Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-970/2020 07.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə x xxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı, qurudulmamış marixuananı, həşiş qətranını, heroini və psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır: belə ki, o, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Həmşəri» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istifadəsində olan, istintaqla müəyyən edilməsi mümkün olmayan mobil telefonun “Whatsapp” internet sosial şəbəkəsi vasitəsi ilə yazışaraq, «Həmşəri» adlı şəxsin ona Abşeron rayonu, Qobu qəsəbəsinə giriş lövhəsinin yanında 1 ədəd göy sellofan torbanın içinə yığılmış 1 ədəd sarı rəngli sellofan torbanın içərisində 5 ədəd sellofan bükümlərdə ayrı ayrılıqda çəkiləri: 45 qram, 30 qram, 15 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 110 qram olan narkotik vasitə qurudulmuş marixuananın, bir ədəd polietilen torbanın içərisində sellofan torbada, yaş vəziyyətdə təmiz çəkisi 460 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananın, bir ədəd polietilen torbanın içərisində iki ədəd sellofan bükümlərdə ümumi çəkisi 305,0 qram olan maddələr (bitki mənşəli kütlələr) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranının, 1 ədəd polietilen torbada təmiz çəkisi 101,463 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 1 ədəd polietilen torbada, təmiz çəkisi 45,065 qram olan ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, 1 ədəd kağız bükümdə, təmiz çəkisi 0,218 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, həmin bağlamada olan üzərində narkotik vasitə heroinin izləri olan 2 (iki) ədəd elektron tərəzinin gizlədildiyi barədə məlumat verdikdən sonra, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı, qurudulmamış marixuananı, həşiş qətranını, heroini, psixotrop maddə metamfetamini və 2 (iki) ədəd elektron tərəzini oradan götürüb əldə etməklə daşıyıb üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Abşeron rayon polis idarəsinin Polis bölməsinin və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübahizə idarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron RPİ-nin Polis bölməsinə gətirilmiş və xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı 1 ədəd göy sellofan torbanın içinə yığılmış 1 ədəd sarı rəngli sellofan torbanın içərisində 05 ədəd sellofan bükümlərdə ayrı ayrılıqda çəkiləri: 45 qram, 30 qram, 15 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 110 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd polietilen torbanın içərisində sellofan torbada, yaş vəziyyətdə təmiz çəkisi 460 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, bir ədəd polietilen torbanın içərisində iki ədəd sellofan bükümlərdə ümumi çəkisi 305,0 qram olan maddələr (bitki mənşəli kütlələr) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, 1 ədəd polietilen torbada təmiz çəkisi 101,463 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen torbada, təmiz çəkisi 45,065 qram olan ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin bağlamada olan üzərində narkotik vasitə heroinin izləri olan 2 (iki) ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol ön cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,218 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 ay olar ki, narkotik vasitə qəbul edir, etibarnamə ilə atası Şahid2 adına olan Vaz 2104 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Biləsuvar rayonunda taksi fəaliyyəti ilə məşğul olmuş, 2020-ci ilin yanvar ayının əvvəllərində orada çayxanaların birində «Həmşəri» kimi çağırılan özünü İran vətəndaşı kimi təqdim edən şəxs ilə tanış olmuş, «Həmşəri» ilə həmin çayxanada bir neçə dəfə görüşmüş, sonuncu ona Azərbaycanda yaşadığını və ona Azərbaycandan müxtəlif narkotik vasitələri pul müqabilində təşkil edə biləcəyini, özü həmin narkotik vasitəni satıb yaxşı qazanc əldə edə biləcəyni bildirmiş, o, razılaşmış, «Həmşəri» ilə Biləsuvar rayonunda Gömrük məntəqəsi yaxınlığında çayxanada görüşərkən 2020-ci ilin yanvar ayının əvəllərində sonuncuya narkotik vasitələr təşkil etmək üçün 2.800 manat pul vermiş, iki gün sonra 2020-ci ilin yanvar ayının axırlarında «Həmşəri» onun istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefonuna “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng etmiş, Qobu qəsəbəsinə giriş arkasının yanında ona çatacaq müxtəlif narkotik vasitələr olduğunu bildirmiş, həmin vaxt onun istifadəsində olan (050) ***-**-** mobil telefon nömrəsi işləməmiş, “Whatsapp” mobil tətbiqi (050) ***-**-** nömrədə aktiv olmuş, o, Həmşəri ilə zəngləşməmiş, ancaq internetlə “Whatsapp” proqramı vasitəsi ilə danışmış, o, həmin yerdən narkotik vasitələri götürmüş, Qobu dağı deyilən yerdə narkotik vasitələri gizlətmiş, hər dəfəsində özü üçün oradan narkotik vasitə marixuana və həşiş qətranı götürərək az-az istifadə etmiş, xx xxxx 2020-ci il tarixdə həmin narkotik vasitələri yaşadığı evə gətirmək fikrinə düşmüş, narkotik vasitələri başqa şəxsin götürə biləcəyini düşünmüş, bundan sonra xx xxxx 2020-ci il tarixdə saat 00:30 radələrində narkotik vasitəni Qobu dağı deyilən yerdən götürüb yaşadığı ünvana gələrkən polis əməkdaşları onu saxlamış, özlərini təqdim etdikdən sonra Abşeron RPİ-nin Qobu polis bölməsinə dəvət etmişlər, polis əməkdaşları ilə birlikdə Qobu polis bölməsinə getmiş, orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə və əlində olan göy sellofana şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən və sellofan torbadan müxtəlif narkotik vasitələr və 2 ədəd elektron tərəzi aşkar edilmiş, polis əməkdaşlarına üzərindən və sellofan torbadan aşkar olunmuş narkotik vasitələri Həmşəri kimi tanıdığı şəxsin ona yerini “Whatsapp” mobil tətbiqi vasitəsi ilə dediyi yerdən götürdüyünü bildirmiş, bundan sonra sellofandan çıxan torbalar, möhürlənmiş və imzalanmış, o və digər iştirakçılar protokolla tanış olub imza etmişdirlər. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid5 ifadə verərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin Polis bölməsinə ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat Abşeron RPİ-nin rəisinə raportla məruzə edildikdən sonra ondan Abşeron rayon Pİ-nin Qobu polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X3, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid6 ibarət əməliyyat qrupu yaradılmış, o, əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Qobu qəsəbəsində əməliyyat axtarış tədbirləri keçirmiş, xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 00:30 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Təqsirləndirilən şəxs əlində göy rəngli sellofan torba ilə saxlanılaraq Abşeron RPİ-nin Polis bölməsinə gətirilmiş, Abşeron RPİ-nin Qobu polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən Abşeron RPİ-nin Qobu polis bölməsinə gətirdikləri şəxsin x xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuş, Abşeron RPİ-nin Qobu polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun, Abşeron rayon Pİ-nin Polis bölməsinin əməliyyat müvəkkili X4, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman sonuncu əlində olan göy rəngli sellofan torbanı masanın üzərinə qoymuş və içində narkotik vasitələr olmasını bildirmiş, həmin selofan torba açıldıqda içərisində ayrı-ayrı iri sellofanlara bükülmüş narkotik vasitə olan marixuanaya, heroinə, həşiş qətranına, psixotrop maddə metamfetaminə oxşar maddə və kütlələr, 2 ədəd elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs sellofan torbanın içində aşkar edilən maddələrin narkotik vasitə marixuana, heroin, həşiş qətranı və psixotrop maddə metamfetamin olmasını söyləmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxardaraq təqdim etmiş, həmin bükülünün içərisində ağ kristal formalı kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin psixotorop maddə metamfetamin olmasını söyləmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı ondan aşkar edilən narkotik maddələrin və psixotorop maddənin tanımadığı İran vətəndaşından aldığını bildirmiş, sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı onun əlindəki sellofan torbada aşkar edilən marixuana, heroin, həşiş qətranı və psixotrop maddə metamfetaminə oxşar maddə və kütlələr göy rəngli sellofan torbaya, əynində olan göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə isə ağ zərfə qoyularaq qablaşdırılmış, müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş, DİN-in möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və narkotik vasitələrin qablaşdırıldığı zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid6 və Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 Vüqar İxtiyar oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə əri Şahid2 ona oğlu Raufun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulduğunu demiş, oğlu Raufun üzərində şəxsi axtarış zamanı narkotik vasitələr aşkar edilməsi barədə onun heç bir məlumatı olmamış, oğlunun həmin narkotik vasitələri haradan əldə etməsi barədə onun heç bir məlumatı olmamış, oğlunun narkotik vasitələrdən istifadə edib etmədiyini bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Ağahüseyn oğlu və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 Şahid3 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə xx xxxx 2020-ci il tarixli 6/131 №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs aşkarlanmış maddi sübut» sözləri qeyd olan göy rəngli sellofan paketdə, 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 101,463 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 45,065 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; həmin bağlamada olan 2 (iki) ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır; tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs aşkarlanmış maddi sübut..” sözləri qeyd olan zərfdə, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,218 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixtrop maddə metamfetamindir; vət. Təqsirləndirilən şəxs götürülmüş göy rəngli sellofan paketdə və kağız xərfdə olan metamfetaminin ümumi təmiz çəkisi 45,283 qram və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibbindəki komponentlərinə görə eynidirlər; vət. Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd tərəzinin üzərində heroin iz şəklində olduğundan, R. Süleymanovdan götürülmüş heroinlə eyni tərkibli olun-olmamasını müəyyən etmək mümkün olmadı (heroinin təmiz çəkisi 101,463 qram, sərf edildi 0,1 qram, qalıq 101,363 qram, metamfetaminin ümumi təmiz çəkisi 45,283 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 45,083 qram)(1-ci cild iş vərəqi 35-39). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə xx xxxx 2020-ci il tarixli 6/131 №li ekspert rəyindən görünür ki, təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs üzərindən ...» yazıları və imzalar olan 01 (bir) ədədə polietilen bağlamanı açdıqda içərisində: - bir ədəd sarı rəngli sellofan torbanın içərisində 05 (beş) ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 45 qram 30 qram, 15 qram,10 qram, 10 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkiləri 110 qram; - bir ədəd polietilen torbanın içərisində sellofan torbada, yaş vəziyyətdə təmiz çəkisi 460 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır, təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər; - bir ədəd polietilen, iki ədəd sellofan bükümlərdə ümumi çəkisi - 305,0 qram, olan maddələr (bitki mənşəli kütlələr) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- həşiş qətranıdır (qurudulmuş marixuananın ümumi çəkisi 110 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 109,9 qram, qurudulmamış marixuanananı ümumi çəkisi 460 qram, tədqiqata sərf olundu 0,5 qram, qalıq 459,95 qram), həşiş qətranının ümumi çəkisi 305,0 qram, tədqiqata istifaə olundu 0,06 qram, qalıq - 304, 94 qram) (1-ci cild iş vərəqi 40-43). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə xx xxxxx 2020-ci il tarixli 1017 №-li eskpert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur; lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür (1-ci cild iş vərəqi 118-119). İşdə olan məhkəmə-psixiatrik ekspertiza üzrə xx xxxx 2020-ci il tarixli 1135 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur; cinayət işinin materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır; onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 150-152). İşdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş (050) ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar «xxxxxxxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, (050) ***-**-** saylı nömrə sorğulanan müddət ərzində xxxxxxxxxşəbəkəsində istifadə olunmamışdır. Həmin məktubdan görünür ki, (050) ***-**-** saylı mobil telefon nömrəsi xx xxxx 1987-ci il təvəllüdlü X5 oğluna məxsusdur (1-ci cild iş vərəqi 156). İşdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası sərhədlərini keçib-keçməməsinə dair Azərbaycan Respublikası DİN-in BƏSİİ-nə göndərilmiş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini keçməmişdir (1-ci cild iş vərəqi 155). İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, onun məhkum olunmasına dair Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (1-ci cild iş vərəqi 90). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 8- 9). İşdə olan Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından və Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu xx xxxx 2020ci il tarixdən hesablanmış, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (1-ci cild iş vərəqi 78-82, 91-92). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadəsinin “narkotik vasitələri öz istifadəsi üçün əldə etməsi” hissəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin külli miqdarının aşağı həddi 500 qram, qurudulmamış marixuana narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2500 qram, həşiş qətranı narkotik vasitəsinin külli miqdarının aşağı həddi 40 qram, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı, narkotik vasitə qurudulmuş marixuana 110 qram, narkotik vasitə qurudulmamış marixuana 460 qram şəxsi istehlak miqdarından artıq miqdar, narkotik vasitə heroin 101.463 qram, psixotrop maddə metamfetamin 45,283 qram, narkotik vasitə həşiş qətranı 305 qram olduğundan külli miqdar təşkil edirlər. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində üç az yaşlı uşağının olmasıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən X2 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələri ilə nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxx 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmış, xx xxxxx 2020-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 69.3cü maddələrini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti və ev dustaqlığında saxlanıldığ müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 58.3 və 69.3-cü maddələrinə əsasən cəzaçəkməsinin başlanğıcının tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan və ekspert tədqiqatından sonra qalıq qalmış 101,363 qram narkotik vasitə heroin, 109.9 qram narkotik vasitə qurudulmuş marixuana, 459.95 qram narkotik vasitə qurudulmamış marixuana, 304,94 qram narkotik vasitə həşiş qətranı, 45,083 qram psixotrop maddə metamfetamin və 2 ədəd tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114,00 (yüz on dörd) manat və məhkəmə-bioloji ekspertiza üzrə tədqiqatın dəyəri 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik, cəmi 183 (yüz səksən üç) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs olunsun, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan və ekspert tədqiqatından sonra qalıq qalmış 101,363 qram narkotik vasitə heroin, 109.9 qram narkotik vasitə qurudulmuş marixuana, 459.95 qram narkotik vasitə qurudulmamış marixuana, 304,94 qram narkotik vasitə həşiş qətranı, 45,083 qram psixotrop maddə metamfetamin və 2 ədəd tərəzi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114,00 (yüz on dörd) manat və məhkəmə-bioloji ekspertiza üzrə tədqiqatın dəyəri 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik, cəmi 183 (yüz səksən üç) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-970/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-970/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver