Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-922/2021 15.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi Şəmsəddin oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 1260-cı keçid, ev 7 C, mənzil 50-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 2-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış, habelə narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 1,836 qram çəkidə psixotrop maddə metamfetamini “Rəhim” adlı şəxsdən istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bundan başqa, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satma barədə tanışı İran İslam Respublikasının vətəndaşı “Arif’ adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Arif’ adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi narkotik vasitənin satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə “Arif” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 559,5 qram, 462,7 qram, 485,9 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1508,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 iyun 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 12:20 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1,836 qram çəkidə psixotrop maddə metamfetamin 1 (bir) ədəd bükümdə olmaqla göy rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 16:07-də Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı onun təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumilikdə təmiz çəkisi 1508,1 qram narkotik vasitə heroin qonaq otağındakı divanın alt hissəsindən təmiz çəkiləri 559,5 qram, 462,7 qram və 485,9 qram olmaqla 3 (üç) ədəd ayrı-ayrı bağlamada aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Nicat və Samir adlı polis əməkdaşları ilə yaxın dostluq münasibətlərində olmuşdur. Nicat və Samir hadisədən bir neçə gün əvvəl onun qaldığı evə gəlmişlər və ona demişlər ki, “Arif adlı İran vətəndaşı ilə narkotik vasitələrin gətirilməsi ilə bağlı danış”. Arif külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs olmuşdur. Nicat və Samir isə həmin vaxt Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları olmuşlar. Nicat polis serjantı, Samir isə polis kapitanı olmuşdur. O, Nicatı dost kimi tanımışdır. Belə ki, o, 10-15 dəfə Nicat və Samir ilə birlikdə sonuncuların keçirdikləri əməliyyat tədbirlərində iştirak etmişdir. O, Nicat ilə Samir qeyri-qanuni işləmişdir. O, Nicat və Samirlə birlikdə əməliyyatda işlədiyinə görə əməliyyatlardan sonra sonuncular tutduqları şəxslərdən götürdükləri narkotik vasitələrin bir hissəsini ona vermişlər. Nicat ona demişdir ki, “maddi vəziyyətim pisdir, mənə kömək elə”. O da narkotik vasitə satanlar barədə Nicat və Samirə məlumat vermişdir. Sonra o, Nicat və Samir ilə birlikdə adlarını verdiyi şəxslərin tutulmasında iştirak etmiş və nəticədə Nicatgil ona narkotik vasitə vermişlər. Hətta o, tanışı X2 narkotik vasitələr satması barədə Nicat və Samirə məlumat vermişdir. X9 tutmuşlar. Lakin o, Natiqi tanıdığından sonuncunun tutulması əməliyyatında iştirak etməmişdir. Amma Natiq onun “əli ilə” tutulmuşdur. Belə ki, o, Natiqə zəng edib narkotik vasitə sifariş vermişdir. Sonra o, bu barədə Nicat ilə Samirə məlumat vermişdir. Nicatgil də gedib Natiqi tutmuşlar. İranlı “Arif” adlı şəxs Samir və Nicata narkotik vasitələrlə bağlı pul “atmışdır” və ona görə də Samirgil Arifi “ilişdirmək” istəmişlər. Ona görə də Samir və Nicat ona demişlər ki, “sən danış Ariflə və ona de ki, ondan “mal” istəyirsən. Sən ondan “mal” alanda biz onu tutaq”. O da Ariflə danışıb sonuncudan 1 kiloqram 600 qram çəkidə narkotik vasitə sifariş etmişdir. X7 rayonunda “Həcı” adlı “adamını” tutmaq istəmişlər. Arif də Samirgillə razılaşmış və adamını göndərmişdir. Arifin göndərdiyi adam “Həci” adlı şəxs olmuşdur. Həcı deyilən yerə gəlmiş, lakin sonuncu ondan şübhələndiyindən narkotiki atmamış və oradan uzaqlaşmışdır. Bundan sonra Həci Arifə zəng edərək onun polislərin adamı olduğunu bildirmişdir. Ona görə həmin gün Samirgil Həcini tuta bilməmişlər. Sonra Nicat və Samir ona demişlər ki, “tez-tez danış Ariflə, sənə narkotik satsın”. O da tez-tez Ariflə danışıb, polislərin adamı olmadığını, özünə narkotik lazım olduğunu bildirmişdir. Sonra Arif ona inanmış və narkotik göndərəcəyini bildirmişdir. O da Nicata zəng edərək bildirmişdir ki, “Arif mənə narkotik göndərir. Gecə saat 03:00-da “Günəş” petrolun yanına getmək lazımdır”. Nicat ona bildirmişdir ki, “mən gecə növbədə olacaqm, get özün narkotiki götür, səhər tezdən səninlə görüşəcəm”. O da gedib həmin yerdən Arifin göndərdiyi 3 (üç) bükümdə olan narkotik vasitəni oradan götürmüş və yaşadığı evə gətirib qoymuşdur. Sonra o, bu barədə Nicata demişdir. Səhər tezdən Nicat ona zəng edərək ondan aşağı gəlməsini bildirmişdir. O, evdən çıxdıqdan sonra “Banditizmin” əməkdaşları onu liftdə tutmuşlar. O, polis əməkdaşlarına evdə olan narkotik vasitələri özü təkbaşına deyil, Nicatgilin sifarişi əsasında aldığını bildirsə də, polislər ona inanmamışlar. İttiham aktında göstərilən narkotik vasitələrin ona heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərmişdir ki, o, heç vaxt heç kəsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə ümumiyyətlə aidiyyətinin olmaması ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 02 iyun 2020-ci il tarixdə “Ceyhun” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. Rəhbərlik tərəfindən icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Ondan və digər polis əməkdaşı olan Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küçəsində onun hazırda xatırlamadığı binanın yaxınlığında olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 02 iyun 2020-ci il tarixdə, saat 12:30 radələrində qeyd edilən ünvanın yaxınlığında onlar tərəfindən saxlanılmışdır. Həmin vaxt onlar özlərini polis əməkdaşları kimi təqdim edərək saxladıqları şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu və bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan şalvarın sol yan cibindən çıxardığı 1 (bir) ədəd bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdəki psixotrop maddə metamfetamini 80 (səksən) manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığı bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin yaşadığı evdə 1 (bir) kiloqram 400 (dörd yüz) qram çəkidə narkotik vasitə heroin saxladığını və onlara təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığı narkotik vasitəni təxminən 15-20 gün əvvəl Masallı şəhərində təsadüfən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Arif’ adlı şəxsdən pulunu sonradan ödəmək şərti ilə 11.000 (on bir min) manata almaq barədə razılaşdığını, narkotik vasitəni isə “Arif’ adlı şəxsin sonradan verdiyi məlumat əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış avtomobillərin birindən götürdüyünü və həmin narkotik vasitəni satmaq məqsədilə yaşadığı evə aparıb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd büküm qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Orada iştirak edən bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Əməliyyat tədbirlərinin davamı olaraq onlar Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, dəqiq xatırlamadığı ünvana baxış keçirilməsi məqsədilə həmin gün saat 15:00 radələrində tədbir iştirakçıları birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs həmin vaxt evdə qonaq olduğunu bildirmişdir. Sonra evin qapısını həmin şəxs açmış və Təqsirləndirilən şəxs tanışı olduğunu, sonuncu ilə Masallı şəhərində qonşuluqda yaşadığını bildirmişdir. Onlar qapını açan şəxsə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu və evdə baxış keçiriləcəyi barədə məlumat vermişlər. Onlar, həmçinin qapını açan şəxsə evə baxışın keçirilməsi prosesində iştirak etməsini təklif etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesində iştirak etməsinə etirazının olmadığını bildirmişdir. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs iştirakçıları evin qonaq otağına aparıb həmin otaqda yerləşən divanı göstərərək özündə olan narkotik vasitələri divanın alt hissəsində gizlədib saxladığını bildirmiş və narkotik vasitə heroini gizlətdiyi yerdən çıxararaq təqdim etmişdir. Həmin sellofan torba açıldıqda, torbanın içindən 3 (üç) ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmiş bükümlər qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2016-cı ildən tanıyır. O, Ceyhunla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “His” gecə klubunda tanış olmuşdur. Sonra o, Ceyhunla sevgili münasibətində olmuş və onlar münasibət qurduqdan sonra görüşmək üçün hotelə getmişlər. İlk dəfə orada Ceyhun ona narkotik vasitə, yəni adını “şüşə” kimi bildiyi metamfetamindən istifadə etməyi təklif etmişdir. O da Ceyhunun bu təkilifi ilə razılaşmışdır. Həmin gündən sonra o, metamfetamindən istifadə etməyə başlamışdır. Ona hər dəfə şüşə lazım olduqda, o, Ceyhunə zəng etmiş və ya “Votsap” vasitəsi ilə səs göndərmiş, hərdən isə mesaj yazaraq “şüşə” istəmişdir. Ceyhun da hər dəfə onun üçün narkotik vasitələr təşkil etmişdir. O, Ceyhundan narkotik vasitələri pul qarşılığında almışdır. O, hər dəfə Ceyhuna narkotik vasitələrin qarşılığında 50 (əlli) manat pul ödəmişdir. O, Ceyhunun ona gətirdiyi narkotik vasitələri kimdən əldə etdiyini bilməmişdir. O, hal-hazıda narkotik vasitələrdən istifadə etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. O, Ceyhunla Masallı şəhərində qonşu olmuşdur. 01 iyun 2020-ci il tarixdə onun problemi olduğundan həkimə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də o, həkimə müraciət etmək məqsədi ilə Masallı şəhərindən Bakı şəhərinə gəlmişdir. O, Bakıya gəldiyi zaman qalmağa yeri olmamışdır. O, Ceyhunun Bakıda yaşadığını bilmişdir. Qalmağa yeri olmadığından o, Ceyhuna telefon vasitəsilə zəng edərək Bakıda olduğunu və qalmağa yerinin olmadığını bildirmişdir. Ceyhun da ona bildirmişdir ki, “gəlib mənim evimdə qala bilərsən”. O da Ceyhunla razılaşaraq sonuncunun yaşadığı evə getmişdir. O, Ceyhunun evinə getdikdən sonra onlar bir-iki saat evdə oturmuşlar, sonra isə birlikdə çay içmişlər. O, evdə bir qədər oturub dincəldikdən sonra Ceyhunla birlikdə evdən çıxaraq dükana yollanmışdır. Onlar dükandan özləri üçün axşama yemək üçün ərzaq, toyuq qrili, çörək və sair ərzaqlar almışlar. Onlar dükandan qayıdıb evə gəldikdən sonra birlikdə şam yeməyi yemişlər. Onların yeyə bilmədikləri yeməklərin bir qismi də masanın üstündə qalmışdır. Bundan təxminən 20-25 dəqiqə keçdikdən sonra Ceyhunun mobil telefonuna zəng gəlmişdir. Ceyhun zəng edən şəxslə nə isə danışmış və sonra ona bildirmişdir ki, “bir neçə dəqiqəlik həyətə düşüb evə qayıdacam”. Ceyhun getdikdən bir neçə dəqiqədən sonra 2 (iki) nəfər şəxslə birlikdə evə qayıtmışdır. O, həmin şəxslərlə görüşmüşdür. Həmin şəxslərdən birini o, ilk dəfə idi ki, həmin vaxt görmüşdür. Digər şəxsi isə o, bir neçə dəfə Ceyhunun yanında görmüşdür. Belə ki, o, əvvəllər də Bakı şəhərinə gəldikdə Ceyhunla görüşmüş və həmin vaxt Ceyhunun yanında həmin şəxs olmuşdur. Ceyhun onu həmin şəxslə tanış etmişdir. Onlar hətta bir dəfə birlikdə oturub çay da içmişlər. Ceyhun həmin şəxsi ona dostu kimi təqdim etmiş və həmin şəxsin adının Nicat olduğunu bildirmişdir. Ceyhun, həmçinin ona Nicatın polis olduğunu da ona demişdir. O, sonradan bilmişdir ki, Ceyhunun yanında olan və onun tanımadığı şəxs də polis əməkdaşı olmuşdur. Nicat və digər polis əməkdaşı olan şəxs Ceyhunla birlikdə evə gəldikdən sonra sonuncular birlikdə masanın ətrafında oturmuşlar. O, isə bir qədər həmin şəxslərdən aralıda olan divanda oturmuşdur. Sonra Nicat və sonuncunun yanında olan digər polis əməkdaşı onların yeyə bilmədikləri yeməkləri yemişlər. Nicat və sonuncunun yanında olan digər polis əməkdaşı təxminən 40-50 dəqiqə evdə oturmuşlar. Bu müddət ərzində o, həmin şəxslərin Ceyhunla nə barədə danışdıqlarını bilməmişdir. Çünki həmin vaxt o, öz telefonunda müxtəlif sosial şəbəkələrdəki məlumatları oxumuş, yəni telefonla məşğul olmuşdur. Sonra Nicatgil getmək istədikdə, o da oturduğu divandan ayağa qalxaraq Nicatgil ilə görüşmüş və Ceyhunla birlikdə həmin şəxsləri yola salmışdır. Nicatgil getdikdən sonra Ceyhun ona başının ağrıdığını demişdir. Ceyhun, həmçinin ona demişdir ki, “mən yatıram, sən də yuxun gələndə o biri otaqda yatarsan”. Bundan sonra o, Ceyhunun dediyi digər otağa keçib yatmışdır. O, səhər yuxudan duranda Ceyhunun hələ də yatdığını görmüşdür. O, Ceyhunu yuxudan oyatmamış və özü üçün çay qaynadıb içmişdir. O, çay içdikdən təxminən 1-2 saat keçdikdən sonra Ceyhunun mobil telefonuna zəng gəlmişdir. Ceyhun həmin vaxt yatmışdır. O, Ceyhunu yuxudan oyadaraq zəng gəldiyini demişdir. Ceyhun da telefonu açaraq zəng edən şəxsin Nicat olduğunu ona demişdir. Ceyhun Nicatla telefonda danışarkən telefon danışıqlarını o da eşitmişdir. X11 danışığını açıq səsli vəziyyətdə həyata keçirmişdir. Ceyhun Nicatla danışanda Nicat Ceyhuna demişdir ki, “aşağı düşmək lazımdır. Bir yer var, gedək ora gələk”. Ceyhun da Nicata demişdir ki, “başım ağrıyır, yatmışam, ona görə aşağı düşə bilmərəm”. Lakin Nicat bir neçə dəfə təkid etdikdən sonra Ceyhun Nicatla razılaşmış və aşağı düşməyə hazırlaşmışdır. Ceyhun Nicatın yanına getməyə hazırlaşarkən o, Ceyhuna bildirmişdir ki, “mən də həkimə gedəcəyəm, gözlə evdən bir yerdə çıxarıq”. Ceyhun isə ona demişdir ki, “mən gedirəm, evdə qapının ikinci ehtiyat açarı var, həmin açarla qapını bağlayıb həkimə gedərsən”. Bundan sonra Ceyhun Nicatın yanına getmək üçün həyətə düşmüşdür. Bu zaman o da yuyunmaq üçün hamama girmişdir. O, hamamdan çıxdıqdan sonra əl-üzünü silmişdir. Bu vaxt təxminən saat 10:00 radələri olmuşdur. Birdən Ceyhun 4-5 nəfər şəxslə birlikdə evə daxil olmuşdur. Evə Ceyhunla birlikdə gələn şəxslərin hamısı mülki geyimdə olduqları üçün o, həmin vaxt sonuncuların polis əməkdaşları olduqlarını bilməmişdir. Əksinə o, həmin şəxslərin hamısının Ceyhunun dostları olduqlarını düşünmüşdür. O, həmin şəxslərlə görüşmək üçün sonunculara tərəf əlini uzatdıqda, həmin şəxslərdən bir nəfər onun əlini qandallamışdır. Bundan sonra onu bir otağa, Ceyhunu isə başqa bir otağa salmışlar. Həmin otaqdan Ceyhunun qışqırıq səsi gəlmişdir. Ceyhun həmin vaxt qışqırmışdır. Lakin o, Ceyhunun hansı səbəbdən qışqırdığını bilməmişdir. Lakin o, indi elə hesab edir ki, yəqin polislər həmin vaxt Ceyhunu döymüşlər. Təxminən səhər saat 10.00dan axşam saat 18:00-dək onlar Ceyhunun yaşadığı evdə olmuşlar. Təxminən saat 18:00- 19:00 radələridə polis əməkdaşları onu və Ceyhunu BMCMİ-yə aparmışlar. Onu 3 gün, yəni 2 gecə 3 gün olmaq şərtilə BMCMİ-də zirzəmidə saxlamışlar. 04 iyun 2020-ci il tarixdə günortadan sonra onu azad etmişlər. O, BMCMİ-də heç bir ifadə verməmiş, heç bir yazı yazmamışdır. O, BMCMİ-nin əməkdaşlarına latın qrafikası ilə yazıb oxuya bilmədiyini bildirmişdir. BMCMİ-nin əməkdaşları da onun üçün yazılan ifadələri də ona oxumamışlar. O, latın qrafikası ilə yazıb-oxuya bilmədiyinə görə həmin ifadəni oxumadan imzalamışdır. O, ifadəsinin sonunda imzaları da necə gəldi çəkmişdir ki, sonradan bu məsələ araşdırıldıqda həmin ifadənin ona məxsus olmadığını sübut edə bilsin. BMCMİ-də ondan ifadə alınarkən necə yazacağına dair polis əməkdaşları onu istiqamətləndirmişlər. Polis əməkdaşları ifadədə nələri demək lazım olduğunu, ifadəni necə yazmaq lazım olduğunu ona qabaqcadan demişlər. Demək olar ki, o, BMCMİ-də verdiyi ifadələrin əksər hissəsini məcburiyyət qarşısında, yəni təzyiq altında yazmışdır. Baş vermiş məsələ məhz bu şəkildə olmuşdur. Şahid, həmçinin ifadəsində ibtidai istintaq zamanı verdiyi heç bir ifadəni təsdiq etmədiyini bildirmişdir. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin aprel ayından tanımış və onun Ceyhunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onun Təqsirləndirilən şəxs tanımağına səbəb rəfiqəsi Şahid5 olmuşdur. Belə ki, Şahid5 ilə Təqsirləndirilən şəxs uzun illərdir ki, tanış olmuşlar. Təxminən 2020-ci ilin aprel ayının əvvəllərində o, Şahid5 ilə məclisdə olduğu zaman Şahid5 psixotrop maddə metafemtamindən istifadə etməsi ona məlum olmuşdur. O, həmin məclisdən çıxdıqdan sonra Günayla aralarında olan söhbət zamanı hər ikisinin metamfetamindən istifadə etmələri bir birinə məlum olmuşdur. O, Günayla birlikdə psixotrop maddə metamfetamin qəbul etmək istədikləri zaman Ceyhunla danışaraq sonuncudan metamfetamin (yəni şüşə) almışlar. Belə ki, ilkin vaxtlar onlar Günayın Ceyhundan pul verib aldığı metamfetamini birlikdə istifadə etmişlər. Daha sonra isə onun ürəyi “şüşə” istədiyi zaman o, Günaya pul verərək Ceyhundan şüşə (metafetamin) almasını istəmişdir. Ümumiyyətlə o, Təqsirləndirilən şəxs tanıdıqdan sonra təxminən 3 (üç) dəfə olub ki, onlar Təqsirləndirilən şəxs pul verərək bunun qarşılığında sonuncudan “şüşə” (metamfetamin) almışlar. Bəzi vaxtlarda o, Günayla birlikdə Ceyhunun evinə gedərək evdə sonuncu ilə birlikdə falqada psixotrop maddəni istifadə etmişlər. Sonra onlar evdən çıxdıqda, Ceyhuna pul verərək “şüşə” (metamfetamin) almışlar. Onlar hər dəfə Ceyhundan metamfetamin aldıqları zaman Ceyhun onlara demişdir ki, “İrandan gələn maldır. Ona görədə təmizdir, narahat olmayın”. Həmçinin təxminən 2020-ci ilin may ayının sonlarında o və Günay Təqsirləndirilən şəxs kirayədə qaldığı evdə olduqları vaxt Təqsirləndirilən şəxs İran vətəndaşı ilə külli miqdarda narkotik vasitənin əldə edəcəyi barədə bir işinin olduğunu, əgər həmin iş baş tutarsa külli miqdarda pul əldə edəcəyini onlara demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:20-də Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küçəsi, ev 166 ünvanının yaxınlığında saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 17) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 24-26) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən çıxardığı 1 (bir) ədəd gümüşü rəngli kağız bükümü polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2020-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 29-31) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin qonaq otağında yerləşən divanı göstərib özündə olan narkotik vasitələri divanın alt hissəsində gizlədərək saxladığını bildirmiş və sonra həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim edərək sellofan torbanın içərisində narkotik vasitə heroinin olduğunu bildirmişdir. Həmin sellofan torba açıldıqda, torbanın içindən 3 (üç) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan büküm aşkar olunmuşdur. Həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/81 nömrəli rəyindən (cild 1, iş vərəqə 49-53) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,836 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman aşkar edilmiş” yazısı olan paketdəki, 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 559,5 qram, 462,7 qram, 485,9 qram, ümumi təmiz çəkisi 1508,1 qram qəhvəyi şəkilli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 67-69) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-662/2020 saylı qərarından (cild 1, iş vərəqə 94-99) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 02 iyun 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 100-102) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra təmiz çəkisi 1,736 qram təşkil edən psixotrop maddə metamfetamin, habelə yaşadığı evdən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra təmiz çəkisi 1507,95 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qeyd edilən predmetlər saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-477/2020 saylı qərarından (cild 1, iş vərəqə 121-124) görünür ki, Təqsirləndirilən şəxs barəsindəki 02 iyun 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 108/MEŞ saylı rəyindən (cild 2, iş vərəqə 34-37) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş təlabnamədən (cild 1, iş vərəqə 137-138) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə təqsirli bilinmiş və ona 1 (bir) il 2 (iki) ay nəqliyyat vasitələrini idarəetmək hüququndan məhum edilməklə 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 26 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilmiş, habelə 26 fevral 2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2020-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 160-163) görünür ki, +98 903 *** **** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş +7 901 *** ** ** saylı mobil nömrə altında istifadə etdiyi “Whatsapp” sosial şəbəkəsində İranlı şəxsin Təqsirləndirilən şəxs göndərdiyi səs yazısı var. Həmin səs yazılarında İranlı şəxs bildirir ki, “Salam Fikrət qardaş nətərsən yaxşısan? Fikrət mənə zəng et. Qorxun olmasın, puldur xərcliyibsən xərcliyibsən, maldı yeyibsən yeyibsən, atıbsan atıbsan. Mənə bir zəng et ginən, məni intizarda qoyma qaqa. İşim belədir belə deyil, mən sənə görə burda 3 kq toz, 3 kq patı almada eləmişdim bildin. Mənim kimi insanı əlindən buraxma ginən. O 20 min manat bir şey deyil sən bax hələ 200 milyon manat qazanacaqsan. O pul mənim əlimdə bir şey deyil. Sənə də qazandıracam özümdə qazanacam. Arxayın ol ginən, gəl qayıt mənə tərəf. Şeytandır da bilirəm girib məğzivə. Qayıt ginən, qayıt qardaşına tərəf əl-ələ verib işləyək”. İranlı şəxsin Təqsirləndirilən şəxs göndədiyi bu səs yazısından görünür ki, Təqsirləndirilən şəxs ona öz adını düzgün deməmiş və şərti olaraq özünü Fikrət kimi təqdim etmişdir. Həmin səs yazısı 02 iyun 2020-ci il tarixdə, saat 6:52 və 6:53 radələrində göndərilmişdir. Bundan başqa, 05 iyun 2020-ci il tarixdə +98 903 *** **** saylı mobil nömrədən “Whatsapp” tətbiqində cavabsız səsli zəng gəlmişdir. Eyni zamanda ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +7 901 *** ** ** saylı mobil nömrə altında istifadə etdiyi “Whatsapp” sosial şəbəkəsində olan səs yazılarında qeyd olunmuşdur: Səs yazılarından göstərilən nömrənin Təqsirləndirilən şəxs anasının istifadəsində olan mobil nömrə olması və səs yazılarının anası ilə Təqsirləndirilən şəxs arasında olan səs yazıları olması müəyyən edilir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs anası Ceyhuna bildirir ki, “Əhməd deyir mənə deyiblər ki, o yenə də nəyinsə, bilirsəndə nəyin alverini eləyir. Deyir bax Firi sabahları bir şey olsa mənə demiyərsən ha, mən bu başdan xəbərdarlığımı elədim. O gün özü yığıb səni mesaj məsələsindəki belə şeylər eşitmişəm”. Həmin səs yazılarından da görünür ki, Təqsirləndirilən şəxs ailə üzvlərinin onun narkotik vasitənin alveri ilə məşğul olması barədə məlumat eşitmələri qeyd olunur. Həmçinin ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan “Whatsapp” sosial şəbəkəsində həmin nömrəni istifadə edən şəxsə Təqsirləndirilən şəxs +**********2 saylı mobil nömrə ilə “O günkindən yoxundur? Ya yoxdu adam zad pul verərdim götürərdim də məndə özümə bir iki dənə”, “iki dənə ot götürmək olar?” səs yazısı göndərlmişdir. ***-***-**-** saylı mobil nömrəni istifadə edən şəxsdən Təqsirləndirilən şəxs “Bir azdan götürüm xəbər edəcəm”. Təqsirləndirilən şəxs “sən canı götür məni də nəzərə al da. Bizimki yoxdur burda indi yığdım danışdım dedki rayondayam. 20 manat məndə verərəm sənə kömək kimi götürərsəndə camvı yeyərəm”, “Nuji nə olduye bir söz demədin axı Nuji? Sən ölənlərinin görü bir söz denən mən işimi bilimdə”. ***-***-**-** saylı mobil nömrəni istifadə edən şəxs “Yox e hələ görüşməmişəm e oğlanla görüşən kimi sənə xəbər edəcəm”. Təqsirləndirilən şəxs “onda bilmirsən haçan görüşəsisən. Desən ona 20 manat versəm mənlə görüşməz Əcəmidə tez bazar bir iki dənə versin də mənə. Bir dənə gör heç olmasa onu edə bilərsən? Sən dedin mən elədim. ***-***-**-** saylı mobil nömrəni istifadə edən şəxs “ yox e balam saat 12-də zadda görüşəcək”. Təqsirləndirilən şəxs “Hə sənlə görüşəcək on ikidə zadda? Heç nə də xəbər edərsən də. Nə bilim e bəlkə dedim sən desəm görüşərdə mənlə pulun verib götürəırdim onda səmdə mənə desən məndə görüşməyəcəm. Saat neçə olsa. Gdirəm evə uzanıb eləyəm. Mən nəşə çəkirəm də ancaq başqa heç nə eləmirəm”. Təqsirləndirilən şəxs “ Neynirsən e nə var nə yox əşi şey mey lazım deyil e arada bir səsin gəlsin. Belə şey zad lazım olsa mən sənə verə bilərəm. Problem deyil.” Bu kimi aralarında səs yazıları və mesaj mətnləri ilə danışıqlar olmuşdur. Whatsap adlı tətbiq proqramında +994 50-726- 64-92 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +994 70-266-11-10 saylı mobil nömrə altında istifadə etdiyi Whatsap sosial şəbəkəsində olan yazışmalarda +994 50-726-64-92 saylı mobil nömrədən mətn və səsli mesajlar göndərən şəxs bildirir ki, “salam. Necəsən qardaş nə var nə yox? Dediyin qalır qardaş 100 dənə yumurta demişdin e mənə inqubatora qoymağa? 15 demişdin haçan gətirirsən isteyen var qardaşım”. Həmçinin +380 66 *** **** saylı mobil nömrə İlə Təqsirləndirilən şəxs istifadəsində olan +994 70- ***-**-** saylı mobil nömrə altında istifadə etdiyi Whatsap sosial şəbəkəsində olan yazışmalarda göstərilmişdir: Təqsirləndirilən şəxs “ Salam birat necəsən?”. +380 66 *** **** saylı nömrədən istifadə edən Rafiq adlı şəxs “Sağ ol sən necəsən mənim qardaşım?”. Təqsirləndirilən şəxs “Şükür salamtçılıq. Birat biradam olsaydı nəğd pul verən 300 qram KO variydi verərdim”. +380 66 *** **** saylı nömrədən istifadə edən Rafiq adlı şəxs “Məni yığ”. Bundan başqa +994 55-270-36-56 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +994 70- ***-**-** saylı mobil nömrə altında istifadə etdiyi Whatsap sosial şəbəkəsində aralarında aşağıdakı kimi mətn və səsli mesjlaşma olmuşdur: +994 55- 270-36-56 saylı nömrədən istifadə edən şəxs “Birdə səni görəcəm e mən axşam. Burlardasanda Əcəmi tərəfdə görüşərik sənlə xırda bir işim var”. Təqsirləndirilən şəxs “Nə olub nə işin var hələ bir de görüm ucundan qulağından”. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs “Pati götürüm 50 manat qız istiyir. İşdən gəlmişəm yorğunam bir az yatım dincəlim axşam saat 8-də zadda götürüm onu sənnən ki, 7-də 8-də mən evə gedəcəm ki yatım səhər durub işə gedəcəm”. Təqsirləndirilən şəxs “Balam pati belə yoxdur and ola Allaha. Məndə axşam tərəfi gedib götürəcəm Xırdalandan. İstəsən deyərəm bi dənə pulu koda vurarsan. Yoxumdu yoxsa Allah haqqı Özüm pul qoyub götürərdim, gedəndə götürməyə səninçündə götürərdim. Belə çəkməyə varımdı bir damcı onu çəkməyib verə də bilərəm sənə qurbandı. Gedəndə deyərəm pul vurarsan yatacağsansa deyərəm kod pul vurarsan ona mən gedəndə alaram axşamçağı saxlayaram. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs “Deyirəm ürəyim mən koda pul vura bilmirəm e. Pul mənim üstümdədir. Qız veribdir məndədir pul. 50 manat. Prosta gedəndə yol üstü denən mən çıxım verim yada bilmirəm nətəri edək mən koda pul vura bilmirəm”. Təqsirləndirilən şəxs “Nə vaxt gedəcəksən sən evə? Sən gedəndə mən birdən hamamda olaram, evdə olmaram. Nə vaxt gedəcəksən mənə vaxtı de. Million aparatı ilə vura bilmirsən?”.+99***-***-**-** saylı nömrədən istifadə edən şəxs “Gecəyə kimi mən burdayam 11-12ə kimi. Sən rahat işlərini gör prosta yatıram duranda bi dənə zəng vur məndə çıxım gəlim Əcəmi tərəfə verim pulu”. Təqsirləndirilən şəxs “Ok”. Təqsirləndirilən şəxs “ Bi damcını mən ora gətirə bilmərəm e balam. Belə istirsən tez bazar gəl götür apar. Bi damcıdır iki nəfərə bəs edər də bir dənə falqalıqdır. Mən ora gəlməyi yalan deyərəm mənim işim gücüm var. İstirsən gəl 50 manatı da ver axşam gedib götürəcəm mən bi damcını hələlik götürün şeyliyün yorğunluğuynan. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs “yaxşı balam qoy durum gəlirəm”. Təqsirləndirilən şəxs “ falqa varivuzdur? İnternetdən şüşə qab olur e 25 manata elə bil tapın mən götürərəm problem yoxdur”. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs “bu əlinə alıb iki dənə lampışkam eşim eşim eşir səhərdən onu şeyliyə bilmir nədi onun adı kəsə bilmir”. Təqsirləndirilən şəxs “lampıçkalıq deyil o falqada çəkin, lampıçkada neyniyəcək o sizə çatmıyacaq sən öl”. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs “ ее falqa hardan tap im yetim”. Təqsirləndirilən şəxs “dedim verim götürün dediz yoxda”. +994 55- ***-**-** saylı nömrədən istifadə edən şəxs “Nə yoxdu sən səhv başa düşübsən sən səs atmışdın mən altından yazdım yoxdu da sonra sən düşdün aşağı sonra ona görə səni qaldırası deyilik ki onsuz da axşam görüşəciyik də”. Təqsirləndirilən şəxs “mən yoldayam ha 10 dəyqəyə gəlib açtıram gəlib götürərsən onu”. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs “hə gəl evə xəbər et balam”. Təqsirləndirilən şəxs “gəlib götürərsən mən çatdım”. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs “yaxşı ürəyim bir azdan çıxacam”. Təqsirləndirilən şəxs “yaxşı mənə xəbər edərsəndə mən birdən hamamda zadda olaram”. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs “yaxşı ürəyim. Gör nə deyirəm o turbuçkadan artıq varındı? Bu dəli olub edə bilmir. Bütün lapuskalar qırıx qırıx oldu nə də fayqada etmir. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs “axşam evdəsən gəlib səni bir görüm də yenə başım gedib”. Təqsirləndirilən şəxs “lazım olsa evdə olaram da. Əvvəlki kimi görmürsən e məni balam”. Təqsirləndirilən şəxs “Mən Əcəmidəyəm, məhlədəyəm. Bir dənə indi uşaq gəlir bi dənə onla işim var 20 dəqiqə zad. Patı gətirirdə patı yox idi. Bir dənə onu yola salım xəbər edəcəm naxadi gələrsən. Təqsirləndirilən şəxs “Hə də nə bilim dedim pul qazanardıda. İranlıdır dostumuzdur ordadır. GÖrüntülü yığardı meyxana deyərdi. İranlı nəsə sifariş edərdi də buna. Təqsirləndirilən şəxs “evdə qonaq var əmanətdi. Allah haqqı qonaqdı özümdə istəmirəm qalsın prosta iranlı xahiş edib”. +994 55-270-36-56 saylı nömrədən istifadə edən şəxs ilə Təqsirləndirilən şəxs arasında olan mətn və səsli mesajlaşmadan görünür ki, həmin şəxslə Sədoş adlı şəxslər mütəmadi olaraq pulla Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamin alıb istifadə ediblər. Həmçinin, aralarında olan danışıqlardan görünür ki, İranlı şəxs ilə Təqsirləndirilən şəxs arasında yaxşı münasibətlər olmuş və İranlı şəxsin əmanət etdiyi xanım Təqsirləndirilən şəxs evində qalmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2233 saylı rəyindən (cild 2, iş vərəqə 36-37) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 87- 91) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması barədə əlavə izahatında və ifadəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 sentyabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1140/2020 saylı qərarından (cild 1, iş vərəqə 233-238) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay müddətinə, yəni 02 yanvar 2021-ci il tarixə kimi uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2020-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 241) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə +**********98 saylı İran İslam Respublikasının mobil operatorlarına məxsus mobil nömrədən “Salam abi mana yığ işim vardı”, “Qaqa mənə atma mən ojor oğlan deyiləm”, “Gal manan işda sana gazanj verim”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 10 dənə kola var lazımdı?”, “Tapdım danışdım konturu vur nolduye kola istiyirdi kimsə?” məzmunlu mesaj göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 dekabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1426/2020 saylı qərarından (cild 2, iş vərəqə 23-28) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay müddətinə, yəni 02 mart 2021-ci il tarixə kimi uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-213/2021 saylı qərarından (cild 2, iş vərəqə 98-102) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 02 aprel 2021-ci il tarixə kimi uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 103-124) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, ona həmin maddələrlə yenidən ittihamın elan olunması, şəxsi axtarış, mənzilə baxış və götürməni özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınmasının və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J2” və “Nokia 6700” markalı mobil telefonların maddi sübut hesab edilməsi və saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, tədqiqatdan sonra təmiz çəkisi 1,736 qram təşkil edən psixotrop maddə metamfetaminin və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra təmiz çəkisi 1507,95 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2021-ci il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxsn oğlunun əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan vaxtda və məlum olmayan mənbədən 1,836 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satma barədə tanışı İran İslam Respublikasının vətəndaşı “Arif’ adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Arif’ adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi narkotik vasitənin satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə “Arif” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda, 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 559,5 qram, 462,7 qram, 485,9 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1508,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə daşımışdır. Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 iyun 2020-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 12:20 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) ədəd bükümdə 1,836 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 16:07-də Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun kirayədə yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı külli miqdarda, ümumilikdə təmiz çəkisi 1508,1 qram narkotik vasitə heroin qonaq otağındakı divanın alt hissəsindən təmiz çəkiləri 559,5 qram, 462,7 qram və 485,9 qram olmaqla 3 (üç) ədəd ayrı-ayrı bağlamada aşkar edilərək götürülmüşdür. 02 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 1,836 qram çəkidə psixotrop maddə metamfetaminin, habelə həmin tarixdə onun yaşadığı mənzilə baxış keçirilən zaman mənzildən 3 (üç) ədəd bağlamada ümumi təmiz çəkisi 1508,1 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilərək götürülməsi cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış keçirilən zaman, habelə kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman həm üzərindən, həm də yaşadığı mənzildən aşkarlanmış psixotrop maddə və narkotik vasitənin növünü, çəkisini və bükümlərin sayını mübahisələndirməmişdir. Əksinə təqsirləndirilən şəxs onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış və mənzilə baxış keçirilən zaman aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını, aşkarlanmış maddə və vasitələrin hansı psixotrop maddə və narkotik vasitələrə aid olmasını etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində Arifin ona göndərdiyi 3 (üç) bükümdə olan narkotik vasitəni gedib götürdüyün və yaşadığı evə gətiriərək gizlətdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 1,836 qram çəkidə psixotrop maddə metamfetaminin, habelə həmin tarixdə onun yaşadığı mənzilə baxış keçirilən zaman mənzildən 3 (üç) ədəd bağlamada ümumi təmiz çəkisi 1508,1 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə qeyd edilən məsələlərlə bağlı bəzi halların təhlil edilməsini zəruri hesab edir. Bu hallar aşağıdakılardan ibarətdir: • Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı ifadə verərək tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qaldığını iddia etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs qeyd edilən məsələ ilə bağlı səlahiyyətli prokurorluq orqanına müraciət etmişdir. Prokurorluqda onun şikayəti üzrə araşdırma aparılmış, araşdırmanın nəticəsində onun polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmaması müəyyən edilmiş, habelə onun tutulmasında iştirak etmiş polis əməkdaşlarının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bu hal artıq Təqsirləndirilən şəxs iddia etdiyi işin hallarını istisna etməklə yanaşı, həmçinin ona dəlalət edir ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qalmamışdır. • Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ilk dəfə Ceyhun ona narkotik vasitə, yəni adını “şüşə” kimi bildiyi metamfetamindən istifadə etməyi təklif etmiş, o da Ceyhunun bu təkilifi ilə razılaşaraq, həmin gündən metamfetamindən istifadə etməyə başlamışdır. Şahid, həmçinin ifadəsində göstərmişdir ki, ona hər dəfə “şüşə” lazım olduqda, o, Ceyhunə zəng etmiş və ya “Votsap” vasitəsi ilə səs göndərmiş, hərdən isə mesaj yazaraq Ceyhundan “şüşə” istəmişdir. Ceyhun da hər dəfə onun üçün narkotik vasitələr təşkil etmişdir. O, Ceyhundan narkotik vasitələri pul qarşılığında almışdır. O, hər dəfə Ceyhuna narkotik vasitələrin qarşılığında 50 (əlli) manat pul ödəmişdir. Göründüyü kimi Şahid5 məhkəmə istintaqında ifadə verərək ilk dəfə ona psixotrop maddə metamfini təşkil edən şəxsin Təqsirləndirilən şəxs olduğunu, ona hər dəfə psixotrop maddə lazım olduqda bu barədə Ceyhuna müraciət etdiyini, onun xahişinə əsasən də Ceyhunun ona pul müqabilində psixotrop maddə satdığını, başqa sözlə, psixotrop maddə mütamfetaminin qanunsuz “alqı-satqısında” Təqsirləndirilən şəxs satıcı qismində, özünün isə alıcı qismində iştirak etdiyini ətraflı şəkildə göstərmişdir. Şahid qeyd edilən məzmunda ifadə verməklə təqsirləndirilən şəxsin psixotrop maddə və narkotik vasitələrin qanunsuz şəkildə “alqı-satqısı” ilə məşğul olmalarını təsdiq etmişdir. Məhkəmə Şahid5 ifadəsində göstərmiş olduğu məlumatları iş üç üçün əhəmiyyət kəsb edən məlumatlar kimi qəbul edir. Belə ki, şahidin qeyd edilən hissədə verdiyi ifadəsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsinə kifayət edir. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib saxlamaqla daşımış və sözgedən predmetlərin qanunsuz “alqı-satqısı” ilə məşğul olmuşdur. Bundan başqa, iş üzrə şahid qismində çıxış edən Şahid4 xarici ölkədə olduğundan onun məhkəmə istintaqında iştirakını təmin etmək və dindirmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə qeyd edilən şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini məhkəmə istintaqında tədqiq etmək məcburiyyətində qalmışdır. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən açıq aşkar görünür ki, o, digər Şahid5 pul müqabilində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini aldığının şahidi olmuş, bundan başqa, onun özünə də psixotrop maddə metamfetamin lazım olduqda o, Təqsirləndirilən şəxs müraciət edərək sonuncudan pul müqabilində psixotrop maddə metamfetamin almışdır. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadədə digər Şahid5 məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki halları birbaşa təsdiq etdiyindən məhkəmə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut kimi qəbul edir. • Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham, yəni onun satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması, daşıması, habelə narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması cinayət işinin materiallarında olan 12 avqust 2020-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokol ilə də tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qeyd edilən protokolda öz əksini tapmış mesajların mətninə və məzmununa diqqət yetirdikdə məlum olur ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə, habelə müxtəlif şəxslər də Təqsirləndirilən şəxs müraciət edərək jarqon dildə “kola”, “patı”, “meti”, “dərman” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələr olan predmetlərin alqı-satqısı barədə danışıqlar aparmışlar. Həmin mesajların mətnlərindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs mesaj yazmış şəxslər ondan narkotik vasitə və psixotrop maddə əldə etmək niyyətində olmuşlar, habelə həmin şəxslərin bəziləri Təqsirləndirilən şəxs müəyyən məbləğ dəyərində narkotik vasitə istədiklərini bildirmişlər, hətta bəzi “müştərilər” Təqsirləndirilən şəxs hərəkətlərindən (vaxtında narkotik vasitəni satmaması və sair) narazı qalaraq ona öz iradlarını bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs yazılmış mesajların əksəriyyəti jarqon dildə “kola”, “patı”, “meti”, “dərman” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələr ilə əlaqədar olmuşdur. Eyni zamanda həmin mesajların mətnlərindən görünür ki, İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş və gələcəkdə gətiriləcək narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasında realizə edilməsi istiqamətində mesajlar yazılmışdır. Həmçinin Təqsirləndirilən şəxs mesaj yazan şəxslər Təqsirləndirilən şəxs qaçaqmalçılıqla barədə cinayət əməllərini törətməsini sövq etmişlər, eləcə də bu istiqamətdə ona “cəlbedici” təklif vermişlər. Məhkəmə istintaqında ifadə vermiş Təqsirləndirilən şəxs heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmadığını iddia etsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə istintaqında araşdırılmış və obyektiv şəkildə hüquqi qiymətini almış 12 avqust 2020-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan və həmin diskdə öz əksini tapmış yazılı məlumatlardan açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə mesajlar yazaraq, eləcə də müxtəlif şəxslərdən mesajlar alaraq faktiki olaraq narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” ilə məşğul olmuşdur. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs mesaj yazan şəxslərin ifşa olunması istiqamətində heç bir tədbir görülməmiş və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməmişdir. Məhkəmə hesab edir ki, bu hissədə ibtidai istintaq orqanı natamam araşdırma aparmış və faktiki olaraq Təqsirləndirilən şəxs “müştərilərinin” əməllərinə hüquqi qiymət verməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, ibtidai istintaq orqanı qeyd edilən məsələlər üzrə ətraflı və obyektiv araşdırma aparmalı olduğu halda, məhkəməyə məlum olmayan səbəblərdən bunu etməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs mesaj yazan şəxslərin ifşa olunması istiqamətində hər hansı bir tədbir görülməsə və həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsə də, məhkəmə belə nəticəyə gəlir ki, həmin mesajların həqiqiliyinə şübhə yoxdur və mesajlar vasitəsi ilə Təqsirləndirilən şəxs həmin mesajların bilavasitə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısına dair yazılması şübhəsizdir. Bu səbəbdən də maddi sübut kimi tanınmış diskdə olan mətnlər (yazışmalar) Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün müstəsna rol oynayırlar. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış, habelə narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması, habelə narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və evli olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, evli olmasını, şahid qismində çıxış edən qadınları ilk dəfə psixotrop maddə metamfetamindən istifadə etməyə sövq etmələrini, onun törətdiyi cinayətlərin törədilmə mexanizmini və üsulunu, onun yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroinin çəkisini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, həmin əməllərdən birinin (narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı) transmilli cinayətə aid olmasını, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 17 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2233 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan və tədqiqatdan sonra təmiz çəkisi 1,736 qram təşkil edən psixotrop maddə metamfetamin və təmiz çəkisi 1507,95 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy J2” və “Nokia 6700” markalı mobil telefonlar onun yaxın qohumlarına qaytarılmalı, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi üzrə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan və tədqiqatdan sonra təmiz çəkisi 1,736 qram təşkil edən psixotrop maddə metamfetamin və təmiz çəkisi 1507,95 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy J2” və “Nokia 6700” markalı mobil telefonlar onun yaxın qohumlarına qaytarılsın, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-922/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-922/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver