Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-962/2020 13.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu vә QəniyevFaiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi HüseynovaDürdanəMahirqızının, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru AzadəliyevSeyhunCəbrayıl oğlunun, Xaçmaz rayon Vəkil Bürosunun vəkili X7 oğlunun, Zərərçəkmiş şəxsin huquqi varisi X4 iştirakı ilə, xx xxx 1973-cü ildə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadanolmuş, AzərbaycanRespublikasıvətəndaşı, ortatəhsilli, evli, 2 azyaşlıuşağıolan, məhkumluğu ödənilmiş, “X10” MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırdaAzərbaycanRespublikasıƏdliyyəNazirliyinin PenitensiarXidmətinin 3 saylıistintaqtəcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Xaçmaz şəhəri, Dağıstan küçəsinin yaxınlığında yerləşən bərk məişət tullantıları poliqonu ərazisində alkoqol sərxoşluğu halında olarkən zibilxana ərazisində müvəqqəti məskunlaşmış tüfeyli həyat sürən Zərərçəkmiş şəxs ilə rastlaşan zaman sonuncunun ondan 10 manat pul tələb etməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib daha sonra üzərində olan ümumi uzunluğu 26.5 sm, dəstəyi ağgöy-qırmızı rəngli plastik materialdan olmaqla uzunluğu 11 sm, tiyəsinin uzunluğu 15.5 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onun üzərinə hücum çəkərək ona sağ əlin birinci və ikinci barmaqlarının səthi kəsilmiş yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi səbəbindən qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs əlindəki bıçağı alaraq onu öldürmək məqsədi ilə həmin mətbəx bıçağı ilə sonuncunun qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq onun ölümünə səbəb olan daxili və xarici qanaxma ilə müşayiət olunmuş qara ciyərin zədələnməsi ilə qarın boşluğuna keçən bir ədəd sağlamlığa ağır zərər vurmaya aid 01 ədəd deşilmişkəsilmiş yara xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs onaelanolunmuş ittihamdaözünü qismən təqsirli bilərək məhkəmədəkiifadəsindəgöstərmişdirki, rəsmi olaraq Xaçmaz rayon icra hakimiyyətinin Mənzil kommunal təsərrüfat idarəsində təmizlik işləri üzrə köməkçi işləmiş, əsas işi Xaçmaz şəhəri, Dağıstan küçəsinin yaxınlığında yerləşən məişət tullantılarının atıldığı zibilxana ərazisinə nəzarət etmək, zibil yüklərinin boşaldılmasına kömək etmək olmuş, həmin zibilxana ərazisinin sahəsi təxminən 6 ha-dır. Bundan başqa da həmin zibilxana ərazisindəki tullantıların arasından dəmir, şüşə və plastik materiallarını yığıb tələbat olan sexlərə verməklə qazanc əldə etmişdir. Yaşadığı ev həmin zibilxana ərazisində yerləşdiyi üçün bu işlə məşğul olmuş və əlavə olaraq yaxınlıqda yerləşən Məhəmməd adlı şəxsə məxsus olan fermada gözətçilik etməklə pul qazanmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımış, belə ki, o, 2020-ci ilin mart ayının əvvəlləri yaşadığı evin yanında yerləşən zibilxana ərazisində özünün qurduğu çadırda məskunlaşmışdır. Ceyhun özü daim spirtli və narkotik vasitələr istifadə edən, tüfeyli həyat sürən birisi olmuş, ailəsi onu evdən qovmuşdur. 2020-ci ilin aprel ayının əvvəllərində Ceyhunun yanında Renat adlı tüfeyli həyat sürən bir nəfər məskunlaşmış, lakin Ceyhun onunla yola getmədiyi üçün onu oradan qovmuşdur. Son günlər Ceyhun zibilxanada tək yaşamışdır. Ceyhun sərxoş halda özünü idarə edə bilməmiş və səbəbsiz yerə qarşısındakını söyüb təhqir etmiş, onun özünü də əvvəllər bu cür bir neçə dəfə təhqir etmiş, lakin Ceyhunun tüfeyli olduğunu nəzərə alaraq heç vaxt onunla işi olmamış, onun hərəkətlərini görməzlikdən gəlib onu yola vermişdir. xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində qeyd olunan zibilxana ərazisində olan zaman Ceyhun sərxoş vəziyyətdə ona yaxınlaşaraq ondan yemək üçün 5 manat pul istəmiş, Ceyhuna yazığı gəldiyi üçün ona 5 manat pul vermiş, sonuncu pulu götürüb çıxıb getmişdir. Bundan sonra özü yaşadığı evin bağ sahəsində təsərrüfat işləri ilə məşğul olmağa başlamışdır. Həmin gün saat 20 radələrində torpaq sahəsini suvaran zaman Ceyhun zibilxana ərazisindən onu öz yanına çağırmış, Ceyhuna yaxınlaşıb nə üçün onu çağırdığını soruşduqda, Ceyhun ondan yenidən 10 manat pul tələb etməyə başlamış, imkanı olmadığını deyib Ceyhuna pul verməmiş, sonuncu isə bundan əsəbləşib onun və ailə üzvlərinin ünvanına ağır söyüşlər söyərək ot tayasını yandıracağı ilə onu hədələmişdir. Ceyhunu əli ilə kənara itələyib ondan çıxıb getməsini tələb etmiş, bundan sonra Ceyhun qəflətən şalvarının arxa hissəsindən bir bıçaq çıxarıb onun qarın nahiyəsindən vurmaq istəmiş, cəld tərpənib sonuncunun onu vurmaq istədiyini görüb sağ əli ilə Ceyhunun əlində olan bıçağın tiyəsindən tutmuş, həmin vaxtı bıçağın kəsici hissəsi onun sağ əlinin baş barmağının içəri tərəfini kəsmiş, bundan qəzəblənib bıçağı Ceyhunun əlindən güclə almaq istəyərkən bıçağın deşici hissəsi özündən asılı olmayaraq Ceyhunun qarın nahiyəsinə girmiş, bundan sonra bıçağı sol tərəfdə olan zibil topasının içərisinə atmış və əlləri ilə Ceyhunu arxaya itələmiş, Ceyhun isə arxası üstə yerə yıxılmış, sonra da ayağa qalxıb onu söyərək qaldığı çadıra tərəf getmişdir. Həmin vaxtı özünün sağ barmağından qan gəldiyi üçün evinə tərəf getməyə başlamış, bir qədər yolda dayanıb arxasına baxmış, Ceyhunun arxasınca gəlmədiyini görüb evinə getmişdir. Həmin vaxt evdə arvadı Xalidə və 6 yaşlı oğlu Hüseyn olmuşdur. Onlara əlinin şüşə kəsdiyini demiş, sonra isə əlini yuyub bintlə bağlamış, yara dərin olduğundan qanı güclə kəsə bilmişdir. Bundan sonra əynində olan 01 ədəd tünd boz rəngli idman şalvarını, 01 ədəd göy rəngli qısaqol könyəyi və 01 cüt göy rəngli çəkələyi çıxarıb başqa paltar geyinmiş, hadisə vaxtı əynində olan qara rəngli qısaqol köynək isə üzərində qalmışdır. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində evdən çıxıb zibilxana ərazisinə gedən zaman Ceyhunu beli üstə yerdə uzanmış vəziyyətdə görmüş, ona yaxınlaşıb nəfəs almadığını görüb Ceyhunun öldüyünü başa düşmüş və dərhal özünün istifadəsində olan “051 998-38-99” mobil telefon nömrəsi ilə DİN 102 xidmətinə zəng edərək Ceyhun adlı şəxsin zibilxana ərazisində ölüb qaldığını demişdir. Çox keçmədən oraya polis əməkdaşları gəlmiş, ondan nə baş verdiyini soruşduqda, şifahi olaraq onlara Ceyhunun nə cür ölməsindən məlumatsız olduğumu, onun son vaxtlar Renat adlı şəxslə bir yaşadığını demiş, lakin axşam Ceyhunla aralarında baş verən dava-dalaşı onlara deməmişdir. Ceyhunun meyiti zibilxana ərazisindən götürüldükdən sonra özü Xaspoladoba kəndində yerləşən gölün yanında olan bağ sahəsini suvarmaq üçün getmiş, növbəti gün səhər saatlarında polis əməkdaşları onun evinə gələrək hadisə barəsində izahat vermək üçün onu Xaçmaz rayon polis şöbəsinə aparmışlar. Artıq polis şöbəsində baş verənləri olduğu kimi danışmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yalnız mətbəx bıçağı ilə xəsarət yetirmiş, bundan başqa digər hər hansı silahdan, alətdən istifadə etməmişdir. Hadisə zamanı Ceyhunun əlindən bıçağı almaq istəyərkən həmin bıçaq onun sağ əlimin baş barmağını kəsmişdir. Özündən başqa Zərərçəkmiş şəxs xəsarət yetirən olmamışdır. Əlindəki bıçaq Ceyhunun qarnına anidən girmiş, bu barədə Ceyhun ona yalvarmamış, əksinə onu nalayiq söyüşlərlə təhqir etmişdir. Hadisədən əvvəl evdə yemək yeyən zamanı 50 qram araq içmiş, lakin narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman orada başqa heç kəs olmamış, hadisəni heç kəs görməmişdir. Zərərçəkmiş şəxs onu səbəbsiz yerə ağır söyüşlərlə təhqir edib bıçaqla onu vurmaq istəməsi və bu vaxt onun əlinin kəsilməsindən əsəbləşib onun əlindən bıçağı alan zaman özündən asılı olmayaraq bıçağı onun qarnına sancmış, həmin vaxtı həyəcanlı olduğundan bıçağın onun qarnına nə cür vurduğunu bilməmişdir. Hadisədən sonra Ceyhunun hara getdiyini, kiminlə görüşdüyünü bilmədiyi üçün düşünmüş ki, yəgin Ceyhun ondan sonra da gedib kiməsə sataşıb və həmin adam da onu vurub öldürmüş, ona görə də Ceyhuna bıçaq xəsarəti yetirdiyini ilk gündən deməyərək bu hadisənin nə ilə bitəcəyini gözləmişdir. Lakin polis əməkdaşları artıq onun evinə gələn zaman başa düşmüş ki daha həqiqəti gizlətməyin mənası yoxdur və onlara hər şeyi danışmışdır. Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirməsi barədə heç kəsə məlumat verməmişdir. Hər hansı psixi və ya psixoloji xəstəlik ilə əlaqədar ambulator və ya stasionar müalicədə olmamışdır. Cinayətin aləti olan bıçaq mətbəx bıçağı olmaqla dəstəyi göy-qırmızı-ağ rənglərdən ibarət olmuş, həmin bıçaq Ceyhunun özünə məxsus olmuşdurQurbanov Səfər İlham oğlunun yuxarıda göstərilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsindən başqa məhkəmə icasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş digər sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəməiclasındazərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsindəgöstərmişdirki, ölmüş şəxs Zərərçəkmiş şəxs onun ögey qardaşı olmuş, yəni anaları bir olsa da, ataları ayrı olmuşdur. Ailədə 3 qardaş və bir bacı olmuşlar. Ceyhunun anadan gəlmə psixi qüsurları olmuş, lakin imkan olmadığı üçün onu müalicə edə bilməmişlər. Ceyhun xasiyyətcə tüfeyli insan olmuş, həmişə küçələrdə qalaraq zibillikdə tapdığı məişət tullantıları ilə qidalanmış, mütəmadi olaraq spirtli içki qəbul etmişdir. Ceyhun 2005-ci ildə narkotik vasitələrdən qanunsuz istifadə etdiyi üçün 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlığa çıxdıqdan sonra isə onun psixi vəziyyəti lap pisləmişdir. Ceyhun işləməyə və faydalı əməklə məşğul olmağa meyilli olmamışdır. Ailə üzvləri Ceyhunu neçə dəfə düz yola çəkmək istəmiş, lakin o, heç kəsə qulaq asmayaraq yenə də tüfeyli həyatına davam etmişdir. Ceyhun 2016-cı ildə özü kimi bir psixi qüsuru olan qızla ailə həyatı qurmuş, həmin evlilikdən onun 3 azyaşlı övladı var. Ceyhun ailə həyatı qurduqdan sonra bir müddət arvadı və uşaqları ilə birlikdə qayınatasının evində yaşamış, lakin evdə özünü apara bilmədiyi üçün, natəmiz və tüfeyli həyat keçirdiyindən, daim spirtli içki qəbul edərək evdə problem yaratdığından, hərəkətlərini idarə edə bilmədiyindən ailə üzvləri ondan imtina edərək 2019-cu ilin mart ayında bir dəfəlik onu evlərindən qovmuşlar. Bundan sonra Ceyhun yaşamağa evi olmadığından küçələrdə yaşamağa davam etmiş, zibilxanalardan tapdığı tullantılar ilə yeməyini və geyimini təmin etmişdir. Ceyhunun bu hərəkətlərindən cana gəlib onunla əlaqələrini tam kəsmiş, son vaxtlar onun harada və kimin yanında yaşadığından və nə işlə məşğul olmasından xəbərsiz olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində işdə olarkən polis əməkdaşları tərəfindən ona zəng olunaraq Xaçmaz şəhəri ərazisində olan böyük bir zibilxana ərazisində Ceyhunun meyitinin aşkar edilməsi və hazırda meyitin Xaçmaz rayon mərkəzi xəstəxanasının meyitxanasında olması xəbəri verilmiş, bundan sonra özü və qardaşı Zakir meyitxanaya getmişlər. Orada artıq ona məlum olmuş ki, Ceyhunun qarnında deşilmiş-kəsilmiş yara izi aşkar edilmiş, lakin onun bu xəsarəti nə cür alması barədə heç bir məlumatı olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti yoxdur. Məhkəməiclasındaşahidqismindədindirilmiş Şahid4 ifadəsindəgöstərmişdirki, Təqsirləndirilən şəxs onun əridir, aralarında rəsmi nihah yoxdur, ancaq kəbin kəsmişlər, həmin evlilikdən 4 övladı var, böyük oğlu Müslüm Məmmədov hazırda hərbi xidmətdədir, qızı Zeynəb Məmmədova ailəli olmaqla ər evində ayrı yaşayır, oğlu Yunis Məmmədov və Hüseyn Məmmədov isə onlar ilə birlikdə yaşayırlar. Kamran özü hadisədən bir neçə gün əvvəl Mənzil Kommunal Təsərrüfat idarəsində fəhlə işinə düzəlmiş, bundan başqa o, yaşadığı evin yaxınlığında olan fermanın mal-qarasına baxmaqla ailəsini dolandırmışdır. Kamran xasiyyətcə mehriban, ürəyi təmiz insandır, bu vaxta kimi heç kəslə problemi, ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində evdə olan zaman pəncərədən görmüş ki, bir neçə polis əməkdaşları zibilxana ərazisinə getmiş, həmin vaxtı evdə özü və azyaşlı oğlu Hüseyn olmuş, Kamran isə zibilxana ərazisində iş görməklə məşğul olmuşdur. Bir müddət sonra Kamran evə gələrək zibilxana ərazisində bir kişi meyitini aşkar etdiyini və bu barədə polisə məlumat verdiyini, ona görə də polis əməkdaşlarının zibilxana ərazisinə gəldiklərini demişdir. Bundan başqa Kamran ölən adamı tanıdığını, həmin şəxsin ailəsi tərəfindən atılaraq tüfeyli həyat sürdüyünü, zibilxana ərazisində yaşadığını demişdir. Özü ölən adamı tanımamış, onu heç vaxt görməmişdir. xx.xx.2020-ci il tarixdə, gündüz radələrində polis əməkdaşları onların evinə gələrək Kamranı soruşmuşlar, həmin vaxt Kamran evdə olmamış, iş dalınca getmişdir. Polis əməkdaşları oğlu Yunisi polis şöbəsinə aparmış, bir müddət sonra Kamran evə gəldikdən sonra ona Yunisin polis şöbəsində olduğunu demiş, Kamran özü polis şöbəsinə getməyə hazırlaşan zaman polis əməkdaşları yenidən evə gəlib Kamranı özləri ilə polis şöbəsinə aparmışlar. Bir neçə saatdan sonra Yunis polis şöbəsindən evə gələrək atası Kamranın polis şöbəsində saxlanıldığını demiş, sonradan isə məlumat verilmişdir ki, Kamran həmin zibilxanada meyiti tapılan Ceyhun adlı şəxsin ölümündə şübhəli bilindiyi üçün tutulmuşdur. Lakin həmin hadisə barəsində heç bir məlumatı olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs tanımır, ona kim tərəfindən və nə üçün xəsarət yetirilməsi barədə heç bir məlumatı yoxdur. xx.xx.2020ci il tarixdə Kamran axşam radələrində evə gələrək zibilxana ərazisində olan zaman əlini şüşə kəsdiyini demiş, lakin Zərərçəkmiş şəxs adlı şəxslə aralarında olan mübahisəsi barədə heç bir söz deməmişdir. Kamran nə ona nə də ki digər ailə üzvlərinə hadisə barədə məlumat verməmiş, onlar bu hadisə barəsində yalnız növbəti günlərdə Kamranın polis əməkdaşları tərəfindən tutulmasından sonra bilmişlər. Məhkəməiclasındaşahidqismindədindirilmiş Şahid5 ifadəsindəgöstərmişdirki, Təqsirləndirilən şəxs onun atasıdır, yuxarıda qeyd olunan ünvanda valideynləri ilə birgə yaşayır. Atası Kamran 2020-ci ilin aprel ayının əvvəllərindən Mənzil Kommunal Təsərrüfat idarəsində fəhlə işinə düzəlmiş, bundan başqa yaşadığı evin yaxınlığında olan fermanın mal-qarasına baxmaqla və zibilxana ərazisindən şüşə, dəmir materialları yığıb satmaqla pul qazanır. Atası Kamran xasiyyətcə mehriban, ürəyi təmiz insandır, bu vaxta kimi heç kəslə problemi, ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdən Şabran rayonu, Günəşli kəndində nənəsi Havaxanım Məmmədovanın təsərrüfat işlərində köməklik etmək üçün oraya getmiş, həm də orada bir kafedə aşbaz yanında iş öyrənmək üçün həmin kənddə bir neçə ay qalmış. xx.xx.2020-ci il tarixdə isə karantin ilə əlaqədar Xaçmaz şəhərinə valideynlərinin yanına qayıtmışdır. xx.xx.2020-ci il tarixdə, gündüz radələrində polis əməkdaşları onların evinə gələrək atası Kamranı soruşmuşlar, atası evdə olmamış, iş dalınca getmişdir, polislər isə onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində ondan Zərərçəkmiş şəxs adlı bir şəxsin zibilxana ərazisində bıçaqla öldürüldüyünü deyib həmin hadisə barəsində onu sorğu-sual etmişlər. Polislərə həmin şəxsi tanımadığını və bu hadisə barəsində heç bir məlumatı olmadığını bildirmişdir. Bir müddət sonra atası Kamran da polis şöbəsinə gəlmiş, onun özünü isə evə buraxmışlar, lakin atası polis şöbəsində həmin hadisə ilə əlaqədar şübhəli şəxs qismində saxlanılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs tanımır, ona kim tərəfindən və nə üçün xəsarət yetirilməsi barədə heç bir məlumatı yoxdur. Hadisənin baş verdiyi tarixdə Şabran rayonunda nənəsinin yanında olmuş, yalnız xx.xx.2020-ci il tarixdə evə qayıtmış, evə axşam radələrində gələn zaman atası Kamranın sağ əlinin baş barmağında sarğı görmüş, nə baş verdiyini soruşduqda, atası ona zibilxana ərazisində işləyən zaman əlinin şüşə kəsdiyini demiş, lakin Zərərçəkmiş şəxs adlı şəxslə aralarında olan hər hansı mübahisə və ya digər problem barədə heç bir söz deməmişdir. Atası Kamran nə ona nə də ki digər ailə üzvlərinə hadisə barəsində məlumat verməmiş, bu hadisə barəsində yalnız polis şöbəsində məlumat almışdır. Məhkəməiclasındaşahidqismindədindirilmiş Şahid6 Rəsul qızı ifadəsindəgöstərmişdirki, Təqsirləndirilən şəxs onun oğludur. Kamran evli olmaqla 4 uşaq atasıdır, Mənzil Kommunal Təsərrüfat idarəsində fəhlə işləyir. Kamran özü ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Dağıstan küçəsinin yaxınlığında yerləşən zibilxana ərazisinin yanında yerləşən fərdi evdə yaşayır, yaxınlıqda olan fermanın mal-qarasına baxmaqla ailəsini dolandırmışdır. Kamran xasiyyətcə mehriban, ürəyi təmiz insandır, bu vaxta kimi heç kəslə problemi, ədavəti olmamışdır. Kamranın ürəyində problem olduğu üçün hərbi xidmət keçməmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Kamran ona zəng edərək onunla hal-əhval tutmuş, qaldığı evin yanında olan zibilxana ərazisində axşamlar tüfeyli həyat sürən şəxslərin oraya toplaşdığını, səs-küy salaraq onu və ailəsini narahat etdiklərini deyib ondan xahiş etmişdir ki, bu barədə polis şöbəsinə məlumat versin. Polis əməkdaşlarından heç kəsin nömrəsini bilmədiyi üçün bu barədə heç kəsə məlumat verə bilməmişdir. xx.xx.2020-ci il tarixdə, günorta radələrində yaşadığı evdə olan zaman Kamranın azyaşlı oğlu Hüseyn onun evində olmuşdur. Hüseyni öz evlərinə göndərmək üçün Kamrana zəng etmiş ki, uşağı qarşılasınlar. Kamran isə hazırda zibilxana ərazisində hadisə olduğunu, polis əməkdaşlarının orada olduğunu deyib, başının qarışıq olduğunu bildirmişdir. Bundan sonra Hüseyni evə göndərməyərək öz yanında saxlamışdır. xx.xx.2020-ci il tarixdə, gündüz radələrində nəvəsi Yunis onun evinə gələrək atası Kamranın polis şöbəsində saxlanıldığını demiş, sonra isə polis əməkdaşları ona Kamranın Ceyhun adlı şəxsin ölümündə şübhəli bilindiyi üçün tutulduğunu bildirmişlər. Lakin həmin hadisənin nə cür və hansı səbəbdən baş verməsindən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs kim tərəfindən və nə üçün xəsarət yetirilməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasinda ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ifadəsindəgöstərmişdirki, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir, polis leytenantı rütbəsi daşıyır. xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində xidmətdə olan zaman DİN-nin 102 xidmətinə Xaçmaz şəhəri, Dağıstan küçəsinin yaxınlığında olan kütləvi zibilxana ərazisində naməlum kişi meyitinin aşkar edilməsi barədə məlumat daxil olmuş, həmin ərazi onun xidmət sahəsinə aid olduğundan əməliyyat qrupu ilə birlikdə həmin ünvana getmiş, zibilxana ərazisinin içərisində torpaq yolunun kənarında beli üstə yerdə uzanmış vəziyyətdə olan bir kişi meyiti aşkar etmişdir. Həmin vaxtı yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ölmüş şəxsi tanıdığını, onun adının Ceyhun olduğunu, Ceyhunun elə həmin zibilxana ərazisində qurduğu çadırda yaşadığını demiş, həmçinin həmin meyiti də özünün aşkar etdiyini və bu barədə polisə məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Ceyhunun hansı səbəbdən ölməsi barədə nə kimi məlumatının olduğunu soruşduqda, o, “mənlik deyil” deyib Ceyhunun nə cür ölməsindən xəbərsiz olduğunu demişdir. Təqsirləndirilən şəxs Ceyhunla aralarında nə kimi münasibət olduğunu və ümumiyyətlə Ceyhunun əlaqədə olduğu şəxslər barəsində soruşmuş, Təqsirləndirilən şəxs isə Ceyhunun son vaxtlar zibilxana ərazisində Renat adlı tüfeyli həyat sürən bir şəxslə qaldığını demiş və Ceyhunun ailə üzvləri barədə məlumat verərək ailə üzvləri tərəfindən Ceyhunun evdən qovulduğunu, bundan sonra tüfeyli həyat sürərək həmin zibilxana ərazisində yaşamağa başladığını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs sağ əlini daim cibində saxlamış, onun sağ əlində sarğı olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ona əlinin şüşə kəsdiyini demiş, bundan sonra hadisə yerinə prokurorluq əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirilmiş, meyit müayinə olunması üçün meyitxanaya göndərilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs təcili işinin olduğunu deyib oradan uzaqlaşmışdır. Bundan sonra ölmüş şəxsin şəxsiyyəti tam müəyyən edilərək onun ailə üzvlərinə bu barədə məlumat verilmişdir. Meyit tibbi ekspertizadan keçirələn zaman onun qarın nahiyəsində deşilmiş-kəsilmiş yara xəsarəti olduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş, məhkəmədə elan edilmiş ifadəsində ekspert X2 göstərmişdir ki, 1982-ci ildə Bakı şəhəri Tibb Üniversitetinin müalicə və profilaktika fakultəsini bitirmiş, həmin ildən isə məhkəmə-tibbi eksperti vəzifəsinə təyin edilmiş, hazırda isə Səhiyyə Nazirliyi “MTEvəPABirliyi” Publik Hüquqi şəxsin Xaçmazrayonşöbəsininrəisi vəzifəsində işləyir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs istintaq eksperimenti aparılması protokolunda göstərdiyi şəraitdə Zərərçəkmiş şəxs xəsarət yetirilməsi uyğun gəlmir, çünki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçağı alıb kənara atan zaman bıçağın deşici uc hissəsi özünə tərəf, bıçağın sapının arxa hissəsi isə Zərərçəkmiş şəxs tərəf olmuş, belə olan halda isə Zərərçəkmiş şəxs öndən-arxaya istiqamətdə qarın nahiyəsinə 01 ədəd deşilmiş-kəsilmiş yara xəsarətinin ehtiyatsızlıqdan yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs meyitinin qarın nahiyəsində aşkar edilmiş daxilə nüfuz edən 01 ədəd sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarəti qəsdən törədilməyə xarakterikdir. Belə ki, Zərərçəkmiş şəxs qarın nahiyəsində aşkar edilmiş xəsarət yerləşmə nahiyəsi, istiqaməti, yara kanalının dərinliyi və yetirilmə mexanizminə görə qəsdən icra olunmuş hərəkət nəticəsində əmələ gəlmişdir. Çünki bu xəsarətin yetirilməsi iki hərəkətdə ifadə olunur, birinci hərəkətlə bıçağın deşicikəsici hissəsinin qarın nahiyəsinə nüfuz edilməsi və ikinci hərəkətlə bıçağın qarın boşluğundan xaric edilməsi. Ona görə də bu xəsarətin Təqsirləndirilən şəxs dediyi kimi ehtiyatsızlıqdan törədilməsinə uyğun gəlmir, həmin xəsarət qəsdən yetirilməyə uyğun gəlir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sağ əlin birinci və ikinci barmaqlarının səthi kəsilmiş yaralar Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə yetirilməsinə uyğun gəlir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz şəhəri, Dağıstan küçəsinin yaxınlığında şimal-şərq istiqamətində yerləşən bərk məişət tullantıları poliqonudur. Həmin poliqonun sahəsi təxminən 6 ha olmaqla ərazisi külli miqdarda topa şəklində müxtəlif növ məişət və digər tullantılardan ibarətdir. Həmin məişət tullantılarının içərisindən keçən cığırın sağ kənarında beli üstə uzanmış naməlum kişi meyiti vardır. Meyitin sol qolu bükülü vəziyyətdə olmaqla qarnı üzərindədir, sağ qolu da bükülü vəziyyətdə olmaqla sinəsi üzərindədir. Meyitin sol ayağı dirsəkdən 90 dərəcə bucaq altında bükülmüş vəziyyətdədir, sağ ayağı isə düz açılmış vəziyyətdədir. Meyitin üzərində 01 ədəd qara rəngli yun boğazlı sviter, 01 ədəd qara rəngli cins şalvar və 01 cüt qara rəngli ayaqqabı var, paltarlar çirkli və tozlu vəziyyətdədir. Sviterin alt hissəsi yuxarıya doğru qalxmış vəziyyətdədir, şalvarın ön düyməsi və zəncirbəndi isə açıq vəziyyətdədir. Meyitin qarnında və hər iki əllərində qanabənzər ləkələr vardır. Meyitin olduğu yerdən 40 metr aralıda zibil tullantılarının üzərində kustar üsulla hazırlanmış eni 120 sm, uzunluğu 200 sm, hündürlüyü isə 150 sm olan çadır vardır. Həmin çadırın içərisində bir ədəd matras, matrasın üzərində müxtəlif geyim əşyaları və yataq ləvazimatları vardır. Həmin çadırın ətrafında külli miqdarda zibil tullantılarının olması müşahidə olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış meyitə xarici baxış keçirilməsi haqqında xx.xx.2020ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin üzərində 01 ədəd qara rəngli yun sviter, 01 ədəd qara-mavi-ağ xəttli qısaqol köynək, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab və 01 cüt qara rəngli ayaqqabı vardır. Sviterin ön cibində 2 ədəd “Ramida” əmtəə nişanlı siqaret qutusu var, həmin siqaret qutularının içərisində isə siqaretlər var. Paltarlar çirkli və tozlu vəziyyətdədir. Meyitin bədən səthində - epiqastral nahiyədə qarın boşluğuna nüfuz edən 01 ədəd deşilmişkəsilmiş yara xəsarəti vardır. Zərərçəkmiş şəxs meyitinin üzərində olan sviterin və qısaqol köynəyin üzərində gözlə görünən 01 ədəd deşici-kəsici zədə vardır. Meyitin üzərindən çıxarılmış 01 ədəd qara rəngli yun sviter, 01 ədəd qara-mavi-ağ xəttli qısaqol köynək, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı və sviterin cibindən çıxmış 2 ədəd “Ramida” əmtəə nişanlı siqaret qutusu qablaşdırılmaqla və möhürlənməklə götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış baxış keçirilməsi haqqında xx.xx.2020-ci iltarixliprotokoldangörünürki, “xxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci iltarixli, 10049 №liməktubunaəlavəedilmiş 01 ədəd «CD-R» formatlı elektron məlumat daşıyıcısına (diskə) baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “051 998-38-99” mobil telefon nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 10:23-də DİN-nin 102 xidmətinə zəng olunmuşdur. Bundan başqa istintaq üçün əhəmiyyət kəsb edən digər hər hansı məlumatlar müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış İstintaq eksperimenti aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi hadisə zamanı Zərərçəkmiş şəxs qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən 01 ədəd sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarətinin ehtiyatsızlıq nəticəsində yetirilməsinin mümkünlüyünü yoxlamaq məqsədi ilə hadisə yerində keçirilmiş istintaq eksperimenti zamanı Təqsirləndirilən şəxs hadisə yerində baş verənləri olduğu kimi öz hərəkətləri ilə eksperiment şəklində canlandıraraq ilk öncə zibilxana ərazisinin girişini göstərərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs onu yanına çağıraraq ondan pul tələb etmiş, sonra da onun və ailə üzvlərinin ünvanına ağır söyüşlər söyərək ot tayasını yandıracağı ilə onu hədələmiş, daha sonra qəflətən şalvarının arxa hissəsindən sol əli ilə bir bıçaq çıxarıb onun qarın nahiyəsindən vurmaq istəmiş, özü isə sağ əli ilə Ceyhunun əlindəki bıçağın tiyəsindən tutmuş, sol əli ilə də Zərərçəkmiş şəxs bıçaq olan biləyindən tutub qolunu burmuş və bıçağı onun əlindən alaraq sol tərəfdəki zibil topasının içərisinə atmış, Ceyhunu isə sinəsindən kənara itələyərək yerə yıxmışdır. Bundan sonra Ceyhun ayağa qalxıb onu söyərək qaldığı çadıra tərəf getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meyitinin qarın nahiyəsində aşkar edilmiş 01 ədəd daxili nüfuz edən deşici-kəsici xəsarətin hansı şəraitdə yetirilməsini soruşulduqda, Təqsirləndirilən şəxs bildirmiş ki, Zərərçəkmiş şəxs əlindən bıçağı alan zaman ona necə xəsarət yetirilməsini hiss etməmiş, növbəti gün Ceyhunun meyitini zibilxana ərazisində aşkar etdikdən sonra onun qarnındakı xəsarəti görüb həmin xəsarətin onun əlindən yetirildiyini güman etmiş, qəsdən ona xəsarət yetirməmiş, hadisə zamanı hər ikisi sərxoş vəziyyətdə olduqları üçün nə özü nə də ki Zərərçəkmiş şəxs xəsarət yetirilməsini hiss etməmişlər. Təqsirləndirilən şəxs konkret olaraq Zərərçəkmiş şəxs qarın nahiyəsinə bıçağın necə nüfuz etməsini izah etməsini və hərəkətləri ilə göstərməsini soruşulduqda, Təqsirləndirilən şəxs bildirmiş ki, Zərərçəkmiş şəxs əlindən bıçağı alıb kənara atan zaman özündən asılı olmayaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs həmin xəsərəti yetirmiş, qəsdən ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs qarın nahiyəsinə nə cür xəsarət yetirilməsini izah etməsi və hərəkətləri ilə göstərməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs suala dəqiq cavab verməkdən yayınaraq özünü müdafiə etmək məqsədi ilə yalnız Zərərçəkmiş şəxs əlindən bıçağı alıb kənara atmasını öz hərəkətləri ilə göstərmiş, lakin Zərərçəkmiş şəxs qarın nahiyəsinə bıçağın nə cür nüfuz etməsini bildirməmiş və hərəkətləri ilə hadisənin dəqiq mexanizmini göstərməmişdir. Bununla da, keçirilmiş istintaq ekperimenti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri hadisə yerində eksperiment şəklində dəqiq izah edə və hərəkətləri ilə göstərə bilmədiyi üçün onun tərəfindən Zərərçəkmiş şəxs qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən 01 ədəd sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarətinin ehtiyatsızlıq nəticəsində yetirilməsinin mümkünlüyü təsdiq olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci iltarixli, 226 saylırəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin birinci və ikinci barmaqlarının səthi kəsilmiş yaraları iti kənarlı və ya iti uclu kəsici əşyanın (alətin) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci iltarixli, 18 saylırəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər – daxili və xarici qanaxma ilə müşayiət olunmuş qara ciyərin zədələnməsi ilə qarın boşluğuna keçən bir ədəd deşilmişkəsilmiş yara vardır. Göstərilən xəsarət həyati olub, deşici-kəsici alətin (ola bilər ekspertizaya təqdim edilmiş bıçağın) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən qarın nahiyəsi xəsarət yetirmiş alətə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs ölümünə səbəb qarın boşluğuna nüfuz etmiş kəsilmiş-deşilmiş yaranın qara ciyəri zədələməsi nəticəsində daxili və xarici qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci iltarixli, 01/18 saylırəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarət – qara ciyərin zədələnməsi ilə qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənməklə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş istintaq eksperimenti protokolunda qeyd olunan şəraitdə əmələ gəlməsi inkar olunur. Belə ki, eksperiment protokolunda Təqsirləndirilən şəxs göstərdiyi kimi, yəni bıçağın tiyəsindən tutaraq Zərərçəkmiş şəxs əlindən alıb bıçağı kənara tullaması zamanı qarın nahiyəsində daxilə nüfuz edib qara ciyərin zədələnməsi ilə nəticələnmiş xəsarətin əmələ gəlməsi mümkün deyildir. Təqsirləndirilən şəxs eksperiment protokolunda göstərdiyi kimi qeyd olunan xəsarət ehtiyatsızlıqdan deyil, qəsdən törənməyə uyğun gəlir, yəni burada iki hərəkət bıçağın qarın boşluğuna keçməsi və oradan xaric edilməsi icra olunmuşdur. Cinayət işinə əlavə edilmiş Kompleks məhkəmə-daktilaskopik, trasoloji və ballistik ekspertizasının xx.xx.2020-ci iltarixli, 3/390;3/391;3/414 saylırəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthində aşkar edilmiş, tam və aydın əks olunmayan habelə kifayət qədər xüsusi əlamətlərə malik olmayan papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri müqayisəli tədqiqat üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bıçaq kustar üsul ilə hazırlanmış deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin, köynəyin və Təqsirləndirilən şəxs məxsus göy rəngli köynəyin, şalvarın səthində zədələr vardır. Zərərçəkmiş şəxs məxsus sviterin və köynəyin səthindəki zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim olunmuş sviterin və köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş sviterin və köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilmə-kəsilmə zədələrinin yaranma mexanizmini, istiqamətini təyin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs məxsus sviterin və köynəyin səthindəki digər zədələr, Təqsirləndirilən şəxs məxsus göy rəngli köynəyin səthindəki zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədələridir. X3 məxsus cins şalvarın, tumanın, 01 cüt corabın və 01 cüt ayaqqabının üzərində trasoloji zədə yoxdur. Təqsirləndirilən şəxs məxsus qara rəngli köynəyin, 01 cüt çəkələyin üzərində trasoloji zədə yoxdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-lifli materialların kriminalistik ekspertizasının xx.xx.2020-ci iltarixli, 6/663 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs məxsus qara rəngli sviterin üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus köynəyin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus paltarlar üzərindəki kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus paltarların tərkib liflərindən yoxdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2020-ci iltarixli, 431/2020-MTBŞ saylırəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0-alfa, beta(İ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta (İİ) (Sonuncunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, vodolazka, şalvar, trusik, sağ tay ayaqqabı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa, beta (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə A-beta (İİ) qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən hadisə yerindən götürülmüş 03 ədəd çay daşı, 01 ədəd şüşə qırığı, bərkimiş torpaq nümunəsi, 01 ədəd plastmas material kəsiyi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri alındı. Beləliklə, bu qan ləkələri A-beta (H)(İİ) qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs, əgər hadisə zamanı onda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa və qanında müşayiətçi H antigeni olduğu təqdirdə məxsus ola bilər. Ləkələrdə 0-alfa, beta (İ) qruplu mərhum Zərərçəkmiş şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, vodolazka, şalvar, trusik üzərindəki qan ləkələri kişi genetik cinsinə mənsubdur. Bu ləkələrdən hazırlanmış preparatlarda qanın regional mənşəyini təyin etməyə imkan verən yararlı hüceyrə elementləri aşkar olunmamışdır. Digər maddi sübutlar üzərində olan qan ləkələrininin ölçüləri və intensivliyi sitoloji tədqiqat aparmağa imkan vermir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sol tay ayaqqabı, onun əl barmaq dırnaq kəsikləri, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək üzərindəki ləkələrdə, sonuncuya məxsus bir cüt çəkələk, bıçaq üzərində qan, Zərərçəkmiş şəxs məxsus bir cüt corab, Təqsirləndirilən şəxs məxsus qısaqol mayka, idman şalvarı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş kompleksambulatorməhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci iltarixli, 904 saylırəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs qararın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. İş üzrə cinayətin aləti olan ümumi uzunluğu ümumi uzunluğu 26.5 sm olan, dəstəyi ağ-göy-qırmızı rəngli, səthi yanma nəticəsində bir qədər kömürləşmiş, plastik materialdan olmaqla uzunluğu 11 sm, eni 2.5 sm, qalınlığı 1.5 sm, tiyəsinin uzunluğu 15.5 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, dəstəyə bitişik hissədə eni 3.5 sm, mərkəz hissədə eni 3 sm olan mətbəx bıçağı; üzərində qanabənzər ləkələr olan 3 ədəd çay daşı; 01 ədəd şüşə qırıntısı; 01 ədəd plastmas parçası; yerin torpaq səthindən çıxarılmış bərk halda torpaq kütləsi; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli yun sviter, 01 ədəd qara-mavi-ağ xəttli qısaqol köynək, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı; Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli idman şalvarı və 01 cüt rezin çəkələk xx.xx.2020-ci iltarixliqərarlaişüzrəmaddisübutkimi tanınmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı ilə əlaqədar Xaçmaz rayon polis şöbəsinin xx.xx.2020-ci iltarixli, 160-13938-1220 saylı cavab məktubunda göstərilmişdirki, Zərərçəkmiş şəxs qarın nahiyəsindən bıçaqlanaraq qətlə yetirilmə hadisəsi Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, bilavasitə xəsarət yetirilməsini görən olmamış, Zərərçəkmiş şəxs tərəfindən əvvəllər cinayət əməli törədilməmiş, onun hər hansı şəxslə düşmənçiliyi, ədavəti olmamış, əvvəllər onun özü-özünə xəsarət yetirilməsi halları olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü üzrə qiymətəndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini Təqsirləndirilən şəxs əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir və onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil kommunal təsərrüfatı idarəsinin xx.xx.2020-ci il tarixli, 88 saylı cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “X10” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Mənzil Kommunal Təsərüfat İdarəsinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi sahəsinə təyin olunmuş və işlədiyi müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. İşmateriallarındakıAzərbaycanRespublikasıDaxiliİşlərNazirliyininBaşƏməliyyatvəStatistikİnformasiyaİdarəsin in tərtib etdiyi xx.xx.2020-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 123; 42-1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Xaçmaz rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il islah işləri cəzasına məhkum edilmişdir. AzərbaycanRespublikasıCM-nin 18.1-cimaddəsinə müvafiq olaraq qəsdəncinayəttörətməyəgörəəvvəllərməhkumolunmuşşəxstərəfindənyenidənqəsdəncinayəttörədilməsicina yətinresidiviniyaradır. HəminMəcəllənin 18.4-cümaddəsinəəsasənresidivinmüəyyənedilməsizamanıbuMəcəllənin 83cümaddəsindənəzərdətutulmuşqaydadagötürülmüşvəyaödənilmişməhkumluqlar, habeləazadlıqdanməhrumetməiləbağlıolmayancəzatəyinedilmişcinayətlərəgörəməhkumluqlarnəzərəalınmı r. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasənaz ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmişşəxslər cəzanıçəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğuödənilmişhesabolunur. Məhkəməhesabedirki, belə olan halda təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir vəonunqəsdəncinayəttörətməyəgörəəvvəllərazadlıqdan məhrum etməcəzasınaməhkumolunmasıməhkumluğununödənilməsi, habeləməhkumolunduğuazadlıqdanməhrumetməcəzasınınazadlıqdanməhrumetməiləəlaqədarolmayancəza iləəvəzolunmasısəbəbindənəməlindəcinayətinresidiviyoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsaəsən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal onunhimayəsindəbirazyaşlıuşağınınolması, zərərçəkmişşəxsinhuquqivarisininondanşikayətvətələbininolmamasıvəonunlabarışmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. AzərbaycanRespublikasınınCM-nin 60.1-ci maddəsinəəsasənbuMəcəllənin 59.1.8., 59.1.10.-59.1.13.cümaddələrininhərhansıbirindənəzərdətutulmuşbütünhallarmövcudolduqdavəəgərcəzanıağırlaşdıranhallar yoxdursa, təyinolunancəzanınmüddətivəyahəcmibuMəcəlləninXüsusihissəsininmüvafiqmaddəsindənəzərdətutulmuşd ahaciddicəzanövününsonhəddinindörddəüçündənartıqolabilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxsin tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış vəXaçmazrayonprokurorluğununmaddisübatlarısaxlamaotağındasaxlanılan, cinayətin aləti olan ümumi uzunluğu 26.5 sm olan, dəstəyi ağ-göy-qırmızı rəngli, səthi yanma nəticəsində bir qədər kömürləşmiş, plastik materialdan olmaqla uzunluğu 11 sm, eni 2.5 sm, qalınlığı 1.5 sm, tiyəsinin uzunluğu 15.5 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, dəstəyə bitişik hissədə eni 3.5 sm, mərkəz hissədə eni 3 sm olan mətbəx bıçağı; üzərində qanabənzər ləkələr olan 3 ədəd çay daşı; 01 ədəd şüşə qırıntısı; 01 ədəd plastmas parçası; yerin torpaq səthindən çıxarılmış bərk halda torpaq kütləsi; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli yun sviter, 01 ədəd qara-mavi-ağ xəttli qısaqol köynək, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı; Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli idman şalvarı və 01 cüt rezin çəkələk məhvedilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən ekspertizaxərcləri 300.46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq edilməsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış vəXaçmazrayonprokurorluğununmaddisübatlarısaxlamaotağındasaxlanılan, cinayətin aləti olan ümumi uzunluğu 26.5 sm olan, dəstəyi ağ-göy-qırmızı rəngli, səthi yanma nəticəsində bir qədər kömürləşmiş, plastik materialdan olmaqla uzunluğu 11 sm, eni 2.5 sm, qalınlığı 1.5 sm, tiyəsinin uzunluğu 15.5 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, dəstəyə bitişik hissədə eni 3.5 sm, mərkəz hissədə eni 3 sm olan mətbəx bıçağı; üzərində qanabənzər ləkələr olan 3 ədəd çay daşı; 01 ədəd şüşə qırıntısı; 01 ədəd plastmas parçası; yerin torpaq səthindən çıxarılmış bərk halda torpaq kütləsi; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli yun sviter, 01 ədəd qara-mavi-ağ xəttli qısaqol köynək, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı; Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli idman şalvarı və 01 cüt rezin çəkələk məhvedilsin. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən ekspertizaxərcləri 300.46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-962/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-962/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver