Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-938/2020 08.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1992-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Ə.Əliyev küçəsi, ev 12-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yetkinlik yaşına çatmayan şəxsə qanunsuz olaraq satmışdır. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində Quba şəhəri, Fətəlixan küçəsi, ev 126-da yaşayan Ömərov Zaur Cavid oğlunun evinə gedərək sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 3 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuananı 30 manat müqabilində alıb əynində olan şalvarının sol yan cibində saxlamaqla 2 gün ərzində getdiyi yerlərə daşımış, həmin bükümlərdən birində olan narkotik vasitənin bir qismini özü istehlak edib, xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində birində 0,280 qram, digərində isə 0,231 qram narkotik vasitə-qurudulmuş marixuana olan iki bükümünü Quba şəhəri, Əziz Əliyev küçəsində tanışı yetkinlik yaşına çatmamış xx.xx.2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 20 manata satdıqdan sonra həmin gün saat 18:20-də Quba RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Əziz Əliyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən özündə qalan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,576 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özünü yalnız narkotik vasitə olan marixuananı istifadə etməkdə təqsirli bilir. Ondan 0,5 qrama yaxın marixuana aşkar edilməmiş, marixuana tanışı və həmyerlisi Zaur Ömərovun evində aşkar edilmiş, həmin maddə ona ittiham edilmişdir. Belə ki, bu marixuananı o, Zaur Ömərova saxlamağa verdiyi üçün həmin vasitə üzərindən aşkar olunmuş vasitə kimi sənədləşdirilmişdir. Zərərçəkmiş şəxs isə ondan marixuana istəmişdir, Ümid onun marixuana istifadəçisi olmasını əvvəllər bir yerdə işlədiyi Əkrəm adlı şəxsdən bilmişdir. O, Zərərçəkmiş şəxs bir neçə dəfə rədd cavabı versə də sonuncu ondan əl çəkmədiyi üçün ona marixuana satmağa razı olmuş, onunla xx.xx.2020-ci il tarixdə evinin yaxınlığında görüşərək 20 manat pul almışdir ki, ona 2 büküm marixuana satacaqdır. Ona marixuana həmin an ona görə verməmişdir ki, ondan ehtiyat edirdi ki, polis əməkdaşları ilə əməkdaşlıq edir. Həqiqətən Ümid pulu verdikdən sonra telefonu ilə hara isə SMS göndərir, özünü şübhəli aparırdı. O, marixuana gətirmək adı ilə Ümiddən aralanmış və kənardan onu izləmişdir. Sonuncu hara isə zəng edir, ora-bura gedir və Ümidin belə davranışı onda belə bir qənaət yaratmışdır ki, aldığı pulu ona qaytarmalıdır, ona marixuana satmamalıdır. Bu səbəbdən Ümidin yanına gələrək demişdir ki, marixuana təşkil edə bilməmişdir. Bundan sonra qonşusu İlkinlə məhlədə olduğu zaman polis əməkdaşları gəlib qollarına qandal taxıb maşınlarına oturdaraq aparmışlar. Orada olan polislərdən Sahə müvəkkili Şəhriyar Babayevi xatırlayır. Maşında polislər ona fiziki zor tətbiq etmiş, lakin həmin polisləri tanımır. Polis şöbəsində o, ona edilmiş təzyiq nəticəsində özü və tanışı Zaur Ömərovun barəsində yanlış ifadə vermiş, həmçinin düzgün olmayaraq Zərərçəkmiş şəxs 20 manat müqabilində 2 büküm marixuana satdığını etiraf etmişdir. Yazılı ifadəsini məhkəməyə təqdim edir, xahiş edir bu ifadəsi nəzərə alınsın. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Quba şəhər sakini kimi tanıyır. O, bu hadisədən də əvvəl ara-sıra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirdi. Quba balaca şəhər olduğu üçün narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər hamıya məlum idi. Təqsirləndirilən şəxs məhz belə şəxs kimi tanımışdır. Konkret olaraq Adil ilə münasibətləri 2019-cu ilin dekabr ayında sonuncunun qəlyançı işlədiyi Quba şəhəri Nizami parkının yaxınlığında yerləşən Şahdağ otelində çay içərkən yaranmışdır. Adil ilə söhbətlərinin birində, təxminən hadisədən 2-3 ay əvvəl sonuncu ona marixuana istifadə etdiyini, lazım gəldikdə ona da təşkil edə biləcəyini bildirmişdir. O zaman o, Adilə bir söz deməmişdir. Lakin xx.xx.2020-ci il tarixdə günorta saatlarında o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmək istəmiş, marixuana olmadığından bu barədə Adilə zəng vurub ondan marixuana istəmişdir. Adil ondan marixuana tapmaq üçün yarım saat vaxt istəmişdir. Bu vaxt qurtardıqda Adil ona zəng vuraraq onu yaşadığı Quba şəhəri, Əziz Əliyev küçəsinə dəvət etmişdir. O dərhal Adilin dediyi yerə getmiş və Adilə zəng vuraraq onunla görüşmüşdür. Adil həmin vaxt ona bir ədəd şəffaf rəngli sellofanın içərisində iki ədəd kağız bükülüləri vermiş, kağız bükümlərin hər birini ayrı ayrılıqda açıb baxanda içərisində qurudulmuş marixuananın olduğunu görmüş və Adilə 20 manat pul verərək bu iki ədəd bükümləri göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Adil özü ondan iki büküm marixuanaya görə 20 manat pul istəmişdir. Adildən ayrıldıqdan sonra o, piyada Quba şəhəri Qələbə küçəsinə doğru gələrkən Qələbə küçəsində Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra ona üzərində olan əşyaları təqdim etməyini bildirmişlər. O, da, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd şəffaf rəngli sellofanda saxladığı iki ədəd kağız bükülünü cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin kağız bükülülərin içərisində olan kütlələrin qurudulmuş marixuana olduğunu etiraf etmiş, həmin narkotik vasitəni şəhər sakini Təqsirləndirilən şəxs bir neçə müddət əvvəl sonuncunun yaşadığı Əziz Əliyev küçəsində əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin TQ-nın təhqiqatçısı polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Quba şəhər sakini Zərərçəkmiş şəxs iki büküm narkotik narkotik vasitə olan marixuana ilə xx.xx.2020-ci ildə, saat 17 radələrində saxlanılması ilə əlaqədar əldə edilmiş məlumatla əlaqədar tanımışdır. Belə ki, narkotik vasitə ilə saxlanılan Zərərçəkmiş şəxs etiraf etmişdir ki, marixuananı elə həmin gün Quba şəhər sakini Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Əziz Əliyev küçəsində 20 manat ödəyərək əldə etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs narkotik vasitəni satan şəxsin Quba şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən olunduğundan həmin tarixdə saat 18:10-radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri Əziz Əliyev küçəsinə əməliyyat qrupu getmiş və Təqsirləndirilən şəxs həmin küçədə müəyyən edərək saxlamışlar. Daha sonra qrupun üzvləri o cümlədən Quba rayon Vəkil Bürosunun vəkili İbrahim Ağamovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd göy rəngli “Magna” markalı siqaret qutusunun içindən bir ədəd şəffaf cığaraya bükülmüş kütləni onların gəldiyi avtomobilin kapotunun üzərinə qoymuş, şəffaf cığaranı açdıqda içində bir ağ rəngli kağıza bükülmüş yaşılımtıl rəngli ota bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin “Nəşə” olduğunu, 3 büküm şəklində hər birini 10 manat müqabilində Zaur adlı Quba şəhər sakinindən aldığını, bir bükümün bir hissəsini özü istifadə etdiyini bildirmişdir. Bundan sonra qeyd olunan kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 0,39 qram təşkil etdiyi müəyyən olunmuşdur. Sonra qeyd olunan kütlə tərəfindən ağ zərfdə qablaşdırılaraq götürülmüş, tərtib olunmuş protokol isə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Tədbirlərin davamı kimi Quba şəhər sakini Ömərov Zaur Cavid oğlu barəsində də müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqələri yoxdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində Quba şəhərində yaşayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs saxlanılmış o, üzərində saxladığı iki büküm marixuananı könüllü olaraq təqdim edərək həmin marixuananı həmin gün Təqsirləndirilən şəxs 20 manata əldə etdiyini bildirmişdir. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək sonuncunu yaşadığı ünvan 1 yanında müəyyən edib saxlamışlar. Saxladıqları küçədə sonuncuya təklif etmişlər ki, üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefon, 20 manat pul əskinazı, sol yan cibindən isə bir qutu «Maqna» markalı qutu çıxararaq içərisində bir büküm marixuana olduğunu etiraf etmişdir. Həmçinin həmin marixuananı bir-necə gün əvvəl 3 büküm olaraq Zaur adlı Quba şəhər sakinindən əldə etdiyini, həmin marixuananın iki bükümünü xx.xx.2020-ci il tarixdə özünün yaşadığı küçədə Ümid adlı şəxsə satdığını bildirmişdir. Bundan sonra hamısı birlikdə şöbəyə gedərək orada təhqiqatçı Sahil Tağıyev sənədləşmə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında üzərində bir büküm marixuana olmuş Quba şəhər sakini, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs saxlanılmış sonuncu elə həmin gün ondan aşkar olunmuş marixuananı Quba şəhər sakini Təqsirləndirilən şəxs 20 manata əldə etdiyini bildirmişdir. Bu səbəbdən əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri, Əziz Əliyev küçəsinə əməliyyat qrupu getmiş və orada sonuncu aşkar edilərək saxlanılmış, saxladıqları küçədə sonuncuya təklif etmişlər ki, üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefon, 20 manat pul əskinazı, sol yan cibindən isə bir qutu «Maqna» markalı qutu çıxararaq içərisində bir büküm marixuana olduğunu etiraf etmişdir. Həmçinin həmin marixuananı bir-necə gün əvvəl 3 büküm olaraq Zaur adlı Quba şəhər sakinindən əldə etdiyini, həmin marixuananın iki bükümünü xx.xx.2020-ci il tarixdə özünün yaşadığı küçədə Ümid adlı şəxsə satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Əməliyyat qrupunun tərkibində o özü, şöbənin digər əməkdaşları, həmçinin həmin ərazinin sahə müvəkkili Şəhriyar Babayev iştirak etmişlər. Təqsirləndirilən şəxs xidməti maşınların biri ilə aparmışlar, lakin o həmin maşında olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı zaman ona qarşı heç bir fiziki zor və təzyiq olunmamış, Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra sənədləşməni şöbənin təhqiqatçısı Şahid1 aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illər şəhər sakini kimi tanıyır. Belə ki, o özü də Quba şəhərində doğulmuş, burada böyümüşdür. Onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqələri yoxdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində Quba şəhərində yaşayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs saxlanılmış o, üzərində saxladığı iki büküm marixuananı könüllü olaraq təqdim edərək həmin marixuananı həmin gün Təqsirləndirilən şəxs 20 manata əldə etdiyini bildirmişdir. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək sonuncunu yaşadığı ünvan 1 yanında müəyyən edib saxlamışlar. Saxladıqları küçədə sonuncuya təklif etmişlər ki, üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefon, 20 manat pul əskinazı, sol yan cibindən isə bir qutu «Maqna» markalı qutu çıxararaq içərisində bir büküm marixuana olduğunu etiraf etmişdir. Həmçinin həmin marixuananı bir-necə gün əvvəl 3 büküm olaraq Zaur adlı Quba şəhər sakinindən əldə etdiyini, həmin marixuananın iki bükümünü xx.xx.2020-ci il tarixdə özünün yaşadığı küçədə Ümid adlı şəxsə satdığını bildirmişdir. Keçirdikləri təxirəsalınmaz tədbirlərdən sonra Təqsirləndirilən şəxs şöbəyə gətirib təhvil vermişlər. Nə onun nə də digər polis əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətləri olmamışdır. Sonuncu özü könüllü narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni aldığı Zaurun ünvanına qədər bildirmiş, hətta narkotikin bir bükümünü yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs eyni tarixdə 20 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadələri əsasında Zaur adlı şəxsin barəsində əməliyyat-axtarış tədbirləri keçirilərək sonuncu da saxlanılıb təhqiqata təhvil verilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkilinin Quba RPŞ-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan müəyyən olunur ki, Quba şəhəri, Fətəlixan küçəsi, ev 75, mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, saxlaması, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə tədqiq olunmuş Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkilinin Quba RPŞ-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan müəyyən olunur ki, Quba şəhəri, Fətəlixan küçəsi, ev 75, mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs Quba şəhəri Qələbə küçəsində saxlanılaraq Quba RPŞ-nə gitirilmişdir. Məhkəmədə tədqiq olunmuş «şəxsi axtarışın keçirilməsi barədə» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs Quba şəhəri, Qələbə küçəsində saxlanılaraq üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü, «Magna» markalı siqaret çıxaraq təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan açıldıqda içərisində iki ədəd kağız bükülü aşkar olundu. Bundan sonra hər iki ədəd kağız bükülüyə baxış keçirilmişdir. Hər iki kağız bükülünün içərisində yaşılımtıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya axşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, kağız bükülünün içində olan kütlənin xx xxxxx 2020-ciil tarixdə Quba şəhəri, Əziz Əliyev küçəsində yaşayan əvvəllər tanıdığı Adil adlı şəxsdən 20 manata almışdır. Məhkəmədə tədqiq olunmuş «şəxsi axtarışın keçirilməsi barədə» xx.xx.2020-ciil tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2020-ci il tparixdə, təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs Quba şəhəri, Əziz Əliyev küçəsində saxlanılaraq yerində üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon, bir ədəd 20 manat pul əskinazı, sol yan cibindən bir qutu “Mağna” markalı siqaret çıxararaq təqdim etmişdir. Həmin «Magna» markalı siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar olundu. Bundan sonra bir ədəd kağız büklüyə baxış keçirilmişdir. Kağız bükülünün içərisində spesifik iyə malik yaşımtıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, kağız bükülünün içində olan kütlə marixuanadır, həmin kütləni Quba şəhər sakini Zaur adlı şəxsdən 3 bükümdə almış, bir bükümün cüzi hissəsindən istifadə etmiş, 2 bükümünü isə xx xxxxx 2020-ciil tarixdə Quba şəhəri, Əziz Əliyev küçəsində Ümid adlı şəxsə 20 manata satmışdır. Məhkəmədə tədqiq olunmuş «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2020-cu il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 7/178 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “vət Zərərçəkmiş şəxs üzərindən..” yazıları və imzalar olan kağız paketdəki siqaret sellofanının içərisində 2 ədəd gümüşü və ağ rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,280 qram, 0,231 qram olan bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,511 qramdır. Tədqiqata sərf olunmuş 0,05 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,506 qram. -Tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən..” yazıları və imzalar olan kağız paketdəki siqaret sellofanın içərisində 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,576 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olunmuş 0,05 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,571 qram. Təqdim olunmuş marixuanalar tərkibinə görə eynidirlər. Məhkəmədə tədqiq olunmuş narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1370 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1024 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman həmin xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş «diskə baxış keçirilməsi haqqında» xx.xx.2020-ciil tarixli protokoldan müəyyən olunur ki, BAKCELL MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, bkc/lgl-8930/20 nömrəli CD diskə baxış keçirilmiş, CD diskdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixdə daxil olan və xaric olan 6 zəngin olması müəyyən olunmuşdur. Məhkəmədə tədqiq olunmuş Zərərçəkmiş şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2002-ci il təvəllüdlü olmaqla ona xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələr satılan tarixdə o, yetkinlik yaşına çatmamışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və qərarın surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Quba RPŞ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 0,506 qram və 0,571 qram olan qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Cinayət işində olan xx xxxxxx 2020-ciil tarixli «sübutların qiymətləndirilməsi haqqında» və eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi hapqqında» qərarlardan müəyyən olunur ki, Ömərov Zaur Cavid oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə ********* saylı cinayətişi ayrılmışdır. Belə olan halda Ömərov Zaur Cavid oğluna məxsus və cinayət işində olan xx.xx.2020-ciil tarixli 7/178 saylı məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmiş marixuana, çətənə toxumları və çətənə btkisinin şitilləri Ömərov Zaur Cavid oğlunun barəsində ayrılmış cinayət işinə aid edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 139,64 (yüz otuz doqquz manat altmış dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 234.3- 1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Quba RPŞ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 0,506 qram və 0,571 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Ömərov Zaur Cavid oğluna məxsus və cinayət işində olan xx.xx.2020-ci il tarixli 7/178 saylı məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmiş marixuana, çətənə toxumları və çətənə btkisinin şitilləri Ömərov Zaur Cavid oğlunun barəsində ayrılmış cinayət işinə aid edilsin. İş üzrə ekspertiza xərci 139,64 (yüz otuz doqquz manat altmış dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Cöstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-938/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-938/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver