Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-862/2021 30.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X8, müdafiəçi: Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə 8 iyul 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Zəngilan rayonunun Bartaz kəndində qeydiyyatda olub, ünvan 1-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 29 yanvar 2018-ci ildən rəsmi nikah münasibətində olmaqla onunla eyni ünvanda yaşamış arvadı Şahid2 Xalıq qızının ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə nəticəsində, 17 iyun 2020-ci il tarixdən etibarən atası Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı evə gəlib bir daha geri qayıtmamasına görə, eləcə də, özünün yaşadığı ünvan 1 ünvanda 17 iyun 2020-ci il tarixdə baş verməklə 9818 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnmiş qəsdən törədilən yanğın hadisəsinə görə Sumqayıt ŞPİ İŞ-nin icraatında istintaqı aparılan cinayət işi üzrə yanğın hadisəsinin arvadı Şahid2 tərəfindən, həm də tək deyil, qaynatası Zərərçəkmiş şəxs və digər ailə üzvlərinin təhriki və iştirakı ilə törədilməsini ehtimal edərək, sonunculara qarşı onda yaranmış nifrət hissinin təsiri altında qisas almaq niyyəti ilə qaynatası Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı evdən soyuq silah hesab edilməyən bıçağı götürərək, 31 avqust 2020-ci il tarixdə saat 10 radələrində qaynatası Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gəlmiş və həmin evin yaxınlığında Zərərçəkmiş şəxs bir qədər irəlidə yaşadığı evi istiqamətində getdiyini görüb arxasınca getmiş və qaynatası Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçəyə daxil olduqdan sonra ona yaxınlaşaraq evini yandırmaları və arvadı Şahid2 da aparıb öz evinə gətirməsinə dair iradlarını bildirərkən Zərərçəkmiş şəxs ona nalayiq tərzdə, ölsə də qızı Aygünü geri qayıtmağa qoymayacağını deməsindən daha da əsəbiləşərək, xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəlcədən üzərində gətirdiyi bıçağı şalvarının sağ bel nahiyəsindən çıxarıb, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, onu öldürməməsi barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb, xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq, Zərərçəkmiş şəxs kəskin qanitirmə ilə nəticələnməklə ölümünə səbəb olan, dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək ürək kisəsini zədələyib, ürəyin sol mədəciyini dəlib-keçən bir ədəd və döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sağ ağ ciyərin orta payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaraları, sağ təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı və baş-beyin yumşaq qisasına qansızma ilə müşayiət olunan təpə nahiyyəsinin sağ nahiyyəsinin sağ yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası, döş və qarın boşluğuna nüfuz etməyən, ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid sağ yanaq nahiyəsinin deşilmiş-kəsilmiş bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin beş ədəd, boyun nahiyəsinin yuxarı 1/3-nin sol yarısının ön səthinin bir ədəd, boyun nahiyəsinin sağ yarısının arxa səthinin bir ədəd, döş qəfəsinin arxa səthində ortada yerləşmiş bir ədəd deşilmiş kəsilmiş yaraları, eləcə də canlı şəxslərdə həm ümumilikdə, həmçinin ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olub dərəcələri təyin edilməyən boyun kökünün sağ yarısının məsaməli cızığı, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin cızığı, döş qəfəsinin sağ yarısının arxa səthinin cızığı, sağ bazu oynağı nahiyəsinin ön səthinin, sağ bazu nahiyəsinin arxa səthinin sıyrıqlı qançırları ilə müşayiət olunan çoxsaylı - ümumilikdə 17 ədəd xəsarət yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyaldan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 13 dekabr 2017-ci ildə Şahid2 Xalıq qızı ilə ailə qurmuşdur. Həmin nigahdan iki azyaşlı uşağı vardır. Aygünlə aralarında xırda mübahisələri olsa da, ciddi bir münaqişələri olmamışdır. Qaynatası Xalıq tez-tez onların ailədaxili işlərinə qarışmış, bu səbəbdən sonuncu ilə aralarında mübahisə yaranmışdır. 2 yanvar 2018-ci ildə anası vəfat etmişdir. Tutulanadək atası Asiflə birlikdə əmisi Fikrətə məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən evdə yaşamışdır. Əmisi Fikrətin özünün Sumqayıt şəhəri «Qurd dərəsi» deyilən yerdə ayrıca evi olmuş və sonuncu ailəsi ilə həmin ünvanda yaşayır. Əmisi Fikrətə məxsus evdə qalmaqlarına səbəb, onların ünvan 1 ünvandakı evin kimsə tərəfindən yandırılması olmuşdur. Evlərinin yandırılmasında qaynatası Xalıqdan şübhələnmişdir. 17 iyun 2020-ci il tarixdə səhər saatlarında yaşadığı mənzilin qapısının yandığını və arvadı Aygünün evdə olmadığını, evdəki telefon xətlərinin kəsilməsini, qazın isə açıq qalmasını görmüşdür. Düşünür ki, həmin gün yatdığı vaxt qaynatası Xalıq onların evinə gəlmiş, evini yandırmış və arvadı Aygünü də götürüb öz evinə aparmışdır. Azyaşlı qızı Zəminə Hüseynəliyeva ayağında əyrilik olduğundan 4 may 2020-ci il tarixdən qaynatasının evi həyət evi olmasına görə, uşağına gün işığı dəyməsi üçün qaynatası Xalıqin evində qalmışdır. Evinin yandırılması ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmışdır. 17 iyun 2020-ci il tarixdən sonra arvadı Aygün atası Xalıqin Bakı şəhəri Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən evində qızı Zəminə ilə yaşamışdır. Yaşadığı ev yanarkən ayağı da yanmış, həmçinin bir neçə dəfə qaynatası ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən qaynatasının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəyə zəng edib, evinin kim tərəfindən yandırılmasını soruşmuşdur. Xalıq ona evin kim tərəfindən yandırıldığını bilmədiyini demişdir. Arvadı Aygünün özünün mobil telefonu olmadığından, arada bir gah qaynatası Xalıqin, gah da qaynı İlkinin ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Hadisədən təxminən 10-15 gün əvvəl qaynı İlkinə zəng edib uşağını görmək istədiyini demiş və İlkin ona: «axşam saat 5-də gəlib görərsən»-deyə cavab vermişdir. İlkinin dediyi vaxt onların evinin yaxınlığındakı parka getmiş və orada azyaşlı qızını görmüşdür. Həmin vaxt qızı Zəminəni qaynı İlkinlə qaynanası Həcər onunla görüşdürməyə gətirmişdir. Həmin vaxt arvadı Aygünün onu evdə tək qoyub atası Xalıq ilə getməsinə görə, küsdüyü üçün Aygünün onunla görüşə gəlməsini istəməmişdir. Bundan sonra, qaynatasının evi istiqamətində getməmiş, uşağını belə görməmişdir. 27 avqust 2020-ci il tarixdə saat təxminən 15-16 radələrində evinin yanması ilə əlaqədar şikayəti üzrə Sumqayıt şəhər prokurorluğunda olduğu vaxt qaynatası Xalıq, qaynanası Həcər, arvadı Aygün və azyaşlı qızı Zəminə də oraya gəlmişdir. Həmin vaxt qaynatası Xalıqla qarşılaşdıqda, sonuncu ona astadan kənardakı tanımadığı şəxslərin eşitməyəcəyi səs tonu ilə: «evini yandırdım, yaxşı elədim, sənin ağzını s....m, sən də mənə heç nə edə bilmədin» demişdir. Xalıqa cavab vermədən yaşadığı evə qayıtmışdır. 30 avqust 2020-ci il tarixdə evdə olduğu vaxt arvadı Aygünü və azyaşlı qızı Zəminəni gedib evinə qaytarıb gətirmək fikrinə düşmüşdür. Bu barədə atası Asifə heç nə deməmişdir. 31 avqust 2020-ci il tarixdə saat 6.30-da yuxudan durub, qaynatası Xalıqin «Həsənoğulları» mebel şirkətində mühafizəçi işləməsinə görə, əvvəlcə oraya gedib qaynatasına arvadı Aygünlə uşağını Sumqayıta evinə geri qaytarmaq istəməsini demək istədiyindən, təxminən saat 8 radələrində qaynatası Xalıqin iş yerinə getmişdir. Bir qədər orada gözlədikdən sonra, qaynatasının işdən çıxmadığını görüb, yoldan keçən bir manatlıq taksilərdən birinə minib əvvəlcə 20 Yanvar metrostansiyasına, oradan da 67 nömrəli marşruta minib qaynatasının yaşadığı Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsinin yaxınlığındakı dayanacaqda avtobusdan düşüb, «Rahat market» istiqamətində irəliləmişdir. Həmin vaxt qaynatası Xalıqın onun qabağında əlində sellofan torba ilə evləri istiqamətində getdiyini görmüşdür. Həmin vaxt saat təxminən 10 radələri olmuşdur. Qaynatasına görsə də ona həmin yerdə yaxınlaşmamışdır. Qaynatası ilə qarşılaşacağı təqdirdə aralarında xoşagəlməz söz-söhbət yaranacağını fikirləşib, Xalıqa yaxınlaşmadan, onun ardınca yaşadığı evlərinə tərəf getmişdir. Xalıqın yaşadığı evə tərəf olan döngəni dönüb təxminən 20-25 metr qabağa getmişdir. Evlərinin darvazasının qarşısına çatdıqda, sakit tərxdə söhbət etmək məqsədilə qaynatası Xalıqa yaxınlaşıb arvadı Aygünlə qızı Zəminəni evinə qaytarmaq istədiyini demişdir. Xalıq da ona: «si..dir burdan»-deyə cavab verdikdə, ona ağzına gələni danışmamağını, söyüş söyməməsini demişdir. Xalıq ikinci dəfə ona söyüş söyərək, rəhmətə gedən anasını təhqir etmişdir. Odur ki, söyüş söydüyünə görə Xalıqı üzərində gətirdiyi bıçaqla sol tərəf kürək nahiyəsindən bir dəfə vurmuşdur. Xalıq yaxasından yapışıb onu yıxmaq istədikdə, əlindəki bıçaqla Xalıqa çoxsaylı bıçaq xəsarətləri yetirmişdir. Həmin vaxt onun Xalıqı öldürmək niyyəti olmamışdır. Bu zaman yaşlı bir kişinin: «Ay dədə, nağardın, nağayırdın»-deyə qışqırdığını eşitmişdir. Həmin vaxt qaynatasıgilin həyətindən qışqırıq səsi gəldiyini eşidib hadisə yerindən qaçıb getmiş və əlində tutduğu bıçağı evin yaxınlığında küçəyə atmışdır. Bundan sonra əsas küçəyə çıxıb, taksi saxlayıb onu 20 Yanvar metrostansiyası tərəfə aparmasını xahiş etmişdir. Taksidə olarkən atası Asif ona zəng etmişdir. Atasına: «ata, birdən axşam səni bölməyə çağırarlar» dedikdə, sonuncu qışqırıb ona «102»-ni yığıb məlumat verməsini tövsiyyə etmişdir. Bundan sonra telefonundan mobil nömrənin kartını çıxarıb, qırıb maşının pəncərəsindən atmışdır. 20 Yanvar metrostansiyası yaxınlığında taksidən düşüb, özünə məxsus mobil telefonu xalası oğlu Coşquna vermək üçün onun yaşadığı Abşeron rayonu Qobu qəsəbəsinə getmişdir. Evlərinin yaxınlığında Coşqunla görüşüb mobil telefonunu ona vermişdir. Coşqun ondan telefonu hansı səbəbdən ona verdiyini soruşduqda, sonuncuya ondan heç nəyi soruşmamasını, arxasınca gəlməməsini deyib magistral yola çıxmışdır. Yoldan keçən taksilərdən birinə minib yenidən 20 Yanvar metrostansiyasına qayıtmışdır. Bundan sonra rəhmətlik anasının qəbirini ziyarət etmək qərarına gəlmişdir. Bu məqsədlə tanımadığı şəxsə məxsus «Ford» markalı avtomobillə Saraya gedib anasının qəbirini ziyarət edib ağlamışdır. Axtarışda olduğunu bildiyi üçün ünvan 1 ünvandakı evinə qayıtmışdır. Evinin yaxınlığında yol kənarında meyvə-tərəvəz satan 40-45 yaşlı üzdən tanıdığı, adını bilmədiyi kişiyə yaxınlaşıb, onun telefonundan «102» xidmətinə zəng edib, hadisə barədə məlumat verib, olduğu ünvanını demişdir. Məlumatı qəbul edən şəxs ondan adını, soyadını və hadisəni harada törətdiyini soruşmuşdur. Sonuncuya özünü təqdim edib, hadisə yeri barədə məlumat verəndən sonra, ona atası Asifin və əmisi Sadayın mobil telefon nömrələrini vermişdir. Bundan sonra yaşadığı binanın 3-cü mərtəbəsindəki mənzilinin qapısının qarşısına gəlmiş, lakin qapının açarı onda olmadığından, mənzilə daxil ola bilməmişdir. Özünü pis hiss etdiyi üçün aşağı düşüb həyətdəki skamyada oturmuşdur. Bu zaman polis əməkdaşları yaxınlaşıb, ondan «102»-yə zəng edib-etmədiyini soruşmuş, sonunculara zəng etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu bölməyə aparmışlar. Qaynatasının evinə gələrkən yaşadığı evdən mətbəx bıçağı götürüb üzərində gətirməyinə səbəb Xalıqı qorxutmaq və qaynatası birdən onu vuracağı halda, özünü müdafiə etmək olmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs ona xəsarət yetirməsə də, əlindəki bıçağı sol əli ilə möhkəm sıxdığına görə, sol əlinin iç tərəfindən xəsaərət almışdır. Hadisə baş verən vaxt əynində qara rəngli sepli poliver, göy rəngli cins şalvar, qara rəngli makasin ayaqqabı olmuşdur. Hadisə vaxtı əlləri qan olsa da, əllərini yumuş, həmçinin cins şalvarı da qan olmuşdur. Qaynatasının əynində isə açıq rəngli qısaqol köynək, qara rəngli parça şalvar olmuşdur. Zərərçəkmiş şəxs bıçaqlayaraq qətlə yetirməyinə səbəb hadisə baş verən vaxt qaynatasının onun rəhmətə gedən anasına söyüş söyməsi, onu təhqir etməsi səbəb olmuşdur. Qaynatası Xalıqa bir bıçaq zərbəsi vurduqdan sonra, qaynatası onun yaxasından tutub özünə tərəf dartmış, bundan sonra, qaynatasına vurduğu bıçaq zərbəsinə görə, qaynatası Xalıq qışqıra-qışqıra zarıldamasına görə, onu yaxasından tutub dartdıqda, qaynatasını özündən aralamaq üçün yenidən qaynatasına bıçaqla zərbələr endirməyə başlamışdır. Bu zərbələrin təsiri nəticəsində qaynatası evlərinin darvazasından bir qədər aralıda yolda yerə yıxılmış və həmin vaxt onu da yerə yıxmışdır. O da, Xalıqa yenidən bıçaq zərbələri atmışdır ki, Xalıq ondan əlini çəksin. O, artıq səs-küy gəlməsini, qonşuların səs-küyü eşidib çölə çıxdıqlarını görüb bıçaq zərbələrini vurmağını dayandırıb qaynatasının əlini yaxasından dartıb aralamış və magistral yol istiqamətində qaçmış, qaçdığı vaxt bıçağı da qaynatasıgilin yaşadığı evin yaxınlığında küçəyə atmışdır. Qaça-qaça arxaya baxdıqda, qaynatası Xalıqın ayağa qalxdığını görmüşdür. Bundan sonra geriyə baxmadan qaçmışdır. “Whatsapp”dakı statusunda hadisədən əvvəl əsəbi olduğu üçün qaynatası Xalıq və ailə üzvləri barəsində hədələyici sözlər yazsa da, Zərərçəkmiş şəxs, qaynanası Həcər Bağırovanı, arvadı Aygünü və onların digər ailə üzvlərini real olaraq heç vaxt hədələməmişdir. Həmin məzmunda status yazmaqda məqsədi qaynatasıgilin ailə üzvlərindən kim tərəfindən evinin yandırılmasını öyrənmək istəyi olmuşdur. Hadisə yerinin yaxınlığındakı ona təqdim edilmiş video-görüntülərdə saat təxminən 09.10-da ondan irəlidə əlində sellofan torba ilə gedən şəxs qaynatası Zərərçəkmiş şəxs, onun arxasınca gedən qara rəngli uzunqol köynək geyinmiş şəxs isə özüdür. Həmin vaxt hansı səbəbdən sağ əlini bel nahiyyəsinə və ya arxa cibinə tərəf aparmağını, üzərindəki bıçağı həmin nahiyyəyə və ya digər yerə qoymağını xatırlamır. Videogörüntülərdə qeydə alındığı kimi Zərərçəkmiş şəxs arxasınca getmiş, daha sonra onların yaşadığı dönəgəyə tərəf girmiş və orada Xalıqla mübahisə edib, onu bıçaqlamışdır. Coşqun Rüstəmovun istintaqa təqdim etdiyi video-görüntülərdə adını bilmədiyi taksi sürücüsünün kimliyini və həmin taksi sürücüsünün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını bilmir. Hadisəni törətdikdən sonra, yoldan keçən tanımadığı şəxsə məxsus taksiyə əyləşib 20 Yanvar mterostansiyasına gəlmiş, oradan da Qobuya gedən taksi ilə xalası oğlu Coşqungilə getmişdir ki, mobil telefonunu atası Asifə çatdırması üçün Coşquna versin. Coşqungilin evinə çatdıqda qapılarının bağlı və evdə heç kimin olmadığını görmüşdür. Üstündə pulu az olmasına görə, taksi sürücüsünün mobil telefonu ilə xalası oğlu Coşquna zəng etmişdir ki, evə gəlsin və taksi sürücüsünə verməli olduğu pulun çatışmayan məbləğini Coşqundan alıb taksi sürücüsünə verə bilsin. Daha sonra Coşqunun uzaqdan gəlməsini görüb, taksi sürücüsü ilə birlikdə Coşqunun qabağına getmişdir. Coşqun taksi sürücüsü ilə söhbət edib onu yola salmışdır. Bundan sonra Coşqunla birlikdə evinin həyətinə keçib telefonunu Coşquna verib atasına çatdırmasmı xahiş etmişdir. Hadisə barədə Coşquna deyib-demədiyini xatırlamır. Evdən çıxıb Coşqunla bir yerdə 20 Yanvar metrostansiyasına gəlmiş, orada sonuncuya anasının qəbrini gedib ziyarət edəndən sonra Sumqayıta evə gedəcəyini bildirmişdir. Coşqun onunla sağollaşıb ayrılmışdır. Qayanatası Xalıqı öldürməkdə ona heç kim köməklik etməmişdir. Qaynanası Həcərin bu barədə göstərdiklərini şər-böhtan hesab edir. Hesab edir ki, qaynanası bu yolla onun ona yaxın olan qohumlarını incitməklə, ondan və qohumlarından qisas almağa çalışır. Qaynatasını aralarında yaranmış xoşagəlməz münasibətlərlə əlaqədar evlərinin darvazasının qarşısında küçədə bıçaqla qətlə yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əri olmuşdur. Sonuncu ilə 1995-ci ildə ailə qurmuş və Bakı şəhəri Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 43 saylı evdə yaşamışlar. Birgə nikahdan Aygün və İlkin adlı uşaqları dünyaya gəlmişdir. Mərhum əri Xalıq «Həsənoğlu» mebel şirkətində mühafizəçi işləmişdir. Sonuncu təbiətcə yumşaq xasiyyətlə və sakit adam olmuşdur. Təqsirləndirilən şəxs onun qardaşı Faiqin arvadı Nazilənin qohumudur. Ayxanın anası Zəminə ilə Nazilə xala qızıdırlar. Ayxanın anası Zəminə xərçəng xəstəliyindən vəfat etmişdir. Ayxangil Nazilənin vasitəsi ilə qızı Aygünə elçiliyə gəlmiş və 2017-ci ilin sentyabr ayının 22-də nişan gətirmişlər. Nişan mərasiminədək Ayxangilin ailəsi barədə çox az məlumatarı olmuşdur. X6 yaxşı ailə olduğunu demiş, bu səbəbdən nişan mərasimindən bir neçə ay sonra onların toyunu etmişlər. Ayxanın anası xərçəng xəstəsi olduğu üçün onları məcbur etmişlər ki, toyu tezləşdirsinlər. 2017-ci ilin dekabr ayının 13-də qızı Aygün Ayxanla ailə qurmuş və toydan sonra onlar ünvan 4 ünvana köçüb qaynatası Asif, qaynanası Zəminə və qaynı Turqut ilə birlikdə yaşamışlar. 2018-ci ilin yanvar ayında Zəminə vəfat etmişdir. Zəminə rəhmətə gedənədək qızı Aygünün evinə tez-tez gedib-gəlsə də, sonradan Ayxan və atası Asifin hərəkətlərindən, onların gəlişlərinin ürəyincə olmadıqlarını hiss etdiyinə görə, qızının yaşadığı evə ara-sıra gedib qızı və nəvəsinə baş çəkmişdir. Aygünün qızı Zəminə 2018-ci ilin dekabr ayının 26-da anadan olmuşdur. Hər dəfə getdikdə Aygünü kefsiz görüb səbəbini soruşanda, qızı ona heç nə deməmişdir. Sonradan Aygünün əri tərəfindən mütəmadi olaraq döyüldüyü, işgəngələrə məruz qaldığı, hətta boğazına bıçaq dirəyib başını kəsəcəyi ilə hədələndiyi ona məlum olmuşdur. Aygün bütün bunları Ayxanın qorxusundan gizlətmiş və bu barədə ona bildirməmişdir. Ayxan hamilə vaxtı belə Aygünü döyüb pis hala salmışdır. Sonradan qızının deməsindən Ayxanın narkotik maddələr qəbul etdiyini də bilmişdir. Bütün bu müddət ərzində qızı qorxu altında yaşamışdır. 2020-ci ilin yanvar ayında X2 poliklinikasında müayinə etdirdiyi zaman bədənində xəsarətlər görüb, bu barədə əri Xalıqa bildirmişdir. Xalıq ilk öncə Ayxanın atasına, sonra isə əmisi Sadaya zəng edib Ayxanın Aygünü döydüyünü demiş, atası Asif oğlunun ailə işlərinə qarışmadığını, Saday isə məsələni aydınlaşdırıb həll edəcəyini bildirmişdir. 2020-ci ilin may ayında nəvəsi Zəminəni xəstəliyi ilə əlaqədar uşağı götürüb öz evinə gətirmiş, qızı Aygün isə Sumqayıtda Ayxanla yaşamaqda davam etmişdir. Ayxan ata kimi uşağına da qayğı göstərməmiş və onun səhhəti ilə maraqlanmamışdır. Qaynatası Asif də Aygünə gəlini gözü ilə baxmamış, mütəmadi ona söyüşlər etmişdir. Sonradan Aygünün deməsindən Asifin dəfələrlə onun yataq otağına gəlib uzandığı və qızına da onun yanında uzanmağı təklif etdiyini bilmişdir. 2019-cu ilin iyun ayında evdə uşaq beşikdən yıxılmış, bu vaxt Ayxan qızını döyüb pis günə salmış və məcbur etmişdir ki, atasına zəng vurub, evə çağırsın. Bu barədə məlumat alıb qızının yaşadığı evə gələndə Aygünün gözünün altının qaraldığını görmüşdür. X10 nə səbəbə döydüuyünü soruşanda, Ayxan uşağa nəzarət etmədiyinə görə vurduğunu demişdir. Xalıq: «uşaq yıxılar da, buna görə adamı bu günə salarlar?» dedikdə Ayxan Xalıqı da sifət nahiyyəsindən yumruqla vurmuşdur. Səs-küyə qonşular yığışmış və onlar qızı Aygünü götürüb Biləcəriyə gətirmişlər. Evə gələndən yarım saat sonra Xalıq nəvəsinə banan almaq üçün evdən çıxmışdır. Həmin vaxt Ayxan Biləcəriyə onların evinə gəlib qızı Aygünü bıçaqla hədələyib özü ilə getməyə məcbur etmişdir. Ayxan evdən çıxarkən Xalıqla qarşılaşmış və yenidən aralarında dava olmuşdur. Bundan sonra Ayxan Aygünü özü ilə götürüb Sumqayıta aparmışdır. Bir qədər sonra onlar yenidən qızının arxasınca Sumqayıta getmiş, lakin Aygün Ayxanın hədələrindən qorxduğundan onlarla geri qayıtmamışdır. Odur ki, Xalıq qızının hərəkətindən inciyib, onu altı aydan çox danışdırmamışdır. 2020-ci ilin iyun ayının 17-də Aygün səhər saatlarında bir gün əvvəl əri tərəfindən döyüldüyünə görə yaşadığı evdən qaçmış və onlara zəng edib bu barədə məlumat verərək Sumqayıtdakı «Möhtəşəm» restoranının yanında olduğunu və gəlib onu aparmasını xahiş etmişdir. Qohumu Mehmanın avtomobili ilə əri Xalıq, qaynı Xəlillə birlikdə gedib, qızını Sumqayıtdan evlərinə gətirmişdir. Həmin gün Sumqayıtda Ayxanın yaşadığı evdə yanğın hadisəsi baş vermiş, lakin yanğının kim tərəfindən törədildiyi barədə məlumatı olmamışdır. Sonralar həyətə çıxanda Ayxanı tez-tez küçələrinin başında görmüşdür. 2020-ci ilin avqust ayının əvvəllərində gününü xatırlamadığı tarixdə Ayxan nömrəsinə fikir vermədiyi qırmızı rəngli maşınla keçərək məhlənin videosunu çəkmiş, onu görəndə isə: «vaxtınıza az qalıb» deyə qışqırmışdır. Xalıq ölməmişdən bir gün əvvəl Ayxan həyətlərinə gəlib onu sözlə təhdid edib, ömürünə az qaldığını demişdir. Ayxanın xalası Gülzara verdiyi pulun qaytarılması ilə bağlı yazdığı mesaja görə, 2020-ci ilin avqust ayında Ayxan Biləcəriyə gəlib qapını döymədən içəri girib, 100 manatı həyətə səpib, evinin yanmasına görə, onların 23 min manat pul ödəyəcəklərini demişdir. Yanğın hadisəsindən sonra Ayxan tez-tez Biləcəridə evilərinin ətrafında dolaşmış, evlərinin qabağının videosunu çəkmiş, «Whatsapp» statusunda onlara işarə edəcək təhdidlər etmiş, «az qalıb, səbr edin, ürəyinizi deşəcəm, limitiniz dolur, ürəyimə dağ vuranın ürəyini deşəcəm» və sair kimi paylaşımlar etmişdir. 31 avqust 2020-ci il tarixdə hadisə baş verən gün Xalıq gecə növbəsindən saat təxminən 8 radələrində işdən evə gəlmişdir. Evdə bir qədər uzanıb dincələndən sonra səhər yeməyi üçün «Rahat» marketin yanındakı mağazadan ərzaq alıb qayıdarkən Ayxanla üz-üzə gəlmişdir. Təxminən saat 9:30-da mətbəxtdə çay dəmləyərkən evinin dəmir darvazasının taqqıltı səsini eşitmişdir. Həmin vaxt oğlu İlkinə kiminsə evindəki qazın partaladığını demişdir. Elə həmin an qonşusu Nailin: «bura qayıt»-deyə qışqırdığını eşidib həyətinə çıxdıqda, Xalıqin qan içində evin giriş darvazası qapısının çölündə darvaza dəmirindən tutub dayandığını görmüşdür. Ərinə yaxınlaşdıqda Xalıq zəif səslə ona: «şərəfsizə nə qədər məni vurma dedim, yalvardım, amma o, əlini saxlamadı» deyib anidən yerə yıxılmışdır. Ərinin vəziyyətini görüb qışqırmağa başlamışdır. Həmin vaxt nəvəsi Zəminə qucağında olmuşdur. Bu zaman Ayxanın yola tərəf qaçdığını görmüşdür. Bundan sonra Xalıq həyətə keçib, pilləkənin yanında yerə yıxılmışdır. Həyətdəki paltar asdığı ipdən götürdüyü ağ rəngli maykanı ərinin boğazına sıxanda ürəyindən qan axdığını görmüş və bir neçə dəqiqə sonra Xalıq ölmüşdür. Ayxanın Xalıqa xəsarət yetirməsinin birbaşa şahidi olmasa da, sonradan öyrənmişdir ki, hadisə baş verən vaxt orada Nail adlı qonşusu və qonşusu Şamamanın evində kirayədə yaşayan Nazilə adlı qız olmuşdur. Ayxanın Xalıqı hansı səbəbdən qətlə yetirdiyini bilmir. Güman edir ki, Xalıq qızı Aygünü evlərinə gətirdiyi üçün Ayxan ərini qətlə yetirmişdir. Ayxan söhbət əsnasında: «bizim evdən arvad çıxa bilməz, onun yalnız meyiti, ölüsü çıxa bilər» demişdir. Təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Xalıq oğlu ifadəsində göstərdi ki, anası Həcər və mərhum atası Zərərçəkmiş şəxsla birlikdə yaşamışdır. 2020-ci ilin iyun ayının 17-dən bacısı Aygün də onların yaşadığı evə gəlmiş və onlarla yaşamışdır. 2020-ci ilin mart-aprel aylarından Aygünün azyaşlı qızı Zəminə ilə onlara gəlmişdir. Zəminəyə onlar baxmış, belə ki, həmin vaxt bacısı Aygün hamilə olmuşdur. Təqsirləndirilən şəxs «Aquavita» şirkətində fəhlə işləmişdir. Ayxan arada bir spirtli içki içmiş, onun danışıqlarından Ayxanın narkotik vasitələrdən də istifadə etdiyini bilmişdir. Ayxan bacısı Aygün, uşağı Zəminə və bacısının qaynatası Asiflə birlikdə ünvan 4 ünvanında yaşamışdır. 17 iyun 2020-ci il tarixdə Ayxanın yaşadığı ev yanmış, bu zaman Ayxan evdə yatdığı üçün yanıq xəsarətləri almış, bacısı Aygün isə evdən çıxa bilmişdir. Bu hadisədən sonra Ayxan ondan, atası Xalıqdan baş vermiş hadisəyə görə şübhələnməyə başlamış, bu səbəbdən də aralarında narazılıqlar yaranmışdır. Həmin yanğın hadisəsi ilə bağlı əvvəlcə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsində, daha sonra isə Sumqayıt ŞPİ-də araşdırma aparılaraq cinayət işi istintaq edilmişdir. Hadisədən sonra Ayxan bir neçə dəfə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək nə üçün onun evini yandırdıqlarını, baş vermiş hadisəyə görə, onlardan qisas alacağını demiş, lakin nə onu, nə atası Xalıqi və digər ailə üzvlərini öldürəcəyini bildirməmişdir. Həmişə sözlə onlara hədə-qorxu gəlmiş və onlar da Ayxanın belə bir cinayət törədəcəyinə inanmamışlar. Hadisəyə qədər Ayxan uşağı Zəminəni görmək üçün onların evinin yaxınlığındakı parka gəlmiş, həmin vaxt da Ayxan sözlə onlara hədə-qorxu gəlmiş, evini onun və ya atası Xalıqın yandırdığını demişdir. 31 avqust 2020-ci il tarixdə səhər saat təxminən 9 radələrində evdə anası Həcər, bacısı Aygün, bacısı Aygünün qızı Zəminə olmuşdur. Atası Xalıq isə 30 avqust 2020-ci il tarixdə saat 17:00-dan işdə olmuş və gecə növbəsində işlədiyi üçün gecəni işdə qalmışdır. Təxminən saat 9 radələrində küçədən səs-küy eşidib küçəyə qaçmışdır. Həmin vaxt evlərinin küçəyə çıxan darvazasının qarşısında anası Həcər və qonşusu Naili görmüşdür. Anası ağlaya-ağlaya onun qolundan tutub tərpənməyinə imkan verməmişdir. O, əvvəlcə küçədə yerdə qan görüb atası Xalıqın kiminləsə dalaşdığını və həmin şəxsin arxasınca qaçdığını düşünmüşdür. Odur ki, atasının arxasınca magsitral yola tərəf qaçmaq istəmiş, lakin anası onu qolundan tutub buraxmamışdır. Həmin vaxt əynində köynəyi olmadığı üçün evə qayıdıb köynəyini geyinmək istədikdə, atası Xalıqın sağ böyrü üstə həyətdəki mətbəx otağına tərəf yerdə uzanıqlı vəziyyətdə qalmasını və al-qan içində olmasını görmüşdür. Həmin vaxt atası Xalıq hərəkət etməmiş və danışmamışdır. Daha sonra bacısı Aygün evdən həyətə çıxmış və səs-küyə qonşular da onların həyətinə gəlmişlər. Az sonra evlərinə təcili tibbi yardım və polis əməkdaşları gəlib atasını ekspertizaya aparmışlar. Ayxanın atası Xalıqla mübahisə etməsini, Ayxanın Xalıqı vurmasını o, anası Həcər və bacısı Aygün görməmişdir. Sonradan səs-küy gəldikdə, əvvəlcə anası Həcər, ardınca da o, küçəyə çıxmış, bundan sonra Ayxanın küçədə atası Xalıqı vurmasını bilmişlər. Atasını bıçaqlayıb qaçdıqdan sonra anası Həcər Ayxanı arxadan görmüş, lakin Ayxanın atası Xalıqa necə və hansı şəraitdə xəsarətlər yetirdiyini görməmişdir. Qonşusu Nail və qonşuluqda kirayədə yaşayan adını bilmədiyi bir nəfər qadın hadisənin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Xalıq qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ilin dekabr ayının 13-də ailə qurmuş və evləndikdən sonra Sumqayıt şəhəri 43-cü məhəllə yerləşən 7 saylı binanın 21-ci mənzilində əri Ayxan, qaynatası Asif, qaynanası Zəminə və qaynı Turqut Hüseynəliyevlərlə birlikdə yaşamışdır. 2018-ci ilin yanvar ayında qaynanası Zəminə vəfat etmişdir. Ər evinə köçəndən sonra Ayxan ən xırda şeylər üstündə ona qışqırmış, əsəbləşəndə isə döymüşdür. Bəzən qaynatası və qaynanası yanında da Ayxan ona əl qaldırmaqdan çəkinməmişdir. Tez-tez baş nahiyyəsinə zərbələr endirmiş, yerə yıxıb boğmuş, hətta bıçağı boğazına dirəyib başını kəsəcəyi ilə hədələmişdir. Hamilə vaxtı belə əri tərəfindən şiddət və zora məruz qalmışdır. Çox vaxt döyülməməsi üçün hamama girib saatlarla orda gözləmiş, Ayxan evdən gedəndən, yaxud da yatandan sonra oradan çıxmışdır. Ayxanı ər evinə köçənədək tanımamış və xasiyyətinə bələd olmamışdır. Ailəni qorumaq məqsədilə başına gətirilənlər barədə heç kimə deməmişdir. 2020-ci ilin yanvar ayında Ayxanın şiddətlərinə dözməyib bu barədə valideynlərinə danışmışdır. 2018-ci ilin dekabr ayının 26-da qızı Zəminə anadan olmuşdur. Ayxan körpə uşağının yanında da dəfələrlə onu döymüşdür. Bir gəlin kimi evdə onun heç bir səlahiyyəti olmamışdır. Ayxan ər olaraq nə ona, nə də ata kimi uşağına qayğı göstərməmişdir. Onu həmişə: «səni ailəmə qulluq etmək üçün gətirmişəm, mənim bu yaşda evlənmək fikrim yox idi, anam rəhmətə getdiyi üçün səni atama, qardaşıma, özümə qulluqçu gətirmişəm» deyə alçaltmışdır. Ayxanın dəfələrlə qardaşı Turqutla bilikdə siqaretə ota bənzər kütlə doldurub evdə çəkdiyini görmüşdür. Hər dəfə narkotik qəbul etdikdən sonra Ayxan özündə olmamış, ona əxlaqsız təkliflər etmişdir. Ayxan onunla arvadı kimi deyil, fahişə kimi davranmışdır. Ayxandan qorxduğu üçün onun tələblərini yerinə yetirmişdir. Daima qorxu, əsəb və stress içində yaşamışdır. 2019-cu ilin iyun ayında qızı Zəminə beşikdən yıxıldığına görə Ayxan onu bərk döymüşdür. Ayxanın tələbi ilə atası Xalıqa zəng vurub onu evlərinə çağırmışdır. Atası gələndə Ayxanın onu döyməsini bilib, onu aparmaq istəmişdir. Bu zaman Ayxan atasına da əl qaldırmış, onu sifət nahiyyəsindən yumruqla vurub: «sən kimsən ki, mənim evimdən qadın aparırsan?»-demişdir. Atası ilə Ayxanın səsinə qonşular gəlmiş və atası Xalıq onu Biləcəriyə öz evinə gətirmişdir. Evə gələndən sonra atası Xalıq ərzaq almaqdan ötrü evdən çıxmış və bu zaman Ayxan onlara gəlmişdir. Ata evində otağa salıb bıçaqla hədələyərək ona: «ya atanı öldürəcəm, ya da mənlə gedəcəksən» demiş, qorxub məcburən Ayxanla razılaşmışdır. Evdən çıxarkən qapılarında atası ilə Ayxan qarşılaşmış və aralarına yenidən dava düşmüşdür. Qorxudan Ayxanla Sumqayıta qayıtmışdır. Atası Xalıq yenidən Sumqayıta gəlib onu aparmaq istəmiş, lakin o, Ayxanın qorxusundan atası ilə getməmişdir. Bu səbəbdən atası Xalıq ondan incimiş, ona: «mənim sən adda qızım yoxdur»-deyib çıxıb getmişdir. Qızı Zəminədə ayaqəyriliyi olduğundan, həkim uşağı açıq havada gəzdirməyi məsləhət görmüş, lakin Ayxan onu həyətə çıxmağa qoymamışdır. Ona görə də çətinliklə də olsa atası Asif Ayxanı razı saldıqdan sonra Zəminəni atasıgilə göndərmişdir. Ayxan demək olar ki, hər gün evdə öz atası Asiflə də dava etmişdir. Atası dəfələrlə polis çağıracağı ilə Ayxanı hədələmişdir. Atası dəfələrlə Ayxanı evdən qovmuş, hər gün evdə nalayiq küçə söyüşləri söyülmüşdür. Onları sakitləşdirmək istəsə də, evdə gəlin kimi onu eşidən olmamışdır. Qaynanası rəhmətə gedəndən bir müddət sonra qaynatasının da ona qarşı münasibəti dəyişmişdir. Tez-tez ona söyüş söymüş, Ayxan gecə növbəsində işdə olduğu vaxtlar dəfələrlə onun yataq otağına gəlib çarpayıda uzanmış və ona yanında uzanmasının demişdir. Qaynatasının niyyətini başa düşüb mətbəxə, ya da hamam otağına getmişdir. Bu vəziyyət 2020-ci ilin iyun ayında atasının evinə gələnədək davam etmişdir. Bu barədə Sumqayıt ŞPİ-nin Elşad adlı müstəntiqinə də bildirmişdir. 2020-ci ilin iyunun 16-da Ayxan onu Sumqayıtdakı evində pəncərədən çölə baxdığına görə bərk döymüşdür. Səhəri gün Ayxanın ona qarşı olan rəftarlarına dözə bilməyib evdən qaçmışdır. Atasına zəng edib evdən qaçdığını, «Möhtəşəm» şadlıq sarayının yanında olduğunu deyib, gəlib onu aparmasını xahiş etmişdir. Atası Xalıq qohumları ilə gəlib, onu ata evinə aparmışdır. 17 iyun 2020-də Ayxan ona zəng edib ondan atasıgilin evinin kim tərəfindən yandırıldığını soruşumuş, sonuncuya yanğından xəbəri olmadığını demişdir. Sonradan Ayxan hər gün atası Xalıqa zəng edib onu telefona çağırtmış, ona telefonda: «evi sən yandırmamısansa, deməli atan, ya da qardaşın yandırıb. Gedirəm onlardan şikayət etməyə» demişdir. Sonra atasının telefonunda Ayxanı bloka atmışdır ki, bir daha zəng etməsin. Bundan sonra Ayxan qardaşı İlkinə mesajlar göndərməyə, zəng etməyə başlamışdır. Ona: «sən etmisənsə bağışlayacam, şikayətçi olmayacam, gəl yaz ki, mən etmişəm» demişdir. Ayxana bir daha yanğından xəbəri olmadığını demişdir. Yanğın hadisəsi barəsində Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsində iş araşdırılarkən Ayxanla Şərail adlı təhqiqatçının otağında tək qalanda Ayxan ona bildirmişdir ki, «sən yandırmamısansa deməli atan yandırıb, ona görə onlar barəsində ərizə yazacam, sən yandırmısansa, şikayətçi olmayacağam, gedib deyəcəm ki, işi bağlasınlar» demişdir. Evə gəlib bu barədə fikirləşdikdən sonra atasının və qardaşının tutulacağından qorxduğu üçün evi yandırmağı boynuna almaq qərarına gəlmişdir. Yanğın hadisəsindən sonra Ayxan Biləcəridə evinin ətrafında dolaşmış, evlərinin qabağının videosunu çəkmiş, “Whatsapp” statusunda onlara işarə edəcək təhdidlər etmiş, «az qalıb, səbr edin, ürəyinizi deşəcəm, limitiniz dolur, ürəyimə dağ vuranın ürəyini deşəcəm» və sair tipli statuslar paylaşmışdır. 2020-ci ilin avqust ayında Ayxanın xalası Gülzarın anasına 200 manat pul borcu olmasına görə, anası Gülzardan pulu istəmişdir. Ayxan bunu bilib qapılarına gəlib onlara hücum edib 100 manat pulu yerə atmışdır. Bu zaman anası Həcər qışqıraraq qonşuları çağırmış və qonşular gəlib Ayxanı itələyib evdən çölə çıxarmışdır. 31 avqust 2020-ci ildə ata evində olarkən saat təxminən 10 radələrində darvazanın taqqıltı səsinə anası həyətə çıxmışdır. Az sonra anasının qışqırıq səsini eşidib çölə çıxdıqda, atası Xalıqın al-qan içində darvazadan həyətə girdiyini, anasının qışqıraraq qonşuları köməyə çağırdığını görmüşdür. Daha sonra atası həyətə keçib bir-iki addım atandan sonra yerə yıxılmışdır. Odur ki, qışqıra-qışqıra yaxınlıqda yaşayan əmisi Xəlilin evinə qaçıb atasının qan içində olmasını deyib onlara gəlməsini demişdir. Həmin vaxtı hamilə olduğundan əmisi Xəlilin arvadı Validə hadisəni görüb pis olmaması üçün onu qonşuları Aytən adlı qızın yanında qoymuşdur. X7 çölə buraxmamasını, Ayxanın gəlib ona da xəsarət yetirə biləcəyini dedikdə, başa düşmüşdür ki, Ayxan atasını bıçaqlamışdır. Ayxanın atası Xalıqı bıçaqla vurmasını o, anası Həcər və qardaşı İlkin görməmişdir. Bildiyinə görə qonşuları Nail və qonşuluqda kirayədə yaşayan adını bilmədiyi bir nəfər axsayan qız Ayxanın atası Xalıqa bıçaqla xəsarət yetirməyini görmüşdür. Anası Həcər isə Ayxanı qaçaraq yolu keçdiyi vaxt arxadan görüb tanımışdır. Hesab edir ki, Ayxan atası Xalıqı onun boşanacağını bildirdiyinə görə qətlə yetirmişdir. Ayxan həmişə: «bizim evdən arvad çıxa bilməz, onun yalnız meyiti, ölüsü çıxa bilər», evinə girən qadının həmin evdən çıxmağa ixtiyarının olmadığını demişdir. Atası da Ayxanın ona qarşı etdiklərinə görə, onun evinə getməyini istəməmiş və o da, Ayxandan boşanmaq istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Biləcəri qəsəbəsində fasilələrlə uzun illər ayrı-ayrı evlərdə kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs təxminən 2008-2009-cu ildən tanımışdır. Sonuncu yaxşı insan olmuş, hamı ilə mehriban davranmışdır. Hadisədən əvvəl Xalıqgilin yaşadığı evlə üzbəüz yaşayan Nailin evinə bitişik evdə təklikdə kirayədə yaşamış, hadisədən sonra ayrı evə köçüb getmişdir. Hazırda başqa ünvanda yaşayır. Xalıqın arvadı Həcərlə ünsiyyəti olmuş, evinə gedib-gəlmişdir. 2020-ci ilin yay aylarından Aygün atası evində yaşamışdır. Aygünün hansı səbəbdən Sumqayıtdan Biləcəriyə gəlib atasıgildə yaşamasını bilməmişdir. Aygünü az danışan qız kimi tanımışdır. Həcərgilin ailələrində narazılıq, söz-söhbət olması barədə məlumatı olmamışdır. 31 avqust 2020-ci il tarixdə saat təxminən 9-10 radələrində çörək almaqdan ötrü marketə getmək üçün evdən çıxarkən bir nəfər kök, qara köynəkli oğlanın qonşusu Xalıqla küçədə birbirinin yaxasından tutub dartışdıqlarını görmüşdür. Xalıqla mübahisə edən həmin kök qara köynəkli oğlanın Ayxan olduğunu sonradan bilmişdir. Ayxan arxası ona, üzü Xalıqa tərəf, Xalıqın kürəyi isə evlərinin hasarına tərəf olmuşdur. Onların nə danışdıqlarını tam eşitməmiş, lakin Xalıqın əsəbi halda ona: «sən vicdansızsan, ölsəm də Aygünü getməyə qoymayacam» deməsini eşitmişdir. Xalıq həmin vaxt cibindən açar çıxarıb evinin darvazasını bağlamağa cəhd etmiş, lakin, Ayxan şalvarının belindən bıçaq çıxarmışdır. Bunu görüb qorxusundan həyəcanlanıb titrəməyə başlamışdır. Bundan sonra Ayxan arxası ona tərəf olmaqla Xalıqı bıçaqlamağa başlamış, lakin Xalıqın bədəninin hansı nahiyyəsindən vurmasını görməmişdir. Xalıq Ayxanın qollarını tutub ona mane olmaq istəmiş, lakin, sonuncu əlindəki bıçaqla Xalıqı sanki qucaqlayaraq həm arxadan, həm də qabaqdan bədəninə bıçaq zərbələri vurmağa başlamışdır. Bıçaq zərbələri Xalıqa dəydikcə, Xalıqın yaşadığı evin divarına da qan sıçramış, həmçinin yerə də qan tökülmüşdür. Xalıqın Ayxana yalvarışlarını və ondad imdad diləməsini eşitməmişdir. Qorxudan qonşusu Nailin evinin qapısını döymüşdür. Bu vaxt Ayxan çevirilib əsəbi halda ona baxmışdır. Nail pəncərədən baş verənləri görüb: «Ayə nağardın, dayan»-deyə qışqırmışdır. Ayxan Nailin səsini eşidən kimi qorxub, üzü magistral yola tərəf qaçmağa başlamışdır. Küçənin başına çatmamış əlindəki bıçağı küçənin sol tərəfinə yerə atmışdır. Nail küçəyə çıxıb qışqıra-qışqıra Ayxanın dalınca qaçmışdır. Həmin vaxt Xalıq al-qan içində öz evinin darvazasından tutub həyətinə girmək istərkən darvazanın qarşısında arvadı Həcərlə qarşılaşmışdır. Həcər də qışqırmağa başlamış və küçəyə çıxıb Ayxanın arxasınca səs-küy etmişdir. Bundan sonra Həcərin oğlu həyətə düşüb qışqırıb ağlamağa başlamış və Ayxanın arxasınca qaçmaq istəsə də, onu tutub getməyə qoymamışdır. Səsküyə qonşular, az sonra isə təcili tibbi yardım həkimləri və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Ayxan Zərərçəkmiş şəxs tək qətlə yetirmiş, ona heç kim köməklik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təqaüdçüdür, vaxtının əksər hissəsini evdə keçirir. Zərərçəkmiş şəxs qonşusu olmuşdur. Sonuncu təbiətcə sakit şəxs olmuşdur. 31 avqust 2020-ci il tarixdə saat təxminən 9-10 radələrində süd almaqdan ötrü mağazaya getmişdir. Evə qayıtdıqdan sonra südü qaynamağa qoyub, çölə Zərərçəkmiş şəxs evinə baxan pəncərənin qarşısında masa arxasında oturub çay içməyə başlamışdır. Bu vaxt qəflətən çöldən səs eşidib, tez əlindəki stəkanı masaya qoyub pəncərədən Xalıqın evinin darvazası istiqamətində baxdıqda, qara köynəkli kök bir oğlanın, yəni Xalıqin kürəkəninin əlində bıçaqla yerdə çökmüş vəziyyətdə Zərərçəkmiş şəxs bir neçə zərbə endirməyini görmüşdür. Bunu görən kimi: «dayan!» deyə qışqırıb çölə qaçmışdır. Bu vaxt Xalıqın adını bilmədiyi kürəkəni onu görüb tez Xalıqı buraxaraq hadisə yerindən qaçmış və əlindəki bıçağı təqribən hadisədən 20-30 metr aralıqda küçəyə atmışdır. Xalıqın kürəkəninin dalınca qaçaraq onu tutmaq istəmiş, lakin beş-altı addımdan sonra ona çatmayacağını başa düşüb geri qayıtmışdır. Bu zaman Xalıqın evlərinin darvazası istiqamətində çətinliklə öz həyətinə girməyini görmüşdür. Daha sonra Xalıq həyətlərinə keçib yerə yıxılıb ölmüşdür. Xalıqın arvadı Həcərin qışqırığına ətrafda yaşayan qonşular, daha sonra isə polis əməkdaşları və təcili tibbi yardım xidmətinin həkimləri hadisə yerinə gəlmişlər. Xalıqın əlləri ilə onu bıçaqlamaması üçün dayanmağını işarə etməyinə baxmayaraq, kürəkəni onu bıçaqlamaqda davam etmişdir. Zərərçəkmiş şəxsla kürəkəninin arasında əvvəllər mübahisələrin olub-olmadığı barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllə yerləşən 7 saylı evin 20-ci mənzili 17 iyun 2020-ci il tarixdə yandırıldığından həmin evdə yaşamır. Hazırda qardaşı Fikrətə məxsus Sumqayıt şəhəri 1ci mikrorayonda yerləşən evdə tək yaşayır. X3 2017-ci ildə rəhmətə gedəndən sonra sonra uşaqları Ayxan və Turquta özü baxmışdır. Kiçik oğlu Turqut hazırda hərbi xidmətdədir. 17 iyun 2020-ci il tarixdə səhər saat 7 radələrində koronavirusa yoluxduğuna görə xəstəxanada olmuşdur. Oğlu Ayxan evdə tək olmuşdur. Həmin vaxt ona məxsus yaşadıqları mənzil yanmışdır. Ayxan yuxudan oyanıb evin qapısının yandığını, evdən qaz iyinin gəlməsini, Aygünün evdə olmadığını, mənzilə iki yerdən, dəhliz və yataq otağından yorğan-döşəyə od vurulmasını görmüşdür. Həmin hadisəni törətməkdə Ayxan qaynanatası Zərərçəkmiş şəxs şübhələnmişdir. Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanaraq istintaqı aparılmışdır. Ayxan 2017-ci ildə Aygünlə evlənmiş, birgə nikahdan onların iki uşaqları dünyaya gəlmişdir. Hadisə baş verən vaxt gəlini Aygün hamilə olmuşdur. Onlara məxsus ev yandırıldıqdan sonra Ayxanla qaynatası Xalıqın arasında narazılıq yaranmış, sonuncu dəfələrlə Ayxanla söhbət zamanı onu, rəhmətə getmiş arvadını və Ayxanın özünü nalayiq ifadələrlə təhqir etmiş, buna görə də Ayxan Xalıqı öldürəcəyini bildirmişdir. Ayxana hər dəfə səbrli olmağı, yanğın hadisəsi ilə bağlı istintaq edilən cinayət işinin nəticəsini gözləməsini bildirmişdir. 31 avqust 2020-ci il tarixdə saat 7 radələrində Ayxanla birlikdə evdən çıxmışdır. Ayxan «Aquavita» şirkətinə, o isə Qaradağ rayonu ərazisində yerləşən «Binə» Ticarət Mərkəzinə işə getmişdir. Təxminən saat 9-10 radələrində Binəqədi RPİ-nin 6-cı PB-dən polis əməkdaşları ona zəng edərək oğlu Ayxanın qaynatası Xalıqı evlərinin qarşısında qətlə yetirdiyini demişdir. Dərhal Ayxanın istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng etmiş, lakin ona zəng çatmamışdır. Odur ki, yoldan keçən taskilərdən birinə əyləşib məhəllədəki yanan mənzilin qarşısına getmişdir. Yolda olduğu vaxt Ayxanın mobil nömrəsinə zəng etdikdə, ona zəng çatmış və Ayxana: «oğraş köpək oğlu, nə nə qayırmısan?» demiş, oğlu ona: «Sənə xəbər çatdı?»-deyib telefonu söndürmüşdür. Bundan sonra Ayxana dəfələrlə zəng etsə də, ona zəng çatmamışdır. Polis əməkdaşları ondan Ayxanın harada ola biləcəklərini soruşduqda, onlara iş yerində ola biləcəyini demişdir. Mənzilin qapısını açarla bağlamış, evin açarı onda qalmışdır. Binəqədi RPİ-nin 6-cı polis bölməsinin polis əməkdaşları ilə birlikdə Ayxanın iş yerinə getmiş, lakin, sonuncunun orada olmadığını öyrənmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gəlmiş və bu zaman Ayxanın Sumqayıtda özünə məxsus yanmış evin qarşısında olmağını öyrəndiklərindən polis əməkdaşları ilə birlikdə yenidən Sumqayıta, ona məxsus evə getmişlər. Həmin vaxt Ayxan artıq Sumqayıtdakı 1-ci polis bölməsində olmasını öyrənib, həmin bölməyə getmiş və Ayxanın orada olmasını görmüşlər. Həmin vaxt Ayxan ona Xalıqın onun anası Zəminənin goruna söydüyünü, onun barəsində də nalayiq ifadələr işlətdiyini buna görə də Xalıqı bıçaqla qətlə yetirməsini demişdir. Ayxan qaynatası Xalıq tərəfindən mənzilin yandırıldığını düşündüyü üçün onu qətlə yetirmək qərarına gəlmişdir. Ayxan polis əməkdaşlarına hadisəni törətdikdən sonra, Zəminənin qəbrini ziyarət etməyə getdiyini bildirmiş və bundan sonra, yanan evinin qarşısına gəlmişdir. Hadisə vaxtı o, işdə olmuşdur. Ayxanın qaynatası Zərərçəkmiş şəxs qətlə yetirməyinə səbəb Ayxanın evdə yatdığı vaxt evinin yandırılması və Ayxanın özünün də yanıq xəsarətləri alması, həmin hadisədə Ayxanın qaynatasından şübhələnməsi, söhbət əsnasında Xalıqın Ayxana: «atanın ağzını, ananın gorunu belə-belə etdim, səni də evinin içində yandırdım, yaxşı elədim» deməsi, eləcə də Ayxanı nalayiq ifadələrlə təhqir etməsi, söyüş söyməsi olmuşdur. Ayxan ev yandırılandan sonra gah maşınlarda, gah da qohum-əqrəbanın evində yatmış və bütün bu baş verənlər ona pis təsir etmişdir. Gəlini Aygünün ona qarşı əxlaqsız hərəkətlər edildiyi barədə dediklərini şər-böhtan hesab edir. Sonuncu anasının öyrətməsi ilə həmin məzmunda ifadə vermişdir. Gəlini Aygünə qarşı heç vaxt əxlaqsız davranmamış, evdə söyüş söyməmiş, nə o, nə də oğlu Ayxan Aygünü heç vaxt döyməmiş, ona xəsarət yetirməmişdir. Baş vermiş hadisədən sonra, Aygün qərəzli olaraq güya onu döydüyü, evdə söyüş söyülməsi barədə yalan ifadə vermişdir. Ayxan Sumqayıt ŞPİ-də istintaq edilən cinayət işindən narazı qaldığına görə, bir neçə dəfə qaynatası Zərərçəkmiş şəxs öldürəcəyini desə də, oğlunun belə bir cinayət törədəcəyinə inanmamışdır. Hadisə günü Ayxanın evdən bıçaq və ya digər əşya götürdüyünü bilməmiş, Zərərçəkmiş şəxs qətlə yetirməyi planlaşdırmasından məlumatı olmamışdır. Hadisədən bir il əvvəl Aygün uşağı yerə yıxdığına görə, Xalıq onların Sumqayıtdakı evinə gəlmiş, həmin vaxt Xalıqla Ayxan arasında söz-söhbət olmuş və həmin vaxt Xalıq yumruqla Ayxanı vurmuşdur. Hadisə yerində olmadığı üçün orada daha kimlərin olmasını bilmir. İşdəki məhkəmə-tibbi ekspertizasnının 1 sentyabr 2020-ci il tarixli 1416 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol əlin İİİ, İV, V barmaqlarının, sol əlin ovuc səthinin səthi kəsilmiş yaraları kəsici əşyanın (alətin) kəsici təsirindən, sağ diz oynağı nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir. Sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərdən sol əlin İİİ, İV, V barmaqlarının, sol əlin ovuc səthinin səthi kəsilmiş yaralar qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 31 avqust 2020-ci il tarixdə digər şəxsə bıçaqla xəsarət yetirən zaman əmələ gələ bilərdilər. İşdəki məhkəmə-tibb ekspertizasının 31 avqust 2020-ci il tarixli 208 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön və sağ yarısının arxa səthlərinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə, mərhum Zərərçəkmiş şəxs aşkar olunmuş həmin xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində 2 (iki) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara, 1 (bir) ədəd kəllə boşluğuna keçən deşilmiş-kəsilmiş yara, 3 (üç) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara, 7 (yeddi) ədəd kəsilmiş yara, 2 (iki) ədəd cızıq, 2 (iki) ədəd sıyrıqlı qançır aşkar edilmişdir: - sağ təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı və baş beynin yumşaq qişasına qansızma ilə müşayiət olunan təpə nahiyəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası (2,5x0,4 sm ölçüdə); - döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək ürək kisəsini zədələyib, ürəyin sol mədəciyini dəlibkeçən deşilmiş-kəsilmiş yarası (5x1,5 sm ölçüdə); - döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sağ ağciyərin orta paymı zədələyən deşilmişkəsilmiş yarası (3,6x1,0 sm ölçüdə); - sağ yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yarası (3x3,5x1 sm ölçüdə); - döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (3,2x1,3 sm ölçüdə); - döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş- kəsilmiş yarası(3x1,8x0,3 sm ölçüdə); - boyun nahiyəsinin yuxarı 1/3-nin sağ-yan səthinin kəsilmiş yarası (5x0,8 sm ölçüdə); - boyun nahiyəsinin yuxarı 1/3-nin sol yarısının ön səthinin kəsilmiş yarası (2,8x1 sm ölçüdə); - boyun nahiyəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası(0,6x0,2 sm ölçüdə); - döş qəfəsinin arxa səthində ortada yerləşmiş kəsilmiş yarası (12,5x1,0 sm ölçüdə); - döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (4,2x0,3 sm ölçüdə); - döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası(6,5x1,3x0,4 sm ölçüdə); - döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (0,5x0,2 sm ölçüdə); - boyun kökünün sağ yarısının məsaməli cızığı (6x0,2 sm ölçüdə); -sağ bazu nahiyəsinin yuxan 1/3-nin arxa səthinin cızığı (4,5x0,4 sm ölçüdə); - döş qəfəsinin sag yarısının arxa səthinin cızığı (1,5 sm uzunluqda); - sağ bazu oynağı nahiyəsinin ön səthinin, sağ bazu nahiyəsinin arxa səthinin sıyrıqlı qançırları. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən sağ təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı və baş beynin yumşaq qişasına qansızma ilə müşayiət olunan təpə nahiyəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir), döş qəfəsinin sağ yarısının arxa səthinin 1 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın, digər daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, cızıqlar və sağ bazu oynağı nahiyəsinin ön səthinin, sağ bazu nahiyəsinin arxa səthinin sıyrıqlı qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin), kəsilmiş yaralar kəsici əşyanın, cızıqlar isə iti uca və iti kənara malik alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Sağ bazu oynağı nahiyəsinin ön səthinin, sag bazu nahiyəsinin arxa səthinin sıyrıqlı qançırları isə bərk küt əşyanm(əşyaların) təsirindən əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş sıyrıqlı qançırlar qarşılıqlı mübarizə nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. İşdəki məhkəmə-tibb bioloji ekspertizasının 29 sentyabr 2020-cu il tarixli 715/2020- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Balfa/H//İİİ/-dur. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, qısaqol köynək, mayka, trusik, sağ tay rezin başmaq, onun meyidinin üzərindən götürülmüş mayka, Təqsirləndirilən şəxs məxsus cins şalvar, sol tay ayaqqabı, dəstəyinin tamlığı pozulmuş bıçaq, 01 ədəd plastik lövhə hissəsi, 01 ədəd salfet kağızı üzərindəki ləkələrdə və hadisə yerindən 04 ədəd kosmetik çubuğun hər iki ucundakı pambıq üzərinə və 01 ədəd maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B, H antigenləri, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus pulover üzərindəki ləkələrdə və ona məxsus sağ tay ayaqqabı üzərində qan aşkar olunmadı. İşdəki məhkəmə-tibbi-kriminalistik ekspertizasının 12 oktyabr 2020-ci il tarixli 463/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində altı ədəd, köynəyin ön səthində iki ədəd, maykanın arxa səthində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və alt tumanında zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəkdə, maykada, şalvarda, bir cüt corabda və bir cüt ayaqqabıda zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bir ədəd çəkələk üzərində zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə və maykada aşkar edilmiş zədələrin lokalizasiyalarına görə demək olar ki, şəxs xəsarəti alan zaman müxtəlif duruş vəziyyətlərində olmaqla, xəsarəti yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, köynəkdə və maykada olan zədələr nahiyyəsi isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir (cild 1, iş vər 203-208). İşdəki kompleks ambulator məhkəmə-psixiatrik va məhkəmə-psixoloji ekspertizasının 6 oktyabr 2020-ci il tarixli 1988 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, kinlilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır (cild 1, iş vər 209-212). İşdəki lifli-materialların məhkəmə-kriminalistik tədqiqi ekspertizasının 29 dekabr 2020-ci il tarixli 6/2636 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs oğlunun geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəldə göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində Zərərçəkmiş şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq və bıçağın tiyəsi üzərində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur (cild 2, iş vər 40-46). İşdəki məhkəmə-kompyuter texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli 5/961 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 9» əməliyyat sistemi ilə təhciz olunmuş «X13 8T» markalı «M1908C3XG» modelli «**********00273, **********00281» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «X13 8T» markalı «M1908C3XG» modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş hər hansı bir formada mühafizə olunan (şifrələnmiş açar «parol-password») ekran kilidi müəyyən olunmadı. Tədqiq olunan «X13 8T» markalı «M1908C3XG» modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaklar, qəbul olunmuş zəng, «SMS» mesajlar, multimedia (foto, video, audio) fayllar) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş DVD-R diskə). Rəyin «Tədqiqi hissəsi»nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «X13 8T» markalı «M1908C3XG» modelli mobil smartfonun yaddaşından hər hansı bir (daxil olan və çıxan zənglər, «SMS» mesaj, multimedia (video, audio, foto) fayllar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumat mübadiləsi və s.) məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş «X13 8T» markalı «M1908C3XG» modelli mobil smartfonun yaddaşına quraşdırılmış «WhatsApp» proqram təminatı vasitəsi ilə aparılmış məlumat (audio fayl) mübadiləsi müəyyən olundu, lakin rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadiləsini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (cild 2, iş vər 51-56). İşdəki məhkəmə-narkoloji ekspertizasının 23 noyabr 2020-ci il tarixli 3271 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vər 81-84). İşin 1-ci cildinin 111-113-cü vərəqlərindəki protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Y.Hüseynov küçəsində yerləşən «KATV»-nin Biləcəri ofisinin və «Rahat market»in fəaliyyət göstərdiyi obyektlərin giriş hissəsində quraşdırılmış video-müşahidə qurğularında 31 avqust 2020-ci il tarixdə qeydə alınmış video-görüntülərə baxış keçirdikdə müəyyən edilmişdir ki, «KATV»-nin Biləcəri ofisinin qarşısında quraşdırılmış 1 və 6 nömrəli müşahidə kamerasındakı hadisə baş verən günə aid video-görüntülərə baxış zamanı həmin video-müşahidə kameralarının saatı 1 (bir) saat irəli (qabağa) olmaqla işləmiş, Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdə saat 10:47:04-də təklikdə həmin ofisin qarşısından keçmiş və ofisin qarşısından keçdiyi vaxt sağ əlini sağ bel nahiyəsinə aparıb həmin nahiyəni əli ilə yoxlamışdır. Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında-Biləcəri qəsəbəsində yerləşən «Rahat market»in qarşısında quraşdırılmış 9 nömrəli videomüşahidə kamerasındakı hadisə baş verən gün, yəni 31 avqust 2020-ci il tarixdə saat 09:50:40-da qeydə alınmış video-görüntülərə baxış keçirdikdə Zərərçəkmiş şəxs içərisində ağ rəngli maddə olan sellofan torbanı əlində tutaraq yaşadığı ev istiqamətində getməsi, saat 09:50:55-də isə onun ardınca Təqsirləndirilən şəxs təklikdə sürətli addımlarla yeriyərək sağ əlini sağ bel nahiyəsinə aparıb həmin nahiyəni əli ilə yoxlayıb mərhum Zərərçəkmiş şəxs arxasınca gedərək sonuncunu izləməsi müəyyən edilmişdir. İşin 2-ci cildinin 117-149-cu vərəqələrindəki 12 fevral 2021-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra DİN-nin «102» xidmətinə zəng edərək törətdiyi cinayət barədə məlumat verməsi və polisə təslim olması Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi uzunqol köynək, cins şalvar, mayka, 1 cüt ayaqqabı, və 1 cüt corab, mərhum Zərərçəkmiş şəxs köynək, şalvar, kəmər, trusik, 2 ədəd mayka, hadisə yerindən götürülmüş 5 ədəd tampon, kağız parçası (salfetka), bir ədəd bıçaq və bıçağın qırılmış dəstəyi, 1 ədəd çəkələk, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus mobil telefonlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. İşin 1-ci cildinin 20-21-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 2-ci cildinin 48-49-cu vərəqəsindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 164-cü vərəqəsindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 dekabr 2018-ci il təvəllüdlü Zəminə Hüseynəliyeva və 23 oktyabr 2020-ci il təvəllüdlü Mehdi Hüseynəliyev adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun ifadəsi həmin hissədə zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar, foto cədvəllər və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə, ifadəsinə həmin hissədə tənqidi yanaşır və cəzasının yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həyat yoldaşının vəfat etməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 31 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi uzunqol köynək, cins şalvar, mayka, 1 cüt ayaqqabı və 1 cüt corab, mərhum Zərərçəkmiş şəxs köynək, şalvar, kəmər, trusik, 2 ədəd mayka, hadisə yerindən götürülmüş 5 ədəd tampon, kağız parçası (salfetka), bir ədəd bıçaq və bıçağın qırılmış dəstəyi, 1 ədəd çəkələk hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus mobil telefonlar isə qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 173 (yüz yetmiş üç) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi uzunqol köynək, cins şalvar, mayka, 1 cüt ayaqqabı və 1 cüt corab, mərhum Zərərçəkmiş şəxs köynək, şalvar, kəmər, trusik, 2 ədəd mayka, hadisə yerindən götürülmüş 5 ədəd tampon, kağız parçası (salfetka), bir ədəd bıçaq və bıçağın qırılmış dəstəyi, 1 ədəd çəkələk hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsi. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus mobil telefonlar isə qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 173 (yüz yetmiş üç) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-862/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-862/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver