Məhkəmə qərarları › İş №1(101)-908/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-908/2021

29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-908/2021 29.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Komissiyanın məsul katibi Qanuni nümayəndə müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə 1983-cü il oktyabrın 01-də Lənkəran şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, 17 ünvanında yerləşən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin inzibati binasında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindəki 631 nömrəli fərdi evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan X8 və 1999-cu il avqustun 22-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, 17 ünvanında yerləşən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin inzibati binasında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindəki 631 nömrəli fərdi evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci maddəsində; 1972-ci il noyabrın 12-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada mebel ustası işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindəki 631 nömrəli fərdi evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3.-cü, 234.4.1.-ci, 234.4.2.-ci və 236.2.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, X5 məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, X17 Təqsirləndirilən şəxs1 tərəfindən ağır cinayətin törədilməsinə cəlb edilən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindəki 631 nömrəli fərdi evə gətirdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,600 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,475 qram narkotik vasitə heroin onun tərəfindən çəkilib birdəfəlik istifadə üçün xırda bağlamalara büküldükdən sonra birlikdə saxlamış, 2020-ci il oktyabrın 09-da Zərərçəkmiş şəxs müştəri qismində əvvəlcədən telefonla müraciət edib onunla qiyməti və miqdarı razılaşdırıb yaşadıqları ünvana gəlmiş, şərti alıcı Şahid1 yaxınlaşıb pulu götürməklə Təqsirləndirilən şəxs2 verərək Şahid1 narkotik vasitə və psixotrop maddə istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 onun tapşırığına əsasən alıcıya çatdırması üçün verdiyi həmin narkotik vasitə heroinin 0,029 qram, psixotrop maddə metamfetaminin isə 0,205 qram hissəsini, Zərərçəkmiş şəxs tərəfindən saat 19 radələrində ünvan 3 ünvanının qarşısında 80 manat qarşılığında alıcı Şahid1 verərək satmış, 2020-ci il oktyabrın 09-da saat 19:30 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qeyd olunan ünvana baxış zamanı evin yataq otağından üzərində «K» hərfi olan bir ədəd kibrit qutusunda altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram, 0,051 qram, 0,040 qram, 0,091 qram, 0,017 qram və 0,031 qram olmaqla ümumi təmiz çəkisi 0,255 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «P» hərfi yazılan kibrit qutusunda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,092 qram, 0,042 qram, 0,035 qram, 0,024 qram, 0,031 qram, 0,015 qram, 0,016 qram, 0,026 qram, 0,018 qram, 0,017 qram, 0,040 qram, 0,031 qram, 0,032 qram, 0,024 qram və 0,003 qram olmaqla ümumi təmiz çəkisi 0,446 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,050 qram və 0,014 qram olmaqla ümumi təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Zərərçəkmiş şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı isə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,033 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək, şərti alıcı Şahid1 tərəfindən isə onlardan alınmış bir büküm ümumi təmiz çəkisi 0,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,059 qram, 0,051 qram və 0,055 qram olmaqla ümumi təmiz çəkisi 0,205 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən ağır cinayətin törədilməsinə cəlb edilən Zərərçəkmiş şəxs və X17 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindəki 631 nömrəli fərdi evə gətirdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,600 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,475 qram narkotik vasitə heroin X17 tərəfindən çəkilib birdəfəlik istifadə üçün xırda bağlamalara büküldükdən sonra birlikdə saxlamış, 2020-ci il oktyabrın 09-da Zərərçəkmiş şəxs müştəri qismində əvvəlcədən telefonla müraciət edib sonuncu ilə qiyməti və miqdarı razılaşdırıb yaşadıqları ünvana gəlmiş, şərti alıcı Şahid1 yaxınlaşıb pulu götürməklə ona verərək Şahid1 narkotik vasitə və psixotrop maddə istədiyini bildirmiş, o, X8 tapşırığına əsasən alıcıya çatdırması üçün verdiyi həmin narkotik vasitə heroinin 0,029 qram, psixotrop maddə metamfetaminin isə 0,205 qram hissəsini, Zərərçəkmiş şəxs tərəfindən saat 19 radələrində ünvan 3 ünvanının qarşısında 80 manat qarşılığında alıcı Şahid1 verərək satmış, 2020-ci il oktyabrın 09-da saat 19:30 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qeyd olunan ünvana baxış zamanı evin yataq otağından üzərində «K» hərfi olan bir ədəd kibrit qutusunda altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram, 0,051 qram, 0,040 qram, 0,091 qram, 0,017 qram və 0,031 qram olmaqla ümumi təmiz çəkisi 0,255 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «P» hərfi yazılan kibrit qutusunda 15 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,092 qram, 0,042 qram, 0,035 qram, 0,024 qram, 0,031 qram, 0,015 qram, 0,016 qram, 0,026 qram, 0,018 qram, 0,017 qram, 0,040 qram, 0,031 qram, 0,032 qram, 0,024 qram və 0,003 qram olmaqla ümumi təmiz çəkisi 0,446 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,050 qram və 0,014 qram olmaqla ümumi təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Zərərçəkmiş şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı isə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,033 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək, şərti alıcı Şahid1 tərəfindən isə onlardan alınmış bir büküm ümumi təmiz çəkisi 0,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,059 qram, 0,051 qram və 0,055 qram olmaqla ümumi təmiz çəkisi 0,205 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 bilə-bilə yetkinlik yaşına çatmayan şəxsi narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik etmiş, yetkinlik yaşına çatmayan şəxsi vədlər verməklə cinayətkar qrupa, ağır cinayətin törədilməsinə cəlb etmiş və təkrarən satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,956 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamış, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 2020-ci il sentyabrın 14-də saat 00:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşadığı nömrəsiz evin yaxınlığında saxlanaraq bölməyə aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış vaxtı əynindəki qara rəngli şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üstündə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusuna qoyulan iki ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,117 qram və 0,839 qram olmaqla ümumi təmiz çəkisi 0,956 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. Bundan başqa verilən ittihama əsasən Təqsirləndirilən şəxs1 2018-ci ilin təqribən avqust-sentyabr aylarında birlikdə yaşadığı ünvan 3 ünvanında 2004-cü il 22 sentyabr təvəllüdlü yetkinlik yaşına çatmayan qohumu Zərərçəkmiş şəxs məqsədyönlü olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməyi təklif edib istifadə qaydaları və üsullarını öyrətməklə cinayətkar niyyətinə nail olmuş, sonuncunun narkotik vasitə və psixotrop maddələrdən asılılığını yaradaraq bilə-bilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik etmiş, bununla kifayətlənməyib cinayətkar əməllərini davam etdirərək 2020-ci ilin mart ayında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə sonuncu, X17 və Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin təkrarən satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən özünün istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış masivi, 631 nömrəli fərdi evə gətirdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,600 qram psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,475 qram narkotik vasitə heroini X17 tərəfindən çəkilib birdəfəlik istifadə üçün xırda bağlamalara büküldükdən sonra birlikdə saxlamış, 2020-ci il oktyabrın 09-da Zərərçəkmiş şəxs müştəri qismində X12 əvvəlcədən telefonla müraciət edib qiyməti və miqdarı razılaşdırmış, yaşadıqları ünvana gəlmiş, şərti alıcı Şahid1 yaxınlaşıb pulu götürüb Təqsirləndirilən şəxs2 verərək Şahid1 narkotik vasitə və psixotrop maddə istədiyini bildirmiş, Esmira Hicran qızı X1 tapşırığına əsasən alıcıya çatdırması üçün verdiyi həmin narkotik vasitə heroinin 0,029 qram, psixotrop maddə metamfetaminin isə 0,205 qram hissəsini, Zərərçəkmiş şəxs tərəfindən saat 19 radələrində ünvan 4 ünvanının qarşısında 80 manat qarşılığında Şahid1 verərək satmış, 2020-ci il oktyabrın 09-da saat 19:30 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadıqları ünvan 4 ünvanına baxış keçirilən zaman evin yataq otağından üzərində «K» hərfi qeyd edilmiş bir ədəd kibrit qutusunda altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram, 0,051 qram, 0,040 qram, 0,091 qram, 0,017 qram və 0,031 qram olmaqla ümumi təmiz çəkisi 0,255 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «P» hərfi qeyd edilmiş kibrit qutusunda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,092 qram, 0,042 qram, 0,035 qram, 0,024 qram, 0,031 qram, 0,015 qram, 0,016 qram, 0,026 qram, 0,018 qram, 0,017 qram, 0,040 qram, 0,031 qram, 0,032 qram, 0,024 qram və 0,003 qram olmaqla ümumi təmiz çəkisi 0,446 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,050 qram və 0,014 qram olmaqla ümumi təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Zərərçəkmiş şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı isə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,033 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək, şərti alıcı Şahid1 tərəfindən isə onlardan alınmış bir büküm ümumi təmiz çəkisi 0,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və dörd ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,059 qram, 0,051 qram və 0,055 qram olmaqla ümumi təmiz çəkisi 0,205 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin təqdim edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən X17 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, o, heç zaman narkotik vasitə və psixotrop maddə qəbul etməmiş və həmin maddələrin satışı ilə məşğul olmamışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsindən məlumatı olmuşdur. Şahid1 Aydına 80 manat borclu olduğunu bildirib göstərilən məbləğdə pulu ögey qardaşı Zərərçəkmiş şəxs vermiş, sonuncu da pulu adı çəkilən şəxsdən almışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmamış, ibtidai istintaqdakı ifadələrini təzyiq altında vermişdir. Əməlindən peşmandır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 170.3.-cü, 234.4.1.-ci, 234.4.2.-ci və 236.2.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 2007-ci ildə X17 ilə ailə həyatı qurduqdan sonra sonuncunun əvvəlki nikahından olan övladları Təqsirləndirilən şəxs2 və Ləman Hicran qızı Zeynalova, həmçinin ögey qardaşı Zərərçəkmiş şəxs də onlarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki evdə yaşamağa başlamışlar. Birgə nikahlarından 2011-ci il təvəllüdlü Çingiz və 2016-cı il təvəllüdlü Emin adlı övladları vardır. Ramılya və Esmira narkotik vasitələrin satışı ilə məşğul olmamışlar, göstərilən maddələri yalnız o satmış, sonunculara isə şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vermiş, habelə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bu maddələrin istehlakına təhrik etmişdir. Əməlindən peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ögey bacısı X8 həyat yoldaşı Təqsirləndirilən şəxs1 uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 2020-ci ilin mart ayında «Covid-19» pandemiyası ilə əlaqədar maddi imkanları zəifləmiş, qeyd olunan ərəfədə sonuncu narkotik vasitələrin və psixotrop maddələrin satışında yaxşı qazanc olduğunu bildirərək Ramılyaya həmin işi birlikdə görməyi təklif etdikdə bacısı razılaşmış, Aydın Bakı şəhərinin Suraxanı rayonunda yaşayan Əminə adlı qadından narkotik vasitə və psixotrop maddə alıb evə gətirmişdir, Ramılya isə göstərilən maddələri birdəfəlik istifadə etmək üçün bükümlərə ayırdıqdan sonra sonuncu və Aydın onları müxtəlif şəxslərə satmışlar. Aydın 2020-ci il sentyabrın 14-də Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş, bir neçə gündən sonra evə gələrkən ona narkotik vasitə və psixotrop maddə təqdim edib evlərinin yaxınlığında yerləşən dükanın qarşısında bir nəfər şəxsə pul müqabilində verməsini tapşırmış, o, razılaşmaqla sonuncunun dediyini etmişdir. Ramılya Aydının belə hərəkətindən xəbər tutanda sonuncu ilə mübahisə edib onu narkotik satışına cəlb etməməyi tələb etmişdir. Aydın bu barədə söz versə də bir neçə gün ötmüş yenidən ona qeyd olunan maddələri verərək satmağı birdirmişdir. Bacısının Aydınla daha böyük münaqişəsi olmuş və Ramılya Aydını evdən qovmuş, evdəki narkotik vasitələrin və psixotrop maddələrin qalan hissəsini özü satmağa başlamış, Təqsirləndirilən şəxs2 da anasına kömək etməklə bəzən alıcılardan pul alaraq sonunculara istədikləri narkotik vasitələri və psixotrop maddələri ötürmüşdür. 2020-ci il oktyabrın 09-da axşam saatlarında yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 631 nömrəli fərdi evin qarşısında dayandığı zaman əvvəllər evlərində usta işləyən Şahid1 ona yaxınlaşıb Ramılya ilə danışdığını bildirərək 80 manat verməklə bir büküm narkotik vasitə heroin və dörd büküm psixotrop maddə metamfetamin ona gətirməyi dedikdə bacısının tapşırığı ilə Esmiradan götürdüyü beş bükümdəki müvafiq kütlələri Elvinə ötürmüş və bununla da sonuncunun xahişini yerinə yetirmişdir. Birazdan kiminsə bacısını çağırdığını eşitdiyindən çölə çıxanda bir neçə polis əməkdaşının gəldiyini görmüş, evə videoçəkilişlə baxış keçirilərkən Esmiranın yataq otağından narkotik vasitə və psixotrop maddə aşkar edilmiş, polis bölməsində üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmış və o, Ramılyadan bundan əvvəl özünün istifadəsi üçün götürdüyü və əynindəki cins şalvarın sağ yan cibində saxladığı bir büküm psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid3 ifadəsində göstərdi ki, 2020-ci il sentyabrın 13-də saat 23:30 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi, daşıması və satması ilə bağlı daxil olan məlumat əsasında ondan və bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır, 2020-ci il sentyabrın 14-də saat 00:02 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivindəki, 631 nömrəli fərdi evin yanında dayandığını gördükdə özlərini təqdim etdikdən sonra həmin şəxsin qanunsuz olaraq narkotik vasitə əldəetmə, üzərində gəzdirmə, daşıma və satmada şübhəli olduğunu bildirməklə sonuncunu bölməyə dəvət etmişlər, orada üzərinə videoçəkilişlə şəxsi axtarış vaxtı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim edib içərisində olan narkotik vasitə heroini öz istifadəsi üçün 2020-ci il sentyabrın 13-də tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və üzərində gəzdirdiyini söyləmişdir. Aşkar edilən maddə qablaşdırılaraq götürülmüşdür. 2020-ci il oktyabrın 09-da Şahid1 adlı şəxs bölməyə qonşuluqda yaşayan Ramılya adlı şəxsin ailə üzvləri ilə birgə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını bildirmiş, sonuncuların ifşa olunmasında məxfi əməkdaşlığa cəlb edilməsini xahiş etmişdir. Nəzarət qaydasında narkotik vasitə və psixotrop maddə alması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən ayrılan 100 manat pula Şahid1 iştirakı ilə baxış keçirilərkən B 66370582, B 39169755, B 08121737 nömrəli cəmi üç ədəd 20 manatlıq, A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli cəmi dörd ədəd 10 manatlıq əskinaslar sonuncuya təqdim edilmişdir. Elvin Azər oğlu X4 ilə əlaqə saxlamaqla onun bir büküm narkotik vasitə heroinə və dörd büküm psixotrop maddə metamfetaminə ehtiyacının olduğunu bildirib 80 manata istədiklərini aldıqdan sonra geri qayıtmış, bölmədə göstərilən maddələr, eləcə də Şahid1 verilmiş puldan qalan, baxış keçirilən 20 manatlıq əskinas qablaşdırılaraq götürülmüşdür. Bundan sonra X8 razılığı ilə yaşadığı qeyd olunan ünvandakı evə videoçəkilişlə baxış keçirilməsi zaman yataq otağından iki ədəd olmaqla üzərində «K» hərfi yazılan kibrit qutusundan siqaretin gümüşü kağızına və adi kağıza bükülmüş vəziyyətdə 18 ədəd bükümdə qəhvəyi rəngli, üzərində «P» hərfi yazılan kibrit qutusundan isə siqaretin gümüşü və qırmızı kağızlarına bükülmüş vəziyyətdə altı ədəd bükümdə ağ rəngli maddələr aşkar edilməklə götürülmüş, X17 aşkarlanan maddələrin nə olduğunu bilmədiyini demişdir. Evdə olan X17, Təqsirləndirilən şəxs2, Şahid2 və Zərərçəkmiş şəxs bölməyə dəvət edilib orada ayrı-ayrılıqda üzərlərinə şəxsi axtarış aparılmış, bu vaxt sonuncu geyindiyi göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızındakı bükümü təqdim edərək içərisində olan psixotrop maddə metamfetamini istifadə etmək üçün bacısı X8 verdiyini bildirmişdir. Aşkarlanan maddələr qablaşdırılmaqla götürülmüşdür. Tərtib olunan bütün protokolların düzgünlüyü imzalarla təsdiq edilmişdir. X17 yaşadığı evdən aşkarlanan narkotik vasitələri və psixotrop maddələri, Zərərçəkmiş şəxs təqdim etdiyi psixotrop maddəni onun əri Təqsirləndirilən şəxs1 Bakı şəhərinin Suraxanı rayonunda yaşayan Əminə adlı qadından aldığını və satmaq üçün evə gətirdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 Şahid3 ilə oxşar ifadə verib əlavə olaraq göstərdi ki, o, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etdiyi üçün dəfələrlə müalicə almış, sağaldıqdan sonra X8 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, bağ evi 631 ünvanında işləməyə başlamış və həmin dövrdə sonuncu zəhmət haqqı kimi ona narkotik vasitə və psixotrop maddə verməyi təklif etdiyindən yenidən narkotik istifadə etməyə başlamışdır. Daha sonra Ramılyanın və sonuncunun ailə üzvlərinin qanunsuz əməllərini ifşa etməyi düşünməklə 2020-ci il oktyabrın 09-da günorta saatlarında könüllü şəkildə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edib Ramılyanın ifşa edilməsi üçün könüllü olaraq məxfi əməkdaşlığa daxil olmuş, göstərilən tarixdə saat 18:00-da sonuncunun yaşadığı evə getdikdə qarşısına çıxan Ramılyanın ögey qardaşı Zərərçəkmiş şəxs bölmədə təqdim edilən 100 manat pulun 80 manatını verməklə bir büküm narkotik vasitə heroin və dörd büküm psixotrop maddə metamfetamin əldə etmişdir. Aldığı maddələri, puldan qalan bir ədəd 20 manatlıq əskinası bölməyə təhvil vermişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 Şahid3 ilə uyğun ifadə verib bununla yanaşı göstərdi ki, o, taksi sürücüsü olaraq tanışı X13 bir neçə dəfə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivinə aparmışdır. Sonuncu onun narkotik aludəçisi olduğunu öyrəndiyindən yol pulu əvəzinə ona narkotik vasitə və psixotrop maddə verdikdə etiraz etməmişdir. 2020-ci il oktyabrın 09-da axşam saatlarında Ramılyanın evində olarkən sonuncu ilə bərabər övladı Təqsirləndirilən şəxs2 və ögey qardaşı Zərərçəkmiş şəxs polis əməkdaşları tərəfindən saxlanmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətiriləndə üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunan X17 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma ərəfəsində verdikləri ilkin izahatlarda, 2020-ci il oktyabrın 10-da şübhəli şəxs, 2020-ci il oktyabrın 11-də və 2021-ci il fevralın 05-də təqsirləndirilən şəxs qismində dindirilərkən, Təqsirləndirilən şəxs1 2020-ci il sentyabrın 14-də və 2020-ci il oktyabrın 12də şübhəli şəxs, 2020-ci il sentyabrın 15-də, 2020-ci il oktyabrın 13-də və 2021-ci il fevralın 05-də təqsirləndirilən şəxs qismində dindirilərkən ittiham olunduqları əməlləri etiraf etməklə təfsilatı ilə izah etmişlər (1-ci cild, iş vərəqi 66-68, 98-100, 199-202, 204-207, 226- 229 və 240-243; 2-ci cild, iş vərəqi 33-36, 47-50, 124 və 134; 3-cü cild, iş vərəqi 153-157, 168-172 və 183-187). Məhkəmə iclasında elan edilərək tədqiq olunan iş üzrə şahid hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid4 Şahid3 ilə analoji ifadə vermişdir (2-ci cild, iş vərəqi 174-177). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin 2020-ci il oktyabrın 09-da tərtib etdiyi raportların və protokolların, 2020-ci il 09 oktyabr tarixli ərizənin, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarının və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 2020-ci il 09 oktyabr tarixli 073- 17860 №-li məktubunun kserosurətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşayan X8 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, Şahid1 sonuncunun cinayətkar əməllərinin ifşa edilməsində könüllü surətdə məxfi əməkdaşlığa cəlb olunmasını xahiş etmiş, sonuncunun X9 nəzarət qaydasında narkotik vasitənin və ya psixotrop maddənin alması zərurəti yarandığından əməliyyat xərcləri üçün Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinə ayrılan pul vəsaitindən ümumilikdə 100 manat götürülmüş, qeyd olunan vəsaitə baxış zamanı pulun üç ədəd 20 manatlıq və dörd ədəd 10 manatlıq əskinaslar şəklində olması, 20 manatlıq əskinasların nömrələrinin B 66370582, B 39169755 və B 08121737, 10 manatlıq əskinasların nömrələrinin A 41307299, A 05348614, B 06277301 və A 37562310 olması müəyyənləşdirilməklə həmin məbləğdə pul şərti alıcı Şahid1 təhvil verilmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 7-13 və 14-22). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 09 oktyabr tarixli protokolun kserosurətindən görünür ki, Şahid1 təqdim etdiyi bir bükümdəki narkotik vasitə heroini və dörd ədəd bükümdəki psixotrop maddə metamfetamini onların satışı ilə məşğul olan X17 ilə əlaqə saxlayıb bir büküm narkotik vasitə heroin və dörd büküm psixotrop maddə metamfetamin istədiyini dedikdə X8 istədiyi maddələrin ümumi dəyərinin 80 manat olduğunu, yaşadığı evə gedərək övladı Təqsirləndirilən şəxs2 götürməsini söylədiyini, ünvan 3 ünvanının qarşısında olduğu vaxt nəzarət qaydasında göstərilən maddələri almaq üçün Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən ona təqdim edilən üç ədəd 20 manatlıq və dörd ədəd 10 manatlıq pulun 80 manatını X8 ögey qardaşı Zərərçəkmiş şəxs verməklə bir büküm narkotik vasitə heroin və dörd büküm psixotrop maddə metamfetamin aldığını bildirmiş, qeyd olunan maddələr və B 08121737 nömrəli 20 manatlıq əskinas götürülmüşdür (1-ci cild, iş vərəqi 23-24). İş materiallarındakı 2017-ci il 17 fevral tarixli çıxarışdan və 2019-cu il 05 aprel tarixli AZ-T seriyalı 088314 №-li doğum haqqında şəhadətnamədən görünür ki, 1983-cü il oktyabrın 01-də anadan olan X20 2014-cü il aprelin 08-də Təqsirləndirilən şəxs1 ilə nikaha daxil olmuşdur (1-ci cild, iş vərəqi 29-30). İş materiallarındakı 2020-ci il 09 oktyabr tarixli ərizədən və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, X8 razılığı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun yaşadığı ünvan 3 ünvanına baxış zamanı yataq otağından iki ədəd kibrit qutusundan, yəni üzərində «K» hərfi yazılan bir ədəd kibrit qutusundan siqaretin gümüşü kağızına və adi kağıza bükülmüş vəziyyətdə 18 ədəd bükümdə qəhvəyi rəngli, üzərində «P» hərfi olan kibrit qutusundan isə siqaretin gümüşü və qırmızı kağızlarına bükülmüş vəziyyətdə altı ədəd bükümdə ağ rəngli maddələr aşkar edilərək götürülmüş, bir ədəd DVD-R diski protokola əlavə olunmuşdur (1ci cild, iş vərəqi 36 və 39-41). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 09 oktyabr tarixli protokoldan görünür ki, X17 həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 44). İş materiallarındakı 2020-ci il 09 oktyabr tarixli ərizədən və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, X8 razılığı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun üzərinə şəxsi axtarış və götürmə keçirilərkən X8 təqdim etdiyi qırmızı rəngli pul qabının içərisindən bir ədəd X15 məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd «Azəriqaz» ictimai birliyinə, bir ədəd «Bakı Kart»a, bir ədəd «Azərişıq» açıq səhmdar cəmiyyətinə və bir ədəd «Araz supermarket» mağazasına aid plastik kartlar, bir ədəd «Nokia Xperia» markalı mobil telefon, beş ədəd 20 manatlıq, yeddi ədəd 10 manatlıq, dörd ədəd beş manatlıq və beş ədəd bir manatlıq əskinaslar şəklində ümumilikdə 195 manat pul aşkarlanmış, 20 manatlıq əskinasların üzərində A 91154212, A 49590544, A 85516594, B 66370582 və B 39169755 nömrələrinin, 10 manatlıq əskinasların üzərində A 37562310, B 06277301, A 20109783, A 34556829, A 44811207, A 05348614 və A 41307299 nömrələrinin, beş manatlıq əskinasların üzərində C 23757028, C 07125541, C 30639503 və C 07583967 nömrələrinin, bir manatlıq əskinasların üzərində G 48502377, F 58155331, F 28214769, G 32561007 və G 41883480 nömrələrinin olması, B 66370582 və B 39169755 nömrəli iki ədəd 20 manatlıq, A 41307299, A 05348614, B 06277304 və A 37562310 nömrəli dörd ədəd 10 manatlıq əskinasın könüllü əməkdaşlığa cəlb edilən Şahid1 nəzarət qaydasında narkotik vasitə və ya psixotrop maddə alınması üçün verilmiş pul vəsaitləri ilə eynilik təşkil etməsi müəyyənləşdirilmiş, X15 məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd «Nokia Xperia» markalı mobil telefon, B 66370582 və B 39169755 nömrəli iki ədəd 20 manatlıq, A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli dörd ədəd 10 manatlıq əskinaslar sübut əhəmiyyətinə malik olduğundan götürülmüş, bir ədəd «Azəriqaz» ictimai birliyinə, bir ədəd «Bakı Kart»a, bir ədəd «Azərişıq» açıq səhmdar cəmiyyətinə və bir ədəd «Araz supermarket» mağazasına aid plastik kartlar X12 qaytarılmış, bir ədəd CD-R diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 62-65). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 10 oktyabr tarixli və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 12 oktyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 2020-ci il oktyabrın 09-da saat 19:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 2020-ci il oktyabrın 12-də saat 13:05-də Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 76; 2-ci cild, iş vərəqi 19). İş materiallarındakı 2020-ci il 10 oktyabr tarixli ərizədən və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 razılığı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qolsuz gödəkcənin sol yan cibindən bir ədəd «Xiomi Redmi» markalı mobil telefonu, sağ yan cibindən bir qutu «Pall Mall» siqaretini və bir ədəd alışqanı təqdim etmiş, Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunsuz hər hansı əşya aşkarlanmamaqla bir ədəd «Xiomi Redmi» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, bir ədəd CD-R diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 94-97). İş materiallarındakı 2020-ci il 10 oktyabr tarixli ərizədən və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun üzərinə şəxsi axtarış zamanı Zərərçəkmiş şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızındakı bükümü təqdim etməklə içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni bacısı X9 öz istifadəsi üçün götürdüyünü bildirmiş, bir ədəd DVD-R diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 129 və 130-132). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2020-ci il 10 oktyabr 636 №-li və eyni tarixli 637 №-li, 2020-ci il 12 oktyabr 640 №-li narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktlarından görünür ki, X2 AMP aşkarlanmaqla OPİ və TNC müəyyən edilməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sidiklərində isə OPİ aşkarlanıb TNC və AMP müəyyənləşdirilməmişdir (1-ci cild, iş vərəqi 173 və 175; 2-ci cild, iş vərəqi 4). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 10 oktyabr tarixli 6/2118 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №100» dairəvi möhür əksi olan «Vət. X8 evindən...» sözləri, soyad və imzalar qeyd edilən bir ədəd zərfdə qablaşdırılmaqla üzərində «K» hərfi qeyd olunmuş bir ədəd kibrit qutusunda altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram, 0,051 qram, 0,040 qram, 0,091 qram, 0,017 qram və 0,031 qram olmaqla ümumi təmiz çəkisi 0,255 qram ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; üzərində «P» hərfi qeyd edilən kibrit qutusunda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,092 qram, 0,042 qram, 0,035 qram, 0,024 qram, 0,031 qram, 0,015 qram, 0,016 qram, 0,026 qram, 0,018 qram, 0,017 qram, 0,040 qram, 0,031 qram, 0,032 qram, 0,024 qram və 0,003 qram olmaqla ümumi təmiz çəkisi 0,446 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin; digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,050 qram və 0,014 qram olmaqla ümumi təmiz çəkisi 0,107 qram ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı qalığı müvafiq qaydada 0,366 qram və 0,282 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 179-182). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 11 oktyabr və 2020-ci il 13 oktyabr tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən X12, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 218-219 və 232-233; 2-ci cild, iş vərəqi 39-40). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 11 oktyabr tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə təqsirləndirilən X17 və Təqsirləndirilən şəxs2 barəsində əvvəli müvafiq qaydada 2020-ci il oktyabrın 09-dan və 2020-ci il oktyabrın 10-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 274-277). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 12 oktyabr tarixli protokollardan görünür ki, iş üzrə yetkinlik yaşına çatmayan təqsirəndirilən şəxs Zərərçəkmiş şəxs və təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda təqsirəndirilən şəxs X17 ilə üzləşdirilərkən birincisi və ikincisi istintaqda verdikləri ifadələri təsdiq etmədiklərini bildirmiş, sonuncu onların dediklərini təsdiqləmişdir (1-ci cild, iş vərəqi 280-295). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 12 oktyabr tarixli protokoldan görünür ki, iş üzrə yetkinlik yaşına çatmayan təqsirəndirilən şəxs Zərərçəkmiş şəxs və təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs2 üzləşdirilərkən birincisi istintaqda verdiyi ifadəni təsdiq etmədiyini bildirmiş, sonuncu onun dediklərini təsdiqləmişdir (1-ci cild, iş vərəqi 296-303). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli qərarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 2020-ci il oktyabrın 12-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 56-58). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 14 sentyabr tarixli raportlardan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərardan və protokoldan, habelə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 15 sentyabr tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2020-ci il sentyabrın 14-də saat 00:10-da saxlanıb bölməyə gətirilmiş, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (2-ci cild, iş vərəqi 86- 90 və 154). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 14 sentyabr tarixli protokoldan görünür ki, Rafiq oğlu Qasımov həmin tarixdə saat 00:20-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (2-ci cild, iş vərəqi 93). İş materiallarındakı 2020-ci il 14 sentyabr tarixli ərizədən və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 razılığı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən kibrit qutusunda siqaretin gümüşü kağızına bükülmüş maddəni təqdim edərək narkotik vasitə heroin olduğunu, həmin maddəni 2020-ci il sentyabrın 14-də adını bilmədiyi, üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən şəxsi istifadəsi üçün 60-70 manata aldığını bildirmiş, qeyd olunan büküm götürülmüş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 108-111). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 14 sentyabr tarixli 6/1876 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...» və s. yazılar və imzalar qeyd edilən zərfdəki bir ədəd kibrit qutusuna qoyulan iki ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,117 qram və 0,839 qram olmaqla ümumi təmiz çəkisi 0,956 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, narkotik vasitə heroinin təqdiqatdan sonrakı qalığı 0,896 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 109,9 manatdır (2-ci cild, iş vərəqi 116-118). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 15 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinə dair görüntüləri əks etdirən DVD diskinə baxış zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən kibrit qutusunda siqaretin gümüşü kağızına bükülmüş maddəni təqdim edərək narkotik vasitə heroin olduğunu, həmin maddəni 2020-ci il sentyabrın 14-də adını bilmədiyi, üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən şəxsi istifadəsi üçün 60-70 manata aldığını bildirməsi və qeyd olunan bükümün götürülməsi müəyyənləşdirilmişdir (2-ci cild, iş vərəqi 125). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 15 sentyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs1 göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 126-127). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 15 sentyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 141-142). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 2020-cu il sentyabrın 25-də və 2021-ci il fevralın 02-də tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, X17 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (2-ci cild, iş vərəqi 148 və 329-332). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 29 sentyabr tarixli 2630 №-li, 2020-ci il 19 oktyabr tarixli 2887 №-li, 2020-ci il 02 noyabr tarixli 3073 №li və eyni tarixli 3074 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacları vardır, X14 psixotrop maddə metamfetamindən periodik istifadə halları olsa da hazırda narkomaniya xəstəliyi aşkarlanmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur, sonuncuların ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (2-ci cild, iş vərəqi 149-150, 166-167, 198-199 və 204-205). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 21 oktyabr tarixli protokollardan görünür ki, X8 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi görüntülərini əks etdirən CD diskinə baxış zamanı sonuncunun təqdim etdiyi qırmızı rəngli pul qabının içərisindən bir ədəd X15 məxsus şəxsiyyət vəsiqəsinin, bir ədəd «Azəriqaz» ictimai birliyinə, bir ədəd «Bakı Kart»a, bir ədəd «Azərişıq» açıq səhmdar cəmiyyətinə və bir ədəd «Araz supermarket» mağazasına məxsus plastik kartların, bir ədəd «Nokia Xperia» markalı mobil telefonun, beş ədəd 20 manatlıq, yeddi ədəd 10 manatlıq, dörd ədəd beş manatlıq və beş ədəd bir manatlıq əskinaslar şəklində ümumilikdə 195 manat pul aşkarlanması, 20 manatlıq əskinasların üzərində A 91154212, A 49590544, A 85516594, B 66370582 və B 39169755 nömrələrinin, 10 manatlıq əskinasların üzərində A 37562310, B 06277301, A 20109783, A 34556829, A 44811207, A 05348614 və A 41307299 nömrələrinin, beş manatlıq əskinasların üzərində C 23757028, C 07125541, C 30639503 və C 07583967 nömrələrinin, bir manatlıq əskinasların üzərində G 48502377, F 58155331, F 28214769, G 32561007 və G 41883480 nömrələrinin olması, B 66370582 və B 39169755 nömrəli iki ədəd 20 manatlıq, A 41307299, A 05348614, B 06277304 və A 37562310 nömrəli dörd ədəd 10 manatlıq əskinasların könüllü əməkdaşlığa cəlb edilən Şahid1 nəzarət qaydasında narkotik vasitə və ya psixotrop maddə alınması üçün verilmiş pul vəsaitləri ilə eynilik təşkil etməsi, X15 məxsus şəxsiyyət vəsiqəsinin, bir ədəd «Nokia Xperia» markalı mobil telefonun, B 66370582 və B 39169755 nömrəli iki ədəd 20 manatlıq, A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli dörd ədəd 10 manatlıq əskinasın, sübut əhəmiyyətinə malik olduğundan, götürülməsi, bir ədəd «Azəriqaz» ictimai birliyinə, bir ədəd «Bakı Kart»a, bir ədəd «Azərişıq» açıq səhmdar cəmiyyətinə və bir ədəd «Araz supermarket» mağazasına aid plastik kartların X12 qaytarılması, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi görüntülərini əks etdirən CD diskinə baxış vaxtı sonuncunun əynindəki qara rəngli qolsuz gödəkcənin sol yan cibindən bir ədəd «Xiomi Redmi» markalı mobil telefonu, sağ yan cibindən bir qutu «Pall Mall» siqaretini və bir ədəd alışqanı təqdim etməsi, Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunsuz hər hansı əşya aşkarlanmamaqla bir ədəd «Xiomi Redmi» markalı mobil telefonun, iş üzrə əhəmiyyət kəsb etdiyindən, götürülməsi, X8 razılığı ilə sonuncunun yaşadığı ünvan 3 ünvanına baxış görüntülərini əks etdirən CD diskinə baxış zamanı yataq otağından iki ədəd kibrit qutusunda, üzərində «K» hərfi yazılan bir ədəd kibrit qutusundan siqaretin gümüşü kağızına və adi kağıza bükülmüş vəziyyətdə 18 ədəd bükümdə qəhvəyi rəngli, üzərində «P» hərfi olan kibrit qutusundan isə siqaretin gümüşü və qırmızı kağızlarına bükülmüş vəziyyətdə altı ədəd bükümdə ağ rəngli maddələrin aşkar edilərək götürülməsi müəyyənləşdirilmişdir (2-ci cild, iş vərəqi 158-160 və 163). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 08 dekabr tarixli 6/2600 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Şahid1 X7, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 vasitəsilə aldığı narkotik vasitə və psixotrop maddə» yazısı olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,059 qram, 0,051 qram və 0,055 qram olmaqla ümumi təmiz çəkisi 0,205 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,029 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Elvin Azər oğlu X19 Zeynalovadan Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs vasitəsi ilə aldığı dörd ədəd bükümdə psixotrop maddə metamfetamin X8 yaşadığı fərdi evdən aşkar edilən doqquz ədəd bükümdəki psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir; bir ədəd bükümdəki narkotik vasitə heroin X8 yaşadığı fərdi evdən aşkar edilən 15 ədəd bükümdəki heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir; dörd ədəd bükümdə olan psixotrop maddə metamfetamin Zərərçəkmiş şəxs götürülmüş bir ədəd bükümdəki psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir; X8 yaşadığı fərdi evdən aşkar edilmiş 15 ədəd bükümdəki heroin Təqsirləndirilən şəxs1 götürülmüş iki ədəd bükümdə olan heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir, psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı qalıqları müvafiq qaydada 0,165 qram, 0,009 qram, 0,192 qram, 0,216 qram və 0,015 qram, narkotik vasitə heroinin təqdiqatdan sonrakı qalıqı isə 0,876 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (2-ci cild, iş vərəqi 229-234). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 yanvar tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 30 dekabr tarixli BKC/LGL-27244/20 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı 16 ədəd fərqli adlı faylda ***-***-**-**, ***-***- **-**,***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən digər mobil nömrələrə göndərilən və daxil olan smslər, təqsirləndirilən şəxsləri və Şahid2 mütəmadi olaraq ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlaması müəyyən edilmişdir (2-ci cild, iş vərəqi 266-326). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 fevral tarixli protokollardan görünür ki, yetkinlik yaşına çatmayan təqsirəndirilən şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X17 Təqsirləndirilən şəxs1la ayrı-ayrılıqda üzləşdirilərkən birincisi, ikincisi və üçüncüsü istintaqda verdikləri ifadələri təsdiq etmədiklərini bildirmişlər, sonuncu onların dediklərini təsdiqləmişdir (3-cü cild, iş vərəqi 2-26). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 fevral və 2021-ci il 04 fevral tarixli protokollardan görünür ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 təqsirləndirilən şəxs X17 ilə ayrı-ayrılıqda üzləşdirilərkən birincisi və ikincisi istintaqda verdikləri ifadələri təsdiq etmədiklərini bildirmişlər, sonuncu onların dediklərini təsdiqləmişdir (3-cü cild, iş vərəqi 27-35 və 45-53). İş materiallarında olan RUS seriyalı P tipli ******* №-li və RUS seriyalı P tipli ******* №-li pasportların, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çıxarışlarının kserosurətlərindən görünür ki, X17 və Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasının vətəndaşlarıdır (3-cü cild, iş vərəqi 56-59). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 04 fevral tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2021-ci il 05 fevral tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs X8 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindəki 631 nömrəli fərdi evdən aşkarlanıb götürülən 0,446 qram narkotik vasitə heroinin və 0,362 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,216 qram və 0,192 qram çəkidə qalıqları, Zərərçəkmiş şəxs üzərindən aşkarlanan 0,033 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,015 qram çəkidə qalığı, Elvin Azər oğlu X3 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 vasitəsi ilə nəzarət qaydasında aldığı 0,205 qram psixotrop maddə metamfetaminin və 0,029 qram narkotik vasitə heroinin tədqiqatdan sonra müvafiq qaydada 0,165 qram və 0,009 qram çəkidə qalıqları, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülən 0,956 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,876 qram çəkidə qalığı saxlanılması üçün idarənin saxlanc anbarına təhvil verilmiş, X8 yaşadığı ünvana baxış keçirilməsi, sonuncunun Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılması barədə görüntünü əks etdirən altı ədəd diskin maddi sübut növü kimi tanınmaqla cinayət işinə əlavə edilməsi nəzərə alınmış, şəxsi axtarış zamanı X8 üzərindən aşkarlanan bir ədəd X15 məxsus şəxsiyyət vəsiqəsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat və X21, bir ədəd «Azəriqaz» ictimai birliyinə, bir ədəd «Bakı Kart»a, bir ədəd «Azərişıq» açıq səhmdar cəmiyyətinə, bir ədəd «Araz supermarket» aid plastik kartlar və bir ədəd «Nokia Xperia» markalı mobil telefon, X9 nəzarət qaydasında «mal» alınması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin tərəfindən 14-cü Polis Bölməsinə ayrılmaqla sonuncunun üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş B 66370582 və B 39169755 nömrəli iki ədəd 20 manatlıq, A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli dörd ədəd 10 manatlıq əskinaslar, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd «Xiomi Redmi» markalı mobil telefon saxlanması üçün idarənin saxlanc anbarına təhvil verilmiş, bir ədəd B 08121737 nömrəli 20 manatlıq əskinas idarənin əməliyyat xərclərinə qaytarılmış, X12 məxsus 95 manat pul isə cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan dövlət büdcəsinə keçirilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsinə göndərilmiş, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən daxil olan bir ədəd CD diski maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş, X17 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 170.2.-ci, 170.3.-cü, 234.4.2.-ci, 236.2.1.-ci və 236.2.3.-cü, Təqsirləndirilən şəxs1 barəsində 170.2.-ci, 236.2.1.-ci və 206.2.-ci maddələri ilə cinayət işinin başlanması rədd olunmuş, istintaq sənədlərində təqsirləndirilən şəxs X8 adının Ramilə kimi qeyd olunması texniki səhv kimi qiymətləndirilmiş, cinayət işindən Azərbaycan Respublikasının CM-nin 170.3.-cü, 234.4.1.-ci, 234.4.2.-ci və 236.2.3.-cü maddələri ilə cinayət işi ayrılması qərara alınmış, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 170.3.-cü, 234.4.1.-ci, 234.4.2.-ci və 236.2.3.-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (3-cü cild, iş vərəqi 64-90, 144-146, 159-161 və 174-176). Məhkəməyə təqdim olunan «Şəfqət Nuru» kimsəsizlərə yardım X22 Filialı «Nur» uşaq evinin tərtib etdiyi 2021-ci il 17 may tarixli 75 №-li arayışdan görünür ki, X8 azyaşlı övladları X27 və X31 qeyd olunan uşaq evində yaşayırlar. Məhkəməyə təqdim olunan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 09 noyabr tarixli aktın kserosurətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindəki 631 nömrəli fərdi evdə yaşayan 2011-ci il 22 fevral təvəllüdlü X27 və 2015-ci il 30 oktyabr təvəllüdlü X31 hər iki valideyni həbs olunduğu üçün onların baxımsız qalmaması məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən «Şəfqət Nuru» kimsəsizlərə yardım X22 Filialı «Nur» uşaq evinə təhvil verilmişlər. Məhkəməyə təqdim olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 27 may tarixli hökmünün surətindən görünür ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, iş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,216 qram, 0,009 qram və 0,876 qram olan narkotik vasitə heroinin və qalıq çəkisi 0,192 qram, 0,015 qram, 0,165 qram psixotrop maddə metamfetaminin, bir ədəd «Azəriqaz» ictimai birliyinə, bir ədəd «Bakı Kart»a, bir ədəd «Azərişıq» açıq səhmdar cəmiyyətinə, bir ədəd «Araz supermarket»ə aid plastik kartların, bir ədəd «Nokia Xperia» markalı və bir ədəd «Xiomi Redmi» markalı aparatı mobil telefon aparatlarının, B 66370582, B 39169755 nömrəli iki ədəd 20 manatlıq, A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli dörd ədəd 10 manatlıq əskinasların, bir ədəd B 08121737 nömrəli 20 manatlıq əskinasın, X12 məxsus olan ümumilikdə 115 manat pulun, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat və X18 saxlanılan bir ədəd X15 məxsus şəxsiyyət vəsiqəsinin, yeddi ədəd CD diskinin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-908/2021 saylı cinayət işinə aid olması nəzərə alınmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 170.3.-cü, 234.4.1.-ci, 234.4.2.-ci və 236.2.3.cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 170.3.-cü, 234.4.1.-ci, 234.4.2.-ci və 236.2.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə verilən ittiham üzrə təqsirləndirilən şəxslər X8 özünü təqsirli bilməməsinə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə özlərini qismən təqsirli bilmələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə bu ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun göstərilən maddəsinin mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qismən etirafedici, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş X8 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırmada yazdıqları izahatlar, sonuncuların vəTəqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxslər qismində verdikləri etirafedici ifadələr, şahid ifadəsi maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər X12, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla sonuncuların və Təqsirləndirilən şəxs2 ilk məhkumluqlarını, sonuncunun cavanlığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 peşmanlığını, ailə vəziyyətini cəzalarını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1.-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 təyin ediləcək azadlıqdan məhrumetmə cəzası sonuncunun övladları 2011-ci il 22 fevral təvəllüdlü X27 və 2015-ci il 30 oktyabr təvəllüdlü X31 14 yaşına çatanadək təxirə salınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, X12 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, sonuncular ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 2020-ci il sentyabrın 14-dən 2020-ci il sentyabrın 15-dək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə X8 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindəki 631 nömrəli fərdi evdən aşkarlanıb götürülən 0,446 qram narkotik vasitə heroinin və 0,362 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,216 qram və 0,192 qram çəkidə qalıqları, Zərərçəkmiş şəxs üzərindən aşkarlanan 0,033 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,015 qram çəkidə qalığı, Elvin Azər oğlu X3 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 vasitəsi ilə nəzarət qaydasında aldığı 0,205 qram psixotrop maddə metamfetaminin və 0,029 qram narkotik vasitə heroinin tədqiqatdan sonra müvafiq qaydada 0,165 qram və 0,009 qram çəkidə qalıqları, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülən 0,956 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,876 qram çəkidə qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat və X21 təhvil verilməklə X8 üzərindən şəxsi axtarış zamanı aşkarlanan bir ədəd X15 məxsus şəxsiyyət vəsiqəsi sonuncuya, bir ədəd «Azəriqaz» ictimai birliyinə, bir ədəd «Bakı Kart»a, bir ədəd «Azərişıq» açıq səhmdar cəmiyyətinə, bir ədəd «Araz supermarket» aid plastik kartlar və bir ədəd «Nokia Xperia» markalı mobil telefon X12, Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkarlanan bir ədəd «Xiomi Redmi» markalı mobil telefon sonuncuya qaytarılmalı; X9 nəzarət qaydasında «mal» alınması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14cü Polis Bölməsinə ayrılmaqla sonuncunun üzərindən şəxsi axtarış zamanı aşkar edilən iki ədəd B 66370582 və B 39169755 nömrəli 20 manatlıq, dörd ədəd A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli 10 manatlıq əskinaslar idarənin əməliyyat xərclərinə təhvil verilməli; bir ədəd B08121737 nömrəli 20 manatlıq əskinas idarənin əməliyyat xərclərinə qaytarılması, X12 məxsus 95 manat pulun cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan dövlət büdcəsinə keçirilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsinə göndərilməsi, X8 yaşadığı ünvana baxış keçirilməsi, sonuncunun Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs1 üzərlərinə şəxsi axtarış aparılması barədə görüntünü əks etdirən altı ədəd diskin və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən daxil olan bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər X8 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 2020-ci il oktyabrın 10-dan 2021-ci il noyabrın 29-dək həbsdə saxlandığı 01 (bir) il 01 (bir) ay 19 (on doqquz) gün nəzərə alınmaqla barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 288,9 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2qıq və Təqsirləndirilən şəxs1 hər birindən 96,3 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi müvafiq qaydada Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X29, Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən müvafiq qaydada 40 iş saatı, 68 iş saatı və 68 iş saatı, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 36 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslər X12, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X24, Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 240 manat, 408 manat və 408 manat, Müdafiəçi3 vəkil işlədiyi 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 216 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 tutulduğu gündən, yəni 2020-ci il oktyabrın 12-dən hesablanmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxs X12 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin sonuncunun övladları 2011-ci il 22 fevral təvəllüdlü X27 və 2015-ci il 30 oktyabr təvəllüdlü X31 14 yaşına çatanadək təxirə salınacağını nəzərə alaraq hesab edir ki, cəzaçəkmənin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: X17 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. X17 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə övladları 2011-ci il 22 fevral təvəllüdlü X27 və 2015-ci il 30 oktyabr təvəllüdlü X31 14 yaşına çatanadək hökmün icrası təxirə salınsın. X8 övladları X27 və X31 14 yaşına çatanadək davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. X17 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. X12 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) il 01 (bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 2020-ci il oktyabrın 10-dan 2021-ci il noyabrın 29-dək həbsdə saxlandığı 01 (bir) il 01 (bir) ay 19 (on doqquz) gün cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddəti qurtardığına görə o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 170.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.2.ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay, Azərbaycan Respublikasının CMnin 236.2.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2020-ci il sentyabrın 14-dən 2020-ci il sentyabrın 15-dək tutulduğu 01 (bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 08 (səkkiz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il oktyabrın 12-dən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 288,9 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2qıq və Təqsirləndirilən şəxs1 hər birindən 96,3 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. X12, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X24, Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 240 manat, 408 manat və 408 manat, Müdafiəçi3 vəkil işlədiyi 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 216 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə X8 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindəki 631 nömrəli fərdi evdən aşkarlanıb götürülən 0,446 qram narkotik vasitə heroinin və 0,362 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,216 qram və 0,192 qram çəkidə qalıqları, Zərərçəkmiş şəxs üzərindən aşkarlanan 0,033 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,015 qram çəkidə qalığı, Elvin Azər oğlu X3 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 vasitəsi ilə nəzarət qaydasında aldığı 0,205 qram psixotrop maddə metamfetaminin və 0,029 qram narkotik vasitə heroinin tədqiqatdan sonra müvafiq qaydada 0,165 qram və 0,009 qram çəkidə qalıqları, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülən 0,956 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,876 qram çəkidə qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat və X21 təhvil verilməklə X8 üzərindən şəxsi axtarış zamanı aşkarlanan bir ədəd X15 məxsus şəxsiyyət vəsiqəsi sonuncuya, bir ədəd «Azəriqaz» ictimai birliyinə, bir ədəd «Bakı Kart»a, bir ədəd «Azərişıq» açıq səhmdar cəmiyyətinə, bir ədəd «Araz supermarket» aid plastik kartlar və bir ədəd «Nokia Xperia» markalı mobil telefon X12, Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkarlanan bir ədəd «Xiomi Redmi» markalı mobil telefon sonuncuya qaytarılsın; X9 nəzarət qaydasında «mal» alınması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə ayrılmaqla sonuncunun üzərindən şəxsi axtarış zamanı aşkar edilən iki ədəd B 66370582 və B 39169755 nömrəli 20 manatlıq, dörd ədəd A 41307299, A 05348614, B 06277301 və A 37562310 nömrəli 10 manatlıq əskinaslar idarənin əməliyyat xərclərinə təhvil verilsin; bir ədəd B08121737 nömrəli 20 manatlıq əskinas idarənin əməliyyat xərclərinə qaytarılması, X12 məxsus 95 manat pulun cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan dövlət büdcəsinə keçirilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsinə göndərilməsi, X8 yaşadığı ünvana baxış keçirilməsi, sonuncunun Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs1 üzərlərinə şəxsi axtarış aparılması barədə görüntünü əks etdirən altı ədəd diskin və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən daxil olan bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. X17, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. X17 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar