Məhkəmə qərarları › İş №1(101)-957/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-957/2021

08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-957/2021 08.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1979-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 18 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 dekabr 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşları «Əli», «Səyid» adlı şəxslər və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşları «Əli», «Səyid» adlı şəxslər və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İİR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Əli», «Səyid» adlı şəxslərin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 11,742 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 18,025 qram psixotrop maddə olan metamfetamini, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram olan 80 ədəd həbdən ibarət narkotik vasitə metodonu İİR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddələri qoyduğu yer barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki «Xırdalan dairəsi»nin yaxınlığından 01 ədəd sellofan bükümdə götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 18 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə, saat 18:30 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman sağ əlində tutduğu bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan, üzərində “Hoffmann” sözü yazılmış qutudan bir ədəd bükümdə külli miqdarda 11,742 qram çəkidə narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 18,025 qram çəkidə psixotrop maddə metamfetamin, külli miqdarda üzərlərində “Methadone 40” yazısı olan 08 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumi 80 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram olan narkotik vasitə metadon, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd qayçı, iki ədəd bıçaq və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlama cinayət əməlini satış məqsədilə yanaşı həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı vermiş oldluğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, o, narkomandır, bütün növ narkotik vasitələrdən müxtəlif üsullarla isitfadə etmişdir. Təxminən 2 il əvvəl narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Sonuncu dəfə psixotrop maddə olan metamfetamindən, narkotik vasitə olan heroindən və metadondan tutulan gün istifadə etmişdir. Həmçinin hərdən güclü təsir edici dərman preparatı olan lirika həblərindən və narkotik vasitə olan metadon həblərin istifadə etmişdir. Lakin o, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış və ya pay verməmişdir. Heç bir İranlı ilə cinayət əlaqəsinə girməmiş, iranlılara narkotik vasitələrin, psixotrop maddələrin qaçaqmalçılığında və ya satışında heç bir köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs Zaur Abbasov ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, tutulmazdan təxminən 2-3 il əvvəl narkotik vasitənin heroin, metadon və psixotrop maddənin metamfetamin növlərindən istifadə etməyə başlamış, buna görə də tanımadığı müxtəlif şəxslərdən narkotik vasitələr, psixotrop maddələr almışdır. Bununçün onlayn narkotik vasitə satan şəxslərin mobil nömrələrini əldə etmişdir. Sonuncu dəfə 16 dekabr 2020-ci il tarixdə «WhatsApp» sosial şəbəkəsində Türkiyə Respublikasına məxsus mobil nömrə abonenti ilə əlaqə saxlayaraq ondan heroin, metadon və psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs ona özünü Elçin kimi təqdim etmiş, ona pul köçürməli olduğu hesab nömrəsini vermişdir. O, Elçinin özünü görməmiş, onu tanımamışdır. Elçin adlı şəxs də həmin gün axşam qeyd edilən narkotik vasitələri və psixotrop maddələri onunçün göndərmiş və göndərdiyi narkotik vasitə və psixotrop maddələri Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin yaxınlığına qoyduğunu demiş, dəqiq yerini təsvir etmişdir. O, deyilən yerə gedib, ona göndərilən narkotik vasitələri və psixotrop maddəni götürmüş və şəxsi istifadəsi üçün üzərində saxlayıb üzərində gəzdirmişdir. Lakin aldığı həmin narkotik vasitələrə və psixotrop maddəyə görə pul verməmişdir. Belə ki, Elçinlə razılaşmalarına əsasən o, həmin maddələri çəkdikdən və miqdarını bildikdən sonra onların pulunu verməli, pulu isə dollar şəklində narkotik vasitəni götürdüyü yerə qoymalı idi. Təqsirləndirilən şəxs Zaur Abbasov ifadəsinin davamında, həmçinin göstərdi ki, narkotik vasitə və psixotrop maddələr aldığı Elçin adlı şəxs ondan kart hesabı istəmiş, həmin kart hesablarına manatla pul köçürüləcəyini bildirmiş, həmin pulları çıxarıb dollara çevirməyi və narkotik vasitəni götürəcəyi yerə qoymağı ondan xahiş etmişdir. Navrkotik alverindən başqa onun adına açılmış xxxxa məxsus kartlara müxtəlif məbləğlərdə pullar vurulmuş, həmin pullar da dollara çevrilmək üçün göndərilmişdir. O, kartına gələn pulların narkotik vasitə satışından əldə olunan pullar olduğunu bilməmişdir. O, kartına pullar köçürən şəxsləri də görməmiş və tanımamışdır. Kartına vurulan pulların dollara çevirilməsinə görə Elçin adlı şəxs ona bir faiz qazanc vermişdir. O, öz payına çatan hissəni götürdükdən sonra qalan pulları dollara çevirmiş, aparıb narkotik vasitəni götürdüyü yerə qoymuş və bu barədə Elçin adlı şəxsə bildirmişdir. Təqsirləndirilən şəxs Zaur Abbasov ifadəsinin davamında daha sonra göstərdi ki, 18 dekabr 2020-ci il tarixdə, saat 17:30 radələrində o, yaşadığı ünvan 4 ünvanın qarşısında olarkən təxminən 10 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onun qollarından tutmuş və BNMİ-nə aparmışlar. BNMİ-də olarkən polis əməkdaşları ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmiş, çəkiliş zamanı onların dediklərini deyəcəyi təqdirdə buraxılacağı vəd verilmişdir. Başqa çıxış yolu olmadığından polisin təklifini qəbul etmişdir. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra sellofan torbaya baxış keçirilən zaman onun içərisindən bir ədəd qutu, qutunun içərisində isə narkotik vasitə heroin, narkotik vasitə metadon, psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, bir ədəd qayçı və iki ədəd bıçaq aşkar edilmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, əynində olan gödəkçənin sol yan cibindən iki ədəd «Samsung» markalı, bir ədəd qara rəngli «HTC» markalı mobil telefon, həmin gödəkçənin sağ yan cibindən siqaret dənələri və alışqan, əynimdə olan şalvarın sol yan cibindən 11 manat pul, həmin şalvarının sağ arxa cibindən 8 ədəd plastik bank kartları, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi aşkar edilmişdir. Ahkar edilmiş narkotik vasitələr, psixotrop maddə, bir ədəd tərəzi, bir ədəd qayçı, iki ədəd bıçaq götürülərək qablaşlaşdırılmış, həmçinin özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, üç ədəd mobil telefon və 8 ədəd kart da ondan götürülmüş, 11 manat pul, siqaret dənələri və alışqan isə onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş altında ona suallar verilərkən o, polis əməkdaşlarının çəkiliş başlamazdan əvvəl ona dediklərini təkrarlamışdır. Bundan sonra sənədləşmə aparılmış, sənədlərə oxumadan qol çəkmiş, sənədlərin məzmununun nədən ibarət olduğunu bilməmişdir. Belə ki, onun üzərindən aşkar olunmuş narkotik vasitələri satış məqsədilə əldə etməmişdir, eyni məqsədlə saxlamamış və daşımamışdır. Narkotik vasitələrin satışı, onların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı hər hansı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməmiş, İran və ya iranlılarla əlaqəsi olmamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni sadəcə şəxsi istifadəsi üçün alıb əldə etmişdir. Elvin Səlimbəyli adlı şəxsi tanımamış, sonuncuyak və ya qeyrilərinə narkotik vasitə və ya psixotrop maddələr satmamışdır, satışını təşkil etməmiş və ya narkotik vasitələri satmaq məqsədilə kimlərləsə əvvəlcədən razılaşmamışdır. Elvin Səlimbəylinin narkotik vasitələri və psixotrop maddələri kimlərdən, hansı qaydada alması və ya bununla bağlı kimlərləsə əvvəlcədən razılaşması barədə heç bir məlumatı olmamışdır. İstifadəsi üçün aldığı narkotik vasitələri və psixotrop maddələri haradan, hansı qaydada və kim tərəfindən Azərbaycana gətirilməsi barədə onun heç bir məlumatı olmamışdır. Kartına vurulmuş pullara gəldikdə isə, onun rolu sadəcə kart hesabına köçürülən manatı dollara çevirib geri gdəmək olmuşdur. Tutduğu əmələ görə səmimi peşiman olmuşdur. Aşkar olunan ziddiyyətlərlə bağlı təqsirləndirilən şəxs Zaur Abbasovun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Zaur Abbasov tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, o, bir neçə il ərzində narkotik vasitənin bir neçə növündən istifadə etmişdir. Son zamanlar isə maddi vəziyyəti pis olduğundan o, narkotik vasitənin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Belə ki, bir il əvvəl “Facebook” sosial şəbəkəsində İİR vətəndaşları Əli və Səyid adlı şəxslərlə tanış olmuş, onlarla söhbət zamanı onlar narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını ona bildirmiş, həmçinin onların narkotik vasitələrini Bakı şəhərində satmağı ona təklif etmiş, bunun müqabilində ona pul verəcəklərini vəd vermişlər. Tapşırığa əsasən onun işi onların göndərdiyi narkotik vasitələri onların dediyi ünvanlara qoymaq və bu barədə onları məlumatlandırmaq olmuşdur. Müəyyən müddət sonra iranlılar ona narkotik vasitənin pullarını yükləmək üçün öz adına kart açmağı tapşırmışlar. Belə ki, iranlıların satacağı narkotik vasitənin pulları onun kartında cəmləşməli idi. Ancaq narkotik vasitənin pullarının kimlər tərəfindən yüklənməsindən onun xəbəri olmamışdır. İranlılar tərəfindən narkotik vasitənin satışı genişləndiyindən karta pullar çox gəlməyə başlamışdır. Adına açdırdığı bir kartdan gündəlik 2000 manatdan artıq pul çıxarmaq mümkün olmadığından o, kartların sayını artırası olmuşdur. Belə ki, onun adına olan kartlara naməlum şəxslər tərəfindən çox miqdarda pullar vurulmuşdur. Təqsirləndirilən şəxs Zaur Abbasov tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, sonuncu dəfə Əli və Səyid adlı şəxslər ona14 dekabr 2020-ci il tarixdə narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədilə göndərmişdir. O isə Əli və Səyid adlı şəxslərin göndərdiyi narkotik vasitələri və psixotrop maddələri 14 noyabr 2020ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Xırdalan kruqu adlanan ərazidə bir ədəd sellofan bükümdə götürmüş və üzərində saxlayaraq daşımışdır. 18 dekabr 2020-ci il tarixdə, axşam saat 18:30 radələrində ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişdirlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu BNMİ-yə dəvət etmişlər. O, BNMİ-də dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, sonra isə onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları olduğu təqdirdə, təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, sağ əlində tutduğu, üzərində “dokta" yazısı olan sellofan torbanı masanın üzərinə qoymuş, sonra isə torbanın içərisindən üzərində “Hoffman” yazısı olan qutunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra isə həmin qutunun açaraq içərisində olan “Metadon” həblərini, narkotik vasitə olan şüşə və heroini, elektron tərəzini masanın üzərinə qoymuşdur. Təqdim etdiyi maddələrə və əşyalara baxış keçirilmiş, metadon həblərinin 8 listdə ümumilikdə 80 ədəd olması müəyyən edilmişdir. Narkotik vasitə olan şüşə və heroinə də həmçinin baxış keçirilmiş, qutunun içərisindən əlavə olaraq 01 ədəd qayçı, 01 ədəd qatlanmayan və 01 ədəd qatlanan olmaqla ümumilikdə 02 ədəd bıçaq aşkar edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sol yan cibindən 02 ədəd “Samsung” və 01 ədəd “HTC” markalı mobil telefon, gödəkçənin sağ yan cibindən içərisində siqaret dənələri və alışqan olan, üzərində “Slims Blue” yazısı olan siqaret qutusu, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 11 manat pul, şalvarının arxa sağ cibindən ümumilikdə 08 ədəd plastik kart, ona məxsus şəxsiyyət və sürücülük vəsiqəsi aşkar edilmişdir. Üzərindən aşkar olunmuş bükümlər qablaşdırılmazdan qabaq çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və həmin bükümlər qablaşdırılmışdır. Daha sonra isə həmin metadon həbləri, psixotrop maddə metamfetamin və narkotik vasitə heroin, elektron tərəzi, qayçı və 2 ədəd bıçaq içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, onun özü və müdafiəçisi tərəfindən imzalanmışdır. 3 ədəd mobil telefon, 8 ədəd plastik kart, şəxsiyyət və sürücülük vəsiqəsi ona izah verildikdən sonra götürülmüşdür. Ona məxsus 11 manat pul, üzərində «Hoffman» yazısı olan qutu, içərisində siqaret dənələri olan siqaret qutusu və alışqan onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs Zaur Abbasov tədqiq olunan həmin ifadələrində qeyd olunanlardan başqa göstərmişdir ki, şəxsi axtarış zamanı ondan aşkar edilib götürülən həmin narkotik vasitələr və psixotrop maddə, həmçinin elektron tərəzi özünə məxsus olmuş, həmin narkotik vasitələri təxminən 1 ilə yaxın müddətdə “Facebook” sosial şəbəkəsində tanış olduğu Əli və Səyid adı ilə tanıdığı İran vətəndaşının dediyi yerdən satış məqsədi ilə götürmüşdür. O, heroinin birn qramını 25-30 manata, psixotrop maddənin bir qramını 35-40 manata, metadon həbinin 01 ədədini isə 10 manata satmışdır. Adına olan «xxxx»a məxsus **********526753 nömrəli «VİSA» palstik karta müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pullar yüklənmiş və həmin pulların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olduğunu qabaqcadan bilmişdir. Belə ki, iranlı “Səyid” ona adına olan kart hesabına narkotik vasitələrlə bağlı pullar yüklənəcəyini bildirmiş, o isə həmin pulları “Səyid”in dediyi yerlərə qoymuşdur. Lakin həmin pulları hesabına kimin yüklədiyini bilməmişdir. Bəzən hesabına köçürülən pullar çox olduğu üçün həmin kartdan pulları birdəfəyə çıxara bilməmiş, ona görə də həmin kartdakı pulların bir hissəsini başqa kart hesablarına onlayn formada köçürmüş, həm də bu formada narkotik vasitələrin dövriyyəsi ilə bağlı izi itirmişdir. Həmin hesaba yüklənən pulların bir hissəsini «Rabitə Bank»a və «xxxx»a məxsus, **********763221 nömrəli plastik kart hesablarına köçürmüş və həmin hesablardan da çıxarmışdır. Üzərindən aşkar olunmuş digər 5 ədəd plastik karta isə narkotik vasitələrin satışından əldə olunan pullar yüklənməmişdir. X3 tanımamış, onunla heç bir münasibəti olmamış, onun tərəfindən karta pul yüklənib-yüklənmədiyini bilməmişdir (iş vərəqə: 70-73, 160-163,164-165, 209-212, 213-214). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 18 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və saxlaması, həmçinin X4 və qeyrilərinin narkotik maddələrin satışından əldə olunan pulları Təqsirləndirilən şəxs adına olan «xxxx» ASC-yə məxsus plastik karta yükləmələri barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BNMİ-nin rəisinə raportla məruzə etmiş, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul etmişdir. Qərar Baş İdarənin rəisi tərəfindən təsdiq edildikdən sonra həmin məlumatın yoxlanılması üçün müəyyən olunan əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olduğunu dəqiqləşdirdiklərindən elə həmin gün, yəni 18 dekabr 2020-ci il tarixdə, saat 18:30 radələrində həmin ünvana getmişlər. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs təsviri də yer aldığından və artıq onun fotoşəkli əldə olunduğundan qeyd olunan ünvanın yaxınlığında Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş və onun anket məlumatları ilə maraqlanmışlar. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə ona BNMİ-nin inzibati binasına getmək təklif olunmuşdur. BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və onun üzərində videoçəkilişlə şəxsi axtarış başlanılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya, o cümlədən narkotik vasitələr və ya psixotrop maddələr olduğu təqdirdə, könüllü surətdə təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb sağ əlində tutduğu ağ rəngli sellofan torbanın içərisində olan, üzərində “Hoffman” sözü yazılmış qutunu təqdim etmişdir. Həmin qutu açıldıqda içərisindən bir ədəd bükümdə heroin narkotik vasitəsinə, bir ədəd bükümdə metamfetamin psixotrop maddəsinə, metadon narkotik vasitəsinə şübhəli maddələr, bir ədəd elektron tərəzi, bir ədəd qayçı və iki ədəd bıçaq aşkar olunmuşdur. Bundan sonra da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd «Samsung» markalı, bir ədəd «HTC» markalı mobil telefonlar, həmin gödəkçənin sağ yan cibindən içərisində siqaret dənələri və bir ədəd alışqan olan bir ədəd siqaret qutusu, əynində olan şalvarın sol yan cibindən 11 manat pul, həmin şalvarın sağ arxa cibindən Təqsirləndirilən şəxs adına olan 8 ədəd müxtəlif banklara aid plastik kart, şəxsiyyət və sürücülük vəsiqələri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə bənzər maddələr elektron tərəzidə çəkilmiş, metadon həblərinin isə 80 ədəd olması müəyyən edilmişdir. Bundan sonra narkotik vasitələr və psixotrop maddələr, metadon həbləri, bir ədəd elektron tərəzi, bir ədəd qayçı və iki ədəd bıçaq götürülərək qablaşdırılmış, möhürlənmiş, həmin qablaşdırmanın üzərinə imzalar edilmişdir. Həmçinin 8 ədəd plastik kart, 3 ədəd mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri iş üzrə əhəmiyyət kəsb etdiyindən araşdırılması məqsədilə götürülmüşdür. Ağ rəngli sellofan torba, «Hoffman» yazısı olan qutu, içərisində siqaret dənələri və alışqan olan bir ədəd siqaret qutusu və 11 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı verilən suallara cavab olaraq aşkar edilib götürülmüş narkotik və psixotrop maddəyə bənzər maddələrin onun özünə məxsus olduğunu, həmin maddələri Əli və Səyid adlı İran vətəndaşlarının vasitəsi ilə qoyulmuş müəyyən yerlərdən satmaq məqsədi ilə götürdüyünü, öz adına olan «xxxx»a məxsus iki ədəd və «Rabitə bank»a məxus bir ədəd plastik kartlara tanımadığı müxtəlif şəxslər tərəfindən narkotik maddələrin satışından əldə olunan pul vəsaitlərinin yükləndiyini, həmin pulları qeyd olunan plastik kartlardan çıxarıb özünü Əli və Səyid adları ilə təqdim edən şəxslərin dediyi yerlərə qoyduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola imzalanmışdır. Əməliyyat tədbirlərinin sonrakı gedişində Zaur Abbasovun həmçinin X4 Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən polis əməkdaşları - DİN, BNMİ-nin digər əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə barədə 18 dekabr 2020-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində baxılan iş üzrə Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə, saat 18:30 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman sağ əlində tutduğu bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan, üzərində “Hoffmann” sözü yazılmış qutudan bir ədəd bükümdə heroin narkotik vasitəsinə, bir ədəd bükümdə metamfetamin psixotrop maddəsinə, üzərlərində “Methadone 40” yazısı olan 08 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, metadon narkotik vasitəsinə şübhəli maddələr, bir ədəd qayçı, iki ədəd bıçaq və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (iş vərəqə: səh. 29-33). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun sağ əlində tutduğu bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan, üzərində “Hoffmann” sözü yazılmış qutudan bir ədəd bükümdə heroin narkotik vasitəsinə, bir ədəd bükümdə metamfetamin psixotrop maddəsinə, üzərlərində “Methadone 40” yazısı olan 08 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, metadon narkotik vasitəsinə şübhəli maddələrin, bir ədəd qayçının, iki ədəd bıçaq və bir ədəd elektron tərəzinin, həmçinin 8 ədəd müxtəlif banklara məxsus plastik kartların, 3 ədəd mobil telefonun, şəxsiyyət və sürücülük vəsiqələrinin, içərisində siqaret dənələri və alışqan olan bir ədəd siqaret qutusunun və 11 manat pulun aşakr edilərək götürüldüyü təsdiq olunur və DVD diskə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə 18 dekabr 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 19 dekabr 2020-ci il tarixli, 6/2750 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülməklə tədqiqata təqdim edilmiş bir ədəd paketdəki predmetlərin tərkibi və miqdarı, təyinatı və xarakteri aşağıdakı qaydada müəyyənləşdirilmişdir: - 1(bir) ədəd bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, təmiz çəkisi 11,742 qramdır; - 1(bir) ədəd bükümdə olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, təmiz çəkisi 18,025 qramdır; - üzərində “Methadone 40” yazısı olan, üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli dərman preparatıdır, 8 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumi 80 ədəddir. 80 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 3,2 qramdır (1 həbdə 0,04 qram metadon olmaqla). Metadon tərkibli həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər; - bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır; - 1 ədəd qayçının və 2 ədəd bıçağın üzərində narkotik vasitə heroinin izləri vardır. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, heroin və metamfetamin iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdə olan heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan rəyin qeyd hissəsindən görünür ki, təmiz çəkisi 11,742 qram müəyyən edilmiş heroindən 0,1 qram tədqiqata sərf edilmiş, 11,642 qram qalıq qalmış, təmiz çəkisi 18,025 qram müəyyən edilmiş metamfetamindən 0,1 qram tədqiqata sərf edilmiş, 17,925 qram qalıq qalmış, 80 ədəd metadon həblərindən 5 həb tədqiqata sərf edilmiş, 75 ədəd həb metadon isə qalıq qalmışdır (iş vərəqə: 41-47). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2021-ci il tarixli, 130 nömrəli rəyindən görünür ki, tədqiqat nəticəsində Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 143-144). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat qrumu tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında”18 dekabr 2020-ci il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və qanuni olduğu müəyyən edilmişdir (iş vərəqə: 127-128). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq edilmiş 30 dekabr 2020-ci il tarixli, 008-6459-1220 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, həmin məlumatda Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğu qeyd edilmişdir (iş vərəqə: 112). İşdə olan sərhədkeçmə ilə əlaqədar tərtib olunan 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2016-cı il tarixdən 14 yanvar 2020ci il tarixədək 08 dəfə İran İslam Respublikasına giriş-çıxış etmişdir (iş vərəqə: 175-176). İşdə olan “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung Galaxy J4» markalı mobil telefonun WhatsApp proqramından İİR-ə məxsus +**********54 və “İii” adı altında +**********76 saylı mobil nömrələrlə əlaqə saxlanılmışdır (iş vərəqə: 149). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 11,642 qram heroin narkotik vasitəsi, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 17,925 qram metamfetamin psixotrop maddəsi, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 75 həb metadon narkotik vasitəsi, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd qayçı, iki ədəd bıçaq və üzərində narkotik vaitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD disk işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: 94-95, 183-192). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, metadon narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisi 11,742 qram, metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram (80 həb), metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 18,025 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin və metadon narkotik vasitəsi, metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Zaur Abbasovun əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisinin 11,742 qram, metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram (80 həb), metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 18,025 qram olmaqla külli miqdar təşkil etməsi, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlaması, aşkar edilib götürülmüş vasitələrin müxtəlif növlərdə olması, ondan aşkar edilib götürülmüş bir ədəd elektron tərəzinən, qayçı və bıçaqların üzərində narkotik vasitələrin psixotrop maddələrin izlərinin müəyyən olunması və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin və metadon narkotik vasitələrini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Həmin Məcəllənin 206.3.2-ci maddəsində Azərbaycan Respublikası CM-nin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulur. Baxılan cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik vasitə olan tiryəkin İİR ərazisindən Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsi ilə bağlı hərəkətlər təşkil edir. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının altıncı bəndində məhkəmələrə tövsiyə olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs Zaur Abbasovun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi cinayət əməlləri ilə bağlı aşkar olunan narkotik vasitələri və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs şəklində qaçaqmalçılıq yolu ilə keçirilməklə satış məqsədilə əldə etmələrinə dair verdiyii inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onların təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı vardır. İstər məhkəmə baxışı zamanı dindirilərkən və istərsə də son sözlə məhkəməyə müraciət edərkən təqsirləndirilən şəxs Zaur Abbasov tutduğu əmələ görə səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs Zaur Abbasovun himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və tutduğu əmələ görə səmimi peşimanlığını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə təqsirləndirilən şəxs Zaur Abbasovun Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Zaur Abbasova qarşı ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etməsini, daşımasını və saxlamasını qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğundan "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Zaur Abbasova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsipləri nəəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2021-ci il tarixli, 130 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 18 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 dekabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, Məhkəmənin 19 dekabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 dekabr 2020ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəldi ki, iş üzrə maddi sübut kimi qiymətləndirilməklə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 11,642 qram narkotik vasitə heroin, 17,925 qram psixotrop maddə metamfetamin, 75 ədəd narkotik vasitə metadon, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd qayçı, iki ədəd bıçaq və üzərində narkotik vaitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 18 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 11,642 qram narkotik vasitə heroin, 17,925 qram psixotrop maddə metamfetamin, 75 ədəd narkotik vasitə metadon, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd qayçı, iki ədəd bıçaq və üzərində narkotik vaitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar