Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-880/2021 01.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, «Al Market» mağazasında satıcı-kassir işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma, müxtəlif şəxslərə satılmasından qazanc əldə etmə, eyni zamanda cinayətdə iştirakçılığı müqabilində özünün həmin maddələrdən təmənnasız istifadə etməsi barədə yaxın münasibətdə olduğu və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 06 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 144 saylı ünvanın qarşısında qeyrisindən hər konvalyutda 10 (on) ədəd həb olmaqla ümumilikdə 8 (səkkiz) ədəd konvalyutda, cəmi 80 (səksən) ədəd həbdən ibarət təsiredici maddəsi 18 qram təşkil edən «Royal-225 (X2 225)» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatını satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlamaqla daşıyaraq 08 iyun 2020-ci il tarixdə metronun «28 May» stansiyasında olarkən üzərində saxladığı, zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağına görə Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşı tərəfindən saxlanılmaqla polis şöbəsinə gətirilmiş, həmin tarixdə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən hər konvalyutda 10 (on) ədəd həb olmaqla ümumilikdə 8 (səkkiz) ədəd konvalyutda, cəmi 80 (səksən) ədəd həbdən ibarət təsiredici maddəsi 18 qram təşkil edən «Royal-225 (X2 225)» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı aşkar edilərək ondan götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7-8 ay öncə Şahid1 ilə tanış olmuş, söhbət əsnasında Şahid1 tramadol dərman preparatının satışı ilə məşğul olduğunu bilmişdir. Təxminən 2019-cu ilin noyabr ayının sonunda ilk dəfə Mirvari ilə «Qış Parkı» adlanan yerdə görüşüb 2 list tramadol dərman preparatını, hər listinə görə 12 manat pulu Mirvarinin özünə ödəməklə almışdır. Özü həmin dərmanı qəbul edib bitirdikdən sonra Mirvari ilə «whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlayıb hər dəfə görüşərək eyni qaydada 2 list tramadol dərman preparatını almışdır. 2 list tramadol dərman preparatı təxminən 10-11 gün ərzində qəbul etməsinə bəs etmişdir. Ay ərzində 2-3 dəfə Mirvari ilə Bakı şəhərində, müxtəlif ünvanlarda, çox vaxt Yasamal rayonu ərazisində görüşüb Mirvaridən həmin dərmanı almışdır. Sonuncu dəfə o, 06 iyun 2020-ci il tarixdə metronun «İnşaatçılar» stansiyasının yaxınlığındakı küçədə «Bizim Market»in yanında Mirvari ilə görüşüb karantin qaydalarının tətbiqi ilə əlaqədar ehtiyatına görə çox miqdarda 8 list tramadol dərman preparatını 50 manat pul ödəməklə alıb üzərində saxlamışdır. 08 iyun 2020-ci il tarixdə saat 17:15 radələrində «28 May» stansiyasında metroya daxil olmuş, həmin vaxt qoruyucu maskasını çənə nahiyəsində saxladığı üçün bir nəfər polis əməkdaşı ona yaxınlaşıb maskadan qaydalara uyğun istifadə etməyini ona bildirmişdir. O sağ əlilə qoruyucu maskanı sifət nahiyəsində düzəldən zaman əynindəki köynək həmin vaxt qalxmış və polis əməkdaşı sağ tərəfdə qayışının altında saxladığı qara rəngli bıçağı görmüşdür. Həmin vaxt polis əməkdaşı qeyd olunan bıçağı təqdim etməsini ona bildirmiş, o da heç bir etiraz etmədən bıçağı çıxarıb polis əməkdaşına təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşının təklifi ilə Bakı Metropolitenində Polis Şöbəsinə könüllü olaraq gəlmişdir. Həmin vaxt o, polis əməkdaşlarının onun üzərində olan tramadol dərman preparatını onun üzərindən aşkar edəcəyi ilə bağlı çox narahat olmuşdur. Polis şöbəsində xidməti otaqların birində polis əməkdaşlarının, iki hal şahidinin və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və 8 list tramadol dərman preparatı əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülməklə bu barədə protokol tərtib edilmişdir. Polis əməkdaşlarına, qeyd olunan dərmanları öz şəxsi istifadəsi üçün üzərində saxladığını səmimi etiraf etmiş, o tramadol dərman preparatının qanunsuz satışı ilə məşğul olmamış, Mirvaridən aldığı həmin dərmanı sakitləşdirici kimi özü qəbul etmişdir. Onun Şahid1 tramadol dərman preparatlarını ondan başqa kimlərəsə satıb-satmamasından məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə saxlanılmamışdan 7-8 ay öncə tanış olmuşdur. Elçin adlı həkimi isə Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki telefon qovşağı idarəsinin yaxınlığında yerləşən narkoloji dispanserdə həkim-narkoloq kimi tanımışdır. X14 ayağında mil olmuş, bərk ağrıları olduğundan o, 2018-ci ilin dekabr ayında Yasamal rayonu ərazisində yerləşən narkoloji dispanserdə işləyən həkim Elçin tərəfindən oğlu X4 adına resept almışdır. Elçin həkim onun oğlu Natiqin xəstəliyi (hepatit B, narkomaniya) ilə əlaqədar tramadol dərmanı almağa icazə verən resept vermişdir. Elçin həkim səhvən reseptdə onun oğlunun soyadını «Məmmədov» kimi yazmışdır. Həmin resept əsasında “Slavyan” universitetinin yaxınlığındakı “Sab” aptekinin müdiri Arzu xanımdan ayda 30-40 ədəd list olmaqla, hər listdə 10 ədəd «Tramadol» dərman preparatı həblərini almışdır. Həmin dərmanların hər listini 5 manata almışdır. Bundan başqa «Ağaşirin» adlı həkim Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, «Nəsimi bazarı» adlanan ərazinin yaxınlığında yerləşən travmatologiya institutunda işləmiş və onun mərhum anası X3 xəstəliyi (asma-bronxit, ürək işemiyası, sinir zədələri) ilə əlaqədar tramadol tərkibli dərman almağa icazə verən resept vermişdir. Bundan başqa «Elnur» adlı şəxsi şəxsən tanımamış, Elnurun barəsində Elşəndən eşitmiş və bildiyi qədər həmin şəxsin, şəhərin bir neçə nöqtəsində fəaliyyət göstərən aptekləri olmuşdur. Həmin apteklərdən biri «Qış parkı» adlanan ərazinin yaxınlığında, digəri isə Nəsimi rayonu, Azadlıq prospektindəki «Bakı Sağlamlıq Mərkəzi» adlı tibb müəssisəsi ilə üzbə-üzdə yerləşmişdir. Qeyd edilən apteklərin adı da «Elnur Aptek» olmuşdur. O, həmin apteklərdən yalnız reseptlə tramadol tərkibli dərmanları almışdır. Emil Səfərov ağrıları olduğu üçün ondan sakitləşdirici kimi dərman vasitələri istəmiş və o da cəmi 1 list, yəni 10 həb miqdarında tramadol dərmanlarını Emilə kömək məqsədilə vermişdir. Emilə yalnız bir dəfə 06 iyun 2020-ci il tarixdə metronun «İnşaatçılar» stansiyasının yaxınlığında küçədə «Bizim market»in yanında tramadol dərman preparatlarını vermiş, dərman preparatlarının satışı ilə heç vaxt məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o və ailə üzvləri iki yaşından etibarən Bakı şəhərində yaşamış, orta təhsilini də Qaraçuxur qəsəbəsində yerləşən 104 nömrəli tam orta məktəbdə almışdır. Təqsirləndirilən şəxs təxminən beş il ərzində tanımış, həmin ərəfədə o, dostu Elgünlə görüşə getmiş, Elgün isə görüşə Təqsirləndirilən şəxs ilə gələrək sonuncunu öz həmyerlisi kimi ona təqdim etmişdir. Qeyd edilən vaxtdan etibarən o, Təqsirləndirilən şəxs ilə bəzən oturub çay içmiş, vaxtlarını birgə keçirmişlər. Emilin deməsinə görə sonuncu, «web dizayner» işi ilə sosial şəbəkə səhifələrinin dizayn baxımından yığılması ilə məşğul olmuşdur. Emillə müstəsna yaxın münasibətləri olmamış, Təqsirləndirilən şəxs tramadol tərkibli dərmanlardan istifadə etməsindən məlumatlı olmuşdur. Emillə arasında baş tutan görüşləri zamanı əksər hallarda Emilin üstündə həmin dərmanlardan olmuşdur. Bir neçə dəfə, onun yadında qalmayan tarixlərdə, 2020-ci ilin əvvəllərindən həmin ilin iyun ayına qədər olar dövrdə Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi ilə dəfələrlə tramadol tərkibli dərman almışdır. Əksər hallarda Emilə 5 manat pul verib 1-2 ədəd tramadol tərkibli dərman həbini alaraq istifadə etmişdir. Bəzən isə Emil dostluq münasibətlərinə xətir ona bəxşiş (pay) kimi də tramadol dərmanı vermişdir. Aldığı tramadol tərkibli dərmana görə Emilə pulu görüş zamanı nağd şəkildə vermiş, görüşün alınmadığı zaman isə pulu, Emilə məxsus unibank kartındakı hesabına yükləmişdir. Təqsirləndirilən şəxs ona verdiyi tramadol tərkibli dərmanları kimdən alması barədə onda heç vaxt məlumat olmamış, 2020-ci ilin iyun ayının əvvəllərində Emilin qardaşı ona zəng edərək Emilin harada olmasını soruşmuş, o da Emillə birlikdə olmadığını demişdir. Sonra Emilin qardaşı ilə görüşmüş və ona məlum olmuşdur ki, Emil üzərində qanunsuz saxladığı tramadol tərkibli dərman preparatlarına görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonradan Emilin qardaşından xəbər almışdır ki, Emil polisdən sərbəst buraxılmış, həmin vaxtdan etibarən Emillə görüşməmiş və ya telefon əlaqəsi saxlamamışdır. «xxxx MMC»dən götürülmüş məlumatlara əsasən 23.04.2020-ci il tarixdə saat 11:06-da Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********46 saylı mobil telefon nömrəsindən onun istifadəsində olan +**********06 saylı mobil telefon nömrəsinə yazdığı: «Unibank kart hesab nomresi 10853947 bitmə tarixi 07.22» mesajı barədə deyə bilər ki, həmin mesajda Təqsirləndirilən şəxs unibank bankındakı kartına dair məlumatlar göstərilmişdir. Təqsirləndirilən şəxs ona həmin mesajı göndərmişdir ki, o, Emildən aldığı tramadol tərkibli dərmana görə verəcəyi pulu qeyd edilən hesaba yatırsın. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Metropoliteni QSC-nin platforma üzrə növbətçisi Şahid4 ifadəsində göstərdi ki, 08 iyun 2020-ci il tarixdə saat 17:42-də iş yerində, metronun «28 May» stansiyasında növbədə olan zaman Bakı Metroplitenində Polis şöbəsinin əməkdaşı ona yaxınlaşaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən şübhəli olan şəxs saxlanılıb və həmin şəxsin üzərində şəxsi axtarış aparılması üçün hal şahidinin iştirakı lazımdır. Həmin əməkdaş ondan hal şahidi kimi iştirak etməyi təklif etdikdə o, etiraz etməmiş və birlikdə Bakı Metropolitenində polis şöbəsinə gedərək xidməti otaqların birinə daxil olmuşdur. Otaqda ona şübhəli şəxsi göstərmiş, həmin vaxt otaqda şübhəli şəxs olan cavan oğlanın yanında ona müdafiəçi kimi təqdim olunan bir şəxs də olmuşdur. Sonra otağa hal şahidi qismində iştirak etməsi üçün dəvət edilən eyni ilə onun kimi Bakı Metropolitenində növbətçi işləyən Şahid5 da daxil olmuşdur. Bundan sonra araşdırmanı aparan təhqiqatçı tərəfindən şübhəli şəxsə təklif edilmişdir ki, üstündə hərhansı qanunsuz saxladığı əşya varsa çıxarıb qarşısında olan masanın üstünə qoysun. Adını orada bildiyi Təqsirləndirilən şəxs mavi rəngli cins şalvarın sol arxa cibindən bir ədəd «Redmi» markalı mobil telefonu və şalvarın sağ yan cibindən 8 (səkkiz) ədəd konvalyutda ümumilikdə 80 (səksən) ədəd dairəvi həblərdən ibarət dərmanları çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar olunan bütün əşya və maddələri polis işçisi iştirakçılara göstərmiş, sonra isə həb halında olan dərmanlar qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, onlar da həmin protokolun doğruluğuna imza etmişlər. Təqsirləndirilən şəxs aşkar olunan mobil telefon isə özünə qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Metropoliteni QSC-nin növbətçisi Şahid5 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşı Şahid6 ifadəsində göstərdi ki, üstündə saxladığı bıçağa görə Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində 08 iyun 2020-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə zamanı o da iştirak etmişdir. Həmin istintaq hərəkətinin keçirilməsində polis əməkdaşlarından savayı dəvət edilmiş müdafiəçi və hal şahidləri də iştirak etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş, daha sonra isə sonuncudan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan mavi rəngli cins şalvarın sol arxa cibindən özünə məxsus «Redmi» markalı mobil telefonu, sağ yan cibindən isə 8 (səkkiz) ədəd zavod üsulu ilə qablaşdırma əlamətlərinə malik olan konvalyutda, üzərində «Tramadol Hydrochloride 225 mg» sözü yazılmış, ümumi sayı 80 (səksən) ədəd olan dairəvi həbləri təqdim etmiş və qeyd edilən həblər götürülmüşdür. Aşkar olunan bütün əşya və maddələr iştirakçılara göstərilmiş, sonra həb şəklində olan dərmanlar qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Metropolitenində polis şöbəsinin əməkdaşı Şahid8 da Şahid6 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşı Şahid7 Mikayət oğlu ifadəsində göstərdi ki, ölkə ərazisində yeni yayılmış «COVİD-19 (koronavirus)» pandemiyası ilə əlaqədar 08 iyun 2020-ci il tarixdə saat 17:15də işlədiyi Bakı şəhəri, metronun «28 May» stansiyasının qatar platformasında gücləndirilmiş xidmətdə olan zaman bir nəfər vətəndaşın tibbi maskadan düzgün istifadə etməməsini, yəni maskanı ağız və burun nahiyələrinə keçirməli olduğu halda çənə nahiyəsinin altına keçirməsini aşkar etdiyi üçün həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Daha sonra həmin şəxsdən, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs tələb etmişdir ki, ictimai yerdə tibbi maskadan düzgün istifadə etsin ki, xəstəliyin yayılma riskini azaltmış olsun. Bu tələbindən sonra Təqsirləndirilən şəxs elə onun yanındaca maskasının taxma qaydasını əlilə düzəltdiyi zaman əynində olan köynək bir qədər yuxarı qalxmışdır. Bu zaman Təqsirləndirilən şəxs yandan bel tərəfində, kəmərinə keçirilmiş vəziyyətdə bıçaq olduğunu görmüş, adamların çox olduğu ictimai yerdə Emilin kiməsə xəsarət yetirə biləcəyi ehtimalının olmasını nəzərə alaraq dərhal sonuncudan bıçağı almışdır. Bunun ardınca isə raport tərtib edərək həmin şəxsi, aşkar edilmiş bıçaqla birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərində orada keçirilmiş şəxsi axtarış və götürmə zamanı o da iştirak etmişdir. Həmin istintaq hərəkətinin keçirilməsində polis əməkdaşlarından savayı dəvət edilmiş müdafiəçi və hal şahidləri də iştirak etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra isə üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan mavi rəngli cins şalvarın sol arxa cibindən özünə məxsus «Redmi» markalı mobil telefonu, sağ yan cibindən isə 8 (səkkiz) ədəd zavod üsulu ilə qablaşdırma əlamətlərinə malik olan konvalyutda, üzərində «Tramadol Hydrochloride 225 mg» sözü yazılmış, ümumi sayı 80 (səksən) ədəd olan dairəvi həbləri təqdim etmiş və qeyd edilən həblər götürülmüşdür. Aşkar olunan bütün əşya və maddələr iştirakçılara göstərilmiş, daha sonra isə həb şəklində olan dərmanlar qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin qış aylarından etibarən tanımışdır. Həmin ərəfədə o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki «Turan» klinikasının arxa tərəfində yerləşən avtoyuma məntəqəsində yuyucu işləmişdir. Həmin vaxtı onunla birlikdə avtoyuma məntəqəsində əslən Salyan şəhərindən olan ata adını və soyadını bilmədiyi «Elmir» adlı şəxs də işləmişdir. Həmin Elmirlə, Təqsirləndirilən şəxs dost olduqları üçün sonuncu mütəmadi olaraq Elmirin yanına gəlib-getmişdir. Ona görə də o da Emillə tanış olmuşdur. Tanışlıqdan sonra Elmir ona bildirmişdir ki, şəhər uşağı olduğuna görə əgər istirahət etmək, həzz almaq üçün tramadol dərman lazım olsa Emildən ala bilər. Belə ki, Təqsirləndirilən şəxs həmin dərmanların satışı ilə məşğul olmuşdur. Bundan sonra Elmir dostu Emilə məxsus 050 300 87 83 saylı mobil telefon nömrəsini ona vermişdir ki, tramadol lazım olsa birbaşa Emillə əlaqə saxlaya bilsin. O da buna etiraz etməmişdir. Buna görə də bu söhbətdən bir neçə gün sonra 2020-ci ilin təxminən fevral-mart aylarında o, istifadəsində olan 055 444 91 96 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş və tanışlıq verdikdən sonra Emillə Bakı şəhəri, Nərimanov rayonu, metronun «Nərimanov» stansiyasının qarşısında görüşərək bir ədəd həb 225 mq tərkibli tramadol tərkibli dərman preparatını alaraq Emilə 3 (üç) manat pul ödəmişdir. Aldığı həbi özü elə oradaca Emildən ayrıldıqdan sonra atmışdır. Həmin vaxt tramadol tərkibli dərmandan birinci dəfə idi ki, istifadə etmişdir. 2020-ci ilin mart aylarının sonunda o, növbəti dəfə Emillə əlaqə saxlayıb bu dəfə Bakı şəhəri, «3-ün dairəsi» adlanan ərazinin yaxınlığında yerləşən «LC WAİKİKİ» geyim əşyaları mağazasının qarşısında görüşmüş və Emil, pay olaraq ona bir ədəd həb tramadol tərkibli dərman vermişdir. Həmin dərmanı da Emillə görüşdükdən sonra özü istifadə etmişdir. Onda Təqsirləndirilən şəxs məxsus bir neçə mobil telefon nömrəsi olduğu üçün Emillə hansı tarixdə, konkret olaraq hansı mobil nömrəsinə zəng edərək danışdığını xatırlamamışdır. Bundan başqa o, 2020-ci ilin may ayının ortalarında tramadol tərkibli dərman almaq üçün Emillə əlaqə saxlayıb görüşmək üçün razılaşsalar da Emillə görüşə bilməmişdir. Emili həmin günü Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən «MCDonalds» restoranında gözləsə də, Emil edilən zənglərə cavab verməmişdir. Sonrakı günlərdə də Emilin mobil telefon nömrələrinə zəng çatmamışdır. Onunla birgə avtoyuma məntəqəsində işləyən Elmir adlı şəxs də ara-sıra Emildən tramadol tərkibli dərmanlardan almışdır. Sonuncu dəfə 2020-ci ilin iyun ayında o, təsadüfən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində piyada gəzərkən Təqsirləndirilən şəxs ilə rastlaşmış və nə üçün bir müddət öncə onun telefon zənglərinə cavab verməməsini soruşmuşdur. Emil ona bildirmişdir ki, nömrələrinə zəng etməsin, belə ki, bir neçə gün öncə başına iş gəldiyinə görə çox güman ki, telefon nömrələri polis nəzarəti altındadır. Emil demişdir ki, bir neçə gün öncə metronun «28 May» stansiyasında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Şöbədə olarkən üzərində saxladığı tramadol tərkibli dərmanlar aşkar edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs tramadol tərkibli dərmanları konkret olaraq kimdən alması barədə isə onda məlumat olmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2020-ci il tarixli 6/1029 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki zavod üsulu ilə qablaşdırılmış, üzərində «Royal-225 (X2 225)» yazısı olan 8 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, cəmi 80 ədəd üzərində, «225» yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər – tramadol hidroxlorid tərkibli dərman preparatıdır. 80 ədəd həbdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 18 qr təşkil edir. (1 ədəd həbdə 0,225 qr tramadol hidroxlorid olmaqla). Tramadol hidroxlorid tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının» siyahısına daxildir. Qeyd: tədqiqat aparıldığı zaman 5 həb sərf edildi, qalıq: 75 həb. (iş vərəqə 82-84) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublika X9 X6 məcburi-narkoloji tibbi yoxlamasının Məhkəmə narkoloji ekspertizasının 06 yanvar 2021-ci il tarixli 3 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan tramadol hidroxloriddən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 177-178) İş materiallarında olan 08 iyun 2020-ci il tarixli şəxsin üzərinə axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən 8 (səkkiz) ədəd zavod üsulu ilə qablaşdırma əlamətlərinə malik olan üzərində «Tramadol Hydrohloride 225 mg» yazısı olan konvalyutda ümumilikdə 80 (səksən) ədəd dairəvi həblərdən ibarət dərman preparatları aşkar edilərək götürülmüşdür. (iş vərəqə 63-64) İş materiallarında olan 16 iyul 2020-ci il tarixli “Mobil telefon qurğularına və qeydiyyat dəftərçəsinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Çin Xalq Respublikasında istehsal edilmiş, **********550369, **********50377 imei şifrəli, qırmızı rəngli korpuslu, iki simkartlı olmaqla, üzərində iki ədəd «xxxx» MMC-yə aid mobil nömrə olan «İpro» markalı mobil telefonun sms mesajları qutusunda 7 (yeddi) ədəd göndərilən, 274 (iki yüz yetmiş dörd) ədəd daxil olan sms ismarıcları vardır. Mesajlar qutusunda Şahid1 müxtəlif şəxslərlə tramadol tərkibli dərmanların açıq-aşkar alğı-satqısını aparmasına işarə edən sms ismarıcları aşkar edilmiş, onlardan 23 (iyirmi üç) ədəd mesaj istintaq əhəmiyyəti kəsb etdiyi üçün protokola əlavə edilmişdir. Bundan başqa Şahid1 götürülmüş bir ədəd üzlüyü mavi rəngli, səthində dəftərçənin sıxılıb kip hala yığılması üçün nəzərdə tutulmuş açıq mavi rəngdə rezin olan, 11sm x 8sm ölçüsündə, ümumilikdə riyazi qrafikalı 97 vərəqdən ibarət qeydiyyat dəftərçəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, dəftərçənin 3, 4, 5 və 6-cı səhifələrində göy rəngli qələmlərlə, əlyazma üsulu ilə müxtəlif adlar, rəqəmlər, riyazi hesablamalar, ləqəblər, tarixlər, xüsusi qeydlər yazılmışdır. Qeyd edilən dəftərçədə «Nasti», «Aydın», «Rəsul», «Emil», «Nisə», «Fərid», «Nahid», «Nicat» adları, «Quska», «Datxa» və «Yado»kimi qeydə alınan ləqəblər, həmin adların qarşısında aparılan riyazi hesablamalar (toplama, vurma riyazi əməliyyatları), əldə olunan nəticələr, borc kimi göstərilən, habelə alınan və verilən pul məbləğləri bəzən tarixlər üzrə göstərilmişdir. Baxış zamanı məlum olmuşdur ki, dəftərçənin 3-cü səhifəsinin birinci səthində adı «Anar» kimi qeyd edilən şəxsin adının qarşısında aparılan riyazi hesablamalardan sonra «7(300) 2tr» kimi istintaq əhəmiyyətli qeyd aşkar edilmişdir. Dəftərçənin 4-cü səhifəsinin birinci səthində «Datxa» ləqəbi ilə qeyd edilən şəxsin qarşısında «10 borc 1 list – 300», «5 list tr», 4-cü səhifəsinin ikinci səthində yenidən «Datxa» ləqəbi ilə qeyd edilən şəxsin qarşısında «100 verdi» söz birləşməsi yazılsa da həmin yazının üzərindən xətt çəkilmiş, daha sonra «5tr» kimi yazı qeydə alınmışdır. Dəftərçənin 4-cü səhifəsinin ikinci səthində «Nicat» kimi qeyd edilən şəxsin adının qarşısında «9 list 9x13=117» qeydləri aparılmışdır. 5-ci vərəqin birinci səthində «Yado», «Rəsul» kimi qeyd edilən adların alt hissəsində «10 list 110 və 6 list – 50 = 60» qeydləri yazılmışdır. Dəftərçənin 6-cı səhifəsinin birinci səthində «Quska» kimi qeyd edilən ləqəbin qarşısında «3 list 225» yazısı yazılaraq üzərindən xətt çəkilmiş, ardınca «2 list 50L» yazısı, «Aydın» kimi qeyd edilən adın qarşısında «10 list», «Nicat» kimi qeyd edilən adı qarşısında «9 list» yazısı, 6-cı səhifənin ikinci səthində «05 iyun Datxa: 441 m» yazısının qeydiyyatı aparılmışdır. (iş vərəqə 104-110) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd mobil telefona baxış keçirilməsi barədə 30 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Çin Xalq Respublikasında istehsal edilmiş, **********49747, **********49743 imei şifrəli, qara rəngli korpuslu olmaqla, üzərində bir ədəd «xxxx» MMC-yə aid +99450 *** ** ** saylı və «xxxx» MMC-yə aid +99455 *** ** ** saylı mobil nömrələr olan «Xiaomi» markalı «Redmi Note 8» modelli mobil telefonun «whatsapp» mobil tətbiqində cəmi 01 (bir) nəfər, adı «Ferhad» kimi qeyd edilmiş +99455 *** ** ** saylı mobil telefon nömrəsinin istifadəçisi ilə arasında gah yazılı, gah da səsli mesajlarla söhbətlər aparılmışdır. Qeyd edilən mesajların istintaq əhəmiyyəti doğuran hissəsi qeydə alınaraq protokola əlavə edilir. Həmin yazışma 30 noyabr 2020-ci il tarixdə qeydə alınmışdır. Ferhad: Sukur ay brat Sen necesen Emil: Hecne brat Gelmisdm Qoraddele Gozdurem gelsn Ferhad (səsli mesaj): nə oldu? Nə dedilər? Qoratdeldə Ne dediler Emil: Grm de deir Ferhad: Xeber ele Emil: Bugunde İcazealdm İsden Deirler Mehkeme Olacav G Ferhad (səsli mesaj): Hə onda ordan çıxanda xəbər elə də mənə Emil: Quluynan Gorusub Elirsen Ferhad: He gorusecem Bugun Ataq firlanaq ee Emil: Yetim kimnen pul tapa Blerk Maasda vererdim Təqsirləndirilən şəxs məxsus mobil telefona keçirilmiş baxış zamanı yaddaşında olan faylları, proqramları, sms mesajlarını ani zaman kəsiyində silmək üçün nəzərdə tutulan «Temizleyici» adlı mobil tətbiq növü aşkar edilmişdir. (iş vərəqə 129-131) İş materiallarında olan «xxxx» MMC-dən götürülmüş diskə baxış keçirilməsi barədə 12 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə bir ədəd «zip» prqram təminatlı «26963» adlı qovluq vardır. Qovluğun içərisində olan «503008783 sms.txt», «**********83.txt», «abuneciler.xls», «antenna2019.xls», «antenna2020.xls» adlı fayllar mövcuddur. «503008783 sms.txt» adlı qovluqda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********83 saylı mobil telefon nömrəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan +**********08 saylı mobil telefon nömrəsinin istifadəçisi və qeyriləri ilə istintaq əhəmiyyətli sms mesajları aşkar edilmişdir: 10/05/2020, 13:25:16, **********83, **********08: Cemil Salam menem Emil gor bugun nagarsan qaqa mende pis vezietdeyem dedin 2.3gun uje 7gundu pul duzelde bilmirem ki pulun baglayim vezietim pisdi calis bugun karta at unibank kart hesabi: 10853947 bitme tarixi 07.22 10/05/2020, 13:32:39, **********08, **********83: salam qaqa belede sen necesen basa dusurem seni qaqa qardasimi gozluyurem verim sene ozun yaxsi bilirsenki hemise almisam 2 3 gune sende olub 1 ci defe deyilki senden aliram bilirsende meni 10/05/2020, 14:22:14, **********83, **********08: Calis tez at cemil uje gor neqeder kecib borcluam pul duzelde blmiremki brcmu verm bele seye gore nisye vermey lazm.deil 12/05/2020, 17:48:07, **********08, **********83: gonderdim geldi emil 12/05/2020, 17:48:45, **********83, **********08: He saol 12/05/2020, 17:49:44, **********08, **********83: sene dedim axi gonderecem prosta mene gec geldi 12/05/2020, 17:50:15, **********83, **********08: Qaqa menide qinama nisye alinmir men gozlesemde meni gozdemirldf 12/05/2020, 17:53:47, **********08, **********83: basa dusureme senide qaqa 1 ci defe deyil axi senden borca aliram 07/04/2020, 11:26:18, **********83, 8103: 2saat vaxt almisam gedirem bineqedie aftobusnan dermn verb pul gotrmeliem (qeyd edilən mesajı Təqsirləndirilən şəxs karantin qaydaları ilə əlaqədar yaradılmış “8103” icazə sisteminin qısa nömrəsinə göndərmişdir. Həmin mesaj texniki səhv ucbatından həmin nömrəyə göndərilə bilərdi.) 09/05/2020,13:01:49, **********46, **********83: Qaqaş. Kəlmə kəlmədir. Belə pis çıxmasın. Ağzımızla danışırığ. Sən dedim yox elə yox. 13/05/2020, 13:39:20, **********46, **********83: Qaqaş Metrodayam. 20 dq yə çatıram. Bundan başqa «**********83.txt» «antenna2019.xls» və «antenna2020.xls» adlı qovluqlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********83 saylı mobil telefon nömrəsinə daxil olan, həmin nömrədən xaric olan zənglər, habelə müvafiq tarixlər üzrə icra edilmiş zənglərə müvafiq ötürücü anten qurğularının qeydə aldığı məlumatlar göstərilmişdir. Həmin məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs ilə təqsirləndirilən şəxs Şahid1 istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsi arasında 20 dekabr 2019-cu il saat 18:05, 18:30 və 18:58-də (ötürücü antenə müvafiq qeydə alınmış ünvan - Bakı şəhəri Yasamal rayonu, metronun «Nizami» stansiyası, Ə.Hüseynzadə küçəsi və Füzuli küçəsi, FHN), 28 dekabr 2019-cu il saat 12:33, 12:59 və 13:05-də (ötürücü antenə müvafiq qeydə alınmış ünvan – Dilarə Əliyeva küçəsi; ünvan 6; Bəşir Səfəroğlu küçəsi 141), 29 fevral 2020-ci il saat 13:21-də, (ötürücü antenə müvafiq qeydə alınmış ünvan - metro «28 May») və digər tarixlərdə zənglərin baş tutması məlum olmuşdur. (iş vərəqə 141-143) İş materiallarında olan «xxxx» MMC-dən götürülmüş diskə baxış keçirilməsi barədə 09 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə, SMS_Tarixçəsi__**********2356__993263646 adlı qovluqda Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +**********46 saylı mobil telefon nömrəsindən 01 yanvar 2018-ci il tarixdən 08 iyun 2020-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı abonentlərdən daxil olan sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan cəmi biri istintaq əhəmiyyəti kəsb etmişdir: 14-04-2020, 11:02:13, **********88, **********46: «Kimsen bilmirem Reşadı dünen tutublar derman çıxıb cibinden demiyib kimden elde ediyin pisgündedi reşad.» SMS_Tarixçəsi__**********2402__993263646 adlı qovluqda Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +**********46 saylı mobil telefon nömrəsindən 01 yanvar 2018-ci il tarixdən 08 iyun 2020-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı abonentlərə göndərilən sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan üçü istintaq əhəmiyyəti kəsb etmişdir: «14-04-2020, 09:29:08, **********46, **********88: Resad Sabahin xeir ayib deil dunen meni alladirsan ne pisliyim deyib sene 17manat gonderirdin mende pul vermeliem bize yarasmaz yalan daniwmaq.» «14-04-2020, 11:03:37, **********46, **********88: Kisiliyin olsun sene sozum yoxdu birde yigma meni.» «23-04-2020, 11:06:26, **********46, **********06: Unibank kart hesab nomresi 10853947 bitme tarixi 07.22.» SMS_Tarixçəsi__**********2412__555552633 adlı qovluqda Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +**********33 saylı mobil telefon nömrəsindən tədqiq edilən dövr ərzində ayrı-ayrı abonentlərə göndərilən sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan ikisi istintaq əhəmiyyəti kəsb etmişdir: «08-01-2020, 21:27:33, **********33, **********58: Ana gelmiecem narahat olma uwaqnan qalacam ev tutub uwaqin nomresidi qapini bagla eltac gelmiecek.» «08-01-2020, 22:47:08, **********33, **********53: Qardawm emin yanmdadi onla gelem de yaxwimi.» SMS_Tarixçəsi__**********2412__555552633 adlı qovluqda Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +**********33 saylı mobil telefon nömrəsinə tədqiq edilən dövr ərzində ayrı-ayrı abonentlərdən daxil olan sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan cəmi biri istintaq əhəmiyyəti kəsb etmişdir: «12-2019, 09:59:48, **********33, **********33: Catdim qaqa men hardasan???» Zənglərin detallaşması barədə olan qovluqlara baxış zamanı məlum olmuşdur ki, tədqiq edilən dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********46 saylı mobil telefon nömrəsi ilə Şahid1 daimi istifadəsində olan +**********12 saylı mobil telefon nömrəsi arasında 06.04.2020-ci il saat 19:11 və 19:16-da, 11.04.2020-ci il saat 16:28, 16:50, 16:58 və 17:02-də, 12.04.2020-ci il saat 16:22:47 və 18:24-də, 30.05.2020-ci il saat 22:27-də, habelə Təqsirləndirilən şəxs məxsus +**********33 saylı mobil telefon nömrəsi ilə Şahid1 aid eyni mobil telefon nömrəsi arasında 29.12.2019-ci il saat 14:35-də, 08.01.2020-ci il saat 21:54-də, 09.01.2020-ci il saat 09:53:27-də, 10.01.2020-ci il saat 17:57 və 18:52-də zəngli danışıqların baş tutması müəyyən edilmişdir. (iş vərəqə 159- 163) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən, yəni narkotik tərkibli dərman vasitələrinin satışıda deyil, yalnız istifadəsində təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla özünü müdafiə xarakteri daşıyaraq, iş üzrə şahidlərin ifadələri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib edilir. Həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü tam təqsirli bilərək, göstərmişdir ki, həqiqətən də 2019-cu ilin noyabr ayından etibarən tanışı Şahid1 tramadol adlı güclü təsir edən dərman preparatlarını alıb istifadə etməyə başlamışdır. Əksər hallarda Mirvaridən bir dəfəyə iki list, hər listdə 10 ədəd həb olmaqla dərmanı 12 manat pul ödəyərək almışdır. Sonuncu dəfə 06 iyun 2020-ci il tarixdə saat 15 radələrində o, Mirvari ilə metronun «İnşaatçılar» stansiyasının yaxınlığında, ünvan 7 ünvanda yerləşən «KFC» restoranının qarşısında görüşüb 8 list tramadol dərman preparatını alaraq 50 manat pul ödəmişdir. Bundan sonra isə oradan çıxıb getmiş və metronun «28 May» stansiyasında olarkən üzərində olan bıçağa görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra Polis şöbəsində üzərinə baxış keçirilmiş və sonuncu dəfə Mirvaridən aldığı 8 list tramadol dərmanı aşkar edilərək götürülmüşdür. O Şahid1 ilə əsasən həmin ərəfədə daimi istifadəsində olan 050 300 87 83 saylı mobil nömrənin vatsap mobil tətbiqi vasitəsi ilə əlaqə yaradıb görüşmüşdür. İstifadəsində olan digər 099 326 36 46 və 055 555 26 33 saylı mobil nömrələrinin vasitəsi ilə Mirvari ilə əlaqə yaradıb danışmağını, mesajlaşmağını xatırlamamışdır. 08 iyun 2020-ci il tarixdə üzərində olan bıçağı 2019-cu ilin dekabr ayında saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında olarkən yolun kənarındakı səkinin yanından tapıb götürmüşdür. Həmin bıçaqla kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Ölkədə tətbiq edilmiş karantin qaydaları ilə əlaqədar o, sonuncu dəfə ehtiyat üçün Mirvaridən bir qədər artıq, yəni 8 list dərmanı almışdır ki, şəhər ərazisində sərbəst hərəkət bərpa olunanadək onlardan istifadə etsin. Bundan başqa daha öncə aldığı tramadoldan onda qaldığı üçün yeni aldığı dərmanların qəbuluna zərurət olmamışdır. Köhnə aldıqları qurtarandan sonra yeni aldıqlarının istehlakına başlamağı nəzərdə tutmuşdur. Aldığı dərmanlar onun son «karantin tədarükü» olduğu üçün onları kiməsə saxlamaq üçün verə və ya itəcəyi oğurlanacağı, yeri yadından çıxacağı barədə ehtimallar olduğu üçün gizlədə bilməzdi. Bu səbəbdən həmin dərmanlar daim üzərində olmuşdur. Mobil telefonuna baxış keçirildikdən sonra əlavə dindirilmiş Təqsirləndirilən şəxs mobil telefonunun əlaqələr siyahısında adı «Ferhad» kimi göstərilmiş +99455 *** ** ** saylı mobil telefon nömrəsinin istifadəçisi barədə verilən suala cavab olaraq o, göstərmişdir ki, həmin şəxs dostu Fərhaddır. Fərhadın soyadını və ata adını bilməmişdir. Fərhad fərdi qaydada boz (gümüşü metallik) rəngli «Daewoo Nexia» markalı ** CB *** (ya da 079) dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuş, 3-cü mikrorayon ərazisində yerləşən «Neptun» marketinin üstündəki yeni hündür mərtəbəli yaşayış binasında ailəsi ilə birlikdə yaşamışdır. Fərhadın atası da, anası da lal, yəni eşitmə və danışma qüsurları olmuşdur. Fərhadla 10 (on) aya yaxın müddət ərzində tanış olmuşdur. Fərhadla bir neçə dəfə tramadol tərkibli dərmanlardan birlikdə istifadə etmişlər. Fərhad həmin dərmanları «Qulu» adlı tanışından almışdır. Həmin Qulu adlı şəxsi isə o, ümumiyyətlə tanımamış, ancaq adını eşitmişdir. Sonuncu dəfə təxminən 15-20 gün öncə Fərhadla birlikdə tramadol dərmanından istifadə etmişlər. Fərhad adlı şəxslə «whatsapp» mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlarda sonuncunun gün ərzində «Qulu» adlı şəxslə görüşməyi nəzərdə tutması, nəyisə birgə atmağı və fırlanmağı barədə olan yazışmaya dair verilən suala cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, «Qulu» adlı şəxs Fərhada tramadol verən şəxs olmuşdur. Atmaq dedikdə isə Fərhad tramadol dərmanından istifadə etməyi nəzərdə tutmuşdur. Fərhad tramadol dərmanının bir həbini 3 (üç) manata almışdır. O özü isə bilavasitə Qulu ilə görüşməmiş və sonuncunu tanımamışdır. Ona dərman lazım olduğu təqdirdə Fərhada pul vermiş, Fərhad da onun üçün dərman alıb gətirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs son ifadəsində göstərmişdir ki, əvvəllər ifadəsində tramadol tərkibli dərmanların satışı ilə məşğul olmamağı və həmin dərmanı yalnız şəxsi istifadə məqsədi ilə əldə etməyi barədə göstərdiyi xüsusatlar özündə həqiqəti əks etdirməmişdir. Belə ki, o, həbs edilməkdən, cinayət məsuliyyətinə cəlb edilməkdən qorxduğu üçün bu cür ifadə vermişdir. Artıq hər şey aşkar edildiyi üçün istintaqa həqiqəti söyləmək fikrinə gəlmişdir. O, həqiqətən də müxtəlif vaxtlarda, dəqiq yadında qalmayan tarixlərdə Şahid1 tramadol tərkibli dərmanlar almışdır. O, həmin dərmanları Mirvaridən əksər hallarda almış, pulunu isə satış edib qazanc əldə etdikdən sonra Mirvariyə ödəmişdir. Bununla bağlı Mirvari ilə aralarında daimi razılaşma da olmuşdur. Mirvari onu çoxdan tanıdığı üçün və Mirvarini heç vaxt aldatmayaraq dediyi vaxt pulu çatdırdığı üçün sonuncu, ona etibar etmişdir. Mirvaridən dərman alaraq çox az hissəsini özü istifadə etmiş, qalan hissələrini isə 2020-ci ilin əvvəllərindən başlayaraq pul müqabilində dostları X8, Şahid2 və adlarını göstərmək istəmədiyi digər yaxın tanışlarına satmışdır. Əksər hallarda bir həb (ədəd) tramadol tərkibli dərmanı 3-5 manat arası qiymətə satmışdır. Artıq dərman qaldıqda isə dostlarına pay kimi verdiyi vaxtlar da olmuşdur. Müştərilərdən pulu yığdıqdan sonra isə ya Bakı şəhəri, Yasamal rayonu, metronun «İnşaatçılar» stansiyasının yaxınlığında, ya da ki şəhərin mərkəzindəki «Qış parkı» adlanan ərazinin yaxınlığında Mirvari ilə görüşərək pulu sonuncuya vermişdir. Ona isə Mirvari həmin qazancdan heç vaxt pul verməmişdir. Aralarındakı sövdələşmədə onun qazancı satmaq üçün götürdüyü tramadol tərkibli dərmanların sayına uyğun olaraq bir hissəsindən ödəniş etmədən, yəni təmənnasız olaraq istifadə etmək imkanının verilməsi olmuşdur. Bundan başqa onun adına olan «Unibank ASC»yə aid plastik kartı da olmuşdur ki, həmin kart hesabında olan pulla özü üçün alışveriş etmiş, habelə müştərilərlə görüşləri alınmayan zamanlarda tramadol tərkibli dərmanlara görə ödənilməli olan pul onun xahişi ilə müştərilər tərəfindən həmin kart hesabına göndərilmişdir. Sonuncu dəfə 2020-ci ilin iyun ayının əvvəllərində Mirvaridən aldığı tramadol tərkibli dərmanlara görə də öncədən Mirvariyə pul verməmişdir. Razılaşmaya uyğun olaraq yalnız satış etdikdən sonra pul əldə edib həmin vəsaiti Mirvariyə verməyi nəzərdə tutmuşdur. Bundan başqa +**********88 saylı mobil telefon nömrəsinin istifadəçisi olan soyadını və ata adını bilmədiyi «Rəşad» adlı tanışına da müxtəlif vaxtlarda pul müqabilində tramadol tərkibli dərman satmışdır. Məhkəmə Şahid1 məhkəmədə verdiyi ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, eyni zamanda təqsirləndirilən şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, Şahid1 ibtidai istintaq dövründə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, maddi vəziyyəti pis olduğu üçün təxminən 2 ilə yaxın müddət ərzində tramadol dərman preparatının satışı ilə məşğul olmuşdur. 2018-ci ilin dekabr ayında Yasamal rayonu ərazisində yerləşən narkoloji dispanserdə işləyən həkim Elçin Haqverdov tərəfindən onun oğlu X4 adına yazılmış resepti əsasında «Slavyan» universitetinin yaxınlığındakı «Sab» aptekinin müdiri Arzu xanımdan ayda 30-40 ədəd list olmaqla, hər listdə 10 ədəd tramadol dərman preparatı həblərini alıb müxtəlif şəxslərə ayrı-ayrı yerlərdə satmışdır. Hər listə görə Arzu xanıma 5 manat pul ödəmiş, o da öz növbəsində həmin tramadol dərman preparatının hər listini 6 manata sataraq pul qazanmışdır. Təxminən 2019-cu ilin yaz aylarınadək Arzu xanımdan ayda iki dəfə olmaqla hər dəfə 30-40 list ümumilikdə 70-80 list tramadol dərman preparatını alıb müxtəlif şəxslərə satmışdır. 2019cu ilin mart ayında Elşən adlı şəxslə ünvan 8 ünvanında yerləşən «Molekul» aptekində nəzarətçi işləyən şəxslə tanış olmuşdur. Hazırda vəfat etmiş anası X3 ayağının sınmasına və ağırılarının kəsilməsinə görə Travmatologiya Xəstəxanasında işləyən Ağaşirin adlı həkimin yazdığı resept əsasında əvvəllər Elşəndən tramadol dərman preparatını almışdır. Təxminən iki ay ərzində reseptlə Elşəndən tramadol dərman preparatını almışdır. Reseptin müddəti keçdiyi üçün sonradan yəni 2019-cu ilin may ayının sonlarından 08 iyun 2020-ci il tarixədək Elşəndən hər ayda 2-3 dəfə 30-40 ədəd list olmaqla hər listdə 10 ədəd tramadol dərman preparatı həblərini alıb müxtəlif şəxslərə ayrı-ayrı yerlərdə satmışdır. O, satdığı hər 10 listə görə Elşənə 40 manat pul ödəmişdir. O da öz növbəsində həmin tramadol dərman preparatının hər listini 6 manata sataraq pul qazanmış, qazandığı pulları isə öz şəxsi məsrəflərinə xərcləmişdir. Sonuncu dəfə 09 iyun 2020-ci il tarixdə axşam saat 22 radələrində Elşənlə sonuncunun işlədiyi ünvan 8 ünvanında yerləşən «Molekul» aptekində görüşüb 180 manat pulu ödədikdən sonra Elşən 90 list tramadol dərman preparatını ağ rəngli sellofan torbanın içində ona təhvil vermişdir. O da içərisində həmin tramadol dərmanının olduğu sellofan torbanı əl çantasının içinə qoyaraq oradan getmişdir. Həmin gün, yəni 09 iyun 2020-ci il tarixdə səhər saatlarında ona bir neçə müştəri müraciət etmişdir ki, tramadol dərman preparatını alsınlar. Ona görə də sonuncu dəfə Elşəndən çox sayda qeyd olunan dərman preparatını almışdır. 10 iyun 2020-ci il tarixdə gecə saat 02 radələrində özündə olan tramadol dərman preparatını satmaq məqsədi ilə 2111 taksi fəaliyyəti ilə məşğul olan şirkətə zəng edib yaşadığı evdən metronun «Nizami» stansiyasının yaxınlığına taksi sifariş etmişdir. Həmin vaxt tramadol dərmanlarını çantasında özü ilə götürmüşdür. «Nizami» metrosu yaxınlığına gəlsə də müştəri ora gəlmədiyindən tramadol dərmanını sata bilmədiyi üçün «Qələbə» dairəsinin yaxınlığındakı kirayədə yaşadığı Yasamal rayonu, H.ünvan 9 ünvanının yaxınlığında taksidən düşən zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları olduqlarını deyərək özlərini ona təqdim etmiş və onu Polis Şöbəsinə dəvət etmişlər. O heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Bakı Metropolitenində Polis Şöbəsinə gəlmişdir. Orada xidməti otaqların birində polis əməkdaşları, hal şahidi olan qadınların və vəkilin iştirakı ilə çantasına baxış keçirilmişdir. Polis əməkdaşları onun çantasında olan ağ rəngli sellofan torbaya baxış keçirərək hər konvalyutda 10 həb olmaqla, cəmi 90 ədəd üzərində «X2 225» yazısı həkk edilmiş 900 ədəd qırmızı rəngli dairəvi formalı həblər, həmçinin hər konvalyutda 14 həb olmaqla, cəmi 4 ədəd üzərində «PADEN-300» yazısı həkk edilmiş 56 ədəd ağ və qəhvəyi rəngli kapsullar, üzərində «Tramadol 50 mq» yazısı həkk edilmiş 18 ədəd ağ və göy rəngli kapsullar aşkar edərək onları götürmüş və bu barədə protokol tərtib edilmişdir. O, təxminən 7-8 ay öncə «Emil» adlı şəxslə tanış olub sonuncuya tramadol dərman preparatlarını satmağa başlamışdır. O, Emil ilə ay ərzində 3-4 dəfə görüşmüş və hər dəfə 4-5 list tramadol dərman preparatının listini (konvalyutunu) 6 manata ona satmışdır. Sonuncu dəfə 06 iyun 2020-ci il tarixdə metronun «İnşaatçılar» stansiyasının yaxınlığında küçədə «Bizim market»in yanında Emil ilə görüşüb 8 list tramadol dərman preparatını 50 manata ona satmışdır. Onun Təqsirləndirilən şəxs satdığı tramadol dərmanlarını o, Elşəndən 2020-ci ilin iyun ayının əvvəllərində bir dəfəyə aptekdən almışdır. +**********76 saylı, +**********1 saylı və +**********44 saylı mobil telefon nömrələrinin istifadəçiləri ilə Şahid1 məxsus +**********94 saylı mobil telefon nömrəsi arasında baş tutmuş sms yazışmalarına dair sonuncuya verilmiş suala cavab olaraq Şahid1 orada göstərilmiş mesajlardan həqiqətən də məlumatlı olduğunu, etdiyi əməldən peşman olduğunu, tramadol tərkibli dərmandan özünün də istifadə etdiyini, həmin dərmanı satmaqda pis bir niyyətinin olmamasını göstərmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Elçin Haqverdov adlı həkim Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki telefon qovşağı idarəsinin yaxınlığında yerləşən narkoloji dispanserdə həkim-narkoloq olmuşdur. Elçin həkim onun oğlu Natiqin xəstəliyi (hepatit B, narkomaniya) ilə əlaqədar tramadol dərmanı almağa icazə verən resept vermişdir. Elçin həkim səhvən reseptdə onun oğlunun soyadını «Məmmədov» kimi yazmışdır. Bundan başqa «Ağaşirin» adlı həkim Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, «Nəsimi bazarı» adlanan ərazinin yaxınlığında yerləşən travmatologiya instutunda işləmiş və onun mərhum anası X3 xəstəliyi (asma-bronxit, ürək işemiyası, sinir zədələri) ilə əlaqədar tramadol tərkibli dərman almağa icazə verən resept vermişdir. Bundan başqa Şahid1 göstərmişdir ki, «Elnur» adlı şəxsi şəxsən tanımamışdır. Elnurun barəsində Elşəndən eşitmiş və bildiyi qədər həmin şəxsin, şəhərin bir neçə nöqtəsində fəaliyyət göstərən aptekləri olmuşdur. Həmin apteklərdən biri «Qış parkı» adlanan ərazinin yaxınlığında, digəri isə Nəsimi rayonu, Azadlıq prospektindəki «Bakı Sağlamlıq Mərkəzi» adlı tibb müəssisəsi ilə übəüzdə yerləşmişdir. Qeyd edilən apteklərin adı da «Elnur Aptek» olmuşdur. Müdirinin adı «Arzu» kimi göstərilən «Sab» adlı aptek Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov prospektində yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport və Miqrasiya İdarəsininin inzibati binasına çatmamış sağ tərəfdə yerləşən döngədəki küçədə yerləşmişdir. Bundan başqa həmin ərazidə «Slavyan» universiteti də yerləşmişdir. O həmin aptekdən yalnız reseptlə tramadol tərkibli dərmanları almışdır. Elşən Məmmədlinin istifadəsində olmuş 055 505 10 12 saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olmuş 055 600 81 94 və 055 766 02 12 saylı mobil telefon nömrələri arasında «whatsapp» mobil tətbiqi vasitəsi ilə aparılan səsli və yazılı danışıqlara dair tərtib olunmuş 09 avqust 2020-ci il tarixli protokolu və orada əks olunmuş yazılı və səsli danışıqları nəzərdən keçirmiş və aralarında həqiqətən də qeyd edilən yazışmaların baş tutmasını təsdiq etmişdir. O ehtiyacdan bu işlərə əl atdığını göstərmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, şahid ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-nin 10.07.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 103) Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. AR Səhiyyə Nazirliyi Respublika X9 X6 məcburi-narkoloji tibbi yoxlamasının Məhkəmə narkoloji ekspertizasının 06 yanvar 2021-ci il tarixli 3 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məxsus Çin Xalq Respublikasında istehsal edilmiş, **********49747, **********49743 imei şifrəli, qara rəngli korpuslu olmaqla, üzərində bir ədəd «xxxx» MMC-yə aid +99450 *** ** ** saylı və «xxxx» MMC-yə aid +99455 *** ** ** saylı mobil nömrələr olan «Xiaomi» markalı «Redmi Note 8» modelli mobil telefonun Təqsirləndirilən şəxs anası X1 qaytarılması nəzərə alınmalı, «xxxx» MMC və «xxxx» MMC-dən götürülmüş ümumilikdə 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılmalı, Bakı Şəhər Baş Polis İdarəsininin maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş güclü təsir edən maddələrin barəsində keçirilən ekspertiza tədiqiqindən sonra qalıq qalan 0,225 qram tramadol hidroxlorid tərkibli 75 (yetmiş beş) ədəd həb və Şahid1 10 iyun 2020-ci il tarixdə götürülmüş 01 (bir) ədəd kiçik qeydiyyat dəftərçəsinə dair məsələnin Şahid1 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(101)-624/2021 nömrəli hökmü ilə həll edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 178,00 (yüz yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 08 iyun 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin müvəqqəti saxlama yerindən buraxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2020-ci il tarixdən 09 iyun 2020-ci il tarixədək həbsdə saxlanılmışdır. (iş vərəqə 56 ; 90) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. İş materiallarında olan 22.02.2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 4(011)-59/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 22.02.2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 210; 234-235) Odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının əvvəli 22.02.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara sonrakı dəyişikliklərə və əlavələrə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs məxsus Çin Xalq Respublikasında istehsal edilmiş, **********49747, **********49743 imei şifrəli, qara rəngli korpuslu olmaqla, üzərində bir ədəd «xxxx» MMC-yə aid +99450 *** ** ** saylı və «xxxx» MMC-yə aid +99455 *** ** ** saylı mobil nömrələr olan «Xiaomi» markalı «Redmi Note 8» modelli mobil telefonun Təqsirləndirilən şəxs anası X1 qaytarılması nəzərə alınsın, «xxxx» MMC və «xxxx» MMC-dən götürülmüş ümumilikdə 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılsın, Bakı Şəhər Baş Polis İdarəsininin maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş güclü təsir edən maddələrin barəsində keçirilən ekspertiza tədiqiqindən sonra qalıq qalan 0,225 qram tramadol hidroxlorid tərkibli 75 (yetmiş beş) ədəd həb və Şahid1 10 iyun 2020-ci il tarixdə götürülmüş 01 (bir) ədəd kiçik qeydiyyat dəftərçəsinə dair məsələnin Şahid1 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(101)-624/2021 nömrəli hökmü ilə həll edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri – cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 178,00 (yüz yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-880/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-880/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver