Məhkəmə qərarları › İş №1(101)-919/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-919/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-919/2021 29.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmayan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satılması barədə şəxsiyyəti istintaqa məlum olmayan Yunus adlı şəxs İlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində istintaqa məlum olmayan mənbədən, 05 dekabr 2020-ci il tarixdə, külli miqdarda ümumilikdə 44,530 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla, ünvan 3 ünvanın yaxınlığına daşımış, Xəyal Abbasimin qanunsuz əməlləri barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin Baş İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, 07 dekabr 2020-ci il tarixdə saat 13:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4 yerləşən Xətai RPİnİn 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan sarı rəngli gödəkçənİn sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 44,530 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmin vaxt pandemiyanın mövcudluğu, qardaşının müharibə zamanı döyüşən hissələrdə olması ilə əlaqədar psixoloji sarsıntılar keçirdirdi və buna görə də narkotik vasitədən istifadə edirdi. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmazdan bir-iki gün əvvəl tanımadığı Yunus adlı şəxsdən şəxsi istifadəsi üçün 44 qram narkotik vasitə olan heroin almışdı. 07 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində piyada hərəkət edərkən, BNMİ-nin əməkdaşları olan mülki geyimli şəxslər onu saxladılar. Onlar ona hansı səbəbdən saxlanıldığını bildirildikdən sonra Xətai RPİ-nİn 37-ci PŞ-nə dəvət etdilər. Orada üzərinə baxış videoçəkilişdən istifadə edilməklə keçirildi. İbtidai istintaqda ona edilmiş təzyiqlərə görə narkotik vasitənin satışı ilə məşğul olduğunu desə də, o ancaq istifadəçisidir. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı rütbəsini daşıyır, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmişdi. Bununla bağlı əmrə əsasən rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı və baş əməlliyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 həmin qrupun üzvü olmuşdur. Həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 07 dekabr 2020-ci il tarixdə saat 13 radələrində ünvan 6 ünvanın yaxınlığında piyada olaraq hərəkət edən zaman tərəflərindən saxlanılmışdır. O, Babayev ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Xəyalı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə dəvət etdilər. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbləri izah edib şübhəli şəxs qismində ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə ətraflı məlumat verdilər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olundu, onun, müdafiəçinin və Babayevin iştirakı ilə Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Aburşu Nəcəf tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarışın əvvəlində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X3 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan etdi. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu təklifindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verdi. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etdi. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki sarı rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoydu. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirtdi və əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd "Redmi” markalı mobil telefon və 5 manat pulu çıxardaraq masanın üzərinə qoydu. Narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 47 qram təşkil etmişdi. Daha sonra həmin kütlə zərfə qoyularaq DİN-nin 7 saylı möhürü ilə möhürlənib qablaşdırıldı və zərf bütün iştirakçılar tərəfindən imzalandı. Bundan sonra təhqiqatçı "Redmi" markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldüyünü izah etdi və 5 manat pulu Təqsirləndirilən şəxs geri qaytardı. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütləni hardan əldə etdiyini soruşdu. Təqsirləndirilən şəxs cavabında həmin kütlənin narkotik vasitə heroin olduğunu, narkotik vasitənin özünə məxsus olduğunu, təxminən 2 ay əvvəl “Facebook" sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Nehrəm" adlı şəxsdən 2 gün əvvəl aldığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs “Nehrəm" adlı şəxslə "Whatsapp" vasitəsi ilə əlaqə saxladığını, aşkar edilmiş narkotik vasitəni "Nehrəm” adlı şəxsin "Whatsapp" vasitəsi ilə atdığı şəkil əsasında Sabunçu rayonu ərazisindən götürdüyünü bildirdi. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni anasının müalicəyə ehtiyacı olduğu üçün satış məqsədi ilə əldə etdiyini, təxminən 1 ay 10 gün ərzində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və bu fəaliyyətdən təxminən 1000-1200 manat məbləğində gəlir əldə etdiyini bildirdi. Abbaslıya təzyiq göstərməmişdilər, saxlanıldıqdan sonra dərhal bölməyə apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotikin satışında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Saxlanılan zaman o təhqiqatçının sualına cavab olaraq bildirir ki, həmin kütlənin narkotik vasitə heroini anasının müalicəyə ehtiyacı olduğu üçün satış məqsədi ilə əldə etmişdir, təxminən 1 ay 10 gün ərzində narkotik vasitələrin satışı iiə məşğul olurdu və bu fəaliyyətdən təxminən 1000-1200 manat məbləğində gəlir əldə etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2020-cİ il tarixli 6/2662 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün 7” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." və s. yazılar, imzalar olan 01 ədəd kağız paketdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 44,530 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 44,530 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 44,480 qr Cinayət işi materiallarinda olan ambulator məcburi narkoloji ekspertizasinin 11 yanvar 2021-ci il tarixli 50 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan axtarış və götürmə aparılması haqqında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X2 tərtib etdiyi 07 dekabr 2020-ci il tarixli protokollardan müəyyən edilir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin İnzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətnə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. X4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və 5 (beş) A2N pul aşkar olunmuşdur. Sonra həmin 01 (bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 47 (qırx yeddi) qram olmuşdur. Sözügedən büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Redmi” markalı qara rəngli mobil telefon götürülmüş, 05 (beş) AZN pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış videokamera ilə qeydə alınmış və həmin görüntülər diskə köçürülərək cinayət işinə əlavə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan 07 dekabr 2020-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 07 dekabr 2020-ci il tarixdən hesablanmaqla, cəzalasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını işdə cəzanı yüngülləşdirən hal kimi, cinayətin hərbi vəziyyət zamanı törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında ekspertiza tədqiqatdan sonrakı qalıq 44,480 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD formatlı disk, Bakcell MMC dən götürülmüş 1ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında ekspertiza tədqiqatdan sonrakı qalıq 44,480 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD formatlı disk, Bakcell MMC dən götürülmüş 1ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar