Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-964/2020 07.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhər 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştiraklarıilə xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azəbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülməmiş, ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılanTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə külli miqdarda kimyəvi komponentlərinə görə eyni olan 4 (dörd) bükümdə hər birinin ayrılıqda təmiz çəkiləri 67,420 qr, 7,405 qram, 0,050 qram, ümumi təmiz çəkisi 75,305 qram olan, tərkiblərinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 3(üç) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,965qr, 0,162 qr, 0,290 qram, ümumi təmiz çəkisi 3,417 qram psixotrop maddə olan metafetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımış, həmin tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C. Qurbanov küçəsində yerləşən Xəzər marketin yaxınlığında saxlanılaraq 32-ci PB-yə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 4 (dörd) bükümdə hər birinin ayrılıqda təmiz çəkiləri 67,420 qr, 7,405 qr, 0,050 qram, ümumi təmiz çəkisi 75,305 qram olan, tərkiblərinə görə kustar üsulla hazırlanmış, narkotik vasitə heroin və 3(üç) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,965qr, 0,162 qr, 0,290 qram, ümumi təmiz çəkisi 3,417 qram psixotrop maddə olan metafetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsməhkəməiclasındaifadə verərəkgöstərdiki, 2019-cu ilin sentyabr ayının 22 də narkotik vasitə almaq üçün Nizami rayonuna getmişdir. Nizami rayonu ərzisində narkotik vasitəni aldıqdan sonra maşında əyləşən zaman polis əməkdaşları ona yaxınlaşıb saxladıb onu bölməyə gətirmişlər. Həmin vaxt yanında başqa bir adamda olmuş, lakin, o, adam sonra yoxa çıxmışdır. O, narkotik vasitənin qəbul edənidir, xəstədir odur ki, narkotik vasitədən hər zaman istifadə edir. Lakin, polis əməkdaşları onu aldadıb demişlər ki, onsuzda 234.1-ci maddə ilə ona ittiham elan olunacaq. Yenə də etiraz etməsinə baxmayaraq onu döyüb, işgəncə etdikdən sonra, çəkilişlə gəlib baxış keçrib hər şeyi etiraf etdirmişlər. Onun üzərimdən çıxan 75 qram maddə tam yalandır və şər böhtandır, o heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin 32-ci PB-də Cinayət Axtarış idarəsinin əməliyyat müvəkkilidir. xx xxxx 2020-ci il tarixdə Fərid adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuş, Fəridin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə keçirilmiş əməliyyatda o da iştirak etmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat 22 raddələrində əməliyyat qrupu üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yeləşən Xəzər marketin yanına gələrək və orada Fəridə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə onu əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Orada ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra, vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın cibindən bir ədəd ağ kağıza bükülü vəziyyətdə olan və altı ədəd sellofana bükülmüş bükülüləri çıxarıb təqdim edərək narkotik vasitə olduğunu və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020ci il tarixli 6/263 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs..." yazısı olan zərfdə, 4 (dörd) ədəd bükümdə, ümumi təmiz çəkisi 75,305 qram olan ayrı ayrılıqda təmiz çəkiləri 67,420 qr, 7,405qr, 0,430 qr, 0,050 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr heroindir və 3 (üç) ədəd bükümdə olan ümumi təmiz çəkisi 3,417 qram olan ayrı-ayrılıqda təmiz çəkiləri 2,965 qr, 0,162 qr, 0,290 qram olan ağ rəngli maddələr Azərbaycan Republikası ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetaminlərdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 742 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki pxisiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir, onda, törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o, öz əməlinin faktiki xarakterini və İctimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. X2 hazırda Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1069 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan mfetamindən sui- istifadə edilməsi ilə nəticəsində aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020ci il tarixli 6/1041 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik maddə...” sözləri olan zərfdəki dörd ədəd bükümdə ümumi təmiz çəkisi 75,255 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidilər, üç ədəd bükümdə ümumi təmiz çəkisi 3,367 qram olan psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dovriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, o, məhkəmə iclasında ibtidai istintaqdan fərqli ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Odur ki, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, məhkəmə iclasında dindirilmişşahidlərinifadələri, habelə cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilənşəxsinittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin xx xxxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-cİ maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx xxxxxx 2015-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CPM-nin 512 və 520-ci maddələrinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən 10 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2016-cı il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən, yenidən qəsdən ağır cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən halların olması müəyyən edilmədi. Məhkəməhesabedirki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdanməhrumetmənövündə cəzatəyinedilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyinedilmiş cəzaciddirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasınınəvvəlionunşübhəlişəxsqismindətutulduğuxx xxxx 2020-ciiltarixdənhesablanmalıdır. İş üzrə 190 manat 28 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Suraxanı RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 75,205 qram heroin və 3,317 qram metamfetamin məhv edilməlidir. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cübəndinəvə AzərbaycanRespublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxsmüdafiəçisiqismindəişəburaxılmışvəonunhüquqlarınımüdafiəetmişBakışəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakışəhər 12 saylıvəkilbürosununhesabına 120 (yüz iyirmi) manat pulödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsinvəona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıciddirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli 22mart 2020-ciiltarixdənhesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 190 manat 28 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan və Bakı şəhər Suraxanı RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 75,205 qram heroin və 3,317 qram metamfetamin məhv edilsin. SəmədovaElnazOktayqızına, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat pulödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protestverilmədikdə, hökm həmin müddətin başaçatdığıvaxtdansonrakıgünqüvvəyəminir.
Məhkəmə qərarları › İş №1(101)-964/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-964/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver