Məhkəmə qərarları › İş №1(101)-957/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-957/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-957/2020 29.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili X3, Zərərçəkmiş şəxs iştirakları ilə, « 29 » oktyabr 2020-ci il Bakı şəhərində xx.xx.1998-ci ildə Lerik rayonu, Perzəküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lerik rayonun Soru kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Bahar qəsəbəsi nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, Abbas Fətullayev küçəsi köşk 188-in qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onun tanışı Şahid2 avtomobili ilə iş yoldaşı Şahid1 toxunmasına görə söyüb təhqir etməsinə etiraz edərək müdaxilə etməsi səbəbindən aralarında əlbəyaxa olmaları və bir-birilərini söyüb təhqir etmələri ilə nəticələnən münaqişə zamanı həmin köşk 188-in yanında olan aptekin qarşısında yumruğu ilə Zərərçəkmiş şəxs çənə nahiyəsindən qəsdən xuliqanlıq niyyətilə vurub yerə yıxaraq ona sol tərəfli hemiparez, dislokasiya və baş beynin travmatik ödemi ilə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi, subdural hematoma, sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Ballı» marketin yanında yerləşən ət satılan yerdə qəssab işləyir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində həmin yerdə köşk 188-in qarşısında dayanıb yoldaşları ilə söhbətləşib asudə vaxtını keçirdiyi zaman, köşkün qarşısında sonradan polisdə tanıdığı Zərərçəkmiş şəxsn və Şahid1 görmüşdür. Həmin vaxt tanışı Şahid2 taksi kimi sürdüyü «VAZ-21015» markalı avtomobilini arxaya verib köşkün qarşısında səkiyə yaxın saxlamaq istəyəndə, avtomobilin arxa tərəfi orada dayanmış Şahid1 çox yüngülcə dəymişdir. Bu zaman Zərərçəkmiş şəxs Elnurun avtomobilinin qapısını sağ tərəfdən açıb ona söyüş edərək kişini vurduğuna görə hərbə-zorba gəlməyə başlamışdır. Elnur tanışı olduğu üçün o, Orxanı tutub avtomobildən ayırmaq istəmiş, lakin Orxan əlindən çıxıb Elnurun avtomobilinə sol tərəfdən hücum çəkərək, maşının qapısını açmaq istəmişdir. Yenə də Orxanı tutub kənara çəkəndə içkili vəziyyətdə olan Orxan Elnurdan əl çəkib ondan yapışmış və ona «sən kimsən ki, mənim qarşımı kəsirsən» deyərək onunla mübahisə etməyə başlamışdır. Orxanı maşından aralaşdırmaq istədiyi halda, Orxan onu itələyə-itələyə köşkün böyrünə aparmışdır. Onlar orada biri-biri ilə dartışsalar da, söyüş olmadığı üçün bir-birini vurmamışlar və orada olanlar onları ayırmışlar. Orxan taksilərin qabağına keçib taksi axtara-axtara aptekin qarşısına getmişdir. Ancaq taksilərdən heç kim onu götürmək istəməmişdir. Orxan əvvəlcə ümumi söyüşlər etsə də, sonradan konkret olaraq onun ünvanına söyüş etməyə başlamışdır. Belə olan halda o, Orxanın onun yaxınlarına nalayiq söyüşlərlə dəfələrlə söyməsinə dözə bilmədiyi və hirsli olduğu üçün, Orxanın yanına yaxınlaşıb ona çatan kimi sağ əli ilə qəsdən atdığı elə birinci yumruq zərbəsi Orxanın sifətinin sol tərəfindən dəymişdir. Orxan yumruq zərbəsindən səndələyib arxası üstə yerə yıxılmış və başı aptekin qarşısında bərk asfalt yerə dəymişdir. Görəndə ki, Orxanın vəziyyəti pisdir, orada olan adamların məsləhəti ilə hadisə yerindən çıxıb getmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsində yerləşən Beton zavodunda gözətçi işləmişdir. xx xxxx 2020-ci il tarixdə günortadan sonra iş yoldaşı Maksumla zavoddan çıxıb Yeni Günəşli qəsəbəsi, «Ballı» Marketin yanında olan kafelərdən birinə getmiş və ikisinə bir şüşə araq içməklə yemək yemişlər. Bundan sonra saat 15 radələrində kafenin qarşısına düşüb maşın təmiri sexinin yanında dayanıb söhbət etmişlər. Həmin vaxtı «VAZ-21015» markalı avtomobil arxaya doğru hərəkət edəndə onun iş yoldaşı Maksuma yüngülcə dəymişdir. Buna görə Maksum həmin sürücünü söymüşdür. Maksuma görə həmin avtomobilin sürücü tərəfdən qapısını açıb sürücüyə «korsan, niyə vurursan demişdir». Sürücü isə üzr istəyib görmədiyini bildirmişdir. Həmin vaxtı sağ tərəfdə olan dükanların qabağından sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb «taksi sürücüsünü təkləmisiniz, niyə söyüş söyürsünüz» deyərək onunla «yekə-yekə» danışmışdır. Həmin oğlana «məsələni özümüz həll edirik, sən niyə qarışırsan» deyərək cavab vermişdir. Həmin oğlan da ona «burda bir nəfər söz deyən var, o da mənəm» deyərək cavab verdiyinə görə aralarında mübahisə baş vermişdir. Elə həmin vaxt həmin oğlan dəqiq görmədiyi küt alət ilə bir dəfə onun başından vurmuş,o yerə yıxılmış, başı yerə dəymiş və sonra olan hadisələr isə yadında deyildir. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini və 20000 manat məbləğində mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, betonzavodda sürücü işləyir. Zərərçəkmiş şəxs isə işlədiyi zavodda gözətçi işləyir. Həmişə işdən çıxıb Orxanla birlikdə Yeni- Günəşli qəsəbəsi, «Ballı» marketin qarşısına gedərək, oradan 104 №-li marşrutla evinə gedirmiş. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində işdən çıxıb Orxanla birlikdə həmin qaydada «Ballı» marketin qarşısında yerləşən avtobus dayanacağına gedərək, Orxanla söhbət etmişlər. Həmin vaxtı «VAZ-21015» markalı taksi arxaya verib səkinin yanında saxlamaq istəyəndə yüngülcə ona toxunmuşdur. Orxan bu hadisəni görərək, içkili vəziyyətdə olduğu üçün «VAZ-21015»-in sağ qapısını açıb sürücüyə «korsan, gözün görmür» acı sözlər demişdir. O, yaxınlaşıb Orxanın qolundan tutub onu kənara çəkmək istədiyi zaman, taksi sürücüsü Orxana baş qoşmamaq üçün tez idarə edib getmişdir. Həmin vaxt köşkün qarşısından sonradan adını bildiyi Təqsirləndirilən şəxs çıxaraq Orxana yaxınlaşıb «VAZ-21015» markalı taksi sürücüsünü söydüyü üçün ondan yapışaraq kənara çəkmişdir. Bu zaman Orxanla Təqsirləndirilən şəxs arasında mübahisə olmuş və onlar bir-birindən yapışıb dartışmağa başlamışlar. Orada olan şəxslər də yaxınlaşıb Orxanla Ramazanı biribirindən ayırmaq istəmişlər. Buna görə də orada qarma-qarışıqlıq düşmüşdür. Təqsirləndirilən şəxslə Orxan yaxalaşıb bir-birilərini itələyə-itələyə köşkün böyrü tərəfinə keçmişlər. Hadisə yerinə toplaşmış şəxslər də onların arxasınca getmişlər. Onlar bir-birlərini tutub əlbəyaxa olmuşlar. Köşkün qarşısına yığışmış adamlarla birlikdə onları sakitləşdirməyə çalışmışlar. Orxan Ramazandan ayrılıb aptekin qabağına gedərək, Ramazanı söymüş, adamlar isə Ramazanı köşkün qabağında tutub saxlamışlar ki, Orxana çatıb dalaşmasın. Birdən Ramazan adamların əlindən çıxıb Orxana hücum etmiş və çatan kimi «söyüş söymə» deyərək Orxanın üstünə qışqırıb yumruqla onun qulağının dibindən vurmuşdur. Orxan Ramazanın zərbəsindən arxası üstə yerə yıxılmış və başı yerə dəymişdir. Orxanın başı yerə dəyən kimi xırıldamağa başlamış və dili qatlanmışdır. Orada olan adamlarla birlikdə Orxanı yerdən qaldırıb aptekin pilləkəninə qoymuş və qaşıq tapıb dilinin qatlanmasına imkan verməmişlər. O, mobil telefonu ilə təcili yardıma zəng vurmuş və təcili yardım gələndən sonra Orxanı 3 saylı xəstəxanaya aparmışlar. Sonra Orxanın telefonuna gələn zəngə cavab verəndə qardaşı olmasını bilib ona 3 saylı xəstəxanaya gəlməsini demişdir. Orxanın qardaşı Sərxan gələndən sonra onun atası, anası da gəlmişlər. Səhərə yaxın isə Neyrocərrahiyyə xəstəxanasından həkim gələrək Orxanın başında əməliyyat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi qaydada etibarnamə ilə idarə etdiyi «VAZ-21154» markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşqul olaraq valideynlərinin dolanışığına köməklik edir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində həmişəki kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Ballı» marketin sol tərəfində yerləşən köşk 188-in yanında dayanıb müştəri gözləmişdir. Həmin köşkün yaxınlığında da avtobus dayanajağı yerləşir. Avtomobillə dayanıb müştəri gözlədiyi yerdə idarə etdiyi avtomobili arxaya verib parkovka etmək istədikdə, avtomobilin arxa sağ tərəfi yüngülcə arxada dayanmış sonradan adını bildiyi Şahid1 şalvarına sürtünmüşdür. Parkovkanı edəndən sonra əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ona tərəf yaxınlaşaraq onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Qorxaraq ki, Zərərçəkmiş şəxs ona qarşı yumruq atıb onu döyər, tez içəridən öz tərəfindən sol qabaq qapını bağlamışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs yumruğu ilə qapının şüşəsini vuraraq yenə də söyüş etməyini davam etdirmişdir. Görəndə ki, Zərərçəkmiş şəxs ondan əl çəkmir, avtomobili qarşıya sürüb saxlamış və avtomobildən yerə düşmüşdür ki, Orxanı sakitləşdirsin. Avtomobildən yerə düşdükdə köşkün sol tərəfində Orxanın orada qəssab işləyən Təqsirləndirilən şəxslə əlbə-yaxa olub dalaşdığını görmüşdür. Ora yığılmış tanımadığı şəxslər, həmçinin onun özü də onları biri-birindən ayıraraq onları kənara çəkmişlər. Bundan sonra Orxan Ramazanın ünvanına söyüş edə-edə avtobus dayanajağını keçib aptekin qarşısına getmişdir. Ramazan da Orxana yaxınlaşıb ona bir yumruq vurmuşdur. Həmin yumruq zərbəsindən Orxan arxası üstə yerə yıxılmış və başı bərk yerə dəymişdir. Sonra hadisə yerinə X4 avtomobili gəlmiş və Orxanı xəstəxanaya aparmışlar. Orxan xəstəxanaya aparıldıqdan sonra o, ətrafa baxdıqda Ramazanı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» y/s, Abbas Fətullayev küçəsində «Ballı» marketlə üzbə-üz olan dayanacaqda yerləşən köşk 188-in satıcısı işləyir. Təqsirləndirilən şəxs köşkün yanındakı ət dükanında ət kəsimi ilə məşğul olduğundan onu tanıyır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində bir az hava almaq üçün koşkün qarşısına çıxıb dayanmışdır. Təqsirləndirilən şəxs də dükandan çıxıb köşkün qarşısında onunla dayanıb söhbət etməyə başlamışdır. Həmin vaxtı dayanacaqda bir nəfər yaşlı kişinin və sonradan adını bildiyi Zərərçəkmiş şəxs dayanaraq öz aralarında söhbət etdiklərini görmüşdür. Bu zaman tanıdığı taksi sürücüsü Elnur «VAZ-21015» markalı avtomobilini dayanacağa tərəf arxaya verəndə, avtomobilin arxa hissəsi bir balaca Orxanla söhbət edən kişiyə sürtünmüşdür. Bu hadisəyə görə Orxan Elnurun avtomobilinə tərəf gedib Elnuru söyməyə başlamış və maşna yumruq, təpik vurub Elnurun maşından çıxmasını tələb etmişdir. Elnur isə maşından yerə düşməmişdir. Orxanın belə hərəkətlərinə görə Ramazan yaxınlaşıb Orxanı Elnurun avtomobilindən kənara çəkmək istədikdə, sonuncu Ramazanı təhqir edərək onu itələyib «sən kimsən mənim işimə qarışırsan» sözlərlə Ramazanın üstünə hücum etmişdir. Onlar bir-biriləri ilə yaxalaşıb əlbəyaxa olmuşlar. Həmin vaxtı adamlar Orxanla Ramazanın arasında olan münaqişəyə görə kyoskun qabağına yığışmışlar və onları biri-birindən ayırmağa çalışmışlar. Onlar çətinliklə də olsa Orxanla Ramazanı biribirindən ayırmışlar və adamlar Orxanı köşkün yanındakı aptekin qabağına aparmışlar.Ramazan isə köşkün qabağında qalmışdır. Həmin vaxtı müştəri gəldiyi üçün o, müştəriyə siqaret vermək üçün köşkün içərisinə keçmişdir. Bu məqamda Ramazan əynində olan boz rəngli gödəkcəsini çıxardıb aptekə tərəf, yəni Orxanın dayandığı yerə getdiyini görmüşdür.Elə həmin vaxtı səs-küyün çoxaldığını eşidib küçəyə çıxmış və görmüşdür ki, adamlar Orxanı yerdən qaldırıb su verirlər. Orxanın isə halı pis olmuş və özündə olmamışdır. Ramazan da köşkün qabağına qayıdıb gödəkcəsini götürərək çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili yardım gəlmiş və Orxanı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşqul olaraq həmişə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» y/s, Abbas Fətullayev küçəsində «Ballı» marketlə üzbəüz yerləşən köşk 188-in qarşısındakı dayanacaqda dayanıb müştəri gözləyir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində həmin yerdə köşkün yanındakı aptekin qarşısında dayanıb müştəri gözləmişdir. Həmin vaxtı köşk 188-in qarşısında dava-dalaş olmasını görmüşdür. Tanımadığı iki cavan oğlan bir-birilərini söyüb təhqir edərək əlbəyaxa olub dalaşmışlar. Orada olan adamlar da onları ayırmağa çalışmışlar. Həmin şəxslər dalaşa-dalaşa onun dayandığı yerə, yəni aptekin qarşısına yaxınlaşmışlar. Orada olan adamlarla birlikdə dalaşan oğlanları bir-birindən ayırmağa çalışmışdır. Onlar yenə də bir-birilərini ucadan söyüb təhqir edərək dalaşa-dalaşa köşkə tərəf getmişlər. Həmin cavan oğlanlardan biri dalaşdığı oğlandan ayrılıb qaçaraq söyə-söyə onun yanına gəlmişdir ki,onun «Mercedes Benz 250» markalı avtomobilinə otursun. O, sükan arxasına oturmuşdur ki, həmin şəxsi, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs aparsın. Zərərçəkmiş şəxs maşının arxa tərəfindən, yəni aptekin qarşısından sağa keçib avtomobilinə yaxınlaşmaq istəyirmiş ki, adamların qışqırıb onun yıxılmasını eşitmişdir. Maşından düşdükdə Zərərçəkmiş şəxs arxası üstə aptekin qarşısındakı asfalt yerə yıxılıb ağır-ağır nəfəs aldığını görmüşdür. Adamlar Zərərçəkmiş şəxs başına yığışıb köməklik göstərməyə çalışmışlar. Öz növbəsində aptekə girib naşatır spirti alaraq adamlara vermişdir ki, spirt vasitəsi ilə Zərərçəkmiş şəxs özünə gətirsinlər. Bir qədər sonra təcili yardım gəlmiş və adamların köməyi ilə onu təcili yardım maşınına qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Orxan təzəlikcə Yeni Günəşli qəsəbəsində yerləşən betonzavodunda gözətçi kimi işə düzəlmiş və 1 gün işdə, 2 gün evdə olma qrafiki ilə işləmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində oğlu Sərxan zəng vurub Orxanın vurulduğunu və 3 saylı şəhər xəstəxanasına aparıldığını bildirmiş, arvadı ilə 3 saylı şəhər xəstəxanasına getmişdir.Sərxanı və sonradan tanıdığı Şahid1 xəstəxananın qarşısında görmüş, Şahid1 Orxanla bir yerdə işlədiyini bilmiş, Orxanla bir yerdə köşk 188-in qarşısında «VAZ-21015» markalı avtomobil arxaya parkovka edərkən ona dəymiş, Orxan da buna görə sürücüyə yaxınlaşıb «korsan niyə ehtiyatlı olmursan» demişdir. Sonra bir cavan oğlan Orxanın üstünə hücum çəkib «VAZ-21015» markalı avtomobilin sürücüsünü söydüyü üçün Orxanla dalaşmış və yumruğu ilə Orxanı vurub yerə yıxmışdır. Xəstəxanaya girəndə Orxanın Reanimasiya şöbəsinə yerləşdirilməsini və vəziyyətinin ağır olduğunu bilmiş, Orxan başından əməliyyat olunmuşdur. Orxan cərrahi əməliyyatdan sonra 30 gün Reanimasiya şöbəsində qalmış və may ayının 16-də evə buraxılmışdır. Hadisədən 3 gün sonra Orxanı vurub xəsarətləndirmiş şəxsin atası Şaiq Verdiyev xəstəxanaya gələrək onunla görüşüb oğlu Ramazanın Orxanı vurub xəsarətləndirməsinə görə ondan üzr istəmiş, ona dəstək kimi Orxanın müalicəsi üçün cəmi 800 manat pul vermişdir. Orxanın əməliyyat olunmağı və digər müalicə xərclərinə 13.400 manat pul xərcləmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 844 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ji maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 422 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sol tərəfli hemiparez, dislokasiya və baş beynin travmatik ödemi ilə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi, subdural hematoma, sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1366 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hal-hazırda üzvi keçirilmiş ağır kəllə-beyin travmasından sonra mənşəli yüngül koqnitiv pozuntu müəyyən edilir. Zərərçəkmiş şəxs kobud yaddaş pozuntuları aşkar edilmədiyindən cinayət hadisəsini ümumən xatırlamaq və həmin hadisə haqqında məlumat vermək qabiliyyətinə malikdir. Eyni zamanda qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs «Üzvi mənşəli yüngül koqnitiv pozuntu» qeyd olunduğundan baş vermiş hadisə ilə bağlı ifadə verərkən bəzi hadisələrin detallarını xatırlamaması, hadisələri tam həcmdə təsvir edə bilməməsi mümkündür. Cinayət işinə əlavə edilmiş «CD» diskə baxış protokolundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs köşk 188-in qarşısında dayanıb həmin köşkü işlədən Şahid3 ilə söhbət edir. Təqsirləndirilən şəxs əynində boz rəngli gödəkcə və cins şalvar vardır. Həmin vaxtı “VAZ-21015” markalı, **-UL-*** nömrəli avtomobil arxası səkiyə durmaq istəyir və Təqsirləndirilən şəxs həmin istiqamətdə baxaraq qəfildən iti addımlarla avtomobilə tərəf gedir. Şahid3 də Təqsirləndirilən şəxs arxasıyca gedir. Vaz-21015 markalı avtomobilin dayandığı yer qaranlıq olduğundan orada münaqişənin əvvəlcə necə baş verməsi görünmür, lakin Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşması ilə eyni vaxtda Zərərçəkmiş şəxs ilə bir-birilərini itələyərək köşkün böyür tərəfinə keçirlər. Orada olan çox sayda adamlar Zərərçəkmiş şəxs Ramazandan ayırıb köşkün qabağından çəkib aptekə tərəf aparırlar. Təqsirləndirilən şəxs çəkib köşkün qabağında saxlamaqla onları bir-birilərindən ayrı saxlamaq istəyirlər. Həmin adamların arasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 Mahsum oğlu da müəyyən olunur və o, da digəriləri kimi münaqişənin qarşısını almağa çalışır, hətta Təqsirləndirilən şəxslə üzbə-üz dayanıb ona nəisə deyir,Ramazanın isə ona qarşı aqresiv olmağı görünür, lakin onların arasında hər hansı münaqişə baş vermir. Adamlar Ramazanı tutub köşkün qabağında saxlasalar da, o, bir neçə dəfə adamların əlindən çıxıb Orxanın getdiyi istiqamədə, yəni aptekə tərəf gedir və müəyyən olunur ki, ən azı 4-5 adam onu tutub yenə də köşkün qabağına gətirirlər, lakin sakitləşdirə bilmirlər. Hətta müəyyən olunur ki, o, adamların əlindən dartınıb çıxdığına görə əynində olan boz rəngli gödəkcəsi də əynindən çıxıb köşkün qabağında qalır. Adamlar Ramazanı yenə də dartıb köşkün qabağına gətirəndə o, yenə də aptekə tərəf hücum çəkərək gedir və onu sakitləşdirmək istəyən adamlar onun arxasınca qaçırlar. Bundan sonra hadisənin davamı olaraq aptekdən götürülmüş videogörüntüyə baxış keçirərkən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 19:38-də aptekin qarşısında, lakin aptekin müşahidə kamerasının görüntüsündən kənarda baş vermiş hadisəyə görə orada olan adamlar hadisə olan tərəfə toplaşırlar və bu hadisə bir neçə dəqiqə davam edir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs əlində hər hansı kəsici-deşici və ya küt əşyanın olması müəyyən edilmədi. (cild 01, vərəqə 92) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut - 02 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə verilmiş mülki iddianı müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 5000 manat tutulmalı,çəkilən xərcləri təsdiq edən sənədlər təqdim edilmədiyinə görə qalan hissədə mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsə izah edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ var. İş üzrə ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353,354,356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- 02 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 5000 manat tutulsun. Ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar