Məhkəmə qərarları › İş №1(101)-96/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-96/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-96/2021 22.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X32 və X21, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3 və ədliyyə müşaviri Dövlət ittihamçısı5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X38, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, zərər çəkmiş şəxsin hüquqi varisi X33 və nümayəndəsi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Nümayəndə oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi4 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay islah işləri cəzasına, Şamaxı rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.3 və 307.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Şamaxı rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü dəyişdirilərək cəzası 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Qobustan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 2 (iki) ay 29 (iyirmi doqquz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, xx xxxxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2018-ci il tarixdə Şamaxı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2, 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx xxxx 1978-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, faktik olaraq ünvan 3 ünvanında yaşamış, xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2019-cu il tarixdə Şamaxı rayon Məhkəməsinin qərarı ilə barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 182.3.2, 228.4, 243.1 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxslərin şəxsiyyəti üzərində zor göstərməklə və onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, həmçinin xuliqanlıq, yəni bir qrup şəxs halında, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2017-ci ilin təxminən mart-aprel aylarında mobil telefon vasitəsilə tanış olmaqla təxminən 4 ay müddətində gizli formada intim münasibətdə olduğu Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin avqust ayının ortalarında aralarında olan intim münasibət barədə ərinə və digər ailə üzvlərinə məlumat verəcəyi, Zərərçəkmiş şəxs1 onda olan yarıçılpaq fotoşəkillərini, mobil telefon vasitəsilə aralarında aparılmış yazışmaları və barəsində olan digər rüsvayedici məlumatları yayacağı ilə sonuncunu hədələyərək, 1000 (min) manat məbləğində pul verməsini hədə-qorxu ilə ondan tələb etmiş və 2017-ci il avqust ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs1 yaşadığı, Şamaxı şəhəri, Nigar Rəfibəyli küçəsi, 10 nömrəli fərdi yaşayış evinin həyətinə gedərək qeyd olunan məbləğdə pulu sonuncudan almışdır. Bundan başqa, o, rayon ərazisində yaşayan imkanlı şəxsləri zor tətbiq etmə hədəsi ilə, ailəli qadın və kişiləri intim əlaqədə olmaları, seksual xarakterli hərəkətlər etməsi ilə bağlı əldə etdiyi məlumatlarla şantaj edib gəlir əldə etmək kimi cinayətkar əməllərini davam etdirərək, təkrar barələrində ayrıca icraata cinayət işi ayrılmış qeyriləri ilə, həmçinin uzun müddət qeyri-rəsmi formada intim münasibətdə olduğu yüngül və əxlaqsız həyat tərzi keçirən Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əslən Şamaxı rayonundan olmaqla Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olan imkanlı ailənin üzvü Zərərçəkmiş şəxs2 külli miqdarda əmlakını əldə etmək məqsədilə, əvvəlcədən planlı şəkildə sonuncu ilə tanış etdiyi Təqsirləndirilən şəxs2 vasitəsilə onların birgə yaşadıqları müddət ərzində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 qarşı seksual xarakterli hərəkət-kunilinqus etməsini əks etdirən videogörüntüləri əldə etdikdən sonra, 2018-ci ilin mart ayının ortalarından etibarən barəsində ayrıca icraata cinayət işi ayrılmış qeyrisi, habelə cinayətkar aləmə meylli olmaqla şəxsiyyətləri məlum olmayan təxminən 15 nəfərdən ibarət yaxın ətrafının yekun nəticəyə gəlinmiş sözünü xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs2 çatdırmaqla, 2017-ci ilin oktyabr ayında barəsində X1 etməsini təsdiq edən mobil telefon vasitəsilə qeydə alınmış səs yazısını yaxın ətrafları arasında yaymaqla nüfuzdan salmasını və biabır etməsini bəhanə edib, ondan Zenfira Kulievaya kunilinqus etməsini sübuta yetirməyi tələb etmiş, əks təqdirdə Təqsirləndirilən şəxs2 kunilinqus etməsi ilə bağlı əldə etdiyi videogörüntüləri yaymaması müqabilində ondan hədə-qorxu ilə 100.000 (yüz min) manat məbləğində pul tələb etmiş, verməyəcəyi təqdirdə görüntülərin yayılacağı və atası X10 öldürüləcəyi ilə hədələmiş, xx xxxx 2018-ci il tarixdə axşam saat 19 radələrində naməlum şəxslərlə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən «Şamaxı» restoranında Zərərçəkmiş şəxs2 ilə görüşüb ondan 30.000 (otuz min) manat məbləğində pul alaraq, yaxın günlər ərzində qalan 70.000 (yetmiş min) manat məbləğində pulun verilməsini hədə-qorxu ilə tələb etmiş, xx xxxx 2018-ci il tarixdə saat 22:30 radələrində Şahid20 məxsus Şamaxı şəhəri, A.Quliyev küçəsi, 3 saylı fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 ilə bir daha görüşərək 70.000 (yetmiş min) manat məbləğində pulun xx xxxx 2018-ci il tarixədək verilməsi üçün müddət təyin etmiş, əks təqdirdə qeyd olunan görüntülərin yayılacağı və atası Həsən Həsənovun öldürüləcəyi ilə ona yenidən hədə-qorxu gəlmişdir. Bundan başqa o, xx xxxxxx 2018-ci il tarixdə saat 19:00 radələrində həmyerliləri Şahid43 və Şahid42 ilə bir qrup şəxs halında, sonuncunun idarə etdiyi “VAZ-21099” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evə gedərək, onu səsləyib evindən küçəyə çıxardıqdan sonra zorla avtomobilə əyləşdirmək istəmiş, Zərərçəkmiş şəxs3 avtomobilə minməkdən imtina etdikdə, ictimai yer hesab edilən küçədə səs-küyə ətrafa toplaşmış şəxslərin gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, səs-küyə küçəyə çıxaraq ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan sonuncunun arvadı X23 itələyərək ona sağ bazunun orta üçdə birinin ön iç səthində bir ədəd, ona paralel arxa yan səthində üç ədəd dairəvi formalı açıq göyümtül-sarımtıl rəngli, sərhədləri çətinliklə seçilən qançırları, sol diz qapağının ön aşağı sol yan səthində üzəri bozumtul-qırmızı rəngli incə qartmaqlı xətvari formalı sıyrıqla nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs3 öz razılığı ilə avtomobilə əyləşdiyindən avtomobili hərəkətə gətirib ərazidən uzaqlaşmaqla vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan əlavə, o, təkrar külli miqdarda əmlak əldə etmək məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 19:10 radələrində yaşadığı evdən götürüb Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən «Bayraq Meydanı» adlanan əraziyə gətirdiyi Zərərçəkmiş şəxs3 şəxsiyyəti üzərində zor tətbiq etməklə, yumruq və təpiklə döyərək ona burun kökünün sınığı, şişkinliyi, hər iki gözün orbitasının hematoması, gözün ağlı qişasına qansızmalar, sol bazunun, qarının ön sol yan səthinin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib, verməyəcəyi təqdirdə öldürəcəyi ilə hədələyib bir həftə ərzində ona 60.000 (altmış min) manat məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs2 ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, gəlir və ya digər fayda əldə etmək məqsədilə digər şəxsi fahişəliyə cəlb etmiş və şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı, Sumqayıt və Xırdalan şəhər sakinləri Şahid6, Şahid7, X63, X39, Şahid15 və şəxsiyyətləri məlum olmayan ayrı-ayrı kişi cinsindən olan şəxslərlə qabaqcadan mükafat barəsində, yəni cinsi əlaqəyə girməyə görə ödəniləcək pulun məbləği barədə razılaşıb, hər dəfəsində minimum 50 manat gəlir əldə etmək məqsədilə həmin şəxslərin xx xxxxxx 2014-cü il tarixdə saat 23 radələrində, xx xxxxxx 2014-cü il tarixdə saat 20 radələrində, xx xxxxxxxx 2014-cü il tarixdə saat 22 radələrində, xx xxxxxxxx 2014-cü il tarixdə saat 20 radələrində, xx xxxxxx 2015-ci il tarixdə saat 11-14 radələrində, xx xxxxxxxx 2015-ci il tarixdə saat 22 radələrində, xx xxxxxxxx 2015-ci il tarixdə saat 11 radələrində, xx xxxxxxx 2015-ci il tarixdə saat 23 radələrində ünvan 4 ünvanında yerləşən «Clear» otelində, 19-xx xxxxxx 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Kotam kəndində və 2014cü ilin avqust ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində dəqiqləşdirilməsi mümkün olmayan digər günlərdə mütəmadi olaraq Bakı şəhəri ərazisində naməlum ünvanlarda yerləşən iaşə obyektlərində Zərərçəkmiş şəxs5 və xx xxx 2014-cü il tarixdə saat 14-17 radələrində, xx xxxxxx 2015-ci il tarixdə 01 radələrində, xx xxxxxx 2015-ci il tarixdə saat 19-21 radələrində, xx xxxxxx 2015-ci il tarixdə saat 11 radələrində, xx xxxxxxxx 2015-ci il tarixdə saat 22 radələrində, xx xxxxxxx 2015-ci il tarixdə saat 23 radələrində, xx xxxxxxx 2015-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanında yerləşən «Clear» otelində, 19-xx xxxxxx 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Kotam kəndində və 2012ci ilin ortalarından 2017-ci ilin iyul ayınadək olan müddət ərzində dəqiqləşdirilməsi mümkün olmayan digər günlərdə mütəmadi olaraq Bakı şəhəri ərazisində yerləşən naməlum ünvanlarda yerləşən iaşə obyektlərində Zərərçəkmiş şəxs6 ilə cinsi əlaqəyə girmələrini təşkil edərək, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, 2017-ci ilin yay aylarında tanış olub 7 ay ərzində intim münasibətdə olduğu Zərərçəkmiş şəxs2 ona olan sevgi hissi və yaxın ətrafı arasında nüfuzdan salıcı əməl kimi qiymətləndirilən seksual xarakterli hərəkətləri ilə əlaqədar ondan sair cəhətdən asılılığının yaranmasından istifadə edərək münasibətdə olduqları müddət ərzində, sonuncunun «Facebook» və «WhatsApp» sosial şəbəkələrində adına qeydiyyatdan keçirilmiş səhifələrə giriş kodlarını ələ keçirib yenisi ilə əvəz etməklə Zərərçəkmiş şəxs2 özünə və ailə üzvlərinə məxsus məlumatları, fotoşəkilləri əldə etdikdən, habelə Zərərçəkmiş şəxs2 ona qarşı seksual xarakterli hərəkət-kunilinqus etməsinin videoçəkilişini apardıqdan sonra, 2017-ci ilin dekabr ayının son günlərindən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində sonuncu ilə amansız rəftar edərək birlikdə çəkilmiş fotoşəkillərini həmin «Facebook» səhifəsinin profilində paylaşmaqla, Zərərçəkmiş şəxs2 ailə münasibətlərinin pozulmasına səbəb ola biləcək məzmunda, həmçinin «Bəxtiyar ya mənim olacaq, ya da qara torpağın» məzmunlu arvadı Şahid17 «WhatsApp» sosial şəbəkəsi vasitəsilə mesajlar yazmaqla, arvadı Şahid17 və övladlarına məxsus fotoşəkilləri dostlarına göstərməklə Zərərçəkmiş şəxs2 mütəmadi olaraq ləyaqətini alçaltmış, həmçinin mənəviyyatdan və insanlıqdan kənar hərəkətlər edib sonuncudan ailəsini, övladlarını və valideynlərini atıb onunla birlikdə yaşamasını tələb edərək, əks təqdirdə əldə etdiyi digər fotoşəkilləri və seksual xarakterli hərəkətlərini əks etdirən videogörüntüləri sosial şəbəkələr vasitəsilə yayıb rüsvay edəcəyi ilə hədə-qorxu gəlmiş və əvvəllər intim münasibətdə olduğu, cinayətkar aləmə meylli Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq, sonuncunun vasitəsilə seksual xarakterli hərəkətlərini əks etdirən videogörüntülərin və ailə üzvlərinə məxsus digər fotoşəkillərin yayılmaması müqabilində hədə-qorxu ilə 100.000 (yüz min) manat məbləğində pul tələb etməklə Zərərçəkmiş şəxs2 özünü öldürmə həddinə çatdırmış, nəticədə sonuncu, xx xxxx 2018-ci il tarixdə saat 02 radələrində müvəqqəti yaşadığı əmisi Şahid20 məxsus Şamaxı şəhəri, A.Quliyev küçəsi, 3 saylı evin eyvan hissəsindən boyun nahiyəsindən iplə özünü asaraq boyun nahiyəsində çəp, açıq, bir qat stranqulyasiya şırımı xəsarəti kimi ölümünə səbəb olan boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya nəticəsində ölmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 rayon ərazisində yaşayan imkanlı şəxsləri zor tətbiq etmə hədəsi ilə, ailəli qadın və kişiləri seksual xarakterli məlumatlarla şantaj edib gəlir əldə etmək kimi cinayətkar əməllərlə məşğul olan, uzun müddət onunla intim münasibətdə olmuş cinayətkar aləmə meylli tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əslən Şamaxı rayonundan olmaqla Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olan imkanlı ailənin üzvü Zərərçəkmiş şəxs2 külli miqdarda əmlakını əldə etmək məqsədilə, əvvəlcədən planlı şəkildə sonuncu ilə Təqsirləndirilən şəxs1 vasitəsilə tanış olduqdan sonra münasibətdə olduqları müddət ərzində Zərərçəkmiş şəxs2 ona seksual xarakterli hərəkətkunilinqus etməsinin videoçəkilişini apardıqdan sonra, həmin görüntüləri Təqsirləndirilən şəxs1 verdiyini Zərərçəkmiş şəxs2 bildirməklə hədə-qorxu gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs1 2018-ci ilin mart ayının ortalarından etibarən barəsində ayrıca icraata cinayət işi ayrılmış qeyrisi ilə və cinayətkar aləmə meylli olmaqla şəxsiyyətləri məlum olmayan təxminən 15 nəfərdən ibarət yaxın ətrafının yekun nəticəyə gəlinmiş sözünü xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs2 çatdıraraq, 2017-ci ilin oktyabr ayında Bakı şəhər sakini X1 etməsini təsdiq edən mobil telefon vasitəsilə qeydə alınmış səs yazısını yaxın ətrafları arasında yayıb onu nüfuzdan salması və biabır etməsini bəhanə edib, Zərərçəkmiş şəxs2 Zenfira Kulievaya kunilinqus etməsini sübuta yetirməyi tələb etmiş, əks təqdirdə Təqsirləndirilən şəxs2 kunilinqus etməsi ilə bağlı əldə etdiyi videogörüntülərin yayılmaması müqabilində ondan hədə-qorxu ilə 100.000 (yüz min) manat məbləğində pul tələb etmiş, verməyəcəyi təqdirdə görüntülərin yayılacağı və atası X10 öldürüləcəyi ilə hədələmiş, xx xxxx 2018-ci il tarixdə axşam saat 19 radələrində naməlum şəxslərlə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən «Şamaxı» restoranında Zərərçəkmiş şəxs2 ilə görüşüb ondan 30.000 (otuz min) manat məbləğində pul alaraq yaxın günlər ərzində qalan 70.000 (yetmiş min) manat məbləğində pulu verməsini hədə-qorxu ilə tələb etmiş, xx xxxx 2018-ci il tarixdə saat 22:30 radələrində Şahid20 məxsus Şamaxı şəhəri, A.Quliyev küçəsi, 3 saylı fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 ilə bir daha görüşərək 70.000 (yetmiş min) manat məbləğində pulun xx xxxx 2018-ci il tarixədək verilməsi üçün müddət təyin etmiş, əks təqdirdə qeyd olunan görüntülərin yayılacağı və atası Həsən Həsənovun öldürüləcəyi ilə ona yenidən hədə-qorxu gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 naməlum mənbədən, məlum olmayan vaxtda və şəraitdə ümumi uzunluğu 600 mm olmaqla, metal boru formasında 235 mm uzunluğunda, 30 mm diametrində dəstək hissədən və bir-birinin daxilinə keçən üç ədəd metal hissədən ibarət qara rəngli kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan dəyənək tipli predmeti qanunsuz olaraq əldə edib 2018-ci ilin iyul ayının son günlərinədək üzərində və istifadəsində olan avtomobilində gəzdirməklə yaşadığı evdə saxlamış, xx xxxxxx 2018-ci il tarixdə saat 18:05 dəqiqədən 20:25 dəqiqəyədək olan müddət ərzində ünvan 3 ünvanında aparılan axtarış zamanı evin yataq otağında olan dolabın daxılından qeyd olunan dəyənək aşkar olunmaqla götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2013-cü il tarixdə saat 19:10-da Bakı-Quba- Dağıstan sərhəddi yolunun Abşeron rayonu ərazisindən keçən 13-cü kilometrliyində idarə etdiyi «BMW» markalı **-VZ-*** qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən piyada - 1965-ci il təvəllüdlü X24 vurub, sonuncuya az ağır bədən xəsarəti yetirməsi faktına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X103 İdarəsinin İstintaq və Təhqiqat şöbəsində aparılan araşdırmanın nəticəsi olaraq yol-nəqliyyat hadisəsi ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2013cü il tarixli 16445 nömrəli ekspert rəyinə əsasən əməlində cinayət tərkibinin olmamasına görə cinayət məsuliyyətinə cəlb olunmadığını aşkar surətdə bildiyi halda, xx xxxxxx 2019-cu il tarixli ərizəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin ərizəsində, xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolunda və xx xxxxxx 2019-cu il tarixli dindirmə protokolunda yuxarıda qeyd olunan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertiza qərarının icrası ilə əlaqədar Məhkəmə Tibbi Ekspertiza və X60 Təcrübi və X48 rayon şöbəsində məhkəmə-tibb eksperti işləmiş, hazırda Birliyin Nərimanov rayon şöbəsində eyni vəzifədə işləyən Zərərçəkmiş şəxs7 ondan 400 (dörd yüz) manat məbləğində rüşvət alaraq zərərçəkmiş şəxs Yusub İsmayılovun xəsarətlərini yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirdiyini və onun cinayət məsuliyyətindən kənar qalmasına şərait yaratdığını göstərməklə, yalan olduğunu bilə-bilə Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunan həmin Məcəllənin 311.2-ci maddəsində nəzərdə tutulmuş «Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma» cinayətini törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun mərhum Bəxtiyar Həsənovla münasibətləri yaxşı olmuş və onlar dost olmuşlar. Onun telefonu bir il istintaqda olmuş, hər şey orada yazılmışdır. Lakin ona demişlər ki, guya Bəxtiyarın telefonu format olunub, orada hər şey silinib, onun telefonunda isə hər şey qalıb və bütün yazışmalar orada vardır. İstintaq zamanı ona guya Bəxtiyarla düşmən olduğunu bildirərək, hər dəfə yeni-yeni suallar vermişlər. Ona istintaq vaxtı demişlər ki, guya Zema adlı qadın onun barəsində xoşagəlməz sözlər demişdir və guya bunu da Bəxtiyar yaymışdır. Əslində isə, o, tutulunca qabaq elə bir söz eşitməmişdir. İstintaqda o, Zema adlı qadınla üzləşdirilməsini tələb etsə də, istintaq bunu etməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə görə, o, istintaq zamanı ifadələr vermişdir və onların hamısını təsdiq edir. Yalnız Zərərçəkmiş şəxs3 ilə bağlı istintaqda düzgün ifadə verməmişdir. Çünki Şamaxı rayon polis şöbəsinə onu gətirəndə hərtərəfli təzyiqlər olmuş, orada ona Nazirdən 60.000 manat pul tələb etdiklərini və onların üç nəfər olduğunu bildirmişlər. Həmin vaxt o, tək tutulduğuna görə həmin hal barədə əvvəlcə düzgün ifadə verməmişdir. Lakin indi etiraf edir ki, həqiqətən də onlar üç nəfər olmuşlar. İstintaq vaxtı da bildirmişdir ki, o, Zərərçəkmiş şəxs3 tanımamış, onu döyməmiş və ondan pul tələb etməmişdir. Onu gedib evdən ona görə götürmüşlər ki, ondan mal, yəni narkotik alsınlar. Həmin vaxt o, Zərərçəkmiş şəxs3 bir-iki yumruq vurmuşdur. Lakin o, heç vaxt Nazirdən pul tələb etməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsinə görə, Zümrüdlə də onun əlaqəsi olmuş, onunla telefonla danışmışdır. O, Zümrüddən həqiqətən də 1000 manat pul almışdır, lakin həmin pulu Zümrüd özü ona könüllü vermişdir, o, Zümrüdü şantaj etməmişdir. İstintaqda bu barədə ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində daha sonra göstərdi ki, 2018-ci il mart ayının 22-də o, dostunu Moskva şəhərinə yola salmaq üçün Bakıya gəlmişdir. Yolda mərhum Bəxtiyarla yazışmış, Mərəzə postunda görüşmək barədə razılaşmışlar. Orada maşında bir-iki dəqiqə söhbət edib, Bakıya gedib səhər gələcəyini deyərək rayonda görüşəcəklərini bildirmişlər. Səhər yenə də Bəxtiyarla votçapda yazışmış, axşam saat 6-7-də rayonda görüşmək barədə razılaşmışlar. Danışdıqları vaxt Bəxtiyar onu rayonda universamın qabağından götürmüş, “Şamaxı” restoranına gedib orada yemək yemişlər. Restorandan çıxanda Bəxtiyar Tağı əmisini görmüş, orada gülə-gülə “radara düşdüm” deyərək əmisi ilə görüşüb yenidən onun yanına qayıtmışdır. Sonra Şamaxının içərisində maşınla bir qədər gəzişmişlər, daha sonra Bəxtiyar onu düşürüb getmişdir. Martın 24-də yenə Bəxtiyarla danışmış, sonuncu gəlib onu götürmüş və birlikdə maşında marixuana qəbul etmişlər. Martın 25-də gündüz o, Bakıya gəlmiş, burada olduğu müddətdə Bəxtiyarla telefonda deyə-gülə danışmış, həmin vaxt Bəxtayr ona demişdir ki, başım xarab olub, Şamaxıya gələndə mənimlə görüşərsən. Şamaxıya çatanda ona zəng etmiş, harada olduğunu soruşmuş, Bəxtiyar Barat əmisigildə olduğunu bildirmişdir. O, həmin ünvanı tanımadığını söyləyəndə, Bəxtiyar ona xalasıgilin məhləsinə girəndə maşınını görəcəyini söyləyib, ünvanı başa salmışdır. O, həmin yerə çatanda zəng etmiş, Bəxtiyar küçəyə çıxıb onunla görüşmüş və daha sonra birlikdə evə girmişlər. Həmin vaxt evdə bir oğlan uşağı da olmuş, Bəxtiyar həmin uşağın xalası nəvəsi olduğunu demişdir. Sonra uşaq harasa getmiş, o, Bəxtiyardan uşağın hara getdiyini soruşanda, Bəxtiyar uşağın yuxarıda dərslərini oxuduğunu bildirmişdir. Söhbət zamanı Bəxtiyar demişdir ki, onun başı xarab olmuşdur, Elnarə onun ailəsi barədə orda-burda ağzına gələni danışır. O, Bəxtiyarın çox hirsləndiyini görmüş, ona başa salmışdır ki, hirslənməyinə dəyməz. Bir az danışmışlar, Bəxtiyar da demişdir ki, düz deyirsən qaqa, Elnarəyə görə hirslənməyə dəyməz. Oturub bir az söhbət etmişlər, o, çöldə maşın gözlədiyini, getmək istədiyini bildirmiş, Bəxtiyar da durub onu yola salmış, öpüşüb ayrılmışlar. Martın 26-da onların əlaqəsi olmamış, martın 27-də isə hamının tanıdığı Asif adlı dostu ona zəng edib Bəxtiyarın intihar etdiyini bildirmişdir. Asiflə danışıb qurtarandan sonra Bəxtiyarın bibisi oğlu Sahibə zəng etmiş, telefonda onun ağladığını görmüş və başa düşmüşdür ki, belə bir hadisə baş vermişdir. Bundan sonra dəfn olunan günü yas mərasiminə getmiş, üçü günündə isə Şamaxı rayon prokurorluğundan ona zəng etmişlər ki, yasa getmə, sənin adın hallanır, beşinci günü gələrsən prokurorluğa. O da, çağırılan vaxt prokurorluğa getmiş və ifadələrini vermişdir. Təqsirləndirilən şəxs1 daha sonra bildirdi ki, o, Elnarə ilə 2012-ci ildə tanış olmuş, tanışlıqdan qabaq onu Şamaxıda görmüş və telefon nömrəsini tapmışdır. Sonra telefonda Elnarə ilə danışıb Bakıya getmiş və evində onunla görüşmüşdür. Elnarənin evində olduğu müddətdə Bəxtiyar zəng etmiş, 3-4 gün Bakıda olduğunu bildirərək nəyə görə xəbər eləmədiyini irad tutmuşdur. O, bir xanım olduğunu və onlarda olduğunu deyərək ünvanı başa salmış və görüşməyi təklif etmişdir. Danışandan 30-40 dəqiqə sonra Bəxtiyar gəlmiş, o, sonuncunu qarşılamaq üçün çıxıb görüşmək istəyəndə Elnarə təklif etmişdir ki, dostun gəlibsə, nəyə görə çöldə görüşürsünüz, başa sal gəlsin evə, birlikdə oturaq söhbət edək. O da, Bəxtiyara ünvanı başa salmış, sonuncu Elnarəgilə gəlmiş və onlar evdə oturub nərd oynamış, sonra isə oradan çıxıb Şıxova balıq yeməyə getmişlər. Bundan sonra da bir-iki dəfə Novxanıya gedib çörək yemişlər. Sentyabrın 25-26-na qədər onun Elnarə ilə münasibətləri olmuş, sonra həmin münasibətlər kəsilmişdir. Daha sonra Elnarənin Bəxtiyarla münasibətləri yaranmışdır. Ondan sonra arada Bəxtiyarla danışmış, bayram vaxtı Şamaxıda görüşmüşlər. Həmin vaxt facebookdan söhbət düşmüş, Bəxtiyar demişdir ki, Elnarə onunla olan şəklini çəkib orada yerləşdirib, bunu da evdəkilər görmüş və problemlər yaranmışdır. Yanvar ayının 8-i ya 9-da o, yenidən Elnarə ilə danışmağa başlamış, ayın ortasında Elnarə ona Şamaxıya gəldiyini bildirərək görüşməyi təklif etmişdir. Onlar Diaqnostika mərkəzinin qarşısında görüşmüş, onun maşınında oturub bir az söhbət etmişlər. Səhəri gün onlar çaxır zavodunun yanında görüşmüş, Elnarə telefonunu çıxarıb şəkil göstərmiş və Bəxtiyarın yoldaşının şəkli olduğunu, facebookdan götürdüyünü bildirmişdir. Elnarə sonra bir qız şəkli göstərmiş, Bəxtiyarın şikəst qızının şəkli olduğunu, Bəxtiyarın bahalı duxulardan istifadə etdiyini, lakin uşağını müalicə etdirmədiyini söyləmişdir. Maşında Elnarə ilə danışanda, sonuncu ona demişdir ki, Bəxtiyar sənin haqqında söz çıxarır, amma özlərinin görüntüsü var. Həmin vaxt o, bunların nə söhbət olduğunu bilməmiş, ona görə də söhbətin üstünə getməmişdir. Bəxtiyarla ayın 25-də evində görüşəndə, Elnarə barədə söhbətləri olmuş, başqa vaxtlar onların arasında belə söhbətlər olmamışdır. O, Bəxtiyarla dost olmuş, onunla düşmənçiliyi olmamışdır. Bəxtiyarın özünü öldürəcəyini bilməmiş, əgər bilsə idi, elə bir şey edərdi ki, intihar etdiyi gün onun yanından ayrılmazdı. Məhkəmədə verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, o, əvvəllər Rusiyada yaşamış, təxminən 2011-2012-ci illərdə Azərbaycana gəlmişdir. Rusiyadan gələndən sonra burada heç bir işlə məşğul olmamış, əvvəllər xuliqanlıq cinayətinə görə məhkum olunmuş, sonra isə məhkəmə onun barəsində şərti cəza təyin etmişdir. Zərərçəkmiş şəxs1 ilə tanışlığı barədə göstərdi ki, onun telefonuna kimsə zəng etmiş, o da, həmin nömrəni görüb sms yazmış və beləcə Zümrüdlə tanış olmuşdur. Zümrüdün telefonuna ola bilər ki, öz şəklini də göndərmişdir. Zümrüd ona 1000 manatı borc kimi vermişdir. Belə ki, bir gün Zümrüd ona zəng edib harada olduğunu soruşanda, o, Bakıda olduğunu və problemi yarandığını, dostundan pul aldığını, onu verməli olduğunu, 2000 manatı düzəltdiyini, lakin 1000 manat çatmadığını demiş, həmin vaxt Zümrüd ona narahat olmamağı, 1000 manat ona pul verəcəyini söyləmişdir. Sonradan Zümrüd ona 1000 manatı vermiş, lakin imkanı olmadığı üçün həmin pulu Zümrüdə qaytara bilməmişdir. O, Zümrüdə hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs1 bildirdiyinə görə, o, Bəxtiyarı 2011-2012-ci illərdə Rusiyadan qayıdandan sonra tanımış, Elnarənin evində Bəxtiyarla görüşünə qədər onunla dəfələrlə görüşmüş və bir yerdə oturmuşlar. Sadiq Hüseynov onunla Bəxtiyarın ümumi dostu olmuş, hadisədən əvvəl onunla görüşmüşlər, lakin bir yerdə oturub çörək yeməmişlər. Sonuncu dəfə Bəxtiyarla əmisinin evində təxminən 10-12 dəqiqə bir yerdə olmuşlar, həmin vaxt Bəxtiyar Elnarənin onun ailəsi barədə danışdıqlarına görə əsəbi vəziyyətdə olmuşdur. 2018-ci ilin yanvar ayının 2-də Bəxtiyarla görüşəndə, sonuncu, Elnarəni boğmaq istədiyini, lakin bu zaman Elnarənin daha onunla işi olmayacağını və facebookdan şəkilləri sildiyini demişdir. Bəxtiyar intihar edəcəyi barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs1 suallara cavabında Zema adlı qadını 2014-cü ildə həbs olunmamışdan əvvəl tanıdığını, özünün barəsində xoşagəlməz sözlər deyilməsini yalnız istintaq zamanı bildiyini, həmin vaxta qədər nə onun, nə də Bəxtiyarın barəsində xoşagəlməz danışıqlar aparılması barədə bir şey eşitmədiyini, Bəxtiyardan heç vaxt pul tələb etmədiyini, Bəxtiyar Elnarənin ondan pul istəməsi barədə heç nə demədiyini, qəsəbəyə gedən yolda oturub söhbət edərkən Zərərçəkmiş şəxs3 barədə söz açıldığını, ondan sonra Elçinin maşını ilə Nazirin evinə getdiklərini, ondan narkotik almaq istədiklərini, Zərərçəkmiş şəxs3 Əzizin çağırdığını, lakin Nazir narkotik vasitə olmadığını dedikdən sonra onu maşına oturmağa təklif etdiklərini, əvvəlcə Nazirin maşına minmək istəmədiyini, lakin sonradan oturduğunu və onların “Bayraq meydanı” deyilən deyilən əraziyə gəldiklərini, həmin vaxt Zərərçəkmiş şəxs3 cibindən 2-3 büküm narkotik vasitə çıxarıb verdiyini, özünün Nazirə əgər narkotik varın idisə, niyə onları aldatdığını irad tutaraq Nazirə bir-iki yumruq vurduğunu, ondan sonra Elçinin də Naziri vurduğunu, sonra Nazirin üst-başının qan içində olduğunu gördüklərini, Elçin evdən paltar gətirib ona verdiyini, əynini dəyişəndən sonra maşınla gələndə onun yolda düşdüyünü, Elçinlə Əzizin isə Naziri aparıb yaşadığı evin yaxınlığında qoyduqlarını, Nazirin həyat yoldaşını məhkəməyə gələndə gördüyünü, əvvəllər həmin qadını heç vaxt görmədiyini və onu vurmadığını bildirdi. Təqsirləndirilən şəxs1 verilən suallara cavabında həmçinin bildirdi ki, onlar Zərərçəkmiş şəxs3 çağırmağa gedəndə o, maşının yanında durmuş, Naziri «Bayraq meydanı»nın yanına ondan nəşə alıb çəkmək üçün aparmışlar. Nazir rayonda nəşə satan adam kimi tanınmışdır. Onun özü, həmçinin onunla olan Elçin və Əziz Nazirdən pul tələb etməmişlər. Onu xx xxxxxxxx 2018-ci ildə Nazirin işinə görə saxlamışlar, o, tutulan vaxt mərhum Bəxtiyarın ölümü ilə bağlı istintaq getmişdir. Nazirin işinə görə tutulsa da, istintaq vaxtı ona Bəxtiyarın işi ilə bağlı suallar vermişlər, guya Bəxtiyarı öldürmə həddinə o, çatdırmışdır. Nazirin işinə görə müstəntiqin otağına gedəndə, prokurolrluğun müstəntiqi Anar da həmin otaqda olmuşdur. Onun Elnarə ilə münasibəti barədə Bəxtiyar özü Elnarə ilə tanış olana qədər bilməmişdir. Elnarə ilə onun Bəxtiyarı şantaj etməyi barədə heç vaxt söhbəti olmamışdır. İstintaq zamanı onu Zema ilə üzləşdirməyi xahiş etsə də, istintaqda bunu etməmişlər. Martın 23-də Bəxtiyarla görüşəndə ancaq ikisi olmuş, Bəxtiyarla heç kim razborka aparmamış, kimsə ondan pul tələb etməmişdir. “Şamaxı» restoranında ümumiyyətlə 16 nəfərin bir yerdə oturacağı otaq yoxdur, eləcə də martın 22-25-i ərəfəsində onlar 10-20 nəfər bir yerə yığışmamışlar. Sadiq martın 22-də Rusiyada olmuş, həmçinin Əziz də həmin vaxt Azərbaycanda olmamışdır. Martın 25-də Bəxtiyarla görüşəndə kiminsə ondan pul tələb etməsi barədə bir şey deməmişdir. Bəxtiyarın ölüm xəbərini o, martın 27-də səhər bilmiş, Bəxtiyarın qəbrinin şəklini çəkməmişdir. Həmçinin Zümrüdün çılpaq şəkilləri onda olmamış, Zümrüdə hədə-qorxu gəlməmişdir. Avqust ayından sonra da noyabr ayına qədər Zümrüdlə onun əlaqəsi olmuşdur. Təqsirləndirilən şəxs1 suallara cavabında onu da göstərdi ki, Bəxtiyar Gəncədən olan evli bir xanımla münasibəti olması, həmin xanımın Xətaidə yaşaması barədə ona bildirmiş, həmçinin Bəxtiyar ona demişdir ki, həmin xanımın həyat yoldaşı, ya da qaynatası Bəxtiyardan Baş Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə onun barəsində şikayət etmişdir. Sonradan Bəxtiyar ona bildirmişdir ki, həmin işlə əlaqədar 5000 manat pul vermiş və söhbəti bağlamışdır. Bəxtiyar Şamaxıya gələndə bu söhbəti evdəkilərin biləcəyinə görə çox gərgin olmuşdur. Bəxtiyar Elnarənin onun ailəsi barədə orada-burada danışdığını da demişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq edildi. xx xxxxxx 2018-ci il tarixli şahid qismində nümayəndəsi-vəkilin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 2012-ci ilin iyun ayında Şamaxı rayonuna gəldikdən sonra Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, Bəxtiyarın atasını qiyabi tanımış, heç bir əlaqəsi və münasibəti olmamış, Bəxtiyarın digər qohumlarını isə tanımamışdır. Bəxtiyarın özünün deməsindən bilmişdir ki, Bakı şəhərində tikinti işləri ilə məşğul olur. Bəxtiyarın maddi imkanı həmişə yaxşı olmuş, narkotik vasitə olan marixuana istifadə etməklə dəfələrlə birlikdə narkotik vasitə olan marixuana çəkmişlər. «Eka» ləqəbli Təqsirləndirilən şəxs2 2017-ci ilin avqust ayının əvvəlindən tanımış, belə ki, 2017-ci ilin avqust ayının əvvəlində Şamaxı şəhərində küçədə dayanan zaman qadının idarə etdiyi qara rəngli **-UD-*** dövlət nömrə nişanlı «BMW» markalı avtomobilin işfıqforun qırmızı işığında dayanmadan keçib getdiyini görmüş, maraqlandıqda avtomobili idarə edən qadının adının Elnarə olduğunu, Şamaxılı olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəni öyrənərək istifadəsində olan üzərinə Rusiya mobil operatoruna aid +7 926 994-56-56 nömrəni qoşub işlətdiyi «İphone5» markalı mobil telefonu ilə «WhatsApp» proqramı vasitəsilə Elnarənin istifadəsində olan ***-***-**-** mobil nömrəyə mesaj yazaraq tanış olmaq istədiyini bildirmişdir. Elnarə onun təklifini qəbul elərək telefonla danışmağa başlamış, Elnarənin danışığından ondan əxlaqlı qadın olmadığını düşünmüş, ona subay olduğunu, heç vaxt kiminləsə ailə qurmadığını bildirsə də, sonradan Elnarənin yüngül həyat tərzi keçirən qadın olduğunu öyrənmişdir. Elnarə ilə ilk görüşü xx xxxxxx 2017-ci il tarixdə olmuş, xx xxxxxxxx 2017-ci il tarixədək Elnarə ilə birlikdə olmuş, bu müddət ərzində Elnarə ilə sonuncunun yaşadığı Bakı şəhəri, Tbilisi prospektində, Neptun marketin arxa tərəfində yerləşən binanın 11-ci mərtəbəsindəki evində, eləcə də ailə üzvlərinə məxsus olmaqla Bakı şəhərində «20 yanvar» metrosunun yaxınlığında yerləşən ünvanını bilmədiyi evdə görüşmüşlər, həmin görüşlərdə cinsi əlaqədə olmuşlar. Elnarə ilə cinsi əlaqədə olarkən bu proses heç vaxt istər onun, istərsə də Elnarə tərəfindən videokamera vasitəsilə qeydə alınmamış, Elnarəni həqiqətən də sevmiş, bir yer yerdə yaşayacaqları ilə bağlı planlar qurmuşlar. Elnarəyə öz adını Ruslan deyə bildirmiş, belə ki, hələ uşaq yaşlarından ona hamı «Ruslan» və ya «Mosu» deyə müraciət etmişdir. Əslən gürcüstanlı olan Zema ləqəbli Zenfira Kulieva ilə həbs olunduğu tarixdən təxminən 1 həftə əvvəl tanış olmuş, belə ki, hansısa tanışına zəng edərkən səhvən Zema adlı qadının hal-hazırda da istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə düşmüş və bundan sonra münasibəti yaranmışdır. Zema Bakı şəhərində metronun «20 Yanvar» stansiyasının yaxınlığında yerləşən idman mərc oyunlarının keçirildiyi «Topaz» salonunu işlətmiş, Bakı şəhərində, «Qoşa zapravka» deyilən ərazinin yaxınlığında yerləşən «Tərgül Ticarət Mərkəzi»nin yanındakı 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində tək yaşamış, **-RE-*** dövlət nömrə nişanlı «Mercedes Gelenvagen» markalı avtomaşını olmuşdur. Onun təxminən 1 il ərzində Zema adlı qadınla münasibəti olmuş, Şüvəlan qəsəbəsində yerləşən istintaq təcridxanasında həbsdə olduğu müddətdə Zema tez-tez onu ziyarət etməyə gəlmişdir. Elnarə Əzizadə ilə tanış olduqdan sonra Zema ilə əlaqəni kəsmiş, Zema ilə dəfələrlə cinsi əlaqədə olsa da, heç vaxt onun cinsiyyət orqanını öpməmiş və yalamamışdır. Zema ilə cinsi əlaqədə olarkən bu proses istər onun, istərsə də Zemanın özü tərəfindən videokamera və ya digər texniki qurğular vasitəsilə qeydə alınmamışdır. Bəxtiyar Zemanı tanımış və onun münasibəti olmasını bilmişdir. Bəxtiyarla Zemanın şəxsi tanışlıqları və əlaqələri olmamışdır. xx xxxxxx 2017-ci il tarixdə Elnarənin təklifi ilə Bakı şəhərinə, sonuncunun yaşadığı evə getmiş və 4 gün ərzində birlikdə olmuşlar. Elnarənin evində qaldığı günlərin birində Bəxtiyar ona zəng edib «Eşitmişəm 3-4 gündür Bakıdasan, zəng-zad eləmirsən, hardasan yerini de gəlim görüşək» dedikdə, Bəxtiyara olduğu yerin ünvanını demiş və bildirmişdir ki, «binanın qabağına çatanda zəng elə aşağı düşüm görüşək». Sonra Elnarəyə zəng edən şəxsin dostu Hacı Bəxtiyar olduğunu, görüşmək üçün aşağı düşəcəyini dedikdə, Elnarə demişdir ki, «Gələn adam dostundursa, niyə aşağıda görüşürsünüz, çağır gəlsin evə, burada görüşün». Bəxtiyara zəng edib evin ünvanını izah etmiş, bundan təxminən 40 dəqiqə və ya 1 saat sonra Bəxtiyar özü tək Elnarənin yaşadığı mənzilə gəlmiş, oturub söhbət edib nərd oynamışlar. Bəxtiyar Elnarənin mənzilinə gələrkən günortadan sonra saat təxminən 16-17 radələri olmuş, Bəxtiyar onlara gedib Bakı şəhərində gəzməyi təklif etmiş, üçü birlikdə Elnarənin yaşadığı binanın həyətinə düşüb Bəxtiyarın idarə etdiyi ağ rəngli «X93» markalı **-KC-*** dövlət nömrə nişanlı avtomaşına əyləşib Şıxov çimərliyi istiqamətində getmişlər və orada yerləşən adını xatırlamadığı restoranın həyətində oturub yemək yemişlər. Sonra Bəxtiyar onu və Elnarəni sonuncunun evinə düşürüb çıxıb getmişdir. Restoranda oturduqları müddətdə ümumi mövzularda danışmışlar, 1 saat yarım oturmuşlar,nə barədə danışdıqlarını xatırlamamışdır. Hətta orada Elnarənin telefonu ilə çoxlu şəkillər də çəkdirmişlər, bu görüşdən sonra Bəxtiyarın təklifi ilə o, Elnarə və Bəxtiyar 2-3 dəfə Novxanı qəsəbəsində yerləşən restoranlardan birində oturub yemək yemişlər. Bəxtiyarın Elnarənin istifadəsində olan mobil nömrəsini həmin görüşlərin hansında götürdüyü yadında olmasa da, nömrəni necə götürmə anı yadında olmuş, belə ki, söhbət zamanı Elnarə Bəxtiyardan üzündəki qara nöqtə formalı sızanaqları nə səbəbə təmizlətdirmədiyini soruşmuş və demişdir ki, «Mənim bir tanış həkimim var, zəng edərsən mənə, sizi görüşdürərəm, üzündəki sızanaqları təmizləyər». Bəxtiyar Elnarənin telefon nömrəsini götürmüşdür ki, sonra ona zəng edib həmin həkimin nömrəsini alsın. Bundan bir müddət sonra Elnarənin ona qarşı münasibəti soyumağa başlamış, sentyabrın son 10 günlüyündə Bəxtiyarla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Kafe Park» adlı restoranda görüşmüşlər. Bəxtiyarın deməsindən Elnarənin Gürcüstanda olduğunu bilsə də, Gürcüstana nə səbəbə getdiyini bilməmişdir. Bəxtiyarla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Kafe Park» adlı restoranda görüşlərindən 1 və ya 2 gün əvvəl Zema adlı qadının evində olduğu vaxt Elnarə ilə küsülü olduğu üçün Zemanın istifadəsində olan ***-***-**-** mobil nömrədən Elnarənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng etsə də, telefona zəng çatmamışdır. Söhbət zamanı Bəxtiyar ona həmçinin demişdir ki, «Elnarə Gürcüstana getməmişdən əvvəl onun özü ilə gələn bir qadınla birlikdə dəniz kənarında oturub yemək yedik». X79 və onun yanında olan tanımadığı qadınla birlikdə çəkilmiş fotoşəkilləri ona göstərmişdir. Sentyabr ayının sonları dəqiq tarixini xatırlamadığı gün səhər saat 9-10 radələrində Elnarə ona zəng edib telefonu konfransa qoşmuş, Elnarə bir tərəfdə onunla, digər tərəfdə isə Zema ilə danışmışdır. Danışıq zamanı Elnarə ondan Zemanı, yoxsa onu çox istədiyini soruşduqda, cavab olaraq «Zemanı deyil, səni istəyirəm» demiş, Zema başqa bir söz deməyib zəngi sonlandırmışdır. Daha sonra Elnarə ondan Zemanın yanında olub-olmadığını soruşmuş, Elnarəyə «sən Gürcüstanda olanda 2 gün Zemanın evində qalmışam və onun telefonundan sənə zəng etmişəm» demiş, bundan başqa, Elnarə ilə arasında heç bir danışıq olmamış, Elnarə onunla telefonla danışan zaman Bəxtiyar yanında olmuşdur. Belə ki, Elnarədən əvvəl Bəxtiyarla telefonla danışanda ona «Elnarə Gürcüstandan gəlib, onu qarşılayıb aparmışam Novxanıya yemək yeməyə» demişdir. Həmin gün Şamaxı rayonunda olmuş və saat 12-13 radələrində Bakı şəhərinə Elnarənin yaşadığı mənzilə getmiş, cinsi əlaqədə olduqdan sonra çıxıb Şamaxı rayonuna qayıtmış, həmin görüş zamanı Zema və ya Bəxtiyarla bağlı Elnarə ilə onun arasında heç bir danışıq olmamışdır. Bu görüşdən sonra Elnarə ilə bir də 2017-ci ilin dekabr ayının sonuna qədər görüşməmişdir. 2017-ci ilin oktyabr ayının əvvəli dəqiq tarixini xatırlamadığı gün Şamaxı rayonunda tanışlarından Bəxtiyarın avtomobil qəzasına düşdüyünü, xəsarət aldığını və hazırda Bakı şəhərində «Semaşko» adlı xəstəxanada müalicə olunduğunu eşitmişdir. Bəxtiyarla ortaq dostu olan X40 ilə birlikdə Şamaxı şəhərində görüşüb taksi ilə Bakı şəhərinə Bəxtiyarın müalicə olunduğu xəstəxanaya gəlmişlər. Xəstəxananın qarşısında Elnarənin idarə etdiyi «BMW» markalı avtomobili görmüşlər, Elnarə həmin vaxt avtomobilin içərisində olmuş, Sadiqlə xəstəxanaya daxil olan zaman Elnarə avtomobilini sürüb getmiş, Sadiqlə birlikdə Bəxtiyarı ziyarət etmişlər. Söhbət zamanı Bəxtiyar sərnişin olduğu taksinin yolun kənarında dayanan «Kamaz» markalı avtomaşınla toqquşduğu üçün xəsarət aldığını bildirmiş, Sadiqlə bir az xəstəxanada oturub sonra çıxıb getmişlər. Bəxtiyarla həmin vaxt onun arasında başqa hər hansı söhbət olmamış, mübahisə və ya dava etməmişlər. Bundan sonra Bəxtiyarın yanına xəstəxanaya getməmiş, çünki, başa düşmüşdür ki, artıq Elnarə Bəxtiyarla birlikdədir və Elnarə ilə bir daha rastlaşmamaq üçün xəstəxanaya Bəxtiyarın yanına getməmişdir. Bəxtiyarla ancaq mobil telefonla danışıb hal-əhval tutmuşdur. 2017-ci ilin dekabr ayının sonları, yeni il ərəfəsi Bəxtiyar Şamaxı şəhərinə gəlmiş, Şamaxı şəhərində onun yaşadığı məhəllədə görüşmüşlər, avtomobildə bir qədər Şamaxı şəhərində gəzib söhbət etmişlər. Söhbət zamanı Bəxtiyar danışmışdır ki, «Elnarə facebookda mənim adıma səhifə açıb, onunla birlikdə olan şəkillərimi paylaşıb, mənim adımdan qohumlarımın səhifəsinə girib, bunu bildim evinə gedib prostina ilə Elnarəni boğdum, dedi ki, qələt eləmişəm, hamısını siləcəm, yalvardığına görə onu buraxdım, yoxsa öldürəcəkdim, onunla əlaqəmi tamamilə kəsmişəm». Bundan başqa, aralarında danışıq olmamış, daha sonra Bəxtiyar onu evinə düşürüb çıxıb getmişlər. Elnarənin Bəxtiyarla münasibət və əlaqələrinin kəsildiyini öyrəndikdən sonra yenidən Elnarəyə zəng edib onunla barışmış və yenidən Elnarə ilə telefonla danışmağa başlamışdır. 2018-ci ilin yanvar ayının ortaları Elnarə Bakıdan Şamaxı şəhərinə gəldikdə axşam vaxtı Elnarə ilə sonuncunun idarə etdiyi avtomobildə Şamaxı rayonunda yerləşən «Diaqnostika Mərkəzi»nin qarşısında görüşmüşlər. Həmin görüş zamanı Elnarə onun üçün darıxdığını, yenidən onunla görüşmək istədiyini bildirmiş, həmin vaxt Bəxtiyarla bağlı aralarında heç bir danışıq olmamışdır. Növbəti gün Elnarə Bakı şəhərinə qayıtdıqda Şamaxı rayoununda, Şamaxı-Bakı avtomobil yolunun sağ tərəfində yerləşən Çaxır zavodunun qarşısında görüşmüşlər, bu dəfə də görüşləri Elnarənin avtomobilində olmuşdur. Söhbət zamanı Elnarə ona demişdir ki, «Balam, camaat sənin adına söz çıxardıb, özlərinin videosu var». Camaatın onun barəsində nə söz çıxartdığını soruşduqda, Elnarə demişdir ki, «Sənin Zemanın göbəyini öpməyin barədə Zemanın səs yazısını yas yerində kimsə sənə qulaq asdırıb, sən də utanıb qızarmısan və çıxıb getmisən». Elnarəyə heç vaxt belə bir hadisə olmadığını, Zemanın göbəyini öpmədiyini və yas yerində də ona Zemanın belə bir danışığını heç kəsin qulaq asdırmadığını demişdir. Sonra Elnarə ona öz telefonunda təxminən 9-10 yaşında qız uşağının fotoşəkilini göstərib demişdir ki, «Bu uşaq Bəxtiyarın qızıdır, onun çənəsi xəstədir, raxitdir, Bəxtiyar 600-700 manatlıq ətir işlətdiyinə gedib uşağını müalicə etdirsin». Bəxtiyarın uşağını heç vaxt görməmiş və həqiqətən də Elnarənin göstərdiyi şəkildəki uşağın Bəxtiyarın qızı olub-olmadığını bilməmiş, sonra Elnarə telefonunda 1 nəfər kök bədən quruluşlu qadın şəkli göstərib demişdir ki, «Bu Bəxtiyarın arvadının şəkilidir, «Facebook»dan götürmüşəm». Elnarəyə bildirmişdir ki, kiminsə ailəsi haqqında danışmasın. Elnarə ilə aralarında başqa heç bir söhbət olmamış, qucaqlaşaraq sağollaşıb ayrılmışlar. Elnarə Bakı şəhərinə getmiş, Şamaxı şəhərinə yaşadığı evə gəlməmişdir. Bundan sonra heç vaxt Elnarə ilə görüşü olmamış, ancaq telefonla danışmışdır. 2018-ci ilin yanvar ayının sonlarında telefon danışığı zamanı Elnarə ona «Mənimlə evlənəcəksən, məni özünə arvad edəcəksən» sualını verdikdə, cavab olaraq «fahişədən mənə arvad olmaz» deyib telefonu söndürmüşdür. Elnarə ona mesaj yazmışdır ki, «Qəhbəliyin nə olduğunu mən sənə göstərəcəm», cavabında Elnarəyə «Əlindən gələni ardına qoyma» demişdir. Bu danışıqdan sonra Elnarəyə bir neçə dəfə mesaj yazıb zəng etsə də, cavab verməmişdir. Bəxtiyarla isə onun münasibəti davam etmiş, tez-tez görüşmüşlər, lakin heç vaxt aralarında mübahisə və ya narazılıq olmamışdır. Bəxtiyardan onun Zemanın cinsiyyət orqanını öpməyi barədə səs yazısını eşitməsi və ya bu barədə onda səs yazısının olması barədə soruşmamışdır. xx xxxx 2018-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə dostu Sadiqin tanışı olan adı yadında qalmayan şəxsə baş çəkmək üçün «Semaşko» xəstəxanasına getmişlər, bu vaxt Bəxtiyar da oraya gəlmiş və görüşüb birlikdə xəstəxananın həyətinə düşmüşlər. Orada bir az söhbət etdikdən sonra Sadiq Şamaxı rayonuna qayıtmış, Bəxtiyar isə öz yaşadığı evə getmişdir. xx xxxx 2018-ci il tarixdə dostu Sadiqi Moskva şəhərinə yola salmaq üçün taksi ilə Bakı şəhərinə aeroprota gətirmiş, yola salıb Şamaxı rayonuna qayıdanda Bəxtiyar zəng edib harada olduğunu soruşmuş, Şamaxıya gəldiyini dedikdə konkret olaraq harada olduğunu soruşanda Mərəzə postunu keçdiyini bildirmişdir. Bəxtiyar həmçinin demişdir ki, «mən də Bakıya gedirəm, Mərəzə postuna yaxınlaşmağa az qalıb». «Qobuland»in qabağında görüşmüşlər, Bəxtiyar söhbət zamanı Bakıya getdiyini, sabahdan Şamaxıya gəlib burada qaz xətti çəkəcəyini demiş, sağollaşıb ayrılmışlar. xx xxxx 2018-ci il tarixdə günorta Bəxtiyara «WhatsApp» proqramı vasitəsilə mesaj yazıb harada olduğunu soruşmuş, Bəxtiyar ona Ovculu kəndində işdə olduğunu demiş, Bəxtiyara «sənə yemək alım gətirimmi» dedikdə, sonuncu «İşdən 6-7 arası çıxacam, gələrəm gedib oturub birlikdə yemək yeyərik» demişdir. Həmin tarixdə axşam saat 6-7 radələrində Bəxtiyar Şamaxı şəhərində yerləşən Universamın qarşısına gəlib onu götürərək «Şamaxı» restoranına getmişlər, orada kabinetlərin birində oturub yemək yemişlər, başqa heç kim olmamış, söhbətləri ümumi mövzuda olmuş, Elnarə ilə bağlı aralarında heç bir söhbət olmamış, restorandan çıxıb Bəxtiyarın avtomobilinə əyləşən zaman Bəxtiyarı əmisi Tağı görüb yanına çağırmışdır. Bəxtiyar ona «Radara düşdüm, otur gəlirəm» deyib əmisi ilə öpüşüb görüşüb geri qayıtmışdır. Sonra Bəxtiyarın idarə etdiyi avtomobillə Şamaxı rayonu ərazisində gəzmişlər, Bəxtiyar onu öz evinin yaxınlığında düşürüb Nüydü kəndinə gedəcəyini demişdir. xx xxxx 2018-ci il tarixdə axşam saat 18-19 radələrində Bəxtiyarla «WhatsApp» proqramı vasitəsilə danışmışlar, Bəxtiyar gəlib onu götürmüş, əvvəlcə İsmayıllı rayonu istiqamətində bir qədər irəlilədikdən sonra dönüb Ağsu rayonu istiqamətində getmişlər, daha sonra isə geri Şamaxı rayonuna qayıtmışlar. Şamaxıya çatanda Bəxtiyar «demişdilər Sahibin oğlunun telefonuna kontur yüklə, yadımdan çıxıb yükləməmişəm» demiş, əvvəlcə «VİP» adlı marketə getmişlər, orada «VİP» adlı marketə daxil olmuş, lakin ödəmə terminalı işləmədiyi üçün geri qayıtmışdır. Sonra oradan çıxıb «Azpetrol» yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən «Fayton» adlı marketə getmişlər, maşından düşüb Bəxtiyarın dediyi ***-***-**-** mobil nömrəyə 5 manat kontur yükləmiş və qəbzini Bəxtiyarın maşınına qoymuş, Bəxtiyar 5 manat pulu ona verməmiş, özü də istəməmişdir. Belə ki, cəzaçəkmə müəssisəsində cəza çəkərkən Bəxtiyar dəfələrlə ona baş çəkmək üçün gəlmiş, ona ərzaq və lazım olan əşyalar alıb gətirmişdir deyə, ondan pul istəməmişdir. Sonra Bəxtiyar onu yaşadığı məhəlləyə düşürüb Nüydü kəndinə gedəcəyini demiş, birlikdə olduqları müddət ərzində Bəxtiyarla onun arasında Elnarə ilə bağlı heç bir söhbət olmamışdır. xx xxxx 2018-ci il tarixdə taksi sürücüsü Elsevər adlı şəxslə Bakı şəhərinə satışa çıxarılmış «VAZ 2106» markalı avtomobilə baxmaq üçün getmişlər, avtomobilə baxdıqdan sonra saat 19-20 radələrində Bəxtiyar ona zəng vurub harada olduğunu soruşduqda, Bakı şəhərində olduğunu demiş, Bəxtiyar ona «Mən Şamaxıya gəlmişəm sən çıxıb Bakıya getmisən» dedikdə qayıtdığını bildirmişdir. Bəxtiyar əvvəlcə onunla deyib gülə-gülə danışsa da, sonra ona «Şamaxıya gələndə mənə xəbər elə mütləq görüşək, mənim başım xarab olub» demiş, səbəbini soruşduqda Bəxtiyar «Gələndə görüşüb danışarıq» deyə bildirmişdir. Bəxtiyardan harada olacağını soruşduqda demişdir ki, «Şamaxıda Barat əmimin evində qalıram, gələrsən ora görüşərik». Həmin gün saat 22 radələrində Şamaxıya çatmış və Bəxtiyara zəng edib bu barədə bildirmiş, ünvanı soruşduqda Bəxtiyar demişdir ki, «Barat əmimin evi «Azər» şadlıq evindən bir küçə aşağıda, xalangilin küçəsində yerləşir, gəl mənim maşınımı görəcəksən». Şamaxı rayonuna qayıdarkən taksi sürücüsü Elsevər yorğun olduğundan onun idarə etdiyi «VAZ 2107» markalı qara rəngli, dövlət nömrə nişanı yadında qalmayan avtomobili o, idarə etmiş, Bəxtiyarın dediyi yerə gəlib idarə etdiyi avtomobili onun avtomobilinin arxasında saxlayıb Bəxtiyara 2 dəfə zəng etmiş, növbəti zənginə cavab verərkən Bəxtiyar darvazadan küçəyə çıxmış, Bəxtiyarla görüşmüş və onu evə dəvət etmişdir. Küçədə aralarında başqa heç bir danışıq olmamış, evdə 1 nəfər tanımadığı təxminən 15-16 yaşlı oğlan uşağı onunla görüşərək 2-ci mərtəbəyə qalxmışdır. Bəxtiyar ona«Sahibin oğludur, dərs oxumaq üçün yuxarı mərtəbəyə qalxdı» demiş, Bəxtiyarın dəvəti ilə televizor olan otağa daxil olmuş, Bəxtiyar çox əsəbi vəziyyətdə olduğu üçün nə baş verdiyini soruşmuşdur. Bəxtiyar ona «Qaqaş, Elnarə mənim ailəm haqqında orada burada ağzına gələni danışır, vurub bu qəhbəni öldürəcəm» demiş, Bəxtiyara «sən səbirli ol, onun danışığına inananlar elə onun öz tayları olar, 2 balan var, səbirli ol, o qəhbəyə görə dəyməz» demiş, Bəxtiyar da ona «Hə qaqaş, düz deyirsən, qəhbəni öldürməyə dəyməz» demişdir. Bəxtiyar Elnarənin onun ailəsi barədə kimin yanında və nə danışdığını deməmiş və özü də ondan bu barədə soruşmamışdır. Sonra o, otaqdakı termonun üzərindəki meyvə qabından portağal götürüb əli ilə soymuş, bir hissəsini Bəxtiyarın qarşısına qoysa da, yeməmiş, Bəxtiyar onunla danışdıqdan sonra hirsi soyuduğu üçün sonuncuya «çöldə məni gözləyən var getməliyəm» demişdir. Sonra Bəxtiyara «mən çıxım gəl qapını bağla» dedikdə, Bəxtiyar baxdığı «Survivor» verlişi reklam fasiləsinə çıxanda bağlayacağını demiş, Bəxtiyar ona «sabah işdən qayıdanda zəngləşib görüşərik» demiş və aralarında başqa danışıq olmamışdır. Evdə olduğu müddət ərzində Bəxtiyarla arasında mübahisə və ya dava-dalaş olmamışdır. X55 hərəkətlərinə hirsləndiyi üçün sonuncunun ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Bundan sonra Bəxtiyarla heç bir əlaqəsi olmamış, xx xxxx 2018-ci il tarixdə Bəxtiyarla telefon danışığı olmamışdır. xx xxxx 2018-ci il tarixdə saat 09:03-də Bakı şəhərində yaşayan Asif adlı Şamaxılı ona zəng edib Bəxtiyarın öldüyünü bildirmiş, inanmayaraq dərhal Bəxtiyarın bibisi oğlu Sahibə zəng etmiş, sonra Asif Şamaxı rayonuna gəlmiş və birlikdə Nüydü kəndlinə gedib Bəxtiyarın yas mərasimində iştirak etmişlər. xx xxxxx 2018-ci il tarixdə Şamaxı rayon prokurorluğunda Təqsirləndirilən şəxs2 ilə aralarında üzləşmə keçirilən zaman hazırda ifadəsində göstərdiklərini olduğu kimi Elnarənin üzünə qarşı demiş, xx xxxxx 2018-ci il tarixdə Zema adlı qadın «WhatsApp» proqramı vasitəsilə qardaşı Vidadinin telefonuna səsli mesaj göndərmiş, həmin səsli mesaj Zemanın özü tərəfindən qeydə alınmışdır. Zema həmin danışığında Elnarənin ona «Gəl birləşək Mosunun torbasını tikib onu ilişdirək» deyə bildirmiş, Zema isə ona cavabında «Mən belə işlə məşğul deyiləm, get işinlə məşğul ol» demişdir. 2018-ci ilin fevral ayı istifadəsində olan mobil nömrəsinə 055-211-lə başlayan sonrakı rəqəmləri yadında qalmayan mobil nömrədən zəng daxil olmuş, zəng edən şəxs özünü Vüsalə kimi təqdim edib ondan xoşu gəldiyini və onunla tanış olmaq istədiyini bildirmişdir. Vüsalənin kim olduğunu bilməmiş, sonradan ona «uşaq dalınca bağçaya gedirəm, görmək istəyirsənsə gəl məni gör» dediyi üçün Şamaxı şəhərində yerləşən 5 nömrəli məktəbin yuxarı tərəfində yerləşən uşaq bağçasına gedib orada Vüsaləni görmüş, Vüsaləni görəndə Elnarənin bacısı olduğunu bilmişdir. Vüsalə ilə telefonla danışmış, sonuncu ona onu sevdiyini bildirmiş və nə vaxt evlənəcəyini soruşmuş, Elnarədən ötrü darıxdığı üçün bir dəfə Vüsalədən Elnarənin şəklini istəmiş və sonuncu Elnarənin və özünün bacısı uşağının toy mərasimində çəkilmiş şəkillərini ona göndərmişdir. Hətta bir dəfə X4 dedikdə inanmamış, Vüsalə pəncərədən Elnarənin avtomobilinin fotoşəkilini çəkib ona «WhatsApp» proqrammı vasitəsilə göndərmişdir. Vüsalə ilə onun danışmağını nə Bəxtiyar, nə də ki, Elnarə bilməmiş, Elnarənin Şamaxıya nə vaxt gəlib-getdiyini Vüsalə telefonla danışanda özü ona demişdir. Elnarə ilə onun münasibəti olduğunu Vüsalə bilməmiş, Vüsalə ilə 2018-ci ilin mart ayının 20 və ya 21-dək danışmış, heç vaxt görüşməmiş, Bəxtiyarın ölümündən sonra Elnarə və bacısı Vüsalə ilə hər hansı bir telefon danışığı, görüşü və əlaqəsi olmamışdır(cild 5, iş vərəqi 176-185). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəlcə həmin vaxt «Ruslan» kimi tanıdığı Təqsirləndirilən şəxs1, sonradan isə Hacı Bəxtiyar kimi tanıdığı mərhum Zərərçəkmiş şəxs2 tanımışdır. 2017-ci ilin avqust ayının əvvəlində onun mobil telefonuna «WhatsaApp» proqramı ilə mesaj daxil olmuş, həmin nömrənin istifadəçisi adının Ruslan olduğunu, Moskva şəhərində yaşadığını və işlədiyini bildirib onunla tanış olmaq istədiyini demişdir. Ruslandan faktiki olduğu yeri çəkib internet vasitəsilə ona göndərməsini istəsə də, sonuncu göndərməmiş, belə olduqda həmin şəxsin onu aldatdığını və yalan danışdığını başa düşmüş, nömrəsini qara siyahıya salmışdır. İki-üç gün sonra mobil telefonuna zəng daxil olmuş, danışan şəxs Ruslan olduğunu, Şamaxı şəhərində yaşadığını, onunla bağlı fikrinin ciddi olduğunu və onunla evlənmək istədiyini bildirmişdir. Bundan sonra onların münasibəti yaranmışdır. Təxminən 1 həftə sonra adının Dünyamalı olduğunu sonradan bildiyi Ruslan kimi özünü təqdim edən şəxsi xahişinə əsasən idarə etdiyi maşınla Bakı şəhərinə gətirmiş, yükü çox olduğu üçün Dünyamalı çantaları yaşadığı mənzilə daşımağa köməklik etmişdir. Sonra onu çay içmək üçün yaşadığı evə dəvət etmiş, evdə olarkən X50 adlı dostu zəng etmiş və onun evində olduğunu demişdir. Bəxtiyar Dünyamalıya nahar vaxtı olduğunu bildirərək, onları restorana dəvət etmişdir. Danışıq zamanı X14 yaşadığı evin yerləşdiyi ünvanı izah etmiş, bu danışıqdan təximinən 15 dəqiqə sonra Hacı Bəxtiyar özü tək onun yaşadığı evə gəlmişdir. Onlar birlikdə çay içmiş və Bəxtiyarın idarə etdiyi avtomaşınla Novxanı qəsəbəsində dəniz kənarında yerləşən restoranlardan birinə getmişlər. Bəxtiyarın göz altı nahiyəsində qara sızanaqlar olmuş və bu barədə söhbət düşdükdə, Bəxtiyara tanıdığı kosmetoloq olduğunu və həmin sızanaqları təmizlədiyini demiş, Bəxtiyar onun mobil nömrəsini götürmüşdür ki, lazım olsa, zəng edib həmin kosmetoloqun işlədiyi yeri öyrənsin. Masadan qalxmışlar, Bəxtiyar onu yaşadığı evə düşürüb sonradan Mosu kimi müraciət etdikləri Dünyamalı ilə birlikdə çıxıb getmişlər. Onlar yemək yeyən ərəfədə Bəxtiyarın mobil telefonuna mütəmadi zənglər, mesajlar daxil olmuş və Bəxtiyar kənara çəkilib kiminləsə telefonla danışmışdır. Mosu nə baş verdiyini soruşanda Bəxtiyar danışanın Xətaidəki gəlin olduğunu, ondan əl çəkmədiyini, onu sevib qısqandığını və harada olduğunu soruşduğunu bildirərək, onu bezdirdiyini demişdir. Lakin o, həmin vaxt söhbətin mahiyyətini tam başa düşməmişdir. Həmin gün saat 17 radələrində Bəxtiyar onun mobil nömrəsinə zəng edib, Mosunu «Şamaxinka»ya düşürdüyünü bildirərək, Mosunun ona layiq adam olmadığını demişdir. Bundan başqa, Bəxtiyar bir zibilə düşdüyünü, Xətaidə tikintidə işləyərkən bir gəlinlə tanış olduğunu, onun adının Türkan olduğunu, evli olmaqla ərinin Gəncəli olduğunu, əri və qaynatası ilə birlikdə yaşadığını, gəlinin təklifi ilə onun evinə gedib Türkanla mütəmadi intim əlaqədə olduğunu, qadının da onu çox sevdiyini bildirmişdir. Bəxtiyar ona danışmışdır ki, günlərin bir günü əri Türkandan şübhələnmiş, evə hansısa cihaz quraşdırıb Bəxtiyarın onlara gəldiyini bilmiş və Türkanın onunla əlaqə saxladığı telefon nömrəsini tapdığını demişdir. O, Bəxtiyara «Hacı adamsan, kiminsə ailəsini dağıtmaq günahdır» dedikdə, Bəxtiyar «Subayam, bəs nə edim?» deyə soruşmuş, o isə, çoxlu subay qızlar olduğunu bildirmişdir. Bundan sonra Bəxtiyar onunla mütəmadi telefon əlaqəsi saxlamış, bir neçə gün sonra Bəxtiyar ona zəng edib Türkanın baldızının onu banditizmə saldıracağı ilə hədələdiyini söyləmişdir. 2017-ci ilin avqust ayında bir gün Bəxtiyar ona zəng edib Banditizm idarəsinə çağırıldığını, oraya getməyə qorxduğunu bildirmiş, o isə, Bəxtiyara qorxmamağı, çağırıblarsa getmək lazım olduğunu demişdir. Həmin gün Bəxtiyar Banditizm idarəsinə gedib çıxandan sonra ona zəng edib məsələnin həll olunduğunu, onun buraxıldığını və artıq hər şeyin qaydasında olduğunu bildirmişdir. Təxminən 1 ay ərzində Bəxtiyarla onun telefon danışığı ancaq Türkan adlı qadınla bağlı olmuşdur. Bir gün axşam saat 18-19 radələrində Bəxtiyar həyəcanlı səslə ona zəng edib «Ölürəm, özünü çatdır» deyə bildirmiş, nə baş verdiyini soruşduqda, Bəxtiyar «Nasosnuya gəl, görəcəksən» demişdir. O, dərhal idarə etdiyi maşınla Nasosnu qəsəbəsinə getmiş və Bəxtiyarın da içərisində olduğu minik avtomobili ilə «Shacman» markalı yük avtomaşının toqquşduğunu görmüşdür. Bəxtiyar həmin avtomaşında sərnişin olmuş, avtomaşını kimin idarə etdiyini isə bilməmişdir. Bəxtiyar xəsarət aldığı üçün onu təcili tibbi yardım maşınına mindirmək istədikdə də, ona «Məni xəstəxanaya Elnarə aparacaq» demiş, özünə məxsus avtomaşınla Bəxtiyarı Bakı şəhərində yerləşən 1 saylı Kliniki xəstəxanaya aparmışdır. Onlar xəstəxanaya çatanda Bəxtiyarın qardaşı Elnur və dostu Pərvin orada olmuşlar. Bəxtiyarı reanimasiya şöbəsinə yerləşdirdikdən sonra həyətə düşərək səhərə qədər avtomobilində əyləşmiş, Bəxtiyarın qohumları xəstəxanaya gəldiyi üçün binaya daxil ola bilməmiş, lakin bununla belə, Pərvin ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq Bəxtiyarın səhhəti barədə maraqlanmışdır. Bundan sonra Bəxtiyar xəstəxanada olduğu müddətdə qohumları olmayan zamanlarda, əsasən də gecələr Bəxtiyarın istəyi ilə mütəmadi olaraq gəlib ona baş çəkmişdir. Bəxtiyarla günün çox vaxtı danışdıqlarından arvadı Sevda münasibətlərindən xəbər tutmuş, özünə məxsus mobil nömrə ilə “whatsapp” proqramı vasitəsilə ona “yoldaşımı haradan tanıyırsan, onunla yatmısanmı? Bəxtiyardan boşanacam” məzmunlu mesajlar yazmışdır. Bəxtiyarın ailəsinin dağılmaması üçün Sevdaya bir kəlmə olaraq “get ərindən soruş” yazmışdır. Təqsirləndirilən şəxs2 ifadəsinə görə, bundan sonra bir dəfə Bəxtiyarla yaşadığı evdə görüşmüş və ailəsini dağıtmamasını bildirərək ayrılmalarını təklif etmişdir. Bəxtiyar isə heç olmasa onunla dost kimi əlaqə saxlamağını xahiş etdiyi üçün razılaşmışdır. xx xxxx 2018-ci il tarixdə Bəxtiyar ona zəng vuraraq bayramını təbrik etmiş, sonralar isə çərşənbələrdə zəng etmişdir. Onun özü isə xx xxxxxx 2018-ci il tarixdən sonra Bəxtiyara heç vaxt zəng vurmamış, həmişə sonuncu ona zəng etmişdir. xx xxxx 2018-ci il tarixdə saat təxminən 18-19 radələrində bacısı və onun ailə üzləri ilə birlikdə Şamaxı şəhərində yerləşən bacısına məxsus evin qarşısında dayanan zaman yanından qara rəngli “Pickup” markalı maşın keçmişdir. Şamaxı rayon avtovağzalının yanında Bəxtiyar ona zəng edərək bayaq yanından keçən qara rəngli maşını özünün sürdüyünü bildirmiş, Bəxtiyara evə çatandan sonra danışmalarını demişdir. Bakı şəhərində yerləşən yaşadığı evə çatdıqdan sonra Bəxtiyara zəng vurmuş və söhbət etməyə başlamışlar. Bəxtiyardan Mosu ilə münasibətinin nə üçün pisləşdiyini soruşduqda, Bəxtiyar ona bildirmişdir ki, Mosunun Zemanın cinsiyət üzvünü öpməsi barədə olan səs yazısını dostuna göndərmiş, dostu da hansısa yas mərasimində həmin səs yazısını Ruslanın dostlarına qulaq asdırıb, ona görə də Ruslanın ona qarşı münasibəti pisləşmişdir. Bundan sonra Bəxtiyar ona belə həyatda yaşamaq istəmədiyini, Ruslanın onu biabır etdiyini demiş, Bəxtiyara bunlara fikir verməməyi, Ruslanla əlaqəni kəsməyi bildirmişdir. xx xxxx 2018-ci il tarixdə təxminən səhər saatlarında Bəxtiyar “Whatsapp” proqramı vasitəsilə ona qəbir .şəkli göndərərək özünü öldürmək istədiyini, belə həyatda yaşamaq istəmədiyini yazmış, səbəbini soruşmaq üçün ona “niyə?” yazaraq mesaj göndərmiş, ardınca cavab yazmağını gözləməyərək Bəxtiyara zəng vurmuşdur. Bəxtiyar telefonuna cavab verdikdə onun səsinin qəhərli olduğunu hiss etmiş, Bəxtiyar ona bildirmişdir ki, «Şamaxı rayonu Padarçöl adlanan ərazidə qaz çəkilişi ilə bağlı işləyir və bayaqdan ağlamağını saxlaya bilmədiyi üçün iş yoldaşlarının yanında biabır olacaq». Nə üçün ağladığını soruşduqda, Bəxtiyar ona demişdir ki, Ruslan gecə onun yaşadığı evə gəlmiş, həmin vaxt o, Ruslanla mübahisə etmiş, evə daxil olduqdan sonra hətta Ruslanı bıçaqla vuraraq öldürmək istəmişdir. Nəyə görə Ruslanı öldürmək istədiyini soruşanda ona demişdir ki, Ruslan onu biabır edir, belə yaşaya bilməz. Bəxtiyara «əgər Ruslan səni biabır edirsə Ruslanı öldür, özünü niyə öldürürsən» dedikdə, cavab olaraq Ruslanı öldürmək istədiyini, amma Ruslan ona həmin gecə dostlarının da Ruslanın Bəxtiyargilə getməsindən xəbərləri olduğunu, onların çox olduğunu demişdir. Bəxtiyara onu sevdiyini, ailəsinin, uşaqlarının olmasını deyib onu özünü öldürmək fikrindən daşındırmağa çalışmış, həmçinin Bəxtiyar onu da demişdir ki, Ruslan onu uşağın yanında da biabır etmişdir. Ondan uşağın kim olduğunu soruşduqda demişdir ki, bibisi oğlu Sahibin oğludur, «Araz» kurslarında hazırlıq məşğələlərinə getdiyi üçün onunla birlikdə Barat əmisinə məxsus evdə qalır. Bundan sonra gün ərzində Bəxtiyar özünün itlə çəkilmiş, restoranda Barat əmisinin ad günündə çəkilmiş, Novxanı kəndində tikdirdiyi evin şəklini göndərmişdir. Həmin gün təxminən saat 20 radələrində Bəxtiyar ona selofanın içində üzərinə 1.50 AZN yazılmış göy rəngli ipin şəklini göndərmiş, bundan sonra Bəxtiyar ona zəng vurmuşdur. O, bu şəklin nə olduğu soruşmuş, Bəxtiyar ona demişdir ki, əmisi Barat ona “laqonda” daşı almağı tapşırmış, o isə, “laqonda” daşı yox, bu ipi almışdır. İlk əvvəl Bəxtiyarın həmin ipi paltar asmaq üçün istifadə edəcəyini düşünmüş, Bəxtiyar isə həmin iplə paltar yox, özünü asacağını və belə həyatda yaşamaq istəmədiyini bildirmişdir. Zarafatca ona «paltar asmağa ipim yoxdur və həmin ipi mənə ver» demiş, bu vaxt Bəxtiyarın ağladığını hiss etmiş və başının xarab olduğunu, özünü niyə asmaq istədiyini soruşmuşdur. Ardınca müxtəlif söbhətlər edərək onu fikrindən yayındırmağa çalışmış, həmçinin ona 102 xidmətinə yığacağını və polislərin gəlib ona özünü asmağa mane olacaqlarını bildirmişdir. Bəxtiyar isə ona demişdir ki, “qohumlarım uzaq başı bir gün-iki gün yanımda olarlar, bütün günü yanımda olmayacaqlar ki, imkan düşən kimi özümü asacam”. Ardınca isə onunla zarafat etdiyini demişdir. Bundan sonra Bəxtiyar bildirmişdir ki, heç bir dostuna ailəsi haqqında danışmağa icazə vermədiyi halda Mosu gəlib onunla ailəsi haqqında danışaraq deyib ki, «sənin arvadıvın, anavın “facebook” profili var, yaxşı oğlanın anasının, arvadının “facebook”u olmaz». Bəxtiyarla söhbət edərək onu sakitləşdirmiş, sonra Bəxtiyara evə bazarlıq etməli olduğunu bildirmiş və evə gəldikdən sonra söhbətlərini davam etdirməyi təklif etmişdir. Bəxtiyar da ondan bu gününü ona ayırmağını xahiş etmiş və tez gedib-gəlməyini bildirmişdir. Bundan sonra evə bazarlıq etmək üçün marketə, sonra isə süd almaq üçün Hövsan kəndinə getmiş, yolda olarkən Bəxtiyar ona zəng vurub evə çatıb-çatmamağını soruşmuş, ona süd almaq üçün Hövsana da getdiyini və evə çatan kimi xəbər edəcəyini bildirmişdir. Evə çatandan sonra Bəxtiyarla danışmağa başlamış, danışan zaman yenə onu xətdə saxladaraq kiminləsə danışıb qurtardıqdan sonra ona demişdir ki, «zəng edən Tağı əmisi idi və ondan yemək yeyib-yeməməsini soruşub, yeməyibsə gəlib onlarda yeməyi təklif edib». Bu söhbət əsnasında Bəxtiyardan yemək yeyib-yeməməsini soruşmuş, cavabında «yemək yeməyib, lakin 5 ədəd enerji içkisi içib və 3 qutu siqaret çəkib» demişdir. Yemək yedikdən sonra danışmağı təklif etmiş və Bəxtiyar da onunla razılaşaraq, soyuducusunda olan paytaxt salatını yeyəcəyini bildirmiş və telefonda sağollaşmışlar. Yemək yedikdən sonra təxminən saat 24 radələrində Bəxtiyar ona zəng vurmuş və danışmağa başlamışlar. Danışan zaman Bəxtiyar ona demişdir ki, «elə bil əmiləri onun özünü asacağını hiss edib, çünki hamısı bu gün ona zəng vurub hal-əhval tutublar, hətta Barat əmisi ona deyib ki, istəyirsə Şamaxı şəhərindəki evdə yox, Nüydü kəndindəki evlərində qalsın». Bəxtiyardan nə üçün kənddə qalmadığını soruşanda, kənddə şərait olmadığı üçün bu evdə qaldığını demişdir. Həmçinin bu gün qızı ilə də danışdığını və ona dərslərini yaxşı oxumağı tapşırdığını da bildirmişdir. Bundan sonra Bəxtiyar “Survivor” adlı proqrama baxdığını bildirmiş və proqram qurtardıqdan sonra danışmağı təklif etmişdir. Təxminən gecə saat 01 radələrində Bəxtiyar ona zəng vurmuş və söhbət etməyə başlamışlar. Söhbət zamanı Bəxtiyar onu çox istədiyini bildirmiş və ardınca demişdir ki, “özüvü Ruslandan qoru və əgər ona bir şey olsa, Ruslana zəng edib deyim ki, “ ay fahişə, dincəldin?!”. Çünki Ruslan ona demişdir ki, “Bəxtiyar, səndən də, Elnarədən də heyfimi çıxacam”. Həmçinin Bəxtiyar onu da demişdir ki, ona göndərdiyi şəkilləri böyüdərək hamısını albomda saxlasın. Bundan sonra telefon danışıqları kəsilmiş və ardınca Bəxtiyara zəng vursa da, telefon sönülü olmuşdur. xx xxxx 2018-ci il tarixdə Şamaxı şəhərində tanışlarından Bəxtiyarın ölüm xəbərini eşitmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, əvvəlcə Mosunu, sonra isə Bəxtiyarı tanımış, Mosu ilə Bəxtiyar həmişə bir yerdə kayfda olmuşlar. Mosu ilə Bəxtiyarın Zemaya görə mübahisələri baş vermiş, X81 haqqında danışdıqlarının səs yazısını telefonuna yazmışdır. Bəxtiyar demişdir ki, bundan sonra heç kim Mosuya salam verməyəcək, çünki Zemanın onun barəsində dediklərini, yəni səs yazısını uşaqlara göndərmişdir. İstintaq zamanı müstəntiqlər verdiyi ifadələrini ona oxumağa icazə verməmişlər. Buna görə də, o, birinci dəfə verdiyi ifadəni təsdiq edir, istintaqa verdiyi digər ifadələr zərərçəkmişlərin təzyiqi ilə yazılmışdır. Bəxtiyar sağlığında ona demişdir ki, özünü Mosudan qoru. Mosunun Bəxtiyardan pul alması barədə onun xəbəri yoxdur. Təqsirləndirilən şəxs2 suallara cavabında həmçinin göstərdi ki, zərərçəkmiş qızları o, 2010-cu ildən tanımışdır. 2015-ci ildən namaza başlamış, bundan sonra həmin qızlarla əlaqəsi olmamışdır. Lakin o, zərərçəkmiş qızlarla bağlı deyilənləri qəbul edir. Evindən aşkar olunmuş predmet dəyənək deyil, selfi çubuğudur. Ona əvvəlki ifadələrində Anarla bağlı suallar verilməmiş, sonradan X98 bağlı ona suallar vermişdir. Anar ekspert rəyinə görə ondan 800 manat pul istəyib, lakin o, 400 manat pul vermişdir. Anar xəstəxanaya gəlib öz nömrəsini ona vermiş, sonra ekspert rəyinə görə əvvəlcə 1000 manat istəmiş, sonra 800 manata, daha sonra isə 400 manata razılaşmışlar. 400 manat pulu da Abşeron rayon ekspertiza şöbəsinin qarşısında şəxsən əlbəəl Anarın özünə vermişdir. Bəxtiyarla münasibət qurana qədər onun Mosu ilə münasibəti normal olmuşdur. Sonradan Bəxtiyarla da onun münasibətləri qaydasında olmuşdur. Bəxtiyarın «facebook» səhifəsinin parolu, həmçinin Bəxtiyarın ailə üzvlərinin şəkilləri onda olmamışdır. Bəxtiyar nə ona, nə də bacısına maşın, ya da ev almamışdır. İstintaq dövründə o, özünə məxsus heç bir əmlakı özgəninkiləşdirməmiş, Bəxtiyarın intiharı ilə bağlı ona kimsə tərəfindən məlumat verilməmişdir. Şamaxı rayon prokurorluğundan zəng edib ona məlumat veriləndən sonra Bəxtiyarın özünü asdığını bilmişdir. Bəxtiyar heç vaxt onu öldürməklə hədələməmişdir. Bəxtiyarla onun intim münasibətlərinin videoçəkilişi olmamışdır. Bəxtiyarı avqust ayından tanımış, onu tanıyan vaxt, həmçinin ondan sonra Bəxtiyar heç bir yerdə heç bir işlə məşğul olmamışdır. Bəxtiyar əvvəlcə onunla ailə quracağını demiş, lakin Bəxtiyar ona sevgi etirafı etməmiş, bununla belə onu çox istəmişdir. Bəxtiyardan heç vaxt o, pul istəməmişdir. Mosu ilə Bəxtiyar nakrotik dostları olmuşlar. İstintaq zamanı o, Bəxtiyarın nədən öldüyünü dəqiq bilmək üçün meyitin eksqumasiya olunmasını xahiş etsə də, bunu etməmişlər. Sonuncu dəfə Bəxtiyarla danışanda onun intihar edəcəyi barədə sözlər desə də, o, bunu real qəbul etməmişdir. Mosu ilə tanış olana qədər onunla 2-3 dəfə telefonla danışmışdır. Mosu Bəxtiyarı onunla evinin qarşısında tanış etmişdir. Bəxtiyarla münasibəti olanda onun Mosu ilə münasibəti, telefon danışıqları olmamışdır. Mosu onun Bəxtiyarla tanış olmasını istəmiş, lakin o, Bəxtiyara nömrəsini verəndə Mosu ağız-burun əymişdir. Mosu ilə onun arasında Bəxtiyardan pul almaq barədə danışıqları olmamışdır. Mosu ilə görüşəndə Bəxtiyardan niyə ayrıldığını soruşmuş, o da, Bəxtiyarın evli olması səbəbindən ayrıldığını bildirmişdir. Bəxtiyarın Mosu və 15 nəfərlə görüşməsi barədə onun məlumatı yoxdur. İstintaq zamanı onun ifadələrinin bu məqamlarını Əli Babayev özü yazmışdır. Zema Mosu barədə telefonla danışanda, Bəxtiyar o biri telefonla onun səsini yazmışdır. Mosu tutulandan sonra o, Zema ilə telefonla danışmamışdır. O, Bakıya gələndə Şamaxı rayon prokurorluğunda işləyən Emin ona demişdir ki, Zemanın 3-cü mikrorayon dairəsində «Topaz salonu» var, oradan onun nömrəsini alıb göndərsin, o da, razılaşmışdır. O, Zemanın nömrəsini alıb Eminə verəndən sonra Zema ona zəng edib ağzından çıxanı deyərək, onun nömrəsini itlərə niyə verdiyini bildirmişdir. O, Zema ilə birləşib Bəxtiyarın ölümünü Mosunun üstünə atmaq barədə razılığa gəlməmişdir. Bəxtiyar ona Mosunu vurmaq istədiyini, lakin söhbəti qardaşların bildiyini demişdir. Bəxtiyar Mosuya 30.000 manat pul verdiyini ona deməmişdir. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmədə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq edildi. Həmin ifadələrində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Sevda Bəxtiyarı qısqandığından, Bəxtiyar «Whatsapp»a girə bilməmiş, ona görə də Sevdanın nömrəsini onun «whatsapp» profilinə yazaraq izləmişdir. Həmin “A” hərfinin Sevdaya necə getdiyini bilməmiş, xx.xx.2017-ci il tarixdə Sevda ona «whatsapp»da yazaraq onun kim olduğunu, Bəxtiyarla nə əlaqəsi olduğunu soruşmuş, dərhal Bəxtiyara zəng edib Sevdanın ona mesaj yazdığını demiş, Bəxtiyar da ona demişdir ki, «mən özüm onu yola verəcəm sən ona denən ki, get ərindən soruş». Bəxtiyar belə dedikdən sonra Sevdaya mesaj yazmışdır ki, gedib Bəxtiyardan soruşsun. Lakin Sevdaya “Bəxtiyar ya mənim olacaq, ya da qara torpağın” deməmişdir. Şahid17 qeyd etdikləri tamamilə yalandır, Bəxtiyar onu hər zaman sevmiş, ona nəvaziş göstərmiş, 1 dəqiqə belə onu gözündən qırağa qoymamışdır. Sevgili olan ərəfələrdə bütün günü daim görüşmüşlər, görüşə bilmədikdə isə bütün günü telefonda danışmışlar. Bəxtiyar bütün problemlərini ona danışmış, əlindən gəldiyi qədər ona dəstək olmuşdur. Bəxtiyarla avtoqəza keçirməmişdən əvvəl onun maşınında olarkən Zema ona zəng vurmuş və kim olmağını soruşmuş, öz növbəsində onun kim olduğunu soruşmuş, ondan Mosunu tanıyıb-tanımamağını soruşmuşdur. Mosunun kim olduğunu soruşduqda, Bəxtiyar ona demişdir ki, Mosu Ruslandır. Zemaya demişdir ki, Mosu onu sevən oğlandır. Bəxtiyar ondan Zema ilə danışığını selektora qoymağını xahiş etmiş və Zema ilə danışığını selektora qoymuşdur. Zema ona harada olmağını soruşduqda, ona sevgilisi ilə birlikdə olduğunu demişdir. Zema ondan sevgilisinin kim olduğunu soruşmuş, sevgilisinin Bəxtiyar olduğunu demiş, ardınca Bəxtiyar da Zema ilə salamlaşmış, X25 istifadə etdiyini demişdir. Zemaya demişdir ki, bəs necə olur ki, «Mosu məni də, səni də sevdiyini deyir». Ardınca məsələni aydınlaşdırmaq üçün digər telefonu ilə Mosuya zəng vurmuş, Mosudan Zemanın kim olduğunu və ona nə üçün zəng vurduğunu və onun sevgilisi olduğunu dediyini bildirmişdir. Mosu isə ona demişdir ki, “mən səni dəli kimi sevirəm.” Bundan sonra Mosu ilə danışıqlarını bitirmiş, ardınca Zema ona demişdir ki, Mosu dünən onun evində qalmış, mətbəxdə onun sinəsindən və cinsiyyət orqanından öpmüşdür. Zema həmçinin Bəxtiyara demişdir ki, «Mosuya 200 manat pul lazım idi, mənə dedi ki, 100-ünü sən ver, 100-ünü də Bəxtiyardan alacam.» Bundan sonra Zema ilə olan telefon danışıqlarını bitirmişlər. Zema ilə selektor vasitəsilə apardığı bütün danışıqları da Bəxtiyar öz telefonuna yazmışdır ki, Mosunu dostları arasında biabır etsin (cild 1, iş vərəqi 150-153). Təqsirləndirilən şəxs2 iş üzrə şahid qismində verdiyi xx.xx.2018-ci il tarixli ifadəsində göstərmişdir ki, Bəxtiyar avtomobil qəzasına düşməmişdən bir neçə gün əvvəl Gürcüstandan Azərbaycana qayıdarkən ona zəng edib darıxdığını bildirmiş, onu evinin qabağından öz avtomobili ilə götürmüş və birlikdə Novxanı qəsəbəsində dəniz kənarında yerləşən restoranlardan birinə gedib yemək yemişlər. Bəxtiyarın maşınında evinə qayıdarkən istifadəsində olan ***-***-**-** mobil nömrəyə «Azercell» mobil operatoruna aid nömrədən zəng daxil olmuş, danışan qadın ona «Mənə mesaj gəlib ki, sənin nömrən aktivdir, sən kimsən və mənim telefonumdan səni kim yığa bilər?» demişdir. Həmin qadından kim olduğunu soruşduqda, qadın ona adının Zema olduğunu deyərək, Ruslanı tanıyıb-tanımadığını soruşmuşdur. O, Ruslanı tanıdığını, həmin şəxsin onu sevdiyini və ona evlənmək təklifi etdiyini bildirmişdir. Bunu deyəndə Zema əsəbləşib özündən çıxmış, Ruslanın dünən onun yanında olduğunu, 6 ildir Ruslana baxdığını, paltarını, yeməyini aldığını, 2-3 il türmədə yatdığı zaman onun dalınca «Qalenvageni»nin baqajını doldurub produkt daşıdığını deyərək Ruslanı söyməyə başlamışdır. Həmçinin Zema adlı qadın demişdir ki, «Mən dünən evimdə bar stolumda oturmuşdum, Ruslan gəldi əvvəlcə sinəmdən, sonra aşağı düşüb cinsiyyət orqanımdan öpdü, Ruslan məni çox sevir, mənə xəyanət etməz». Belə olduqda Zema adlı qadına bildirmişdir ki, «Ruslan məni sevdiyini və mənimlə evlənmək istədiyini deyir, gəl ona zəng edim aydınlaşdıraq ki, səni, yoxsa məni sevir». Digər telefonu ilə Ruslanı yığıb ona Zema adlı qadın zəng edib digər telefonunda onunla danışdığını, danışıqlarını eşitdiyini deyib «Zema deyir ki, sən onu sevirsən, belədirsə məni niyə aldadırsan və mənimlə evlənmək istədiyini deyirsən» dedikdə, Ruslan cavabında «Mən səni sevirəm, mənə Zema lazım deyil» demiş, bu zaman Zema digər tərəfdən Ruslanın danışığını eşidib «Allah sizi xoşbəxt eləsin» deyib zəngi sonlandırmışdır. Sonra Zema adlı qadın Bəxtiyara zəng etmiş, Bəxtiyarla Zema bir-birlərini əvvəldən tanımışlar. Belə ki, Zema adlı qadının Bakı şəhərində 3-cü mikrorayon dairəsinin yaxınlığında mərc oyunlarının keçirildiyi «Topaz» salonu olmaqla Bəxtiyar dəfələrlə oraya gedib idman oyunlarına dair variant yazmışdır. Zema Bəxtiyara zəng edib onunla danışmağa başlamış, Bəxtiyar avtomobil idarə etdiyi üçün telefonun səsini açdığından, o da, Zema adlı qadınla danışıqları eşitmişdir. Zema Bəxtiyara «Ruslan şərəfsizdir, sən özün də şahidsən ki, mən 6 ildir ki, Ruslana baxıram, paltarını, yeməyini alıram, bu müddətdə mən ona nə qədər pullar xərcləmişəm, mənim evimdə pullarımı yeyə-yeyə götürüb mənim telefonumdan mənim evimdə ola-ola başqa qadına zəng vurur» demişdir. Zema həmin telefon danışığı zamanı Bəxtiyara Ruslanın onun cinsiyyət orqanını öpdüyünü də dediyi üçün Bəxtiyar Zemanın danışıqlarını öz telefonunun yaddaşına yazmışdır. Telefon danışığı zamanı Zema adlı qadın Bəxtiyara «Ruslan dünən məndən 200 manat pul istədi ki, Müşfiq qəsəbəsində yaşayan bariqaya borcludur. Mən ona 100 manat verdim. Sonra Ruslan mənə zəng edib dedi ki, 100 manat da Bəxtiyardan almışam. Yaxşı ki, Ruslana 200 manat verməmişəm. Hacı, sən yaxşı oğlansan, Ruslana bir də pul vermə, o, gəlib deyir ki, mən Bəxtiyardan mütəmadi pul alıb, onu sağıram, Ruslan səndən də, məndən də istifadə eləyir» demişdir. Bəxtiyar qəzaya düşdükdən sonra gecə xəstəxanaya baş çəkməyə getdikdə Bəxtiyar ona Ruslanın dostları ilə birlikdə ona baş çəkmək üçün gəldiyini və dostlarına Ruslanla birlikdə ona baş çəkməyə gəlməməmələrini dediyini, səbəbini soruşanda Bəxtiyar «Ruslan işləmir deyə hər dəfə istəyəndə ona pul verirəm, o isə, gedib Zemaya deyir ki, Bəxtiyarı sağıram. Bu söz mənə xoş deyil» demişdir. sonra Bəxtiyar ona demişdir ki, «Ruslana heç kim Şamaxıda salam vermir», «Ruslanın Zemanın cinsiyyət orqanını öpməsi barədə danışıqlarını dostum Samir yanıma gələndə onun telefonuna göndərmişəm və o da, həmin səs yazısını Şamaxıda kiminsə yas yerində Ruslanın dostlarına eşitdirib. Bundan sonra Şamaxıda hamı Ruslana pis baxır». Bu məsələdən sonra Bəxtiyarla Ruslanın münasibəti pozulmuş və onlar bir-birilərini danışdırmamışlar. Bununla bağlı onların arasında mübahisə və ya münaqişə baş verib-verməməsini bilməmiş, Ruslanla Bəxtiyarın küsülülüyü 1 aydan artıq davam etmiş və Bəxtiyarın özünün deməsindən bilmişdir ki, Ruslan özü gəlib onunla barışmışdır. Xəstəxanadan çıxdıqdan sonra Bəxtiyar təxminən 1 ay müddətində ev şəraitində müalicə olunmuş, hər gün gecə və gündüz fasiləsiz onunla danışmışdır. Təxminən 15 gün ev şəraitində müalicə aldığı ərəfədə Bəxtiyarla telefonla danışan zaman yaşadığı evdə bərk səs-küy olmuş, bir qadının Bəxtiyarı söydüyünü və ona atası evinə gedəcəyini bildirdiyini eşitmişdir. Bəxtiyardan həmin qadının kim olmasını soruşduqda, əvvəlcə mübahisə elədiyi qadının arvadı olduğunu boynuna almasa da, sonda evli olduğunu və 2 azyaşlı uşağının olmasını etiraf etmişdir. Bəxtiyarın yalan danışıb onu aldatması ona çox pis təsir etmiş və bir daha onu narahat etməməsini bildirmişdir. Bəxtiyar ona «Məni 19-20 yaşımda narkotik vasitədən uzaqlaşım deyə sevmədiyim qızla evləndirdilər, mən narkotikdən uzaqlaşmadım, sonra məni Həcc ziyarətinə göndərdilər ki, narkotik vasitələrdən uzaqlaşım, yenə uzaqlaşmadım. Mən insana hörmət qoymağı, dəyər verməyi səndə gördüm, bizim hər gün Sevda ilə aramızda dava olub, hətta biz toy şənliyimizə də gedəndə və qayıdanda dava qırğınla gedib-gəlmişik. Bir neçə dəfə Sevdanı elə döymüşəm ki, onu skoru huşsuz vəziyyətdə aparıb. Hələ bir dəfə Sevdanın qaşının üstünə elə vurmuşam qaşı çapılıb, həmin çapıq indi də onun qaşında qalıb. Bunlar çox pis nəsildir. Babamla Şamaxıda kənddə qonşu olublar, bibisinin birini alıb sonra boşayıb gətirib atıblar üstlərinə, o biri bibisi isə vobşe ərə getməyib. Bu Sevda da həyasızlıqda bibilərinə oxşayıb» demiş, ondan ayrılmamağını istəmiş, ona «Bu məndən boşanır, boşanmır özü bilər mən səninlə molla kəbini ilə də olsa evlənəcəm və istəyirəm bizim oğlumuz olsun onun adını Hüseyn qoyacam» demişdir. Həkim Bəxtiyara ayağındakı milin 2 ay yarımdan sonra çıxarılmalı olduğunu desə də sonuncu 25 gündən sonra həkimi çağırtdırıb ayğandakı mili çıxartdırmış, Bəxtiyara şikəst qalacağını desə də, ona qulaq asmamış, ayağındakı milin çıxarıldığı gün Bəxtiyar ona zəng edib 4-cü mikrorayon dairəsindən bir qədər aşağı gəlib onu gözləməyini bildirmiş, öz avtomaşını ilə Bəxtiyarın dediyi yerə getmiş, Elsevər adlı dostu Bəxtiyarı onun avtomaşınına oturdub çıxıb getmiş, şəhərdə gəzmişlər, bu görüşdən 2 və ya 3 gün sonra Bəxtiyarla görüşərkən ona «Pulum yoxdur, 1 aydır işləmirəm, Ekuş mənə 200-300 manat pul verə bilərsənmi?, dostum Samirə borc vermişəm, bir dənə də dostum var maşın alıb dövlət nömrə nişanının oformuleniya pulunu məndən alıb, pullarımın hamısı borclardadır, alanda pulunu qaydataracam, ya da istəyirsənsə telefon dükanım var borc pulun əvəzinə sənə telefon verərəm» demiş, Bəxtiyara 200 manat pulu borc vermiş, səhərisi gün Bəxtiyar onunla görüşə gələndə özü ilə 1 ədəd işlənmiş «Samsung» markalı mobil telefon gətirmiş və ondan götürdüyü 200 manat pulun əvəzinə vermişdir. Hər gün Bəxtiyarla Bakı şəhərində müxtəlif restoranlarda və öz yaşadığı evdə görüşmüş, rəsmi nikahı və ya molla kəbini olmasa da, cinsi əlaqədə olmuşlar, heç vaxt görüşləri zamanı video kameradan istifadə olunmamış, tərəflərindən bu proses çəkilməmişdir. x xxxxxx 2018-ci il tarixdə Şamaxı rayonunda olduğu vaxt Bəxtiyar ona zəng edib «Sənin üçün darıxıram, Allah arvadıma lənət eləsin, aləmi qatdı birbirinə mən səninlə birlikdə yeni ili keçirə bilmədim» dedikdə Bəxtiyara Bakı şəhərinə gəldiyini, onunla sonuncu dəfə görüşüb vidalaşacağını, kiminsə ailəsini dağıtmaq istəmədiyini demişdir. x xxxxxx 2018-ci il tarixdə Bakı şəhərinə yaşadığı evə gəlmiş, Bəxtiyar yaşadığı binanın qarşısında onu gözləmiş, binanın həyətində görüşüb yaşadığı evə qalxmışlar, Bəxtiyara ayrılmalı olduqlarını dedikdə sonuncu ona «Səndən ayrılmaq istəmirəm, heç olmasa dost kimi qalaq, arada bir görüşək» demiş, mümkün olmadğını bildirməklə bundan sonra Bəxtiyarla görüşməmiş, telefonla danışmamışdır. 13 və ya xx xxxxxx 2018-ci il tarixində Bəxtiyar ona gizli nömrədən zəng edib İran Azərbaycanlısı müğənnisinin «Əllərim əllərin üçün darıxıbdır» sözləri olan mahnını dinlətdirmiş, bu hal bir neçə gün davam etmiş, zəng edənin Bəxtiyar olduğuna əmin olmuş, bundan sonra Bəxtiyar bayramları bəhanə edib, 8 mart tarixində, çərşənbələrdə və «Novruz» bayramında zəng edib onu təbrik etmişdir. Yanvar ayının 2-də Bəxtiyarla ayrıldıqdan təxminən 3-4 gün sonra Ruslan ona zəng vuraraq, “deyəsən, Bəxtiyarla ayrılmısınız?” demiş, haradan eşitdiyini soruşduqda, Ruslan ona «Bəxtiyar səninlə sevgili olan vaxt telefonu çox vaxt məşğul olurdu və demək olar ki, həmişə “Whatsapp”-da olurdu. İndi isə görürəm ki, Bəxtiyarın telefonu məşğul deyil və evinə tez-tez gedir.» demiş, Ruslana «Bəxtiyarla birbirimizi sevirik və ayrılan deyilik» demiş, çünki Bəxtiyar Ruslanı bir neçə dəfə aldadıb demişdir ki, «Biz Elnarə ilə ayrılmışıq». x xxxxxx 2018-ci il tarixdən, yəni Bəxtiyarla əlaqəni kəsdikdən sonra Ruslan ona tez-tez zəng etmiş, danışdıqları müddətdə Ruslan ondan «Whatsapp» proqramı vasitəsilə səsli mesaj atmağını xahiş etmiş, keçmiş günlərindən danışmağa başlayaraq onunla ailə həyatı qurmaq istəməsini demişdir. Həmçinin ona «Komendaturamın vaxtı qurtarsın, gedək Moskva şəhərinə, orada oğlumuz olar və adını Raul qoyarıq», «Dostlarım mənə deyir ki, sən o qızı nə qədər sevirsən ki, o qız getdi Bəxtiyarın altına yatdı amma sən yenə də onu sevirsən» demişdir. Ruslanla dost kimi danışmağa razılıq vermiş, Bəxtiyarla sevgili olduqları müddətdə də Ruslan ona mesaj yazması Bəxtiyarı qıcıqlandırmış və hər dəfə ona Ruslanı qara siyahıya atmağını bildirmişdir. Bəxtiyardan ayrıldıqdan sonra Ruslan hər dəfə ona demişdir ki, «Şamaxıya gəlsən xəbər elə mütləq görüşək sənə deyiləsi sözlərim var». Ruslana nə sözü varsa telefonda deməsini bildirsə də, sonuncu yalnız onunla üzbəüz söhbət zamanı həmin sözləri deyə biləcəyini demişdir. Dəqiq tarixin bilmədiyi gün Şamaxı rayonuna gəldikdə Ruslan bunu bilib istifadəsində olan mobil nömrəyə «WhatsaApp» proqramı vasitəsilə səsli mesaj göndərərək «İndi kimdir ovun sənin» deyə soruşmuş, cavabında «Ovum sən deyilsən» demişdir. Şamaxı rayonuna çatmağa az qalmış Ruslan ona inadla demişdir ki, «Şamaxıya çatmamış mənə denən gəlim görüşək sənə deyiləsi vacib sözlərim var». Şamaxı şəhərinə çatmağa bir az qalmış Ruslanla görüşmüş, sonuncu onun avtomobilinə oturaraq ona «Sən məni Bəxtiyara görə atdın», «Həmin gün Zema ilə aramızda intim əlaqə olmayıb, mən səni sevmişəm, indi də sevirəm, sən amma məni atıb Bəxtiyarı sevdin, Bəxtiyar isə gəlib beş oğlanın içində səni biabır edir, Bəxtiyar deyir ki, yaxşı ki, Elnarədən ayrıldım, yoxsa o mənim ailəmi dağıdacaqdı», «Mənim anam heç nömrə yığa bilmir, camaatın anasının, arvadının «Facebok», «İnstaqram» səhifələri var» demiş, Ruslan camaat deyəndə Bəxtiyarı nəzərdə tutmuşdur. Ruslana Bəxtiyarla əlaqələrini kəsdiyini, heç bir münasibəti olmadığını, onunla da münasibət saxlamaq istəmədiyini, bir daha narahat etməməsini demiş, həmin görüş zamanı Ruslanla onun arasında başqa heç bir söhbət olmamışdır. 2018-ci ilin mart ayında «Novruz» bayramı ərəfəsində bacıları və onların ailə üzvləri ilə birlikdə Şamaxı şəhərinə, valideynlərini ziyarət etməyə gəlmişlər, tarixi xatırlamadığı gün səhər saatlarında Bəxtiyar ona zəng edib nə yaman kökəldiyini soruşmuş, hardan bildiyini soruşduqda ona «Dünən gecə Ruslanla çayxanada sporlaşdım» demiş, səbəbini soruşduqda isə «Sənlik deyil» demiş və ona «Sənə bir dənə şey deyim yadından çıxartma Ruslan sənə də, mənə də heyif vuracaq» deyə bildirmişdir. Cavabında «Ruslan kimdir ki, sənə mənə heyif vursun, ikincisi də ona nə pislik etmişəm ki, mənə heyif vurur» dedikdə Bəxtiyar «Evinizdən sənin şəklini Ruslana ötürürlər. Dur bir dənə evdəkilərin telefonlarına bax» demiş, bacısı Vüsalənin, anasının telefonlarına baxmış, lakin orada Ruslanla bağlı heç nə tapmamış, Bəxtiyardan onun şəklini kimin göstərməsini soruşduqda «Dünən gecə Ruslanla çayxanada sporlaşdım, o, mənə telefonunda sənin şəklini göstərdi» demiş, mübahisə etməsinin səbəbini soruşduqda «Mən ki, onun barəsində olan səs yazısını dostlarına yollayıb Ruslanı biabır etmişəm, Ruslan ona görə mənə, sən isə onu atdığına görə sənə heyif vuracaq» demiş, daha sonra ona «Sizin çox şəkilləriniz Ruslanda var. Ruslan sənin bacın Vüsaləyə yolda nömrə verib deyib ki, xanım mənə təcili zəng elə sənə deyiləsi sözlərim var. Sonra bacın Vüsalə ona zəng edib. Ruslan bacın Vüsaləyə deyib ki, səndən xoşum gəlir, neçə gündür uşaqları bağçaya aparıb gətirirsən, səni görmüşəm tərbiyəli qızsan səninlə evlənmək istəyirəm. Bacın da buna inanıb. Ruslan mənə deyir ki, «Vüsalənin vasitəsilə Elnarənin Şamaxıya nə vaxt gəlib getməyini öyrənirəm və elə öz bacısının vasitəsilə Elnarəyə heyif vuracam, komendaturama az gün qalmış ona heyifimi vurub ölkədən çıxıb gedəcəm məni heç kimi tapa bilməyəcək» demişdir. Əvvəlcə Bəxtiyara inanmayıb ona sual verib «sən mənim hansı şəkilimi görmüsən?» deyə soruşmuş, Bəxtiyar ona «Sən kiminsə toyunda göy rəngli paltarda bir qadın və bir kişi ilə şəkil çəkdirmisən, bu şəkillər Ruslana ***-***-**-** mobil nömrədən göndərilmişdir» demişdir. X68 səsini də Bəxtiyara eşitdirmiş, Bəxtiyarın dediyinə görə Vüsalə həmin səs yazısında onun nə vaxt Bakıdan Şamaxıya gəlməyi barədə Ruslana məlumat vermiş, Bəxtiyar Vüsalənin telefon nömrəsini bilməmişdir. Vüsalənin nömrəsini deməsindən Bəxtiyar yalan danışmadığını bilmişdir. Daha sonra bacısı Vüsalə hər şeyi ona danışıb etiraf etmişdir. Ruslana zəng edib bu barədə maraqlanmamış, növbəti gün bacıları ilə birlikdə əşyalarını avtomaşına yığdığı vaxt bir qara cip tipli maşın yanından keçib getmiş, Bakı şəhərinə yola düşmüşlər, Şamaxı avtovağzalındakı dairəyə çatanda Bəxtiyar ona zəng edib «Ekuş məni gördün» deyə soruşmuş, görmədiyimi bildirdikdə «Səni neçə aydan sonra görməyimə çox sevindim, mən idim yanından qara maşınla keçən, maşın Barat əmimindir. Deyəsən Bakıya gedirsiniz, telefonla danışa-danışa maşın sürmə Bakıya çat mənə zəng elə danışaq» demişdir. Bakı şəhərinə çatdıqdan sonra zəng edib bu barədə Bəxtiyara məlumat vermiş və ondan Şamaxıda nə etdiyini soruşmuş, Bəxtiyar işlə bağlı Şamaxıya gəldiyini demiş və onunla sağollaşmışdır. Növbəti gün səhər saatlarında istifadəsində olan ***-***-**-** mobil nömrənin «WhatsaApp» proqramına Bəxtiyarın istifadəsində olan mobil nömrədən qəbir fotoşəkili formalı «smaylik» daxil olmuş, Bəxtiyara «WhatsaApp» proqramı vasitəsilə mesaj yazaraq nə olduğu ilə maraqlanmaq istəsə də, cavab gəlməmiş, elə zənn etmişdir ki, Bəxtiyarın hansısa qohumu rəhmətə getmişdir. Bəxtiyar ağladığı üçün nə baş verdiyini soruşduqda ona «Mən belə yaşaya bilmərəm, özümü öldürəcəm» demiş, nə olduğunu soruşduqda «Cındır Ruslan dünən axşam mənim qapıma gəlmişdi, dedi ki, Müşfiq qəsəbəsindən gəlirəm, cındır sürüb mənim qapıma gəldi gecə dedi ki, sən məni biabır elədin mən də səni biabır edirəm, sənin özün dil vuransan, Ruslan məni Şamaxıda biabır edib, hamı mənə göz ucu baxır mən belə yaşaya bilmərəm, mən uşağın yanında da biabır oldum» demiş, hansı uşaq olduğunu soruşduqda ona «Sahibin oğlu Araz kurslarına gedir, onunla birlikdə Barat əmimin evində qalırıq. Uşaq məni heç vaxt söyüş söyən görməmişdi bu şərəfsizin hər bir şeyini, varyoxunu söydüm, uşaq da eşitdi onun yanında biabır oldum. Sonra Ruslana dedim ki, sən mənə nə vermisən ki, ala bilmirsən, məndən nə istəyirsən?» dediyini bildirmişdir. Bəxtiyar bu sözləri hönkürərək ağlayıb danışmış və yaşamaq istəmədiyini, özünü öldürəcəyini demişdir. Bəxtiyara «get Ruslanı öldür də özünü niyə öldürürsən» dedikdə cavab olaraq «Mən bıçaqla Ruslanı vurmaq istəyirdim. İçəri girəndə Ruslan dedi ki, qardaşlar da söhbətə kursdur. Mən bundan sonra onu öldürmək fikrimdən yayındım» demiş, Bəxtiyar sonra ağlaya-ağlaya demişdir ki, «sən əgər mənə bir şey olsa Ruslana zəng vurub deyərsən ki, ay qəhbə dincəldin?» Bəxtiyara «Ruslan haranın cındırıdır ki, ona zəng edim, onun heç nəyi yoxdur, amma sənin evin, maşının işin, ailəni var, ailəni də götür get Antalyaya istiriahət et» demiş, bu sözləri deməklə Bəxtiyarı özünü öldürmək fikrindən daşındırmaq istəmiş, çünki Bəxtiyar çox halsız vəziyətdə olmuş və ağlamışdır. Bəxtiyara demişdir ki, «rayondan gəlmişəm, evdə yeməyə heç nə yoxdur, bacımın uşaqları üçün Hövsan qəsəbəsindən gedib süd almalıyam, gedim onları alım gəlim danışaq». Bu vaxt saat 17 radələri olmuş, gedib Hövsan qəsəbəsindən süd almış, sonra ev üçün bazarlıq etmiş, bu zaman Bəxtiyar ona zəng edib demişdir ki «Harada qaldın, mənim ürəyim partlayır axı, gəl çıx də?» dedikdə cavabında «Hacı 15 dəqiqə döz keçən dəfə buradan «krasovka» almışam, böyük çıxıb 1 razmer balacası ilə dəyişim evə çatım sənə zəng edəcəm.» demişdir. Hövsan qəsəbəsindən evə qayıdarkən Bəxtiyarın istifadəsində olan mobil nömrədən «WhatsaApp» proqramı vasitəsilə onun istifadəsində olan mobil nömrəyə şəkil gəlmiş, həmin vaxt açıb baxmamış, evə çatmağa bir az qalmış Bəxtiyar yenə zəng edib harada qaldığını soruşmuş, evə çatıb Bəxtiyarın ona göndərdiyi şəkilə baxanda ip şəkli olduğunu, üzərinə 1 manat 50 qəpik yazıldığını görmüş, həmin vaxt Bəxtiyar ona zəng etdikdə nə üçün həmin şəkli göndərdiyini soruşduqda «İpdir də, Barat əmim mənə tapşırıb laqonda daşları alım, mən isə Barat əmimi aldadıb dedim ki, laqonda daşları almışam, amma əslində almamışam, əvəzində bu ipi almışam ki, özüm asıb öldürüm» demişdir. Bəxtiyara «Hacı o ipi saxla verərsən mənə balkonumda paltar asmağa zivəm yoxdur.» dedikdə Bəxtiyar «Mən səninlə necə arzular qurmuşdum, biz bir evdə xoşbəxt yaşayacaqdıq, oğlumuz olacaqdı, adını Hüseyn qoyacaqdıq, Allah mərdiməzarın bəlasını versin» deyib hönkürtü ilə ağlamağa başlamış, sakitləşdirməyə çalışaraq fikirləşmişdir ki, bəlkə Bəxtiyar onun üçün darıxıb depresiyaya düşüb ağlayır, özünü pis hiss edir. Əvvəlcə demişdir ki, «istəyirsənsə gəl Bakıya görüşək», Bəxtiyar cavabında «Yox gələ bilmərəm mənə burada iş tapşırılıb» demiş, Bəxtiyara «bəlkə acsan ona görə sıxılırsan» dedikdə «Yemək yeməmişəm 3 paçka «Parlament» siqareti çəkmişəm, 5 ədəd də «Hell» içkisi içmişəm» demişdir. Bəxtiyara demişdir ki, «acam gəl sən də çörək ye, mən də yeyim sonra danışaq». Bəxtiyar yemək istəmədiyini, iştahası olmadığını demiş, Bəxtiyara demişdir ki, «yemək yeməsən mənə zəng etmə» sonuncu razılaşmış, təxminən yarım saat sonra danışaraq Bəxtiyardan nə yediyini soruşmuş, cavabında «Soyuducuda «staliçni» salat var idi onu yemişəm» demişdir. Onunla danışan zaman Bəxtiyarın telefonuna zənglər daxil olmuş, zənglərə cavab verdikdən sonra Bəxtiyar ona «Zəng edən Barat əmimdir, soruşdu ki, laqonda daşlarını almısan mən də onu aldadıb dedim ki, hə almışam. Amma laqonda daşı almamışam» demiş, bir az sonra Bəxtiyar Tağı əmisi ilə danışmış və danışandan sonra ona «Elə bil əmilərim hamısı hiss eləyirlər ki, mənə nəsə olacaq hamısı mənə zəng eləyirlər. Tağı əmim zəng elədi soruşdu ki, yemək yemisən, dedim yemişəm, dedi ki, gəl bizdə yemək ye, mən də dedim ki, yemək yemişəm.» Hətta Tağı və ya Barat əmisi Bəxtiyara demişdir ki, «get kənddə qal orada qalma». Bəxtiyara əmisinin düz dediyini, gedib kənddə qalmasını bildirsə də, Bəxtiyar cavabında kənddə rahat olmadığını bildirmişdir. Bir dəfə Bəxtiyarın kənddə yaşayan adını bilmədiyi əmisi zəng edib «Tapşırmışam ki, turbaları oğurlamasınlar» deyə bildirmiş, Bəxtiyardan bu barədə soruşduqda demişdir ki, «Padarçöl kəndinə qaz çəkirəm, əmim o turbaları deyir ki, camaat oğurlayar birdən, tapşırıb ki, oğurlamasınlar». Həmin danışıq zamanı Bəxtiyar onu konfrans etdiyi üçün danışıqlarını eşitmişdir. Bəxtiyara südü bacısıgilə aparmalı olduğunu deyib sonra danışmalarını bildirsə də, Bəxtiyar ona yalvararaq həmin günü ona həsr etməsini xahiş etmiş, bacısıgilə getməmiş və Bəxtiyarla danışmağa davam etmişdir. Bəxtiyar birbirinin ardınca ona 3 ədəd fotoşəkil göndərmiş, həmin şəkillər yeni çəkilmiş şəkillər olmaqla birində Bəxtiyar çöməlimiş halda «xaski» itin yanında dayanmış, digərində Novxanı qəsəbəsindəki bağ evinin qarşısında tək dayanmış və arxa fonda bağ evinin dam örtüyü görünmüş, digər şəkildə isə 10-15 nəfər kişi hamısı qol-boyun dayanmışdır, Bəxtiyardan şəkillər barədə soruşduqda ağlayaraq ona «Mən səninlə bağlı nə ümidlər qurmuşdum, amma nə gəldi başıma bu şəkilləri səndən xahiş edirəm böyüt vur otağına», «Sənin mənim üzərimdə haqqın çoxdur, haqqını mənə halal elə» demişdir. Bəxtiyara «bəsdir artıq əsəbiləşirəm, qorxuram, belə şeylər danışma, zəng edib 102 xidmətinə məlumat verəcəm» dedikdə cavab olaraq «Bir həyat boyu səni bağışlamaram. Sən lap 102 xidmətinə zəng elədin, zəng eləyəndən sonra hər gün mənim yanımda qarovul qalacaq?, bu gün asmayacam sabah asacam, sabah asa bilməyəcəm o birisi gün asacam» demişdir. Bəxtiyara «istəyirsən bu gün, istəyirsən sabah as özünü mən 102-yə yığıram» dedikdə cavab olaraq «Mən bayaqdan səninlə məzələnirəm, görüm məni istəyirsən yoxsa istəmirsən» demiş, gəlib onunla İsmayıllı rayonuna tərəf gəzməyə getməyi təklif etsə də, Bəxtiyar ona «Yox gəlmə gəlib zibilə düşərsən» demiş, Bəxtiyar danışığına davam edib «Bu həyatda mənim sevdiyim yeganə qadın sən olmusan və həmişə də səni sevəcəm, bir dənə səndən xahişim budur ki, özünü Ruslandan qoru» deyə bildirmişdir. Bəxtiyarın fikrini yayındırmaq üçün ondan həmin şəkilləri harada çəkdirdiyini soruşmuş, cavab olaraq «Kişilərlə qolboyun dayandığım şəkil Barat əmimin ad günündə çəkilib, şəkil çəkdirdiyim iti əmim Baratın oğlu mənə hədiyyə edib, digər şəkil isə Novxanıdakı bağ evimizin həyətində çəkilib» demişdir. Bəxtiyara söhbət zamanı Antaliyaya getməsini desə də, cavabında «Novxanıda bağ evi tikdirmişəm, mənim Antaliyam oradır» demişdir. Onunla danışan ərəfədə Bəxtiyar qızı ilə də danışmış, sonra ona zəng edib demişdir ki, «Qızımla danışdım, ona dedim ki, dərslərini yaxşı oxu mənim ağıllı balam». Bəxtiyar ağlayan zaman «bəlkə narkotikanı atmısan deyə belə depresiyaya düşmüsən» deyə soruşduqda «Yox» demiş, sonra Bəxtiyar demişdir ki, «Survivor» verlişinə baxım danışarıq». Bir müddət sonra Bəxtiyar ona yenidən zəng etmiş, danışıqları zamanı ona «Survivor verlişinə baxıram, orada Adem adlı iştirakçı var onun fanatıyam, o digər iştirakçılardan güclüdür və uşaqlıqda kimsəsiz, kasıb olub» demiş, Bəxtiyar sonda ona demişdir ki, «gecə saat 2-də getməliyəm». Soruşdum hara getməlisən, o, tələsik formada «getməliyəm, səni çox istəyirəm, həmişə istəmişəm, özündən muğayat ol» deyib telefonu söndürmüşdür. Yenidən ona zəng etdikdə telefonuna zəng çatmamış, Bəxtiyar ona demişdir ki, telefonunun adapterini maşında enerji yüklənməsi üçün zajiqalka yerinə qoşduğu üçün «USB» kabeli yanmışdır. Bəxtiyarın telefonunun enerjisi qurtarıb deyə telefonun söndüyünü düşünmüş, səhərisi gün ona prokurorluqdan adı yadında qalmayan şəxs zəng edib soyadını, adını və atasının adını, Bəxtiyarı tanıyıb-tanımadığını soruşmuşdur. Özü barədə məlumat vermiş, eləcə də dünən gecə saatlarına qədər Bəxtiyarla danışdığını bildirmiş, həmin şəxs ona Bəxtiyarın iplə özünü asıb öldürdüyünü bildirmişdir. Telefon danışıqları zamanı Bəxtiyar ona demişdir ki, «15 gün bundan əvvəl Şirvangöl restoranında 7-8 nəfərin içərisində Ruslanı «g..t» çıxarmışam. Ona kim olduğunu sübut eləmişəm». Bəxtiyar onu heç vaxt boğmağa və öldürməyə cəhd etməmiş, onu çox sevmiş və heç vaxt onunla kobud danışmamışdır. Bəxtiyarın adına heç bir sosial şəbəkədə o cümlədən «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçməklə «profil» açmamışdır. Zema adlı qadını birinci dəfə Şamaxı rayon prokurorluğunda üzləşmə zamanı görmüş, bundan əvvəl heç vaxt Zema adlı qadınla görüşməmiş və ona Bəxtiyarın ölümünü Mosu ləqəbli Təqsirləndirilən şəxs1 üstünə atmağı deməmişdir. Bəxtiyarın ailəsinin şəkilləri heç vaxt onda olmamışdır. Şamaxı rayon prokurorluğunda Ruslan kimi tanıdığı sonradan əsl adının Dünyamalı olduğunu bildiyi şəxslə üzləşən zaman onun üzünə qarşı demişdir ki, guya Bəxtiyarın arvadının və qızının şəkillərini Şamaxıda görüşəndə ona göstərmiş, Bəxtiyarın özünü öldürməsinin səbəbkarı Dünyamalı Şahmazov olmuş, sonuncu bütün şübhələri onun üstünə yönəltmək üçün istintaqa yalan ifadə vermiş, onda Bəxtiyarın ailə üzvləri barədə heç bir fotoşəkil və videogörüntü olmamış, heç kimə göstərməmiş və hər hansı yolla yaymamışdır (cild 5, iş vərəqi 90-105). Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixli şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Şamaxı şəhər sakini X26 şəxsən tanımamış, sonuncu Zərərçəkmiş şəxs2 ən yaxın dostlarından biri olmuş, Bəxtiyar qohumlarının zənglərinə onun yanında cavab versə də, Sadiq Hüseynov zəng etdikdə, Bəxtiyarın əhvalı dəyişmiş və kənara çəkilib danışmış, Bəxtiyar Sadiqdən çox qorxmuşdur. Könül ləqəbli Şahid33 tanımamış, Bəxtiyarın adına olan «Messenger» proqramı vasitəsilə onun adından Könül adlı qadınla mesajlaşmamış, Bəxtiyarın «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçdiyi profil onda heç vaxt olmamışdır. Bəxtiyarla Ruslan kimi tanıdığı Təqsirləndirilən şəxs1 iştirakı ilə dəniz kənarında restoranların birində ilk dəfə görüşərkən Dünyamalı Bəxtiyara «Qaqa gördün AP 330 saxlatdırdı bizi». Bəxtiyar isə cavabında «Hə, hə də, sözünün canını de» deyə bildirmiş, bu zaman Dünyamalı söhbətinə davam edib «AP 330-u sürən Pünhan bizi saxlatdıranda dedi ki, qaqa yaman Ekuşun arxasınca fırlanırsan, ondan əl çək, o qız mənlikdir» deyə bildirdi. Sonradan Dünyamalı bu barədə Şamaxıda danışdığı üçün söhbət Pünhanın özünə çatmış və sonuncunun dostları, qohumları məsələni aydınlaşdırmaq üçün Dünyamalını axtarmağa başlamışlar. Dünyamalı bunu bilib əvvəlcə Bəxtiyara, sonra isə ona zəng edib demişdir ki, «Bəxtiyara demişəm bilir, sənə də deyirəm, əgər Pünhanın qohumları səndən nəsə soruşsalar deyin ki, Dünyamalı belə bir söz danışmayıb». Dünyamalıya demişdir ki, «bəsdir camaatın dalınca danışırsan, məndən nə soruşsalar, olduğu kimi deyəcəm». Bəxtiyara «Facebook» sosial şəbəkəsi vasitəsilə mesaj yazmışdır ki, «Dünyamalı necə danışıbsa, Pünhanın qohumları zəng etsə, elə də danış». Səhəri gün Bəxtiyar ona zəng etdikdə danışmışdır ki, «Mosunun qanının arasına girdim, əgər Mosunun əleyhinə danışsaydım, onu Pünhanın dostları vuracaqdılar, ona görə də məndən soruşulanda belə bir hadisənin baş vermədiyini demişəm». Mosu ləqəbli Təqsirləndirilən şəxs1la ayrıldıqdan sonra Zema ləqəbli Zenfira Kuliyevaya zəng edərək ona birləşib birlikdə Təqsirləndirilən şəxs1 ilişdirməyi təklif etməmiş, Zenfira özü Bəxtiyara zəng edib Mosunun onun cinsiyyət orqanını öpməsi barədə demişdir. Zenfiraya «Mosu mənimkini əmirdi, səninkini də əmirdi» deyə sual verməmiş və həmçinin ona «Sən nə gündəsən, sənin 70 yaşın var, üz-gözün qırış-qırışdı» sözlərini deməmiş, Zenfira Kulieva ona Mosunun onun yaşadığı evə gəlməsini və cinsiyyət orqanını öpməsini demişdir. Mosunun Zemadan 200 manat pul istəməsi barədə Zema özü Bəxtiyara danışmışdır. Şahid20la həqiqətən Bakı şəhərində, Binəqədi rayonunda, «Lalə» kafesində görüşmüş, Bəxtiyar sağlığında ona danışmışdır ki, «Bezmişəm, hər gün bunları gedib Müşviq qəsəbəsində qarşılamalıyam, sonra aldıqları narkotik vasitələrin pullarını ödəməliyəm, paltarlarını almalıyam, hər gün onlara Bakı şəhərində yerləşən «Qızılgül» restoranında qonaqlıq verməliyəm, əynimə bunların əlindən şalvar ala bilmirəm. Bratva deyir ki, sənin imkanın varsa, dostlara qrev eləməlisən». Bəxtiyar «bunlar» dediyi şəxslərdən Mosunu tanımış, Bəxtiyar kriminal adamlarla dostluq etmiş, Bəxtiyar əmisi Barata 15.000 və ya 20.000 manat pul atıb həmin adamlara xərcləmiş, ona «bunlar qorxulu adamlardırlar, özüm də bunlardan necə əl çəkməyimi bilmirəm» demiş, Bəxtiyar Mosudan qorxmuş və çəkinmiş, Mosunun arxasınca həmişə söysə də, onun üzünə heç vaxt heç bir söz deyə bilməmişdir. Bundan başqa, Mosu qız uşaqlarının sinə şəkillərini çəkməklə onları şantaj etmiş, Bəxtiyar ona demişdir ki, «Şamaxıda 2 və ya 9 nömrəli məktəbdə Elmira adlı müəllimə işləyir. Mosu onun qızı ilə telefonla danışıb, ondan yarıçılpaq fotoşəkillər tələb edib, həmin qız da şəkillərini Mosuya göndərib. Bundan sonra Mosu həmin fotoşəkilləri Bəxtiyar da daxil olmaqla Şamaxıda bir neçə adama göstərib». Mosunun həmin şəkilləri Bəxtiyardan başqa kimlərə göstərdiyini bilməmişdir. Bəxtiyar demişdir ki, «Mosu şərəfsizdir, həmin şəkili yayacağı ilə qızı hədələyib ya onunla cinsi əlaqədə olmağı tələb edib, ya da ondan pul tələb edib». Bundan başqa, Bəxtiyar ona danışmışdır ki, Mosu eyni hadisəni öz dostunun bacısı qızına qarşı da törətmiş və qızı hədələmiş, Mosunun hədələdiyi qızın kim olmasını isə bilməmişdir. Bundan başqa, da Mosu ləqəbli Təqsirləndirilən şəxs1 cinayətlər törətmiş, Şamaxı rayonunda Xoşu ləqəbli şəxsi adlarını bilmədiyi dostları ilə birlikdə maşına oturdub Şamaxı rayonunun Çuxuryurd kəndi istiqamətində aparıb döymüşlər, Xoşu ləqəbli şəxsin nə səbəbə döyüldüyünü bilməmişdir. Həmin hadisə 2017-ci ildə baş vermiş, harada baş verdiyini bilməmişdir. Bildiyinə görə «Xoşu» ləqəbli şəxs hansısa cəzasçəkmə müəssisəsində nəzarətçi işləmişdir. Mosu kriminal aləmə meyilli insan olmuş, Bəxtiyarın deməsindən bilmişdir ki, Mosu və dostları Şamaxıda çox adamı yükləyib pullarını almışlar, pul verməyəni isə döyüb biabır etmişlər, lakin Mosunun adamlarının kimlər olduğunu bilməmişdir. Dünyamalı ona dəfələrlə zəng edib görüşmələrini bildirmiş, əl çəkmədiyi üçün onunla Şamaxı rayonunda görüşmüş, həmin görüş zamanı Dünyamalı ona «Sən Bəxtiyarı sevirdin, Bəxtiyar da sənə özünü göstərirdi ki, guya səni sevir, amma səni aldadırdı. 5 dənə oğlanın içində oturub səndən danışır. Mənim anam heç nömrə yığa bilmir, telefondan camaatın anasının, arvadının, qohum əqrəbasının hamısı feysbuk işlədir» demişdir. 2018-ci ilin yanvar ayında Dünyamalı ilə Şamaxı rayonunda Çaxır zavodunun qarşısında görüşərkən ona öz telefonunda olan təxminən 9-10 yaşında qız uşağının fotoşəkilini göstərib «Bu uşaq Bəxtiyarın qızıdır, onun çənəsi xəstədir, raxitdir, Bəxtiyar 600-700 manatlıq ətir işlətdiyinə gedib uşağını müalicə etdirsin» deməmiş, telefonunda 1 nəfər kök bədən quruluşlu qadın şəkili göstərib «Bu Bəxtiyarın arvadının şəkilidir, «Facebook»dan götürmüşəm» deyə bildirməmişdir. Bəxtiyarın özünü intihar həddinə çatdıran şəxs Mosu olmuşdur. «Belə zəmanə gəlib ki, hamı gücü verib dilinə də, dil pəhlivanıdır də, dilnən dvijeniya eləyir başa düşürsən, belə də dilnən dvijeniya eləyir, belə də, başa düşdün, pasteldə də dilnən və belə danışıqda da həmçinin gücünü verib dilə də, dilnən bəlkə nəyisə əldə elədim. Mən belə şeylərə önəm vermirəm də başa düşürsən, öz ağlım mənə bəs eləyir, öz ürəyim necə istəyir elə də hərəkət eləyirəm» məzmunlu mesajı o, Təqsirləndirilən şəxs1 göndərmiş, səsli mesaj Bəxtiyarla ayrıldıqdan sonra olmuş, Dünyamalı ona tez-tez səsli mesaj göndərməyini demiş, Dünyamalının Zemanın cinsiyyət orqanını öpməsini bildiyi üçün sonuncuya həmin məzmunda səsli mesaj göndərmişdir ki, səsini heç kimə qulaq asdıra bilməsin (cild 6, iş vərəqi 193-206). Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixli şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 ilə telefonla danışan zaman sonuncu ona demişdir ki, «Ekuş, dünən Mosu məni razborkaya çağırmışdı. Şamaxıda Mosu ilə görüşdüm, 7-8 nəfərin yanında onu göt çıxartdım». Bəxtiyardan nə məsələ olduğunu soruşduqda cavabında demişdir ki, «Bu şərəfsiz məni Şamaxıda biabır edib, hamı mənə gözucu baxır. Mosu orada-burada danışır ki, mən dilvuranam. Mosu ilə 7- 8 nəfər oğlanın yanında Şamaxıdakı parkda görüşüb söhbət elədim, onu göt çıxartdım». xx xxxx 2018-ci il tarixdə səhər saatlarında Bəxtiyarla telefonla danışanda sonuncu ona demişdir ki, «Dünən qulağıma çatdı ki, bu şərəfsiz yenə də, orada burada deyir ki, Bəxtiyar özü dilvurandı və qabağıma çıxmaqdan qorxur, məndən qaçır. Zəng elədim Mosuya ki, sənin mənimlə problemin nədir, gəl bura söhbət edək, məsələni ikimiz aramızda aydınlaşdıraq. Mosuya zəng elədim, soruşdum ki, haradasan, dedi Müşfiq qəsəbəsindəyəm, gəlmişəm narkotika almağa. Dedim ki, gəl görüşək səninlə işim var. Ekuş, Mosu axşam gəlmişdi üstümə, onun varyoxunu söydüm, dedim ayə, mənə nə vermisən ki, ala bilmirsən, nə ağzına gələni danışırsan oradaburada, danışdıqların gəlib qulağıma çatır. Ekuş Mosunu bıçaqla vurmaq istəyirdim, içəri girəndə dedi ki, qaqa «Bratva» da kursdur bu söhbətə. Ekuş söhbəti tək Mosu bilsəydi eybi yox idi, uje dedi ki, «Bratva» kursdursa bu söhbətə, mən belə adla yaşaya bilmərəm, öldürəcəm özümü». Bəxtiyara «özünü niyə öldürürsən, Mosunu öldür» dedikdə, cavab olaraq «onlar çoxdur, mən təkəm. Mən bundan sonra onu öldürmək fikrimdən yayındım» demişdir. Bəxtiyar Mosudan və onun «Bratva» dediyi şəxslərdən çox qorxmuş, lakin Bəxtiyarın Mosudan qorxmasının səbəbi ona məlum olmamış, Bəxtiyar ona Mosu və dostlarının çox təhlükəli insanlar olduğunu, Şamaxıda imkanlı şəxslərə hədə-qorxu gələrək «Bratva» üçün pul topladıqlarını, pul verməyən insanları isə döyməklə, ailə üzvlərini oğurlamaqla cəzalandırdıqlarını demişdir. Bəxtiyar bir neçə dəfə onunla söhbət edən zaman demişdir ki, «Mosugil dəfələrlə məndən pullar tələb ediblər və mən istədikləri məbləği onlara vermişəm». Bəxtiyar bir dəfə demişdir ki, Kürdəmir rayonunda qaz xətləri çəkən zaman boruların pulundan əmisi Barata 15.000 və ya 20.000 manat pul atıb, həmin pulu da Mosugilə vermişdir. Lakin Bəxtiyarın həmin pulları harada və konkret olaraq kimə verməsindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2 Mosunun kimlərlə birlikdə və konkret olaraq kimlərə qarşı hədə-qorxu gəlib pullar aldığını ona deməmişdir. Bəxtiyar dəfələrlə ona Mosugildən canını qurtara bilmədiyini demiş və ona «Ekuş, bezmişəm bunlara pul xərcləməkdən, hər gün bunlar məni məcbur edib Bakı şəhərində Atatürk prospektində yerləşən «Qızılgül» restoranına aparırlar, orada yeyib-içib hesablarını mənə ödətdirirlər, narkotik vasitə alırlar, pulunu mənə ödətdirirlər, gündə 100-200 manat bunların narkotik vasitələrinə pul ödəyirəm. Mosu mənə deyir ki, Bariqa ilə danışmışam, narkotikanı az-az almaq sərf eləmir, Həci, pul ver 1 kiloqram narkotika alaq, mən isə tutulacağımdan qorxduğum üçün bundan imtina elədim. Mən özümə şalvar, köynək ala bilmirəm. Mosu əynimdə təzə paltar görən kimi deyir apar mənə də al». Bəxtiyarı özünü öldürmə həddinə çatdıran şəxs Təqsirləndirilən şəxs1 olmuş, xx xxxx 2018-ci il tarixdə gecə saat 12-1 radələrində Bəxtiyarla telefonla danışan zaman ona «Ekuş, özünü Mosudan qoru, o, çox təhlükəli insandır. Mosu evlənmək adı ilə qızları aldadıb onların çılpaq və ya yarıçılpaq şəkillərini əldə edib, sonra onlardan pul, pulu olmayanları isə cinsi əlaqədə olmağa məcbur edib, cinsi əlaqədə olmaqdan imtina edən qızın isə qardaşlarını çağırıb bir neçə adamın içərisində sındırıb. Ekuş ehtiyatlı ol, sənə də heyif vuracaq və əgər mənə bir şey olsa, ona zəng et, de ki, «Ay qəhbə dincəldin?» (cild 6, iş vərəqi 246-250). Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixli şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 ilə telefonla danışarkən sonuncu ona «Mosu 15 nəfərlə birlikdə məni «Şamaxı» restoranına söhbətə çağırdı. Orada dedilər ki, Mosu bizim qardaşımızdır. Sən demisən ki, Mosu dilvurandır, Mosu da bizim qardaşımızdır. Demək Mosu dilvurandırsa, elə çıxır ki, biz də dilvuranıq. Sübut elə ki, Mosu dilvurandı, sənin gözünün qabağında bıçağı onun arxasına soxacağıq. Mən dedim ki, Mosunun Zemanın cinsiyyət orqanını yalaması barədə Zema özü mənə danışıb. Mosu isə dedi ki, mən Zema ilə görüşmüşəm, o, mənə belə bir söz demədiyini bildirib. Ekuş, Mosu və restoranda olan 15 nəfər şəxs mənə dedilər ki, ya Mosunun dilvuran olmasını sübut eləyirsən, ya da günahını yumaq üçün 100.000 manat bizə verməlisən ki, səni bağışlayaq. Ekuş, Zemanın səs yazısını telefonumdan sildiyim üçün Mosunun Zemanın cinsiyyət orqanını yalamasını sübut edə bilmədim. Sonra mənə dedilər ki, yaxşı oğlan qəhbənin sözünə vid verməz. Qəhbənin sözünə inanan özü də qəhbədir. Tutaq ki, Zema belə bir söz deyib. Özün də bilirsən ki, Zema qəhbədir. Qəhbənin sözünə inanan elə özü də qəhbədir. Ekuş, mənə dedilər ki, 100.000 manat pul verməsən, atan Həsəni öldürəcəyik, sənin özüvün dilvurmağın barədə bizdə video var, pulu verməsəm, həmin videonu yayıb məni biabır edəcəklərini dedilər. Mən Mosuya maşınımda 30.000 manat pul vermişəm. Yerdə qalan 70.000 manat pulu verməyim üçün bu gün gecə saat 2-dək mənə vaxt qoyublar. Fikirləşdim ki, bir dənə çıxış yolum özümü öldürməkdir» demiş, Bəxtiyar hönkürərək ağlamağa başlamışdır. Bəxtiyara «Bəxtiyar, niyə ağlayırsan, sənin kiminsə qabağında əskik hərəkətin olmayıb axı, özünü niyə öldürürsən, elə Mosunun özünü öldürərdin» dedikdə, Bəxtiyar ağlayaraq «Ekuş, mən onların hansı birini öldürüm, mən təkəm, onlar çoxdur. Sənin bilmədiyin şeylər var» demiş, sonra Bəxtiyar demişdir ki, «Ekuş, həyatda mən 2 nəfəri istəyirəm, biri qızım Leyladır, digəri də sənsən. Ekuş, sən mənə çox yaxşılıq eləmisən, mənə dəyər vermisən, səndən bir şey xahiş edim. Mənə bir şey olsa, sən Mosunu yığarsan, deyərsən ki, ay qəhbə dincəldin?». Zərərçəkmiş şəxs2 «Şamaxı» restoranında Mosu ilə birlikdə onunla söhbət edən digər 15 nəfərin kim olmasını ona deməmiş, Dünyamalı azadlıqda olduğu üçün bu barədə əvvəllər istintaqa məlumat verməmişdir. Bəxtiyar özü də ona demişdir ki, «Mosugilin məndən pul istəyib almaları barədə heç kimə heç nə demə. Əgər desən, Mosugil sənə də heyif vuracaqlar.» Bəxtiyar özü ona telefonla danışanda demişdir ki, «Ekuş, özünü Mosudan qoru, mən onun barəsində olan səs yazısını dostlarına yollayıb onu biabır etmişəm, Mosu ona görə mənə, sən isə onu atdığına görə sənə heyif vuracaq» demişdir. Mosudan qorxduğu üçün onun Bəxtiyardan 100.000 manat pul tələb edib 30.000 manat alması barədə əvvəllər istintaqa məlumat verməmişdir (cild 8, iş vərəqi 24-31). Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə ifadəsində göstərdiklərini xx.xx.2018-ci il tarixdə şahid qismində Təqsirləndirilən şəxs1 ilə 3 saylı istintaq təcridxanasında videoçəkilişlə aparılmış üzləşməsi zamanı sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 8, iş vərəqi 32-64). Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixli şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat 11-12 radələrində Şamaxı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dostu «Ampa» ləqəbli Şahid23 onun istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** mobil nömrəsinə zəng edib bildirmişdir ki, «Zərərçəkmiş şəxs2 özünü asıb öldürüb, bəs burada danışırlar ki, sən Bəxtiyarla intim əlaqədə olanda bunu videoya çəkmisən, Bəxtiyarı həmin video ilə biabır eləmisən, ona görə də Bəxtiyar özünü asıb öldürüb». Əflatuna belə bir halın olmadığını, Bəxtiyarı videoya çəkmədiyini, biabır etmədiyini demiş, sonradan Əflatunla Şamaxı şəhərində görüşmüş və söhbət zamanı Əflatun demişdir ki, «Mosu Bəxtiyarın yas mərasimində və Şamaxıda orada-burada danışır ki, Bəxtiyarı özünü öldürmə həddinə Elnarə çatdırıb, Bəxtiyar Elnarə ilə intim əlaqədə olanda bunu Elnarə videoya çəkib və sonra da həmin video ilə Bəxtiyarı biabır elədiyinə görə Bəxtiyar özünü asıb öldürüb». Əflatuna demişdir ki, «belə bir video heç vaxt olmayıb, Mosu məni şərləyir və bu cür məlumat yaymaqla öz günahını mənim üstümə atır». Bəxtiyarın 30.000 manat pulu haradan və kimdən əldə etdiyini bilməmiş, sonuncunun deməsindən bilmişdir ki, pula ehtiyacı olduqda Ağsu rayonunda yaşayan Sənan adlı dostundan, Bakı şəhərində yaşayan və «prorab» işləyən Əvəz adlı şəxsdən, eləcə də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləyən Hacı deyə müraciət etdiyi şəxsdən almışdır. Həmin şəxsləri tanımasa da, Bəxtiyarın deməsindən bilmişdir ki, hər üç şəxsin maddi imkanları yaxşı olmuş, pula ehtiyacı olduqda Bəxtiyar həmin şəxslərdən borc almışdır (cild 8, iş vərəqi 129- 132). Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, xx.xx.2018-ci ildə Zərərçəkmiş şəxs2 ilə münasibətini konkret olaraq bitirmiş, lakin bundan sonra sonuncu ona dəfələrlə gizli nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək Əli Pomeri adlı İranlı müğənninin “Darıxmışam”, “Sevgilim” adlı mahnılarını dinlətmiş, həmin zənglərə məşğul versə də, yenidən ona gizli nömrədən zənglər gəlmiş və yenidən mahnılar oxudulmuşdur. Bir dəfə ona yenidən gizli nömrədən zəng gələn zaman istifadəsində olan digər ***-***-**-** mobil nömrədən Bəxtiyarın istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə zəng etmiş və nömrəsinin məşğul olduğunu görmüşdür. Bu zaman ona zəng edənin Bəxtiyar olduğunu bilmiş və zəngi dayandırmışdır. Elə həmin dəqiqə Bəxtiyar ona zəng edərək demişdir ki, ”necə bildin ki, bu mənəm?”, cavabında bildirmişdir ki, “səndən başqa kim olacaq ki, mənə zəng edən, niyə belə edirsən”, Bəxtiyar cavabında ona “çox pis darıxmışam sənsiz, səsini heç olmasa eşidirəm də belə” demişdir. Bundan sonra çərşənbələrdə, 8 martda zəng edərək bayramını təbrik etmiş, yalnız bu hallarda onunla danışmışdır. Bundan başqa, Bəxtiyar ona zəng etdikdə məşğul olduğunu demiş, digər hallarda isə danışan zaman yalnız hal-əhval tutmaq üçün zəng etmiş, başqa bir məsələ ilə bağlı heç vaxt zəng etməmiş, yalnız Bəxtiyar ona zəng edəndən sonra qayıdıb zəng etmişdir. Zərərçəkmiş şəxs2 intihar etməmişdən əvvəl ona qəbir fotoşəkli, özünü asacağı ipin fotoşəklini, itlə birlikdə və ad günü məclisində çəkilmiş fotoşəkillərini mobil telefon vasitəsilə göndərsə də, sonuncunun şəkilləri ona göndərən zaman narkotik vasitənin təsiri altında olduğunu düşünmüş, həmin şəkilləri Bəxtiyardan ayrıldığı və ehtiyac bilmədiyi üçün silmişdir. İlkin ifadələrində Təqsirləndirilən şəxs1 və qeyrilərinin Bəxtiyardan 30 min pul istəmələrini istintaqdan gizlətmiş, Dünyamalıgildən qorxduğu üçün bu məlumatı gizlətmiş, bu məlumatı istintaqdan gizlətməyə əsas səbəbi o olmuşdur ki, mərhum Bəxtiyar ona demişdir ki, «bu söhbəti heç kimə demə, Ruslangil sənə də heyf edərlər». Ruslangildən qorxduğu üçün bu məlumatı istintaqdan gizlətmiş, Ruslan tutulandan sonra bu məlumatı sonrakı ifadələrində özü qeyd etmişdir. Onlar Bəxtiyarla bir yerdə olan zaman onun telefonu hər zaman Bəxtiyarın əlində olmuş, Bəxtiyar onun telefonu ilə arvadı Sevdanı izləmiş, ilk olaraq Sevdaya heç bir mesaj yazmamış, Bəxtiyarın arvadı ona “xanım, sizdən mənə mesaj gəlib “A” hərfi məzmunlu mesaj gəldi» yazmış, nömrəni tanımadığı üçün həmin nömrəyə mesaj yazaraq kim olduğunu soruşmuş, ona Bəxtiyarın arvadı olduğunu mesajla yazmışdır. Həmin nömrəyə “get Bəxtiyardan soruş” məzmunlu mesaj yazmış, çünki kiminsə ailəsini dağıtmaq onluq olmamışdır. Heç vaxt Bəxtiyar ona zərrə qədər də pislik etməmiş, onu boğmamış, əgər sonuncu onu boğsaydı, bu barədə polisə məlumat vermiş olardı. Heç kimin Facebook profilini ələ keçirməmiş, “Sabina Aliyeva” adında öz Facebook profili olmuş, heç bir fotoşəkil paylaşmamışdır. Şahid33 tanımamış, nə də “Könül Sultanlı” adlı profillə mesajlaşmamış, onunla heç vaxt Facebookda danışmamışdır. Bəxtiyar zəng edərək onu narahat etdiyi üçün «Sabina Aliyeva» adlı profillə qeydiyyatdan keçdiyi «Facebook» səhifəsindən xx xxxxxx 2018-ci il tarixdə saat 9:15-də Zərərçəkmiş şəxs2 məxsus «Facebook» səhifəsinə «Sən ki, belə etdin, onda bax gör mən neynirəm, arvadıvın arzularını yerinə yetirim, sən də bax» məzmunlu mesaj yazmış, Bəxtiyarı özündən uzaqlaşdırmaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə saat 11:16-da Zərərçəkmiş şəxs2 məxsus «Facebook» səhifəsinə sonuncunun həyat yoldaşı Şahid17 fotoşəkilini göndərərək «Bir az da çənəsi uzansın» məzmununda mesaj yazmışdır. Bəxtiyara olan sevgisi artıq bitmək üzrə olduğu üçün ona «Heyyyy», «Az qalıb onsuz» sözlərini yazmışdır. Son günlər Bəxtiyarla ancaq telefonla zəngləşib danışmışlar, xx xxxx 2018-ci il tarixdə Bəxtiyar ona “WhatsApp” proqramı ilə 3 və ya 5 ədəd fotoşəkil göndərmiş, həmin şəkillər barədə əvvəlki ifadəsində tam ətraflı göstərmiş, xx xxxx 2018-ci il tarixdə səhər saatlarında Bəxtiyarın özünü asıb öldürməsi ona pis təsir etdiyi üçün şəkilləri silmişdir. Bundan başqa, heç bir səbəb olmamış, Bəxtiyarla “WhatsApp” proqramı vasitəsilə heç vaxt mesajlaşmamış və ya zəngləşib danışmamışlar. Zərərçəkmiş şəxs2 hamilə qalmamışdır. Dünyamalı dəfələrlə zəng edib görüşmələrini bildirmiş, əl çəkmədiyi üçün sonuncu ilə Şamaxı rayonunda görüşmüş, həmin görüş zamanı Dünyamalı ona demişdir ki, “Sən Bəxtiyarı sevirdin, Bəxtiyar da sənə özünü göstərirdi ki, guya səni sevir, amma səni aldadırdı. 5 dənə oğlanın içində oturub səndən danışır. Mənim anam heç nömrə yığa bilmir, telefondan camaatın anasının, arvadının, qohum əqrəbasının hamısı feysbuk işlədir”. Dünyamalı Bəxtiyarla onun sevgili olduğunu öyrənəndə çox pis olmuş, Bəxtiyarla onun ayrılmağına çalışmış, Dünyamalı yalan danışmaqla özünü təmizə çıxarmaq istəmiş, Bəxtiyarın özünü intihar həddinə çatdıran şəxs Mosu olmaqla törətdiyi cinayəti gizlətmək üçün olmayan hadisələri uydurmuşdur. Səsli mesajı Bəxtiyarla ayrıldıqdan sonra Dünyamalıya göndərmiş, Dünyamalı ondan tez-tez səsli mesaj göndərməyini istəmiş, Dünyamalının onun səsini kimlərəsə qulaq asdıracağını bildiyi üçün Dünyamalının Zemanın cinsiyyət orqanını öpməsini bildiyi üçün həmin məzmunda səsli mesaj göndərmiş ki, səsini heç kimə qulaq asdıra bilməsin. Mosu ləqəbli Təqsirləndirilən şəxs1 göstərişi ilə və ya tapşırığı ilə Zərərçəkmiş şəxs2 ilə intim münasibətdə olmamış, intim münasibətdə olarkən şəkillər çəkməmiş, Mosu ləqəbli Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 şantaj etməmiş, Zərərçəkmiş şəxs2 heç vaxt hər hansı məbləğdə pul tələb etməmiş və ya almamışdır. Bəxtiyar özü ondan 200 manat borc pul almış, avtomobil qəzasına düşdükdən sonra xəstəxanada və ev şəraitində müalicə olarkən bir neçə dəfə ona dərman preparatları, müxtəlif yeməklər, salatlar, şirniyyat məmulatları və şirələr alıb aparmışdır. Bəxtiyar heç vaxt ona hər hansı məbləğdə pul verməmişdir. Bəxtiyarı barəsində rüsvayedici məlumatlar yaymaqla hədələməmiş, ləyaqətini alçaltmamış, bu barədə aralarında heç vaxt belə bir söhbət olmamışdır. Heç vaxt Bəxtiyardan heç bir məbləğdə pul tələb etməmiş, onunla intim əlaqədə olduğu zaman heç vaxt heç bir foto və video çəkməmişdir. Axtarış zamanı evində tapılmış dəyənəyi 3-4 il əvvəl tapmış, heç vaxt istifadə etməmiş və gəzdirməmişdir. Zərərçəkmiş şəxs5 Əbdulağa qızını tanımamışdır (cild 9, iş vərəqi 228-236). Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatları xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs1 ilə üzləşməsi zamanı bir daha sonuncunun üzünə qarşı deməklə təsdiq etmişdir (cild 10, iş vərəqi 8-12). Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixli ifadəsində həmçinin göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 ilə telefonla danışarkən sonuncu ona «Mosu 15 nəfərlə birlikdə məni məni Şamaxı restoranına söhbətə çağırdı. Orada dedilər ki, Mosu bizim qardaşımızdır. Sən demisən ki, Mosu dilvurandır, Mosu da bizim qardaşımızdır. Demək Mosu dilvurandırsa elə çıxır ki, biz də dilvuranıq. Sübut elə ki, Mosu dilvurandı sənin gözünün qabağında bıçağı onun arxasına soxacağıq. Mən dedim ki, Mosunun Zemanın cinsiyyət orqanını yalaması barədə Zema özü mənə danışıb. Mosu isə dedi ki, mən Zema ilə görüşmüşəm, o mənə belə bir söz demədiyini bildirib. Ekuş, Mosu və restoranda olan 15 nəfər şəxs mənə dedilər ki, ya Mosunun dilvuran olmasını sübut eləyirsən, ya da günahını yumaq üçün 100.000 manat bizə verməlisən ki, səni bağışlayaq. Ekuş Zemanın səs yazısını telefonumdan sildiyim üçün Mosunun Zemanın cinsiyyət orqanını yalamasını sübut edə bilmədim. Sonra mənə dedilər ki, yaxşı oğlan qəhbənin sözünə vid verməz. Qəhbənin sözünə inanan özü də qəhbədir. Tutaq ki, Zema belə bir söz deyib. Özün də bilirsən ki, Zema qəhbədir. Qəhbənin sözünə inanan elə özü də qəhbədir. Ekuş mənə dedilər ki, 100.000 manat pul verməsən atan Həsəni öldürəcəyik, sənin özüvün dilvurmağın barədə bizdə video var, pulu verməsəm həmin videonu yayıb məni biabır edəcəklərini dedilər. Mən Mosuya maşınımda 30.000 manat pul vermişəm. Yerdə qalan 70.000 manat pulu verməyim üçün bu gün gecə saat 2-dək mənə vaxt qoyublar. Fikirləşdim bir dənə çıxış yolum özümü öldürməkdir» deyib hönkürərək ağlamağa başlamışdır. Bəxtiyar n»iyə ağlayırsan sənin kiminsə qabağında əskik hərəkətin olmayıb axı, özünü niyə öldürürsən, elə Mosunun özünü öldürərdin» dedikdə Bəxtiyar ağlayaraq «Ekuş mən onların hansı birini öldürüm, mən təkəm onlar çoxdur. Sənin bilmədiyin şeylər var», «Ekuş həyatda mən 2 nəfəri istəyirəm, biri qızım Leyladır, digəri də sənsən. Ekuş sən mənə çox yaxşılıq eləmisən, mənə dəyər vermisən, səndən bir şey xahiş edim. Mənə bir şey olsa sən Mosunu yığarsan, deyərsən ki, ay qəhbə dincəldin?» sözlərini demişdir. Bəxtiyara «bəsdir artıq əsəbiləşirəm, qorxuram, belə şeylər danışma, zəng edib 102 xidmətinə məlumat verəcəm» demiş, Bəxtiyar ona «Bir həyat boyu səni bağışlamaram və üzüvə baxmaram. Sən lap 102 xidmətinə zəng elədin, zəng eləyəndən sonra hər gün mənim yanımda qarovul qalacaq? bu gün asmayacam sabah asacam, sabah asa bilməyəcəm o birisi gün asacam» demişdir. Bəxtiyara «istəyirsən bu gün, istəyirsən sabah as özünü mən 102-yə yığıram» dedikdə, sonuncu ona «Mən bayaqdan səninlə məzələnirəm, görüm məni istəyirsən yoxsa istəmirsən» demişdir. Onunla telefonla danışdığı ərəfədə Bəxtiyara əmiləri Tağı və Barat da zəng etmişlər, Bəxtiyar sonda ona demişdir ki, «gecə saat 2-də getməliyəm». Hara getməli olduğunu soruşduqda, Bəxtiyar tələsik formada «getməliyəm, səni çox istəyirəm, həmişə istəmişəm, özündən muğayat ol» deyib telefonu söndürmüşdür. Yenidən zəng etdikdə telefonuna zəng çatmamış, Bəxtiyar ona demişdir ki, telefonunun adapterini maşında enerji yüklənməsi üçün zajiqalka yerinə qoşduğu üçün «USB» kabeli yanmışdır. Düşünmüşdür ki, Bəxtiyarın telefonunun enerjisi qurtarıb deyə telefonu sönmüş, bundan sonra yatmışdır. Zərərçəkmiş şəxs2 «Şamaxı» restoranında Mosu ilə birlikdə onunla söhbət edən digər 15 nəfərin kim olmasını ona deməmiş, bu barədə ona görə əvvəllər istintaqa məlumat verməmişdir ki, Dünyamalı azadlıqda olmuş, Bəxtiyar özü də ona demişdir ki, «Mosugilin məndən pul istəyib almaları barədə heç kimə heç nə demə, əgər desən, Mosugil sənə də heyif vuracaqlar». Bəxtiyar özü ona telefonla danışanda demişdir ki, «Ekuş, özünü Mosudan qoru, mən onun barəsində olan səs yazısını dostlarına yollayıb onu biabır etmişəm, Mosu ona görə mənə, sən isə onu atdığına görə sənə heyif vuracaq» demişdir. Təqsirləndirilən şəxs1 çox təhlükəli insan olmaqla həbsdə olsa da belə, sonuncudan qorxmuş, Mosudan qorxduğu üçün onun Bəxtiyardan 100.000 manat pul tələb edib 30.000 manat alması barədə əvvəllər istintaqa məlumat verməmiş, Zərərçəkmiş şəxs2 ölümünə səbəb Mosu ləqəbli Dünyamalı olmuşdur. Çünki Bəxtiyar özü ölməmişdən qabaq dəfələrlə ağlaya-ağlaya bunları ona demişdir. Bəxtiyarın ipin və qəbrin fotoşəklini ona göndərməsi, eyni zamanda digər xüsusatlar üzrə ona verdiyi məlumatları ibtidai istintaqa səmimi olaraq göstərməklə ifadə vermiş, yəni istintaqla tam səmimi əməkdaşlıq etdiyi halda istintaqın ona 125-ci maddə ilə ittiham verməsini anlaya bilməmişdir. Bəxtiyar onu heç vaxt boğmamış, öldürməyə cəhd etməmiş, bir kişi kimi ondan çəkinmiş və onu qısqanmışdır. Bəxtiyarın özünün və ailə üzvlərinin videogörüntüləri və fotoşəkilləri heç vaxt onda olmamış və yaymamışdır. xx xxxxxx 2018-ci il tarixdə yaşadıqları ünvan 3 ünvanında axtarış aparılan zaman aşkar olunaraq götürülmüş 1 ədəd dəyənəyi 2012-ci ilin təxminən fevral ayında Bakı şəhərində evinin qarşısında tapmış, selfi çubuğu zənn edərək götürmüş, evə qalxdıqda işarə çubuğu bilmiş, o vaxtdan istifadə etməmiş, suvenir kimi dolabda qalmışdır. Yaşadığı evin dörd bir tərəfi kamera müşahidəsi altında olduğundan və Bakı şəhəri təhlükəsiz şəhər olduğundan heç vaxt üzərində gəzdirməyə ehtiyac görməmiş, polis və prokurorluq işçiləri ilə dost olduğu üçün belə şeylərlə özünü qorumağa ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsinə görə, Zərərçəkmiş şəxs7 təxminən 2013-2014-cü illlərdə avtoavariya törətdiyi vaxt onu Zaqatala şəhərində hazırda adını xatırlamadığı oteldə zorlamışdır. Yolnəqliyyat hadisəsi ilə bağlı təyin olunmuş ekspertiza ilə əlaqədar işinin onda olması ilə bağlı heç bir orqana şikayət etməmişdir. Zərərçəkmiş şəxs7 konkret olaraq onu nə vaxt, harada, necə və hansı şəraitdə zorlamasını, ona müqavimət göstərib-göstərməməsini, ona zor tətbiq edib-etməməsini, xəsarət yetiribyetirməməsini, əynində hansı paltarların olmasını, paltarlardan cırılanı və söküləni olub-olmamasını dəqiq olaraq xatırlamamışdır. Zərərçəkmiş şəxs7 onu təklikdə zorlamış, bu barədə heç kimə məlumat verməmiş, yanlarında heç kim olmamış, şikayət edəcəyi təqdirdə onu tutacaqları ilə hədələmiş, dayılarının hamısının vəzifədə olduğunu, tanınmış nəsil olduqlarını, onlara heç kimin bata bilməyəcəyini dediyi üçün şikayət etməmişdir. Zərərçəkmiş şəxs7 ondan 400 manat məbləğində rüşvəti təxminən 2013-2014-cü illərdə yol nəqliyyat hadisəsi törətməyi ilə bağlı Bakı şəhəri, Bulvar ərazisində istəmiş və almışdır. Verdiyi 400 manat 4 ədəd 100 manatlıq pul əskinasından ibarət olmuş, Anara pul verməyini heç kim görməmiş, eşitməmiş, bu barədə anası Şahid39 və yol-nəqliyyat hadisəsi zamanı xəsarət yetirdiyi şəxsin özü bilmişdir. Zərərçəkmiş şəxs7 pulu ondan xəsarət yetirdiyi şəxsin xəsarətini yüngül dərəcəli yazmaq müqabilində istəmiş və almış, xəsarət yetirdiyi şəxsin xəsarətləri əslində döş qəfəsinin, yəni qabırğaların sınaraq ağ ciyərə batması, dizdən aşağı iliy sümüyünün qırılması olmuş, ümumiyyətlə hadisə nəticəsində həmin şəxs çoxsaylı sınıq xəsarətləri almışdır. Zərərçəkmiş şəxs7 onu cinayət məsuliyyətindən azad etmək məqsədilə ondan rüşvət almış, rüşvət alıb vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Onda heç vaxt beşbarmaq olmamış, Dünyamalıya heç vaxt belə bir söz deməmiş, Dünyamalının Bəxtiyarın üstünə getməsini, aralarında olan problemi, dilvurma söhbətini istintaqa açdığı üçün Dünyamalı ona şər atmış, Dünyamalı hər zaman özünü kriminal avtoritet hesab etdiyinə görə dilvurma söhbəti onu sarsıtmışdır. Polis əməkdaşı anasına zəng vurub, telefonun kimə məxsus olmasını soruşmuş, anasından həmin polisin nömrəsini alıb zəng edərək telefonu aparıb polisə təqdim etmiş, polis telefonun onda haradan olduğunu soruşduqda mərhum Bəxtiyardan ona olan 200 manat borcu əvəzində 2 ədəd telefon aldığını, telefonlardan birinin 20 manatlıq NOKİA markalı telefon, digərinin həmin telefon olduğunu bildirmiş, telefonu alan zaman baxış keçiriləcəyini və məhkəmə tərəfindən ona qaytarılacağını bildirmişlər, onun yanında heç kim Elnura telefon verməmiş, 19-cu PŞ-nin qarşısında Elnurla rastlaşmışdır. Ətrafında xeyli sayda imkanlı, yaraşıqlı, vəzifəli tanışlarının, dostlarının olduğu təqdirdə, həmin şəxslər həmişə ona narkomandan uzaq durmağını məsləhət gördükləri halda nə üçün narkoman, heç bir yerdə işlməyən, adı gündə evli qadınlarla hallanan, Könül kimi pozğun, əxlaqsız qadınla gəzən Bəxtiyarı nə üçün özünə ər düzəltməli olmuşdur. Bəxtiyarın ona deməsinə görə, hətta əmisi Baratın arvadı onun gəzəyən olmasına görə öz evində başına benzin töküb yandırmış, hazırki vaxtadək plastik əməliyyatlar etdirsə də, yanğının izini itirə bilməmişlər, atası Həsən isə öz ofisiantı ilə gəzmiş və hər gün qısqanmışdır (cild 13, iş vərəqi 168-191). Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixli ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 son danışıqları zamanı ona Təqsirləndirilən şəxs1 ondan 100000 manat məbləğində pul tələb etməsi və 30000 manat məbləğində pul alması barədə heç bir söz deməmiş, istintaq zamanı Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində müstəntiq onu öyrədərək bu məzmunda ifadə verməyini bildirmiş, Mosuya nifrət etdiyi üçün bu məzmunda ifadə vermişdir. Dəfələrlə Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə versə də, həmin məzmunda, yəni Mosunun hədə-qorxu ilə pul tələb edib alması barədə ifadə verməmiş, 2018-ci ilin dekabr ayında 9 aydan sonra müstəntiq onu aldadaraq, ona təyziq göstərərək bu məzmunda ifadəsini almışdır. Dəfələrlə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra Şamaxı rayon prokurorluğunda da dəfələrlə onu ağır cinayətlərdə məcbur edərək bu məzmunda ifadə aldıqlarını bildirsə də, ifadələrinə oxumadan imza etdirdiklərini bildirsə də, Şamaxı rayon prokurorluğunda ona həmin ifadəni dəyişəcəyi təqdirdə özünə ağır maddə ilə ittiham verəcəkləri ilə onu hədələmişlər. Hətta vəkili Müdafiəçi4 da həmin ifadələrinin yalan olduğunu bildirsə də, Müdafiəçi4 ona həmin ifadəni dəyişməyini bildirmişdir. Vəkilinin məsləhəti ilə hazırkı həqiqətə uyğun ifadəsini verir. X53 tutmaqla hədələmiş, həmçinin aldadaraq ona «camaatın balası ölüb, belə bir ifadə ver» demiş, bundan sonra müstəntiqin öyrətdikləri əsasında həmin məzmunda ifadə vermişdir. Müstəntiq həmçinin, ona “Mosu” ilə keçiriləcək üzləşdirmələri zamanı sonuncunun üzünə durmağını, üzləşdirmə zamanı aqressiv şəkildə “Mosu”nun üstünə qışqırmağı bildirmişdir. “Mosu” ilə üzləşdirmə zamanı hətta müstəntiqin dediyindən də daha yumşaq şəkildə ifadə vermişdir (cild 14, iş vərəqəi 94-99). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayon sakini kimi tanımış və aralarında kişi-qadın münasibəti olmuşdur. Həmin münasibətlər zamanı Dünyamalı ondan 1000 manat pul almışdır. Sonradan o, həmin pulu Dünyamalıdan istəyəndə, sonuncu ona hədə-qorxu gəlmişdir. Dünyamalı ondan aldığı pulu hələ də qaytarmamışdır. Verilən suallara cavabında Zərərçəkmiş şəxs1 bildirdi ki, ibtidai istintaq zamanı o, düzgün ifadə vermişdir. Tanışlıqları barədə Zərərçəkmiş şəxs1 göstərdi ki, Dünyamalı hardansa onun nömrəsini əldə etmiş və ona «WhatsApp»da yazmışdır. O, nömrəni kimdən aldığını soruşduqda, bir qadından əldə etdiyini demişdir. Dünyamalı ilə birinci dəfə öz evində cinsi əlaqədə olmuşlar. Dünyamalıya verdiyi 1000 manat pul həyat yoldaşına məxsus olmuş, sonuncu elə bilmişdir ki, o, həmin 1000 manat pulu qardaşlarına vermişdir. O, Dünyamalıdan pulu qaytarmasını istəyəndə, sonuncu, nalayiq söyüşlərlə onu söyüb təhqir etmiş, ona demişdir ki, əgər bir də pulu tələb etsə, onu rüsvay edəcək, bu barədə həyat yoldaşına məlumat verəcəkdir. O, Dünyamalı ilə dəfələrlə cinsi əlaqədə olmuş, həmçinin həyat yoldaşı ilə də münasibəti normal olmuşdur. Dünyamalı ilə onun münasibətləri 2017-ci ilin noyabr ayına qədər davam etmişdir. O, Dünyamalıdan şikayət etməmiş, sonradan Bakıdan Əli Babayev adlı müstəntiq ona zəng etmiş və izahatını almışdır. Müstəntiq Dünyamalı tutulandan sonra onu dindirməyə çağırmışdır. O, həmin 1000 manat pulu Dünyamalıya borc kimi verməmişdir. Pulu Dünyamalıya verdiyini həyat yoldaşı noyabr ayında bilmiş, ondan pulu hara xərclədiyini soruşanda, itirdiyini bildirmiş, lakin yoldaşı onun həmin pulu qardaşıgilə verdiyini fikirləşmişdir. Bundan başqa, o, öz qızıllarını Şahlar adlı şəxsə vermişdir. Zaur adlı şəxs onun qardaşının sinif yoldaşıdır. O, Dünyamalıdan pulun alınmasını Zaurdan xahiş etməmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2017-ci ilin mart və ya aprel ayında istifadəsində olan mobil nömrəyə ***-***-**-** mobil nömrədən mesaj daxil olmuş, həmin dövrdə qaynı Allahyarın ona verdiyi yadında qalmayan mobil nömrəni işlətmişdir. ***-***-**-** mobil nömrənin istifadəçisi adının Ruslan olduğunu, Şamaxı şəhərində yaşadığını, ticarətlə məşğul olduğunu bildirmiş, nömrəni ona Şahların verməsini başa düşdüyü üçün kimdən nömrəni almasını soruşmuş, Ruslan nömrəni adını demək istəmədiyi bir qadından götürdüyünü demişdir. Sonradan Ruslan ona əsl adının Dünyamalı olduğunu, bu ad onun mərhum əmisinin adı olduğunu, əmisi cavan yaşda vəfat etdiyinə görə bu adın ona verildiyini, amma Şamaxıda hamının onu Mosu kimi tanıdığını bildirmişdir. Dünyamalı ilə telefonla danışmağa və mesajlaşmağa başlamış, Dünyamalı ilə danışıdığı mobil nömrə qaynının adına olduğuna görə tanışı Zaura ona bir ədəd sim və bir ədəd cin nömrə alıb verməsini demiş, Zaur da onun xahişini yerinə yetirərək ona ***-***-**-** və ***-***-**-** mobil nömrələri alıb vermişdir. Bundan sonra mütəmadi olaraq Dünyamalı ilə danışmağa, mesajlaşmağa və onu sevməyə başlamış, Dünyamalı da onu sevdiyini demişdir. X27 ayrı-ayrı vaxtlarda özünün razılığı ilə gecə saatlarında Dünyamalı ilə yaşadığı evdə cinsi əlaqədə olmuş, lakin heç vaxt Dünyamalıdan uşağa qalmamışdır. «WhatsApp» proqramı ilə Dünyamalıya öz şəkillərini, həmçinin Düyamalı da öz şəkillərini ona göndərmişdir. 2017-ci ilin iyul və ya avqust ayında tarixini xatırlamadığı gün Dünyamalı ona zəng edib kimisə döydüyü üçün polislərin onu axtardığını, buna görə Şamaxıdan Bakıya qaçıb gəldiyini və bir müddət Şamaxıya gəlməyəcəyini demişdir. Dünyamalıdan nə səbəbə polislərin onu axtardığını soruşduqda, ona «Qardaşımın toy günü bir adamla əlbəyaxa olub onu döydüm, sən demə döydüyüm həmin adamın qardaşı polis imiş, sonra onlar məndən polisə şikayət elədilər. Zibilə düşmüşəm, Şamaxı polisi işi bağlamaq üçün məndən 3000 manat pul istəyirlər, 2000 manat pul tapıb düzəltmişəm, 1000 manat pulum çatmır, onu da sən tap ver» demişdir. Dünyamalıya 1000 manat pulunun olmadığını bildirdikdə, sonuncu əsəbləşərək ona «Sən ərin ola-ola mənimlə cinsi əlaqədə olmusan, əgər istədiyim 1000 manat pulu verməsən, bu barədə ərinə deyəcəm» bildirmişdir. Bu zaman çox qorxmuş və Dünyamalıya yalvararaq «mənim səninlə cinsi əlaqədə olmağım barədə ərimə demə, istədiyin 1000 manat pulu tapıb sənə verəcəm» demişdir. Yaşadığı evdə 30.000 manat pul olmuş, həmin pul əri Kamrana məxsus olmuşdur. Belə ki, o, özünə məxsus iri və xırdabuynuzlu heyvanları satıb pulu saxlamağı üçün ona vermişdir. Məcbur olub Dünyamalıya «gəl bizim evə, 1000 manat pulu verim götür» demişdir. 2018-ci ilin avqust ayının ortaları dəqiq tarixini xatırlamadığı gün Təqsirləndirilən şəxs1 özü tək gecə saat 12-1 radələrində yaşadığı evin küçəyə baxan pəncərəsinin qarşısına gəlmiş, həmin gün əri Kamran Kürdəmir rayonunda olmuş, evdə başqa heç kim olmamışdır. Pəncərədən 1000 manat pulu Dünyamalıya vermiş, sonuncu tək gəlmiş, onun Dünyamalıya 1000 manat pul verməyini heç kim görməmişdir. 2017-ci ilin noyabr ayının 18-də qaynı Aslanın toy məclisi olmalı imiş, toydan təxminən 1 həftə əvvəl qaynı Aslan ondan nişanlısı üçün anasından yadigar qalmış qızıl qolbağını istəmiş, həmçinin toy məsrəflərini qarşılamaq üçün əri Kamran evdə olan 30000 manat pulu sayarkən, 1000 manat pulun əskik olduğunu görüb ondan pulu nə etdiyini soruşmuşdur. Ailə üzvlərinə yalan danışaraq qızılları və 1000 manat pulu itirdiyini bildirsə də, ona inanmamışlar. Belə olduqda yenə yalan danışıb demişdir ki, «qızılları və pulu qardaşlarıma vermişəm». Sonra əri və qaynıgil qardaşları İxtiyarla İlhamı yaşadıqları evə çağırmışlar, qardaşları ilə öz otağında təklikdə söhbət edən zaman Şahların onu hədələyərək qorxudub qızılları və Dünyamalının isə onu hədələyib 1000 manat pulu ondan aldıqlarını demiş və onlardan xahiş etmişdir ki, bu məsləni qayınatasıgilə bildirmədən Şahları tapıb qızılları ondan geri alsınlar. Şahların onu hədələyib qızıllarını alması, eləcə də Dünyamalının onu hədələyərək 1000 manat pulumu alması barədə Zaura da məlumat vermişdir. Hətta Zaura demişdir ki, «1 nəfər polis tap, Şahları və Dünyamalını yanına çağırıb qorxutsun və qızılları və 1000 manat pulu onlardan alsın». Lakin Zaur ona köməklik edə bilməyəcəyini demişdir. Qardaşları Şahları axtarsalar da tapa bilməmişlər, qaynıgil hələ də qızılların və 1000 manat pulun qardaşıgildə olduğunu bilmişlər. Təqsirləndirilən şəxs1 hansı cinayəti törətdiyinə görə qaçıb gizləndiyini, döydüyü adamın kim olduğunu, ondan aldığı 1000 manat pulu kimə verdiyini bilməmiş, Dünyamalıya ondan aldığı 1000 manat pulu geri qaytarmasını dedikdə, ondan hər hansı bir məbləğdə aldığını boynuna almamış, sonra isə ünvanına nalayiq söyüşlər söyərək, onu bütün Şamaxıda biabır edəcəyini bildirib bir daha ondan pul istəməməyini demişdir. Dünyamalı onu təhqir etdiyi üçün bir daha onunla danışmamış və 2017-ci ilin noyabr ayının sonlarından etibarən onunla tamamilə əlaqəsini kəsmişdir. Şahların ona hədə-qorxu gələrək qızıllarını alması barədə Dünyamalıya deyib ondan xahiş etmişdir ki, qızıllarını Şahlardan geri alsın. X6rını geri almamışdır. Şahlarla danışanda, sonuncu Dünyamalının ünvanına nalayiq söyüşlər söymüş, bu barədə Dünyamalıya telefonla danışanda desə də, Dünyamalı Şahların onu söyməsi ilə bağlı səs yazısı istəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ondan 1000 manat pulu alıb qaytarmadığı üçün sonuncuya «Şahları polisə verib tutdurmuşam» demiş, əsl həqiqətdə isə Şahların barəsində heç bir polisə müraciət etməmiş, Dünyamalını qorxutmaq məqsədilə belə demişdir (cild 9, iş vərəqi 168-174). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha onu ifşa etmişdir (cild 13, iş vərəqi 153-160). Zərərçəkmiş şəxs məhkəmədə yuxarıda qeyd olunan ifadəni verdikdən sonra xx.xx.2020-ci il tarixli növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizə daxil olmuş, sonuncu, həmin ərizəsində məhkəmədə və ibtidai istintaqda Təqsirləndirilən şəxs1 əleyhinə verdiyi ifadələrindən imtina etdiyini, ona təzyiqlər göstərilməklə həmin ifadələrin alındığını, 1000 manat pulu Dünyamalıya borc kimi verdiyini, hazırda ona qarşı iddia tələbi və şikayəti olmadığını bildirmiş, eyni mövqeyini məhkəmə çıxışları mərhələsində də bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2017-ci ilin sonlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək söz demək istədiyini, lakin çəkindiyini bildirmiş, onun təkidindən sonra Zümrüd ona demişdir ki, Şamaxı şəhəri ərazisində yaşayan Mosu ləqəbli şəxs ondan 1000 manat pul almış, hazırda həmin pulu qaytarmır və bu işdə köməklik göstərməyini xahiş etmişdir. Mosunun kim olmasını soruşduqda, Şamaxı şəhəri ərazisində yerləşən universamın müdirinin oğlu olduğunu demişdir. Mosunu o, həmin vaxta qədər qiyabi olaraq tanımış, aralarında heç bir münasibət olmamışdır. O, Mosunun kriminal bir şəxs olduğunu, kollecdə təhsil alan tələbələri şantaj edib pullarını aldığını rayon ərazisində olan sözsöhbətlərdən eşitmişdir. Mosunu narahat bir şəxs kimi tanıdığı üçün bu söhbətə qarışmamış, Mosunun pulu ondan necə, hansı formada, hansı məqsədlə alması ilə maraqlanmamışdır. Həm də Zümrüd ona qardaşlarının bu işlə məşğul olmasını bildirmişdir. Bir müddət sonra Zümrüd ona zəng edib yalvararaq Mosuya verdiyi pulu evdə olan pulun üstündən götürüb verdiyini, yaxın günlərdə qaynının toyu olacağını, pulu yerinə qoymalı olduğunu deyib, 1000 manat pul tapıb ona borc verməyi xahiş etmişdir. O da, işlətdiyi ehtiyat hissələri mağazasından 1000 manat pul götürərək axşam evin küçəyə baxan pəncərəsindən Zümrüdə vermişdir. Zümrüd sonradan ona həmin pulun 500 manatını qaytarsa da, qalan 500 manatı hələ də qaytarmamışdır. Mosu adlı şəxslə heç bir əlaqəsi və münasibəti olmamış, Zümrüdün telefon nömrəsini Şahlara və Mosuya o, verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi birinci dəfədir ki, görür. İstintaq zamanı onun ifadəsini Şamaxı prokurorluğunda almışlar və sonra ona oxumuşlar, o da, ifadəni imzalamışdır. Orada ona demişlər ki, bacısı Zümrüddən pul almışlar, ona görə də ifadə verməsinə zərurət yaranmışdır. Bacısından alınan pulu prokurorluğa çağırılandan sonra qaytarmışlar. Suallara cavabında Şahid1 bildirdi ki, onun bacısının əri Kamranla heç bir söhbəti olmamış, bacısı da ona Dünyamalı barədə heç bir şey deməmişdir. Bacısı ona Şahların adını demiş, bilmişdir ki, Şahlar onu şantaj edib pul almışdır. O, bacısından nəyə görə Şahların onu şantaj etdiyini soruşduqda, Zümrüd ona demişdir ki, Şahlar ondan pul istəmiş, o da, pulu verməyəndə şantaj etmişdir. Prokurorluğa bu barədə kimin dediyini o, bilməmişdir. Prokurorluqdan çağırılana qədər bacısı ona bu barədə bir şey deməmişdir. Bacısı prokurorluğa atası ilə birlikdə getmişdir. Prokurorluqda ona bildirmişlər ki, Şahlar adlı şəxs bacısının evinə gəlib və ondan pul tələb etmişdir. Dünyamalının atası sonradan 1000 manat pulu atasın vermişdir. Bacısı Zümrüd ona demişdir ki, Dünyamalı 1000 manat pulu ondan borc kimi istəmiş, o, pulu verməyəndə aralarında narazılıq olmuşdur. O, latın əlifbası ilə oxuyub yaza bilmədiyindən prokurorluqda yazılan ifadəni oxumamışdır. İstintaq zamanı onun ifadəsini oxumuşlar, o da, ifadəni imzalamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, 2017-ci ilin noyabr ayının ortalarında yeznəsi Kamran ona telefona zəng edərək evlərindən 1000 manat məbləğində pulun və qızıl-zinət əşyalarının yoxa çıxdığını, bacısı Zümrüddən şübhələndiklərini bildirib məsələyə aydınlıq gətirmək üçün onu evlərinə dəvət etmişdir. Bu barədə kiçik qardaşı İlhama məlumat verərək birlikdə günorta saatlarında bacısı Zümrüdgilə getmişlər. Evdə yeznəsi Kamran, onun qardaşı Aslan, Zümrüd və Aslanın arvadı olmuşlar. Evə daxil olduqdan sonra Kamran ona evlərində heyvanlarını satmaqla əldə etdikləri 30000 manat puldan 1000 manatının və qızılların yoxa çıxdığını, Zümrüdün götürməsindən şübhələndiklərini deyib bacısı ilə söhbət edib məsələyə aydınlıq gətirməyini tələb etmişdir. O da, Zümrüdü başqa bir otağa çəkib təklikdə onunla söhbət etmiş, narahat olmamasını, özünün köməklik edəcəyini deyərək onu danışdırmışdır. Həmin vaxt qardaşı İlham da onların yanına gəlmiş, Zümrüd ağlaya-ağlaya körpə uşağını qucağında saxlayıb onu bağışlamalarını xahiş edərək hər şeyi açıb onlara danışmışdır. Zümrüd ona əsl adı Dünyamalı olan Mosu ləqəbli Şamaxı şəhər sakininin zəng edib onunla tanış olduğunu, aralarında olan münasibət, görüşləri barədə ərinə və ərinin valideynlərinə bildirəcəyi ilə onu hədələdiyini, fotoşəkillərini yayaraq rüsvay edəcəyini bildirliyini, bu hərəkətləri etməmək müqabilində ondan 1000 manat məbləğində pul tələb etdiyini, ərinin, qayınlarının, qayınatasının, onların bu məsələdən xəbərdar olduqdan sonra onu öldürəcəklərindən, ailəsinin dağılacağından qorxaraq ərinin heyvanları satmaqla əldə etdiyi 30000 manat puldan 1000 manatını götürərək gecə saatlarında evin həyətinə gələn Mosuya pəncərədən verdiyini bildirmişdir. Həmin vaxt Zümrüd çox qorxmuş, onlara yalvarmış, körpə övladlarına görə onu bağışlamalarını xahiş etmiş, buna görə bacılarına və azyaşlı övladlarına yazıqları gəldiyindən Zümrüdü bağışlamışlar və bu məsələni onun ərindən, qayınlarından gizlətmişlər, anlaşılmamazlıq olduğunu, pulu və qızılları tapıb yerinə qoyacaqlarını demişlər. Bu barədə atası Əmiraslan və anası Mətanətə də məlumat vermişlər, atası Əmiraslan Zümrüdün qayınatası İkramla söhbət etdikdən sonra İkram Kürdəmir rayonundan bacısıgilə gələrək ailədə söz-söhbətə son qoymuş, məsələnin bağlanmasını bildirmişdir. Mosu adlı şəxsi onlar ümumiyyətlə axtarmamışlar, axtaracaqları təqdirdə rayonda söz-söhbətin yayılacağından, bacısının ailəsində problem yaranacağından ehtiyat etmişlər. Mosu ləqəbli Təqsirləndirilən şəxs1 ilə heç vaxt rastlaşmamış, görməmiş, kim olması barədə heç bir məlumatı olmamışdır (cild 9, iş vərəqi 102-106). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 işin halları barədə oğlu Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Bu səbəbdən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən onun oğlu Şahid1 istintaqda dindirilərkən verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 9, iş vərəqi 156-158). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2018-ci ilin avqust ayında arvadı Solmaz, qızı Simin və İrandan onlara qonaq gəlmiş qohumu Kavə Xamevərlə həyətdə oturmuşlar. Bu zaman kənddə montyor işləyən İntiqamın oğlu Elçin onu bayıra çağırmışdır. Küçəyə çıxanda Şahmuradın Mosu ləqəbli oğlunu da görmüşdür. Adını sonradan bildiyi Elçinlə Əziz onu zorla özlərinin gəldiyi maşina mindirib Bayraq meydanına aparmışlar. Bayraq meydanında Elçinlə Əziz ondan narkotik vasitə istəmişlər. O, özündə narkotik olmadığını bildirəndən sonra, Elçinlə Əziz ondan pul verməyi tələb etmişlər. Bu zaman onun telefonuna zəng gəlmiş və o, həmin vaxt qohumu Kavə və arvadı Solmazla danışıb bir azdan gələcəyini bildirmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs3 bildirdi ki, həmin vaxt evdə həyat yoldaşı, qızı, İranlı qohumu Kavə və Zarat kəndindən onlara gələn qonşusu olmuş və hamısı həyətdə oturmuşlar. Gələn şəxslərin onu maşına mindirib hara aparacaqlarını o, əvvəlcədən bilməmiş, onu maşına basıb aparanda çıcır-bağır salmamışdır. Küçəyə çıxandan sonra Şahmuradın oğlu Dünyamalını görüb tanımışdır. Əzizlə Elçin ondan narkotik vasitə istəmiş, lakin Dünyamalı ondan narkotik istəməmişdir. Əzizlə Elçin narkotik vermədiyinə görə ondan pul tələb etmişlər. Maşında gedərkən isə Dünyamalı onu yüngül şəkildə vurmuşdur. Bayraq meydanında olanda Elçinlə Əziz onu döymüş, həmin vaxt o, xəsarət almışdır. Bayraq meydanından sonra onlarla maşına minib Şamaxıya gəlmişlər, əvvəlcə Dünyamalı maşından düşmüş, sonra Elçin gedib evindən onun üçün köynək və şalvar gətirmişdir. O, əynini dəyişəndən sonra onu da gətirib evlərinin yanında düşürmüşlər. Bayraq meydanında onu döyəndə xəsarət almış və həmin xəsarətlərə görə xəstəxanaya müraciət etmişdir. Xəstəxanada olanda Dünyamalının atası Şahmurad onun yanıma gəlmişdir. Zərərçəkmiş şəxs3 suallara cavabında bildirdi ki, küçəyə çağırılanda ailə üzvləri onunla birlikdə küçəyə çıxmamış, küçədə olarkən Əziz onu itələmiş, bu vaxt Elçin onun ayaqlarından tutub maşına soxmuşdur. Həmin vaxt Dünyamalı onu vurmamışdır. Onu maşına mindirəndə həyat yoldaşı orada olmamışdır. Bayraq meydanında həmin şəxslərin hər üçü - Elçin, Əziz və Dünyamalı ondan çəkmək üçün narkotik vasitə istəmiş, onlara yox deyəndə Elçinlə Əziz onu vurmuşlar. O, narkotik olmadığını deyəndən sonra, Elçinlə Əziz ondan 60.000 manat pul tələb etmişlər. Bu vaxt Elçinin telefonuna zəng gəlmiş, o, əvvəlcə Aslanla, daha sonra isə həyat yoldaşı ilə telefonla danışmışdır. Həmin danışıq vaxtı onlara döyüldüyü barədə heç nə deməmişdir. Onun burnunu həmin vaxt Əziz sındırmışdır. Üst-başı qan içində olduğu üçün Elçin evlərindən onun qanlı paltarını dəyişmək üçün şalvar-köynək gətirmişdir. Dünyamalı yolda düşüb getmiş, maşında gedərkən ondan pul tələb etməmişlər. Həmin gün o, həkimə getmiş, həkim ondan nə baş verdiyini soruşduqda, o, yıxıldığını və burnunun sındığını demişdir. Sonra polis onu dəvət etmiş, lakin polisdə ərizənin kim tərəfindən yazıldığını bilməmişdir. Ərizəni yazmağı polis əməkdaşı ona təklif etmişdir. O, latın əlifbası ilə yazıb oxuya bilmir, iş materiallarında olan sənədləri o, oxumamışdır. Polis əməkdaşlırına Dünyamalının onu döydüyünü deməmişdir. Elçinlə Əzizin məhkəməsində xəstə olduğu üçün iştirak etməmişdir, bu barədə məhkəməyə teleqram vurmuşdur. Hazırda onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Elçin və Əziz adlı şəxsləri əvvəllər tanımamış, ancaq Şamaxı şəhər sakini Şahmuradın Mosu ləqəbli oğlunu və Şahmuradın özünü tanımışdır. Həmin şəxslərlə münasibəti, aralarında ədavət və düşmənçiliyi olmamışdır. xx xxxxxx 2018-ci il tarixdə saat 19:00 radələrində arvadı Solmazla, qızı Siminlə, İran İslam Respublikasından onlara qonaq gələn qohumu X41 ilə, eləcə də onların evinə oturmağa keçmiş Zarat kəndindən olan, adını xatırlamadığı qonşuları ilə birlikdə yaşadıqları Şamaxı rayonunun Şəhriyar qəsəbəsindəki evində oturduqları vaxt adının sonradan Əziz olduğunu bildiyi şəxs onun evinin həyətinə daxil olub onu səsləmiş, çağırıldığını eşidib həyətə çıxdıqda Əziz ondan küçəyə çıxmağını xahiş etmişdir. Küçəyə çıxarkən tanıdığı Şahmuradın Mosu ləqəbli oğlunun da orada olan su kranının yanında dayanıb kiminləsə telefonla danışdığını görmüş, Mosu ilə biri-birilərini tanıdıqları üçün Mosu onu görüb “dayı necəsən” sözlərini deyib ona yaxınlaşaraq onunla görüşmüşdür. Sonra Mosu ona evinin qarşısında dayanmış «Vaz-21099» markalı ** VA *** dölət qeydiyyat nişanlı avtomobilə minməyini demiş, o, minmək istəməsə də Mosunun əlləri ilə onu maşının salonuna itələməsini görüb dəfələrlə qışqırıb evində İranlı qohumu olan Kavəni çağırmış, Kavə və arvadı Solmaz küçəyə çıxmışlar. Solmaz orada olan Şahmuradın Mosu ləqəbli oğlunun, Əzizin və maşının sahibi olan Elçin adlı şəxslərin onu zorla maşına mindirmək istədiklərini görüb həmin şəxslərin onu maşına mindirmələrinə mane olduğundan adları göstərilən şəxslər həyat yoldaşı Solmazı nalayiq söyüşlərlə söyüb təhqir edərək itələyib yerə yıxmışlar. Solmaz yenə ayağa qalxıb həmin şəxslərə mane olarkən Şahmuradın Mosu ləqəbli oğlunun, Əzizin və Elçinin yenə həyat yoldaşı Solmaza qarşı hörmətsizlik edəcəklərini fikirləşmiş, ona görə də özü sərbəst Elçinin maşınına oturmuşdur. Avtomobilin arxa oturacağına mindikdən sonra sağ tərəfdən Əziz, sol tərəfdə isə Təqsirləndirilən şəxs1 oturmuş, Elçin maşını hərəkətə gətirib Mosunun göstərişi ilə Şamaxı rayonunun Şəhriyar qəsəbəsindən bir qədər kənarda yerldəşən Bayraq Meydanı adlanan əraziyə sürmüşdür. Həmin əraziyə çatdıqdan sonra Təqsirləndirilən şəxs1, Əziz və Elçin adlı şəxslər avtomobildən düşmüşlər, Dünyamalı ona avtomaşının salonundan yerə düşməyini yüksək səslə dediyi üçün yerə düşmüş, sonuncu, onu Əziz və Elçindən kənara çəkib «sən nəşə satırsan, ona görə də mənə haqq verməlisən» sözlərini demiş, o isə, bunu inkar etmişdir. Heç vaxt narkotik vasitə satmadığını dedikdə, Təqsirləndirilən şəxs1 əsəbləşib «indi ki, belə oldu, onda 60000 manat pul verməlisən» sözlərini demişdir. Həmin məbləğdə pulu olmadığını deyərkən, Mosu ləqəbli Dünyamalı onu əlində dəmirdən olan beşbarmaqla, yumruqla sifət və burun nahiyəsinə çoxsaylı zərbələr vurmuş, yerə yıxıb bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri endirmiş, sifəti və üst-başı qana bulanmışdır. Elçin və Əziz onu Dünyamalının əlindən almaq üçün yaxınlaşarkən, sonuncu həmin şəxslərə qarışmamağını demişdir. Həmin vaxt Elçinin telefonuna kim isə zəng etmiş, Elçin də telefonu ona vermişdir. Həmin telefonda danışan şəxsin Şamaxı rayonunun Şəhriyar qəsəbə sakini həmyerlisi və tanıdığı İlqarın oğlu Aslan olduğunu bilib, Şahmuradın oğlu Mosunun onu döyüb pul tələb etdiyini demiş, bundan sonra isə Aslan telefonu həyat yoldaşı Solmaza verdiyindən həyat yoldaşına da Şahmuradın Mosu ləqəbli oğlu Dünyamalının onu döyüb böyük məbləğdə pul istədiyini demişdir. Mosu ləqəbli şəxs təxminən bir saatdan çox vaxt ərzində onu yerdə təpikləyib döydükdən sonra altmış min manat pulu bir həftə ərzində tapıb ona çatdırmasa nəticəsinin çox pis olacağını, onu öldürəcəyini demişdir. Bundan sonra Mosu ondan ayağa qalxmağını tələb etmiş, o, qalxa bilmədiyi üçün Mosu özü onu yerdən qaldırıb yenidən gəldiyi avtomaşına mindirərək sifətinin qana bulandığını görüb əvvəlcə onu Şamaxı rayonunun Çarhan kəndinə gedən yolun kənarındakı bulağa aparıb sifətinin qanını yumuşdur. Bundan sonra Şamaxı şəhər 6 saylı məktəbin yanında Elçin hansısa evdən götürdüyü köynəyi və şalvarı gətirib onun əynində olan qanlı şalvarı və köynəyi çıxarıb həmin gətirdiyi köynək və şalvarı Mosu onun əyninə geyindirmişdir. Mosu orada qalmış, Əziz isə sürücü Elçinlə onu yaşadığı ünvana gətirib evinin təxminən 20 metrliyində avtomaşını saxlayıb yerə düşürmüşlər. Həmin vaxt qohumu Kavə iki nəfər xatırlamadığı məhlə uşaqları ilə onun qolundan tutaraq yaşadığı evə aparmışlar. Yaşadığı ünvana daxil olan zaman arvadı Zərərçəkmiş şəxs4, qızı Şahid4 və qohumu Kavə ondan nə olduğunu soruşmuş, həmin şəxslərə bir neçə saat öncə həyətə daxil olan şəxslərdən Mosu ləqəbli Dünyamalının ona narkotik vasitə satıcısı olduğunu deməklə ondan haqq tələb etdiyini, 60000 manat pul istədiyini, pulu olmadığını dediyindən Dünyamalının onu döydüyünü demişdir. Həmin tarixdə burun nahiyəsindən dayanmadan qan gəldiyi üçün özünü pis hiss etdiyinə görə evinə çağırılan Şamaxı rayon Mərkəzi Xəstəxanasınını təcili tibbi yardım maşını onu xəstəxananın cərrahiyyə şöbəsinə aparmış, həkimlər ondan xəsarəti necə aldığını soruşduqda həkimlərə döyüldüyünü demişdir. Həkimlər ona ilkin tibbi yardım göstərib müalicə almaq üçün Bakı şəhərində yerləşən Nevrocərrahiyyə xəstəxanasına getməyini məsləhət görmüşlər. Həmin tarixdə yaşadığı ünvana gəlib xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərinə gedərək Respublika Xəstəxanasının burun-boğaz şöbəsində iki gün müalicə almışdır. Həmin hadisə təxminən bir saatdan çox müddət ərzində davam etmiş, hadisə zamanı Təqsirləndirilən şəxs1, Əziz və Elçin adlı şəxslərə qarşı heç bir hərəkət etməmiş, sadəcə olaraq Mosu ləqəbli Dünyamalıdan onu döyməməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ondan böyük məbləğdə, yəni 60000 manat məbləğində pulu ondan guya narkotik vasitə satcısı olması adı ilə istəsə də, əslində Təqsirləndirilən şəxs1 onun ticarətlə məşğul olduğunu və kifayət qədər pulu olduğunu bilmişdir. Hadisə günü evində oturduğuna görə əynində boz rəngli pijama şalvar və ağ rəngli köynəyi olmuş, həmin paltarları da əynindən çıxarıb Elçin ona ağ qara rəngli köynək və qara rəngli şalvar vermiş və həmin paltarları geyinmişdir. Narkotik vasitə ilə bağlı göstərilənlər tam yalan olmaqla narkotik vasitə əkməmiş, satmamış, həmin gün Bayraq Meydanının yanında Təqsirləndirilən şəxs1, Elçin və Əzizə çəkmək üçün nəşə verməmiş və özü də onlarla nəşə çəkməmişdir. Təqsirləndirilən şəxs1, Şahid42 və Şahid43 Şamaxı rayonunun Şəhriyar qəsəbəsindəki evinin qarşısında, küçədə arvadı Zərərçəkmiş şəxs4 nalayiq söyüşlərlə söyüb təhqir etmələri və ona qarşı xuliqanlıq hərəkətləri etməklə xəsarətlər yetirmələri təxminən 10 dəqiqə ərzində davam etmiş, həmin vaxt ətrafa xatırlamadığı qonşuları toplaşmışlar (cild 16, iş vərəqi 64-68, cild 17, iş vərəqi 129-134). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 16, iş vərəqi 107-114). İstintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanılmış, sonuncu, sərbəst ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir (cild 16, iş vərəqi 139-151). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 tanımır, onunla bir qəsəbədə yaşasalar da, nə onu, nə də onun valideynlərini tanımamışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs3 qarşı törədilmiş hadisə vaxtı nə o, Dünyamalını, nə də ki, sonuncu onu görməmişdir. Həmin vaxt Nazir də demişdir ki, həyat yoldaşımı bu məsələlərə qatmayın. O, latin əlifbası ilə yazıb oxuya bilmədiyindən, həmin vaxt istintaqda nə yazıb çıxmışdırsa, yadında deyildir. Kavə onların İrandan olan qonağı olmuşdur. O, istintaq vaxtı verdiyi ifadəsini oxumamışdır. Hadisə vaxtı Kavə və qızı Simin də orada olmuşlar. Verilən sualları cavablandıran Solmaz Nubari özünün hadisə vaxtı heç bir xəsarət almadığını, ekspertizadan keçmədiyini və bunun üçün heç yana getmədiyini, döyülməyi ilə bağlı ifadə vermədiyini, evlərinə narkotik almaq üçün kiminsə gəldiyini görmədiyini, hadisə günü kimsə həyat yoldaşını küçəyə çağırdığını, lakin həmin şəxsin Dünyamalı olmadığını, Elçin adlı şəxsin Naziri küçəyə çağırdığını, prokurorluğa ifadə vermək üçün getmədiyini, polis orqanına da özünün könüllü getmədiyini, Nazirin maşına mindirilib aparılmasını görmədiyini, sonradan həyat yoldaşının uşaqlar tərəfindən aparıldığını eşitdiyini, daha sonra yoldaşının özünün evə gəldiyini, həyat yoldaşı gedib qayıdana qədər onunla telefon əlaqəsi saxlamadığını, qonşusu Aslan adlı şəxsin Nazirin indi gələcəyini bildirdiyini, Aslan adlı şəxsin telefonu ilə Elçinlə danışmadığını, lakin həmin vaxt evdə olduğunu, həyat yoldaşının ona ümumiyyətlə heç nə danışmadığını, özünün nə polisdə, nə də prokurorluqda olmadığını, müstəntiqin onların evinə gələrək hazır ifadələrə onu imza etdirdiyini, evdə onun ifadəsini almadığını, özünün latın əlifbası ilə yazıb oxuya bilmədiyini, müstəntiqin nə yazdığını bilmədiyini və ifadənin ona oxunmadığını, o da, oxumadan ifadələri imzaladığını, onun həyat yoldaşından 60.000 manat pul istənilməsini eşitmədiyini və onlarda ümumiyyətlə həmin məbləğdə pul olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə zərərçəkmiş şəxs X15 istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Solmaz Nubari göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 19:00 radələrində əri Nazir, qızı Simin, qonşusu və İran İslam Respublikasından onlara qonaq gələn X42 ilə birlikdə evdə olarkən həyətlərindən bərk səslə əri Zərərçəkmiş şəxs3 sonradan özünü Əziz kimi təqdim edən şəxsin çağırdığını eşitmişlər. Əri Nazir həyətə çıxmış və bir müddət sonra onlarda qonaq olan qohumu Kavəni bərk səslə qışqıraraq köməyə çağırmışdır. Həmin vaxt qohumu Kavə Xamevərlə birlikdə tez küçəyə çıxaraq sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1, Əzizin və evin qarşısında dayanan maşının sahibi olan Elçin adlı şəxslərin əri Naziri zorla maşına mindirmək istədiklərini görüb onların mane olduğu üçün həmin şəxslər onu nalayiq söyüşlərlə söyüb təhqir edərək vurub itələdiklərinə görə yerə yıxılmışdır. Çətinliklə ayağa qalxıb həmin şəxslərə mane olarkən əri Zərərçəkmiş şəxs3 onu həmin şəxslərdən müdafiə etmək üçün sərbəst olaraq Elçinin maşınına oturmuş, həmin şəxslərlə söhbət etmək üçün harayasa getmişdir. Nazir avtomobilin arxa oturacağına mindikdən sonra maşın hərəkətə gəlib evin qarşısından uzaqlaşmışdır. Bundan bir müddət sonra Nazir geri evinə qayıtmadığı üçün narahat olub həmyerlisi olan İlqarın oğlu Aslandan orada olan və tanıdığı Elçin adlı şəxsin telefonuna zəng edib Naziri soruşmasını xahiş etmiş, Aslan həmin Elçin adlı şəxsə zəng etdikdən sonra Elçindən Nazirlə danışmasını xahiş etdiyi üçün Elçin telefonu Nazirə vermiş, Nazir ona Şahmuradın oğlu Dünyamalının onu döyüb pul tələb etdiyini demişdir. Bundan sonra isə Aslan telefonu ona vermiş və Nazirlə danışarkən ona evin qarşısında olan şəxslərdən Təqsirləndirilən şəxs1 onu döyüb böyük məbləğdə pul istədiyini demişdir. Az bir vaxtdan sonra qohumu Kavə iki nəfər məhlə uşaqları ilə birlikdə Zərərçəkmiş şəxs3 qolundan tutaraq evinə gətirmişlər. Nazir evə daxil olduqdan sonra onlara bir neçə saat əvvəl həyətə daxil olan şəxslərdən Mosu ləqəbli şəxsin qəsəbənin yaxınlığındakı Bayraq Meydanına yaxın ərazidə onu Elçin və Əzizdən kənara çəkib apraraq nəşə satmağını və nəşə satdığına görə haq verməyini dediyini, nəşə satmadığını dediyi üçün Mosunun ondan 60000 manat pul istədiyini, pulu olmadığını dediyi üçün isə əlində dəmirdən olan beşbarmaqla, yumruqla sifət və burun nahiyəsinə çoxsaylı zərbələr vurduğunu, yerə yıxıb bədəninin müxtəlif yerlərinə təpik zərbələri endirməyə başlayıb döydüyünü demişdir. Elçin və Əziz onu Mosunun əlindən almaq üçün yaxınlaşarkən Mosu onlara “siz qarışmayın” sözlərini deyib təxminən bir saatdan çox müddət ərzində əri Naziri yerdə təpikləyib döydükdən sonra altmış min manat pulu bir həftə ərzində tapıb ona çatdırmasa nəticəsinin çox pis olacağını, onu öldürəcəyini demişdir. Nazir evə gəldikdən sonra da burun nahiyəsindən dayanmadan qan gəldiyi üçün özünü pis hiss etdiyinə görə evə çağırılan Şamaxı rayon Mərkəzi Xəstəxanasınını təcili tibbi yardım maşını onu xəstəxananın cərrahiyyə şöbəsinə aparmış, həkimlər ilkin tibbi yardım göstərib müalicə almaq üçün Nazirə Bakı şəhərində yerləşən Nevrocərrahiyyə xəstəxanasına getməyini məsləhət bilmişlər. xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərinə gedərək Bakı şəhəri Respublika xəstəxpanasının burun-boğaz şöbəsində iki gün qalıb Nazir müalicə almış, ancaq sonradan əri orada qalmaqdan qorxub onları yaşadıqları Şamaxı rayonunun Şəhriyar qəsəbəsindən Bakı şəhərində kirayə ev tutub Bakıya aparmış və müalicəsini evdə aparmağa başlamışdır. Təqsirləndirilən şəxs1, Şahid42 və Şahid43 Şamaxı rayonunun Şəhriyar qəsəbəsindəki evlərinin qarşısında, küçədə onu nalayiq söyüşlərlə söyüb təhqir etmələri və ona qarşı xuliqanlıq hərəkətləri etməklə xəsarətlər yetirmələri təxminən 10 dəqiqə ərzində davam etmiş, həmin vaxt ətrafa xatırlamadığı çoxlu adamlar da yığışmışlar (cild 16, iş vərəqi 160-164, 187-190). Məhkəmə iclasında şahidlər X64 və X16 istintaqa verdikləri ifadələri tədqiq olunarkən onların zərərçəkmiş şəxs X15 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (cild 16, iş vərəqi 69-71, 191-194). Məhkəmə iclasında şahid qismində dindirilən Şahid43 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 və mərhum Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır və onlarla münasibətləri yaxşı olmuşdur. Hadisə baş verən gün o, Elçin Sevdimovla bir yerdə olmuş və həmin vaxt nəşə çəkmək istəmişlər. Bu səbəbdən onlar Nazirgilə getmişlər. Sonra Naziri özləri ilə birlikdə «Bayraq meydanı» deyilən yerə gətirmişlər. Orada Nazirdən onlara nəşə verməsini tələb etmişlər. Lakin Nazir o, nəşə olmadığını bildirmiş, buna görə də o, Naziri vurmuşdur. Bundan sonra Nazir cibindən narkotik çıxarmış və o, Elçinlə birlikdə, bir də ki, Nazirlə birlikdə həmin nəşəni çəkmişlər. Həmin vaxt Dünyamalı onların yanında olmamışdır. «Bayraq meydanı»na gedərkən də o, Elçinlə birlikdə olmuş, Dünyamalı onların yanında olmamışdır. O, törətdiyi həmin cinayətə görə cəzasını almışdır. Şahid43 dindirilərkən müdafiəçinin çarpaz sualını cavablandıran Təqsirləndirilən şəxs1 həmin vaxt onun da Əziz və Elçinlə bir yerdə olduğunu, hətta özünün Nazirə bir-iki şillə də vurduğunu və ondan çəkmək üçün nəşə istədiklərini, lakin Nazirdən pul tələb etmədiklərini, Nazirin evdən küçəyə çağırılmasında, onun döyülməsində iştirak etdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Şahid43 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid43 göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Şahid42 idarə etdiyi VAZ-21099 markalı, ** BA *** dövlət nömrə nişanlı avtomaşınla Elçinlə birlikdə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan Nazir adlı şəxsin evinə narkotik vasitə almaq üçün getmişlər. Naziri çağırmış, Nazir küçəyə çıxdıqdan sonra ondan narkotik vasitə istəmiş, sonuncu narkotik vasitəsinin oğurlanması ilə əlaqədar olmadığını bildirmişdir. Bu səbəbdən də Naziri orada dayanan Elçinin maşınına mindirmək istəyəndə, Nazir qışqıraraq kimi isə köməyə çağırdığından Nazirlə aralarında mübahisə yaranmış, Elçin də maşından düşüb həmin mübahisəyə qarışmışdır. Həmin vaxt tanımadığı bir kişi, Nazirin arvadı küçəyə çıxmışlar, sonradan adını eşitdiyi Nazirin arvadı Solmaz adlı qadın qışqıraraq onlara yaxınlaşmışdır. Hirsləndiklərindən Solmazgili nalayiq söyüşlərlə söyüb təhqir etmişlər, Nazirlə söhbətlərinə mane olan Solmazı vurub özlərindən itələyərkən Solmaz yerə yıxılmışdır. Bundan sonra nə baş verdiyini və haraya getməyini xatırlamır. Nazirdən pul tələb etməmiş, Təqsirləndirilən şəxs1 və ya kiminsə Nazirdən pul tələb etməsindən məlumatı olmamışdır (cild 17, iş vərəqi 16-24, 190-192), İbtidai istintaq zamanı zərərçəkmiş şəxs Nubari X35 Əzizov İntiqam oğlu ilə üzləşdirilərkən sərbəst ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 17, iş vərəqi 32-38). Məhkəmə iclasında ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid42 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahid42 göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Mosu ləqəbli Təqsirləndirilən şəxs1 və Şahid43la günorta vaxtlarında saat 14 radələrində Şamaxı şəhərinin S.Ə.Şirvani küçəsində yerləşən «Avanqard» ticarət mərkəzinin yanında görüşmüşlər. Bir qədər söhbət etdikdən sonra çörək yemək qərarına gəldiklərinə görə özünə məxsus «Vaz-21099» markalı ** BA *** dölət qeydiyyat nişanlı avtomaşını idarə etməklə Əziz qabaq sərnişin oturan oturacağa, Mosu ləqəbli Təqsirləndirilən şəxs1 isə arxa oturacağa oturduqdan sonra Şamaxı rayonunun Şəhriyar qəsəbəsinə gedən yoldakı kafeyə getmişlər. Orada üç nəfərə yarım litr araq içərək yemək yemişlər. Sonra Əziz və Mosu “durub Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan Nazir adlı şəxsin evinə gedərik, ondan nəşə alıb çəkərik” sözlərini demişlər. Onun özü təxminən altı il olar ki, narkotik qəbul etmiş, ancaq marixuana çəkməklə qəbul etmiş, başqa narkotik maddələr qəbul etməmişdir. O, Mosu və Əzizin də ancaq marixuana çəkdiklərini, onların da başqa narkotik maddələr qəbul etmədiklərini bilmişdir. Mosu ləqəbli Təqsirləndirilən şəxs1 və Şahid43 bu təklifindən sonra kafedən çıxıb onun «Vaz-21099» markalı ** BA *** dölət qeydiyyat nişanlı avtomaşınına oturmuşlar. Oradan birbaşa təxminən saat 17 radələrində Nazir adlı Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan şəxsin evinin qarşısına gəlmişlər. Naziri əvvəllər tanımamış, Nazirin evinə gedən yolu ona Mosu ləqəbli Təqsirləndirilən şəxs1 göstərmiş, onun özü maşını Nazir adlı şəxsin evinin qarşısında saxladıqdan sonra Əziz və Mosu avtomaşından yerə düşmüşlər. Onlardan hansının Nazirin qapısını döyüb çağırmalarına fikir verməmiş, Nazir küçəyə çıxdıqdan sonra Mosu və Əziz ondan nəşə istəmiş, Nazir isə onda nəşə olmadığını, nəşəsinin oğurlandığını bildirmişdir. Buna görə də Mosu həmin vaxt Naziri maşına mindirmək istəyəndə, Nazir qışqıraraq Kavə adlı şəxsi dəfələrlə köməyə çağırdığından Nazirlə mübahisə yaranmışdır. O, maşından düşüb həmin mübahisəyə qarışmış, maşının qapısını açıb maşına oturmaq istəməyən Naziri avtomaşınına zorla mindirmək istəyən Mosuya köməklik etmək istəyəndə, tanımadığı bir kişi və Nazirin həyat yoldaşı küçəyə çıxmışdır. Sonradan adını eşitdiyi Nazirin həyat yoldaşı Solmaz adlı qadın qışqıraraq onlara yaxınlaşmış, bundan hirslənib Solmazı nalayiq söyüşlərlə söyüb təhqir etmişlər. Nazirlə söhbətlərinə mane olan həyat yoldaşı Solmazı vurub özündən itələyərkən Solmaz yerə yıxılmış, lakin yenə ayağa qalxıb onlara mane olmaq istəmiş, bunu görən Nazir özü sərbəst onun maşınına oturub onlarla getmişdir. Nazirlə oradan Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən «Bayraq Meydanı»na getmişlər. Naziri «Bayraq Meydanı»na apardıqdan sonra Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan, tanıdığı İlqarın oğlu Aslan onun mobil telefonuna zəng edib Naziri soruşduğundan öz ***-***-**-** nömrəli mobil telefonunu Nazirə vermişdir ki, Aslanla danışsın. Nazir əvvəlcə ona zəng edən Aslanla, sonra isə adını bilmədiyi ya qızı, ya da arvadı ilə danışaraq “indi qayıdıb evə gəlirəm” sözlərini demişdir. «Bayraq Meydanı»nın yaxınlığında avtomaşını saxlayıb Nazirlə yerə düşdükdən sonra da ondan nəşə istəmişlər, ancaq Nazir cibindən bir-iki siqaretlik nəşə çıxarıb “olan nəşə budur” sözlərini demiş, onun özü təxminən 2-3 qram nəşəni Nazirdən alıb bükmüş, onun özü, Mosu, Əziz və Nazir dördü həmin nəşəni çəkmişlər. Nazir yenə əkdiyi nəşə ağaclarının oğurlandığını demiş, ancaq Mosu ləqəbli Təqsirləndirilən şəxs1 buna inanmayıb, nədənsə Naziri onunla Əzizdən bir qədər kənara çəkib Nazirə nəsə deyib döyməyə başlamış, pul tələb etdiyini eşitmiş, nə üçün bilməmiş, yaxınlaşarkən Mosu qarışmamalarını demişdir. Onların Nazirlə söhbət etməkləri və Mosunun həmin Naziri döyməyi təxminən yarım saat çəkmişdir. Bundan sonra Nazirin sifəti qana bulandığından onu Şamaxı rayonunun Çarhan kəndinə gedən yoldakı bulağa aparıb sifətinin qanını yumuşlar. Sonra onun avtomaşını ilə Şamaxı şəhərinin Fizuli küçəsindəki 10 nömrəli evlərinə gəlmişlər. Evlərində özünə məxsus olan bir ədəd köynək, bir şalvar götürüb yaxınlıqdakı avtomaşın yuyulması sexinin arxasına keçib Nazirə “qanlı paltarını çıxart, bu paltarları geyin” sözlərini demiş, Nazir paltarlarını orada dəyişmişdir. Nazir əynindən qanlı paltarlarını çıxarıb ona verdiyi paltarları qoyulan selofan torbaya qoyub ona vermiş, həmin yerdən Mosu avtomaşından düşüb harayasa getmiş, onun özü və Əziz isə Naziri onun avtomaşınına mindirib yaşadığı Şamaxı rayonunun Şəhriyar qəsəbəsinə aparmaq üçün yola düşmüşlər. Onun özü Şəhriyar qəsəbəsinə gedən yolda, yəni günorta vaxtı yemək yedikləri yerə çatmamış olan körpünün yanında maşını saxlayıb pəncərəni açaraq Nazirin qanlı paltarlarını qoyduğu selofan torbanı oradan keçən çaya atmışdır. Sonra Naziri evlərinin yanına apararkən oraya çoxlu adamlar toplaşmış, onun özü həmin şəxslərdən 7-8 nəfərini görmüşdür. Naziri avtomaşından yerə düşürərkən, sonuncu ona Mosunun ondan pul tələb etdiyini, «biz kişiyik, sizlə söhbət edəcəyik» sözlərini demiş, özünün isə Nazirə ondan pul tələb ediləcəyindən və Mosu tərəfindən döyüləcəyi barədə əvvəlcədən heç bir xəbərinin olmadığını demişdir. Bundan sonra maşını öz yaşadığı məhəlləyə sürmüş, Əzizi evlərinin yanında maşından düşürmüş, özü də evinə getmişdir. xx xxxxxx 2018-ci il tarixdə Naziri «Bayraq meydanı»na apararkən özü Əzizlə həmişə bir yerdə olmuş və Nazirdən pul tələb etməmişlər, göstərdiyi kimi Naziri onlarla birlikdə olan Şahmuradın Mosu ləqəbli oğlu kənara çəkib ona nə isə dedikdən sonra yumruqları ilə Naziri döymüş və ondan pul tələb etmişdir. Onların əllərində heç bir əşya olmamışdır. Nazirin evinin qarşısında Təqsirləndirilən şəxs1 və Şahid43la birlikdə Nazirin həyat yoldaşı Solmazı nalayiq söyüşlərlə söyüb təhqir etmələri və vurub itələmələri təxminən 8-10 dəqiqə davam etmiş, küçəyə adamlar toplaşmışlar (cild 16, iş vərəqi 216-220, cild 17, iş vərəqi 116-121, 172-176). İbtidai istintaq zamanı Şahid42 Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən sərbəst ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 16, iş vərəqi 222-229). İbtidai istintaq zamanı Şahid42 ifadəsi yerində yoxlanılmış, sonuncu, ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir (cild 16, iş vərəqi 241-251). Məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahid10 göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Şamaxı rayon, Şəhriyar qəsəbə sakini Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığından keçərkən Nazirin arvadı Solmazın, qızı Siminin və qonaqları Kavə adlı şəxsin evin qarşısında dayandıqlarını görmüşdür. Onlardan nə baş verdiyini soruşduqda, ona Elçin adlı şəxsin Mosu və Əziz adlı şəxslərlə birlikdə Elçinin avtomaşını ilə apardıqlarını demişlər, Elçinin mobil telefonuna zəng vuraraq telefonu Nazirə verməsini bildirmiş, Nazirlə salamlaşdıqdan sonra telefonu Nazirin arvadı Solmaza vermiş və sonuncular danışmışlar. Danışdıqdan bir müddət sonra Naziri Elçinin avtomobili ilə gətirib evindən bir qədər aralıda düşürmüşlər, bundan sonra ailə üzvləri Naziri xəsarətlər alması ilə əlaqədar Şamaxı MRX-na aparmışlar (cild 17, iş vərəqi 227-229). Məhkəmə iclasında Şahid11 istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən müəyyən edildi ki, şahid xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 xatırlamadığı şəxslərlə birlikdə onun ofisiant kimi işlədiyi Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin yaxınlığındakı kafedə oturub yemək yediklərini, spirtli içki qəbul etdiklərini göstərmişdir (cild 17, iş vərəqi 138-140). İbtidai istintaq zamanı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı cinayət hadisəsinin Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında və həmin qəsəbədə yerləşən “Bayraq Meydanı” adlanan ərazidə baş verdiyi müəyyən olunmuşdur (cild 16, iş vərəqi 42-51). İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2018-cı il tarixli 415 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində burun kökünün sınığı, şişkinliyi, hər iki göz orbitasının hematoması, gözün ağlı qişasına qansızmalar, sol bazunun, qarının ön sol yan səthinin qançırları kimi küt əşya təsirindən törənməklə, kənar şəxs və ya şəxslər tərəfindən xx xxxxxx 2018-ci il tarixdə döyülmə nəticəsində alınmağa uyğun, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər müəyyən edilmişdir (cild 16, iş vərəqi 157-159). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2018-cı il tarixli 413 nömrəli rəyindən görünür ki, X15 bədəni üzərində sağ bazunun orta üçdə birinin ön iç səthində bir ədəd, ona paralel arxa yan səthində üç ədəd dairəvi formalı açıq göyümtül-sarımtıl rəngli, sərhədləri çətinliklə seçilən qançırlar, sol diz qapağının ön aşağı sol yan səthində üzəri bozumtul-qırmızı rəngli incə qartmaqlı xətvari formalı sıyrıqlar kimi küt əşyanın təsirindən törənməklə, xx.xx.2019-cu il tarixdə yetirilməyə xarakterik sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər müəyyən edilmişdir (cild 16, iş vərəqi 177-178). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2014-cü ilin təxminən avqust ayından 2016-cı ilin yanvar ayınadək Əzizadə Elnarə Əvəz qızının təşkil etdiyi kişi cinsindən olan şəxslərlə pul müqabilində cinsi əlaqədə olmuşdur. Həmin şəxslərlə pul məsələlərini Elnarə danışıb həll etmiş, hansı məbləğdə pullar almasını bilməsə də, ona hər dəfə 50, 70, 80 manat məbləğində pul vermişdir. Belə ki, 2014-cü ilin yay aylarından etibarən maddi imkanı aşağı səviyyədə olduğundan, pula ehtiyacı olduğundan fahişəliklə məşğul olmağa başlamış, ilk öncə özü müştəri tapsa da, daha sonra Elnarə vasitəsilə fahişəliklə məşğul olmağa davam etmişdir. Xırdalan şəhəri, ya da Masazır qəsəbəsində yerləşən adı yadında qalmayan otellərə və digər yerlərə fahişəliyə getmiş, onları kişilərlə görüşməyə Elnarə cəlb etmişdir. O, görüşdüyü kişilərin heç birini əvvəldən tanımamış, Elnarənin təklifi ilə pul müqabilində həmin kişilərlə görüşüb otellərdə cinsi əlaqədə olmuş, ayrılarkən Elnarə kişilərdən aldığı pullardan müəyyən məbləğdə ona pul vermiş, qalan hissəsini isə özünə saxlamışdır. Elnarə həmin vaxt qara rəngdə «BMW» markalı avtomobil idiarə etmişdir. Sonradan Elnarə onu yaşadığı evdən götürüb bir neçə dəfə Binəqədi rayonu ərazisində yerləşən «Clear» adlı otelə aparmışdır. Orada tanımadığı kişilərlə cinsi əlaqədə olmuş, sonra Elnarə idarə etdiyi həmin avtomobillə onu yaşadığı evə gətirmiş və ona 50 manat pul vermişdir. Elnarə onu Bakı şəhərində Babək prospektində yerləşən «Astoriya», Biləcəri qəsəbəsində yerləşən «Çinarlı», 8-ci mikrorayon ərazisində yerləşən «Clear» və harada yerləşməsi yadında qalmayan «İron» adlı otellərə aparmış və həmin otellərdə dəfələrlə ayrı-ayrı vaxtlarda və ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmuşdur. Bunun müqabilində Elnarə hər dəfə ona 50, 70, 80, nadir hallarda isə 100 manat pul vermişdir. Elnarənin fahişəliyə cəlb etdiyi qadınların sayı çox olmuş, Elnarə bir neçə dəfə ondan başqa Günay, Samirə və Ayan adlı qadınları da kişilərlə cinsi əlaqədə olmaları üçün otellərə aparmışdır. Qadınları evlərinə gətirən zaman isə ayrı-ayrılıqda hərəsinə 50 manat pul vermişdir. Elnarə ona və onun kimi fahişəliyə cəlb etdiyi qadınlara yolda olarkən görüşdükləri müştəriyə mobil telefon nömrəsini verməməyi tapşırmışdır. Elnarə Əzizadə bir dəfə onu Quba rayonunun, Qəçrəş kəndi ərazisində yerləşən adını bilmədiyi bir otelə aparmış və orada tanımadığı bir kişi ilə cinsi əlaqədə olmuş, bunun müqabilində Təqsirləndirilən şəxs2 ona 100 ABŞ dolları məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs2 onu kiminləsə cinsi əlaqədə olmağa məcbur etməmiş və hədə-qorxu gəlməmiş, amma onun zəifliyindən və kimsəsizliyindən istifadə etməklə onu ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmağa cəlb etmişdir. O, ümumilikdə Elnarə ilə münasibətdə olduğu müddət ərzində Elnarənin təşkil etdiyi 50-ə yaxın şəxslə pul müqabilində cinsi əlaqədə olmuşdur. Həmin görüşlərin hər birini Elnarə təşkil etmiş, bütün təşkilati məsələləri Elnarə həll etmiş, maddi imkanı aşağı səviyyədə olduğuna görə Elnarə ilə razılaşmış, az məbləğdə pul müqabilində ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmuş, Elnarə isə həmin şəxslərdən daha yüksək məbləğdə pul alaraq onun cinsi əlaqədə olmağından gəlir əldə etmişdir. Həmin müddətdə Elnarə ilə aralarında olan bütün danışıqlar onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Elnarənin istifadəsində olan ***-***-**-** nömrəli telefon vasitəsilə olmuşdur. Zərərçəkmiş şəxs5 ifadəsinə görə, Clear» otelində bir neçə dəfə Ayan ləqəbli Zərərçəkmiş şəxs6 ilə eyni vaxtda Elnarə onları fahişəliyə cəlb etmiş, Elnarənin təşkil etdiyi kişilərlə Nərminlə birlikdə və ayrıayrılıqda cinsi əlaqədə olmuşlar. Hazırda xatırlamadığı ilin avqust ayında xatırlamadığı gündə Elnarənin təklifi və təşkilatçılığı ilə sonuncu və Zərərçəkmiş şəxs6 ilə birlikdə Ordubad rayonunun hazırda xatırlamadığı kəndinə Əmir adlı şəxsin yaşadığı evə getmişlər, orada sonuncu ilə birlikdə 2 gecə keçirib cinsi əlaqədə olmuşlar, həmin vaxt o, Əmirlə, Nərmin isə Əmirin adını xatırlamadığı bir dostu ilə cinsi əlaqədə olmuşdur. Onlar cinsi əlaqədə olub işlərini gördükdən sonra Bakı şəhərinə qayıtmışlar. Elnarə Bakıda Nərminlə onun hər birinə 300 manat pul vermişdir. Elnarə onun bacısı Aytəni fahişəliyə cəlb etməsə də, Samirə adlı qadını fahişəliyə cəlb etmişdir. xx xxxxxx 2015-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 onu və Nərmini «Clear» otelinə aparmış, Nərmin Rəşid adlı şəxslə, o isə, Rəşidin dostu ilə pul müqabilində cinsi əlaqədə olmuşlar, qarşılığında Elnarə ona 50 manat pul vermişdir. xx.xx.2015-ci il tarixdə axşam saat 22 radələrində «Clear» otelində Nərmin Yusiflə cinsi əlaqədə olmuş, Yusif adlı şəxs Xırdalan şəhərində yaşadığı üçün Elnarə Yusif adlı şəxsi cinsi əlaqədə olduqdan sonra Xırdalan şəhərinə apararaq xatırlamadığı bir ünvanda düşürtmüşdür. X63 ilə Elnarənin təşkilatçılığı ilə pul müqabilində “Clear” otelində cinsi əlaqədə olmuş, Elnarə də bunun müqabilində ona 50 manat pul vermişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 tərəfindən fahişəliyə cəlb olunduğu «Clear» otelinin inzibati binasının və otel nömrələrinin yataq otaqlarının fotoşəkilləri Bakı şəhəri ərazisində fəaliyyət göstərən digər otellərin inzibati binaları və həmin otellərin yataq otaqlarının fotoşəkilləri arasında xx xxxxxxxx 2019-cu il tarixdə tanınma üçün Zərərçəkmiş şəxs5 təqdim olunmuş, «Clear Hotel»in əks olunduğu fotoşəkli və «Clear Hotel»ə məxsus nömrələrdə olan yataq otağının əks olunduğu fotoşəkli göstərərək Təqsirləndirilən şəxs2 təşkil etdiyi kişi cinsindən olan şəxslərlə pul müqabilində həmin oteldə və həmin yataq otaqlarında cinsi əlaqədə olduğunu bildirmişdir (cild 14, iş vərəqi 50-62). İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, «xxxx» MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**- ** mobil nömrə arasında 2014-cü ilin avqust ayından 2016-cı ilin yanvar ayınadək mütəmadi olaraq çoxsaylı danışıqlar aparıldığı, həmçinin, baxış zamanı müəyyən olunanlarla Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatların da eynilik təşkil etdiyi müəyyən olunmuşdur (cild 10, iş vərəqi 195-376). xx xxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, «xxxx» MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2014-cü ilin avqust ayından 2016-cı ilin yanvar ayınadək mütəmadi olaraq çoxsaylı danışıqlar aparıldığı, həmçinin, baxış zamanı müəyyən olunanlarla Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatların da eynilik təşkil etdiyi müəyyən olunmuşdur (cild 11, iş vərəqi 26-148). İstintaq zamanı iş üzrə Şahid6 fotoşəkli digər ona oxşar şəxslərin fotoşəkilləri ilə birlikdə tanınma üçün Zərərçəkmiş şəxs5 təqdim edilmiş, sonuncu Şahid6 fotoşəklini göstərərək Təqsirləndirilən şəxs2 onu fahişəliyə cəlb etdiyi müddətdə həmin şəxslə pul müqabilində «Clear» otelində cinsi əlaqədə olduğunu, Şahid6 sifət və saç quruluşuna, yaşına görə tanıdığını bildirmişdir (cild 21, iş vərəqi 215-217). İstintaq zamanı iş üzrə Şahid7 fotoşəkli digər ona oxşar şəxslərin fotoşəkilləri ilə birlikdə tanınma üçün Zərərçəkmiş şəxs5 təqdim edilmiş, sonuncu Şahid7 fotoşəklini göstərərək Təqsirləndirilən şəxs2 onu fahişəliyə cəlb etdiyi müddətdə həmin şəxslə pul müqabilində «Clear» otelində cinsi əlaqədə olduğunu, Şahid7 sifət və saç quruluşuna, yaşına görə tanıdığını bildirmişdir (cild 21, iş vərəqi 218-220). İstintaq zamanı iş üzrə şahid X43 fotoşəkli digər ona oxşar şəxslərin fotoşəkilləri ilə birlikdə tanınma üçün Zərərçəkmiş şəxs5 təqdim edilmiş, sonuncu X43 fotoşəklini göstərərək Təqsirləndirilən şəxs2 onu fahişəliyə cəlb etdiyi müddətdə həmin şəxslə pul müqabilində «Clear» otelində cinsi əlaqədə olduğunu, Anar Ağayevi sifət və saç quruluşuna, yaşına görə tanıdığını bildirmişdir (cild 21, iş vərəqi 221-223). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2012-ci ildə Rusiya Federasiyasından Bakı şəhərinə gəlmiş, burada Şahid12 adlı qadınla tanış olmuş və onunla, həmçinin sonuncunun dayısı qızı Gülnar adlı qızla birlikdə kirayədə yaşamışdır. Həmin vaxtlarda heç yerdə işləmədiyindən və imkansızlığından Günel ona Eka adlı «mamaroza» olduğunu, onları pul müqabilində kişilərlə görüşdürdüyünü deyib istədiyi halda onu da həmin qadınla tanış edə biləcəyini demişdir. Köməksiz vəziyyətdə olduğundan, yeməyə çörək, qalmağa yaşayış yeri tapmadığından Güneldən onu Eka adlı qadınla tanış etməsini xahiş etmişdir. 2012-ci ilin yay aylarında Günelin vasitəsilə Eka ilə tanış olmuş, Eka onun mobil nömrəsini götürərək özünün ***-***-**-**, ***-***-**-** mobil nömrələrini ona vermişdir. Eka ona «Ayan», «Yanka», «Metiska», «Sibiryaçka» ləqəblərini qoymuş, müştərilərlə bu adla görüşmüş, Eka ona heç kimə nömrə verməməyini tapşırmış, yalnız onun təşkil etdiyi şəxslərlə görüşəcəyi şərtini qoymuşdur. Eka Tibilisi prospektində «Neptun» marketin yanındakı yeni tikilidə yaşamış, bundan başqa digər yerlərdə də bir neçə evi olmuşdur. O, həmişə qara rəngli BMV markalı avtomobil sürmüşdür. Elnarə həddindən artıq təhlükəli, qəddar bir insan olmaqla fahişəliyə cəlb etdiyi qadınlar sözündən çıxdığı zaman həmin qadınları İnsan Alverinə qarşı Mübarizə İdarəsində olan tanışları vasitəsilə ilişdirmişdir. Eka ümumiyyətlə qiybətə, aravurmağa meyilli, şantajçı bir qadın olmuş, həddindən artıq əxlaqsız, utanc hissi olmayan bir qadın olmaqla masa arxasında bir neçə qadın və kişi olduğu zaman hamının gözü qarşısında masa ətrafında kişilərlə cinsi əlaqədə olmuş, əsasən seksin anal və oral formalarını xoşlamış, hamının gözü qarşısında çörək masasının ətrafında qeyd etdiyi seks növləri ilə məşğul olmuşdur. Bundan başqa, Elnarə hər dəfə onları spirtli içki içməyə, narkotik vasitə qəbul etməyə məcbur etmiş, özü həddindən artıq çox narkotik vasitə qəbul etmişdir. Təqsirləndirilən şəxs2 onunla eyni vaxtda Şahid12, sonuncunun dayısı qızı Gülnar adlı qadını, Zərərçəkmiş şəxs5 və bacısı Aytən Rüstəmova adlı qadınları, Dəniz ləqəbli, 1989-cu il təvəlldlü, Lənkəranlı iki uşaq anası Ruqiyyə adlı qadını, Samirə adlı qadını və hazırda xatırlamadığı digər 10-a yaxın qadını fahişəliyə cəlb etmişdir. Eka əsasən «Clear», «Astoriya», «Life Center», «Vulkan», «Ambassador» və digər otellərdə onları fahişəliyə cəlb etmişdir. Müştəriləndən əsasən ən azı 200 manat pul almış, onlara 50, 70 manat məbləğində pul vermişdir. Eka ləqəbli Təqsirləndirilən şəxs2 onun köməksiz vəziyyətindən, maddi durumundan, himayəsində azyaşlı uşağı olmasından istifadə edərək təxminən 5 il müddətində onu mütəmadi olaraq fahişəliyə cəlb etmiş, Elnarənin təşkil etdiyi şəxslərlə yüzlərlə, bəlkədə minlərlə dəfə cinsi əlaqədə olmuş, cinsi əlaqədə olduğu şəxsləri dəqiq tanımamış, həmin şəxsləri Elnarə təşkil etmişdir. Elnarə vasitəsilə cinsi əlaqədə olduğu şəxslərdən Bakı şəhəri, 3-cü mikrorayon adlanan ərazidə avtomobil təmiri sexində işləyən Bəxtiyar adlı şəxsi, Ordubad rayonundan olan Əmir adlı şəxsi, Niyoş kimi tanıdığı polis əməkdaşını, Rəşid adlı yaşlı bir kişini tanımışdır. Elnarə əsasən onu yaşadığı evlərdən öz avtomobili ilə götürüb otellərə aparmış, Elnarə demək olar ki, hər gün onu fahişəliyə cəlb etmiş, ***-***-**-** №-li mobil telefonu ilə onunla əlaqə saxladığı bütün vaxtlarda onu fahişəliyə cəlb etmək məqsədilə zəng etmişdir. 2015-ci ilin avqust ayının 19-da Elnarə onu və Aygünü Əmir adlı Naxçıvanlı şəxslə cinsi əlaqədə olmaq üçün Naxçıvan Muxtar Respublikasına apardığı zaman hava limanında onun şəxsiyyət vəsiqəsini gördükdən sonra adının Təqsirləndirilən şəxs2 olduğunu bilmiş, Binə hava limanından üçü birlikdə təyyarəyə minərək Naxçıvan Muxtar Respublikasına uçmuşlar. Orada Əmir adlı şəxsin Faiq adlı köməkçisi onları qarşılayaraq Ordubad rayonunun Kotam kəndinə aparmış, həmin kənddə Əmir adlı şəxsin evində qalmaqla Əmir adlı şəxslə və digər tanımadığı şəxslə cinsi əlaqədə olmuş, 2 gecə orada qaldıqdan sonra Bakıya qayıtmışlar. Əmir adlı şəxs Elnarəyə onlarla cinsi əlaqədə olmaları müqabilində təxminən 3-4 min manat məbləğində pul versə də, Bakıya qayıtdıqdan sonra Elnarə Aygünə və ona hər birinə 300 manat pul vermiş, pulun az olduğunu bildirib onunla mübahisə etsə də, evdə azyaşlı uşağını qoyub getdiyini desə də, Elnarə əsəbiləşərək orada 3 gün ərzində yeyib-içdiklərini, gəzdiklərini bildirib 300 manatın da çox olduğunu demişdir. Bundan başqa da, Elnarə onu müxtəlif vaxtlarda ayrı-ayrı otellərdə müxtəlif kişi cinsindən olan şəxslərlə cinsi əlaqədə olmalarını təşkil etmişdir. Bu barədə o, istintaq zamanı ətraflı ifadələr vermişdir və həmin ifadələri təsdiq edir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs6 ona tanınmaya təqdim olunan fotoşəkillər arasında Rəşid adı ilə tanıdığı Şahid6, Anar adı ilə tanıdığı X54 və Yusif, Yuska adı ilə tanıdığı Şahid7 tanımış, həmin şəxslərlə Elnarənin təşkilatçılığı ilə «Clear» otelində pul müqabilində bir neçə dəfə cinsi əlaqədə olduğunu, bütün görüşləri zamanı həmin şəxslərdən pulu Elnarənin aldığını, ona hər dəfə 50 manat məbləğində pul verdiyini bildirmişdir (cild 19, iş vərəqi 78-182). İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, «xxxx» MMC-dən daxil olmuş diskə təkrar baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**- ** mobil nömrə arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək mütəmadi, gündəlik, çoxsaylı danışıqlar aparıldığı, həmçinin baxış zamanı müəyyən olunanlarla Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatların da eynilik təşkil etdiyi müəyyən olunmuşdur (cild 15, iş vərəqi 109-147). xx xxxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, «xxxx» MMC-dən daxil olmuş diskə təkrar baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017ci il tarixədək mütəmadi, gündəlik, çoxsaylı danışıqlar aparıldığı, həmçinin baxış zamanı müəyyən olunanlarla Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatların da eynilik təşkil etdiyi müəyyən olunmuşdur (cild 15, iş vərəqi 148-220). xx xxxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, «xxxx» MMC-dən daxil olmuş diskə təkrar baxış zamanı Təqsirləndirilən şəxs2 tərəfindən eyni vaxtda fahişəliyə cəlb olunan Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə digər Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2015-ci il ərzində danışıqlar aparıldığı müəyyən olunmuşdur (cild 15, iş vərəqi 221-225). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2012-ci ilin əvvəllərində hazırda xatırlamadığı şəxs onu cinsi əlaqədə olmaq üçün «Clear» otelinə dəvət etmiş, həmin otelə getdikdə onu çağıran şəxsdən başqa 3 qız və 3 oğlan da olduğunu görmüş, birlikdə otaqda yeyibiçməklə növbə ilə keçib arxa otaqda cinsi əlaqədə olmuşlar. Həmin məclisdə Eka ləqəbli qadınla tanış olmuş, Eka başqa bir şəxslə cinsi əlaqədə olmaq üçün həmin yerə gəlmiş və özündən başqa hazırda adlarını xatırlamadığı iki qız da gətirmişdir. Söhbət əsnasında Eka ondan mobil nömrəsini istəyərək müştəri olduğu zaman onu da çağıracağını və müəyyən məbləğdə ona pul verəcəyini bildirmişdir. Bundan sonra mütəmadi olaraq Eka ləqəbli Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng vurmaqla təxminən 2-3 il müddətində onu Bakı şəhərində yerləşən müxtəlif otellərdə fahişəliyə cəlb etmişdir. Belə ki, Elnarə ona cinsi əlaqədə olduğu şəxslərə mobil nömrə verməyini qadağan edərək həmin şəxslərə nömrə verməyə qoymamış, özü müştərilərdən yüksək məbləğdə pul almaqla ona 50 və 70 manat pul vermişdir. Sonradan Ekanın əsl adının Elnarə olduğunu bilmişdir. Elnarə xaraktercə özündən razı, heç kimdən qorxmayan, qəddar, şantajçı, ev dağıdan qadın olmuşdur. Elnarə ümumiyyətlə hamının arasını vurmuş, hamıdan bir-birinə söz çatdırmaqla aralarında münaqişə yaratmış, hər bir görüşlərində onları spirtli içki içməyə, narkotik vasitə qəbul etməyə məcbur etmişdir. Elnarə özü həddindən artıq çox narkotik vasitə qəbul etmiş, narkotik vasitə qəbul edib avtomobili idarə etmişdir. Elnarə həmişə gəlib onu evdən öz qara rəngli BMV markalı avtomobili ilə götürərək otellərə aparmış, müştəri ilə cinsi əlaqədə olduqdan sonra qaytarıb evinə qoymuşdur. Müştərilərin hamısın Elnarə tapmış, yüksək məbləğdə pul almaqla ona 50 və 70 manat məbləğində pul vermişdir. Ən çox onu Bakı şəhəri ərazisində yerləşən «Neapol», «Ambassador», «Clear», «Sərin» və digər otellərə aparmışdır. Ancaq əksər vaxtlarda «Clear» otelinə aparmışdır. Elnarə ondan başqa, dayısı qızı Şahid13, Ayan kimi tanıdığı Zərərçəkmiş şəxs6, Aygün adlı ağbəniz təxminən onun yaşda olan qızı, Həcər adlı azyaşlı qızı, Dinara, Delya, Lyuba, adlı rus millətindən olan qadını və digər hazırda xatırlamadığı qızları da fahişəliyə cəlb etmişdir. Məhkəmə iclasında Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən onun Şahid12 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 15, iş vərrəqi 94-97). İş materiallarına əlavə edilmiş baxış protokolundan görünür ki, istintaq zamanı «xxxx» MMC-nin xx.xx.2018-ci il tarixli AZF-LGL-5965-18 №-li məktubu ilə göndərilmiş 1 ədəd diskə əlavə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus olmaqla istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə xx.xx.2017-ci il tarixdə saat 00:54 dəqiqədə ***-***-**-** mobil nömrədən «Başa düşmədim Eka özün gələ bilmirsən birin gördər sənədə pul əlavə göndərim» məzmunlu, xx.xx.2017-ci il tarixdə saat 16:23 dəqiqədə ***-***-**-** mobil nömrədən «Gələ bilmirsizsə deyin bilək» məzmunlu, xx.xx.2017-ci il tarixdə saat 20:19 dəqiqədə ***-***-**-** mobil nömrədən «Sən hələm çıxma bidene sroşnu işim var onu həll edim yığacam onda gələrsən səndə ona kimi bidənə qız tapda yaxşı», «gəlirsən balam?» məzmunlu, xx.xx.2017-ci il tarixdə saat 17:45 dəqiqədə ***-***-**-** mobil nömrədən «Səbinə saat 10-da şəhərə çatıram dedim istirahət eliyərdim. Çatanda səni yığım?» məzmunlu, xx.xx.2017-ci il tarixdə saat 21:16-da ***-***-**-** mobil nömrədən «gecə kef eləmək istəyirdim, 3 dənə qız lazım idi, ona görə narahat edirdim, yoxsa sənin qara qaşına vurulmamışam» məzmunlu SMS-lərin göndərildiyi müəyyən olunmuşdur (cild 14, iş vərəqi 66-74). Məhkəmə iclasında Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahid14 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Eka kimi tanımış, Eka Bakıda məşhur olmaqla el arasında «mamaroza» adlanan işlə məşğul olan qadın kimi tanınmışdır. xx.xx.2017-ci il tarixdə «gecə kef eləmək istəyirdim, 3 dənə qız lazım idi, ona görə narahat edirdim, yoxsa sənin qara qaşına vurulmamışam» məzmunlu mesajı Elnarəyə o, yazmışdır. Belə ki, həmin tarixdə axşam saatlarında hazırda xatırlamadığı iki nəfər tanışı ilə birlikdə yeyib-içdikdən sonra yanında olan həmin şəxslərdən birinin mobil telefonu ilə Elnarənin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng vurub onlara cinsi əlaqədə olmaq üçün 3 nəfər qız lazım olduğunu demişlər. Elnarə məşğul olduğunu deyib bir qədər sonra zəng vurmalarını bildirmiş, danışıqlarından sonra onun ***-***-**-** mobil nömrəsini Elnarəyə verərək özü boş olduqda zəng vurmasını istəmişdir. Bundan bir neçə saat sonra Elnarə onun nömrəsinə zəng vurmuş və dərhal hər qıza görə 200 manat pul istədiyi üçün zarafatla Elnarəyə hazırda xatırlamadığı kobud söz demiş, Elnarə telefonu söndürdüyü üçün bir neçə dəqiqə sonra zəng vursa da, telefona cavab verməmiş, əsəbləşərək Elnarəyə bu məzmunda mesaj yazmışdır. Bundan sonra Elnarəyə zəng vurmamış, görüşməmişdir. Ancaq dəfələrlə Ekanı işlədiyi restoranlarda görmüş, məşhur «mamaroza» olduğunu bilmişdir (cild 15, iş vərəqi 63-67). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Eka adı ilə tanıdığı Təqsirləndirilən şəxs2 ilə təxminən 2009-cu ildə tanış olmuş, tanış tolduqdan sonra el arasında «mamaroza» adlanan işlə məşğul olduğunu bilmişdir. Elnarənin Bakı şəhərində əlaqələri güclü olmuş, Bakıda demək olar ki, əksər insanlar Ekanı yaxşı tanımış, əlində çox gözəl qızlar olmuş, həmin qızları pul müqabilində cinsi əlaqədə olmaq üçün müxtəlif kişilərə təşkil etmişdir. Özü təxminən 2009-2011-ci illər ərzində bir neçə dəfə Elnarəyə zəng edərək onun üçün qızlar təşkil etməsini xahiş etmiş, bunun müqabilində Elnarə ondan hər dəfə bir qız üçün 100 manat pul almış, «Clear» otelinə getməyini bildirmişdir. Oteldə nömrə götürüb Elnarəyə xəbər verdikdən sonra Elnarə özü öz avtomobili ilə qızı gətirmiş, cinsi əlaqədə olduqdan sonra qızı götürüb aparmış, pulu Elnarəyə vermiş, Elnarənin gətirdiyi qızlar nömrələrini verməkdən imtina etmişlər. xx.xx.2017ci il tarixdə saat 00:54-də «Başa düşmədim Eka özün gələ bilmirsən birin göndər sənədə pul əlavə göndərərəm» məzmunlu mesajı Təqsirləndirilən şəxs2 o, yazmışdır. Məhkəmə iclasında Şahid5 istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən onun digər Şahid15 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 19, iş vərəqi 01-05). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, ***-***-**-** mobil nömrə öz adına olmaqla təxminən 2014-cü ildə alıb bir ildən artıq istifadə etmişdir. Eka kimi tanıdığı Təqsirləndirilən şəxs2 ilə təxminən 2014-cü ildə tanış olmuş, həmin vaxt işlədiyi Bakı Baş Gömrük İdarəsinin rəisinin sürücüsü Vilayət adlı şəxsdən Eka ləqəbli qadının mobil nömrəsini götürmüşdür. Belə ki, 2014-cü ilin təxminən avqust ayında Vilayət onu və rəis müavininin sürücüsü Etibar adlı şəxsi «Clear» otelinə aparmış, həmin vaxt Vilayət əvvəlcədən tanıdığı Eka adlı qadına zəng vuraraq cinsi əlaqədə olmaq üçün özü və iki nəfər qız gətirməsini bildirmişdir. Onlar «Clear» otelinin həyətində yerləşən nömrəsini xatırlamadığı kottecdə üçü birlikdə gözlədikləri vaxt Eka adlı qadın iki nəfər qızla otel nömrəsinə daxil olmuşlar. Vilayət Eka adlı qadınla, o və Etibar isə Ekanın gətirdiyi başqa qadınlarla cinsi əlaqədə olmuşlar. Bundan sonra hərəsi 100 manat məbləğində Eka ləqəbli Elnarəyə pul vermişlər və çıxıb getmişlər. Həmin görüşləri zamanı Ekanın hazırda xatırladığı ***-***-**-** mobil nömrəsini götürmüş, bundan sonra bir neçə dəfə özü Ekaya zəng edərək cinsi əlaqədə olmaq üçün qızlar təşkil etməsini bildirmiş və «Clear» otelində Ekanın təşkil etdiyi qadınlarla cinsi əlaqədə olmuşdur. Təxminən Eka ona 7-8 dəfə cinsi əlaqədə olmaq üçün qızlar təşkil etmiş, həmin qızlarla həmişə «Clear» otelində cinsi əlaqədə olmuş, pulu həmişə Ekaya vermiş, qızlara heç vaxt pul verməmişdir. Bu proses 2014-cü ilin avqust ayından 2015-ci ilin noyabr ayınadək davam etmişdir. Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi Rəşid adlı şəxs o, olmuş, həmişə yuxarıda da qeyd etdiyi kimi səhər saatlarında «Clear» otelində Təqsirləndirilən şəxs2 pul müqabilində təşkil etdiyi qadınlarla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, ***-***-**-** mobil nömrəni təxminən 2000-ci ildən hazırki vaxtadək istifadə etmiş, ondan başqa heç kimin istifadəsində olmamışdır. Eka ləqəbli tanıdığı qadının əsl adını bilməsə də, həmin qadın Bakı şəhərində Tibilisi prosektində, Nəqliyyat Nazirliyi ilə üzbəüz Neptun marketin yerləşdiyi binanın arxasındakı binada yaşamış, istifadəsində qara rəngli BMV markalı avtomobil olmuş, istifadəsində olan mobil nömrənin sonu 11-11-lə bitmişdir. Eka adlı qadınla 2014-cü ilin təxminən əvvəllərində hazırda xatırlamadığı restoranda tanış olmuş, tanış olduqdan sonra yüngül həyat tərzi keçirən qadın olduğunu bilmiş, münasibətləri yarandığı üçün onunla cinsi əlaqədə olmağa razılaşmış və həmin ərəfədə 50 manat pul müqabilində Eka ilə «Clear» otelində cinsi əlaqədə olmuş və bu hal dəfələrlə təkrarlanmışdır. Sonradan Eka artıq onunla cinsi əlaqədə olmaq istəmədiyini, zəng etmədiyini görüb özü ona cinsi əlaqədə olmaq üçün başqa qadınlar da təklif edərək əlində gözəl qızların olduğunu bildirmiş, lakin həmin qızlarla cinsi əlaqədə olmağı bir qədər baha olduğunu, təşkil etdiyi qızlarla cinsi əlaqədə olmaq müqabilində 100 manat pul verməli olduğunu bildirmişdir. Elnarənin təklifi ilə razılaşdığı üçün həmin vaxtdan sonra dostlarla, tanışlarla yeyib-içdikdən, əhvalı yüksəldikdən sonra Ekaya zəng edərək ona cinsi əlaqədə olmağı üçün qadın təşkil etməsini demiş, Eka «Clear» otelində nömrə sifariş etdikdən sonra özü həmin otel nömrəsinə getmiş və Eka avtomobili ilə müxtəlif qadınlar gətirmiş, onlarla birlikdə otel nömrəsinin qonaq otağında oturmuş, Ekanın gətirdiyi qadınla yataq otağında cinsi əlaqədə olduqdan sonra Eka ondan 100 manat pul almış, qadını götürüb öz avtomobili aparmışdır. «xxxx» QSC-nin xx.xx.2019-cu il tarixli 14/5955 №-li məktubunda Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 sərnişin qismində xx.xx.2015-ci il tarixdə J2/255 saylı reys ilə Bakı- Naxçıvan istiqamətinə, xx.xx.2015-ci il tarixdə isə J2/2252 saylı reys ilə Naxçıvan-Bakı istiqamətinə uçuşdan istifadə etdikləri göstərilmiş və sərnişinlər uçuş aviabiletləri məktuba əlavə olunmuşdur (cild 19, iş vərəqi 82- 88). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun haqqında bildirdikləri tamamilə yalan və şərdir. Elnarənin törətdiyi yolnəqliyyat hadisəsi ilə əlaqədar 2013-cü ilin sentyabr ayında Baş X103 idarəsində araşdırma aparılmışdır. Həmin araşdırma zamanı idarənin təhqiqatçısı Rauf Cəfərovun qərarı əsasında onun tərəfindən zərərçəkmiş X44 barəsində məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Müayinə zamanı Yusub İsmayılovun bədəninin sağ aşağı ətrafında gips sarğısı olduğu və bədəninin müxtəlif nahiyələrində sıyrıq və qançırların olduğu müəyyən edilmişdir. Daha sonra X52 Tibbi Mərkəzdə adına tərtib olunmuş tibbi sənədlərə və rentgen şəkillərinə tərəfindən baxış keçirilmiş, həmin sənədlər əlavə olunduqdan sonra xx.xx.2013-cü il tarixdə tərəfindən 1166 №-li ekspert rəyi verilmişdir. Həmin rəydə X17 bədən səthində sol baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı, sağ 2-3-4-5-6-7-8-ci qabırğaların yerdəyişmiş sınıqları, sağ tərəfli hemopnevmotoraks, sağ bazunun sıyrıqları, döş qəfəsinin qançırları kimi xx.xx.2013-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlmiş xəsarətlərin olduğu və ağırlıq dərəcəsinin şəxsi müayinəsinin tam başa çatdıqdan sonra veriləcəyi göstərilmişdir. Bundan sonra xx.xx.2013-cü il tarixdə onun tərəfindən Yusub İsmayılovun təkrar müayinəsi aparılmış, müayinənin nəticəsi olaraq tərtib etdiyi xx.xx.2013-cü il tarixli 129Ə saylı ekspert rəyində həmin xəsarətləri bir daha təsdiq etməklə ağırlıq dərəcəsini sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirmişdir. Qeyd olunan ekspert rəyləri onun tərəfindən tam oybektiv tərtib olunmaqla, elmi və praktiki biliklərlə əsaslandırılmış, Yusub İsmayılovun adına tərtib olunmuş tibbi sənədlərdən də görünmüşdür ki, yol-nəqliyyat hadisəsi nəticəsində onun ekspert rəylərində göstərdiklərindən əlavə xəsarətlər alınmamışdır. Tibbi sənədlərdə qeyd olunan xəsarətlər rəyin nəticə hissəsində göstərilən xəsarətlərlə eynilik təşkil etmişdir. Yusub İsmayılovun aldığı xəsarətlərin dərəcəsini azaltmaq, saxta rəy vermək və başqa hər hansı bir məqsədlə heç vaxt Təqsirləndirilən şəxs2 və başqa bir şəxsdən rüşvət istəməmiş, almamış, heç vaxt, heç bir yerdə Təqsirləndirilən şəxs2 ona 400 manat məbləğində pul verməmişdir. Yusub İsmayılovun aldığı xəsarətləri tam, obyektiv surətdə ekspert rəyində göstərdiyi və ağırlıq dərəcəsini azaltmadığı halda Elnarənin ona rüşvət verməsi, sonuncunu cinayət məsuliyyətindən azad etməyi, yəni xəsarəti yüngül xəsarət kimi qiymətləndirməyi barədə müraciətində, ifadələrində göstərdikləri tamamilə yalan olmaqla bilə-bilə onu ağır cinayət törətməkdə ittiham etmişdir. Yusub İsmayılovun barəsində tərtib etdiyi az ağır kimi qiymətləndirdiyi ekspert rəyi Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb etməyə imkan vermiş, sonuncunu cinayət məsuliyyətindən azad etməmişdir. Elnarə yalan olduğunu bilə-bilə onu ağır cinayət törətməkdə ittiham etmiş, Elnarə onun 400 manat rüşvət almadığını, cinayət məsuliyyətindən azad etmədiyini, zərərçəkmiş şəxsin xəsarətini yüngül yazmadığını, ümumiyyətlə aralarında bu məzmunda söhbətin olmadığını açıq surətdə bildiyi, cinayət məsuliyyətindən avtotexniki ekspertizanın rəyinə əsasən azad olduğunu bildiyi halda onu ağır cinayət törətməkdə, guya 400 manat pul alaraq zərərçəkmişə yüngül xəsarət yazmaqda ittiham etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs2 qarşı şikayətçidir. Onun qanun qarşısında cəzalandırılmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs7 ifadəsində həmçinin göstərdi ki, xx xxxx 2018-ci il tarixdə səhər saat 07:30 radələrində xalası oğlu Sahib ona zəng edib Bəxtiyarın öldüyünü bildirmiş və təxminən 1 saat yarım sonra Şamaxı rayonunun Nüydü kəndinə çatmışdır. Bir qədər sonra Şamaxı rayon prokurorluğunun əməkdaşları gəlmiş və onların iştirakı ilə Bəxtiyarın meyitinin olduğu otağa getmişlər. Bəxtiyarın meyitinin üzərinə qırmızı rəngdə mələfə sərilmiş, həmin mələfəni götürəndə görmüşlər ki, Bəxtiyarın paltarları əynindədir. Meyitdə qacıma prosesi getdiyi üçün paltarları çıxarmaqda çətinlik çəkmişlər və bu səbəbdən paltarları kəsib əynindən çıxartmışlar. Özü məhkəmə-tibb eksperti olduğu üçün Bəxtiyarın meyitinə özü şəxsən baxış keçirtmiş, baxış zamanı stranqulyasiya şırımının istiqamətinə, xarakterinə əsasən çəp-qalxan, qapanmayan və şırım ətrafında əllə boğmaya xarakterik aypara şəkilli sıyrıqların olmamasına görə belə qənaətə gəlmişdir ki, dayısı oğlu Zərərçəkmiş şəxs2 özünü asaraq intihar etmişdir. Bəxtiyarın bədən səthində qeyd olunan stranquliyasiya şırımından başqa digər bir xəsarət olmamışdır. Şamaxı rayon prokurorluğunun və məhkəmətibb ekspertinin iştirakı ilə Bəxtiyarın meyitinə baxış keçirildikdən sonra qohumları etiraz etdiyinə görə Bəxtiyarın meyiti daxili müayinə olunması üçün MTE və PA Birliyinin Şamaxı rayon şöbəsinə göndərilməmiş, bundan sonra Bəxtiyarın özünü asaraq intihar etdiyi dayısı Barata məxsus evə getmişdir. Orada Bəxtiyarın özünü asdığı yerə baxmış, xalası nəvəsi Cəlalın deməsindən bilmişdir ki, Bəxtiyar özünü iplə evin 2-ci mərtəbəsində yerləşən eyvanın sağ tərəfindəki dəmir məhəccərdən asmışdır. Hadisə yerində olduqları zaman Bəxtiyarın özünü asaraq intihar etdiyi ipi tapmışlar və ip prokurorluq əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. İpə onun tərəfindən baxış keçirilən zaman ipin və stranquliyasiya şırımının çoxqatlı olmasına əsasən asılmanın həmin ipin təsirindən əmələ gəlməsi onda şübhə yaratmamış, həmçinin Bəxtiyarın meyitində gözün ağlı qişasına qansızma olması, cinsiyət orqanından spermaya bənzər maye ifraz olunması onun bir daha asılma nəticəsində ölməsinə dəlalət etmişdir. Bundan sonra həmin gün Bəxtiyarın meyitini yuyan yerdə dayısı Hətəmlə birlikdə yumuş, meyiti yuyan zaman bədənin bütün nahiyələrinə yenidən baxmış və bədəni üzərində stranqulyasiya şırımından başqa heç bir xəsarət olmadığını müəyyən etmişdir. 15 ilə yaxın məhkəmə-tibb eksperti kimi fəaliyyətinə və təcrübəsinə əsaslanaraq Zərərçəkmiş şəxs2 ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olduğunu tam əminliklə bildirə bilər. 2017-ci ilin yay fəslində, dəqiq tarixini xatırlamadığı gündə ailəvi dostları ilə birlikdə saat 20-21 radələrində Şıx qəsəbəsində dəniz kənarında yerləşən restoranlardan birinə getmiş, restoranda oturub yemək yeyən zaman istifadəsində olan mobil telefonun «WhatsApp» proqramına Bəxtiyarın istifadəsində olan Rusiya mobil operatoruna aid nömrədən mesaj daxil olmuş, Bəxtiyar ona həmin restoranda 2-ci mərtəbədə qızlarla birlikdə olduğunu, ailəvi oraya gəldiyi üçün onlara yaxınlaşmadığını bildirmişdir. Bundan bir neçə saat sonra evə gedərkən Bəxtiyarla görüşmək üçün restoranın 2-ci mərtəbəsinə qalxmış və onun əyləşdiyi masaya yaxınlaşmışdır. Bəxtiyarın oturduğu masada 2 nəfər qadın da əyləşmiş, Bəxtiyar görüşmək üçün ayağa qalxmaq istədikdə narahat olmamasını bildirmiş, Bəxtiyarla eyni masada əyləşən qızlardan biri sanki üzünü ondan gizlədirmiş kimi, sağa dənizə tərəf çevirmiş, başında papaq olmuşdur. Bəxtiyarla eyni masada əyləşən qadınların heç birinin üzünə baxmamış və onların kimlər olduğunu bilməmiş, sonra Bəxtiyarla sağollaşıb hesabını ödəyib getmişdir. Həmin günün səhərisi Bəxtiyar ona zəng edərək «Əmi, yanımda oturan qızın kim olduğunu bildin» deyə soruşmuş, cavabında həmin qadına fikir vermədiyini bildirmiş, Bəxtiyar həmin qadının Eka ləqəbli Elnarə olduğunu demişdir. Bəxtiyara «Elnarə yaxşı qadın deyil, şantajçı, ev dağıdan qadındır, ondan uzaq dur, sənə pislik edər» dedikdə, cavab olaraq «Elnarə qələt eləyir, o kimdir ki, mənə nəsə etsin. Elnarə mənə qız çıxardır, əlində yaxşı şeylər var» demişdir. Hətta yanında oturan qızı Elnarənin pul müqabilində onunla cinsi əlaqədə olması üçün gətirdiyini bildirmişdir. Bəxtiyara sonda bir daha bildirmişdir ki, Elnarədən uzaq dursun və onunla əlaqəni tamamilə kəssin. 2018-ci ilin oktyabr ayının əvvəlində, dəqiq tarixini xatırlamadığı gün, dayısı oğlu Elnur ona zəng edib Bəxtiyarın avtomobil qəzasına düşdüyünü və tez 1 saylı X91 gəlməyini bildirmiş, dərhal həmin mərkəzin qəbul şöbəsinə gəlmiş və Bəxtiyarın rentgen otağında olduğunu görmüşdür. X29 müayinəsindən sonra bilmişdir ki, Bəxtiyarın sağ sirkə kasasının arxa divarında sınıq olmuşdur. Bəxtiyarın sağ aşağı ətrafına skelet dartması tətbiq olunmuş və o, təxminən 1 həftə həmin mərkəzdə stasionar qaydada müalicə almışdır. Bəxtiyar xəstəxanaya gətirildiyi günün səhərisi ona baş çəkmək üçün gələrkən Eka ləqəbli Təqsirləndirilən şəxs2 Bəxtiyarın müalicə həkimi Rövşən Behbudovun otağından çıxdığını görmüşdür. Elnarə onu gördükdə özünü itirib gözünə eynək taxmış və gözdən itmişdir. Elnarənin şantajçı, ev dağıdan qadın olduğunu bildiyi üçün ünvanına nalayiq söyüş söyüb ondan burada nə axtardığını soruşmuş, bu vaxt Rövşən Behbudov ona «Doktor ayıbdır» deyərək qolundan tutub onu öz otağına salmış və bildirmişdir ki, «Sən o yazıq qızı niyə söyürsən, o sənin dayın oğluna görə mənə xahiş elədi ki, nə lazımdır kömək edin, qarşılığında bütün maddiyyatı öz üzərinə götürəcək». Bundan sonra Bəxtiyarın yanına gedib ondan Elnarə ilə niyə qurtarmadığını soruşduqda, sonuncu ona «Əmi sənin o qızla işin olmasın» demiş, Bəxtiyarın Elnarəni müdafiə etdiyini görüb incimişdir. Bundan sonra bir neçə dəfə Bəxtiyara baş çəkmək üçün yanına getmiş, həmin vaxtlarda Elnarəni görməsə də, sonuncunun Bəxtiyarın yanına gəlib-getdiyini eşitmişdir. 2017-ci ilin dekabr ayının sonlarında, dəqiq tarixini xatırlamadığı gün Bəxtiyarla hansısa qohumun yaş mərasimində görüşmüşlər. Söhbət zamanı Bəxtiyardan Elnarə ilə münasibətlərinin necə olduğunu və ondan ayrılıb-ayrılmadığını soruşmuş, Bəxtiyar demişdir ki, «Bu qancıq məni cana yığmışdı, getdim evinə remeni saldım boğazına boğdum, ölürdü, xırıldayıb yalvardı ki, məni burax, səndən əl çəkirəm. Mən də onu buraxdım. Elnarə ilə əlaqəni tam kəsmişəm». Bu hadisənin konkret olaraq nə vaxt baş verdiyini bilməmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 özünü öldürmə həddinə çatdırmış, mütəmadi olaraq onunla amansız rəftar etməklə, ona hədə-qorxu gəlib şantaj etməklə bezdirmişdir. Bəxtiyarın heç bir psixi problemi olmamış, nəsillərində heç kim əvvəllər intihar etməmiş, Bəxtiyarın ailəsində ciddi bir problemi olmamış, maddi çətinliyi, kiməsə pul borcu və maddi öhdəliyi olmamış və yuxarıda sadaladığı səbəblərə görə Bəxtiyarın intihar etməsi mümkün deyil. Bəxtiyar yalnız Təqsirləndirilən şəxs2 onu qürurdan sala biləcək materiallarla, görüntü və yaxud foto ilə hədələməsi nəticəsində intihar edə bilər. Elnarənin həddindən artıq təhlükəli bir qadın olduğunu bütün Şamaxı rayonu və Bakı şəhərində onu tanıyan bütün insanlar bilmiş, Elnarə bu işlərlə məşğul olmuş, imkanlı şəxslərlə münasibət yaradıb sonradan onları şantaj etməklə xeyli var-dövlətə sahib olmuşdur. İbtidai istintaq zamanı X74 xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə üzləşməsi zamanı ifadəsində göstərdiklərini bir daha sonuncunun üzünə qarşı deməklə təsdiq etmiş, Təqsirləndirilən şəxs2 isə Anar Azayevin 2013-cü ildə ondan 400 manat məbləğində rüşvət alaraq saxta rəy tərtib etdiyini, onu cinayət məsuliyyətindən azad etdiyini, həmin ərəfədə Zaqatala şəhərində Anar Azayevin zorla onunla cinsi əlaqədə olduğunu göstərmişdir (cild 12, iş vərəqi 237-245). xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edildikdən sonra ərizə ilə rayon prokurorluğuna müraciət edərək, Zərərçəkmiş şəxs7 MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsinin məhkəmə-tibb eksperti işlədiyi dövrdə, təxminən 2013-cü ildə avtomobillə xəsarət yetirdiyi şəxsin ağır xəsarətini gizlətmək, yüngül dərəcəli xəsarət alması barədə rəy vermək müqabilində ondan 400 manat məbləğində rüşvət aldığını, həmçinin, pulun az olduğunu bildirib həmin ərəfədə zorla onunla cinsi əlaqədə olduğunu bildirməklə, sonuncunun bilə-bilə yalan rəy verməyə, rüşvət alma və zorlama cinayətlərinə görə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir (cild 12, iş vərəqi 246). İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2013-cü il tarixli,1166 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir; -1965-ci il təvəllüdlü X17 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ tərəfli hemopnevmatoraks. Sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ bazunun sıyrıqları, döş qəfəsinin arxa səthinin qançırları, bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddət və şəraitdə, yəni xx.xx.2013-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilər; ağırlıq dərəcəsi zərərçəkənin müalicəsi başa çatdıqdan və təkrar müayinəsi aparıldıqdan sonra veriləcəkdir (cild 14, iş vərəqi 02-04). MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 129Ə nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir; -1965-ci il təvəllüdlü X17 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ tərəfli hemopnevmatoraks, Sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ bazunun sıyrıqları, döş qəfəsinin arxa səthinin qançırları, bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddət və şəraitdə, yəni xx.xx.2013-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilər; dərəcəsinə gərə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir (cild 14, iş vərəqi 05-08). Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli, 005- 19470-1219 nomrəli məktubundan görünür ki, xx xxxxxxxx 2013-cü il tarixdə saat 19:10-da Bakı-Quba- Dağıstan sərhəddi yolunun Abşeron rayonu ərazisindən keçən 13-cü kilometrində Əzizova Elnarə Əvəz qızı idarə etdiyi BMW markalı **-VZ-*** qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1965-ci il təvəllüdlü X24 vurmuş, nəticədə piyada Yusub İsmayılov az ağır bədən xəsarəti almışdır. Fakta görə toplanmış material Baş X103 İdarəsinin 1 saylı hadisələr kitabında 1377 nömrə altında qeydiyyata alınaraq Baş X103 İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi polis mayoru Arzu Əliyev tərəfindən araşdırma aparılmış, xx xxxxxxx 2013-cü il tarixdə toplanmış material üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən (Rədd materialı № 1163/13) cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (cild 14, iş vərəqi 81). Cinayət işinə əlavə edilmiş BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Arzu Əliyevin xx.xx.2013-cü il tarixli «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasına cavab olaraq Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2013-cü il tarixli 16445 №-li ekspert rəyinə əsasən sürücü Əzizova Elnarə Əvəz qızının hadisəsinin qarşısına almağa texniki imkanının olmadığı və hərəkətlərində «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq müəyyən edilmədiyindən piyada Yusub İsmayılova az-ağır dərəcəli bədən xəsarəti yetirməsi faktı üzrə əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində cinayət işi başlanılması rədd edilmişdir (cild 14, iş vərəqi 82). İş materiallarında olan təkrar məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, T 365/2019 №li ekspert rəyindən görünür ki: - Vətəndaş Y.X.İsmayılovda döş qəfəsinin küt travması, sağ tərəfli hemopnevmotoraks, sağ ıı–vııı qabırğaların yerdəyişmiş sınığı, sağ əlin İ daraq, kürək, mil sümüyü və V daraq sümüyünün yerdəyişmiş sınıqları, sol baldır sümüklərinin orta-aşağı 3/1-nin qəlpəli yerdəyişmiş sınığı, sağ bazuda sıyrıq, döş qəfəsinin arxa səthində qançırlar olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi kimi xx.xx.2013-cü ildə avtoqəza zamanı yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - Vətəndaş Y.X.İsmayılovun adına X69 tərtib edilmiş tibbi kartada son klinik diaqnozda qeyd edilən xəsarətlərlə 1166 saylı xx.xx.2013-cü il tarixli rəydə qeyd edilən xəsarətlər eynilik təşkil edir. Lakin tibbi kartada xx.xx.2013-cü ildə aparılmış rentgen müayinəsində sağ əlin İ və V daraq sümüklərində və mil sümüyünün bizvari çıxıntısının yerdəyişmiş sınığı, xx.xx.2013-cü ildə xəstənin travmatoloq tərəfindən müayinəsi zamanı sağ kürək sümüyünün aşağı qütbündə yerdəyişmiş sınıq olması qeyd edilmişdir. Lakin hal-hazırda uzun vaxt keçdiyindən həmin rentgenoqramlar saxlanılmadığından bu sınıqların varlığı haqqında birmənalı fikir söyləmək mümkün deyildir. Onu da qeyd etmək lazımdır ki, həmin sınıqlar aşkar edildiyi təqdirdə belə xəsarətlər yenə az ağır zərərvurmaya aid ediləcəkdir. - İş üzrə verilmiş 1166 və 129 Ə saylı rəylərin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir (cild 19, iş vərəqi 204-209). İbtidai istintaq zamanı xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 12 ünvanında axtarış aparılmış, bu zaman evin otağında daxıldan 1 ədəd qara rəngli kaburanın içərisində olan dəmir materialdan hazırlanmış soyuq silah hesab olunan dəyənək aşkar olunmaqla götürülmüşdür (cild 5, iş vərəqi 67-80). Cinayət işinə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli 20698 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır (cild 6, iş vərəqi 231-234). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdə saat 17-18 radələrində Elnarə ona zəng edərək yaşadığı evə müstəntiq gəldiyini, evdə axtarış aparmaq istədiyini bildirmiş və ondan iki nəfərlə birlikdə yaşadığı evə gəlməyini xahiş etmişdir. Razılaşaraq bir müddətdən sonra Elnarənin evinə getmiş, Elnarənin dediyi iki nəfəri tapa bilməsə də, çatanda artıq kənar iki nəfər şəxsin də Elnarənin evində olduqlarını görmüşdür. Özünü Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəntiqi kimi təqdim edən Əli Babayev adlı şəxs onlara məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs2 evində axtarış aparılacağını bildirib həmin qərarla onu və digər iştirakçıları tanış etmiş, axtarışda ondan başqa ev sahibi Təqsirləndirilən şəxs2, ərazinin sahə inspektoru kimi özünü təqdim edən polis geyim formasında adını xatırlamadığı şəxs və iki nəfər adlarını xatırlamadığı hal şahidləri iştirak etmişlər. Əli Babayev iştirakçılara hüquq və vəzifələri barədə məlumat vermiş və bundan sonra evdə axtarışa başlamışlar. Evin mətbəxində gözləmiş, Təqsirləndirilən şəxs2 isə evinin hər bir yerini özü şəxsən müstəntiqə təqdim etmiş, bir müddətdən sonra Əli Babayev evdən aşkar edilənləri evin qonaq otağında olan stolun üzərinə yığaraq nə aşkar edildiyini bir-bir hər kəsə elan etmişdir. Hazırda xatırladığı qədərilə oradan bir neçə mobil telefon, yaddaş kartları, noutbuk, açılıb-bağlanan dəyənək aşkar edilmişdir. Daha sonra həmin predmetlər bir-bir qablaşdırılıb bir torbaya yığılmışdır. Bundan sonra aparılmış axtarış barədə protokol tərtib edilib hər kəsə elan edilmiş, həmin protokolda yazılanların doğru olduğunu gördüyü üçün həmin ptorokolu imzalamışdır. Məhkəmə iclasında şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən onun da Təqsirləndirilən şəxs2 mənzilində axtarış aparılarkən hal şahidi qismində iştirak etməsi və digər hal şahidi Şahid8 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 19, iş vərəqi 150-153). Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X34 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun böyük övladı olmuş, 2010-cu ildən fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. Bəxtiyar öz texnikaları ilə Bakı şəhərində köhnə binaların söküntüsü ilə məşğul olmuş, həmçinin podratçı kimi “Azəriqaz” istehsalat birliyi ilə razılıq əldə edib öz işçi briqadası ilə müxtəlif rayonlarda qaz xətlərinin çəkilişi ilə məşğul olmuşdur. Bundan başqa, Bəxtiyar Bakı şəhərində 3-cü mikrorayon dairəsində yerləşən mağazanı icarəyə götürərək obyektin işlədilməsini sinif yoldaşı Elsevərə tapşırmış, sonuncu həmin mağazada mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olmuşdur. Bəxtiyar 2014-cü ildə Həcc ziyarətində olmuş, onun narkotik vasitədən istifadə edib-etmədiyini bilməmişdir. xx xxxx 2018-ci il tarixdə Bəxtiyar Şamaxı rayonunun Ovculu və Bağırlı kəndlərinə qaz xətti çəkilişi ilə əlaqədar öz texnikaları və briqadası ilə Şamaxı rayonuna getmişdir. Rayona gələrkən oğlu adətən Nüydü kəndində yaşayan qardaşları Hətəm və Bayramın evlərində qalmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Həsən Həsənov ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs2 1996 və ya 1997-ci ildən tanımış, sonuncu ilə heç bir münasibəti olmasa da, Şamaxıda gəzən danışıqlardan Elnarənin təhlükəli insan olmasını eşitmişdir. Belə ki, Elnarənin müxtəlif adamları şantaj etdiyini, hədə-qorxu gəlməklə məşğul olduğunu bilmişdir. Bəxtiyarın Elnarə ilə münasibəti olmasını xx xxxxxx 2017-ci il tarixdə bilmişdir. Belə ki, həmin tarixdə gəlini Sevda və özünün həyat yoldaşı Bəxtiyarın “Facebook” səhifəsinə baxarkən orada oğlunun Elnarə adlı qadınla fotoşəkillərini görmüş və ona bu barədə bildirmişlər. Bundan sonra o, Bəxtiyarı evə çağıraraq Elnarə adlı qadınla nə kimi münasibəti olduğunu soruşmuş, Bəxtiyara Elnarənin şantajçı, ailə dağıdan qadın olduğunu deyərək, ondan uzaq durmağı məsləhət görmüşdür. Bəxtiyar əsəbləşərək Elnarənin onun canını boğazına yığdığını, gedib onu öldürəcəyini bildirərək çıxıb getmişdir. Qadına əl qaldıran insan olmadığı üçün Bəxtiyarın Elnarəni öldürəcəyinə inanmamışdır. Sonradan zəng edəndə Bəxtiyar Bakı şəhərində öz evində olduğunu bildirmiş, Elnarə ilə bir daha görüşməyəcəyi barədə söz vermişdir. Bəxtiyara inandığı üçün sonradan onun Elnarə ilə münasibət saxlayıbsaxlamadığını bilməmişdir. xx xxxx 2018-ci il tarixdə axşamtərəfi Bəxtiyarın mobil nömrəsinə zəng edib Şamaxı rayonunda harada qaldığını soruşduqda, oğlu əmisi Baratın evində qaldığını bildirmişdir. Onunla danışan zaman Bəxtiyarın əhvalı yaxşı olmasa da, sonuncudan bu barədə heç nə soruşmamışdır. xx xxxx 2018-ci il tarixdə səhər saat 07:30-da qardaşı Hətəm ona zəng edib Bəxtiyarın qardaşı Baratın evindəki eyvandan özünü iplə asaraq intihar etdiyini bildirmişdir. Yas mərasimində intihar etdiyi vaxtdan təxminən 12 saat əvvələ kimi Elnarə adlı qadınla birlikdə olan fotoşəkilləri Bəxtiyarın «Facebook» səhifəsində olmuş, sonra isə həmin fotoşəkillər silinmişdir. Bəxtiyar bütün dostlarına özünün “Facebook» səhifəsinin Elnarənin əlində olduğunu, nə istəsə onu etdiyini bildirmişdir. Sonradan bilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Bəxtiyarın arvadı Sevdaya Elnarə 4 dəfə zəng etmiş, Bəxtiyar həmin zənglərdən birinə cavab verərək Elnarəyə ondan əl çəkməsini demişdir. X30 əl çəkməməsi barədə qohumlarına məlumat verməsini tələb etsə də, X31 əl çəkməməsi ilə bağlı nə ona, nə də ki, digər qohumlarına məlumat verməmişdir. Hətta tanışları və dostları da Bəxtiyara Elnarənin təhlükəli qadın olduğunu deməklə, lazım gəlsə Elnarə ilə münasibətləri bitirməkdə köməklik edə biləcəklərini demişlər. Bundan başqa, Bəxtiyar hər gecə arvadı Sevdanın mobil telefonunu götürüb nəyəsə baxmış və sonra Sevdaya Elnarənin çox təhlükəli qadın olduğunu demişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Həsən Həsənovun ifadəsinə görə, «Mosu» ləqəbli Dünyamalını Şamaxı şəhərindəki “Universam”ın müdiri Şahmuradın oğlu olduğunu bilmiş, Şahmuradla münasibətləri həmişə yaxşı olmuşdur. Dünyamalını isə tanımamış, əlaqəsi və münasibəti olmamışdır. Dünyamalı ilə mərhum oğlu Bəxtiyarın tanışlığının olmasını və Elnarə adlı qadınla Bəxtiyarı Dünyamalının tanış etməsini Bəxtiyarın yas mərasimində eşitmişdir. Həmçinin yasda bilmişdir ki, xx xxxx 2018-ci il tarixdə axşam saat 20- 21 radələrində «Mosu» ləqəbli Dünyamalı Bəxtiyarın dəvəti ilə qardaşı Baratın evinə gəlmiş, küçə qapısının qarşısında Dünyamalı ilə Bəxtiyar əvvəlcə söhbət etmiş, sonra onların arasında mübahisə baş vermişdir. Həmin söhbət zamanı Bəxtiyar “Onları öldürəcəyəm” sözünü işlətmiş, Mosu isə cavabında Bəxtiyara “Bir Allah şahiddir ki, mənim bu işdə günahım yoxdur” demişdir. Sonra Dünyamalı və Bəxtiyar evə daxil olaraq söhbətlərini evdə davam etdirmiş, təxminən 10 dəqiqə söhbət etdikdən sonra Dünyamalı evdən çıxmış, Bəxtiyar zəng edərək Elnarə ilə uzun müddət danışıq aparmışdır. Hətta Mosu özü də evdən çıxan zaman kiməsə telefonla zəng edib danışıq apardığını eşitsə də, Dünyamalı və Elnarə ilə Bəxtiyar arasında olan danışıqların məzmunu barədə məlumatı yoxdur. 2017-ci ilin sentyabr ayında Bəxtiyar Sumqayıt-Bakı yolunda idarə etdiyi «Chevrolet» markalı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ağır dərəcəli bədən xəsarəti almış və bununla əlaqədar Bakı şəhəri, 1 saylı Kliniki xəstəxanada müalicə olunmuşdur. Yol nəqliyyat hadisəsi törədən zaman Bəxtiyar Elnarəyə zəng etmiş və Elnarə oraya gedib Bəxtiyarı xəstəxanaya aparmışdır. Sonradan eşitmişdir ki, müalicə aldığı müddətdə Elnarə Bəxtiyarın yanına gəlib-getmiş, hətta həmin vaxt Elnarə Bəxtiyarın yanında Zenfira adlı qadınla telefonda danışmış, Zenfira adlı qadın Mosu ləqəbli Dünyamalı barəsində nəsə xoşagəlməz sözlər demiş, sonradan Zenfira adlı qadının Dünyamalı barədə danışıqlarını deyilənə görə Bəxtiyar kimlərəsə bildirmiş, bununla bağlı Mosu ilə Bəxtiyar arasında mübahisə və münaqişə olmamışdır. Elnarə müstəntiqin yanında Mosuya «Səni şantaj edən adamın mənim əlimdə videosu var» sözlərini bildirəndə, Mosunu şantaj edən adam dedikdə, Bəxtiyarı nəzərdə tutmuşdur. X94 Bəxtiyarın arvadının, qızının və internetdən əldə etdiyi hansısa şlyapalı qadının fotoşəkilini göstərib həmin qadını Bəxtiyarın qardaşı arvadı kimi təqdim etmiş və həmin qadının əyin-başlarının pis halda olduğunu bildirmişdir. Mosu həmçinin ona danışmışdır ki, Elnarə ona “Bəxtiyarın atası Şamaxıda QAİ-də işləyəndə şirvan-şirvan pullar yığdı, gəldi Bakıda milyoner oldu, darıxmasın mən onların axırına çıxacağam” deyə bildirmişdir. Elnarə də Bəxtiyarın barəsində olan videomaterialın nədən ibarət olduğunu Mosu ləqəbli Dünyamalıdan soruşduqda, sonuncu videomaterialı görmədiyini, bu barədə Elnarənin dediyini bildirmişdir. Buna görə də, Həsən Həsənovun ifadəsinə görə, oğlu Bəxtiyarı özünü öldürmə həddinə çatdıran şəxslərin Təqsirləndirilən şəxs2, Mosu ləqəbli Dünyamalı, Zenfira adlı qadın və oğlunu özünü öldürmə həddinə çatdırması üçün Elnarəyə sifariş verən, adı ona məlum olmayan digər adamlar olduğunu hesab edir. Bəxtiyarın pulunu hədə-qorxu yolu ilə almaq istəyən hansısa şəxs Elnarənin vasitəsilə oğlunu şantaj etdiyini düşünür. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs2 ilə Şamaxı rayon prokurorluğunun inzibati binasında üzləşən zaman Elnarə onun üzünə qarşı “Canın çıxardı imkan verərdin Bəxtiyarla yaşayırdım və bu hadisə başına gəlməzdi” deyə bildirmişdir. Elnarənin bu sözündən sonuncunun Bəxtiyarın ölümünün bilavasitə səbəbkarı olduğunu başa düşmüşdür. Zenfira ilə Elnarə arasında Şamaxı rayon prokurorluğunda üzləşdirmə keçirildiyi tarixdə Mosu ləqəbli Dünyamalı Bakı şəhərinə gəlmiş, qardaşı Baratla görüşmüş və sonuncuya mobil telefonunda olan mesajı göstərmişdir. Həmin mesajda Elnarə adlı qadın Zenfira ilə söhbət edən zaman “Hacı yaxşı oğlanıydı, gəl birləşək onun ölümü ilə bağlı günahı ataq Mosunun üstünə” deyə bildirmişdir. Zenfira adlı qadın Elnarənin həmin danışığını telefonuna yazmış və sonra Mosu ləqəbli Dünyamalıya göndərmişdir. Elnarə ilə üzləşdiyi tarixdə X73dan Mosu ləqəbli Dünyamalıda olan həmin məzmunlu səs yazısını götürüb cinayət işinə əlavə etməsini tələb etmiş, buna görə də müstəntiq X57 Şamaxı rayon prokurorluğuna dəvət etmişdir. Dünyamalı özü tək X73un otağına gəlmiş və həqiqətən də belə bir məzmunda səs yazısı olduğunu etiraf edərək vəkilinə təqdim etdiyini bildirmişdir. Müstəntiqdən həmin səs yazısını götürüb cinayət işinə əlavə etməsini xahiş etsə də, müstəntiq həmin səs yazısını Dünyamalıdan götürməmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Həsən Həsənov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, mərhum Bəxtiyarın ayın 20-də qaz çəkilişi ilə əlaqədar rayona getdiyini, onun orada kiminlə oturub-durduğu barədə məlumatı olmadığını, Elnarəni əvvəllər tanıdığı üçün ondan uzaq durmağını oğluna tapşırdığını, hadisəyə qədər oğlunun Mosu ilə münasibətlərinin olduğunu bilmədiyini, bu münasibətlərin olmasını oğlunun dəfnindən sonra öyrəndiyini, oğlunun ondan pul almadığını, lakin oğlunun evdən gəlinə məxsus qızıl komplekti götürüb Elnarəyə verdiyini bildiyini, oğlu Bəxtiyarın 19-25 mart tarixlərində qardaşı Bayramdan 30.000 manat pul götürdüyünü, lakin pulu kimə verdiyini ona demədiyini, oğlunun martın 21-də Şamaxıya gedib ayın 22-23-də isə kəndə qayıtdığını, oğlunun pulu qardaşı Bayramdan kənddə aldığını, qardaşının həmin pulu heyvan satışından əldə etdiyini bildirdiyini, bacısı nəvəsinin «Mosu evə gələndə deyib ki, Allah şahiddir, mənim bu işlərdən xəbərim yoxdur» sözlərini dediyini, oğlunun üç mərasimində DİN-nin 102 xidmətinə zəng edib Elnarənin Mosu və digər şəxslərlə əlbir olub mərhəm oğlundan 50.000 manat pul aldıqlarını, 70.000 manat da tələb etdiklərini bildirdiyini, yanvar ayının 2-də oğlu ilə danışanda, sonuncunun «Elnarəni boğurdum, yalvardı, ona görə buraxdım, daha Elnarə ilə qurtardım, daha mənə zəg etməyəcək, məni narahat etməyəcək» deyə söylədiyini, birinci dəfə Elnarə istintaqda ifadə verərkən oğluma ərə getmək istədiyini bildirdiyini, oğlunun öz ailəsi ilə münasibətlərinin yaxşı olduğunu, dekabr ayına qədər onun oğlu Bəxtiyarın Elnarə ilə münasibətlərindən xəbəri olmadığını, sonradan oğlunun Elnarə ilə münasibətlərinin davam etdiyini bildiyini, intihar etdiyi günə qədər oğlu Elnarənin ona hədə-qorxu gəldiyi barədə heç nə demədiyini, gəlini Sevdanın «Elnarə ona yazıb ki, Bəxtiyar ya mənim olmalıdı, ya da qara torpağın» sözlərini yazdığını dediyini bildirdi. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərin hər ikisinə qarşı şikayətçi olduğunu bildirərək, onların qanunda nəzərdə tutulmuş sərt şəkildə cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında şahidlər Şahid16 və Şahid17 ibtidai istintan zamanı verdikləri ifadələri tədqiq olunarkən onların zərərçəkmiş şəxsin hüquqi varisi Həsən Həsənovun ifadəsində onlara aid hissədə göstərdiklərini təsdiq etmələri müəyyən olundu (cild 9, iş vərəqi 92-95, 96-100). Məhkəmə iclasında Şahid17 ibtidai istintaq zamanı verdiyi əlavə ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahid17 göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə tanımadığı mobil nömrədən “Whatsapp” proqramı vasitəsilə ona “A” hərfi yazılmış mesaj gəlmiş, həmin şəxsdən kim olmasını soruşduqda cavab verməmişdir. Bundan sonra həmin nömrəni “facebook” sosial şəbəkəsində axtarmış və “Sabina Aliyeva” adlı istifadəçi çıxmışdır. Həmin istifadəçinin dostluq siyahısında Bəxtiyarın da adına rast gəlmiş və məsələni aydınlaşdırmaq üçün Bəxtiyardan həmin qızın kim olduğunu soruşmuşdur. Bəxtiyar ona 1 gün bundan əvvəl “Sabina Aliyeva” adlı istifadəçidən ona dostluq təklifi gəlməsini, onu qəbul etməsini, lakin həmin qızı tanımadığını bildirmişdir. Həmin “facebook” profilini araşdırdıqdan sonra həmin şəxsin Elnarə Əzizova olduğunu bilmiş və daha sonra Elnarənin “Whatsapp” profilində Bəxtiyarla çəkdirdiyi şəklini görmüşdür. Elnarədən kim olmağını soruşduqda, ona Bəxtiyardan soruşmağını bildirmiş, Elnarəyə Bəxtiyarın onu tanımadığını dedikdə, ona “hansı kişi boynuna alar ki?!” demişdir. Daha sonra Elnarədən Bəxtiyarla nə vaxtdan münasibəti olduğunu soruşduqda, ona Bəxtiyarla evləndikləri gündən münasibətdə olduğunu demişdir. Elnarə ona “Bəxtiyar ya mənim olacaq, ya da qara torpağın” deyə bildirmişdir. Bu minvalla Elnarə ilə təxminən yarım saat danışmış, danışıb qurtardıqdan sonra Bəxtiyar da Elnarə ilə 3-4 aydır ki, münasibəti olduğunu bildirmişdir. Bütün bu olanlardan sonra Bəxtiyara boşanmaq istədiyini bildirmiş, xx.xx.2017-ci il tarixdə Bəxtiyar Elnarənin bu hərəkətindən əsəbiləşib onu tapmaq üçün Şamaxı rayonuna gəlmiş, üzərindən 2-3 gün keçdikdən sonra Bəxtiyar ona mesaj yazaraq Elnarəni Bakı şəhərində tapdığını, onu hansısa kafelərin birində boğduğunu, Elnarənin ondan üzr istəyərək onunla bir daha işi olmayacağını bildirdiyini, telefonundakı bütün şəkilləri silərək çıxıb getdiyini demişdir. Bəxtiyar ona söz vermişdir ki, Elnarə nə vaxt ona zəng vursa gəlib ona deyəcək. xx.xx.2018-ci il tarixdə Bəxtiyar ona demişdir ki, Elnarə bu gün ona 4 dəfə zəng vurmuş, sonuncu zəngində ona cavab vermiş, həmin vaxt Elnarə Bəxtiyara demişdir ki, «telefonu bağlama, sənə sözüm var.» Bəxtiyar isə ona qulaq asmayaraq, təhqir edib və bir daha zəng etməməsini bildirmişdir. Bundan sonra Elnarənin adı bir dəfə də olsun onların evlərində çəkilməmiş və hamısı rahat yaşamışlar. Lakin buna baxmayaraq hadisəyə qədər təxminən 3-4 həftə Bəxtiyar hər zaman fikirli-fikirli gəzmiş, hər dəfə ondan nə baş verdiyini soruşduqda, bildirmişdir ki “ sən mənimçün nə həll edə bilərsən ki?!”. Bəxtiyar ona hər zaman tapşırmışdır ki, öz şəkillərini facebooka yükləməsin. Çünki Elnarə həmin şəkilləri götürüb pis məqsədlər üçün istifadə edir. Həmçinin Elnarə ilə əlaqə saxlamamağını, onun təhlükəli olduğunu demişdir. xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində Bəxtiyar zəng vuraraq əvvəl onunla, sonra uşaqları ilə danışmış, Bəxtiyarla danışıb qurtardıqdan sonra “Whatsapp”a girərək profilinə baxmış və sonuncu dəfə səhər tezdən şəbəkədə olduğunu görmüşdür. Halbuki Bəxtiyar “Whatsapp”a tez-tez girmiş və bu qədər fasilə verməmişdir. xx.xx.2018-ci il tarixdən Elnarənin zəngindən sonra Bəxtiyarın demək olar ki, bir daha üzü gülməmiş, fikirli-fikirli gəzmişdir. Elnarə Bəxtiyarı özündən asılı hala salmış, Bəxtiyar Elnarədən çox qorxmuş, ona bilmədiyi şeylər olduğunu demiş, Elnarənin çox təhlükəli qadın olduğunu bildirmişdir. Elnarənin Bəxtiyarı şantaj etdiyini, hədələdiyini, Bəxtiyarın isə buna görə ondan çəkindiyini bildiyi üçün Bəxtiyarın çox üstünə getməmiş, Bəxtiyarın istəmədən Elnarə ilə danışdığını, ayrıla bilmədiyini başa düşdüyündən son vaxtlar hətta Bəxtiyara bu məsələdə köməklik etmək istəmişdir. Danışıqları zamanı Elnarədən yalnız kim olmağını soruşmuş, cavab olaraq ona «get ərindən soruş» demiş, Bəxtiyarın onu tanımadığını dedikdə isə ona “hansı kişi boynuna alar ki?!” sözlərini demiş, daha sonra isə Elnarə ona Bəxtiyarla evləndikləri gündən münasibətdə olduğunu bildirməklə “Bəxtiyar ya mənim olacaq, ya da qara torpağın” sözlərini demişdir. Bundan sonra Bəxtiyara boşanmaq istədiyini bildirmiş, Elnarənin məqsədi onların ailələrini dağıtmaq olmuş, Elnarə ona Bəxtiyardan boşanmamağını, özünün ayrılacağını deməmiş, əksinə Bəxtiyardan əl çəkməyəcəyini ona demişdir. Elnarəyə «bu Bəxtiyarın birinci hərəkəti deyil, onun hərəkətlərindən bezmişəm» sözlərini deməmişdir. Bəxtiyar onun və anasının mobil telefonlarını sındırmamış, Elnarə ilə danışmaqlarını onlara irad tutmamışdır. 2017-ci ilin dekabr ayının sonuna kimi heç vaxt Bəxtiyarın telefonunu, qeydiyyatdan keçdiyi sosial şəbəkələri izləməmiş, xx.xx.2017-ci il tarixdə Elnarə ona “Whatsapp” proqramı vasitəsilə “A” hərfi yazılmış mesaj göndərənə kimi onun heç nədən xəbəri olmamış, Bəxtiyar onu izlədiyinə görə başqa şəxslərin nömrələri ilə sosial şəbəkələrdə qeydiyyatdan keçməmişdir. Bəxtiyar intihar etməmişdən təxminən 1 ay əvvəl, yəni 2018-ci ilin fevral ayının ortalarında yaşadıqları evdə ona təklikdə 10000 manat məbləğində borcu olduğunu, bu barədə heç kimin bilməsini istəmədiyini, heç kimdən borc almaq istəmədiyini deyib təxminən bir-iki il öncə aldıqları qızıl komplekt dəsti ona verməyini, girov qoyaraq pul götürəcəyini, bir neçə aya pulu düzəldib qızılları qaytaracağını demiş, ona qızları Leylanın canına and verərək bu barədə heç kimə bildirməməyini xahiş etmişdir. Xahişini nəzərə alaraq qızılları ona vermiş və bu barədə heç kimə heç bir söz deməmişdir. 2018-ci ilin dekabr ayının əvvələrində qaynanası Təhminə ondan həmin qızılları soruşduqda, gizlədə bilməyib bu barədə danışmışdır. Həmin qızılları Bəxtiyarın valideynləri ona təxminən 2016-cı ilin yay aylarında 11 000 ABŞ dollarına almışlar, komplekt qızıl dəsti olmuş, Bəxtiyar qızılları ondan götürdüyü vaxt kimə borcu olduğunu, pulu kimə verəcəyini deməmişdir. Bəxtiyar Elnarədən çəkinmiş, təhlükəli olduğunu, insanları şantaj etdiyini və neçə ailə dağıtdığını bildirmiş, Bəxtiyarın ölümünün günahkarı Elnarə olmuşdur (cild 9, iş vərəqi 96-100). Məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan Şahid41 ifadəsində göstərdi ki, xx xxxx 2018-ci il tarixdən etibarən atasının dayısı Şahid20 məxsus Şamaxı şəhərindəki evdə qalmağa başlamışdır. xx xxxx 2018-ci il tarixdə Nüydü kəndindəki evlərində olmuş, həmin tarixdə atasının dayısı oğlu Zərərçəkmiş şəxs2 onların evinə gəlmiş və gecəni onlarda qalmışdır. Bəxtiyar Şamaxı rayonuna qaz xətləri çəkməyə gəlmiş və xx xxxx 2018-ci il tarixdən işə başlamalı olmuşdur. Hazırlıq kursu xx xxxx 2018-ci il tarixdə başladığından o da, həmin evə gəlmişdir. Özü ilə gətirdiyi kitabları evə qoyub dərslərini oxumağa başlamış, Bəxtiyarla atası isə işə getmişlər. Axşam saat 20 radələrində Bəxtiyar özü tək evə gəlmiş, çimmiş, sonra 1-ci mərtəbədə yerləşən qonaq otağına daxil olub televizora baxmışdır. Bəxtiyara 2 və ya 3 dəfə çay vermiş, sonuncu onun dərsləri ilə maraqlanmışdır. Zərərçəkmiş şəxs2 evin 1-ci mərtəbəsində giriş qapısından sağda yerləşən qonaq otağında qalmış və gecə saat 2 radələrinə qədər Türkiyə kanallarının birində yayımlanan «Survivor» adlı verlişə baxmışdır. Həmin gecə saat 12 radələrində yatmış, Bəxtiyarın isə saat neçədə yatmasından xəbəri olmamışdır. Bəxtiyar tez-tez siqaret çəkməklə kimlərləsə telefonla danışmış, lakin Bəxtiyarın kimlərlə və nə barədə danışdığını bilməmiş, bu barədə Bəxtiyardan soruşmamışdır. xx xxxx 2018ci il tarixdə səhər saat 07 radələrində atasının dayısı oğlu Şahid37 idarə etdiyi pikap tipli «Nissan Navara» markalı avtomobillə Bəxtiyarı götürüb iş yerinə aparmış, həmin tarixdə gün ərzində evdə olsa da, Zərərçəkmiş şəxs2 ilə gün ərzində telefon danışıqları olmamışdır. xx xxxx 2018-ci il tarixdə saat 19 radələrində atası Zaur Bəxtiyarla birlikdə yemələri üçün qızarmış toyuq alıb gətirmiş, saat 20 radələrində Bəxtiyar evə gəlmiş, sonuncu kefsiz və çox əsəbi halda olmuş, Bəxtiyarı heç vaxt belə vəziyyətdə görməmişdir. Bəxtiyara çay və atasının alıb gətirdiyi toyuqdan vermiş, sonuncu toyuq ətindən 1-2 tikə yedikdən sonra divanda oturub televizora baxmağa başlamışdır. Təxminən 1 saat sonra Bəxtiyarın mobil telefonuna zəng daxil olmuş, sonuncu danışdığı adama «Azər» şadlıq sarayının yanından aşağı düşərsən, birinci yox, ikinci küçədən sağa dönüb küçənin başına gələrsən, maşınım oradadır görəcəksən» deyə bildirmişdir. Təxminən 1 saat sonra Bəxtiyarın telefonuna yenidən zəng daxil olduqda çölə çıxıb 5-10 dəqiqə sonra əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs1, ləqəbinin Mosu olduğunu bildiyi bir nəfərlə birlikdə evə daxil olub qonaq otağına keçmişlər. Mosu adlı şəxs onunla salamlaşıb görüşmüş, Mosu Bəxtiyara «uşaq kimdir» sualını verdikdə, Bəxtiyar «Sahibin oğludur» deyə bildirmiş, atasının əsl adı Zaur olsa da, onu hamı Sahib kimi tanımışdır. Sonra Mosu ləqəbli Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 qonaq otağına daxil olub qapını örtmüşlər. Dərslərini oxumaq üçün evin 2-ci mərtəbəsinə qalxarkən Bəxtiyarın ucadan qışqıraraq «Onun var-yoxunu s..b başını kəsərəm», Mosu ləqəbli Təqsirləndirilən şəxs1 isə «Allah şahiddir, Allah şahiddir» deyə bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 sözünün davamını eşidə bilməmiş və nə demək istədiyini başa düşməmişdir. Bəxtiyarın kimin ünvanına və nə səbəbə söydüyünü də bilməmiş, sonuncu qışqıra-qışqıra danışmış, danışdığını başa düşməmişdir. Sonra 2-ci mərtəbəyə qalxmış və pəncərədən küçəyə baxarkən evin darvazasından təxminən 2-3 metr irəlidə qara rəngli avtomaşının dayandığını görsə də, dövlət nömrə nişanını və markasını, habelə kimə məxsus olduğunu bilməmişdir. Küçəyə baxdıqdan dərhal X36 Şahbazovun savaşa biləcəklərini düşündüyü üçün pilləkənlərin yuxarı hissəsinə yaxınlaşıb orada dayanmış, bu zaman Bəxtiyarın tez-tez «Ampa» adlı şəxsin adını çəkdiyini eşitsə də, digər danışıqlarını eşitməmişdir. Təxminən 25-30 dəqiqə ərzində Bəxtiyarla Təqsirləndirilən şəxs1 söhbət etmişlər, danışıqlarının məzmununu bilməmişdir. Bəxtiyardan bu barədə soruşmamış və onun özü də bu barədə ona danışmamışdır. X36 Şahbazovun olduğu otağın qapısı açılmış, dəhlizdən hər ikisi evin həyət qapısından çölə çıxarkən Dünyamalı Bəxtiyara «uşaq hara getdi» sualını verdikdə, sonuncu «yuxarıda dərs oxuyur» demişdir. Bəxtiyar qapının qarşısında dayanmış, Dünyamalı çıxarkən Bəxtiyara «qapını içəridən bağlayırsan?» dedikdə, Bəxtiyar cavabında «qoy qalsın bağlayaram» deyib evə daxil olub qonaq otağına keçmişdir. Sonra aşağı düşüb Bəxtiyara çay verdikdə əsəbi vəziyyətdə olduğunu və bir qadınla telefonla danışdığını görmüşdür. Çayı onun qarşısına masanın üzərinə qoyub kresloda oturmuş və Bəxtiyar anası ilə danışdığını düşünüb danışığına fikir verməmiş, təxminən 5 dəqiqə sonra isə 1-ci mərtəbədə yerləşən mətbəxə, oradan isə 2-ci mərtəbəyə qalxıb dərslərini oxumuşdur. Həmin gecə saat 12-də yatmış, Bəxtiyarın saat neçədə yatdığını isə bilməmişdir. Bəxtiyarın Təqsirləndirilən şəxs1la mübahisə etməsi barədə atasına və digər qohumlara məlumat verməmişdir. xx xxxx 2018-ci il tarixdə səhər saat 07 radələrində Şahid37 evin darvazasının qarşısına gəlmiş, Bəxtiyar evdən çölə çıxdıqda rəngi qaralmış və halsız vəziyyətdə olmuş, yemək yemədən Ziyadın idarə etdiyi maşına oturub getmişdir. Gün ərzində Bəxtiyarın harada və kimlə birlikdə olduğunu bilməmişdir. Həmin tarixdə saat 20 radələrində küçədə maşın səsi eşidib Bəxtiyarın gəldiyini düşünərək çölə çıxdıqda Bəxtiyarın maşınının olmadığını görmüşdür. Belə olduqda qapını bağlayıb evə daxil olmuş və 2-ci mərtəbəyə qalxıb dərslərini oxumağa davam etmişdir. Təxminən 1 saat sonra küçədən maşın səsi eşidib çölə çıxdıqda, Bəxtiyarın maşınının üzü «Azər» şadlıq sarayına gedən yol istiqamətində dayandığını, Bəxtiyarın isə maşında sükan arxasında əyləşib telefonla danışdığını, maşında başqa heç kim olmadığını görmüşdür. Qapını açıq qoyub 2-ci mərtəbəyə qalxmış və təxminən 10-15 dəqiqə sonra Bəxtiyarın həyət qapısını açıb evə daxil olduğunu eşidib onunla görüşmüşdür. Bəxtiyar çox fikirli olmaqla, rəngi qaralmış, gözlərini bir nöqtəyə dikib baxmış, tez-tez siqaret çəkmiş və əsəbi halda kiminləsə telefonla danışmışdır. Bəxtiyara çay süzüb gətirmiş və əlavə nəsə istəyib-istəmədiyini soruşmuş, heç nə istəmədiyini dediyi üçün 2-ci mərtəbəyə qalxıb dərslərini oxumağa davam etmişdir. Təxminən 30-40 dəqiqə sonra yenidən aşağı düşərək Bəxtiyara çay vermiş, bu vaxt Bəxtiyar telefonla danışmaqla çox fikirli olmuş, kiminlə və nə barədə danışmasına fikir verməmiş, çayı masanın üzərinə qoyub yatmaq üçün 2-ci mərtəbəyə qalxmışdır. Saat 23:30 radələrində Bəxtiyarın qışqıra-qışqıra kiminləsə söhbət etdiyini eşidib aşağı 1-ci mərtəbəyə düşdükdə, sonuncunun əsəbi halda uca səslə telefonla danışdığını, qonaq otağı ilə mətbəx arasında var-gəl etdiyini görmüşdür. Bəxtiyar onu görsə də heç bir reaksiya verməmiş, mətbəxdə su içdikdən sonra 2-ci mərtəbəyə qalxıb yatmışdır. xx xxxx 2018-ci il tarixdə saat 07:00-da yuxudan oyanıb 1-ci mərtəbəyə düşdükdə Bəxtiyarın otaqda olmadığını, otaqdakı masanın üzərində staliçni salat, maşının açarı və siqaret olduğunu görmüşdür. Qapı arxadan açıq olduğundan, ayaqqabıları qapının qarşısında olduğundan Bəxtiyarı evdə axtarmağa başlamış və Bəxtiyarın boğazından göy rəngli iplə eyvandan asılmış vəziyyətdə olduğunu görmüşdür. Sonra atasının dayısı Tağıya məlumat vermək üçün küçəyə çıxmışdır. Bəxtiyarın xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul verib- verməməsindən məlumatsız olmuşdur. 24-xx xxxx 2018-ci il tarixlərdə yaşadıqları evə atası Zaur, Bəxtiyar, Mosu ləqəbli Dünyamalıdan başqa heç kim gəlməmişdir. 24-xx xxxx 2018-ci il tarixlərdə gün ərzində yaşadığı evdə olmuş, lazım olan ərzaq məhsullarını almaq üçün marketə gedərkən küçədə hər hansı bir şəxslə rastlaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, dayısı oğlu Zərərçəkmiş şəxs2 2017-ci ilin avqust və ya sentyabr ayında Bakı-Sumqayıt avtomobil yolunda qəzaya düşmüşdür. Bakı şəhərində yerləşən 1 saylı Kliniki tibbi mərkəzə Bəxtiyarı görməyə gələn zaman xəstəxananın 2-ci mərtəbəsində tanımadığı bir qadının telefonla danışaraq var-gəl etdiyini və tez-tez Bəxtiyarın olduğu palataya daxil olub-çıxdığını görmüşdür. Sonra həmin qadının orada olan həkimlərə yaxınlaşıb Bəxtiyarın nə vaxt əməliyyat olunacağını soruşduğunu görən xalası oğlu Anar əsəbləşib üzünü həmin qadına tutaraq «Bu Şamaxılı fahişə «Eka»dır, bunun burada nə işi var, o kimdir ki, Bəxtiyarın həkimləri ilə söhbət edir» deyə bildirib, həmin qadının ünvanına təhqiramiz sözlər demişdir. Həmin qadın Anarın narazı olmasını görüb xəstəxananı tərk etmiş, pəncərədən baxarkən «Eka»nın dövlət nömrə nişanının son rəqəmləri 530 olan «BMW» markalı avtomobili idarə edərək çıxıb getdiyini görmüşdür. Bəxtiyar hadisənin necə baş verməsini ona danışmış, «Eka»ya zəng elədiyini, sonuncunun gəlib öz maşını ilə onu xəstəxanaya gətirdiyini bildirmişdir. O, Bəxtiyara həmin qadının ona layiq olmadığını bildirmişdir. Bəxtiyar «narahat olma, kefimi çəkirəm» deyə cavab vermişdir. Təxminən 1 həftə ərzində xəstəxanada Bəxtiyarın yanında, sonuncu ilə eyni palatada qalmışdır. İlk gecə təxminən saat 2 radələrində Bəxtiyar ona Elnarənin yanına gələcəyini bildirərək bu barədə heç kəsə bildirməməyi xahiş etmişdir. Elnarə Bəxtiyarla təxminən saat 05:30-a kimi söhbət etmişdir. Sonra Bəxtiyara qohumlarının gələcəyini bildirdiyi üçün Elnarə adlı qadın çıxıb getmişdir. Elnarənin gecə boyu Bəxtiyarla nə danışdığına fikir verməmişdir. Valideynləri Bəxtiyara baş çəkib getdikdən sonra gecə saat 12 və ya 1 radələrində Elnarə yenidən Bəxtiyarın palatasına gəlmiş və həmin gecəni də sonuncunun yanında onunla birlikdə qalmışdır. Bəxtiyarın yanında təxminən 1 həftə qalmış, bu 1 həftə ərzində Elnarə 4 və ya 5 gecə səhər saatlarınadək Bəxtiyarın yanında olmuşdur. Həmin günlərin birində o da, palatada olmuş, Elnarə gülə-gülə öz telefonunu Bəxtiyara uzadıb nəyəsə qulaq asdırmışdır. Bəxtiyar Elnarə ilə nəsə barədə pıçıltı ilə danışıb birlikdə gülsələr də, sonuncuların nə danışdıqlarını eşitməmişdir. Sonra Bəxtiyar yanındakı tumbuçkadan “Samsung” markalı qara rəngli mobil telefonu götürmüş, Elnarə də öz mobil telefonundan Bəxtiyarın telefonuna nəsə göndərmişdir. X12 «Samsung» markalı mobil telefonuna atdığı Mosu ləqəbli Təqsirləndirilən şəxs1 qeyri-rəsmi yaşadığı «Zema» adlı qadının səs yazısı olduğunu bilmişdir. O, ilk dəfə həmin vaxt Bəxtiyarın həmin sensorla işləyən, arxasında qara rəngli üzlük olan «Samsung» markalı mobil telefonunu görmüş, Bəxtiyarın həmin mobil telefonunda hansı nömrə olmasını bilməmişdir. Elnarənin Bəxtiyarın «Samsung» markalı mobil telefonuna səs yazısını göndərdiyi günün səhərisi Bəxtiyarın Sadiq, Nadir, Əziz və adı yadında qalmayan digər 2 nəfər dostları onu görməyə gəlmişlər. Bəxtiyar Elnarənin onun telefonuna göndərdiyi səs yazısını Sadiqə dinlətmiş və Sadiq səs yazısını dinləyib Bəxtiyarla öz aralarında nəsə danışıb gülməyə başlamışlar. Sadiqgil getdikdən sonra “Sadiqlə nəyə qulaq asıb gülürdünüz” deyə Bəxtiyara sual verdikdə, Bəxtiyar həmin “Samsung” markalı mobil telefonu götürüb dinləmək üçün ona vermişdir. Həmin səs yazısında 2 nəfər qadın danışmışdır. Onlardan birinin səsindən tanıdığı üçün Elnarə olduğunu bilmişdir. Digərinin isə “Zema” adlı qadının səsi olmasını Bəxtiyar ona demişdir. Həmin səs yazısında Elnarə danışdığı “Zema” adlı qadına “Az nə təhər oldu, neylədiniz” deyə sual verdikdə, Zema cavabında gülərək “Az Mosu özü yalaya-yalaya düşüb aşağı, mənə deyir ki, mən düşmüşəm aşağı, sən niyə aşağı düşmürsən” deyə bildirmişdir. Bundan sonra Bəxtiyar həmin səs yazısına onun yanında bir neçə dəfə təkrar-təkrar qulaq asıb gülmüşdür. Bəxtiyar Mosu ləqəbli Təqsirləndirilən şəxs1la küsülü olmuşdur. Bunun səbəbini Bəxtiyardan soruşduqda, o, “Mosu Şamaxıda özünü yaxşı aparmır, ədəbazlıq edir, istəyirəm sağaldıqdan sonra Şamaxıya gedib onu uşaqların içində döyüm” deyə bildirmişdir. Bəxtiyarla Mosu ləqəbli Təqsirləndirilən şəxs1 küsülü olduqlarını Sadiq də bilmişdir. Sadiqin deməsindən Bəxtiyarla Mosu ləqəbli Təqsirləndirilən şəxs1 «Eka» ləqəbli Elnarə adlı qadına görə bir-birini danışdırmadıqlarını bilmişdir. Belə ki, Sadiq Bəxtiyarı ziyarət etməyə gələrkən, sonuncuya “Bu nədir ey, bir qəhbəyə görə Mosu ilə küsülüsən, qəhbəni başından rədd elə getsin” deyə bildirmişdir. X37 Şahbazovun küsülü olmalarının əsl səbəbini və Elnarə adlı qadınla bağlı onlar arasında nə vaxt və harada mübahisə baş verməsini bilməmişdir. Həmçinin, sonradan Elnarə adlı qadınla Bəxtiyarı tanış edən elə Mosu ləqəbli Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Bəxtiyar xəstəxanada müalicə olunduğu ərəfədə Mosu ləqəbli Təqsirləndirilən şəxs1 tanımadığı şəxslərlə birlikdə Bəxtiyarı ziyarət etməyə gələn zaman barışmışlar. Xəstəxanadan çıxdıqdan sonra Bəxtiyarı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evinə aparmış və sonuncu müalicəsini ev şəraitində davam etdirmişdir. Təxminən 1 ay yarımdan sonra Bəxtiyar zəng vuraraq ailəsi “Eka” ilə olan münasibətindən şübhələndiyi üçün sonuncu ilə münasibətlərə son qoyduğunu bildirmişdir. O da, Bəxtiyara yaxşı elədiyini, “Eka”nın ona yaraşmadığını bildirmişdir. Təxminən 15-20 gün sonra Bəxtiyar yenidən zəng edərək “fahişəni (yəni Ekanı) gedib öldürəcəm” deyə bildirmişdir. Səbəbini soruşduqda Bəxtiyar ona “Eka” maşında, onunla birlikdə çəkdirdiyi şəkili “facebook” səhifəsinə qoyduğunu, hamının şəkli gördüyünü bildirmişdir. Bu zaman Bəxtiyara “Başın xarabdı, hansısa cındıra görə dəyməz, mən sənə vaxtında dedim axı“Eka” ailə dağıdan, şantajçıdır, ondan uzaq dur” deyə bildirmişdir. Təxminən bir neçə gün keçdikdən sonra Bəxtiyar zəng vurub ““Eka”nın evinə gedib onu öldürürdüyünü, kəmərlə onu boğduğunu, huşu getdikdən sonra buraxdığını, lakin o, özünə gəldikdən sonra ağlayaraq məndən üzr istədiyini və şəkilləri sildiyini bildirmişdir. Daha sonra Bəxtiyar artıq “Eka” ilə qurtardığını və çox rahat olduğunu demişdir. Bir müddət Bəxtiyar çox rahat olmuş və öz işləri ilə məşğul olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə dayısı Bayramın qaynanası Güllünün yas mərasiminin 3-cü günündə Bəxtiyar anası Təhminə ilə birlikdə yas mərasimində iştirak etmək üçün Şamaxı rayonunun, Nüydü kəndinə gəlmişdir. Yas mərasimində iştirak etdikdən sonra Bəxtiyar onun yaşadığı evə gəlib ac olduğunu bildirmişdir. Təxminən 12-13 radələrində ya Bəxtiyarın istifadəsində olan mobil telefona zəng daxil olmuş, ya da Bəxtiyar kiməsə zəng etmişdir. Bəxtiyarın kiminlə danışmasını bilməsə də, danışdığı şəxsə əsəbi halda “Nə bilirsən elə” deyə bildirmişdir. Həmin telefon danışığından sonra Bəxtiyarın əhvalı tamamilə dəyişmişdir. Yemək hazır olsa da, yeməyəcəyini bildirib anası Təhminə ilə birlikdə Bakı şəhərinə yola düşmüşdür. xx xxxxxx 2018-ci il tarixdə dayısı Baratın ad gününü qeyd etmək üçün sonuncuya məxsus “Rich Palace” şadlıq sarayında olarkən Bəxtiyar çox fikirli olmuş, nə üçün fikirli olduğunu soruşsa da, sonuncu ona heç nə deməmişdir. 2018-ci ilin mart-aprel aylarında Şamaxı rayonunun Ovculu və Bağırlı kəndlərində aparılmalı olan qaz xətlərinin çəkilişi dayısı Barata məxsus şirkətə həvalə edilmişdir. Ovculu kəndində aparılacaq işlərə Bəxtiyar, Bağırlı kəndində aparılacaq işlərə isə o, nəzarət etmişdir. Bu məqsədlə Bəxtiyar özünə məxsus **-KC-*** dövlət nömrə nişanlı, ağ rəngli “Lexus” markalı avtomobili ilə xx xxxx 2018-ci il tarixdə səhər saat 09 radələrində Şamaxı şəhərinə gəlmişdir. Birlikdə əvvəlcə Şamaxı rayonunun Ovculu, daha sonra isə Bağırlı kəndlərinə gedib görüləcək işlərlə tanış olmuşlar. Materiallar gecikdiyindən, eləcə də işləyəcək ustaların qaynaq aparatları olmadığından işlərin başlanması xx xxxx 2018-ci il tarixə qalmışdır. Sonra Bəxtiyarla birlikdə Şamaxı şəhərinə qayıtmışdır. Bəxtiyar onu Şamaxı şəhərində düşürüb “Bakı şəhərindən gələndə paltarlarımı götürmək yadımdan çıxıb, gedim onları götürüm sabah gələcəm” deyib getmişdir. Bundan sonra Bəxtiyarın haraya getməsindən məlumatı olmamışdır. Həmin tarixdə axşam saatlarında Bəxtiyara zəng edib “sabah bir az tez gəl və gələndə özünlə pul gətir” deyə bildirsə də, məbləğini deməmişdir. xx xxxx 2018-ci il tarixdə səhər saat 09-10 radələrində Bəxtiyar Şamaxı şəhərinə gəlmiş, sonuncu ilə görüşüb birlikdə Ovculu kəndinə getmişdir. Orada Bəxtiyar cibindən 10.000 manat pulu çıxarıb 5000 manatını ona vermiş, qalan 5000 manatı isə özündə saxlamışdır. Həmin tarixdə saat 16 radələrində Bəxtiyarla birlikdə Şamaxı şəhərinə gəlmişdir. Həmin gün anasının ad günü olmuşdur. Bəxtiyara “heç yerə getmə, Şamaxı şəhər icra nümayəndəliyində işlərim var, onu həll edim və ət alım, sonra birlikdə kəndə gedərik” deyə bildirmişdir. Bəxtiyar da razılaşaraq dostları ilə oturub çay içəcəyini bildirmişdir. Təxminən saat 18-19 radələrində Şamaxı şəhər icra nümayəndəliyindən çıxdıqda Bəxtiyar idarə etdiyi avtomobili nümayəndəliyin qarşısında saxlamışdır. Həmin vaxt Bəxtiyarın dostu Mosu da avtomobildə olmuşdur. Mosu Bəxtiyarın maşınından düşərək öpüşüb görüşmüş və yenidən avtomobilə əyləşmişdir. Bəxtiyara “gedirəm ət almağa, gələcəm atangilin evinin qabağına, maşınını orada saxla, birlikdə kəndə gedək” deyə bildirmişdir. Bəxtiyar razılaşıb Mosu ilə birlikdə getsə də, haraya getməsini bilməmiş və Bəxtiyardan bu barədə soruşmamışdır. Təxminən yarım saat sonra Bəxtiyara zəng edib harada olduğunu soruşduqda, sonuncu evlərinin qapısının qarşısında onu gözlədiyini bildirdiyi üçün oraya getmişdir. Bəxtiyar maşını evin həyət darvazasının qarşısında saxlamışdır. Bəxtiyarın onun avtomobilinə əyləşən zaman kefi olmadığı və çox fikirli olduğu üçün nə baş verdiyini soruşmuş, lakin Bəxtiyar heç nə baş vermədiyini bildirmişdir. Təxminən 20 radələrində Nüydü kəndinə çatmışlar. Yol boyu Bəxtiyar heç kimlə telefonla danışmamışdır. Yemək hazırlandıqdan sonra hamı kimi Bəxtiyar da süfrə arxasına əyləşsə də, yemək yeməmiş, gözünü bir nöqtəyə zilləyib diqqətlə baxmışdır. Bir qədər sonra Bəxtiyar əmisi Hətəmlə görüşmək üçün sonuncunun evinə getmiş və təxminən 15-20 dəqiqə sonra geri qayıdıb divana uzanaraq Türkiyə kanallarının birində yayımlanan “Survivor” verlişinə baxacağını bildirmişdir. Söhbət zamanı Bəxtiyara “X100 şəhərində hazırlıq kürsuna gedir, Nüydü kəndi şəhərdən uzaq məsafədə yerləşdiyi üçün Cəlal dayım Baratın evində qalacaq” deyə bildirdikdə, Bəxtiyar “Cəlal həmin evdə tək qalmasın, mən də onunla birlikdə qalacam” deyə cavab vermişdir. xx xxxx 2018-ci il tarixdə səhər saat 07-08 radələrində o, oğlu Cəlal və Bəxtiyarla birlikdə Şamaxı şəhərinə dayısı Barata məxsus evə gəlmişlər. Cəlalı düşürdükdən sonra Bəxtiyarla birlikdə Şamaxı rayonunun Ovculu kəndinə getmişlər. Axşam saat 19 radələrinədək Bəxtiyarla birlikdə Ovculu və Bağırlı kəndlərində aparılan qaz xətlərinin çəkilişinə nəzarət etmişlər. Saat 19 və ya 20 radələrində Bəxtiyar onu öz avtomobili ilə Şamaxı şəhərinə aparmışdır. Yolboyu Bəxtiyarla işlər barədə söhbət etmiş, sonuncu hansısa problemi barədə ona danışmamışdır. xx xxxx 2018-ci il tarixdə səhər saat 07- 08 radələrində tək Şamaxı rayonunun Bağırlı kəndinə getmişdir. Bəxtiyar köməkçisi Şahid22 və dayısı oğlu Ziyadla birlikdə saat 08 radələrində sonuncunun idarə etdiyi “Pickup” tipli avtomobillə Bağırlı kəndinə gəlmişdir. Təxminən saat 10 radələrindən etibarən Bəxtiyar mütəmadi olaraq əsəbi halda telefonla danışmağa başlamışdır. Bəxtiyar yanında telefonla danışa bilmədiyi üçün ona kəndin digər tərəfindəki işlərlə maraqlanıb gələcəyini bildirib avtomobilinə oturaraq getmişdir. Maşına oturarkən Bəxtiyar hələ də telefonla danışmışdır. Təxminən yarım saat sonra o da, Bəxtiyarın ardınca getmişdir. Yanına çatanda Bəxtiyarın hələ də maşında oturub telefonla danışdığını görsə də, sonuncunun kiminlə və nə barədə danışdığını bilməmişdir. Çünki Bəxtiyar onun yanında mobil telefonla danışmamışdır. Nahar fasiləsi zamanı Bəxtiyar yeməyini təcili yedikdən sonra çölə çıxıb dalbadal siqaret çəkə-çəkə telefonla danışmışdır. Daha sonra ona yaxınlaşaraq işə baxmağa getdiyini demiş və“Pickup” maşınına oturmuşdur. Həmin gün Bəxtiyar həmişə telefonla danışmış və kefi olmamışdır. Təxminən saat 18 radələrində iş qurtardıqdan sonra X72 şəhərinə Baratın evinə aparmış, o isə, yaşadığı kəndə getmişdir. Evə çatdıqdan sonra oğlu Cəlala zəng edib Bəxtiyarın evdə olub-olmadığını soruşduqda, Cəlal Bəxtiyarın evdə olduğunu demişdir. xx.xx.2018-ci il tarixdə səhər saat 08-09 radələrində Ovculu kəndində görüşdükdə Bəxtiyarın yenə də kefi olmamışdır. Onunla üzbəüz olanda telefonla danışmağı dayandırmış və müxtəlif bəhanələr gətirərək “Pickup”-a əyləşib ondan uzaqlaşmış və yenidən telefonla danışmağa başlamışdır. xx.xx.2018-ci il tarixdə təxminən saat 07 radələrində Bəxtiyara zəng vursa da, zəng çatmamışdır. Bir müddətdən sonra oğlu Cəlal ona zəng vuraraq, Bəxtiyarın özünü asaraq intihar etdiyini demişdir. Bəxtiyarın 25 və xx xxxx 2018-ci il tarixlərdə gün ərzində mütəmadi danışdığı şəxs «Eka» ləqəbli Elnarə adlı qadın olmuşdur. Bundan başqa, oğlu Cəlal ona xx xxxx 2018-ci il tarixdə axşam saatlarında Mosu ləqəbli Təqsirləndirilən şəxs1 Baratın evinə gəlib Bəxtiyarla görüşdüyünü, bu zaman birincilər arasında mübahisə baş verdiyini, mübahisə zamanı Bəxtiyarın Mosu ləqəbli Təqsirləndirilən şəxs1 “onların var yoxunu s…b başlarını kəsəcəm” deyə bildirdiyini, hətta Bəxtiyarın bir neçə dəfə Şamaxılı Ampa ləqəbli Əflatunun adını çəkdiyini danışmışdır. Bəxtiyarın ölümündən sonra Mosu ləqəbli Təqsirləndirilən şəxs1la Şamaxı şəhərində görüşüb, sonuncu ilə Bəxtiyar arasında Baratın evində baş vermiş mübahisənin səbəbini soruşmuşdur. Həmin görüşdə Dünyamalı ona “Mən Bəxtiyarla qardaş olmuşam, onunla mübahisə etməmişəm, bizim cibimiz bir olub, həmin gün pulum olmadığına görə Bəxtiyardan 20-30 manat pul almaq üçün onunla görüşmüşəm. Bəxtiyarın mənimlə heç bir problemi olmayıb, biz qardaş olmuşuq, ola bilsin ki, Bəxtiyarın Elnarə ilə prolblemi olub” deyə bildirmişdir. Bundan bir neçə gün sonra o, Mosu ləqəbli Təqsirləndirilən şəxs1la yenidən Şamaxı şəhərində görüşmüş, söhbət zamanı Mosu ona “Bəxtiyarın ailəsinin şəkili Elnarənin telefonunda var idi. Bəxtiyar məni yaşadığı evə çağırıb dedi ki, bu qəhbəni öldürəcəm. Mən də Bəxtiyara dedim ki, qəhbəyə görə türməyə düşməyə dəyməz” deyə bildirmişdir. Dünyamalı bu sözləri danışıb hönkürüb ağlamışdır. Bundan bir müddət sonra o, Elnarə ilə üzləşmək üçün Şamaxı rayon prokurorluğuna çağırılmışdır. X45 Elnarə ilə üzləşdirən zaman X95 adlı qadının cinsiyyət orqanını öpməsi barədə səs yazısını Bəxtiyara vermədiyini, Zema ilə telefonla danışanda Bəxtiyarın həmin danışıqları öz telefonuna yazdığını bildirmişdir. O isə, X86 adlı qadının cinsiyyət orqanını yalaması barədə səs yazısını Bəxtiyarın telefonuna sonuncunun müalicə olunduğu xəstəxanada Elnarənin köçürdüyünü gördüyünü bildirmişdir. Həmçinin Elnarə demişdir ki, Bəxtiyarın ölümündə heç bir günahı yoxdur, Bəxtiyarı özünü öldürmə həddinə çatdıran şəxsin Mosu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X46 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 2014-cü ilin yay fəslində sonuncunun təşəbbüsü ilə tanış olmuş, bundan sonra telefonla danışmağa və görüşməyə başlamışlar. Təxminən 2-3 ay Mosu ilə görüşdükdən sonra münasibətləri sevgiyə çevrilmiş, Mosu ona mobil telefonla zəng edən vaxt xəstə olduğunu deyib evə dəvət etmiş, Mosu onun evinə gəlib qulluq edərək qeydinə qalmışdır. Bir müddət sonra Dünyamalı zəng edərək həbs edildiyini və Şüvəlanda təcridxanada olduğunu bildirmişdir. Mosu Şüvəlanda qaldığı müddətdə təxminən bir aydan bir yanına gedib ona müxtəlif ərzaq aparmışdır. 2016-cı ilin iyun ayında Dünyamalı azadlığa çıxdıqdan sonra yenidən görüşməyə başlamışlar, bir gün Dünyamalı dostu Bəxtiyarla onun obyektinə gəlmişlər. Həmin günə kimi Bəxtiyarı görməmiş, ancaq Dünyamalının Bəxtiyarla dost münasibətində olduğunu bilmişdir. Həmin vaxt Dünyamalı Bəxtiyarı dostu kimi təqdim etmiş, hamının ona “Həci” kimi müraciət etdiyini bildirmiş, Bəxtiyarla Dünyamalı təxminən 20 dəqiqə ona məxsus obyektdə çay içərək nərd oynamış, sonra Bəxtiyar işi olduğunu deyərək getmişdir. Axşam saat 20-21 radələrində Dünyamalı ilə birlikdə çörək yemək üçün «Zeytun bağı» adlı restorana, sonra isə çay içmək üçün Novxanı qəsəbəsinə dəniz kənarındakı restoranların birinə getmişlər. Hər iki restoranda hesabı özü ödəmişdir. Təqsirləndirilən şəxs1 ilk tanışlıqlarında ona adını Ruslan kimi təqdim etmiş və ləqəbinin Mosu olduğunu demişdir. Dünyamalı ilə o, dəfələrlə cinsi əlaqədə olmuş, lakin heç vaxt Dünyamalı ilə onun arasında başqa cür intim münasibətlər olmamışdır. Yəni Dünyamalı heç vaxt onun cinsiyyət orqanını öpməmiş, cinsi əlaqədə olarkən istər o, istərsə də Dünyamalı tərəfindən bu proses videokamera vasitəsilə qeydə alınmamışdır. Birgə yaşadıqları dövrdə Dünyamalı heç yerdə işləmədiyi üçün ona maddi köməklik göstərmiş və geyim əşyaları almışdır. xx xxxxxxxx 2017-ci il tarixədək Dünyamalı ilə onun münasibəti həmişə yaxşı olmuş, heç vaxt aralarında düşmənçilik ədavət olmamışdar. 20 və ya xx xxxxxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlmiş və 2 gün ərzində qalmış, evində qalarkən mobil telefonunu götürüb Bəxtiyara zəng edib danışmış və sonra telefonunu gətirib ona vermiş, bir qədər sonra Dünyamalı onun mobil telefonunu götürüb eyvana çıxmış və sonra gətirib yenə telefonu ona qaytarmışdır. xx xxxxxxxx 2017-ci il tarixdə Dünyamalı Şamaxı rayonuna getmiş, həmin gün istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrənin aktiv olması barədə sms daxil olduqda telefonun zənglər bölməsinə baxmış və həmin nömrəni görmədiyi üçün Dünyamalının həmin nömrəyə zəng etdiyini başa düşmüşdür. Bu hal onda şübhə yaratdığı üçün həmin nömrəyə zəng etmiş, zəngə cavab verən qadın ondan kim olduğunu soruşduqda, cavabında «Sən kimsən, mənə sən zəng etmisən, kim olduğunu sən de» deyə bildirmiş, qadına sən kimsən, adın nədir, mən səni yığmamışam, yəqin səni Mosu yığıb, Mosunu haradan tanıyırsan» sualını verdikdə o, cavabında «adım Ekadır, Mosu mənim yaşadığım oğlandır» deyə bildirmişdir. Elnarəyə «Mosunu nə vaxtdan tanıyırsan» deyə sual verdikdə, cavabında «Mosunu 5 ildir ki, tanıyıram» demiş, «əgər 5 ildir tanıyırsansa, yəqin türməyə Mosunun yanına gedib-gəlmisən» dedikdə, Elnarə cavabında «mən oğlan dalınca türməyə gedənəm» deyə cavab vermişdir. Elnarənin yalan danışıbdanışmadığını bilmək üçün ondan Mosunun əsl adını soruşmuş və cavabında Mosunun əsl adının Ruslan olduğunu demiş, Elnarəyə yalan danışdığını, Mosunun əsl adı Dünyamalı olduğunu bildirsə də, ona inanmamışdır. Elnarəyə «Dünyamalının yanına dəfələrlə türməyə gedib gəlmişəm və sənədlərdə onun əsl adının Dünyamalı yazıldığını görmüşəm» dedikdən sonra həmin qadın ona «Mosu səni deyil, məni sevir» demiş, «Mosu məni sevməsəydi dünən yanımda olmazdı» dedikdə isə, Elnarə əsəbiləşmiş və ona «Mosu mənimkini əmirdi, səninkini də əmirdi» deyə sual vermişdir. Cavabında «Mosu ilə mənim aramda belə bir şey olmayıb və ola da bilməz» demiş və hiss etmişdir ki, Elnarə Mosunu dərindən tanımır və yeni tanış olmuşdur. Sonra Elnarə ona «sən nə gündəsən, sənin 70 yaşın var, üz-gözün qırış-qırışdı» dedikdə, cavab olaraq «sən haradan bilirsən mənim 70 yaşımın olduğunu» soruşmuşdur. Elnarə ona «Mosu mənə deyib ki, sənin 70 yaşın var, üz-gözün qırış qırışdır, həm də qarnın yerlə sürünür» dedikdə, «Dedim görmək istəyirsənsə, gəl görüşək mənim necə qadın olduğumu gör. Bu bir, ikincisi də ki, Mosu məni əgər sevməsəydi və mən çirkin olsaydım Mosu evimdə olanda məni qucaqlayıb öpməzdi. Mosu mənim evimə gələndə qucaqlayıb məni öpmüş, mənim üçün darıxdığını demiş, köynəyimin zamokunu aşağı çəkib əvvəlcə sinəmdən, sonra isə göbək nahiyəmə qədər olan hissəni öpmüşdür» demişdir. Həmin söhbətləri zamanı Elnarə tək olmuş və ona Mosunun dostu Bəxtiyarı gözlədiyini demişdir. Elnarədən Bəxtiyarı haradan tanıdığını soruşanda isə «Bəxtiyar dostumdur, onu çoxdan tanıyıram» demişdir. Bundan sonra Mosunun onu nə vaxtdan aldatdığını və nə səbəbə aldatdığını öyrənmək üçün Elnarəyə zəng edib danışıq aparmış, növbəti danışıqların birində Elnarə ona Mosunun yanında olduğunu deyib kimi sevdiyini soruşmuş, həmin vaxt Mosu Elnarənin yanında olmamış, Elnarə telefon vasitəsilə Mosuya zəng edib danışığı selektora qoşmuş, Elnarə Mosuya «Mosu, de bir dənə məni sevirsən?», Mosu isə cavabında «Hə sevirəm» deyə bildirmiş, bu sözü eşitdikdən sonra Elnarəyə «sizə uğurlar» deyib zəngi sonlandırmışdır. Mosunun ona xəyanət etdiyini başa düşüb bir daha zəng etməmiş, hətta odnaklasniki saytına daxil olub oradan Dünyamalıya «Allah sənin bəlanı versin, sən ki, şey əmən imişsən, mənim heç xəbərim yox imiş, sənə etdiklərimi halal etmirəm, bundan sonra məni narahat etmə» yazmış, Mosunun nömrələrini öz mobil telefonundan silmiş, eləcə də sosial şəbəkələrdə onu dostluğundan çıxartmış və bir daha onunla əlaqə saxlamamışdır. Təxminən 1 ay sonra Elnarə «Whatsap» proqramı vasitəsilə ona zəng edib Mosudan ayrıldığını, Hacı Bəxtiyarla yaşadığını demişdir. Elnarə ona «Mosu sənin kimi qadının qədrini bilmədi, səni mənə başqa cür təqdim edirdi, eybəcər olduğunu deyirdi, sonradan sənin barəndə Bəxtiyardan soruşdum o, dedi ki, sən çirkin deyilsən və özünə hörmət qoyan qadınsan. Bəxtiyar həm də deyir ki, sən Mosuya nə qədər yaxşılıqlar eləmisən» demiş, Elnarə bu cür sözlər deməklə Mosunu onun gözündən salmağa çalışmışdır. Elnarəyə «Mosunu danışdırmıram, onunla qurtarmışam» desə də, Elnarə ona «gəl birləşib Mosunu ilişdirək» dedikdə, əsəbiləşib ona «Mosu mənim pulumu yeyib, sənə nə var? Sənin də pulunu yeyib?» demiş, Elnarə cavabında «mənim pulum var ona verim?» demişdir. Mosunu nə üçün ilişdirmək istədiyini soruşduqda, Elnarə ona «Mosu səni orada aldadıb, məni burada aldadıb, gəl birləşib ona pislik edək» demiş, cavabında «kim mənə pislik edib, qoy onun bəlasını Allah versin, Mosuya etdiklərim onun haram xoşu olsun» deyib telefonu söndürmüşdür. Bəxtiyarla cəmi 1 dəfə telefonda danışmış, başqa onun Bəxtiyarla telefon danışığı olmamışdır. Elnarə telefonla danışıqlarının birində ona «X101 deyib ki, siz restoranda yemək yeyəndə hesabı Zema verdi, çayın pulunu isə özü verib» dedikdə, Elnarəyə «Mosunun pulu var ki, hesab verir, hər iki restoranda hesabı mən vermişəm» demiş, bu vaxt Elnarə Bəxtiyara «görürsən Mosu burdan bura sənə də yalan danışır» demişdir. Həmin vaxt Elnarə telefonu Bəxtiyara uzatmış və Bəxtiyar da Mosunun çayın pulunu özünün verdiyini deməsini bildirdikdə, Mosunun yalan danışdığını demiş, hətta Bəxtiyara «Mosu mənim evimdə olarkən məndən 200 manat borc pul istədi, dedi borcum var. Dedi ki, 100 manat Bəxtiyar verəcək, 100 manat da sən ver. Mən isə ona pul vermədim, yaxşı ki, ona pul verməmişəm» demişdir. Mosunun heç vaxt kiminsə dalınca danışdığını, qeybət etdiyini görməmişdir. 2018-ci ilin mart ayının sonu və ya aprel ayının əvvəli istifadəsində olan mobil telefona zəng daxil olmuş, özünü Şamaxı rayon prokurorluğunun müstəntiqi kimi təqdim edən şəxs onu ifadə vermək üçün Şamaxı rayonuna çağırmış, səbəbini soruşanda Bəxtiyar adlı şəxsin özünü asıb öldürməsi ilə bağlı ifadə verməli olduğunu bildirmişlər. Həmin vaxtadək Bəxtiyarın öldüyünü bilməmiş, sonra Elnarəyə zəng edib ondan bu barədə soruşduqda, Elnarə Bəxtiyarın özünü asıb öldürdüyünü demişdir. Elnarədən Bəxtiyarın hansı səbəbə özünü asıb öldürdüyünü soruşanda, ona «bəs Bəxtiyar Mosuya görə özünü asıb, Bəxtiyar 5 oğlanın yanında söhbət edəndə deyib ki, Mosu şey əməndi, bu söz də Mosunun qulağına çatıb və o, Bəxtiyarı söhbətə çağırıb, amma Bəxtiyar onunla söhbətə getməyib, sonra X61 yaşadığı evdə tapıb, ona yəqin nəsə deyib ki, Bəxtiyar da özünü asıb öldürüb» demişdir. Elnarəyə onun Mosu ilə əlaqəsi olmadığını, ona xəyanət etdiyi gündən qurtardığını, ifadə verməyə getmək istəmədiyini dedikdə, Elnarə ona «sən get ifadə ver ki, Mosu məndən istifadə edib, pulumu yeyib de» demiş, Mosu ilə arasında olan münasibətin qurtardığını, nəyə görə onun barəsində ifadə verməli olduğunu bildirmişdir. Sonradan isə prokurorluqda ifadə verərkən hazırda ifadəsində göstərdiklərini olduğu kimi danışmışdır. Şahid Zenfira Kulievanın ifadəsinə görə, Bəxtiyarla Dünyamalının arasını vuran elə Elnarə özü olmuşdur. Belə ki, əvvəlcə Dünyamalı, daha sonra isə Bəxtiyar Elnarə ilə görüşmüş və sonda onların hər ikisi Elnarəni atmışlar. Elnarə də onlardan qisas almaq üçün onların aralarını vurmuş, Bəxtiyarı özünü öldürmə həddinə çatdıran Elnarə olmuşdur. Dünyamalı onunla münasibətdə olduğu dövrdə Bəxtiyarla münasibəti həmişə yaxşı olmuş, Dünyamalı ilə əlaqəni kəsdikdən sonra onunla Bəxtiyar arasında münasibətlərin necə olduğunu bilməmişdir. Bəxtiyarla Dünyamalının münasibətlərinin pozulmasını ona Elnarə Bəxtiyarın ölümündən sonra demişdir. Bəxtiyarla onun arasında heç bir əlaqə və münasibət olmamış, Bəxtiyarı cəmi 1 dəfə işlətdiyi «Topaz» salonunda görmüş, bundan sonra Bəxtiyarı bir daha görməmişdir. Bir dəfə Bəxtiyarla Elnarənin telefonunda danışmış, Bəxtiyara heç vaxt zəng etməmiş, Bəxtiyarla heç vaxt cinsi əlaqədə olmamışdır. Şamaxı rayon prokurorluğuna çağırıldığı gün Elnarəyə zəng edib danışmış, Dünyamalının qardaşı Vidadi ilə dost münasibətində olmuş, Dünyamalının xətrini çox istəmişdir. Elnarə hələ ona bir neçə ay əvvəl zəng edib «gəl birləşib Dünyamalını ilişdirək» dedikdə, Dünyamalı ilə danışmadığı üçün qardaşı Vidadiyə zəng edib demişdir ki, «Dünyamalıya denən, Elnarə adlı qadından ehtiyatlı olsun, onu ilişdirəcək». Lakin Elnarə ona Dünyamalını hansı qaydada ilişdirməyi deməmiş, maraqlı olmadığı üçün bu barədə soruşmamışdır. Prokurorluğa dəvət olunduğu gün Elnarə ilə telefonla danışarkən, sonuncu ona Dünyamalının əleyhinə ifadə verməyini bildirmişdir. Elnarənin səsini yazıb Vidadiyə göndərmiş və bildirmişdir ki, «görürsünüz, vaxtında demişdim ki, Dünyamalı Elnarədən ehtiyatlı olsun, o, Dünyamalını şərləyib tutdurmaq istəyir». Elnarə sonradan ona «Mosu Bəxtiyarı bezdirib, əyninə bir köynək belə ala bilmir» demiş, Dünyamalı ona 200 manat borcunun olduğunu demiş və ondan həmin məbləğdə pulu istəmiş, barıqaya 200 manat borclu olduğunu deməmişdir. İbtidai istintaq zamanı X46 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilərkən, Zenfira Kulieva sərbəst ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 146-149). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, qardaşı oğlu Zərərçəkmiş şəxs2 onun şirkəti tərəfindən götürülmüş layihələrdə tikinti-təmir işlərində ona köməklik göstərmiş və bu yolla pul qazanmışdır. 2017-ci ilin avqust və ya sentyabr ayında istifadəsində olan ***-***-**- ** mobil nömrəyə ***-***-**-** mobil nömrəsindən zəng daxil olmuşdur. Danışan qadın adının Elnarə olduğunu, onu tanıdığını və görüşüb söhbət etmək istədiyini bildirsə də, tanımadığını və görüşmək istəmədiyini bildirmişdir. Bundan sonra Elnarə adlı qadın ona bir daha zəng etməmişdir. Elnarə adlı qadının ona nə səbəbə zəng etdiyini və görüşmək istədiyini bilməmişdir. 2017-ci ilin avqust və ya sentyabr ayında Bəxtiyarın ondan uzaqlaşmaq istədiyini, deyib-gülmədiyini, əhvalının yaxşı olmadığını, danışarkən fikrinin başqa yerdə olduğunu, davamlı olaraq kiminləsə qışqıra-qışqıra telefonla danışdığını görmüşdür. Bu barədə sual verdikdə, Bəxtiyar heç bir problemi olmadığını bildirmiş, telefonla danışdığı adamın kim olduğunu deməmişdir. 2017-ci ilin oktyabr ayında Bəxtiyarın taksi kimi mindiyi “Chevrolet” markalı avtomaşın Sumqayıt şəhəri ərazisində qəzaya düşmüş, nəticədə omba sümüyü sındığı üçün Bəxtiyar Bakı şəhəri 1 saylı Kliniki Xəstəxanada müalicə almışdır. O və digər qohumları demək olar ki, hər gün Bəxtiyara baş çəkmək üçün xəstəxanaya getmişlər. Bəxtiyar xəstəxanaya gətirildiyi gün, sonradan adının Elnarə olduğunu öyrəndiyi qadını Bəxtiyarın yanında görmüşdür. Kim olması ilə maraqlandıqda, Elnarə adlı qadının Şamaxılı olduğunu, yüngül həyat tərzi keçirdiyini, kişiləri şantaj etməklə, ailə dağıtmaqla məşğul olduğunu öyrənən kimi qohumlara Elnarəni xəstəxanadan qovmalarını bildirmişdir. Həmçinin xəstəxanada Bəxtiyarın qəzaya düşərkən Elnarəyə zəng etdiyini, sonuncunun da Bəxtiyarı xəstəxanaya gətirdiyini öyrənmişdir. Elnarə adlı qadınla münasibəti olduğunu öyrəndiyi gün Bəxtiyardan incimiş və təxminən 1 ay ərzində sonuncu ilə danışmamışdır. 2017-ci ilin dekabr ayının sonlarında Bəxtiyarın arvadı Sevda 2 azyaşlı uşağını da götürüb onun evinə gəlib, Bəxtiyarın bir qadınla aldatdığını, buna görə Bəxtiyardan küsüb gəldiyini demişdir. xx xxxxxx 2018-ci il tarixdə Bəxtiyarı öz iş yerinə çağıraraq nə baş verdiyini soruşmuş, Bəxtiyar Elnarənin onunla olan fotoşəkillərini facebookda paylaşdığını, bunu da arvadının görüb onunla mübahisə etdiyini demiş, həmçinin narahat olmamağı, özünün Elnarəni tapdığını, remenlə onu boğduğunu, gözləri çevrildiyini, ölümü gördüyünü və bundan sonra “Facebook”dan şəkilləri sildiyini, Elnarə ilə tamamilə qurtardığını bildirmişdir. Bundan sonra Bəxtiyara metronun “Memar Əcəmi” stansiyasının yanında yerləşən 3 mərtəbəli obyektin zirzəmisindəki kafeyə getməyi və oradakı işə rəhbərlik etməyi tapşırmışdır. Həqiqətən də Bəxtiyar təxminən 10-12 gün ərzində həmin kafedə işləmişdir. Kafedə işlədiyi dövrdə müəyyən zənglər gəldiyi üçün Bəxtiyar çıxıb harasa getsə də, aralarında pərdə olduğuna görə Bəxtiyardan hara getməsini və kimlərlə görüşməsini soruşmamışdır. Hətta bir dəfə Bəxtiyar telefonla danışa-danışa özünə məxsus “X93” markalı avtomaşınına oturub əsəbi halda telefonla danışdığı adama “Brat, biz görüşməliyik” deyib yola düşərkən yolun kənarında dayanan bir neçə maşını öz avtomaşını ilə sürtüb keçmişdir. Sonradan bu barədə Bəxtiyara bildirdikdə, fikirli olduğunu, maşınları sürtməsindən xəbəri olmadığını demişdir. Bəxtiyarın haraya getdiyini, kiminlə görüşdüyünü və ya görüşəcəyi adamın kim olduğunu heç kim bilməmişdir. Bəxtiyar fevral ayı ərzində Novxanı kəndi ərazisində atasına məxsus torpaq sahəsində özü üçün bağ evi inşa etdirmiş, özü də hər gün səhər saat 9-da Novxanı kəndinə gedərək tikinti işlərinə nəzarət etmişdir. Bəxtiyar da hər gün orada olmuş, lakin həmin müddətdə Bəxtiyar halsız və kefsiz vəziyyətdə olmuş, ünsiyyətdən qaçmış, fikri başqa yerdə olmuşdur. Şahid20 ifadəsinə görə, 2018-ci ilin mart ayının ortalarında “Azəriqaz” X8, Şamaxı, Gədəbəy, Ağsu və Qusar rayonlarının bir sıra kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı layihə təqdim olunmuşdur. xx xxxx 2018-ci il tarixdə zəng edib Bəxtiyara “Şamaxı rayonun Ovçulu və Bağırlı kəndlərinə qaz xətləri çəkilməlidir, get layihəni şirkətdən götür, işlərə başla” deyə bildirmişdir. Həmin gün Bəxtiyar layihəni götürüb Şamaxı rayonuna gedərək görüləcək işlərlə tanış olmuş və xx xxxx 2018-ci il tarixdə axşam saatlarnda Bakı şəhərinə qayıtmışdır. Nə səbəbə Bakı şəhərinə qayıtdığını soruşduqda, Bəxtiyar paltarlarını götürüb sabah qayıdacağını bildirmişdir. xx xxxx 2018-ci il tarixdə axşaam saat 22 radələrində Bəxtiyara zəng edib harada qaldığını və işlərin gedişatı barədə maraqlandıqda, sonuncu onun Şamaxı şəhərində bacısı Tərgülün nəvəsi Cəlalla birlikdə qaldığını demişdir. Telefonla danışarkən işlərin necə olduğunu soruşduqda, Bəxtiyar sabah işlərin yaxşı olacağını demişdir. O, hansı işlərin yaxşı olacağını soruşanda, Bəxtiyar “Sabah 2 briqada da işləmək üçün Şamaxıya gələcək və işlər yaxşı olacaq” deyə cavab vermişdir. xx xxxx 2018-ci il tarixdə saat 07:30-da Bəxtiyarın qaynatası Xanbala Səlimov ona zəng edib Bəxtiyarın Şamaxı rayonunda avtoqəzaya düşdüyünü, xəstəxanada olduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdir. Sonradan Bəxtiyarın ona məxsus evin eyvanında iplə özünü asaraq intihar etdiyini bilmişdir. Belə olduqda dərhal Şamaxı şəhərinə gələrək, bacısının nəvəsi Cəlaldan nə baş verdiyini soruşduqda, sonuncu “xx xxxx 2018-ci il tarixdə axşam saat 22-23 radələrində «Mosu» Bəxtiyarla telefonla danışdıqdan sonra bura gəldi. Qapının qarşısında Bəxtiyarla «Mosu» mübahisə elədilər, sonra birlikdə evə daxil oldular, evdə möhkəm səs küy oldu, Bəxtiyar deyirdi ki, “onların var-yoxunu s…m”. “Mosu” isə and içib deyirdi ki, “Bir allah şahiddir ki, mənim bu işdən xəbərim yoxdur”. Sonra qapını bağlayıb mənə dedilər ki, çıx 2-ci mərtəbəyə. Mən də 2-ci mərtəbəyə qalxıb dərslərimi oxudum. Daha Mosu ilə Bəxtiyar arasında nə söhbət olduğunu bilmədim. Onu eşitdim ki, Bəxtiyar Mosuya dedi ki, “Survivor” verilişi başlayır çıx get” X87 yola saldı” deyə bildirmişdir. Bundan başqa həmin gün Bəxtiyarın intihar etməmişdən əvvəl təxminən 4 saat ərzində Elnarə adlı qadınla telefonla danışdığını öyrənmişdir. 2018-ci ilin əvvəlində Təqsirləndirilən şəxs2 Bəxtiyar üçün “Facebook” səhifəsi açdığını, lakin şifrəsini Bəxtiyara vermədiyini, həmin səhifədə Elnarənin Bəxtiyarla birlikdə sonuncudan xəbərsiz çəkdiyi şəkilləri oraya yerləşdirdiyini, Elnarənin Bəxtiyarın “WhatsaApp” nömrəsini də öz mobil telefonuna yönəltdiyini, hansısa proqram vasitəsilə Bəxtiyarın “WhatsaApp”ını izlədiyini, bu yolla Bəxtiyarın “WhatsaApp” proqramından ailə şəkillərini götürdüyünü, istədiyi adama mesaj və səs yazısı göndərdiyini eşitmişdir. Bəxtiyarın vəfat etdiyi tarixdən təxminən 10 gün sonra Mosu ləqəbli Dünyamalı hansısa qohumu və ya tanışı vasitəsilə ona Bəxtiyarın ölümü ilə bağlı hər şeyi danışmaq istəməsi barədə xəbər göndərmişdir. Bəxtiyarın vəfat etdiyi tarixdən təxminən 10 gün sonra Mosu ləqəbli Dünyamalı və atası Şahmuradla Bakı şəhərində, qardaşı Həsənin kiçik oğlu Elnura məxsus metronun «Memar Əcəmi» stansiyasının yanındakı kafedə görüşmüşdür. Söhbət zamanı Mosu “Bəxtiyarla Elnarəni 2017-ci ilin avqust ayının 16-da mən tanış eləmişəm. Mən Elnarənin evində idim, Bəxtiyara zəng edib məni buradan götürməsini istədim, bunu Elnarə bilib dedi ki, Bəxtiyarı da onun evinə çağırım, mən də Bəxtiyarı Elnarənin evinə çağırdım və o, gəlib Elnarə ilə tanışl oldu. Bundan sonra Elnarə mənimlə əlaqəni kəsib Bəxtiyarla sevgi münasibətləri yaşamağa başladı” deyə bildirmişdir. Bəxtiyarın yas mərasiminin 3-cü günündə Elnarə adlı qadın onun adı yadında qalmayan hansısa tanışına hələ Bəxtiyar 1 saylı kliniki xəstəxanada müalicə alarkən sonuncunun yanına gəldiyini, telefonda Mosu ləqəbli Dünyamalının qeyri-rəsmi yaşadığı Zenfira adlı qadınla selektor vasitəsilə danışdığını, Zenfira adlı qadının danışıq zamanı Mosunun cinsiyyət orqanını öpdüyünü dediyini, Bəxtiyarın isə həmin vaxt Zenfiranın bu barədə danışıqlarını öz mobil telefonuna yazdığını bildirmişdir. Amma bu məsələ ilə bağlı Bəxtiyar öz tanışlarına Mosunun Zenfira adlı qadının cinsiyyət orqanını öpməsi barədə səs yazısını onun mobil telefonuna Elnarənin atdığını, sonra Bəxtiyarın bu səs yazısını xəstəxanada yanına gələn dostlarına qulaq asdırdığını bildirmişdir. Mosudan “Bəlkə həmin məsələ ilə bağlı Bəxtiyarla aranızda düşmənçilik və ədavət olub?” deyə soruşduqda, Mosu cavabında “Bəxtiyarın bu hərəkətinə görə ondan küsmüşdüm, amma sonradan barışmışam” deyə cavab vermişdir. Sonra Mosu söhbətinə davam edərək “Məndə bir səs yazısı var, Zema məni axtarıb tapmayıb, qardaşımın telefonuna bir səs yazısı göndərib. Sonra Mosu həmin səs yazısını mənə dinlətdi” deyə bildirmişdir. Səs yazısını dinlədikdə ona Elnarənin Şamaxı rayon prokurorluğundan çıxdıqdan sonra Zema adlı qadını axtarıb tapdığı, sonuncuya birləşib Bəxtiyarın ölümünü Mosunun üstünə atmağı bildirdiyi, Zenfiranın Mosunu 6 aydır ki, görmədiyini bildirdiyi, Elnarənin Zenfira adlı qadına “Səni də prokurorluğa çağıracaqlar” dediyi, cavabında Zenfiranın çağırılsa da, prokurorluğa getməyəcəyini bildirməsi məlum olsa da, surətini Mosudan istəməmiş və götürməmişdir. Bundan başqa, Mosu ona Elnarənin Bəxtiyarın arvadının, qızının şəkillərini sonuncunun dostlarına göstərdiyini, qızının rəxit olduğunu dediyini, Bəxtiyarın ailəsi haqqında lazımsız söhbətlər etdiyini desə də, Bəxtiyarın ailə şəkillərini Elnarənin kimə göstərməsi barədə Mosu ona deməmiş, o da, Mosudan soruşmamışdır. Mosu həmçinin “Şamaxıdan Bakıya gəlirdim Elnarə ilə üzbəüz gəldim və onunla görüşüb söhbət elədim. Elnarə dedi ki, Mosu, narahat olma, sənin haqqında səs yayanların məndə videoları var” deyə bildirmişdir. Mosunun deməsindən Elnarənin həmin videonu Mosuya göstərmədiyini başa düşmüşdür. Sonra Mosu söhbətinə davam edərək “xx xxxx 2018-ci il tarixdə Bəxtiyar məni Şamaxıya qaldığı evə çağırdı. Mən Bəxtiyarla görüşüb ona dedim ki, Elnarə sənin ailənin fotoşəkillərini ona-buna göstərir. Bəxtiyar bunu eşidəndə hirsləndi, Elnarəni söydü, mən onu sakitləşdirdim. Sonra bir az söhbət elədik və oradan çıxıb getdim. Bundan sonra Bəxtiyarla bir daha danışmamışam” deyə bildirmişdir. Bundan başqa Mosu Bəxtiyarın ölümü ilə bağlı ona heç nə deməmişdir. Mosu ilə görüşdükdən sonra Elnarə ilə Bakı şəhərində 9-cu mikrorayon ərazisində yerləşən “Lalə” adlı kafedə görüşmüşdür. Bəxtiyarla nə kimi əlaqələrinin olduğunu soruşduqda, Elnarə Bəxtiyarla 2018-ci ilin yanvar ayının 2-dən danışmadığını, yalnız Bəxtiyarın bayramlarda zəng edib təbrik etdiyini bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə Elnarə Bəxtiyarın tedefonuna 4 dəfə zəng etmiş, həmin zənglərdən birinə cavab verdikdə Elnarə Bəxtiyara birlikdə Qusar rayonuna, Şahdağ istirahət mərkəzinə getməyi təklif etmiş, Bəxtiyar isə imtina etmişdir. Sonra Bəxtiyar arvadı Sevdaya Elnarənin təhlükəli adam olduğunu bildirmişdir. Bu barədə ona Bəxtiyarın arvadı Sevda danışmışdır.Elnarə həmçinin, Bəxtiyarın xx xxxx 2018-ci il tarixdə səhər saat 10 radələrində zəng edərək “Mənim bu yaşımda ölən vaxtım deyil, bu oğraşlar məni bezdirdi” dediyini bildirmişdir. Elnarədən “Oğraşlar deyəndə, kimi nəzərdə tuturdu Bəxtiyar?” deyə soruşduqda, Elnarə“Mosu və onun dəstəsi” deyə cavab vermişdir. Mosunun dəstəsində kimlərin olduğunu isə Elnarə deməmişdir. Həmçinin, Elnarə Bəxtiyarın ona “Bezmişəm, hər gün bunları gedib Müşviq qəsəbəsində qarşılamalıyam, sonra aldıqları narkotik vasitələrin pullarını ödəməliyəm, paltarlarını almalıyam, hər gün onlara Bakı şəhərində yerləşən «Qızılgül» restoranında qonaqlıq verməliyəm, əynimə bunların dərdindən şalvar ala bilmirəm. Bratva deyir ki, sənin imkanın varsa, dostlara qrev eləməlisən” dediyini bildirmişdir. Elnarənin özünün deməsindən Bəxtiyarın həmin adamların kimlər olduğunu ona demədiyini bilmişdir. Elnarə həmçinin “Bəxtiyarın telefonuna kim zəng edirdisə, mənimlə danışığı kəsmədən o, həmin zəng edən adamla danışırdı və danışıqların nə məzmunda olmasını mən də eşidib bilirdim” demişdir. Sonra Elnarə danışmışdır ki, Bəxtiyar xx xxxx 2018-ci il tarixdə axşam saat 20:05-də ip, ardınca məzar şəkli çəkib göndərmiş və özünü asıb öldürəcəyini demişdir. Hətta Bəxtiyar “Şəkillərimizdən albom düzəldərsən, səndə bir şəklim var, onu da böyüdüb bir yerdən asarsan” deyə bildirmişdir. Elnarə söhbətinə davam edərək “saat 12-yə qalmış Bəxtiyara dedim ki, acam gedim yemək yeyim, sən də yemək ye. Bundan bir saat sonra Bəxtiyarla danışdım dedi, soyuducuda staliçni salat var idi, onu yedim. Hətta Bəxtiyara dedim ki, durum gəlim sənə yemək verim. Bəxtiyar isə dedi ki, gəlmə, onsuz da özümü öldürəcəm, sən gələrsən, iş qalar sənin üstündə. Bəxtiyar həmçinin danışıq zamanı mənə 5 ədəd hell içkisi içdiyini, 3 paçka siqaret çəkdiyini də demişdir. Sonda Bəxtiyar dedi ki, “Mosuya deyərsən ki, əhdinə çatdın oğraş”. Hətta Bəxtiyar onu da dedi ki, sən özünü Mosunun adamlarından qoru, onlar çoxdur, səni öldürə bilərlər". Bundan sonra danışığımız kəsildi və mən yatdım və səhərisi gün eşitdim ki, Bəxtiyar özünü asıb öldürüb” deyə bildirmişdir. Elnarədən “Bəxtiyar sənə özünü öldürəcəyini deyirdisə, nə səbəbə bu barədə bizə məlumat vermirdin?” deyə soruşduqda, Elnarə Bəxtiyar əvvəlcə özünü öldürəcəyini desə də, sonra bu sözü zarafatla dediyini bildirdiyini, ona görə də Bəxtiyarın özünü öldürəcəyinə inanmadığını demişdir. Elnarə ilə danışıq zamanı sonuncu ona başqa heç bir söz deməmişdir. Şahid20 ifadəsinə görə, o, Bəxtiyarın vəfatından təxminən 10 gün sonra Mosu ləqəbli Dünyamalı və atası Şahmuradla Bakı şəhərində, qardaşı Həsənin kiçik oğlu Elnura məxsus metronun «Memar Əcəmi» stansiyasının yanındakı kafedə görüşmüşdür. Həmin söhbət zamanı o, Dünyamalını hədələməmiş, sadəcə onu bildirmişdir ki, Bəxtiyarın ölümünün günahkarı sənsən, çünki Bəxtiyarı Elnarə ilə sən tanış eləmisən. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs2 əmisi Barata məxsus tikinti şirkətində işləməklə şirkət tərəfindən həyata keçirilən işlərə nəzarət etmişdir. Mərhum Bəxtiyar tez əsəbiləşib özündən çıxan, sözünü deməyi bacaran bir insan olmuşdur. Bəxtiyarın Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında telefon dükanı olmuş, həmin dükanı dostu Şahid27 işlədərək hər ay Bəxtiyara 1000 manat pul vermiş, bundan əlavə Bəxtiyar hər ay 1000 manat maaş almış, maddi cəhətdən sıxıntısı və problemi olmamışdır. 2017-ci ilin yayında bibisi oğlu Anar ona Bəxtiyarı bir oğlan və iki qadınla dəniz kənarında restoranda gördüyünü, həmin qadınlardan birinin Eka ləqəbli Elnarə adlı qadın olduğunu, o birini isə tanımadığını bildirərək, Bəxtiyarın Elnarədən uzaq durmasını, həmin qadının çox təhlükəli qadın olduğunu demişdir. Onun Bəxtiyarla aralarında pərdə olduğu üçün bu barədə qardaşına heç nə deməmiş, amma bibisi oğlu Anar Bəxtiyarla sonradan görüşüb ona Elnarə adlı qadından uzaq durmasını tapşırmışdır. 2017-ci ilin oktyabr ayının ortaları axşam saat 21 radələrində Bəxtiyar ona zəng edib avariyaya düşdüyünü deyərək «Semaşko» xəstəxanasına çağırmışdır. O da, dərhal X47 və X59 ilə birlikdə «Semaşko» xəstəxanasına getmiş, bir qədər sonra Bəxtiyar bir nəfər qadının idarə etdiyi qara rəngli «BMW» markalı avtomaşınla xəstəxananın həyətinə gəlmişdir. Həmin gün xəstəxanada Bəxtiyarı xəstəxanaya gətirən qadının Eka ləqəbli Elnarə olduğunu bilmişdir. Bəxtiyar cərrahiyyə əməliyyatı keçirməmiş, sadəcə olaraq ayağına mil qoyulmuş, təxminən 10 gün ərzində xəstəxanada müalicə olunduqdan sonra yaşadığı evdə müalicəsini davam etdirmişdir. Bəxtiyar xəstəxanada müalicə olunduğu dövrdə yanına qohumlardan əlavə Elnarə adlı qadın, Bəxtiyarın Sadiq, Əziz, Mosu ləqəbli Dünyamalı və adlarını bilmədiyi digər dostları gəlib baş çəkmişlər. Bəxtiyarın Elnarə ilə danışmasını bütün ailə üzvləri bilmiş, Elnarəyə görə evlərində söz-söhbət olmuşdur. Elnarə Bəxtiyara nə etmişdirsə, Bəxtiyar ondan əl çəkməmiş, Bəxtiyar müalicəsi tam bitmədən həkim çağırıb ayağındakı mili çıxartdırdığı gün gedib Elnarə ilə görüşmüşdür. Bəxtiyar dostları Pərvinə, Elsevərə və Nurlana «Elnarə mənim üçün qız çıxardır» demişdir. Türkan adlı qadın və onun ailə üzvləri Bəxtiyarı narahat etdiyinə görə Bəxtiyar istifadəsində olan ***-***-**-** mobil nömrəni bağladıb dostu Şahid27 adına olan ***-***-**-** mobil nömrəni işlətmişdir. Pərvinin deməsindən bilmişdir ki, Bəxtiyar öz «Facebook» səhifəsinin parolunu Elnarəyə vermiş, Elnarə isə sonradan parolu dəyişmiş və yeni parolu Bəxtiyara deməmişdir.Türkan adlı qadının qayınatası ilə əmisi Barat arasında görüş olduqdan sonra məsələ bağlanmış, Bəxtiyar isə Elnarə ilə münasibətini hələ də davam etdirmişdir. 2017-ci ilin dekabr ayının sonları Bəxtiyarın həyat yoldaşı Sevda «Facebook» sosial şəbəkəsinə daxil olan zaman Elnarə ilə Bəxtiyarın birlikdə çəkdirdikləri fotoşəkilləri Bəxtiyarın «Facebook» profilində görmüş və bu barədə Bəxtiyara demişdir. Bundan X79nin evinə getmiş, onu kəməri ilə boğub şəkilləri «Facebook» səhifəsindən sildirmişdir. Bu barədə ona Bəxtiyarın özü danışmışdır. Həmin tarixdən Bəxtiyarla Elnarə arasında münasibətlərə son qoyulmuş, Elnarə ilə münasibətlərinə son qoyulduğu tarixdən təxminən 15-20 gün və ya 1 ay sonra Bəxtiyarın əhvalının tamamilə dəyişdiyini görmüşdür. Belə ki, Bəxtiyar saatlarla dayanıb bir nöqtəyə baxaraq nəsə barədə fikirləşmiş, söhbət etdikdə fikri başqa yerdə olmuş, danışılanlara qulaq asmamış, həmişəki kimi deyibgülməmiş, özünə qapanmışdır. 2018-ci ilin fevral-mart aylarında Novxanı qəsəbəsində inşa edilən bağ evlərinin tikintisinə Bəxtiyar nəzarət etmiş, 2018-ci ilin aprel ayında Şamaxı rayonunun Ovçulu və Bağırlı kəndlərinə qaz xətlərinin çəkilişi həyata keçirilməli olduğundan əmisi Barat Bəxtiyarı mart ayının 18 və 19-da yanına çağırıb Şamaxı rayonuna bir az tez gedib briqadalara işçi toplamasını, işçilər üçün kirayə evlə maraqlanmasını və qaz xətlərinin çəkilişi üçün lazım olan materialların alınmasını tapşırmışdır. Bəxtiyar xx xxxx 2018-ci il tarixdə səhər saat 07:30-da qaz xətlərinin çəkilişi üçün Şamaxı rayonuna turbalar alıb göndərmək məqsədilə getmiş, həmin gün Bəxtiyarla yaşadığı binanın həyətində görüşüb material almaq məqsədilə ona 10.000 manat pul vermişdir. Bəxtiyar pulu ondan alan zaman fikirli olmuş və təxminən 10-15 saniyə diqqətlə bir nöqtəyə baxıb «Mənə bir az pul lazımdır» demişdir. Lazım olan pulun məbləğini soruşduqda isə «Bir az çox pul lazım olacaq» demiş, pulun nə üçün lazım olduğunu soruşduqda, «Nə bilim lazımdır də» deyib getmişdir. Bəxtiyarın yenə də nəsə problemi olduğundan şübhələnmiş, amma Bəxtiyardan heç nə soruşmamış, ailə üzvlərinə də bu barədə deməyərək problemlərin Bəxtiyarın özünün həll edəcəyini fikirləşmişdir. Bəxtiyar Şamaxı şəhərində əmisi Barata məxsus evdə bibisi nəvəsi Şahid41 Sahib oğlu ilə birlikdə qalmış, hər gün səhər tezdən əmisi oğlu Ziyad onu qaldığı evdən götürüb işlədiyi əraziyə aparmış, iş vaxtı bitdikdən sonra isə yenidən evə gətirib düşürmüşdür. Bəxtiyarla xx xxxx 2018-ci il tarixə kimi hər gün telefonla danışmış, görülən işlər barədə ona mütəmadi məlumat vermiş, Bəxtiyara verdiyi 10000 manat puldan 5000 manatını material alması üçün bibisi oğlu Sahibə vermiş, 2000 manatını isə özü materialların alınmasına xərcləmişdir. xx xxxx 2018-ci il tarixdə səhər saat 08 radələrində Bəxtiyarın intihar etdiyini öyrənmiş, dərhal Şamaxı rayonuna gəlmişdir. Yas mərasimində danışılanlardan eşidib bilmişdir ki, xx xxxx 2018-ci il tarixdə Bəxtiyar gün ərzində əsəbi halda Elnarə adlı qadınla telefonda danışmış, hətta gün ərzində yemək belə yeməmişdir. Bəxtiyarın yas mərasimində iştirak edən hər kəs onu özünü öldürmə həddinə Elnarənin çatdırdığını demişdir. Həmçinin bibisi nəvəsi Cəlalın danışığından bilmişdir ki, xx xxxx 2018-ci il tarixdə Mosu ləqəbli Təqsirləndirilən şəxs1 əmisinin evinə gəlib Bəxtiyarla görüşmüş, həmin vaxt Mosu «Bir Allah şahiddir ki, mənim xəbərim yoxdur» sözlərini, Bəxtiyar isə qışqıraraq «onların var yoxunu s..b başlarını kəsərəm» sözlərini demişdir. Eka ləqəbli Elnarə adlı qadın qardaşı Bəxtiyarın ailəsində problemlər yaratmış, Bəxtiyarı rahat buraxmamışdır. Bəxtiyarla Mosu ləqəbli Təqsirləndirilən şəxs1 dost olmuşlar, Bəxtiyarın yas mərasimində danışılanlardan eşidib bilmişdir ki, Bəxtiyar xəstəxanada müalicə olduğu ərəfədə Təqsirləndirilən şəxs1 Zema adlı qadının cinsiyyət orqanını yalamasına dair səs yazısını Elnarə adlı qadın Bəxtiyarın mobil telefonuna atmış, həmin səs yazısını Bəxtiyar onu ziyarətə gələn dostları Sadiqə, Əzizə və digar adlarını bilmədiyi şəxslərə qulaq asdırmış, sonradan həmin şəxslər Dünyamalının bu hərəkətlərini Şamaxıda Dünyamalını tanıyan digər adamlara danışmışlar. Bunu bilən Dünyamalı əvvəlcə Bəxtiyardan küsmüş, sonradan Dünyamalı xəstəxanaya Bəxtiyarı ziyarət etməyə gələrkən onlar barışmışlar. İbtidai istintaq zamanı Şahid21 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən sərbəst ifadəsində göstərdikləri xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 14, iş vərəqi 125- 132). Məhkəmə iclasında Şahid36 Sərəstan oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahid36 göstərmişdir ki, qardaşı oğlu Zərərçəkmiş şəxs2 xx xxxx 2018-ci il tarixdə Şamaxı rayonu, Ovculu kəndinə qaz xəttinin çəkilişini təşkil etmək üçün Şamaxı rayonuna gəlmiş, bacısının nəvəsi Şahid41 Şamaxı şəhərində hazırlıq kurslarına getdiyindən tək qalmasın deyə xx xxxx 2018-ci il tarixdən Bəxtiyar da onunla birlikdə qardaşı Şahid20 Şamaxı şəhərindəki evində yaşamışdır. Zərərçəkmiş şəxs2 təxminən 2017-ci ilin avqust-sentyabr ayında “Nasosnı” qəsəbəsi adlanan yerdə avtoqəza törətmiş və xəsarət alaraq 1 saylı Bakı şəhər kliniki tibbi mərkəzə gətirilmiş, Bəxtiyarın avtoqəza keçirməsi barədə xəbər aldıqdan sonra həmin gün digər qohumları ilə birlikdə xəstəxanaya getmişdir. xx xxxxxx 2017-ci il tarixdə Bəxtiyarın arvadının mobil telefonuna Elnarə adlı qadın tərəfindən “Bəxtiyar ya mənim olacaq, ya qara torpağın» adlı mesaj, ardınca isə Elnarə ilə Bəxtiyarın birlikdə çəkilmiş fotoşəkli də gəlmişdir. Bundan sonra Elnarə barədə maraqlandıqda şantajçı, ailə dağıdan bir qadın olduğunu öyrənmişdir. Bəxtiyar Elnarənin bu hərəkətindən əsəbiləşib Elnarənin evinə gedib kəmərlə boğmuş, bundan sonra Elnarə yalvararaq daha onunla işi olmayacağını bildirmişdir. xx.xx.2018-ci il tarixdə Bəxtiyar arvadı Sevdaya demişdir ki, Elnarə ona 4 dəfə zəng vurmuş, Bəxtiyar da həmin zənglərin birinə cavab verərək Elnarəyə ondan əl çəkməsini bildirmişdir. Həmin tarixdə Elnarənin zəngindən sonra Bəxtiyarın demək olar ki, bir daha üzü gülməmiş, fikirlifikirli gəzmişdir. xx xxxx 2018-ci il tarixdə Bəxtiyar Bakı şəhərindən Şamaxı rayonu, Ovculu kəndinə qaz xəttinin çəkilişini təşkil etmək üçün Şamaxı rayonuna gəlmiş, Bəxtiyar Şamaxı rayonuna gedərkən adətən Nüydü kəndində bacısı oğlu Sahibin evində qalmış, Sahibin oğlu hazırlıq kurslarına getdiyindən xx xxxx 2018-ci il tarixdən Bəxtiyar da onunla birlikdə qardaşı Barata məxsus evdə yaşamışdır. xx xxxx 2018-ci il tarixdə əsl adı Dünyamalı olan Mosu Bəxtiyarın yaşadığı evə getmiş, evə gedən zaman Mosu ilə Bəxtiyarın mübahisəsi düşmüş, Bəxtiyar Mosunun üzərinə bıçaq çəkmiş, yalnız Mosu ona “mənim bura gəlməyimdən qardaşların xəbəri var” dedikdən sonra Bəxtiyar bıçağı əlindən yerə qoymuşdur. xx xxxx 2018-ci il tarixdə təxminən saat 08 radələrində Sahib ona zəng vuraraq Bəxtiyarın özünü asdığını bildirmişdir. Elnarənin əlində Bəxtiyarla bağlı nəsə video görüntü olmuş və Elnarə həmin videogörüntü vasitəsilə Bəxtiyara və arvadı Sevdaya hədə-qorxu gəlmişdir. Bəxtiyarın intihar etməsinin səbəbkarı Elnarə və Mosu ləqəbli Təqsirləndirilən şəxs1 olmuş, Bəxtiyarın Elnarə ilə tanış olmasına səbəbkar da Mosu olmuşdur (cild 1, iş vərəqi 195-199). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid37 ifadəsində göstərdi ki, 2018-ci il mart ayının ortalarında Şamaxı rayonunun Nüydü kəndində olarkən Bəxtiyar ona zəng edərək Şamaxı rayonunun Ovçulu və Bağırlı kəndlərinə qaz xətləri çəkiləcəyini bildirmiş və bir yerdə işləməyi təklif etmişdir. xx xxxx 2018-ci il tarixdə Bəxtiyar yenə də onunla danışmış və səhərisi gün birlikdə Ovçulu kəndinə getmək barədə razılaşmışlar. Deyilən vaxt o, “Nissan Navara” markalı “Pikup” tipli avtomaşını ilə Şahid20 məxsus evin qarşısına gələrək Bəxtiyarı oradan götürüb birlikdə Ovçulu kəndinə getmişlər. Yolda olduqları müddətdə sonuncunun əhvalının yaxşı olmadığını, fikirli və çox əsəbi olduğunu hiss etmişdir. Yol boyu Bəxtiyarla aralarında yalnız işlə bağlı ümumi söhbətlər olmuşdur. Saat 10-dan başlayaraq Bəxtiyar istifadəsində olan mobil telefonla kiminləsə əsəbi halda danışmağa başlamışdır. Ya avtomobilin içərisində oturub danışdığı, ya kənara çəkilərək danışdığıi üçün Bəxtiyarın kiminlə və nə barədə danışdığını bilməmişdir. Sonuncudan nəsə soruşmağa gedərkən isə danışdığı adama bir dəqiqə gözlə deyərək suala cavab vermiş, daha sonra yenidən danışığına davam etmişdir. Bir dəfə Bəxtiyara yaxınlaşan zaman telefonda danışdığı şəxsin qadın olduğunu, hətta Bəxtiyarın həmin qadına “Nətəhər olacaq, neyləyək” deməsini eşitmişdir. Bəxtiyarın danışdığı həmin qadının kim olduğunu və Bəxtiyarın nə barədə danışdığı bilməmiş, bu barədə Bəxtiyardan soruşmamış və Bəxtiyar da bu barədə ona danışmamışdır. Bəxtiyar həmin qadınla təxminən 2-3 saat ərzində dayanmadan telefonla danışmış, işlə maraqlanmamış, çox fikrli olmuş, tez-tez siqaret çəkmiş və “Hell” adlı içki içmişdir. xx xxxx 2018-ci il tarixdə o Zaur, Bəxtiyar və İqbal birlikdə nahar etmək məqsədilə Bağırlı kəndində yerləşən kafeyə getmişlər. Masaya əyləşən zaman Bəxtiyarın telefonuna zəng gəldiyi üçün kənara çəkilib təxminən 1 saat ərzində telefonla danışmış, qayıtdıqdan sonra isə iştahının olmadığını bildirib yemək yeməmişdir. Nahardan əvvəl Bəxtiyar ona avtomaşından aşağı düşməyini bildirdikdən sonra telefonla bir qadınla əsəbi halda danışdığını görmüşdür. Hətta İqbal adlı iş icraçısı işlə bağlı söhbət etmək məqsədilə Bəxtiyarın telefonla danışıb qurtarmasını təxminən 2 saat kənarda dayanıb gözləmişdir. xx xxxx 2018-ci il tarixdə Bəxtiyarın konturu qurtardığıüçün Bağırlı kəndində yerləşən İlqar adlı marketdən aldıqları 10 ədəd 1 manatlıq konturu Bəxtiyar öz mobil telefonuna yükləmişdir. xx xxxx 2018-ci il tarixdə saat 18-19 radələrində avtomobilində olan xarab generatoru təmir etdirmək məqsədilə Bəxtiyarla birlikdə Şamaxı şəhərinə gəlmişdir. Saat 20 radələrində Şamaxı RMX-nin yerləşdiyi küçədən 1 küçə aşağıdakı məhəllədən keçərkən yolun kənarında dayanan qara rəngli “BMW” markalı avtomaşının yanında bir neçə qadının dayandığını görmüşlər. Bir qədər irəlilədikdə Bəxtiyar “Maşını geri döndər “BMW”nin yanına sür» dediyi üçün yenidən həmin “BMW”nin yanına getmişlər. Bu vaxt Bəxtiyar və “BMW” markalı avtomaşının yanında dayanan adını bilmədiyi qadın bir-birlərinə baxmışlar. Bəxtiyar həmin qadına hirsli-hirsli baxsa da, həmin qadınla arasında heç bir söhbət olmamışdır. Həmin qadının kim olduğunu soruşduqda Bəxtiyar “Tanışımdır” desə də, kim olduğunu Bəxtiyar deməmişdir. Həmin avtomaşını ötüb keçdikdən sonra Bəxtiyar təxminən 3 və ya 4 dəfə ona “Maşını döndər “BMW”nin yanından keç” dediyi üçün həmin qara rəngli dövlət nömrə nişanını bilmədiyi “BMW” markalı avtomaşının yanından 3-4 dəfə keçmişdir. Sonuncu dəfə həmin “BMW” markalı avtomaşının yanından keçib getdikdən sonra ona dediyi üçün avtomaşını saxladıqda Bəxtiyar aşağı düşərək həmin “BMW” markalı avtomaşına tərəf təxminən 3-4 dəqiqə ərzində baxmışdır. Daha sonra həmin qadın “BMW” markalı avtomaşına əyləşib Şamaxı bazarına doğru hərəkət etməyə başlamışdır. Bəxtiyar ona “BMW”nin yanından möhkəm sür keç” dediyi üçün eyni qaydada etmişdir. Qara rəngli “BMW” markalı avtomaşının yanından ötüb keçdiyi vaxtlarda Bəxtiyar heç kimlə telefonda danışmamışdır. Saat 21-22 radələrində Bəxtiyarı əmisi Baratın evinin küçə qapısının qarşısında düşürmüşdür. Həmin vaxt Bəxtiyar ona səhər saat 07 radələrində gəlib götürməyini bildirmişdir. xx xxxx 2018-ci il tarixdə saat 19-20 radələrində Bəxtiyar telefonunda danışdığı adama “Bibim nəvəsi ilə birlikdə qalıram, evdə özümüzük, əgər gəlmək istəsən gələrsən” desə də, həmin şəxsin kim olduğunu bilməmişdir. xx xxxx 2018-ci il tarixdə səhər saat 07 radələrində idarə etdiyi avtomaşınla əmisi Baratın evinin qarşısına gələrək Bəxtiyarı götürüb birlikdə Ovçulu kəndinə getmişlər. Bu dəfə avtomaşını Bəxtiyar idarə etmişdir. Bəxtiyar Ovçulu kəndində onu İqbalın yanında düşürüb harasa getmişdir. Bəxtiyar 3-4 dəfətəxminən 2-3 saatdan bir gəlib ona və digər briqadalara baş çəkib yenidən harayasa getmişdir. Gəldiyi vaxtlarda onlar Bəxtiyarı əsəbi və maşının içərisində telefonla kiminləsə danışan görmüşlər. Həmin tarixdə saat 18-19 radələrində Bəxtiyarla birlikdə Şamaxı şəhərinə gəlmişlər. Yolda olarkən heç ailəsi ilə kiminsə yanında danışmamasına baxmayaraq Bəxtiyar arvadı Sevdaya zəng edərək oğlu və qızı ilə telefonda danışmış, qızı Leylaya dərslərini yaxşı oxumasını demişdir. Bu hal ona təəccüblü gəlsə də, şübhələnməmişdir. Saat 19-20 radələrində Bəxtiyarı əmisi Baratın evinin qarşısında düşürərək Bəxtiyara “Sən çörək yemədin, siqaret də çox çəkirsən” deyə bildirmiş, Bəxtiyar cavabında «Problemlərim var, əvvəl 1 paçka siqaret çəkirdimsə, indi 2 paçka siqaret axşama çatmır» deyə cavab verdikdənə baş verdiyini və probleminin nədən ibarət olduğunu soruşduqda sonuncu heç nə deməmişdir. Sağollaşan zaman Bəxtiyara “Sabah görüşərik” dedikdə sonuncu “Onu bilmək olmaz” deyib evin küçə qapısından həyətə daxil olmuşdur. Daha sonra Bəxtiyar yorğun olduğundan generatoru düzəltdirməyi ona həvalə etdiyi üçün bir gün əvvəl birlikdə getdikləri ustanın yanına getmişdir. Generator düzəldikdən sonra saat 20:31-də Bəxtiyara zəng edib bu barədə məlumat verərək “Sabah gəl bir az gec, yəni saat 8 və ya 9-da işə gedək” deyə təklif etdikdə Bəxtiyar “Sabah işimiz çoxdur, bir az tez gələrsən” deyə cavab vermiş, o da, çıxıb getmişdir. xx xxxx 2018-ci il tarixdə səhər saat 08 radələrində Bəxtiyarı götürmək üçün evdən çıxan zaman həyat yoldaşı Sahilə ona “Bəxtiyar can verir” dedikdə, səbəbini soruşan zaman atası içəri daxil olaraq Bəxtiyarın əmisi Barata məxsus evdə özünü asıb intihar etdiyini bildirmişdir. Atası və əmisi Hətəmlə birlikdə Barat əmisinə məxsus evə gəldikdə Bəxtiyarın evin giriş qapısının qarşısındakı pilləkənin üzərində uzanıqlı vəziyyətdə olduğunu və üstünə mələfə örtüldüyünü görmüşdür. Bəxtiyar özünü evin giriş qapısı ilə üzbəüz dayandıqda yuxarıda, yəni 2-ci mərtəbədə yerləşən eyvanın sol tərəfindən asmış, Bəxtiyarın özünü asdığı ipin bir hissəsi eyvanın kənarına bağlanmışdır. O, kənardan gələn insanların Bəxtiyarın özünü asdığını bilməməsi üçün həmin ipi bıçaqla kəsib çıxartmışdır. Bəxtiyarla dost olmuş Mosu ləqəbli Təqsirləndirilən şəxs1 şəxsən tanımır, sonuncu ilə heç bir əlaqəsi və münasibəti olmamışdır. Bəxtiyarın yas mərasimində bibisi nəvəsi Cəlal 25 və ya xx xxxx 2018-ci il tarixdə Mosunun Bəxtiyarın qaldığı evə gələrək sonuncu iləbilmədiyi səbəblərdən mübahisə etdiyini bildirmişdir. Həmçinin Bəxtiyarın yas mərasimində danışılanlardan Bəxtiyarın “Eka” ləqəbli Elnarə adlı qadınla bilmədiyi əlaqəsinin olduğunu, Bəxtiyarın arxasınca düşdüyü qara rəngli “BMW” markalı avtomaşının Elnarə adlı qadına məxsus olduğunu, Bəxtiyarın neçə gün ərzində telefonda əsəbi halda danışdığı şəxs Elnarə adlı qadın olduğunu bilmişdir. Buna görə də, Elnarə adlı qadının Bəxtiyarı ölüm həddinə çatdırmasını düşünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərdi ki, sonuncu dəfə Bəxtiyarla 25 və xx xxxx 2018-ci il tarixlərində gün ərzində birlikdə qaz xətlərinin çəkilişi ilə bağlı Şamaxı rayonunun Ovculu kəndinə bir yerdə işləmişlər. xx xxxx 2018-ci il tarixdə ilk görüşlərində Ovculu kəndinə gəldiyi vaxt Bəxtiyar qəbiristanlıqla üzbəüz yolun kənarındakı daşın üzərində oturub kiminləsə telefonla danışmış, təxminən yarım saat gözləsə də, danışığını qurtarmamış, yaxınlaşıb narahat etməmiş, əli ilə Bəxtiyar ona işarə edərək «Gedin Bağırlıdakı kafeyə gəlirəm» deyə bildirmişdir. Fəhlələr, Bəxtiyarın bibisi oğlu Sahib və Namiq adlı şəxslə görüşüb kafeyə daxil olduqdan təxminən yarım saat sonra Bəxtiyar gəlmiş, həmin vaxtda telefonla danışmış, kafeyə daxil olub masa arxasına əyləşərkən isə zəngi sonlandırmışdır. Bəxtiyarın telefonu masanın üzərində olmuş, Bəxtiyarın mobil telefonuna ardıcıl olaraq zənglər daxil olmuş, Bəxtiyar isə həmin zənglərə cavab verməkdən imtina etmişdir. Bəxtiyar bir-iki tikə yeyib masadan qalxmış və kafedən çölə çıxıb iti addımlarla sağa-sola gedərək kiminləsə əsəbi halda telefonla danışmağa başlamışdır. Həmin gün və növbəti gün Bəxtiyar mütəmadi olaraq mobil telefonla əsəbi və gərgin halda danışmış, yemək yeməmiş, çay içməmiş, ancaq enerji içkisi olan «Hell» içib siqaret çəkmişdir. xx xxxx 2018-ci il tarixdə də eyni qaydada Bəxtiyar saat 10-11 radələrində əmisi oğlu Ziyadın idarə etdiyi «Nissan Navaro» markalı «Pikup» tipli avtomobillə Ağsu rayonunun Qəşəd kəndinə gəlmiş, onlarla görüşdüyü zaman telefonu açıq olmuş, telefonla danışa-danışa onlardan ayrılıb Ziyadın «Nissan Navaro» markalı avtomaşınını idarə edərək harasa getmişdir. Bir neçə dəfə işlə əlaqədar Bəxtiyara zəng etsə də, hər dəfə onun telefonu məşğul olmuş, Bəxtiyar digər danışdığı adamın zəngini gözlədib onun zənglərinə cavab vermişdir. Bəxtiyarla danışıqları isə ancaq işlə bağlı olmuşdur. Həmin gün də Bəxtiyar nahar etməmiş, Bəxtiyarı çağırmaq üçün yanına gedib maşına çatdıqda Bəxtiyarın telefonda kiminləsə əsəbi halda danışdığını görmüş, Bəxtiyar onun yaxınlaşdığını gördükdə telefonu qulağından uzaqlaşdırmış, bu zaman telefonda tanımadığı bir qadının əsəbi halda qışqıraraq danışdığını eşitmişdir. Lakin həmin qadının qışqıraraq nə dediyini başa düşməmiş, Bəxtiyarı yeməyə dəvət etdikdə, gələcəyini bildirmişdir. Avtomobildə boş enerji içkisi qablarını gördükdə, həmin içkilərin ziyanlı olduğunu və həmin içkini bu qədər içməməsini bildirmiş, Bəxtiyar sə telefonla danışdığından ona fikir verməmiş və telefonda danışdığı adama sakit danışmağını, səsini başına atmamağı demişdir. Bundan sonra kafeyə qayıdaraq nahar etdikdən sonra Bəxtiyarın yenə gəlmədiyindən narahat olmuş və yanına getmək üçün kafedən çölə çıxan zaman Bəxtiyarın artıq kafenin yan tərəfində olduğunu, əsəbi şəkildə var-gəl edərək telefonla danışdığını görmüşdür. Bəxtiyarın nə isə probleminin olub-olmamağını öyrənmək üçün ona yaxınlaşmaq istəmiş, lakin Bəxtiyar əli ilə işarə edərək yemək yeməyəcəyini və getməyini bildirmişdir. Saat 18:41-də iş bitdikdən sonra səhər görəcəkləri işləri planlaşdırmaq üçün Bəxtiyara zəng vurmuş, bu zaman telefonu yenə məşğul göstərmiş, buna baxmayaraq onun zənginə cavab verərək gördüyünü bildirmiş və onlar qarşılaşmışlar. Qarşılaşan zaman Bəxtiyar telefonla danışmış, onu görən kimi yenə telefonu qulağından uzaqlaşdırmış və Ziyadın bir azdan gələrək onu götürəcəyini bildirmişdir. Bir qədər sonra Ziyad maşınla gələrək Bəxtiyarı götürmüş, o da, öz maşını ilə onların ardınca günorta nahar etdikləri kafeyə getmişlər. Hamı yemək yesə də, Bəxtiyar yemək yeməmişdir. Sonuncu dəfə Bəxtiyarı gördüyü vaxt xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində Bəxtiyarın rəngi tam qaralmış, çox əsəbi və fikirli görünmüş, özündə olmamış, Bəxtiyardan nə baş verdiyini soruşduqda hər şey qaydasında olduğunu demişdir. Yemək yeyib qurtardıqdan sonra Bəxtiyarla sabahki işlərin planlarını qurmuşlar, bundan sonra Bəxtiyar Ziyadın idarə etdiyi avtomobilin sağ ön oturacağına əyləşmiş və telefonla danışmağa başlamışdır. İki gün ərzində Bəxtiyarın ciddi problemi olduğunu görmüş, bir neçə dəfə onunla təklikdə söhbət etməyə çalışsa da, dərdini ona deməsini istəsə də, deməmişdir. Bəxtiyarın danışıqlarından, hərəkətlərindən ciddi bir problemi olduğu açıq-aşkar hiss olunmuş, bütün günü telefonla əsəbi və gərgin formada danışmış, əhval-ruhiyyəsi aşağı olmuş, telefonla danışdığı qadınla problemi həll etməyə çalışmış, həmin qadının Bəxtiyarın telefonundan gələn əsəbi formada səsi hələ də qulağından getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 2016-cı ildən iş prosesində tanış olmuş, eyni sahədə məşğul olduqları üçün aralarında münasibət yaranmışdır. 2017-ci ilin yay aylarından Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən köhnə yaşayış binalarının söküntüsü ilə əlaqədar təxminən 3 ay Bəxtiyarla birlikdə işləmiş, günün əksər vaxtını bir yerdə olmuşlar. Həmin ərəfədə Bəxtiyarın bir qadınla mobil telefon vasitəsilə danışdığını, həmin qadının Şamaxı şəhər sakini Elnarə adlı qadın olduğunu öyrənmişdir. Həmin qadın haqqında danışılanlara görə onun normal insan olmadığını bilmiş, Bəxtiyarın Elnarə ilə münasibətlərinin olduğunu öyrəndikdən təxminən 2 ay sonra iş vaxtı Bəxtiyarın kənara çəkilib həmin qadınla mobil telefon vasitəsilə danışdığının şahidi olmuşdur. Bu zaman Bəxtiyarın Elnarəyə ondan nə istədiyini, niyə ondan əl çəkmədiyini soruşduğunu və «istəyirsən özümü öldürəm» dediyini eşitmişdir. Bəxtiyara yaxınlaşıb nə baş verdiyini soruşduqda, ona Elnarə adlı qadının ondan əl çəkmədiyini, onu şantaj etdiyini, hədələdiyini demişdir. Bəxtiyarın danışığından Elnarə adlı qadından ayrılmaq istəsə də, ayrıla bilmədiyini, ciddi bir problemi olduğunu hiss etmiş, Elnarənin onu hədələdiyini, şantaj etdiyini demişdir. Elnarə adlı qadın Bəxtiyarı özündən asılı hala salmış, onu çox incitmiş, qorxutmuş, hədəmişdir. 2017-ci ilin sonlarına doğru Bəxtiyarın əhvalının daha da pisləşdiyini, Elnarə adlı qadınla problemlərinin daha da artdığını, telefon danışıqlarının sayının çoxaldığını, Bəxtiyarın daha çox özünə qapalı, fikirli, problemli olduğunu görmüş, Elnarə Bəxtiyardan əl çəkməmiş, onu şantaj etmişdir. Belə ki, Elnarə Bəxtiyarın facebook səhifəsini ələ keçirərək giriş kodunu dəyişməklə profildə onunla birlikdə olan fotoşəkillərini paylaşmış, ailəsində problemlər yaratmış, onu özündən asılı hala salıb hədələmişdir. Bəxtiyar Elnarədən çox qorxmuş, çəkinmiş, saatlarla mobil telefon vasitəsilə Elnarə ilə danışıb onu yola gətirməyə çalışsa da, ondan əl çəkməsini xahiş etsə də, Elnarə razılaşmamışdır. Elnarə Bəxtiyarla çox amansız rəftar etmiş, Bəxtiyar maraqlanaraq Elnarənin çox təhlükəli qadın olduğunu öyrənmişdir. 2018-ci ilin fevral ayının sonlarında Bakı şəhərində və Novxanı qəsəbəsində Bəxtiyarla görüşdüyü vaxt vəziyyətinin ağır olduğunu, əhval-ruhiyyəsinin çox aşağı düşdüyünü, Elnarə adlı qadının onu bezdirdiyini görmüşdür. Bəxtiyar gözünü bir nöqtəyə zilləyib diqqətlə baxar, fikrə gedərmiş, Bəxtiyardan nə baş verdiyini soruşduqda «bu şantajçı qəhbə məndən əl çəkmir, çıxış yolu tapa bilmirəm» demişdir. Bəxtiyara «bu səndən pul umur, pul ver canını qurtar dedikdə», ona «nə qədər pul vermək olar, bu əl çəkmir axı» demişdir. Bəxtiyar ona Elnarəyə pul verdiyini, lakin Elnarənin yenə də ondan əl çəkmədiyini, hər dəfə bir bəhanə tapıb yenə də onu hədələdiyini demişdir. Bəxtiyar ona «bu qəhbəni yaxşı tanımırsan, bu çox təhlükəli qadındır» demiş, artıq Elnarənin yaratdığı problemlərin Bəxtiyarı günü-gündən zəiflətdiyini, sonuna çıxdığını görmüşdür. Bəxtiyara bir yol tapıb Elnarədən uzaqlaşmasını məsləhət görsə də, ancaq nədənsə Bəxtiyar Elnarə ilə mübarizə apara bilməmiş, aciz qalmışdır. Elnarə Bəxtiyarı tam özündən asılı hala salmış, ona qarşı istədiyini etmişdir. Bəxtiyar açıq deyə bilməsə də, Elnarənin əlində onunla bağlı videogörüntü olmasından, həmin videogörüntünü facebook vasitəsilə paylaşacağından qorxduğu hiss olunmuş, ancaq hamıdan utanaraq açıb danışmamış, üstü örtülü formada demişdir. Bəxtiyarı özünü öldürmə həddinə Elnarə çatdırmış, Elnarə Bəxtiyarı rüsvay edəcək görüntünü əldə edib onu özündən asılı hala saldıqdan sonra mütəmadi olaraq Bəxtiyarın ləyaqətini alçaltmış, ona hədə-qorxu gəlmiş, onunla amansız rəftar etmişdir. 2017-cilin dekabr ayının sonlarında Bəxtiyar telefon danışığı zamanı əsəbiləşib tam özündən çıxaraq Elnarəyə «sən nə istəyirsən, istəyirsən mən özümü öldürüm» demişdir. Bəxtiyarın Elnarəyə nə vaxt, harada, kimlərin yanında, hansı məbləğdə pul verməsini bilməmiş, ondan bu barədə ətraflı soruşmamış, ancaq Elnarəyə pul verməsini Bəxtiyar ona 2018-ci ilin fevral ayının sonlarında demiş, pulu dəqiq həmin ərəfəyə kimi olan müddət ərzində vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 uşaq yaşlarından tanımış, yaxın münasibətləri olmuşdur. 2017-ci ilin payız fəslində Bəxtiyar avtomobil qəzasına düşdükdən sonra evdə müalicə olunduğu üçün tez-tez Bəxtiyara baş çəkmək üçün yaşadığı evə getmişdir. Həmin vaxt Bəxtiyarın qaldığı otaqda pəncərənin qarşısında Bəxtiyarın ailəsindən xəbərsiz işlətdiyi 1 ədəd «Samsung» markalı mobil telefonu görmüş, Bəxtiyar həmin mobil telefonla Eka ləqəbli Elnarə adlı qadınla danışmışdır. Məhz həmin tarixdən 1 və ya 2 gün əvvəl Bəxtiyarın arvadı onun Elnarə ilə görüntülü danışdığını görüb Bəxtiyarla dalaşıb öz atasının evinə getmişdir. Bəxtiyar hələ Xətai rayonunda yaşayan gəlinlə danışdığı vaxtlar söhbət zamanı ona Mosu ləqəbli Dünyamalı adlı şəxsin onu Elnarə adlı qadınla tanış etdiyini demişdir. Bəxtiyar əvvəlcə Elnarə ilə sadəcə telefonla danışdığını desə də, bir müddət sonra Elnarə ilə aralarında sevgi münasibətinin yarandığını, tez-tez Elnarə ilə görüşüb yaşadığı evdə onunla cinsi əlaqədə olduğunu demişdir. Bəxtiyara dəfələrlə Elnarə adlı qadından uzaq durmasını demiş, çünki Şamaxı rayonunda danışılanlardan eşitmişdir ki, Elnarə ev dağıdan, şantajçı, əxlaqsız bir qadındır. Bəxtiyar hər dəfə ona Elnarədən ayrılacağını desə də, münasibətlərini davam etdirmişdir. Bəxtiyarın dəvəti ilə 2 dəfə Elnarə ilə Bəxtiyarın olduqları kafeyə getmişdir. Həmin görüşlərdə Elnarə, Bəxtiyar və ondan başqa heç kim olmamış, çay içib söhbət etmişlər, danışıqları ümumi mövzuda olmuşdur. 2017-ci ilin payız fəsli axşam saat 19-20 radələrində Bəxtiyar ona zəng edib «Avariya eləmişəm, vəziyyətim yaxşı deyil, gəlirəm «Semaşko»ya sən də gəl ora» demiş, təkrar sonuncuya zəng vurduqda telefona Elnarə cavab verib «Yoldayıq, Bəxtiyarın vəziyyəti yaxşı deyil, onu «Semaşko»ya gətirirəm» demişdir. Bəxtiyarın qardaşı Elnura zəng edib bu barədə məlumat vermiş və özü tək «Semaşko» xəstəxanasına getdikdən sonra Bəxtiyarın qardaşı Elnur, əmisi oğlu Şəhriyar da gəlmişlər. Bir qədər orada gözlədikdən sonra Elnarə Bəxtiyarı özünün idarə etdiyi BMW markalı avtomobillə xəstəxanaya gətirmiş, köməkləşib Bəxtiyarı xərəyə uzadaraq xəstəxanaya aparmışlar. Bəxtiyar xəstəxanaya gətirildiyi gün Elnarə gecə saatlarına qədər xəstəxananın həyətində öz avtomaşınında oturub gözləmiş, gecə saatlarında Bəxtiyar ona «Atamgil buradadır, get Elnarəyə denən, çıxıb getsin evinə, atamgil onu görməsin» dediyi üçün sonuncunun sözlərini Elnarəyə çatdırmışdır. 1 gün sonra xəstəxanaya Bəxtiyarın qaldığı palataya gedərkən Elnarəni orada görməmiş, sonradan isə Bəxtiyar müalicəsini yaşadığı evdə davam etdirmişdir. Mosunun Zema adlı qadının cinsiyyət orqanını öpməsi barədə səs yazısını eşitməmiş, Bəxtiyar avtomobil qəzasına düşməmişdən əvvəl mobil telefonda onunla danışanda bu barədə demiş, lakin ona həmin səs yazısını dinlətməmişdir. X102 adlı qadının cinsiyyət orqanını öpməsi barədə səs yazısının olmasını Bəxtiyarla ortaq dostu olan Sadiq Hüseynov da telefon danışığı zamanı ona demişdir. Sadiq və Bəxtiyarın ona dediklərindən bilmişdir ki, həmin səs yazısında kimsə Zema adlı qadına «Mosu sənin göbəyindən öpüb?» sualını verdikdə o, «Yox, göbəyimdən bir cıqqan aşağıdan öpüb» deyə bildirmişdir. Bəxtiyarla Elnarə arasında münasibətlər 2017-ci ilin dekabr ayının sonlarınadək davam etmiş, Bəxtiyar hələ avtomobil qəzasına düşməmişdən əvvəl qardaşı İlkin ona zəng edib «Nə əcəb Bəxtiyar feysbukda Elnarə ilə olan şəkillərini paylaşıb» dedikdə, məlumatsız olduğunu bildirmişdir. Sonra Bəxtiyara zəng edib ondan Elnarə ilə şəkillərini nə səbəbə feysbukda paylaşdığını soruşmuş, Bəxtiyar Elnarənin ünvanına nalayiq söyüş söyüb «Bu fahişə acığa düşüb, götürüb məndən xəbərsiz, icazəsiz bir yerdə çəkdirdiyimiz şəkilləri feysbukda paylaşıb, demişəm silib sən bir dənə təkrar gir bax gör şəkillər silinib yoxsa yox» demişdir. Bəxtiyarın feysbuk səhifəsinə daxi olduqda orada yalnız Elranənin Bəxtiyarın avtomobilində çəkilmiş şəklini görmüş, həmin fotoşəkildə Elnarənin ayaqları, Bəxtiyarın avtomaşının salonu və Elnarənin çantası görünmüş, orada Bəxtiyarla Elnarənin başqa şəkillərini görməmişdir. Bəxtiyar sonradan özünə feysbuk sosial şəbəkəsində profil açmamış, həmin sosial şəbəkədə olan «Bəxtiyar Həsənov» adlı profili isə Elnarə tərəfindən idarə olunmuşdur. Bəxtiyar əvvəlcə həmin profilin Elnarə tərəfindən işlədilməsinə etiraz etməsə də, 2017-ci ilin dekabr ayının sonlarında Bəxtiyarla görüşəndə ona «Bu fahişə mənim feysbuk səhifəmi geri vermir, özü istifadə eləyir» demişdir. 2018-ci ilin yanvar ayının əvvəlində Bəxtiyarla işlətdiyi kafedə görüşləri zamanı Bəxtiyar ona «Mənim Elnarədə şəkillərim var idi, Elnarə onları öz telefonunda saxlamışdı, silmirdi, getdim onun evinə şalvarımın remenini çıxarıb keçirdim boğazına, başladım boğmağa, boğulurdu, əli ilə işarə elədi ki, dayan, məni öldürmə şəkilləri silirəm, sonra Elnarə telefonunu açıb mənim bütün şəkillərimi sildi və mən çıxıb gəldim» demişdir. Bəxtiyarla sonuncu dəfə ölümündən 4 və ya 5 gün əvvəl telefonla danışmış, həmin vaxt Bəxtiyar ona «2-3 ay ərzində Şamaxıda olacam, burada qaz xətləri çəkirəm, vaxtın olsa gəl gedək, Pirquluya yeyib-içib istirahət edək» demiş, bundan sonra Bəxtiyarla telefonla danışmamışdır. xx xxxx 2018-ci il tarixdə səhər saat 08-09 radələrində Bəxtiyarın bibisi oğlu Anar ona zəng edib Bəxtiyarın öldüyünü demişdir. Bəxtiyarın yas mərasimində xx xxxx 2018-ci il tarixdə axşam saatlarında Mosunun Bəxtiyarın yaşadığı evə gəldiyini eşitmiş, Bəxtiyarla Mosu arasında nə söhbətin olduğunu bilmək üçün Mosu ilə Şamaxı şəhərində görüşmüşdür. Mosu ona «Bəxtiyarla görüşəndə dedim ki, Elnarə mənə sənin arvadının, qızının şəkilini göstərib. Bunu eşidəndə Bəxtiyar əsəbiləşdi. Sonra Bəxtiyarda nəşə var idi, onu doldurub çəkdik. Sonra Bəxtiyar dedi ki, bunun var-yoxunu s..b gedib öldürəcəm. Mən də ona dedim ki, qəhbə öldürmək sənə qalmayıb, başını burax getsin. Bəxtiyar da mənə dedi ki, hə, düz deyirsən. Sonra mən çıxıb evimə getdim» demişdir. Mosu Bəxtiyarla aralarında başqa heç bir söhbət olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 hansı səbəbdən intihar etməsini bilməsə də, ancaq böyük ehtimal Təqsirləndirilən şəxs2 ilə aralarında olan münasibətin nəticəsində intihar etdiyini düşünmüşdür. Bəxtiyar həddindən artıq qorxmaz, cəsarətli, qürurlu bir şəxs olmuş, maddi imkanı normal olmuş, onun kimdənsə qorxaraq intihar etməsini və yaxud maddi problemlərlə əlaqədar intihar etməsini düşünmür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərdi ki, Bəxtiyar 2017-ci ilin yay aylarında Elnar Əzizzadə ilə tanış olana kimi heç bir problemi olmamış, özünün və ailəsinin maddi imkanı yaxşı olmuş, ailədə heç bir narazılığı, problemi olmamışdır. Son illər Bəxtiyarla birlikdə telefon mağazası işlətsələr də, Bəxtiyar digər işləri ilə əlaqədar həmin mağazaya gec-gec gəlmişdir. Mağazada işlədiyi müddətdə bir neçə dəfə Bəxtiyarın göstərişi ilə Elnarənin mobil telefonunu təmir etmişdir. Bundan sonra Elnarə ilə Bəxtiyarın sevgi münasibətləri olduğunu bilmiş, 2017-ci ilin dekabr ayından etibarən Bəxtiyarın daima fikirli olduğunu görüb nə üçün Elnarəyə bu qədər bağlı olduğunu, ondan nə üçün qopa bilmədiyini soruşduqda, Bəxtiyar heç nə danışmayaraq yalnız ona bilmədiyi şeylər olduğunu demişdir. Bəxtiyar ona Elnarənin ondan əl çəkmədiyini, onu şantaj etdiyini, onun facebook səhifəsini ələ keçirərək giriş kodunu dəyişməklə profildə onunla birlikdə olan fotoşəkillərini paylaşdığını, ailəsini dağıtmağa çalışdığını, mütəmadi olaraq onun ləyaqətini alçaltdığını, onu özündən asılı hala saldığını, hədələdiyini demişdir. Bəxtiyar Elranənin qarşısında çox aciz olmuş, fotoşəkillərini paylaşdığı üçün Bəxtiyar Elnarəyə əsəbləşsə də, Elnarə Bəxtiyara «əcəb edirəm, yaxşı edirəm» demişdir. Bəxtiyar Elnarədən çox qorxmuş, çəkinmiş, həmişə ona Elnarənin çox təhlükəli qadın olduğunu, onu şantaj etdiyini demişdir. Elnarə Bəxtiyarı özündən asılı hala saldığı üçün Bəxtiyar canını ondan qurtara bilməmişdir. 2017-ci ilin dekabr ayının son günlərində hətta Elnarə Bəxtiyarı o həddə çatdırmışdır ki, Bəxtiyar Elnarənin yaşadığı evə gedib onu boğaraq öldürmək istəmiş, Elnarə xırıldayana kimi onu boğmuş, Elnarə ondan əl çəkəcəyini dediyi üçün Bəxtiyar Elnarəni öldürmək fikrindən yayınsa da, lakin sonradan Elnarə yenədə Bəxtiyardan əl çəkməyərək onu hədələmişdir. Elnarə Bəxtiyara «mənimlə birlikdə yaşamalısan, arvadını, uşaqlarını, qohumlarını at gəl mənimlə yaşa» demiş, hər görüşlərində Bəxtiyarla Elnarə ilə bağlı söhbət etdiyi vaxt ona «Sən bu qəhbəni yaxşı tanımırsan, bu qəhbə hələ də məndən əl çəkmir, məni şantaj edir» demişdir. 2018-ci ilin fevral ayından sonra Bəxtiyarın hərəkətlərində və davranışlarında tam qəribəlik müşahidə etməyə başlamış, Bəxtiyar Elnarə ilə bacara bilməmiş, həmişə gözünü bir nöqtəyə zilləyib diqqətlə baxmış, fikrə getmişdir. Bəxtiyar çox sıxılmış, probleminin Elnarə ilə bağlı olduğunu desə də, Elnarədən nə səbəbə qorxduğunu, çəkindiyini deməmişdir. 2018-ci ilin fevral ayından sonra Bəxtiyar mütəmadi olaraq gərginlik keçirmiş, qorxu içində yaşamış, Elnarənin onun facebook səhifəsində başqa görüntülər, məlumatlar paylaşacağından qorxmuş, çox narahat olmuşdur. Elnarə 2018-ci ilin mart ayının 25-dək Bəxtiyara məxsus facebook səhifəsində sonuncu ilə birlikdə olan fotoşəkillərini paylaşmış, Bəxtiyar öz facebook səhifəsinin kodunu Elnarədən ala bilməmişdir. Bəxtiyarın danışıqlarından, hərəkətlərindən Elnarənin əlində onunla bağlı videogörüntü olmasından, həmin videogörüntünü facebook vasitəsilə paylaşacağından qorxduğunu, bununla bağlı onu hədələdiyini başa düşmüşdür. Aralarında sərhəd olduğundan, utanaraq ona detallarını açıb danışmasa da, üstü örtülü formada Elnarədə onun ləyaqətini alçaldan materialın olmasından şübhələndiyini bildirmişdir. xx xxxx 2018-ci il tarixdə mağazada olarkən Bəxtiyar yanına gəlmiş və onunla söhbət etməyə başlamışlar. Həmin vaxt Bəxtiyar özündə olmamış, ondan telefonlarda montaj proqramının olub-olmamasını soruşmuş, Bəxtiyara bildiyi qədər montaj proqramlarının kompüterdə olduğunu, telefonlarda olmadığını demişdir. Bundan sonra Bəxtiyar ona heç nə demədən çıxıb getmişdir. Bəxtiyar Elnarənin montaj vasitəsilə onun ləyaqətini alçaldan video və ya foto görüntü hazırladığını düşünmüş, buna görə Bəxtiyar çox narahat olmuş, yayılmasından çəkinmiş, aciz qalmışdır. Elnarə Bəxtiyarı onu rüsvay edəcək, ləyaqətini alçaldacaq video və ya foto görüntü ilə hədələmiş, pul almışdır. 2017-ci ilin dekabr ayının sonlarında Bəxtiyar ona zəng edərək kassada nə qədər pul olmasını soruşduqda, təxminən 700-800 manat məbləğində pul olduğunu demiş, Bəxtiyar az olduğunu deyib ona bir qədər çox pul lazım olduğunu bildirmişdir. O, nə qədər pul lazım olduğunu, pulun nəyə görə lazım olduğunu soruşduqda, Bəxtiyar Elnarə ilə probleminin olduğunu, Elnarənin ondan 10-15 min manat məbləğində pul tələb etdiyini demişdir. Bundan bir neçə gün sonra görüşdükləri vaxt Bəxtiyar ona Elnarəyə 5000 manat məbləğində pul verdiyini demiş, nəyə görə Elnarəyə o qədər pul verməsini soruşduqda bildirmişdir ki, Elnarə ona hədə-qorxu gəlmiş və şantaj etmişdir. Lakin sonradan eşitmişdir ki, Elnarə yenə də Bəxtiyarı hədələmiş, şantaj etmişdir. Bəxtiyar isə buna dözə bilməmiş, pulu verməməkdən qorxmuş, Elnarənin hər an onu rüsvay edəcəyindən, onun ləyaqətini alçaldacaq, onu rüsvay, biabır edəcək bir şey paylaşacağından qorxmuşdur. xx xxxx 2018-ci il tarixdə Bəxtiyarla sonuncu görüşləri zamanı Bəxtiyarın çox narahat olduğunu, tam dəyişdiyini, özündə olmadığını görüb söhbət etməyə başlamışdır. Söhbət əsnasında Bəxtiyarla Elnarə məsələsini həll edib-etməməsini soruşduqda, ona «buna 10000 də vermişəm, yenə də məndən əl çəkmir» demişdir. Bəxtiyar yenə də ondan telefon vasitəsilə montaj etməyin mümkün olub-olmadığını soruşmuş, Elnarənin montaj vasitəsilə onun ləyaqətini alçaldan video və ya foto görüntü hazırladığını düşünmüşdür. Elnarə Bəxtiyarı onu rüsvay edəcək, ləyaqətini alçaldacaq video və ya foto görüntü ilə hədələmiş, hədə-qorxu ilə ayrı-ayrı vaxtlarda Bəxtiyardan 15000 manat məbləğində pul almışdır. Bəxtiyar avtoqəza keçirtməmişdən təxminən 1 həftə əvvəl mağazaya gələrək ailəsi ilə əlaqə saxlamaq üçün ona bir ədəd telefon verməyini bildirmiş, mağazada özü baxıb bəyənərək, qiyməti həmin dövrdə 400-500 manat olan «Samsung A5» markalı 2015 model telefon götürmüş, həmin telefonda onun adına sənədləşdirdikləri üçün ***-***-**-** nömrəli sim kart işlətmişdir. Bəxtiyar həmin telefonu son vaxtlara kimi ailə telefonu kimi işlətmiş, həmin telefonda ailəsinə aid fotoşəkillər olmuş, ailəsi ilə danışıqları həmin telefonla aparmışdır. Bəxtiyar son görüşlərində həmin telefonu itirdiyini, tapa bilmədiyini desə də, telefonun imei kodunu tapa bilmədikləri üçün axtarışa verə bilməmişlər. Bəxtiyar avtoqəza keçirib xəstəxanada müalicə olduğu vaxt onu ziyarətə getdikdə yeni satışa çıxarılan təxminən qiyməti 20 manat olan bir ədəd Nokia markalı telefon da özü ilə aparmış, Bəxtiyarın yanında olduğu vaxt orada olan Bəxtiyarın bibisi oğlu Sahib telefonu onda görüb bəyəndiyi üçün 20 manat ona pul verərək telefonu ondan götürmüş və özü üçün mağazaya qayıdanda yenisini götürməyini bildirmişdir. Həmin ərəfədə Bəxtiyar telefonla görüntülü olaraq Elnarə ilə danışmış və Elnarəyə yeni hər cür rəngi olan mobil telefon çıxdığını deyib 1 ədədini ona hədiyyə edəcəyini demiş və ona tapşıraraq Elnarənin gəlib həmin telefondan götürəcəyini demişdir. Bəxtiyar xəstəxanada yatdığı vaxt Elnarənin sürücüsü gəlib mağazadan ondan həmin telefonunun sarı rəngini götürmüş, bundan sonra Bəxtiyar təxminən 10 gün xəstəxanada, 1 ay yaşadığı evdə yataq şəraitində olmuşdur. Bəxtiyar Elnarənin yanında ona zəng vurmamış, Elnarənin gəlib 50 manat dəyərində Nokia markalı telefon götürəcəyini deməmiş, Elnarəyə borcu olmamış, borc pul müqabilində Elnarəyə samsung və nokia markalı telefonlar verməmişdir. Elnarə Bəxtiyarın ailəsi ilə bağlı istifadə etdiyi samsung markalı mobil telefonunu oğurlamışdır. Sonradan həmin telefonun imei kodunu sənədlərin arasında tapdıqdan sonra Elnur şikayət etmiş, Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları həmin telefonu Elnarədə aşkar edərək götürmüşlər. Elnarə Bəxtiyarın həmin nömrəsini bilmiş, hətta Bəxtiyara irad bildirərək həmin telefonu ailəsi ilə əlaqə saxlamaq üçün aldığını, Elnarənin nə üçün qeyd olunan nömrəsini bilməsini soruşsa da, öyrəndiyini demişdir. Bəxtiyarın «Samsung» markalı mobil telefonun modelini, nömrəsini bilmiş, ailəsi ilə əsasən əlaqə saxlamış, telefonun üzərindəki nömrə ölmüş adamın adına yox, onun adına olmuşdur. İbtidai istintaq zamanı Şahid27 rayon prokurorluğuna könüllü təqdim etdiyi diskə baxış keçirilmiş və baxış zamanı disk daxilində 2 ədəd fayl-səs yazısı olduğu, səsli mesajı göndərən şəxsin iş üzrə təqsirləndirilən şəxs X40, qəbul edən şəxsin isə Şahid27 olduğu müəyyən olunmuş və səsli mesajların məzmunları aşağıdakı kimi olmuşdur: «Hə Elsevər sağ ol e, Allah köməyin olsun danışmısan, prosta bidənə sən danışanda denən ki, bu oğraşın qızı ordadı da, içəridədi özü, deyir namaz zadda qılır. Onun bidənə boğazından yapışsınlar, ulğunundan ki, ay oğraşın qızı oğraş, bu şəkil olub səndə şəkil, onu bu Mosudan başqa kimə göstərmisən? Göstərmisənsə bax niyə göstərirdin, niyə göstərirdin? Göstərəndə nə demisən? Onun yapışsınlar ulğunundan, prosta mən Allaha and olsun işimi qurtarmaq istəyirəm,öz işlərimi. O bunun üstündən gəlir, bu bunun üstündən gəlir, deyim, plus da bu iş gəlirki, deyirlər ki, bunun adı hallanır orda, adı çəkilir. Ad çəkilməknən deyil də, biri var ki, hə, biz bildik, hə mənim adım çəkildi, yoluna qoyduq. Bunların öz ürəyində qalmasın da, yəni 3 il 5 il Allah nə ömür verib, indi qurban olum Allaha e, ürəklərində qalsın ki, hə, bunlar dost olublar, bunun da əli varıydı. Prosta ürəklərində bu olmasın da heç o. Onu bir dənə sən Allah özün də danış, nə bilim istiyirsən əmisi ilə danış, nə bilim qardaşı ilə danış, bəs belə-belə, budu. Kim də zəng eləmək istəyir eləsin, ya mən özüm zəng eləyim ki, danışmaq istəyən varsa, prosta sən Allah denən ki, bax fakt denən qız ordadı da, bu rəhmətə gedən günündən deyirəm ki, bu qızı blət yapışıb sürümək lazımdı, yapışıb sürümək lazımdı. Qıznan da mən eşidirsən, deyirlər danışmağım yox, sən öl mən heç bir dəfə də olsun onu yığmamışam. Bir dənə rəhmətə gedən günü, rəhmətə gedən günü heç inanmağım gəlmirdi, gördüm ki, bu həqiqətən ağlayır ki, ölüb, ölüb, ölüb, vsyo onda yığdım qıza ki, bləd sənin qəhbəliyin keçdi, səndən keçdi nə keçdisə. İndi o qız məndən obijnikdi nə bilim, bilmirəm nədi day özün ordasan da sən Allah danış.» «Bir də bilirsən nəyi denən, sən Allah, Allaha and olsun həmişə mən deyirdim ki, Mosuya da deyirdim, Mosunu indi söydürəcəklər mənə, Mosuya da deyirdim, Bəxtiyara da deyirdim ki, Qurana and olsun, o qız sizin başınıza oyun açacaq. Aha qutarın onnan getsin blət, nolub, 40 ilindi, 50 ilindi, şotçiki atıb, nədi e o. Onunla qurtarın getsin, qurtarın getsin, nəsə eliyəcək o qəhbə bizə. İndi bax da özün. Allaha and olsun, hamının yanında o sözü dedim ki, onunla qurtarın, onunla qurtarın. Söz də verdilər ki, qurtardıq, qurtardıq. Dey çıxıb gəlmişəm bu yana, öz işlərində olublar, bu işdə gəlib başlarına» (cild 21, iş vərəqi 1-4). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərdi ki, 2017-ci ilin dekabr ayının son günlərində Bəxtiyarla görüşmək barədə razılaşmış, sonuncu, özünə məxsus «X93» markalı avtomobillə yaşadığı evin qarşısına gəlmiş, avtomobilə yaxınlaşanda Bəxtiyar sağ ön sərnişin oturacağında oturub telefonla danışdığını görmüşdür. Bəxtiyar ona avtomobili idarə etməsini demiş, danışığından Bəxtiyarın telefonla danışdığı şəxsin Elnarə adlı qadın olduğunu bilmişdir. Bəxtiyar Elnarə ilə çox əsəbi halda danışmış, ona maraqlı olmadığı üçün, eləcə də özü də kiminləsə telefonla danışdığından Bəxtiyarın Elnarə ilə telefon danışıqlarına fikir verməmişdir. Lakin danışıqlar daha ciddi hal almış və Bəxtiyar Elnarəyə «Necə yəni əcəb edirsən, gözlə gəlirəm» deyə bildirib, ondan təcili maşını saxlamağını istəmiş və Bəxtiyar sükan arxasına keçib avtomobili sürətlə idarə edərək çıxıb getmişdir. Səhərisi gün saat təxminən 14-15 radələrində Bəxtiyar özü tək onun işlədiyi mağazaya gəlib demişdir ki, «Dünən səninlə bir yerdə olanda Pərvin mənə zəng edib dedi ki, niyə feysbuk səhifəndə Elnarə ilə şəkillərini paylaşırsan, bunu hamı görüb. Dedim mən şəkil-zad paylaşmamışam, bu Elnarənin işidir, mənim feysbukumu Elnarə işlədir. Elnarə ilə telefonla danışanda ondan soruşurdum ki, niyə mənimlə çəkdirdiyin şəkilləri feysbukda paylaşırsan, o da, yaxşı eləyirəm, sən mənim olmalısan dedi. Dünən sən düşdükdən sonra getdim Elnarənin evinə, əvvəlcə onunla xoş danışıb dedim ailəmi dağıtma. Elnarə isə mənimlə birlikdə yaşamalısan, 3 dənə evim var, birini satım verim sənə, get özünə bir iş düz qoş, atanı, ananı, arvadını, uşaqlarını, qohumlarını at gəl mənimlə yaşa dedi. Biz Elnarənin yatdığı çarpayıda oturub söhbət edirdik. Mən Elnarə ilə xoş danışa-danışa reski qolumu keçirdim boynuna və başladım onu boğmağa. Məqsədim Elnarəni öldürmək idi ki, o, məndən əl çəksin. Qolumla Elnarənin boyununu o, xırıldayana qədər sıxdım. Elnarə qolumun arasında dartınırdı və necə oldusa boyununu qolumun arasından çıxardı, başladı mənə yalvarmağa ki, qələt eləmişəm, bir də belə şey eləmərəm, şəkillərin hamısını silirəm, bir də səni narahat eləmərəm. Sonra Elnarə feysbukdan mənimlə olan şəkilləri sildi və ondan əl çəkdim». Bundan X79 ilə təxminən 1 ay əlaqə saxlamamış, Bəxtiyar «Facebook» sosial şəbəkəsində «Baxtiyar Hesenov» adı ilə qeydiyyatdan keçsə də, həmin səhifədən istifadə etməmiş, Bəxtiyarın deməsindən bilmişdir ki, Elnarə onun həmin «Facebook» səhifəsinin parolunu dəyişmiş və yeni parolu Bəxtiyara deməmişdir. Bəxtiyar hər gün onun iş yerinə gələrək telefonundan istifadə edib “facebook” profili vasitəsilə həm özünün, həm də Elnarənin profilinə baxararaq, Elnarənin onunla çəkilmiş hər hansı bir şəkli paylaşıb-paylaşmamasına nəzarət etmişdir. Bəxtiyara «Elnarə ilə əlaqəni kəsmisən, nə səbəbə onun «Facebook» səhifəsinə nəzarət edirsən» dedikdə, cavabında «Sən bu qəhbəni yaxşı tanımırsan, bu qəhbə hələ də məndən əl çəkmir, məni şantaj edir» demişdir. 2018-ci ilin fevral ayından sonra Bəxtiyarla görüşərkən onun hərəkətlərində qəribəlik müşahidə etməyə başlamış, Bəxtiyar gözünü bir nöqtəyə zilləyib diqqətlə baxıb fikirə getmiş, Bəxtiyardan nə baş verdiyini və nə barədə düşündüyünü soruşduqda demişdir ki, «bu şantajçı qəhbə məndən əl çəkmir», «Sən bu qəhbəni yaxşı tanımırsan, iş nömrə dəyişməklə bitmir, bu çox təhlükəli qadındır». Bəxtiyar çox sıxılmış, probleminin Elnarə ilə bağlı olduğunu desə də, Elnarədən nə səbəbə qorxduğunu, çəkindiyini deməmişdir. 2018-ci ilin fevral ayından sonra Bəxtiyar mütəmadi olaraq gərginlik keçirmiş, qorxu içində yaşamış, Elnarənin onun facebook səhifəsində başqa görüntülər, məlumatlar paylaşacağından qorxmuş, çox narahat olmuşdur. Bəxtiyar ona Elnarədən sonuncunun razılığı olmadan ayrılmasının qeyri-mümkün olduğunu, bilmədiyi şeylərin olduğunu demiş, Bəxtiyarın danışıqlarından Elnarənin əlində onunla bağlı videogörüntü olmasından qorxduğunu, həmin videogörüntünü facebook vasitəsilə paylaşacağından qorxduğunu, bununla bağlı onu hədələdiyini başa düşmüşdür. Utanaraq ona detallarını açıb danışmasa da, üstü örtülü formada Elnarədə onun ləyaqətini alçaldan materialın olduğunu bildirmişdir. Bəxtiyarı özünü öldürmə həddinə Elnarə çatdırmış, Elnarə Bəxtiyarı rüsvay edəcək görüntünü əldə edib onu özündən asılı hala saldıqdan sonra mütəmadi olaraq Bəxtiyarın ləyaqətini alçaltmış, ona hədəqorxu gəlmiş, onunla amansız rəftar etmişdir. Elnarə hədə-qorxu və şantaj yolu ilə Bəxtiyardan pul almış, Bəxtiyar bu barədə ona özü demişdir. Bəxtiyar işlədiyi mağazaya gələrək onun mobil telefonu vasitəsilə öz facebook səhifəsini izlədiyi vaxt, yəni 2018-ci ilin mart ayının təxminən 15-18 tarixlərində ona Elnarənin ondan 15 000 manat məbləğində pul aldığını demiş, Bəxtiyarın ona dediklərindən başa düşmüşdür ki, Elnarə ona hədə-qorxu gəlir və şantaj edir, buna görə həmin pulları Elnarəyə vermişdir. Kriminal aləmə meyilli şəxslərdən Bəxtiyar Sadiq və Dünyamalı ilə dostluq etmişdir. Mosu ləqəbli Təqsirləndirilən şəxs1 Zema ləqəbli Zenfira Kulievanın cinsiyyət orqanını öpməsi barədə səs yazısını dinləməmiş, 2017-ci ilin noyabr və ya dekabr aylarının dəqiq tarixini xatırlamadığı günlərinin birində Zərərçəkmiş şəxs2 ilə görüşlərinin birində sonuncu ona danışmışdır ki, «Mosunun görüşdüyü Zema adlı qadın Elnarəyə səs yazısı göndərib ki, Mosu onun cinsiyyət orqanını yalayıb. Elnarə həmin səs yazısını mənə dinlədib». Bəxtiyar bu barədə Mosunun özünə, həmçinin dostları Sadiqə də danışmış, Mosu belə bir hərəkət etməsini boynuna almamış, Zemanın yalan danışdığını demiş, bununla bağlı Mosu ləqəbli Təqsirləndirilən şəxs1la Bəxtiyar arasında hər hansı mübahisə və ya münaqişə baş verməsini eşitməmişdir. Şamaxı şəhərində gəzən söhbətlərdən eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs2 özü Mosu ləqəbli Təqsirləndirilən şəxs1 tanıyan şəxslərə onun «a…q əmən» olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, birlikdə işlədikləri müddət ərzində hadisədən iki gün əvvələ qədər Bəxtiyarın əhvalı normal olmuş, son iki gün ərzində Bəxtiyarın telefonları daim məşğul olmuşdur. xx xxxx 2018-ci il tarixdə saat 13 radələrində birlikdə kafedə oturduqları vaxt Bəxtiyara zəng gəlmiş, sonuncu əyləşdiyi stuldan qalxaraq onlardan təxminən 30-40 metr aralanmış və təxminən 15-20 dəqiqə telefonla danışmışdır. Danışıb qurtardıqdan sonra onların yanına qayıtdıqda sifət cizgilərindən kefinin olmadığı hiss olunmuş, ünsiyyətdən çəkinmiş, daim nəsə fikirləşmişdir. Məhkəmə ilasında şahid qismində dindirilmiş Şahid38 ifadəsində göstərdi ki, əmisi oğlu Zərərçəkmiş şəxs2 uzun müddət Təqsirləndirilən şəxs2 ilə münasibəti olduğunu bildiyi vaxtdan Elnarənin təhlükəli, şantajçı qadın olduğunu bildirib Bəxtiyara ondan uzaqlaşmasını tapşırmışdır. Elnarə Bəxtiyarın ailəsində problemlər yaratmış, Bəxtiyarın Facebook sosial şəbəkələrdə adına qeydiyyatda olan səhifələrin giriş kodlarını əldə edərək onunla birlikdə olan fotolarını paylaşmış, Bəxtiyarın video görüntülərini, ailəsinə aid fotoşəkilləri əldə edərək yaymaqla hədələyib pul tələb etmişdir. Elnarə Mosu ləqəbli Dünyamalı ilə əlbir olaraq Bəxtiyardan pul tələb etmiş, şantaj etmiş, özünü öldürmə həddinə çatdırmışdır. Bəxtiyarla aralarında yaş fərqi olduğu üçün hər şeyi ona açıq formada danışmamış, Elnarə ilə aralarında olan problemi ümumiyyətlə hamıdan gizlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid35 ifadəsində göstərdi ki, Bəxtiyarın özünü öldürməsindən təxminən 2-3 ay əvvəl onunla Bakı şəhəri Yasamal rayonu ərazisində görüşmüşlər. Həmin vaxt Bəxtiyarın maşınında olarkən telefonuna zəng gəlmiş, Bəxtiyar telefona cavab verdikdən sonra maşını saxlamış və maşından düşərək telefonla danışmağa başlamışdır. Təxminən 2 dəqiqə telefonla danışdıqdan sonra Bəxtiyar yenidən maşına əyləşmiş, maşınla təxminən 4-5 dəqiqə hərəkət etdikdən sonra yenidən zəng gəlmiş, Bəxtiyar telefona cavab verərək zəng edən şəxsə yanında adam olduğunu, ona zəng etməməsini bidirmiş və söhbəti sonlandırmışdır. Nəsə baş verib-verməməsini soruşduqda, Bəxtiyar ona zəng edənin Elnarə olduğunu və heç bir şey baş vermədiyini bildirmişdir. Bu zaman Bəxtiyarın telefonuna Elnarədən yenə zəng gəlmiş, Bəxtiyar onun yanında Elnarə ilə açıq danışmayaraq, telefonda ancaq “hə” sözünü işlətmiş, sonra Elnarəyə “get, nə bilirsən elə” deyərək söhbəti yekunlaşdırmışdır. Bundan sonra Bəxtiyara ailəli olduğunu və Elnarə ilə münasibəti bitirməyini bildirmiş, Bəxtiyar isə artıq Elnarə ilə tez-tez görüşmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid34 ifadəsində gstərdi ki, xx xxxx 2018-ci il tarixdə saat təxminən 19-20 radələrində Şamaxı şəhərində yerləşən “Acses Banka” məxsus binanın qarşısı ilə Heydər Əliyev adına park istiqamətində hərəkətdə olarkən arxadan bir avtomobilin işıqlarını yandırıbsöndürdüyünü görüb avtomobilini yolun kənarında saxlamış, həmin avtomobil də onun avtomobilinin arxasında dayanmışdır. Yerə düşəndə arxada dayanan avtomobilin Bəxtiyara məxsus olduğunu görmüş, Bəxtiyar maşından yerə düşüb onunla görüşmüş, bir qədər söhbət etdikdən sonra Bəxtiyar ona dostları Ramilə zəng etməyi, birlikdə hardasa əyləşib çörək yeməyi təklif etmişdir. Mobil telefonu ilə Ramilə zəng etmiş, Ramil işinin olduğunu, gələ bilməyəcəyini onlara bildirmişdir. Bundan sonra Bəxtiyar avtomobilini yolun kənarında saxlamış, onun avtomobilinə minmiş, birlikdə Şamaxı şəhərində yerləşən «Savalan» restoranına getmişlər. Təxminən 20-25 dəqiqə söhbət edib 1 çaynik çay içdikdən sonra Bəxtiyar səhər işə qalxıb gedə bilmədiyini, tez yatmaq istədiyini bildirərək durmalarını təklif etmiş, birlikdə restorandan çıxıb onun avtomobili ilə Bəxtiyarın avtomobilinin yanına gəlmişlər. Bəxtiyar avtomobildən düşərkən ona onun avtomobilinə minməyini, ona hədiyyə verəcəyini bildirmiş, avtomobilə minmiş, qol qoymaq üçün yerdən 1 ədəd diyircəkli qələm çıxarıb Bəxtiyar ona vermişdir. Qələmi götürüb sağollaşıb yerə düşmüş, Bəxtiyar avtomobili çöndərərək “Acses Bank” istiqamətində getmişdir. xx xxxx 2018-ci il tarixdə təxminən 08 radələrində Bəxtiyarın özünü asaraq intihar etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs2 şəxsən tanımamış, Şamaxı sakini olduğunu bilmiş, Bəxtiyar ona Elnarə ilə münasibətinin olmasını, görüşdüyünü, Elnarənin evinə getdiyini, telefonla danışdığını bildirmişdir. Bəxtiyar onunla birlikdə olduğu zaman Elnarə ilə tez-tez zəngləşib danışmış, 2018-ci ilin fevral ayının əvvəllərində Bəxtiyarla Bakı şəhərində avtomobillə gəzən zaman sonuncu avtomobili Tibilisi prospekti tərəfə sürmüş və prospektdə “İST petrol” yanacaq doldurma məntəqəsinin yanında saxlamışdır. Bəxtiyarın nə üçün dayandığını soruşduqda, ona yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən binanı gəstərərək Elnarənin həmin binada yaşadığını, Elnarənin yaşadığı evə kimlərin gəlməsi ilə maraqlanmaq üçün gəldiyini bildirmişdir. Bəxtiyarın həmin vaxtlar Elnarə ilə küsülü olduğunu bildiyi üçün ona “sən onsuz da küsülüsən, sənin nəyinə lazımdı, kim gəlir kim gedir” demişdir. Həmin vaxt Bəxtiyarla Elnarə danışmamışlar, Bəxtiyar ona «bir az baxaq gedək» demişdir. Orada təxminən 5-6 saat dayanmışlar və çıxıb getmişlər. Bəxtiyar ona Elnarənin yaşadığı evə konkret olaraq kimin gəlməsini və kimin gəlmək ehtimalı olması barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid33 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 təxminən 9-10 il bundan əvvəl tanımış, həmin vaxt Bəxtiyar subay olmuş, sonuncu ilə təxminən 6 il ərzində sevgili münasibətində olmuşlar. Bu müddət ərzində Bəxtiyarla dəfələrlə görüşmüşlər və cinsi əlaqədə olmuşlar. Bəxtiyar özünə, şəxsiyyətinə hörmət edən, yeyib içən, deyib gülən bir insan olmuşdur. Bəxtiyar narkotik vasitələrdən onun yanında istifadə etməsə də, bir neçə dəfə Bəxtiyarın hallı olduğunu hiss etmişdir. Təxminən son 3 il ərzində Bəxtiyarla görüşməmiş, cinsi əlaqədə olmamış, ancaq telefonla danışmışlar. Bəxtiyarın «facebook» sosial şəbəkəsində «Baxtiyar Hasanov» adlı profili olmuş, Bəxtiyarla həmin «facebook»un «Messenger» adlı proqramı ilə yazışmışdır. xx xxxxxx 2018-ci il tarixdə səhər saatlarında «Messenger» proqramında Bəxtiyarın profilindən ona mesajlar gəlməyə başlamış, anası həmin vaxt Onkoloji mərkəzdə cərrahiyyə əməliyyatı keçirməli olduğundan həmin mərkəzə getmişdir. Bir neçə mesajdan sonra başa düşmüşdür ki, ona yazan şəxs Bəxtiyar deyil. Belə ki, Bəxtiyar bildiyi adama anasının cərrahiyyə əməliyyatı keçirdiyini və xəstəxanada olduğunu bildirdiyi halda həmin şəxs ondan ötrü darıxdığını və şəklini ona göndərməyini istəmişdir. O, Bəxtiyar bildiyi həmin adamla bir müddət mesajlaşmış, anasının xəstəxanada olduğunu bildiyi halda ona zəng belə etməməsindən əsəbiləşib ona «nömrəmi bilmirsənmi» deyə sual vermişdir. Danışdığı şəxs ondan nömrəni istəmiş, Bəxtiyar onun mobil nömrəsini əzbər bilmiş, heç vaxt Bəxtiyarın onun mobil nömrəsini yadından çıxarmasına inanmamışdır. Onunla mesajlaşan insan ondan israrla mobil nömrəsini istəmiş, o isə, Bəxtiyar bildiyi insana demişdir ki, «sənin nömrən məndə var və sənə özüm zəng edəcəm». Lakin həmin şəxs ondan nömrəni israrla istəmişdir. Bəxtiyarın adından onunla danışan şəxs ona öz nömrəsini dəyişdiyini dedikdə, ona «lazım olsa nömrəni əmindən alıb yığaram» deyə bildirmişdir. Bu hal onu şübhələndirdiyi üçün digər mobil telefonu ilə Bəxtiyarın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və ona «mənim nömrəmi bilmirsən» deyə sual vermiş, Bəxtiyar cavabında «niyə bilmirəm ki» dedikdə, «onda məndən niyə nömrəmi istəyirsən» demişdir. Bəxtiyar bu vaxt tutulub demişdir ki, «Bu qancıq mənim feysbuk parolumu oğurlayıb, adımdan hamı ilə danışır». Bəxtiyardan nə məsələ olduğunu soruşduqda, sonuncu kefsiz vəziyyətdə olmuş və ona «Bir bəlaya düşmüşəm, sənə çox ehtiyacım var, görüşək söhbət edək» demişdir. Bəxtiyara cavabında «Moskvaya getməliyəm, qayıdanda görüşüb danışarıq» bildirmişdir. Telefonda danışmağı Bəxtiyara təklif etsə də, sonuncu ona, «mən pis gündəyəm, Elnarə adlı bir Şamaxılı qəhbə ilə tanış olmuşam, o, məndən əl çəkmir, deyir uşağa qalmışam, bu qəhbə, şantajçıdır, neçə adamları ilişdirib başına oyun açıb, mən də bunu eşidib bilə-bilə özümü oda salmışam, indi də mənə nə edibsə, ondan əl çəkə bilmirəm» demişdir. Belə olduqda o, zarafata salıb «nə olsun, 1 uşağın da Elnarədən olsun, ayda alimentini verib onu da saxlayarsan» cavabını vermişdir. Bəxtiyar cavabında demişdir ki, «Yox, məsələ sənin bildiyin kimi deyil, deyir arvadını boşa, gəl məni al. Bir dəfə Elnarə mənə dedi ki, doğacam, uşağı da götürüb gəlib oturacam evində. Mən də hirslənib evinə gedib onu döydüm. Elə əsəbiləşmişdim ki, gözüm heç nə görmürdü. Bu qəhbə ilə tanış olduğum gündən mənə nə cadu edibsə, heç kimlə normal danışa bilmirəm, hamıya əsəbi cavab verirəm, evimə gedə bilmirəm, arvadımla hər gün savaşıram, mənə nə edibsə, ondan uzaqlaşa bilmirəm, mənə kömək elə, dədəmdən, əmimdən, ailəmdən, hamıdan soyumuşam». Bəxtiyara «səbrli ol, Moskvaya gedim gəlim, özüm onunla görüşüb danışaram» dedikdə, sonuncu ona demişdir ki, «Nə badə onunla görüşəsən, o, yaxşı insan deyil, sənə də pislik edər». Bəxtiyardan ona nə pislik etdiyini soruşduqda «Uzun söhbətdir, telefon söhbəti deyil, başım bəladadır, gəl oturaq hamısını danışacam» demişdir. Bəxtiyar Novxanıda ev tikdirdiyi üçün sonuncuya «köç Novxanıdakı evə, bütün dostlarından, tanışlarından uzaqlaş, ailəni də götür, bir müddət heç kimlə danışma» demiş, Bəxtiyar cavabında «Evin tikintisinin tamamlanmasına az qalıb, hazır olan kimi köçəcəm, heç kimlə də əlaqə saxlamayacam» demişdir. Bəxtiyarın dostlarından Sadiqi, Pərvini, Mosu ləqəbli Dünyamalını tanımış, onları cəmi 2 və ya 3 dəfə görmüşdür. Bəxtiyar digər mobil telefonu ilə onun «Messenger» proqramından istifadə edən şəxslə yazışdığını bilib ona onun dediyi sözləri yazmağını bildirmiş, Bəxtiyara yazışdığı adamın ondan şəklini istəyir dedikdə, sonuncu demişdir ki, «Öz şəklini atma, ondan mənim şəklimi istə. Elnarə deyib ki, sənin bütün şəkillərini silmişəm, gör sənə şəkil atacaq, yoxsa yox.» Bəxtyiarın adından onunla mesajlaşan şəxsdən Bəxtiyarın fotoşəklini istəmiş və həmin şəxs Bəxtiyarın divanda uzanıqlı halda çəkilmiş fotoşəkilini ona atmış, o da, öz növbəsində həmin fotoşəkili Bəxtiyarın telefonuna göndərmişdir. Bəxtiyar ona demişdir ki, «Sən Elnarəyə baş qoşma və onunla elə yazış ki, səninlə mesajlaşanın mən olmadığımı bilməsin». Bundan sonra bir qədər Bəxtiyarın profili ilə onunla yazışan şəxslə mesajlaşmış, sonda isə söyüb Bəxtiyarın profilini öz telefonunda bloka atmışdır. Bəxtiyarın danışığından çox narahat qaldığı üçün ona yenidən zəng etmiş, israrla nə məsələ olduğunu, nə üçün Elnarədən çox qorxduğunu soruşmuş, dərdini ona danışmasını xahiş etmişdir. Bəxtiyar ona «Könül, sənin həll edə biləcəyin bir iş deyil» demiş, danışmaq istəmədiyini, özünü pis hiss etdiyini, dərindən köks ötürdüyünü görüb «sonra danışarıq» demişdir. Bəxtiyar sanki onun tanıdığı cəsarətli insan olmamış, Elnarə onu dovşana döndərmiş, Elnarədən çox qorxmuşdur. Səhəri gün yenidən Bəxtiyara zəng etmiş, and verərək problemini ona danışmasını xahiş etmiş, bəlkə onun da yardımı dəyə biləcəyini söyləmişdir. Çox isrardan sonra Bəxtiyar hər şeyi danışaraq ona «Könül bu qəhbə məni ilişdirib» demiş, daha dəqiq danışmasını bildirdikdə ona «bu qəhbə mənə deyir, sənin videon var məndə, duxun var mənim dediyimlə oturub-durma, gör sənin başına nə oyun açıram, sən hələ məni yaxşı tanımırsan, sənin yaşın qədər mənim stajım var, sən dünənki uşaqsan, mənim kim olduğumu hələ dəqiq bilmirsən, sənin kimi çoxlarını qabağımda diz çökdürmüşəm» dediyini bildirmişdir. Bəxtiyardan nə video olduğunu soruşduqda bilmədiyini, Elnarənin ona «a…ğ əmən» dediyini, Elnarənin ona «elə eləməki bütün Şamaxı sənin videondan danışsın» deyib onu hədələdiyini bildirmişdir. Bəxtiyara belə bir şey edib-etməməsini soruşduqda, özünə əmin olmadığını, ağıllı başla heç vaxt belə bir şey etməyəcəyini, ancaq Elnarəyə də etibar olmadığını, onun başına özündə olmayan vaxt bu oyunu gətirə biləcəyini demişdir. Bəxtiyarı tanıdığı üçün onun heç vaxt qadın cinsiyyət orqanını öpməyəcəyini bilmiş, inanmış, ancaq Bəxtiyar da özünə əmin olmamış, bu məsələni heç kimə açıb danışa bilməmiş, heç kimdən kömək istəyə bilməmiş, Elnarədən şikayət edə bilməmiş, videonun yayılacağından çox qorxmuşdur. Həmçinin Bəxtiyar ona Elnarənin yüksək vəzifəli şəxslərlə yaxın olduğunu, əlaqələrinin güclü olduğunu, çox evlər dağıtdığını demişdir. Bəxtiyar ona and verərək bu məsələnin aralarında qalmasını, heç kimə danışmamasını, onun bu məsələyə qarışmamasını tapşırmış, Elnarənin çox təhlükəli adam olduğunu deyib ondan uzaq durmağını, ona da problem yarada biləcəyini demişdir. Bundan bir neçə gün sonra Rusiya Federasiyasına, oradan isə Türkiyə Respublikasına getmiş, təxminən 1 ay ərzində Azərbaycanda olmamışdır. xx xxxx 2018-ci il tarixdə Bəxtiyar ona zəng edib onu Novruz bayramı münasibətilə təbrik etmiş və görüşməyi təklif etmişdir. Bəxtiyarın bayramı bəhanə edib ona zəng vurduğunu, onunla dərdləşmək, görüşüb danışmaq istədiyini hiss etmiş, həqiqətən çox vacib işi olduğu üçün həmin gün onunla görüşə bilməmişdir. Telefonda Elnarə adlı qadınla məsələsinin nə yerdə olduğunu soruşanda, Bəxtiyar demişdir ki, «Könül, artıq bilmirəm, neyniyim, artıq yaşaya bilmirəm, bu qəhbə məndən əl çəkmir, amma az müddət qalıb, səndə eşidib biləcəksən» dedikdə, nə olduğunu açıq danışmasını bildirmişdir. Bəxtiyar ona «bu qəhbə mənim dost dediyim qəhbələrlə əlbir olub məni biabır edirlər, artıq yaşaya bilmirəm» demiş, Bəxtiyarın hönkürtü ilə ağladığını, qışqırdığını görüb ona səbrli olmasını, özünü ələ almasını bildirib onu sakitləşdirmiş və sabah onunla görüşəcəyini, həmin vaxt danışmalarını demişdir. Telefon danışıqları zamanı Bəxtiyar ona yeni istifadəyə verdikləri obyektdə olacağını dediyi üçün səhəri gün Bəxtiyargilə məxsus Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Universamın yanına getmiş, Bəxtiyarı yolun kənarında görüb onunla oturub avtomobildə bir neçə dəqiqə söhbət etmişdir. Bəxtiyar həmin insana oxşamamış, arıqlamış, baxımsız, üzüntülü, məzlum görünüşdə olmuş, artıq yaşaya bilmədiyini, Elnarənin dostları ilə əlbir olub onun axırına çıxdığını, onu məhv etdiklərini demişdir. Bəxtiyarla aralarında olan təxminən 10-15 dəqiqəlik söhbətdən belə başa düşmüşdür ki, Elnarə bir müddət əvvəl Mosu ilə əlbir şəkildə Bəxtiyara Mosunun bir qadının cinsiyyət orqanını öpməsi barədə səs yazısı vermiş, Bəxtiyar da həmin səs yazısını səhv edib avara dostlarına yaymış, Elnarə bu yolla onların aralarını vurduqdan sonra Bəxtiyarın videosunu onlara vermiş, sonradan Bəxtiyarın özünü biabır etmişlər. Mosunun dostları ondan Mosunun dilvurmasını sübut etməsini tələb etmişlər, yoxsa onun özünün videosu olduğunu deyib bu söhbətdə səhv olduğu üçün onlara 100000 pul verməsini Bəxtiyardan tələb etmişlər. Bəxtiyar ona hələ indi ayıldığını, Mosu ilə Elnarənin əlbir olduğunu, onu fırladıb tora saldıqlarını, indi də ondan pul tələb etdiklərini demişdir. Bəxtiyara onlara pul verib-vermədiyini, o qədər pulu haradan alacağını soruşduqda, ona «özümdə bilmirəm, bilmirəm pulu nə adla alam, bunların dərdi pulla da qurtaran deyil» demişdir. Ancaq Bəxtiyarın danışığından belə başa düşmüşdür ki, 30 min pul verməyə razılaşmışdır. Çünki Bəxtiyar ona demişdir ki, «kənddə bir əmim var, ona ağız açmışam, demişəm heç kim bilməsin, polislik işim var, mənə pul ver, əmim də söz verib ki, bir-iki günə mal-heyvanı satıb sənə 30 min verərəm». Bəxtiyar sanki canlı meyit olmuş, onu narahat edən pul məsələsi yox, adına bu cür söz çıxartmaları, biabır olması, hamının ona gözucu baxması olmuş, yaşamaq istəmədiyini, uşaqlarına görə yaşamaq istədiyini bildirmişdir. Bəxtiyarın ona danışdıqlarından Elnarə və onun əlbir olduğu şəxslərin, yəni Mosugilin çox təhlükəli şəxslər olduğunu, cinayətkar olduqlarını, ona və 15 yaşlı qızının başına pis oyunlar aça biləcəklərindən qorxduğu üçün həmin gündən sonra Bəxtiyardan uzaqlaşmış, fikirləşmişdir ki, Bəxtiyar kimi imkanlı, qohum-əqrəbalı adam onların əlində aciz qalıbsa, gör onun başına nə oyun gətirərlər. Buna görə də istintaq zamanı verdiyi ilkin ifadəsində də bu məsələni açıqlamamış və həmin gündən sonra Bəxtiyara zəng vurmamışdır. Zərərçəkmiş şəxs2 Elnarə, Mosu və sonuncunun əhatəsində olan tanımadığı şəxslər özünü öldürmə həddinə çatdırmışlar, Bəxtiyarı hədələyib pul tələb etmişlər, əxlaqsız videosunu yaymışlar, şantaj etmişlər, Bəxtiyar da dözməyib özünü öldürmüşdür. Ötən müddət ərzində bu məsələni gizlətdiyi üçün vicdan əzabı çəkmiş, Bəxtiyarın ruhunun şad olması, ölümündə günahkar olan şəxslərin cəzalanması üçün bu məsələni açıqlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid32 ifadəsində göstərdi ki, 2018-ci ilin mart ayının 15-16-ı tarixlərində Bəxtiyar ona zəng edərək pul lazım olduğunu, ancaq bunu heç kimin bilməməsini, bir aya qədər pulu düzəldib qaytaracağını bildirmişdir. Bəxtiyardan pulun nəyə görə və nə qədər lazım olduğunu soruşduqda, qardaşı oğlu çox pul lazım olduğunu demişdir. Bəxtiyardan pulun nəyə lazım olduğunu daha soruşduqda, bir problemi olduğunu deyərək, bunu heç kimə deməməyi xahiş etmişdir. Bəxtiyara evdə 20000 manata yaxın pul olduğunu deyib, bəs edib-etməməsini soruşmuş, Bəxtiyar isə heç olmasa 30000 manat düzəltməyi xahiş etmişdir. Bundan hardasa iki gün sonra Bəxtiyar ona zəng edərək pulun hazır olub-olmamasını soruşmuş, o isə, ayın 20-nə kimi düzəltməyə çalışacağını bildirmişdir. Bir gün sonra tanışı Təbiət adlı şəxsə zəng vuraraq yataqları satdığını, qoyunları saxlaya bilmədiyini bəhanə edib alıb-almamasını soruşmuş, Təbiət neçəyə satdığını soruşduqda bir başını altı balalı 240 manata verə biləcəyini və 50 baş qoyun olduğunu demişdir. Təbiət 230 manatdan ala biləcəyini dediyi üçün razılaşmış və səhəri gün saat təxminən 9-10 radələrində Təbiət yük maşını ilə gəlib yaşadığı evin həyətindən qoyunları yığaraq aparmış və əvəzində ona 11500 manat pul vermişdir. xx xxxx 2018-ci il tarixdə səhər saatlarında Təbiət heyvanları avtomobilə yüklədiyi vaxt Bəxtiyar yenə də ona zəng vurmuş və pulu düzəldibdüzəltmədiyini soruşmuş, Bəxtiyara artıq həll olunduğunu demişdir. Bəxtiyar mart ayının 22-də Şamaxıya gəlib iş yerində pulu ondan götürəcəyini bildirmişdir. O, Təbiətin verdiyi puldan evdəki pulların üstünə qoymuş və cəmi 30700 manat düzəlmişdir. Həmin puldan 700 manatı özündə qalmış, 30000 manatı isə ayıraraq Bəxtiyar üçün saxlamışdır. xx xxxx 2018-ci il tarixdə səhər saatlarında işə getdiyi vaxt selofan torbaya qoyduğu 30000 manat pulu da götürüb avtomobilin bardaçokuna qoymuş, həmin gün saat təxminən 15-16 radələrində iş yerində dayandığı vaxt Bəxtiyarın idarənin qarşısında dayandığını görmüşdür. Onunla görüşmüş, avtomobilin bardaçokundan 30000 manat pulu götürüb Bəxtiyara vermişdir. Bəxtiyar pulu əynində olan gödəkçəyə qoyaraq çıxıb getmiş və ona and verərək bu məsələnin aralarında qalmasını tapşırmışdır. Bəxtiyarın yəqin ki, qızla və yaxud polislərlə problemi olduğunu fikirləşib çox üstünə getməmişdir. xx xxxx 2019-cu il tarixdə səhər saat 07:30-da qardaşı Hətəm ona zəng edərək Bəxtiyarın Şamaxı rayonunda Baratın evində özünü asdığını demiş və birlikdə Hətəmlə çıxıb hadisə yerinə getmişlər. Bəxtiyar intihar etdikdən sonra ona and verdiyi üçün ondan pul almasını atası Həsənə, digər qardaşlarına deməmiş, Həsənin başqa cür fikirləşəcəyini, Bəxtiyarın ölümündən istifadə edib ondan 30000 pul istədiyini ağlına gətirə biləcəyini düşünərək gizli saxlamış, dilinə gətirməmişdir. Yalnız hadisədən bir neçə ay sonra kənddə yaşayan qardaşı Hətəmə bu barədə danışmış və evdə pula ehtiyac olduğu üçün, yəni oğlunun təhsil haqqını ödəmək vaxtı çatdıqda oğlu İlyasa bu barədə danışmışdır. Sonradan ona məlum olmuşdur ki, Elnarə Mosu ilə əlbir olub Bəxtiyarı şantaj etmişlər və Bəxtiyar ondan aldığı pulu aparıb Mosuya vermişdir. Şahid32 ifadəsinə görə, o, sonuncu dəfə qardaşı oğlu Bəxtiyarı xx xxxx 2018-ci il tarixdə yaşadığı kəndə vaxt görmüşdür. Həmin vaxt Bəxtiyarın həmişəki kimi deyib-gülmədiyini, əhvalının yaxşı olmadığını, danışarkən fikrinin başqa yerdə olduğunu hiss etmişdir. Bundan başqa, mütəmadi olaraq həftədə bir-iki dəfə Bəxtiyarla mobil telefon vasitəsilə danışmış, bir-birləri ilə hal-əhval tutmuşlar. Sonradan bilmişdir ki, Elnarə adlı qadın Bəxtiyar və ya onun ailəsi barədə özündə olan hansısa rüsvayedici məlumatların olduğunu Bəxtiyara demiş, həmin məlumatları yayacağı ilə Bəxtiyarı şantaj etmiş və sonda Bəxtiyarı özünü öldürmə həddinə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid31, Şahid30, həmçinin məhkəmədə ifadəsi tədqiq olunmuş Şahid29 ifadələrində Şahid32 ifadəsində onlarla bağlı göstərdiyi xüsusatları təsdiq etmişlər (cild 13, iş vərəqi 112-116). Cinayət işinə əlavə edilmiş Şamaxı rayon İcra hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 42 №-li məktubunda Göylər kənd sakini Şahid31 Təvəkkül oğlunun 1996-cı ildən fermer təsərrüfatı (heyvandarlıq) ilə məşğul olduğu, xx.xx.2019-cu il tarixə onun təsərrüfatında 8 baş iribuynuzlu, 384 baş xırdabuynuzlu heyvanların olduğu göstərilmişdir (cild 19, iş vərəqi 136-138). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid39 ifadəsində göstərdi ki, qızı Təqsirləndirilən şəxs2 heç vaxt ailə həyatı qurmamış, son vaxtlar isə Bakı şəhərində fərdi qaydada ticarətlə məşğul olmuş, həmçinin ürək nahiyəsindən cərrahiyyə əməliyyatı olunduğu üçün İİ qrup əlil kimi təqaüd almışdır. Zərərçəkmiş şəxs2 və onun ailə üzvlərini tanımamış, onların haqqında heç bir məlumatı olmamışdır. 2018-ci ilin iyun ayının təxminən 15-də Şamaxı şəhəri, 20 Qanlı yanvar küçəsində yerləşən fərdi yaşayış evində qızı Vüsalə Əzizova ilə birlikdə olduqları zaman Şamaxı rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları yaşadıqları evə gələrək məhkəmə qərarı təqdim edib, evdə axtarış aparacaqlarını bildirmişlər. Bundan sonra evdə axtarış aparılmış, axtarış zamanı əsasən disk, kaset, görüntü axtarıldığını hiss etmiş, maraqlandıqda Zərərçəkmiş şəxs2 adlı şəxsin intihar etdiyini, həmin şəxsin qızı Elnarə ilə tanış olduqlarını, ölüm işində qızından şübhə olduğuna görə evdə axtarış aparmalı olduqlarını demişlər. Axtarış aparılsa da, evdə heç bir onlara lazım olan əşya və predmet tapılmamış, bundan sonra onun bu hadisə haqqında məlumatı olmuş, həmin vaxta kimi Elnarə onlara evdə bu barədə heç bir söz deməmiş, heç bir məlumatları olmamışdır. Evdə axtarış aparıldıqdan sonra Elnarə ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb nə məsələ olduğunu soruşduqda, Elnarə ona «mama, bir nəfər tanımışam, adı Bəxtiyardı, gəlib mənə təklif edir ki, səninlə ailə qurmaq istəyirəm, məndə dedim ki, sən ailəlisən, yoxsa subaysan?, ondan sonra mənə dedi ki, subayam, mən öyrəndim ki, ailəlidir, mən o adamla danışmadım, atdım telefonunu bloka, mən başqa heç nə bilmirəm» demişdir. Elnarənin ona deməsinə görə Bəxtiyar intihar etməmişdən əvvəl Bəxtiyarın əmisi Barat Elnarəyə zəng edərək onu hədələmiş, Bəxtiyarla evləndə, niyə ailə qurmursan, təklif edir evləndə» demiş, Elnarə isə cavabında Bəxtiyarla evlənmək istəmədiyini demiş və ona deməsinə görə ondan sonra Bəxtiyarla telefonla danışmamışdır. 2018-ci ilin təxminən may-iyun ayında istifadəsində olan Nokia markalı sadə telefonu əlindən düşüb qırıldığı üçün Elnarə Şamaxı şəhərinə evlərinə gəldiyi vaxt ona 200 manat pul verərək bir ədəd mobil telefon almasını bildirmiş, Elnarə təxminən 3-4 gündən sonra yenidən Şamaxı şəhərinə evlərinə gəldiyi vaxt ona bir ədəd «Samsung» markalı smartfon tipli mobil telefon gətirmişdir. Elnarəyə yaşlı adam olduğunu, bu tip telefonları işlədə bilmədiyini demiş, Elnarə həmin telefonu 200 manata aldığını, işlənmiş olduğunu, bir müddət sonra istifadə qaydalarını öyrənəcəyini demişdir. Həmin mobil telefona özünə məxsus ***-***-**-** sim kartını qoşub istifadə etmişdir. Təxminən 2 ay müddətində həmin telefonu istifadə etdikdən sonra mobil telefonuna Bakı şəhəri, Nəsimi rayonu 19-cu polis bölməsindən zəng daxil olaraq telefonun oğurluq olduğunu bildirmişlər, polis əməkdaşına qızının pul müqabilində həmin telefonu ona aldığını demiş, telefonu geri qaytarmağı tələb etdikləri üçün Bakı şəhərinə gedərək Elnarə ilə birlikdə PB-nə gedərək Elnarə içəri daxil olmuş və telefonu verib çölə çıxmış, ona içəri girməyinə icazə verməmişdir. Elnarəyə həmin telefonu haradan almasını, nə üçün oğurluq telefon ona verməsini bildirdikdə, həmin telefonu onunla sevgili olan intihar etmiş Bəxtiyar adlı şəxsdən 200 manat pul müqabilində aldığını, Bəxtiyarın telefon mağazası olduğu üçün oradan aldığını demişdir. Elnarənin evində aparılan axtarış zamanı dubinka aşkar olunub götürüldüyünü eşitdikdən sonra Elnarədən həmin dubinkanı haradan əldə etməsini, nə üçün saxlamasını soruşduqda ona bildirmişdir ki, «mama 3-4 ay qabaq zibillikdən tapmışam, evə qoymuşam». Həmin dəyənəyi Elnarə tapdığı vəziyyətdə, yəni palçıqlı formada gətirib evə qoymuş, heç vaxt Şamaxıya gətirməsini görməmiş, maşınında saxlamamışdır. Onun, ailə üzvlərinin, qohumlarının heç birinin Elnarə ilə Bəxtiyarın münasibətlərindən məlumatları olmamış, Elnarə heç kimi öldürməmiş, heç bir ailə üzvü ilə, qohumu ilə əlbir olmamışdır. Onlar Bəxtiyar adlı şəxsin olmasını, Elnarə ilə münasibətləri olmasını, 2018-ci ilin iyun ayının ortalarında evlərində axtarış aparıldıqdan sonra eşitmişlər. Təqsirləndirilən şəxs1 və onun ailə üzvlərini əvvəllər tanımamış, heç bir münasibəti olmamış, bu hadisələrdən sonra adını eşitmişdir. Bir dəfə qızı Vüsaləni küçədə söydüyü üçün qızını çağırıb istintaqda ifadəsini almışlar. Həmçinin bir dəfə Elnarə ona demişdir ki, Dünyamalı onu hədələyir ki, «sən mənim dostumu öldürmüsən, mən də səni öldürəcəyəm». Məhkəmə iclasında Şahid40 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahid40 göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə səhər saat 9 radələrində Şamaxı şəhərində yaşayan dostu Samir Cəbrayılov ona zəng edib «xəbərin var, Həci Bəxtiyar ölüb, yatıb ayılmayıb, sən rayona çıx, mən də Bakıdayam, xəstəxanada yoldaşıma yemək verib gələcəm» demişdir. Bundan sonra Bəxtiyarın hansı səbəbə öldüyünü öyrənmək üçün Dünyamalıya zəng etmiş, bir neçə zəngindən sonra cavab verdikdə, Dünyamalı Bəxtiyarın ölməsindən məlumatsız olduğunu demişdir. Bəxtiyarın dəfn mərasimindən sonra isə yas mərasimində iştirak etmişdir. Orada danışılanlardan eşidib bilmişdir ki, Bəxtiyar Elnarə adlı qadınla yaşamış və Elnarə onu bezdirdiyi üçün özünü asıb öldürmüşdür. Sonradan Bəxtiyarın atası Həsən ona danışmışdır ki, Dünyamalı Baratın evində Bəxtiyarla görüşmüş, orada aralarında nə söhbət olubsa, Bəxtiyar bir gün sonra özünü asıb öldürmüşdür. Həsən ondan Dünyamalı ilə görüşüb ondan Bəxtiyarla aralarında nə danışıq olduğunu öyrənməsini xahiş etdiyi üçün Dünyamalı ilə Şamaxı şəhərində görüşmüş, ondan Bəxtiyarla görüşəndə nə danışdığını soruşmuşdur. Dünyamalı Elnarəni söyüb demişdir ki, «Bəxtiyarın axırına bu fahişə çıxdı. Getdim Bəxtiyarla görüşdüm, evdə Bəxtiyarın qohumu olan uşaq var idi. Oturdum apelsin soydum, Bəxtiyarla yedik. X58 danışmağa başladı, ona dedim ki, o, fahişədən uzaq dur. Bəxtiyar da dedi ki, onsuz da Elnarənin başını buraxacam getsin». Dünyamalı Bəxtiyarla aralarında bu məzmunda danışıq olduğunu demiş və başqa heç nə deməmişdir. Dünyamalının danışdıqlarını olduğu kimi Həsənə danışmış, Bəxtiyarın nə səbəbə özünü asıb öldürdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs1 «Zema» ləqəbli Zenfira Kulievanın cinsiyyət orqanını öpməsi barədə heç kimdən eşitməmiş, bu barədə onda hər hansı bir səs yazısı olmamışdır. Zərərçəkmiş şəxs2 hər hansı bir qadınla, o cümlədən Təqsirləndirilən şəxs2 ilə intim əlaqədə olmasına dair səs yazısı eşitməmiş, fotoşəkil və videogörüntü görməmişdir. Zərərçəkmiş şəxs2 Eka ləqəbli Təqsirləndirilən şəxs2 boğması barədə eşitməmişdir. Bəxtiyarla sonuncu dəfə ölümündən təxminən 2 və ya 3 ay əvvəl görüşmüşdür. Bundan bir neçə ay əvvəl isə Bəxtiyar ona zəng vurub hal-əhvalını soruşaraq demişdir ki, «Yaxın dostum Həci Səbuhi avtomobil qəzasına düşüb, Semaşko xəstəxanasında yatır, gedirəm ona baş çəkməyə». Bəxtiyara demişdir ki, «evdə darıxıram gəl məni götür birlikdə gedək». Bəxtiyar demişdir ki, «Sizin məhəllənin yaxınlığındayam, düş aşağı gedək». Bəxtiyarla görüşüb «Semaşko» adlanan xəstəxanaya getmiş, lakin Hacı Səbuhi ilə görüşməyə icazə verilməmiş, sonra Bəxtiyar onu yaşadığı məhəlləyə düşürüb çıxıb getmişdir. Bəxtiyarın deməsindən bilmişdir ki, Hacı Səbuhi hörmətli oğlandır və onun dostudur. Hacı Səbuhinin nə işlə məşğul olduğunu isə bilməmişdir (cild 7, iş vərəqi 47-54). Məhkəmə iclasında Şahid23 ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid23 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əmisi Barata görə tanımışdır. Təqsirləndirilən şəxs2 isə təxminən 20 ildir ki, tanımış, ləqəbi «Eka»dır. Bəxtiyarın Elnarə ilə münasibət və əlaqəsinin olması barədə Bəxtiyarın ölümündən sonra onun qohumlarının danışıqlarından eşidib bilmişdir. xx xxxx 2018-ci il tarixdə səhər saatlarında Şamaxı şəhərində yaşayan dostu Hacı Amirlə telefonla danışarkən ona Baratın qardaşı oğlu Bəxtiyarın özünü asıb öldürdüyünü bildirmişdir. Bəxtiyarın dəfn və yas mərasimində iştirak etmiş, yas mərasimində olan insanların danışıqlarından eşidib bilmişdir ki, Bəxtiyar gecə saatlarında intihar etməmişdən əvvəl Elnarə ilə telefonla danışmış, Bəxtiyarın ailə üzvləri onun ölümündə Elnarənin günahkar olduğunu demişlər. Bəxtiyarın yas mərasiminin 3-cü günündən bir neçə gün sonra Barat ondan xahiş etmişdir ki, onu Elnarə ilə Bakı şəhərində görüşdürsün. Elnarə ilə dost olduğu üçün Baratla onun iştirakı ilə görüşməsini xahiş etmiş, Elnarə onun təklifini qəbul edərək Bakı şəhərində 9-cu mikrorayon ərazisində yerləşən «Lalə» adlı kafedə görüşmüşlər. Söhbət zamanı Elnarə Bəxtiyarın ölümündə heç bir günahının olmadığını Barata bildirmiş, bundan başqa Elnarə danışmışdır ki, Mosu ləqəbli Dünyamalı xx xxxx 2018-ci il tarixdə axşam Baratın evində Bəxtiyarla görüşmüş, həyətdə aralarında mübahisə baş vermiş, Bəxtiyar Mosunu bıçaqla öldürmək istəmiş, Mosu isə Bəxtiyara qardaşlar kursdu söhbətə, gəlməsindən qardaşların xəbəri olduğunu demişdir. Elnarə bu barədə Bəxtiyarın telefonla danışan zaman ona dediyini bildirmişdir. Bundan başqa Elnarə Bəxtiyarla aralarında nə söhbət olubsa, hamısını Barata olduğu kimi danışmış və and içərək Bəxtiyarın ölümündə heç bir günahının olmadığını bildirmişdir. Elnarəyə həmin vaxt sual vermişdir ki, «sən Bəxtiyara özünü öldürməsini demisən, ona hədə-qorxu gəlmisən, yoxsa yox», Elnarə and içib demişdir ki, Bəxtiyara özünü öldürməsini deməmiş və ona hədə-qorxu gəlməmişdir. Bəxtiyar və Mosu ləqəbli Təqsirləndirilən şəxs1la onun heç vaxt münasibəti və əlaqəsi olmamış, Mosu ləqəbli Dünyamalının «Qardaşlar» deyə bildirdiyi şəxslərin kimlər olmasını bilməmişdir (cild 6, iş vərəqi 165-170). Cinayət işinə əlavə edilmiş protokollardan görünür ki, ibtidai istintaq zamanı hadisə yerinə və Zərərçəkmiş şəxs2 meyitinə baxış keçirilmiş, hadisə yerində və meyitin bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir (cild 1, iş vərəqi 31-35). İş materiallarında olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən «VİP» marketin təhlükəsizlik kameralarına baxış keçirilmiş, bu zaman Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci il tarixdə saat 20:00-da qeyd olunan marketə gələrək bir ədəd kəndir aldığı və saat 20:04-də marketi tərk edərək evləri istiqamətində getdiyi müəyyən olunmuşdur (cild 2, iş vərəqi 104-110). Cinayət işində olan baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, «Şamaxı» restoranında 16 nəfərin bir masa arxasında əyləşməsi üçün otaq mövcuddur (cild 8, iş vərəqi 99-119). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 7774 saylı rəyindən görünür ki, tədqiq olunan bir ədəd “İphone7” markalı“A1660” modelli, “**********75276”İMEİ kodlu, “+**********35” saylı nömrəni və mailto:batya1909@gmail.comElektron ünvan 1 adlı “Apple İD” hesabı istifadə edən mobil smartfon və “İphone7” markalı“A1660” modelli smatfonun yaddaşında müəyyən olunmuş SMS-mesajlar, simsiz şəbəkələr, internet səhifələrin əlfəcinləri, zənglər jurnalı, baxılmış internet səhifələrinin siyahısı, jurnal qeydləri, təqvimdə qeydlər, kontaktlar, məkan koordinatları, şifrələr, axtarış sorğularının məzmunları, qeydlər, quraşdırılmış proqramlar, bluetooth cihazlar, istifadəçilərin qeydiyyat məlumatları, cookie tipli fayllar, yazışmalar (imessage: +**********35, whatsapp), fayllar (audio, verilən bazaları, videogörüntülər, fototəsvirlər, sazlanma faylları, mətn) tipli məlumatlar (mövcud olan və bərpası mümkün olan fayllar) emal edildikdən sonra cədvəl formasında hesabata daxil olundu və rəqəmsal dəlillərin saxlanması üçün istifadə olunan üzərində “7774” saylı rəy üzrə məlumatlar” yazıları olan “DVD” tipli məlumat daşıyıclarına köçürülməklə 7774 saylı ekspert rəyinə əlavə olundu. Tədqiq olunan bir ədəd gövdəsi qara rəngli plastik-metal materialdan tərtib olunmuş “İphone5” markalı “A1428” modelli, “**********51366” İMEİ kodlu, “+**********09” saylı nömrəni və mailto:dsahbazov@bk.ruElektron ünvan 2 adlı “Apple İD” hesabı istifadə edən mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Təqdim olunmuş “İphone5” markalı “A1428” modelli smatfonun yaddaşında müəyyən olunmuş MMS-mesajlar, SMS-mesajlar, simsiz şəbəkələr siyahısı, internet səhifələrin əlfəcinləri, zənglər jurnalı, baxılmış internet səhifələrinin siyahısı, jurnalda qeydləri, təqvimdə qeydlər, kontaktlar, məkan koordinatları, şifrələr, axtarış sorğuları, cihaz bildirişləri, quraşdırılmış proqramlar, istifadəçilərin qeydiyyat məlumatları, cookie tipli fayllar, yazışmalar (imessage: +**********09, iphonerecentslog, whatsapp), fayllar (audio, verilən bazaları, videogörüntülər, fototəsvirlər, sazlanma faylları, mətn) tipli məlumatlar (mövcud olan və bərpası mümkün olan fayllar) emal edildikdən sonra cədvəl formasında hesabata daxil olundu və rəqəmsal dəlillərin saxlanması üçün istifadə olunan üzərində “7774” saylı rəy üzrə məlumatlar” yazıları olan “DVD” tipli məlumat daşıyıclarına köçürülməklə 7774 saylı ekspert rəyinə əlavə olundu (cild 1, iş vərəqi 220- 227). Cinayət işində olan xx xxxx 2018-ci il tarixli baxış protokolundan görünür ki, məhkəmə-kompütertexniki ekspertizasının xx xxxxx 2018-ci il tarixli 7774 nömrəli rəyinə əlavə edilmiş 2 ədəd diskə baxış keçirilmiş, baxış zamanı diskdə olan “Sabina Aliyeva” adlı qovluqda 7 ədəd fotoşəkil olduğu, həmin fotoşəkillərdən birində “Sabinə Aliyeva” adlı şəxs tərəfindən “Sen ki bele etdin onda bax gor men neynirem arvadivin arzularin yerne yetrim sende bax” deyə mesaj göndərildiyi müəyyən olunmuşdur (cild 2, iş vərəqi 10-12). İş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli protokoldan görünür ki, məhkəmə kompüter-texniki ekspertizasının xx xxxxx 2018-ci il tarixli 7774 nömrəli rəyinə əlavə edilmiş 1 ədəd diskə baxış keçirilmişdir. Diskdə Təqsirləndirilən şəxs1 məxsus “İphone5” markalı mobil telefona aid məlumatlar əks etdirilmişdir. Səsli mesajlara baxış keçirilərkən qadın tərəfindən yarı rus, yarı Azərbaycan dillərində icra olunan “Belə zəmanə gəlib ki, hamı gücü verib dilinə də, dil pəhləvanıdır də, dilnən dvijeniya eləyir başa düşürsən, belə də dilnən dvijeniya eləyir, belə də, başa düşdün, pasteldə də dilnən və belə danışıqda da həmçinin gücünü verib dilə də, dilnən bəlkə nəyisə əldə elədim. Mən belə şeylərə önəm vermirəm də başa düşürsən, öz ağlım mənə bəs eləyir, öz ürəyim necə istəyir elə də hərəkət eləyirəm” məzmunda danışıq olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 ovunun Təqsirləndirilən şəxs1 deyil, başqası olduğunu, Təqsirləndirilən şəxs1 onu birinə (Zərərçəkmiş şəxs2) ötürdüyünü, Zərərçəkmiş şəxs2 onunla münasibət qurmağı üçün şərait yaratdığını, Zərərçəkmiş şəxs2 ürəyinin onun əlində olduğunu, Dünyamali Şahbazov və tanışlarının narkotik istifadəçisi olduğunu bildirib bu məzmunda bir çox mesajları Təqsirləndirilən şəxs1 göndərmişdir. Bundan başqa mobil smartfonun “İmage” qovluğunda 7591 ədəd fayl vardır. Həmin faylların hər biri ayrı-ayrılıqda açılaraq baxış keçirildikdə Təqsirləndirilən şəxs1 müxtəlif məkanlarda tək, Zərərçəkmiş şəxs2 və digər şəxslərlə birlikdə çəkdirdiyi fotoşəkillər, Təqsirləndirilən şəxs2 və onun bacısı Vüsalə Əzizovanın fotoşəkilləri, çılpaq və yarıçılpaq vəziyyətdə qadın fotoşəkilləri və iş üzrə əhəmiyyət kəsb etməyən digər fotoşəkillər müəyyən olundu (cild 3, iş vərəqi 1-225). Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 7774 saylı ekspert rəyinə əlavə olunmuş elektron məlumat daşıyıcısına əlavə baxış keçirilərkən «Sabina Aliyeva» adlı qovluqda 7 ədəd fotoşəkil olduğu müəyyən olunmuşdur. Qeyd olunan fotoşəkillər Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında «Whatsapp» proqramı vasitəsilə aparılmış yazışmaları özündə əks etdirir. Həmin yazışmalar zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 arvadı Şahid17 fotoşəkilini göndərməklə altında «Birazda çənəsi uzansın» məzmunlu mesaj yazdığı, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 daha sonra «sənki belə etdin onda bax gör mən neynirəm arvadıvın arzuların yerinə yetirim səndə bax», «yəni mənim sözlərim sənə vız gəlir?», «Heyyyyy», «Az qalıb onsuz» məzmunlu, hədə xarakterli mesajlar yazdığı müəyyən olunmuşdur (cild 2, iş vərəqi 10-12). İş materiallarında olan mobil operatorlardan daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında xx xxxx 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2017-ci il tarixdə saat 20:10-da zəng olunaraq 25 saniyə, xx.xx.2018-ci il tarixdə saat 13:29-da zəng olunaraq 69 saniyə, saat 14:24-də zəng olunaraq 15 saniyə, saat 15:40-da zəng olunaraq 7 saniyə, xx.xx.2018-ci il tarixdə saat 23:44də zəng olunaraq 152 saniyə, xx.xx.2018-ci il tarixdə saat 01:15-də zəng olunaraq 46 saniyə, saat 20:45-də zəng olunaraq 55 saniyə, xx.xx.2018-ci il tarixdə saat 00:04-də zəng olunaraq 24 saniyə, saat 00:08-də zəng olunaraq 51 saniyə, saat 14:29-da zəng olunaraq 29 saniyə, saat 15:28-də zəng olunaraq 212 saniyə, xx.xx.2018-ci il tarixdə saat 20:39-da zəng olunaraq 14 və 34 saniyə, saat 20:50-də zəng olunaraq 65 saniyə, xx.xx.2018-ci il tarixdə saat 21:05-də zəng olunaraq 46 saniyə, saat 21:06-da zəng olunaraq 72 saniyə, xx.xx.2018-ci il tarixdə saat 17:17-də zəng olunaraq 263 saniyə, xx.xx.2018-ci il tarixdəsaat 17:03-də zəng olunaraq 61 saniyə, saat 19:05-də zəng olunaraq 151 saniyə, xx.xx.2018-ci il tarixdə saat 17:35-də zəng olunaraq 17 saniyə, saat 18:48-də zəng olunaraq 42 saniyə, xx.xx.2018-ci il tarixdə saat 17:09-da zəng olunaraq 239 saniyə, xx.xx.2018-ci il tarixdə saat 02:17-də zəng olunaraq 7 saniyə, saat 02:32-də zəng olunaraq 8saniyə, saat 17:28-də zəng olunaraq 55 saniyə, saat 17:29-da zəng olunaraq 9 saniyə, xx.xx.2018-ci il tarixdə saat 14:41-də zəng olunaraq 88 saniyə, xx.xx.2018-ci il tarixdə saat 16:14-də zəng olunaraq 60 saniyə, saat 18:32-də zəng olunaraq 30 saniyə, xx.xx.2018-ci il tarixdə saat 16:08-də zəng olunaraq 80 saniyə, saat 17:19-da zəng olunaraq 96 saniyə, xx.xx.2018-ci il tarixdə saat 14:16-da zəng olunaraq 41 saniyə, xx.xx.2018-ci il tarixdə saat 20:19-da zəng olunaraq 361 saniyə danışıq aparılmışdır. Eləcə də, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2017-ci il tarixdə saat 19:29-da zəng olunaraq 9 saniyə, saat 19:32-də zəng olunaraq 14 saniyə, xx.xx.2018-ci il tarixdə saat 19:14-də zəng olunaraq 9 saniyə, xx.xx.2018-ci il tarixdə saat 22:32-də zəng olunaraq 111 saniyə, xx.xx.2018-ci il tarixdəsaat 19:59-da zəng olunaraq 44 saniyə, xx.xx.2018-ci il tarixdə saat 15:23-də zəng olunaraq 19 saniyə, xx.xx.2018-ci il tarixdə saat 18:58-də zəng olunaraq 32 saniyə, saat 19:55-də zəng olunaraq 32 saniyə, xx.xx.2018-ci il tarixdə saat 16:13-də zəng olunaraq 44 saniyə, saat 16:24-də zəng olunaraq 23 saniyə, saat 16:28-də zəng olunaraq 24 saniyə, xx.xx.2018-ci il tarixdə saat 22:21-də zəng olunaraq 16 saniyə danışıq aparılmış, həmçinin onların müxtəlif vaxtlarda Bakı şəhərində, Qobustan və Şamaxı rayonları ərazisində görüşdükləri, bir yerdə olduqları müəyyən olunmuşdur( cild 3, iş vərəqi 228-275). Cinayət işinə əlavə olunmuş xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, baxış Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrənin 20-xx xxxx 2018-ci il tarixlərdə hərəkət trayektoriyasını və qeyd olunan tarixlərdə danışıqlar apardığı şəxslərin dairəsinin müəyyən olunması məqsədilə keçirilmişdir. Protokola əsasən, həmin mobil nömrənin qoşulduğu cihaz xx.xx.2018-cil tarixdə saat 01.54-dən, xx.xx.2018ci il tarixdə saat 06.49-dək Bakı şəhəri və Abşeron rayonu ərazisində, həmin gün saat 07.24-dən saat 13.32dək Şamaxı, Qobustan, Ağsu və Kürdəmir rayonları ərazisində, saat 13.32-dən saat 16.13-dək Şamaxı şəhəri ərazisində, saat 16.13-dən saat 17.18-dək Şamaxı şəhərindən Bakı şəhərinə gedən avtomagistralın üzərində olan yaşayış məntəqələrində, saat 17.18-dən xx.xx.2018-ci il tarix saat 08.44-dək Bakı şəhəri ərazisində, saat 08.44-dən 10.08-dək Bakı şəhərindən Şamaxı şəhərinə gedən avtomagistralın üzərində yerləşən yaşayış məntəqələrində, saat 10.08-dən xx.xx.2018-ci il tarix saat 02.06-dək Şamaxı şəhəri, Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Kürdəmir rayonları ərazisində, Zərərçəkmiş şəxs2 öldüyü tarix olan xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə keçən gecə isə Şamaxı şəhəri ərazisində olmuşdur. Həmin mobil nömrə ilə aparılmış danışıqların siyahısından görünür ki, Təqsirləndirilən şəxs2 məxsus (055)200-13- 14 mobil nömrə ilə xx.xx.2018-ci il tarixdə saat 21.11-dən saat 21.12-dək 32 saniyəlik, saat 21.51-dən 22.30dək 2280 saniyəlik, saat 23.52-dən xx.xx.2018-ci il tarix saat 00.27-dək 2101 saniyəlik, saat 00.44-dən 00.48-dək 225 saniyəlik, saat 01.17-dən 01.50-dək 2026 saniyəlik, saat 01.51-dən saat 01.56-dək 289 saniyəlik, xx.xx.2018-ci il tarixdən 02.06-dək 501 saniyəlik danışıqlar baş tutmuş, həmçinin Təqsirləndirilən şəxs2 məxsus (055)200-13-14 mobil nömrədən saat 01.56, 01.57, 01.58, 02.07-də edilmiş zənglərin cavabsız qaldığı müəyyənləşdirilmişdir. Qeyd olunan vaxtdan sonra Zərərçəkmiş şəxs2 məxsus nömrəyə yalnız bir neçə dəfə müxtəlif şəxslər tərəfindən zəng edilmiş, həmin zənglərin hər biri cavabsız qalmışdır (cild 3, iş vərəqi 228-275). Cinayət işində olan xx xxxx 2018-ci il tarixli protokoldan görünür ki, baxış Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrənin 20-xx xxxx 2018-ci il tarixlərdə hərəkət trayektoriyasını və qeyd olunan tarixlərdə danışıqlar apardığı şəxslərin dairəsinin müəyyən olunması məqsədilə keçirilmişdir. Protokola əsasən, həmin mobil nömrənin qoşulduğu cihaz xx.xx.2018-ci il tarixdə saat 00.04-dən 00.12-dək Qobustan rayonu ərazisində, saat 00.37-dən xx.xx.2018-ci il tarixdə saat 13.36-dək Bakı şəhəri ərazisində, saat 13.43-dən 15.05-dək Bakı şəhərindən Şamaxı şəhərinə doğru istiqamətdə, saat 15.05-dən xx.xx.2018ci il tarixdə saat 20.07-dək Şamaxı şəhəri ərazisində, saat 20.07-dən 21.46-dək Şamaxı şəhərindən Bakı şəhərinə doğru istiqamətdə, 21.46-dan xx.xx.2019-ci i tarixdə saat 21.05-dək Bakı şəhəri ərazisində, saat 21.05-dən xx.xx.2018-ci il tarixdə saat 22.27-dək Bakı şəhərindən Şamaxı şəhərinə doğru istiqamətdə, saat 22.27-dən xx.xx.2018-ci il tarixdə saat 20.23-dək Şamaxı şəhəri ərazisində, saat 20.23-dən 21.02-dək Şamaxı şəhərindən Bakı şəhərinə doğru istiqamətdə saat 21.02-dən xx.xx.2018-ci il tarixdə saat 22.34-dək Bakı şəhəri ərazisində olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrənin qoşulduğu cihazın hərəkət trayektoriyası ***-***-**-** mobil nömrənin qoşulduğu mobil cihazın hərəkət trayektoriyası ilə xırda müxtəlifliklər nəzərə alınmaqla üstü-üstə düşür. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2018-ci il tarixdə saat 08.34-dən xx.xx.2018-ci il tarixdə saat 02.11-dək qarşılıqlıq çox saylı, uzun müddət davam edən zəngləşmələr olmuşdur (cild 4, iş vərəqi 3-62). İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2017-ci ilin may, iyun, iyul, avqust və sentyabr aylarında, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 2017-ci ilin noyabr, Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** mobil nömrə ilə 2017-ci ilin avqust, sentyabr, noyabr və dekabr ayları, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 2017-ci ilin sentyabr, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 2017-ci ilin sentyabr və noyabr aylarında danışıqlar aparılması, Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrənin istifadəçisi Şamaxı şəhəri, N.Rəfibəyli küçəsi, ev 10-da yaşayan Zərərçəkmiş şəxs1 ilə qarqılıqlı mesajlaşması, mesajların məzmumuna əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 1000 manat məbləğində pul alaraq geri qaytarmaması müəyyən edilmişdir (cild 7, iş vərəqi 164-229). Cinayət işinə əlavə edilmiş xx xxxx 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə təqsirləndirilən şəxs X18 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2018-ci il tarixdə saat 15:52 dəqiqədə 27 saniyə, saat 18:48 dəqiqədə 85 saniyə, saat 19:42 dəqiqədə 31 saniyə, saat 19:50 dəqiqədə 15 saniyə, xx.xx.2018ci il tarixdə saat 11:48 dəqiqədə cavabsız zəng, saat 12:06 dəqiqədə 51 saniyə, saat 12:08 dəqiqədə iki cavabsız zəng, saat 12:09 dəqiqədə 82 saniyə danışıqların olduğu müəyyən olunmuşdur (cild 3, iş vərəqi 228-275). xx xxxx 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2018-ci il tarixdə saat 08:34 dəqiqədə bir dəfə, saat 09:50 dəqiqədə beş dəfə, saat 09:59 dəqiqədə bir dəfə zəng vursa da, zənglərin cavabsız qaldığı, saat 10:00 dəqiqədə 201 saniyə, saat 10:04 dəqiqədə 6 saniyə, saat 10:04 dəqiqədə 1195 saniyə, saat 10:25 dəqiqədə 1289 saniyə, 10:47 dəqiqədə 685 saniyə danışdıqları, saat 11:01 dəqiqədə Təqsirləndirilən şəxs2 zənginin cavabsız qaldığı, saat 11:01 dəqiqədə 10 saniyə danışdıqları, saat 12:49, 12:52 dəqiqədə Zərərçəkmiş şəxs2 üç zənginin cavabsız qaldığı, saat 12:55 dəqiqədə 131 saniyə, saat 13:04 dəqiqədə 2100 saniyə danışdıqları, saat 16:40 dəqiqədə Zərərçəkmiş şəxs2 zənginin cavabsız qaldığı, saat 17:16 dəqiqədə 802 saniyə, saat 20:39 dəqiqədə 514 saniyə, saat 21:39 dəqiqədə 792 saniyə, saat 22:01 dəqiqədə 849 saniyə, xx.xx.2018-ci il tarixdə saat 10:38 dəqiqədə 193 saniyə danışdıqları, xx.xx.2018-ci il tarixdə saat 10:42, 10:43 dəqiqədə Təqsirləndirilən şəxs2 iki zənginin cavabsız qaldığı, saat 10:44 dəqiqədə 352 saniyə danışdıqları, saat 10:50 dəqiqədə Təqsirləndirilən şəxs2 bir zənginin cavabsız qaldığı, saat 10:50 dəqiqədə 45 saniyə, saat 10:53 dəqiqədə 84 saniyə, saat 10:55 dəqiqədə 283 saniyə danışdıqları, saat 11:00 dəqiqədə Təqsirləndirilən şəxs2 bir zənginin cavabsız qaldığı, saat 11:01 dəqiqədə 15 saniyə, saat 11:01 dəqiqədə 112 saniyə, saat 11:04 dəqiqədə 1996 saniyə, saat 11:45 dəqiqədə 2102 saniyə, saat 12:38 dəqiqədə 2100 saniyə, saat 14:35 dəqiqədə 57 saniyə, saat 14:37 dəqiqədə 244 saniyə, saat 14:45 dəqiqədə 2029 saniyə, saat 15:23 dəqiqədə 2100 saniyə, saat 16:33 dəqiqədə 2100 saniyə, saat 18:31 dəqiqədə 895 saniyə, saat 20:35 dəqiqədə 304 saniyə, saat 21:11 dəqiqədə 32 saniyə, saat 21:51 dəqiqədə 2280 saniyə, saat 23:52 dəqiqədə 2101 saniyə, xx.xx.2018-ci il tarixdə saat 00:44 dəqiqədə 225 saniyə, saat 01:17 dəqiqədə 2026 saniyə, saat 01:51 dəqiqədə 289 saniyə danışdıqları, saat 01:56, 01:57, 01:58 dəqiqələrdə Təqsirləndirilən şəxs2 üç zənginin cavabsız qaldığı, saat 01:58 dəqiqədə 501 saniyə danışdıqları və saat 02:07 dəqiqədə Təqsirləndirilən şəxs2 bir zənginin cavabsız qaldığı müəyyən olunmuşdur (cild 3, iş vərəqi 228-275). Məhkəmə-tibb ekspertizasının 06 nömrəli xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 boyun nahiyyəsində çəp, açıq, bir qat stranqulyasiya şırımı müəyyən olunmuşdur. Həmin zədə boyun nahiyyəsinin ip şəkilli materialla sıxılması nəticəsində törənmişdir. Həmin xəsarətdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Həmin xəsarət ekspertizaya təqdim olunmşu iplə asılma nəticəsində əmələ gələ bilər. Zərərçəkmiş şəxs2 ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmətibbi müayinəsindən 8-12 saat əvvələ uyğundur (cild 1, iş vərəqi 162-164). Cinayət işinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli 06/01Ə №-li əlavə məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki: - Mərhum Zərərçəkmiş şəxs2 boynunda birqat, çəp, açıq, tipik stranqulyasiya şırımı aşkar edilmişdir ki, həmin şırımın yerləşmə nahiyəsi, istiqaməti, tam qapanmaması, açıq olması əsas verir ki, xəsarətlər bədənin ağırlığı ilə asılma nəticəsində baş vermişdir. Həmin xəsarətlər dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. - Mərhum Zərərçəkmiş şəxs2 meyitinin müayinəsində gözlərin konyuksivasında olan qansızmalar boyun nahiyəsində olan xəsarətlərin həyati olmasını sübut edir. - Mərhum Zərərçəkmiş şəxs2 meyitindən qan nümunəsi götürülüb, müvafiq labaratoriyaya təqdim edilmədiyindən və iş materiallarında bu barədə müvafiq cavablar olmadığından mərhumun ölümündən əvvəl spirtli içki, eləcə də narkotik maddələr qəbul edib-etməməsi haqqında fikir söyləmək mümkün deyil. - Mərhum Zərərçəkmiş şəxs2 bədənində, boynunda stranqulyasiya şırımından başqa digər hərhansı sıyrığ, qançır, yara xəsarətlərinin olmaması əsas verir ki, digər zorakı xəsarətlər olmamışdır. - Mərhum Zərərçəkmiş şəxs2 xx.xx.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu “sağ sirkə kasanın arxa kənarının yerdəyişməyən sınığı və döş qəfəsinin əzilməsi” xəsarətlərinin onun ölümü ilə heç bir səbəbli əlaqəsi olmamışdır. Bunu göstərilən xəsarətlərin 3-4 həftəyə sağalmaları, səhhətində ciddi dəyişikliklərin olmaması bir daha təsdiq edir. - Mərhum Zərərçəkmiş şəxs2 xx.xx.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu “sağ sirkə kasanın arxa kənarının yerdəyişməyən sınığı və döş qəfəsinin əzilməsi” xəsarətləri yetrilən anda və sonradan güclü, dözülməz dərəcədə ağrılara səbəb olmamışdır (cild 14, iş vərəqi 203-208). Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 13597 saylı rəyində Zərərçəkmiş şəxs2 ölümündən əvvəlki dövrdə fərdi-psixi xüsusiyyətlərində psixogen-depressiv reaksiya əlamətlərinin müşahidə olunmadığı, Zərərçəkmiş şəxs2 ölümündən əvvəlki dövrdə emosional gərginlik halında olduğu göstərilmişdir (cild 1, iş vərəqi 203-209). Kompleks məhkəmə-psixiatrik və məhkəmə psixioloji ekspertizasının xx.xx.2018-ci il tarixli 2157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 ona ittiham edilən əməli törədərkən psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik (stress,qorxu, həyəcan, psixi-emosional gərginlik, nevrotik hal və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini idarə etmək qabilyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 baş vermiş hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 emosionallıq, tənqidə və təhqirə qarşı həssaslıq, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gərginlik əlamətləri aşkar olunmadı. O, intellektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 etdiyi hərəkətlər haqqında düzgün məlumat verə bilər (cild 17, iş vərəqi 107-109). Kompleks məhkəmə-psixiatrik və məhkəmə psixioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2073 nömrəli rəyindən görünür ki: - Məhkəmə-psixiatrik ekspertizası üzrə - Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair pisixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. - Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs2 intelektual-amnestik imkanları normaya uyğundur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. İnadkarlıq, eqosentizm, nümayişkarənəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İstintaq materiallarına əsasən belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs2 Əvəz qızı ona ittiham edilən əməlləri törətdiyi vaxt hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 19, iş vərəqi 196-198). Cinayət işinə əlavə edilmiş Şamaxı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Şahid42 və Şahid43 həmin hökmə əsasən Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında xx.xx.2018-ci il tarixdə törətdikləri xuliqanlıq cinayətinə görə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, aylıq qazanclarının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 1 il 8 ay müddətinə islah işləri cəzasına məhkum edilmişlər və barələrində olan hökm qanuni qüvvəyə minmişdir (cild 11, iş vərəqi 158-163). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmlərin və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə islah işləri cəzasına, Şamaxı rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.3 və 307.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı əsasında cəzasının çəkilməmiş hissəsini 8 saylı X62 müəssisəsində çəkmiş, Qobustan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 2 ay 29 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir (cild 17, iş vərəqi 201-203). Cinayət işinə əlavə edilmiş «xxxx» MMC-nin xx.xx.2018-ci il tarixli TT/049 №-li məktubunda Zərərçəkmiş şəxs2 xx.xx.2014-cü il tarixdən həmin şirkətdə çalışdığı göstərilmişdir (cild 5, iş vərəqi 107). Cinayət işinə əlavə edilmiş «İdarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindən» çıxarılmış məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 2005-ci ildən 2015-ci ilə kimi Əzizova soyadı ilə mütəmadi olaraq Rusiya Federasiyasının Moskva şəhərinə, X7 şəhərinə və X13 Dubay şəhərinə gedibgəlmiş, xx.xx.2015-ci il tarixdə X7 şəhərindən deportasiya olunduqdan sonra soyadını dəyişib «Əzizzadə» etməklə yenidən həmin şəhərlərə səfərlərini davam etdirmişdir (cild 2, iş vərəqi 31-34). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 vəsatət verərək, ibtidai istintaq orqanının hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə olan bir sıra şahid ifadələrinin və sənədlərin sübut qismində ittiham aktına əlavə etmədiyini bildirdi, «Elan olunmalı sənədlərin siyahısı» başlığı altında onların məhkəmədə elan və tədqiq olunmasını xahiş etdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti təmin olunmuş və cinayət işinin cild 1, iş vərəqi 48-50-də olan şahid X19 ifadəsi, cild 1, iş vərəqi 170-173-də olan Şahid4 ifadəsi, cild 2, iş vərəqi 196-198-də olan Şahid10 ifadəsi, cild 1, iş vərəqi 195-199-da olan Şahid42 ifadəsi, cild 2, iş vərəqi 79-81-də olan xx.xx.2018-ci il tarixli 2158 №-li ekspert rəyi, cild 4, iş vərəqi 227-244-də olan Zərərçəkmiş şəxs2 055 ******* mobil nömrəsinə daxil olan, çıxan zənglər və anten məlumatları barədə çıxarış, cild 5, iş vərəqi 15-23-də olan Təqsirləndirilən şəxs2 055 ******* mobil telefonuna edilən zənglər barədə məlumatlar, cild 5, iş vərəqi 44-60-da olan Təqsirləndirilən şəxs2 070 ******* mobil nömrəsi ilə danışıqlara dair məlumatlar, cild 5, iş vərəqi 198-199-da olan Zərərçəkmiş şəxs2 055 ******* mobil nömrəsinə daxil olmuş zənglər barədə çıxarış, cild 5, iş vərəqi 245-246-da olan Təqsirləndirilən şəxs1 055 ******* nömrəsindən Təqsirləndirilən şəxs2 070 ******* mobil nömrəsinə göndərilmiş mesajlar, cild 7, iş vərəqi 13-də olan çıxarış, cild 8, iş vərəqi 158-də olan Təqsirləndirilən şəxs1 050 9945252 nömrəsi ilə Zərərçəkmiş şəxs1 050 ******* mobil nömrəsi arasında telefon danışıqlarına və göndərilmiş mesajlara dair çıxarış, cild 10, iş vərəqi 79-84-də olan Zərərçəkmiş şəxs1 ilə Şahlar Mürsəlov arasında olan üzləşdirmə protokolu tədqiq olunmuşdur. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd etməyi lazım bilir ki, yuxarıda sadalanan ifadələrin və digər sənədlərin məhkəmə iclasında tədqiqi zamanı müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs1 təqsirsizliyini təsdiq edən hər hansı sübutun mövcudluğu müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.3.2, 221.2.1 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində Zərərçəkmiş şəxs1 hədə-qoxu ilə 1000 manat məbləğində pul tələb etməməsi və almaması, həmin pulu ondan borc kimi götürməsi, xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində olmaması, Solmaz Nubariyə xəsarət yetirməməsi, xuliqanlıq hərəkətləri etməməsi, Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə 60000 manat məbləğində pul tələb etməməsi, Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə 100000 manat pul tələb etməməsi və 30000 manat pul almaması barədə özünün gətirdiyi dəlillərə qiymət verən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi hazırkı hökmün təsviri hissəsində sadalanan çoxsaylı sübutlarla təkzib edildiyinə görə cinayət məsuliyyətindən və cəzadan yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi dəyərləndirilməlidir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəmə iclasında dindirilməsindən sonra istintaq zamanı və məhkəmədəki ifadələrindən imtina edərək 1000 manat pulu Təqsirləndirilən şəxs1 borc kimi verməsi barədə ərizəsini və məhkəmədəki çıxışını, eləcə də həmin epizod üzrə zərərçəkmiş şəxsin qardaşı Şahid1 və atası Şahid3 məhkəmədə verdikləri ifadələrini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X28 qarşı törədilmiş cinayət epizodları üzrə adları çəkilən zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrini onların ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, həmçinin iş üzrə çoxsaylı digər sübutlarla müqayisəli şəkildə təhlil edib qiymətləndirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, adları çəkilən şəxslər onlara qarşı olan kənar təsirlər nəticəsində Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmədə öz ifadələrindən imtina etmişlər. Bu səbəbdən məhkəmə yuxarıda adları çəkilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən ifadələr kimi qəbul edir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 125,182.3.2, 228.4 və 296.2-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadələrində Zərərçəkmiş şəxs2u özünü öldürmə həddinə çatdırmaması, ondan hədə-qorxu ilə 100000 manat məbləğində pul tələb etməməsi, 30000 manat məbləğində pul almaması, soyuq silah hesab olunan dəyənəyi gəzdirməməsi, biləbilə ağır cinayət haqqında yalan məlumat verməməsi barədə gətirdiyi dəlilləri qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə tutduğu bu mövqe də onun cinayət məsuliyyətindən və cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi dəyərləndirilməlidir. Bununla bağlı məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən ifadələr kimi qəbul edir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.3 və 15.4-cü maddələrinin tələblərinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər ağır cinayətlər sayılır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən isə, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.3.2, 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 125, 182.3.2, 228.4, 243.1 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.3.2, 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 125, 182.3.2, 243.1 və 296.2-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Təqsirləndirilən şəxs2 böyük ictimai təhlükə törətməyən əməl hesab olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə verilmiş ittihamla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinin tələbinə görə, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halların aşkar edildiyini bildirərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxs barəsində həmin maddə üzrə cinayət təqibindən imtina etdiyini bildirdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.8-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlərdən biri də şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, təqsirləndərilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar, həmçinin sonuncunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə islah işləri cəzasına, Şamaxı rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.3 və 307.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı əsasında cəzasının çəkilməmiş hissəsini 8 saylı X62 müəssisəsində çəkmiş, Qobustan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın 2 (iki) ay 29 (iyirmi doqquz) günündən vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət hesab edilən həmin cinayət əməlləri üzrə məhkum olunduqdan və cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra yenidən qəsdən cinayətlər törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələbinə görə, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Qobustan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv olunmalı, Təqsirləndirilən şəxs1 Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Şamaxı rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü üzrə təyin olunmuş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 29 (iyirmi doqquz) günü Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2018-ci il tarixdə ********* №-li cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2018-ci il tarixdə isə ona Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə ittiham elan edilərək göstərilən tarixdə Şamaxı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan hal-hazıra qədər Təqsirləndirilən şəxs1 həbsdə saxlanılır. Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 125, 177.2.3, 182.2.2, 228.4 və 243.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin tarixdə Şamaxı rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs2 Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini dəfələrlə kobud surətdə pozduğundan xx.xx.2019-cu il tarixdə tutulmuş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmin vaxtdan halhazıra qədər Təqsirləndirilən şəxs2 həbsdə saxlanılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai həbs müddətləri onların cəzaçəkmə müddətlərinə daxil edilməli, onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların başlanğıcı faktiki olaraq tutulduqları gündən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan iş üzrə maddi sübutlar – hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs2 özünü asaraq intihar etdiyi 1 ədəd göy rəngli ip, meyitə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd boz rəngli poliver, 1 ədəd ağ rəngli qolsuz mayka, 1 ədəd tünd rəngli cins şalvar, 1 ədəd boz rəngli gecə şalvarı, 1 ədəd trusik, 1 cüt qara rəngli corab, 1 ədəd tünd göy rəngli qolsuz jiletka, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilərkən götürülmüş 1 ədəd dəyənək (kabura ilə birlikdə) məhv edilməli, digər maddi sübutlar - Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2018-ci il tarixli 7774 №-li ekspert rəyinə əlavə olunmuş Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus mobil telefonların yaddaşında olan məlumatları özündə əks etdirən 1 ədəd disk (İ cild, səh. 226), Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci il tarixdə Şamaxı şəhəri ərazisində yerləşən “VİP” marketdən ip alması görüntülərinin qeyd olunduğu 1 ədəd disk (İ cild, üz qabığına tikilmişdir), X2 olaraq istintaqa təqdim etdiyi şahid X5 yazısının qeyd olunduğu 1 ədəd disk (V cild, səh. 209), Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 23800 №-li ekspert rəyinə əlavə olunmuş Şahid33 məxsus “Xiaomi” markalı “Redmi 4x” model mobil telefonun yaddaşında olan məlumatları özündə əks etdirən 1 ədəd disk (Vİİ cild, səh. 88), Şahid27 könüllü olaraq istintaqa təqdim etdiyi təqsirləndirilən şəxs X3 mesajlarının qeyd olunduğu 1 ədəd disk (XXİ cild, səh 4) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 692,97 (altı yüz doxsan iki manat) 97 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 692,97 (altı yüz doxsan iki manat) 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 346 (üç yüz qırx altı) manat 49 qəpik tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalı, iş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2, 221.2.1 və 221.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 12 (on iki) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Qobustan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Şamaxı rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü üzrə təyin olunmuş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 29 (iyirmi doqquz) günü qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 182.3.2, 243.1 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 5 (beş) il müddətə, 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətə, 243.1-ci maddəsi ilə 2 (iki) il müddətə, 296.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilsin. Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs2 özünü asaraq intihar etdiyi 1 ədəd göy rəngli ip, meyitə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd boz rəngli poliver, 1 ədəd ağ rəngli qolsuz mayka, 1 ədəd tünd rəngli cins şalvar, 1 ədəd boz rəngli gecə şalvarı, 1 ədəd trusik, 1 cüt qara rəngli corab, 1 ədəd tünd göy rəngli qolsuz jiletka, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilərkən götürülmüş 1 ədəd dəyənək (kabura ilə birlikdə) məhv edilsin. - digər maddi sübutlar - Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2018-ci il tarixli 7774 №-li ekspert rəyinə əlavə olunmuş Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus mobil telefonların yaddaşında olan məlumatları özündə əks etdirən 1 ədəd disk (İ cild, səh. 226), Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci il tarixdə Şamaxı şəhəri ərazisində yerləşən “VİP” marketdən ip alması görüntülərinin qeyd olunduğu 1 ədəd disk (İ cild, üz qabığına tikilmişdir), X2 olaraq istintaqa təqdim etdiyi şahid X5 yazısının qeyd olunduğu 1 ədəd disk (V cild, səh. 209), Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 23800 №-li ekspert rəyinə əlavə olunmuş Şahid33 məxsus “Xiaomi” markalı “Redmi 4x” model mobil telefonun yaddaşında olan məlumatları özündə əks etdirən 1 ədəd disk (Vİİ cild, səh. 88), Şahid27 könüllü olaraq istintaqa təqdim etdiyi təqsirləndirilən şəxs X3 mesajlarının qeyd olunduğu 1 ədəd disk (XXİ cild, səh 4) cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 692,97 (altı yüz doxsan iki manat) 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 346 (üç yüz qırx altı) manat 49 qəpik tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar