Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-856/2021 29.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə hazırlıq iclasında xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 18 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 may 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşımış və narkotik vasitəni satmışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda qanunsuz olaraq satış məqsədi ilə 03 ədəd bükümdə külli miqdarda olmaqla, bir bükümdə təmiz çəkisi 3,732 qram, ikinci bükümdə təmiz çəkisi 0,242 qram və üçüncü bükümdə təmiz çəkisi 0,154 qram, ümumilikdə təmiz çəkisi 4,128 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini və bir ədəd bükümdə təmiz çəkisi 0,036 qram olan, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış metafetamin psixotrop maddəsini naməlum şəxsdən əldə edib üzərində saxlamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanınadək daşımış və qazanc əldə etmək məqsədi ilə iki bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 3,732 qram, ikinci bükümdə təmiz çəkisi 0,242 qram olan, ümumi təmiz çəkisi 3,974 qram təşkil edən heroin narkotik vasitəsini 18 may 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qohumu Şahid5 125 manat müqabilində qanunsuz olaraq satmışdır. Bundan dərhal sonra həmin yerdə saxlanılan Şahid5la birlikdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs da saxlanılmış və həmin vaxt keçirilmiş baxış zamanı sonuncunun Şahid5 02 ədəd bükümdə satdığı, təmiz çəkiləri müvafiq olaraq 3,732 qram və 0,242 qram olmaqla ümumi təmiz çəkisi 3,974 qram külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, eləcə də Təqsirləndirilən şəxs bir ədəd bükümdə polis əməkdaşlarına təqdim etdiyi, içərisində 0,154 qram heroin narkotik vasitəsi və bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,036 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş metafetamin psixotrop maddəsi, habelə qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı və qazanc əldə etmək məqsədi ilə Şahid5 satdığı külli miqdarda heroinin narkotik vasitəsinin əvəzi qismində əldə etdiyi 125 manat pul aşkar edilərək götürülmüşdür. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Şahid5 haqqında olan cinayət işindən ayrıca icraatda ayrılmışdır. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdar təşkil etməyən miqdarda metafetamin psixotrop maddəsi alıb əldə etməsi, daşıması, saxlaması və satması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə ibtidai istintaqdan fərqli olaraq özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, narkomandır, narkotik vasitə heroini yandırmaqla tüstüsünü sinəsinə çəkmək yolu ilə isitfadə etmişdir. Heç kimə narkotik vasitə satmamış və ya pay verməmişdir. Təqsirləndirilən şəxs mahiyyət üzrə ifadəsinin davamında göstərdi ki, 17 may 2020ci il tarixdə qohumu Şahid5 ona zəng edərək internet vasitəsi ilə onun üçün narkotik vasitə heroin almasını xahiş etmiş, heroin alması üçün 125 manat pulunun olmasını bildirmişdir. Ruslanın xahişini yerinə yetirmək üçün o, özündə olan «WhatsApp» proqramı vasitəsi ilə adının Abbas olduğunu bildiyi İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə danışmış, həmin şəxsə 5 qram heroin almaq istədiyini bildirmişdir. Abbas ona 5 qram narkotik vasitə olan heroinin 75 manat edəcəyini demiş və pul ödənilməli olan hesab nömrəsini ona vermişdir. Odur ki, o, Million ödəniş aparatı ilə onun dediyi hesaba öz pulundan 75 manat pul köçürtmüşdür. Bundan sonra adının Abbas olduğunu bildiyi şəxs narkotik vasitənin qoyulduğu yerin - Suraxanı rayonunda yerləşən dayanacağın arxasının şəklini ona göndərdiyi üçün həmin gün saat təxminən 20 radələrində adı çəkilən yerə gedib ora qoyulmuş bir bükümdə heroini götürmüşdür. Sonra həmin bükümü üç yerə bölmüş, iki bükümünü Ruslana vermək üçün, bir bükümünü isə özünün istifadəsi üçün üzərində saxlamışdır. 18 may 2020-ci il tarixdə isə Ruslana zəng edərək narkotik vasitəni ona vermək üçün görüşmək istəməsini bildirmiş, Bakı şəhərində, «Qələbə dairəsi»ndə yerləşən «Baku Mall» ticarət mərkəzinin yan tərəfində görüşməyə razılaşmışlar. 18 may 2020-ci il tarixdə saat təxminən 19 radələrində «Baku Mall» TM-nin yan tərəfində görüşmüşlər. Ruslandan 125 manat pulu alıb iki bükümdə olan heroini ona vermiş və təmiz çəkisinin 5 qram olmadığını bildirmişdir. Bundan sonra Ruslanla sağollaşıb ayrılan vaxt 5 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmiş, onlar əməliyyat-axtarış tədbiri keçirilməsi haqqında qərarla onları tanış etmişlər. Onlar birinci olaraq Ruslandan üzərində qeyri-qanuni əşya olub-olmamasını soruşmuş, Ruslan əynində olan şalvarın sol yan cibində saxladığı narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmiş və təqdim olunan həmin narkotik vasitəyə baxış keçirilərək götürülmüşdür. Daha sonra polis əməkdaşları ondan da üzərində qeyri-qanuni əşya olubolmamasını soruşduqda o, səmimi olaraq şlavarının sol yan cibindən içərisində heroin olan bir ədəd bükümü sellofana bükülmüş vəziyyətdə polis əməkdaşlarına təqdim etmişdir. Onun üzərindən çıxan narkotik vasitəyə də baxış keçirilmiş və qablaşdırararq götürmüşlər. Aşkar olunan maddələr götürüldükdən sonra onlar BNMİ-nə aparılmışlar. Orada onların üzərində şəxsi axtarış aparılmış, lakin heç bir qeyr-qanuni əşya aşkar edilməmişdir. Saxlanılarkən və üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Abbas adlı şəxsi şəxsən tanımamış, onunla şəxsən görüşməmiş, yalnız «WhatsApp» proqramı vasitəsi ilə danışmışdır. Abbasın nömrəsi onun şəxsi axtarış zamanı götürülüən telefonunda olmuşdur. Saxlanılarkən və ondan əvvəl də o, ***-***-**-** gsm nömrəsindən istifadə etmişdir. Onda metamfetamin psixotrop maddəsi ümumiyyətlə olmamış, ondan belə bir maddə real olaraq götürülməmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində saxlanılarkən üzərində bir bükümdə olan “şüşə” kimi tanınan metamfetamin psixotrop maddəsini polis əməkdaşlarına təqdim etdiyini göstərmiş, üzərində aşkar olunaraq götürülən “şüşəni”, yəni metamfetamin psixotrop maddəsini Abbas adlı şəxsin aldığı heroinin üstündə ona pay verdiyini etiraf etmişdir (iş vərəqə: cild İ, səh. 77-78, 94-96, cild İİ, səh. 160-162, cild İİİ , səh. 144-146). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması barədə protokoldan görünür ki, ifadənin yerində yoxlanması istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs baş vermiş hadisəni sərbəst ifadəsinə uyğun yerində əyani göstərərək istintaqa vermiş olduğu ifadəsini bir daha təstiq etmişdir (iş vərəqə: cild İ, səh. 160-164). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq nömrəsi ********* olmaqla ayrıca icraatda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid5 məhkəmədə baxılan iş üzrə şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, saxlanılmazdan 3-4 ay əvvəl narkotik vasitə olan heroindən tüstüsünü sinəsinə çəkmək yolu ilə istifadə etməyə başlamışdır. Xalası oğlu – baxılan iş üzrə Təqsirləndirilən şəxs da narkotik vasitədən istifadə etdiyini demişdir. Ona internet vasitəsi ilə onun üçün narkotik vasitə olan heroin sifariş etməsini xahiş etmişdir. Cəlaləddin ona irad bildirmiş, narkotik vasitələrdən istifadə etməsini məsləhət bilməmiş, lakin Cəlaləddini razı salacağı təqdirdə onun üçün narkotik vasitə olan heroin sifariş edə biləcəyini demişdir. Şahid5 ifadəsinin davamında göstərdi ki, 17 may 2020-ci tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Cəlaləddinin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onunçün narkotik vasitə sifariş etməsini xahiş etmişdir. Cəlaləddin narkotik vasitə sifariş verəcəyinə söz vermiş və alıb əldə etdikdən sonra ona deyəcəyini bildirmişdir. 18 may 2020-ci il tarixdə Cəlaləddin ona zəng edərək görüş təyin etmiş və saat 19 radələrində «Qələbə dairəsi»nin yaxınlığında yerləşən «Baku Mall» TM-nin yan tərəfində görüşmüşlər. Cəlaləddin 5 qrama yaxın heorin aldığını və buna görə 125 manat pul ödədiyini bildirmişdir. O, Cəlaləddinə 125 manat pul vermiş, iki bükümdə heroini ondan alıb sol əlində saxlamışdır. Sağollaşıb ayrılmış, tini dönən zaman mülki geyimdə olan 5 nəfər ona yaxınlaşıb onu saxlamış, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş, onu Səlaləddinin yanına gətirmiş, onu da saxlamışlar. Həmin vaxt əlində olan narkotik vasitəni şalvarının sol cibinə qoymuşdur. Polis əməkdaşları əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla onları tanış etmiş və ondan üzərində qeyri-qanuni əşya olub-olmamasını soruşmuşlar. Polis əməkdaşlarından narkotik vasitəni gizlədə bilməyəcəyini başa düşərək əynində olan cins şalvarın sol cibinə qoyduğu iki bükümdəki heroini onlara təqdim etmiş, həmin narkotik vasitəni Cəlaləddindən aldığını bildirmişdir. Onun təqdim etdiyi bükümə baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Cəlaləddinə üzərində qeyri-qanuni əşya olub-olmaması soruşulmuş, Cəlaləddin də şalvarnın cibində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Cəlaləddinin də təqdim etdiyi narkotik vasitəyə baxış keçirilərək götürülmüşdür. Lakin Cəlaləddinin polis əməkdaşlarına «şüşə» kimi tanınan metamfetamin təqdim edib-etməməsi onun yadında qalmamışdır. Sonra onları BNMİ-nə aparmışlar. Polis idarəsində onların üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı heç bir qeyri- qanuni əşya aşkar edilməmişdir. Şahid5 ifadəsinin yekununda göstərdi ki, o, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, ondan aşkar edilmiş heroini özünün istifadəsi üçün almışdır. Cəlaləddinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasının şahidi olmamışdır. Aldığı narkotik vasitə təxminən 7-10 günlük norması olmuş, həm də ucuz olduğu üçün 5 qram sifariş vermişdir. Lakin Cəlaləddindən həmin narkotik vasitəni götürərkən sonuncu təqdim etdiyi narkotik vasitənin təmiz çəkisinin 5 qram olmadığını ona demişdir. Saxlanılan zaman və üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid5 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid5 sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təstiq etmişdir(iş vərəqə: cild İ, səh. 131-134). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 Bəhrəm oğlu ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yaşayan Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-in BNMİ-nə, şəxsən onun özünə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə rəhbərliyə raportla məruzə edildikdən sonra 18 may 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı X5 rəhbərliyi, həmin idarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid4 və onun özündən ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün, yəni 18 may 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu H.ünvan 2 ünvanının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə barəsində əməliyyat məlumatı olan “Ruslan” adlı şəxsə oxşar bir nəfər şəxsin digər bir şəxslə görüşüb sağollaşaraq ayrılmasını görüb onlara yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, saxlanılan şəxslərin şəxsiyyəti ilə maraqlandıqda onlardan birinin xx xxxxxxx 1987-ci il təvəllüdlü Şahid5 olmasını, digərinin isə xx xxxx 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını müəyyənləşdirmişlər. Bundan sonra Şahid5 və Təqsirləndirilən şəxs barələrində əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərarla tanış etmiş, onların üzərlərində qeyri-qanuni əşya olubolmamasını soruşmuşlar. Həmin vaxt Ruslan əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb onlara təqdim etmiş, təqdim olunan həmin bükümlərə baxış keçirilərək götürülmüş, boş zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Şahid5 həmin maddələrin narkotik vasitə olan heroin olmasını və qohumu X1 yüz iyirmi beş manata aldığını bildirmişdir. Həmin vaxt saxlanılan Təqsirləndirilən şəxs da Şahid5 dediklərini təstiq etmiş və narkotik vasitəni Ruslana satdığı üçün əldə etdiyi 125 manat pulu əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən çıxardaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümün içərisində 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə, 01 ədəd ağ rəngli bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən bükümlər zərfə qoyulduqdan sonra yapışqanlanmaqla bağlanmış, “DİN-nin zərflər üçün” nəzərdə tutulmuş 7 saylı möhürü ilə möhürlənmiş, imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülən narkotik vasitə olan heroinə bənzər kütləni, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, o cümlədən Şahid5 aşkarlanaraq götürlən kütlələri “Abbas” kimi tanıdığı İİR vətəndaşı ilə «WhatsApp» proqramı vasitəsi ilə danışıqlar yolu ilə sonuncunun hesabına pul köçürülməklə atıldığı yerdən götürüb əldə etdiyini bildirmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, sonra müvafiq sənədləşmələr apaılması üçün Ruslan və Cəlaləddin BNMİ-bə aparılmış, hər ikisi şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt onların üzərindən mobil telefonlar aşkar edilərək götürülmüşdür. Bundan başqa isə iş üzrə əhəmiyyət kəsb edə biləcək heç bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Ruslanın külli miqdarda narkotik vasitə alması ilə bağlı əməliyyat məlumatı daxil olsa da, onun konkret olaraq kiməsə narkotik vasitə satması və ya hədiyyə etməsi ilə bağlı hər hansı fakt müəyyən edilməmişdir. Şahid5 və Təqsirləndirilən şəxs Nadir oğlu saxlanılarkən və üzərinə baxış keçirilərkən onlara qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin digər əməliyyat müvəkkilləri Şahid1, Şahid4 və Şahid3 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 Bəhrəm ilə oxşar məzmunlu ifadə verib onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxış keçirilməsi və götürmə haqqında 18 may 2020-ci il tarixli protokoldan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs 18 may 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, BNMİ-nin təhqaqat qrupunun təhqiqatçısı polis əməkdaşlarına və saxlanılan şəxslərə özlərini təqdim etmələrini tələb edir. Təqdimetmə başa çatdıqdan sonra təhqiqatçı Şahid5 saat 19:10 radələrində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını bildirir və ondan üzərində qeyri-qanuni əşya olub-olmamasını soruşur. Şahid5 üzərində qanunla qadağan edilən əşya olmasını bildirib əynindəki açıq mavi rəngli cins şalvarın sol yan cibindən 02 ədəd büküm çıxararaq təqdim edir və bükümlərin içərisindəkinin narkotik vasitə olan heroin olduğunu bildirir. Şahid5 təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülür. Şahid5 təqdim etdiyi narkotik vasitəni onunla birlikdə saxlanılan xalası oğlu Təqsirləndirilən şəxs alıb əldə etdiyini bildirir. Tədqiq olunan baxış keçirilməsi və götürmə haqqında 18 may 2020-ci il tarixli protokoldan daha sonra görünür ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs isə Şahid5 təqdim etdiyi narkotik vasitəni sonuncuya 125 manat müqabilində satdığını və təxminən 5 qram çəkidə olduğunu bildirir və Ruslanın ona verdiyi 125 manat pulu əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən çıxardaraq polis əməkdaşlarına təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya predmet olub-olmaması soruşulur. O, əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükülü çıxarıb təqdim edir. Həmin bükülünü içərisində 01 ədəd qəhvəyi və 01 ədəd ağ şəffaf rəngli kütlə olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlənin heroin, ağ rəngli kütlənin isə «şüşə» yəni, metamfetamin olduğunu bildirir. Təqsirləndirilən şəxs aşkar edilən maddələr ağ rəngli zərfə qoyulduqdan sonra qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülən narkotik vasitə olan heroinə bənzər kütləni, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, o cümlədən Şahid5 aşkarlanaraq götürlən kütlələri “Abbas” kimi tanıdığı İİR vətəndaşı ilə «WhatsApp» proqramı vasitəsi ilə danışıqlar yolu ilə sonuncunun hesabına pul köçürülməklə atıldığı yerdən götürüb əldə etdiyini bildirir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şübhəli şəxslərin saxlanılması, onların üzərinə baxış keçirilməsi və narkotik vasitəyə, psixotrop maddəyə şübhəli maddənin götürülməsi prosesi «Samsunq Qalaxy» markalı mobil telefonun videokamera funksiyasından istifadə olunmaqla videolentə alınmış və videoçəkiliş protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 11-12). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Şahid5 və Təqsirləndirilən şəxs 18 may 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması, baxış və götürmə, həmçinin saxlanılan şəxslərin üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, videogörüntülər baxış keçirilməsi və götürmə haqqında 18 may 2020-ci il tarixli protokolla uyğunluq təşkil edir. Tədqiq olunan videogörüntülərlə, həmçinin müəyyən olunur ki, saxlanılan şəxslər Şahid5 və Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onlar Azərbaycan Respublikası DİNnin BNMİ-nin inzibati binasına gətirilərək üzərlərində şəxsi axtarış aparılmış, şəxsi axtarış nəticəsində iş üçün əhəmiyyət kəsb edəcəyi ehtimal olunduğundan, Şahid5 «İphone 5S», Təqsirləndirilən şəxs isə «Huavei» və «Hoffman» markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür (cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan Şahid5 və Təqsirləndirilən şəxs 18 may 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması, baxış və götürmə, həmçinin saxlanılan şəxslərin üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında 14 iyul 2020-ci il tarixli protokollardan görünür ki, həmin sənəd məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülərə uyğundur (iş vərəqə: cild İİ, səh. 4). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 19 may 2020-ci il tarixli, 6/824 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Şahid5 aşkar olunmuş...” yazılar olan 1 №-li zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,732qram, 0,242qram, ümumi təmiz çəkiləri 3,974 qram müəyyən olunan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazılar olan 2 №-li zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,154 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,036 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ən nəhayət, tədqiq olunan həmin rəydən daha sonra görünür ki, 1 №-li zərfdəki heroinlə (Şahid5 aşkar olunmuş), 2 №-li zərfdəki heroin (Təqsirləndirilən şəxs aşkar olunmuş) xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər (iş vərəqə: cild İ, səh. 63-68). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2020-ci il tarixli, 2132 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tirykək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 25-26). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməpsixiatrik ekspertizasının 23 sentyabr 2020-ci il tarixli, 1884 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tədqiqat zamanı hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarından və hal-hazırki psixiatik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 119-120). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində qəbul edilmiş 21 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin iş üzrə Təqsirləndirilən şəxs götürülmüş 125 manat pul, Şahid5 və Təqsirləndirilən şəxs 18 may 2020- ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması, baxış və götürmə, həmçinin saxlanılan şəxslərin üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən bir ədəd DVD disk, Təqsirləndirilən şəxs götürülmüş 0,154 qram narkotik vasitə olan heroin və 0,036 qram psixotrop maddə olan metamfetamin, həmçinin Şahid5 aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,974 qram təşkil edən narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalan 3,874 qram və 0,114 qram çəkidə narkotik vasitə olan heroin, 0,006 qram çəkidə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, 125 manat pulun isə DİN-in BNMİ-də saxlanılması nəzərə alınmışdır(iş vərəqə: cild İİ, səh. 134-144). Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şahid5 barəsində onun Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd bükümdə təmiz çəkiləri 3,732 və 0,242 qram, ümumi təmiz çəkisi isə 3,974 qram olan narkotik vasitə hesab edilən heroini 125 manata əldə edib üzərində saxlayaraq daşıması faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraatda cinayət işi istintaq edilməklə məhkəməyə verilmiş və Yasamal rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünə əsasən Şahid5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisi 4,128 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi külli miqdar hədlərində olmuş, lakin metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 0,036 qram təşkil etdiyindən qeyd olunan miqdar Siyahıda göstərilən külli miqdar anlayışını özündə ehtiva etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisinin 4,128 qram olmaqla külli miqdar təşkil etməsi, onun istehlakçı Şahid5 ilə əvvəlcədən razılıq əldə edib həmin narkotik vasitədən 02 ədəd bükümdə külli miqdarda olmaqla, bir bükümdə təmiz çəkisi 3,732 qram, ikinci bükümdə təmiz çəkisi 0,242 qram Şahid5 125 manata satması, əlavə olaraq ondan 0,036 qram metamfetamin psixotrop maddəsinin aşkar edilib götürülməsi, aşkar edilmiş heroin narkotik vasitəsinin müxtəlif miqdarlarda 03 ədəd bükümlərdə olması, aşkar edilib götürülmüş vasitələrin müxtəlif növlərdə olması və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olmaması, onda metamfetamin psixotrop maddəsinin ümumiyyətlə olmaması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı Qarnizonunun Hərbi Məhkəməsinin 27 yanvar 2000-ci il tarixli hökmüunə əsasən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin «a» və «b» bəndləri ilə (hərbi hissəni təkrar özbaşına tərk etmə) nəzərdə tutulan cinayət əməlini törpətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs döyüşən orduya göndərilməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır, yəni həmin hökm icra olunmamışdır (iş vərəqə: cild İ, səh. 208-209). Azərbaycan Respublikası CM-nin 83.3. və 83.3.1-2-ci maddələrinin tələblərinə görə ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkum olunduğu 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin «a» və «b» bəndləri isə Cinayət Məcəlləsinin 80.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2020-ci il tarixli, 2132 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 18 may 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 may 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 may 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 may 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən müəyyən edildi ki, maddi sübut kimi qiymətləndirilmiş, Şahid5 götürülməklə saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 3,874 qram qalıq çəkisi olan heroin narkotik vasitəsinin Şahid5 barəsində çıxırılmış Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünə əsasən məhv edilmiəsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Şahid5 götürülmüş və maddi sübut kimi qiymətləndirilmiş 3,874 qram qalıq çəkisi olan heroin narkotik vasitəsinin Şahid5 barəsində çıxırılmış Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünə əsasən məhv edilmiəsinin qərara alınması nəzərə alınmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Yasamal RPİ-nin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş 0,114 qram qalıq çəkisi olan heroin narkotik vasitəsi və 0,006 qram qalıq çəkisi olan metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidi. Bundan başqa, baxılan iş üzrə maddi sübut kimi tanınmış, Şahid5 və Təqsirləndirilən şəxs 18 may 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması, baxış və götürmə, həmçinin saxlanılan şəxslərin üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs götürülməklə sonuncunun Şahid5 satdığı heroin narkotik vasitəsinin qarşılığında aldığı 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti ilə bağlı belə nəticəyə gəlir ki, həmin pul məbləği barədə xüsusi müsadirə tətbiq edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.2-ci maddəsinin tələblərinə görə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə predmetinə aid əmlaklardır. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəflərinə dair məsələ həll olunarkən, həmçinin müəyyən edildi ki, məhkəmə məsrəfini təşkil edən 19 may 2020-ci il tarixli, 6/824 saylı ekspertiza tədqiqatına sərf olunmuş 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məbləğinin yarısını təşkil edən 54,95 (əlli dörd manat 95 qəpik) manatın və 16 iyul 2020-ci il tarixli, 5/298 nömrəli ekspertiza tədqiqatına sərf olunmuş 59,94 (əlli doqquz manat 94 qəpik) manatın Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünə əsasən Şahid5 dövlət nəfinə tutulması barədə qərar qəbul edilmişdir. Odur ki, Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü məhkəmə məsrəflərinə dair hissədə qeyd olunduğu kimi nəzərə alınmalı, 19 may 2020-ci il tarixli, 6/824 saylı ekspertiza tədqiqatına sərf olunmuş 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məbləğinin qalan yarısını təşkil edən 54,95 (əlli dörd manat 95 qəpik) manat və məhkəmə komputer-texniki ekspertiza tədqiqatına sərf olunmuş 179,82 (yüz yetmiş doqquz 82 qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 18 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 0,114 qram olan heroin narkotik vasitəsi və 0,006 qram çəkidə metafetamin psixotrop maddəsi məhv edilsin; - Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülməklə sonuncunun Şahid5 satdığı narkotik vasitə olan heroinin qarşılığında aldığı 125.00 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti barədə xüsusi müsadirə tətbiq edilib, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünə əsasən maddi sübut kimi qiymətləndirilmiş 3,874 qram qalıq çəkisi olan heroin narkotik vasitəsinin məhv edilməsi barədə qərar qəbul edilməsi nəzərə alınsın. 19 may 2020-ci il tarixli, 6/824 saylı ekspertiza tədqiqatına sərf olunmuş 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məbləğinin qalan yarısını təşkil edən 54,95 (əlli dörd manat 95 qəpik) manat və məhkəmə komputer-texniki ekspertiza tədqiqatına sərf olunmuş 179,82 (yüz yetmiş doqquz 82 qəpik) manat – cəmi 234,77 (iki yüz otuz dörd manat 77 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. 19 may 2020-ci il tarixli, 6/824 saylı ekspertiza tədqiqatına sərf olunmuş 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məbləğinin yarısını təşkil edən 54,95 (əlli dörd manat 95 qəpik) manatın Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünə əsasən Şahid5 dövlət nəfinə tutulması barədə qərar qəbul edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-856/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-856/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver