Məhkəmə qərarları › İş №1(101)-960/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-960/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-960/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və X4 ibarət tərkibdə, məhkəmənin iclas katibi, X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı İlham oğlunun, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 20/37, mənzil 18-də pasport qeydiyatında olan və ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə, xx xxxx 1994-cü ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində pasport qeydiyyatında olan və ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla müəyyən edilməyən Rza adlı İran İslam Respublikasının sakini və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar təkrar keçirərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə təkrar qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci ilin oktyabr ayının sonlarında şəxsiyyəti istintaqla müəyyən edilməyən İİR sakini Rza adlı şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və İİR-dan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsi, qanunsuz daşınması və saxlanılmasına dair qabaqcadan razılıq əldə etmişlər. Daha sonra razılaşmaya əsasən Rza adlı şəxs satış məqsədilə qanunsuz əldə edib saxladığı külli miqdarda narkotik vasitə, yəni quru halda təmiz çəkisi 23,66 qramdan az olmayan heroin və külli miqdarda psixotrop maddə, yəni təmiz çəkisi 3,15 qramdan az olmayan metamfetaminin 2020-ci ilin oktyabr ayının sonlarında şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar istintaqa məlum olmayan şəraitdə keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz daşınaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən əldə edilməsi üçün Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Sədərək” və “Meyvəli” ticarət mərkəzlərinin yaxınlığında avtomobil yolunun kənarında gizlədilməklə qanunsuz saxlanmasını təşkil etmişdir. Bundan sonra 29 oktyabr 2020-ci il tarixdə saat 13- 14 radələrində Təqsirləndirilən şəxs1 tamah məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq istifadəsində olan motosikletlə Təqsirləndirilən şəxs2 ilə birgə “Sədərək” və “Meyvəli” ticarət mərkəzlərinin yaxınlığına gedib, yol kənarında gizlədilən qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə, yəni quru halda təmiz çəkisi 23,66 qramdan az olmayan heroin və külli miqdarda psixotrop maddə, yəni təmiz çəkisi 3,15 qramdan az olmayan metamfetamini götürərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etmiş, istifadəsində olan motosikletdə qanunsuz daşımaqla kirayə yaşadıqları ünvan 2 ünvanına gətirib orada qanunsuz saxlamış və 2-3 gün ərzində Rza adlı şəxsin göstərişləri əsasında Təqsirləndirilən şəxs2 ilə birgə onların bir hissəsini alıcıların əldə etməsi üçün Bakı şəhərində müxtəlif gizli saxlanc yerlərinə yerləşdirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci ilin noyabr ayının əvvəllərində şəxsiyyəti istintaqla müəyyən edilməyən İİR sakini Rza adlı şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin satış məqsədilə təkrar qanunsuz olaraq əldə edilməsi və İİR-dan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsi, qanunsuz daşınması və saxlanılmasına dair qabaqcadan razılıq əldə etmişlər. Daha sonra razılaşmaya əsasən, Rza adlı şəxs satış məqsədilə qanunsuz əldə edib saxladığı külli miqdarda narkotik vasitə, yəni quru halda təmiz çəkisi 301,64 qramdan az olmayan heroin və külli miqdarda psixotrop maddə, yəni təmiz çəkisi 97,10 qramdan az olmayan metamfetaminin 2020-ci ilin noyabr ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar istintaqa məlum olmayan şəraitdə təkrar keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar qanunsuz daşınaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən əldə edilməsi üçün Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində “Bağırov” körpüsü deyilən yerin yaxınlığında yerləşən dəmiryol xəttinin kənarında gizlədilməklə qanunsuz saxlanmasını təşkil etmişdir. Bundan sonra 03 noyabr 2020-ci il tarixdə saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 tamah məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq istifadəsində olan motosikletlə Təqsirləndirilən şəxs2 ilə birgə Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində “Bağırov” körpüsü deyilən yerin yaxınlığına gedib, dəmir yolu xəttinin kənarında gizlədilən təkrar qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə, yəni quru halda təmiz çəkisi 301,64 qramdan az olmayan heroin və külli miqdarda psixotrop maddə, yəni təmiz çəkisi 97,10 qramdan az olmayan metamfetamini götürərək Təqsirləndirilən şəxs2 bel çantasında gizlədib, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə təkrar qanunsuz olaraq əldə etmiş, saxlamış istifadəsində olan motosikletdə qanunsuz daşımaqla kirayə yaşadıqları ünvan 2 ünvanına gətirərkən yaşayış evinin qarşısında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin gün qeyd edilən ünvana keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evdən külli miqdarda narkotik vasitə hesab edilən quru halda təmiz çəkisi 23,66 qram olan heroin və külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 3,15 qram olan metamfetamin, bel çantasından isə külli miqdarda narkotik vasitə hesab edilən quru halda təmiz çəkisi 301,64 qram olan heroin və külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 97,10 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla müəyyən edilməyən Rza adlı İran İslam Respublikasının sakini və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar təkrar keçirərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə təkrar qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2020-ci ilin oktyabr ayının sonlarında şəxsiyyəti istintaqla müəyyən edilməyən İİR sakini Rza adlı şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və İİR-dan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsi, qanunsuz daşınması və saxlanılmasına dair qabaqcadan razılıq əldə etmişlər. Daha sonra razılaşmaya əsasən, Rza adlı şəxs satış məqsədilə qanunsuz əldə edib saxladığı külli miqdarda narkotik vasitə, yəni quru halda təmiz çəkisi 23,66 qramdan az olmayan heroin və külli miqdarda psixotrop maddə, yəni təmiz çəkisi 3,15 qramdan az olmayan metamfetaminin 2020-ci ilin oktyabr ayının sonlarında şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar istintaqa məlum olmayan şəraitdə keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz daşınaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən əldə edilməsi üçün Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Sədərək” və “Meyvəli” ticarət mərkəzlərinin yaxınlığında avtomobil yolunun kənarında gizlədilməklə qanunsuz saxlanmasını təşkil etmişdir. Bundan sonra 29 oktyabr 2020-ci il tarixdə saat 13- 14 radələrində Təqsirləndirilən şəxs2 tamah məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olan motosikletlə sonuncu ilə birgə “Sədərək” və “Meyvəli” ticarət mərkəzlərinin yaxınlığına gedib, yol kənarında gizlədilən qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə, yəni quru halda təmiz çəkisi 23,66 qramdan az olmayan heroin və külli miqdarda psixotrop maddə, yəni təmiz çəkisi 3,15 qramdan az olmayan metamfetamini götürərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin motosikletdə qanunsuz daşımaqla kirayə yaşadıqları ünvan 2 ünvanına gətirib orada qanunsuz saxlamış və 2-3 gün ərzində Rza adlı şəxsin göstərişləri əsasında Təqsirləndirilən şəxs1 ilə birgə onların bir hissəsini alıcıların əldə etməsi üçün Bakı şəhərində müxtəlif gizli saxlanc yerlərinə yerləşdirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2020-ci ilin noyabr ayının əvvəllərində şəxsiyyəti istintaqla müəyyən edilməyən İİR sakini Rza adlı şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin satış məqsədilə təkrar qanunsuz olaraq əldə edilməsi və İİR-dan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsi, qanunsuz daşınması və saxlanılmasına dair qabaqcadan razılıq əldə etmişlər. Daha sonra razılaşmaya əsasən, Rza adlı şəxs satış məqsədilə qanunsuz əldə edib saxladığı külli miqdarda narkotik vasitə, yəni quru halda təmiz çəkisi 301,64 qramdan az olmayan heroin və külli miqdarda psixotrop maddə, yəni təmiz çəkisi 97,10 qramdan az olmayan metamfetaminin 2020-ci ilin noyabr ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar istintaqa məlum olmayan şəraitdə təkrar keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar qanunsuz daşınaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən əldə edilməsi üçün Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində “Bağırov” körpüsü deyilən yerin yaxınlığında yerləşən dəmiryol xəttinin kənarında gizlədilməklə qanunsuz saxlanmasını təşkil etmişdir. Bundan sonra 03 noyabr 2020-ci il tarixdə saat 20-21 radələrində Təqsirləndirilən şəxs2 tamah məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olan motosikletlə sonuncu ilə birgə Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində “Bağırov” körpüsü deyilən yerin yaxınlığına gedib, dəmir yolu xəttinin kənarında gizlədilən təkrar qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə, yəni quru halda təmiz çəkisi 301,64 qramdan az olmayan heroin və külli miqdarda psixotrop maddə, yəni təmiz çəkisi 97,10 qramdan az olmayan metamfetamini götürərək bel çantasında gizlədib, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə təkrar qanunsuz olaraq əldə etmiş, saxlamış həmin motosikletdə qanunsuz daşımaqla kirayə yaşadıqları ünvan 2 ünvanına gətirərkən yaşayış evinin qarşısında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin gün qeyd edilən ünvana keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları evdən külli miqdarda narkotik vasitə hesab edilən quru halda təmiz çəkisi 23,66 qram olan heroin və külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 3,15 qram olan metamfetamin, bel çantasından isə külli miqdarda narkotik vasitə hesab edilən quru halda təmiz çəkisi 301,64 qram olan heroin və külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 97,10 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası Əlövsət Nurulla 2018-ci ildə infaktdan rəhmətə getmişdir. Böyük qardaşı Murad Nurulla subaydır, anası Yeganə Nurullayeva ilə birgə yaşayır. Anası Sumqayıt şəhərində gözəllik salonlarından birində işləyir. O, Sumqayıt şəhərində 10 saylı məktəbi bitirmişdir, orta təhsillidir, hərbi xidmətdə olmuşdur. 2013-cü ildə hərbi xidmətdən təxris olunduqdan sonra Sumqayıt şəhərində dönər kuryerliyi ilə məşğul olmuşdur. 2017-ci ilin əvvəllərindən Bakı şəhərinə gələrək müxtəlif yerlərdə rəssam kimi işləmişdir. Təxminən 1 ilə yaxındır ki, Bakı şəhərində Yasamal rayonu, 2-ci Alatava 8A ünvanında kirayə yaşayır, iş olduqda yenə rəssam kimi fəaliyyət göstərir. Təxminən 3-ilə yaxındır ki, Təqsirləndirilən şəxs2 ilə tanışlıq münasibətləri yaranmışdır, qeyri-rəsmi olaraq onunla birlikdə yaşayır. Sevinc də Bakıda qadın salonlarından birində işləyir. O, təxminən 5-6 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Bu narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə əlaqadar İran İslam Respublikasının sakini Rza adlı şəxslə tanış olmuş, həmin şəxslə heç vaxt görüşməmiş, telefonla “whatsapp” proqramı vasitəsilə əlaqə saxlayıb danışmışdır. Rza İrandan Azərbaycana qaçaq yollarla narkotik vasitələr və psixotrop maddələr göndərir. Sonuncu ilə bununla bağlı münasibətləri yaranmışdır. O, heroin və metamfetamin istifadəçisi olduğundan bir neçə dəfə Rzadan şəxsi istifadəsi üçün narkotik və psixotrop maddə alıb istifadə etmişdir. Yəni Rza tanımadığı adamları vasitəsilə Bakı şəhərində müxtəlif yerlərə onun istifadəsi üçün heroin və metamfetamin qoydurmuş, o, həmin maddələri götürüb istifadə etmişdir. Götürdüyü narkotikin pulunu isə “Milli-Ön” vasitəsilə Rzanın göndərdiyi müxtəlif kartlara köçürmüşdür. Rzanın narkotik göndərdiyi adamları heç vaxt görməmişdir. Rza ona sadəcə Bakıda narkotiki qoyduğu yeri demiş, o, da gedib götürüb istifadə etmişdir. Heroin və metamfetamin istifadə etməyə başlayandan bir müddət sonra ər-arvad münasibətində uzun illərdir ki, birlikdə yaşadığı Sevinc onun narkotik və psixotrop maddə istifadəçisi olduğunu bilmişdir. Bundan sonra aralarında mübahisələr yaranmağa başlamış, o, bu maddələrin istifadəçisi olduğundan fiziki və psixoloji olaraq səhhətində çox ciddi problemlər olmuşdur. Narkotik vasitələrin təsirindən özünü idarə edə bilməmiş, bu əsnada Sevinclə aralarında yaranan mübahisələr zamanı sonuncunu təhqir etmiş, qorxutmuş, atıb gedəcəyi və ailəsinə narkotik istifadə etməsi barədə məlumat verəcəyi ilə hədələmiş, psixoloji olaraq təzyiqlər göstərmişdir. Sevincin atası və qardaşı olmadığından sonuncu onu özünə arxa-dayaq bilmiş, o, olmayacağı təqdirdə yaşaya bilməyəcəyini düşünmüşdür. Buna görə də o, Sevinci iradəsi zəif olduğundan və ondan qorxduğundan daima özündən asılı vəziyyətdə saxlaya bilmiş, istədiyini ona elətdirmişdir. Bir müddət sonra o, Rzadan heroin və metamfetamin almağa pul tapa bilməmişdir. Çünki karantin olduğundan nə Sevinc, nədəki o, işləyə bilməmişlər. Sevinc aradabir iş olduqda kosmetoloq kimi evlərə gedib işləmiş, o, isə qazandığı pullarını sonuncudan alıb şəxsi istehlakı üçün heroin və metamfetamin əldə etmişdir. Buna görə də aralarında dəfələrlə mübahisələr yaranmışdır. Sevinc bir neçə dəfə evi tərk edib getmiş, ancaq ona olan sevgi münasibətlərindən və ona yazığı gəldiyindən yenə evə qayıtmış, onu bu vəziyyətdə atıb gedə bilməmişdir. Heroin və metamfetaminin şəxsi istehlakı ilə bağlı Rza ilə aralarında münasibətlər bir müddət sonra daha da yaxşılaşmışdır. O, Rzaya öz istifadəsi üçün artıq narkotik almağa pulu olmadığını deyəndə Rza ona Bakıdakı işlərini görməyi təklif etmişdir. O, işin nədən ibarət olduğu ilə maraqlandıqda Rza adamları vasitəsilə İrandan Azərbaycana qaçaq yolla keçirdiyi narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində müxtəlif yerlərə qoyduracağını, onun isə həmin narkotiki götürüb hissələrə ayıraraq Bakı şəhərində alıcıların əldə etməsi üçün deyəcəyi yerlərə qoymalı olduğunu bildirmiş, bu işin müqabilində Rza hər qram narkotikə görə ona 1 manat verəcəyini qeyd etmiş, həmçinin həmin maddələrdən onun şəxsi istifadəsi üçün də verəcəyini demişdir. O, aludəçi olduğundan və əlacsız qaldığından Rzanın təklifi ilə razılaşmışdır. 2020-ci ilin sentyabr-oktyabr aylarında bir neçə dəfə Rzanın narkotiklə bağlı Bakıdakı kuryerlik işlərini görmüşdür. Rza buna görə onun kartına pul köçürmüş və istifadə üçün narkotik vermişdir. Bu işləri gördüyü müddətdə o, bir neçə dəfə Sevincin telefonu ilə Rza ilə danışmışdır. Buna görə də Sevinc artıq onun Rzanın Bakıdakı işlərini gördüyünü bilmişdir. Sevinc hər dəfə buna görə onunla dalaşmış, ona bu yoldan çəkinməyi, tutulacağını demişdir. Ancaq o, istifadəçi olduğundan və bundan əl çəkə bilmədiyindən Rzanın dediyi hər işi görmüşdür. Bəzi hallarda o, bu maddələrin təsirindən fiziki olaraq çox pis vəziyyətə düşmüş, buna görə də bir neçə dəfə məcbur olaraq Sevinci də işləri görməsi üçün özü ilə aparmışdır. Sevinc də məcburi olaraq onunla birgə Rzanın dediyi yerlərə gedərək narkotik və psixotrop maddələri götürmüş və onlar birlikdə evə gəlmişlər. O, Sevincə həmin maddələri tərəzidə çəkərək hissələrə bölməsini tapşırmışdır. Daha sonra Rzanın sifarişləri əsasında ya o, fiziki və psixoloji halı pis olanda onun göstərişilə Sevinc bağlamaları aparıb müxtəlif ünvanlarda gizlətmişdir. O, narkotiki evdə çəkib bölmək üçün özünə elektron tərəzi də almışdır. Rza da ona əlavə olaraq başqa tərəzi göndərmişdir. 2020-ci ilin sentyabr-oktyabr aylarında o və Sevinc bir neçə dəfə bu işləri görmüşlər. Rza bütün bu işləri telefonla idarə etmiş və çalışmışdır ki, onlar Rzanın Bakıda iş gördüyü, narkotiki alan heç kimi görüb tanımasınlar. Rza ilə olan münasibətləri zamanı o və Sevinc Rzanın heç bir adamını görməmiş, tanımamışlar. Belə gizli formada işləməkdə məqsəd tutulmamaq olmuşdur. Təxminən 2020-ci ilin oktyabr ayının sonlarında Rza öz adamları vasitəsilə İrandan Azərbaycana keçirdəcəyi narkotik vasitə və psixotrop maddələri Bakıya gətizdirəcəyini deyərək ona həmin bağlamaları deyəcəyi yerdən götürüb, evə gətirib hissələrə ayırmağı tapşırmışdır. Lakin Rza nə qədər narkotik və psixotrop maddə olacağı barədə dəqiq nəsə deməmişdir. O, da razılaşmışdır. Bundan sonra Sevincə bu barədə məlumat vermişdir. Sevinc əvvəlcə yenə onunla mübahisə edərək bununla razılaşmamış, tutulacaqlarını, bu işin düz olmadığını bildirmişdir. Ancaq o, yenə narkotik maddələrin təsiri altında olduğundan özündən asılı olmadan Sevinci təhqir edib qorxutmuş və bu işi görməycəyi təqdirdə rüsvay edəcəyi ilə hədələmişdir. Yekunda Sevinc onun təzyiqlərilə bu işi görməyə razı olmuşdur. Sevinci bu işə qoşmağına səbəb özünün bunu tək edə bilməməyi olmuşdur. Çünki narkotik vasitələrin təsirindən onun fiziki vəziyyəti pis olmuşdur. Bundan bir neçə gün sonra 29 oktyabr 2020-ci il tarixində Rza əlaqə saxlayaraq narkotikin artıq Bakıda olduğunu demiş və Sədərək ticarət Mərkəzinin yaxınlığında Meyvəli deyilən yerə yaxın yerdən götürməyi tapşırmışdır. O və Sevinc birgə həmin yerə gedib heroin və metamfetamin bağlamasını taparaq götürmüş və hissələrə bölməklə aparıb Rzanın dediyi yerlərə qoymuşlar. Maddələrin bir hissəsi təxminən 30 qram heroin və 3-4 qram metamfetamin isə onlarda qalmışdır. Rza həmin maddələri saxlamağı və bir neçə günə onları hara qoymaq lazım olduğunu deyəcəyini qeyd etmişdir. Rza evdə qalan hissəni hara qoymağı hələ demədiyindən onlar evdə dolabın içində qalmışdır. 03.11.20-ci il tarixdə evə baxış keçirilən zaman həmin heroin və metamfetamin aşkar edilmişdir. Sonuncu dəfə Rza təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində onunla əlaqə saxlayaraq bir neçə gün ərzində İrandan yeni partiya təxminən 1 kq heroin və təxminən 200 qrama yaxın da metamfetamin göndərəcəyini, yəni öz adamları vasitəsilə qaçaq yolla sərhəddən keçirib Bakı şəhərinə çatdıracağını bildirmişdir. Rza sonuncu dəfə ona bu sözləri deyəndə Sevinc də yanında olmuş və bunları eşitmişdir. O, Rzaya göndərəcəyi narkotik və psixotrop maddələri deyəcəyi yerdən götürüb lazım olan yerə çatdıraqlarını demişdir. Rza bu işə görə ona narkotik və psixotrop maddənin hər qramına görə 1 manat verəcəyini bildirmişdir. Rza ilə danışdıqdan sonra bu barədə Sevincə də məlumat vermiş, aralarında yenə mübahisə yaransa da Sevinci məcbur da olsa razı sala bilmişdir. Çünki onun həmin vaxtı fiziki vəziyyəti yaxş olmadığından bu işi tək görə bilməzmiş. Bundan sonra 03.11.2020-ci il tarixdə Rza onlarla əlaqə saxlayaraq artıq narkotikin sərhəddən keçirilib Bakıya çatdırıldığını demiş və bağlamaları götürüb evə gətirməyi tapşırmış və daha sonra onları hara qoymaq lazım olduğunu deyəcəyini qeyd etmişdir. Rza mobil telefonda olan “Vatsapp” proqramına göndərdiyi şəkillər vasitəsilə onları istiqamətləndirmişdir. Heroin və metamfetamin bağlamaları Bakıda Heydər Əliyev prospektində Nərimanov metrosuna yaxın “Bağırov” körpüsündə dəmiryolunun yaxınlığına qoyulmuşdur. O və Sevinc birlikdə istifadəsində olan motosikletlə oraya getmiş, o, həmin yeri tapıb narkotik və psixotrop maddə bağlamasını gizlədildiyi yerdən götürüb Sevincin bel idman çantasına yerləşdirmişdir. Daha sonra kirayə yaşadıqları ünvan istiqamətində hərəkət etmişlər. Yasamalda evə çatanda özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər onları saxlamış və baxış keçirəcəklərini bildirmişlər. Daha sonra müvafiq məhkəmə qərarı əsasında videoçəkilişlə baxış keçirilmiş və Rzanın göndərdiyi təxminən 500 qram nəm heroin və 100 qram metamfetamin gizlətdiyi yerdən, yəni Sevincin bel idman çantasından aşkar edilərək götürülmüşdür. Bundan əlavə o və Sevincdən onlara məxsus mobil telefonlar da aşkar edilmişdir. Evdən həmçinin heroin və metamfetamini çəkmək üçün istifadə etdikləri elektron tərəzilər də aşkar edilmişdir. Bundan əlavə evdə yataq otağındakı dolabdan həmçinin Rzanın göndərdiyi əvvəlki partiyadan qalma təxminən 30 qram nəm halda heroin və 3-4 qram metamfetamin də aşkar edilmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş, doğruluğuna əmin olduqdan sonra həmin protokolu imzalamışdır. Baxış zamanı aşkar edilən bütün əşya və predmetlər onların iştirakı ilə müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Baxış zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, baxış tam obyektiv formada keçirilmişdir. Ümumilikdə İİR sakini Rzanı tanıdığı 2-3 ay ərzində Rza onlardan narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar kuryer kimi istifadə etmişdir. Bu proseslə əlaqədar istər onun, istərsə də Sevincin Rza ilə həm adi telefon zəngi, həm də telefona yazılmış “Whatsapp” mobil tətbiqi vasitəsilə çoxsaylı telefon danışıqları, səsli, foto və yazılı mesajlaşmaları baş tutmuşdur. Bu danışıq və yazışmalar zamanı onlar açıq şəkildə “narkotik vasitə, psixotrop maddə, heroin, metamfetamin” ifadələrindən istifadə etməmiş, tutulmaqdan qorxduqları üçün heroin əvəzinə, “torpaq, kakos”, metamfetamin əvəzinə “patı, şüşə” ifadələrindən istifadə etmişlər. Yazışmalar zamanı heroin əvəzinə “T”, metamfetamin əvəzinə isə “P” qısaltmasından istifadə edilmişdir. İstər 29.10.2020, istərsə də 03.11.2020-ci il tarixlərdə heroin və metamfetamin bağlamalarının Bakı şəhərində gizlədildiyi yerlərdən götürülməsi ilə bağlı Rza ilə çoxsaylı danışıq və mesajlaşmalar aparmışdır. Rzanın onlara Bakı şəhərində müxtəlif ünvanlardan götürməyi tapşırdığı heroin və metamfetamin bağlamalarını dəqiq olaraq hansı tarixdə, saatda, dövlət sərhədinin hansı istiqamətindən kimlər vasitəsilə keçirməsi barədə dəqiq məlumatı yoxdur. Rza bu barədə onlara dəqiq və ətraflı məlumat verməmişdir. Onlar da bu barədə maraqlanmamışlar. Etdiyi əməllərdən səmimi peşmançılıq çəkir, narkotik aludəçisi olduğundan o, bu işə qoşulmuşdur. Rza ondan istifadə etmişdir. O, da öz fiziki vəziyyəti pis olduğundan məcbur olub məcburiyyət altında birgə yaşadığı Sevinci bu işlərə qoşmuşdur. O, olmasaydı, bu işləri görməsəydi Sevinc bu işlərə qoşulmazmış. O, bir həyat yoldaşı kimi onun göstərişlərilə bu işə qoşulmuşdur. Sevinc narkotik və psixotrop maddə istifadəçisi deyil. Anası onkoloji xəstədir. Bacısı və anasının yeganı dolanışıq mənbəyi Sevinc olmuşdur. Sevinci də bu işlərə qoşduğu üçün etdiklərindən çox peşmandır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2017-ci ildə Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində yerləşən kosmetologi salonlarından birində Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Bir neçə ay birlikdə işlədikdən sonra həmin ünvanın yaxınlığında yerləşən digər salonda işləməyə başlamışlar. Bu iş münasibətləri zəminində onlar arasında sevgi münasibətləri yaranmışdır. Bundan sonra ər-arvad kimi birlikdə yaşamağa başlamışlar. Həmin dövrdən indiyə kimi Bakı şəhərində müxtəlif ünvanlarda kirayəşin kimi birlikdə yaşamışlar. Təxminən bir müddət sonra o, Cavidin əhvalında olan dəyişikliklərdən sonuncunun müxtəlif narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsindən şübhələnməyə başlamışdır. Cavidin psixi vəziyyətində həmin dövrdə çox ciddi problemlər yaranmış, əsəbi olmağa, normal danışıq qabiliyyətini itirməyə, evdə onunla mütəmadi olaraq lüzumsuz şeylərin üstündə mübahisə etməyə başlamışdır. O, bir dəfə Cavid normal olan vaxtı sonuncudan bunun səbəbini soruşduqda Cavid narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etdiyini etiraf etmişdir. O, dəfələrlə Cavidlə bu barədə söhbətlər aparmış və həmin maddələrdən istifadəyə son qoymasını xahiş etmişdir. Cavid isə hər dəfəsində onunla mübahisə edərək, bu işə qarışmamağını istəmiş, onu təhqir etmiş, istifadə etmədiyi halda xəstə anasına guya narkotik istifadəçisi olmağı barədə məlumat verəcəyini demiş və bununla da onu özündən asılı vəziyyətə salmışdır. O, Cavidin bu hərəkətlərindən bezmiş, normal həyatları alt-üst olmuşdur. Cavid hər gün ondan narkotik almaq üçün pul tapmağını istəmiş, karantin olduğundan normal olaraq işləyib pul qazana bilmədiyi üçün evdə hər gün dava-qırğın olmuşdur. O, bir neçə dəfə evi tərk edib getsə də, Cavidlə ər-arvad kimi yaşadıqlarından və sonuncuya qarşı sevgi münasibətləri olduğundan geri qayıtmışdır. Bu müddət ərzində o, bir neçə dəfə Cavidin heroin və metamfetamin əldə etmək üçün İran İslam Respublikasının sakini Rza adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayıb danışdığını görmüşdür. Sonuncudan həmin şəxsin kim olduğunu soruşduqda Cavid Rzanın İİR sakini olduğunu, narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olaraq İrandan Azərbaycana öz adamları vasitəsilə narkotik göndərdiyini, şəxsi istehlakı üçün də narkotikləri Rzadan aldığını demişdir. Cavid artıq narkotik aludəçisi olduğundan o, Cavidin Rzadan asılı vəziyyətə düşdüyünü görmüşdür. Cavid hər dəfə pulu olmayanda artıq Rzaya yalvarmağa başlamış və sonuncudan narkotik dilənmişdir. Rza Cavidi tamamilə özündən asılı vəziyyətə salmış və Cavid onun hər sözünü yerinə yetirməyə hazır olmuşdur. Bundan bir müddət sonra Cavid onun telefonu vasitəsilə Rza ilə danışarkən sonuncunun Cavidə iş təklif etdiyinə şahid olmuşdur. Cavid işin nədən ibarət olduğunu soruşduqda Rza adamları vasitəsilə İrandan Azərbaycana qaçaq yolla keçirilən narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində müxtəlif yerlərə qoyacağını, Cavidin isə həmin maddələri götürüb hissələrə ayıraraq alıcıların götürməsi üçün Bakı şəhərində deyəcəyi yerlərə qoymalı olduğunu bildirmiş, bu işin müqabilində Rza daşıdığı hər qram narkotikə görə Cavidə ümumilikdə 1 manat verəcəyini qeyd etmişdir. Söhbət zamanı Cavid Rzanın bu iş təklifini qəbul etmişdir. Çünki həmin vaxtı Rza bu işə görə verəcəyi puldan əlavə, Cavidə həmin heroin və metamfetamindən şəxsi istehlakı üçün istifadə etməyə icazə verəcəyini demişdir. Bu söhbətdən sonra onunla Cavid arasında yenidən mübahisə yaranmış, o, Cavidə bu işlərdən əl çəkməsini, bu işlərin qorxulu olduğunu, tutula biləcəklərini bildirmiş, Cavid isə yenə onu söyüb təhqir edərək guya narkotik istifadəçisi olmağı barədə anasına məlumat verəcəyini demiş və bu işdə ona kömək etməyəcəyi təqdirdə başına oyun açacağı və onu rüsvay edəcəyi ilə hədələmişdir. O, bir tərəfdən bu hərəkətlərinə görə Caviddən nifrət etsə də, digər tərəfdən sonuncuya qarşı olan sevgi hissələri onu Caviddən ayrılmağa imkan verməmişdir. Hər dəfə Cavid narkotik vasitə tapıb istehlak etməyəndə düşdüyü vəziyyəti görəndə çox pis olmuş, sonuncu yalan vədlərlə onu Rzanın təklif etdiyi işin son olduğunu, bu işi gördükdən sonra daha bu maddələrdən istifadə etməyəcəyinə, yenidən əvvəlki kimi xoşbəxt yaşacaqlarına inandırmışdır. Bundan sonra o, qorxu təzyiq altında Cavidə bu işdə kömək etməyə razılıq vermiş və niyyəti Cavidin yanında olaraq sonuncunu bu yoldan çəkindirmək olmuşdur. Təxminən 2020-ci ilin oktyabr ayının sonlarında Rza onun istifadəsində olan mobil telefon vasitəsilə Cavidlə əlaqə saxlayaraq bir neçə günə İrandan yeni partiya heroin və metamfetamin göndərəcəyini və bağlamları Bakıdan götürüb deyəcəyi yerə qoymaq lazım olduğunu demiş və həmin malın “Meyvəli” adlanan ərazinin yanında avtomobil yolunun qırağında gizlədildiyini ona Cavid sonradan demişdir. Belə ki, həmin malın Cavid tərəfindən “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Meyvəli” adlanan ərazinin yanından götürülməsini o, sonradan bilmiş, həmin ərazidə olmamış və malın götrülmsində iştirak etməmişdir. Təxminən noyabr ayının əvvəlində Rza yenidən onlarla əlaqə saxlayaraq bir neçə günə İrandan yeni partiya heroin və metamfetamin göndərəcəyini və onu Bakıdan götürüb deyəcəyi yerə qoymaq lazım olduğunu bildirmiş, onların təxminən 1 kq heroin və 100-200 qram metamfetamin olacağını qeyd etmişdir. Cavid Rzanın təklifi ilə razılaşmış, 03 noyabr 2020-ci il tarixdə Rza onlarla əlaqə saxlayaraq narkotik və psixotrop maddələrin əvvəlki gün gecə artıq sərhəddən keçirilərək Bakıya gətirildiyini və Keşlə qəsəbəsi istiqamətində Heydər Əliyev prospekti Bağırov körpüsü deyilən yerin yaxınlığında dəmiryolu xəttinin arasında gizlədildiyini demiş və bağlamaları götürməyi onlara tapşırmışdır. Bundan sonra Rza ilə razılaşdıqları kimi axşam saatlarında Heydər Əliyev prospekti tərəfdə yerləşən körpünü keçəndən sonra Keşlə qəsəbəsinə dönən yolda yerləşən dəmiryolu xəttinin solunda gizlədilmiş içərisində narkotik və psixotrop maddə olan bağlamanı Cavidlə birgə götürməyə getmişlər. Cavid bağlamanın yerini taparaq götürüb onun bel çantasına qoymuş, daha sonra birgə yaşadıqları ünvana qayıtmışlar. Təxminən saat 20:40 radələrində yaşadıqları ünvana qayıdanda özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanmışlar. Həmin şəxslər tərəfindən videoçəkilişlə yaşadıqları mənzilə və üzərində olan idman çanatasına baxış keçirilmişdir. Baxış zamanı digər əşya və sənədlərlə yanaşı idman çantasından və evdəki dolabdan müvafiq heroin və metamfetamin bağlamaları aşkar edilərək götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib edilərək ucadan oxunmuş, doğruluğuna əmin olduqdan sonra o həmin protokolu imzalamışdır. Baxış zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, baxış tam obyektiv formada keçirilmişdir. Rzanın onlara Bakı şəhərində müxtəlif ünvanlardan götürməyi tapşırdığı heroin və metamfetamin bağlamalarını dəqiq olaraq hansı tarixdə, saatda, dövlət sərhədinin hansı istiqamətindən kimlər vasitəsilə keçirməsi barədə dəqiq məlumatı yoxdur. Rza bu barədə onlara dəqiq və ətraflı məlumat verməmişdir. Onlar da bu barədə maraqlanmamışlar. Bu əməlləri həyat yoldaşı kimi uzun illər birlikdə yaşadığı Təqsirləndirilən şəxs1 məcburiyyəti altında törətmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri onların yuxarıda qeyd olunan ifadələri ilə yanaşı aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən sübut növü kimi qəbul edilən, cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2020-ci il tarixli, 6/2681 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №95” və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Arayışlar üçün №103” yazıları olan dairəvi möhür əksləri olan: 1№- li paketdəki 1 ədəd bağlamada nəm halda çəkisi 456,90 qram, qurudulduqda çəkisində itki nəzərə alınmaqla quru halda çəkisi 288,990 qram və bir ədəd kiçik ölçülü polietilen paketdə təmiz çəkisi 12,59 qram olan qəhvəyi rəngli quru maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir və quru halda ümumi təmiz çəkisi 301,58 qramdır (qalıq çəkisi 301,460 qram). 1№- li paketdəki 1 ədəd torbada təmiz çəkisi 97,000 qram olan (qalıq çəkisi 96,90 qram) ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 2№- li paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,050 qram olan (qalıq çəkisi 2,950 qram) ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 23,600 qram olan (qalıq çəkisi 23,500 qram) qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 03 noyabr 2020-ci il tarixdə DTX əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayə yaşadıqları ünvan 6 ünvanında yaşayış evində yataq otağındakı dolaba keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş mütəxəssis və ekspert tədqiqatı aparıldıqdan sonra quru vəziyyətdə təmiz halda qalıq çəkisi 23,500 (iyirmi üç tam mində beş yüz) qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,950 (iki tam mində doqquz yüz əlli) qram olan psixotrop maddə metamfetamin, idman çantasına keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş mütəxəssis və ekspert tədqiqatı aparıldıqdan sonra quru vəziyyətdə təmiz halda qalıq çəkisi 301,460 (üç yüz bir tam mində dörd yüz altmış) qram olan narkotik vasitə heroin, qalıq çəkisi 96,90 (doxsan altı tam yüzdə doxsan) qram olan psixotrop maddə metamfetamin cinayətlərin predmetləri və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün mühüm əhəmiyyətə malik olduğundan, törədilmiş cinayətləri birbaşa təsdiq etdiyindən 16 yanvar 2021-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və eyni tarixli aktla Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2020-ci il tarixli, 6/2766 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Arayışlar üçün №191” yazıları olan dairəvi möhür əksləri olan bir ədəd kağız paketdəki “Constant 14192-221C” markalı 1 ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər, “POWER CR2032*1, İtem NO:MİNİ-333” markalı elektron tərəzinin səthində isə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır, onlarla bağlı maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından eyniliklə bağlı qoyulmuş sual cavablandırılmamışdır. Cinayət işin əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 14 yanvar 2021-ci il tarixli, 96 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 14 yanvar 2021-ci il tarixli, 97 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 14 yanvar 2021-ci il tarixli 71 və 72 saylı ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəylərinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hal-hazırda və 2019-2020-ci illərdə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişlər, psixi vəziyyətlərinə görə məcburi müalicəyə ehtiyacları yoxdur, törətdikləri əməllər barəsində anlaqlıdırlar, həmin əməllərə görə Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmürlər. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilib ifadə versə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 01-ci cildinin 54-57, 77-80, 244-251, 02-ci cildinin 30-39, 131- 141, 03-cü cildinin 43-45-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” və “təqsirləndirilən şəxsin dindirilməsi” protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, xx xxxx 1994-cü ildə Tovuz rayonunda anadan olmuş, orta təhsilini 2000-2011-ci illərdə Tovuz rayonu Nəsrəddin Tusi adına liseydə almış, bundan sonra 2012-ci il tarixdə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Anası və atası hələ 2005-ci ildə boşanmışlar. X1 25 sentyabr 1974-cü il təvəllüdlüdür və hazırda onkoloji xəstəlikdən əziyyət çəkir. X3 1971-ci il təvəllüdlüdür. Ailədə özündən başqa 1995-ci il təvəllüdlü X9 adlı bacısı vardır. 2012-ci ildə Bakı şəhərinə köçdükdən sonra müxtəlif mağazalarda satıcı işləməyə başlamışdır. 2016-cı ildə tatu-master kursundan keçmiş və o vaxtdan indiyə kimi fərdi qaydada kosmetoloq (tatu) kimi fəaliyyət göstərir. İstifadəsində üzərinə ********** saylı telefon nömrəsi quraşdırılmış “Redmi” markalı smartfon telefon vardır. 2013 və 2014-cü il tarixlərdə Türkiyə Respublikasında kosmetoloji kurslarda iştirak etmişdir, İran İslam Respublikasında olmamışdır. Onun daimi iş yeri olmasa da, 2017-ci ildə Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində yerləşən kosmetoloq salonlarından birində Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Bir neçə ay birlikdə işlədikdən sonra həmin ünvanın yaxınlığında yerləşən digər salonda işləməyə başlamışlar. Bu iş münasibətləri zəminində onlar arasında sevgi münasibətləri yaranmışdır. Bundan sonra ər-arvad kimi birlikdə yaşamağa başlamışlar. Həmin dövrdən indiyə kimi Bakı şəhərində müxtəlif ünvanlarda kirayəşin kimi birlikdə yaşamışlar. Cavidin əhvalında olan dəyişikliklərdən sonuncunun müxtəlif narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsindən şübhələnməyə başlamışdır. Cavidin psixi vəziyyətində həmin dövrdə çox ciddi problemlər yaranmış, əsəbi olmağa, normal danışıq qabiliyyətini itirməyə, evdə onunla mütəmadi olaraq lüzumsuz şeylərin üstündə mübahisə etməyə başlamışdır. O, bir dəfə Cavid normal olan vaxtı sonuncudan bunun səbəbini soruşduqda Cavid narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etdiyini etiraf etmişdir. O, dəfələrlə Cavidlə bu barədə söhbətlər aparmış və həmin maddələrdən istifadəyə son qoymasını xahiş etmişdir. Cavid isə hər dəfəsində onunla mübahisə edərək, bu işə qarışmamağını istəmiş, onu təhqir etmiş, istifadə etmədiyi halda xəstə anasına guya narkotik istifadəçisi olmağı barədə məlumat verəcəyini demiş və bununla da onu özündən asılı vəziyyətə salmışdır. O, Cavidin bu hərəkətlərindən bezmiş, normal həyatları alt-üst olmuşdur. Cavid hər gün ondan narkotik almaq üçün pul tapmağını istəmiş, karantin olduğundan normal olaraq işləyib pul qazana bilmədiyi üçün evdə hər gün dava-qırğın olmuşdur. O, bir neçə dəfə evi tərk edib getsə də, Cavidlə ər-arvad kimi yaşadıqlarından və sonuncuya qarşı sevgi münasibətləri olduğundan geri qayıtmışdır. Bu müddət ərzində o, bir neçə dəfə Cavidin heroin və metamfetamin əldə etmək üçün İran İslam Respublikasının sakini Rza adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayıb danışdığını görmüşdür. Sonuncudan həmin şəxsin kim olduğunu soruşduqda Cavid Rzanın İİR sakini olduğunu, narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olaraq İrandan Azərbaycana öz adamları vasitəsilə narkotik göndərdiyini, şəxsi istehlakı üçün də narkotikləri Rzadan aldığını demişdir. Cavid artıq narkotik aludəçisi olduğundan o, Cavidin Rzadan asılı vəziyyətə düşdüyünü görmüşdür. Cavid hər dəfə pulu olmayanda artıq Rzaya yalvarmağa başlamış və sonuncudan narkotik dilənmişdir. Rza Cavidi tamamilə özündən asılı vəziyyətə salmış və Cavid onun hər sözünü yerinə yetirməyə hazır olmuşdur. Cavid onun telefonu vasitəsilə Rza ilə danışarkən sonuncunun Cavidə iş təklif etdiyinə şahid olmuşdur. Cavid işin nədən ibarət olduğunu soruşduqda Rza adamları vasitəsilə İrandan Azərbaycana qaçaq yolla keçirilən narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində müxtəlif yerlərə qoyacağını, Cavidin isə həmin maddələri götürüb hissələrə ayıraraq alıcıların götürməsi üçün Bakı şəhərində deyəcəyi yerlərə qoymalı olduğunu bildirmiş, bu işin müqabilində Rza daşıdığı hər qram narkotikə görə Cavidə ümumilikdə 1 manat verəcəyini qeyd etmişdir. Söhbət zamanı Cavid Rzanın bu iş təklifini qəbul etmişdir. Çünki həmin vaxtı Rza bu işə görə verəcəyi puldan əlavə, Cavidə həmin heroin və metamfetamindən şəxsi istehlakı üçün istifadə etməyə icazə verəcəyini demişdir. Bu söhbətdən sonra onunla Cavid arasında yenidən mübahisə yaranmış, o, Cavidə bu işlərdən əl çəkməsini, bu işlərin qorxulu olduğunu, tutula biləcəklərini bildirmiş, Cavid isə yenə onu söyüb təhqir edərək guya narkotik istifadəçisi olmağı barədə anasına məlumat verəcəyini demiş və bu işdə ona kömək etməyəcəyi təqdirdə başına oyun açacağı və onu rüsvay edəcəyi ilə hədələmişdir. O, bir tərəfdən bu hərəkətlərinə görə Caviddən nifrət etsə də, digər tərəfdən sonuncuya qarşı olan sevgi hissələri onu Caviddən ayrılmağa imkan verməmişdir. Hər dəfə Cavid narkotik vasitə tapıb istehlak etməyəndə düşdüyü vəziyyəti görəndə çox pis olmuş, sonuncu yalan vədlərlə onu Rzanın təklif etdiyi işin son olduğunu, bu işi gördükdən sonra daha bu maddələrdən istifadə etməyəcəyinə, yenidən əvvəlki kimi xoşbəxt yaşacaqlarına inandırmışdır. Bundan sonra o, qorxu təzyiq altında Cavidə bu işdə kömək etməyə razılıq vermiş və niyyəti Cavidin yanında olaraq sonuncunu bu yoldan çəkindirmək olmuşdur. Həmin vaxtı ağılsızlığı ucbatından bu yolun onları daha da uçuruma aparacağını dərk etməmişdir. İlk dəfə Rzanın göndərdiyi narkotik vasitə və psixotrop maddələri Cavid özü gedib Bakı şəhərində xatırlamadığı ünvandan tək götürmüş, Rzanın tapşırığı ilə başqa ünvana qoymuşdur. Bunun müqabilində Rza Cavidin istifadəsində olan “xxxx” ASC-də açılmış bank kartına pul köçürmüşdür. Bundan sora bir neçə dəfə Cavid Rzanın göndərdiyi narkotikləri götürmək üçün onu da özü ilə aparmışdır. Cavid, bunun şübhə çəkməyəcəyini demiş və onu bu işi görməyə məcbur etmişdir. Bundan sora bir neçə dəfə Cavid Rzanın göndərdiyi narkotikləri götürmək üçün onu da özü ilə aparmışdır. Cavid bunun şübhə çəkməyəcəyini deyərək onu bu işi görməyə məcbur etmişdir. Həm də Cavid narkotik istifadəçisi olduğundan və düşüncələri tez-tez gedib gəldiyindən, Rzanın göstərişlərini tam icra edə bilmədiyindən buna görə də həmişə onu Rza ilə danışmağa məcbur etmiş, Rzanın göstərişlərini icra etməyi tələb etmişdir. O, bir neçə dəfə imtina etsə də Cavid onu təhqir etməklə rüsvay edəcəyi ilə hədələmişdir. Buna görə də o, artıq Cavidlə birgə Rzanın Bakıdakı kuryerinə çevrilmişdir. Onun tatu ustası kimi çox gözəl işi, sənəti olmuş, heç vaxt bu narkotik işlərini görmək niyyətində olmamış, sadəcə Cavidə olan sevgisi və sonuncunun onu özündən asılı vəziyyətə salması, ona qarşı psixi təsirləri onu bu qanunsuz əməllərə sövq etmişdir. O, bu işdən 1 manat da olsun, mənfəət güdməmiş, pul qazanmamış, tək niyyəti Cavidə kömək etmək olmuşdur. Cavid narkotik istifadə etməyəndə fiziki və psixoloji olaraq dəliyə dönmüşdür. Rza Cavidə Bakıda işlərini gördükləri üçün istehlak məqsədilə narkotik vermişdir. Təxminən 2020-ci ilin oktyabr ayının sonlarında Rza yenidən onun istifadəsində olan mobil telefon vasitəsilə Cavidlə əlaqə saxlayaraq bir neçə günə İrandan yeni partiya heroin və metamfetamin göndərəcəyini və bağlamları Bakıdan götürüb deyəcəyi yerə qoymaq lazım olduğunu demiş, 29.10.2020-ci il tarixdə səhər saatlarında isə artıq heroin və metamfetaminin sərhəddən keçirilərək Bakıya gətirilib “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Meyvəli” adlanan ərazinin yanında avtomobil yolunun qırağında gizlədildiyini bildirmişdir. Rza onlara həmin bağlamanı oradan götürməyi tapşırmışdır. O, Cavid ilə birlikdə Rzanın qeyd etdiyi yerə gedib çatmış, Cavid “Meyvəlinin” yerləşdiyi yol ayrıcından təxminən 300 metr aralıda yolun kənarında atılmış bağlamanı götürmüş və onlar bağlmaları motosikletlə evə gətirmişlər. Heroin təxminən 500 qram, metamfetamin isə təxminən 100 qram olmuşdur. Rza onlara bağlmaları hissələrə bölməyi və Bakı şəhərində müxtəlif ünvanlara atmağı tapşırmışdır. O və Cavid bir neçə gün ərzində həmin heroin və metamfetamindən kiçik bağlamalar düzəldərək Rzanın sifarişləri əsasında Bakı şəhərində müxtəlif gizli saxlanc yerlərinə atmışlar. Həmin partiyadan təxminən 25 qram heroin və 3-4 qram metamfetamin isə evdə qalmış, Rza onu hansı ünvana atmaq lazım olduğunu hələ deməmişdir. Buna görə də onlar həmin heroin və metamfetamini yaşadıqları ünvanda dolabın içərisində saxlamışlar. Təxminən noyabr ayının əvvəlində Rza yenidən onlarla əlaqə saxlayaraq bir neçə günə İrandan yeni partiya heroin və metamfetamin göndərəcəyini və onu Bakıdan götürüb deyəcəyi yerə qoymaq lazım olduğunu bildirmiş, onların təxminən 1 kq heroin və 100-200 qram metamfetamin olacağını qeyd etmişdir. O və Cavid Rzanın təklifi ilə razılaşmışlar. 03.11.2020-ci il tarixdə Rza onlarla əlaqə saxlayaraq narkotik və psixotrop maddələrin əvvəlki gün gecə artıq sərhəddən keçirilərək Bakıya gətirildiyini və Keşlə qəsəbəsi istiqamətində Heydər Əliyev prospekti Bağırov körpüsü deyilən yerin yaxınlığında dəmiryolu xəttinin arasında gizlədildiyini demiş və bağlamaları götürməyi onlara tapşırmışdır. Bundan sonra Rza ilə razılaşdıqları kimi axşam saatlarında Heydər Əliyev prospekti tərəfdə yerləşən körpünü keçəndən sonra Keşlə qəsəbəsinə dönən yolda yerləşən dəmiryolu xəttinin solunda gizlədilmiş içərisində narkotik və psixotrop maddə olan bağlamanı Cavidlə birgə götürməyə getmişlər. Cavid bağlamanın yerini taparaq götürüb onun bel çantasına qoymuş, daha sonra birgə yaşadıqları ünvana qayıtmışlar. Təxminən saat 20:40 radələrində yaşadıqları ünvana qayıdanda özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanmışlar. Həmin şəxslər tərəfindən videoçəkilişlə yaşadıqları mənzilə və üzərində olan idman çanatasına baxış keçirilmişdir. Baxış zamanı digər əşya və sənədlərlə yanaşı idman çantasından və evdəki dolabdan müvafiq heroin və metamfetamin bağlamaları aşkar edilərək götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib edilərək ucadan oxunmuş, doğruluğuna əmin olduqdan sonra o həmin protokolu imzalamışdır. Baxış zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, baxış tam obyektiv formada keçirilmişdir. Ümumilikdə Cavid vasitəsilə İİR sakini Rzanı tanıdığı 2-3 ay ərzində Rza onlardan narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar kuryer kimi istifadə etmişdir. Bu proseslə əlaqədar istər onun, istərsə də Cavidin Rza ilə həm adi telefon zəngi, həm də telefona yazılmış “Whatsapp” mobil tətbiqi vasitəsilə çoxsaylı telefon danışıqları, səsli, foto və yazılı mesajlaşmaları baş tutmuşdur. Bu danışıq və yazışmalar zamanı onlar açıq şəkildə “narkotik vasitə, psixotrop maddə, heroin, metamfetamin” ifadələrindən istifadə etməmiş, tutulmaqdan qorxduqları üçün heroin əvəzinə, “torpaq, kakos”, metamfetamin əvəzinə “patı, şüşə” ifadələrindən istifadə etmişlər. Yazışmalar zamanı heroin əvəzinə “T”, metamfetamin əvəzinə isə “P” qısaltmasından istifadə edilmişdir. İstər 29.10.2020, istərsə də 03.11.2020-ci il tarixlərdə heroin və metamfetamin bağlamalarının Bakı şəhərində gizlədildiyi yerlərdən götürülməsi ilə bağlı Rza ilə çoxsaylı danışıq və mesajlaşmalar aparmışdır. Rzanın onlara Bakı şəhərində müxtəlif ünvanlardan götürməyi tapşırdığı heroin və metamfetamin bağlamalarını dəqiq olaraq hansı tarixdə, saatda, dövlət sərhədinin hansı istiqamətindən kimlər vasitəsilə keçirməsi barədə dəqiq məlumatı yoxdur. Rza bu barədə onlara dəqiq və ətraflı məlumat verməmişdir. Onlar da bu barədə maraqlanmamışlar. Rzanın göstərişi ilə Cavid və onun Bakı şəhərində müxtəlif ünvanlara atdıqları heroin və metamfetamin bağlamalarının pulu tanımadıqları şəxslər vasitəsilə Cavidin bank kartına köçürülmüş, daha sonra Rza həmin pulu digər tanımadıqları adamların kartlarına köçürməyi onlara tapşırmışdır. Bu əməlləri həyat yoldaşı kimi uzun illər birlikdə yaşadığı Təqsirləndirilən şəxs1 məcburiyyəti altında törətdiyini, qardaşı olmadığını, atasının onları atıb getdiyini, anasınını onkoloji xəstə olduğunu, evin tək dolanışıq mənbəyi olduğunu bildirmiş, cəza təyin edilərkən göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş 03 noyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, 03 noyabr 2020-ci il tarixdə DTX əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayə yaşadıqları ünvan 6 ünvanında saxlanılmış, yaşayış evində yataq otağındakı dolabdan üzərində “Pringles” yazısı olan qutunun içərisindən şəffaf rəngli sellofona bükülmüş narkotik vasitə heroinə bənzər təxmini çəkisi 37,5 qrama yaxın olan nəm maddə və şəffaf rəngli kiçik ölçülü sellofona bükülmüş psixotrop maddə metamfetaminə bənzər təxmini çəkisi 3,16 qrama yaxın olan maddə aşkar edilərək götürülmüşdür. Davam etdirilən baxış zamanı sonunculara məxsus idman çantasından şəffaf rəngli 1 ədəd sellofona bükülmüş narkotik vasitə heroinə bənzər təxmini çəkisi 500 qrama yaxın olan kəskin spesifik iyli qəhvəyi rəngli nəm maddə və şəffaf rəngli 1 ədəd sellofona bükülmüş psixotrop maddə metamfetaminə bənzər təxmini çəkisi 104 qrama yaxın olan şəffaf rəngli maddə, o cümlədən yaşayış evindən 1 ədəd üzərində “Constant 14192-221C” və arxasında “İtem NO:14192-221c” qeydləri olan elektron tərəzi və 1 ədəd arxasında “POWER CR2032*1, İtem NO:MİNİ-333” qeydləri olan elektron tərəzi, cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər əşya və predmetlər aşkar edilərək götürülmüşdür. Bundan başqa, cinayət işinə əlavə olunmuş “xxxx” MMC və “xxxx” MMC-dən daxil olan disklərin 09 fevral və 03 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, +**********70, +**********46 və +**********94 saylı mobil nömrələr təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinin törədildiyi 2020-ci ilin oktyabr və noyabr aylarında bilavasitə sonuncuların istifadəsində olmuş mobil cihazların İMEİ kodlarında istifadə edilmişdir. Bundan əlavə 2020-ci ilin oktyabr və noyabr aylarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İİR sakini Rza adlı şəxslə mütəmadi telefon danışıqları qeydə alınmışdır. Telefon danışıqlarının və internet istifadəsinin anten məlumatlarından görünür ki, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz əldə edildiyi tarix və vaxtda onlar həqiqətən də müvafiq olaraq Bakı şəhəri, Qaradağ rayonu (29.10.2020 günorta saat 13:00-14:00, “Sədərək” və “Meyvəli” ticarət mərkəzinin yaxınlığı) və Bakı şəhəri Nərimanov və Nizami rayonu (03.11.2020 axşam saat 20:00-21:00, Heydər Əliyev prospekti, Keşlə qəsəbəsi, “Bağırov körpüsü” deyilən yerin yaxınlığı) ərazilərində olmuşlar. Yəni cinayətlərin törədildiyi vaxtda aparılmış danışıqlar və internet istifadəsinin əhatə dairəsi cinayətin törədildiyi yerlər ilə üst-üstə düşür. Həmin tarix və vaxtlarda Rza adlı şəxsin istifadəsində olan mobil nömrə isə İİR-Azərbaycan dövlət sərhədinin yaxınlığında yerləşən Yardımlı rayonu Şıxlar, Televar və Daşkənd, Cəlilabad rayonu Badamağac kəndlərinin ərazisindəki antenlər əhatəsində olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf edib səmimi peşimançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasnı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini qismən etiraf edib səmimi peşimançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, qadın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin Təqsirləndirilən şəxs1yevin psixi məcburiyyət təsiri və sonuncudan mənəvi asılılıq nəticəsində törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasnı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla onlara cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 04 noyabr 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 adına açılmış “xxxx” ASC-də xidmət göstərilən “4169 7413 5762 7395” saylı bank kartının hesabındakı cinayət yolu ilə əldə edilmiş 156,02 (yüz əlli altı manat iki qəpik) manat məbləğində pul vəsaiti və iş üzrə maddi sübut kimi tanınmış 240 manat məbləğində nağd pul vəsaiti qanunda nəzərdə tutulmuş müsadirə edilməli əmlak olduğundan dövlət nəfinə alınmalıdır. Müsadirədən sonra “xxxx” ASC-də xidmət göstərilən “4169 7413 5762 7395” saylı bank kartı məhv olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınan və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş quru vəziyyətdə təmiz halda qalıq çəkisi 23,500 (iyirmi üç tam mində beş yüz) qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,950 (iki tam mində doqquz yüz əlli) qram olan psixotrop maddə metamfetamin, quru vəziyyətdə təmiz halda qalıq çəkisi 301,460 (üç yüz bir tam mində dörd yüz altmış) qram olan narkotik vasitə heroin, qalıq çəkisi 96,90 (doxsan altı tam yüzdə doxsan) qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində “Constant 14192-221C” və arxasında “İtem NO:14192-221c” qeydləri olan elektron tərəzi, bir ədəd arxasında “POWER CR2032*1, İtem NO:MİNİ-333” qeydləri olan elektron tərəzi və bir ədəd üzərində “Under Armour” qeydi olan hərbi komufulyaj parçasından tikilmiş idman (bel) çantası məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Xiaomi” markalı “REDMİ Note 8 PRO, M1906G7G” modelli mobil telefon aparatı (“İMEİ1: **********12581/02” və “İMEİ2: **********12588/02”, üzərinə quraşdırılmış ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələri ilə birlikdə) və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Xiaomi” markalı “REDMİ M2003J15SS” modelli mobil telefon aparatı (“İMEİ1: **********23632/01” və “İMEİ2: **********23640/01”, üzərinə quraşdırılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə birlikdə) aidiyyəti üzrə onların ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlavə olunmuş bir ədəd üzərinə “6104-2020” sözləri yazılan “ZYKLEN” markalı disk, iki ədəd baxış protokollarına əlavə edilmiş disklər, iki ədəd “xxxx” MMC-dən və “xxxx” MMC-dən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılmaldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 463,64 (dörd yüz altmış üç manat altmış dörd qəpik) manat xərc təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 163,64 (yüz altmış üç manat, altmış dörd qəpik) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri X2 tərəfindən 90 (doxsan) iş saatı həcmində hüquqi yardım və Təqsirləndirilən şəxs2 Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 35 (otuz beş) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X2 tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş 90 (doxsan) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 3 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 540 (beş yüz qırx) manat, vəkil X6 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 3 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 210 (iki yüz on) manat məbləğində pullar köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 adına açılmış “xxxx” ASC-də xidmət göstərilən “4169 7413 5762 7395” saylı bank kartının hesabındakı cinayət yolu ilə əldə edilmiş 156,02 (yüz əlli altı manat iki qəpik) manat məbləğində pul vəsaiti və iş üzrə maddi sübut kimi tanınmış 240 manat məbləğində nağd pul vəsaiti qanunda nəzərdə tutulmuş müsadirə edilməli əmlak olduğundan dövlət nəfinə alınsun. Müsadirədən sonra “xxxx” ASC-də xidmət göstərilən “4169 7413 5762 7395” saylı bank kartı məhv olunsun. İş üzrə maddi sübut kimi tanınan və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş quru vəziyyətdə təmiz halda qalıq çəkisi 23,500 (iyirmi üç tam mində beş yüz) qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,950 (iki tam mində doqquz yüz əlli) qram olan psixotrop maddə metamfetamin, quru vəziyyətdə təmiz halda qalıq çəkisi 301,460 (üç yüz bir tam mində dörd yüz altmış) qram olan narkotik vasitə heroin, qalıq çəkisi 96,90 (doxsan altı tam yüzdə doxsan) qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində “Constant 14192-221C” və arxasında “İtem NO:14192-221c” qeydləri olan elektron tərəzi,bir ədəd arxasında “POWER CR2032*1, İtem NO:MİNİ-333” qeydləri olan elektron tərəzi və bir ədəd üzərində “Under Armour” qeydi olan hərbi komufulyaj parçasından tikilmiş idman (bel) çantası məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Xiaomi” markalı “REDMİ Note 8 PRO, M1906G7G” modelli mobil telefon aparatı (“İMEİ1: **********12581/02” və “İMEİ2: **********12588/02”, üzərinə quraşdırılmış ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələri ilə birlikdə) və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Xiaomi” markalı “REDMİ M2003J15SS” modelli mobil telefon aparatı (“İMEİ1: **********23632/01” və “İMEİ2: **********23640/01”, üzərinə quraşdırılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə birlikdə) aidiyyəti üzrə onların ail üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlav olunmuş bir ədəd üzərinə “6104-2020” sözləri yazılan “ZYKLEN” markalı disk, iki ədəd baxış protokollarına əlavə edilmiş disklər, iki ədəd “xxxx” MMC-dən və “xxxx” MMC-dən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 463,64 (dörd yüz altmış üç manat altmış dörd qəpik) manat xərc təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 163,64 (yüz altmış üç manat, altmış dörd qəpik) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı vəkil X2 tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş 90 (doxsan) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 3 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 540 (beş yüz qırx) manat, vəkil X6 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 3 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 210 (iki yüz on) manat məbləğində pullar köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar