürülmüş və daha sonra həmin qəbzlərin şəkilləri çəkilmişdir. Qeyd olunan qəbzlərdən bəzilərinin şəkilləri Şahid1 tərəfindən Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsində göndərilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən həmin şəbəkədə “5247 4805 0337 3132” nömrəli, “xxxx” AZN kartı və “4192 5500 1005 9644” nömrəli, “X115” (indiki xxxx) AZN kartının şəkilləri pul köçürülməsi üçün Şahid1 göndərilmişdir. Həmin şəxslər arasında olan yazışmalardan da görünür ki, Təqsirləndirilən şəxs MMC-nin fəaliyyətinə tamamilə nəzarət etmiş, Şahid1 müxtəlif vaxtlarda müxtəlif iri məbləğlərdə pul vəsaiti istəmiş, sonuncu tərəfindən də istənilən pul vəsaitləri Təqsirləndirilən şəxs dərhal qeyd olunan kartlara köçürmə yolu ilə göndərilmişdir. Şahid1 tərəfinən Təqsirləndirilən şəxs gündəlik görülmüş işlər barədə hesabatlar verilmiş, bağlanmış müqavilələr, ödənişlər barədə, universitetlərə qəbul işləri ilə bağlı mütəmadi məlumatlar ötürülmüşdür, müzakirələr aparılmışdır. MMC-yə daxil olmuş pul vəsaitləri Təqsirləndirilən şəxs icazəsi ilə xərclənmiş, onun icazəsi olmadan hər hansı bir addım atılmamışdır. “xxxx” MMC-nin möhürü Şahid8 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş möhür xx xxxxxxxx 2019-cu il tarixli qərar və qərar əsasında tərtib edilmiş protokolla götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. “xxxx” MMC-nin möhürü Şahid1 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş və möhür xx xxxxxxx 2019-cu il tarixli qərar və qərar əsasında tərtib edilmiş protokolla götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. İstintaq zamanı Şahid1 istifadəsində olmuş “mailto:gulmina.ibrahimova@gmail.comElektron ünvan ” email adresinə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı “xxxx” MMC-nin 3 aylıq hesabatı, Türkiyə Respublikası Giresun və Çanakkale universitetlərinə qəbulu həyata keçiriləcək tələbələrin siyahısı, həmin tələbələrin sənədlərinin Təqsirləndirilən şəxs email adresinə göndərilməsini təsdiq edən yazışmalar və digər yazışmalar müəyyən edilərək çıxarılmış və protokola əlavə edilmişdir. İstintaq materiallarında olan, «xxxx» MMC-yə müraciət etmiş Zərərçəkmiş şəxs10 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, xx.xx.2018-ci il tarixli, EA41/18 №-li, Zərərçəkmiş şəxs25 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs28 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs31 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs21 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs3 və arvadı Zərərçəkmiş şəxs29 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA4/18 №-li və xx.xx.2018-ci il tarixli, EA5/18 №-li, Zərərçəkmiş şəxs1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA7/18 №-li, Zərərçəkmiş şəxs17 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA39/18 №-li, Zərərçəkmiş şəxs6 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs33 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA63/18 №-li, Zərərçəkmiş şəxs18 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA49/18 №-li, X46 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs12 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs19 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs8 qızı ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs15 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, X26 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs11 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA159/18 №-li və xx.xx.2018-ci il tarixli, EA160/18 №-li, Zərərçəkmiş şəxs23 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs22 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs24 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA32/18 №-li, Zərərçəkmiş şəxs30 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs9 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs16 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs13 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs5 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidmət müqavilələri, habelə “xxxx” MMC və “xxxx” MMC-nin möhürləri, cinayət işi materiallarında olan “whatsapp” sosial şəbəkəsində aparılmış yazışmalar, “5247 4805 0337 3132” nömrəli, “xxxx” AZN kartı və “4192 5500 1005 9644” nömrəli, “X115” (indiki xxxx) AZN kartından hesab çıxarışları cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq maddi sübut qismində tanınmışdır. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs həmçinin ittiham verilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmə məqsədilə X23 Türkiyə Respublikası Çanakkale şəhərində yerləşən ali təhsil müəssisəsinin beynəlxalq münasibətlər fakültəsinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs25 xx xxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid1 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs25 təqdim etmiş, bundan başqa o, X47 Türkiyə Respublikası Giresun, İgdır, Karabük, Artvin və Ardahan şəhərlərində yerləşən universitetlərdən birində elektronika mühəndisliyi fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs28 xx xxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid1 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs28 təqdim etmiş, bundan başqa o, Şahid11 Türkiyə Respublikası Çanakkale, Uşaq, Aksaray və Kastamonu şəhərlərində yerləşən universitetlərdən birində işlətmə fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs31 xx xxxxxx 2018-ci il tarixdə 499 (dörd yüz doxsan doqquz) manat pul vəsaitini Şahid1 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs31 təqdim etmiş, bundan başqa o, X33 Türkiyə Respublikasında yerləşən Çanakkale, Çankırı Karatekin, Bülend Ecevit, Sinop və Karabük universitetlərindən birində bankçılıq və ya maliyyə sahəsində olan fakültələrin birinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs21 xx xxxxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid1 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs21 təqdim etmiş, bundan başqa o, X15 Türkiyə Respublikası Zonquldak, Sakarya və Çanakkale şəhərlərində yerləşən universitetlərdən birində tarix fakültəsinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun bacısı Zərərçəkmiş şəxs17 2018-ci ilin iyun ayının sonlarında 250 manat, xx xxxx 2018-ci il tarixdə 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA39/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs17 təqdim etmiş, bundan başqa o, Zərərçəkmiş şəxs6 Türkiyə Respublikası Rize şəhərindəki X99 adına universitet, Giresun, Artvin, Giresun, Gümüşhane və Denizli şəhərlərindəki dövlət universitetlərindən birində iqtisadi idari bilimler, bankaçılıq və turizm fakülətələrinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla həmin şəxsdən xx xxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs6 təqdim etmiş,bundan başqa o, X9 Türkiyə Respublikası Çanakkale universitetinin beynəlxalq əlaqələr fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs33 xx xxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA63/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs33 təqdim etmiş, bundan başqa o, Zərərçəkmiş şəxs18 Türkiyə Respublikası Çanakkale şəhərində yerləşən «18 mart» universiteti, Sakarya şəhərində yerləşən Osmanqazi universiteti və ya Denizli şəhərində yerləşən Pamukkale universitetlərindən birində turizm fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla həmin şəxsdən xx xxxxxx 2018-ci il tarixdə 180 manat, xx xxxxxx 2018ci il tarixdə 300 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat pul vəsaitini Şahid4 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA49/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs18 təqdim etmiş, bundan başqa o, X24 Türkiyə Respublikasında yerləşən X93, Gümüşhanə, Artvin, Ardahan və Giresun universitetlərindən birində işlətmə fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası X16 xx xxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Kamalə Abbasovaya təqdim etmiş, bundan başqa o, X25 Türkiyə Respublikası Giresun şəhərində yerləşən universitetlərdən birində turizm fakültəsinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs12 xx xxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs12 təqdim etmiş, bandan başqa o, X48 Türkiyə Respublikası Kastamonu, Çanakkale, Bartvin, Bulent Ecevit, Düzce və Karabük şəhərlərində yerləşən dövlət universitetlərindən birində bilgisayar mühəndisliyi və ya turizm fakültələrindən birinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası Zərərçəkmiş şəxs8 qızından xx xxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs8 təqdim etmiş, bundan başqa o, X27 Türkiyə Respublikası Rize, Artvin, Gümüşhane və Giresun şəhərlərində yerləşən universitetlərdən birində turizm, kamu yönetimi fakültəsinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası Zərərçəkmiş şəxs15 xx xxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs15 təqdim etmiş, bundan başqa o, X28 Türkiyə Respublikası Çanakkale şəhərində yerləşən dövlət universitetinin kompyuter mühəndisliyi fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası X4 2018-ci ilin avqust ayının sonlarında 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №li xidməti müqaviləni Şövqiyyə Qarayevaya təqdim etmiş, bundan başqa o, Zərərçəkmiş şəxs26 Türkiyə Respublikası Giresun şəhərində yerləşən universitetlərdən birində siyasət və dövlət idarəçiliyi fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla həmin şəxsdən 2018-ci ilin avqust ayının sonlarında 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə almış, bundan başqa o, X17 Türkiyə Respublikası Giresun şəhərində yerləşən universitetlərdən birində menecerlik fakültəsinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs14 2018-ci ilin sentyabr ayının sonlarında 500 (beş yüz) manat pul vəsaitini Şahid4 vasitəsi ilə almış, bundan başqa o, Şahid1 və Şahid3 vasitəsi ilə X64 Türkiyə Respublikası Çanakkale, Samsun, Kastamonu və Ankara şəhərlərində yerləşən ali təhsil müəssisələrindən birində sosiologiya və psixiologiya fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs23 xx xxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid3 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №li xidməti müqaviləni Zərərçəkmiş şəxs23 təqdim etmiş, bundan başqa o, Zərərçəkmiş şəxs22 Türkiyə Respublikası Çanakkale şəhərində yerləşən 18 mart universitetinin bilgisayar yazılımçılıq fakülətəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla həmin şəxsdən 2018-ci ilin iyul ayının əvvələrində 500 (beş yüz) manat pul vəsaitini Şahid3 vasitəsi ilə almaqla, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs22 təqdim etmiş, bundan başqa o, Şahid1 və Şahid2 vasitəsi ilə X5 Türkiyə Respublikası Çanakkale şəhərində yerləşən dövlət universitetinin beynəlxalq münasibətlər fakültəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun atası Zərərçəkmiş şəxs24 xx xxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid2 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA32/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs24 təqdim etmiş, bundan başqa o, X34 Türkiyə Respublikası Çanakkale, Kırıkkale, Çankırı şəhərlərində yerləşən ali təhsil müəssisələrinin birində bilgisayar mühəndisliyi və ya turizm fakültələrindən birinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası Zərərçəkmiş şəxs9 2018-ci ilin avqust ayının ortalarında 500 (beş yüz) manat pul vəsaitini Şahid2 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs9 təqdim etmiş, bundan başqa o, X35 Türkiyə Respublikası Giresun şəhərində yerləşən universitetlərdən birinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası Zərərçəkmiş şəxs34 2018-ci ilin sentyabr ayının əvvəllərində 500 (beş yüz) manat pul vəsaitini Şahid2 vasitəsi ilə almış, bundan başqa o, Zərərçəkmiş şəxs13 Türkiyə Respublikası Çankırı şəhərində yerləşən universitetlərin birində bankaçılıq və finans fakültəsinə imtahansız tələbə kimi qəbul olunmaları, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla həmin şəxsdən xx xxxxxxxx 2018-ci il tarixdə 499 (dörd yüz doxsan doqquz) manat pul vəsaitini Şahid2 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs13 təqdim etmiş, bundan başqa o, X56 Türkiyə Respublikası Çanakkale şəhərində yerləşən eyniadlı universitetin iqdisadiyyat fakültəsinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul olunması, tələbə kimi həmin ölkədə müvəqqəti qeydiyyata alınması, yataqxana ilə təmin edilməsi, sığorta xərclərinin ödənilməsi və təhsillə əlaqədar digər xərclərinin qarşılanacağı adı ilə aldatmaqla sonuncunun anası Zərərçəkmiş şəxs5 xx xxxxxxxx 2018-ci il tarixdə 500 (beş yüz) manat pul vəsaitini Şahid2 vasitəsi ilə alıb, həmin xidmətlərin göstəriləcəyi görüntüsü yaradan tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan, rəhbərlik etdiyi şirkətin möhürü və Şahid1 imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidməti müqaviləni Zərərçəkmiş şəxs5 təqdim etmiş, bundan əlavə o, onlara müraciət edən şəxslərin guya Türkiyə Respublikasında ali təhsil almalarını təşkil etmək üçün rəhbərlik etdiyi «xxxx» MMC-nin əməkdaşlarının xarici ölkələrə səfərləri ilə bağlı «xxxx» şirkətinin direktoru Zərərçəkmiş şəxs32 ondan alacağı aviabiletlərə görə pul vəsaitlərini ödəyəcəyini vəd edərək inandırmaqla, sonuncunun etibarını qazanmaq üçün Şahid1 adına yaratdığı «xxxx» MMC ilə «xxxx» şirkəti arasında xx xxxx 2018-ci il tarixli, 29-2\18 saylı müqavilə bağlayaraq, əvvəlcədən dəyərini ödəmək niyyəti olmadan ayrı-ayrı şəxslərin adına sifariş verib sonradan ödəmək şərti ilə aldığı aviabiletlər, o cümlədən xx xxxx 2018-ci il tarixdə İstanbul- Daşkənd aviamarşrutu üzrə özü, rəhbərlik etdiyi Cəmiyyətin qeyri-rəsmi əməkdaşları Şahid15 və X10 adına sifariş verib sonradan dəyərini ödəmək şərti ilə aldığı 3 ədəd aviabiletə görə cəmi 2769 manat, xx xxxxxx 2018-ci il tarixdə İstanbul- Bakı aviamarşrutu üzrə özü, Şahid15 və X10 adına görə sifariş verib sonradan dəyərini ödəmək şərti ilə aldığı 3 ədəd aviabiletə görə cəmi 1110 manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı-Daşkənd aviamarşrutu üzrə X10 adına sifariş verib sonradan dəyərini ödəmək şərti ilə aldığı 1 ədəd aviabiletə görə 503 manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı-İstanbul-Bakı aviamarşrutu üzrə tanışları X49 və X11 adına sifariş verib sonradan dəyərini ödəmək şərti ilə aldığı 2 ədəd aviabiletə görə cəmi 2110 manat olmaqla, 6492 (altı min dörd yüz doxsan iki) manat pul vəsaitini Zərərçəkmiş şəxs32 ödəməli olduğu halda, özünün əvvəldən aldatma niyyətinə uyğun olaraq göstərilən dəyərdə aviabiletlərdən istifadə edib dəyərini ödəməməklə öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs32 etibardan sui-istifadə etmə və aldatma yolu ilə ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.3.2 və 313-cü maddələri ilə ittiham elan olunmuşdur ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirərək dələduzluq etmiş və vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid qəsdlə vəzifə saxtakarlığı cinayətini törətmişdir. Məhkəmə ibtidai istintaqın gəldiyi nəticəni obyektiv və əsaslıhesab etmir, çünki, istintaqın gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, aparılan məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, aviabiletlərin alınması Zərərçəkmiş şəxs32 adına olan «xxxx» şirkəti ilə, Şahid1 adına olan «xxxx» MMC arasında müqavilə bağlanılaraq sifariş verilmişdir. Hər iki şirkət arasında bağlanmış əqd, müqavilə öhdəliyidir, müqavilə öhdəliyinin tələblərinə görə «xxxx» şirkətinə biletlərin pulu sonradan ödənilməli idi. Lakin, biletlərin pulunun ödənilməsi gecikdirildiyinə görə «xxxx» şirkətinin direktoru Zərərçəkmiş şəxs32 müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə, yəni pulun ödənilməsi gecikdirildiyinə görə şikayət etmişdir. Müəyyən edilmişdir ki, «xxxx» MMC şirkəti ilə Təqsirləndirilən şəxs arasında heç bir əlaqə yoxdur. Biletlər Şahid6 tərəfindən sifariş olunmuş, müqavilələr isə «xxxx» MMC tərəfindən deyil «xxxx» MMC tərəfindən bağlanılmışdır, «xxxx» MMC şirkəti isə rəsmi olaraq Şahid1 məxsusdur. İbtidai istintaq orqanı «xxxx» MMC şirkəti ilə «xxxx» şirkətinin arasında bağlanmış müqavilə əsasında sifariş verilmiş biletlərlərin Təqsirləndirilən şəxs ilə hər hansı bir səbəbli əlaqənin olması ilə bağlı bir dənə də olsun sübut təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrindən də görünür ki, həmin şirkətlər arsında olan müqavilə əsasında sifariş verilmiş biletlərin Təqsirləndirilən şəxs hər hansı bir aidiyyəti olmamış, bu sifariş iki şirkət arasında bağlanmış müqavilə əsasında verilmiş və həmin şirkətin isə Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi olmamış və Təqsirləndirilən şəxs həmin şirkətin cavabdehliyini daşımamışdır. Bundan başqa Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun hərəkətlərində “xxxx” MMC şirkətinin 2018-ci il ərzində xarici dövlətlərə tələbə qəbulu ilə bağlı törətmiş olduğu cinayət əməllərində «vahid qəsd» termininin istifadə edilməsi qəbul edilməzdir. Belə ki, hər şeydən əvvəl, bu şirkət 2014-cü ildən fəaliyyət göstərərək 2018-ci ilə qədər olan müddət ərzində Türkiyə Respublikasının universitetlərinə çoxsaylı tələbələr qəbul etdirmiş, həmin müddət ərzində bir dəfə də olsun vətəndaşların düzünə və ya dolayı yolla qəsdən aldadılmasına yol verilməsi halları olmamışdır. İstintaq orqanı nəzərə almamışdır ki, vahid qəsd dedikdə, əvvəlcədən nəzərdə tutulmalıdır ki, ayrı-ayrı şəxsləri aldadıb pullarını ələ keçirsinlər. Qeyd olunan şirkət fəaliyyət göstərdiyi 4 il ərzində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərmiş, eyni zamanda vergi qanunvericiliyinə əməl etmiş və müqavilə bağladığı tələbələri Türkiyə Respublikasının ayrı-ayrı universitetlərinə yerləşdirmişdir. Bu hərəkətlərin yerinə yetirilməsi üçün əvvəlcədən planlaşdırılmış qaydada ayrı-ayrı vətəndaşlarla rəsmi müqavilələr bağlanılmış və bu fəaliyyətin yerinə yetirilməsi üçün vahid qiymət müəyyənləşdirilmişdir. Vətəndaşlardan müqavilə şərtlərinə uyğun olaraq alınmış məbləqlər bir qayda olaraq şirkətin bununla bağlı digər hərəkətlərinin yerinə yetirilməsinə, universitetlərlə danışıqlar aparılmasına, işçilərə müvafiq qaydada əməkhaqqı verilməsinə yönəldilmişdir. Aparılan məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, şirkətin rəhbəri Təqsirləndirilən şəxs 2018-ci ildə, ümumiyyətlə, təhsil ilə bağlı müqavilələrin bağlanılması, eləcə də, həmin müqavilədən irəli gələn hərəkətlərin yerinə yetirilməsi və universitetlərlə danışıq aparılması, eləcə də tələbələrin göndərilməsi dövründə Bakı şəhərində olmamışdır. Bu fakt ibtidai istintaq materialları ilə də tam təsdiq olunmuşdur. Başlanmış cinayət işi üzrə ifadə verən şirkətin rəsmi və qeyri rəsmi işçiləri, təsdiq etmişlər ki, həqiqətən də, həmin dövrdə Təqsirləndirilən şəxs şirkətin digər fəaliyyəti ilə bağlı ölkədən kənarda olmuşdur. Bu halda, Təqsirləndirilən şəxs Bakı şəhərində tabeliyində olan işçilərinə, onlara gələcəkdə müraciət edəcək şəxslərin, vahid qəsdlə aldadılmasını əvvəlcədən planlaşdırmasını təsdiq edən hər hansı bir sübut nə ibtidai istintaq zamanı, nə də məhkəmə isğtintaqı zamanı müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs öz işçilərinə vahid qəsdlə bağlı bir başa və ya dolayı yolla göstəriş verməsini təsdiq edən faktların olub–olmaması aydınlaşdırılmalı və sübut kimi qiymətləndirilib cinayət işinin materiallarına əlavə edilməli idi. Lakin, ibtidai istintaq zamanı bir dənə də olsun bu faktla bağlı sübut müəyən edilməmişdir ki, Təqsirləndirilən şəxs tabeliyində olan işçilərinə dolayı və ya düzünə yol ilə bununla bağlı hər hansı bir göstəriş vermiş olsun. Həm ibtidai istintaq zamanı, həm də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tabeliyində olan işçilərin heç biri ifadəsində göstərməmişdir ki, onlar Təqsirləndirilən şəxs gələcəkdə müraciət edəcək şəxslərin aldadılması ilə bağlı tapşırıqlar alsın. Həmin şəxslərin heç biri, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı ifadələrində göstərməmişlər ki, onlar nəzərdə tutulduğu kimi ayrı-ayrı vətəndaşlardan müqavilədə göstərilən məbləqdən artıq pul alsınlar və həmin pulları Təqsirləndirilən şəxs ilə bölsünlər, yaxud, ona göndərsinlər. Bundan əlavə, Təqsirləndirilən şəxs və şirkətin digər əməkdaşları əvvəlcədən bilə bilməzdilər ki, onlara övladlarının xaricdə təhsil alması üçün hansı şəxslər müraciət edəcək, neçə nəfər müraciət edəcək, hansı vaxtda müraciət edəcək, müraciət edən şəxslərlə söhbət aparılarkən onlar müqavilənin şərtləri ilə razılaşacaq ya yox. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2018-ci il ərzində Türkiyə Respublikasında ali təhsil almaq məqsədi ilə müraciət etmiş 240 nəfər tələbədən 206 nəfəri müvafiq ali məktəblərə qəbul olunmuş, lakin 34 nəfərin bu və ya digər səbəbdən qəbul məsələsi həll edilməmişdir. Bunu nəzərə alaraq dərhal həmin şəxslərin müqavilədə nəzərdə tutulmuş pullarının qaytarılması barədə göstəriş də verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş digər çoxsaylı sənədlərdən görünür ki, MMC-yə imtahansız ali təhsil almaq üçün müraciət etmiş çoxsaylı vətəndaşların Türkiyə Respublikasında yerləşən müxtəlif adlı universitetlərdə imtahansız ali təhsil almaları üçün onlardan orta məktəbi bitirmələrini təsdiq edən attestat sənədi, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və digər sənədlər qəbul edilərək türk dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş, vətəndaşların fotoşəkilləri siyahıya daxil edilmişdir. Bundan başqa həmin sənədlərdən görünür ki, müraciət etmiş tələbə adını qazanmaq istəyən vətəndaşların ad soyadları və qarşısında təhsil almaq istədiyi universitetlərin adları olan siyahılar tərtib edilmişdir. Onlarla müraciət etmiş şəxsin tələbə adını qazanmasını sübut edən Türkiyə universitetlərinin qəbul məktubları alınmışdır. MMC-yə müraciət etmiş tələbələrlə bağlı qeydlərin əks olunduğu sənədlərdən, cədvəllərdən görünür ki, tələbələrlə müqavilələri Şahid1 özü, həmçinin MMC-nin qeyrirəsmi əməkdaşları Şahid4, Şahid2, Şahid3 bağlamış, tələbələrin ad soyadları qarşısında müqavilənin bağlandığı tarix, müqavilələrin məbləğləri, universitetlərin adları, nəticələr, ödənişlərdən çıxılmış faizlər göstərilmişdir. Hər bir əməkdaşın bağladıqları müqavilələrin ümumi siyahısında qeydiyyatdan keçirilməklə tələbə adını qazanmış şəxslərlə yanaşı, qeydiyyatdan keçirilməyən və tələbə adını qazana bilməyən şəxslərin də adları vardır. “Çanakkale Tələbələri” adlanan cədvəldə 41 nəfər müraciət etmiş şəxsin ad soyadı, hər birinin qəbul olunub-olunmaması barədə qeydlər vardır. Həmin cədvəldən görünür ki, 21 nəfər şəxsin universitetə qəbulu alınmış, 2 şəxs qəbul alınsa da imtina etmiş, qalan 18 nəfər şəxs isə universitetə qəbul ola bilməmişdir. “Giresun Tələbələri” adlanan cədvəldə 32 nəfər şəxsin ad soyadı qeyd edilmiş, hər birinin ad soyadı qarşısında universitetə qəbul olub-olmamaları barədə qeydlər aparılmışdır. Həmin siyahıda Giresun universitetinə qəbul olan şəxslərlə yanaşı, qeyd olunan universitetə qəbulları alınmayıb, başqa universitetlərə yerləşən və ya ümumiyyətlə heç bir universitetə qəbul olunmayıb geri qayıdan şəxslərin də adları vardır. Göründüyü kimi heç də Təqsirləndirilən şəxs hərəkətləri, müraciət etmiş ayrı-ayrı vətəndaşların vahid qəsdlə aldadılmasına yönəlməmişdir. Qeyd olunan faktlar onu göstərir ki, məhz belə bir halda ayrı-ayrı şəxslərin vahid qəsdlə aldadılmasından söhbət gedə bilməz. Göründüyü kimi, mövcud halda, əvvəlcədən müəyyənləşdirmək qeyri mümkündür ki, kimlər, nə vaxt və neçə nəfər müraciət edəcək. Müraciət edəcək subyektlər fərqli, zaman fərqli və müraciət edəcək şəxslərin kimlər olması əvvəlcədən bilinmədiyi halda, mücərrəd formada məlum olmayan qeyri müəyyən şəxslərin əvvəlcədən aldadılmasını planlaşdırmaq məntiqsizdir və inandırıcı deyildir. Qeyd olunan faktları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində vahid qəsdlə cinayət törədilməsi faktı yoxdur və bu fakt istintaq materialları ilə sübuta yetirilməyib. Odur ki, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində vahid qəsd olmadığından onun əməli vahid qəsd kimi qiymətləndirilə bilməz, onun əməli yalnız cinayətin təkrarçılığı kimi qiymətləndirilməlidir. İstintaq materiallarından müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs25 500 manat məbləqində, Zərərçəkmiş şəxs28 500 manat məbləqində, Zərərçəkmiş şəxs31 499 manat məğləqində, Zərərçəkmiş şəxs21 500 manat məbləqində, Zərərçəkmiş şəxs17 500 manat məbləqində, Zərərçəkmiş şəxs6 500 manat məbləqində, Zərərçəkmiş şəxs33 500 manat məbləqində, Zərərçəkmiş şəxs18 480 manat məbləqində, X29 500 manat məbləqində, Zərərçəkmiş şəxs12 500 manat məbləqində, Zərərçəkmiş şəxs8 qızına 500 manat məbləqində, Zərərçəkmiş şəxs15 500 manat məbləqində, X18 500 manat məbləqində, Zərərçəkmiş şəxs26 500 manat məbləqində, Zərərçəkmiş şəxs14 500 manat məbləqində, Zərərçəkmiş şəxs23 500 manat məbləqində, Zərərçəkmiş şəxs22 500 manat məbləqində, Zərərçəkmiş şəxs24 500 manat məbləqində, Zərərçəkmiş şəxs9 Rəvan qızına 500 manat məbləqində, Zərərçəkmiş şəxs34 500 manat məbləqində, Zərərçəkmiş şəxs13 499 manat məbləqində, Zərərçəkmiş şəxs5 500 manat məbləqində maddi ziyan vurmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında» xx xxxxxxx 2017-ci il tarixli № 816-VQD (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş) Azərbaycan Respublikası Qanununu ilə CM-nin 177-ci maddəsinin qeydinə edilmiş dəyişikliklərə görə bu Məcəllənin 177.1, 178.1, 179.1-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə və digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli № 7 saylı qərarının 31-ci bəndində göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Göründüyü kimi yuxarıda adları sadalanan zərərçəkmiş şəxslərə dəymiş ziyanın məbləqi 500 manatdan artıq olmadığına görə, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs əməlində cinayət məsuliyyəti yaranmır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Odur ki, yuxarıda adları çəkilən zərərçəkmiş şəxslərlə bağlı epizodlar Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric olunmalılıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə arşı “vahid qəsd”lə cinayət törətməsini təsdiq edən hər hansı bir sübut müəyyən eldilməmişdir. Məhkəmə hesab edir ki, həmin cinayətlərin “vahid qəsd”lə törədilməsi istintaq orqanının mülahizəsidir. Odur ki, sübuta yetirilməmiş mülahizə sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün xüsusatlar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərərçəkmiş şəxslər və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs18, X46, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8 qızı, Zərərçəkmiş şəxs15, X26, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs9 Rəvan qızı, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs32 dəymiş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan həmin epizodlar xaric edilməli, adları qeyd olunan şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməli və Təqsirləndirilən şəxs əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2. 178.2.3. 178.2.4-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə əməlin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2. 178.2.3. 178.2.4 və 313-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan ittiham üzrə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinin tələbinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ittiham edildiyi vəzifə saxtakarlığı cinayətləri törətdiyi gündən 2 il keçdiyinə görə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə onun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınaraq təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə görə həmin maddə ilə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-dən daxil olmuş tələbnamə və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(005)-301/2015 nömrəli hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələrində nəzərə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-maddəsinə əsasən azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış və məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs35 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, Zərərçəkmiş şəxs3 dəymiş ziyan isə tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 dəymiş 3000 manat ziyandan 1000 manat ödənilmiş və 2000 manat ziyan ödənilməmiş qalmışdır, Zərərçəkmiş şəxs10 825 manat məbləğində, Zərərçəkmiş şəxs29 1000 manat məbləqində, Zərərçəkmiş şəxs2 3700 manat məbləqində, Zərərçəkmiş şəxs4 1680 manat məbləqində, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs20 ümumilikdə 1165 manat məbləqində və Zərərçəkmiş şəxs16 1400 manat məbləqində maddi ziyan vurulmuş və vurulmuş ziyan ödənilməmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ibtidai istintaq zamanı 14500 manat Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikası Beynəlxalq bankında olan depozit hesabında saxlanılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikası Beynəlxalq bankında olan depozit hesabında saxlanılan 14500 manat zərərçəkmiş şəxslərə dəymiş ziyana yönəldilməlidir. Odur ki, iş üzrə ziyanın ödənilməsinə yönəldilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikası Beynəlxalq bankında olan depozit hesabında saxlanılan 14500 manat zərərçəkmiş şəxslərə dəymiş ziyana yönəldilərək, Zərərçəkmiş şəxs11 2000 manat, Zərərçəkmiş şəxs10 825 manat, Zərərçəkmiş şəxs29 1000 manat, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X19 3700 manat, Zərərçəkmiş şəxs4 1680 manat, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs20 ümumilikdə 1165 manat və Zərərçəkmiş şəxs16 oğluna 1400 manat məbləqində pul ödənilməli, həmin məbləqdən qalan 2730 manat Təqsirləndirilən şəxs valideyinlərinə qaytarılmalıdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs30 mülki iddia ilə müraciət edərək ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Lakin, Zərərçəkmiş şəxs30 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını və bu səbəbdən də vermiş olduğu mülki iddiadan imtina etdiyini bildirdiyindən Zərərçəkmiş şəxs30 vermiş olduğu mülki idddiaya xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasnı ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin bir qisminin ondan şikayət və tələblərinin olmamasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxx 2019-cu il tarixdə tutma protokolu tərtib olunmuşdur, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu, xx xxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olaraq tanınmış «xxxx» MMC-yə müraciət etmiş Zərərçəkmiş şəxs10 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, xx.xx.2018-ci il tarixli, EA41/18 №li, Zərərçəkmiş şəxs25 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs28 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs31 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs21 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs3 və arvadı Zərərçəkmiş şəxs29 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA4/18 №-li və xx.xx.2018-ci il tarixli, EA5/18 №-li, Zərərçəkmiş şəxs1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA7/18 №-li, Zərərçəkmiş şəxs17 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA39/18 №-li, Zərərçəkmiş şəxs6 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs33 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA63/18 №-li, Zərərçəkmiş şəxs18 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA49/18 №-li, X46 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs12 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs19 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs8 qızı ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs15 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, X26 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs11 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA159/18 №-li və xx.xx.2018-ci il tarixli, EA160/18 №-li, Zərərçəkmiş şəxs23 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs22 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs24 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA32/18 №-li, Zərərçəkmiş şəxs30 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs9 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs16 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs13 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs5 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidmət müqavilələri, habelə “xxxx” MMC və “xxxx” MMC-nin möhürləri, “whatsapp” sosial şəbəkəsində aparılmış yazışmalar, “5247 4805 0337 3132” nömrəli, “xxxx” AZN kartı və “4192 5500 1005 9644” nömrəli, “X115” (indiki xxxx) AZN kartından hesab çıxarışları cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut olan və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 1 ədəd “Asus” markalı, 2012- 09 rəqəmli, qara rəngdə noutbook kompyuter (siçanı, elektrik qidalandırıcı naqili ilə bərabər), dəftərlər, çoxlu sayda bloknotlar, qeydlər, order, vərəqələr, qəbzlər, ödənişlər barədə məlumatlar, qeydiyyat jurnalları, möhür yastığı, 1 ədəd flaskart, 1 ədəd “Epson” L210 markalı, S29K203857 nömrəli rəngli printer (elektrik qidalandırıcı naqili ilə bərabər), 1 ədəd Toshiba markalı, LAN MAC OC54A54AO3F6 nömrəli metallik rəngində noutbook kompyüteri, 1 ədəd “Toshiba” markalı, S75-A7221, 7D178087C rəqəmli, qara rəngli noutbook kompyuter, 1 ədəd “Toshiba” markalı, 0024D249E1F8, 159129382QSSAHCO 1PO1HRUB rəqəmli, qara rəngdə noutbook kompyuter, kompyuter üçün ZYKLEN markalı siçan, 02 ədəd elektrik qidalandırıcı naqil, 1 ədəd “Epson” V 19 markalı, R-41051918 rəqəmli, VC9Y 049878 nömrəli skayner, kompüter üçün elektrik naqilləri, aplle siçanı, yaxacıqlar xxxx” MMC şirkətinin təsisçisi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Əkbər Novruzov, Surxay Əliyev, Şahid11, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs10, Fehruz Qasımov, Gülnarə Kərimova, Faiq Qurbanov, Hüseyn Bağırov, Zərərçəkmiş şəxs22, Sübhan Əliyev, Nihat Abdullayev, Nurlan Hacıyev, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19, Cəmil Abdullayev, Ruhlan Cəfərov, Sevinc Ağayeva, Aynur Əliyeva, Gülmira Qasımzadə, Aynur Əzizova, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs18, Sevinc Səmədova, Dilarə Mirzəyeva, Turqay Səfərov, Pərviz Rzayev və digərləri ilə “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış müqavilələr, Səadət Hacıməmmədova, Şəbnəm Rəhimova, Aysel Rəhmanova, Yusif Məmmədov və digərləri ilə ADM şirkəti arasında bağlanmış müqavilələr, ödəniş qəbzləri həmin şəxslərin özlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan və iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin möhürü Təqsirləndirilən şəxs və “xxxx” MMC-nin möhürü Şahid1 qaytarılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablansın. İş üzrə ziyanın ödənilməsinə yönəldilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikası Beynəlxalq bankında olan depozit hesabında saxlanılan 14500 manat, zərərçəkmiş şəxslərə dəymiş ziyana yönəldilərək, Zərərçəkmiş şəxs11 2000 manat, Zərərçəkmiş şəxs10 825 manat, Zərərçəkmiş şəxs29 1000 manat, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X19 3700 manat, Zərərçəkmiş şəxs4 1680 manat, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs20 ümumilikdə 1165 manat və Zərərçəkmiş şəxs16 1400 manat məbləqində pul ödənilsin, həmin məbləqdən qalan 2730 manat Təqsirləndirilən şəxs valideyinlərinə qaytarılsın. Zərərçəkmiş şəxs30 vermiş olduğu mülki iddiaya xitam verilsin. Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs18, X29, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8 qızına, Zərərçəkmiş şəxs15, X18, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs9 Rəvan qızına, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs32 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə maddi sübut olan və iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin möhürü Təqsirləndirilən şəxs və “xxxx” MMC-nin möhürü Şahid1 qaytarılsın. İş üzrə maddi sübut olaraq tanınmış «xxxx» MMC-yə müraciət etmiş Zərərçəkmiş şəxs10 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, xx.xx.2018-ci il tarixli, EA41/18 №li, Zərərçəkmiş şəxs25 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs28 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs31 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs21 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs3 və arvadı Zərərçəkmiş şəxs29 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA4/18 №-li və xx.xx.2018-ci il tarixli, EA5/18 №-li, Zərərçəkmiş şəxs1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA7/18 №-li, Zərərçəkmiş şəxs17 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA39/18 №-li, Zərərçəkmiş şəxs6 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs33 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA63/18 №-li, Zərərçəkmiş şəxs18 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA49/18 №-li, X46 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs12 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs19 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs8 qızı ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs15 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, X26 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs11 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA159/18 №-li və xx.xx.2018-ci il tarixli, EA160/18 №-li, Zərərçəkmiş şəxs23 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs22 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs24 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA32/18 №-li, Zərərçəkmiş şəxs30 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs9 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs16 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs13 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li, Zərərçəkmiş şəxs5 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, EA/18 №-li xidmət müqavilələri, habelə “xxxx” MMC və “xxxx” MMC-nin möhürləri, “whatsapp” sosial şəbəkəsində aparılmış yazışmalar, “5247 4805 0337 3132” nömrəli, “xxxx” AZN kartı və “4192 5500 1005 9644” nömrəli, “X115” (indiki xxxx) AZN kartından hesab çıxarışları cinayət işi materiallarında saxlanılsın. Həmçinin iş üzrə maddi sübut olan və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 1 ədəd “Asus” markalı, 2012- 09 rəqəmli, qara rəngdə noutbook kompyuter (siçanı, elektrik qidalandırıcı naqili ilə bərabər), dəftərlər, çoxlu sayda bloknotlar, qeydlər, order, vərəqələr, qəbzlər, ödənişlər barədə məlumatlar, qeydiyyat jurnalları, möhür yastığı, 1 ədəd flaskart, 1 ədəd “Epson” L210 markalı, S29K203857 nömrəli rəngli printer (elektrik qidalandırıcı naqili ilə bərabər), 1 ədəd Toshiba markalı, LAN MAC OC54A54AO3F6 nömrəli metallik rəngində noutbook kompyüteri, 1 ədəd “Toshiba” markalı, S75-A7221, 7D178087C rəqəmli, qara rəngli noutbook kompyuter, 1 ədəd “Toshiba” markalı, 0024D249E1F8, 159129382QSSAHC O1PO1HRUB rəqəmli, qara rəngdə noutbook kompyuter, kompyuter üçün ZYKLEN markalı siçan, 02 ədəd elektrik qidalandırıcı naqil, 1 ədəd “Epson” V 19 markalı, R- 41051918 rəqəmli, VC9Y 049878 nömrəli skayner, kompüter üçün elektrik naqilləri, aplle siçanı, yaxacıqlar xxxx” MMC şirkətinin təsisçisi Təqsirləndirilən şəxs qaytarılsın. Əkbər Novruzov, Surxay Əliyev, Şahid11, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs10, Fehruz Qasımov, Gülnarə Kərimova, Faiq Qurbanov, Hüseyn Bağırov, Zərərçəkmiş şəxs22, Sübhan Əliyev, Nihat Abdullayev, Nurlan Hacıyev, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19, Cəmil Abdullayev, Ruhlan Cəfərov, Sevinc Ağayeva, Aynur Əliyeva, Gülmira Qasımzadə, Aynur Əzizova, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs18, Sevinc Səmədova, Dilarə Mirzəyeva, Turqay Səfərov, Pərviz Rzayev və digərləri ilə “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış müqavilələr, Səadət Hacıməmmədova, Şəbnəm Rəhimova, Aysel Rəhmanova, Yusif Məmmədov və digərləri ilə ADM şirkəti arasında bağlanmış müqavilələr, ödəniş qəbzləri həmin şəxslərin özlərinə qaytarılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar