Məhkəmə qərarları › İş №1(101)-934/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-934/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-934/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1976-cı il aprelin 18-də Abşeron rayonunun X9sində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Abşeron rayonu, X9si, ev 3 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, X9si, Həzi Cavadov küçəsi, ev 12 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 25.017,43 qram çətənə bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı Abşeron rayonu, X9si, Həzi Cavadov küçəsi, ev 12 ünvanına daşımaqla həmin narkotik vasitənin 7,430 qramını iki ədəd kibrit qutusunda yerləşdirərək üzərində, qalan 25.010 qramını dörd ədəd göy rəngli sellofan torbada qablaşdırıb evin həyətində olan yarımçıq tikilinin içərisində saxlamış, daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2021-ci il yanvarın 01-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 18:00-da yaşadığı evin yaxınlığında saxlanmaqla idarəyə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən aşkarlanan sonuncunun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 7,430 qram (3,230 qram və 4,200 qram) ümumi təmiz çəkidə iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana götürülmüş, Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri tərəfindən həmin tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə sonuncunun yaşadığı Abşeron rayonu, X9si, Həzi Cavadov küçəsi, ev 12 ünvanına baxış keçirilən zaman evin həyətində olan yarımçıq tikilinin içərisindən aşkarlanan göstərilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq əldə edib dörd ədəd göy rəngli sellofan paketdə saxladığı külli miqdarda, yəni 25.010 qram (5.540 qram, 6.640 qram, 7.530 qram və 5.480 qram) ümumi təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona başqasına ötürməsi üçün 150 qram narkotik vasitə marixuananı çatdıranda 2.000 manat pul veriləcəyini demişlər. Hərəkətlərindən peşmandır. Onu ailəsi ilə hədələdikləri üçün istintaqdakı ifadələrini imzalamışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis kapitanı rütbəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə, yəni 2021-ci il yanvarın 01-də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün polis kapitanı və polis baş leytenantı olmaqla idarənin əməliyyat müvəkkilləri X7 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək saat 18:00-da evin qarşısında xarici görünüşünə görə sonuncuya uyğun şəxsə yaxınlaşıb özlərini təqdim etməklə şəxsiyyəti Təqsirləndirilən şəxs kimi müəyyənləşdirdikləri şəxsi qəbul edilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış etdikdən sonra narkotik vasitənin qanunsuz dövriyyəsində şübhələndiyini bildirərək idarəyə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindəki əşyaları stolun üstünə qoyması təklif ediləndə sonuncunun əynində olan gödəkcənin sağ yan cibindən könüllü çıxarıb təqdim etdiyi iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs göstərilən maddələri Məqatil adlı şəxsdən aldığını, yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Tərtib olunan protokol imzalandıqdan sonra sonuncunun razılığı ilə yaşadığı evə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirildikdə Təqsirləndirilən şəxs evin girişi ilə üzbəüz olan yarımtikilinin giriş hissəsində üzəri örtülmüş formada dörd ədəd sellofan paketi təqdim etmiş, həmin bağlamalar açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müşahidə edilməklə qablaşdırılmaqla götürülmüş, tərtib edilən protokol iştirakçılar tərəfindən imzalanmış, sonuncuya qarşı hər hansı formada psixi və ya fiziki təsir, həmçinin zorakılıq hərəkətləri edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı və polis baş leytenantı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş X8 və Şahid3 Şahid1 ilə analoji ifadə verdilər. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai araşdırma vaxtı 2021-ci il yanvarın 02-də verdiyi ilkin izahatda Məqatil adlı şəxsdən 2021ci ilin sentyabr ayında satış məqsəd ilə aldığı qurudulmuş marixuananı bir kibrit qutusunda 30 manata satdığını, 2021-ci il yanvarın 02-də şübhəli şəxs qismində dindirilərkən ifadəsini qismən təsdiq etməklə narkotik vasitə satmadığını, 2021-ci il yanvarın 03-də və 2021-ci il martın 04-də təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının CMnin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ittiham olunduğu cinayət əməllərini təfsilatı ilə izah etmişdir (iş vərəqi 43-45, 61-65, 76-79 və 162- 164). İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 01 yanvar tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Ə-008-1220 №-li əmrindən, habelə Abşeron Rayon Məhkəməsinin 2021-ci il 08 yanvar tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, Təqsirləndirilən şəxs 2021-ci il yanvarın 01-də saat 18:00-da Abşeron rayonu, X9si, Həzi Cavadov küçəsi, ev 12 ünvanının yaxınlığında saxlanmaqla idarəyə gətirilmiş, göstərilən qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (iş vərəqi 4-6, 9-10 və 105-107). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 01 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 01 yanvar tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd kibrit qutusunda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə götürülmüş, sonuncunun üzərindən aşkarlanan iki ədəd içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, bir ədəd açar və 20 manat pul Təqsirləndirilən şəxs qaytarılmış, sonuncu sorğu zamanı üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmaqla həmin maddəni 2020-ci il sentyabr ayında tanışı Məqatil adlı şəxsdən satmaq məqsədi ilə əldə etdiyini, yaşadığı Abşeron rayonunun X9sindəki evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmiş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 29-32). İş materiallarındakı 2021-ci il 01 yanvar tarixli ərizədən və Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 01 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı Abşeron rayonu, X9si, Həzi Cavadov küçəsi, ev 12 ünvanında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla baxış və götürmə zamanı Təqsirləndirilən şəxs evin girişi ilə üzbəüz olan yarım təmirli otağın girişindən sol tərəfdə qapının yanından, üzəri xalça ilə örtülmüş dörd ədəd göy rəngli sellofan paketi təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, bu maddələri tanışı Məqatil adlı şəxsdən satmaq məqsədi ilə 2020-ci ilin sentyabr ayında əldə etdiyini, qeyd olunan şəxsin iki ay əvvəl öldüyünü, vaxtaşırı olaraq narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə saxlamasından heç kimin məlumatının olmadığını bildirmiş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 33 və 35-38). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 02 yanvar tarixli 7/03 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdəki iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,230 qram və 4,200 qram, ümumi çəkisi 7,430 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, «Təqsirləndirilən şəxs yaşadığı evdən...» sözləri və imzalar olan bir ədəd sintetik torbadakı iki ədəd göy rəngli polietilen torbada birinci göy rəngli torba yeddi ədəd sellofan torbanın içərisində ümumi çəkisi 5.540 qram və ikinci göy rəngli torbanın içərisində səkkiz ədəd sellofan torbada ümumi çəkisi 6.460 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, «Təqsirləndirilən şəxs yaşadığı evdən...» sözləri və imzalar olan bir ədəd sintetik torbadakı iki ədəd göy rəngli polietilen torbada birinci göy rəngli torba yeddi ədəd sellofan torbanın içərisində ümumi çəkisi 7.530 qram və ikinci göy rəngli torbanın içərisində səkkiz ədəd sellofan torbada ümumi çəkisi 5.480 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; təqdim edilən iki ədəd sintetik torbada və bir ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eyni olub narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı 25.016,79 qramdır, ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır (iş vərəqi 47-49). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 03 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 66-67). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 03 yanvar tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il yanvarın 01-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 87- 92). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 05 yanvar tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunaraq götürülən iki ədəd polietilen bağlamada və bir ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra 25.016,79 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilməklə saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 96-97). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 2021-ci il yanvarın 15-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2007-ci il 01 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 2.000 misli miqdarında cərimə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikasının Milli Məclisinin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında» 2007-ci il 08 may tarixli qərarına əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir (iş vərəqi 113-114). İş materiallarındakı «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 04 fevral tarixli BKC/LGL-494/21 №-li məktubundan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 15 fevral tarixli protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin sahibi olması, habelə 2020-ci il yanvarın 01dən 2021-ci il yanvarın 02-dək həmin nömrəyə daxil olan və çıxan zənglərin siyahısı və nömrələrin sahiblərinə dair məlumatların olması müəyyən edilməklə iş üzrə əhəmiyyətli hallar, narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar aşkarlanmamışdır (iş vərəqi 122-124). İş materiallarındakı Abşeron Rayonu İcra Hakimiyyəti başçısının X9 inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 29 yanvar tarixli 59/A nömrəli arayışdan və eyni tarixli 08/A nömrəli xasiyyətnamədən, məhkəməyə təqdim olunan AZE seriyalı 12906440 №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X9sində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ailəsi 1975-ci il təvəllüdlü arvadı X3, övladları 1997ci il təvəllüdlü X4, 2002-ci il təvəllüdlü X1 və 2008-ci il 05 mart təvəllüdlü X5 ibarətdir, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 126-127 və s.). İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 01 mart tarixli 008-1798-1221 №-li məktubunun kerosurətindən görünür ki, Təqsirləndirilən şəxs haqqında ifadə verdiyi Müqatil adlı şəxsin şəxsiyyəti və olduğu yeri, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz əldə edilməsində və satılmasında digər şəxslərlə əlbirliyinin olubolmaması ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar müsbət nəticə əldə edilməmişdir (iş vərəqi 138). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 01 mart tarixli 614 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 139-140). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 04 mart tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əlavə və dəyişikliklər edilməklə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncunun əməlində Azərbaycan Respublikasının CMnin 234.1.-ci və 234.4.1.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işindən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işinin ayrılması qərara alınmış, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 25.017,79 qram qalığı maddi sübut kimi tanınmaqla saxlanılması üçün idarənin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, sonuncunun üzərinə şəxsi axtarış və yaşadığı evə baxış görüntülərini əks etdirən iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 141-148, 150-151 və 154-155). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin tərtib etdiyi 2021-ci il 18 mart tarixli 301 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2002-ci il fevralın 21-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 95 saylı göstərişi ilə xəstəliklər cədvəlinin İ qrafasının 17 «b» maddəsinə (reaktiv psixozlar və nevrotik pozulmalar mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təzahürləri olduqda) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı və təqsirləndirilən şəxs qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını, peşmanlığını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 25.017,79 qram qalığı məhv edilməli, iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 78,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 84 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 504 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il yanvarın 01-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il yanvarın 01-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 78,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 504 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 25.017,79 qram qalığı məhv edilsin, iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar