Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-959/2020 06.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X9, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Hacıəlibəy kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, 4-cü sıra, yeni tikililərdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 1-ci keçid 15 ünvanındakı dalanda tanışı Zərərçəkmiş şəxs onun anasının ünvanına nalayiq sözlər deməklə zarafat etdiyi və buna görə iradını bildirdikdən sonra sonuncunun onun ünvanına nalayiq söyüşlər deməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı üzərində olan istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə iki dəfə vuraraq döş qəfəsinin sağ yarısının daxilə nüfuz edərək sağ ağciyərin yuxarı payının zədələnməsi və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan deşilmişkəsilmiş yarası və qarının sol yan səthinin qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın serozasını zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, 4-cü sıra, yeni tikililərdə anası və nənəsi ilə birlikdə 7 ilə yaxındır kirayədə yaşamışdır. Anası işləsə də, o, heç bir yerdə işləməmişdir. Xutor qəsəbəsində “Sarı” ləqəbli Zərərçəkmiş şəxs tanımış, münasibətləri normal olsa da, son vaxtlarda münasibətləri soyumuşdur. Buna səbəb isə İskəndərin tanışları ilə etdiyi ana zarafatının onun tərəfindən qəbul edilməməsi olmuş, bu səbəbdən bir neçə dəfə İskəndərə kimlə istəyirsə zarafat edə biləcəyini, lakin onunla belə zarafatlar etməməsi barədə xəbərdarlıq etmiş, və İskəndərlə əvvəlki kimi tez-tez görüşməmişdir. Bir müddət sonra X3 getmiş, sonuncu oradan ona zəng vurarkən onunla yenidən ana zarafatı etdiyinə görə İskəndəri söymüşdür. İskəndər isə cavabında ona Rusiyadan qayıdanda gorüşəcəklərini bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində evdə yemək yeyərkən İskəndər ona zəng vuraraq, sərt və əsəbi şəkildə «Yeganə» şadlıq sarayının yanına gəlməsini demişdir. İskəndərin telefonda onunla sərt danışması onda İskəndərin onunla mübahisə edəcəyinə dair şübhə oyatdığından, evdən çıxarkən mətbəx bıçağını götürərək gödəkcəsinin altında gizlətmişdir. “Yeganə” şadlıq sarayının yanına gedərkən yolüstü məhəllədən keçəndə İskəndərin dostu olan və elə İskəndəri onun vasitəsi ilə tanıdığı Məhəmməd adlı tanışını görüb, sonuncuya İskəndərin onu «Yeganə» şadlıq evinin yanına çağırmışdır. Məhəmməd ondan İskəndərin nəyə görə onu çağırmasını soruşduqda, cavabında səbəbini bilmədiyini demiş, Məhəmməd də onunla gedəcəyini demiş və birlikdə yollarına davam etmişlər. Məhəmmədlə «Yeganə» şadlıq sarayının yanına çatanda İskəndərin orada tək dayandığını görmüş, bu zaman İskəndər onunla görüşməmiş, Məhəmmədlə görüşmüşdür. Bundan sonra İskəndər ona demişdir ki, gəzə-gəzə evlərinin yanındakı «Əli mərasim evi»nin yanına getmələrini dediyi üçün birlikdə piyada gedərkən tanışları Şahid2 «KİA» markalı avtomobillə oradan keçdiyini görmüşlər. Onları görəndə Şahid2 maşını saxlayıb hara getdiklərini soruşmuş, həmin vaxt o, Anara «Əli» mərasim evinin yanına gedəcəklərini bildirmişdir. Anar maşında tək olduğundan onları maşınına dəvət etmiş, üçü də Anarın maşınına əyləşməklə, Məhəmməd avtomobilin salonunda ortada, İskəndərlə o isə Məhəmmədin sağ və solunda oturmuşlar. Şahid2 özü də İskəndərin qohumu olmaqla, onlardan təxminən 10 yaş böyük olduğu üçün daha əvvəl də Anara bir neçə dəfə qohumu İskəndərə onunla ana zarafatı etməməsini bildirməsini demişdir. Xutor qəsəbəsində yerləşən «Əli» mərasim evi ilə üzbəüz yerləşən ət satışı mağazasının arxasında Anar maşını saxlamış və onlar maşından düşmüşlər. İskəndərlə yanbayan gedərkən, sonuncu yenə də onunla pis ana zarafatı etdiyi üçün İskəndərə,- «sənə dəfələrlə demişəm ki, mənimlə belə zarafatlar eləmə» deyib sonuncunu itələdikdə, İskəndərin cibindən bıçaq çıxardığını görmüşdür. Bu zaman o, da cibindən bıçaq çıxararaq, İskəndərlə qarşılıqlı şəkildə dartışmışlar və o, İskəndəri qabaqlayaraq cibindəki bıçağı çıxarıb sonuncunun qarnından vurmuş və İksəndər yerə yıxılmışdır. Həmin vaxt Anar və Məhəmməd onları aralamışlar. İskəndər ayağa qalxdıqdan sonra bədəni qanlı olduğundan, Anar İskəndərə təcili xəstəxanaya getmək lazım olduğunu bildirmiş və o, Anarla birlikdə İskəndəri Anarın avtomobilinin arxa oturacağına uzatmışlar. O avtomobilin ön sərnişin oturacağında əyləşsə də, arxada yer olmadığı üçün Məhəmməd maşına minə bilməmişdir. Yolda olarkən Anar İskəndəri xəstəxanaya aparacağını dediyi üçün, «Yeganə» şadlıq sarayının yanında Anardan saxlamasını istəyib, düşəcəyini bildirmişdir. Avtomobildən düşdükdən sonra yaxınlıqdakı sarı zibil qutusunun içərisinə cib bıçağını tullamışdır. Həmin hadisədən sonra qorxduğu üçün bir-iki gün evə getməmiş, başqa yerdə qalmışdır. Sonradan polislərin onu axtardığını bilib, polisə təslim olmaq məcburiyyətində qalmışdır. Rəhimli X2yıtdığını bilməmiş, qayıtdıqdan sonra sonuncu ilə görüşməmişdir. Hadisə günü İskəndərlə telefonla danışdığı zaman sonuncunun Bakı şəhərində olduğunu bilmişdir. İskəndərin hansı nömrədən ona zəng vurmasını xatırlamamış, özü isə ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. İskəndər ona zəng vuranda telefonda onu söyməmiş, salamsız, hirslə ona «Yeganə» şadlıq evinin yanına gəlməsini bildirmişdir. Anara avtomobili hadisə yerində saxlamasını İskəndər demiş, belə ki, həmin yer ət mağazasının arxası olmaqla, kimsəsiz və tin kimi bir yer olmuşdur. Hadisə günü o, Anarı ora çağırmamış, İskəndərin çağırıb çağırmamasını isə dəqiq bilməmişdir. İskəndəri vurduğu bıçaq onun evdə yemək yeyərkən mətbəxdən götürdüyü adi mətbəx bıçağı olmuş və evdən çıxarkən bıçağı götürüb əynindəki gödəkcəsinin altında gizlətmişdir. Bıçağı götürməsinə səbəb İskəndərin üzərində daha əvvəl də bıçaq gördüyündən, sonuncuda bu dəfə də bıçaq olacağını əvvəlcədən bilməsi olmuşdu. Hadisə vaxtı İskəndər onu nə bıçaqla, nə də ki, yumruqla vura bilməmişdir. O, İskəndəri bıçaqla vurduqdan sonra sonuncunun özündə olan bıçağı sonradan neylədiyini görməmişdir. İskəndərlə münaqişə ət mağazasının arxasında olan kimsəsiz yer olmuş, orada heç kim olmamış, mübahisə baş verən kimi o, İskəndəri bıçaqla vurmuşdur. Həmin mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, lakin sonradan ətrafa bir neçə şəxs yığışmışdır. Onun İskəndəri öldürmək fikri olmamış, İskəndərə bir və ya iki bıçaq zərbəsi vurmuşdur. Hadisədən sonra İskəndərlə barışıq əldə etdikdən sonra polisə getməyi düşünmüş, axtarışda olduğunu isə bilməmişdir. Məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş videogörüntülərdə mübahisə edən iki şəxs həqiqətən də o və Zərərçəkmiş şəxsdir və həmin görüntülər xx xxxxx 2020-ci il tarixdə hadisə zamanı qeydə alınmışdır. Həmin videogörüntülərdə əlində bıçaqla Zərərçəkmiş şəxs vuran şəxs odur, belə ki, həmin vaxt onlar bir biri ilə dartışmış, həmin vaxt İskəndərin də əlində bıçaq olmuşdur. İskəndəri bıçaqla vurub, sonuncu yıxıldıqdan sonra o, geri çəkilmiş və İskəndər tərəfə bir daha getməmiş, onunla mübahisəni davam etdirməmişdir. Son olaraq göstərdi ki, törətdiyi əməldən dərhal sonra etdiklərindən peşman olmuş, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Göstərdiklərini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün hadisənin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, məhəllədə onu çox adam «Sarı» ləqəbi ilə çağırmış, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs şəxsi hadisədən təxminən 1 il əvvəldən tanımışdır. Belə ki, İntiqamın kirayədə qaldığı ev onun yaşadığı məhəllədən bir az aralıda yerləşmiş, İntiqam həmin evdə anası ilə birlikdə yaşamışdır. Əvvəllər İntiqamla münasibətləri normal olmaqla, tez-tez görüşüb, zarafatlaşalar da, sonradan İntiqamın onun zarafatlarından xoşu gəlmədiyi üçün münasibətləri soymuşdur. Daha sonra o, Rusiya Federasiyasına getmiş bir müddət orada yaşadıqdan sonra, hadisədən təxminən bir ay əvvəl Bakı şəhərinə qayıtmış, hadisə gününədək isə İntiqamla görüşməmişlər. Lakin o, qayıdandan sonra bir sıra tanışları ona İntiqamın ondan narazıçılıq etdiyini, ifadələrinin xoşuna gəlmədiyini ona bildirdikləri üçün, məsələyə aydınlıq gətirmək məqsədilə İntiqamla görüşmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində İntiqama zəng edib, onunla “Yeganə” şadlıq sarayının yanında görüşməyə razılaşmışlar. O, “Yeganə” şadlıq sarayının yanına gəldikdən bir qədər sonra dostu Məhəmmədlə İntiqamın gəldiklərini görüb, Məhəmmədlə görüşmüşdür. İntiqama yuxarıya məhəlləyə tərəf getmələrini təklif edib, birlikdə piyada gedərkən qohumu Şahid2 tək idarə etdiyi “Kia” markalı avtomobillə oradan keçdiyini görmüşlər. Onları görən Anar da maşınını saxlayıb, onlardan hara getdiklərini soruşmuş, onlar da Anara “Əli” mərasim evinin yanına getdiklərini bildirmişlər. Anar isə onlara maşına əyləşmələrini təklif edib, onları lazım olan yerə aparacağını bildirdiyi üçün hər üçü Anarın maşınına əyləşmişlər. Yolda gedərkən Xutor qəsəbəsində yerləşən “Əli” mərasim evi ilə üzbəüz yerləşən ət satışı mağazasının arxasında Anar maşını saxlamış, onlar maşından düşmüşlər. O, İntiqamla yanbayan gedəndə sonuncudan, nəyə görə dostlarının yanında ondan narazıçılıq etdiyini, onunla üzbəüz söhbət etməyə və iradını ona bildirməyə hünəri çatmadığını bildirib, İntiqamı təhqir etmişdir. Bu zaman İntiqam onun sinəsindən itələyərək, cibindəki bıçağı çıxardığından, o da cibində olan bıçağı çıxararaq, qarşılıqlı şəkildə dartışdıqları zaman İntiqam qəflətən onu vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış və bədəninin qanadığını görüb bıçağın onun ürəyindən dəydiyini düşünmüşdür. O, birtəhər ayağa qalxdıqdan sonra Anar ona yaxınlaşıb köynəyinə baxaraq bıçağın ürəyinə dəymədiyini demiş və İntiqam, Məhəmmədl və Anarla köməkləşib onu Anarın maşınına minmiş, oradan da Anar onu xəstəxanaya aparmışdır. O, Rusiyaya getməmişdən əvvəl İntiqamla aralarında hər hansı münaqişə baş verməmiş, münasibətləri əvvəllər daha yaxın olmuş və digər tanışları ilə də günlərini birlikdə keçirməklə, deyib gülmüşlər. O da öz ətrafında daim zarafat etmiş, uşaqlardan ona irad bildirən olmamış, bir dəfə İntiqam ona ana zarafatı etməməsini bildirmiş, o isə ciddiyə almamışdır. Rusiyada olduğu zaman və oradan qayıtdıqdan sonra bir neçə tanışından İntiqamın onun zarafat etməsi ilə bağlı sonunculara müraciət etdiyini eşitmiş və İntiqamın bu hərəkəti onun xoşuna gəlməmişdir. Təqsirləndirilən şəxs telefon nömrəsini hazırda xatırlamasa da, onun istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuş və o, həmin nömrə ilə hadisə günü İntiqama zəng etmişdir. Hadisə vaxtı hava qaranlıq olduğundan və ətraf süni işıqlarla işıqlandırılmadığından İntiqamın əlindəki bıçağı tam olaraq görə bilməmişdir, bu səbəbdən həmin bıçağı təsvir edə bilmir. Hadisə zamanı onun cibində də bıçaq olmuş, həmin bıçaq adi mətbəx bıçağı olmaqla, hadisə günü hansı səbəbdən onun üzərində olmasını hazırda xatırlamır. Hadisədən sonra həmin bıçağı nə etdiyini də hazırda xatırlamır, belə ki, aldığı xəsarətdən sonra yaralı vəziyyətdə tam olaraq özünü idarə edə bilməmişdir. İntiqamla münaqişə etdiyi yer ət mağazasının arxasında tindəki kiçik meydança olmuş, hər şey ani baş vermişdir. İntiqam onu bıçaqla vurandan sonra ətrafa bir neçə şəxs yığışmış, belə ki, İntiqam onu vurduqda o, yerə yıxıldıqdan sonra ayağa durduqda onları aralamışlar. Ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “Sarı” ləqəbli Zərərçəkmiş şəxs ilə Xutor qəsəbəsində qonşuluqda yaşamaqla, orta məktəbdə birlikdə oxumuş, sonuncu sinifdə oxuyarkən İskəndəri məktəbdən qovmuşlar. Təqsirləndirilən şəxs da İskəndər vasitəsilə tanımış, İntiqam Xutor qəsəbəsində anası ilə birlikdə kirayədə yaşamışdır. İntiqamla İskəndər əvvəllər dost olsalar da, sonradan İskəndərin İntiqamın ünvanına söyüş söyməsinə görə onların münasibətləri soyumuşdur. xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində məhəllədə olarkən təsadüfən İntiqamı görüb, görüşərək hara getdiyini soruşmuş, İntiqam da İskəndərin onu «Yeganə» şadlıq sarayının yanına çağırdığını, oraya getdiyini demişdir. O da İntiqamla gedəcəyini deyib birlikdə yola çıxmış, yolda İntiqamdan nə məsələ olması ilə bağlı maraqlansa da, İntiqam ona heç nə deməmişdir. «Yeganə» şadlıq sarayının yanına çatanda İskəndərlə görüşmüş, lakin İskəndər İntiqamla görüşməmiş və demişdir ki, onların məhəllələrinə tərəf getsinlər. Onlar “Yeganə” şadlıq sarayının yanı ilə üzü yuxarı, «Əli» mərasim evinə tərəf gedəndə, tanışları Şahid2 “KİA” markalı avtomobillə oradan keçdiyini görmüşlər. Anar maşını saxlayıb, onları gedəcəkləri yerə aparmağı təklif etdiyi üçün hamısı Anarın maşınına minmiş və maşınla “Əli” mərasim evi ilə üzbəüz yerləşən ət dükanının yanına getmişlər. Orada İskəndər maşını saxlamasını dediyi üçün Anar maşını dayandırmış və onlar üçü də maşından düşmüşlər. Bundan sonra İntiqamla İskəndər bir az irəlidə getmiş, sonuncular təxminən 10 metr irəlilədikdən sonra İskəndərlə İntiqam bir-birinə yumruq atmağa başlamışlar. Həmin vaxt o, qaçaraq onlara yaxınlaşanda İskəndərin də, İntiqamın da əlində bıçaq görmüşdür. Ani bir zaman içərisində İntiqam bıçaqla İskəndəri vurmuş və sonuncu yerə yıxılmışdır. Daha sonra İskəndər ayağa qalxdığı zaman köynəyinin qanadığını görüb, Anar və İntiqamla bir yerdə İskəndəri maşına mindirmişlər. İskəndər arxa oturacaqda uzanmış, İntiqam qabaqda əyləşmişdir. Maşında yer olmadığı üçün o, maşına minməmiş, bu zaman Anar özünün İskəndəri xəstəxanaya aparacağını demiş və yola düşmüşdür. Bundan sonra o, yaşadığı evə çıxıb getmişdir. X4 ünvanına söyüş söyməsinin, ana zarafatı etməsinin şahidi olmuş, lakin bununla bağlı İsgəndərlə İntiqam arasında hadisə gününədək mübahisə olmamış, yalnız bir neçə dəfə İntiqam İskəndərə öz iradını bildirmişdir. Elə bu səbəbdən İsgəndərlə İntiqamın aralarındakı dostluq münasibəti pozulmuşdur. Hadisə günü İntiqam İsgəndərin onu nə səbəbə çağırdığını ona deməmişdir. Mübahisə zamanı əvvəlcə İsgəndər bıçaq çıxarmış, daha sonra isə İntiqam bıçaq çıxararaq bir-biri ilə dartışmış və bu zaman İntiqam İskəndəri bıçaqla bir dəfə vurub geri çəkilmişdir. İntiqam İskəndəri vurduqdan sonra onun üstünə getməmiş, əksinə ayağa duran İskəndər İntiqamın üstünə getmək istəsə də qarşısını almışlar. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Xutor qəsəbəsində yaşayan «Sarı» ləqəbli İskəndər adlı şəxs onun qohumudur. Aradabir görüşmüş, İntiqam adlı şəxsi də İskəndər vasitəsilə tanımışdır. xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində atasına məxsus «Kia Soul» markalı **-ZP-*** qeydiyyat nişanlı avtomobillə Xutor qəsəbəsində yerləşən «Yeganə» şadlıq sarayının qarşısından keçmişdir. Avtomobildə tək olmuşdur. O, şadlıq sarayının yanından avtomobillə keçərkən yolda İntiqamı, İskəndəri və Məhəmmədi görmüş, onlar piyada getmişlər. O, maşını saxlamış, üçü də maşına minmişlər, onlardan hara getdiklərini soruşanda, İskəndər demişdir ki, bir az qabaqda yerləşən «Əli» mərasim evinin yanında onları düşürsün. O, maşını saxlamış, hər üçü maşına minmişlər. O, maşını sürərək «Əli» mərasim evinin yanında saxlamış və üçü də maşından düşmüşlər. O, maşını sürüb getmək istəyəndə səs-küy eşitmiş və maşından düşmüşdür. Belə ki, Əli mərasim evi ilə üzbəüz yerləşən ət satışı mağazasının arxasındakı tinə gəlmişdir. Orada görmüşdür ki, İskəndərlə İntiqam dalaşır və o, dərhal ora yaxınlaşanda İskəndər ona bildirmişdir ki, İntiqam tərəfindən vurulmuş, deyəsən zərbənin ürəyindən dəydiyini bildirmişdir. O, İskəndərin köynəyinə baxmış, İskəndərə demişdir ki, zərbə ürəyinə dəyməmiş, lakin onu mütləq xəstəxanaya aparmaq lazımdır. O, Məhəmməd və İntiqamla köməkləşib İskəndəri öz maşınının arxa oturacağına uzatmış, maşında arxada yer olmadığı üçün Məhəmməd getməmişdir. İntiqam qabaqda əyləşmiş, yolda İntiqamdan onun qohumunu, yəni İskəndəri nəyə görə vurmasını soruşmuşdur. İntiqam demişdir ki, anasını söydüyünə görə vurmuşdur. Lakin yolda o, fikirləşmişdir ki, onlar yenə mübahisə edər və İntiqama demişdir ki, düşsün, özü aparacaq. İntiqam «Yeganə» şadlıq sarayının yanında maşından düşmüş, o, isə İskəndəri «Memar Əcəmi» metrosunun yanındakı təcili yardıma aparmış, oradan isə təcili yardım maşını ilə tez bir zamanda X10 aparmışlar. O, İskəndərgili avtomobili ilə «Əli» mərasim evinin yanma aparanda onların dalaşacağını bilməmişdir. Nə məqsədlə də ora getdiklərini bilməmişdir. İskəndərlə İntiqamın əlində bıçaq görməmişdir. Maşında da İntiqamın əlində bıçaq görməmişdir. Onların münaqişəsi təxminən bir-iki dəqiqə çəkmiş, oradakı şəxsləri o, tanımamış, sonradan ora bir neçə nəfər tanımadığı şəxs yığışmışdır. (cild 01, iş vər. 9-11) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində bıçaqla qəsdən Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirməsi faktına görə Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Anar Ağayarov tərəfindən xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmişdır. (cild 01, iş vər. 01). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Anar Ağayarov tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 1-ci keçid 15 ünvanına baxış keçirilmişdir. Bu zaman müəyyən edilmişdir ki, həmin yerin yolun kənarında yerləşən “Əli” mərasim evi ilə üzbəüz olan ət satışı köşkünün arxasındakı döngənin tinidir, həmin yerin örtüyü asfalt olmaqla, yaxınlıqda bir ədəd ağac, bir ədəd skamya vardır və kimsəsiz yerə bənzəməklə, bağça meydançasına oxşamışdır. Baxış zamanı asfalt örtüyündə hər hansı qana bənzər ləkə aşkar olunmamış, hadisə yerində bıçaq və ya digər kəsici-deşici alət müəyyən olunmamışdır. Bu səbəbdən hadisə yerindən maddi sübut əhəmiyyətli hər hansı əşya götürülməmişdir. Daha sonra fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. (cild 01, iş vər. 12-16). “Götürmə aparılması haqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Anar Ağayarov KTM-də tibb bacısı tərəfindən təqdim olunan Zərərçəkmiş şəxs məxsus geyim əşyalarını xəstəxanadan götürmüşdür.(cild 01, iş vər 25) Binəqədi RPİ-nin 04-cü PŞ-nin məsul növbətçisinin həmin bölmənin rəisinə xx xxxxx 2020-ci il tarixli raportundan görünür ki, məsul növbətçi məruzə edərək bildirmişdir ki, həmin gün saat 20.50-də 5 saylı TTYS-dan həkim Həsənova məlumat verərək, Zəngəzur küçəsi YYM yaşayan 20 yaşlı Zərərçəkmiş şəxs bıçaq xəsarəti ilə xəstəxanaya daxil olmuşdur. (cild 01, iş vər. 28) “Əşyaya baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokollardan görünür ki, X8 götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcəyə və bir ədəd köynəyə baxış keçirilmiş, bu zaman gödəkcənin ön sağ tərəfində dəlib-keçən zədə, azacıq qəhvəyimtil rəngli ləkə aşkar olunmuş, köynəyin ön sol aşağı səthində, ön sağ yuxarı səthində dəlib-keçən zədə, azacıq qəhvəyimtil ləkə aşkar olunmuş gödəkcə və köynək qablaşdırılaraq götürülmüşdür.(cild 01, iş vər 30) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərar alınmışdır.(cild 01, iş vər. 32) “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan və Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx xxxx 2001-ci il təvəllüdlü Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Xaçmaz rayonu, Hacıəlibəy kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutulan təqdirdə Binəqədi RPİ MSY-yə təhvil verilməsi qərara alınmış, həmin qərar əsasında Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə 40600 nömrəli axtarış işi açılmışdır. (cild 01, iş vər. 34,37) Binəqədi RPİ-nin 7-ci PB-nin xx.xx.2020-ci il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması” haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, MSY-yə təhvil verilmişdir. (cild 01, iş vər. 39) “İfadələri yerində yoxlanması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs qismində ifadəsində göstərdiyi halları əyani olaraq hadisə yerində göstərməklə mühüm xüsusatları təsdiq etmişdir. (cild 01, iş vər 71-72) Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 4(001)-360/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 84-87) Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 5(001)- 375/2020 saylı qərarından görününür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, anten dairələri, daxil olan ismarıc mətnləri, ismarıc mətnlərini göndərən şəxslərin telefon nömrələri və həmin telefon nömrələrindən istifadə edən şəxslərin anket məlumatları, rekvizitlərini əks etdirən məlumatların “xxxxxxxx” MMC-dən götürülməsi qərara alınmışdır.(cild 01, iş vər 93-95) Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 5(001)- 405/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, anten dairələri, daxil olan ismarıc mətnləri, ismarıc mətnlərini göndərən şəxslərin telefon nömrələri və həmin telefon nömrələrindən istifadə edən şəxslərin anket məlumatları, rekvizitlərini əks etdirən məlumatların “xxxxxxx” MMC-dən götürülməsi qərara alınmışdır.(cild 01, iş vər 115-116) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan respublikası DİN Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 8-094 nömrəli videomüşahidə qurğusunun 2 və 3-cü kameralarının görüntülərini özündə əks etdirən disklərə baxış keçirilmiş, baxış zamanı hər hansı görüntü və məlumat aşkar olunmamışdır.(cild 01, iş vər. 126) “CD-yə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, “xxxxxxxx” MMC-dən 9129 saylı xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş Zərərçəkmiş şəxs oğunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx xxxxx 2020-ci il tarixdə qeydə alınmış zənglərə, abunəçilərə, mesajlara və əhatə dairəsinə dair məlumatlar əks olunmuş CD-yə baxış keçirilmiş və ***-***-**-** saylı mobil telefon nömrəsinə xx xxxxx 2020-ci il tarixdə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və s. nömrələrdən zənglər olunduğu müəyyən edilmişdir. (cild 01, iş vər 129) “CD-yə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, “xxxxxxx” MMC-dən 6548/20 saylı xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx xxxxx 2020-ci il tarixdə qeydə alınmış zənglərə, abunəçilərə, mesajlara və əhatə dairəsinə dair məlumatlar əks olunmuş CD-yə baxış keçirilmiş, ***-***-**-** saylı mobil telefon nömrəsinə xx xxxxx 2020-ci il tarixdə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və s. nömrələrdən zənglər daxil olduğu müəyyən edilmişdir. (cild 01, iş vər. 133) Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 30/663 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. (cild 01, iş vər. 137-139) Məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 661 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sağ yarısının daxilə nüfuz edərək sağ ağciyərin yuxarı payının zədələnməsi və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası və qarının sol yan səthinin qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın serozasını zədələyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin KTM-nə müraciət etdiyi xx xxxxx 2020-ci il tarixdə əmələ gəlmişdir, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər, xx xxxxx 2020-ci il tarixdə bıçaqla yetirilən zərbələr nəticəsinə əmələ gələ bilərdilər.(cild 01, iş vər. 140-143.) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (cild 01, iş vər. 148) Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxx 2020-ci il tarixli, 199/2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön sağ yarım hissəsində iki ədəd, gödəkcənin ön sol aşağı yarım hissəsində bir ədəd, gödəkcənin sağ qolun yuxarı hissəsində bir ədəd; köynəyin ön sağ yuxarı nahiyəsində bir ədəd, köynəyin ön sol aşağı səthində bir ədəd aşkar edilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alətin (alətlərin) təsirindən törənmişdir.(cild 01, iş vər. 149-151.) Məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 327/2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyətini təsdiq edən axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə A beta (İİ), ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, gödəkcə üzərində olan ləkələrdə A beta (ıı) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 01, iş vər. 152-156.) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1086 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İ. M.Şahkərimov hal-hazırda və cinayət törədərkən öz hərəkətlərini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini idarə edə və ola biləcək nəticələri proqnozlaşdıra bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır.(cild 01, iş vər. 157-160) Xaçmaz RİHB-nın Hacıbəyli kənd İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Şahkərimov X1 yaşadığı müddət ərzində nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (cild 01. iş vər. 164) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks olunmuş görüntülər xx xxxxx 2020-ci il tarixdə saat 20.50 dəqiqədə qeydə alınmış, süni işıqda əks olunmuş kamera görüntüsündə iki nəfər şəxsin ani olaraq bir-birinin üzərinə hücum çəkməsi, ətrafdakı şəxslər tərəfindən aralaşdırılmağa çalışılsa da dalaşan şəxslərdən biri əlindəki kəsici-deşici alətlə digərinə xəsarət yetirmiş, aldığı xəsarətdən həmin şəxs yerə yıxılmış, bu zaman ona xəsarət yetirən şəxsi ətrafda olan bir nəfər şəxs saxlamış və bundan sonra həmin şəxs kənara çəkilmişdir. Xəsarət alıb yerə yıxılan şəxs ayağa durub yenidən onu vuran şəxsin üstünə hücum çəkmək istəsə də, ətrafdakı bir nəfər şəxs ona mane olur və kənara çəkir, bu zaman həmin şəxsin əlində də kəsici-deşici alətin olması müşahidə olunmuşdur. (cild 01, iş vər. 168) Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli Binəqədi RPİ-nin baş müstəntiq, polis mayoru Anar Ağayarova olan ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. (cild 01, iş vər. 184) «Sübutların qiymətləndirilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə yenidən ittiham elan olunması qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 29,120, 221.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs qismində tanınması barədə qəbul olunmuş qərar öz qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanması rədd olunmuş, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və gödəkcə cinayət işi üzrə maddi sübut kimi tanınmış, Binəqədi RPİ 7-ci PB-dən daxil olmuş münaqişəni özündə əks etdirən disk maddi sübut kimi tanınmışdır.(cild 01, iş vər. 185-194) İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş DSMF-nin Xaçmaz Rayon Şöbəsi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, 025548 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs anası X7 ümumi xəstəlik əsası ilə ikinci qrup əlildir. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş və baxış zamanı həmin video görüntülərdə “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidi dinləyərək və iş materiallarında olan ifadələrini elan etməklə tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün məhkəmə iclasında verdiyi hadisələrin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidin məhkəmə iclasında verdikləri ifadələr, iş üzrə ibtidai istintaq zamanı məhkəmə ekspertiza rəyləri ilə müəyyən edilmiş hallar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu cinayət əməli, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, anasının ikinci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə, ilk dəfə ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar,- Binəqədi RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd gödəkcə dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xx xxxxx 2020-ci il tarixdə baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, mobil operatorların təqdim etdiyi 02 ədəd CD disk, DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən təqdim olunmuş 05 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- Binəqədi RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd gödəkcə dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, xx xxxxx 2020-ci il tarixdə baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, mobil operatorların təqdim etdiyi 02 ədəd CD disk, DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən təqdim olunmuş 05 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-959/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-959/2020
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver