Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-914/2021 01.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X11, Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yerləşən Qaradağ RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Telestudiya küçəsindəki fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 320.1, 320.2 və 32.4,312.2-ci maddələri ilə; xx.xx.1956-cı il tarixdə Ağsu rayonu, Bicov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi, ev 6, mənzil 6 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkət və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmiş, biləbilə hüquq verən rəsmi sənədləri və möhürü istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən hazırlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. Belə ki o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-qaz çıxarma İdarəsi rəisinin 10.12.2010-cu il tarixli 360 nömrəli əmri ilə İdarəetmə aparatının Baş energetika şöbəsində energetik vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə X12 adına olmaqla V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B16№226028 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanınmasına (nostrifikasiya) köməkilik göstərməsi ilə bağlı sonuncunun atası Şahid6 2018ci ilin fevral ayında özünə müraciəti ilə əlaqədar, sonuncuya özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə diplomun tanınması imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nahid Qarayevin xeyrinə edəcəyi hərəkətə, yəni göstərilən diplomun təsdiq edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid6 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin fevral ayında Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid6 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə yolu ilə Şahid6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nahid Qarayevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 təhrik etmiş, törətdiyi cinayət əməllərini pərdələmək üçün 2018-ci ilin fevral ayındanoktyabr ayının sonlarınadək olan müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə və şəraitdə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilməsi görüntüsü yaradan N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş X12 adına olan B16№226028 saylı bakalavr diplomunun tanınması haqqında 008844 və 008986 qeydiyyat nömrəli saxta şəhadətnamələri vahid niyyətlə qanunsuz olaraq hazırlayıb Azərbaycan Respublikasının Təhsil naziri adından saxta imza ilə imzalanmış və “Azərbaycan Respublikası Təhsil Nazirliyi” məzmunlu möhürün əksini axınlı çap üsulu ilə həmin sənədin üzərinə çap etməklə təsdiq edilməsi görüntüsü yaradaraq hüquq verən rəsmi sənədləri qanunsuz olaraq hazırlamış, cinayətkar niyyətini realizə edərək hazırladığı həmin saxta rəsmi sənədləri 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid6 təqdim etməklə bilə-bilə saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid2 adına olmaqla Gürcüstanın "xxxx" Tbilisi Tədris Universiteti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş TTUG №000083 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanınmasına (nostrifikasiya) köməklik göstərilməsi ilə bağlı sonuncunun anası Şahid1 2018-ci ilin may ayında cinayətdən xəbərsiz olan tanışı Şahid6 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, Şahid1 Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışı vasitəsilə Şahid2 diplomunun tanınmasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni göstərilən diplomun təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 aldatmaqla bildirərək, onun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən “Ayna Sultanova” heykəlinin yaxınlığında Şahid1 6.000 (altı min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, törətdiyi cinayət əməllərini pərdələmək üçün 2018-ci ilin iyun ayından avqust ayının sonlarınadək olan müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə və şəraitdə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilməsi görüntüsü yaradan Gürcüstanın "xxxx" Tbilisi Tədris Universiteti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şahid2 verilmiş TTUG №000083 saylı bakalavr diplomunun tanınması haqqında 100561 və 105952 qeydiyyat nömrəli saxta şəhadətnamələrini vahid niyyətlə qanunsuz olaraq hazırlayıb Azərbaycan Respublikası Təhsil naziri adından saxta imza ilə imzalanmış və “Azərbaycan Respublikası Təhsil Nazirliyi” məzmunlu möhürün əksini axınlı çap üsulu ilə həmin sənədin üzərinə çap etməklə təsdiq edilməsi görüntüsü yaradaraq hüquq verən rəsmi sənədləri qanunsuz olaraq təkrarən hazırlamış, cinayətkar niyyətini realizə edərək hazırladığı həmin saxta sənədləri 2018-ci ilin avqust ayında “Ayna Sultanova” heykəlinin yaxınlığında Şahid1 təqdim etməklə bilə-bilə saxta rəsmi sənədlərdən vahid niyyətlə təkrarən istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib müvafiq ali təhsil almadığı halda X1 V.Plexanov adına X5 “İqtisadiyyat” ixtisası üzrə magistr diplomunun alınıb Təhsil Nazirliyində tanınmasında (nostrifikasiya) köməklik göstərilməsi ilə bağlı sonuncunun atası Şahid6 2018-ci ilin payız aylarında özünə müraciəti ilə əlaqədar, Təqsirləndirilən şəxs2la aralarında olan rol bölgüsünə müvafiq olaraq Şahid6 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Aynurə Məmmədovanın V.Plexanov adına X5 İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə etməsinə dair diplomunun alınaraq Azərbaycan Respublikasında müvafiq qaydada tanınması imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Aynurə Məmmədovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə, yəni müvafiq ali təhsil almamasına baxmayaraq Aynurə Məmmədovanın guya magistr təhsili almasına dair qanunsuz olaraq diplomun verilməsi və həmin diplomun təsdiq edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid6 aldatmaqla bildirərək, onun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin payız aylarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” YDM-nin yaxınlığında Şahid6 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid6 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Aynurə Məmmədovanın xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmiş, törətdikləri cinayət əməllərini pərdələmək üçün Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin əvvəllərində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan gündə və şəraitdə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Q.V.Plexanov adına X20 tərəfindən verilməsi görüntüsü yaradan, X1 həmin Akademiyada İqtisadiyyat ixtisası üzrə Magistr dərəcəsi əldə etməsinə dair 14.03.2014-cü il tarixli, 107718 ******* nömrəli diplomu istintaqla müəyyən olmayan üsulla hazırlayıb, həmin diplomda olan Dövlət imtahan komissiyasının sədri V.M.Aneşin və təhsil müəssisəsinin rəhbəri D.A.Braqin adından birbaşa icra üsulu ilə imzalayıb, istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı və üzərində “X40 Təhsili Dövlət Büdcə Təhsil Müəssisəsi “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Moskva şəhəri” məzmunlu yazı həkk edilmiş möhürün əksini relyef klişedən sənəd üzərinə birbaşa vurmaqla təsdiq edib qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazırlayıb, cinayətkar niyyətini realizə edərək hazırladığı həmin qanunsuz sənədi 2019-cu ilin əvvəllərində istintaqa məlum olmayan gündə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” YDMnin yaxınlığında Şahid6 təqdim etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında biləbilə saxta rəsmi sənəddən vahid niyyətlə təkrarən istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə adına olan X24 Universiteti tərəfindən verilmiş B18 213776 nömrəli 30.06.2018ci tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanınmasına (nostrifikasiya) köməklik göstərməsi ilə bağlı 2020-ci ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə Şahid8 özünə müraciəti ilə əlaqədar sonuncuya Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışı vasitəsilə qeyd edilən diplomunun tanınmasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə, yəni göstərilən diplomun təsdiq edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 27 fevral 2020-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndi ərazisində “köhnə DYP postu” deyilən ərazidə Şahid8 5.000 (beş min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə yolu ilə Şahid8 ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin N.Nərimanov adına neft-qaz çıxarma idarəsində çilingər vəzifəsinə düzəlməsinə köməklik göstərilməsi barədə 2020-ci ilin fevral ayında müraciət edən Şahid4 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunu müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsi üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 17 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid4 2.000 (iki min) manat pul vəsaitini almaqla ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid4 ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə adına olan X24 Universiteti tərəfindən verilmiş B16 236168 nömrəli 07.07.2016cı tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanınmasına (nostrifikasiya) və işlədiyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində vəzifədə irəli çəkilməsində köməklik göstərməsi ilə bağlı 2020-ci ilin yanvar ayında Şahid3 özünə müraciəti ilə əlaqədar, sonuncuya Azərbaycan Respublikasının Təhsil Nazirliyində və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə diplomunun tanınmasını təmin etmək, eləcə də onu vəzifədə irəli çəkmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri müvafiq hərəkətlərə, yəni göstərilən diplomun təsdiq edilməsinə və sonuncunu vəzifədə irəli çəkməyə görə birbaşa yolla özü vasitəsilə müvafiq vəzifəli şəxslərin hər birinə 5.000 (beş min) manat olmaqla, cəmi 10.000 (on min) manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin fevral ayının ortalarında və 3 mart 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Azneft” dairəsi deyilən ərazidə Şahid3 hər dəfəsində 5.000 (beş min) manat olmaqla cəmi 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində fəhlə işinə düzəlməsinə köməklik göstərilməsi barədə 3 mart 2020-ci il tarixdə özünə müraciət edən Şahid5 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan suiistifadə edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə sonuncunun işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun fəhlə işinə qəbul edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 4 mart 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi ərazisində Şahid5 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid5 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “N.Nərimanov adına NQÇİ”-də çilingər vəzifəsinə düzəlməsində köməklik göstərilməsi barədə 2020-ci ilin mart ayının ortalarında özünə müraciət edən Şahid7 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onun işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun fəhlə işinə qəbul edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında Şahid7 1.500 (bir min beş yüz) manat pul vəsaitini şəxsən almaqla, həmçinin, eyni niyyətlə, qalan 500 (beş yüz) manatı isə növbəti gün sonuncunun özünə məxsus işlədiyi müəssisədən əmək haqqı aldığı "xxxx" ASC-nin **********561644 nömrəli plastik kartına köçürməsinə nail olmaqla, ümumilikdə qeyd edilən qaydada Şahid7 məxsus cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənədləri istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq hazırlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib müvafiq ali təhsil almadığı halda X1 V.Plexanov adına X5 “İqtisadiyyat” ixtisası üzrə magistr diplomunun alınıb Təhsil Nazirliyində tanınmasında (nostrifikasiya) köməklik göstərilməsi ilə bağlı sonuncunun atası Şahid6 2018-ci ilin payız aylarında Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar, sonuncu ilə aralarında olan rol bölgüsünə müvafiq olaraq sonuncunun özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Aynurə Məmmədovanın V.Plexanov adına X5 İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə etməsinə dair diplomunun alınaraq Azərbaycan Respublikasında müvafiq qaydada tanınması imkanına malik olduğunu yalandan bildirməsi və tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Aynurə Məmmədovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə, yəni müvafiq ali təhsil almamasına baxmayaraq Aynurə Məmmədovanın guya magistr təhsili almasına dair qanunsuz olaraq diplomun verilməsi və həmin diplomun təsdiq edilməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid6 Təqsirləndirilən şəxs1 vasitəsilə aldatmaqla bildirərək, onun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin payız aylarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” YDM-nin yaxınlığında Şahid6 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsi ilə almaqla ələ keçirib aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Aynurə Məmmədovanın xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 qabaqcadan əlbir olan bir qrup şəxs halında təhrik etmiş, törətdikləri cinayət əməllərini pərdələmək üçün Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin əvvəllərində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan gündə və şəraitdə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Q.V.Plexanov adına X20 tərəfindən verilməsi görüntüsü yaradan, X1 həmin Akademiyada İqtisadiyyat ixtisası üzrə Magistr dərəcəsi əldə etməsinə dair 14.03.2014-cü il tarixli, 107718 ******* nömrəli diplomu istintaqla müəyyən olmayan üsulla hazırlayıb, həmin diplomda olan Dövlət imtahan komissiyasının sədri V.M.Aneşin və təhsil müəssisəsinin rəhbəri D.A.Braqin adından birbaşa icra üsulu ilə imzalayıb, istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı və üzərində “X40 Təhsili Dövlət Büdcə Təhsil Müəssisəsi “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Moskva şəhəri” məzmunlu yazı həkk edilmiş möhürün əksini relyef klişedən sənəd üzərinə birbaşa vurmaqla təsdiq edib qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq hazırlayıb, cinayətkar niyyətini realizə edərək hazırladığı həmin qanunsuz sənəd 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa məlum olmayan gündə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” YDM-nin yaxınlığında Şahid6 təqdim edilməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsmi sənəddən vahid niyyətlə istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “SOCAR X9 N.Nərimanov adına Neft-Qaz çıxarma İdarəsi”nin Energetika şöbəsində energetik vəzifəsində işləmişdir. İşə qəbul olunduqdan sonra SOCAR–da Neft Kəmərlərinin qorunması idarəsində İcraya Nəzarət və Təsərrüfat kargüzarlıq şöbəsinin müdiri X21 ilə tanışlığı yaranmışdır. Bir qədər sonra tanışlıq bir az da irəliləyərək dostluq münasibətinə çevrilmiş, 2013-cü ildə işlədiyi şirkətdə vəzifədə irəli çəkilmək üçün ali təhsil haqqında diplom almaq üçün Ukrayna Respublikasında oxumaq qərarına gəlmiş, o vaxt onun diplomunun Azərbaycan Respublikasında tanınması məsələsində Əli Kərimbəyli Təhsil Nazirliyində təsdiq edə biləcəyini söyləmiş, 2013-cü ildə sənədlərini verib Sumı Dövlət Universitetinə qiyabi şöbəsinə qəbul olmuş, 2019-cu ilin sonlarında həmin universitetin “Menecment” fakültəsinin diplomunu aldıqdan sonra həmin diplomun tanınması üçün 2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin indiyədək ona rəsmi cavab verilməmişdir. O, Əli müəllimə bu məsələ ilə bağlı müraciət etdikdə, sonuncu ona diplomun tanınması üçün 6000 manat lazım olduğunu, lakin pulu olmadığından Əli müəllimə 6000 manat pul verə bilməmişdir. Təxminən 2017-ci illərdə Masallı rayonunda hüquq sahəsində xidmətlər göstərən tanışı Şahid6 ona zəng edərək yaxın bir qohumunun diplomunun təsdiq elətdirmək lazım olduğunu bildirmiş, ondan bir tanış və ya əlaqələrinin olub-olmamasını soruşmuş o da Şahid6 bildirmişdir ki, tanıdığı Əli adlı bir nəfər var, o bu işlərdə köməklik göstərə bilər. Bu məqsədlə o ilk öncə Əli müəllimlə görüşüb ona belə bir məsələnin olduğunu demiş, sonuncu da ona Təhsil Nazirliyində yaxın tanışlarının, həmçinin şöbə rəisi Eşqi Bağırovu tanıdığını, danışıb xəbər edəcəyini bildirmişdir. Təxminən iki gün sonra Əli müəllim ona telefonla zəng edərək həmin diplomun təsdiqi üçün Təhsil Nazirliyindən müəyyən şəxslərlə danışdığını, oradan 6.000 manat məbləğində pul istədiklərini demiş, Əli müəllimə qarşı tərəfin fikrini öyrənib ona xəbər verəcəyini söyləmişdir. O, Əli müəllimin dediklərini Nizamiyə çıldırdıqdan sonra, Vəfa adlı xanım onunla əlaqə saxlamış, telefon danışığından sonra Vəfa xanım anası Çimnaz xanım ilə birlikdə onunla Bakı şəhəri Binəqədi rayonun ərazində “Ayna Sultanova” heykəlinin yaxınlığındakı ərazidə görüşmüş, Çimnaz xanım orada 6.000 manat pul və müvafiq sənədləri ona vermişdir. O həmin gün Əli müəllimə zəng edib pulun özündə olduğunu demiş, olduğu yeri haqqında Əli müəllimə məlumat vermiş, Əli müəllimin Anar adlı sürücüsü qara rəngli Land Cruiser markalı dövlət qeydiyyat nişanının son rəqəmi 019 olan avtomobildə onun olduğu yerə gəlmiş, o Çimnaz xanımdan aldığı 6000 manat pulu həmin sürücüyə vermişdir. Anar adlı sürücünün anket məlumatları və telefon nömrəsi onda yoxdur. Təxminən 40-45 gün sonra, yəni təxminən 2017-ci ilin yay aylarında Əli müəllim ona zəng edib demiş ki, “Vəfa xanımın diplomunu təsdiq elətdirmişəm, gəl götür”, bir neçə saat keçdikdən sonra Əli müəllim ona zəng edərək diplom və onun təsdiq olunmasına dair şəhadətnaməni sürücüsü ilə ona göndərdiyini demişdir. Həmin gün o, Əli müəllimin sürücüsü ilə Sangaçal qəsəbəsində görüşüb sənədləri götürmüş və Vəfa xanıma bu barədə xəbər vermişdir. Növbəti günlərdə o, Çimnaz və Vəfa xanımla “Ayna Sultanova” parkı yaxınlığında görüşərək sənədləri, diplomu ilə birlikdə Çimnaz xanıma vermişdir. 2020-ci ilin iyul ayında isə, Vəfa xanım ona zəng edib diplomunun Təhsil Nazirliyinin portalda çıxmadığını, yəni diplomun təsdiqi haqqında şəhadətnaməsinin saxta olduğunu ona bildirmiş, o da Vəfa xanıma hazırda Əli müəllimi axtardığını, lakin tapa bilmədiyini demişdir. O, nəticədə şikayətçilərin onun üzərinə gəldiklərini görüb Əli müəlimdən pulun alınması üçün həmin şikayətçilərdən istədikləri quruma şikayət etmələrini xahiş etmişdir. Onun Çimnaz xanıma verdiyi şəhadətnamələrin saxta olması müəyyən olduqdan sonra, Şahid2 “votsap” tətbiqi vasitəsi ona yazırdı, ona istintaq tərəfindən dinlədilən həmin səs yazılarındakı səslər ona məxsusdur. O səs yazısında bəhs etdiyi Orxan Həsənov adlı şəxsə aid şəhadənaməni Əli müəllim vasitəsi ilə, 3500 manat müqabilində almış, lakin şəhadətnaməni Orxan adlı şəxsin anası şəxsən Təhsil Nazirliyindən təhvil almış, hazırda Orxan adlı şəxs və anasının şəxslərin anket məlumatları onda yoxdur. Bundan başqa 2019-cu ilin dekabr ayında iş yoldaşı Şahid3 ona Ukrayna universitetindən diplomunun olduğu, lakin sənədi Təhsil Nazirliyində təsdiq etdirmək mümkün olmadığını, bir dəfə rədd cavabı aldığını bildirərək həmin məsələdə ona köməklik göstərməyini xahiş etmişdir. O, bu barədə Əli müəllimə dedikdə sonuncu ona zəng edib hələ tələsməməyini, bu işi etmək üçün bir az gözləməli olduğunu demiş, o da Əli müəllimin dediklərini olduğu kimi iş yoldaşı Rəmala çatdırmışdır. Həmin söhbətdən təxminən 1 həftə sonra, Əli müəllim ona zəng edərək qeyd etdiyi diplomun təsdiq olunmasının mümkün olduğunu, lakin bunun müqabilində 12.000 manat pul tələb olunduğunu, qarşı tərəf razılıq verib pulu verdiyi təqdirdə təsdiq məsələsini həll edəcəyini bildirmişdir. X22 ailəvi dostu olan Şahid5 əsgərlikdən yeni qayıtmış övladı X39 müəllim vasitəsi ilə pul qarşılığında işə qəbul olunmasının mümkün olub-olmamasını ondan maraqlanmışdır. O, bu barədə Əli müəllimə dedikdə, sonuncu 8.000 manat pul qarşılığında həmin şəxsi 10 gün ərzində işə qəbul etdirə biləcəyini demişdir. Şahid5 həmin şərtlərə razılığını bildirdikdən sonra, bir neçə gün sonra o sonuncu ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Binə ticarət mərkəzinin çıxışında görüşüblər, Şahid5 orada ona 8.000 manat məbləğində pul vermişdir. Həmçinin eyni vaxtda o Şahid3 Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Binə ticarət mərkəzinin qabağında görüşmüş, sonuncu on Ukrayna Ekologiya Universitetin diplomun surəti, digər sənədlər və 12000 manat pul vermişdir. O, ümumilikdə 20.000 manat pulu həmin şəxslərdən götürdükdən sonra Lökbatan qəsəbəsində yerləşən Binə ticarət mərkəzinin çıxışında marketin qabağında Əli müəllimin dediyi adama, Fikrət adlı şəxsə vermiş, həmin şəxsin nömrəsi onda qalmamışdır. Şahid3 diplomun tanınması haqqında şəhadətnaməsi ala bilməmiş, Azər adlı şəxsin oğlu da işə qəbul olunmamış, Əli müəllim isə yoxa çıxmışdır. Beləliklə, o, Şahid3 Təhsil Nazirliyində şöbə müdiri işləyən tanışı Eşqin Bağırova 5000 manat rüşvət verməklə sonuncu vasitəsi ilə X24 Universitetinin diplomunu təsdiqlədə biləcəyini dedikdən sonra həmin ilin 2020-ci ilin fevral ayının ortalarında “Azneft” dairəsi deyilən ərazidə 12000 manat, bir neçə gün sonra Şahid3 “SOCAR” şirkətində qazmaçı vəzifəsindən mühəndis vəzifəsinə “İnsan resursları” departamentinin Könül adlı əməkdaşı vasitəsi ilə keçirilməsini təmin edəcəyini bildirərək 03.03.2020-ci il tarixdə ondan 5000 manat, həmin ilin mart ayının ortalarında “SOCAR” şirkətində çilingər işləyən Şahid7 sahədə işlərin yekunlaşmasına baxmayaraq “SOCAR” neft şirkətinin “N.Nərimanov adına NQÇİ”-nin baş mühəndisi Şahiddin müəllim vasitəsi ilə işləməyinin davam etdirilməsi təmin edilməsi vədi ilə Lökbatan dairəsində Şahid3, Şahid7, Şamilin qardaşı oğlu Namiq İbrahimovun yanında 1500 manatı nağd şəkildə, 500 manatı isə ona məxsus karta köçürülməsi yolu ilə 2000 manat, Şahid3 həmkəndlisi Şahid5 övladı Elmin Ağayevi 8000 manat müqabilində “SOCAR” neft şirkətinin “28 may NQÇİ”-nə əməliyyatçı vəzifəsinə düzəltmək üçün “İnsan resursları” departamentinin Könül adlı əməkdaşı vasitəsi ilə keçirilməsini təmin edəcəyinizi bildirərək 8000 manat məbləğində pulu Şahid3 yanında Şahid5 aldığını, Şahid3 yeznəsi Şahid4 Şahkərəm oğlu “İnsan resursları” departamentinin Könül adlı əməkdaşı vasitəsi ilə 4000 manat qarşılığında “SOCAR” şirkətinin tikinti idarəsinə çilingər vəzifəsinə təyin olunmasını təmin edəcəyini bildirərək 2020-ci ilin fevral ayında Ələt qəsəbəsində Şahid4 2000 manat məbləğində pulu aldığını təsdiq edir. Əli Kərimov ona diplomların təsdiqlənməsi üçün pulların Dövlət Miqrasiya xidmətində vəzifəli şəxs olan Pərviz müəllimə və Təhsil Nazirliyində işləyən Eşgi Bağırova pulun çatacağını demişdir. Bundan başqa 2018-ci ildə Şahid6 onunla tanışı Cabbar müəllim vasitəsi ilə əlaqə saxlayıb qızı Aynurə Məmmədovaya magistr diplomun alınması və sonradan Təhsil Nazirliyində təsdiq olunması həmçinin oğlu Nahid Qarayevin diplomunun təsdiq olunmasında köməklik edilməsini ondan xahiş etmişdir. O Şahid6 ilə razılığa gəlib sonuncunun dediyi kimi 8000 manat deyil, 5000 manat aldıqdan sonra həmin pulu Əli müəllimə vermiş, Əli müəllim pul müqabilində şəhadətnamələri alınmasını təmin etməli idi. Onun Əli müəllimə pulu verməsindən 40-45 gün sonra, o Bakı şəhər Xətai rayonu Xətai metrostansiyası yaxınlığında sonuncu ilə görüşüb diplom tanınmasına dair şəhadətnamələri almış, sonuncu ona görüş vaxtı şəhadətnamələrin Təhsil Nazirliyin sisteminə daxil edilməsi prosesi 1 ilə yaxın vaxt çəkə biləcəyini bildirmişdir. O sənədləri aldıqdan sonra Sənqəçal qəsəbəsində Şahid6 ilə görüşüb həmin şəhadətnamələri sonuncuya verərkən şəhadətnamələrin Təhsil Nazirliyin sisteminə 1 il müddətində daxil ediləcəyini bildirmişdir. Bir qədər sonra Nizami müəllim bir il müddət gözləmək istəmədiyini deyib şəhadətnamələri geri qaytararaq pulu geri tələb etmiş, o Nizami ilə görüşüb 5000 manat pulu ona geri qaytarmış, Nizami müəllim də həmin şəhadətnamələrin əsillərini ona geri qaytarmış, o da həmin sənədləri Əli Kərimbəyliyə vermişdir. O, Nizami müəllimin qızı Aynurə Məmmədovaya magistr diplomunun alınması ilə bağlı müraciəti ilə bağlı həmçinin tanışı Təqsirləndirilən şəxs2 ilə danışmış, sonuncu ona magistr diplomun alınmasını 2000 ABŞ dolları müqabilində təmin edəcəyini dedikdən sonra o Şahid6 2000 ABŞ dolları alıb Cəmil müəllimə yaşadığı evində vermişdir. Təqribi bir il sonra yəni 2019-cu il ərəfəsində o Cəmil müəllimin yaşadığı Badamdar qəsəbəsində yerləşən evində sonuncudan Q.V.Plexanov adına X5 “İqtisad” ixtisası üzrə X1 adına Magistr diplomunu alıb bir neçə gün sonra Qaradağ rayonu Ələt qəsəbəsində “SOCAR” YDM-nin yanında Şahid6 vermişdir. Həmin diplom o vaxtdan Nizami müəllimdədir, 2020-ci ildə Nizami müəllim həmin diplomun saxta olması səbəbindən 2000 ABŞ dolları geri istəmiş, o bu barədə Təqsirləndirilən şəxs2 demiş, sonuncu ona həmin diplomun saxta olması barədə rəsmi məktub təqdim olunduğu halda pulu geri qaytara biləcəyini demişdir. O Tamilla xanımı heç tanımır. O Əli Kərimova inanmış həm özü, həm də tanışlarının işlərinin həll olunması üçün sonuncuya pul vermiş, ama ona bu işlərdə heç bir xeyr qalmamış, onun maddi marağı olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “SOCAR”–da Neft Kəmərlərinin qorunması idarəsində İcraya Nəzarət və Təsərrüfat kargüzarlıq şöbəsinin sabiq müdiri X13 bir neçə illərdir ki, tanıyır, onunla yaxın münasibətləri olmuşdur, Təqsirləndirilən şəxs1 da Əli Kərimbəyli vasitəsi ilə tanımış, o da “Socar” şirkətində işləyir. 2018-ci ildə Təqsirləndirilən şəxs1 tanışının ona qızı üçün distant təhsil haqqında diplomun alınması ilə bağlı Cavanşirə müraciət etdiyini demiş, o, Cavanşirə bildirmişdir ki, əgər həmin qızın bakalavr diplomu vardırsa, Rusiya Universitetlərinin birində 2000 ABŞ dolları müqabilində distant təhsili üzrə magistr diplomunun alınması mümkündür. Bundan sonra o Dağıstan Respublikası Dərbənd şəhəri “Dünya İqtisadiyyatı Universiteti” Azərbaycan Respublikası üzrə nümayəndəsi olduğundan Mahaçqala şəhəri Canbulatov adına Aqrar Akademiyasında dekan işləyən soyadını xatırlamadığı Gülya xanım ilə bu haqda məsləhətləşmiş, sonuncu da ona X2 distant təhsilin mövcud olduğunu demişdir. Bütün bunları Cavanşirə dedikdən sonra sonuncu ona tanışından aldığı 2000 ABŞ dolları gətirib vermiş, o da həmin ərəfədə hazırda xatırlamadığı şəxsə pulun göndərilməsi üçün tapşırıq vermiş, nəticədə həmin pul Gülya xanıma poçt və ya bank vasitəsi ilə göndərilmişdir. Bir il sonra taksi vasitəsi ilə Gülya xanım ona hazırda məzmununu tam xatırlamadığı diplomu göndərmiş, Cavanşir də gəlib həmin diplomu onun Badamdardakı evindən götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Masallı rayonundan əvvəllər mülki iş üzrə tanıdığı Şahid1 və qızı Şahid2 ona müraciət edib Şahid2 Gürcüstan Pedaqoji universitetinin ingilis dili üzrə bakalavr pilləsi, Belarusiya Respublikası Maşerov adına Pedaqoji Universitetinin həmin ixtisas üzrə magistr pilləsini bitirdiyini və diplomları təsdiq etdirə bilmədiklərini bildirmişdilər. Sonuncuların dediklərinə görə onlar daha əvvəl 2018-ci ilin may ayında Təhsil Nazirliyinə müraciət etdikdən bir qədər sonra sənədləri nazirlikdən geri götürmüşlər. O həmin xanımlara “SOCAR”-da işləyən Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, daha əvvəl öz övladları X19 məxsus Ukrayna Respublikasının V.R.Karazin adına Xarkov Milli Universitetin “Hüquqşünaslıq” ixtisası üzrə diplomunun tanınması və qızı X4 məxsus Q.V.Plexanov adına X5 “İqtisad” ixtisası üzrə Magistr diplomunun alınmasını Təqsirləndirilən şəxs1 vasitəsi ilə həll etdiyini bildirmişdir. Bununla bağlı o, Şahid1 və qızı Şahid2 Təqsirləndirilən şəxs1 əlaqə telefonunu vermiş və sonradan bildiyinə görə onlar Cavanşirə diplomların tanınması üçün 6.000 manat pul vermişlər. Sonradan isə eşitdiyinə görə Cavanşirin təqdim etdiyi şəhadətnamələrin saxta olduğu məlum olmuşdur. Şahid1 və qızı Şahid2 ona müraciət etməsindən əvvəl o, oğlunun Ukraynada təhsil almasında köməklik göstərmiş tanıdığı Səbail rayonunda yerləşən Mərkəzi Univermağın yaxınlığında yerləşən təhsil sahəsində xidmətlər göstərən “Təhsil Mərkəzi” adlanan ofisdə işləyən 30-35 yaşda olan Sumqayıt şəhər sakini Tamilla adlı xanım ilə əlaqə saxlayaraq oğluna məxsus diplomunun tanınması ilə bağlı köməklik göstərilməsini istəmiş, Tamilla xanım ona Cavanşir adlı şəxsin nömrəsini vermişdir. 2018-ci fevral aylarında Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsində “Socar” YDM-in yanında Cavanşir adlı şəxslə görüşərək sonuncuya sənədlərin surəti və 8000 manat pul vermişdir. 6-7 aydan sonra, 2018-ci ilin payız aylarında Təqsirləndirilən şəxs1 ilə eyni yerdə görüşdükləri zaman sonuncu ona üzərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən imzalanmış, möhürlər və qeydiyyat nömrələri və oğlunun adı əks olunan iki ədəd şəhadətnamə təqdim etmişdir. Həmçinin o həmin ərəfədə 2018-ci ilin payız aylarında Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsində “Socar” YDM-in yanında Təqsirləndirilən şəxs1 ilə bir daha görüşərək qızı Aynurə Məmmədova aid Q.V.Plexanov adına X5 “İqtisad” ixtisası üzrə Magistr diplomunun alınması və tanınması üçün ona sənədlərin surətləri ilə birlikdə ümumilikdə 7000 manat pul vermişdir. 2019-cu ilin əvvəllərində isə Təqsirləndirilən şəxs1 ona Q.V.Plexanov adına X5 “İqtisad” ixtisası üzrə Magistr diplomu ona təqdim etmiş, Cavanşir ona həmin diplomun tanınması haqqında şəhadətnamənin bir qədər sonra veriləcəyini desə də, sonradan telefona cavab verməmişdir. Təqsirləndirilən şəxs1 bu işlərin görülməsi üçün ona aldığı pulları “SOCAR” Neft şirkətinin “Neft kəmərləri” idarəsinin rəisi X14 verdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayonunda vəkil bürosunda vəkillik fəaliyyəti ilə məşğul olan tanışı 50-55 yaşlarında olan Nizami müəllim ilə tanışlığı var. 2018-ci ilin may ayında o, Nizami müəllimə qızı Şahid2 Gürcüstan Pedaqoji universitetinin ingilis dili üzrə bakalavr pilləsi, Belarusiya Respublikası Maşerov adına Pedaqoji Universitetinin həmin ixtisas üzrə magistr pilləsini bitirməsi və diplomunu təsdiq etdirə bilməməsi barədə məlumat vermişdir. Daha əvvəl onlar 2018-ci ilin may ayında Təhsil Nazirliyinə müraciət etdikdən sonra bir qədər şifahi olaraq Vəfanın Gürcüstana gediş-gəliş günləri ilə dərslərdə iştirak etməli günlər üst-üstə gəlməməsini öyrəndiklərindən sənədləri nazirlikdən geri götürmüşlər. Görüş zamanı Nizami müəllim ona “SOCAR”-da işləyən Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, övladlarının xarici diplomlarını da həmin şəxs vasitəsi ilə nostrifikasiya etdiyini bildirmişdir. O, Nizami müəllimdən həmin Təqsirləndirilən şəxs1 nömrəsini götürüb əlaqə saxlayaraq diplomları təsdiq etdirmək məsələsini danışmaq üçün 2018-ci ilin may ayında qızı Şahid2 ilə birlikdə Bakı şəhərində “Ayna Sultanova” heykəli adlı ərazidə Təqsirləndirilən şəxs1la görüşmüşlər. O, Cavanşirə Vəfanın həm bakalavr, həm də magistr diplomunu təsdiq etdirmək lazım olduğunu və təsdiq etdirdikdən sonra portalda vurub yoxladacağını dedikdə, Cavanşir ona narahat olmamağını, hər şeyin qaydasında olacağını, pulu verdikdən sonra 2 ay ərzində diplomları təsdiq etdirəcəyini demişdir. 2018-ci ilin iyun ayında o “Ayna Sultanova” heykəli yaxınlığında qızı Vəfa ilə birlikdə gedib Cavanşir ilə görüşə, 6.000 manat pulu sonuncuya vermiş, sonuncu pulu alıb 2 ay ərzində işi həll edəcəyini vəd etmişdir. 2 aydan sonra, təxminən 2018-ci ilin avqust ayında Cavanşir ilə eyni yerdə ikisi görüşdülər, sonuncu ona üzərində Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən imzalanmış, möhürlər və qeydiyyat nömrələri olan iki ədəd şəhadətnamə təqdim etmişdir. 2019-cu ilin oktyabr ayında Nizami müəllim ona övladlarına məxsus diplomların Təqsirləndirilən şəxs1 vasitəsi ilə təsdiq etdirdiyi diplom şəhadətnamələrinin saxta çıxdığını demişdir. Sonradan o da qızı Şahid2 diplomunun təsdiqi haqqında şəhadətnamələrini də nazirliyin saytında yoxlatdırdıqda məlum olmuşdur ki, qızının adı portalda yoxdur və şəhadətnamələr saxtadır. O, bu barədə Təqsirləndirilən şəxs1 dedikdə, sonuncu ona bunun texniki problem olduğunu və bir neçə gün ərzində məsələni həll edəcəyini söyləsə də, heç nə həll etməmişdir. O, Təqsirləndirilən şəxs1 pulunu geri istədikdə isə sonuncu pulların gah Təhsil Nazirliyində vəzifəli şəxs olan Maqsud, gah da harada işlədiyini açıqlamadığı Əli adlı şəxsdə olduğunu, həmin vəzifəli şəxslərə nəzərdə tutulan pulun verildiyini, pulu onlardan geri ala bilmədiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Ukraynanın Odessa şəhərində yerləşən Dövlət Ekologiya Universitetini 2017-cı ildə “İdarəetmə” ixtisası üzrə bitirmiş, bakalavr diplomunu 2018-ci ildə əldə etmişdir. İş yerində vəzifədə yüksəlmək üçün diplomu təsdiqlənməli olduğundan, diplomun tanınması ilə bağlı 2020-ci ilin yanvar ayında bir neçə şəxslərdən məlumat alıb maraqlanmışdır. O eyni zamanda diplomun tanınması ilə bağlı rəsmi olaraq Təhsil Nazirliyinə elektron qaydada müraciət etmişdir. Ukraynada yerləşən təhsil aldığı Ekologiya Universitetində işləyən Anar Ağayev ilə diplomun hansı qaydada tanınması ilə əlaqədar telefonla məsləhətləşmişdir. Anar Ağayev ona “SOCAR”- da işləyən Təqsirləndirilən şəxs1 məsələdə kömək edə biləcəyini bildirmişdir. 2020-ci ili yanvar ayının əvvəllərində Qaradağ rayonu Ələt postunda görüşərək ona Ukraynada aldığı diplom barədə məlumat vermiş, sonuncu ona Təhsil Nazirliyində şöbə müdiri işləyən tanışı olan Eşqi Bağırovun vasitəsi ilə diplomunu təsdiqlədə biləcəyini demişdir. Deməsinə görə guya o, əvvəllər də həmin şəxsin vasitəsi ilə bir neçə diplomun tanınmasını təmin etmişdir. Təqsirləndirilən şəxs1 görüş zamanı ona “SOCAR”- da Məxfi şöbədə işlədiyini bildirsə də sonradan, Cavanşirin Neft şirkətinin N.Nərimanov adına NQÇ-də (Neft qaz çıxartma idarəsi) elektromexanik işlədiyini bilmişdir. Cavanşir ona görüş zamanı diplomunun təsdiqi üçün sonuncuya 5000 manat verməli olduğunu, həmin pulun Eşqin Bağırova çatacağını bildirmiş, bir ay müddətində diplomun təsdiqlənəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayının 27-də Sabirabad rayonu Qaragüney kəndi ərazisində köhnə DYP postu yaxınlığında ikisi olan şəraitdə 5000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vermiş, 2020-ci ilin iyul ayının əvvəllərinə qədər Cavanşir həmin məsələni guya həll olunacağını vəd etmiş, lakin sonradan onun dələduz olduğunu anlamış, iyul ayında Qaradağ rayonu Ələt qəsəbəsində Cavanşir iki dəfəyə olmaqla 2000 və 3000 manat pul vəsaitlərini ona geri qaytarmışdır. Həmin ərəfələrdə o tələbə yoldaşı Şahid3 də Cavanşir adlı şəxs barədə məlumat verib, onun telefon nömrəsini də vermişdir. Bildiyinə görə Rəmal da Cavanşir ilə görüşüb diplomun tanınması ilə bağlı sonuncuya pul vermiş, həmçinin digər tanışlarını da Cavanşir ilə görüşdürmüş, sonuncu həmin adamları aldadıb pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 hər dəfə konkret vəzifəli şəxslərin adlarını çəkərək işləri onların vasitəsi ilə həll etdiyini demiş, o da ona həqiqətən inanmışdır. Onun Şahid3 Cavanşirlə tanış etməkdə heç bir maddi marağı olmamış, o da Cavanşir tərəfindən aldadılmış, sadəcə o, sonuncudan pulunu vaxtında tələb edib ala bilmişdir. O, ümumilikdə Cavanşirə 5000 manat pul vermiş və həmin pulu ondan vaxtında geri ala bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ukraynanın Odessa şəhərində yerləşən Dövlət Ekologiya Universitetini 2016-cı ildə “İqtisadiyyat” ixtisası üzrə bitirmiş, bakalavr diplomunu 2018-ci ildə əldə etmişdir. Həmin ildə diplomun tanınması ilə bağlı rəsmi olaraq Təhsil Nazirliyinə müraciət etməmiş, iş yerində vəzifədə yüksəlmək üçün diplomun təsdiqlənmə zərurəti yaranmışdır. Diplomun tanınması ilə bağlı 2020-ci ilin yanvar ayında tələbə yoldaşı hazırda Sabirabad rayonunda orta məktəbdə müəllim işləyən Akif müəllimin vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə tanış olan zaman ona məlum olmuşdur ki, Cavanşir də “SOCAR”-da işləyir. Sonuncu ona “SOCAR”-da Məxfi şöbədə işlədiyini bildirsə də sonradan, Cavanşirin Neft şirkətinin N.Nərimanov adına NQÇ-də (Neft qaz çıxartma idarəsi) elektromexanik işlədiyini öyrənmişdir. 2020-ci ili yanvar ayının əvvəllərində Səbail rayonu “Azneft” dairəsində Cavanşirlə görüşərək ona Ukraynada aldığı diplom barədə məlumat vermiş, sonuncu ona Təhsil Nazirliyində şöbə müdiri işləyən tanışı olan Eşqi Bağırovun vasitəsi ilə onun diplomunu təsdiqlədə biləcəyini demişdir. Cavanşir ona diplomunun təsdiqi üçün sonuncuya 5000 manat verməli olduğunu, həmin pulu Eşqin Bağırova çatacağını bildirmiş, bir ay müddətində diplomun təsdiqlənəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayının ortalarında o Səbail rayonu “Azneft” dairəsi deyilən ərazidə diplomunun, şəxsiyyət vəsiqənin surətini və 5000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vermişdir. 10 gün keçdikdən sonra Cavanşir ona zəng edərək “SOCAR” şirkətində vakansiya olduğunu, onu qazmaçı vəzifəsindən mühəndis vəzifəsinə keçirə biləcəyini, vəzifənin dəyişilməsi üçün 5000 manat ödəməli olduğunu, həmin məsələnin “SOCAR”-ın “İnsan resursları” departamentində işləyən Könül adlı əməkdaşının həll edəcəyini, 5000 manatın da ona çatacağını bildirmişdir. Cavanşirin bu təklifinə də razılaşaraq o 03.03.2020-ci il tarixdə “TBC” bankdan öz adına kredit götürərək həmin gün eyni qaydada “Azneft” dairəsi deyilən ərazidə ikisi olan şəraitdə Cavanşirlə görüşərək 5000 manat məbləğində pul vəsaitini ona vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 04.03.2020-ci il tarixdə Səbail rayonu “Azneft” dairəsi deyilən ərazidə həmkəndlisi Şahid5 övladı Elmin Ağayevi 8000 manat müqabilində “SOCAR” neft şirkətinin “28 may NQÇİ”-nə əməliyyatçı vəzifəsinə düzəltmək üçün “İnsan resursları departamentinin” Könül adlı əməkdaşı vasitəsi ilə keçirilməsini təmin edəcəyini bildirərək 8000 manat məbləğində pulu onun yanında Şahid5 alımış, nəticədə onun da pulunu ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 2020-ci ilin fevral ayında Ələt qəsəbəsində Təqsirləndirilən şəxs1 yeznəsi Şahid4 Şahkərəm oğlundan “İnsan resursları” departamentinin Könül adlı əməkdaşı vasitəsi ilə 4000 manat qarşılığında “SOCAR” şirkətinin tikinti idarəsinə çilingər vəzifəsinə təyin olunmasını təmin edəcəyi bildirərək 2000 manat məbləğində pul almışdır. Bundan başqa 2020-ci ilin mart ayının ortalarında iş yoldaşı “SOCAR” şirkətində çilingər işləyən Şahid7 ona müraciət edərək qazma işlərinin yekunlaşdığını, hazırda işləmədiyi üçün az maaş aldığını dediyindən o, Şamilə Təqsirləndirilən şəxs1 adlı tanışının bu işi həll edə biləcəyini deyərək onları Qaradağ rayonu Lökbatan dairəsində Şahid7, onun qardaşı oğlu Namiq İbrahimov ilə birlikdə Təqsirləndirilən şəxs1la görüşdürmüşdür. Görüşdən əvvəl o, Şamilin işi ilə əlaqədar Cavanşirlə telefonda danışdıqda sonuncu bu işi “SOCAR” neft şirkətinin “N.Nərimanov adına NQÇİ”-nin baş mühəndisi Şahəddin müəllimin həll edə biləcəyini, Cavanşir bu işlə bağlı Şahəddin müəllimlə danışdığını, sonuncunun işi həll etməsi üçün 2000 manat məbləğində pul istədiyini, həmin puldan 1500 manatın Şahəddin müəllimə, 500 manatın isə özünə çatacağını bildirmişdir. Görüş zamanı Şahid7 Təqsirləndirilən şəxs1 1500 manatı nağd şəkildə vermiş, Cavanşirin özünə çatası 500 manatı isə həmin həmin gün Namiq İbrahimovun özünə məxsus kartdan Cavanşirə məxsus karta köçürməsi yolu ilə almışdır. Cavanşir pulu aldıqdan sonra işi 15-20 gün ərzində həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 hər dəfə konkret vəzifəli şəxslərin adlarını çəkərək işləri onların vasitəsi ilə həll etdiyini və onlardan aldığı pulları vəzifəli şəxslərə çatdırdığını deyirdi,o da ona inanmışdır. Onun digər tanışlarını Cavanşirlə tanış etməkdə heç bir maddi marağı olmamış və verilən pullardan ona heçnə çatmamışdır. O və tanışları ümumilikdə Cavanşirə hissə-hissə olmaqla 22000 manat pul vermişlər, həmin pullardan Cavanşir onlara hər hansı bir məbləğdə pul qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının ortalarında iş yerindən tanıdığı Ramal Ağayev ilə söhbət əsnasında qazma işlərinin yekunlaşdığını, hazırda işləmədiyi üçün az maaş aldığını demiş, sonuncu ona Təqsirləndirilən şəxs1 adlı tanışının bu işi həll edə biləcəyini deyərək onu həmin ərəfədə Qaradağ rayonu Lökbatan dairəsində qardaşı oğlu Namiq İbrahimov ilə birlikdə Təqsirləndirilən şəxs1la görüşdürmüşdür. Həmin şəxs Ramala onu “SOCAR” neft şirkətinin “N.Nərimanov adına NQÇİ”-nin baş mühəndisi Şahəddin müəllimin vasitəsi ilə “SOCAR” neft şirkətinin “N.Nərimanov adına NQÇİ”-də çilingər vəzifəsinə keçirəcəyini vəd etmiş, Təqsirləndirilən şəxs1 Ramal Ağayevə bu işlə bağlı Şahəddin müəllimlə danışdığını, sonuncunun işi həll etməsi üçün 2000 manat istədiyini, həmin puldan 1500 manatın Şahəddin müəllimə, 500 manatın isə özünə çatacağını bildirmişdir. Görüş zamanı o, Ramal və Namiq İbrahimovun yanında Təqsirləndirilən şəxs1 1500 manatı nağd şəkildə vermiş, Cavanşirin özünə çatası 500 manatı isə həmin gün qardaşı oğlu Namiq İbrahimov özünə məxsus kartdan Cavanşirə məxsus karta köçürmə yolu ilə göndərmişdir. Cavanşir pulu aldıqdan sonra işi 15-20 gün ərzində həll edəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Şahid3 2019-cu ildə oğlu Elmin Ağayevin işsiz olduğunu, iş axtardığını demişdir. 2020-ci ilin mart ayında Rəmal ona Cavanşir adlı “SOCAR” şirkətində işləyən tanışının olduğunu, həmin Cavanşirin oğlu Elmini işə düzəldə biləcəyini demişdir. Bu məqsədlə 03.03.2020-ci il tarixdə Rəmalın ona verdiyi nömrəyə zəng edərək Təqsirləndirilən şəxs1la danışmışdır. Cavanşir ona telefonda “SOCAR” şirkətində ödənişli əsaslarla vakant fəhlə iş yerlərinin olduğunu, 8000 manat pul ödəməli olduğunu, pul ödəniş etdikdən sona qəbz də veriləcəyini demişdir. O, Cavanşirlə razılaşdıqan sonra 04.03.2020-ci il tarixdə saat 10 radələrində Şahid3lə birlikdə Qaradağ rayonu Lökbatan dairəsində Təqsirləndirilən şəxs1la görüşüb ona 8000 manat məbləğində pul vermişdir. Cavanşir ona bildirmişdir ki, oğlu Elmin 3 gün kursa gedəcək, sertifikat alacaq, bundan sonra bir ay ərzində rəsmi işə çıxacaqdır. Cavanşir Rəmala bildirmişdir ki, şirkətdə məxfi şöbədə işləyir, o da buna görə Cavanşirin dediklərinə inanmışdır. Aradan üç ay keçsə də, Elminin işə götürülməsi baş vermədiyindən o və Ramal Cavanşirdən pulu geri istəməyə başlamışlar, hər dəfə o, Cavanşirdən pulunu geri istədikdə sonuncu ona pulu “SOCAR” şirkətinin “İnsan resursları” departamentinin əməkdaşı Könül xanıma verdiyini demişdir. O, sonradan pulu Təqsirləndirilən şəxs1 tələb etdiyində, telefon danışıqlarında ondan aldığı puldan “SOCAR” şirktənin Q.Qarayev metrostansiyası yaxınlığında yerləşən “İnsan resursları” departamentinin əməkdaşı Könül xanıma verdiyini də demişdir. Sonrakı danışıqlarda isə bu işi Əli Kərimbəyli tərəfindən həll olunmalı olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 onun qaynıdır. Uzun zamandır işsiz olduğundan 2020-ci ilin fevral ayında Rəmal ona işlədiyi Azərbaycan Dövlət Neft şirkətində iş yeri olduğunu, orada işləyən Cavanşir adlı şəxsin onu işə düzəldə biləcəyini bildirmişdir. O, işlə maraqlandığını dedikdə, Rəmal Cavanşirlə danışıb ona xəbər verəcəyini demiş, bir neçə gün sonra Rəmal ona Cavanşir ilə danışdığını, onu Neft şirkətində dənizdə fəhlə kimi işə düzəltməsi üçün Cavanşirə 4000 manat verməli olmasını bildirmişdir. O, evdə olan mal-qaranı sataraq yalnız 2000 manat düzəldə bilmiş və 17.02.2020-ci il tarixdə Ələt qəsəbəsində avtomobil yolunun kənarında Cavanşirlə ikisi görüşərək Cavanşirə 2000 manat vermiş, qalan pulu da işə təyin olunma əmrin çıxandan sonra verəcəyini demişdir. Cavanşir pulu ondan alaraq və bir aya işə düzələcəyini, alınmasa pulu qaytaracağına söz vermişdir. Bir müddət sonra isə Cavanşir Rəmala kasıb oğlan olduğunu nəzərə aldığını, işini 2000 manata həll edəcəyini, əlavə pul verməyə ehtiyac olmaması barədə xəbər göndərmişdir. O, 3 aya yaxın gözləsə də, işinin alınmadığını görüb Cavanşirə zəng edib pulunu geri tələb etdikdə, Cavanşir ona bu işi tək görmədiyini, pulun neft şirkətində işləyən şəxslərdə olduğunu, ona görə hazırda geri qaytara bilmədiyini demişdir. O, Təqsirləndirilən şəxs1 ona verdiyi pulunu geri tələb etdikdə sonuncu, ona işi tək görmədiyini, pulun hazırda “SOCAR” şirkətində işləyən şəxslərdə olduğunu desə də, ona həmin şəxsin adını çəkməmişdir. Cavanşir ona hər dəfə “SOCAR”-da işləyən vəzifəli şəxslər vasitəsi ilə işi gördüyünü, lakin konkret ad çəkməmiş, onu hər hansı şəxslərlə görüşdürməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid6 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə təsdiq etmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Şahid2 telefonunda “Whatsapp” yazışmalarına 22 sentyabr 2020-ci il tarixdə keçirilmiş baxışla bağlı tərtib edilmiş protokoldan görünür ki, baxış keçirilərkən Şahid2 məxsus ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı telefon nömrəsi arasında “Təqsirləndirilən şəxs1: Gəlsin həll olunsun məsələ sən mənim yerimə ol ayın 5-nə kimi səbirləş, gəlsinlər həll olunsun məsələ (Səs 1) Əlaqəm var iş yerini tanıyıram yalnız əlaqə saxlaya bilmirəm, öyrəndim ki karantinə görə ilişib qalıb ama gələcək, işi gücü burdadır (Səs 2) Bu dəqiqə bəli sistemdə çıxmırsa deməli qeyri qanuni sənədir gəlsin deyim düz qoş elə Həsənov Orxan var idi anası da Elmlər Metrosunda bax o uşaqda çıxmadı bir həftə sonra mənə zəng elədi, dedi sistemdə yoxdur mən dedim dedi gözdə çıxacaq 3-4 sonra zəng elədi ki yoxla onlara da şəhadətnamə vermişdik onlarda belə bir şey olmuşdur indi nömrələri məndə yoxdur. (Səs 3) Ay xanım mən də bilirəm 4-5 yerlə danışmışam o mövzuda, hamı da mənə deyir ki sistem çıxdı çıxdı çıxmadı çıxmadı gəlsin məsələni həll etsin salsın sistemə mən bu vəziyyətdə heç nə edə bilmirəm iş onun əlindədir o birisini bir həftəyə eləmişdi, eləməyəcək haqq hesabı qaytaracaq da, ayın 20-dən sonra nəsə ed biləcəm mən orda heç kimi tanımıram gedib kimə nə deyəcəm (Səs 4) Salam Vəfa xanım narahat deyilsən deyəndə ki lap narahatam əlbəttə ki, mən vasitəçi olmuşam qoy gəlsin eləsin də özü keçən dəfə də dedim yoxdur burda gəlsin girim yanına deyib bu adam sistemə deşməyib bunu sistemə sal yoxdur burda qalıb yazıq orda o eləyib onluqdu mənim başım çıxmır hansı proses olacaq keçən dəfə dedim sizə mən elə olub sistemə çıxmışdır ona dedim 1 həftəyə elədi zəng elədi deid dşdü sistemə qoy gəlsin eləyəcək də nə var ki (Səs 5) Mən özüm də karantindəyəm mən də virus çıxıb ancaq karantin qurtarandan sonra (Səs 6) Mən eləməmişəm o özü gəlməlidir eləməlidir o işi görüb o da eləyəcək bura keçən kimi (səs 13) Bilmirəm işləyir işləmir zəng elədim dedilər Nostrifikasiya məntəqəsi işləmir Əli müəllim də yoxdur sözümü ona satdıra bilmirəm sabahda birisi gün əlaqə saxlayacam, deyəcəm adını salacaq 15-20 keçmir iki dəfə edib ciddi bir şey deyil” məzmunlu danışıqlar olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş X12 Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B16№226028 saylı bakalavr diplomunun tanınmasına dair Təqsirləndirilən şəxs1 təqdim etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 008844 və 008986 nömrəli şəhadətnamələrdən görünür ki, sonuncunun B16№226028 saylı bakalavr diplomunun 2017-ci ildə Təhsil Nazirinin imzası ilə tanınması göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş X1 adına olan Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin “İqtisad” ixtisası üzrə 107718 ******* nömrəli Magistr diplomundan görünür ki, sonuncuya 14.03.2014-cü il tarixdə magistr diplomu verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid2 Gürcüstanın "xxxx" Tbilisi Tədris Universitetinin Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş TTUG №000083 saylı bakalavr diplomunun tanınmasına dair Təqsirləndirilən şəxs1 təqdim etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 100561 və 105952 nömrəli şəhadətnamələrdən görünür ki, sonuncunun TTUG №000083 saylı bakalavr diplomunun 2018-ci ildə Təhsil Nazirinin imzası ilə tanınması göstərilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərərk tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 22.10.2020-ci il tarixli 5/757 saylı ekspert rəyindən görünür ki, Şahid2 adına olan TTUG №000083 saylı bakalavr diplomunun tanınmasına dair 100561 və 105952 nömrəli şəhadətnamələrdə, X12 adına verilmiş B16№226028 saylı bakalavr diplomunun tanınmasına dair 008844 və 008986 nömrəli şəhadətnamələrdəki möhür əksi və imzalar axınlı çap üsulu ilə çap qurğusunda (printer surətçıxaran qurğu) hazırlanmış, X1 adına olan Q.V.Plexanov adına Rusiya İqtisad Universitetin “İqtisad” ixtisası üzrə 107718 ******* nömrəli Magistr diplomundaki möhür isə əksi relyef klişedən sənəd üzərinə birbaşa vurulmuş, qeyd edilən sənəddəki imzalar isə bir texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli 05-03-1800/16 saylı məktubundan görünür ki, Şahid2 xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməmiş, 100561 və 105952 nömrəli şəhadətnamələr hər hansı vətəndaşa təqdim olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.10.2020-ci il tarixli 05-03-1641/16 saylı məktubundan görünür ki, X12 adına verilmiş Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universitetinin B16№226028 saylı bakalavr diplomunun tanınmasına dair 07.09.2016-cı il tarixli müraciətinə Təhsil Nazirliyi tərəfindən normativ müddətin tələbinə faktiki riayət edilməməsi səbəbindən 09.12.2016-cı il tarixli 1360/ANİ saylı məktub ilə imtina cavabı verilmişdir. Həmçinin 008844 və 008986 nömrəli şəhadətnamələrin müvafiq olaraq X23 və X15 adına verilməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Q.V.Plexanov adına” Rusiya İqtisad Universitetin 27.11.2020-ci il tarixli 56-02/3167 saylı məktubundan görünür ki, X16 həmin Universitetdə təhsil almamış, 107718 ******* nömrəli Magistr diplomu universitet tərəfindən verilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “N.Nərimanov adına Neft-qaz çıxarma İdarəsinin rəisinin 10.12.2010-cu il tarixli 360 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan İdarənin idarəetmə aparatının Baş energetik şöbəsində energetik vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “N.Nərimanov adına Neft-qaz çıxarma İdarəsinin” rəisi ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış 01.04.2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, o, 13-cü dərəcəli Energetik vəzifəsində işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 aid 25.07.2017-ci il tarixli xxxxxxx000202 nömrəli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, o, energetik vəzifəsində işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin 22.09.2020-ci il **********2 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs1 adına elektron informasiya sistemində əmək bildirişi barədə məlumatdan görünür ki, o N.Nərimanov adına NQÇİ-si ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış 13.12.2010-cu il tarixli müqavilə qüvvədədir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində görmüş olduğu bütün işlərin başında Əli Kərimbəylinin durması, ələ keçirdiyi pul vəsaitlərini özü tərəfindən sərf edilmədiyi, məhz sonuncuya sürücüləri vasitəsi ilə verməsini bildirsə də, onun göstərdiyi həmin xüsusatlar yuxarıda sadalanan şahid ifadələri, baxış protokolları, X6 03.06.2018-ci il tarixdə dövlət sərhəd nəzarət məntəqəsindən keçərək Azərbaycan Respublikası hüdudlarını tərk etməsi və daha sonra ölkəyə daxil olmaması, Təqsirləndirilən şəxs1 tərəfindən əməllərin törədilməsi dövründə Azərbaycan Respublikasından kənarda olması, aralarında həmin dövr üzrə telefon danışıqlarının olmaması kimi xüsusatlarla qarşlıqlı təhlil edilib yoxlanılmış və həmin xüsusatların həqiqətə uyğun olmadığı müəyyən edilərək tam təkzib olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində əsl niyyətinin dələduzluq edib saxta sənəd hazırlmaq olmadığını, X1 təhsil almasına köməklik etmək olduğunu, Təqsirləndirilən şəxs1 aldığı 2000 ABŞ dolları rüşvət kimi deyil, təhsil haqqı adı ilə Rusiyaya göndərdiyini, pulu Maxaçkala şəhəri Canbulatov adına Aqrar Akademiyasında dekan işləyən soyadını xatırlamadığı Gulya xanıma göndərməsini bildirsə də, onun göstərdiyi həmin xüsusatlar yuxarıda sadlanan şahid ifadələri, baxış protokolları və digər toplanmış sübutlarla qarşlıqlı təhlil edilib yoxlanılmış və həmin xüsusatların həqiqətə uyğun olmadığı müəyyən edilərək tam təkzib olunmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirməsi, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkət və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etməsi, bilə-bilə hüquq verən rəsmi sənədləri və möhürü istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən hazırlaması və qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etməsi cinayətlərini törətməsi və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etməsi, bilə-bilə hüquq verən saxta rəsmi sənədləri istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq hazırlaması və qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etməsi cinayətlərini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 320.1, 320.2 və 32.4,312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməli və onlara Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri istisna olunmaqla, digər maddələrlə təqsirli bilinməklə cəza təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə tövsif edilən cinayət əməlləri 2018-ci il ərzində və 2019-cu ilin əvvəllərində törədilmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 39.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə). Həmin Məcəllənin 44.2-ci maddəsinə əsassən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətdiyi vaxtdan iki ildən artıq müddət, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2, 44.2.1-ci maddələrinin tələblərinə uyğun olaraq, onların barəsində həmin maddələrlə barələrində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən digər maddələri ilə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət törətməyə görə məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları yer üzrə müsbət xaraterizə olunurlar. Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində üç azyaşlı uşağı, yəni, 2012-ci il təvəllüdlü X17, 2016-cı il təvəllüdlü X18, 2019-cu il təvəllüdlü X7 vardır. Cinayət işinin materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş SER TSE-01№103421 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ümumi görməməyə görə ömürlük birinci qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsdirləndirilən şəxs Cavanşır Şərifovun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasın Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələrinin sanksiyasında əsas cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu 01 dekabr 2021-ci il tarixdə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, birinci qrup gözdən ömürlük əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halları kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, yaşının 65-də yuxarı olmasını, gözdən birinci qrup ömürlük əlil olmasını nəzərə alaraq hesab edir ki, ona CM-nin 178.2.1, 178.2.4, 32.4,312.2-ci maddələri ilə azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, cəza çəkmədən islah olunması mümkün olduğundan, barəsində CM-nin 70.1-ci maddəsi tətbiq edilməklə, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Həmçinin CM-nin 70.3, 70.5-ci maddələrinə əsasən sınaq müddəti müəyyən edilməklə, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında əlavə cəza kimi müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətlərini nəzərə alıb, onların dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərək barələrində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrumetmə növündə əlavə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “X12 V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B16№226028 saylı bakalavr diplomunun tanınmasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilməsi görüntüsü yaradan 008844 və 008986 nömrəli, Şahid2 Gürcüstanın "xxxx" Tbilisi Tədris Universitetinin Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş TTUG №000083 saylı bakalavr diplomunun tanınmasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilməsi görüntüsü yaradan 100561 və 105952 nömrəli saxta şəhadətnamələr, X1 adına olan Q.V.Plexanov adına Rusiya İqtisad Universitetin “İqtisad” ixtisası üzrə 107718 ******* nömrəli Magistr diplomu” cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 53,65 (əlli üç manat altmış beş qəpik) müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN: **********) ödənilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 60 (altmış) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-ci maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4,312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəza birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs olunsun. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinsin, lakin ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4,312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəza birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 02 (iki) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinsin, lakin ona cəza təyin edilməsin. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “X12 V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B16№226028 saylı bakalavr diplomunun tanınmasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilməsi görüntüsü yaradan 008844 və 008986 nömrəli, Şahid2 Gürcüstanın "xxxx" Tbilisi Tədris Universitetinin Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş TTUG №000083 saylı bakalavr diplomunun tanınmasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilməsi görüntüsü yaradan 100561 və 105952 nömrəli saxta şəhadətnamələr, X1 adına olan Q.V.Plexanov adına Rusiya İqtisad Universitetin “İqtisad” ixtisası üzrə 107718 ******* nömrəli Magistr diplomu” cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 53,65 (əlli üç manat altmış beş qəpik) müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN: **********) ödənilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 60 (altmış) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-914/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-914/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver