Məhkəmə qərarları › İş №1(101)-930/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-930/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-930/2020 13.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1980-cı il tarixdə Kəlbəcər rayonu, Qılışlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Kəlbəcər rayonu Qılışlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 istixana ünvanında yaşayan, Bərdə rayon xalq məhkəməsi tərəfindən xx xxxxxx 2000-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə, Abşeron rayon məhkəməsi tərəfindən xx xxx 2011-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə, Göygöl rayon məhkəməsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cərimə və müəyyən müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2013-cü il tarixdən rəsmi nikahda olduğu və xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikahını pozduğu, lakin 2018-ci ilin iyun ayında cəzaçəkmə müddətinin sonu ilə azadlığa buraxıldıqdan sonra yenidən müəyyən vaxtlarda faktiki ər-arvad münasibətlərində yaşadığı xx xxxx 1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, orta təhsilli, işsiz, Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, 1-ci dalan, ev 1-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksi, bina 7, mənzil 48də yaşayan Zərərçəkmiş şəxs ilə başqa şəxslə görüşməsi səbəbindən münasibətləri korlandığı üçün dəfələrlə mübahisə edib münasibətləri davam etdirmək, onu başqa şəxslə görüşməkdən və gecə klublarına getməkdən yayındırmaq məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda özünün istifadə etdiyi 070 ***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi 070 ***-**-** saylı mobil nömrəyə ona xəyanət etməsini bağışlamayacağını, başqa şəxslə görüşməyə davam edərsə onu öldürəcəyi barədə çoxsaylı sms mətnləri göndərməsinə baxmayaraq sonuncunun onun hədələrinə reaksiya verməyib onunla ər-arvad münasibətlərini davam etdirməkdən imtina edərək onun haqqında hüquq-mühafizə orqanlarına şikayət etməsindən sonra Zərərçəkmiş şəxs qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlməsi və cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində ünvan 3 ünvanının qarşısında gözləyib polis sahə məntəqəsindən qayıdan Zərərçəkmiş şəxs yaxınlaşıb başqa şəxslə görüşməsini və barlara getməsini nəzərdə tutub “bu yoldan dön” tələbinə sonuncunun onun işlərinə qarışmaması barədə cavabından sonra niyyətini həyata keçirərək qəsdən öldürmək məqsədilə əvvəlcədən üzərində saxladığı usta kimi işləyərkən istifadə etdiyi zavod üsulu ilə hazırlanmış qara rəngli cib bıçağı ilə Zərərçəkmiş şəxs boğaz nahiyyəsinə bir dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərərvurmaya aid qalxanvari vəzin və traxeyanın zədələnməsi, qanaxma ilə müşayiət olunan boyun ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, lakin Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olduğundan, o, bilavasitə öz iradəsindən asılı olmayan həmin səbəbdən məqsədinə nail ola bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Münasibətləri əvəlllər yaxşı olmuş, sonradan isə korlanmışdır. 2017-ci ildə Zərərçəkmiş şəxs kreditə mənzil götürdüyünə və onun cəza çəkməyi həmin mənzili kreditə götürməyə mane olduğuna görə onlar rəsmi nikahı pozsalar da, münasibətləri ər-arvad kimi davam etmişdir. 2019-cu ilin avqust ayında evə gələndə Gülgəzin başqa kişi ilə danışdığı üçün aralarında mübahisə yaranmış, onu izləyərkən Gülgəzin rəfiqələri ilə taksiyə əyləşib “Hiss Bar” adlanan kluba getdiklərini görmüşdür. Klubda Gülgəzlə mübahisə etmiş, sonra onlar klubu tərk etmişdir. Daha sonra Gülgəzlə barışmış və yenidən ailə kimi birlikdə yaşamışlar. Yanvar ayının əvvəllərində işləmək üçün rayona getmiş, Rayondan mütəmadi olaraq Gülgəzə pul göndərmişdir. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Gülgəzlə zəng edəndə möhkəm musiqi səsini eşidib onun yenə klubda olduğunu hiss etmiş, növbəti gün telefonla danışanda Gülgəz “ürəyim istəyir, gedirəm klublara, sən kimsən?” deyib telefonu söndürüd. xx xxxxxx 2020-ci il tarixdə Gülgəzin evinə gəlmiş, Gülgəz Eminlə 7 aydır bir yerdə yaşadığını deyib qapını açmadı. Gülgəz polisə zəng etdiyi üçün Zaur adlı sahə rəisi və iki polis əməkdaşı onu Abşeron RPİ-nə aparıb fərdi söhbət aparıldıqdan sonra sahə rəisi Zaurun yanına getməyi tapşırıb onu buraxdılar. xx xxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində sahə rəisi Zaurun yanından çıxıb evinə gedəndə Xırdalan dairəsinə çatdığı vaxt Gülgəz zəng edib Zaurun yanına getdiyini, Eminin də gələcəyini, orada söhbət edə biləcəklərini dedi. O, məhləyə gedib həyətdə təxminən 1 saata yaxın gözləsə də, Gülgəzin, bacısı Elnurənin və ya Eminin sahə rəisi Zaurun yanına gəldiklərini görməmişdir. Bir müddət sonra Zaur ona zəng edib onların gəldiklərini, Gülgəzin, paltarlarını mühafizəçiyə verəcəyini və onların çıxıb getdiklərini, dedi. Saat 18:00 radələrində Gülgəz və onun bacısı Elnurənin sahə rəisinin oturduğu yer tərəfdən gəldiklərini görüb onların dalınca gəlib Gülgəzi səslədi. Elnurə söhbət etmələri üçün onlardan 1-2 metr kənara çəkildi. Gülgəzlə söhbət etmiş, ona iradını bildirərək Elnurənin dediyinə görə, onu aldadaraq ondan pul almasına baxmayaraq Emin adlı şəxslə birlikdə olduğunu demişdir. Gülgəz ona “yaxşı eliyirəm, sənin puluna qalmamışam. Mən 7 aydır Eminlə yaşayıram. Get “Ruzim” marketin kamerasına bax gör hər axşam Emin evə nə qədər bazarlıq edir» deyə cavab verdi. O, Gülgəzdən anasının məcburi köçkün kartını və pulları geri tələb edəndə Gülgəz onda kart olmadığını rəsmi nikahları olmadığını, məhkəməyə versə də, ona heç nə sübut edə bilməyəcəyini dedi. Gülgəz ona “sən kişi deyilsən” deyib onu təhqir etdi və getmək üçün çöndü. Bu an şalvarının belində saxladığı bıçağı açıb gödəkçəsinin sağ qoluna salan vaxt bıçağın tiyəsini əli ilə tutmuş, sol əli ilə Gülgəzin qolundan tutub özünə tərəf çevirmişdir. Gülgəz ona tərəf çönüb yenə söyməyə və təhqir etməyə başladı. Bu zaman özündən çıxıb sağ əlində olan bıçaqla onun boğaz nahiyəsindən vurdu. Həmin vaxt Gülgəz “məni bıçaqla vurdu” deyib ondan çönüb yola tərəf getdi. O, Elnurəyə tərəf Gülgəzi bıçaqla vurduğunu və onu xəstəxanaya aparmasını dedi. Gülgəz camaatın çox olduğu yerə gedib yerə oturdu. O, da yolda duran taksilərin birinə oturub Abşeron rayon polis idarəsinə getmişdir. İdarədə hadisə barədə növbətçi hissəyə məlumat vermiş və bıçağı təhvil verib izahat vermişdir. Gülgəzi qorxutmaq üçün ona bir bıçaq xəsarəti yetirsə də, niyyəti onu öldürmək olmamışdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Təxminən 2008-2009-cu illərdən Təqsirləndirilən şəxs ilə tanış olub ailə kimi yaşamışlar. 2013-cü ildə Nahidlə həbs olunduqdan 5-6 ay sonra onunla rəsmi nikaha daxil olmuşdur. Nahid cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxt onun yanına tez-tez gedib-gəlmiş, lakin sonradan ona müxtəlif şəxslər mobil telefona zənglər edib Nahidlə bir yerdə cəza çəkdiklərini və nömrəni Nahidin verdiyini deyirdilər. Həmin şəxslər yaxşılıq etmələri üçün zəng etdiklərini desələr də, sonradan ona əxlaqsız təkliflər etdiklərindən bunlardan bezib Nahidə nömrəni heç kimə verməməsini demişdir. Nahid yaxşılıq etmələri üçün nömrəni verdiyini deyirdi. Nahidlə münasibətləri soyuduğu üçün ondan ayrılmaq qərarına gəlmişdir. 2016-cı ildə ev almaq üçün Nahiddən rəsmi ayrılmış və 2019-cu ildə hazırda yaşadığı ünvana köçmüşdür. 2018-ci ilin mart ayında Novruz bayramı ərəfəsində Nahid həbsdən çıxıb onunla yenidən münasibətləri bərpa etməyə çalışdı. O, Nahidlə münasibətləri bərpa etmək istəməmiş, onunla əlaqələri kəsmişdir. Boşandıqdan sonra Emil adlı şəxslə münasibət saxlamışdır. 2019-cu ilin yay aylarından sonra bir neçə dəfə Nahid yenə evinə gələndə onunla söhbət edib onunla yaşamaq istəmədiyini başa salmağa çalışmışdır. Ondan ayrıldığıan görə Nahid onun və uşaqlarının mobil telefonuna hədələyici mesajlar yazırdı. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 19-20 radələrində Nahid yaşadığı mənzilə gəlib qapını döyərək onu nalayiq ifadələrlə təhqir edib çölə çıxmasını dedi. O, qorxduğu üçün qapını açmayıb həm kompleksin mühafizəsinə, həm də DİN-nin 102 zəng xidmətinə zəng etmişdir. Polislər gəldilər və sahə müvəkkili Zaur adlı əməkdaş onu səhəri gün sahə polis məntəqəsinə dəvət etdi. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində bacısı Elnurə ilə birlikdə Zaurun yanına getmişlər. Orada ərizəyazdıqdan sonra otaqdan çıxıb bazar istiqamətinə tərəf getmişlər. Bazara çatanda Nahid ona yaxınlaşıb niyə belə etdiyini soruşanda ona birlikdə yaşa bilməyəcəklərini, əşyalarını da mühafizənin yanına qoyacağını dedmişdir. Həmin vaxt Nahid gödəkçəsinin sağ qolunu barmaqlarına kimi dartmaqla sanki əlində nəsə gizlədirdi. Nahid onunla üzbəüz durmuşdu. Bacısı Elnurə isə piyada yolunda ondan təxminən 2-3 metr aralıda dayanaraq onlara baxırdı. Bu vaxt boğazına nəsə dəydiyini hiss etmiş və boğazından qan açıldığını görmüşdür. Onu vurmamışdan əvvəl Nahidə onunla bir yerdə olmaq istəmədiyini deyəndən sonra Nahiddən böyük qızı Günelin ünvanına niyə söyüşlər söydüyünü soruşub ondan uzaq olmasını istəmiş və bu sözlərindən sonra Nahid onu vurmuşdur. Nahid onu vurandan sonra o, yenə Kristal-Abşeron yaşayış kompleksinə tərəf qaçmağa başlamış və dörd yol tərəfə çatanda 2 nəfər polis əməkdaşını görüb səsi çıxmadığı üçün onları əl işarəsi ilə səsləmişdir. Həmin ərəfədə Röyal adlı tanışları da ora gəldi. Bacısı ilə birlikdə Röyalın maşını ilə onu Xırdalan şəhər təcili tibbi yardım stansiyasına, oradan da Semaşko adına xəstəxanaya aparmışlar. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Münasibətləri yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs oğlu onun anasıdır. Bakı şəhərinə gələndən sonra anası Təqsirləndirilən şəxsla birlikdə yaşamış, o, da Nahidə «ata» deyə müraciət etmişdir. Nahid avtoqəza törətdiyi üçün cəzaçəkmə müəssisəsində olan vaxtda anası Nahidlə rəsmi nikaha daxil oldu və 2016-cı ildə anası ondan ayrıldı. 2018-ci ildə isə Nahid cəzaçəkmə müəssisəsindən azadlığa buraxılandan sonra yenə anası ilə münasibət quraraq onlarla birlikdə yaşamağa başladı. 2019-cu ilin yay ayında o, həm öz ailəsi, həm də xalası Elnurənin ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Kristal- Abşeron-2 yaşayış kompleksində ev almış və ayrı-ayrı mənzillərdə yaşamağa başlamışlar. Həmin evdə olduqları vaxtlarda da Nahid evə gəlib getməyə və anası ilə münasibətlərini bərpa etməyə çalışırdı. 2019-cu ilin yay aylarında evdə olduqları vaxt Nahid evə gəlib anasını hədələyərək ayrılmamağını istədi. Həmin vaxt o, kompleksin mühafizəçilərinə zəng edəndən sonra mühafizəçi gələndə Nahid hamam otağına girib lezva ilə özünü doğradı. Sonradan bir neçə dəfə Nahid yenə evə gəlib anası ilə barışmaq istəsə də, anası onunla yaşamaq istəmədiyini dedi. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 19-20 radələrində Nahid yenə yaşadıqları mənzilə gəlib qapını möhkəm döyərək anasını nalayiq ifadələrlə təhqir edib çölə çıxmağını tələb etdi. Anası qorxduğu üçün qapını açmayıb kompleksin mühafizəsinə və DİN-nin 102 zəng xidmətinə zəng etdi. Polislər gələndən sonra anası qapını açdı. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində anası Gülgəz xalası Elnurə ilə birlikdə sahə müvəkkilinin yanına getdilər. Bir müddət sonra xalası həyəcanlı şəkildə ağlayaağlaya evə gələndə ondan nə olduğunu soruşmuş, xalası Nahidin Xırdalan şəhərində bazarın yanında bıçaqla anasının boğazından bıçaqla vurduğunu, anasının xəstəxanada olduğunu dedi. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Münasibətləri və ədavətləri olmayıb. Zərərçəkmiş şəxs onun bacısıdır. Gülgəz təxminən 2009-cu ildən Nahidlə ailə kimi yaşayırdı. 2013-cü ildə Nahid məhkum olunandan sonra onunla rəsmi nikaha daxil oldu. Nahid cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxt bacısı onun yanına tez-tez gedib-gəlirdi. Sonradan bacısının deməsindən bilmişdir ki, Nahidlə bir yerdə cəza çəkmiş müxtəlif şəxslər bacısının mobil telefonuna zənglər edib ona əxlaqsız təkliflər ediblər. Bundan sonra Nahidlə bacısının münasibətləri pisləşdiyi üçün bacısı ondan ayrılmaq qərarına gəldi. 2018-ci ilin mart ayında Nahid həbsdən çıxandan sonra bacısı ilə münasibətləri yenidən qurmağa çalışdı. Lakin, bacısı onunla münasibətləri bərpa etmək istəmədi. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 19:20 radələrində Nahid onların yaşadıqları binaya bacısı Gülgəzin mənzilinə gəlib qapını möhkəm döyərək nalayiq ifadələrlə təhqir edib çölə çıxmasını dedi. Gülgəz binanın mühafizəsinə və polisə zəng etdi. Polislər gələndən sonra sahə müvəkkili Zaur bacısını səhəri gün polis məntəqəsinə dəvət etdi. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində bacısı Gülgəzlə birlikdə Zaurun yanına getmişlər. Zaur hadisə ilə bağlı bacısına ərizə yazdırdı. Bundan sonra onlar otaqdan çıxıb bazar istiqamətinə getmişlər və bazarın yanına çatanda arxadan Nahidin bacısını səslədiyini eşitmişdir. O, bir qədər kənarda durub bacısı ilə Nahidin söhbətinə qarışmamış, birdən Nahidin bacısının boyun nahiyəsinə sağ əli ilə vurduğunu görmüşdür. Gülgəz əli ilə boğazını tutub yol tərəfə qaçdı. Nahid onun dalınca getmək istəsə də, onun gödəkçəsindən tutub ona Gülgəzdən əl çəkməsini demiş, həmin vaxt Nahidin Gülgəzi yumruqla vurduğunu zənn etmişdir. Nahidin pul qabı yerə düşdüyü üçün əyilib pul qabını götürəndə Nahidin sağ əlində qara rəngli tiyəsi olan bıçaq görmüşdür. Bundan sonra maşınların arasından bacısının başını və gödəkçəsinin qanlı olduğunu, uzaqda duran polis əməkdaşlarından kömək istədiyini görüb bacısı tərəfə qaçmışdır. Nahid taksiyə minib sakitcə çıxıb getdi. Sonra Royal adlı tanışı onları görüb Gülgəzlə onu avtomobili ilə Xırdalan şəhər təcili tibbi yardım stansiyasına, oradanda X4 çatdırdı. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Şahid2 istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, Gəncə şəhərində qeydiyyatda olsa da, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-Abşeron-1 yaşayış kompleksində qohumumun evində tək yaşamış və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2020-ci ilin əvvəllərində taksi qismində işləyəndə Elnurə adlı bir xanımla tanış olmuş, onu və bacısı Zərərçəkmiş şəxs 20 yanvar dairəsindən “Kristal Abşeron-2” Yaşayış kompleksinə gətirmiş, həmin vaxtlarda Mersedes-Benz E-klass (VV124) markalı **-VD-*** nömrəli qara rəngli avtomobil sürmüş və həmin avtomobili dostundan 2-3 həftəlik icarəyə götürmüşdür. Həmin vaxtdan Elnurə ilə simpatiyası və münasibətimiz yaranmış, Şahid1 2 qız övladı olduğunu, onun yaşadığı mənzilin altındakı mənzildə də bacısı Zərərçəkmiş şəxs iki övladı ilə ərlərindən ayrı yaşadıqlarını bilmiş, Şahid1 ilə tanış olanda o, özünü Sevinc kimi təqdim etmiş, o, da ona Sevinc deyə müraciət etmiş, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Sevinclə yazışan zaman o ona səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə adətən taksilik etdiyi və dayandığı Kristal Abşeron-1 Y/M tərəfə bacısı Gülgəzlə gələcəklərini demiş, lakin gəlmələrinin səbəbini bildirməmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17-18 radələrində H.Əliyev prospektində yerləşən «Zahra Baby» uşaq paltarları mağazasının yanından avtomobili ilə keçərkən orada olan dayanacağın yanında qarışıqlıq olduğunu, həm də bir qadının qanlı vəziyyətdə yol kəsişməsində olan yol nişanına söykəndiyini görüb avtomobili dayanacaqda saxlayıb çölə çıxmışdır. Həmin vaxt səs-küyə yığılan adamların içində tanışları Elnurəni və onun bacısı Gülgəzi qanlı vəziyyətdə görmüş, orada onlara heç kim kömək etmək istəmədiyi üçün onlara kömək etmək üçün avtomobilinə otuzdurub Xırdalan şəhər təcili tibbi yardım stansiyasına aparmış, orada Gülgəzə ilkin tibbi yardım göstəriləndən sonra o, tibbi avtomobillə X4, yəni Semaşko adına xəstəxanaya aparılmış, o və Elnurə də onların dalınca getmişlər. Gülgəz xəstəxanada olarkən Elnurə ilə 1-2 dəfə yanına baş çəkməyə getmiş, hadisə günü Gülgəzi həyatımda ikinci dəfə idi ki, görmüş, onun boğazından həmin vaxt qan gəlmiş və avtomobilin içi də qana bulanmışdır. Hadisədən sonra qanın qoxusu getmədiyindən məcbur olub salonu bütöv dəyişdirmiş, Elnurə xəstəxanaya gedən zaman yolda demişdir ki, onu keçmiş əri Təqsirləndirilən şəxs bıçaqla vurmuşdur. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Şahid4 istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdən Abşeron RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin sahə rəisi vəzifəsinə təyin edilmiş, xidməti ərazisi 6 №-li inzibati sahə, yəni Xırdalan dairəsindən H.Zeynalabdin küçəsinin sol tərəfi və Kristal-Abşeron-2 yaşayış kompleksi olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron-2» yaşayış kompleksinin mühafizəsindən ona 7 saylı evin 35 saylı mənzilində kişi olması, keçmiş ərin də gəlib səs-küy salıb qonşuları narahat etməsi barədə məlumat verilmiş, o, da bu barədə növbətçi hissəyə məlumat verib özü də həmin yerə getmiş, binanın həyətinə gələndə növbətçi hissənin maşını da ora çatmış və birlikdə həmin mənzilə qalxmışlar. Mənzilə qalxanda sonradan adını bildiyi Təqsirləndirilən şəxs tək halda mənzilin qapısının ağzında səs-küy salıb «sənə pul göndərirdim, göndərdiyim pullar haram olsun, pullarımı qaytar» deməklə yüksək səslə danışdığını, içəridən də bir qadının «evdə kişi var, çıx get» dediyini eşitmişdir. Polis əməkdaşları ev yiyəsinin 102 xidmətinə də zəng etdiyini demiş, bundan sonra Təqsirləndirilən şəxs sakitləşdirib aşağı düşməsini tapşırmış, ev yiyəsi olan sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi qadın da qapını açmış, evə girəndə evdə Gülgəzlə bacısı olduğunu bildiyi Elnurə də olmuş, amma başqa kişi olmamış, Gülgəz özü ona əl çəkməsi üçün evdə başqa kişi olduğunu söylədiyini demişdir. Gülgəz həyəcanlı olduğu üçün ondan ərizə və izahat ala bilməmiş, onu sakitləşəndən sonra ərizə və izahat yazması üçün xidməti otağına dəvət edib aşağı düşərək mobil nömrəsini Nahidə verib yanına gəlib izahat verməsi üçün zəng etməsini tapşırıb əraziyə getmişdir. Yanvar ayının 20-də səhər vaxtı Nahid ona zəng eləyəndən sonra onu xidməti otağına çağırıb ondan izahat alıb ona ərazidə olmasını, qızlardan ərizə və izahat alacağını, əlavə sualları olarsa çağıracağını demişdir. Axşam saat 17 radələrində Gülgəz və bacısı Elnurə onnu Kristal-Abşeron-1 yaşayış kompleksindəki xidməti otağına gəlmiş, Gülgəzdən izahat alanda o, Nahidlə əvvəllər rəsmi nikahda olduğunu, sonradan onunla boşandığını, amma buna baxmayaraq Nahidin onunla barışmaq istədiyini, ona qarşı kobud ifadələr işlətdiyini, ona qarşı hər yerdə pis fikir formalaşdırdığını, o, isə onunla barışmaqdan imtina etdiyini, xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində yenə də Nahidin yaşadığı evə gəldiyini, qapını açmayıb narahat olub DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bundan sonra Gülgəzlə söhbət əsnasında ona onun yanına Emin adlı başqa bir şəxsin gəlib-getdiyini deyəndə Gülgəzə «əgər Emin səninlə yaşayırsa o, müvəqqəti olaraq qeydiyyata düşməlidir, əgər qeydiyyata düşməsə onun barəsində qanuni tədbir görüləcək, qeydiyyata düşmək istəmirsə gəlməsin» deyəndə Gülgəz «bəs niyə Nahid gəlir» deyə soruşmuş, o, da onun yanında Nahidlə əlaqə saxlayıb Gülgəzin yanına gəlməməsini deyəndə Nahid Gülgəzdən məcburi köçkün kartını və əşyalarını istəmiş, Gülgəzdən kartın onda olub-olmadığını soruşanda Gülgəz kartın onda olmadığını və əşyalarını isə mühafizəyə qoyacağını demişdir. Nahidə pullarını istəməsinin mülki məsələ olduğunu, istəyərsə məhkəməyə müraciət edə və bunun üçün vəkillərdən istifadə edə biləcəyini demiş, sonra Gülgəz və bacısı onun yanından çıxıb getmiş və o, da öz xidməti işi ilə məşğul olmuşdur. Bir neçə saat sonra ona Kristal- Abşeron-1 yaşayış kompleksinin yaxınlığında bıçaqlanma hadisəsinin olduğu deyilmiş, bu barədə növbətçi hissəyə məlumat verəndə növbətçi hissədən bu barədə bildikləri və artıq cinayəti törədən şəxsin təslim olduğu deyildiyi üçün həmin hadisə ilə artıq polis idarəsində məlumat olduğundan və şəxs özü təslim olduğundan həmin hadisə ilə bağlı araşdırma aparılması ilə məşğul olmamışdır. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, həmin bıçaqlanma hadisəsini Təqsirləndirilən şəxs törətmiş, belə ki, Nahid yanvar ayının 20-də axşamüstü saat 17-18 radələrində Gülgəzə «Zəhra Baby» mağazasının qarşısında bıçaqla xəsarət yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli dbaxış keçiurilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1A ünvanında yerləşən «Zahra Baby» mağazasının qarşısında görərək onunla bir müddət mübahisə edəndən sonrabıçaqla onun boyun nahiyəsinin ön səthindən vuraraq oradan uzaqlaşmış, Hadisə yerinin müayinəsi zamanı yerdə qan izləri müşahidə edilsə də, həmin izlər quruduğu üçün nümunə götürmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hadisə yerində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 299 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş «qalxanvari vəzin və traxeyanın yaralanması ilə müşayiət olunan boyun nahiyəsinin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası» xəsarəti iti deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış təkrar məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli T- 144/2020 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs «qalxanvari vəzin və traxeyanın zədələnməsi, qanaxma ilə müşayiət olunan boyun ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası» olmuş, həmin xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx xxxxxx 2020-ci tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətin xarakteri və yerləşdiyi nahiyə xəsarət yetirilərkən həmlə edənlə zərərçəkmişin qarşılıqlı duruş vəziyyətinin müxtəlif olması mümkündür. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə tibbi və kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli 72-MTKŞ/2020 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus paltarlarda (gödəkçə və qadın şalvarı) hər hansı bir zədə aşkar olunmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçağına uytun gəlir və soyuq silah hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 130/2020-MTBŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu «Abeta (H)/İİ/»-dir. Tədqiqata təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçə, şalvar və bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrində qrup antigenləri və aqqlyutininləri ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, şalvar və gödəkçədə, həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1635 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və ya digər stimuledici, bihuşedici maddələrdən istfiadə etmə halları aşkar olunmadı. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 914 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xaraterini, ictimai təhlükəliliyini dərkı etmək və onları idarə etmək iqtidarında olmuşdur və buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Eqosentizm, inadkarlıq, çılğınlıq, özünə qarşı hörmət tələb etmək, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi psixi-emosional sferasında hirslilik yaranmamış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emoional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənximləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuş və cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Abşeron rayon polis idarəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gələrək qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirib qara rəngli təxminən 7-8 sm uzunluğu olan açılıb-bağlanan bıçağı könüllü təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus cinayətin törədildyi bıçağa baxış keçirilmiş, baxş keçirilərkən müəyyən olunmuşdur ki, ümumi uzunluğu 16,5 sm olan, qatlanıb-açılan, qara rəngli bıçağın tiyəsinin uzunluğu 7,5 sm, eni isə 1,9 sm-dən başlayaraq ucuna doğru ensizləşmiş və uc hissəsi 0,2 sm-ə çatmış, tiyənin üzərində üst hissədə zavod üsulu ilə hazırlanmaya xarakterik dəlik olmuş və bıçağın tiyəsinin hər iki tərəfində qanabənzər ləkələr müşahidə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus geyim əşyalarına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, qəhvəyi rəngli üzəri dəri, iç hissəsi parça materialdan olan qadın şalvarının arxasında hər hansı zədə və qan müşahidə edilmədə də, ön tərəfində bellik hissədə və bir qədər aşağıya doğru cib nahiyələrinin aralığında süni işıqlanma şəraitində maye ləkələri, həmçinin bellik hissənin önündə, həmçinin kənarları çəhrayı və boz rəngli tükləri olan, kapuşonlu, gümüşü rəngli, uzunqol, uzunluğu bel nahiyəsinə qədər, içərisi çəhrayı astarlı, balonka tipli, yan tərəflərində iki cibi olan qısa gödəkçənin ön tərəfində və astar nahiyədə, hər iki qol nahiyələrində sıçramış formada qırmızı rəngli qanabənzər ləkələr müşahidə edilmiş belə tipli ləkələr gödəkçənin arxasında da olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 təqdim etdiyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandıqdan sonra kömək üçün polis əməkdaşlarına yaxınlaşması əks olunan videogörüntülər olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs müşahidə kamerası ilə üzbəüz istiqamətdən səki ilə boğaz nahiyəsini tutmuş halda gəlib ətrafda olan şəxslərə müraciət edib nəsə deməyə çalışmış və yolun hərəkət hissəsinə keçəndən sonra ona 2 nəfər polis əməkdaşı yaxınlaşmış və onlar birlikdə yolun səki hissəsinə qayıtmışlar. Bundan sonra polis əməkdaşları mobil telefon vasitəsilə kiminləsə əlaqə saxlamış, bu zaman Zərərçəkmiş şəxs bacısı Şahid1 yaxınlaşıb ağlaya-ağlaya və qışqıra-qışqıra bacısı Zərərçəkmiş şəxs ilə danışmış, daha sonra onlara Royal yaxınlaşmış və onlar üçü birlikdə əks, yəni Zərərçəkmiş şəxs gəldiyi istiqamətə gedib müşahidə kamerasının görüntü dairəsindən çıxmışlar. Məhkəmədə nümayiş etdirilmiş xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs müşahidə kamerası ilə üzbəüz istiqamətdən səki ilə boğaz nahiyəsini tutmuş halda gəlib ətrafda olan şəxslərə müraciət edib nəsə deməyə çalışır. Yolun hərəkət hissəsinə keçəndən sonra ona 2 nəfər polis əməkdaşı yaxınlaşır və onlar birlikdə yolun səki hissəsinə qayıdırlar. Bundan sonra polis əməkdaşları mobil telefon vasitəsilə kiminləsə əlaqə saxlayırlar. Zərərçəkmiş şəxs bacısı Şahid1 yaxınlaşıb ağlaya-ağlaya və qışqıra-qışqıra bacısı Zərərçəkmiş şəxs ilə danışır, daha sonra onlara Royal yaxınlaşır və onlar üçü birlikdə əks, yəni Zərərçəkmiş şəxs gəldiyi istiqamətə gedib müşahidə kamerasının görüntü dairəsindən çıxırlar. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, bakcell MMC-dən alınmış diskə baxış keçirilərək Şahid1 istifadə etdiyi 055 ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 357-23-36, 070 ***-**-** və 070 ***-**-** saylı mobil nömrələr arasında danışıqlar və yazışmaların olub-olmamasını müəyyən etmək üçün məlumatlar təhlil edilmiş və müəyyən olunmuşdur ki, həmin nömrələr arasında xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək mütəmadi danışıqlar və sms yazışmaları olmuşdur. Belə ki, xx-xx-2019-cu il tarixdə saat 18:00-da ********** saylı mobil nömrədən ********** salyı mobil nömrəyə "Sevinc sene qurban o qeyri etik ifadə de ki men o gun nece manat xerclemisem pulumu versin. Meni aldatdi ki eminle qurtarmisam meni saxla. Sendeme hergunde eminle danisirmis. Bunu mene emin dedi. Deyirem aye niye saxlamirsam bara gedir. Deyir men kasib oglanam pulum var ozumu gucle dolandiriram. Sevinc ona de menim pulumu versin men onuncun lox deyilem»; xx-xx-2020-ci il tarixdə saat 01:37-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Sevinc o qeyri etik ifadə senle klubdadir, ona deki men ona gore butun heyatimi qoydum»; xx-xx-2020-ci il tarixdə saat 11:50-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Sevinc sen balalarinin cani, menimle danis. Bu qeyri etik ifadə bugece yene eminle biryerde otelde qalib. Sevinc men collerde zulm cekib buna corek qazaniram. Bu menim pulumu yeyib basqasina qeyri etik ifadə. Anamin olmusune sene verdiyim puldan 1 qepik gormemisem»; xx-xx-2020-ci il tarixdə saat 22:39-da «Axsamin xeyir sevinc necesen. Sevinc men herseyi buraxdim allahin eteyine. Axsamki olanlari gorseydin dehsete gelerdin. Bunu oldurub ozumu niye bedbaxt ediremki, axsam qeyri etik ifadə gede, itlerin yaninda deyir aglin var pulunu yedirtme. Dedim qeyri-etik ifadə senin kimi qiryetsiz olsam, mende senin kimi bara buraxardim» məzmunlu mesajlar yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxxxxx” MMC-dən alınmış diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs istifadə etdiyi 070 492-52- 52, 070 492-52-50, 070 ***-**-** saylı, onun bacısı Şahid1 istifadə etdiyi 070 875-04-50, 055 ***-**-** saylı mobil nömrələri Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-**, ***-***-**-** arasında xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək mütəmadi olaraq, hətta gün ərzində bir neçə dəfə olmaqla günün müxtəlif vaxtlarında müxtəlif müddətə zəngləşmələrin, hadisə baş verdiyi ərəfələrdə də çoxsaylı danışıqların aparıldığı, xx xxxxxxx 2019-cu il tarixdə saat 02:29:15 dəqiqədə **********52 mobli nömrəsindən **********52 mobil nömrəsinə «Qarnindaki bes menim usagimiydi qeyri-etik ifadə, sen onu bil ki o qeyri-etik ifadə bele qalmayacaq. Senide yasadaramsa qeyri-etik ifadə olaram. Seni bu binanin qabaginda hamiya tanidacam» məzmunlu, xx xxxxxxx 2019-cu il tarixdə saat 02:51:52 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Meni nece aylardi aldadirsan ki senin usagini dasiyiram, pulumu yeyirsen sene bunu kecmeyecem. Senol olumune kesecem. Kelenede deki qeyrietik ifadə qeyret ceken ele qeyri-etik ifadə » məzmunlu, xx xxxxxxx 2019-cu il tarixdə saat 20:20:28 dəqiqədə **********52 mobiıl nömrəsindən **********52 mobil nömrəsinə «Sabah senin menim yanimda o oglan demese ki men bunnan aile qurmusam, senin agzini orda qeyri-etik ifadə. Bele sen onsuzda gunde birine qeyri-etik ifadə qeyri-etik ifadə. Men senin kimi qeyri-etik ifadə dalina dusesi oglan deyil, mene etdiyin xeyaneti sene keceside ogul deyilem bunu bil. 4 aydi basqasina verib menim basimin altina yastiq qoydun. qeyri-etik ifadə ay emdiyin sudun icini qeyri-etik ifadə. Sen mene deyirdin balamin namusuna men hec vaxt qeyri-etik ifadə etmerem. Ama senin xemirin qeyri-etik ifadə yogrulub» məzmunlu, xx xxxxxxx 2019-cu il tarixdə saat 20:46:23 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Heyatimda bas verecekleri birdene genis sekilde kamaraya almisam. Tek seni deyil ozumude seninle gomdurecem. Bu xeyanetle yasamaq ucun gerek qeyri-etik ifadə olasan. Oda bizim qanimizda yoxdu» məzmunlu, xx xxxxxxx 2019-cu il tarixdə saat 22:28:31 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Men bu xeyaneti, lekeni ustumden temizleyecem. Meni qebire qoyanda deyecekler allah rehmet elesin adini serefini temizleyib getdi. Amma seni kim bastiracaq bilinmir. Kim basdirsada deyecek gorunu qeyri-etik ifadə. Sen oldun olmedin bu ad alnindadir» məzmunlu, xx xxxxxxx 2019-cu il tarixdə saat 16:19:49 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «qeyri-etik ifadə sen mene qeyri-etik ifadə, deyirmis,sen ona qeyri-etik ifadə elemi. Gulgez seni oldurmeyecem, seni yer zelili edecem. Omrunun sonuna kimi kalyaskada otuzduracam. Senin yolunda cekdiyim ezablari en azindan bu 10 milyonun 1 milyonu bilir. Sen islenmis qeyri-etik ifadə. Ecelini gozle.» məzmunlu, xx xxxxxxx 2019-cu il tarixdə saat 20:07:07 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Men senin yaninda qalanda coreye and icdinki bu 3 gunde eminle danismamisam. Emine demisen o meni qeyri-etik ifadə. Yalancinin qizinin 2sinide ele emin qeyri-etik ifadə. qeyri-etik ifadə men yaninda olandada eminle danisirmissan. Bu heyatda yasamagin ucun birazdan olsun isiqyolu qoymadin» məzmunlu, xx xxxxxx 2019-cu il tarixdə saat 22:24:41 dəqiqədə **********3 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Az qalib, seninde canini qurtaracam, ozumunde» məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 23:03:10 dəqiqdəə 9**********3 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Gulgez qeyretini qeyri-etik ifadə bunu kecmeyecem. Menim elimin qabariyla qazandigim pulu yeyib basqasina qeyri-etik ifadə yasadaramsa qeyri-etik ifadə. Gelirem varyoxun qeyri-etik ifadə » məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 23:11:11 dəqiqədə 9**********3 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Meni yig, onsuzda gelib olunun gorunu qeyri-etik ifadə » məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 00:51:30 dəqiqədə 9**********3 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Men sene gore collerde pul qazanib sene gonderirem, sense klubda, qeyri-etik ifadə. Gelib olunun gorunu qeyri-etik ifadə » məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 20:14:52 dəqiqədə 9**********3 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Noldu men senden otru collerde isleyirem, meni sevmedin, amma darmavoy qeyri-etik ifadə nece sevdiyini hamiya soyledin. Men sene meni aldadib heyatimla oynadigini sene yidizdirecem» məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 21:50:03 dəqiqədə 9**********3 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Bax sene deyirem, sen bara getsen varyoxun qeyri-etik ifadə seni oldurecem. İnan allaha ki bunu edecem» məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 23:38:37 dəqiqədə 9**********3 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Klubda olmasan evde olsan zeng ederdin. Unutma, ki qeyri-etik ifadə hecne artira bilmeyessen. qeyri-etik ifadə sellasacaqsan, agzini qeyri-etik ifadə basini kesecem». Məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 06:24:40 dəqiqədə 9**********3 mobil nömrəsindən **********52 mobil nömrəsinə «qeyrietik ifadə qeyretini qeyri-etik ifadə sen oldun, qabagima duraninda bacisini qeyri-etik ifadə » məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 11:27:09 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Sen qeyri-etik ifadə uje dusmencilik yaratdin. Sene vaxtinda dedimki heyatinda o varsa denen. Sen meni aldadib pulumu yedin elemi. Meni pul yox 12 il qurban verdiyim heyatimi niye aldadib mehv etdiyine gore cavab vereceksen.» məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 14:58:15 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Doyunca qeyri-etik ifadə qeyri-etik ifadə. Gelirem gorek men qeyri-etik ifadə, menim coreyimi yeyib pulumu yeyib kele saxlayirsan. Harada isteyirsen sikayet et. Bunu allah goturmez, qaldi qanun.» məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 16:40:49 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Gelirem men sene verdiyim pullari subut edecem, 7 aydi yasadigin oglan xebersiziydiki, seni evde otuzduran menem. Qeyretsiz qeyri-etik ifadə olaram elimin qabarini yeyib meni aldatdigini sene kecmeyecem. Ac telefonumu» məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 23:02:33 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Onsuzda agzini qeyri-etik ifadə seni oldurecem. Menim pulumla kele saxlayirsan, elemi.» məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 17:52:14 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Senin yolunda zulm cekmisem, nece heyat isteyirsen sene yasadim, amma tovbe et o qeyri-etik ifadə uzaq, ol. Otur evinde. Menimlede qiraxda gorusersen. Bunu sondefe sene deyirem. Dediyimi etmesen ne Olacagini dusun. Mene zeng et isim var.» məzmunlu, xx xxxxxx 2020-ci il tarixdə saat 13:54:50 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «Gulgez vaxtinda sene yalvardim ki heyatinda ureyinde kimse varsa, meni aldatma. De cekilim. O gunu gunesli usagi, dostum dediyinde ele o imis. Mene cavab ver heyatinda o varken meni niye aldadirdin. Agzini qeyri-etik ifadə basini kesecem onsuzda, menim heyatimi mehv etdin mene zeng ele» əmzmunlu, saat 14:33:55 dəqiqədə **********52 mobil nömrəsindən **********52 mobil nömrəsinə «And ola allaha aqibetin agir olacaq, mene zeng et. Hakqin yox idi bunu mene edesen. Menden ayrilib ne isterdinse ederdin.mene zeng et» məzmunlu çoxsaylı nalayiq formalı, etikadankənar yazışmaların aparıldığı müəyyən edilmişdir Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 210-05/13 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs nikahı xx xxxx 2013-cü il tarixdə 771 saylı akt qeydi ilə və nikahın pozulması isə xx xxxxxx 2017-ci il tarixdə 399 saylı akt qeydi ilə qeydə alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli maddi sübut qismində tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 1 ədəd qadın şalvarı və 1 ədəd gödəkçə maddi sübut kimi tanınıb Abşeron rayon prokurorluğunun sübutların saxlanc otağında saxlanılır. Məhkəmə, yuxarıda sadalanan sübutları ittihamda nəzərdə tutulan cinayət hadisəsinin baş verməsini və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2013-cü il tarixdən rəsmi nikahda olduğu və xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikahını pozduğu, lakin 2018-ci ilin iyun ayında cəzaçəkmə müddətinin sonu ilə azadlığa buraxıldıqdan sonra yenidən müəyyən vaxtlarda faktiki ər-arvad münasibətlərində yaşadığı xx xxxx 1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, orta təhsilli, işsiz, Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, 1-ci dalan, ev 1-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksi, bina 7, mənzil 48-də yaşayan Zərərçəkmiş şəxs ilə başqa şəxslə görüşməsi səbəbindən münasibətləri korlandığı üçün dəfələrlə mübahisə edib münasibətləri davam etdirmək, onu başqa şəxslə görüşməkdən və gecə klublarına getməkdən yayındırmaq məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda özünün istifadə etdiyi 070 ***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi 070 ***-**-** saylı mobil nömrəyə ona xəyanət etməsini bağışlamayacağını, başqa şəxslə görüşməyə davam edərsə onu öldürəcəyi barədə çoxsaylı sms mətnləri göndərməsinə baxmayaraq sonuncunun onun hədələrinə reaksiya verməyib onunla ər-arvad münasibətlərini davam etdirməkdən imtina edərək onun haqqında hüquq-mühafizə orqanlarına şikayət etməsindən sonra Zərərçəkmiş şəxs qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlməsi və cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanının qarşısında gözləyib polis sahə məntəqəsindən qayıdan Zərərçəkmiş şəxs yaxınlaşıb başqa şəxslə görüşməsini və barlara getməsini nəzərdə tutub “bu yoldan dön” tələbinə sonuncunun onun işlərinə qarışmaması barədə cavabından sonra niyyətini həyata keçirərək qəsdən öldürmək məqsədilə əvvəlcədən üzərində saxladığı usta kimi işləyərkən istifadə etdiyi zavod üsulu ilə hazırlanmış qara rəngli cib bıçağı ilə Zərərçəkmiş şəxs boğaz nahiyyəsinə bir dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərərvurmaya aid qalxanvari vəzin və traxeyanın zədələnməsi, qanaxma ilə müşayiət olunan boyun ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, lakin Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olduğundan, o, bilavasitə öz iradəsindən asılı olmayan həmin səbəbdən məqsədinə nail ola bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsinin tərkib əlamətinin olduğu qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməli olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar ona 240 (iki yüz qırx) manat ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə Müdafiəçi tərəfindən 30 (otuz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmə həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınıb saxlanılması üçün Abşeron rayon prokurorluğunun sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi cinayətin törədilməsində istifadə olunan əşya kimi və Zərərçəkmiş şəxs məxsus 1 ədəd qadın şalvarı və 1 ədəd gödəkçənin istehlak dəyərlərini itirdiyi üçün məhv olunmalarını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmlş xx xxxxxx 2020-ci il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon xalq məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Abşeron rayon məhkəməsinin xx xxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Göygöl rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə, 1000 manat cərimə və 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qərarı ilə xx xxxxxx 2013-cü il tarixli hökm dəyişdirilərək üzərində 3 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzası saxlanılmış, Suraxanı rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə 2 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti xx xxxx 2018-ci il tarixdə başa çatmış və xx xxxxxx 2018-ci il tarixli qərarla 1000 manat cərimə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lakin məhkumluq ehtiyatsızlıqdan törədilən cinayətlə bağlı olduğu üçün məhkəmə cəza təyin edilərkən həmin məhkumluğun nəzərə alınmamalı olmasını nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Göygöl rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün hissəsini hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına birləşdirilməli və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzaların müstəqil icra edilməli olmalarını nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almışdır. Məhkəmədə elan olunub araşdırılmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb. Məhkəmə həmin halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün hissəsi hazırki hökmlə təyin olunmuş cəzaya tam birləşdirilsin. Qəti olaraq ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqi yardım edilməsi ilə bağlı 240 (iki yüz qırx) manat vəsait müdafiəçi X2 ödənilməsi üçün Xırdalan şəhər Vəkil Bürosunun hesabına, məhkəmədə hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat vəsait Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin, həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün üçün Abşeron rayon prokurorluğunun sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçaq cinayətin törədilməsində istifadə olunan əşya kimi, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qadın şalvarı və 1 ədəd gödəkçə istehlak dəyərlərini itirdikləri üçün məhv edilsinlər. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar