Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-893/2020 06.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X6, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxxx 2020-ci il Bakı şəhərində xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 29-cu məhəllə, ev 19/14, mənzil 8-də qeydiyyatda olan, Aberon rayonu Saray qəsəbəsi Üzümlük 1-ci yaşayaş massivi, fərdi evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,730 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 19:39-da Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 13/36 saylı binanın qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki mavi rəngli cins şalvarının sol yan cibindən siqaretin şəffaf sellofanın içində saxladığı, 11 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş, xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni tərkibli olan 0,390 qram, 0,362 qram, 0,791 qram, 0,382 qram, 0,356 qram, 0,357 qram. 0,290 qram, 0,393 qram, 0,790 qram, 0,709 qram, 0,910 qram çəkidə külli miqdarda ümumi təmiz çəkisi 5,730 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 19:40 radələrində Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində yerləşən 13/36 saylı binanın qarşısı ilə gedən zaman 2 nəfər mülki, 1 nəfər isə polis geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onların yanında olan polis geyim formasında digər bir polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparmışdır. Həmin əməkdaşlardan özünü ona Sumqayıt ŞPİ-nin 3cü PB-nin təhqiqatçısı kimi təqdim edən şəxs ona narkotik vasitələri qanunsuz əldə edərək üzərində gəzdirməsi, saxlaması, qəbul etməsində, eləcə də satmasında şübhəli olduğunu deyərək, üzərində videoçəkilişlə şəxsi axtarış aparacağını bildirmiş, o da etiraz etməmişdir. Polis əməkdaşları Sumqayıt şəhərində yerləşən Heydər Əliyev parkındakı heykəlin üzərində “Budda” sözü yazdığını, bu əmələ görə xuliqanlıqla ona iş açacaqlarını buna görədə qardaşı dövlət işçisi olduğu üçün onun işdən çıxma ehtimalının olduğunu deyərək çəkiliş gedən zaman cibinə post-patrul maşınında qoyduqları narkotik vasitələrin ona aid olduğunu etiraf etməyini təklif etmişlər. O da qardaşını onun əməlinə görə pis vəziyyətdə qoymaq istəməyib, buna görə də seçim qarşısında qalaraq narkotik vasitələrin ona aid olduğunu demişdir. Daha sonra çəkiliş başlamış ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş və təqdim etməyi təklif edimişdir. O da əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin şəffaf sellofanında içində 11 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş bükümləri cibindən təqdim etmişdir. Ondan bükümlərin içərisində nə olduğunu, onları haradan, kimdən, nə məqsədlə əldə etdiyini soruşanda, o da həmin bükümlərin içərisində nə olduğunu bilmədiyini, ilk dəfədir gördüyünü, onların ona aid olmadığını, narkotik istifadəçisi olmadığını və satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərində olan rənk protokola qeyd olunmamışdır. Narkotik vasitə olan heroin həmin bölmənin xidməti otaqlarının birində tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində Dərya adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə, saat 19:39-da sonradan anket məlumatları bəlli olan Əli X5 şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 13/36 saylı binanın qarşısında müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X8 Dəryaya yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. X3 narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında və əldə etməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs da bildirişlə tanış olmuşdur. Daha sonra X7 rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt X3 üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etdi. O da əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin şəffaf sellofanın içində saxladığı 11 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş bükümləri onlara təqdim etmişdir. Ondan bükümlərin içərisində nə olduğu, onları haradan, kimdən, nə məqsədlə əldə etdiyi soruşulduqda, Dərya da həmin bükümlərin içərisində nə olduğunu bilmədiyini, ilk dəfədir gördüyünü, onların ona aid olmadığını, narkotik istifadəçisi və satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq və o, Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət olunmuşdur. Dərya da buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Dəryanın üzərindən götürülmüş heroin onun hüquqlarını müdafiə edən vəkilinin və onların iştirakları ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxsin heykəlin üzərində hər hansısa sözün yazılması barədə ifadəsi doğru deyil,onun üzərindən rənk götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/961 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən 11 büküm heroinə bənzər maddə” yazısı olan zərfdəki 11 (on bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,390 qram, 0,362 qram, 0,791 qram, 0,382 qram, 0,356 qram, 0,357 qram. 0,290 qram, 0,393 qram, 0,790 qram, 0,709 qram, 0,910 qram, ümumi təmiz çəkisi 5,730 qram olan maddələr kustal üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1586 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zaman narkomaniyə xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əli X2 xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/992 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №59”-li ştamp əksi olan paketdəki vət.Təqsirləndirilən şəxs götürülmüş 11 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı vət.Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ayrıayrılıqda və ümumi təmiz çəmiz çəkisi xx.xx.2020-ci il tarixli 6/961 saylı ekspert rəyində göstərilib. Cinayət işinə əlavə edilmiş DVD diskdən və şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə orta boylu, arıq bədən quruluşlu bir nəfər şəxs Sumqayıt şəhəri, 17-ci məhəllə, 13/36 saylı binanın qarşısında videokameraya çatmasına az qalmış iki nəfər mülki, bir nəfər polis geyimdə olan polis əməkdaşı ona yaxınlaşır və özlərini təqdim edirlər. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Behbudov həmin şəxsə yaxınlaşıb özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Rəşad Behbudov ona qanunsuz olaraq narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, ona hüquq və vəzifələrini izah edir. Daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirir, o da etiraz etmir. Həmin vaxt X7 Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşur, onu təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs da əynindəki mavi rəngli cins şalvarının sol yan cibindən siqaretin şəffaf sellofanın içində saxladığı 11 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş bükülüləri onlara təqdim edir, ondan həmin bükümlərin içərisində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümlərin içərisində nə olduğunu bilmir, ilk dəfədir onları görür, onlar ona aid deyil, narkotikdən istifadə etmir və satışı ilə məşğul olmur. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, narkotik vasitə olan heroin ondan götürülür və bölmədə sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi narkotik vasitənin satışı ilə məşğul olmadığı barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Sumqayıt şəhər polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,420 qram narkotik vasitə olan heroin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 228 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Sumqayıt şəhər polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,420 qram narkotik vasitə olan heroin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 228 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-893/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-893/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver