Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-945/2021 20.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, məhkumluğu olmayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələri ilə, xx xxxxxx 1979-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3inaları» bina 7, mənzil 97 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə, xx xxxx 1999-cu İl tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Muğan Gəncəli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, bir qrup şəxs halında, xuliqanlıq niyyətilə iki və ya daha çox şəxsi qəsdən öldürməyə, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bu zaman xuliqanlıq niyyətilə bir şəxsi qəsdən öldürmüş, digər bir şəxsi xuliqanlıq niyyəti ilə tək, digər bir şəxsi isə xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, habelə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evində olduğu vaxt cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanıdığı X7 Mirzəyevin ona zəng edərək Abşeron rayonu Xırdalan şəhərində birlikdə olduğu xanımının yanında bir nəfər şəxs tərəfindən döyüldüyünü deyib, ondan təkidlə kömək istədiyinə görə, o, öz tanışları X9 və Təqsirləndirilən şəxs2 ilə telefonla əlaqə saxlayıb onlarla Bakı şəhərində, “Bakcell Arena” adlanan ərazidə, görüşərək, Təqsirləndirilən şəxs3 döyülməsi məsələsini aydınlaşdırmaq lazım olduğunu bildirib onların bu işdə ona kömək edəcəklərinə dair razılıqlarını aldıqdan sonra o, Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün avtomobili olan dostu Şahid1 da çağırıb, sonuncu ya niyyəti barədə məlumat vermədən avtomobili ilə onu Xırdalan şəhərinə aparmağı xahiş edib, sonuncuya məxsus “Chevrolet Malibu” markalı, Təqsirləndirilən şəxs2 isə H.Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yanına gəlib orada Təqsirləndirilən şəxs3lə görüşmüşlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 onunla gələn şəxslərlə və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsi, 283 saylı fərdi yaşayış evinin yaxınlığında onunla, qardaşı Məmmədov X26 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Təqsirləndirilən şəxs3 həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma prosesində ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıq hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, heç bir başqa səbəb olmadan, yəni özünə qarşı heç bir real təhlükə olmadığı halda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, qatlanıb-açılan, tiyəsinin uzunluğu 10 sm olan kəsici-deşici xassəyə malik bıçağını çıxarıb, ondan silah qismində istifadə edərək zor göstərməklə geri çəkilən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi bel və kürək nahiyələrinə zərbələr vurub, bununla mübahisənin qızışmasına səbəb olan zorakı hərəkətlər etməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmişkəsilmiş yaraları” kimi xəsarətlər yetirdikdən sonra, öz qərəzli zorakı hərəkətlərini bir qrup şəxs halında onun xuliqanlıq hərəkətlərinə qoşulan Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 zor göstərib təpiklə zərbə endirib kənara çəkildikdən sonra, Təqsirləndirilən şəxs3 niyyəti ilə əhatə olunmayan qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərini davam etdirib, öz növbəsində üzərində gəzdirdiyi kəsici-deşici xassəyə malik silah qismində istifadə etdiyi bıçaq götürmüş dostu Təqsirləndirilən şəxs2la hərəkətlərini qarşılıqlı uzlaşdıraraq xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək məqsədilə bir qrup şəxs halında hər ikisi bıçaqla yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirərək, sonuncuya bir daha həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirsələr də, Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə sonuncunu Təqsirləndirilən şəxs2la birlikdə öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə bir qrup şəxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 öz zorakı hərəkətlərini davam etdirərək, qarşılıqlı dalaşmada iştirak edən Zərərçəkmiş şəxs2 qardaşı Məmmədov X18 eyni, yəni xuliqanlıq niyyəti ilə, özünə qarşı heç bir real təhlükə olmadığı, Zərərçəkmiş şəxs1 ona qarşı silah qismində heç bir alətdən istifadə etmədiyi halda onun üzərinə gedərək, əlindəki bıçaqla onu qəsdən öldürmək məqsədilə zərbələr endirib, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs1 həm ölümü ilə səbəbli əlaqəsi olmayan sağlamlığa yüngül zərər vurmaya aid “sol kürəküstü nahiyənin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd və sol bazunun 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları”, həm də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid onun ölümünə səbəb olan “sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən, sol ağciyəri yaralayaraq daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sağ yarısının ön səthində, orta körpücük xətti üzrə, 6-7-ci qabırğaarası sahənin daxilə nüfuz edən, ürək kisəsini, ürəyin sağ qulaqcığını və sağ ağciyəri yaralayaraq kəskin qanitirmə törədən 1 ədəd deşilmiş-kəsilmiş yarası” kimi xəsarətlər yetirmiş, sonuncu xəstəxanaya çatdırılsa da, kəskin qan itirmə səbəbindən ölməsi ilə sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs1 dostu Şahid1 yerdə uzanmış vəziyyətdə olduğunu və qarşılıqlı dalaşmada iştirak edib sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs3 onun üzərində olduğunu görüb, Zərərçəkmiş şəxs3 çiynindən tutub dartaraq yerə yıxmış və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 ona qarşı aktiv zorakı hərəkətlər etməməsinə baxmayaraq, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, əlindəki bıçaqla Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyətilə öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi baş və döş qəfəsi nahiyələrinə bıçaqla ardıcıl zərbələr vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sağ yanaq nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yaraları xəsarətini yetirmiş, lakin yetirdiyi xəsarətlər daxilə nüfuz etmədiyindən, habelə növbəti zərbələri dalaşmada qarışıqlıq yaranması səbəbindən endirməyə imkan tapmaması səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə cinayətin törədilməsinə yönələn hərəkətlərini başa çatdıra bilməməklə, Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Bütün bunlarla, yəni Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi, Zərərçəkmiş şəxs2 bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 isə bilavasitə özü xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhdlər etməsi ilə iki və daha çox şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, bir qrup şəxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 25 iyul 2020-ci il tarixdə təxminən saat 19 radələrində dostu Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edib yaxın dostunun oğlu Təqsirləndirilən şəxs3 Abşeron rayonu Xırdalan şəhərində haqsız döyülməsi ilə bağlı sonncunu döyən şəxslə məsələni aydınlaşdırmaq üçün onunla birlikdə Xırdalan şəhərinə getməyi təklif edəndən sonra evdən zərurət yarandıqda silah qismində istifadə etmək üçün soyuq silah hesab edilməyən, tiyəsi 7 sm olan, açılıb-qatlanan, deşici-kəsici xassəyə malik qara rəngli bıçağını götürüb Təqsirləndirilən şəxs1 və digər tanışı X9 ilə “Bakcell Arena” adlanan ərazidə görüşüb həmin məsələni məsələsini aydınlaşdırmaqda birgə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün dəvət etdiyi və onların niyyətləri barədə məlumatı olmayan dostu Şahid1 ilə sonuncuya məxsus “Chevrolet Malibu” markalı, o, Hüseynağa Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yanına gəlib Təqsirləndirilən şəxs3lə görüşmüşlər. Bundan sonra, o, qeyd olunan şəxslərlə və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsindəki 283 saylı fərdi yaşayış evinin yaxınlığında onunla, qardaşı Məmmədov X26 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Təqsirləndirilən şəxs3 həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma prosesində, ictimai qaydanı kobud surətdə pozub, onlara qarşı açıqca etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edib, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla qərəzli hərəkətlər edib, üzərində olan kəsici-deşici xassəyə malik silah qismində istifadə etdiyi açılıb-qatlanan bıçağını istifadəyə hazır vəziyyətə gətirərək Təqsirləndirilən şəxs1 bıçaqla zor göstərib Zərərçəkmiş şəxs2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirdikdən sonra, öz qərəzli zorakı hərəkətlərini bir qrup şəxs halında onların xuliqanlıq hərəkətlərinə qoşulan Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 zor göstərib təpiklə zərbə endirib kənara çəkildikdən sonra, Təqsirləndirilən şəxs3 niyyəti ilə əhatə olunmayan, bununla belə Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə yönələn hərəkətlərini Təqsirləndirilən şəxs1lə qarşılıqlı uzlaşdıraraq əlindəki bıçaqla hər ikisi yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirərək, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirsələr də, Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə sonuncunu Təqsirləndirilən şəxs1lə birlikdə öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə bir qrup şəxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla, ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymamaqla, ictimai qaydanı kobud surətdə pozan, ona qarşı açıqca etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, şəxsiyyətini ətrafdakıların və qarşı tərəfin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayış etdirən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində insan sağlamlığına zərər yetirə bilən alətdən, yəni bıçaqdan istifadə etməklə qarşı tərəfdən münaqişədə iştirak edən Zərərçəkmiş şəxs3 ona təpik atması zamanı üzərinə gedib əlindəki bıçaqla zor göstərərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “sağ budun orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaraları” kimi xəsarət yetirməklə xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, bir qrup şəxslə cinayət əlaqəsinə girib birgə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 25 iyul 2020-ci il tarixdə saat 18:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mirzə İbrahimov küçəsində qeyri-rəsmi birgə yaşadığı Şahid6 ilə kirayə ev axtardıqları zaman həmin küçədə yaşayan Zərərçəkmiş şəxs2 birgə yaşayış qaydalarına zidd olaraq ona qadınla evinin yanında dayanmalarına iradını bildirib, onu mübahisəyə cəlb edərək, bu zaman ona qarşı zor göstərib boğazından sıxaraq başı ilə sifətinə vurmaqla onu döyməsindən əsəbiləşərək bu barədə atası ilə birgə cəzaçəkmə müəssisəsində cəza çəkmiş tanışı Təqsirləndirilən şəxs1 məlumat verib, təkidlə onu döyən şəxslə münasibətlərinə aydınlıq gətirmək üçün köməklik göstərməsini xahiş etmiş, sonuncu da öz növbəsində dostları Təqsirləndirilən şəxs2 və X9 ilə birlikdə sonuncuya, habelə digər tanışları Şahid1 məxsus avtomobillərlə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” marketinin yanında onunla görüşmüşlər. Bundan sonra, həmin gün saat 22 radələrində o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və X15 Məmmədovun yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gələrək, İslam Səfərli küçəsi, 283 saylı fərdi yaşayış evinin yaxınlığında onu döyən Zərərçəkmiş şəxs2, sonuncunun qardaşı Məmmədov X26 və həmin massivdə yaşayan, Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşdıqda o, döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı aralarında ilkin olaraq sözlə aparılan araşdırma prosesində əvvəlcə Zərərçəkmiş şəxs3 nalayiq ifadələr işlətməsi ilə başlanan, sonradan isə bir-birlərinə zor tətbiq etməklə müşayiət olunan mübahisədə məqsədyönlü şəkildə davaya qoşulub Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hüseynağa Yaqubovla birləşərək bir qrup şəxs halında, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olub, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək öz şəxsiyyətini qarşı tərəfdən olan və ətrafdakılarının şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayaraq, zorakı hərəkətlərini mübahisənin adı çəkilən digər üç iştirakçıları ilə qarşılıqlı uzlaşdırıb Zərərçəkmiş şəxs2 hücum edərək təpiklə zərbələr vurub bununla başlanmış davanı daha da qızışdırmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, sonradan qrupun digər üzvləri əməllərini davam etdirərək onun niyyətindən kənara çıxan hərəkətlər edib, kəsici-deşici alətlərdən istifadə etmələri nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğundan nüfuz edən, bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yaraları” xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs1 ölümü ilə, eləcə də Zərərçəkmiş şəxs3 sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilməsi ilə nəticələn əməllər törədilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Məhəkəmə zamanı Təqsirləndirilən şəxs1 məhkəmə zamanı ona Azərbaycan Respublikası CM-in 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələr ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs3 atası ilə cəzaçəkmə müəssisəsində birgə cəza çəkib azadlığa çıxdıqdan sonra münasibətləri davam etmiş, Rəmanı da atasına görə tanımış və indiyə kimi cəmi bir neçə dəfə görmüş, Hüseynağa Yaqubovu isə orta məktəb vaxtlarından tanımış, onunla münasibətləri yaxşı olmuş, hətta onunla dostluq da etmiş, azadlığa çıxdıqdan sonra üzərində bıçaq gəzdirdiyindən Hüseynağanın məlumatı olmuş və ona dost hədiyyəsi olaraq qara rəngli bıçaq vermişdir. Təqsirləndirilən şəxs2 isə təxminən 3-4 ildir ki, tanımış, əqidələri və dini təfəkkürləri üst-üstə düşdüyü üçün yaxın dost olmuş, Şahid1 isə orta məktəbdən ilk sinifdən tanımış, belə ki, onunla eyni sinifdə oxumuş və sinif yoldaşı olmuş, İlqar xaraktercə sakit təbiətli biri olmaqla mübahisəyə meylli bir insan olmamış, hətta İlqar ona bir neçə dəfə üzərində bıçaq gəzdirməyinə irad bildirmiş, lakin ehtiyatı əldən verməmək üçün daim üzərində bıçaq olmuşdur. 25 iyul 2020-ci il tarixdə saatını dəqiq xatırlamasa da, havanın qaralmağına 1 saat yarım qalmış Rəman onun 055 870-08-78 saylı mobil nömrəsinə zəng etmiş, Rəmanla münasibəti olduğu üçün ailə qurmağa hazırlaşdığını bilmiş, belə ki, o, təxminən 8 ay əvvəl ona zəng edəndə bir qızla ailə qurmaq məqsədilə tanış olduğunu, könüllü olaraq qaçdıqlarını, amma ailəsinin məlumatı olmadığını bildirmiş, lakin Rəmanın atası Sərraf Mirzəyevlə münasibəti olduğu üçün bu şad xəbəri ona demiş, atası da bu xəbəri normal qarşılamışdır. Rəmanla telefonla danışanda o titrəyişli səslə Xırdalanda yanındakı qızın yanında küçədə onu bir nəfərin vurduğunu demiş, onun qaçırdığı qızla Xırdalan şəhərində yaşadığını bildiyi üçün həmin qızın yanında onu vurduqlarını zənn etmiş, Rəman ona həmin qızın rəfiqəsigilə gedibgəlməsini gözləyən zaman bir nəfərin onlara yaxınlaşıb qapının ağzında dayanmamalarını, yanında xanım olduğu üçün bir az irəli gedib dayanıb xanımının rəfiqəsigilin evinə tərəfə getməyə başlayan vaxt həmin şəxsin yenidən ona yaxınlaşıb «sizə demədim keçin o tərəfə» deyib onu başı ilə vurduğunu, xanımının ona köməklik göstərib birlikdə hadisə yerindən uzaqlaşdıqlarını demişdir. Rəmanın ona zəng etməkdə məqsədi ailəsinin yanında səbəbsiz yerə vurulmasına görə bir böyük qardaş kimi gedib həmin şəxslə söhbət etməsi olmuş, Rəmandan telefonda: «Həmin şəxs nə səbəbdən səni vura bilər?»,- deyə soruşanda o, xanımının onun köynəyini düzəltdiyinə görə ola bilsin ki həmin şəxsin onları səhv başa düşdüyünü demiş, Rəmana: “Narahat olma, gəlib söhbət edəcəm”,- deyə cavab vermiş, amma özlüyündə gedib normal insan kimi söhbət edib qayıtmağı və Rəmanın da ürəyinin sakitləşəcəyini düşünmüşdür. Birinci məhkumluğundan indiyə qədər ehtiyat məqsədilə həmişə üstündə bıçaq olmuş, həmin vaxt da üstündə Hüseynağanın hədiyyə etdiyi dəstəyi və tiyəsi qara rəngli, dəstəyinin üzərində deşiklər olan bıçaq olmuş, söhbəti aydınlaşdırmaq üçün avtomobili olan dostu Hüseynağaya zəng etsə də, o, cavab vermədiyi üçün avtomobili olan digər dostu Şahid1 zəng edib onu Xırdalan şəhərinə apara bilib-bilməyəcəyini soruşmuş, o, da 20 dəqiqəlik işi olduğunu, onsuz da virusa görə Pirşağı qəsəbəsində yaşadığını, yolüstü onu da düşürə biləcəyini demişdir. İlqarı gözləyən zaman Hüseynağa zəng edib «onsuz yanına gəlirdim, yoldaydım deyə cavab verə bilmədim» deyib harada olduğunu soruşanda ona «Bakcell Arena»-nın yanında olduğunu bildirmiş, İlqar və Hüseynağa gələnədək məsələ aydınlaşdırmağa getdiyindən dostu Təqsirləndirilən şəxs2 zəng edib söhbətə getdikləri üçün ona «həyatdır, hər şey ola bilər, dəstəmazlı gəl» demiş, çünki ikisi də dinə qulluq etdikləri üçün dəstəmazın onları bəladan qoruyacağını, məntiqli qərar verməyə kömək edəcəyini düşünmüşdür. Hüseynağa yanına tez çatdığı üçün mövzu aydınlaşdırmağa gedəcəklərini bilmiş, yəni Rəmanın ona telefonda dediklərini danışanda o, da “gedib söhbəti aydınlaşdırarıq” deyə bildirmiş, amma İlqar yanlarına gələndə məsələ barədə ona məlumat verməmiş, artıq onu geri qaytararsa ayıb olacağını və onu aparıb Rəmanın dava etdiyi yerə düşürüb getməsini düşünmüşdür. Bir müddət sonra Yaşar da gəlmiş, avtomobillərə minəndə dostu İlqarın «Chevrolet Malibu» markalı maşını olduğu üçün onu görənlərin daha hörmətlə qarşılamalarını istədiyi üçün İlqarın avtomobili ilə, Yaşar isə Hüseynağaya məxsus «VAZ-21015» markalı avtomobillə Xırdalan şəhərində “AAAF” parkın yanındakı «Bazarstore» marketinin yanına getmişlər. İlqar sonuna qədər nəyə və hara onu apardığını bilməmiş, Rəmanla danışanda həyəcanlı olduğunu hiss etdiyini güman etmiş, lakin avtomobildə artıq Rəmanla danışarkən ancaq yolu ondan soruşmuşdur. Saat 21 radələrində Rəmanla “AAAF” parkın yanında “Bazarstore” mağazasının avtodayanacağında görüşüb onu uşaqlarla tanış etmiş, İlqara: “Sən artıq get, yolundan qalma, avtomobilimiz var”,- deyib onu onlarla söhbət etməyə dəvət etməmiş və belə fikri olmamış, ona görə də onun getməsini istəmişdir. Rəman mübahisə etdiyi yerin aralıda olduğunu bildirib ora avtomobillə getmək lazım olduğunu deyəndə İlqara: “Sən get, biz Hüseynağanın avtomobili ilə gedərik”,- deyəndə İlqar: “Aparım düşürüm, sonra gedərəm”,- deyə cavab verib getməyin ayıb olduğunu düşündüyü üçün yanlarında qalmış və Rəman da İlqarın avtomobilinə minib yolu göstərmişdir. Rəmana onları görəndə 15-20 metr qabaqcadan deməsini istəmiş, lakin həmin küçəyə çatanda Rəman maşından saqqalı bir oğlanı göstərib onu vuran şəxs olduğunu deyəndə həmin şəxsin tək dayanmadığını və yanında başqa bir nəfərin də olduğunu görmüşdür. Bu vaxt avtomobili idarə edən dostu İlqara: “Dayanma, sağa dön, düz get və sonra dönüb geri qayıdarsan”,- demiş, İlqar və Hüseynağa avtomobilləri bir az irəliyə sürüb geriyə dönüb gəldikləri küçəyə qayıdıb həmin saqqallı oğlandan təxminən 50 metr aralıda avtomobilləri saxlamış və piyada şəkildə həmin şəxslərə yaxınlaşmışlar. Onlara yaxınlaşan zaman qabaqda o özü, yanında Rəman və Yaşar olmuş, Rəmanın göstərdiyi sonradan adının Xəlil olduğunu bildiyi şəxs tək olmamış, yanında sonradan adlarını bildiyi Bahadur və qardaşı Məmməd də olmuş, Hüseynağa və İlqar isə təxminən 2 dəqiqə sonra onlara çatmışlar. Məqsədinin dava olmadığını bildirmək üçün həmin şəxsə çatanda onlarla mülayim formada salamlaşıb Xəlili göstərib: «Rəman, bu qaqaş səni vurub?»- deyə soruşanda Rəman başını yelləmiş, Xəlilə: «Olar bir az qapıdan kənarda söhbət edək?»,- deyə müraciət etmiş, Xəlil də: «Ürəyiniz hara istəyir, keçək»,- deyə cavab vermişdir. Həmin vaxt qabaqda o özü getmiş, Rəman da yanında olmuş, o birilər də arxada gəlmiş, Hüseynağa da arxada olmuşdur. Orada olanlar hamısı bir-iki addım atdıqdan sonra Xəlil «görürəm hamınız paltarlarınızı soyunub gəlirsiz» deyə söz atmış, hava isti olduğu üçün onlardan üst geyimi olan gödəkcəsini çıxaran yalnız Rəman olduğu üçün ona: «Kimsə paltarını çıxarıbsa deməli hava istidi»,- deyə cavab vermişdir. Bu vaxt Xəlil səsi uca vəziyyətdə: «Bilirsən bu nə edib? bura nəyə gəldiyinizi bilirsiz?»,- deyə sual verəndə ona elə bunu aydınlaşdırmaq üçün gəldiklərini deyib onu niyə vurduğunu soruşmuş, bu sözündən sonra Xəlil: «Kamera var, gəlin gedək göstərim, onda bilərsiniz»,- deyəndə kamera olduğu üçün söhbətin sülhlə həll olunacağını düşünüb «gəlin gedək» deyə bildirmişdir. Bu vaxt Rəmanın Xəlili göstərən zaman onun yanında dayanmış, sonradan adının Bahadur olduğunu bildiyi şəxs: «Dayanın, əgər sizi kameradakı görüntülərlə səhv çıxarsaq, sizin hamınızın..»,- deyəndə onun sözünü onlar tərəfdə olanlar sözünü yarımçıq qoyub yüksək tonal: «Səsini aşağı sal»,- demiş, onun bu sözü kameraya baxmağa getmələrinə maneçilik törətmişdir. İradlarından sonra Xəlilgil daha da üstlərinə gəlmiş, yəni kameraya baxmanı təxirə salmaq istəmiş, onunla gələn uşaqlara: «Sakit olun, kamera var, baxaq hər şey aydın olacaq»,- deyə müraciət edib ərkyana Xəlilin qolundan tutub: «Qaqa, kameraya baxaq»,- deyib söhbəti sakitləşdirməyə çalışmış, eyni vaxtda onu qardaşını və Bahaduru sakitləşdirməyə çağırmışdır. Xəlillə üzbəüz qaldığı üçün, o ondan 4-5 addım geriyə çəkilib köynəyini şalvarın kəmər hissəsinə kimi qaldırıb əlini belinə qoymuş, lakin həmin vaxt o karıxıb şoklu üzlə ona baxıb əlini bel hissəsində saxlasa da, oradan heç nə çıxarmamış, yəni onun əlində əvvəl bıçaq olmamışdır. Onun bıçaq çıxaracağını düşünüb onu qabaqlayıb özünün üstündə olan bıçağı çıxaranda bu vaxt Xəlil bıçağı görüb qaçmış, hətta həmin vaxt qaçdığına görə bir nəfərin azaldığını düşünmüş, onun qaçdığına baxanda gözü ortalıqda Xəlilin qardaşı Məmmədə sataşmış, ətrafında isə Hüseynağa ilə Rəman olmuş və onlar ondan təxminən 5-6 metr aralıda əlbəyaxa dava etmişlər. Sonra sağ tərəfinə baxanda İlqarın Bahadura arxadan yaxınlaşdığını görmüş, İlqar Bahadurun əlində bıçaq olduğu üçün onu zərərsizləşdirmək məqsədilə tutub yerə atmış, sonra da Bahadur İlqarın üstünə yıxıldığı üçün onlara yaxınlaşanda Bahadurun bıçağının dəstəyinin parıltısını görmüş, sonra əli ilə Bahadurun çiynindən tutub onu İlqarın altına fırladıb geri çəkilmiş, İlqar onu sıxıb saxladığından artıq Bahadurun heç kimə xəsarət yetirməyəcəyini görüb dava olan kütlə tərəfə qayıtmışdır. X12 üz-üzə dayanaraq bir-birini vurduqlarını, həmin vaxt Hüseynağanın əlində parıltılı bır əşya ilə əlini cəld şəkildə zərbələr yetirdiyini görmüş, onun əli yumruq kimi gedib-gəlməmiş, yəni həmin əşya ilə Məmmədə bıçaqla vuran kimi hərəkətlər etmiş, Hüseynağa Məmmədə zərbə yetirib dala çəkilən vaxt Məmməd də ləng hərəkətləri ilə Hüseynağaya əlində parlaq bir əşya ilə zərbələr vurmaq kimi hərəkətlər etmişdir. Onlar tərəfə gedəndə kimsə onu boruya oxşar, lakin nə olduğunu görmədiyi alətlə boyun nahiyəsinə vurmuş, lakin kimin vurduğunu görməmiş, arxaya baxanda isə həmin adam əlində bıçaq görüb geri çəkilmişdir. Özünü toplayıb kütləyə tərəf gedib sağ tərəfdə Xəlili əlində bıçaqla görmüş, ona görə də Xəlilə yaxınlaşıb onun sol çiyin nahiyəsindən bıçaq zərəbələri vurmuş, Xəlilə bıçaq zərbələrini ancaq o vurmuş, Xəlili ondan başqa heç kim bıçaqla vurmamış, Xəlilə ondan başqa heç kim xəsarət yetirməmiş, həmin vaxt yenə də ona arxadan belinə nəsə dəysə də, qaranlıq olduğu üçün kim olduğunu görməmişdir. Bu vaxt sonradan Xəlilin qardaşı olduğunu öyrəndiyi hündürboylu Məmmədlə çiyin-çiyinə dəyib bir-birlərinə baxmış, Məmməd onu vurmaq istəyəndə əlində bıçağı dəqiq görmüş, ondan cəld tərpənib əlindəki bıçaqla onun sol çiyin tərəfinə bir zərbə endirib geri çəkiləndə bir dəfə də yüngül bir zərbə ilə sol çiynindən vurmuş, həmin vaxt Məmməd də onun ürək nahiyəsindən bıçaqla vurub geri çəkilmişdir. Sonra o, uşaqlara «davay maşına» deyə göstəriş vermiş, həmçinin qarşı tərəf də geriyə çəkilmiş, həmin vaxt taqətini itirib yerə yıxılıb kürəyi üstə uzanıb özünü itirdiyini hiss etmiş, bir anlıq Xəlilin üstünə addımladığını və əlində mətbəx bıçağına bənzər bıçaq olduğunu görüb özünü toplayıb ayağa qalxmış və əlindəki bıçaqla onu qarşılamağa hazırlaşmış, lakin Xəlil onun yaralı olduğunu görüb: “Ölürsən, ay bədbəxt”,- deyib arxaya çəkilmiş, o, da Xəlilə: “Elə sən də yaxşı vəziyyətdə deyilsən”,- deyə cavab verib avtomobillərə doğru geri çəkilməyə başlamışlar. Bir qədər çəkiləndən sonra daş üstündə durmuş “VAZ-2106” markalı avtomobilə söykənib üzü maşınlar tərəfə baxanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görmüş, bir az gücünü toplayıb həmin yerdə olan şəxsə doğru gedəndə artıq İlqar və Yaşar da yanında olmuş, həmin adamı çevirəndə Hüseynağa olduğunu, can verdiyini və xırıldadığını görmüşdür. İlqarla birlikdə onu qaldırmaq istəsələr də, ikisi də yaralı olduqlarından onu qaldıra bilməyib İlqara gücü olmadığını demişdir. Bu vaxt Rəman onun yanına gəlib onun köynəyini cırıb yarasına baxmış, həmin vaxt ürək nahiyəsindən qan gəlmiş, Rəman Hüseynağanın cibindən açarı götürüb onun avtomobilini sürüb Hüseynağanın yanına sürmüş, İlqar da öz avtomobilinin açarını itirdiyi üçün dava başlayan yerə gedib tapıb yanlarına qayıtmışdır. Onu İlqar, Rəman və Yaşar köməkləşib İlqarın avtomobilin arxa hissəsinə otuzdurmuş, sonra Yaşara və Rəmana Hüseynağanı avtomobilə qoyub arxalarınca gəlmələrini demiş, bundan sonra İlqar onu öz avtomobili ilə Respublika Klinik Xəstəxanasına çatdırandan sonra da oradan onu və İlqarı təcili tibbi yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs3 atası ilə cəzaçəkmə müəssisəsində birgə cəza çəkib azadlığa çıxdıqdan sonra münasibətləri davam etmiş, Rəmanı da atasına görə tanımış və indiyə kimi cəmi bir neçə dəfə görmüş, Hüseynağa Yaqubovu isə orta məktəb vaxtlarından tanımış, onunla münasibətləri yaxşı olmuş, hətta onunla dostluq da etmiş, azadlığa çıxdıqdan sonra üzərində bıçaq gəzdirdiyindən Hüseynağanın məlumatı olmuş və ona dost hədiyyəsi olaraq qara rəngli bıçaq vermişdir. Təqsirləndirilən şəxs2 isə təxminən 3-4 ildir ki, tanımış, əqidələri və dini təfəkkürləri üst-üstə düşdüyü üçün yaxın dost olmuş, Şahid1 isə orta məktəbdən ilk sinifdən tanımış, belə ki, onunla eyni sinifdə oxumuş və sinif yoldaşı olmuş, İlqar xaraktercə sakit təbiətli biri olmaqla mübahisəyə meylli bir insan olmamış, hətta İlqar ona bir neçə dəfə üzərində bıçaq gəzdirməyinə irad bildirmiş, lakin ehtiyatı əldən verməmək üçün daim üzərində bıçaq olmuşdur. 25 iyul 2020-ci il tarixdə saatını dəqiq xatırlamasa da, havanın qaralmağına 1 saat yarım qalmış Rəman onun (055) 870-08-78 saylı mobil nömrəsinə zəng etmiş, Rəmanla münasibəti olduğu üçün ailə qurmağa hazırlaşdığını bilmiş, belə ki, o, təxminən 8 ay əvvəl ona zəng edəndə bir qızla ailə qurmaq məqsədilə tanış olduğunu, könüllü olaraq qaçdıqlarını, amma ailəsinin məlumatı olmadığını bildirmiş, lakin Rəmanın atası Sərraf Mirzəyevlə münasibəti olduğu üçün bu şad xəbəri ona demiş, atası da bu xəbəri normal qarşılamışdır. Rəmanla telefonla danışanda o titrəyişli səslə Xırdalanda yanındakı qızın yanında küçədə onu bir nəfərin vurduğunu demiş, onun qaçırdığı qızla Xırdalan şəhərində yaşadığını bildiyi üçün həmin qızın yanında onu vurduqlarını zənn etmiş, Rəman ona həmin qızın rəfiqəsigilə gedib-gəlməsini gözləyən zaman bir nəfərin onlara yaxınlaşıb qapının ağzında dayanmamalarını, yanında xanım olduğu üçün bir az irəli gedib dayanıb xanımının rəfiqəsigilin evinə tərəfə getməyə başlayan vaxt həmin şəxsin yenidən ona yaxınlaşıb: «Sizə demədim keçin o tərəfə»,deyib onu başı ilə vurduğunu, xanımının ona köməklik göstərib birlikdə hadisə yerindən uzaqlaşdıqlarını demişdir. Rəmanın ona zəng etməkdə məqsədi ailəsinin yanında səbəbsiz yerə vurulmasına görə bir böyük qardaş kimi gedib həmin şəxslə söhbət etməsi olmuş, Rəmandan telefonda: «Həmin şəxs nə səbəbdən səni vura bilər?»,- deyə soruşanda o, xanımının onun köynəyini düzəltdiyinə görə ola bilsin ki həmin şəxsin onları səhv başa düşdüyünü demiş, Rəmana: “Narahat olma, gəlib söhbət edəcəm”,- deyə cavab vermiş, amma özlüyündə gedib normal insan kimi söhbət edib qayıtmağı və Rəmanın da ürəyinin sakitləşəcəyini düşünmüşdür. Birinci məhkumluğundan indiyə qədər ehtiyat məqsədilə həmişə üstündə bıçaq olmuş, həmin vaxt da üstündə Hüseynağanın hədiyyə etdiyi dəstəyi və tiyəsi qara rəngli, dəstəyinin üzərində deşiklər olan bıçaq olmuş, söhbəti aydınlaşdırmaq üçün avtomobili olan dostu Hüseynağaya zəng etsə də, o, cavab vermədiyi üçün avtomobili olan digər dostu Şahid1 zəng edib onu Xırdalan şəhərinə apara bilib-bilməyəcəyini soruşmuş, o, da 20 dəqiqəlik işi olduğunu, onsuz da virusa görə Pirşağı qəsəbəsində yaşadığını, yolüstü onu da düşürə biləcəyini demişdir. İlqarı gözləyən zaman Hüseynağa zəng edib: «Onsuz yanına gəlirdim, yoldaydım deyə cavab verə bilmədim»,deyib harada olduğunu soruşanda ona «Bakcell Arena»nın yanında olduğunu bildirmiş, İlqar və Hüseynağa gələnədək məsələ aydınlaşdırmağa getdiyindən dostu Təqsirləndirilən şəxs2 zəng edib söhbətə getdikləri üçün ona: «Həyatdır, hər şey ola bilər, dəstəmazlı gəl»,- demiş, çünki ikisi də dinə qulluq etdikləri üçün dəstəmazın onları bəladan qoruyacağını, məntiqli qərar verməyə kömək edəcəyini düşünmüşdür. Hüseynağa yanına tez çatdığı üçün mövzu aydınlaşdırmağa gedəcəklərini bilmiş, yəni Rəmanın ona telefonda dediklərini danışanda o, da: “Gedib söhbəti aydınlaşdırarıq”,- deyə bildirmiş, amma İlqar yanlarına gələndə məsələ barədə ona məlumat verməmiş, artıq onu geri qaytararsa ayıb olacağını və onu aparıb Rəmanın dava etdiyi yerə düşürüb getməsini düşünmüşdür. Bir müddət sonra Yaşar da gəlmiş, avtomobillərə minəndə dostu İlqarın «Chevrolet Malibu» markalı maşını olduğu üçün onu görənlərin daha hörmətlə qarşılamalarını istədiyi üçün İlqarın avtomobili ilə, Yaşar isə Hüseynağaya məxsus «VAZ-21015» markalı avtomobillə Xırdalan şəhərində “AAAF” parkın yanındakı «Bazarstore» marketinin yanına getmişlər. İlqar sonuna qədər nəyə və hara onu apardığını bilməmiş, Rəmanla danışanda həyəcanlı olduğunu hiss etdiyini güman etmiş, lakin avtomobildə artıq Rəmanla danışarkən ancaq yolu ondan soruşmuşdur. Saat 21 radələrində Rəmanla “AAAF” parkın yanında “Bazarstore” mağazasının avtodayanacağında görüşüb onu uşaqlarla tanış etmiş, İlqara: “Sən artıq get, yolundan qalma, avtomobilimiz var”,- deyib onu onlarla söhbət etməyə dəvət etməmiş və belə fikri olmamış, ona görə də onun getməsini istəmişdir. Rəman mübahisə etdiyi yerin aralıda olduğunu bildirib ora avtomobillə getmək lazım olduğunu deyəndə İlqara: “Sən get, biz Hüseynağanın avtomobili ilə gedərik”,- deyəndə İlqar: “Aparım düşürüm, sonra gedərəm”,- deyə cavab verib getməyin ayıb olduğunu düşündüyü üçün yanlarında qalmış və Rəman da İlqarın avtomobilinə minib yolu göstərmişdir. Rəmana onları görəndə 15-20 metr qabaqcadan deməsini istəmiş, lakin həmin küçəyə çatanda Rəman maşından saqqalı bir oğlanı göstərib onu vuran şəxs olduğunu deyəndə həmin şəxsin tək dayanmadığını və yanında başqa bir nəfərin də olduğunu görmüşdür. Bu vaxt avtomobili idarə edən dostu İlqara: “Dayanma, sağa dön, düz get və sonra dönüb geri qayıdarsan”,- demiş, İlqar və Hüseynağa avtomobilləri bir az irəliyə sürüb geriyə dönüb gəldikləri küçəyə qayıdıb həmin saqqallı oğlandan təxminən 50 metr aralıda avtomobilləri saxlamış və piyada şəkildə həmin şəxslərə yaxınlaşmışlar. Onlara yaxınlaşan zaman qabaqda o özü, yanında Rəman və Yaşar olmuş, Rəmanın göstərdiyi sonradan adının Xəlil olduğunu bildiyi şəxs tək olmamış, yanında sonradan adlarını bildiyi Bahadur və qardaşı Məmməd də olmuş, Hüseynağa və İlqar isə təxminən 2 dəqiqə sonra onlara çatmışlar. Məqsədinin dava olmadığını bildirmək üçün həmin şəxsə çatanda onlarla mülayim formada salamlaşıb Xəlili göstərib: «Rəman, bu qaqaş səni vurub?»,- deyə soruşanda Rəman başını yelləmiş, Xəlilə: «Olar bir az qapıdan kənarda söhbət edək?»,deyə müraciət etmiş, Xəlil də «Ürəyiniz hara istəyir, keçək»,- deyə cavab vermişdir. Həmin vaxt qabaqda o özü getmiş, Rəman da yanında olmuş, o birilər də arxada gəlmiş, Hüseynağa da arxada olmuşdur. Orada olanlar hamısı bir-iki addım atdıqdan sonra Xəlil: «Görürəm hamınız paltarlarınızı soyunub gəlirsiz»,- deyə söz atmış, hava isti olduğu üçün onlardan üst geyimi olan gödəkcəsini çıxaran yalnız Rəman olduğu üçün ona: «Kimsə paltarını çıxarıbsa - deməli hava istidi»,- deyə cavab vermişdir. Bu vaxt Xəlil səsi uca vəziyyətdə: «Bilirsən bu nə edib? bura nəyə gəldiyinizi bilirsiz?»,- deyə sual verəndə ona elə bunu aydınlaşdırmaq üçün gəldiklərini deyib onu niyə vurduğunu soruşmuş, bu sözündən sonra Xəlil: «Kamera var, gəlin gedək göstərim, onda bilərsiniz»,- deyəndə kamera olduğu üçün söhbətin sülhlə həll olunacağını düşünüb: «Gəlin gedək»,- deyə bildirmişdir. Bu vaxt Rəmanın Xəlili göstərən zaman onun yanında dayanmış, sonradan adının Bahadur olduğunu bildiyi şəxs: «Dayanın, əgər sizi kameradakı görüntülərlə səhv çıxarsaq, sizin hamınızın…»,- deyəndə onun sözünü onlar tərəfdə olanlar sözünü yarımçıq qoyub yüksək tonal: «Səsini aşağı sal»,- demiş, onun bu sözü kameraya baxmağa getmələrinə maneçilik törətmişdir. İradlarından sonra Xəlilgil daha da üstlərinə gəlmiş, yəni kameraya baxmanı təxirə salmaq istəmiş, onunla gələn uşaqlara: «Sakit olun, kamera var, baxaq - hər şey aydın olacaq»,- deyə müraciət edib ərkyana Xəlilin qolundan tutub: «Qaqa, kameraya baxaq»,- deyib söhbəti sakitləşdirməyə çalışmış, eyni vaxtda onu qardaşını və Bahaduru sakitləşdirməyə çağırmışdır. Xəlillə üzbəüz qaldığı üçün, o ondan 4-5 addım geriyə çəkilib köynəyini şalvarın kəmər hissəsinə kimi qaldırıb əlini belinə qoymuş, lakin həmin vaxt o karıxıb şoklu üzlə ona baxıb əlini bel hissəsində saxlasa da, oradan heç nə çıxarmamış, yəni onun əlində əvvəl bıçaq olmamışdır. Onun bıçaq çıxaracağını düşünüb onu qabaqlayıb özünün üstündə olan bıçağı çıxaranda bu vaxt Xəlil bıçağı görüb qaçmış, hətta həmin vaxt qaçdığına görə bir nəfərin azaldığını düşünmüş, onun qaçdığına baxanda gözü ortalıqda Xəlilin qardaşı Məmmədə sataşmış, ətrafında isə Hüseynağa ilə Rəman olmuş və onlar ondan təxminən 5-6 metr aralıda əlbəyaxa dava etmişlər. Sonra sağ tərəfinə baxanda İlqarın Bahadura arxadan yaxınlaşdığını görmüş, İlqar Bahadurun əlində bıçaq olduğu üçün onu zərərsizləşdirmək məqsədilə tutub yerə atmış, sonra da Bahadur İlqarın üstünə yıxıldığı üçün onlara yaxınlaşanda Bahadurun bıçağının dəstəyinin parıltısını görmüş, sonra əli ilə Bahadurun çiynindən tutub onu İlqarın altına fırladıb geri çəkilmiş, İlqar onu sıxıb saxladığından artıq Bahadurun heç kimə xəsarət yetirməyəcəyini görüb dava olan kütlə tərəfə qayıtmışdır. X12 üz-üzə dayanaraq bir-birini vurduqlarını, həmin vaxt Hüseynağanın əlində parıltılı bır əşya ilə əlini cəld şəkildə zərbələr yetirdiyini görmüş, onun əli yumruq kimi gedib-gəlməmiş, yəni həmin əşya ilə Məmmədə bıçaqla vuran kimi hərəkətlər etmiş, Hüseynağa Məmmədə zərbə yetirib dala çəkilən vaxt Məmməd də ləng hərəkətləri ilə Hüseynağaya əlində parlaq bir əşya ilə zərbələr vurmaq kimi hərəkətlər etmişdir. Onlar tərəfə gedəndə kimsə onu boruya oxşar, lakin nə olduğunu görmədiyi alətlə boyun nahiyəsinə vurmuş, lakin kimin vurduğunu görməmiş, arxaya baxanda isə həmin adam əlində bıçaq görüb geri çəkilmişdir. Özünü toplayıb kütləyə tərəf gedib sağ tərəfdə Xəlilin kiminsə qabağında olduğunu görüb onun qabağında onlardan kiminsə qısılmış vəziyyətdə Xəlilin bıçağını tutduğunu görmüş, amma Xəlilin qarşısındakının kim olduğunu bilməmiş, ona görə də Xəlilə yaxınlaşıb onun sol çiyin nahiyəsindən iki dəfə bıçaqla vurmuş, həmin vaxt yenə də ona arxadan belinə nəsə dəysə də, qaranlıq olduğu üçün kim olduğunu görməmişdir. Bu vaxt sonradan Xəlilin qardaşı olduğunu öyrəndiyi hündürboylu Məmmədlə çiyin-çiyinə dəyib bir-birlərinə baxmış, Məmməd onu vurmaq istəyəndə əlində bıçağı dəqiq görmüş, ondan cəld tərpənib əlindəki bıçaqla onun sol çiyin tərəfinə bir zərbə endirib geri çəkiləndə bir dəfə də yüngül bir zərbə ilə sol çiynindən vurmuş, həmin vaxt Məmməd də onun ürək nahiyəsindən bıçaqla vurub geri çəkilmişdir. Sonra o, uşaqlara: «Davay maşına»,- deyə göstəriş vermiş, həmçinin qarşı tərəf də geriyə çəkilmiş, həmin vaxt taqətini itirib yerə yıxılıb kürəyi üstə uzanıb özünü itirdiyini hiss etmiş, bir anlıq Xəlilin üstünə addımladığını və əlində mətbəx bıçağına bənzər bıçaq olduğunu görüb özünü toplayıb ayağa qalxmış və əlindəki bıçaqla onu qarşılamağa hazırlaşmış, lakin Xəlil onun yaralı olduğunu görüb: “Ölürsən, ay bədbəxt”,deyib arxaya çəkilmiş, o, da Xəlilə: “Elə sən də yaxşı vəziyyətdə deyilsən”,- deyə cavab verib avtomobillərə doğru geri çəkilməyə başlamışlar. Bir qədər çəkiləndən sonra daş üstündə durmuş “VAZ-2106” markalı avtomobilə söykənib üzü maşınlar tərəfə baxanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görmüş, bir az gücünü toplayıb həmin yerdə olan şəxsə doğru gedəndə artıq İlqar və Yaşar da yanında olmuş, həmin adamı çevirəndə Hüseynağa olduğunu, can verdiyini və xırıldadığını görmüşdür. İlqarla birlikdə onu qaldırmaq istəsələr də, ikisi də yaralı olduqlarından onu qaldıra bilməyib İlqara gücü olmadığını demişdir. Bu vaxt Rəman onun yanına gəlib onun köynəyini cırıb yarasına baxmış, həmin vaxt ürək nahiyəsindən qan gəlmiş, Rəman Hüseynağanın cibindən açarı götürüb onun avtomobilini sürüb Hüseynağanın yanına sürmüş, İlqar da öz avtomobilinin açarını itirdiyi üçün dava başlayan yerə gedib tapıb yanlarına qayıtmışdır. Onu İlqar, Rəman və Yaşar köməkləşib İlqarın avtomobilin arxa hissəsinə otuzdurmuş, sonra Yaşara və Rəmana Hüseynağanı avtomobilə qoyub arxalarınca gəlmələrini demiş, bundan sonra İlqar onu öz avtomobili ilə Respublika Klinik Xəstəxanasına çatdırandan sonra da oradan onu və İlqarı təcili tibbi yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışlar; Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində həmçinin göstərmişdir ki, davada sonadək iştirak edib davanın sonuna yaxın yaralandığını bilmiş, Zərərçəkmiş şəxs1la sol çiyinləri ilə toqquşduqları üçün onun bədənində xəsarət olub-olmadığına fikir verə bilməmiş, həmçinin həmin vaxt hava qaranlıq olmuş və dava gedən yerdə işıqlandırma olmamışdır. Hadisə zamanı onun bıçağı olmuş, Hüseynağada da bıçaq olduğunu görmüş, ilkin ifadəsində həm hadisənin şokunda və yaralı olduğundan, həm də həbs olunduğundan istintaq təcridxanasına tez getmək istəmiş, həmçinin Xəlilə və Məmmədə ifadəsində göstərdiyi sayda bıçaq zərbələri vurduğundan Məmmədin onun vurduğu bıçaq zərbəsindən öldüyünü düşünüb bıçağın yalnız onda olduğunu demiş, lakin rəylərlə tanış olandan sonra bunların hamısını özü yetirmədiyini düşünmüş, sonradan hadisəni yadına salıb Hüseynağanın da əlində bıçaq olduğunu xatırlamışdır. Hüseynağanın bıçağı onun bıçağına oxşamış, bağlı vəziyyətdə elə onun bıçağı uzunluğunda, tiyəsi isə gümüş rəngində, üzərində mişar formalı ülgüclü olmuş, amma Hüseynağanın bıçağı onun bıçağından təxminən 3 sm uzun olmuş, Hüseynağa can verən vaxt onun yanında və ya əlində bıçağın olmasına fikir verməmiş, hazırda da həmin bıçağın harada olduğunu bilməmişdir. Yaşarı əvvəl dava başlayanda və sonda «VAZ-2106» markalı avtomobilin yanında yıxılanda görmüş, amma onun hərəkətləri, kimə nə xəsarət yetirdiyini görməmişdir. Hüseynağanın avtomobilindəki karton parçasından dava vaxtı istifadə edilməmiş, hadisə vaxtı İlqarın onu çağırmasını eşitməmiş, İlqar Bahadurun bıçağını tutarkən Xəlilin gəlib İlqarın ürək nahiyəsinə vurmasını görməmiş, Xəlilin kiminsə qabağında olduğunu görüb onun qabağında özlərindən kiminsə qısılmış vəziyyətdə Xəlilin bıçağını tutduğunu başa düşsə də, qaranlıq olduğundan kim olduğunu görə bilməmiş, ona görə də Xəlilə yaxınlaşıb onun sol çiyin nahiyəsindən iki dəfə bıçaqla vurmuş, İlqarın göstərdiyi kimi, əgər o həmin vaxt Bahadurun bıçağını tutmuşsa və Xəlil həmin vaxt ona yaxınlaşaraq ürək nahiyəsinə zərbə vurmuşsa, onda o, həmin məqamı xatırlamamışdır. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü ancaq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 4-5 ildir tanımış və onunla yaxın dost münasibəti olmuşdur. 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində Tural ona zəng edərək “8-ci km» bazarının qarşısındakı “Heydər Əliyev” adına parka gəlməyini xahiş etmiş, ondan nə olduğunu soruşanda o, ona: «Xeyir olar inşallah, sən evdən çıxanda dəstəmaz al»,- demiş, o, da dəstəmaz alıb oğlu Nozər Mövsümlünün bir neçə il əvvəl aldığı tiyəsi 3 sm olan açılıb-bağlanan qara rəngli bıçağı götürüb cibinə qoyub evdən çıxmış, həmin bıçağı həmişə üzərində gəzdirsə də, Turalın onu hara və nəyə dəvət etdiyini bilməmişdir. Təxminən 40 dəqiqə sonra Tural ilə təyin olunan yerdə görüşəndə Turalın yanında tanıdığı, onun tanışları Hüseynağa və İlqar da olmuş, nə məsələ olduğunu Turaldan soruşduqda o, ona Rəman adlı tanışının Xırdalan şəhərində problemi yarandığını və köməyə ehtiyacı olduğunu, yəni Rəmanın küçədə həyat yoldaşı ilə olarkən həmin küçədə yaşayan bir kişinin onlara sataşdığını və bu səbəbdən aralarında problem yarandığını demiş, Rəmanı şəxsən tanımasa da, onun haqqında Turaldan əvvəlcədən eşitmiş, Rəmanın əvvəlcədən qız qaçırdığını və bunun üçün problem yaşadığını Turaldan öyrənmişdir. Onlar iki avtomobillə oradan Xırdalan şəhərinə yola düşmüş, avtomobildən biri “VAZ-21015” markalı minik avtomobili Hüseynağaya, digəri isə “Chevrolet” markalı minik avtomobili İlqara məxsus olmuş, o, Hüseynağanın, Tural isə İlqarın avtomobilində Xırdalan şəhərinə gəlmişlər. Xırdalan şəhərində “BazarStore” marketinin yanında Rəmanla görüşəndə məsələ onlara aydın olmuş, həmin vaxt Rəman Turalın dediyini onlara təsdiqləyərək həyat yoldaşı ilə kirayə ev axtardığını və bu məqsədlə ona sataşılan ərazidə bir nəfər şəxslə mübahisəsi olduğunu, yəni həmin şəxsin ona kəllə ilə baş nahiyəsindən vurduğunu demişdir. Rəmana: «Biz özümüz söhbət formasında məsələni aydınlaşdıracayıq»,- deyib əl-qol atıb məsələni şişirtməməsini, yəni sadəcə söhbətə getdiklərini bildirmiş və bundan sonra söhbəti sakit formada həll etmək üçün Rəmanla mübahisə yaradan şəxslərin yaşadığı ünvana getmiş, amma Xırdalan şəhərini tanımadığından həmin evin harada yerləşdiyini bilməmişdir. Rəman orada olan təxminən 40 yaşlı saqqallı bir kişini, adının sonradan Xəlil olduğunu bildiyi şəxsi əli ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, həmin iki şəxsdən biri Xəlil, digəri isə adını sonradan bildiyi Bahadur olduğunu olmuş, onlarla salamlaşdıqdan sonra Xəlil həmin vaxt onlara müraciət edərək uca səslə və əlləri ilə jestlər edərək: “Bilirsiniz niyə gəlmisiniz? fahişənin söhbətinə gəlmisiniz?”,-demiş, sonra Rəmana, arxada gələn Hüseynağaya və İlqara əli ilə göstərərək: “Soyunub gəlirsiz, nə üçün soyunursuz? davaya gəlmisiniz?”,deyə bildirmiş, həmin vaxt onun cavabını Rəman özü verib: “Hava istidir, onun üçün soyunmuşam”,- demişdir. Xəlilə gülə-gülə bir az səbirli və təmkinli olmasını deyib qıraqda söhbət etməyi təklif etmiş, Xəlil də yumşalıb: «Olar birinizlə çəkilək bir qırağa söhbət edək»,- deyəndə ona Tural ilə danışmağı təklik etmişdir. Bundan sonra Tural Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 4-5 metr uzaqlaşmış, həmin vaxt onların, yəni onun, Hüseynağanın, Rəmanın və İlqarın yanında tək qalan Bahadur Xəlilə və Turala: “Dayanın bir dəqiqə, əgər biz dediyimiz çıxsa sizin hamınızın…»,- deyib nalayiq ifadə işlətmişdir. Bundan sonra onun yanında olan yoldaşlar narazılıq etməyə başlamış, hətta Hüseynağa hirslənib yumruğunu sıxmış, artıq dava düşəcəyini hiss edib yenə də yoldaşları aralayaraq sakitləşdirmək istəmiş, həmin vaxt Bahadurun söyüşünü sonraya saxlayıb aranı sakitləşdirmək fikrində olmuş, həm də Xəlil Rəmanın yanındakı qızı «fahişə» adlandırsa da, Rəman onlara həmin qadının onun yoldaşı olduğunu demişdir. Bu vaxt Tural və Xəlil artıq onlara çatanda yaxınlıqda daşın üzərində oturmuş Xəlilin qardaşı mərhum Məmməd də yaxınlaşmış və aralarında davadalaş başlamış, hamı bir-birinə təpik-yumruq vurmuş, o özü isə tək ortada qalıb kimi ayırmaq lazım olduğunu bilməmiş, Məmməd yaxınlaşanda bir ağsaqqal kişi olduğu üçün ayırmağa gəldiyini zənn etmişdir. Bir anlıq Bahadurla üz-üzə gələndə onun sol əlində bıçaq olduğunu və üstünə hücum etmək istədiyini görmüş, Bahadur onun sinə nahiyəsindən təpiklə vurduğundan zərbənin təsirindən yerə yıxılıb sağ dirsəyini əzmiş, yerdə olmağından istifadə edərək Bahadur üstünə hücuma keçib əlindəki bıçaqla onu vurmaq istəmiş, o, da bunun qarşısını almış, yəni sol əli ilə onun sol əlindəki bıçağı tutub yavaş-yavaş ayağa qalxmağa başlamış, həmin vaxt sol əlindən xəsarət almışdır. Bu vaxt Bahadur onu bir neçə dəfə sağ əli ilə yumruqla baş nahiyəsindən vurmuş, o, da sağ əli ilə belindən özü ilə gətirdiyi qara rəngli düymə ilə açılan bıçağı çıxarıb açaraq ayağa qalxdıqdan sonra sağ əli ilə Bahadurun bıçaq tutduğu sol əlinə bir dəfə zərbə endirmiş, hətta xırçıltısını da eşitmiş, bundan sonra Bahadur geri çəkiləndə arxaya gedərək ayağı ilişib yerə yıxılmış, yanı üstə oturaraq onun üstünə getməməyi üçün əlini qaldırıb dayanmağını işarə edən hərəkətlər etmiş, o, da onun üstünə daha getməmişdir. Bahadurdan bir neçə addım aralaşaraq yoldaşlarını axtarmağa başlamış, həmin vaxt Rəmanı yanında, Tural və İlqarı ayaq üstə görmüş, yenidən Bahadurun üstünə gəlməməsi üçün o, hələ də yerdə oturmuşdur. Turalın qolundan tutub özünə tərəf çəkərək onu oradan uzaqlaşdırmaq istəyəndə onun sinə nahiyəsində xəsarət olduğunu görmüş, sonra da İlqarı qolundan tutub eynı şəkildə aralaşdıranda onun da sinə nahiyəsində xəsarət olmuş, sonra bir az aralaşdıqdan sonra Hüseynağanı görmədiyi üçün onu soruşanda Rəman ona əli ilə göstərib yerdə olduğunu demişdir. Hamını geri çəkərək orada hadisə vaxtı daşlar üzərində olan «VAZ-2106» markalı avtomobilin yanında Hüseynağanı yerdə dizləri üstə, ayaqları qatlanmış, başı arxa vəziyyətdə görüb qucaqlayanda onun ağzından və burnundan qan gəlmiş və o xırıldamışdır. Geri baxanda Turalı da qeyd etdiyi «VAZ-2106» markalı avtomobilə halsız, sanki huşunu itirən vəziyyətdə söykəndiyini görmüş, Hüseynağaya kömək etmək istəsə də, ona artıq onun öldüyü deyilmiş, o, da onun başını buraxıb digərlərinə yardım etmişdir. Ətrafa yığışan qonşulardan təcili tibbi yardım xidmətinə zəng etməyi xahiş edəndə artıq məlumat verildiyi deyilmiş, Hüseynağanın yanında bir müddət durub təcili yardım gəlməsini gözləyəndə də orada olan tanımadığı bir qadın onun qanlı əlini sarımış, elə həmin vaxtda Turalın yerə yıxıldığını görmüşdür. Rəman Hüseynağaya məxsus “VAZ-21015” markalı avtomobilə minib yanlarına sürmüş, Hüseynağanı qaldırmağa cəhd etsə də, artıq təcili yardım avtomobili gəldiyi üçün Turalı götürməyin vacib olduğunu dedikdə Rəman onun təcili tibbi yardım avtomobili ilə aparılacağını demiş, bundan sonra Hüseynağanı buraxıb onun avtomobilinə əyləşib Rəmanla birlikdə Respublika Klinik Xəstəxanasına getmiş və bundan sonra Rəmanı görməmiş, xəstəxanada ona ilkin tibbi yardım göstərilərək yaralı əli sarınmışdır. Rəmanın yaşlı kişi tərəfindən yoldaşının yanında vurulması ona inandırıcı görünmədiyi üçün onun əl-qol atmasına ehtimal olmasa da, onu tanımadığından: “Biz özümüz söhbət formasında məsələni aydınlaşdıracayıq, əl-qol atıb məsələni şişirtmə”,- demişdir. Əvvəlki ifadəsində Turalın Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşdığını, bu zaman orada oturan tanımadığı bir nəfərin Turala yaxınlaşaraq onu vurmaq istədiyini, onların da bundan sonra yaxınlaşdıqlarını, aralarında dava-dalaş başladığını, həmin vaxt Xəlillə üzbəüz qalıb onunla əlbəyaxa olduğunu, hətta onun zərbəsinin təsirindən yıxıldığını, yerdə olarkən o əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gəldiyi vaxt onun sol əlini qabağa verərək Xəlilin sağ əlindəki əşyasının ona dəyməsinin qarşısını almaq istədiyini, həmin vaxt əlindən xəsarət aldığın, lakin hadisə zamanı şokda olduğundan hiss etmədiyini və hadisə bitdikdən sonra xəsarətini gördüyünü, özünü müdafiə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb Xəlilin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirdiyini, bundan sonra Xəlilin ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getdiyini göstərmişdir. Lakin həmin gün ifadə verəndə şokda olmuş, hadisənin və Hüseynağanın ölməsinin təsirindən özündə olmamış, tutulmağının və ailə-uşağın fikrində olduğundan həmin formada ifadə vermiş, hadisə vaxtı iştirak edən şəxslərin adlarını da daha sonra bilmiş və buna görə də elə formada ifadə vermişdir. O, Bahadurdan başqa heç kimi bıçaqla vurmamış, Xəlilin bədəni üzərindəki xıçarətlərin heç biri onun tərəfindən yetirilməmiş, Xəlilə kim tərəfindən xəsarət yetirilidyini bilmir, ümumiyyətlə dava zamanı Xəlillə üz-üzə gəlməmiş, Xəlilə qarşı heç bir qanunsuz hərəkətə yol verməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 4-5 ildir tanımış və onunla yaxın dost münasibəti olmuşdur. 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində Tural ona zəng edərək “8-ci km» bazarının qarşısındakı “Heydər Əliyev” adına parka gəlməyini xahiş etmiş, ondan nə olduğunu soruşanda o, ona: «Xeyir olar inşallah, sən evdən çıxanda dəstəmaz al»,- demiş, o, da dəstəmaz alıb oğlu Nozər Mövsümlünün bir neçə il əvvəl aldığı tiyəsi 3 sm olan açılıb-bağlanan qara rəngli bıçağı götürüb cibinə qoyub evdən çıxmış, həmin bıçağı həmişə üzərində gəzdirsə də, Turalın onu hara və nəyə dəvət etdiyini bilməmişdir. Təxminən 40 dəqiqə sonra Tural ilə təyin olunan yerdə görüşəndə Turalın yanında onun tanışları Hüseynağa və İlqar da olmuş, nə məsələ olduğunu Turaldan soruşduqda, sonuncu ona Rəman adlı tanışının Xırdalan şəhərində problemi yarandığını və köməyə ehtiyacı olduğunu, yəni Rəmanın küçədə həyat yoldaşı ilə olarkən həmin küçədə yaşayan bir kişinin onlara sataşdığını və bu səbəbdən aralarında problem yarandığını demiş, Rəmanı şəxsən tanımasa da, onun haqqında Turaldan əvvəlcədən eşitmiş, Rəmanın əvvəlcədən qız qaçırdığını və bunun üçün problem yaşadığını Turaldan öyrənmişdir. Onlar iki avtomobillə oradan Xırdalan şəhərinə yola düşmüş, avtomobildən biri - “VAZ-21015” markalı minik avtomobili Hüseynağaya, digəri isə - “Chevrolet” markalı minik avtomobili İlqara məxsus olmuş, o, Hüseynağanın, Tural isə İlqarın avtomobilində Xırdalan şəhərinə gəlmişlər. Xırdalan şəhərində “BazarStore” marketinin yanında Rəmanla görüşəndə məsələ onlara aydın olmuş, həmin vaxt Rəman Turalın dediyini onlara təsdiqləyərək həyat yoldaşı ilə kirayə ev axtardığını və bu məqsədlə ona sataşılan ərazidə bir nəfər şəxslə mübahisəsi olduğunu, yəni həmin şəxsin ona kəllə ilə baş nahiyəsindən vurduğunu demişdir. Rəmana: «Biz özümüz söhbət formasında məsələni aydınlaşdıracayıq»,- deyib əl-qol atıb məsələni şişirtməməsini, yəni sadəcə söhbətə getdiklərini bildirmiş və bundan sonra söhbəti sakit formada həll etmək üçün Rəmanla mübahisə yaradan şəxslərin yaşadığı ünvana getmiş, amma Xırdalan şəhərini tanımadığından həmin evin harada yerləşdiyini bilməmişdir. Saat 22 radələrində oraya çatanda Rəman küçədə oturan təxminən 40 yaşlı saqqallı bir kişini əl ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, bundan sonra Tural həmin kişiyə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşmış, amma bu zaman orada oturan tanımadığı bir nəfər Turala yaxınlaşaraq onu vurmaq istəmişdir. Onlara yaxınlaşdıqdan sonra aralarında dava-dalaş başlamış, dava zamanı o, Rəmanın göstərdiyi saqqallı kişi ilə üzbəüz qalıb onunla əlbəyaxa olmuş, hətta onun endirdiyi zərbənin təsirindən yıxılmışdır. Yerdə olarkən həmin saqqalı şəxs əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gələndə həmin vaxt sol əlini qabağa verərək onun sağ əlindəki əşyanın ona dəyməsinin qarşısını almaq istəyərkən özü əlindən xəsarət almış, lakin hadisə zamanı şokda olduğundan hiss etməmiş, hadisə bitdikdən sonra xəsarətini görmüşdür. Özünü müdafiə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb qarşısındakı şəxsin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirmiş və ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getmişdir. O, özü də qalxıb həmin yerə getmiş, ətrafa nəzər saldıqda Hüseynağanı yerdə üzü qanlı vəziyyətdə görüb ona yaxınlaşmış, Turalı, İlqarı və Rəmanı isə ayaq üstə görmüş, həmin vaxt dava səngimişdir. Hüseynağanın vəziyyətini öyrənmək üçün ona yaxınlaşanda xırıldadığını görmüş, Hüseynağa boyun nahiyəsindən xəsarət almış və həmin yaradan sürətli şəkildə qan axmışdır. Təcili tibbi yardım çağırılması üçün ətrafdakı şəxslərə müraciət etsə də, bəziləri artıq Hüseynağanın öldüyünü demiş, orada olan qadınlardan kimsə onun qanayan əlini sarımış, elə həmin vaxtda da Turalın yerə yıxıldığını görmüş, Tural sol döş nahiyəsindən, İlqar isə xatırladığı qədər ilə sağ döş nahiyəsindən xəsarət almışdır. O, Rəmanla birlikdə Hüseynağaya məxsus “Vaz 21015” markalı avtomobilə minəndə o, Turalı götürməyin vacib olduğunu dedikdə Rəman onun təcili tibbi yardım avtomobili ilə aparılacağını demiş və maşını idarə edərək onu Respublika Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş, evə gedəndən sonra hadisə vaxtı əynində olan paltarları dəyişmiş və saat 23:57-də polis əməkdaşları zəng edib onu Abşeron rayon polis idarəsinə dəvət etmiş, onlara gəlib onu götürmələrini xahiş etdiyi üçün təxminən 30 dəqiqə sonra bir nəfər polis əməkdaşı şəxsi avtomobili ilə onu əvvəlcə Bakı şəhər 3 saylı xəstəxanaya, daha sonra isə Abşeron rayon prokurorluğuna gətirmişdir; Təqsirləndirilən şəxs2 ibtidai stintaq zamanı həmçinin göstərmişdir ki, dava vaxtı heç kəsin əlində bıçaq görməmiş, lakin o, xəsarət yetirdiyi şəxs cibindən nəsə çıxarsa da, bıçaq və yaxud başqa bir əşya olduğunu ayırd edə bilməmiş, münaqişə vaxtı onlar tərəfdən 5 nəfər, yəni o, İlqar, Rəman, Hüseynağa və Tural iştirak etmiş, qarşı tərəfdən isə dava vaxtı xatırladığı qədəri ilə çox adam iştirak etmiş, tək qarşı-qarşıya qaldığı şəxsin xarici görünüşünü xatırlamış, o, uzunboylu, saqqallı, təxminən 40 yaşlı Xəlil adında bir kişi olmuşdur. Ona xəsarəti çox güman ki, Xəlil yetirmiş, çünki onunla əlbəyaxa olduqdan sonra yerə yıxılmış, daha sonra Xəlil nə isə arxa tərəfdən çıxardığı vaxt həmin əşyanı tutmaq istəyəndə xəsarət almışdır. Turala, Hüseynağaya, İlqara hadisə vaxtı kimin xəsarət yetirdiyini görməmiş, Rəmanla mübahisə yaradan saqqallı şəxsə, yəni Xəlilə neçə dəfə bıçaq xəsarəti yetirdiyini dəqiq bilməmiş, onun qoluna bir dəfə bıçaq dəydiyini xatırlamış, digər hərəkətləri ilə öz bıçağını sağa və sola havada hərəkətlər edərək özünü müdafiə etmiş, daha sonra onun harasına və nə qədər bıçaq xəsarəti dəydiyini, yaxud sonradan ona kiminsə xəsarət yetirməsi barədə məlumatı olmamışdır. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs1, həm də kimin kimə xəsarət yetirdiyini görməmiş və dava səngiyəndən sonra bıçağı hadisə yerində atmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi digər ifadəsində göstərmişdir ki, ekspeditor işlədiyi üçün üzərində işdə meyvə kəsmək üçün həmişə oğlu Nozər Mövsümlünün bir neçə il əvvəl aldığı tiyəsi təxmini 3 sm olan açılıb-bağlanan qara rəngli bıçaq olmuş, Xırdalan şəhərinə getmək üçün Hüseynağanın avtomobilinə əyləşməmişdən əvvəl Hüseynağa onu öz avtomobilinin yük hissəsinə tərəf çağıraraq yük yerini açıb orada olan preslənmiş karton kağızını göstərib özü işdə düzəltdiyini, içində dəmir olmasa da, möhkəm olduğunu deyib həmin əşyanı gətirib onun oturacağı yerdə sağ tərəfinə yerə qoymuş, ondan buna nə ehtiyac olduğunu soruşanda: «Dava olsa istifadə edərik»,- deyə cavab vermiş, ona dava etməyə deyil, söhbətə getdiklərini demişdir. Həmin gün onun sərt karantin rejimində hərəkət etmək üçün icazəsi olmamış, həmin gün SMS-icazə alanda ona imtina cavabı gəlmışdır. Yolda Hüseynağanın üzündə olan tibb maskasının ipi qırıldığı üçün o, sol əli ilə bıçaq çıxarıb maskada yeni deşik açıb öz maskasını bərpa etmiş, amma bıçağın heç bir əlaməti, yəni rəngi, növü, açılma mexanizmi yadında qalmamış, sonra Hüseynağa həmin bıçağı yerinə qoyub üstünə bərkitmişdir. Hadisə yerinə gələndən sonra o və Tural bir yerdə digərlərinə nisbətən irəlidə gedərək yol kəsişməsində divara söykənmiş iki nəfər şəxsə doğru getmiş, Turaldan hansı olduğunu soruşanda o, Xəlilə göstərmiş, orada olan abu-havanı hiss edib: «Gəl sülhlə, söhbətlə həll edək, heç kim heç kimə əl atmasın»,- deyib Turala söhbəti özünün etməsini bildirmişdir. Həmin yoldaşları tünlük yerdən bir kənara çıxararaq sakit bir yerdə, hətta yaxınlıqda çayxana olsa orada söhbət etməyi düşünmüş, çünki həmin yer məhəllə içi olmuş və ətrafda orada yaşayan insanlar, hətta uşaqlar olmuşdur. Rəman orada olan təxminən 40 yaşlı saqqallı bir kişini, adının sonradan Xəlil olduğunu bildiyi şəxsi əli ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, həmin iki şəxsdən biri Xəlil, digəri isə adını sonradan bildiyi Bahadur olmuş, onlarla salamlaşdıqdan sonra Xəlil həmin vaxt onlara müraciət edərək uca səslə və əlləri ilə jestlər edərək: “Bilirsiniz niyə gəlmisiniz? fahişənin söhbətinə gəlmisiniz?”,- sonra Rəmana, arxada gələn Hüseynağaya və İlqara əli ilə göstərərək “Soyunub gəlirsiz, nə üçün soyunursuz? davaya gəlmisiniz?”,- deyə bildirmiş, həmin vaxt onun cavabını Rəman özü verib: “Hava istidir, onun üçün soyunmuşam”,- demişdir. Xəlilə gülə-gülə bir az səbirli və təmkinli olmasını deyib qıraqda söhbət etməyi təklif etmiş, Xəlil də yumşalıb: «Olar, birinizlə çəkilək bir qırağa söhbət edək»,- deyəndə ona Tural ilə danışmağı təklik etmişdir. Bundan sonra Tural Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 4-5 metr uzaqlaşmış, həmin vaxt onların, yəni onun, Hüseynağanın, Rəmanın və İlqarın yanında tək qalan Bahadur Xəlilə və Turala: “Dayanın bir dəqiqə, əgər biz dediyimiz çıxsa sizin hamınızın…»,- deyib nalayiq ifadə işlətmişdir. Bundan sonra onun yanında olan yoldaşlar narazılıq etməyə başlamış, hətta Hüseynağa hirslənib yumruğunu sıxmış, artıq dava düşəcəyini hiss edib yenə də yoldaşları aralayaraq sakitləşdirmək istəmiş, həmin vaxt Bahadurun söyüşünü sonraya saxlayıb aranı sakitləşdirmək fikrində olmuş, həm də Xəlil Rəmanın yanındakı qızı «fahişə» adlandırsa da, Rəman onlara həmin qadının onun yoldaşı olduğunu demişdir. Bu vaxt Tural və Xəlil artıq onlara çatanda yaxınlıqda daşın üzərində oturmuş Xəlilin qardaşı Məmməd də yaxınlaşmış və aralarında dava-dalaş başlamış, hamı bir-birinə təpik-yumruq vurmuş, o özü isə tək ortada qalıb kimi ayırmaq lazım olduğunu bilməmiş, Məmməd yaxınlaşanda bir ağsaqqal kişi olduğu üçün ayırmağa gəldiyini zənn etmişdir. Bir anlıq Bahadurla üz-üzə gələndə onun sol əlində bıçaq olduğunu və üstünə hücum etmək istədiyini görmüş, Bahadur onun sinə nahiyəsindən təpiklə vurduğundan zərbənin təsirindən yerə yıxılıb sağ dirsəyini əzmiş, yerdə olmağından istifadə edərək Bahadur üstünə hücuma keçib əlindəki bıçaqla onu vurmaq istəmiş, o, da bunun qarşısını almış, yəni sol əli ilə onun sol əlindəki bıçağı tutub yavaşyavaş ayağa qalxmağa başlamış, həmin vaxt sol əlindən xəsarət almışdır. Bu vaxt Bahadur onu bir neçə dəfə sağ əli ilə yumruqla baş nahiyəsindən vurmuş, o, da sağ əli ilə belindən özü ilə gətirdiyi qara rəngli düymə ilə açılan bıçağı çıxarıb açaraq ayağa qalxdıqdan sonra sağ əli ilə Bahadurun bıçaq tutduğu sol əlinə bir dəfə zərbə endirmiş, hətta xırçıltısını da eşitmiş, bundan sonra Bahadur geri çəkiləndə arxaya gedərək ayağı ilişib yerə yıxılmış, yanı üstə oturaraq onun üstünə getməməyi üçün əlini qaldırıb dayanmağını işarə edən hərəkətlər etmiş, o, da onun üstünə daha getməmişdir. Bahadurdan bir neçə addım aralaşaraq yoldaşlarını axtarmağa başlamış, həmin vaxt Rəmanı yanında, Tural və İlqarı ayaq üstə görmüş, yenidən Bahadurun üstünə gəlməməsi üçün o, hələ də yerdə oturmuşdur. Turalın qolundan tutub özünə tərəf çəkərək onu oradan uzaqlaşdırmaq istəyəndə onun sinə nahiyəsində xəsarət olduğunu görmüş, sonra da İlqarı qolundan tutub eynı şəkildə aralaşdıranda onun da sinə nahiyəsində xəsarət olmuş, sonra bir az aralaşdıqdan sonra Hüseynağanı görmədiyi üçün onu soruşanda Rəman ona əli ilə göstərib yerdə olduğunu demişdir. Hamını geri çəkərək orada hadisə vaxtı daşlar üzərində olan «VAZ-2106» markalı avtomobilin yanında Hüseynağanı yerdə dizləri üstə, ayaqları qatlanmış, başı arxa vəziyyətdə görüb qucaqlayanda onun ağzından və burnundan qan gəlmiş və o xırıldamışdır. Geri baxanda Turalı da qeyd etdiyi «VAZ-2106» markalı avtomobilə halsız, sanki huşunu itirən vəziyyətdə söykəndiyini görmüş, Hüseynağaya kömək etmək istəsə də, ona artıq onun öldüyü deyilmiş, o, da onun başını buraxıb digərlərinə yardım etmişdir. Ətrafa yığışan qonşulardan təcili tibbi yardım xidmətinə zəng etməyi xahiş edəndə artıq məlumat verildiyi deyilmiş, Hüseynağanın yanında bir müddət durub təcili yardım gəlməsini gözləyəndə də orada olan tanımadığı bir qadın onun qanlı əlini sarımış, elə həmin vaxtda Turalın yerə yıxıldığını görmüşdür. Rəman Hüseynağaya məxsus “VAZ-21015” markalı avtomobilə minib yanlarına sürmüş, Hüseynağanı qaldırmağa cəhd etsə də, artıq təcili yardım avtomobili gəldiyi üçün Turalı götürməyin vacib olduğunu dedikdə Rəman onun təcili tibbi yardım avtomobili ilə aparılacağını demiş, bundan sonra Hüseynağanı buraxıb onun avtomobilinə əyləşib Rəmanla birlikdə Respublika Klinik Xəstəxanasına getmiş və bundan sonra Rəmanı görməmiş, xəstəxanada ona ilkin tibbi yardım göstərilərək yaralı əli sarınmışdır; əvvəlki ifadəsində yanlış olaraq göstərmişdir: «…Turalın Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşdığını, bu zaman orada oturan tanımadığı bir nəfərin Turala yaxınlaşaraq onu vurmaq istədiyini, onların da bundan sonra yaxınlaşdıqlarını, aralarında dava-dalaş başladığını, həmin vaxt Xəlillə üzbəüz qalıb onunla əlbəyaxa olduğunu, hətta onun zərbəsinin təsirindən yıxıldığını, yerdə olarkən o əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gəldiyi vaxt onun sol əlini qabağa verərək Xəlilin sağ əlindəki əşyasının ona dəyməsinin qarşısını almaq istədiyini, həmin vaxt əlindən xəsarət aldığın, lakin hadisə zamanı şokda olduğundan hiss etmədiyini və hadisə bitdikdən sonra xəsarətini gördüyünü, özünü müdafiə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb Xəlilin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirdiyini, bundan sonra Xəlilin ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getmişdir». Həmin ifadə həqiqətə uyğun deyil, belə ki, həmin gün ifadə verəndə şokda olmuş, hadisənin və Hüseynağanın ölməsinin təsirindən özündə olmamış, tutulmağının və ailə-uşağın fikrində olduğundan həmin formada ifadə vermiş, hadisə vaxtı iştirak edən şəxsləri tınımamış, onların adlarını sonradan bilmiş və buna görə bıçaqla Xəlili vurması və sonuncuya bıçaqla xəsarət yetirməsi barədə verdiyi ifadə həqiqətə uyğun olmamışdır; hadisə zamanı onun, Təqsirləndirilən şəxs1 və Hüseynağa Yaqubovun əlində bıçaq olmuş, Şahid1 və Təqsirləndirilən şəxs3 əlində bıçaq və sair kəsici alət görməmiş, həmin yerə gedəndə Turalın da üstündə bıçaq olduğunu bilmiş, Hüseynağanın üzərində bıçaq olmasını hadisə yerinə gedəndə yolda o maskasını deşən zaman olduğunu görmüş, 27 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəni yanlış vermiş, həmçinin Hüseynağa öldüyündən onun adını ləkələməmək üçün əlində bıçaq olmasını göstərməmiş, Turalın da bıçağının olmasını da görmədiyini göstərmiş, yəni heç kimin adını vermək istəməmiş, həmin vaxt kimin kim olmasını, yəni qarşı tərəfdən olan şəxslərin adlarını bilməmiş, Xəlili də Bahadurla səhv salmış, ona görə də ilkin ifadəsində Bahaduru Xəlil kimi göstərmişdir. Hadisə vaxtı Turala, Hüseynağaya, İlqara, Məmmədə kimin xəsarət yetirməsini görməmiş, əvvəlki ifadəsində: “digər hərəkətlərimlə mən öz bıçağımla sağa və sola havada hərəkətlər edərək özümü müdafiə edirdim” ifadəsini düzgün göstərməmiş, o, belə bir hərəkət etməmiş, amma birdən durub üstünə gələn olsa hazırlıqlı olması üçün bıçağı əlində saxlamış, dava səngiyəndən sonra bıçağı hadisə yerində ya atmış, ya da əlindən düşmüş, amma bıçağını başqa birinə verməmişdir. Təqsirləndirilən şəxs2 istintaqın ilkin mərhələsində, 27 iyul 2020-ci il tarixdə, yəni hadisədən 2 gün sonra istintaqa verdiyi ifadəsində isə göstərmişdir ki, Rəman küçədə oturan təxminən 40 yaşlı saqqallı bir kişiyə əl ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, Tural həmin kişiyə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşmış, bu zaman orada oturan tanımadığı bir nəfər Turala yaxınlaşaraq onu vurmaq istəmiş, bundan sonra onlar da yaxınlaşmış və aralarında dava-dalaş başlamışdır. Rəmanın göstərdiyi saqqallı kişi ilə üzbəüz qalıb onunla əlbəyaxa olmuş, hətta onun vurduğu zərbənin təsirindən yıxılmış, yerdə olarkən o, əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gələndə o, özü sol əlini qabağa verərək onun sağ əlindəki əşyanın ona dəyməsinin qarşısını almaq istəmiş, həmin vaxt da əlindən xəsarət almışdır. Özünü müdafiə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb qarşındakı şəxsin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirmiş, bundan sonra həmin şəxs ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getmişdir. Sonra o, özü qalxıb həmin yerə gedib ətrafa nəzər salanda Hüseynağanı yerdə üzü qanlı vəziyyətdə görüb ona yaxınlaşmış, bu vaxt o Turalı, İlqarı və Rəmanı ayaq üstə görmüş, həmin vaxt dava da səngimişdir. Hüseynağa boyun nahiyəsindən xəsarət almış və yarasından sürətli şəkildə qan axmış, ətrafdakı şəxslərdən bəziləri artıq Hüseynağanın öldüyünü ona demişdir. Həmin vaxt Turalın yerə yıxıldığını görmüş, Tural sol döş nahiyəsindən, İlqar da xatırladığı qədər ilə sağ döş nahiyəsindən xəsarət almışdır. Münaqişə vaxtı həm özləri, həm də digər tərəfdən heç kəsin əlində bıçaq görməmiş, lakin xəsarət yetirdiyi şəxs cibindən nəsə çıxarsa da, bıçaq və yaxud başqa bir əşya olduğunu ayırd edə bilməmişdir. Hadisə vaxtı ona xəsarəti çox güman ki Xəlil yetirmiş, çünki onunla əlbəyaxa olduqdan sonra yerə yıxılmış və daha sonra Xəlil nə isə arxa tərəfdən çıxaranda o, həmin əşyanı tutmaq istəyərkən xəsarət almış, Turala, Hüseynağaya, İlqara isə kimin xəsarət yetirdiyini görməmişdir. Dəqiq xatırladığına görə Xəlilin qoluna bir dəfə bıçaq dəymiş, digər hərəkətləri ilə öz bıçağı ilə sağa-sola havada hərəkətlər edərək özünü müdafiə etmiş, onun daha sonra harasına və nə qədər bıçaq xəsarəti dəydiyini, yaxud sonradan ona kiminsə xəsarət yetirməsini bilməmiş və qarşı tərəfdə olan Zərərçəkmiş şəxs1 da kimin xəsarət yetirdiyini görməmişdir. Lakin Təqsirləndirilən şəxs2 25 fevral 2021-ci il tarixdə istintaqa verdiyi son ifadəsində isə bir qədər fərqli ifadə verərək göstərmişdir ki, hadisə yerinə gələndən sonra təxminən 22 radələrində Turalla birlikdə digərlərinə nisbətən irəlidə gedərək yol kəsişməsində divara söykənmiş iki nəfər şəxsə doğru getmiş, Turaldan: “Hansıdır?”,- deyə soruşanda o, Xəlili göstərərək: “O uzun oğlandır”,- deyə cavab vermiş, orada olan abuhavanı hiss edib: “Gəl sülhlə, söhbətlə həll edək, heç kim heç kimə əl atmasın”,- deyib Turala söhbəti özünün etməsini demiş, həmin yoldaşları tünlük yerdən çıxararaq bir qırağa, sakit bir yerə çıxarıb söhbət etməyi fikirləşmiş, çünki həmin yer məhəllə içi olmuş, ətrafda orada yaşayan insanlar və hətta uşaqlar da olmuşdur. Rəman orada olan təxminən 40 yaşlı saqqallı bir kişini, adının sonradan Xəlil olduğunu bildiyi şəxsi əli ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, sonradan biri Xəlil, digəri isə Bahadur olduğunu bildiyi iki şəxs də onlara doğru gəlmiş, Xəlil həmin vaxt onlara müraciət edərək uca səslə və əlləri ilə jestlər edərək: “Bilirsiz niyə gəlmisiz? fahişənin söhbətinə gəlmisiniz?”,deyərək Rəmana, arxada gələn Hüseynağaya və İlqara əli ilə göstərərək: “Soyunub gəlirsiz, nə üçün soyunursuz? davaya gəlmisiz?”- deyəndə Rəman: “Hava istidir, onun üçün soyunmuşam”,- deyə cavab vermişdir. Xəlilə gülə-gülə biraz səbirli olmasını deyib qırağa çəkilib söhbət etməyi təklif etmiş, Xəlil də yumşalıb: “Olar mən birinizlə çəkilək bir qırağa söhbət edək”,- deyəndə ona Tural ilə danışmasını demişdir. Bundan sonra Tural Xəlilə yaxınlaşıb təkbətək söhbət etmək üçün onlardan təxminən 4-5 metr uzaqlaşmış, həmin vaxt Bahadur Xəlilə və Turala: “Dayanın bir dəqiqə, əgər biz dediyimiz çıxsa sizin hamınızın...”,- deyib nalayiq ifadə işlətmiş, onun bu sözünə o və yanında olan yoldaşlar narazılıq etməyə başlamış, hətta Hüseynağa hirslənib yumruğunu sıxmışdır. Artıq dava düşəcəyini hiss edib yoldaşları aralayaraq sakitləşdirmək istəmiş, həmin vaxt Bahadurun söyüşünü sonraya saxlamaq və aranı sakitləşdirmək fikrində olmuş, həm də Xəlilin Rəmanın yanındakı qızı fahişə adlandırmış, Rəman isə onlara həmin qadının onun yoldaşı olduğunu demişdir. Bu vaxt Tural və Xəlil artıq onlara çatmış, bu vaxt yaxınlıqda daşın üzərində oturmuş Xəlilin qardaşı mərhum Məmməd də yaxınlaşandan sonra aralarında dava-dalaş başlamış, hamı bir-birinə təpik-yumruqla vurmuş, o, özü isə tək ortalıqda qalıb kimi ayırmaq lazım olduğunu bilməmişdir. Həmin kişinin Xəlilin qardaşı Məmməd olmasını istintaq zamanı bilmiş və Məmməd yaxınlaşanda bir ağsaqqal kişi kimi ayırmağa gəldiyini zənn etmişdir. 29 yanvar 2021-ci il tarixdə istintaqa verdiyi ifadəsində hadisə zamanı bir anlıq Bahadurla üz-üzə gəldiyini, onun sol əlində bıçaq gördüyünü, Bahadurun onun üstünə hücum etmək istədiyini, sinə nahiyəsindən təpiklə vurduğunu, Bahadurun zərbəsinin təsirindən yerə yıxılıb sağ dirsəyini əzdiyini, onun yerdə olmağından istifadə edərək Bahadurun üstünə hücuma keçib əlindəki bıçaqla onu vurmaq istədiyini, bunun qarşısını alıb sol əli ilə Bahadurun sol əlindəki bıçağı tutub yavaş-yavaş ayağa qalxmağa başladığını, bu vaxt Bahadurun onu bir neçə dəfə sağ əli ilə yumruqla baş nahiyəsindən vurduğunu, bundan sonra sağ əli ilə belindən özü ilə gətirdiyi qara rəngli düymə ilə açılan bıçağı kəmərinin üstündən çıxarıb açaraq ayağa qalxdıqdan sonra sağ əli ilə Bahadurun bıçaq tutduğu sol əlinə bir dəfə zərbə endirdiyini, bundan sonra Bahadurun geri çəkilərək arxaya gedəndə ayağının ilişib yerə yıxıldığını, yanı üstə oturaraq üstünə getməməyi üçün əlini qaldırıb dayanmağını işarə edən hərəkətlər etdiyini, onun da Bahadurun üstünə daha getmədiyini, həmçinin onun bıçağını tutan zaman sol əlindən xəsarət aldığını göstərmişdir. Lakin Zərərçəkmiş şəxs2la 18.02.2021-ci il tarixdə üzləşdirmə istintaqı keçirilən zaman xatırlamışdır ki, Bahadurla üz-üzə gəlsə də, onun əlində bıçaq görməmiş, həmçinin əlinin dava zamanı nə vaxt kəsildiyini və kimin tərəfindən həmin xəsarətin yetirildiyini bilməmiş, Bahadura dava zamanı yetirdiyi xəsarəti səbəbsiz endirmiş, çünki ona gücü çatmayacağını fikirləşib onu bir dəfə bıçaqla vurmuş, lakin bıçaqla vurduğu zərbənin onun harasına dəyməsini dəqiq xatırlamamamışdır. Ora getməkdə məqsədləri Rəmanın problemini sakit formada həll etmək olmuş, o, Tural, İlqar və Hüseynağa ora gedərkən heç kəsi öldürmək, xəsarət yetirmək, dava-dalaş salmaq niyyətləri olmamış, əvvəlcədən bu barədə heç bir razılığa gəlməmişlər. Hüseynağa öldüyündən onun adını ləkələməmək üçün onun əlində bıçaq olmasını göstərməmiş, həmçinin Turalın da bıçağının olmasını da görmədiyini göstərmiş, yəni heç kimin adını vermək istəməmiş, həmçinin həmin vaxt kimin kim olmasını, yəni qarşı tərəfdən olan şəxslərin adlarını bilməmiş, Xəlili də Bahadurla səhv salıb ilkin ifadəsində Bahaduru Xəlil kimi göstərmişdir. Həmin münaqişə zamanı kimin kimə xəsarət yetirdiyini görməmiş, əvvəlki ifadəsində “digər hərəkətlərimlə mən öz bıçağımla sağa və sola havada hərəkətlər edərək özümü müdafiə edirdim” ifadəsini düzgün göstərməmiş, belə bir hərəkət etməmiş, amma bıçağı birdən durub üstünə gələn olsa hazırlıqlı olması üçün əlində göydə saxlamış, bıçağını başqa birinə verməmiş, Xəlil və Məmmədi kimin vurmasını görməmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində təxminən 2020-ci ilin yanvar ayında tanış olduğu Şahid6 ilə birlikdə kirayədə yaşamış, 25 iyul 2020-ci il tarixdə saat 18:10-da işdən yaşadığı evə gələndən sonra söhbət əsnasında Günay ona rəfiqəsi Ayselin onlar üçün hazırki 200 manat kirayə ödənişindən bir qədər ucuz, yəni 160 manata kirayə ev tapdığını deyib ona həmin evə baxmağı təklif etmişdir. Günayla birlikdə Ayselin yaşadığı Quşçuluq yaşayış massivi, Mirzə İbrahimov küçəsinə getmiş, orada bir evin qarşısında olan “Opel” markalı avtomobilin arxasında, yəni yük yerinin yanında dayanmış və həmin evin qarşısında marketdə olmuşdur. Həmin vaxt əynində ağ köynək və qara idman şalvarı olmuş, köynəyin altından geyindiyi maykanın uc hissəsi köynəyin boğazından çölə çıxdığı üçün Günay bunu görüb paltarını düzəltmiş, bu vaxt sonradan adının Xəlil olduğunu bildiyi şəxs onların üstünə qışqıraraq: “O yana gedin”,- demiş, onların yanlarında balaca uşaqlar oynadığı üçün Xəlilin həmin uşaqlara dediyini düşünüb cavab verməmişdir. Bundan sonra Xəlil yenidən: “Sizə demədim keçin oyana”,- deyib üstlərinə qışqıranda ona «əmi, siz mənimləsiniz» deyə sual verəndə o, yenə də qışqırıb başqa yerə getmələrini istəmiş, o da heç bir söz deməyib Günayla birlikdə avtomobilin qarşısı ilə gedəndə Xəlil bu dəfə onlara yaxınlaşıb arxadan onu səsləmiş, ona tərəf dönəndə o: ”Bayaqdan demirəm keçin o tərəfə, niyə getmirsiz”,- deyib acıqlanmış, ona bir az səliqəli danışmağını, yanında qadın olduğunu bildirəndə: “Tələsmə, səliqəli danışacam”,- deyə cavab vermişdir. Bundan sonra Xəlil yanlarından uzaqlaşmış, Günayla birlikdə həmin «Opel» markalı avtomobildən bir az qabağa keçib dayanmış və Günay Ayseli çağırmaq üçün onların evinə doğru getmiş, Günay bir az ondan uzaqlaşandan sonra Xəlil yenidən ona tərəf gəlib üstünə qışqırmağa başlayıb nə demək istədiyini soruşmuş, ona ilk dəfə keçməsini deyəndə uşaqları nəzərdə tutduğunu zənn etdiyi üçün cavab vermədiyini, sonradan onlara müraciət etdiyini biləndə getdiklərini demiş, bu sözləri deyəndən sonra Xəlil birdən əli ilə onun boğazını sıxıb divara doğru itələyib başı ilə alnına kəllə vurmuşdur. Günay bunu görüb qaça-qaça yanlarına gəlib həmin şəxsin üstünə qışqırıb onu vurmasının səbəbini soruşanda o, Günaya: “Niyə burda mazaxlaşırsız?”- deyə sual vermiş, Günay da: ”Mazaxlaşmırıq, sadəcə olaraq koftasını düzəldirdim, Siz səhv başa düşdünüz”,- deyə cavab vermişdir. Bundan sonra o və Günay «102» xidmətinə zəng etmiş, bu vaxt Aysel qapıdan küçəyə çıxıb onlara gedə biləcəklərini demiş, evə gəlib duş qəbul edəndən sonra həyətə çıxıb onunla kobud rəftar edən o şəxslə söhbət etmək üçün Tural adlı dostuna zəng edib: ”Xırdalanda məni döyüblər, gəl söhbət edək”,- deyib kömək istəmişdir. Tural 5 dəqiqə sonra ona zəng edəndən sonra baş verənləri ona danışmış, o, da: «Narahat olma, bir azdan gəlirəm»,deyə cavab vermiş, saat 20:25-də Tural ona zəng edib «AAAF» park tərəfə çatdığını demişdir. Əynini dəyişib evdən çıxıb «AAAF» park tərəfdə Tural və onun yanında gələn tanımadığı üç nəfərlə görüşüb söhbət edib baş verənləri onlara danışmış, onlar da ona hadisənin olduğu yerə getməyi demişlər. Onların gəldikləri «Chevrolet» və «VAZ-21015» markalı avtomobillərlə döyüldüyü küçəyə gələndə Xəlilin həmin küçədəki elektrik dirəyinin yanında sonradan adının Bahadur olduğunu bildiyi şəxslə dayandığını görüb Turala onu vuran şəxsi göstərmişdir. Tural İlqara saxlamamağı və gedib qabaqdan firlanıb geri dönüb onların durduğu yerdən aralı saxlamağı demiş, onlar Xəlilin və Bahadurun yanından keçib yol kəsişməsində sağa dönüb azca qabağa gedərək geri dönərək yenidən onların yanından İslam Səfərli küçəsinə dönüb üzü çıxışa doğru gedib avtomobilləri saxlamış, avtomobildən düşmüş, düşən zaman o, əynində olan sarı rəngli idman gödəkcəsini çıxarıb telefonunu və alışqanı avtomobilin arxa hissəsinə qoymuşdur. Avtomobildən düşəndə Turala: «Dava düşsə, mən özüm Xəlili vuracam»,- deyəndə Tural ona sadəcə söhbətə gəldiklərini demiş, sonra o, Tural və İlqar küçə ilə üzü aşağı düşərək Xəlilin yanına getmiş, Yaşar və Hüseynağa isə azca aralı dallarınca gəlmişlər. Tural onlara yaxınlaşandan sonra ondan: «Səni vuran kimdir?»- deyə soruşanda o, əli ilə Xəlili göstərmiş, həmin vaxt da Xəlil onlara: «Əyninizi soyunub gəlirsiz»,- deyəndə Tural da ona isti olduğuna görə soyunduğunu demişdir. Sonra Xəlil danışığa gəldiklərini bilib Turaldan: “Bilirsən bunlar nə pox yeyiblər?”,- deyə soruşmuş, həmin vaxt o, «Biz heç nə eləməmişik, nə isə qaranlıq qalsa, marketin qarşısında kameralara baxmaq olar”,- deyə cavab vermişdir. Bu vaxt Xəlil və Tural təklikdə söhbət etmək üçün onlardan 5-6 addım aralandıqları vaxt Bahadur onlara: “Kameraya baxacayıq, biz dediyimiz çıxsa sizi burda...” və nalayiq ifadə işlətmiş, Hüseynağa və İlqar isə Bahadura söyüş söyməməməsini deyəndən sonra ara qızışmış və bir anlıq küçənin digər tərəfində əyləşən Xəlilin qardaşı Məmməd oturduğu yerdən qalxaraq davaya qatılmışdır. Tural və Xəlil də səs-küyü eşidib geri dönmüş, bu vaxt artıq dava başladığını başa düşüb Xəlili heç nədən təpiklə vursa da, harasından tutduğunu bilməmiş, onu vurmağının səbəbi günorta ona qarşı etdiyi hərəkəti olmuşdur. Sonra əlbəyaxa dava başlamış və qarışıqlıq düşmüş, əlbəyaxa davadan sonra Xəlili gözdən itirmiş, ortalıqda Məmməd və Bahadur qalmış, Turalın kim tərəfindən vurulmasını dəqiq bilməsə də, ola bilsin ki, Məmmədi və Xəlili həmin vaxtı səhv salmışdır. Sonra da butulka şüşəsinin qırılması səsini eşitsə də, kimin kimə butulka ilə vurmasını görməmiş və həmin an qarşı tərəfin onu vurmağa çalışacağını düşünüb dava yerindən uzaqlaşıb avtomobillərin yanına gəlmişdir. Dava yerindən avtomobillərə doğru gedərkən yolda Hüseynağanın yerdə uzandığını görməmiş, bu vaxt Yaşar onun dayandığı yerə gələndə onun əlindən qan axdığını görmüşdür. Sonra azca aşağı düşüb küçədə daşların üzərində dayanan sarı rəngli «VAZ 2106» markalı avtomobilin yanına gəlmiş, sonra da həmin yerə Tural da gəlib həmin avtomobilə söykənmiş, onun döş qəfəsindən qan axmış və o, da onun qoluna girərək gəldikləri avtomobil tərəfə getməyə kömək etmişdir. Bu vaxt “Chevrolet” markalı avtomobilin sahibi tez yanlarına gəlib vurulanın Tural olduğunu bilmiş, ona Turalı xəstəxanaya aparmağı təklif edəndə o, maşının açarını tapa bilməyib dava əsnasında düşdüyünü demişdir. Həmin vaxt Yaşardan ”VAZ-21015” markalı avtomobilin sahibinin kim olduğunu soruşub onunla getməyi təklif etmiş, amma kimsə həmin avtomobilin sahibi Hüseynağanın yerdə yaralı vəziyyətdə qaldığını demiş, ona doğru gedəndə onun yerdə can verdiyini görüb avtomobilin açarını cibindən götürüb avtomobili işlək vəziyyətə salıb onu xəstəxanaya aparmaq üçün avtomobili sürüb onun yanına gətirib ətrafa yığılan insanlardan yerdə olan Hüseynağanı “VAZ-21015” markalı avtomobilə qoymağa kömək etmələrini istəsə də, bir nəfər onun öldüyünü demiş, həqiqətən də Hüseynağa hərəkət etməmiş və səsi gəlməmişdir. Bundan sona “VAZ-21015” markalı avtomobillə Təqsirləndirilən şəxs2 Xırdalan təcili tibbi yardım stansiyasına, oradan isə Respublika Klinik xəstəxanasına gətirmiş, maşını xəstəxananın qarşısında saxlayanda həmin oğlan qaçaraq xəstəxanaya daxil olmuş, o özü isə yaşadığı evə qayıtmışdır. Evdə yalnız Günayın azyaşlı uşaqları olmuş, köynəyi qan içində olduğu üçün dəyişib çölə çıxmış və təxminən 10 dəqiqə sonra ona polis əməkdaşları yaxınlaşmışlar; Xəlil onu döydüyü üçün Turalı söhbət edib onu başa salması üçün çağırmış, mübahisəni özü həll etmək qərarına gəldiyi üçün ”102” xidmətinə şikayətini davam etdirməmiş, dava vaxtı bıçaqdan və digər bərk bir əşyadan istifadə etməmiş, sadəcə dava vaxtı bir dəfə Xəlilə təpik vurmuş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kimlərin xəsarət yetirməsini görməmiş, çünki birinci Tural bıçaqlanmış, o, da onu avtomobilə doğru aparanda digər şəxslər əlbəyaxa olsalar da, heç kim bıçaqlanmamış, hadisə baş verəndən sonra Tural və onunla birgə gələn şəxslərin üzərində bıçaq olduğunu bilsə də, bıçağın kimdə olmasını bilməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uşaq yaşından qan xəstəliyindən, 10 oktyabr 2019-cu ildən isə vərəm xəstəliyindən əziyyət çəkmiş, fərdi qaydada sürücülük edərək dolanışığını təmin etmişdir. 25 iyul 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən təxminən 10-15 metr aralıda sağ tərəfdə tək dayandığı vaxt evin qarşısında tanımadığı bir qızla bir oğlan dayanmış, həmin vaxt evinin qarşısında olan transformatorun yanındakı işıq dirəyinin yanında olanda həmin qızın oğlanın paltarını düzəltdiyini, yəni əli ilə koftanın boğaz və ətək nahiyəsinə düzəliş verdiyini görmüş, bunu normal qarşılasa da, onların bu hərəkəti evinin qarşısında davam etdirib deyib-gülməyə başladıqları üçün onlardan evin qarşısından getmələrini tələb etmiş, həmin qız oğlanın onun əri olduğunu deyəndə onlara qapısından uzaqlaşmalarını istəmişdir. Onlar bir az irəli gedib dayananda təxminən 1-2 dəqiqə sonra oğlanın yanındakı qız qonşu Simuzərgilin evi istiqamətində hərəkət etməyə başlamış və oğlanı tək görüb etdiyi əxlaqsız hərəkətlərə öz iradını bildirmək üçün ona yaxınlaşıb ona niyə bu cür hərəkətləri etməsi barədə sual verdikdə: “Nə qışqırırsan”,- deyə cavab verdiyi üçün onun bu sözlərinə əsəbiləşib sağ əli ilə onun boğazından tutaraq divara sıxmış və alın nahiyəsi ilə onun başına yüngül kəllə vurub ayılmasını bildirmişdir. Bu vaxt həmin oğlanın yanındakı xanım uzaqdan söyüş söyə-söyə ona doğru gəlməyə başlamış, oğlan isə ona doğru getmiş, həmin oğlana yanındakı xanımı götürüb cəhənnəm olub getmələrini deyib evə doğru getmiş, lakin həmin xanım uca səslə qışqırdığı üçün səsinə qonşular da küçəyə çıxmış, bir müddət sonra o, onun ünvanına nalayiq ifadələr işlətməyə başlasa da, qadın olduğu üçün: “Yaxşı da, get-get”,- deyə cavab vermiş, lakin həmin qadın sakitləşməyib mərhum atası və anasının ünvanına nalayiq ifadələr işlətmiş, bu vaxt əsəblərinə hakim ola bilməyib həmin qadına nə deyirsə özünə aid olmasını deyib söyüş söymüşdür. Bir müddət sonra həmin oğlan əlini telefona atıb: “Sənə gününü göstərəcəm”,deyib zəng etmiş, sonradan qonşulardan eşitdiyinə görə həmin qızla oğlan “102” xidmətinə zəng etmişlər. Artıq aralarında təxminən 600 metrdən çox məsafə olduğundan onlar ondan uzaqlaşmış, qardaşı Məmməd də hadisə baş verəndən sonra küçəyə çıxanda ona baş verənləri danışmışdır. Təxminən saat 22 radələrində evinin qabağında qardaşı Məmmədlə oturduqları vaxt qonşu Bahadur da küçədə olmuş, qardaşı Məmmədlə söhbət edən vaxt az əvvəl dalaşdığı, sonradan adının Rəman olduğunu bildiyi şəxs 4-5 nəfərlə onun yanına yaxınlaşmış, onlardan biri, sonradan adının Tural olduğunu bildiyi şəxs Rəmana: “Səni vuran budur?”, deyib ona kənara keçib söhbət etməyi təklif etmiş, ətrafa fikir verəndə küçənin başında onların avtomobillərini də görmüş, amma hava qaranlıq olduğu üçün avtomobillərin markasını və rəngini dəqiq görə bilməmişdir. Bu vaxt qardaşı Məmməd də yaxınlaşmış, o, qardaşı və söhbətə gələnlər yaşadığı evdən uzaqlaşıb evi ilə üzbəüz olan marketin sağ tərəfindəki boşluğa doğru, yəni onların avtomobilləri saxladığı istiqamətdə getmiş, onların hərəkətindən bir az əvvəl həmin oğlanı niyə vurmağını öyrənmək istədiklərini başa düşmüş və bu məqsədlə onlara: “Sizlərdən biri gəlsin, kameraya baxaq, hər şey aydın olacaq”,- demişdir. Onlardan Tural irəli gəlsə də, necə olduğunu özü də başa düşmədən aralarında mübahisə yaranmış, ani olaraq Tural bıçaq çıxardanda bıçağın havada olduğunu görüb 5-6 addım geriyə çəkiləndə kürəyinə bir neçə bıçaq zərbəsi vurulmuş və bu vaxt nəfəsi sanki boşa getmiş, Tural da onu təqib etməyə davam etmişdir. Özündə olmadığı üçün həmin vaxt nə baş verdiyini dəqiq xatırlamamış, amma üstündə bıçaq olmadığı üçün evi ilə üzbəüz olan Raminin marketinə gedib əlinə bir əşya keçirtmək istəsə də, Ramin onu mağazadan qovmuş, bu zaman balıq ovuna apardığı bıçağın özünə məxsus “Opel” markalı avtomobilin yük hissəsində olduğunu xatırlayıb avtomobilin yük yerini açıb dəstəyi ağ rəngli bıçağı götürmüş, lakin yük yerində olan digər bıçağı götürməmişdir. Özünü və qardaşını müdafiə etmək üçün həmin şəxslərə doğru getmiş, bu vaxt qardaşı oradakı şəxslərlə əlbəyaxada olmuş və onun bədənindən qan axmış, bıçağı havada hərləsə də, bıçağın kimə dəydiyini bilməmişdir. Həmin şəxslər bir-birinə geri çəkilməyi bildirmiş, geri çəkiləndə yenə də sinəsinə bıçaqla zərbələr vurulmuş, lakin özündə olmadığı üçün kimin vurduğunu dəqiq bilməmiş, bir az özünü toplayanda qardaşı Məmmədi evin yaxınlığında görmüş və o, köynəyini dartıb çıxardanda kürəyindən qan axmışdır. Onun vəziyyətinin ağır olduğunu görüb avtomobilini işə salıb Məmmədi maşına əyləşdirib Respublika Klinik Xəstəxanasına gətirmiş, davada istifadə etdiyi bıçağı da öz yerinə, yəni avtomobilinin yük yerinə atmış, sonradan qardaşı Məmməd aldığı xəsarətlərdən xəstəxanada vəfat etmiş və özü də xəsarətləri ilə bağlı həbs olunana qədər xəstəxanada müalicə almışdır; hadisə vaxtı Məmmədin əlində bıçaq olmağını görməmiş, amma onun üzərində bıçaq olduğunu güman etmiş, çünki o, üzərində bıçaq gəzdirən olmuş, hətta mərhum qardaşı Məmmədin dava zamanı butulka şüşə ilə istintaq zamanı adı Hüseynağa olduğunu öyrəndiyi şəxsə baş nahiyəsindən vurmasını dəqiq xatırlamış, həmin butulkanı da Məmməd yaxınlıqda yerdən götürmüşdür. İlkin olaraq dava başlayanda Bahadur yanında olmamış, amma ola bilsin ki, davanın sonrakı mərhələsində kömək məqsədi ilə gəlmiş, hadisə vaxtı Bahadur: “Kamerada sizi səhv çıxartsaq onda sizin ağzınızı…”,- məzmunlu ifadə işlətməmiş, oğlanla qız onun evinin qarşısında etik normaya uyğun olmayan hərəkətlər etdiyini deyəndən sonra elə bu vaxt dava başlamışdır. Hadisə başlayanda üzərində bıçaq olmamış, ilkin olaraq söhbətə gələn şəxslər bıçaq çıxartmış, hadisə vaxtı o, heç kimi vurmamış, ola bilsin ki, bıçağı özünü müdafiə məqsədi ilə havada hərləyəndə onlardan kimsə xəsarət almışdır, Təqsirləndirilən şəxs2 üstlərinə gələn şəxslərin içindən digərlərinə nisbətən yaşlı olduğu üçün xatırlamış, onunla üzbəüz qalmamış, həmin vaxt kimin konkret nə etdiyini dəqiq xatırlamamış, kameraya baxmağı təklif etdikdən sonra Tural və yanında gələn şəxslər səhv çıxacaqlarını başa düşüb söhbəti davaya çevirmiş, ilkin olaraq dava başlamazdan əvvəl Tural birinci bıçaq çıxarıb onu arxadan vurmağa başlamış, daha sonra qarışıqlıq baş vermiş və o, həmin vaxt üzərində bıçaq olmadığı üçün gedib dava zamanı istifadə etdiyi bıçağı avtomobilinin yük hissəsindən götürərək dava olan yerə qayıtmış, bıçağı götürməyə gedəndə artıq bir neçə dəfə bıçaqla bel nahiyəsindən vurulmuş, dava olduğu kütləyə qayıdandan sonra da onu bir neçə dəfə kimsə sinə nahiyəsindən bıçaqla vurmuş, həmin vaxt mərhum qardaşı Məmməd də dava edən kütlənin mərkəzində olmuş və o, da artıq bıçaqla vurulmuşdur. Bir anlıq: “Neynədiniz?”- deyərək qaçanda və üstünə gələn şəxsləri qovanda onlardan birinin yerdə uzandığını görsə də, onun üzünü görməmiş, çünki artıq qaranlıq olmuş, həmin vaxt üstlərinə gələn şəxslər artıq uzaqlaşmağa başlamış və dava səngimiş, sonra qardaşı Məmməd olan yerə qaçanda onu qanlı vəziyyətdə görüb əynindəki köynəyini çıxarıb avtomobilə atmış və onun özünə kömək edib öz avtomobilinə otuzdurub X28 aparmışdır. Zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edlmiş ifadəsində göstərmişdir ki, uşaq yaşından qan xəstəliyindən, 10 oktyabr 2019-cu ildən isə vərəm xəstəliyindən əziyyət çəkmiş, fərdi qaydada sürücülük edərək dolanışığını təmin etmişdir. 25 iyul 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən təxminən 10-15 metr aralıda sağ tərəfdə tək dayandığı vaxt evin qarşısında tanımadığı bir qızla bir oğlan dayanmış, həmin vaxt evinin qarşısında olan transformatorun yanındakı işıq dirəyinin yanında olanda həmin qızın oğlanın paltarını düzəltdiyini, yəni əli ilə koftanın boğaz və ətək nahiyəsinə düzəliş verdiyini görmüş, bunu normal qarşılasa da, onların bu hərəkəti evinin qarşısında davam etdirib deyib-gülməyə başladıqları üçün onlardan evin qarşısından getmələrini tələb etmiş, həmin qız oğlanın onun əri olduğunu deyəndə onlara qapısından uzaqlaşmalarını istəmişdir. Onlar bir az irəli gedib dayananda təxminən 1-2 dəqiqə sonra oğlanın yanındakı qız qonşu Simuzərgilin evi istiqamətində hərəkət etməyə başlamış və oğlanı tək görüb etdiyi əxlaqsız hərəkətlərə öz iradını bildirmək üçün ona yaxınlaşıb ona niyə bu cür hərəkətləri etməsi barədə sual verdikdə: “Nə qışqırırsan?”- deyə cavab verdiyi üçün onun bu sözlərinə əsəbiləşib sağ əli ilə onun boğazından tutaraq divara sıxmış və alın nahiyəsi ilə onun başına yüngül kəllə vurub ayılmasını bildirmişdir. Bu vaxt həmin oğlanın yanındakı xanım uzaqdan söyüş söyə-söyə ona doğru gəlməyə başlamış, oğlan isə ona doğru getmiş, həmin oğlana yanındakı xanımı götürüb cəhənnəm olub getmələrini deyib evə doğru getmiş, lakin həmin xanım uca səslə qışqırdığı üçün səsinə qonşular da küçəyə çıxmış, bir müddət sonra o, onun ünvanına nalayiq ifadələr işlətməyə başlasa da, qadın olduğu üçün: “Yaxşı da, getget”,- deyə cavab vermiş, lakin həmin qadın sakitləşməyib mərhum atası və anasının ünvanına nalayiq ifadələr işlətmiş, bu vaxt əsəblərinə hakim ola bilməyib həmin qadına nə deyirsə özünə aid olmasını deyib söyüş söymüşdür. Bir müddət sonra həmin oğlan əlini telefona atıb,- “Sənə gününü göstərəcəm”,- deyib zəng etmiş, sonradan qonşulardan eşitdiyinə görə həmin qızla oğlan “102” xidmətinə zəng etmişlər. Artıq aralarında təxminən 600 metrdən çox məsafə olduğundan onlar ondan uzaqlaşmış, qardaşı Məmməd də hadisə baş verəndən sonra küçəyə çıxanda ona baş verənləri danışmışdır. Təxminən saat 22 radələrində evinin qabağında qardaşı Məmmədlə oturduqları vaxt qonşu Bahadur da küçədə olmuş, qardaşı Məmmədlə söhbət edən vaxt az əvvəl dalaşdığı, sonradan adının Rəman olduğunu bildiyi şəxs 4-5 nəfərlə onun yanına yaxınlaşmış, onlardan biri, sonradan adının Tural olduğunu bildiyi şəxs Rəmana: “Səni vuran budur?”,- deyib, ona kənara keçib söhbət etməyi təklif etmiş, ətrafa fikir verəndə küçənin başında onların avtomobillərini də görmüş, amma hava qaranlıq olduğu üçün avtomobillərin markasını və rəngini dəqiq görə bilməmişdir. Bu vaxt qardaşı Məmməd də yaxınlaşmış, o, qardaşı və söhbətə gələnlər yaşadığı evdən uzaqlaşıb evi ilə üzbəüz olan marketin sağ tərəfindəki boşluğa doğru, yəni onların avtomobilləri saxladığı istiqamətdə getmiş, onların hərəkətindən bir az əvvəl həmin oğlanı niyə vurmağını öyrənmək istədiklərini başa düşmüş və bu məqsədlə onlara: “Sizlərdən biri gəlsin, kameraya baxaq, hər şey aydın olacaq”,- demişdir. Onlardan Tural irəli gəlsə də, necə olduğunu özü də başa düşmədən aralarında mübahisə yaranmış, ani olaraq Tural bıçaq çıxardanda bıçağın havada olduğunu görüb 5-6 addım geriyə çəkiləndə kürəyinə bir neçə bıçaq zərbəsi vurulmuş və bu vaxt nəfəsi sanki boşa getmiş, Tural da onu təqib etməyə davam etmişdir. Özündə olmadığı üçün həmin vaxt nə baş verdiyini dəqiq xatırlamamış, amma üstündə bıçaq olmadığı üçün evi ilə üzbəüz olan Raminin marketinə gedib əlinə bir əşya keçirtmək istəsə də, Ramin onu mağazadan qovmuş, bu zaman balıq ovuna apardığı bıçağın özünə məxsus “Opel” markalı avtomobilin yük hissəsində olduğunu xatırlayıb avtomobilin yük yerini açıb dəstəyi ağ rəngli bıçağı götürmüş, lakin yük yerində olan digər bıçağı götürməmişdir. Özünü və qardaşını müdafiə etmək üçün həmin şəxslərə doğru getmiş, bu vaxt qardaşı oradakı şəxslərlə əlbəyaxada olmuş və onun bədənindən qan axmış, bıçağı havada hərləsə də, bıçağın kimə dəydiyini bilməmişdir. Həmin şəxslər bir-birinə geri çəkilməyi bildirmiş, geri çəkiləndə yenə də sinəsinə bıçaqla zərbələr vurulmuş, lakin özündə olmadığı üçün kimin vurduğunu dəqiq bilməmiş, bir az özünü toplayanda qardaşı Məmmədi evin yaxınlığında görmüş və o, köynəyini dartıb çıxardanda kürəyindən qan axmışdır. Onun vəziyyətinin ağır olduğunu görüb avtomobilini işə salıb Məmmədi maşına əyləşdirib Respublika Klinik Xəstəxanasına gətirmiş, davada istifadə etdiyi bıçağı da öz yerinə, yəni avtomobilinin yük yerinə atmış, sonradan qardaşı Məmməd aldığı xəsarətlərdən xəstəxanada vəfat etmiş və özü də xəsarətləri ilə bağlı həbs olunana qədər xəstəxanada müalicə almışdır. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, hadisə vaxtı Məmmədin əlində bıçaq olmağını görməmiş, amma onun üzərində bıçaq olduğunu güman etmiş, çünki o, üzərində bıçaq gəzdirən olmuş, hətta mərhum qardaşı Məmmədin dava zamanı butulka şüşə ilə istintaq zamanı adı Hüseynağa olduğunu öyrəndiyi şəxsə baş nahiyəsindən vurmasını dəqiq xatırlamış, həmin butulkanı da Məmməd yaxınlıqda yerdən götürmüşdür. İlkin olaraq dava başlayanda Bahadur yanında olmamış, amma ola bilsin ki, davanın sonrakı mərhələsində kömək məqsədi ilə gəlmiş, hadisə vaxtı Bahadur: “Kamerada sizi səhv çıxartsaq onda sizin ağzınızı…”,- məzmunlu ifadə işlətməmiş, oğlanla qız onun evinin qarşısında etik normaya uyğun olmayan hərəkətlər etdiyini deyəndən sonra elə bu vaxt dava başlamışdır. Hadisə başlayanda üzərində bıçaq olmamış, ilkin olaraq söhbətə gələn şəxslər bıçaq çıxartmış, hadisə vaxtı o, heç kimi vurmamış, ola bilsin ki, bıçağı özünü müdafiə məqsədi ilə havada hərləyəndə onlardan kimsə xəsarət almışdır. Təqsirləndirilən şəxs2 üstlərinə gələn şəxslərin içindən digərlərinə nisbətən yaşlı olduğu üçün xatırlamış, onunla üzbəüz qaldığını ayrı epizod kimi xatırlamamış, lakin onlar hamısı onların üstlərinə cummuşdur. Həmin vaxt kimin konkret nə etdiyini dəqiq xatırlamamış, kameraya baxmağı təklif etdikdən sonra Tural və yanında gələn şəxslər səhv çıxacaqlarını başa düşüb söhbəti davaya çevirmiş, ilkin olaraq dava başlamazdan əvvəl Tural birinci bıçaq çıxarıb onu arxadan vurmağa başlamış, onun yanında olan Yaşar da davaya qatılaraq onu nə ilə isə vurmuş, daha sonra qarışıqlıq baş vermiş və o, da qeyd etdiyi kimi həmin vaxt üzərində bıçaq olmadığı üçün gedib dava zamanı istifadə etdiyi bıçağı avtomobilinin yük hissəsindən götürərək dava olan yerə qayıtmış, bıçağı götürməyə gedəndə artıq bir neçə dəfə bıçaqla bel nahiyəsindən vurulmuş, dava olduğu kütləyə qayıdandan sonra da onu bir neçə dəfə sinə nahiyəsindən bir neçə şəxs bıçaqla vurmuş, çünki biri ətrafında fırlanaraq vursa da, onu tuta bilməmiş, eyni vaxtda da digər biri onu və Məmmədi bıçaqlamış, yəni onu və Məmmədi tək Tural yox, digər şəxslər də bıçaqla vurmuş, həmin vaxt mərhum qardaşı Məmməd də dava edən kütlənin mərkəzində olmuş və o, da artıq bıçaqla vurulmuşdur. Bir anlıq: “Neynədiniz?”- soruşub qaçanda və üstünə gələn şəxsləri qovanda onlardan birinin yerdə uzandığını görsə də, onun üzünü görməmiş, çünki artıq qaranlıq olmuş, həmin vaxt üstlərinə gələn şəxslər artıq uzaqlaşmağa başlamış və dava səngimiş, sonra qardaşı Məmməd olan yerə qaçanda onu qanlı vəziyyətdə görüb əynindəki köynəyini çıxarıb avtomobilə atmış və onun özünə kömək edib öz avtomobilinə otuzdurub X28 aparmışdır. Bundan başqa Şahid1 dava başlayandan sonra Bahadurun bıçağını tutduğu vaxt ona uzun bıçaqla döş qəfəsindən ürək nahiyəsindən vurduğunu, bu vaxt İlqarın Turalı səslədiyini, Turalın da onun yanına gələrək onu vurduğunu xatırlamamış, ola bilsin ki, bıçağı ilə sağa-sola hərəkət edəndə İlqara dəymiş, havanın qaranlıq və ara çox qarışıqlıq olduğu üçün şokda olduğundan həmin anları dəqiq təsvir edə bilməmiş, həmin vaxt onu arxadan vurub yerə yıxdıqlarını və yerdə təpiklədiklərini, həmçinin Məmmədi də yerdə təpiklə vurduqlarını xatırlamışdır. Hadisə vaxt o, tamamilə içkili olmamış, davaya ilk olaraq üstlərinə gələn şəxslər başlamış və qardaşı Məmməd həqiqətən də butulka şüşə ilə Hüseynağanın başından vurmuşdur. Dava başlayan kimi onu Tural və yanında olan Yaşar bir neçə dəfə bıçaqla vurmuş, həmin vaxt onlarla olan digər şəxslər, həmçinin Rəman da ona yumruq və təpiklər vurmuş, lakin o, aradan çıxıb bıçaq götürən kimi davaya qayıdanda da onlar ona və qardaşı Məmmədə yerə yıxıb təpiklə zərbələr vurmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs2 ayırmağa çalışmamış, əksinə, o və Tural da dava etmiş, onlara yumruq və təpiklə zərbələr vurmuş, üstündə olan bıçaqla ona və mərhum qardaşına çoxsaylı xəsarətlər yetirmiş, o cümlədən sonradan istintaq zamanı dostu Zərərçəkmiş şəxs3 də çoxsaylı xəsarətlər yetirildiyini bilmişdir. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, ona təqdim edilən çoxsaylı şəxslərin fotoşəkillərindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hüseynağa Yaqubovu tanımış, Yaşar Mövsumovun şəkilinə diqqətlə baxıb onu üz quruluşundan, başının formasından, qaşlarından, gözlərindən və baxışından tanımış, o, həmin gün davaya gələn şəxslərdən yaşına görə fərqlənmiş, yəni o, dava başlamazdan əvvəl Turalın yanında olmuşdur. İlk olaraq onu Tural bıçaqla vurmuş, daha sonra Tural onun dalınca qaçaraq belindən dəqiq sayını xatırlamadığı bıçaq xəsarətləri yetirmiş, həmin vaxt vurulduğunu hiss etmiş, bıçağını götürüb kütləyə tərəf gedəndə qarşı tərəfdən olan şəxslər onun qardaşı mərhum Məmmədin ətrafında yığışıb onu yumruq və təpiklə vurmuş, həmin vaxt onu bıçaqla vuran Tural və onun yanında gələn Yaşarın qardaşını nə ilə isə vurduqlarını görüb onlara tərəf qaçmış, əlindəki bıçaqla havada sağa və sola hərləyərək onları qardaşından uzaq etməyə çalışmış və həmin vaxt bıçağının kiməsə dəyibdəyməməsini dəqiq xatırlamamışdır. Kütləyə girəndən sonra Yaşarla üz-üzə gələn vaxt o onu sinə nahiyəsindən əlindəki bıçaqla vurmuş, yerə yıxılandan sonra orada olan şəxslər onu və Məmmədi təpikləməyə başlayanda əlindəki bıçaq yerə düşmüş, həmin vaxt Məmməd də yerdə qan içində olmuş, bir anlıq hamı qaçmağa başlamış, yəni onların üstlərinə gələn şəxslər onlardan ani olaraq aralaşmışdır. Hadisə zamanı ölmüş Hüseynağanı da təqdim edilən şəkillərdən görüb yadına salmış, onu tam olaraq üz quruluşundan, başının formasından və baxışından xatırlamışdır. Tural onunla söhbət etməyə başlayanda yanında Yaşar olmuş, Hüseynağa isə geridə Rəmanın və sonradan İlqar kimi tanıdığı şəxsin yanında bir yerdə durmuş, dava zamanı Hüseynağanın əlində hər hansı bir əşyanın, alətin və ya bıçağın olmasını görməmiş, amma o da davada iştirak edib qardaşı Məmmədlə əlbəyaxa olmuşdur. Zərərçəkmiş şəxs2 istintaqın ilkin mərhələsində verdiyi ifadələrində isə hadisə ilə bağlı göstərmişdir ki, 25 iyul 2020-ci il tarixdə saat təxminən 22 radələrində evinin qarşısında qardaşı Məmməd ilə oturmuş, həmçinin qonşu Bahadur da küçədə olmuş, yəni gah mağazaya getmiş, gah da öz evlərinə qayıtmış, hətta ona şirə suyu də alıb vermişdir. Qardaşı Məmmədlə söhbət edən vaxt bir az əvvəl dalaşdığı oğlan yanında 4-5 nəfərlə ona yaxınlaşmış, onlardan biri ona kənara keçib söhbət etməyi bildirmiş, ətrafa fikir verəndə küçənin başında onların avtomobillərini də görmüşdür. Onu söhbətə çağıranda qardaşı Məmməd də yaxınlaşmış, həmin şəxslərdən biri onu göstərib: “Səni vuran budur?”,- deyib söhbət etmək istədiyini bildirmiş, qardaşı və söhbətə gələnlər yaşadığı evdən uzaqlaşıb evi ilə üzbəüz marketin sağ tərəfindəki boşluğa doğru, yəni onların avtomobilləri saxladığı istiqamətdə getmişlər. Onların hərəkətindən az əvvəl həmin oğlanı niyə vurmağını öyrənmək istədiklərini başa düşmüş, bu məqsədlə onlara: “Sizlərdən biri gəlsin, kameraya baxaq, hər şey aydın olacaq”,- demiş, onlardan ilkin söhbət etdiyi şəxs irəli gələndən sonra necə oldusa aralarında mübahisə yaranmışdır. Ani olaraq söhbət etdiyi şəxs bıçaq çıxartmış, bıçağı görəndə 5-6 addım geri doğru çəkilən vaxt kürəyinə bir neçə bıçaq zərbəsi vurulmuş və nəfəsi sanki boşa getmişdir. Həmin şəxs onu təqib etməyə davam etmiş, üstündə bıçaq olmadığı üçün evi ilə üzbəüz olan Ramin adlı şəxsin marketinə daxil olub oradan əlinə bir əşya keçirtmək istəsə də, Ramin onu mağazadan qovmuş, bundan sonra balıq ovuna apardığı bıçağın “Opel” markalı avtomobilinin yük hissəsində olduğunu xatırlayıb avtomobilə gedib yük yerindən dəstəyi ağ rəngli bıçağı götürmüşdür. Özünü və qardaşını müdafiə etmək üçün həmin şəxslərə doğru getmiş, bu vaxt qardaşı Məmməd oradakı şəxslərlə əlbəyaxada olmuş və onun bədənindən qan axmışdır. Bıçağı havada hərləsə də, kimə dəydiyini bilməmiş, həmin şəxslər bir-birinə geri çəkilməyi bildirmiş və geri çəkiləndə yenə də sinəsinə bıçaqla vurulmuş, lakin özündə olmadığı üçün kimin vurduğunu dəqiq bilməmiş, özünü torlayanda qardaşı Məmmədi evin yaxınlığında görmüşdür. Məmməd köynəyini dartıb çıxardanda kürəyindən qan axmış, vəziyyətinin ağır olduğunu görüb avtomobilini işə salıb Məmmədə: “Gəl, maşına otur”,demiş, Məmməd özü gəlib avtomobilə əyləşmiş və onlar birlikdə Respublika Klinik Xəstəxanaya getmişlər. Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılarkən o, hadisəni bir qədər fərqli qaydada danışaraq göstərmişdir ki, 25 iyul 2020-ci il tarixdə axşam saat 21:30 radələrində qardaşı Məmmədlə birlikdə (Məmməd ondan bir qədər aralıda evlərinin yanında olmuş) həyətdə olarkən ona 6-7 nəfər yaxınlaşmış və bu vaxt qardaşı da ora gəlmiş, söhbət (dalaşmanı nəzərdə tutub) başlayandan sonra Tural bıçağı çıxaranda o, 5-6 addım geri çəkilib tinə qədər qaçmış, sonra mağazaya girib bıçaq götürmək istəmiş, lakin oradan bıçaq götürə bilmədiyinə görə maşınının yük yerindən dəstəyi ağ rəngdə olan bıçağı götürüb dava gedən yerə gedib bıçağı hərləyə-hərləyə onları qovmaq istəmişdir. Bu vaxt arxadan onu kimsə yıxmış, təpiklə belindən, başından vurulmuş, əlindəki bıçaq da yerə düşmüş, bundan sonra söhbətə gələnlər qaçmağa başlamış, o da ayağa durub 5-10 addım getsə də, halsız olduğu üçün gedə bilməmiş, çünki onlara yaxınlaşanda o, arxadan və qabaqdan bıçaqla vurulmuş, qardaşını da köynəyini çıxardığını və qan içində olduğunu görmüş, onun özündən də qan axmış, Məmmədin əlindən bıçağı alanda o, ona «qisasımı aldım» demişdir. Həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 müdafiəçisinin suallarına cavab verərək, bu hadisədə kiməsə xəsarət yetirmək və kimisə qətlə yetirmək niyyətinin olmadığını, hadisə vaxtı iki dəfə, yəni bir dəfə bıçağı götürməmişdən qabaq, bir dəfə də ondan sonra xəsarət aldığını, dava vaxtı Məmmədlə Hüseynağanın bir-birlərini öldürdüklərini, Hüseynağanın uzandığı yerin qaranlıq olduğunu, qardaşı tərəf işıqlı olduğu üçün ora baxdığını, özünün isə dava vaxtı Hüseynağa ilə təmasda olmadığını, onun dava başlayandan qardaşı Məmmədlə savaşdığını, qardaşı Məmmədin yanında yoldaşı Yeganəni də gördüyünü, Yeganənin ona köynəyini çıxarmağa kömək etdiyini bildirmişdir. İstintaqın gedişində Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi sonuncu ifadəsini təsdiq edib həmin ifadəni Zərərçəkmiş şəxs2 üzünə qarşı deyərək göstərmişdir ki, əvvəlcə Xəlilgil üstlərinə gəlmiş, yəni kameraya baxmanı təxirə salmaq istəmiş, ərkyana Xəlilin qolundan tutub «qaqa kameraya baxaq» deyib söhbəti sakitləşdirməyə çalışmış, onunla üzbəüz qaldığı üçün, Xəlil ondan 4-5 addım geriyə çəkilib köynəyini şalvarının kəmər hissəsinə kimi qaldırıb əlini belinə qoysa da, oradan heç nə çıxarmamış, onun bıçaq çıxaracağını düşünüb onu qabaqlayıb öz üstündə olan bıçağı çıxaranda Xəlil bıçağı görüb qaçmış, bir müddət sonra sağ tərəfdə Xəlili kiminsə qabağında olduğunu görüb onun qabağında özlərindən kiminsə qısılmış vəziyyətdə Xəlilin bıçağını tutduğunu görmüş, ona görə də Xəlilə yaxınlaşıb onun sol çiyin nahiyəsindən iki dəfə bıçaqla vurmuş, sonradan dava bir qədər səngiyəndə Xəlil üstünə addımlayan vaxt onun əlində mətbəx bıçağına bənzər bıçaq olmuş, əlindəki bıçaqla onu qarşılamağa hazırlaşanda Xəlil onun yaralı olduğunu görüb: “Ölürsən, ay bədbəxt”,- deyib arxaya çəkilmiş, o, da: “Elə sən də yaxşı vəziyyətdə deyilsən”,- deyəndən sonra avtomobillərə doğru geri çəkilməyə başlamışlar. Lakin Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ifadəsini tam olaraq düzgün vermədiyini göstərmiş və qeyd etmişdir ki, Tural, Yaşar və yanında olan digər şəxslər onlarla birlikdə dava etmiş, onlara yumruq və təpiklə zərbələr vurmuş, Tural üstündə olan bıçaqla ona çoxsaylı xəsarətlər yetirmiş, ilkin olaraq dava başlamazdan əvvəl Tural birinci bıçaq çıxarmış, bunu görəndən sonra 3-4 addım geri çəkilib yerində fırlanaraq qaçmaq istəyəndə Tural onun dalınca qaçaraq belindən dəqiq sayını xatırlamadığı bıçaq xəsarətləri yetirmiş, lakin həmin vaxt qaça bilib avtomobilinin yük hissəsindən bıçağını götürüb hadisə yerinə qayıtmış, həmin vaxt kiminsə onu sinə nahiyəsindən əlindəki bıçaqla vurmuş, yerə yıxılandan sonra orada olan şəxslər onu və Məmmədi təpikləməyə başlamışlar. İstintaqın gedişində Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 istintaqa verdiyi əvvəlki ifadəsini qismən təsdiq edib göstərmişdir ki, hadisə yerinə gəlib Turalla birlikdə Xəlil və Bahadura yaxınlaşandan sonra Xəlil həmin vaxt onlara müraciət edərək uca səslə və əlləri ilə jestlər edərək: “Bilirsiz niyə gəlmisiz? fahişənin söhbətinə gəlmisiniz?”,- demiş, sonradan Tural Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 4-5 metr uzaqlaşmış, Bahadurun: “Dayanın bir dəqiqə, əgər biz dediyimiz çıxsa sizin hamınızın…”,deyib nalayiq ifadə işlədəndən sonra onlar narazılıq etməyə başlamış, bu vaxt Tural və Xəlil onlara yaxınlaşanda daşın üzərində oturmuş Xəlilin qardaşı mərhum Məmməd də yaxınlaşmış və aralarında dava-dalaş başlamışdır; Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs2 verdiyi ifadəsini təkzib edib göstərmişdir ki, Yaşar davada iştirak etmiş, Tural tərəfindən bıçaqla vurulduğundan və avtomobilindən bıçaq götürüb kütləyə qoşulduqdan sonra qarşı tərəfdən olan şəxslərin Məmmədin ətrafında yığışıb onu yumruq və təpiklə vurduqlarını görsə də, həmin vaxt onların kim olmasını ayırd edə bilməmiş, onlara tərəf qaçıb əlindəki bıçaqla havada sağa-sola hərləyərək onları qardaşından uzaq etməyə çalışmış, həmin vaxt bıçağının kiməsə dəyib-dəyməməsini dəqiq xatırlamamış, həmin kütləyə girəndən sonra onu da vurduqlarına görə yerə yıxılmış, bundan sonra orada olan şəxslər onu və Məmmədi təpikləməyə başlamış, sinə nahiyəsinə də həmin kütləyə qayıdandan sonra vurulmuş, lakin Yaşarın ona və Məmmədə xəsarət yetirib-yetirməməsini xatırlamamışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, qonşuluqda Mirzə İbrahimov küçəsi ilə yaşadığı 7-ci küçənin kəsişməsində dostu Zərərçəkmiş şəxs2 yaşamış, onunla münasibətləri 2003-cü ildən yaranmış, aralarında düşmənçilik və ədavət olmamış, Xəlilə birlikdə onun böyük qardaşı Zərərçəkmiş şəxs1 və onun ailəsi yaşasa da, Məmmədlə münasibəti o qədər də yaxın olmamışdır. 25 iyul 2020-ci il tarixdə axşam saat 21-22 radələrində işdən evə gələndə İ.Səfərli küçəsində bir «VAZ 21015» markalı «081» nömrəli, digəri isə «Chevrolet Malibu» markalı «117» nömrəli avtomobillər dayanmış və onların qonşuya qonaq gəldiklərini zənn etmişdir. Sonra İ.Səfərli küçəsi ilə M.İbrahimov küçəsinə çatanda evin yanından keçib 120 №-li duracağın yanından buğda və günəbaxan tumu alıb evinə tərəf qayıtmış, yolda Xəlili onların evinin qarşısında görüb onunla görüşmüş, yaxınlıqda Xəlilin evi ilə üzbəüz olan marketdən su alıb birini Xəlilə verib onunla təxminən 10 dəqiqə söhbət etdikdən sonra evə getmiş, Xəlilə su təklif edəndə o: “Yerin məlum, pivə içmişəm”,- deyə bildirmiş, bu vaxt Məmməd də öz evinin yanında daşın üstündə oturmuşdur. Həmin avtomobillərdən 5 nəfər şəxs onlara yaxınlaşıb qabaqda gələn bir nəfər arxa tərəfdə olan oğlana qışqıraraq: “Kim idi səni vuran?”,- deyə soruşmuş, həmin vaxt Xəlil: “Nə qışqırırsan? mən vurmuşam”,deyə cavab vermiş, sonra Xəlil onlarla: “Bilirsiz nə söhbətə gəlmisiz? hansısa qəhbənin söhbətinə gəlmisiz”,- deyəndə, həmin yoldaşları oraya gətirən sarı idman gödəkcəsində olan oğlan çəkilib qıraqda dayanmış və həmin yoldaşlar onu bir neçə dəfə yaxın gəlməyə çağırmışlar. Xəlil həmin şəxslərdən biri ilə söhbət edib kameralara baxmağı təklif edib söhbətin aydın olacağını demiş, Xəlil həmin vaxt içkili olmuş, söyüşlə danışmış, bu da söhbəti aydınlaşdırmağa gələn oğlanların xoşuna gəlməmiş və getdikcə danışıq mübahisəyə çevrilmişdir. Sonra bir anlıq Xəlil dava etməyə başlamış, onunla söhbət edən yoldaş, sonradan adının Tural olduğunu bildiyi şəxs Xəlili bıçaqla bir neçə dəfə vurmuş, Xəlilin səsinə onun qardaşı Məmməd də yerindən duraraq özü ilə butulka şüşə götürüb qaçaraq gəlmiş və bundan sonra qarşılıqlı dava düşmüş, Məmməd əlindəki şüşə ilə qarşı şəxslərin birinin başından vurmuş, lakin həmin oğlan üzü avtomobillərə tərəf qaçmışdır. Xəlil davadan çıxıb evinin qarşısındakı marketə girib tez çıxmış, sonra da özünün «Opel» markalı «664» nömrəli avtomobilinin yük hissəsindən bıçaq götürərək dava gedən yerə qayıtmışdır. Xəlil onlardan aralanan zaman o, özü də davada olmuş, onu oraya gələn şəxslərdən biri arxadan tutub güləş fəndi işlədərək yerə atmış və o, həmin adamla yerdə süpürləşmiş, davadan sonra ayağa qalxanda Təqsirləndirilən şəxs2 onun üstünə gəlmiş, Yaşara sağ ayağı ilə təpik atmış və bu vaxt onu Təqsirləndirilən şəxs2 bıçaqla əlindəki bıçaqla onun ayağından, yəni sağ budundan vurmuş, digər şəxslər də onu sinəsinin sağ tərəfi, sol qolu və üzünün yanaq hissəsinin sağ tərəfinə bıçaq xəsarətləri yetirmişlər. Xəlil bıçaqla qayıtdıqdan sonra davaya girmiş, əlindəki bıçaqla onu bıçaqla vuran oğlanı vurmuş, daha sonra qarşı tərəfdən: “Vurdu, vurdu”,- deyə səslər gəlmiş, onların hamısı öz avtomobillərinə tərəf qaçmağa başlamış, Xəlil də onların dalınca qaçmış, amma onlardan biri yerdə uzanmışdır. Bu vaxt Məmmədi ayaq üstə və ondan qan axdığını görüb ona kömək edib evlərinə tərəf gətirmiş, orada ona kömək edib köynəyini çıxarmış, həmin vaxt anası Firuzə və Məmmədin arvadı Yeganə də səsə gəlmiş və Məmmədə kömək etmişlər. Sonra həmin şəxslər hadisə yerindən uzaqlaşmış, onlardan biri elə yerdə qalmış və Xəlil də sonra öz avtomobili tərəfə qayıdıb Məmmədi maşınına qoyaraq xəstəxanaya getmişdir. Bundan sonra o, da öz evinə gedib əynini dəyişib evdən çıxıb getmiş, «VAZ dairəsi» deyilən yerdə ağaclığın içində biraz oturandan sonra özünə yod və bint alıb yaralarını sarımış, bir müddət öz avtomobilinin içində qalmış, həmin vaxt davada iştirak etdiyinə görə onu axtaracaqlarını başa düşüb gizlənmək qərarına gəlmiş və 09 oktyabr 2020-ci il tarixdə hərbi komissarlığa cəbhəyə getmək üçün gedəndə orada tutulmuşdur. Hadisə zamanı üzərində bıçaq olmamış, o, heç kimə bıçaq xəsarəti yetirməmiş və yalnız dava edib əlbəyaxa olmuşdur. Hadisə vaxtı onlar tərəfdən o, Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 olmuş, digər tərəf isə 5-6 nəfər olmuş, iki avtomobil ilə gəlmiş, onların biri sarı idman gödəkcəsində, digəri isə onunla güləşən idman bədən quruluşlu saqqallı oğlan olmuş, digər şəxslərin əlamətləri isə yadında qalmamışdır. Onlar tərəfdə ancaq Xəlildə dava zamanı bıçaq olmuş, o da həmin bıçağı bıçaqlandıqdan sonra gedib avtomobilindən götürmüş, Məmməd də qardaşı Xəlilin qışqırıq səslərinə gələndə əlində butulka şüşə olmuş, onu da Məmməd gələn şəxslərin birinin baş nahiyəsinə vurmuş, qarşı tərəfdən olan şəxslərin də kimlərin əlində nə olmasını görməmiş, amma dəqiqliklə Xəlili birinci vuran onunla söhbəti başlayan oğlan olmuşdur. Zərərçəkmş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, qonşuluqda Mirzə İbrahimov küçəsi ilə yaşadığı 7-ci küçənin kəsişməsində dostu Zərərçəkmiş şəxs2 yaşamış, onunla münasibətləri 2003-cü ildən yaranmış, aralarında düşmənçilik və ədavət olmamış, Xəlilə birlikdə onun böyük qardaşı Zərərçəkmiş şəxs1 və onun ailəsi yaşasa da, Məmmədlə münasibəti o qədər də yaxın olmamışdır. 25 iyul 2020-ci il tarixdə axşam saat 21-22 radələrində işdən evə gələndə İ.Səfərli küçəsində bir «VAZ 21015» markalı «081» nömrəli, digəri isə «Chevrolet Malibu» markalı «117» nömrəli avtomobillər dayanmış və onların qonşuya qonaq gəldiklərini zənn etmişdir. Sonra İ.Səfərli küçəsi ilə M.İbrahimov küçəsinə çatanda evin yanından keçib 120 №-li duracağın yanından buğda və günəbaxan tumu alıb evinə tərəf qayıtmış, yolda Xəlili onların evinin qarşısında görüb onunla görüşmüş, yaxınlıqda Xəlilin evi ilə üzbəüz olan marketdən su alıb birini Xəlilə verib onunla təxminən 10 dəqiqə söhbət etdikdən sonra evə getmiş, Xəlilə su təklif edəndə o: “Yerin məlum, pivə içmişəm”,- deyə bildirmiş, bu vaxt Məmməd də öz evinin yanında daşın üstündə oturmuşdur. Həmin avtomobillərdən 5 nəfər şəxs onlara yaxınlaşıb qabaqda gələn bir nəfər arxa tərəfdə olan oğlana qışqıraraq: “Kim idi səni vuran?”,- soruşmuş, həmin vaxt Xəlil: “Nə qışqırırsan? mən vurmuşam”,- deyə cavab vermiş, sonra Xəlil onlarla: “Bilirsiz nə söhbətə gəlmisiz? hansısa qəhbənin söhbətinə gəlmisiz”,- deyəndə həmin yoldaşları oraya gətirən sarı idman gödəkcəsində olan oğlan çəkilib qıraqda dayanmış və həmin yoldaşlar onu bir neçə dəfə yaxın gəlməyə çağırmışlar. Xəlil həmin şəxslərdən biri ilə söhbət edib kameralara baxmağı təklif edib söhbətin aydın olacağını demiş, Xəlil həmin vaxt içkili olmuş, söyüşlə danışmış, bu da söhbəti aydınlaşdırmağa gələn oğlanların xoşuna gəlməmiş və getdikcə danışıq mübahisəyə çevrilmişdir. Sonra bir anlıq Xəlil dava etməyə başlamış, onunla söhbət edən yoldaş, sonradan adının Tural olduğunu bildiyi şəxs Xəlili bıçaqla bir neçə dəfə vurmuş, Xəlilin səsinə onun qardaşı Məmməd də yerindən duraraq özü ilə butulka şüşə götürüb qaçaraq gəlmiş və bundan sonra qarşılıqlı dava düşmüş, Məmməd əlindəki şüşə ilə qarşı şəxslərin birinin başından vurmuş, lakin həmin oğlan üzü avtomobillərə tərəf qaçmışdır. Xəlil davadan çıxıb evinin qarşısındakı marketə girib tez çıxmış, sonra da özünün «Opel» markalı «664» nömrəli avtomobilinin yük hissəsindən bıçaq götürərək dava gedən yerə qayıtmışdır. Xəlil onlardan aralanan zaman o, özü də davada olmuş, onu oraya gələn şəxslərdən biri arxadan tutub güləş fəndi işlədərək yerə atmış və o, həmin adamla yerdə süpürləşmiş, bu vaxt onu həmin şəxslərdən kimsə bıçaqla vurmuş, nəticədə sağ ayaq, sinəsinin sağ tərəfi, sol qolu və üzünün yanaq hissəsinin sağ tərəfinə bıçaq xəsarətləri yetirilmişdir. Xəlil bıçaqla qayıtdıqdan sonra davaya girmiş, əlindəki bıçaqla onu bıçaqla vuran oğlanı vurmuş, daha sonra qarşı tərəfdən “vurdu, vurdu” deyə səslər gəlmiş, onların hamısı öz avtomobillərinə tərəf qaçmağa başlamış, Xəlil də onların dalınca qaçmış, amma onlardan biri yerdə uzanmışdır. Bu vaxt Məmmədi ayaq üstə və ondan qan axdığını görüb ona kömək edib evlərinə tərəf gətirmiş, orada ona kömək edib köynəyini çıxarmış, həmin vaxt anası Firuzə və Məmmədin arvadı Yeganə də səsə gəlmiş və Məmmədə kömək etmişlər. Sonra həmin şəxslər hadisə yerindən uzaqlaşmış, onlardan biri elə yerdə qalmış və Xəlil də sonra öz avtomobili tərəfə qayıdıb Məmmədi maşınına qoyaraq xəstəxanaya getmişdir. Bundan sonra o, da öz evinə gedib əynini dəyişib evdən çıxıb getmiş, «VAZ dairəsi» deyilən yerdə ağaclığın içində biraz oturandan sonra özünə yod və bint alıb yaralarını sarımış, bir müddət öz avtomobilinin içində qalmış, həmin vaxt davada iştirak etdiyinə görə onu axtaracaqlarını başa düşüb gizlənmək qərarına gəlmiş və 09 oktyabr 2020-ci il tarixdə hərbi komissarlığa cəbhəyə getmək üçün gedəndə orada tutulmuşdur. Hadisə zamanı üzərində bıçaq olmamış, o, heç kimə bıçaq xəsarəti yetirməmiş və yalnız dava edib əlbəyaxa olmuşdur. Hadisə vaxtı onlar tərəfdən o, Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 olmuş, digər tərəf isə 5-6 nəfər olmuş, iki avtomobil ilə gəlmiş, onların biri sarı idman gödəkcəsində, digəri isə onunla güləşən idman bədən quruluşlu saqqallı oğlan olmuş, digər şəxslərin əlamətləri isə yadında qalmamışdır. Onlar tərəfdə ancaq Xəlildə dava zamanı bıçaq olmuş, o da həmin bıçağı bıçaqlandıqdan sonra gedib avtomobilindən götürmüş, Məmməd də qardaşı Xəlilin qışqırıq səslərinə gələndə əlində butulka şüşə olmuş, onu da Məmməd gələn şəxslərin birinin baş nahiyəsinə vurmuş, qarşı tərəfdən olan şəxslərin də kimlərin əlində nə olmasını görməmiş, amma dəqiqliklə Xəlili birinci vuran onunla söhbəti başlayan oğlan olmuşdur; fotoşəkillər üzrə tanınma zamanı Təqsirləndirilən şəxs1 tanımış, qeyd etdiyi kimi Təqsirləndirilən şəxs1 25 iyul 2020-ci il tarixdə axşam saat 22 radələrində həyətə gələn 5 nəfər şəxslərdən qabaqda gələn və bir nəfər arxa tərəfdə olan oğlana qışqıraraq: “Kim idi səni vuran?”,- deyən şəxs olmuş, Tural Xəlil ilə söhbət etmək üçün onlardan bir qədər aralanmış, Xəlil Turala kameralara baxmağı təklif edəndən sonra o, söyüş söydüyü üçün söhbət ani olaraq davaya çevrilmiş və Tural Xəlili bir neçə dəfə bıçaqla vurmuşdur. Davanın digər iştirakçısı Təqsirləndirilən şəxs2 da tanımış, davadan sonra ayağa qalxanda məhz üstünə gələn, həmin şəxsə sağ ayağı ilə təpik atdığı və onun əlindəki bıçaqla ayağından, yəni sağ budundan vuran şəxs olduğunu tanımış, həmin vaxt Xəlil də əlindəki bıçaqla onu vuran Yaşarı vurmuş, Xəlilin vurduğu bıçaq Yaşarın əlinə dəymiş və o, öz avtomobilləri tərəfə qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərək bildirmişdir ki, Xəlilin yanında olarkən biri Vaz-21015» digəri “Chevrolet Malibu” markalı avtomobillər gəlmiş və həmin maşınlardan düşən 5-6 nəfər onlara yaxınlaşandan sonra dava başlanmış, Xəlil vurulduqdan sonra qışqırmağa başlamış, sonra Xəlil dükana girmiş, İlqar da onu qaldırıb yerə çırpmış, Məmməd isə bir az qabaqda xırıldayaraq can vermiş, ayağa durub Məmmədin yanına getmək istəyəndə qırmızı maşının arxasından birinin çıxıb ona tərəf gəlib ayağından vurmuş və daha sonra onlar çıxıb getmişlər. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 göstərmişdir ki, Məmmədov X26 ilə 2004-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş və 2010cu ilin sentyabr ayında rəsmi nikaha daxil olmuş, qaynı Zərərçəkmiş şəxs2 da onlarla birlikdə yaşamışdır. Əri Məmməd heç bir yerdə işləməmiş, daim evdə olmuş, əvvəllər də məhkum olunmuş, qaynı Xəlil isə yük avtomobillərinin sürücüsü işləmiş, vərəm xəstəliyindən və qan xəstəliyindən uzun müddət əziyyət çəkmişdir. 25 iyul 2020-ci il tarixdə günorta saatlarında Məmməd evdə yatmış, o, özü isə həyətdə olmuş, qaynı Xəlil isə evin qarşısına çıxmış və bir neçə dəqiqədən sonra çöldən səslər gəlməyə başlamışdır. Xəlilin kiməsə öz narazılığını bildirdiyini başa düşmüş, Xəlil kiməsə: “Cəhənnəm olun”,- demiş, sonra ona qadın səsi ilə kimsə “mənim ərimdir, özüm bilərəm” deyə cavab vermiş, Xəlil də: “Cəhənnəmə ərindir, get öz xarabanda nə murdarçılıq edirsən et, cəhənnəm olun burdan”,- deyə bildirmişdir. Həmin vaxt qadın nalayiq söyüşlərdən istifadə edərək Xəlilin üstünə qışqırmış, evin pəncərəsindən baxanda Xəlilin bir oğlanın boğazından tutub itələyib qadına: “Götür, itini apar buradan”,- dediyini görmüşdür. Həmin vaxt çölə çıxmamış, çünki əri onu bayıra buraxmamış, sonradan həmin qadının qışqıraraq “102”-yə zəng etdiyini vurğuladığını və: “İndi görərsən sənin başına nə oyun açacam”,- deyə hədələdiyini eşitmiş, sonra küçədə sakitlik baş vermiş və Xəlil həyətə qayıtmışdır. Ondan nə baş verdiyini soruşduqda, o: “Abırsızın biri idi də”,- deyə cavab vermiş, sonra əri Məmməd də oyanmış, amma Xəlil küçədə baş verənlər haqqında onlara bir söz deməmişdir. Həmin gün axşam saatlarında qaynı Xəlil küçədə olmuş, o və əri Məmməd evdə olmuş, sonra Məmməd siqaret almağa getdiyini deyib evdən çıxmış, evdən çıxandan təxminən 10 dəqiqə sonra küçədən möhkəm səslər gəlmiş və pəncərəyə yaxanlaşanda “öldürdülər” sözünü eşitmişdir. Dərhal küçəyə çıxanda qapının ağzından bir qədər aralıda dörd yolun ortasında əri Məmmədi çökən vəziyyətdə durduğunu, həmin vaxt onun əlində yekə bıçaq olduğunu görmüş, tez özünü onun yanına çatdırıb «səni kim vurdu öldürdü, səni kim bu günə saldı?» deyə qışqırmış, əri Məmməd isə ona: «Yeganə, ağlama, ölsəm də öldürdüm, ağlama”,- demiş, həmin vaxt da yuxarıdan, yəni evin qarşısından üzü yuxarı çıxışa doğru gedən yoldan Xəlil özünü çatdırıb: “Qardaşım öldü”,- deyə qışqırmış, Məmməd isə ağzından qan gələ-gələ: “Kömək eləyin”,- demişdir. Qaynım Xəlil də həmin vaxt bütöv qan içində olmuş, o, Məmmədin sağ əlində olan yekə bıçağı güclə alıb öz «Opel» markalı maşınının yük hissəsinə qoymuş, o, da həmin vaxt Məmmədin əynində açılmış köynəyini çıxarıb sinəsində olan yaraya sıxsa da, qan təzyiqlə gəldiyindən köynək sinəsində durmamışdır. Sonra hər ikisi köməkləşək Məmmədi Xəlilin «Opel» markalı maşınının qabaq sağ tərəfdə, sürücünün yanında sərnişin oturacağına otuzdurmuş, həmin vaxt da Xəlil özü yaralı olmasına baxmayaraq, özü öz avtomobilinə oturmuş və Məmmədlə birlikdə xəstəxanaya getmişlər. O, evdən çıxıb Məmmədin yanına qaçanda, o artıq yaralı halda bıçaqla yolun ortasında durmuş, ona kimin və neçə nəfərin hücum etdiyini görməmiş, qonşuların dediyinə görə onlar qaçıb getmiş, onlardan bir nəfər də yolun yuxarı hissəsində vurulmuş və ölmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş (istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində) dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 iyul 2020-ci il tarixdə saat təxminən 20 radələrində həm uşaqlıq dostu, həm də sinif yoldaşı olan Təqsirləndirilən şəxs1 öz istifadəsində olan ***-***-**-** nömrəsindən ona zəng edib onu öz avtomobili ilə Xırdalan şəhərinə aparmağı xahiş etmiş, həmin vaxt karantin rejimi dövründə işi ilə bağlı sərbəst hərəkət etmək hüququ, yəni icazəsi olmuş, Tural ona zəng edəndə yaşadığı evin yaxınlığındakı “Neptun“ marketdə alış-veriş etdiyi üçün ona gedib evdə namazını qılıb çıxacağını demiş, həm də onsuz da Pirşağı qəsəbəsinə gedəcəyini və yolüstü onu da aparacağını fikirləşmişdir. Evə gedib saat 20:16-da namazını qılıb özünə məxsus qara rəngli “Chevrolet Malibu” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən saat 20:30-da Turalla razılaşdıqları kimi “Baksel Arena”-nın yanında görüşmüşlər. Həmin yerə çatanda orada tanışı Hüseynağa Yaqubov və dostu Turalın dayanıb nə isə müzakirə etdiklərini görmüş, avtomobildən çıxıb onlarla görüşəndən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 da piyada gələrək onlara yaxınlaşmış, Turalın Hüseynağa ilə nə müzakirə etdiklərini bilməmiş, onlar özləri də ona heç nə deməmişlər. Bundan sonra hamı maşınlara yığışıb Xırdalan şəhərinə yola düşmüş, Tural onun, Yaşar isə Hüseynağanın “Vaz 21015” markalı avtomobilinə əyləşib Xırdalan şəhərinə getmiş, təxminən bir saatdan sonra artıq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” Y/M-nin yanında “Bazarstore” mağazasının park dayanacağına çatmışlar. Həmin vaxt Tural ona bir neçə dəfə “sən get işlərinlə məşğul ol, bundan sonra biz özümüz gedərik” deyə təklif etsə də, Turalı çoxdan görmədiyinə görə onun yanında sona qədər olmağı təklif edib heç bir narahatçılıq olmadığını və hara lazımdırsa düşürüb sonra gedəcəyini demişdir. Həmin vaxt onlara Rəman adlı şəxs yaxınlaşıb Turala həmin gün günorta vaxtlarında başına gələn işdən danışmağa başlayıb öz həyat yoldaşı ilə Xırdalanda yoldaşının rəfiqəsi ilə görüşə getdiyini, rəfiqəsinin yanına çatanda bir nəfər şəxsin ona evinin yanında dayanmamasını deyib oradan qovduğunu, biraz başqa yerdə yoldaşını gözləyəndə həmin şəxsin bir də onu görüb yanına çağırıb yenidən irad bildirərək onun sifətinə yoldaşının yanında kəllə ilə vurduğunu, həmin şəxsin onu vurmasının səbəbinin isə Rəmanın yoldaşının onun maykasını düzəltməsinin olduğunu demiş, bu səbəbdən Rəman da Turaldan məsələni aydınlaşdırmağı xahiş edərək başına iş gələn yeri göstərməyi təklif etmiş, həmin vaxt Rəmanı birinci dəfə görmüş, ona görə də onun dediklərini azca kənardan eşitmiş, lakin maraqlı olmadığı üçün o qədər diqqət yetirməmişdir. Tural onun avtomobili ilə gəldiyindən Rəmana da avtomobilə əyləşib hadisə baş verdiyi yerə gedən yolu göstərməsini təklif etmiş, həmin vaxt Turalın Rəmanı vuran şəxslə söhbət edib onu vurmasının səbəbini aydınlaşdırmaq üçün ora getdiyini başa düşmüş, çünki Rəman da ondan həmin şəxslə söhbət etməsini xahiş etmiş, Rəmanın dediyinə görə həmin şəxs ondan yaşca böyük olmuş, ona görə də söhbətin dava ilə nəticələnəcəyini zənn etməmiş, çünki Rəmanın dediyinə görə hadisə onun yoldaşının yanında olmuş və Turalın da həmin şəxslə ailəyə, qadınlara hörmət mövzusunda söhbət edib Rəmanı vuran şəxslə başqa hər hansı münaqişə yarada biləcək hərəkətlərə yol verilməyəcəyinə əmin olmuş, ona görə də bu söhbətin çox qısa olacağını və Turalı da həmin yerə aparandan sonra oradan onunla sağollaşıb Pirşağıya gedəcəyini fikirləşmişdir. Bundan sonra o, Tural və Rəman onun maşınında, Yaşar və Hüseynağa isə digər maşında təxminən 5-6 dəqiqəyə Rəmanın göstərdiyi ara yollarla hadisə baş verən yerə gəlib yol kəsişməsinə çatanda orada yolun qırağında Rəman 3 nəfər şəxsi göstərərək “bunlardır” deyə bildirmiş, lakin Tural həmin vaxt maşını saxlamayıb sağa dönüb düz gedib sonra geri dönüb qayıtmağı istəmiş, onlar da həmin şəxslərin yanından keçərək sağa market olan tərəfə dönüb bir qədər irəlidən geri qayıdıb qeyd etdiyi marketin yanından sola dönüb təxminən 100 metr qabağa gedib o, yolun sol tərəfində, Hüseynağa isə sağ tərəfində ona paralel şəkildə maşınları saxlamışlar. Ora gələndə həmin yer yaxşı yer olmadığını hiss etsə də, Turalın söhbət edib geri qayıdacağını zənn etmiş, maşından düşəndən sonra Tural və Rəman qabaqda, o, Yaşar və Hüseynağa isə nisbətən onların dalınca Rəman göstərdiyi həmin üç şəxsə tərəf getmiş, onlar da onları görüb yaxınlaşmışlar. Həmin vaxt Rəman adının sonradan Xəlil olduğunu bildiyi şəxsi göstərərək Turala onu vuran şəxs olduğunu demiş, Xəlil həqiqətən də Rəmandan yaşca böyük olmaqla saqqallı olmuş, ikincisi isə onun qardaşı, yaşlı, arıq uzun Məmməd, üçüncüsü isə sarışın, boyu elə Xəlil boyda, arıq, göy-qara qısaqol köynəkdə olan Bahadur olmuş, onların hər üçünün adlarını, Xəlillə Məmmədin qardaş olduqlarını istintaq zamanı bilmiş, həmin vaxta qədər onları tanımamış, onlarla hər hansı münasibəti olmamış və onları ilk dəfə görmüşdür. Tural yaxınlaşıb Xəlillə söhbətə başlayanda Xəlil də Turala Rəmanı vurduğunu etiraf edib Rəmanın necə pis hərəkət etməsindən onların xəbərlərinin olmadığını deyib kameraya baxmağı təklif etmiş, Tural da ona: “Biz elə həqiqəti bilmək üçün gəlmişik”,- deyəndən sonra kameralara baxmağa razılıq vermişdir. Bir-iki addım irəli getdikdən sonra Bahadur: “Kamerada biz istədiyimiz şeyi göstərsək, sizin ağzınızı…”,deyəndə onlar onun söyüş söyəcəyini başa düşüb “yavaş, yavaş danış” deyərək ona fikrini tamamlamağı qoymamış, bundan sonra onlar üçü də, yəni Xəlil, Tural və Bahadur bir qədər aralaşmış və bir anlıq Bahadurun yerə yıxıldığını görsə də, kimin zərbəsindən yıxıldığını bilməmiş, sonra ara çox qarışmış və dava başlamış, amma o, özü dava başlayacağını gözləməmiş, kameraya baxıb kimin səhv hərəkət etdiyini dəqiqləşdirib çıxıb gedəcəklərini fikirləşmişdir. Dava başlayan zaman Bahadur əlini belinə ataraq uzun, yəni tiyəsi təxminən 10 sm olan, təxmini boz rəngli bıçaq çıxarmış, lakin onun heç kimə əlindəki bıçaqla xəsarət yetirməməsi üçün əvvəl təpik vurub onu özlərindən uzaqlaşdırandan sonra Məmməd onu arxadan tutub itələmiş, bu an da Məmmədə özünü müdafiə etmək üçün yumruqla zərbələr yetirmək istəyəndə ona dəyməmişdir. Sonra bir anlıq Bahaduru əlindəki bıçaqla durduğunu görmüş, lakin o, heç bir hərəkət etməmiş, yəni heç kimi vurmamış, Bahadura arxadan yaxınlaşıb onu zərərsizləşdirmək məqsədi ilə bıçaqla heç kimə xəsarət yetirməməsi üçün güləş fəndi işlədib onu yerə atmış və özü də onunla birlikdə yıxılmış, sonra yerdə ikisi də uzanıqlı vəziyyətdə olmuş və o, Bahaduru arxadan tutaraq yerdə ona qalxmağa imkan verməməyə çalışmışdır. Həmin vaxt Bahadur onun üstündə olsa da, birdən onu kimsə üstündən itələmiş, amma həmin vaxt ətrafı görə bilmədiyi üçün onu kimin itələdiyini görə bilməmişdir. Sonra durub sağa-sola baxanda kimsə onu itələmiş və o, yerə yıxılmış, Turalla xəstəxanada müalicə alan zaman hadisəni müzakirə edərkən, o, ona onu kiminləsə səhv salıb itələyib yıxanın o, özü olduğunu demişdir. Sonra Bahadurun transformator tərəfdə divara söykənərək durduğunu və əlində də yenə bıçaq olduğunu görmüş, amma Bahadur onu vurmağa cəhd etməmiş və əli ilə hər hansı bir vurmaq niyyətini göstərən heç bir hərəkət etməmiş, amma onun bıçaqla başqa birisini vurmaması üçün ona yaxınlaşıb sol əli ilə onun sağ əlindəki bıçağı tutmuş, həmin vaxt əlindən xəsarət ala biləcəyini başa düşsə də, Bahadurun bıçaqdan istifadə edib kiməsə ciddi xəsarət yetirməməsini istədiyi üçün bıçağı əli ilə tutmaq qərarına gəlmiş, Bahadurun əlindəki bıçağı tutanda sol əlini zədələmiş və bu vaxt heç gözləmədiyi halda Bahadurun bıçağını tutduğu vəziyyətdə Xəlil uzun bıçaqla onun döş qəfəsindən ürək nahiyəsindən bir dəfə vurmuş, xəsarət aldığı üçün Turalı çağıranda Tural da yanına gəlib xəsarət aldığını görüb Xəlili vurmuş, lakin nə ilə vurduğunu görməmiş, həmçinin kimsə kiminsə başından butulka ilə vurduğunu xatırlamışdır. Bundan sonra dava səngimiş və hərə bir tərəfə dağılışmış, Tural da ona “gedək, gedək” deyəndən sonra onlar da oradan avtomobilə doğru getmiş, Bir anlıq hamı dağılışanda bir nəfərin yerdə uzandığını görüb ona yaxınlaşanda Xəlil olduğunu zənn etsə də, sonra Hüseynağa olduğunu və onun yerdə qıvrılmış vəziyyətdə xırıldadığını görmüş, Turalla onu qaldırıb maşına doğru aparmaq istəsələr də, lakin o ağır olduğundan Tural da yıxılmış, Turalın özü də qan içində olduğundan o, ona kömək edib maşına doğru aparmış, amma həmin vaxt maşının açarının üstündə olmadığını görüb dava olan yerə qayıdıb yerdə parıldayan açarını tapıb maşın tərəfə qayıdanda artıq Yaşar və X13 maşınına otuzdurduqlarını görüb onlara Turalı özünün aparacağını, onların isə Hüseynağanı götürmələrini deyib Turalı öz maşınına əyləşdirib öz sinəsində olan yaranı qolu ilə sıxıb Xırdalan təcili tibbi yardım stansiyasına aparmış, həmin vaxt Yaşar və Rəmanın Hüseynağanı götürəcəklərinə əmin olmuşdur. Təcili tibbi yardım stansiyasına çatıb Turalı təqdim etmiş, həkimlər də onu dərhal Respublika Klinik Xəstəxanasına aparmış, o, da onların dalınca sürmüş, xəstəxanaya çatanda Turalı orada qəbul etməyib hər ikisini elə həmin yardım avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanada müalicə alanda palataya Tural da gətirilmiş, söhbət zamanı Tural ona üzərində bıçaq olduğunu, həmin bıçağı davada istifadə edib kimisə vurduğunu, amma kimi vurduğunu xatırlamadığını demişdir. Amma Xırdalan şəhərinə gedərkən avtomobildə Turalın üzərində bıçaq və hər hansı kəsici-deşici alət görməmiş, özündə və avtomobilində də heç vaxt bıçaq olmamış, həmçinin digər hər hansı bir kəsici-deşici alət, əşya istifadə edən olmamış, avtomobildən düşüb Xəlilgilə yaxınlaşmaqla davanın başlanması çox qısa zaman çəkmiş, həmin vaxt davanın necə başladığını tam anlamadan artıq Bahadurun bıçaqla onu vurmaq istədiyini görmüş, həm ona, həm də başqalarına xəsarət yetirməməsi üçün əli ilə bıçaqdan tutandan sonra Xəlil onu vurmuş, buna görə də özü istəmədən davanın iştirakçısı olub oradan uzaqlaşa bilməmiş, ümumiyyətlə dava ani olaraq çox qısa müddətə, yəni 10-15 saniyə baş vermiş və həmin vaxtda da xəsarət aldığına görə oradan uzaqlaşa bilməmişdir. Zərərçəkmiş şəxs2 bıçağı havada hərləyərkən ona xəsarət yetirdiyinə inanmamış, Xəlil onun üstünə gəlib ürək nahiyəsinə bir dəfə bıçaqla vurmuş, həmin vaxt o, Bahadurun bıçağını tutmuş və Xəlil də onun üstünə gəlib bıçaqla onu vurmuş və Xəlilin həmin vaxt özünü ondan müdafiə etməsi üçün hər hansı təhlükəsi olmamışdır. Həqiqətən də Xəlil onu bıçaqla ürək nahiyəsindən vurandan sonra Turalı köməyə çağıran vaxt o, Bahadurun bıçağını tutmuş, qabağında da Xəlil olmuş, Tural ona yaxınlaşıb onu vuran Xəlili vurmuş, lakin Turalın Xəlili vurandan sonra Məmmədə və Bahadura bıçaqla və ya hər hansı formada, yəni əllə, təpiklə və sair formada zərbə və xəsarət yetirib-yetirməməsini görməmişdir. Bundan başqa Rəman özü də davada iştirak etmiş və qarşı tərəfdən davada iştirak edən Xəlili təpiklə vurduğunu görmüş, amma sonra başqalarına da əl-qol atsa da, konkret kimə əl-qol atdığını görməmişdir. Şahid1 ifadəsi yerində yoxlanılarkən göstərmişdir ki, o, Tural və Rəman onun avtomobili ilə, Yaşarla Hüseynağa isə Hüseynağanın avtomobili ilə hadisə olan yerin yaxınlığındakı marketin yanına gəlmiş, o, yolun sol tərəfində, Hüseynağa isə sağ tərəfində ona paralel şəkildə maşınları saxlamış, maşından düşəndən sonra Tural və Rəman onlardan qabaqda, o, Yaşar və Hüseynağa isə nisbətən arxada gəlmiş, hasarın yanında isə dava başlamış, qarşı tərəfdən vəfat edən Məmmədov X26 onun üstünə cumanda ona yumruq atsa da dəyməmiş, sonra Bahadur qabağına çıxmış və o, da onu tutub yerə yıxmışdır. Sonra kimsə onu itələyib yıxmış, ayağa durandan sonra Bahadurun hadisənin əvvəl başladığı yer tərəfdə olduğunu görüb ona yaxınlaşandan sonra Bahadurun əlindəki bıçağından tutmuş, amma bu vaxt Xəlil ona yaxınlaşıb onu vurmuş, Bahadura yaxınlaşanda haradasa butulka səsi eşitsə də, qaranlıq olduğu üçün kimin vurulduğunu görməmişdir. Onlar avtomobilləri saxladıqları tərəfə getmiş və bu tərəflərdə Hüseynağa Yaqubovu uzanıqlı vəziyyətdə görmüş, Tural ilə onu götürməyə cəhd etsələr də, Tural yaralandığı üçün onu götürə bilməmişlər. Tural maşının yanında qalmış, maşının açarı isə yerə düşdüyü üçün ilk dalaşdığı yerə gedib yerə düşmüş maşının açarını götürüb geri qayıtmış, Tural birinci Hüseynağanın maşınında olmuş, onu götürüb öz maşınına qoyub oradan getmiş, o biri uşaqlara da Hüseynağanı götürmələrini demişdir. Davadan ayrılıb maşına tərəf gələndən sonra Hüseynağanı görüb şoka düşmüş, o xırıldayaraq ölüm vəziyyətində olmuş, ona görə də qarşı tərəfdəkilərin harada olduqlarını görməmiş, geri qayıdıb maşının açarını götürəndə də ona heç kim yaxınlaşmamış və yəqin ki, onlar da orada olmamışlar. İstintaq zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fotoşəkilləri təqdim olunarkən o, fotoşəkillər üzrə tanınma zamanı davanın iştirakçıları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X3 fotoşəkilləri təqdim olunarkən, o, fotoşəkillər üzrə tanınma zamanı ona təqdim edilən çoxsaylı şəxslərin fotoşəkillərindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və mərhum Hüseynağa Yaqubovu tanımışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş (ayrılmış cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış) Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Hüseynağa dostlarından daha çox Tural ilə münasibətdə olmuş, Turalın əvvəllər məhkum olunmasına və oğluna mənfi təsir göstərə biləcəyinə görə oğlunun onunla ünsiyyət qurmasına daim qarşı gəlmiş və hətta aralarında söz ilə mübahisə də olmuşdur. 25 iyul 2020-ci il tarixdə Hüseynağa həmişəki kimi hazırlaşıb işə getmiş, amma yolüstü arvadı Səmayəni və qızı Humayı qayınanasıgilə düşürmüşdür. Həmin gün saat 21 radələrində onunla danışanda “8-ci kilometr“ tərəfə getdiyini deyəndə ona kiminlə görüşəcəyini deməsə də, orada Turalla görüşəcəyini güman etmiş, bundan sonra Hüseynağa ilə əlaqəsi olmamış, gün ərzində onun mobil nömrəsinə dəfələrlə zəng olunsa da, Hüseynağa zənglərə cavab verməmiş, yalnız 26 iyul 2020-ci il tarixdə oğlunun Xırdalan şəhərində bir neçə şəxs arasında baş vermiş dava zamanı ölməsi barədə hüquq mühafizə orqanları tərəfindən məlumatlandırılmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi tədqiq olunmuş Şahid3 göstərmişdir ki, 25 iyul 2020-ci il tarixdə saat 20 radələrində oğlu Hüseynağa işdən evə gələn vaxt olsa da, oğlu evə gəlməmiş, ona etdiyi zənglərə də cavab verməmişdir. Hüseynağanın keçmiş sinif yoldaşı Turalı qiyabi tanımış, Hüseynağanın Turalla bir yerdə olduğunu düşünərək ona zəng etsə də, Tural da zəngə cavab verməmişdir. Bundan sonra saat 00.00 radələrində qohumu Zamiq və arvadı Rəsmiyyə ilə birlikdə Turalın yaşadığı evə gedəndə orada tanımadığı bir qadın onlara Turalın 3 saylı şəhər klinik xəstəxanasında olduğunu, Hüseynağadan isə xəbəri olmadığını demişdir. Bundan sonra onlar həmin xəstəxanaya getsələr də, Hüseynağa xəstəxanada olmamış, lakin orada onlara Turaldan başqa 3 nəfərin də orada olduğu, hər birinin Xırdalan şəhərində bıçaqlanıldığı, 2 nəfərin də Respublika klinik xəstəxanasında olduğu deyilmişdir. Bundan sonra onlar Respublika Klinik xəstəxanasına gedəndə Hüseynağa orada da olmamış, orada olan zaman onlara iki nəfərin öldüyü və meyitlərinin meyitxanada olduğu deyilmişdir. Sonradan onlara Hüseynağanın qarışdığı kütləvi davada öldürüldüyünü öyrənmiş, Hüseynağanın davaya getdiyi Təqsirləndirilən şəxs1, Şahid1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yalnız Turalı qiyabi tanımış, digərlərini isə tanımamışdır. İbtidai isintaq zamanı Şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi tədqiq edilmiş Şahid4 göstərmişdir ki, əri Hüseynağa Yaqubov 8-ci mikrorayon ərazisində yaşadığı zaman orada məktəb illərində Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Hadisə baş verən gün, yəni 25 iyul 2020-ci il tarixdə, əri Hüseynağa səhər saatlarında onu və qızlarını saat 11 radələrində Sabunçu rayonu ərazisində yaşayan anasının yanına aparıb axşam saatlarında işdən sonra gəlib götürəcəyini demişdir. Həmin gün axşam təxminən saat 20:30 radələrində Hüseynağaya zəng etsə də, geri zəng edib Tural ilə görüşəcəyini və 1 saat oturub gələcəklərini demiş, bildiyi qədər karantin dövründə heç bir çayxana işləmədiyi üçün onlar X20 parkının yanında olan evində görüşüb çay içib söhbət etmişlər. Sonra artıq saat 23:30-da narahat olub onun mobil nömrəsinə zəng etsə də, o, cavab verməmiş, narahat olub onun valideynlərinə də məlumat vermiş və 26 iyul 2020-ci il tarixdə səhər saat 5-6 radələrində qardaşı ona xəstəxanaları axtardıqdan sonra Hüseynağanın artıq morqda olması barədə məlumat əldə etdiyini demişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 Nizami rayonunda yerləşən nömrəsini xatırlamadığı məktəbdə təhsil almış, həmişə namuslu, vicdanlı, əxlaqlı insan olmuş, həmişə haqq üstündə mübarizə aparmış, hamını müdafiə etməyə çalışmış, yalanı olmamış, narkotik çəkməmiş və məktəbdə, qonşular arasında hörməti olmuşdur. Lakin 2012-ci ildə oğlu Tural cinayət törədərək yaşadıqları binanın girişində bir oğlanın bir qızla öpüşüb əxlaqsız hərəkət etdiyinə görə mübahisəsi olmuş, həmin oğlan da ona hörmətsiz cavab verərək üstünə dostlarını yığıb gətirmiş və onların arasında dava-dalaş olan zaman o, gələn uşaqları bıçaqlamış və ona görə də 2 ilə yaxın müddətə məhkum olunmuşdur. 25 iyul 2020-ci il tarixdə axşam saatlarında evdə olduqları vaxt Turala zəng gəlmiş, o, anasına küçəyə çıxıb qayıdacağını deyib evdən getmiş, gecə saat 12 radələrində tanımadıqları bir cavan oğlan onlara Turalın zəhərləndiyini və xəstəxanaya yerləşdirildiyini demiş, narahat olub həmin şəxsdən nə baş verdiyini soruşanda o, ona əslində oğlu Turalın Sabunçu rayonunda xəstəxanada əməliyyat olunduğunu desə də, tam nə baş verdiyini deməmişdir. Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına gedib həkimlərdən öyrəndiyinə görə Tural Xırdalan şəhərində kütləvi dava-dalaşda olmuş, bıçaq xəsarəti alaraq əməliyyat olunmuşdur. Palataya köçürüləndən sonra ona baş çəkib nə baş verdiyini soruşanda o, əməliyyatdan sonra olduğu üçün ona tam deyə bilməmiş, sonradan da onun yanına gedəndə Tural nə baş verdiyini deməyib: “Olub da”,- deyə cavab vermiş, həmin vaxt da orada Tural ona Şahid1 təqdim edib onun da xəsarət aldığını demişdir. Sonradan ona məlum olmuşdur ki, ölkədə karantin rejimi ilə əlaqədar olaraq ictimai nəqliyyat çalışmadığından o, yaxın dostu və məktəb yoldaşı olan Şahid1 zəng edərək şəhərdə hərəkət etməsinə icazəsi olduğundan və özünün avtomobili olduğundan Xırdalan şəhərinə aparmasını xahiş etmiş, həmin hadisədə iştirak etmiş hadisə zamanı ölən mərhum X16 yaxın uşaqlıq dostu olmuş, həmişə bir yerdə olmaqla daim evə gəl-get olmuşdur. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, əri vəfat edəndən sonra 2019-cu ilin noyabr ayından bir yerdə işlədiyi 1999-cu il təvəllüdlü Rəman adlı oğlanla qeyri-rəsmi münasibət saxlamağa başlamış, Rəmanla münasibət saxladığı müddətdə eyni evdə, son bir ayda isə Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamışdır. 25 iyul 2020-ci il tarixdə saat 18 radələrində Rəman yaşadığı evə gələndən sonra evin kirayə haqqı baha olduğu üçün “AAAF” yaşayış binalarının yaxınlığında yeni bir evə baxıb orada yaşamağı təklif etmiş, Rəfiqəsi Aysellə sözləşdiklərinə görə o, da onlarla birlikdə həmin evə baxmalı olmuşdur. Evdən çıxıb Aysellə görüşmək və həmin evə baxmaq üçün Xırdalan şəhəri, “120-nin axırı” adlanan ərazidə Ayseli gözləmiş, təxminən 5 dəqiqə sonra orada Ayseli gözləyərkən Rəmanın köynəyinin altından maykasının çıxdığını görüb onun maykasını köynəyinin içinə salmış, elə bu zaman tanımadığı, sonradan adının Xəlil olduğunu bildiyi təxminən 40 yaşlı saqqallı bir kişi onlara yaxınlaşıb onlara yüksək səslə: “Gedin o yanda mazaqlaşın”,- demiş, Rəman isə ona cavabında; “Yanımda qadın var asta danış”,- deyə cavab vermişdir. Bundan sonra Ayseli çağırmaq üçün onun yaşadığı evə doğru gedib təxminən 30-40 metr Rəmandan aralanmış, elə bu zaman qışqırıq səsi eşidib geri dönəndə onlara yaxınlaşan Xəlilin Rəmanın boğazından tutaraq ayaqlarını yerdən üzüb divara dirədiyini və Rəmanın alın nahiyyəsinə kəlləsi ilə vurduğunu görmüşdür. Qaçaraq onlara yaxınlaşıb Xəlildən Rəmandan nə istədiyini soruşanda Xəlil ona Rəmanı götürüb aparmağı deyib nalayiq ifadələrlə təhqir etmiş, həmin vaxt səsə-küyə orada yaşayan təxminən 30 nəfər adam da çıxmışdır. Onun təhqirlərinə təhqirlə cavab vermiş, orada olan bir nəfər tanımadığı cavan oğlan Xəlili onlardan aralamış və o, da Rəmanı götürərək yaşadığı evə doğru getmiş, yolda olarkən Azərbaycan Respublikası DİN-in «102» zəng xidmətinə zəng edərək olanları bildirmişdir. Evə çatdıqda Rəmanın hadisə vaxtı yara aldığı boğazına və alın nahiyyəsinə buz qoymuş, təxminən 1 saat sonra Rəman: «İşim var»,- deyərək evdən çıxmış və təxminən 10-15 dəqiqə sonra ona zəng edib harada olduğunu soruşanda Rəman evə gələcəyini demişdir. Bundan 15-20 dəqiqə sonra, yəni təxminən saat 21 radələrində, zibil atmaq üçün küçəyə çıxanda bir çox adamın Rəmanla Xəlilin dalaşdığı yerə doğru qaçdığını görmüş, nə olması barədə maraqlandıqda küçədə ona həmin yerdə adam öldüyü deyilmiş, o, da maraq üçün həmin yerə gedəndə bir çox adamın və polis əməkdaşlarının orada olduğunu görmüşdür. Tanımadığı bir qadın onu göstərərək: “Həmin oğlanın yanında olan qadın budur”,- deyəndən sonra ona polis əməkdaşları yaxınlaşıb yerdə uzanmış kişi meyitini göstərib tanıyıb-tanımadığını soruşmuş, o, isə onu tanımadığını demiş və həmin meyit demək olar ki tanınmaz halda olmuşdur. Rəman evdə olarkən heç kimlə telefon əlaqəsi saxlamamış, evdən çıxan zaman bıçaq və yaxud başqa bir alət götürməmiş, həmçinin Rəman ona: “Gördün qisasını aldım, günorta gücüm çatmadı, amma axşam qisasımızı aldım”,- sözünü deməmiş, o, da başqa biri ilə bu barədə heç kimə bildirməmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşamış, Günay adlı xanımı uzun müddətdir ki, tanımış, belə ki, o, təxminən 2 ay bundan əvvələdək yaşadığı evdən təxminən 5-6 metr aralıda kirayədə yaşamışdır. Günayı əxlaqsız qadın kimi tanımış, onun əxlaqsız hərəkətlərinə görə qonşular narazılıq etmiş, Günay da söhbətin böyüyəcəyini görüb küçədən köçərək başqa yerdə yaşamağa başlasa da, yenə də onu ara-sıra yaşadığı evin yaxınlığında görmüşdür. 25 iyul 2020-ci il tarixdə günorta saat 14:15-də həyət darvazasının möhkəm döyüldüyünü eşitmiş, çölə çıxanda Günayın onun evinin darvazasına təpiklə vurub uca səslə əxlaqsız ifadələr işlətdiyini, yanında bir oğlanın da olduğunu görmüş, bu vaxt onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 yanına gəlib nalayiq ifadələri ona qarşı işlətdiyini və narahat olmamasını demiş, Xəlil həmin qıza «niyə söyüşdən istifadə edirsən, səninlə yanındakı oğlanla mənim evimin qarşısında öpüşməyin mənə xoş gəlmir, get başqa yerdə işini gör» demiş, bu zaman Günay əlini öz koftasına atıb koftasını sinəsindən yuxarıya qaldıraraq: «Mən azad biriyəm, istədiyim hərəkəti, istədiyim yerdə edirəm və edəcəyəm, heç kim mənə qarışa bilməz“,- deyib Xəlilin üstünə doğru getmişdir. Onların arasında olduğu üçün Günayı əli ilə tutub özünü ələ almağını və ətrafda yaşayan insanları narahat etdiyini demiş, çünki ətrafa qonşular yığılmış, Xəlilə də ona baş qoşmamağını və uzaqlaşmağını deyəndən sonra Xəlil də öz evlərinin qapısına doğru getmişdir. Lakin Günay yenə də getmək istəməyib söyüş söyməyə davam etmiş, Xəlil isə: “Sənə dedim, rədd ol get burdan“,- deyə cavab vermiş, orda olduğu müddətdə Xəlilin Günayı və oğlanı vurmasının şahidi olmamışdır. Xəlil bu sözləri deyəndə Günayın əlində telefonla kiməsə, deyəsən polisə zəng etdiyini görmüş, çünki o, küçənin ünvanını deməyə çalışmış və Xəlilin xarici görkəmini təsvir etmiş və: “Sizi gözləyirəm, gəlin bunun ağzını …“,- deyə bildirmişdir. Günayın yanındakı oğlan ondan telefonu almaq istəyəndə Günay onu da itələmiş, Günay əlini havaya qaldırıb silkələyərək, Xəlilə: “Bu gecə ya sən öləcəksən, ya da ki mən öləcəyəm, gözlə qayıdacağam“,- deyib, yanındakı oğlanla birgə getmiş, Günayın yanındakı oğlan isə: “Səhv bizdə olub, gəl çıxaq gedək, uzatma“,- deyərək Günayın qolundan tutub aparmışdır. Bundan sonra təxminən yarım saat küçədə qalsa da, polis gəlməmiş, sonra evinə gedib işlərini görmüş, təxminən saat 21 radələrində küçədə sürətlə gedən maşın səsləri eşidəndə məhəllə sakinləri olmadığını, kimsə qıraq adam olduğunu başa düşüb pəncərədən baxanda bir “ Vaz 21015” markalı və markasını bilmədiyi bir avtomobilin evinin qarşısından gedib geriyə dönüb Xəlilgil tərəfə getdiklərini görmüş və təxminən saat 21:05-də həyətdə qışqırıq səsləri gəlməyə başlamışdır. Səs gələn tərəfə gedəndə evinin yaxınlığındakı Ramin adlı şəxsin mağazasından sağda, enerji blokunun yanında ətrafa çoxlu insanların yığışmağını görmüş, Xəlil və Məmməd də orada olmuş, onların ətrafında tanımadığı bir çox adam yığışmış, adam çox olduğu üçün kimin kimi vurduğunu görməmiş, amma onlar bir-birinə yumruq və təpiklə zərbələr vurmuşlar. Polisə məlumat vermək üçün evə geri qayıdıb “102” xidmətinə zəng edib hadisə barəsində məlumat vermiş, telefonla danışa-danışa davanın olduğu yerə qayıdanda Məmmədi yaralı vəziyyətdə üstünə gəldiyini görmüş, elə həmin vaxt dəstəyi asmış, həmçinin Xəlil də səndələyərək mağaza ilə üzbəüz evlərinə doğru getmişdir. Bu vaxt Məmməd köynəyini dartaraq cıranda onun sinəsindən qan axdığını görüb Məmmədi xəstəxanaya çatdırması üçün qışqıraraq Xəlili çağırmış, Xəlil də “Opel” markalı maşınını işə salıb pəncərədən Məmmədi səsləmiş, Məmməd də səndələyərək maşına əyləşmiş və onlar avtomobil ilə hadisə yerindən uzaqlaşmışlar. Xəlilgil hadisə yerindən gedəndə ətrafa yığılmış camaat dağılmağa başlamış, bu vaxt günorta Günayın yanında olan oğlanın «120» adlanan əraziyə doğru, yəni Sevdagilin marketinin qabağından qaçdığını görmüş, onunla gəldiyini düşündüyü adamlar isə «AAAF» yaşayış kompleksi istiqamətində qaçmış, hamı dağılanda küçədə tanımadığı bir kişi meyiti qalmışdır. 26 iyul 2020-ci il tarixdə Günel məhəlləyə gəlib «gördünüz mənə kimsə heç nə edə bilməz» deyib dostu Kifayətgildən uşağını götürmüş, həmçinin Günayın dostu Kifayət ilə söhbət edəndə o, ona Günayın iyulun 26-sı səhər saatlarında uşaqlarını onun evində götürməyə gələndə ona: «Oğlanım gördün nə elədi, qisasımı alıb»,- dediyini, həmin oğlanın Günaya: «Günorta ona gücüm çatmadı, amma axşam sənin qisasını aldım, ikisinin də payın verdim»,- bildirdiyini danışmışdır. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi, nömrəsiz fərdi yaşayış evində kirayə yaşamış, Şahid6 təxminən 1 aydır ki, tanımış, Günayla əvvəllər işlədiyi yerdən tanış olmuşam, o, onun adını «Aysel» olaraq bilmişdir. 25 iyul 2020-ci il tarixdə saat 15 radələrində Günayla istifadəsində olan ********** saylı sim kartla əlaqə saxlayanda ona yeni kirayəyə ev tapdığını, həmin evin yaxınlığında 160 manata kirayəyə ev olduğunu, evə baxmaq istəyib-istəmədiyini soruşmuş, o, da yaşadığı Rəman adlı oğlanla əlaqə saxlayandan sonra cavab verə biləcəyini demişdir. Günay saat 16 radələrində Rəmanla birgə evə baxmaq üçün gəldikləri barədə zəng edərək məlumat vermiş, onlarla Xırdalan şəhərində Köhnə bazarın yanında görüşməyi planlaşdırmış, təxminən saat 16:00-da evdən çıxanda Rəman və Günayı onun yaşadığı evdən 5 metr aralıda görmüşdür. Qonşuluqda yaşayan adını bilmədiyi, sarı saçlı, dolu bədən quruluşlu bir qadın Rəmanı qonşuluqda yaşayan saqqalı, hündür boylu, arıq bədən quruluşlu bir kişidən aralayaraq onun evinə tərəf itələmiş, onlara fikir verməyərək yeni kirayələdiyi evdə işləyən ustasına yemək aparmış, sonradan Günayla telefonla əlaqə saxlayıb nə baş verdiyini soruşanda Günay ona Rəmanın həmin saqqalı şəxslə mübahisə etdiyini, həmin şəxsin Rəmanın boyun hissəsini cırması barədə məlumat verib sağollaşmış, həmin gün saat 22 radələrinə qədər təzə kirayələdiyi evdə olduğuna görə axşam saatlarında baş verən hadisə barəsində heç bir məlumatı olmamış, sadəcə həmin sarı saçlı qadından Rəman və bir qrup şəxs arasında bıçaqlanma hadisəsi olduğunu eşitmişdir. Bundan sonra hadisə barəsində məlumat almaq üçün saat 22 radələrində Günaya zəng etsə də, Günayın telefonuna polis əməkdaşları tərəfindən cavab verilərək o, hadisə yerinə çağırılmış, hadisə yerinə çatanda yerdə qanlar içində bir kişi meyitini görsə də, həmin şəxsi tanımadığını demiş, hadisədə kimlərin iştirak etməsi və kimlərin xəsarət barədə məlumatı olmamışdır. 26 iyul 2020-ci il tarixdə səhər tezdən Günay onun evinə uşaqlarını götürməyə gəlmiş və onunla söhbət edəndə Rəmanın ona: “Gördün qisasını aldım, günorta gücüm çatmadı, amma axşam qisasımızı aldım”,- məzunlu ifadə işlətdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 25 iyul 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 6 ünvanından hava almaq üçün küçəyə çıxmış, küçə olan zaman qonşu Zərərçəkmiş şəxs2 küçədə evinin qarşısında tanımadığı bir qız və oğlanla mübahisə etdiyini görmüş, Xəlil həmin qıza: “Niyə mənim qapımın qarşısında əxlaqsız hərəkətlər edirsən, oğlanla öpüşürsən”,- deyərək mübahisə etmiş, oğlana da: “Sən niyə bir qızla mənim qapımda öpüşürsən, get öz evində görüş”,- deyərək onu sinəsindən tutub itələmişdir. Bundan sonra həmin qız Xəlilə: ”Mən sərbəst bir insanam, istəsəm soyunaram, ürəyim istəyən hərəkəti edərəm”,- deyib Xəlilin üstünə getmiş, bu zaman orada olan Simuzər adlı qonşu onları aralamış, lakin həmin qız «102» xidmətinə zəng edərək Xəlilə «görərsən, sənin başına oyun acacağam, bu gün axşam sən gününü görəcəksən» deyib telefonla danışmağa başlamış, o, telefonda ünvanı qeyd etməyə çalışsa da, ünvanı dəqiq bilməmiş və yanındakı oğlan telefonu ondan alıb danışmağa başlamış, həmçinin həmin qız telefonda danışan zaman Xəlil barəsində təhqir edici ifadələr işlətmişdir. Mübahisənin böyüdüyünü görüb öz evinə getmiş, təxminən saat 20:30da Xəlilgilin evi ilə üzbəüz yerləşən Şahin adlı şəxsə məxsus marketin qarşısında tanışları Zaur və Yusiflə söhbət edən zaman onlardan təxminən 15 metr aralıda 5-6 nəfərin həmin mağazanın tinində möhkəm səslə mübahisə etdiklərini görmüş, bu vaxt Xəlil qışqıraraq «vurdular, vurdular, bıçaq girdi» deyib yerə yıxılmışdır. Yerdə olduğu vaxt mübahisə etdiyi şəxslər onu təpiklə döyməyə başlamış, Xəlil ayağa duranda onun kürək nahiyəsi qanamış, o, qardaşı Məmmədin də yerdə qan içində olduğunu görüb: “Ayə Məmmədi də bıçaqladılar, mənə bıçaq verin”,- deyərək həmin marketə daxil olmuş, yenə də həmin şəxslər Məmmədi döyməyə davam etmişlər. Xəlil marketdən bıçaq götürmək istəsə də, həmin marketi işlədən Ramin onu içəri buraxmamış, bu vaxt Məmməd də ayağa qalxıb köynəyini soyunmuş, onun sinə və kürəyindən həddən artıq qan axmışdır. Xəlil qardaşını bu vəziyyətdə görüb evlərinin qarşısında dayanmış “Opel Astra” markalı avtomobilinə doğru gedib yük yerini açaraq bıçaq götürüb mübahisə etdiyi şəxslərə doğru getmiş, əlindəki bıçağı həmin şəxslərə doğru havada fırlatsa da, hava qaranlıq olduğu üçün bıçağın kiməsə dəyməsini dəqiq görə bilməmişdir. Xəlil sonra Məmmədə «otur maşına gedək, yaxşı deyilsən» deyib həmin “Opel Astra” markalı avtomobilə doğru getmiş, əlindəki bıçaq qan içində olmuş və o, bıçağı yük yerinə atmış, onlar gedən vaxt mübahisə etdikləri şəxslərdən biri yerə yıxılmış və həmin şəxsin yanında olanlar bunu görüb qaçmışlar. Mübahisəyə sonradan fikir verdiyi üçün kimin Xəlilə və Məmmədə xəsarət yetirməsini görməmiş, amma Xəlil və Məmməd qan içində olmuşdur. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşamış, Xəlil və Məmməd qardaşları ilə qonşu olmuşdur. Dostları ilə işsiz olduğu üçün adətən axşamlar Ramin adlı şəxsin işlətdiyi marketin yanında dayanıb söhbət etmiş, 25 iyul 2020-ci il tarixdə saat 22 radələrində o, Əli və Yusiflə yenə həmin marketin küncündə oturub söhbət edib su içən vaxt Xəlilgilin evi ilə üzbəüz dükanın sağ küncündə 6-8 nəfərin uca səslə mübahisə etdiyini eşitmişlər. Həmin vaxt onlardan biri: “Camaatın anası-bacısı var»,- deyə qışqıranda Xəlil uca səslə: “Dayan, dayan»,- deyə qışqıraraq cavab vermiş, mübahisə edənlər bir-birinə əl-qol atanda Məmməd evdən çıxıb həmin şəxslərə doğru getmiş və mübahisə edənlərə çatan kimi dava daha da şiddətlənmişdir. Onları ayırmağa getmək istəyəndə həmin şəxslərin bir-birini bıçaqladıqlarını görmüş, hava qaranlıq olduğu üçün kimin-kimi vurmasını görmək mümkün olmamış, hamı ani olaraq hərəkət etmiş və bir-birlərinə çox yaxın olmuşlar. Bundan sonra qorxduqları üçün onlara yaxınlaşmamış, bu vaxt Xəlil yaralı vəziyyətdə onlara doğru gəlmiş və onun əli boş olmuşdur. Xəlil özünə məxsus avtomobilə yaxınlaşıb yük yerini açıb oradan qara rəngli, uzun bir predmet götürüb yenidən dava edənlərə doğru gedib dava etməyə başlamışdır. 5-6 saniyə sonra Xəlil yenidən maşına qayıtmış, maşında olanda onunla mübahisə edənlərin hadisə yerindən «AAAF» yaşayış kompleksi istiqamətində qaçdıqlarını zənn etmiş, çünki onlar tərəfdən qaçan olmamış, Xəlil maşına oturanda Məmmədin evlərinin qarşısındakı marketin pilləkəninin üstündə yaralı vəziyyətdə oturduğunu görmüş, Məmmədin bədənindən çoxlu qan axmışdır. Məmməd köynəyini çıxardandan sonra Xəlil Məmmədi səsləmiş, Məmməd də “Opel” markalı avtomobilə əyləşəndən sonra Xəlil avtomobili «turbalıq» adlanan əraziyə sürüb hadisə yerindən uzaqlaşmışdır. Artıq dava edənlərin hamısı hadisə yerindən uzaqlaşmış, amma mübahisə edənlərdən tanımadığı biri öldüyü üçün yerdə qalmışdır. Mübahisə vaxtı hamı sürətlə yerini dəyişdiyi üçün hadisə 12-20 saniyə ərzində baş vermişdir. Şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Məmməd və Zərərçəkmiş şəxs2 qardaşları ilə qonşuluqda yaşamış, lakin onlarla yaxın münasibəti olmamışdır. 25 iyul 2020-ci il tarixdə saat 22 radələrində o, qonşusu Şahid10la futbol oynamaqdan küçəyə qayıdıb Raminin ərzaq mağazasının küncündə oturub söhbət etdikləri vaxt 4-5 nəfərin sürətli şəkildə onların durduqları yerdən təxminən 10-15 metr aralıda yerləşən transformatorun yanına gəldiklərini görmüş, lakin həmin vaxt heç nədən şübhələnməmişdir. Onlar orada olan zaman birdən Xəlilin «dayanın, dayanın» dediyini eşitmiş, Xəlilin həmin adamlarla münaqişə yarandığını bilib, onları aralamaq məqsədilə Zaurla birlikdə onların yanına getmək istəyəndə açılan bıçaqların səsini eşidib geri qayıdıb əvvəl dayandıqları yerdə durmuşlar. Bu zaman həmin gələn adamlarla Xəlil arasında dava başlamış, qaranlıq olduğu üçün onlardan kimin kimə xəsarət yetirdiyini görməmiş, davanın qızğın yerində Məmməd yaşadığı evdən çıxıb dəstəyə doğru sürətlə qaçmağa başlamışdır. Bu zaman Xəlil istifadə etdiyi «Opel» markalı avtomobilin yük hissəsini açaraq oradan nəsə götürüb yenə də dava edən dəstəyə doğru getmiş, həmin vaxt qonşuluqda yaşayan Əli də küçədə olmuş, lakin qorxduqlarından onlara müdaxilə etməmişlər. Dava təxminən 15-20 saniyə çəkmiş və gələn adamlardan qaranlıqda ağ köynək geyindiyi üçün seçilən cavan oğlanın onunla birlikdə gələnlərə maşına minmələrini deyib kimisə dartaraq apardığını görmüşdür. Dava səngiyəndən sonra Məmmədi mağazanın qabağındakı pilləkəndə oturan vəziyyətdə görmüş, onun bədənindən qan axdığını eşitsə də, qaranlıq olduğu üçün bədənində qan görməmiş, Xəlilin isə avtomobilini işə saldığını görüb ona yaxınlaşıb necə olduğunu soruşanda o, aldığı xəsarətlərə görə ona cavab verə bilməmiş və həmin vaxt onun bədəninin müxtəlif nahiyələrində qan görmüş, ona Məmmədi xəstəxanaya aparmaq lazım olduğunu dedikdə o, bunu təsdiq əlaməti olaraq başını tərpətmişdir. Bundan sonra Zaur mağazanın qarşısında oturan Məmmədə kömək edərək onu qaldırıb avtomobilə doğru gətirmiş, o, da avtomobilin sağ qabaq qapısını açıb Məmmədin oturmasına kömək etmiş, Məmməd ona da avtomobilə oturmasını desə də, hadisələrdən qorxduğu üçün avtomobilə minməmiş və bundan sonra Xəlil avtomobili sürərək oradan uzaqlaşmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, bu zaman küçədə səs-küyə çıxmış adamlar qabaqda bir nəfərin öldüyünü demiş, oraya doğru gedəndə bir nəfər tanımadığı cavan oğlan meyitini küçənin ortasında arxası üstə uzanmış vəziyyətdə görmüş, hadisələrdən qorxduğu üçün yaşadığı evə getmiş və bir neçə saat sonra Məmmədin öldüyünü eşitmişdir. Hadisə vaxtı kimin kimə xəsarət yetirməsini görməmiş, qaranlıq olduğu üçün dava edən adamların sifətləri yadında qalmamışdır. Şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Mirzə İbrahimov küçəsindəki ərzaq mağazasını icarəyə götürərək işlətmiş, mağaza ilə üzbəüz evdə Zərərçəkmiş şəxs2, onun qardaşı Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə yaşamışdır. Onun Xəlil və Məmmədlə münasibətləri yaxşı olmamış, əvvəllər onlar mağazaya gələrək bir çox dəfə qeyri-münasib hərəkətlər etdiklərindən onlarla danışmamış və mağazaya gəlmələrini qadağan etmiş, Məmmədin nəyəsə ehtiyacı olarsa özü mağazaya gəlməyib oğlunu göndərmiş, Məmməd narkotik vasitələrdən istifadə etmiş və demək olar ki, hər gün küçədə problem yaratmışdır. 25 iyul 2020-ci il tarixdə saat 21 radələrində mağazaya gəlib qapını içəridən bağlayıb təmizlik işlərinə başlamış, bu zaman mağazanın qapısının dəstəyi bir neçə dəfə aşağı-yuxarı qalxıb enmiş, çöl qaranlıq olduğundan həmin adamın kim olduğunu bilməmiş, təmizliyi yekunlaşdıran zaman Xəlilin «Opel» markalı avtomobilinin mühərrikinin işə salındığını eşitmiş və artıq təmizliyi başa çatdırdığı üçün mağazanın qapısını açan vaxt elə bir uşaq mağazaya gəlib çörək alıb getmiş, bir neçə müştərini də yola salıb çölə çıxanda küçədə yaşayan adamların mağazanın yaxınlığına yığışdıqlarını görüb, nə üçün yığışdıqlarını soruşanda ona qabaqda adam öldüyü deyilmişdir. Həmin yerə yaxınlaşıb bir nəfər cavan oğlanın xırıldayaraq yerdə arxası üstə uzanmış vəziyyətdə ağzında qan olduğunu görmüş, ona həmin oğlanın Məmməd və Xəlillə dalaşdığı deyilmiş, hətta orada olarkən Xəlilin onun mağazasına gəldiyi, lakin qapı bağlı olduğu üçün geri qayıtdığını da bilmişdir. Özünü pis hiss etdiyi üçün mağazaya qayıdıb müştəriləri yola salmış və daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs2 dostlarından yalnız Turalın adını eşitmiş, Turalı şəxsən görməsə də, Yaşarın dediklərindən Turalın ondan yaşca kiçik olduğunu və əvvəllər də məhkumluğunun olduğunu bilib onunla əlaqəsini kəsməsini istəmiş, lakin Yaşar onun yaxşı oğlan olduğunu deyib əlaqəni kəsməmişdir. Xəstəliyi ilə əlaqədar atasının Buzovna qəsəbəsindəki bağ evində olmuş, lakin Yaşarla hər gün telefonla danışmış və onunla sonuncu dəfə iyul ayının 25-i saat 19 radələrində əlaqə saxlamışdır. 27 iyul 2020-ci il tarixdə saat 11 radələrində qaynanası Püstə Mövsümova ona zəng edib bir gün əvvəl Yaşarın davaya qarışdığını, həmin davada adam öldüyünü və Yaşarın da tutulduğunu demişdir. Evə gələndən sonra Yaşarın hadisə yerində tutulduğunu zənn edib Yaşarın paltaryuyan maşına atdığı paltarlarını da yumuş, amma Yaşarın hadisədən sonra evə gəldiyini bilməmişdir. Bundan başqa hadisə yerindən götürülmüş Yaşara məxsus açılıb-qatlanan bıçağı oğlu Nozər təxminən 3 il əvvəl suvenir kimi almış, Yaşarın həmin bıçağı nə üçün götürdüyünü bilməmiş, amma bir neçə dəfə Yaşarın şalvarının cibində həmin bıçağı görüb nə üçün gəzdirdiyini soruşanda o, işdə çörək və sair doğramaq üçün istifadə etdiyini demişdir. Şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Xəlil və Məmməd onun yaşadığı Nizami küçəsi ilə Mirzə İbrahimov küçəsinin kəsişməsində yerləşən Ramin adlı şəxsə məxsus marketlə üzbəüz olan evdə yaşamış, qonşu kimi münasibətləri normal olmuş, Xəlil və Məmməd onlara qarşı artıq-əskik hərəkət edənlərə həmişə öz sözlərini deyən olmuşlar. 25 iyul 2020-ci il tarixdə saat 22 radələrində azyaşlı oğlu Cəfər Ramilin marketinə qarpız almağa gedib 5 dəqiqə sonra evə qayıdaraq yolda bir meyit gördüyünü və ətrafına insanların yığışdığını, qorxduğu üçün meyitə yaxın getmədiyini və yarı yoldan geri qayıtdığını demişdir. Maraq üçün həyətə çıxanda meyiti qonşu Şahinin evinin yaxınlığında görmüş, ətrafında da çoxlu insanlar olmuş, lakin gecə gözləri yaxşı görmədiyi üçün həmin insanların üzlərini dəqiq görə bilməmişdir. Orada Məmmədin azyaşlı oğlu Muxtar qışqıraraq: «Atamı kim vurub»,- deyə ağlayanda, ilk öncə yerdəki meyitin Məmmədin meyiti olduğunu düşünmüş, meyitə yaxın getdikdə həmin şəxsin nə Məmməd, nə də Xəlil olmadığını görmüş, bir müddət orada qaldıqdan sonra polis əməkdaşlarının gəldiyini görüb yaşadığı evə getmişdir. Sonradan qonşulardan öyrəndiyinə görə, Xəlil, qardaşı Məmməd və onların tanışı Bahadur məhəlləyə gəlmiş şəxslərlə dava etmişdir. Şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Şahid14 tanımış və onunla çox yaxın münasibəti olmuş, Sevinc öz ailəsi ilə birlikdə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fərdi yaşayış evində yaşamışdır. 25 iyul 2020-ci il tarixdə saat 21 radələrində Sevincgilə gəlib orada Raminin işlətdiyi mağazadan bir ədəd fanta şirəsi alıb Sevincgilə gedərkən yolda qonşuluqda yaşayan Xəlillə salamlaşıb hal-əhval tutmuş, onu taksi sürücüsü kimi tanımış və onunla sağollaşıb Sevincgilin evinə getmişdir. Təxminən 30 dəqiqə sonra Sevincin əri Nəsimi oğlu Cəfərə qarpız almağı tapşırmış, Cəfər çıxdıqdan dərhal sonra evə qayıdıb anasına küçədə bir nəfərin qan içində uzandığını demiş, dərhal küçəyə çıxanda onlar küçədə izdihamın olduğunu görmüşlər. Ora yaxınlaşdıqda küçədə arxası üstə üzü qan içində olan tanımadığı cavan oğlanın meyitini görmüş, ona kömək etmək istəsə də, insanlar artıq onun öldüyünü demiş, az sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Səhəri gün Sevinclə əlaqə saxlayıb həmin hadisə barədə maraqlananda, Sevinc ona hadisədə Xəlilin qardaşı Məmmədin də öldürüldüyünü, Xəlilin isə yaralandığını, onlarla münaqişə yaradan şəxslərdən heç birini isə tanımadığını demişdir. Şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, anası Natalya Pojidayeva, bacısı Angelina Soltanlı, bacısının əri Şahid17 və onların uşaqları ilə birlikdə yaşamışdır. Xəlil və Məmməd qardaşlarını qonşu kimi tanısa da, onlarla heç bir münasibəti olmamışdır. 25 iyul 2020-ci il tarixdə saat 20 radələrində işdən evə gələndən sonra yorğun olduğu üçün yatmış və küçədə olan səs-küyə oyanmış, həmin vaxt evdəkilər də səs-küy yaratmış və nə baş verdiyini anlamaq üçün küçəyə çıxmışdır. Küçədə bütün qonşuların onun yaşadığı Nizami küçəsi 283 saylı evin qabağında yığışdıqlarını görüb izdihama doğru gedəndə orada arxası üstə üzü qana bulaşmış vəziyyətdə tanımadığı cavan oğlan görmüşdür. Həmin vaxt kimsə oğlana su lazım olduğu üçün tez evə gedib su gətirsə də, artıq ona həmin oğlanın öldüyü deyilmiş, daha sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Bir neçə gün sonra Məmmədin və Xəlilin küçədə tanımadığı 4-5 adamla kütləvi dava etdiyini, münaqişə zamanı meyitini gördüyü, həmin cavan oğlanın və Məmmədin öldüyünü bilmişdir. Şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, qaynanası X5, yeznəsi Şahid16, həyat yoldaşı Soltanlı (Pojidayeva) Angelina Vyaçeslavovna və birgə nikahdan olan 2 övladı ilə birlikdə yaşamışdır. 25 iyul 2020-ci il tarixdə axşam saatlarında ailəvi evdə olduqları vaxt qonaq otağının qapısını açanda mətbəxin pəncərəsində səslər eşidib pəncərəyə yaxınlaşanda bir nəfərin hərəkətsiz vəziyyətdə yolun ortasında uzandığını və onun ətrafında çoxlu qadınların yığışdığını, onların: «Su verin, su verin”,- deyə qışqırdıqlarını görmüşdür. Əvvəlcə yerdə uzanan şəxsin əvvəl ayaqlarını görüb bədənini tam görmədiyi üçün həmin şəxsin halının pisləşdiyini zənn etmiş, bir müddət sonra adamlar seyrələndə isə yerdə uzanan şəxsin ətrafının qan olduğunu görmüşdür. Hadisə vaxtı ailə üzvlərinin hamısı evdə olsa da, onlar qonaq otağında olduqlarından heç nə görməmiş və eşitməmiş, hətta axır-axırda narahat olub onun yanına gələndə onları pəncərəyə yaxın gəlməyə qoymamışdır. Sonradan həyətdə gəzən söhbətlərdən eşitmişdir ki, qonşuluqda yaşayan Məmmədov X26 və Zərərçəkmiş şəxs2 dalaşıb kimləsə bıçaqlaşmışdır. Mamməd Məmmədov alkoqolik olmuş, daim evinin yanında oturub gələngedən insanlardan siqaret pulu istəmiş, bildiyi qədər onun məhkumluğu da olmuş, ümumiyyətlə onlar oturduğu yerə özü heç vaxt getməmiş və ailə üzvlərini də onların yanından keçməyə qoymamışdır. Şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, 25 iyul 2020-ci il tarixdə saat 22 radələrində siqaret çəkmək üçün yaşadığı Mirzə İbrahimov küçəsi ev 54B ünvanındakı evdən həyətə çıxanda küçədə səs-küy olduğunu eşitmiş, orada olan insanlardan küçədə dava olduğunu öyrənib yığılan izdihama doğru gedəndə orada tanımadığı cavan oğlanın arxası üstə uzanıqlı üzü qanlı vəziyyətdə görmüş və tibbi təhsili olduğundan ona kömək etmək məqsədilə cavan oğlanın ağzından köpük gəldiyindən onu yanı üstə çevirərək köpüyü ağzından boşaltmış, nəbzi zəif olsa da, vurmuş, daha sonra kimsə ona kömək edərək başını qaldırmış və onu xəstəxanaya aparmaq istəsələr də, artıq nəbzi vurmadığı üçün öldüyünü başa düşmüşdür. Bundan sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmiş və hadisədən sonra qonşu Məmmədin və qardaşı Xəlilin 4-5 adamla kütləvi davaya qarışdığını və Məmmədin aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsində Şahid12 icarəyə götürdüyü ərzaq mağazasında satıcı işləmiş, Məmməd və Zərərçəkmiş şəxs2 qardaşlarının evi mağazanın yaxınlığında olmuş və həmin mağazada işlədiyi vaxtdan onları tanımışdır. 25 iyul 2020-ci il tarixdə günorta saatlarında mağazada olarkən Xəlilin ucadan kiməsə söyüş söydüyünü eşidib çölə çıxmış və Xəlilin üzü «Turbalar» tərəfə duraraq həmin istiqamətdə olan kiməsə söyüş söydüyünü eşitmişdir. Həmin vaxt küçədə səs-küyə xeyli adam toplaşmış və orada olan adamlardan Xəlilin Günay adlı bir qız və bir oğlanla mübahisə etdiyini bilmişdir. Daha sonra axşam saat 20 radələrində Raminin özü gəldiyi üçün o, mağazadan çıxıb evə getmiş, səhəri gün Xəlillə Məmmədin mağazanın yaxınlığında kütləvi davaya qarışdıqlarını, Məmmədin və qarşı tərəfdən bir nəfərin öldüyünü öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 25 iyul 2020-ci il tarixdə evdə olmuş, səhər saatlarında təxminən saat 08 radələrində həyətdə olanda, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 işə getdiyini görmüş və sonra axşam saatlarında təxminən saat 21 radələrində hava qaralan vaxt evdən çıxıb yaxınlıqdakı Ramin adlı şəxsin işlətdiyi marketə girmişdir. Həmin vaxt onun dalınca Zərərçəkmiş şəxs3 da gəlib su alıb getmiş, evə geri qayıdanda Zərərçəkmiş şəxs3 digər qonşusu Zərərçəkmiş şəxs2la birlikdə transformatorun yanında durub söhbət etdiklərini görmüş, Xəlilin qardaşı Məmməd isə öz darvazasının yanında olan mişar daşının üstündə oturmuşdur. Evə gedəndən təxminən 2-3 dəqiqədən sonra həyətdə qışqırıq səsləri eşitmiş, həmin səs Məmmədin səsi olmuş və o, “ay gəlin də, gəlin” deyə qışqırmışdır. Bu səsə pəncərəyə yaxınlaşanda pəncərənin qarşısında tanımadığı şəxslərin kütləvi dava etdiklərini, həmin davanın iştirakçılarından tanıdığı Xəlili və Bahaduru görmüş, Xəlilin səsi transformatorun yanından gəlmiş, Məmməd isə pəncərədən görsənməmiş, Bahadur isə düz onun pəncərəsinin altında tanımadığı oğlanla yerdə süpürləşmişdir. Özü xəstə adam olduğundan (onurğa beyninin xəstəliyi), həyəcandan və qorxudan pəncərədən çəkilib başqa otağa getmiş, ümumiyyətlə həmin ərazi çox narahat yer olmuş, daim orada səs-küy olmuş, narkomanlar yığışıb uca səslə danışmışlar. Sonra həyətə çıxanda Xəlilin Məmmədi öz yaşıl rəngli “Opel” markalı avtomobilinə otuzdurub harasa apardığını görmüş, onların hər ikisi qanlı olmuş, küçənin digər tərəfində isə bir nəfər şəxsin yerdə uzandığını görmüşdür. Davaya baxan vaxt qaranlıq olduğu üçün kiminsə əlində hər hansı bir kəsici, deşici alət və ya bıçaq görməmiş və onların davası təxminən 2-3 dəqiqə çəkmişdir. Məhkəmə-tibb ekspertizasının 26 iyul 2020-ci il tarixli 75 saylı rəyindən görünür ki, Məmmədov X14 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin sağ yarısının ön səthində, orta körpücük xətti üzrə, 6-7-ci qabırğaarası sahənin daxilə nüfuz edən, ürək kisəsini, ürəyin sağ qulaqcığını və sağ ağciyəri yaralayaraq kəskin qanitirmə törədən 1 ədəd deşilmiş-kəsilmiş yarası; yaranın istiqaməti bir qədər aşağıdan yuxarı, sağdan sola və öndən arxaya doğrudur. - sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən, sol ağciyəri yaralayaraq daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları; yaranın istiqamətləri bir qədər aşağıdan yuxarıya, soldan sağa və öndən arxaya doğrudur. - sol kürəküstü nahiyənin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd və sol bazunun 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları; - bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən az əvvəl iti ucu, iti ülgücü və küpü olan yastı tiyə deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər; - dərəcələrinə görə: döş qəfəsinin sağ yarısının ön səthinin 1 ədəd və sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümü ilə səbəbli əlaqədardır, sol kürəküstü nahiyənin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd və sol bazunun 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmanın əlamətlərinə malikdirlər; - sol kürək nahiyəsinin bayır hissəsinin, sol kürəkaltı nahiyənin və döş qəfəsinin sağ yan səthinin sıyrıqları həyatidirlər, mərhumun ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilmir, mərhumun ölümü ilə səbəbli əlaqəsi yoxdur; Zərərçəkmiş şəxs1 ölümünə səbəb – döş qəfəsinin sağ yarısının ön səthinin 1 ədəd, sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən, ürək kisəsini, ürəyin sağ qulaqcığını və ağciyərləri yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (26 iyul 2020-ci il, saat 01:30) təxminən 3-4 saat əvvəl baş vermişdir, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşməsinə görə demək olar ki, həmin xəsarətləri alarkən ayaqüstü, yarımoturaq və yaxud ona yaxın vəziyyətlərdə ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir; Zərərçəkmiş şəxs1 meyitinin üzərində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşməsinə görə demək olar ki, xəsarət yetirilən anda xəsarət alanın bədəninin ön və arxa hissələrin xəsarət yetirən şəxslə qarşı-qarşıya olması istisna olunmur (4-cü cild, iş vərəqi 216-221). Məhkəmə-tibbi ekspertizasının 4 avqust 2020-ci il tarixli 1638 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən, bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmişkəsilmiş yaraları – iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan vaxta, yəni 25 iyul 2020-ci il tarixə uyğun gəlir; döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən, bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmişkəsilmiş yaraları ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlər qısa zaman kəsiyində törəndiklərinə görə ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyildir; Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşməsinə görə demək olar ki, xəsarətlər yetirilən anda xəsarət alanın bədəninin ön və arxa hissələri xəsarət yetirən şəxslə qarşı-qarşıya olması istisna olunmur; tibbi sənədlərdə yara kanallarının istiqaməti barədə qeydiyyat aparılmamışdır; Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərin xarakterinə və yerləşməsinə əsasən demək olar ki, həmin xəsarətlərin onun özü-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (4-cü səh 211-213). Məhkəmə-tibb ekspertizasının 10 oktyabr 2020-ci il tarixli 2159 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ yanaq nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin və sağ budun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin və sağ budun orta 1/3-nin bayır səthinin çapıq toxumaları deşilmiş-kəsilmiş yaraların izləri olmaqla – iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, burun nahiyəsinin yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 25 iyul 2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində olan çapıq toxumalarında cərrahi tikişlərin izləri aşkar edilməmişdir (5-ci iş vərəqi 109-111). Məhkəmə-genetik ekspertizasının 02 sentyabr 2020-ci il tarixli 20/431-R saylı rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - hadisə yerindən götürülmüş 1 ədəd qara rəngli açılıb qatlanan bıçağın tiyə hissəsi üzərində həm Təqsirləndirilən şəxs2 və həm də kişi cinsindən olan naməlum şəxsə məxsus qan nümunəsi vardır; torpaq üzərindən götürülmüş 2 №-li pambıq tampon üzərindəki qan nümunəsi Təqsirləndirilən şəxs1, 4 №-li pambıq tampon üzərindəki qan nümunəsi Təqsirləndirilən şəxs2, 6 №-li pambıq tampon üzərindəki qan nümunəsi Məmmədov X19 məxsusdur; 5 №-li pambıq üzərində müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin nümunə üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. - Zərərçəkmiş şəxs2 məxsus göy rəngli «Fohz-Ferroni» ticarət markalı 1 ədəd şalvarın sağ cibinin üstündə Məmmədov X19 məxsus qan nümunəsi, şalvarın sol dizində və sol cibinin üstündə isə Zərərçəkmiş şəxs2 Məmməd-Zair oğluna məxsus qan nümunəsi aşkar edildi; Zərərçəkmiş şəxs2 məxsus açıq boz rəngli «Tommy Hilfiger» ticarət markalı 1 ədəd qısaqol köynəyin üzərində olan qan nümunələri onun özünə məxsusdur; Zərərçəkmiş şəxs2 məxsus qara rəngli 1 cüt ayaqqabının sağ tayı üzərində Məmmədov X19 məxsus qan nümunəsi, sol tayı üzərində isə Zərərçəkmiş şəxs2 məxsus qan nümunəsi aşkar edildi. - Təqsirləndirilən şəxs1 məxsus mavi-ağ rəngli zolaqları olan 1 ədəd uzunqol köynəyin sol qolunun bilək hissəsində həm Təqsirləndirilən şəxs2 və həm də Təqsirləndirilən şəxs1 məxsus qan nümunəsi, köynəyin sağ qolunun bilək hissəsində və üzərində Təqsirləndirilən şəxs1 məxsus qan nümunələri aşkar edildi. Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd mayka üzərində qan nümunələri onun özünə məxsusdur. - Şahid1 məxsus «Love Moschino» ticarət markalı 1 ədəd qısaqol köynək üzərində həm Şahid1 və həm də Təqsirləndirilən şəxs1 məxsus qan nümunəsi aşkar edildi. - «Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş sarı rəngli taxta dəstəyi olan, 1 ədəd qatlanmayan bıçağın tiyə hissəsində həm Təqsirləndirilən şəxs1 və həm də X4 məxsus qan nümunəsi vardır; həmin avtomobildən götürülmüş dəstəyi qəhvəyi rəngli taxta materialdan olan üzərində «İngco» qeydləri olan 1 ədəd qatlanıb-açılan bıçağın dəstək hissəsində olan qan nümunəsi Zərərçəkmiş şəxs2 məxsusdur; həmin avtomobilin saxlanc yerindən (bardaçokundan) qara rəngli qatlanıbaçılan ümumi uzunluğu 16 sm olan, tiyəsində «Columbia» sözləri həkk edilmiş 1 ədəd bıçağın və qatlanıb-açılan, bəzəkli, ümumi uzunluğu 15 sm və dəstəyi aypara şəklində olan 1 ədəd bıçağın üzərində hər hansı qanabənzər ləkələr aşkar edilmədi; həmin avtomobildən götürülmüş Məmmədov X19 məxsus «Offre» markalı qısaqol köynək üzərində qan nümunələri onun özünə məxsusdur; həmin avtomobildən götürülmüş 1 ədəd kibrit qutusu üzərində həm Təqsirləndirilən şəxs2 və həm də Məmmədov X19 məxsus qan nümunəsi vardır. - «Chevrolet Malibu» markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının pəncərəsinin qarşısında olan dirsəkdən 1 ədəd pambıq tampon vasitəsilə götürülmüş qan nümunəsi və avtomobilin sol ön qapısını açdıqda pəncərələri idarə etmə düyməsinin aşağısından 1 ədəd tampon vasitəsilə götürülmüş qan nümunəsi Şahid1, avtomobilin arxa oturacağında aşkar edilmiş «Samsung» ticarət markalı mobil telefonun arxasından 1 ədəd pambıq tampon vasitəsilə götürülmüş qan nümunəsi Təqsirləndirilən şəxs1 məxsusdur; həmin avtomobilin sol arxa qapısının üzərindəki rezinin üzərindən 1 ədəd pambıq tampon vasitəsilə götürülmüş nümunə üzərində müqayisəli molekulyargenetik identifikasiya tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və bu səbəbdən həmin nümunə üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. - «Chevrolet Malibu» markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus «Akgun» markalı 1 ədəd qara rəngli ayaqqabı üzərində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs1 məxsusdur; avtomobildən götürülmüş Təqsirləndirilən şəxs3 məxsus üzərində «Adidas» qeydləri olan, uzunqol, papaqlı 1 ədəd sarı rəngli gödəkcənin papağının arxa səthində aşkar edilmiş qan nümunələri həm Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, həm Şahid1 və həm də X4, gödəkcənin arxasında aşkar edilmiş qan nümunəsi isə Təqsirləndirilən şəxs3 məxsusdur; həmin avtomobildən götürülmüş sağ ön və sağ arxa oturacağın altındakı 2 ədəd ayaqaltı üzərində hər hansı qanabənzər ləkə aşkar edilmədi. Bu səbəbdən həmin obyektlər üzərindən tədqiqat üçün nümunə götürülmədi. - Tibb müəssisəsindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus «Tac Force speedsterimodel» və «USA design» qeydləri olan 1 ədəd qatlanıb-açılan bıçağın tiyə və dəstək hissələrində Təqsirləndirilən şəxs1 məxsus qan nümunəsi vardır; 1 ədəd qatlanmayan bıçağın tiyə hissəsinin ucunda həm Təqsirləndirilən şəxs1 və həm də Zərərçəkmiş şəxs2 məxsus qan nümunəsi vardır. - Məmmədov X19 məxsus «Arii Tekstil» ticarət markalı 1 ədəd şort üzərində aşkar edilmiş qan nümunələri Məmmədov X19 məxsusdur. - X4 məxsus üzərində «LCVV L32» qeydləri olan 1 ədəd tünd göy rəngli şalvarın sol cibi üzərində həm Təqsirləndirilən şəxs1 və həm də Şahid1 məxsus qan nümunəsi vardır; X4 məxsus həmin şalvarın digər hissələri üzərində və ona məxsus boyun hissəsində «US Polo ASSN» qeydləri olan 1 ədəd boz rəngli qolsuz köynək, «Kinetix 41» sözü yazılmış boz rəngli qaytanlı 1 cüt idman ayaqqabısının sol tayı və 1 ədəd corab üzərində olan qan nümunələri X4 məxsusdur; X4 məxsus «Kinetix 41» sözü yazılmış boz rəngli qaytanlı 1 cüt idman ayaqqabısının sağ tayı üzərində həm Təqsirləndirilən şəxs1 və həm də X4 məxsus qan nümunəsi vardır. - Təqsirləndirilən şəxs3 məxsus qaba hissəsində «A Vladyastrebs» qeydləri olan ağ rəngli 1 ədəd qolsuz köynəyin ön səthi üzərində aşkar edilmiş qan nümunəsi Təqsirləndirilən şəxs1, arxa səthi üzərində aşkar edilmiş qan nümunəsi isə Təqsirləndirilən şəxs2 məxsusdur; Təqsirləndirilən şəxs3 məxsus qırmızı rəngli 1 ədəd mayka üzərində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs3 məxsusdur. - Təqsirləndirilən şəxs2 məxsus boyun hissəsində «X31» qeydləri olan qara rəngli 1 ədəd qolsuz köynək və bel kəmər hissəsində «X25 A Milano Dal vvoven in Belia-İtaly» qeydləri olan qara rəngli 1 ədəd şalvar üzərində hər hansı qanabənzər ləkə aşkar edilmədi. Bu səbəbdən yuxarıda sadalanan obyektlər üzərindən tədqiqat üçün nümunə götürülmədi. - «Vaz-21154» markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 1 ədəd presslənmiş uzun karton parçası üzərində aşkar edilmiş qan nümunəsi Təqsirləndirilən şəxs2 məxsusdur. - Məmmədov X14 dirnaq kəsintiləri altında Şahid1 məxsus bioloji mənşəli materiallar (epiteli hüceyrələri) aşkar edildi. X3 dırnaq kəsintiləri altında kənar şəxsə məxsus olan bioloji mənşəli materiallar aşkar edilmədi (4-cü iş vərəqi 94-184). Məhkəmə genetik ekspertizasının 12 oktyabr 2020-ci il tarixli 20/548R saylı rəyindən görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd qara rəngli açılıb qatlanan bıçağın tiyə hissəsi üzərində həm Təqsirləndirilən şəxs2 və həm də Zərərçəkmiş şəxs3 məxsus qan nümunəsi vardır (6-cı cild iş vərəqi səh 90-96). Məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 sentyabr 2020-ci il tarixli 459- MTKŞ/2020 saylı rəyi ilə aşağıdakı nəticəyə gəlinmişdir: - ekspertizaya təqdim olunmuş və mərhum Məmmədov X19 məxsus köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində 03 ədəd, sol qolunun ön səthi üzərində 01 ədəd və sol qolunun arxa səthi üzərində cəmi 02 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. - mərhum Məmmədov X19 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş və deşilmiş zədələr 4 №-li (Opel-Astra markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən (bardaçokdan) götürülmüş) və 5 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən (bardaçokdan) götürülmüş) bıçaqların tiyəsi ilə yetirilməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş və deşilmiş zədələrin tədqiqata yararlı digər 02 ədəd, yəni 3 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) bıçağın və 6 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) bıçaqların tiyəsi ilə törənməsi inkar olunur. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində və sol qolun səthinin aşağı hissəsində 02 ədəd deşilmiş zədələr aşkar olundu. Bu zədələr iti uclu əşyanın (əşyaların) uc hissəsinin təsirindən törənə bilərdilər. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 ədəd küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd sökülmə zədəsi aşkar olundu. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd cırılma zədəsi aşkar olundu. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində və arxa səthinin sol yarısının yuxarı hissəsində, boyunluqda toxuma defektli, yüksək termiki təsirə məruz qalmış (yanma) 02 ədəd zədə aşkar olundu. - Təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs1 məxsus şortun arxa səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd küt yaranma mexanizminə malik və şortun müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik cırılma zədəsi aşkar olundu. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus şortun arxa səthinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd sökülmə zədəsi aşkar olundu. - ekspertizaya təqdim olunmuş və mərhum X4 məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. - mərhum H.Yaqubova məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin 3 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) bıçağın tiyəsi ilə yetirilməsi inkar olunmur. Mərhum H.Yaqubova məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin tədqiqata yararlı digər 02 ədəd, yəni 4 №-li, 5 №-li və 6 №-li (hər üçü «Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) bıçaqların tiyəsi ilə törənməsi inkar olunur. - təqdim edilmiş mərhum H.Yaqubova məxsus şalvarın sağ ayaqlığının ön səthinin orta-dizlik hissəsində və ön səthinin sol yarısının yuxarı hissəsində, sol yan cibin üzərində aşkar edilmiş 02 ədəd deşilmiş-kəsilmiş zədələrin təqdim edilmiş 5 №-li bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. - mərhum H.Yaqubova məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik olan və köynəyin müvafiq nahiyəsinin hər hansı bir əşyaya (predmetə) ilişib-cırılması nəticəsində əmələ gəlməyə xarakterin 01 ədəd cırılma zədəsi aşkar olundu. - mərhum H.Yaqubova məxsus şalvarın sağ ayaqlığının ön səthinin dizlik hissəsində və ön səthinin sol yarısının yuxarı hissəsində, sol yan cibin üzərində 02 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. - təqdim edilmiş və mərhum H.Yaqubova məxsus 01 ədəd tuman, 01 ədəd kəmər, 01 cüt corab və 01 cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus köynəyin arxa səthində cəmi 05 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. - Zərərçəkmiş şəxs2 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin tədqiqata yararlı 04 ədəd bıçaqların tiyəsi ilə törənməsi inkar olunur. - Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin hər hansı bir əşyaya (predmetə) ilişib-cırılması və sonradan kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 02 ədəd cırılma zədələri aşkar olundu. - Zərərçəkmiş şəxs2 məxsus köynəyin sol çiyinliyi üzərində 01 ədəd səthi kəsilmiş zədə aşkar olundu. Bu zədə iti kənarı olan hər hansı iti alətin (predmetin) təsirindən əmələ gələ bilərdi. - təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd şalvar, bir ədəd kəmər və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Təqdim edilmiş və Şahid1 məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici kəsici alətin təsirindən əmələ gəlmişdir. - Şahid1 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin tədqiqata yararlı 04 ədəd bıçaqların tiyəsinin təsirindən törənməsi inkar olunur. - Təqdim edilmiş və Təqsirləndirilən şəxs1 məxsus köynəyin və maykanın ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. - Təqsirləndirilən şəxs1 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin 3 №-li bıçağın («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) tiyəsi ilə yetirilməsi inkar olunmur. Təqsirləndirilən şəxs1 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin digər 03 ədəd, yəni 4 №-li, 5 №-li və 6 №-li (həmin avtomobilin arxa yük yerindən götürülmüş) bıçaqların tiyəsi ilə törənməsi inkar olunur. - Təqsirləndirilən şəxs1 məxsus köynəyin ön səthində, yuxarıdan aşağıya doğru tikilmiş 3-cü,4-cü və 5-ci düymələrin yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyə küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. - Təqsirləndirilən şəxs1 məxsus bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Təqdim olunmuş və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd köynək və bir ədəd şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Təqdim edilmiş və Təqsirləndirilən şəxs3 məxsus bir ədəd köynək, bir ədəd mayka və bir ədəd gödəkcə üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. - təqdim olunmuş və «Chevrolet Malibu» markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin və arxa sağ oturacaqlarının ayaqaltılarının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Təqdim olunmuş və Təqsirləndirilən şəxs2 məxsus şərti olaraq 1 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və Təqsirləndirilən şəxs1 məxsus və şərti olaraq 2 №-li bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli xüsusi təyinatlı, deşici-kəsici xassəyə malik köməkçi ov bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və «Opel Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 3 №-li bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və «Opel Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən (bardaçokdan) götürülmüş 4 №-li bıçaq zavod üsulu hazırlanmış məişət tipli məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və «Opel Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən (bardaçokdan) götürülmüş 5 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və «Opel Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 6 №-li bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli xüsusi təyinatlı, deşici-kəsici xassəyə malik köməkçi ov bıçağıdır və soyuq silah hesab olunmur. - Zədə yetirilən anda zərərçəkmiş şəxslərlə və zədə yetirən şəxslər müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdilər (5-ci cild səh 133-180). İşdə olan komisyon məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə 01 dekabr 2020-ci il tarixli 545-2020/MTKŞ saylı ekspert rəyindən görünür: - təqdim edilmiş mərhum Məmmədov X19 məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin (köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində 03 ədəd, sol qolunun ön səthi üzərində 01 ədəd və sol qolunun arxa səthi üzərində cəmi 02 ədəd deşilmiş-kəsilmiş zədələr) və onun meyitinin üzərində olan xəsarətlərin (döş qəfəsinin sağ yarısının ön səthinin 01 ədəd və sol kürəkaltı nahiyənin 02 ədəd daxilə nüfuz edən; sol kürəküstü nahiyənin 01 ədəd, sol sağrı nahiyəsinin 01 ədəd və sol bazunun 01 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları) forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bıçaqların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu zədələrin və xəsarətlərin ekspertizaya təqdim edilmiş şərti olaraq işarələnmiş 1 №-li (hadisə yerindən götürülmüş və Təqsirləndirilən şəxs2 məxsus); 2 №-li (Təqsirləndirilən şəxs1 məxsus); 4 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən götürülmüş) və 5 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən götürülmüş) bıçaqların tiyəsi ilə yetirilməsi inkar olunmur. - mərhum Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində aşkar edilmiş digər zədələr (köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində 02 ədəd, şortun arxa səthində) və bədəni üzərində olan xəsarətlər (sol kürək nahiyəsinin bayır hissəsinin, sol kürəkaltı nahiyənin və döş qəfəsinin sağ yan səthinin sıyrıqları) küt yaranma mexanizmə malikdirlər, gətirilib-dartılma nəticəsində və küt əşya (əşyalar) təsirindən törənmişlər. - təqdim olunmuş mərhum X4 məxsus paltar üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələrin (köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd deşilmişkəsilmiş zədə) və bədəni üzərində olan xəsarətin (döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası) forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bıçaqların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu zədənin və xəsarətin təqdim edilmiş şərti olaraq işarələnmiş 3 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) bıçağın tiyəsi ilə yetirilməsi inkar olunmur. - mərhum H.Yaqubova məxsus paltarlar üzərində aşkar edilmiş digər zədələr (köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində cırılmış, şalvarın sağ ayağının ön orta hissəsində 01 ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd, sol yarı cibin üzərində 02 ədəd kombinə olunmuş (kəsilmiş-cırılmış)) və bədəni üzərində olan xəsarətlər (sol qulaq seyvanın, boyun nahiyəsinin sol yan səthinin, sol çiyin qurşağının, hər iki bazu, sağ diz oynağı nahiyələrinin sıyrıqları) küt əşya (əşyalar) təsirindən törənmişlər. - təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus paltar üzərində aşkar edilmiş zədələrin (köynəyin arxa səthində 05 ədəd deşilmiş-kəsilmiş zədələr və köynəyin sol çiyinliyi üzərində 01 ədəd səthi kəsilmiş zədə) və bədəni üzərində aşkar edilmiş xəsarətlərin (döş qəfəsinin sağ yan səthinin və döş qəfəsinin sol yan səthinin 02 ədəd döş boşluğuna nüfuz edən, bel nahiyəsinin sol yarısının 01 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 01 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 01 ədəd deşilmiş-kəsilmiş yaraları) forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bıçaqların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu zədələrin və xəsarətlərin təqdim edilmiş şərti olaraq işarələnmiş 1 №-li (hadisə yerindən götürülmüş və Təqsirləndirilən şəxs2 məxsus); 2 №-li (Təqsirləndirilən şəxs1 məxsus) bıçaqların tiyəsi ilə yetirilməsi inkar olunmur. - zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin üzərində aşkar edilmiş digər zədələr (ön səthinin sol yarısının yuxarı hissəsində 02 ədəd) küt yaranma mexanizmə malikdir, köynəyin həmin nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. - təqdim edilmiş Şahid1 məxsus paltar üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədənin (köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd) və bədəni üzərində olan xəsarətin (döş qəfəsinin sol yarısının ön səthinin plevra boşluğuna nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası) forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bıçaqların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu zədənin və xəsarətin təqdim edilmiş bıçaqların tiyəsi ilə yetirilməsi inkar olunur. - zərərçəkmiş Şahid1 bədənində olan digər xəsarətlər (sağ bazu nahiyəsinin orta 1/3-nin 01 ədəd, sol əlin ovuc səthinin 01 ədəd kəsilmiş yaraları) hər hansı bir kəsici kənara malik olan alətin (alətlərin) təsirindən yarana bilərdilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus paltarlar üzərində aşkar edilmiş zədənin (köynəyin və maykanın ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədə) və bədəni üzərində olan xəsarətin (döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası) forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bıçaqların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu zədənin və xəsarətlərin təqdim edilmiş şərti olaraq işarələnmiş 3 №-li bıçağın («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) tiüyəsi ilə yetirilməsi inkar olunmur. - Təqsirləndirilən şəxs1 məxsus köynəyin ön səthində, yuxarıdan aşağıya doğru tikilmiş 3-cü, 4-cü və 5-ci düymələrin yerində olmaması aşkar edildi. Bu düymələrin öz yerində olmaması köynəyə küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. - Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol əlin ovuc səthinin kəsilmiş yarası iti kəsici alətin təsirindən törənə bilərdi, təqdim edilmiş 6 ədəd bıçaqların hər hansı birinin tiyələri ilə yetirilməsi inkar olunmur. - Təqsirləndirilən şəxs2 bədənində olan digər xəsarətlər – sağ dirsək oynağı və sağ əlin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. - Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər (sağ yanaq nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin və sağ budun orta 1/3-nin bayır səthinin çapıq toxumaları – deşilmiş-kəsilmiş yaraların izləri) iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Lakin bu zədələr ilkin morfoloji xüsusiyyətlərini itirdiyinə görə onların təqdim edilmiş bıçaqların təsirindən törənibtörənməməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. - Zərərçəkmiş şəxs3 bədənində olan digər xəsarət (burun nahiyəsinin yarası) bərk küt əşyanın təsirindən törənmişdir (6-cı cild iş vərəqi 103-111). İşdə olan məhkəmə-kompüter texniki ekspertizası üzrə 19 noyabr 2020-ci il tarixli 5/825 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş «M-star» markalı «AHD-2008XM- 5» modelli «S/N **********01» seriya nömrəli 08 kanallı «DVR» tipli cihazda bir ədəd «Seagate» markalı «ST500VX000» modeli «VV6AVVK7F3» seriya nömrəli sərt yaddaş diskin yaddaşında 25 iyul 2020-ci il tarixinə aid yalnız saat 02:00-a qədər olan görüntülər bərpa olunmuşdur. Qeyd olunan aparatın yaddaşında 25 iyul 2020-ci il tarixdə saat 20:00- 22:00 müddət ərzində videogörüntülərin bərpası çəkiliş aparılmadığından mümkün deyildir (6-cı cild iş vərəqi 98-100). İşdə olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertiza üzrə 24 noyabr 2020-ci il tarixli 2328 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onu idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur və törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları, idrak prosesləri normaya uyğundur, eqosentrizm, kobudluq, çılğınlıq, ətrafdakılardan özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 fərdi xüsusiyyətləri və hadisə şəraitini nəzərə alınmaqla, iş üçün əhəmiyyətli halları düzgün qavrama qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional sferasında həyəcan, gərginlik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (6-cı cild iş vərəqi 139-142). İşdə olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertiza üzrə 24 noyabr 2020-ci il tarixli 2329 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onu idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları, idrak prosesləri normaya uyğundur, emosionallıq, tənqidə və təhqirə qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 fərdi xüsusiyyətləri, hadisə şəraiti nəzərə alınmaqla, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs2 başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi emosional sferasında həyəcan, gərginlik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (6-cı cild iş vərəqi 132-134). İşdə olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertiza üzrə 02 dekabr 2020-ci il tarixli 2384 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl dövründə öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onu idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 xasiyyətin psixopatik cizgiləri aşkar olunur və hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur və törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, özünəməxsus mövqe və prinsiplərə malik olmaq və sair kimi fərdipsixi xüsusiyyətlərə, həmçinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavrama qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs3 göstərilən hadisə zamanı fizioloji affekt halında olmamışdır (6-cı cild iş vərəqi 135-138). İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri olan Abşeron rayonu, Xırdalan şəhəri Mirzə İbrahimov küçəsi ilə İslam Səfərli küçəsinin kəsişməsində İslam Səfərli küçəsində 147 №-li evlə 296 №-li evin arasında yolun ortasında ətrafı qanabənzər ləkəli olan, üstü mələfə ilə örtülmüş meyit və meyitin sağ qolundan 50 sm aralıda 100x90 sm olan qanabənzər maye olan gölməçə aşkar edilmişdir. Həmin meyitin üz, baş və sinə nahiyələri qanlı olmaqla döş qəfəsinin sol yan səthində 1 ədəd deşilmiş-kəsilmiş yara vardır. İslam Səfərli küçəsinin üzü yuxarı istiqamətində yaşıl rəngli divar boyunca meyitdən 1 metr sol tərəfə divardan 36 sm məsafədə asfalt örtüyünün üstündə üzərində qanabənzər ləkələr olan dəstəyi qara rəngli bağlı vəziyyətdə uzunluğu 8,5 sm olan bıçaq aşkar edilmişdir. Meyit olan yerdən Mirzə İbrahimov küçəsi ilə İslam Səfərli küçəsi ilə kəsişməsində yolun əks istiqamətində sağ tərəfdə 296 №-li evin darvazasının yaxınlığında divardan 1,3 metr məsafədə asfalt örtüyü üzərində çoxsaylı ziqzaq və sızma formalı uzunluğu 4 metr olan səpələnmiş qanabənzər ləkələr vardır. Qeyd olunan yolların kəsişməsində 3 mərtəbəli 296 №-li evin üzü Mirzə İbrahimov küçəsinə baxan 1-ci mərtəbəsində market olmuş, həmin marketin üstündə 2 ədəd sağ və sol istiqamətlərə baxan kameralar vardır. Marketin girişi ilə üzbəüz mişar daşdan ibarət hasarın üzərində ağ hərflərlə yazılmış «Mirzə İbrahimov küçəsi» yazılmış lövhə vardır və hasarın tinində sağ tərəfə dönən hissədə yerdə 1 ədəd mişar daş parçası olmuş və həmin daş parçasının sol küncündə və yerdə qanabənzər ləkə kütləsi vardır. Kameraların sahibi X10 razılığı ilə kameralara baxılarkən müəyyən edildi ki, real vaxt saat 00:32 olsa da, kameralarda olan vaxt saat 01:38 olmuş və real vaxtla kameraların vaxtı arasında 1 saat 6 dəqiqə fərq olmuşdur. Hadisənin qeydə alınıb-alınmamasını müəyyən etmək üçün kameraların yaddaş blokunda 25 iyul 2020-ci il saat 18:00-dan saat 22:00 vaxtı qoyulsa da, seçilmiş müddətdə yaddaşda yazı müəyyən edilməmiş və Ş.Cəfərovun razılığı ilə həmin yaddaş bloku müvafiq ekspertiza tədqiqatları üçün götürülmüşdür. Daha sonra hadisə yerində divarın yanında 1 ədəd qızılı rəngli smartfon tipli qanabənzər mayeyə bulaşmış telefon aşkar edilmiş və götürülmüşdür (1-ci cild iş vərəqi 2-28). İşdə olan hadisə yerinə əlavə baxış keçirilərkən Mirzə İbrahimov və Nizami küçəsinin kəsişməsindən sağ tərəfdə olan marketin müşahidə kameralarından 25 iyul 2020-ci il saat 14:56-dan 18:56-dək, 18:18-dən 21:05-dək, 21:06-dan 23:01-dək olan hissəsi ətraflı baxış keçirilməsi üçün diskə köçürülmüş və yaddaş bloku ilə real vaxt arasında 7 dəqiqə fərq olduğu, yəni yaddaş blokunun saatının real vaxtdan 7 dəqiqə geri qaldığı müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 146-152). İşdə olan hadisə yerinə əlavə baxış zamanı diskə köçürülmüş videomateriallardan görünür ki, Zərərçəkmiş şəxs1 25 iyul 2020-ci il tarixdə saat 21:09:48 saniyədə Mirzə İbrahimov küçəsində yerləşən Məhəmməd adlı şəxsə məxsus marketin qarşısında dayanmış, marketdən alış-veriş edərək evləri istiqamətində hərəkət edir, saat 21:40:17-də marketin qarşısından dövlət qeydiyyat nişanı və markası müəyyən edilmədiyi minik avtomobili keçir, saat 21:40:48-də İslam Səfərli və Mirzə İbrahimov küçələrinin kəsişməsində İslam Səfərli küçəsindən Mirzə İbrahimov küçəsinə iki avtomobil dönmüş, həmin avtomobillər Zərərçəkmiş şəxs1 evinin qarşısından sağa dönərək «Turbalar» adlanan ərazi istiqamətinə hərəkət etmiş, saat 21:41:49-da bir nəfər şəxs, saat 21:42:41də bir avtomobil hadisənin baş verdiyi istiqamətdə hərəkət etmiş, həmin vaxt avtomobilin işıqları qeyd edilən iki küçənin kəsişməsini işıqlandırdığı üçün kəsişmədə baş verənləri dəqiq müşahidə etmək mümkün olmamışdır. Saat 21:43:08-də «Turbalar» adlanan əraziyə hərəkət edən avtomobillər yenidən geri qayıdaraq İslam Səfərli küçəsinə dönmüş, saat 21:45-dək həmin kəsişməyə doğru hər hansı şəxs və avtomobillər hərəkət etməmiş, görüntülərin və ərazinin işıqlanmasının zəif olmasına görə kəsişmədə baş verənləri dəqiq müşahidə etmək mümkün olmamışdır. Saat 21:46:23-də bir nəfər ağ köynəkli şəxs hadisənin baş verdiyi yerə doğru getmiş, həmçinin mağaza sahibi Məhəmməd adlı şəxs də uzaqdan hadisə baş verən yerə doğru baxmışdır. Bundan başqa saat 21:47:02-də bir nəfər şəxs hadisə yerinə qaçaraq getmiş, saat 21:47:17-də hadisə yerinə doğru bir avtomobil hərəkət etmiş, həmin avtomobilin işıqlarından hadisə yerinə bir çox insanın yığışdığı görünmüş, saat 21:48-dən 21:51-dək ətrafa insanlar toplaşmış, saat 21:51:55-də hadisə yerindən mağaza istiqamətində 3 avtomobil hərəkət etmiş və saat 21:54-də hadisə yerinə PPX avtomobili gəlmişdir (1-cı cild iş vərəqi 239-259). İşdə olan avtomobillərə baxış keçirilməsi haqqında 26 iyul 2020-ci il tarixli protokoldan görünür ki, «VAZ-21154» markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ tərəfdə sərnişin qapısının tutacağı və pəncərəsi üzərində və aşağı çərçivə hissəsində; sol arxa qapının pəncərəsinin şüşəsində aşağıda içəri tərəfdə; sol arxa qapının tutacağında axıntılı formada; sol qabaq qapının tutacağında müxtəlif sahələrdə qanabənzər ləkələr müşahidə edildi. Avtomobilin içərisinə baxış zamanı müəyyən edildi ki, sağ arxa qapının içəri tutacağında və şüşəsində qanabənzər ləkələr vardır, arxa şüşələrə vurulmuş qara rəngli pərdədən sol tərəfdəki pərdə çıxarılaraq salondakı arxa oturacağın üstünə qoyulmuş, sağ arxa pərdə isə yerində olmuşdur. Qabaq salonda sağ tərəfdə oturacağın kənarında və yerdə sağ küncdə və ayaqlığın üzərində qanabənzər ləkələr müşahidə edilir. Oturacağın sağ aşağı küncündə dairəvi formada diametri 5 sm, uzunluğu 66 sm olan presslənmiş karton materialdan olan əşya aşkar edildi və əşyanın uc hissəsinə yaxın damcı formada qanabənzər ləkələr müşahidə edildi. Bundan başqa, sağ ön tərəfdə saxlanc yerindən (bardaçokdan) 1 ədəd «Vinchester» markalı bağlı siqaret qutusu, 1 ədəd «Vinchester» markalı, istifadə edilmiş üzərində qanabənzər ləkələr olan siqaret qutusu, çirkli vəziyyətdə göy rəngli əski parçası, «Yorsan» qutusunda 3 ədəd alışqan və 10 ədəd flaşkart, «L-Homme sport» markalı işlənmiş və içərisində az miqdarda ətir şüşəsi, sürətlər qutusunun ötürücüsü ilə sağ oturacaq arasında üzərində qanabənzər ləkələr olan «Vinchester» markalı siqaret qutusu, saxlanc yerinin aşağısındakı boşluq hissədə 1 ədəd boş bloknot, 1 ədəd boş vərəq parçası, 1 ədəd qırmızı üzlüklü və qələmi olan qalın bloknot, 1 ədəd yarıya qədər işlənmiş «There Dermes» markalı ətir şüşəsi, 1 ədəd ayaqqabı süngəri; sürətlər qutusunun ötürücüsü ilə əl əyləcinin arasında üzərində qanabənzər ləkələr olan X3 AZE seriyalı 16511105 nömrəli şəxsiyyət vəsiqəsi; sürücü tərəfdə günlükdə 1 ədəd etibarnamə, texniki baxış qəbzi, H.Yaqubovun AD 125629 saylı sürücülük vəsiqəsi, AD 426950 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, icbari sığorta müqaviləsi barədə bildiriş, 1 ədəd 20 manatlıq əskinazda pul; qabaq sol qapının cibliyində 1 ədəd boş siqaret qutusu, 2 ədəd açar, 1 ədəd USB kabeli; qabaq sol oturacağın ayaqlığında göy rəngli təmiz əski parçası; qolaltlığında 1 ədəd «Samsunq» markalı mobil telefon, içərisində pul olmayan və yalnız kartlar olan qəhvəyi rəngli pul qabı, 1 ədəd «Ademers Peguet» markalı boz rəngli dəmir qol saatı, 1 ədəd adaptor başlığı, 1 ədəd «Ferraqamo» markalı kiçik ətir şüşəsi, 1 ədəd eynək silən əski parçası, 1 ədəd göy rəngli diyircəkli qələm, 1 ədəd kley, boş kağız parçaları, vizit kartı, diş çöpləri, 1 ədəd «Casio» markalı qol saatı, saat batareyaları, qara rəngli təsbeh, göy rəngli alışqan, 2 ədəd plastr, içi dolu kibrit qutusu, USB keçirici, 1 ədəd açar, üzərində «055 665-55-99» yazısı olan kağız parçası aşkar edildi. «Opel» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısından iç tərəfdən qapının altında axıntılı formada, qabaq sol qapının üzərində tutacağının üstündə pəncərəsinin sağ küncündə, sol arxa qapının altında qanabənzər ləkələr müşahidə edildi. Avtomobilin salonunda sürətlər qutusunun ötürücüsünün üstündəki külqabı yerində 4 ədəd 1 manatlıq əskinazda pul, 1 ədəd flaşkart, 1 ədəd USB keçirici, 1 manat 15 qəpik dəyərində qəpiklər. 1 ədəd Nar GSM nömrə, sükan tərəfdə olan kiçik saxlanc yerində (sol bardaçokda) içində pul olmayan, kart və sənədlər olan 1 ədəd pul qabı, 16 ədəd 50 qəpiklik və qabaq sağ oturacaqda qanlı vəziyyətdə qəhvəyi rəngli damadama naxışları olan qısaqol köynək aşkar edildi. Sağ ön tərəfdə bardaçokda 2 ədəd bıçaq (1-i qara rəngli qatlanıb-açılan, 1-i nazik qırmızı-qızılı tutacağı olan, qatlanıb-açılan) aşkar edildi. Baqaj açıldıqda yük yerinin döşəməsinə döşəmə boyu karton materialın sərildiyi və həmin kartonun sol küncünə qoyulmuş 2 ədəd üzəri qanabənzər ləkələr olan bıçaq aşkar edildi. Həmin əşyalar üzərində əl-barmaq izlərinin olub-olmamasının müəyyən edilməsi üçün maqnit tozundan istifadə edilməklə kriminalistik tədqiqatlar aparılsa da, yalnız 1 ədəd «Vinçester» markalı siqaret qutusunun üzərində qan ləkəsinə bulaşmış əl-barmaq izi aşkar edildi (2-ci cild iş vərəqi 26-47). İşdə olan hadisə yerindən götürülmüş 1 ədəd bıçağa baxış keçirilməsi haqqında 25 iyul 2020-ci il tarixli protkoldan görünür ki, qara rəngli dəmir materialdan olan qatlanıbaçılan bıçağın ümumi uzunluğu 16 sm olmaqla, tiyəsi 7 sm, dəstəyi isə 9 sm-dir və tiyəni 1 sm olan hissəsi isə dəstəyin içindədir. Tiyənin üst hissəsi görünən hissədə zavod üsulu ilə hazırlanmış 2 sm çıxıntılı olmaqla 1,2x0,5 sm dəlik vardır. Dəstəyin sağ tərəfində şalvara və ya kəmərə taxmaq üçün nəzərdə tutulan keçirici vardır. Bıçağın həm tiyəsinin, həm də dəstəyinin üzərində qanabənzər ləkələr müşahidə edildi. Bıçaq üzərində hər hansı zədə aşkar edilmədi (1-ci cild iş vərəqi 214-217). İşdə olan Təqsirləndirilən şəxs1 məxsus və onun müalicə aldığı tibb müəssisəsi tərəfindən təqdim edilmiş 1 ədəd bıçağa baxış keçirilməsi haqqında 03 avqust 2020-ci il tarixli protkoldan görünür ki, qara rəngli dəmin materialdan olan qatlanıb-açılan bıçağın ümumi uzunluğu 22,5 sm olmaqla, tiyəsi 10 sm, dəstəyi, isə 12,5 sm-dir. Dəstəyin başlığında eni 2,1 sm, tiyə tərəfdə isə 1,6 sm-dir. Dəstəyin üzərində zavod üsulu ilə hazırlanmış dairəvi formalı dəliklər sağ tərəfdə şalvara və ya kəmərə taxmaq üçün nəzərdə tutulan keçirici vardır. Tiyənin sol tərəfində “Tac Force speedsterimodel” və sağ tərəfində isə “USA Derign” yazıları həkk olunmuşdur. Bıçağın tiyəsinin həm ülgüc, həm də digər hissələrində qanabənzər ləkələr müşahidə edildi. Bıçaq üzərində hər hansı zədə aşkar edilmədi (2-ci cild iş vərəqi 153-155). İşdə olan Təqsirləndirilən şəxs3 hadisə vaxtı əynində olmuş geyim əşyalarına baxış keçirilməsi haqqında 28 iyul 2020-ci il tarixli protkoldan görünür ki, ona məxsus 1 ədəd ağ rəngli qolsuz köynəyin qabaq və arxa tərəfində yayılmış qanabənzər ləkələr müşahidə edilmiş, lakin hər hansı zədələnmə aşkar edilməmişdir (2-cı cild iş vərəqi 42-44). İşdə olan Mərhum Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş geyim əşyalarına baxış keçirilməsi haqqında 03 avqust 2020-ci il tarixli protkoldan görünür ki, ona məxsus 1 ədəd mavi rəngli şortun ön və arxa tərəflərində yayılmış formada qanabənzər ləkələr müşahidə edilmiş, şortun üzərində müxtəlif nahiyələrdə söküklər aşkar edilmişdir (2-ci cild iş vərəqi 156-158). İşdə olan iş üzrə götürülmüş geyim və digər əşyalara baxış keçirilməsi haqqında 07 avqust 2020-ci il tarixli protokoldan görünür: - Zərərçəkmiş şəxs2 şalvarının ön tərəfində baldır və diz hissələrində sıçrama xarakterli, arxa bel nahiyəsində, əsasən də sol sağrı hissənin üzərində 37x26 sm sahədə, arxa tərəfdə baldır hissədə də sıçrama formalı qanabənzər ləkələr olması ehtimal edilən ləkələr və arxada baldır hissədə böyük sahədə nəmişkənlik sahə müşahidə edildi. Şalvar üzərində zədələr müşahidə edilmədi. «Tommy Hilfiger» emblemli maykanın sinə hissəsində eninə sinə boyu qara, ağ, qırmızı və qara rəngli zolaq və zolaq arasında «Hil…» yazısı vardır ki, həmin yazıdan sonrakı hissəsi yoxdur. Maykanın önündə bir qədər sol tərəfə doğru hissədə boyundan aşağıya ətək hissəsinə doğru 23x29,5 sm sahə cırılmış və kəsilərək götürülmüş vəziyyətdədir. Maykanın boynundan çiyinə doğru alt-alta aralarında 0,8 sm məsafə olan eninə 3x9 sm və 1,5x6 sm 2 ədəd kəsik vardır. Sonuncu kəsikdən sonra qeyd edilən böyük kəsik sahə başlayır. Böyük kəsiyin sonunda qarın nahiyəsindən bir qədər yuxarıda ortada 1,7x0,5 sm eninə 1 ədəd zədə vardır. Maykanın ətəyinin sağ yan tikişindən 2 sm içəriyə doğru 0,5x0,4 sm ölçülü 1 ədəd dəlik vardır və maykanın ön tərəfində başqa zədə yoxdur, sol və sağ qoltuqaltı nahiyələr tamamilə, ətək hissələrində isə müxtəlif yerlərdə qanabənzər ləkələr müşahidə edilir. Maykanın arxası sol və sağ çiyinlərdə nisbətən, digər yerlərdə tamamilə qana bulaşmışdır. Maykanın arxasında aşağıdakı yerlərdə və ölçülərdə 5 ədəd zədə vardır: - sol çiyindən 21 sm aşağıya doğru ortada uzununa 1x0,3 sm ölçülü zədə; - sol çiyindən 24 sm aşağıda 1-ci zədədən 7 sm sola doğru 1,5x0,7 sm ölçülü uzununa 1 ədəd zədə; - sol qoltuqaltından 5,5 sm sağa doğru 2x0,4 sm ölçülü eninə 1 ədəd zədə; - sol çiyindən 52 sm aşağıda, ətəkdən 11 sm yuxarıda 1,7x0,5 sm ölçülü eninə 1 ədəd zədə; - həmin zədədən 12 mm aşağıda, ətəkdən 8,5 sm yuxarıda 1,5x0,5 sm ölçülü uzununa 1 ədəd zədə. Bundan başqa boyundan sol çiyinə doğru 3 sm məsafədə 2,5x0,9 sm eninə 1 ədəd sökük-cırılma izi vardır və həmin zədə izində dəlib keçmə əlamətləri yoxdur (3-cü cild iş vərəqi 16-25). İşdə olan Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefona baxış keçirilməsi haqqında 30 iyul 2020-ci il tarixli protokoldan görünür ki, ən zaman mesaj bölməsində olan yazışmalarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 25 iyul 2020-ci il tarixdə saat 19:53-də karantin rejimi vaxtı icazə almaq üçün müraciət edilən «8103» saylı qısa nömrəyə «2OYQ********» məzmunlu mesaj göndərilmiş, saat 20:08-də həmin qısa nömrəsindən «siz bu gün üçün OYQ******** seriyası üzrə müraciət etmisiniz, Yeni müraciətə icazə verilmir. Təşəkkür edirik #evdəqal» məzmunlu cavab verilmişdir (2-ci cild iş vərəqi 116-122). İşdə olan "Azercell” MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş məlumatlar olan disklərə baxış keçirilməsi haqqında 26 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, 25 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2, Hüseynağa Yaqubov və Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 arasında qarşılıqlı zənglərin və danışıqların aparıldığı müəyyən edilmişdir (6-cı cild iş vərəqi 56-61). İşdə olan Abşeron rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 26 avqust 2020-ci il tarixli 1386 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs2 Məmmədzair oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 ruhi-əsəb və narkoloji kabinetlərdə dispanser qeydiyyatında olmamış, Zərərçəkmiş şəxs1 ruhi-əsəb kabinetində qeydiyyatda olmasa da, 2009-cu ildən narkoloji kabinetdə dispanser qeydiyyatdadır (3-cü cild iş vərəqi 231). İşdə olan Sabirabad rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 21 avqust 2020-ci il tarixli 1411 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 xəstəxanada narkoloji və ruhi-əsəb dispanserində qeydiyyatda olmamışdır (3-cü cild iş vərəqi 233). İşdə olan Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 22 avqust 2020-ci il tarixli 5226 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Şahid1, X9, Zərərçəkmiş şəxs2 Məmmədzair oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 xəstəxanada müalicədə olmamış, Təqsirləndirilən şəxs3 SHXÇDX-nin Sabirabad RŞ-nin 12 may 2017-ci il tarixli göndərişi ilə stasionar müayinəyə qəbul edilmiş və 19 may 2017-ci il tarixdə evə buraxılmışdır (4-cü cild iş vərəqi 50-51). İşdə olan Respublika Narkoloji Mərkəzinin 07 sentyabr 2020-ci il tarixli 8373 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid1, X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 oğul mərkəzdə müalicədə və qeydiyyatda olmamış, Məmmədov X26 19 yanvar 2015-ci il tarixdən 25 avqust 2018-ci il tarixədək (9 dəfə) mərkəzdə stasionar müalicədə olmuşdur (5-ci cild iş vərəqi 21). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2012-ci il tarixli hökmününün surətindən və Bakı Apellyasiya Məhkəməsinin 5 mart 2013-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2012-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 126.1 və 228.4-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 il 01 ay müddətinə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 may 2014-cü il tarixli 513 saylı «Əfv» fərmanınna əsasın cəzasının çəklməmiş hissəsindən azad edilmişdir (3-cü cild iş vərəqi 223-224, 5-ci cild iş vərəqi 3-9). Azərbaycan Respublikası CM-in 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini 25 iyul 2020-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə cəzasını çəkib qurtardıqdan 6 il 1 ay 29 gün sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (3-cü cild iş vərəqi 220, 225). İşdə olan şübhəli şəxsin tutulması haqqında 3 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Firudin oğlu 3 avqust 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (2-ci cild iş vərəqi 168-169). İşdə olan şübhəli şəxsin tutulması haqqında 26 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26 iyul 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 100-101). İşdə olan şübhəli şəxsin tutulması haqqında 26 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 26 iyul 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 78-79). İşdə olan Abşeron Rayon Məhkəməsinin 5 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Firudin oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 Firudin oğlunun tutulduğu 3 avqust 2020-ci il tarixdən hesablanmışdır (2-ci cild iş vərəqi 234-235). İşdə olan Abşeron Rayon Məhkəməsinin 26 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs2 tutulduğu 26 iyul 2020-ci il tarixdən hesablanmışdır (2-ci cild iş vərəqi 36-37). İşdə olan Abşeron Rayon Məhkəməsinin 26 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs3 tutulduğu 26 iyul 2020-ci il tarixdən hesablanmışdır (2-ci cild iş vərəqi 18-19). "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə adam öldürməyə tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, yəni heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə cinayət törədir. Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə, belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Nəzərə almaq lazımdır ki, dalaşmada iştirak etmiş şəxslərdən əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 davranışları hüquqa zidd olmuş, yəni Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 üzərlərində bıçaqla hadisə yerinə gəlmələri və dava başlayan kimi heç bir səbəb olmadan bıçaqdan istifadə etmələri onların niyyətlərini büruzə vermiş, habelə belə hərəkətlər küçədə vətəndaşların gözü qarşısında ictimai qaydanın pozulması ilə və cəmiyyətə açıqaşkar hörmətsizliklə müşayiət olunmuşdur. Bu da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində xuliqanlıq niyyətinin olduğunu bir daha təsdiq edir. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etməklə yanaşı, onun qardaşı Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan və ölümü ilə səbəbli əlaqəsi olan “döş qəfəsinin sağ yarısının ön səthinin 1 ədəd və sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları” xəsarətini yetirmişdir. İş üzrə keçirilmiş məhkəmə genetik ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, hadisə yerindən götürülmüş 1 ədəd qara rəngli açılıb-qatlanan Təqsirləndirilən şəxs2 məxsus bıçağın tiyə hissəsi üzərində həm Təqsirləndirilən şəxs2, həm də Zərərçəkmiş şəxs3 məxsus, tibb müəssisəsindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qatlanıb-açılan bıçağın tiyə hissəsinin ucunda həm Təqsirləndirilən şəxs1, həm də Zərərçəkmiş şəxs2 məxsus qan nümunələri vardır. Bundan başqa, Zərərçəkmiş şəxs2 məxsus avtomobildən götürülmüş 1 ədəd kibrit qutusu üzərində həm Təqsirləndirilən şəxs2, həm də Zərərçəkmiş şəxs1 Məmməd-Zair oğluna məxsus qan nümunəsinin aşkar olunması Zərərçəkmiş şəxs2 dava zamanı Təqsirləndirilən şəxs2la təmasda olmalarını təsdiq edə biləcək sübut növü kimi qəbul edilə bilər. Məhkəmə tibbi-kriminalistik ekspertizasının rəyinə əsasən, mərhum Məmmədov X19 məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus bıçaqların, Zərərçəkmiş şəxs2 məxsus paltarlar üzərində aşkar edilmiş zədələrin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus bıçaqların tiyəsi ilə yetirilməsi inkar olunmur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və müqayisəli formada tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir; Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri ibtidai istantaq orqanı tərəfindən düzgün tövsif edilməmiş, sonuncunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələri ilə tövsif olunmalı, həmin Məcəllənin 29,120.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmamış və sonuncunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə tövsif olunmalı, həmin Məcəllənin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan xaric edilməlidir. Beləliklə Təqsirləndirilən şəxs1 təqsirli bilinir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir, habelə, xuliqanlıq niyyətilə iki və ya daha çox şəxsi qəsdən öldürməyə, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bu zaman xuliqanlıq niyyətilə bir şəxsi qəsdən öldürmüş, digər iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir; belə ki, Təqsirləndirilən şəxs1 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evində olduğu vaxt cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanıdığı X7 Mirzəyevin ona zəng edərək Abşeron rayonu Xırdalan şəhərində birlikdə olduğu xanımının yanında bir nəfər şəxs tərəfindən döyüldüyünü deyib, ondan təkidlə kömək istədiyinə görə, o, öz tanışları X9 və Təqsirləndirilən şəxs2 ilə telefonla əlaqə saxlayıb onlarla Bakı şəhərində, “Bakcell Arena” adlanan ərazidə, görüşərək, Təqsirləndirilən şəxs3 döyülməsi məsələsini aydınlaşdırmaq lazım olduğunu bildirib onların bu işdə ona kömək edəcəklərinə dair razılıqlarını aldıqdan sonra o, Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün avtomobili olan dostu Şahid1 da çağırıb, sonuncudan avtomobili ilə onu Xırdalan şəhərinə aparmağı xahiş edib, Şahid1 məxsus “Chevrolet Malibu” markalı, Təqsirləndirilən şəxs2 isə H.Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yanına gəlib orada Təqsirləndirilən şəxs3lə görüşmüşlər; bundan sonra, Təqsirləndirilən şəxs1 onunla gələn şəxslərlə və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsi, 283 saylı fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxs2la, sonuncunun qardaşı Məmmədov X26 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Təqsirləndirilən şəxs3 həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və qarşılıqlı dalaşma prosesində ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıq hörmətsizlik edərək, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, heç bir əsaslı səbəb olmadan, yəni özünə qarşı heç bir real təhlükə olmadığı halda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, qatlanıb-açılan, tiyəsinin uzunluğu 10 sm olan kəsici-deşici xassəyə malik bıçağını çıxarıb, ondan silah qismində istifadə edərək zor göstərməklə geri çəkilən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi bel və kürək nahiyələrinə zərbələr vurub, mübahisənin qızışmasına səbəb olan zorakı hərəkətlər etməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirdikdən sonra, öz qərəzli zorakı hərəkətlərini bir qrup şəxs halında onun xuliqanlıq hərəkətlərinə qoşulan Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 zor göstərib təpiklə zərbə endirib kənara çəkildikdən sonra, Təqsirləndirilən şəxs3 niyyəti ilə əhatə olunmayan qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərini davam etdirib, xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan qəsdən adam öldürmək məqsədilə Zərərçəkmiş şəxs2 bıçaq zərbələri vuraraq, sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirsə də, Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə sonuncunu öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd etmişdir; daha sonra Təqsirləndirilən şəxs1 öz zorakı hərəkətlərini davam etdirərək, qarşılıqlı dalaşmada iştirak edən Zərərçəkmiş şəxs2 qardaşı Məmmədov X18 əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə, özünə qarşı heç bir real təhlükə olmadığı, Zərərçəkmiş şəxs1 ona qarşı silah qismində heç bir alətdən istifadə etmədiyi halda onun üzərinə gedərək, əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə zərbələr endirib, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs1 həm ölümü ilə səbəbli əlaqəsi olmayan sağlamlığa yüngül zərər vurmaya aid “sol kürəküstü nahiyənin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd və sol bazunun 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları”, həm də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid onun ölümünə səbəb olan “sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən, sol ağciyəri yaralayaraq daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sağ yarısının ön səthində, orta körpücük xətti üzrə, 6-7-ci qabırğaarası sahənin daxilə nüfuz edən, ürək kisəsini, ürəyin sağ qulaqcığını və sağ ağciyəri yaralayaraq kəskin qanitirmə törədən 1 ədəd deşilmiş-kəsilmiş yarası” kimi xəsarətlər yetirmiş, sonuncu xəstəxanaya çatdırılsa da, kəskin qan itirmə səbəbindən ölməsi ilə sonuncunu xuliqanlıq niyyəti ilə, yəni heç bir əsas olmadan qəsdən öldürmüşdür; bundan sonra, Təqsirləndirilən şəxs1 dostu Şahid1 yerdə uzanmış vəziyyətdə olduğunu və qarşılıqlı dalaşmada iştirak edib sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs3 onun üzərində olduğunu görüb, Zərərçəkmiş şəxs3 çiynindən tutub dartaraq yerə yıxmış və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 ona qarşı aktiv zorakı hərəkətlər etməməsinə baxmayaraq, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, əlindəki bıçaqla Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyətilə öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi baş və döş qəfəsi nahiyələrinə bıçaqla ardıcıl zərbələr vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sağ yanaq nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yaraları xəsarətini yetirmiş, lakin yetirdiyi xəsarətlər daxilə nüfuz etmədiyindən, habelə növbəti zərbələri dalaşmada qarışıqlıq yaranması səbəbindən endirməyə imkan tapmaması səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə cinayətin törədilməsinə yönələn hərəkətlərini başa çatdıra bilməməklə, Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Qeyd edilənlərlə, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir, habelə, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etməsi ilə iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirli bilinir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 25 iyul 2020-ci il tarixdə təxminən saat 19 radələrində dostu Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edib yaxın dostunun oğlu Təqsirləndirilən şəxs3 Abşeron rayonu Xırdalan şəhərində haqsız döyülməsi ilə bağlı sonuncunu döyən şəxslə məsələni aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs1lə birlikdə Xırdalan şəhərinə getməyi təklif edəndən sonra evdən zərurət yarandıqda silah qismində istifadə etmək üçün soyuq silah hesab edilməyən, tiyəsi 7 sm olan, açılıb-qatlanan, deşicikəsici xassəyə malik qara rəngli bıçağını götürüb Təqsirləndirilən şəxs1 və digər tanışı X9 ilə “Bakcell Arena” adlanan ərazidə görüşüb həmin məsələni aydınlaşdırmaqda birgə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün dəvət etdiyi dostu Şahid1 ilə sonuncuya məxsus “Chevrolet Malibu” markalı, Hüseynağa Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yanına gəlib Təqsirləndirilən şəxs3lə görüşmüşlər. Bundan sonra, o, qeyd olunan şəxslərlə və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsindəki 283 saylı fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxs2la, sonuncunun qardaşı Məmmədov X26 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Təqsirləndirilən şəxs3 həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma prosesindəözünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıqca hörmətsizlik və etinasızlıq ifadə edib, ictimai və birgəyaşayış qaydalarını, əxlaq normalarını kobud surətdə pozaraq, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla qərəzli hərəkətlər edib, üzərində olan insan sağlamlığına zərər yetirə bilən alətdən kəsici-deşici xassəyə malik silah qismində istifadə etdiyi açılıb-qatlanan bıçağını istifadəyə hazır vəziyyətə gətirərək qarşı tərəfdən münaqişədə iştirak edən Zərərçəkmiş şəxs3 ona təpik atması zamanı əlindəki bıçaqla sonuncuya zor göstərərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “sağ budun orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaraları” kimi xəsarət yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirli bilinir ondan ötrü ki, o, bir qrup şəxslə cinayət əlaqəsinə girib birgə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 25 iyul 2020-ci il tarixdə saat 18:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mirzə İbrahimov küçəsində qeyri-rəsmi birgə yaşadığı Şahid6 ilə kirayə ev axtardıqları zaman həmin küçədə yaşayan Zərərçəkmiş şəxs2 birgə yaşayış qaydalarına zidd olaraq ona qadınla evinin yanında dayanmalarına iradını bildirib, onu mübahisəyə cəlb edərək, bu zaman ona qarşı zor göstərib boğazından sıxaraq başı ilə sifətinə vurmaqla onu döyməsindən əsəbiləşərək bu barədə atası ilə birgə cəzaçəkmə müəssisəsində cəza çəkmiş tanışı Təqsirləndirilən şəxs1 məlumat verib, təkidlə onu döyən şəxslə münasibətlərinə aydınlıq gətirmək üçün köməklik göstərməsini xahiş etmiş, sonuncu da öz növbəsində dostları Təqsirləndirilən şəxs2 və X9 ilə birlikdə sonuncuya, habelə digər tanışları Şahid1 məxsus avtomobillərlə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” marketinin yanında onunla görüşmüşlər; bundan sonra, həmin gün saat 22 radələrində o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və X15 Məmmədovun yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gələrək, İslam Səfərli küçəsi, 283 saylı fərdi yaşayış evinin yaxınlığında onu döyən Zərərçəkmiş şəxs2, sonuncunun qardaşı Məmmədov X26 və həmin massivdə yaşayan, Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşdıqda o, döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı aralarında ilkin olaraq sözlə aparılan araşdırma prosesində əvvəlcə Zərərçəkmiş şəxs3 nalayiq ifadələr işlətməsi ilə başlanan, sonradan isə bir-birlərinə zor tətbiq etməklə müşayiət olunan mübahisədə məqsədyönlü şəkildə davaya qoşulub Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hüseynağa Yaqubovla birləşərək bir qrup şəxs halında, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olub, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək öz şəxsiyyətini qarşı tərəfdən olan və ətrafdakılarının şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayaraq, zorakı hərəkətlərini mübahisənin adı çəkilən digər üç iştirakçıları ilə qarşılıqlı uzlaşdırıb Zərərçəkmiş şəxs2 hücum edərək təpiklə zərbələr vurub bununla başlanmış davanı daha da qızışdırmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, sonradan qrupun digər üzvləri əməllərini davam etdirərək onun niyyətindən kənara çıxan hərəkətlər edib, kəsici-deşici alətlərdən istifadə etmələri nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğundan nüfuz edən, bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yaraları” xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs1 ölümü ilə, eləcə də Zərərçəkmiş şəxs3 sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilməsi ilə nəticələn əməllər törədilmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.7-ci maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası və 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.7-ci maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir . Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.4-cü maddəsinə əsasən, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı övladının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur; Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların olmamasını və Cinayət Məcəlləsinin 61.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın olmasını (cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi), təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların olmasını (himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini), Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halın olmasını (zərərçəkmiş şəxslə barışıq əldə etməsini), cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirininəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublika Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə səzası nəzərdə tutulduqda, həmin Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qaydada tətbiq edilmir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 hüquqi varisi - X2 ilə barışıq əldə etməməsi səbəbindən və bununlu bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmaması, həmin Məcəllənin 61.1.4-cü maddədə nəzərdə tutulan cəzanı ağırlaşdıran halın olması (cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi), həmin Məcəllənin 120.2.2 və 120.2.7-ci maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması səbəbindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 60-cı maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması (zərərçəkmiş şəxslə barışıq əldə etməsi) və cəzanı ağırlaşdıran halın olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsində müəyyən edilmiş tətbiq edilməsi üçün əsaslar müəyyən edilir və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasının yuxarı həddindən, yəni 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 3 (üç) il 9 (doqquz) aydan artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması - (zərərçəkmiş şəxslə barışıq əldə etməsi) və cəzanı ağırlaşdıran halın olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsində müəyyən edilmiş tətbiq edilməsi üçün əsaslar müəyyən edilir və Təqsirləndirilən şəxs3 oğlluna təyin edilmiş cəza həmin Məcəllənin 221.2.1-ci maddəsinin sanksiyasının yuxarı həddindən, yəni 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 3 (üç) ildən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 3 avqust 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 26 iyul 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı 26 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 56.2-ci maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını (cinayətin törədilməsində fəal iştirak etməsini) və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.2.2, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 3 avqust 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü və 56.2-ci maddələrinin tələblərinə əsasən cəzasının bir hissəsini həbsxanada cəzanın qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını (himayəsində 2 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini), cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (həmin Məcəllənin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 26 iyul 2020-ci tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını (zərərçəkmiş şəxslə barışıq əldə etməsini), cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 221.2.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (həmin Məcəllənin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 26 iyul 2020-ci tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar – Abşeron rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd qara rəngli açılıb qatlanan bıçaq; Təqsirləndirilən şəxs1 məxsus «Tac Force speedsterimodel» və «USA design» qeydləri olan 1 ədəd qatlanıb-açılan bıçaq; Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 1 ədəd kibrit qutusu; torpaq üzərindən götürülmüş 2 №-li pambıq tampon üzərindəki Təqsirləndirilən şəxs1 məxsus, 4 №-li pambıq tampon üzərindəki Təqsirləndirilən şəxs2 məxsus, 6 №-li pambıq tampon üzərindəki Zərərçəkmiş şəxs1 Məmməd-Zair oğluna məxsus qan nümunələri; «Vaz-21154» markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 1 ədəd presslənmiş uzun karton parçası; Məmmədov X19 məxsus 1 ədəd köynək, 1 ədəd şort və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, 1 ədəd şalvar, 1 ədəd kəmər və 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə kompüter-texniki ekspertiza üzrə tədqiqatın dəyəri 107 manat 30 qəpik tutulub Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29.120.2.7-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının ilk 2 (iki) ilini həbsxanada, cəzasının qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübutlar – Abşeron rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd qara rəngli açılıb qatlanan bıçaq; Təqsirləndirilən şəxs1 məxsus «Tac Force speedsterimodel» və «USA design» qeydləri olan 1 ədəd qatlanıb-açılan bıçaq; Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 1 ədəd kibrit qutusu; torpaq üzərindən götürülmüş 2 №-li pambıq tampon üzərindəki Təqsirləndirilən şəxs1 məxsus, 4 №-li pambıq tampon üzərindəki Təqsirləndirilən şəxs2 məxsus, 6 №-li pambıq tampon üzərindəki Zərərçəkmiş şəxs1 Məmməd-Zair oğluna məxsus qan nümunələri; «Vaz-21154» markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 1 ədəd presslənmiş uzun karton parçası; Məmmədov X19 məxsus 1 ədəd köynək, 1 ədəd şort və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, 1 ədəd şalvar, 1 ədəd kəmər və 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfləri - məhkəmə kompüter-texniki ekspertiza üzrə tədqiqatın dəyəri 107 manat 30 qəpik tutulub Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın verilməməsi nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Eldar Mikayılov