Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-932/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X3, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 7 iyul 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 52, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 7 sentyabr 2020-ci il tarixdə, saat 23 radələrində qardaşı Şahid1 işdən evə qayıtmadığına görə sonuncunun və özünün işlədiyi Sumqayıt şəhəri 8-ci mikrorayon, «X7» adlandırılan ərazidə yerləşən avtomobil təmiri sexinə gəldikdə, bir neçə gün əvvəl işlədiyi sexin qarşısındakı sahibsiz qalan «UAZ» markalı avtomobilin salonuna zibil atmasına görə ona irad bildirib özündən üzr istədən Zərərçəkmiş şəxs bu dəfə də onun qardaşı Şahid1 küçədə nalayiq ifadə işlətməsinə görə irad tutub, bu zəmində onunla mübahisə etdiyini görüb hiddətlənərək Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib üzərində gəzdirdiyi, istintaqa məlum olmayan qatlanıb-açılan bıçaq ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən həyat üçün vacib olan orqanlarına qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin döş boşluğuna keçməyən 2 (iki) ədəd, qarnın ön səthinin boşluğa keçməyən 1 (bir) ədəd, sağ gözaltı nahiyənin 1 (bir) ədəd, sağ budun orta 1/3-nin 2 (iki) ədəd yarası kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən, 1 (bir) ədəd döş qəfəsinin sağ yarısının döş boşluğuna keçən kəsilmiş-deşilmiş yarası və 1 (bir) ədəd sağ qalça çuxurunun qarın boşluğuna keçərək böyük piyliyi və bağırsaq müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, ümumilikdə 8 (səkkiz) ədəd xəsarətlər yetirib qarşı tərəfin fəal müqavimətinə baxmayaraq ondan əl çəkməyib bıçaq zərbələrini davam etdirmiş, hadisə yerində olan qardaşı Şahid1 onun bu hərəkətlərinin qarşısını alıb, tanış şəxslər onu xəstəxanaya çatdırılması və Zərərçəkmiş şəxs ixtisaslı tibbi yardım göstərilib həyatı xilas edildiyindən cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürüb həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində «X8» adlandırılan yerdə yerləşən avtomobil təmiri sexində usta köməkçisi işləmişdir. Hadisədən təxminən 15 gün əvvəl, saat 20 radələrində işlədiyi avtomobil təmiri sexini təmizləyib, topladığı tullantıları həmin ərazidə park edilmiş köhnə, sahibsiz «UAZ» markalı avtomobilin salonuna atmışdır. Bu vaxt velosipedlə oradan keçən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq irad bildirməklə ondan üzr istəməsini tələb etmişdir. O, Zərərçəkmiş şəxs avtomobilin salonuna zibil atmasının ona aidiyyəti olmadığını izah etməyə çalışmışdır. Həmin vaxt yanına qardaşı Şahid1 gəlmişdir. O, dava-dalaş olacağından ehtiyatlanıb Asimdən üzr istəmiş və sonuncu getmişdir. Buna baxmayaraq iki gün sonra Asim işlədiyi avtomobil təmiri sexlərinin yanındakı digər ustaların yanına gəlib, onu özündən necə üzr istəməyə məcbur etdiyini danışmağa başlamışdır. O, Asimə baş qoşmamışdır. 6 sentyabr 2020-ci il tarixdə işdən evə gedərkən yolda anası zəng edib qardaşı Anarın işdən qayıtmadığını, qardaşının sərxoş olduğunu, bu səbəbdən onunla maraqlanmasını tapşırmışdır. Anarın iş yerində olduğunu yəqin edib ora qayıdarkən saat 23 radələri olmuşdur. İşlədiyi avtomobil təmiri sexinin qarşısına çatarkən Asimin qardaşı Anarla mübahisə etdiyini, yanlarında tanımadığı iki nəfərin də olduğunu görmüşdür. Asimə yaxınlaşıb: «sən məndən və qardaşımdan başqa adam tanımırsan, niyə gedibgəlib bizə ilişirsən?»-deyə sual vermişdir. Bu vaxt orada olan tanımadığı, əynində ağ rəngli köynək olan cavan oğlan ona: «sən səsinin tonunu aşağı sal!» demişdir. Əsəbləşdiyi üçün üzərində gəzdirdiyi cib bıçağını çıxarıb həmin şəxsin üzərinə getmiş, sonuncu qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, ikinci tanımadığı oğlanın üzərinə getmiş, həmin şəxs də qaçmağa başlamışdır. O, geri qayıdanda Asimlə Anarın artıq əlbəyaxa olub, dalaşdıqlarını görmüşdür. Anarı kənara itələyib Asimlə üzbəüz dayanmış və bu zaman sonuncu təpiklə onun qarın nahiyəsindən zərbə endirmişdir. Odur ki, əlindəki bıçaqla Asimin bədəninə zərbələr endirmişdir. Qardaşı Anar onları ayırmağa çalışıb Asimi vurmamağı tələb etsə də o, əsəblərini cilovlaya bilmədiyindən, Asimə bıçaq zərbələrini davam etdirmişdir. Birdən qardaşı «məni də vurdun»-deyə qışqırmış, o, qeyriixtiyari qardaşına baxmış, bundan istifadə edən Asim hadisə yerindən qaçıb uzaqlaşmışdır. Asimin uzaqlaşdığını görüb əlində bıçaq onun arxasınca qaçmağa başlamışdır. Asim küçənin tinini dönərkən sonuncuya çatıb: «məni zibilə saldın»-deyə irad tutmuş və geri qayıtmışdır. Orada sonuncunu öldürmək üçün imkanı olsa da, bunu etməmişdir. Bıçağı qatlayıb cibinə qoyaraq qardaşı ilə birlikdə taksiyə minib evə qayıtmışdır. Bıçağı xatırlamadığı yerdə itirmişdir. Səhəri gün Sumqayıt ŞPİ-nə gedib törətdiyi hadisə barədə məlumat verib könüllü təslim olmuşdur. Asimə xəsarət yetirdiyi bıçağı daim üzərində gəzdirmişdir. Asimi öldürmək niyyəti olmamış, qardaşı Anara isə xəsarəti ehtiyatsızlıqdan yetirmişdir. Özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Sumqayıt şəhəri 8-ci mikrorayon, ev 27A, mənzil 38-də valideynləri ilə yaşayır. 2004-cü ildə Bakı Bədən Tərbiyyəsi və Turizm kollecini bitirmişdir. Yaşadığı binanın yaxınlığında «X8» adlanan ərazidə avtomobil təmiri sexləri vardır. Velosipedinin təmirə ehtiyacı olarkən həmin avtomobil təmir sexində işləyən Azər adlı ustaya müraciət edir. Qonşu sexlərdə işləyən Təqsirləndirilən şəxs və onun qardaşı Şahid1 üzdən tanıyır. Hadisədən təxminən 15 gün əvvəl, saat 20 radələrində idarə etdiyi velosipedlə həmin avtomobil təmiri sexlərinin qarşısından keçərkən Təqsirləndirilən şəxs əlində olan zibili yol kənarında park edilmiş sahibsiz «UAZ» markalı köhnə avtomobilin salonuna tulladığından oradan qalxan tozu görüb, Albabaya yaxınlaşaraq zibili ona tərəf atdığına görə irad tutmuşdur. Albaba onunla mübahisə etməyə başlamış və onların səsinə sonuncunun qardaşı Anar gəlmişdir. Albabaya səhv etdiyini başa saldıqda sonuncu səhvini etiraf edib üzr istəmişdir. Şahid1 söyüşcül olduğundan bir-iki dəfə ona irad bildirib, təmir sexlərinin yaşayış binasının yaxınlığında yerləşdiyini, buna görə də söyüş söyməməsini demişdir. 6 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı binanın tinində dayanarkən Şahid1 yanında iki azyaşlı uşaqla birlikdə yaşayış binasına tərəf gəlmişdir. Sonuncu həmin vaxt sərxoş olmuş və nalayiq ifadələr işlətmişdir. Anara yaxınlaşıb iradını bildirib: «sənə bir neçə dəfə demişəm ki, yaşayış binasının yaxınlığında söyüş söymə, bu binada qız-gəlin yaşayır, həmin söyüşləri eşidə bilərlər, sən yenə söyüş edirsən?»-deyib onunla bu məzmunda söhbət etmişdir. Anar onunla mübahisə etmiş, sonra kənara çəkilib kiməsə zəng edib həmin şəxsə təcili sexə gəlməyi tapşırmış və yenidən mübahisəni davam etdirmişdir. Onların danışıq səsinə evə getməyə hazırlaşan Azər adlı usta da gəlmişdir. Sonuncu da Anara işlətdiyi nalayiq ifadələrə görə irad bildirmişdir. Anar Azərə uşaqlarını öz evinə aparmağı tapşırmış, axşam gəlib uşaqlarını götürəcəyini demişdir. Buna baxmayaraq Azər getməyib Anarın uşaqları ilə kənarda dayanaraq hadisəni izləmişdir. Təxminən 3-5 dəqiqədən sonra Anarın qardaşı Təqsirləndirilən şəxs gəlmişdir. Anar qardaşının gəldiyini görüb yumruqla onun sifətinə vurmuş, o da Anara yumruq atmışdır. Bu vaxt yoldan keçən tanımadığı ağ köynəkli oğlan onlara yaxınlaşmış, Albaba həmin oğlanı görüb üstünə gedərək onu oradan qovmuşdur. Daha sonra yoldan keçən qara köynəkli oğlan onlara yaxınlaşmış, Albaba həmin oğlanı da qovmuş, geri qayıdaraq qardaşı Anara qoşulub onunla əlbəyaxa olmuşlar. Birdən Anar «məni vurdun!»-deyə qışqırmış, bu vaxt Albaba Anara tərəf çevrilmişdir. Həmin vaxt o, paltarlarının qana bulaşdığını görüb bıçaqlandığını başa düşmüş və hadisə yerindən uzaqlaşaraq yolun kənarına keçmişdir. Albaba onun arxasınca qaçmış, o isə avtobus dayanacağa doğru getmişdir. Dəyanət və Orxan adlı məhəllə uşaqları onun bıçaqlandığını görüb, Sumqayıt şəhər TTY xəstəxanasına gətirmişlər. Orada üzərində cərrahi əməliyyat keçirilib həyatı xilas edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 8-ci mikrorayon «X8» adlandırılan ərazidə icarəyə götürdüyü avtomobil təmiri sexində dəmirçi peşəsi üzrə usta işləyir. Qardaşı Albaba isə qonşuluqda yerləşən digər avtomobil təmiri sexində usta köməkçisi işləyir. Zərərçəkmiş şəxs onunla eyni ərazidə təmir sexində işləyən Azər adlı ustanın yanına gəlib-gedərkən tanımışdır. Hadisədən təxminən 15 gün əvvəl saat 20 radələrində işlədiyi avtomobil təmiri sexinin qarşısında Asimlə qardaşı Albabanın mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. Məlum olmuşdur ki, Albaba işlədiyi sexi təmizləyib topladığı tullantıları yaxınlıqda park edilmiş sahibsiz «UAZ» markalı köhnə avtomobilin salonuna atarkən oradan keçən Zərərçəkmiş şəxs bunu görüb Albabaya irad tutaraq, ondan üzr istəməsini tələb etmişdir. O, məsələnin dava-dalaşa çevrilməməsi üçün onları sakitləşdirmiş, Albaba səhvi varsa üzr istədiyini demiş, bundan sonra Asim getmişdir. 6 sentyabr 2020-ci il tarixdə yetkinlik yaşına çatmayan uşaqları ondan kabab almağı xahiş etmişlər. Həmin gün saat 20 radələrində işdən evə zəng vurub oğlu Üzeyir və Azəri yanına çağırmış, uşaqlar idarə etdikləri velosipedlə onun iş yerinə gəlmişlər. Uşaqları iş yerinin yaxınlığında yerləşən adını bilmədiyi kafeyə aparmışdır. Kafedə yemək yeyərkən təxminən 250 qram araq içmişdir. Saat 23 radələrində kafedən çıxıb uşaqları ilə birlikdə evə getmək üçün işlədiyi avtomobil təmiri sexinə doğru gedərkən oğlu Üzeyirə məxsus velosipedi idarə etmiş, təmir sexlərinin yanına çatarkən velosipeddən yıxılmış və qeyri-ixtiyari hündürdən nalayiq ifadə işlətmişdir. Həmin vaxt yaxınlıqda dayanan Zərərçəkmiş şəxs ona yaxılaşıb söyüş söydüyünə görə ona irad tutmuşdur. O, söyüşü qəsdən deyil, velosipeddən yıxılıb əzildiyi üçün qeyri-ixtiyari işlətdiyini bildirmişdir. Buna baxmayaraq Asim demişdir ki, ətrafda binalar, həmin binalarda yaşayan ana-bacılar onun söyüşünü eşidib, narahat olarlar. Həmin vaxt Asimin yanında dayanan ağ köynək geyinmiş oğlan tez-tez əlini belinə aparsa da, Asim onu saxlayaraq «lazım deyil»-demişdir. Bundan sonra ora əynində qara köynək olan başqa bir oğlan gəlmişdir. Asimlə mübahisə edərkən qardaşı Albaba da gəlib, nə baş verdiyini soruşmuşdur. Qardaşına Asimlə arasında baş vermiş sözsöhbətin səbəbini izah etmişdir. Qardaşı Asimə: «sən məndən və qardaşımdan başqa adam tanımırsan, nə üçün gedib-gəlib elə bizə ilişirsən?»-deyə irad bildirmişdir. Bu vaxt ağ köynək geyinmiş oğlan Albabaya: «sən səsinin tonunu aşağı sal!»-demişdir. Albaba həmin oğlanın sözünə əsəbləşib üzərində gəzdirdiyi cib bıçağını çıxarıb həmin oğlanın üzərinə getmişdir. Həmin oğlan Albabanın əlində bıçaq görüb qaçmış və geri qayıtmamışdır. Bundan sonra Albaba əynində qara köynək olan ikinci oğlanın üstünə getmiş, həmin oğlan da qaçıb getmişdir. Bu arada Asim onunla əlbəyaxa olmuş, bunu görən qardaşı Albaba onu kənara itələyib Asimlə üzbəüz dayanaraq, Asimə bıçaq zərbəsi endirməyə başamışdır. X2 bıçaq zərbələri endirdiyini görüb ağlamağa başlamışdır. O, həmin vaxt evə getməyə hazırlaşan Azərə yaxınlaşıb, uşaqlarını evə aparmağı xahiş etmiş, sonuncu uşaqlarını götürüb oradan uzaqlaşmışdır. Daha sonra Albaba ilə Asimi aralamağa çalışmışdır. Albaba əsəbi olduğundan ona əhəmiyyət verməmişdir. Asim Albaba müqavimət göstərdiyindən bəzi bıçaq zərbələri onu tutmamış, onları ayırmağa çalışarkən öz ehtiyatsızlığından Albabanın Asimə yetirdiyi bıçaq zərbələrindən biri ona dəyib sol əlinin üstünü və sol dirsək nahiyəsini zədələmişdir. Albabaya onu bıçaqla vurduğunu dedikdə, qardaşı dayanmış, Asim bundan istifadə edib qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Albaba Asimin arxasınca qaçsa da, ona çata bilməmişdir. Sonra qardaşı ilə birlikdə taksiyə minib evə getmişlər. Daha sonra Azər uşaqlarını gətirmişdir. Səhəri gün Albabanın Asimə 8 bıçaq zərbəsi vurduğunu, sonuncunun xəstəxanaya aparılıb, tibbi yardım göstərildiyini və həyatının xilas edildiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 8-ci mikrorayon, «X4» adlı ərazidə yerləşən avtomobil təmiri sexini icarəyə götürüb usta işləyir. Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Şahid1 onun yanında qonşu sexlərdə işləyir. Zərərçəkmiş şəxs qonşu binada yaşadığından və arada bir velosipedini təmir etdirmək üçün yanına gəldiyindən tanıyır. Hadisədən təxminən 15 gün əvvəl, saat 20 radələrində təmir sexinin qarşısında hündürdən danışıq səsi eşidib çölə çıxarkən Asimlə Albabanın hündürdən danışdığını görmüşdür. Belə ki, Asim Albabaya nə üçün o, yoldan keçərkən onun qarşısından yaxınlıqda park edilmiş istifadə edilməyən «UAZ» markalı avtomobilin salonuna zibil atdığını deyib iradını bildirmişdir. Bu vaxt onlara Albabanın qardaşı Anar yaxınlaşmış, bundan sonra Albaba Asimdən üzr istəmiş və sonuncu getmişdir. 6 sentyabr 2020-ci il tarixdə işi çox olmuşdur. Saat 22:30 radələrində evə getməyə hazırlaşarkən Anarın azyaşlı uşaqları ilə işlədiyi təmir sexinə doğru gəldiyini görmüşdür. Anar avtomobil təmiri sexlərinin qarşısından keçən yola çatarkən velosipeddən yerə yıxılmış və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdir. O, Anarın sərxoş olmaqla ünvansız nalayiq ifadələr işlətməsinə irad bildirmişdir. Bu vaxt yolun əks tərəfində üzü avtomobil təmiri sexlərinə doğru dayanan Asimin Anara yaxınlaşdığını görmüşdür. Asim Anara ünvansız nalayiq ifadələr işlətməsinə irad bildirmişdir. Onlar söhbət edə-edə sexlərə doğru gəlmişlər. Asimin irad bildirməsi Anara xoş gəlməmişdr. Sonuncu Asimlə söhbət edəcəyini deyib, azyaşlı uşaqlarını evinə aparmağı ondan xahiş etmiş, sonra özünün gəlib uşaqlarını onlardan götürəcəyini demişdir. Bundan sonra Asimlə Anar arasında mübahisə yaranmış, sonuncuların yanına ağ və qara köynək geyinmiş iki oğlan gəlmişdir. Avtomobil təmiri sexlərinin qarşısında elektrik lampaları yandığı üçün həmin ərazi aydın görünmüşdür. O, Anarın uşaqları ilə dayanıb hadisəni kənardan izləməyə başlamış, mübahisənin bitməyini gözləmişdir. Bu vaxt Anarın qardaşı Təqsirləndirilən şəxs gəlmişdir. Sonuncu Asimi görən kimi: «sən məndən və qardaşımdan başqa adam tanımırsan, nə üçün gedibgəlib elə bizə ilişirsən?»-deyə soruşmuşdur. Orada olan ağ köynəkli oğlan Albabaya: «sən səsinin tonunu aşağı sal!»-demişdir. Bu sözə əsəbləşən Albaba əlində bıçaq onun üzərinə getmiş, həmin oğlan bıçağı görüb qaçmış və geri qayıtmamışdır. Bundan sonra Albaba orada olan ikinci oğlanın da üzərinə getmiş, qara köynəkli oğlan da qaçmışdır. Albaba Asimgilin yanına qayıdarkən Asimlə Anar artıq əlbəyaxada olmuşlar. Albaba gələn kimi Asimə bıçaq zərbəsi endirmiş, bunu görən Anarın uşaqları qışqırıb ağlamağa başlamışlar. Anar araya keçib onları ayırmağa çalışmışdır. O, uşaqların qışqırıb ağladığını görüb, onları götürüb yaşadığı evə aparmışdır. Bir neçə saat keçsə də Anarın uşaqlarının arxasınca gəlmədiyini görüb, narahat olub uşaqları Anargilə aparmışdır. Bu vaxt sonuncu Albabanın Asimə bir neçə bıçaq zərbəsi yetirdiyini, qardaşını Asimdən ayırarkən ehtiyatsızlığından ona da bıçaq zərbəsi dəydiyini bildirmişdir. Daha sonra Anar bildirmişdir ki, Asim Albabanın əlindən çıxıb qaçmış, Albaba onun arxasınca getsə də çatmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, atası Şahid1 Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən avtomobil təmiri sexində usta işləyir. Yay tətili olduğundan qardaşı Azərlə birlikdə arada bir atasının yanına gedirlər. Sonuncu dəfə 6 sentyabr 2020-ci il tarixdə qardaşı Azərlə birlikdə günorta saatlarında atasının yanına getmişdir. Həmin vaxt qardaşı Azər atasından kabab almasını istəmişdir. Atası axşam işdən sonra onlara kabab alacağını vəd etmiş və o, qardaşı ilə evə qayıtmışdır. Həmin gün axşam saatlarında atası Anar zəng edib qardaşı Azərlə onu yanına çağırmışdır. Onlar velosipedləri ilə atasının yanına getmişlər. Atası onları iş yerinin yaxınlığındakı kafeyə aparmışdır. Saat 23 radələrində kafedən çıxıb birlikdə avtomobil təmiri sexinə doğru gedərkən atası onun velosipedini alıb özü idarə etməyə başlamış, o isə qardaşı Azərin velosipedinə minmişdir. Sexin qarşısına çatanda atası velosipeddən yıxılmış, bu səbəbdən nalayiq ifadə işlətmişdir. Həmin vaxt sexin qarşısında dayanmış Asim atasını yanına çağırıb onun yaxasından tutub: «sənə neçə dəfə demişəm, burda söyüş söymə»-deyə irad bildirmişdir. Asimin yanında ağ köynək geyinmiş bir oğlan olmuşdur. Atası ilə Asim mübahisə etməyə başlamış, Asim atasının yaxasından tutduqda qardaşı Azər qorxub ağlamağa başlamışdır. Bunu görən Asim yaxınlaşıb onları sakitləşdirmiş və atasından uzaqlaşdıraraq kənarda dayanıb atalarını gözləməyi tapşırmışdır. Az sonra əmisi Albaba da ora gəlmişdir. Bunu görən Asim atasını buraxıb, bu dəfə əmisinin üstünə hücum etmişdir. Əmisi Albaba da cibindən bıçaq çıxardıb Asimə bir neçə zərbə vurmuş, onlar bunu görüb hadisə yerindən qaçıb uzaqlaşmışlar. Sonradan atası ilə işləyən Azər adlı şəxs yanlarına gəlib, onları əvvəlcə öz evinə aparmış, daha sonra yaşadıqları evə aparıb valideynlərinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Şahid4 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Sumqayıt şəhəri 8-ci mikrorayon, Yeni tikili, ev 33, mənzil 60-da yaşayır. Zərərçəkmiş şəxs son bir neçə ildir tanıyır, sonuncu onunla bir məhəllədə yaşayır. 6 sentyabr 2020-ci il tarixdə saat 23:50-də həyətdə məhəllə uşağı Orxanla rastlaşıb onunla 2-3 dəqiqə söhbət etmişdir. Elə bu vaxt Asimin əllərini sinəsinə qoyub, yaxınlıqdakı avtomobil dayanacaga doğru getdiyini, arada bir dayandığını görüb, narahat olmuş və Orxanla birlikdə Asimə yaxınlaşmışdır. Sonuncunun qan içində olduğunu və bıçaqlandıgını görüb heç nə soruşmadan onu Orxanın idarə etdiyi avtomobilə mindirib dərhal Sumqayıt şəhər TTYX-na aparmışlar. Asim dərhal reanimasiya şöbəsinə yerləşdirilmiş, üzərində əməliyyat keçirildiyindən həyatı xilas edilmişdir. Asimin kim tərəfindən və hansı şəraitdə vurulmasınından məlumatı yoxdur. İşin 1-ci cildinin 217-2020-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdə ifadəsi yerində yoxlanarkən, Zərərçəkmiş şəxsla dava edib, ona bıçaq zərbələri yetirdiyi yeri əyani şəkildə göstib törətdiyi cinayəti etiraf etmişdir. İşin 1-ci cildinin 14-15-ci vərəqlərindəki 7 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri 8-ci mik-n ərazisində yaşıllıq sahədə çoxmərtəbəli binanın sol tərəfində yerləşən dəmirçi sexləri və qeyri yaşayış sahələrinin yanıdır. İşin 1-ci cildinin 16-20-ci vərəqlərindəki baxış və götürmə haqqında 7 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhər TTYX-na daxil olarkən əynində bir ədəd aşağı hissəsi sarı rəngli, orta hissəsində boz rəngli zolaq və həmin hissənin orta hissəsində «adidas» sözləri yazılmış, yuxarı hissəsi isə qara rəngdə olan qısa qol köynək, bir ədəd boz rəngli, sol ayaq hissəsinin ön tərəfində «S» və «Shooter» yazısı olan idman şalvarı, bir ədəd ağ rəngli, üzərində xırda qara rəngli dairələr olan alt paltarı olmuşdur. Zərərçəkmiş şəxs götürülmüş geyim əşyalarına baxış keçirərkən həmin geyim əşyalarından qısa qol köynəyin ön tərəfinin aşağı sol hissəsində iki ədəd, ön aşağı orta hissəsində bir ədəd, ön aşağı sağ hissəsində bir ədəd, orta, yəni sağ qarın hissədə bir ədəd, sinə hissəsində, yəni «adidas» yazısı olan hissədən aşağıya doğru olan hissədə bir ədəd: ümumilikdə altı ədəd, idman şalvarının sağ ayaq hissəsinin sağ cibinə yaxın hissədə yerləşən bir ədəd, alt paltarın sağ ayaq hissəsində bir ədəd kəsilmiş hissələrin olduğu müəyyən edilmişdir. Məhkəmə-tibb ekspertizasının 22 oktyabr 2020-ci il tarixli 1316 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sağ yarısının döş boşluğuna keçən kəsilmişdeşilmiş yarası, sağ qalça çuxurunun qarın boşluğuna keçərək böyük piyliyi və bağırsaq musariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin döş boşluğuna keçməyən 2 ədəd yarası, qarının ön səthinin boşluğa keçməyən 1 ədəd yarası, sağ gözaltı nahiyyənin 1 ədəd yarası, sağ budun orta 1/3-nin 2 ədəd yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici alətlə ola bilsin ki, bıçaqla yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təkrari zərbələrlə vurulma nəticəsində əmələ gələ bilər, müddəti 6 sentyabr 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə döş qəfəsinin sağ yarısının döş boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, sağ qalça çuxurunun qarın boşluğuna keçərək böyük piyliyi və bağırsaq müsaqirəsini zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Döş qəfəsinin döş boşluğuna keçməyən 2 ədəd yarası qarnın ön səthinin boşluğa keçməyən 1 ədəd yarası, sağ gözaltı nahiyənin 1 ədəd yarası, sağ budun orta 1/3-nin 2 ədəd yarası-dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Məhkəmə-tibb ekspertizasının 10 sentyabr 2020-ci il tarixli 10944 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində sol bazunun və sol əlin arxa səthinin yarası vardır. Qeyd edilən xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, müayinədən üç gün əvvəl olmaqla 6 sentyabr 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 2 oktyabr 2020-ci il tarixli 1214 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Məhkəmə-tibbi kriminastik ekspertizasının 18 fevral 2021-ci il tarixli 15-2021/-MTKŞ saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarının arxa hissəsinin sağ yuxarı səthində 1 (bir) ədəd, köynəyin ön hissəsinin sağ aşağı nahiyəsində 2 (iki) ədəd, köynəyin ön hissəsinin yuxarı orta nahiyəsində 1 (bir) ədəd və köynəyin ön hissəsinin sol aşağı nahiyəsində 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində zədələrin eyni alətin və ya eyni konstruktiv xüsusiyyətlərə malik alətlərin təsirindən törənməsi istisna edilmir. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində alətin daxil olma səviyyəsində eni 3 sm-ə qədər olmuşdur. Məhkəmə-tibbi bioloji ekspertizasının 6 oktyabr 2020-ci il tarixli 742/2020 MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinə əsasən qan qrupu B/İİT/, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi üzrə qan qrupu A/İİ/, Şahid1 şəxsiyyət vəsiqəsinə əsasən qan qrupu O/İ/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı, qısa qol mayka və trusik üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız B antigeni alındı. Bu qan ləkələri B alfa /İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs və Şahid1 qanlarının olması ABO sistemi üzrə inkar olunur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 oktyabr 2020-ci il tarixli 2061 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlukəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 5-ci vərəqəsindəki Sumqayıt şəhər X9 Xəstəxanasının 9 sentyabr 2020-ci il tarixli 758 saylı arayışından görünür ki, Zərərçəkmiş şəxs 7 iyul 2020-ci il tarixdə saat 00:05-də xəstəxananın reanimasiya şöbəsinə döş qəfəsinin sağ yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sağ yarısının ön səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası, sağ tərəfli hemotoraks, sağ qalça çuxurunun boşluğa keçən kəsilmiş-deşilmiş yarası ilə daxil olmuşdur. Böyük piyliyin və nazik bağırsaq ilgəklərinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları. Hemopertoneum. Sol qabırğa altı nahiyənin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası. Travmatik hemoreagik şok İİ-İİİ dərəcə diaqonozu ilə stasionara müalicəyə qəbul edilmişdir. İşin 1-ci cildinin 221-ci vərəqindəki Sumqayıt şəhər rayonlararası narkoloji dispanserin təqdim etdiyi 1 oktyabr 2020-ci il tarixli 2801 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyat yoxdur. İşin 1-ci cildinin 238-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İşin 1-ci cildinin 237-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs barəsində Sumqayıt şəhər Pİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq 28 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 39.1-ci maddəsinə əsasən xitam edilmişdir. İşin 1-ci cildinin 216-cı vərəqəsindəki doğum haqqında şəhadətnaələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 may 2016-cı il təvəllüdlü Abasov Murad və 30 avqust 2018-ci il təvəllüdlü Abbasov Tural adlı iki azyaşlı uşaqları vardır. İşin 2-ci cildinin 111-ci vərəqindəki Sumqayıt şəhər Kommunal Təsərrüfatı İstehsal Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsinin təqdim etdiyi 1 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İşin 2-ci cildinin 120-142-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 (bir) qara rəngdə olan qısa qol köynək, 1 (bir) ədəd boz rəngli, sol ayaq hissəsinin ön tərəfində «S» və «Shooter» yazısı olan idman şalvarı, 1 (bir) ədəd ağ rəngli, üzərində xırda qara rəngli dairələr olan alt paltarı maddi sübut kimi tanınmaqla Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar saxlanılan anbarına saxlanca verilmişdir. İşin 1-ci cildinin 53-54-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə xəsarət yetirmədiyini bildirdi. Onun bu ifadəsi Zərərçəkmiş şəxs məhkəmədə tədqiq edilmiş ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, iş üzrə toplanmış çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə CM-nin 63.3-cü maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 7 sentyabr 2020-ci il tarixdən hesablanmalı, CPM-nin 353.4.12-ci maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd boz rəngli, sol ayaq hissəsinin ön tərəfində «S» və «Shooter» yazılmış idman şalvarı, bir ədəd ağ rəngli, üzərində xırda qara rəngli dairələr olan alt paltarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 7 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd boz rəngli, sol ayaq hissəsinin ön tərəfində «S» və «Shooter» yazılmış idman şalvarı, bir ədəd ağ rəngli, üzərində xırda qara rəngli dairələr olan alt paltarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-932/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-932/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver