Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-939/2021 22.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 19 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 31 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluqları ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2266,766 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 5,831 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və ümumi təmiz çəkisi 20,278 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla yaşadığı ünvan 2nvanında yerləşən evinə daşıyaraq saxlamış, həmin narkotik vasitə olan heroindən ayırıb 3 bükümə bölərək ümumi təmiz çəkisi 1,011 qram ayrı-ayrılıqda 0,838 qram, 0,147 qram, 0,026 qram olan heroini, eləcə də 1 bükümdə təmiz çəkisi 0,483 qram olan psixotrop maddə olan metafetamini 07 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Qədim Bakı” adlı kafenin yaxınlığında qeyrisinə 120 manata satmış, 08 oktyabr 2020-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə onun özünün iştirakı ilə keçirilmiş axtarış, baxış və götürmə aparılan zaman evin yataq otağının giriş qapısının sağ tərəfində quraşdırılmış dolabın üst siyirtməsindən bükümlərə bölünmüş halda 16 ədəd bükümdə ümumi təmiz çəkisi 25,755 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 5,348 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, təmiz çəkisi 20,278 qram olan iki ədəd kibrit qutusunda, iki ədəd sellofan torbada və bir ədəd plastik qabda olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 3,401 qram, 4,052 qram, 7,444 qram, 3,719 qram və 1,662 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 01 ədəd üzərində heroin izləri olan “500g/0.1g” markalı elektron tərəzi, eləcə də həmin evin qonaq otağında qoyulmuş divanın sağ küncündə gizlədilmiş 01 ədəd iri bükümdə təmiz çəkisi 2240 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, onun yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroin, psixiotrop maddə metafetamin ona məxsus deyil. Hadisədən bir gün əvvəl onun polis işçiləri ilə münaqişəsi olmuşdur. Belə ki, polis işçiləri onun maşın ustası kimi işlədiyi yerə gəlmiş, əvvəllər narkotiklə bağlı məhkum olunması xatırladılaraq ona «iş verməsi», yəni narkotiklə məşğul olanlar barədə məlumat təqdim etməsi təklif olunmuşdur. Amma o özü təcrübəli bir adamdır, həm narkotiklə bağlı, həm də oğurluğa görə əvvəllər məhkumluq həyatı yaşayıb, bütün bu işləri yaxşı bilir. Son illərdə də narkotiklə bağlı məsələləri birdəfəlik özündən kənarlaşdırıb. Ona görə də polis işçilərinə sərt cavab vermiş, onları söyüb qovmuş, hətta onları daşa basmışdır. Polislər də məcbur olub qaçıb getmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız narkotik vasitələrdən istifadə etmişdir. O, Sahib İsmayılovu narkotik vasitədən istifadə edən şəxs kimi qəsəbədən tanımış, qəsəbə sakini kimi onunla mobil telefonla əlaqə saxlayıb haləhval soruşmuşdur. Sahiblə telefon əlaqəsi saxlayıb görüşsə də, Sahibə narkotik vasitə satmamışdır. Hadisənin şokundan ilkin istintaq zamanı istintaqa nə dediyi yadında qalmamışdır. Həm də heç bir sənədə imza atmamışdır. Evindən aşkar edilmiş narkotik maddələr ona məxsus deyil. Hesab edir ki, onları polis əməkdaşları hansısa şəkildə təşkil edib oraya qoyublar. Elçin Əfqanini avtomobil təmir edən zaman tanımış, amma Elçindən heç bir narkotik vasitə almamışdır. X16 ilə mobil telefonla əlaqə saxlayanda bir-birilərinin yalnız hal-əhvalını soruşmuşlar. ***-***-**-** nömrəsinin sahibi olan Elçin hazırda Xətai rayon Polis İdarəsinin X1 rəisi işləyir. Elçin əvvəllər Xəzər rayon Polis İdarəsində işləmiş və o vaxtlardan Elçinlə münasibətləri yaranmışdır. Onun bacısı iranlıda ərdədir, iranlı ilə qohumluq münasibətləri vardır. Evlərində hal şahidlərinin iştirakı ilə müstəntiq tərəfindən axtarış aparılarkən özü də şəxsən orada iştirak etmiş və tərtib olunmuş protokolu da imzalamışdır. Sonra da onu idarəyə aparmışlar. İdarədə polis əməkdaşları ona qarşı heç bir kobudluq, təzyiq göstərməmişlər. Bütün bu baş verənləri ona qarşı düşünülmüş qanunsuzluq hesab edir və razılaşmır. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə edən olmaqla narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Sahib İsmayılovu tanımış, əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. 07 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Sahib İsmayılov onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək narkotik vasitə olub-olmadığını ondan soruşmuşdur. O, narkotik vasitə və psixotrop maddəsi olduğunu Sahibə bildirmişdir. Sahib onunla razılaşmış və ondan narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmişdir. Onlar razılaşdıqdan sonra 10 dəqiqə ərzində Xəzər rayonu, Qala qəsəbəsində fəaliyyət göstərən “Qədim Bakı” kafesinin qarşısında görüşmüşlər. Bundan sonra o, Sahibə narkotik vasitə satmışdır. O, 120 manat müqabilində iki ədəd sellofan bükümdə və bir ədəd kiçik gümüşü siqaret kağızı bükümündə olmaqla 3 büküm heroini və bir ədəd böyük gümüşü siqaret kağızı bükümündə metafetamin psixotrop maddəsini Sahib İsmayılova satmış, sonra Sahib İsmayılovdan ayrılaraq evinə getmişdir. 08 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları onun yaşadığı evinə gələrək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək evində təxirəsalınmaz axtarış və götürmə edəcəklərini bildirmişlər. O, polis əməkdaşları ilə razılaşmış və ərizə ilə müraciət edərək etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları əvvəllər tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə yaşadığı evdə axtarış keçirmişlər. Axtarış zamanı yataq otağında giriş qapısının sağ tərəfində yerdə quraşdırılmış iki gözlü dolabın üst siyirməsində ona məxsus bir ədəd elektron tərəzi, iki ədəd sellofan torbada içində narkotik vasitə olan qurudulmuş marixuana, 16 ədəd sellofan bükümlərdə içində heroin narkotik vasitəsi olan kütlələr və bir ədəd sellofan bükümdə içində metafetamin olan kütlə və iki ədəd kibrit qutusunda içində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitələrin, psixiotrop maddənin və tərəzinin ona məxsus olduğunu bildirmişdir. Daha sonra evin mətbəxində axtarış keçirilmiş, lakin mətbəxdən iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Bundan sonra isə evin qonaq otağında axtarış keçirilmişdir. Axtarış zamanı evin qonaq otağında küncdə yerləşən divanın arxasından bir ədəd böyük bağlamada narkotik vasitə olan heroin aşkar edilmişdir. Evdə keçirilən axtarış zamanı əlavə qanunla qadağan edilmiş maddə və ya əşya aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitələr, psixotrop maddələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Bundan sonra yaşadığı evin həyətinə də axtarış keçirilmişdir. Lakin qanunla qadağan edilmiş hal müəyən edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunmuş, sonra isə imzalarla protokolun düzgünlüyü təsdiq edilmişdir. Evinin yataq otağında quraşdırılmış dolabın üst siyirməsindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metafetamini 05 oktyabr 2020-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 200 manata satış məqsədi ilə almışdır. 16 büküm heroin narkotik vasitəsini isə Elçin adlı şəxsdən almışdır. O, Elçin adlı şəxsdən 06 oktyabr 2020-ci il tarixdə 30 büküm heroin narkotik vasitəsi almış, həmin bükümlərin 14 ədədini müxtəlif şəxslərə satmış, 16 ədədi isə qalmışdır. Həmçinin, yaşadığı evin qonaq otağında divanın arxasından aşkar edilmiş böyük bağlamada olan heroini isə 07 oktyabr 2020-ci il tarixdə Yasamal rayonunda Azər adlı şəxsdən 3000 manat müqabilində satış məqsədi ilə almış, həmin bağlamada olan narkotik vasitə heroini gələcəkdə satıb qazanc əldə etmək üçün əldə etmişdir. Elçindən aldığı narkotik vasitəni satıb qurtardıqdan sonra həmin narkotik vasitəni satmaq niyyəti olmuşdur (cild 1, iş vərəqə 220-222). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin X1 rəisi Şahid2 göstərdi ki, Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmış X5 hansı mənbədən narkotik vasitə əldə etməsini müəyyən etmək üçün Xəzər rayon Polis İdarəsinin X1 əməkdaşları ilə birgə məlumat alınmış, həm də bu barədə Sahib İsmayılov özü birbaşa ifadə verərək narkotik vasitələri həmişə Qala qəsəbəsində yaşayan Nizam adlı şəxsdən aldığını, Nizamın narkotik vasitələrin satışını birbaşa yaşadığı evdən həyata keçirdiyini bildirmişdir. Müəyyən edilmişdir ki, Sahib İsmayılova narkotik vasitə heroin və psixotrop maddə metafetamini satan şəxs ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs müəyyən edilib istintaqa cəlb olunması üçün həm də təxirəsalınmaz tədbirlər keçirilmişdir. İstintaq orqanı da yetərli sübutlar əsasında Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi barədə qərar qəbul etmişdir. İşi araşdıran müstəntiq bu barədə rəsmi qərar qəbul etdikdən sonra, həmin qərarın icrası ilə əlaqədar müstəntiqlə birlikdə Cinayət axtarışı şöbəsinin rəisi və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə dəvət edilmiş hal şahidlərinin iştirakı ilə 08 oktyabr 2020-ci il tarixdə saat təxminən 15 radələrində baxış keçirilmişdir. Hal şahidləri də küçədən dəvət olunmuş tam təsadüfi insanlar olmuşdur. Baxış keçirilməzdən əvvəl müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs təqdim edilmişdir. Nizam həm də evində axtarış keçirilməsinə etiraz etməməsi barədə ərizə də təqdim etmişdir. Baxış və axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və hal şahidlərinə bir daha hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabın içərisindən iki ədəd kibrit qutusunda, iki ədəd sellofan torbada və bir ədəd plastik qabda ot şəkilli narkotik vasitəyə oxşar qurudulmuş marixuanalar, bir bükümdə metafetamin psixotrop maddəsinə oxşar maddə və 16 ədəd bükümdə spesifik iyə malik heroin narkotik vasitəsinə oxşar maddələr və həmin yerdə 01 ədəd elektron tərəzi, habelə evin qonaq otağında giriş qapısının sağ tərəfində divarda küncdə yerləşdirilmiş divanın arxasından əvvəlcədən gizlətdiyi bir ədəd iri bükümdə spesifik iyə malik heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş maddələr qablaşdırılmış və müvafiq sənədləşdirmə aparılmışdır. Tərtib edilmiş sənədlər iştirakçılar tərəfindən, o cümlədən Nizamın özü tərəfindən şəxsən imzalanmışdır. Təqsirləndirilən şəxs özünü çox təmkinli aparmış, həmin maddələrin aşkar edilməsi faktı ilə razılaşmış, inkar edə biləcəyi bir məqam olmadığından təmkinli şəkildə davranmışdır. Onu da xatırlayır ki, elə yerindəcə Nizam etiraf etmişdir ki, böyük çəkidə olan heroini satmaq üçün Yasamal rayonunda hansısa şəxsdən 3000 manata almışdır. Həmin vaxt Nizami narkotik vasitəni aldığı şəxsin adını bildirmişdir, amma aradan xeyli vaxt keçdiyinə görə o, həmin adı indi xatırlaya bilmir. Əvvəllər Təqsirləndirilən şəxs şəxsən tanımamış, yalnız uzun illər həmin rayonda işlədiyindən xidməti ərazinin sakini kimi adını bilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları ilə heç bir problemi, konflikti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin aşkar edilməsindən əvvəlki gün polis əməkdaşlarını guya daşa basması barədə fikirlər isə cəfəngiyyatdır, belə bir hal olmamışdır və ola da bilməzdi. Əgər belə hal baş vermiş olsa idi, bu ən azı ciddi bir insident kimi dərhal qanuni şəkildə sənədləşdirilərdi və tədbir görülərdi. Həm də polis əməkdaşlarını bu şəkildə kiminsə daşa basıb qovması fərziyyə xarakterli fikirlərdir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmış X5 hansı mənbədən narkotik vasitə əldə etməsini müəyyən etmək üçün Xəzər rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları ilə birgə məlumat alınmış və müəyyən edilmişdir ki, Sahib İsmayılova narkotik vasitə heroin və psixotrop maddə metafetamini satan şəxs ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur, sonuncu hallarda narkotik vasitənin satışını əksər yaşadığı evdə həyata keçirir. Təqsirləndirilən şəxs müəyyən edilib istintaqa cəlb olunması üçün təxirə salınmaz tədbir keçirilmiş və onun, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi İlham Məmmədovun və X1 rəisi Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə dəvət edilmiş hal şahidlərinin iştirakı ilə istintaq orqanının qərarı əsasında 08 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və qəbul edilmiş qərarın surəti ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış və axtarış keçirilməsi zərurəti yaranması deyilmiş və sonuncu ərizə ilə müraciət edərək heç bir etirazının olmadığını demişdir. Baxış və axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və hal şahidlərinə hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabın içərisindən iki ədəd kibrit qutusunda, iki ədəd sellofan torbada və bir ədəd plastik qabda ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr, bir bükümdə metafetamin psixotrop maddəsinə oxşar maddə və 16 ədəd bükümdə spesifik iyə malik heroin narkotik vasitəsinə oxşar maddələr və bir ədəd elektron tərəzi, habelə evin qonaq otağında giriş qapısının sağ tərəfində divarda küncdə yerləşdirilmiş divanın arxasından əvvəlcədən gizlətdiyi bir ədəd iri bükümdə spesifik iyə malik heroinə bənzər maddə aşkar edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş maddələr qablaşdırılmış və müvafiq sənədləşdirmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri Elçin Əfqani adlı şəxsdən almışdır. Həmin şəxsin müəyyən edilməsi üçün Xəzər rayon Polis İdarəsinin Növbətçi hissəsinin X2 ezam edilmiş polis serjantı X6 ilə təxirəsalınmaz tədbir keçirilmiş və 08 oktyabr 2020-ci il tarixdə təxminən saat 17 radəsində X16 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba küçəsində saxlanılmış və Polis İdarəsinə gətirilmişdir. Xəzər rayon Polis İdarəsinin inzibati binasında Elçin Əfqaninin üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməsi zərurəti yaranmasını bildirmişlər və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Elçin Əfqaninin üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və bildirilmişdir ki, üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra X16 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu çıxardaraq həmin siqaret qutusunun içindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik maddəni götürüb masanın üzərinə qoyaraq həmin bükümdə olan maddə kakos kimi bildiyi heroin olduğunu demişdir. Sorğu zamanı X16 bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni şəxsən tanımadığı İran İslam Respublikasının vətəndaşından sifarişlə almış, narkotik vasitənin bir qismini Təqsirləndirilən şəxs satmışdır. Sonra isə Elçin Əfqaninin üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə qablaşdırılmış və müvafiq sənədləşmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ilə heç bir tanışlığı, hər hansı münasibəti olmamışdır. Bu şəxsin tutulması ərəfəsində, yaxud əvvəllər polis əməkdaşları ilə heç bir problemi, münaqişəsi olmamışdır. Evinə baxış keçirilərkən də özünü kifayət qədər təmkinli və həm də şəxsi müşahidəsinə görə qanunsuz əməl başında yaxalanmış bir şəxs kimi aparmışdır. Ona qarşı hər hansı təsir, təzyiq də olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 08 oktyabr 2020-ci il tarixdə təxminən saat təxminən 14-15 radələrində Qala qəsəbəsində yeni sahə ilə piyada gedən zaman ona polis əməkdaşları yaxınlaşmış və bildirmişlər ki, oraya yaxın evlərin birində baxış keçirəcəklər və həmin baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O da razılaşmış və həmin ünvana getmişlər. Həmin ünvana gedərkən ondan başqa tanımadığı bir nəfər şəxs də hal şahidi kimi iştirak etməyə gəlmişdir. Baxış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah edilmişdir. Baxışda iştirak edən zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus mənzilə Nizamın və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən evin yataq otağında olan dolabın içərisindən iki ədəd kibrit qutusunda, iki ədəd sellofan torbada və bir ədəd plastik qabda ot şəkilli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, bir bükümdə psixotrop maddə metafetamin oxşar maddə və 16 ədəd bükümdə spesifik iyə malik heroinə oxşar maddə və bir ədəd elektron tərəzi, habelə evin qonaq otağında giriş qapısının sağ tərəfində olan divanın arxasından bir ədəd iri bükümdə spesifik iyə malik heroinə bənzər maddə aşkar edilmişdir. O, özü şəxsən aşkar olunmuş maddələrin nə olduğunu bilməsə də, orada danışılanlardan başa düşmüşdür ki, həmin maddələr qeyd etdiyi narkotik vasitə və psixotrop maddələrdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr onun özünə məxsus olduğunu etiraf etmişdir. Sonra isə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş maddələr qablaşdırılmış və müvafiq sənədləşdirmə aparılmışdır. Tərtib edilmiş iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə polis əməkdaşları yaşadığı mənzilə baxış və axtarış keçirən zaman hal şahidi kimi iştirak edərkən görmüş və tanımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 08 oktyabr 2020-ci il tarixli axtarış, baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən evə keçirilmiş axtarış, baxış və götürmə zamanı sonuncunun yaşadığı evin yataq otağında olan dolabın içərisindən iki ədəd kibrit qutusunda, iki ədəd sellofan torbada və bir ədəd plastik qabda ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, bir bükümdə metafetamin psixotrop maddəsinə oxşar maddə və 16 ədəd bükümdə spesifik iyə malik heroin narkotik vasitəsinə oxşar maddələr və bir ədəd elektron tərəzi, habelə evin qonaq otağında giriş qapısının sağ tərəfində divarda küncdə yerləşdirilmiş divanın arxasından əvvəlcədən gizlətdiyi bir ədəd iri bükümdə spesifik iyə malik, heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs heroini satmaq üçün Yasamal rayonunda Azər adlı şəxsdən 3000 manata aldığını bildirmişdir. Bu istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 91-96). Məhkəmə kimyəvi ekspertizasının 09 oktyabr 2020-ci il tarixli 6/2112 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından götürülmüş 16 ədəd içində qəhvəyi rəngli maadə olan büküm” yazısı olan zərfdəki 16 (on altı) ədəd bükümdə ümumi təmiz çəkisi 25,755 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından... aşkar edilmiş bağlama” yazısı olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 2240 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - Təqsirləndirilən şəxs götürülmüş 16 ədəd bükümdə və 1 ədəd bağlamada heroinin ümumi təmiz çəkisi 2265,755 qramdır (2 kq 265,755 qram) və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; - tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından... bir ədəd içində kristal maddə olan büküm” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,348 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir; - tədqiqata təqdim edilmiş, üzərində “vət. X11 üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,425 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - Təqsirləndirilən şəxs evindən götürülmüş 16 ədəd bükümdə və 01 ədəd bağlamadakı heroinlər, X11 üzərindən götürülmüş 01 ədəd bükümdə olan heroinlə və X5 üzərindən götürülmüş 03 ədəd bükümdə olan heroinlərlə (08 oktyabr 2020-ci il tarixli 6/2093 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; - X4 götürülmüş metafetamin (08 oktyabr 2020-ci il tarixli 6/2093 saylı ekspert rəyi) Təqsirləndirilən şəxs götürülmüş metafetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; - Təqsirləndirilən şəxs evindən götürülmüş 01 ədəd “500g/0.1g” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzinin üzərində heroin iz şəkilli olduğu üçün heroinin çəkisini və Təqsirləndirilən şəxs, Elçin Əfqanidən və Sahib İsmayılovdan götürülmüş heroinlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır; Təqsirləndirilən şəxs aşkar olunmuş heroinin ümumilikdə 0,36 qramı (0,2 qram və 0,16 qram olmaqla) tədqiqata sərf edilmişdir, qalıq çəki 2265,395 qram təşkil edir. Metafetaminin 0,15 qram tədqiqata sərf edilmişdir, qalıq çəkisi 5,198 qram təşkil edir. X9 aşkar edilmiş heroinin təmiz çəkisi 0,425 qramdır, 0,05 qramı tədqiqata sərf edilmişdir və qalıq çəkisi 0,375 qram təşkil edir. X4 götürülmüş heroinin ümumi təmiz çəkisi 0,921 qramdır, onun 0,06 qramı tədqiqata sərf edilmişdir və ümumi qalıq çəkisi 0,861 qram təşkil edir. Metafetaminin ümumi təmiz çəkisi 0,433 qramdır, tədqiqata 0,03 qram sərf edilmişdir və qalıq çəkisi 0,403 qram təşkil edir (cild 1, iş vərəqə 152-158). Məhkəmə bioloji ekspertizasının 09 oktyabr 2020-ci il tarixli 7/707 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında dolabın üst siyirtməsindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə içində bitki kütləsi olan bükümlər, 2 ədəd kibrit qutusunun içində bitki olan kütlələr və 1 ədəd plastik qabda içində bitki kütləsi olan” yazılar və imzalar olan kağız paketdə 2 ədəd kibrik qutusunda, 2 ədəd sellofan torbada və 1 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 3,401 qram, 4,052 qram, 7,444 qram, 3,719 qram və 1,662 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 20,278 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Marixuanaların cəmi 0,1 qramı (hər obyektdən 0,02 qram olmaqla) tədqiqata sərf edilmişdir və qalıq çəkisi 20,178 qram təşkil edir (cild 1, iş vərəqə 160-163). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə X8 arasında keçirilmiş üzləşdirmə zamanı, X18 Rzayevdən 120 manat müqabilində narkotik vasitə və psixotrop maddə alması faktını təsdiqləyərək onun üzünə qarşı birbaşa ifadə vermişdir (cild 2, iş vərəqə 232-234). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 noyabr 2020-ci il tarixli 3245 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 67-68). X5 üzərindən götürülmüş 3 ədəd bükümdə (2 ədəd sellofan, 1 ədəd kağız büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0,838 qram, 0,147 qram və 0,026 qram - ümumi təmiz çəkisi 1,011 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroin, 01 ədəd bükümdə təmiz çəksi 0,483 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamin mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması və birinci tədqiqata 0,090 qram və ikinci tədqiqata 0,06 qram sərf edilməklə yekun qalıq 0,681 qram narkotik vasitə heroin və birinci tədqiqata 0,050 qram və ikinci tədqiqata 0,03 qram sərf edilməklə yekun qalıq 0,403 qram psixotrop maddə metafetaminin Xəzər rayon Polis İdarəsinin saxlanma otağına təhvil verilməsi, hazırkı cinayət işi üzrə də maddi sübut kimi tanınması ibtidai istintaq orqanı tərəfindən nəzərə alınmışdır (cild 1, iş vərəqə 22-41). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 19 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 31 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 145- 146; cild 2, iş vərəqə 13-14). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 02 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 3, iş vərəqə 109-111). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qala qəsəbəsində qeydiyyatsız yaşayır və yaşadığı müddətdə qəsəbə icra nümayəndəliyinə onun haqqında heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 189). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01.10.2008-ci il təvəllüdlü uşağı vardır (cild 2, iş vərəqə 190-191). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitələrin ona aidiyyətının olmamasına, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun mənzilinə qoyulmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həm də ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən isə məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 97, 107, 209-210, 262-264). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, qalıq çəkisi 2265,395 qram narkotik vasitə heroin, qalıq çəkisi 5,198 qram psixotrop maddə metafetamin, ümumi qalıq çəkisi qalıq çəkisi 20,178 qram təşkil edən qurudulmuş marixuana, 01 ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan “500g/0.1g” markalı elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 180 (bir yüz səksən manat) 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 153, 161). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10, məhkəmə mərhələsində isə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı X7 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, qalıq çəkisi 2265,395 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 5,198 qram təşkil edən psixotrop maddə metafetamin, ümumi qalıq çəkisi qalıq çəkisi 20,178 qram təşkil edən qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan “500g/0.1g” markalı elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs 180 (bir yüz səksən) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına vəkil X10 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-939/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-939/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver