Məhkəmə qərarları › İş №1(101)-988/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-988/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-988/2021 13.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri-X30 qızı, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokuroğluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Azərbaycan Respublikası "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə xx xxxx 1964-cü il tarixdə Şəki rayonunun Böyük- Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, 49a ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin Məcəlləsinin 179.3.2-ci maddəsi ilə, xx xxxxxx 1956-cı il tarixdə Ağdam rayonunun Mollalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinin baş mexaniki vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 öz iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını təkrarən mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 20 iyun 2008-ci il tarixdən 27 dekabr 2019-cu il tarixədək Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinin (hüquqi ünvan: Abşeron rayonu, Xırdalan-Binəqədi yolu, 3) rəisi vəzifəsində işləyərkən idarənin bütün istehsalat-təsərrüfat və maliyyə fəaliyyətinə rəhbərlik və istiqamətlərinin müəyyən edilməsinə, əməyin təşkili və idarənin strukturunun təkmilləşdirilməsi üzrə işlərə rəhbərlik edilməsinə, əmək intizam qaydalarına, idarənin maliyyə vəsaitinin son dərəcədə qənaətlə xərclənməsinə, ondan təyinatı üzrə istifadə olunmasına, xəzinədarlıq, bank, təchizatçılar, podratçılar və digər təşkilatlarla hesabatın vaxtında aparılmasının təmin edilməsinə, maddi, maliyyə və əmək ehtiyatlarından daha səmərəli istifadə olunması üçün tədbirlərin görülməsinə, təsdiq olunmuş büdcə və büdcədən kənar xərclər çərçivəsində tikinti-yenidən qurma işlərinin təşkil edilməsinə, işçilərin (fəhlə və qulluqçuların) əmək haqqının vaxtında verilməsinə və onlarla haqq-hesabın aparılmasının təmin edilməsinə və digər tədbirlər görməyə cavabdeh təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs olmaqla qeyd olunan vəzifələri qəsdən yerinə yetirməyərək həmin idarənin baş mexaniki Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə talamaq məqsədilə 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək olan müddətdə həmin idarəyə işçi kimi rəsmiləşdirilmiş şəxslərin adına "xxxx" ASC-nin Xırdalan filialında hazırlanmış plastik kartları adlarına olan şəxslərdən alıb faktiki olaraq heç bir əmək fəaliyyəti ilə məşğul olmamalarına baxmayaraq, əmək haqqının hesablanaraq ödənilməsinə nail olaraq özündə və Təqsirləndirilən şəxs2 saxladıqları həmin plastik hesab kartlarına köçürülmüş əmək haqqı məbləğlərini, o cümlədən, Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinə 01.08.2008-ci il tarixli 32k saylı əmrlə fəhlə kimi işə götürülmüş və 15.09.2020-ci il tarixli 84k nömrəli əmrlə işdən azad olunmuş Şahid2 adına "xxxx" ASC-də açılmış **********3111 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş cəmi 7640,49 manat, 01.05.2014-cü il tarixli 18k saylı əmrlə həmin idarəyə elektrik montyoru vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid3 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş cəmi 9191,05 manat, 01.08.2014-cü il tarixli 24k saylı əmrlə həmin idarəyə çilingər vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid4 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 9179,71 manat, 08.11.2016-cı il tarixli 63k saylı əmrlə həmin idarəyə nəzarətçi vəzifəsinə işə götürülmüş və 26.12.2019-cu il tarixli 63k nömrəli əmrlə işdən azad olunmuş Şahid5 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.12.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 6545,28 manat, 01.08.2001-ci il tarixli 39k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 30.10.2020-ci il tarixli 109k nömrəli əmrlə işdən azad olunmuş Şahid6 Allahverdi oğlunun adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 7864,44 manat, 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid7 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 7912,39 manat, 01.04.2019-cu il tarixli 08k saylı əmrlə həmin idarəyə traktorçu vəzifəsinə işə götürülmüş və 24.01.2020-ci il tarixli 08k nömrəli əmrlə işdən azad olunmuş Şahid8 adına "xxxx" ASC-də açılmış **********80104 hesab nömrəli plastik bank kartına 01.04.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 8383,02 manat, 01.12.2014-cü il tarixli 51 k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş X17 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 8118,17 manat, 01.06.2018-ci il tarixli 21 k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş Şahid10 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.06.2018-ci il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 5591,91 manat, 01.03.2013-cü il tarixli 08k sayh əmrlə həmin idarəyə mühəndis vəzifəsinə işə götürülmüş və 26.12.2019-cu il tarixli 56k nömrəli əmrlə işdən azad olunmuş Ağayeva (Hüseynova) Nuranə Nəsib qızının adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı İl tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 9622,69 manat, 26.02.2016-cı il tarixli 10k saylı əmrlə həmin idarəyə fəhlə kimi işə götürülmüş və 29.09.2017-ci il tarixli 45k nömrəli əmrlə işdən azad olunmuş Şahid12 adına "xxxx" ASCdə açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.03.2016-cı il tarixdən 01.10.2017-ci il tarixədək hesablanaraq ödənilmiş 3738,38 manat, 01.04.2012-cı il tarixli 13k saylı əmrlə həmin idarəyə mühəndis hidrotexnik vəzifəsinə işə götürülmüş və 17.01.2020-ci il tarixli 08k nömrəli əmrlə işdən azad olunmuş X8 adına olan "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 11609,56 manat, 02.05.2016-cı il tarixli 22k saylı əmrlə həmin idarəyə gözətçi vəzifəsinə işə götürülmüş və 01.04.2019-cu il tarixli 13k nömrəli əmrlə işdən azad olunmuş X13 adına olan "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.06.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək hesablanaraq ödənilmiş 2419 manat, 03.01.2005- ci il tarixli 03k saylı əmrlə həmin idarəyə maşinist vəzifəsinə işə götürülmüş və 01.06.2017-ci il tarixli 13k nömrəli əmrlə işdən azad olunmuş X23 adına olan "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.06.2017-ci il tarixədək hesablanaraq ödənilmiş 2556,24 manat olmaqla, ümumilikdə 14 nəfər üzrə cəmi 100372,33 manat (bir yüz min üç yüz yetmiş iki manat, otuz üç qəpik) məbləğində pul vəsaiti,- "xxxx" ASC-nin Xırdalan filialında olan plastik kart hesablarına köçürülməklə, qeyd edilən hesablar üzrə plastik bank kartları vasitəsilə 2016-cı ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək olan müddətdə Abşeron rayonu, Sumqayıt və Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan şəxsən, cinayətdən xəbərsiz digər işçilər və Təqsirləndirilən şəxs2 vasitəsilə çıxararaq Abşeron rayonu, Xırdalan-Binəqədi yolu 3, ünvanda yerləşən X47 X5 İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası "xxxx" ASC-yə məxsus olmaqla onlara etibar edilmiş 100372,33 manat (bir yüz min üç yüz yetmiş iki manat, otuz üç qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi, təkrarən, həmin idarənin baş mexaniki Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə talamaq məqsədilə 2019-cu ilin yanvar ayında İdarənin anbarında təmir-tikinti materialları, elektrod və digər mal-materiallar üzrə qalıq olmadığı üçün su-boru xətlərində istismar tədbirlərinin həyata keçirilməsi barədə sənəd tərtib edilmədiyi və heç bir iş görülmədiyi halda 2019-cu ilin yanvar ayı ərzində həmin idarədə traktorçu işləyən X4 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X24 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X25 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X1 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X2 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X18 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X9 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X31 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X32 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən Şahid8 adına 420 manat dəyərində 700 litr, həmin idarədə qaynaqçı işləyən X33 adına 240 manat dəyərində 400 litr, həmin idarədə qaynaqçı işləyən X41 adına 240 manat dəyərində 400 litr dizel yanacağı sərf edilməklə məsafə qət ediləcəyinə dair talonları hazırlayıb özündə saxlayaraq həmin talonları 2019-cu ilin yanvar ayı ərzində Binəqədi-Xırdalan yolunda Xırdalan dairəsinin yaxınlığında yerləşən “X petrol” yanacaqdoldurma məntəqəsinə təqdim edərək idarə üçün ayrılmış ümumilikdə 4680 (dörd min altı yüz səksən) manat dəyərində 7800 litr dizel yanacağını həmin yanacaqdoldurma məntəqəsindən idarənin baş mexaniki Təqsirləndirilən şəxs2la birlikdə götürüb həmin dizel yanacağını istintaqla müəyyən edilməyən ayrı-ayrı şəxslərə sataraq əldə etdikləri pul vəsaitini Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası "xxxx" ASC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı təkrarən mənimsəməklə talamışdır Öz növbəsində Təqsirləndirilən şəxs2 öz iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 05 sentyabr 2001-ci ildən Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinin (hüquqi ünvan: Abşeron rayonu, Xırdalan-Binəqədi yolu, 3) baş mexaniki vəzifəsində işləyərkən, qurğu və obyektin fasiləsiz və texniki düzgün istismarını və etibarlı işini, tələb olunan səviyyədə və daim saz vəziyyətdə saxlanmasının təmin edilməsinə, plan-profilaktik təmir üzrə qaydalara uyğun olaraq qurğu, sistem və avadanlıqlara baxış keçirilməsinə, istismar edilən qurğu, sistem, şəbəkə və avadanlıqlardan, həmçinin material, ehtiyat hissələri və əmək ehtiyatlarından düzgün və təyinatı üzrə istifadə edilməsinə, fəaliyyət haqqında məlumat və ona aid hesabatların rəhbərliyə vaxtında və keyfiyyətlə təqdim edilməsinə, əməyin mühafizəsinə, təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına, yanğından mühafizə norma və qaydalarına əməl edilməsinə və digər tədbirlər görməyə cavabdeh inzibati-təsərrüfat funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi, həmin idarənin rəisi Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə talamaq məqsədilə 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək olan müddətdə, həmin idarəyə işçi kimi rəsmiləşdirilmiş şəxslərin adına "xxxx" ASC-nin Xırdalan filialında hazırlanmış plastik kartları adlarına olan şəxslərdən alıb faktiki olaraq heç bir əmək fəaliyyəti ilə məşğul olmamalarına baxmayaraq, əmək haqqının hesablanaraq ödənilməsinə nail olaraq özündə və Təqsirləndirilən şəxs1 saxladıqları həmin plastik hesab kartlarına köçürülmüş əmək haqqı məbləğlərini, o cümlədən, Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinə 01.08.2008-ci il tarixli 32k sayh əmrlə fəhlə kimi işə götürülmüş və 15.09.2020-ci il tarixli 84k nömrəli əmrlə işdən azad olunmuş Şahid2 adına "xxxx" ASC-də açılmış **********3111 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş cəmi 7640,49 manat, 01.05.2014-cü il tarixli 18k saylı əmrlə həmin idarəyə elektrik montyoru vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid3 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş cəmi 9191,05 manat, 01.08.2014-cü il tarixli 24k saylı əmrlə həmin idarəyə çilingər vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid4 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 9179,71 manat, 08.11.2016-cı il tarixli 63k saylı əmrlə həmin idarəyə nəzarətçi vəzifəsinə işə götürülmüş və 26.12.2019cu il tarixli 63k nömrəli əmrlə işdən azad olunmuş Şahid5 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.12.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 6545,28 manat, 01.08.2001-ci il tarixli 39k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 30.10.2020-ci il tarixli 109k nömrəli əmrlə işdən azad olunmuş Şahid6 Allahverdi oğlunun adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 7864,44 manat, 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid7 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 7912,39 manat, 01.04.2019-cu il tarixli 08k saylı əmrlə həmin idarəyə traktorçu vəzifəsinə işə götürülmüş və 24.01.2020-ci il tarixli 08k nömrəli əmrlə işdən azad olunmuş Şahid8 adına “Kapital Bank" ASC-də açılmış **********80104 hesab nömrəli plastik bank kartına 01.04.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 8383,02 manat, 01.12.2014-cü il tarixli 51 k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş X17 adına “Kapital Bank" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 8118,17 manat, 01.06.2018-ci il tarixli 21 k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş Şahid10 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.06.2018-ci il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 5591,91 manat, 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə mühəndis vəzifəsinə işə götürülmüş və 26.12.2019-cu il tarixli 56k nömrəli əmrlə işdən azad olunmuş Ağayeva (Hüseynova) Nuranə Nəsib qızının adına "xxxx" ASCdə açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 9622,69 manat, 26.02.2016-cı il tarixli 10k saylı əmrlə həmin idarəyə fəhlə kimi işə götürülmüş və 29.09.2017-ci il tarixli 45k nömrəli əmrlə işdən azad olunmuş Şahid12 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.03.2016-cı il tarixdən 01.10.2017-ci il tarixədək hesablanaraq ödənilmiş 3738,38 manat, 01.04.2012-cı il tarixli 13k saylı əmrlə həmin idarəyə mühəndis hidrotexnik vəzifəsinə işə götürülmüş və 17.01.2020-ci il tarixli 08k nömrəli əmrlə işdən azad olunmuş X8 adına olan "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 11609,56 manat, 02.05.2016-cı il tarixli 22k saylı əmrlə həmin idarəyə gözətçi vəzifəsinə işə götürülmüş və 01.04.2019-cu il tarixli 13k nömrəli əmrlə işdən azad olunmuş X13 adına olan "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.06.2016-cı il tarixdən 01,04.2019-cu il tarixədək hesablanaraq ödənilmiş 2419 manat, 03.01.2005-ci il tarixli 03k saylı əmrlə həmin idarəyə maşinist vəzifəsinə işə götürülmüş və 01.06.2017-ci il tarixli 13k nömrəli əmrlə işdən azad olunmuş X23 adına olan "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01,2016-cı il tarixdən 01.06.2017-ci il tarixədək hesablanaraq ödənilmiş 2556,24 manat olmaqla, ümumilikdə 14 nəfər üzrə cəmi 100372,33 manat (bir yüz min üç yüz yetmiş iki manat, otuz üç qəpik) məbləğində pul vəsaiti,- "xxxx" ASC-nin Xırdalan filialında olan plastik kart hesablarına köçürülməklə, qeyd qeyd edilən hesablar üzrə plastik bank kartları vasitəsilə 2016-cı ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək olan müddətdə Abşeron rayonu, Sumqayıt və Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan şəxsən, cinayətdən xəbərsiz digər işçilər və Təqsirləndirilən şəxs1 vasitəsilə çıxararaq Abşeron rayonu, Xırdalan-Binəqədi yolu 3, ünvanda yerləşən X47 X5 İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası "xxxx" ASC-yə məxsus olmaqla onlara etibar edilmiş 100372,33 manat (bir yüz min üç yüz yetmiş iki manat, otuz üç qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi, təkrarən, həmin idarənin rəisi Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə talamaq məqsədilə 2019-cu ilin yanvar ayında İdarənin anbarında təmir-tikinti materialları, elektrod və digər malmateriallar üzrə qahq olmadığı üçün su- boru xətlərində istismar tədbirlərinin həyata keçirilməsi barədə sənəd tərtib edilmədiyi və heç bir iş görülmədiyi halda 2019-cu ilin yanvar ayı ərzində həmin idarədə traktorçu işləyən X4 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X24 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X25 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X3 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X2 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X18 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X9 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X31 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən X32 adına 420 manat dəyərində 700 litr, həmin idarədə traktorçu işləyən Şahid8 adına 420 manat dəyərində 700 litr, həmin idarədə qaynaqçı işləyən X33 adına 240 manat dəyərində 400 litr, həmin idarədə qaynaqçı işləyən X41 adına 240 manat dəyərində 400 litr dizel yanacağı sərf edilməklə məsafə qət ediləcəyinə dair talonları hazırlayıb özündə saxlayaraq həmin talonları 2019-cu ilin yanvar ayı ərzində Binəqədi-Xırdalan yolunda Xırdalan dairəsinin yaxınlığında yerləşən “X petrol” yanacaqdoldurma məntəqəsinə təqdim edərək idarə üçün ayrılmış ümumilikdə 4680 (dörd min altı yüz səksən) manat dəyərində 7800 litr dizel yanacağını həmin yanacaqdoldurma məntəqəsindən idarənin rəisi Təqsirləndirilən şəxs1la birlikdə götürüb həmin dizel yanacağını istintaqla müəyyən edilməyən ayrı-ayrı şəxslərə sataraq əldə etdikləri pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası "xxxx" ASC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı təkrarən mənimsəməklə talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi, təkrarən, həmin idarənin rəisi, (həmin əmələ görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli iş № 1(101)-226/2021 saylı qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirl bilinməklə, həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verililmiş) X34 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə talamaq məqsədilə 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək olan müddətdə, həmin idarəyə işçi kimi rəsmiləşdirilmiş şəxslərin adına "xxxx" ASC-nin Xırdalan filialında hazırlanmış plastik kartları adlarına olan şəxslərdən alıb faktiki olaraq heç bir əmək fəaliyyəti ilə məşğul olmamalarına baxmayaraq, əmək haqqının hesablanaraq ödənilməsinə nail olaraq özündə saxladığı həmin plastik hesab kartlarına köçürülmüş əmək haqqı məbləğlərini, o cümlədən, 01.08.2014-cü il tarixli 24k saylı əmrlə həmin idarəyə çilingər vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid4 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 2926,93 manat, 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid7 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 2654,48 manat, ümumilikdə iki nəfər üzrə cəmi 5581,41 manat (beş min beş yüz səksən bir manat, qırx bir qəpik) məbləğində pul vəsaitini qeyd edilən hesablar üzrə plastik bank kartları vasitəsilə 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə Abşeron rayonu, Sumqayıt və Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan şəxsən çıxararaq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 3-də yerləşən X47 X5 İdarəsinin inzibati binasında (həmin əmələ görə qeyd edilən məhkəmə qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirl bilinməklə, həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verililmiş) X34 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası "xxxx" ASC-yə məxsus olmaqla onlara etibar edilmiş cəmi 5.581,41 manat (beş min beş yüz səksən bir manat, qırx bir qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iş üzrə digər Təqsirləndirilən şəxs2 onun rəhbərlik etdiyi idarədə çalışan mexanik olaraq tanımışdır, aralarında qohumluq münasibəti və ya ədavət yoxdur. O, Təqsirləndirilən şəxs2la heç bir cinayət əlaqəsinə girməmişdir. Belə ki, o, 2000-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 İstismarı idarəsinə mühəndis kimi işə qəbul olmuş və 2008-ci ildə Cəmiyyətin sədrinin əmri ilə rəis təyin olunmuşdur. İdarə rəisi kimi işlədiyi dövrdə idarənin ştatda olan işçilərin sayı 129, sonrakı illərdə isə 126-127 nəfər olmuşdur. İdarənin balansında ağır texnikalı və avtomaşın mexanizmləri ilə birlikdə təxminən 22 maşın olmuşdur. Hər ay idarəyə dövlət tərəfindən ayrılan yanacağın miqdarı yadında deyildir. Eyni zamanda işlədiyi dövrdə idarə tərəfindən illik görüləcək plan Cəmiyyət, yəni baş idarə tərəfindən tərtib olunub icra olunması üçün onlara göndərilmiş, eyni zamanda həmin görüləcək işlərə dair ayrılmış vəsait də qeyd olunmuş, həmin vəsaitə uyğun da iş görmüşlər. İşlərin görülməsi üçün işəmuzd işçilər işə qəbul olunaqla onlarla müqavilələr bağlanmış və onlara gördükləri işə müvafiq olaraq əmək haqqılar verilmişdir. 2009-cu ildən 2019-cu ilin dekabr ayına kimi rəis kimi işlədiyi dövrdə hansı işləri gördüklərini indi dəqiq xatırlamır. Eyni zamanda nə qədər işə muzd işçilər işə qəbul olunduğunu da xatırlamır. İdarənin əsas təyinatı Qobustan massivində qışlayan iri və xırdabuynuzlu mal-qaranın və onlara qulluq edənlərinin su ilə təchiz etdirməkdən ibarət olmuşdur. İşlədiyi dövrdə İdarənin 3 təmir-istismar sahəsi olmuşdur. 1-ci və 2-ci təmir-istismar sahələri Qobustan-Abşeron rayonlarının inzibati ərazisində yerləşən qış otlaq sahələrinə, 3-cü təmir-istismar sahəsi isə Abşeron və qismən də Qaradağ rayon ərazisindəki qış otlaq sahələrinə xidmət etmişdir. Hər istismar sahəsinə 2-3 traktor ayrılmışdır. Ümumiyyətlə idarənin balansında olan texnikalara, avtomaşınlara yanacaqlar talonlar əsasında verilmişdir. Belə ki, qayda belə olmuşdur ki, sahə rəisi şifahi formada ona sahəsində hansısa işlər görüləcəyini və bunun üçün traktora yanacaq ayrılmalı olduğunu demiş, daha sonra həmin sürücü mexanikə yaxınlaşıb, mexanik ona talonları doldurub tərəfindən möhürlənməsi üçün sürücüyə vermişdir. Sürücü də həmin talonu gətirib ona təqdim etmişdir. Tərəfindən həmin talon möhürləndikdən sonra sürücü idarəyə ən yaxın yanacaq doldurma məntəqəsi olan müdiri Bəhram adlı şəxs olan “X Petrol” yanacaq doldurma məntəqəsinə təqdim edib yanacağı almışdır. İdarədə işçilər onun əmri ilə işə götürülmüşdür. Belə ki, işçi vakant olan yer üçün ərizə ilə ona müraciət edərək öz ixtisasına aid sənədləri təqdim etmiş, həmin vəzifəyə uyğun olmuşsa onun əmri ilə işə qəbul olunmuşdur. İşçilərin işə gəlməsinə dari tabeli müvafiq məsul şəxslər yazmış və sonda imzalanması üçün ona təqdim olunmuşdur. Bunu təsdiq edir ki, elə hallar olmuşdur ki, işçilərindən bəzilərinə borca pul vermiş, ona görə həmin borcu qaytarmaq üçün əmək haqqı kartlarını işçilər ona vermişlər. Əmək haqqı kartlarından pulu çıxarıb öz borca verdiyi pulu götürmüşdür. Onların içərisində iş üzrə şahid qismində keçən Şahid8, Lətif Mürsəlov, Şahid5, Rəna Hüseynova da olmuşdur. İdarə rəisi işlədiyi axırıncı il əmək haqqı 666 manat olmuşdur. O, daim işçilərinin qayğısına qalan insan olmuşdur, ona görə də işçilərindən hansısa ondan borc istəyəndə hardansa borca tapıb onlara vermişdir. O, idarə üçün ayrılmış yanacaqların müəyyən hissəsini mənimsəməklə bağlı ittihamla razı deyil. Belə ki, idarə üçün ayrılmış yanacaqlar idarənin balansında olan texnikalara çatmamış və buna görə qalan yanacaq da idarənin işləri üçün sərf olunmuşdur. X47 Su X16 İdarəsi tərəfindən avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərclərinə artıq vəsaitin xərclənməsi ilə bağlı bildirmək istəyir ki, o zaman artıq avadanlıqların alınmasına ehtiyac yaranmışdır. Qış aylarında avtomaşınlar qızdırılarkən əlavə yanacaq sərf olunduğuna görə yanacaq üçün əlavə vəsait xərclənmişdir. Buna görə də artıq benzin getmişdir. Bundan başqa Maliyyə Nazirliyinin aktında 2019-cu ilin yanvar ayında İdarənin anbarında təmir-tikinti materialları, elektrod və digər mal-materiallar üzrə qalgı olmadgrı, su-boru xətlərində istismar tədbirlərinin həyata keçirilməsi barədə sənəd tərtib edilmədiyi və heç bir iş görülmədiyi halda traktorçu və qaynaqçılara yanacaq verilməsi rəsmiləşdirilərək 4680 manat dəyərində 7800 litr dizel yanacağının onların hesabından əsassız silindiyi göstərilməsi ilə bağlı bildirmək istəyir ki, həmin nəticə ilə razılaşmır. Yuxarıda qeyd etdiyi kimi, həmin yanacaq da idarənin muxtəlif işləri ilə bağlı sərf olunmuşdur. Həmin aktda avtonəqliyyat vasitələri üçün yazılmış yol vərəqələri yoxlanıldıqda daşınmalı yükün miqdarı və növü barədə heç bir qeyd yazılmayan yol vərəqələrinə əsasən boş və lüzumsuz yürüşlər rəsmiləşdirilərək «Kran Manipulyator 32080» markalı **-JR-*** dövlət nömrə nişanlı yük avtomobili üçün 2019-cu ildə 3216 manat dəyərində 5360 litr dizel yanacağının əsassız silinməsinin göstərilməsi ilə bağlı bildirir ki, həmin nəticə ilə tam razılaşmır. Bununla yanaşı dizel yanacağının silinməsi ilə bağlı sənədləşmə işlərində nöqsanlara yol verildiyini inkar etmir. Lakin, onun özünün bu haqda o zaman məlumatı olmamışdır. Qeyd etdiyi kimi, son nəticədə həmin yanacaq da idarənin işlərinə sərf olunmuşdur. Bütün bunlarla bağlı onun özünün hər hansı şəxsi marağı olmamışdır. Onu da bildirmək istəyir ki, iş üzrə şahid kimi keçən X50 ilə onun aralarında şəxsi münasibətlərlə bağlı ədavət olmuşdur. Belə ki, onun barəsindəki cinayət işi Şahid1 şikayət ərizəsi ilə əsasında başlanmışdır. Belə hesab edir ki, iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə ibtidai istintaq zamanı heç bir araşdırılma aparılmadan X26, X35, X51 dindirilmədən belə qənaətə gəlinmişdir ki, o, sonuncuların əmək haqlarını mənimsəmişdir. Belə ki, həmin şəxslər ibtidai istintaq zamanı dindirilməmişdir. Lakin, heç bir əsas olmadan 11609,56 AZN, 2419 AZN və 2556,24 AZN məbləğin onun mənimsədiyi barədə ona qarşı ittiham iəli sürülmüşdür. O, həmin şəxslərin adlarına heablanmış əmək haqqını mənimsəməmişdir. Bundan başqa iş üzrə şahid kimi keçən Şahid3, Şahid8, X42 və Şahid10 istintaq zamanı ifadə verərək, müvafiq olaraq 9191,05 manat, 8383,02 manat, 8181,17 manat, 5591,91 manat məbləğdə əmək haqlarını onlar özləri aldıqlarını bildirmişlər. Lakin, ona qarşı əsasız olaraq ittiham irəli sürülmüşdür ki, həmin şəxslərin də əmək haqlarını mənimsəmişdir. Beləliklə, həmin şəxslərin adlarına olan məbləğlərdə pulu da o, mənimsəməmişdir. O, özünü irəli sürülmüş ittihamda, yəni əmək haqqı və sairə ilə əlaqədar heablanmış pul vəsaitlərini mənimsəməkdə özünü təqsirli hesab bilmir. Belə hesab edir ki, onun fəaliyyəti dövründə heç bir mənimsəməyə yol verməmişdir. Ona qarşı irəli sürülmüş ittihamla bağlı adlarına əmək haqqı hesablanaraq ödənilmiş şəxslərin hərhansı birinin əmək haqqı kartları onun özündə və yaxud Təqsirləndirilən şəxs2 olmamış və həmin şəxslərin əvəzinə bankomatlardan pul almamışlar. Onunla Təqsirləndirilən şəxs2 arasında hər-hansı pul vəsaitini mənimsəmək barədə heç bir razılaşma olmamışdır. Belə hesab edir ki, öz iş fəaliyyəti ilə bağlı tabeçiliyində olan işçilərin fəaliyyətinə lazımınca nəzarət edə bilməmiş və bu onların iş fəaliyyətinin çox böyük bir ərazini əhatə etməsi ilə əlaqədar olmuşdur. Lakin, buna baxmayaraq o, dövlətə vurulmuş maddi ziyanı tam olaraq ödəmişdir. İşində diqqətsizliyə yol verdiyinə görə peşmançılıq çəkir. İş üzrə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini , ailəsinə qazanc gətirə bilən yeganə şəxs olmasını nəzərə alaraq, ona qarşı irəli sürülmüş ittihamla bağlı işə düzgün baxılıb ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1983-cü ildən Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə baş mexanik kimi işə düzəlmişdir. Əsasən də elə idarədə baş mexanik kimi fəaliyyət göstərmişdir. İşlədiyi dövrdə idarənin müdirləri Əziz Zeynalov, Aydın Şalanoviç, Məhəmməd adlı şəxs, İntiqam Əsgərov, Abbas Göyüşov, Rasim Quliyev və Təqsirləndirilən şəxs1 olmuş, sonra isə idarənin müdiri Mirkamil Seyidovd oluşdur. Baş mexannik kimi idarəyə təhkim olunmuş nəqliyyat vasitələrinə cavabdehlik daşımışdır. Təqsirləndirilən şəxs1 2008-ci ildə idarənin müdiri təyin olunmuş, 2019-cu ilin dekabr ayında vəzifəsindən ayrılmışdır. İdarədə sürücülərə yanacaq müvafiq talonlar vasitəsilə ayrılmışdır. Belə ki, ilkin olaraq onun tərəfindən paylanma cədvəli imzalanması üçün sürücüyə təqdim edilmişdir. Həmin Paylanma cədvəlində ayrılacaq yanacağın miqdarı göstərilir və bundan sonra sürücüyə talonu vermişdir. Sürücü isə talona möhür vurulması üçün müdir Təqsirləndirilən şəxs1 müraciət etmiş, sonuncu isə həmin talonu möhürləyərək sürücüyə qaytarmışdır. Sürücü də həmin talonu Xırdalan dairəsinin yaxınlığında yerləşən “X” petrola təqdim edərək yanacağı götürmüş və həmin iş bu qaydada olmuşdur. Onu da bildirmək istəyir ki, darədə sürücülərdən Şahid7, Şahid10 işə gəlməmiş, lakin onların əmək haqqı kartı onda olmuşdur. Onlara yanacaq verilməsi üçün sənədləşmələri imzalatmışlar. Lakin, həmin yanacaq o zaman əsasən idarənin işləri üçün sərf edilmişdir. Həmin sürücülər özləri işə gəlməsələr də, ona imzaladılmış talonlar üzrə götürülmüş yanacaq daha çox idarənin ehtiyacları üçün sərf edilmişdir. Sadəcə onların işə gəlməməsinə şərait yaradaraq bəzən əmək haqqılarını özlərinə götürmüşlər. Belə hesab edir ki, idarədə yanacaq əsasən aidiyyəti üzrə sərf edilmiş və mənimsəmə hallarına yol verilməmişdir. Şahid7, Şahid10, Cəsarət Hümbətovun və Şahid6 əmək haqqı kartları onda olmuşdur. Həmin işçilərin əmək haqqıları onunla Təqsirləndirilən şəxs1 çatmışdır. İş üzrə istintaq zamanı ona "xxxx" ASC-dən götürülmüş fotogörüntülər təqdtim edilmiş və həmin fotogörüntülərdəki şəxsin özü olmasını təsdiq etmişdir. Həmin fotogörüntülərdə ayrı-ayrı vaxtlarda onun bəzi işçilərin əmək haqqı kartlarından istifadə edərək pul vəsaitlərini özü götürdüyü əks olunmuşdur. Həmçinin elə hallar da olmuşdur ki, bəzən hansısa işçi özü ondan əmək haqqısını çıxarmağı ondan xahiş etmişdir. Həmin işçinin əmək haqqını da çıxarıb sonra onun özünə vermişdir. Onlara qarşı irəli srülmüş ittihamda adları çəkilən şəxslərin əmək haqqı kartları onunla Təqsirləndirilən şəxs1 olmuş və adları göstərilən şəxslər işə gəlməmiş, onların əmək haqqı kartlarını istifadə edib əmək haqqıları tam onlara çatmışdır. Eyni zamanda qaynaqçılara və traktorçulara verilməsi kimi rəsmiləşdirilmiş dizel yanacağını da talonlar əsasında “X petrol” yanacaqdoldurma məntəqəsinə təqdim edib oradan götürüb bəzi hallarda ayrı-ayrı tanımadığı şəxslərə satıb pullarını da aralarında bölmüşlər. Sonradan idarəyə Mirkamil Seyidov rəis təyin edilmiş və kartların çoxusu işçilərə geri qaytarılmışdır. Onların çoxusu da elə Mirkamil Seyidov tərəfindən işdən çıxarılmışdır. Onda yalnız Şahid4 və Şahid7 əmək haqqı kartları 2020-ci ilin səhv etmirsə avqust- sentyabr ayına qədər qalmış, sonra isə həmin kartları sahiblərinə qaytarmışdır. Lakin, həmin dövr ərzində qeyd etdiyi şəxslərin əmək haqqıları ona çatmış, həmin puldan Mirkamil Seyidova hər hansı məbləğdə pul verməmişdir. Belə hesab edir ki, öz iş fəaliyyəti ilə bəzi hallarda qanun pozuntularına yol vermişdir. Həmin idarədə işlədiyi dövrdə işində nönsanlara yol verdiyini inkar etmir. Lakin, onunla Təqsirləndirilən şəxs1 və yaxud Mirkamil Seyidovun arasında dövlət əmlakını mənimsəmək barədə heç bir razılaşma olmamışdır. Onu da bildirmək istəyir ki, dövlətə vurulmuş maddi ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşində nöqsanlara yol verdiyinə görə peşmançılıq çəkir. Dövlətə vurulmuş maddi ziyan onlar tərəfindən tam olaraq ödənildiyini nəzərə alaraq ona qarşı irəli sürülmüş ittihamla bağlı işə düzgün baxılıb barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin özlərinin hadisələrin baş vermə vaxtı, yeri, şəraiti və inkişafı ardıcıllığı, o cümlədən iş üzrə şahid kimi keçən şəxslərin əmək haqqı kartlarından istifadə edərək muxtəlif məbləğlərdə pul vəsaitləri çıxarmış olduqları və digər xüsusatlarla bağlı işinin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, sənədlər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmsə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxs,-Azərbaycan Respublikası "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə öz çıxışında bildirmişdir ki, belə hesab edir ki, həmin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi iləirəli sürülmüş ittiham üzrə təqsirli olmaları, yəni Təqsirləndirilən şəxs1 20 iyun 2008-ci il tarixdən 27 dekabr 2019-cu il tarixədək Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinin rəisi vəzifəsində işləyərkən həmin idarənin baş mexaniki Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar olunmuş özgə əmlakını öz qulluq mövqeylərindən istifadə edərək, 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək olan müddət ərzində həmin idarəyə işçi kimi rəsmiləşdirilmiş şəxslərin adına "xxxx" ASC-nin Xırdalan filialında hazırlanmış plastik kartları adlarına olan şəxslərdən alıb faktiki olaraq heç bir əmək fəaliyyəti ilə məşğul olmamalarına baxmayaraq, bu kimi şəxslərin adlarına əmək haqqının hesablanaraq ödənilməsinə nail olaraq, özlərində olmaqla on dörd nəfər şəxsin plastik hesab kartlarına köçürülmüş cəmi 100372,33 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Xırdalan filialında olan plastik kart hesablarına köçürülməklə, qeyd edilən hesablar üzrə plastik bank kartları vasitəsilə 2016-cı ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək olan müddətdə "xxxx" ASC-yə məxsus muxtəlif bankomatlardan şəxsən özləri və həmçinin cinayətdən xəbərsiz digər işçilərin vasitəsilə çıxararaq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, hüquqlarını təmsil etdiyi Azərbaycan Respublikası "xxxx" ASCyə məxsus olmaqla onlara etibar edilmiş külli miqdarda, 100372,33 manat məbləğində pul vəsaitini mənimsəyərək talamış olduqları, bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqelərindən istifadə edərək, 2019-cu ilin yanvar ayında İdarənin anbarında təmir-tikinti materialları, elektrod və digər mal-materiallar üzrə qalıq olmadığı üçün su-boru xətlərində istismar tədbirlərinin həyata keçirilməsi barədə sənəd tərtib edilmədiyi və heç bir iş görülmədiyi halda, 2019-cu ilin yanvar ayı ərzində həmin idarə üzrə adları verilmiş ittihamda göstərilmiş şəxslərin adlarına müvafiq olaraq dizel yanacağı sərfiyyatı adı ilə talonları hazırlayıb özlərində saxlayaraq həmin talonları Binəqədi-Xırdalan yolunda Xırdalan dairəsinin yaxınlığında yerləşən “X petrol” yanacaqdoldurma məntəqəsinə təqdim edərək idarə üçün ayrılmış ümumilikdə 4680 manat dəyərində 7800 litr dizel yanacağını həmin yanacaqdoldurma məntəqəsindən birlikdə götürüb həmin dizel yanacağını naməlum şəxslərə sataraq əldə etdikləri pul vəsaitini öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq Azərbaycan Respublikası "xxxx" ASC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı təkrarən mənimsəməklə talamış olduqları öz təsdiqini tapmışdır. Bundan başqa, belə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmçinin həmin idarənin sonrakı rəisi X34 ilə də cinayət əlaqəsinə girərək öz qulluq mövqeylərindən istifadə etməklə 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək olan müddətdə, həmin idarəyə işçi kimi rəsmiləşdirilmiş şəxslərin adına "xxxx" ASC-nin Xırdalan filialında hazırlanmış plastik kartları adlarına olan şəxslərdən alaraq, bü kimi şəxslərin faktiki olaraq heç bir əmək fəaliyyəti ilə məşğul olmamalarına baxmayaraq, əmək haqqının hesablanaraq ödənilməsinə nail olaraq özündə saxladığı həmin plastik hesab kartlarına köçürülməklə dgər iki nəfər şəxsə əmək haqqı kimi hesablanaraq ödənilmiş cəmi 5581 manat 41 qəpik məbləğində pul vəsaitini plastik bank kartları vasitəsilə 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə "xxxx" ASC-yə məxsus muxtəlif bankomatlardan şəxsən çıxararaq X34 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Azərbaycan Respublikası "xxxx" ASC-yə məxsus cəmi 5581 mant 41 qəpik məbləğində pul vəsaitini təkrarən mənimsəmiş olduğu təsdiq olunmuşdur. Onu da bildirmək istəyir ki, həmin faktla bağlı vurulmuş maddi ziyan X34 tərəfindən tam ödənilmişdir və bununla bağlı Mirkamil Seyidovun barəsində olmuş digər cinayət işi üzrə məhkəmə qərarı əsasında bağlı Mirkamil Seyidov cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verililmişdir. Hazırki iş üzrə ğtəqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlləri nəticəsində Azərbaycan Respublikası "xxxx" ASC-nə vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir və həmin ASCnin hazırki iş üzrə heç bir maddi tələbi və şikayəti yoxdur. Vurulmuş maddi ziyanın tam olaraq aradan qaldırıldığı və həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailə vəziyyətlərini nəzərə alaraq onların barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ədalətli qərar qəbul olunmasını məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə sürücü kimi işə düzəlmişdir. Onu həmin işə baş mexannik Təqsirləndirilən şəxs2 düzəltmişdir. Lakin, bir-iki ay işlədikdən sonra maaşın az olduğunu görüb Təqsirləndirilən şəxs2 bu barədə bildirərərək ikinci bir işlə məşğul olmasına şərait yaratmalarını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 isə ona ikinci bir işlə məşğul olacağı təqdirdə idarə müdiri Təqsirləndirilən şəxs1 qoyduğu qaydaya əsasən maaş kartının ona verilməli olduğunu demişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq işini itirməmək xatirinə, eyni zamanda ailə vəziyyətinin ağır olması, hər hansı yerdən dolanışıq gəlməsi üçün Təqsirləndirilən şəxs2la razılaşmış və əmək haqqı kartını sonuncuya vermişdir. Bundan sonra yəni 2016-cı ildən 2020-ci ilin avqust ayına kimi əmək haqqı kartını görəməmiş və əmək haqqından ona pul çatmamışdır. Bu müddətdə onun əmək haqqı kartı Təqsirləndirilən şəxs2 olmuşdur. Həmçinin idarədə sürücü işləyən Şahid14 Təqsirləndirilən şəxs2 istəyi ilə ona sürücü kimi müxtəlif talonlara imza etdirmişdir. Həmin talonlar güya ki, hansısa ünvana idarənin maşını ilə getdiyi üçün verilmişdir. Lakin, onun özü heç vaxt idarənin maşınını sürməmişdir. Ona “Qaz-53” markalı 10-J*-544 dövlət qeydiyyat nişanlı maşının təhkim olunduğu barədə məlumatı olmuşdur. Həmin maögng idarənin həyətində görsə də, onun özü həmin maşını heç vaxt sürməmişdir. İonu da bildirmək istəyir ki, həmin dövrdə idarəyə ayda bir-iki dəfə gedərək hansısa sənədlərə imza etmiєdir. Həmin sənədlərin işə davamiyyətlə bağlı olduğunu güman edir. Onun əmək haqqı kartından kimsə pulu çıxarıb onun özünə verməmişdir. İş üzrə istintaq zamanı onun kartından istifadə edilməklə "xxxx" ASC-nin bankomatından pul çıxarmış şəxslərin fotogörüntüləri ona təqdim olunmuş, lakin həmin şəxslərin heç birini tanımamışdır. Yuxarıda göstərdiyi kimi onun əmək haqqı kartı Təqsirləndirilən şəxs2 olmuş və sonuncunun həmin kartı kimlərə verməsi və kim tərəfindən həmin pulların çıxarıldığı ona məlum deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1995-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə sürücü kimi işə düzəlmişdir. 2009-cu ildə idarəyə Təqsirləndirilən şəxs1 müdir vəzifəsinə təyin olunmuşdur. İdarənin baş mexanniki isə Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs1 həmin idarəyə müdir təyin olunandan sonra 2009-cu ildə sonuncunun xidməti otağında söhbət zaman o, işə gəlməyəcəyi, gələcəkdə pensiya alması üçün işdə adının gedəcəyi əvəzində əmək haqqı kartının Təqsirləndirilən şəxs1 olmaqla əmək haqqının da sonuncuya çatması barədə razılaşmışlar. Sonrakı dövrdə o, işə gəlməmişdir və onun əmək haqqı kartı onun özündə olmamışdır. Bundan sonra həmin kartın kimdə olması barədə məlumatı yoxdur. Onun adına "xxxx" ASC-də açılmış plastik bank kartına 01 yanvar 2016-cı il tarixdən 01 yanvar 2020-ci il tarixədək əmək haqqı kimi 7864 manat 44 qəpik pul hesablanaraq ödənildiyi ona istintaq zamanı məlum olmuşdur. Həmin pulu onun özü alamış və onun adına olan pulun ktim tərəfindən alındığı ona məlum deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə sürücü kimi işə düzəlmişdir. Onu həmin işə baş mexannik Təqsirləndirilən şəxs2 düzəltmişdir. Lakin, orada bir-iki ay işlədikdən sonra maaşın az olduğunu görüb Təqsirləndirilən şəxs2 bu barədə bildirərərək ikinci bir işlə məşğul olmasına şərait yaratmalarını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 isə ona ikinci bir işlə məşğul olacağı təqdirdə idarə müdiri Təqsirləndirilən şəxs1 qoyduğu qaydaya əsasən maaş kartının ona verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq işini itirməmək xatirinə, eyni zamanda ailə vəziyyətinin ağır olması, hər hansı yerdən dolanışıq gəlməsi üçün Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşaraq öz əmək haqqı kartını ona vermişdir. Bundan sonrakı dövrdə, yəni 2016-cı ildən 2020-ci ilin avqust ayına kimi öz əmək haqqı kartını görəməmiş və əmək haqqından ona pul çatmamışdır. Qeyd etdiyi kimi həmin müddətdə özünün əmək haqqı kartı Təqsirləndirilən şəxs2 olmuşdur. Həmçinin o zaman idarədə sürücü işləyən Şahid14 Təqsirləndirilən şəxs2 istəyi ilə ona sürücü kimi müxtəlif talonlara imza etdirmişdir. Əslində isə onun özü heç vaxt idarənin maşınını sürməmişdir. Onu da bildirmək istəyir ki, həmin dövrdə idarəyə ayda bir-iki dəfə gəlib hansısa sənədlərə imza etmişdir və belə hesab edir ki, həmin sənədlər işə davamiyyətlə bağlı olmuşdur. İş üzrə istintaq zamanı onun adına olan kartdan istifadə edilməklə "xxxx" ASC-nin bankomatından pul çıxarılması ilə bağlı fotogörüntülər ona təqdim olunmuş, lakin həmin fotogörüntülərdə olan şəxslərin heç birini tanımamışdır. Onun kartından istifadə etməklə adına yazılmış pulun kim tərəfindən çıxarıldığı ona məlum deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsində iş yerləri olmasını bilmiş və buna görə də Binəqədi-Xırdalan yolunda olan həmin idarəyə gedərək, o zaman həmin idarənin müdiri işləyən Təqsirləndirilən şəxs1 qəbulunda olmuşdur. Təqsirləndirilən şəxs1 onu qəbul edərək işə qəbul olunmaq barədə ərizə yazmasını demiş və o, bu barədə ərizə yazaraq həmin idarəyə fəhlə kimi işə götürülmüşdür. Həmin idarədə təxminən beş ay fəhlə kimi işlədikdən sonra idarəyə sürücü kimi təyin olunaraq ona “UAZ” markalı 90-JK- 787 dövlət qeydiyyat nişanlı avtomaşın verilmişdir. Həmin avtomaşınla da talonlar əsasında idarənin Qaradüzüdə yerləşən sahəsinə, oradan da Qaradüzü ətrafında yerləşən fermalara gedib-gəlmişdir. Bundan başqa idarənin Xızı rayonundakı, həmçinin Sanqaçaldakı əraziyə gedib-gəlmişlər. İşə qəbul olunduğu vaxtdan ona əmək haqqı kartı verilmiş və əmək haqqı kartı həmşə onun özündə olmuşdur. Onu da bildirmək istəyir ki, bankomatlardan pul çıxarmağı yaxşı bilmədiyinə görə onun əmək haqqı kartından əmək haqqını əsasən ailə üzvləri, həmçinin qardaşı Sakit və qayını Sədirxan çıxartmışlar. Son nəticədə aldığı əmək haqqı onun özünə və ailəsinə çatmışdır. O, işlədiyi dövrdə həmin idarənin baş elektriki, kadrlar şöbəsinin rəisinin kimlər olmasını bilmir və həmin şəxsləri tanımır. Həmin idarədə sürücü kimi işləmiş digər şəxslərin adlarını bilmir. İş üzrə istintaq zamanı onun adına olan əmək haqqı kartından istifadə etməklə Kapital bank” ASC-nə aid bankomatından idarənin baş mexaniki Təqsirləndirilən şəxs2 tərəfindən pul çıxarıldığı müəyyən edildiyi ona bildirilmişdir. Təqsirləndirilən şəxs2 tanıyır, lakin öz kartını nə vaxtsa sonuncuya verməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2018-ci ilin ortalarında o, özü üçün iş tapmaq üçün öz xalasının həyat yoldaşı Təqsirləndirilən şəxs2 müraciət etmiş, sonuncu ona işlədiyi Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsində sürücü vəzifəsi olduğunu və onu həmin işə düzəldə biləcəyini demişdir. Buna razlıq verərək, 2018-ci ilin iyun ayında o, həmin idarəyə gedərək kadrlar şöbəsinin rəisi Şahin adlı şəxsin qəblunda olmuş və sürücü kimi işə qəbul olunması üçün lazım olan sənədləri ona təqdim etmişdir. Bundan sonra o, həmin idarəyə sürücü kimi işə qəbul olunmuşdur. O zaman əmək haqqı kartını da ona vermişlər. Bir sürücü kimi o, idarənin işləri ilə bağlı muxtəlif ərazilərə gedib-gəlmişdir və bununla bağlı talonlar yazılmışdır. İşlədiyi müddətdə onun özü 255 manat əmək haqqı almışdır. Əmək haqqı kartını "xxxx" ASC-nin Sumqayıtda yerləşən bankomatlarından almış və əmək haqqı tam şəkildə özünə çatmışdır. Həmin puldan heç kimə hər hansı bir məbləğdə pul verməmişdir. Ona idarənin Kamaz markalı 90-JK- 296 dövlət qeydiyyat nişanlı avtomaşını təhkim olunmuşdur. O, işlədiyi dövrdə yalnız Sanqaçalla və Şamaxı rayonuna yaxın ərazilərdə yerləşən sahələrə gedib-jəlmişdir. İşlədiyi dövrdə həmin idarədə onun kimi sürücü işləmiş digər şəxslərin heç birini tanımır. İşlədiyi dövrdə idarənin baş mexanniki və baş energetikinin kimlər olmasını bilmir. İş üzrə istintaq zamanı onun adına olan əmək haqqı kartından ona aid əmək haqqının Təqsirləndirilən şəxs2 tərəfindən alındığı müəyyən edildiyi ona bildirilmişdir. Bir daha bildirir ki, onun əmək haqqı kartı özündə olmuş və əmək haqqını da əsasən özü bankomatlardan çıxarmışdır. İşlədiyi dövrdə öz əmək haqqı kartını pul çıxarmaq üçün Təqsirləndirilən şəxs2 verib-vermədiyini dəqiq xatrlamır, lakin öz əmək haqqı həmişə onun özünə çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, işə düzəlmək üçün 2015-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinin rəisi Təqsirləndirilən şəxs1 müraciət etmiş və sonuncu ona işə qəbul olunmağı üçün ərizə yazmağını bildirmişdir. Bu barədə ərizə yazmış və elə həmin vaxt elektrik kimi işə qəbul olunmuşdur. Bir elektrik kimi onun vəzifəsi rəhbərliyin göstərişi əsasında elektrik təchizatı ilə bağlı müəyyən işləri görməkdən ibarət olmuşdur. Onu da bildirmək istəyir ki, elektrik vəzifəsinə düzəldikdən sonra əmək haqqı kartını bankdan özü imza edib götürmüşdür. İşlədiyi müddətdə əmək haqqı kartı özündə olmuş, gündəlik işə gəlib-getmiş, buna görə də aldığı əməkhaqqı tam şəkildə ona çatmışdır. Elektrik kimi hazırda 260 manat əmək haqqı almışdır. O, öz əmək haqqını heç kimə verməmiş, əmək haqqı kartından əmək haqqını özü almış, arada isə pulu öz övladı çıxarmışdır. Əmək haqqını əsasən Xırdalan şəhərində "xxxx" ASC-nin filialındakı bankomatdan çıxarmışdır. Gündəlik işə gəlməklə bağlı tabelə imza etmişdir. İşlədiyi dövrdə idarənin baş mexanniki, kadrlar şöbəsinin rəisinin kimlər olmasını bilmir və həmin şəxsləri tanımır. İdarənin Cəngi sahəsində işləyən işçilərdən traktorist Vaqifi, sahə rəisi Baratxanı tanıyır. Digər işçiləri isə tanımır. İş üzrə istintaq zamanı onun kartından istifadə etməklə digər şəxsin “Kapital Bank" ASC-dən pul çıxarması ilə bağlı fotogörüntülər ona təqdim olunmuşdur. Ola bilsin ki, öz kartından pul çıxarmaq üçün nəvaxtsa kartını müvəqqəti olaraq işçilərdən kiməsə vermişdir. Lakin, əmək haqqı həmişə onun özünə çatmışdır. Öz əmək haqqı kartını o, Təqsirləndirilən şəxs1 və yaxud Təqsirləndirilən şəxs2 heç vaxt verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinin rəisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Onunla həmişə yaxşı münasibətd olmuş və hal-hazırda da münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs2 da tanıyır və onunla da münasibətləri yaxşıdır. Dəqiq tarix yadında deyil, lakin bir neçə il bundan əvvəl Təqsirləndirilən şəxs1 ona müdir işlədiyi idarədə işə düzəldə biləcəyini demiş və o, həmin ərəfədə başqa yerdə işləmədiyinə görə onun təklifi ilə razılaşmışdır. Buna görə də Rövşən onu müdir işlədiyi həmin idarəyə mexanizator kimi işə qəbul etmişdir. Ona “UMZ-Borex” markalı dövlət qeydiyyat nişanının xatırlmadığı traktor verilmiş və o, həmin traktoru idarə etmişdir. Həmin traktorla Cəngi ərazisində yerləşən köhnə boruların yenisi ilə əvəz olunması işlərində işləmişdir. Həmin idarənin digər işçilərindən idarənin mühasibi Nadiri və həmçinin Cəngi sahəsinin rəisi Baratxanı tanımışdır. Digər işçiləri xatırlamır. Onu da bildtirmək istəyir ki, həmin işə düzələndən sonra onun əmək haqqı kartı Təqsirləndirilən şəxs1 olmuşdur. Belə ki, o zaman pula ehtiyac olduğuna görə Rövşəndən arada borca pul almış və borcunu qaytarmaq üçün öz əmək haqqı kartını ona vermişdir. Sonra isə Təqsirləndirilən şəxs1 onun əmək haqqı kartındakı məbləği çıxarıb özünə götürmüşdür. Beləliklə, öz adına olan əmək haqqı kartnından onun özünə pul çatmamış və borca görə pulları Təqsirləndirilən şəxs1 özünə götürmüşdür. Həmin iş düzələn zaman o, hissə-hissə olmaqla Təqsirləndirilən şəxs1 təxminən cəmi 2000 manata yaxın borca pul almışdır. Sonrakı dövrdə, yəni 2020-ci ilin əvvəllərində o, həmin işdən çıxmışdır. Bir daha bildirir ki, həmin idarədə işlədiyi dövrdə onun adına olan kart Təqsirləndirilən şəxs1 olmuş və onun özü "xxxx" ASC-nə aid hər-hansı bir bankomatdan pul çıxarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, orta təhsilli olmaqla uzun müddət işsiz olmuşdur. 2016-cı ildə noyabr ayında Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsində işləyən bibisi qızı Şahid1 ona iş tapmasını xahiş etmişdir. İlhamə isə maraqlanıb bu barədə ona bildirəcəyini demişdir. Bundan bir müddətdən sonra İlhamə işlədiyi idarədə mühafizəçi yeri olduğunu, işləmək istəyərsə həmin yerə onu düzəldə biləcəyini ona demişdir. Buna razılıq verəndən sonra sonra həmin idarəyə mühafizəçi kimi sənədləşdirilmişdir. Bir ay işə gəlib getmiş və maaşın az olduğunu və həmin maaşa ailəsini dolandıra bilməyəcəyini görmüşdür. Buna görə də arada işə gəlməsini İlhamə vasitəsilə Təqsirləndirilən şəxs1 xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə əmək haqqı kartının ona verilməsi müqabilində onunla razılaşdığını İlhamə vasitəsilə ona çatdırmışdır. Bundan sonra əmək haqqı kartını Təqsirləndirilən şəxs1 çatdırması üçün İlhaməyə vermişdir. İş üzrə istintaq zamanı onun aldına olan əmək haqqı kartından istifadə etməklə "xxxx" ASC-nə aid bankomatdan pul çıxarılması ilə bağlı fotogörüntülər ona təqdim olunmuşdur. Həmin fotogöruntulərə əsasən o, həmin həmin fotogörüntüdə olan şəxsin idarənin müdiri Təqsirləndirilən şəxs1 olmasını görüb tanımışdır. Qeyd etdiyi kimi, işdən çıxan zaman o, öz əmək haqqı kartını İlhaməyə vermiş, İlhamə də əmək haqqı kartını Təqsirləndirilən şəxs1 vermişdir. Ona görə də Təqsirləndirilən şəxs1 əmək haqqı kartından istifadə etmiş və onun adına almış oldğu puldan hər-hansı məbləğdə pulu ona verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 1987-ci ildən Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə komendant kimi işə düzəlmişdir. 2009-cu ildə idarəyə Təqsirləndirilən şəxs1 müdir vəzifəsinə təyin olunmuşdur. İdarənin baş mexanniki isə Təqsirləndirilən şəxs2 olmuşdur. İdarənin nnbardarı Nadir Qəribov, baş mühasibi Firdovsi Gözəlov olmuşdur. Baş mühəndis isə Qürbət Zeynalov olmuşdur. İşlədiyi müddətdə əmək haqqı kartı özündə olmuş, gündəlik işə gəlib-getmiş, buna görə də aldığı əməkhaqqı tam şəkildə onun özünə çatmışdır. Vəzifəsi idarənin elektrik xəttlərinin sazlığının qorunub saxlanması, nasosların istismarı və sairdən ibarət olmuşdur. Baş energetik kimi hazırda 420 manat əmək haqqı almışdır. Əvvəl isə 280 manat sonra isə tədricən qalxıb 420 manat olmuşdur. Əmək haqqını heç kimə verməmişdir. O, Şahid3 tanımır və həmin şəxsin 2015-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə elektrik kimi işə qəbul olunduğu barədə heç bir məlumatı yoxdur. Həmin şəxsin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la nə kimi münasibətlərdə olduğu və Şahid3 adına hesablanaraq ödənilmiş əmək haqqının faktiki olaraq kim tərəfindən alındığı barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, onun özü ali təhsilli olmaqla 2007-ci ildə öz bibisi oğlu Təqsirləndirilən şəxs2 ona Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsində baş mexannik işlədiyini və işlədiyi idarəyə onu sürücü kimi işə düzəldə biləcəyini demişdir. Onun təklifi ilə razılaşaraq o zaman həmin idarənin müdiri vəzifəsində işləyən İntiqam Əsgərovun qəbulunda olmuş və öz ərizəsi əsasında həmin idarəyə ilkin olaraq sürücü kimi işə qəbul olunmuşdur. Bir müddətdən sonra İntiqam Əsgərov işdən çıxdıqdan sonra onun yerinə Abbas Göyüşov həmin vəzifəyə təyin olunmuşdur. 2008-ci ildə isə idarənin müdiri vəzifəsinə Təqsirləndirilən şəxs1 təyin edilmişdir. Bundan sonra o, həmin idarəyə mühəndis vəzifəsinə təyin olunsa da, faktiki olaraq Təqsirləndirilən şəxs1 sürücüsü kimi işləmişdir. Ona əvvəlcə idarənin «Niva» markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomaşın, 2011-ci ilin axırlarından isə “Hyundai İX35» markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomaşın təhkim olunmuş və o, həmin avtomaşınları idarə etmişdir. Onu da bildirmək istəyir ki, iş üzrə istintaq zamanı ona başqa şəxslərin adlarına olan "xxxx" ASCnə aid bankomatdan pul çıxarması ilə bağlı fotogörüntülər təqdim olunmuşdur. Bununla bağlı bildirmək istəyir ki, məxdən çıxarılmış görüntülərlə bağlı göstərmişdir ki, öz əmək haqqını çıxarmağa gedəndə ya müdir Rövşən müəllim ya da ki, Təqsirləndirilən şəxs2 ona kart verərək həmin kartda olan pulu da çıxarıb aparıb onlara verməsini demiş və buna görə də onların xahişini yerinə yetirərərk həmin pulları bankomatdan çıxarıb aparıb onlara vermişdir. Bunu bir iş yoldaşı kimi etmiş və hər hansı bir şəxsi marağı olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da qanunsuz əməllərə yol veribverməməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 rəhbər olduğundan bunu etmişdir. Həmin işçilərin əmək haqqılarını çıxarmağı Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 xahiş etdiklərini düşünmüşdür. Eyni zamanda elə də olmuşdur ki, iş yoldaşları da ondan əmək haqqını çıxarıb onlara verməsini xahiş etmiş, həmin pulu çıxarıb iş yoldaşlarına ermişdir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə dəfə əmək haqqı kartları verərək əmək haqqını çıxarmasını xahiş etmiş və o, yalnız onların xahişini yerinə yetirmiş və bununla bağlı öz marağı olmamışdır. Lakin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çıxarıb verdiyi pulların həmin şəxslər tərəfindən işçilərə verilmədiyi və onlar tərəfindən həmin pulların mənimsənilib- mənimsənilməməmindən onun özünün məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1982-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə telefonçu kimi işə düzəlmiş və uzun müddət ərzində həmin vəzifədə işləmişdir. 1998-ci ildə idarəyə fəhlə işinə keçmişdir. Həmin idarədə işlədiyi dövrdə idarənin rəisi vəzifəsində muxtəlif şəxslər işləmiş, 2008-ci ildə isə idarənin müdiri vəzifəsinə Təqsirləndirilən şəxs1 təyin edilmişdir. Həmin vaxtdan, yəni 2008-ci ilin ortalarından etibarən işə gəlib getməmiş və öz əmək haqqı kartını özü ilə götürməmişdir. Beləliklə, həmin vaxtdan etibarən əmək haqqı almamış və onun adına qeydə alınmış əmək haqqı kartından kimin istifadə etməsini bilmir. İş üzrə istintaq zamanı onun adına alınmış əmək kartından "xxxx" ASC-nə aid bankomatdan pul çıxarmış şəxsin fotogörüntüləri ona təqdim edilmişdir. Həmin fotogörüntüyə əsasən o, onun əvəzinə bankomatdan pul çıxarmış şəxsin həmin idarədə sürücü işləmiş Şahid14 olmasını görüb tanımışdır. İstintaq zamanı Şahid14 idarə rəisi Təqsirləndirilən şəxs1 və baş mexanik Təqsirləndirilən şəxs2 ona verdiyi bir neçə əmək haqqı kartlarına əsasən bankomatlardan pul çıxardıb həmin şəxslərə verdiyinim təsdiq etmişdir. Beləliklə, onun özü həmin işdən çıxdıqdan sonra onun adına sənədləşdirilmiş əmək haqqı kartından istifadə edilərək pul çıxarılması barədə onun özünün o zaman məlumatı olmamışdır. Onun özü işdən çıxdıqdan sonra həmin idarədən əmək haqqı almamış və heç kəs bununla bağlı pul gətirib ona verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu ilin sentyabr ayından Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 İstismarı idarəsinə hidrotexnik kimi işə düzəlmişdir. Belə ki, həmin ildə həmin idarəyə rəis təyin olunmuş Təqsirləndirilən şəxs1 əmri ilə həmin vəzifəyə təyin olunmuşdur. Hidrotexnik vəzifəsinə təyin olunsa da, əsasən Təqsirləndirilən şəxs1 katibəsi kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs1la bundan sonra aralarında münasibət yaranmış və bir ildən sonra onunla qeyri-rəsmi bir yerdə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs1 idarə müdiri təyin olunduqdan sonra həmin idarənin bir çox işçilərinin əmək haqqı kartlarını özündə saxlayaraq həmin idarənin anbardarı Nadir Qəribov, sürücüsü Şahid14, baş mexanik Təqsirləndirilən şəxs2, baş mühasib Firdovsi Gözəlov, baş mühəndis Qürbət Zeynalov baş hidrotexnik Asif Hüseynov, kadrların işçisi Şahin və kadrlarda inspektor işləyən Gülarə, katibə Təranə mühasibin köməkçisi Sədaqət vasitəsilə bankomatlardan çıxararaq özlərinə götürmüş, adlarına kart olan işçilərə həmin əməkhaqqılardan pul verməmişdir. Rövşən əsasən həmin işə gəlməyənləri adlarını çəkdiyi işçilərin qohumlarını rəsmiləşdirmişdir. Çünki bunun üçün etibarlı adam lazım idi. Ona görə də həmin əlbir olduğu şəxslərə etibarlı adam tapmalarını bildirmişdir. Daha sonra, 2014-cü ildə anasının dayısı nəvəsi Nuranə Hüseynova idarəyə hidrotexnik təyin edilmiş, sonuncunun əmək haqqı kartı da təyin olunduqdan sonra Rövşən tərəfindən ona verilmiş, Rövşən bildirmişdir ki, həmin əmək haqqını çıxarıb gətirib ona versin. Yenə Nuranənin adına köçən aylıq əməkhaqqını 2019-cu ilin dekabr ayına kimi bankomatdan çıxarıb Rövşənə vermişdir. 2015-ci ildə anbardar Nadir Qəribovun qaynı oğlu Həsrət Həsənov mühəndis vəzifəsinə təyin olunmuş, lakin Həsrət də işə çıxmamış və Təqsirləndirilən şəxs1 Həsrətin əmək haqqısını bankomatdan çıxarıb gətirib ona verməsi üçün bankomat kartını ona vermişdir. Bundan başqa 2016-cı ildə dayısı oğlu Sahib Mustafayevi də Rövşən işçi kimi sənədləşdirmiş və onun əmək haqqı kartını da ona vermişdir. Sahibin kartı ilə hər ay əməkhaqqısına köçən məbləğləri bankomatdan çıxarıb Rövşənə vermişdir. Bundan başqa, Şahid8 kartı da şəxsən Təqsirləndirilən şəxs1 olmuşdur. Onun kimi digər adlarını çəkdiyi baş hidrotexnik, anbardar və adlarını yuxarıda çəkdiyi digərləri də Rövşənin göstərişi və əmri ilə öz qohumlarını idarəyə işçi kimi cəlb edir, onlar işə gəlmir və onların əməkhaqqıları Rövşənə çatmışdır. 2009-2019-cu İllərdə hər ay Rövşənə külli məbləğdə pullar çatmışdır. Ümumiyyətlə idarədə 150 nəfər işçi olmuş, onun cəmi 50-si işə çıxmışdır. Qalanları isə işə gəlməyənlər idi və əmək haqqı kartları Rövşənin tapşırığı adlarını yuxarıda çəkdiyi adamlar vasitəsilə bankomatdan çıxarılaraq ona təhvil verilmişdir. O da həmin pul vəsaitini öz şəxsi məqsədlərinə sərf etmişdir. Onunla qeyri-rəsmi münasibəti olmasaydı, bütün bunları bilmÿzdi. Bütün hər şeyi Rövşən onun yanında etmiş, ona görə bütün bunlardan məlumatlıdır. Bundan başqa idarəyə hər ay dövlət tərəfindən yanacaq ayrılmış, yanacaq da təyinatı üzrə istifadə olunmamışdır. Belə ki, Rövşən yalandan talonları möhürləyərək guya sürücülərin harasa getdiklərini göstərmiş, lakin yanacaq istifadə olunmamış, həmin yanacağı sonuncu idarÿnin yaxınlığında Xırdalan dairəsində yerləşən Bəhram adlı şəxsin yanacaq doldurma məntəqəsinə satıb həmin pulları da mənimsəmişdir. Ona ünvanlanmış Təqsirləndirilən şəxs1 istintaqa ilkin izahatında Şahid1 olan işçilərin əmək haqqı kartlarına köçən aylıq məbləğlər onun özünə çatmasını göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yalan danışır. Bütün işçilərin əmək haqqıları Rövşənin özünə çatmışdır. (cild 1, iş vər. 179- 184). Məhkəmə iclasında ifadəsi elan edilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 Müstəcəb oğlu ifadəsində göstərmişdir ki, 2016-cı ilin fevral ayında Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsində işləyən həyat yoldaşının bibisi nəvəsi İlhamə ilə rastlaşaraq və ona iş tapmasını xahiş etmiş, sonuncu bu barədə maraqlanıb ona deyəcəyini bildirmişdir. Bir müddətdən sonra İlhamə işlədiyi idarədə vakant fəhlə yeri olduğunu, işləmək istəyərsə həmin yerə onu düzəldə biləcəyini demiş, bundan sonra idarənin müdiri Təqsirləndirilən şəxs1 həmin idarəyə fəhlə kimi sənədləşdirmiş, amma heç vaxt Təqsirləndirilən şəxs1 yanında olmamışdır. Heç bir həftə keçməmiş öyrənmişdir ki, fəhlə kimi maaş çox az olmaqla həmin maaşa ailəsini dolandıra bilməyəcək. Əmək haqqı az olduğundan İlhamədən arada işə gəlməsi ilə bağlı müdir Təqsirləndirilən şəxs1la danışmasını xahiş etmiş, İlhamə də Təqsirləndirilən şəxs1la danışıb bu barədə ona deyəcəyini bildirmişdir. İlhamə Təqsirləndirilən şəxs1la danışdıqdan sonra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əmək haqqı kartının ona verilməsi şərtilə ümumiyyətlə işə gəlməməsinə razılaşır. Təqsirləndirilən şəxs1 İlhamə vasitəsilə göndərdiyi təkliflə razılaşmış, növbəti dəfə işə gələndə əmək haqqı kartını Təqsirləndirilən şəxs1 çatdırması üçün səhv etmirsə sürücü Aqşin adlı şəxsə vermişdir. Daha sonra işə gəlməmiş, sadəcə iş stajı getməsi üçün bununla razılaşmışdır. Əmək haqqısı da idarə müdiri Təqsirləndirilən şəxs1 çatmışdır. Cəmi bir il işlədikdən sonra 2017ci ilin sentyabr ayında isə işdən çıxmışdır. İşə gemtəmiş, əmək haqqı kartı özündə olmamış, əmək haqqısı da müdir Təqsirləndirilən şəxs1 çatmışdır. İdarədə işləyən işçiləri tanımır, hansı məbləğdə əmək haqqı aldığını da bilmir. (cild 1, iş vər. 241-243). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması barədə” 31 avqust 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi 13 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun müavini -Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Şahid1 Azərbyacan Respublakası "xxxx" ASC-nin X47 X48 İstismarı idarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə müraciəti əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs1 AR "xxxx" ASC-nin X47 X48 İstismarı idarəsinin müdiri işlədiyi dövrdə həmin idarədə çilingər işləyən Şahid4 və sürücü işləyən Şahid7 əmək stajı hesablanmaqla işə gəlməmələrinə şərait yaratmaq kimi xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan hər ay aldıqları əmək haqqı məbləğini rüşvət kimi istəyərək əmək haqqı kartlarını alıb özündə saxlamaqla şəxsən və idarənin baş mexaniki Təqsirləndirilən şəxs2 vasitəsilə karta mədaxil olunan pul vəsaitini hər ay nağdlaşdırılaraq 2017-ci ildən 2020-ci ilə kimi olan müddətdə külli miqdarda maddi nemət olan 10239 manat məbləğində pul vəsaitini rüşvət qimsində aldığı, həmçinin Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən şəxsən və idarədə anbardar işləyən -X67, baş mexanik- Təqsirləndirilən şəxs2, mühəndis-Şahid14 Asif oğlu və qeyrilərinin vasitəsi ilə 2017-2019cu illər ərzində Şahid8, X51 və idarənin işçisi kimi rəmiləşdiirlmişdigər şəxslərin adına açılmış əmək haqqı kartlarından pul vəsaitini hər ay nağdlaşdırmaqla ümumilikdə 36980 manat, habelə idarəyə rəhbərlik etdiyi 2009-2019-cu illər ərzində anbardar, baş mexanik və mhəndis vasitəsi ilə idarənin balansında olan nəqliyyat vasitələrinin xidməti istifadəsi üçün verilən yanacağın bir hissəsini yanacaq doldurma məntəqəsinə sataraq 36000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 72980 manat məbləğində etibar edilmiş özgə əmlakını mənimsədiyi barədə kifayət qədər dədillərin toplanıldığı nəzərə alınaraq fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə cinayət işi başlanmış və qeyd edilən tarixdə həmin Baş idarənin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Kamal Əhmədov tərəfindən icoraata qəbül edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 4-5, 6 ). İş materiallarında olan Şahid1 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Şahid1 tərəfindən verilmiş 10.07.2020-ci il traixli ərizədən görünür ki, ərizəci həmin müraciətində bildirmişdir ki, 2009cu ildən bu günə kimi MST-nin X52 Suvarma Sistemləri İdarəsində 8-ci dərəcəli hidrotexnik vəzifəsində çalışır, 2009-cu ildən 2019-cu ilin son ayındək İdarənin rəisi olmuş Təqsirləndirilən şəxs1 ona əmək haqqı kartından əlavə 3 ədəd başqa işçilrərə aid olan əmək haqqı olan kartı verərək, kartdakı vəsaitləri çıxararaq təhvil verməyi əks halda onu işdən çxıarmaqla hədələmişdir. Buna görə də 2009-2019-cu illər ərzində həmin kartlardan vəsaitləri çıxarıb Rövşənə vermişdir. Bundan əlavə idarənin əməkdaşları anbardar- Qəribov nadir, baş mexanik-Təqsirləndirilən şəxs2, vuxaltor-Gözəlov Firdovsi, baş mühəndis-Zeynalov Qürbət, sürücü olmuş-Şahid14, baş hidrotexnik-Hüseynov asif, şöbəsinin rəisi-Şahin, K/şöbəsinin inspektoru Gülarə və digərlərində qeyd olunan əmək haqqı kartlarından Təqsirləndirilən şəxs1 göstərişi ilə ifadə etmişlər.Həmin kartlar həmin idarədə işçi kimi qeyd olunan, lakin işə gəlməyən şxəslərindir.Həmin şxəslər kartlardan pul çıxardararaq şxəsi ehtiyaclarına sərf etmişlər. 2020-ci ilin yanvar ayından idarədə Seyidov Mirkamil rəis təyin edilmiş, hazırdada yuxarıda qeyd olunna qanunsuzluqlar davam etməkdədir.Bunda əlavə Təqsirləndirilən şəxs1 işlədiyi vaxtlarda və hal-hazırda idarənin rəhbərliyi dövlət tərəfindən idarəyə ayrılan yanacaq-Xırdalan dairəsində yerləşən yanacaq doldurma məntəqəsinin sahibi Bəhram adlı şəxsə satmaq, əldə olunan vəsaitləri mənimsəmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və adlarını qeyd etdiyi digər şəxslərin qanunsuz əməllərinin hüquqi qiymət verilməsinə göstəriş verilməsini xahiş etmişdir. (cild 1, iş vər. 12-13). “Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)-662/2020 saylı 13 iyul 2020-ci il tarixli qərarından görünür ki, "xxxx" ASC-nin X63 Təminatı Sistemləri İdarəsinin 01.01.2018-ci ilədm hazırkı dövrədək olan əməkdaşlarının siyahısının və onların adlarına bank hesablarının açılmasına dair sənədlərin, hesablardan çıxarışların, həmin hesablar üzrə sərəncam vermək hüququ olan şəxslər barədə məlumat və hüquqların yaranması üçün əsas olmuş sənədlərin əslinin, adlarına kart sifarişinin verilib-verilməməsini, həmin kartların bank tərəfindən nə vaxt, birbaşa olaraq kiməverilməsi, həmin kartlar üzrə “SMS Xəbədarlıq” idmətinə qoşulmanın olub-olmaması, müsbət halda kartlar üzrə hansı mobil telefon nömrələrinin xidmətə qoşulması barədə bank məlumatlarını özündə əks etdirən sənədlərin əslinin və gösətrilən kartlardan pul vəsaitlərinin çıxarılmasıilə bağlı bankomat aparatları tərəfindən çəkilən foto və video görüntülərin əldə olunması ilə bağlı texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatlarının çıxarılması əməliyyat-axtarış tədbiri həyata keçirilməsi qərara alınmışdır. (cild 1, iş vər. 19-20). “Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)-808/2020 saylı 28 avqust 2020-ci il tarixli qərarından görünür ki, "xxxx" ASC-nin X63 Təminatı Sistemləri İdarəsinin 01.01.2017-ci ilə tarixdə qeydiyyatda olan əməkdaşlarının siyahısının və hesablardan çıxarışları, həmin tarixdə açlışan əməkdaşların maaş kartlarından pul vəsaitlərinin çıxarılmasın dair görüntülərin, idarənin işçilərinə aid olan maaş kartlarından bankomatlar vasitəsilə ardıcıl olaraq əməliyyat aparan şxəsin həmin müddətdən 30 dəqiqə öncəsinə və 30 dəqiqə sonrasına aid olan bankomat aparatları tərəfindən çəkilən foto və ya video görüntülərin aid görüntülərin əldə olunması ilə bağlı texniki rabitə kanallarından və digər texniki vasitəlrədən məlumatların çıxarılması əməliyyat-axtraış tədbiri həyata keçirilməsi qərar alınmışdır. (cild 1, iş vər. 45-46). "xxxx" ASC-nin X63 Təminatı Sistemləri İdarəsinin 01.01.2017-ci ilə tarixdə qeydiyyatda olan əməkdaşlarının siyahısının və hesablardan çıxarışları, həmin tarixdə açlışan əməkdaşların maaş kartlarından pul vəsaitlərinin çıxarılmasın dair görüntülərin, idarənin işçilərinə aid olan maaş kartlarından bankomatlar vasitəsilə ardıcıl olaraq əməliyyat aparan şxəsin həmin müddətdən 30 dəqiqə öncəsinə və 30 dəqiqə sonrasına aid olan bankomat aparatları tərəfindən çəkilən foto və ya video görüntülərin aid gürğntğlərin əldə olunması ilə bağlı texniki rabitə kanallarından və digər texniki vasitəlrədən məlumatların çıxarılması əməliyyat-axtraış tədbiri həyata keçirilməsi qərar alınmışdır. (cild 1, iş vər. 45-46). “Sənədlərin götürülməsi barədə” 27 avqust 2020-ci il traixli protokoldan görünür ki, "xxxx" ASC-nin X63 Təminatı Sistemləri idarəsinin əməkdaşalrının adına aşkar edilən hesbalardan tələb olunan dövr ürə aparılan əməliyyatlara dair çxıarışlar və mövcud görüntülər istintqa təqdim etmişdir. (cild 1, iş vər. 48). “Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)-840/2020 saylı 02 sentyabr 2020ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə 01.01.2009-cu ildən hazırki dövərədək "xxxx" ASC-nin X47 X48 İstismarı idarəsinin əməkdaşlarının siyahısının və onların adlarına bank hesbaalrının açılmasına dair sənədlərin, hesabalrdan çxıarışların, həmin hesbalar üzrə sərəncam vermək hüququ olan şəxslərbarədə məlumat və hüquqların yaranması üçün əsas olmuş sənəldərin əsalinin , adlarına kart sifarişinin verilib-verilməməsi, həmin kartların bank tərəfindən nə vaxt, birbaşa olaraq kimə verilməsi, həmin kartlar üzrə “SMS Xəbərdarlıq” Xidmətinə qoşulmasının olub-olmmaası, müsbət halda kartlar üzrə hansı mobil telefon nömrələrinin xidmətət qoşulması barədə bank məlumatalrını özündə əks etdirən sənədlərin əslinin və gösətrilə kartlardan pul vəsaitlərinin çıxarılması ilə bağlı bankomat aparatları tərəfindən çəkilən foto və vidoe görüntülərin "xxxx" ASC-dən götürülməsi qərara alınmışdır. (cild 1, iş vər. 189-191). İş materiallarında olmaqla Azərbaycan Respublikası "xxxx" ASC-nin sədri tərəfindən 11 sentyabr 2006-cı il tarixdə təsdiq edilməklə həmin ASC-nin X64 X5 İdarəsinin Nizamnaməsinin surətindən görünür ki, həmin idarənin hüquqi ünvanı: Abşeron rayonu, Xırdalan-Binəqədi yolu 3-dür. İdarə həmin ASC-nin tabeliyində olmaqla struktur vahididir. Həmin idarə hüquqi şəxs statusuna malik olmaqla, onun istehsalat-təsərrüfat fəaliyyəti büdcədən və büdcədənkənar vəsaitlər hesabına müəyyənləşdirilir, maliyyə əməliyyatları Cəmiyyətin və idarənin verdiyi sifarişlər əsasında yerli xəzinədarlıq orqanları tərəfindən aparılır. (cild 2, iş vər. 38-41). AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Baş Dövlət Yol Polis İdarəsinin komputer uçot bazasına görə 21.03.1970-ci il təvəllüdlü X36, 27.06.1992-ci il təvəllüdlü X7 və 11.10.2000-ci il təvəllüdlü X37 adlarında və ya etibarnamə əsasında istifadələrindən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 (məktubda səhvən X56 göstərilib) adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir, X27 məxsus “Toyoto Land-Cruiser-Prado” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibrnamə əsasında 14.04.2010-cu il tarixdən 14.04.2040-cı il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsinə verilməsi barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. (cild 3, iş vər. 285). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təərfindən verilmiş 23.10.2020-ci il tarixli məktubundan görünür ki, X38 və digərlərinin adına daşşınmaz əmlakın olub-olmaması haqqında məlumatın təqdim edilməsi barədə 14 sentyabr 2020-ci il tarixli 13-02/101 nömrəli məktuba Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdətində aidiyyatı üzrə baxılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi dairələrində mövcud arxiv materiallarına əsasən:X36 10 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüquqi ilə Şəki rayonu, X84 yerləşən 5,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X7 adına Bakı şəhəri, Nizmai rayonu, İham Müzəffər oğlu küçəsi, ev 7 ünavnda yerləşən 20 nömrəli mənzil, X37 adına Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 23a ünavnda yerləşən 36 nömərli mənzil, Abşeron rayonu, Masazır kəndi əraziidnə yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi aşkar eidlmişdir. (cild 3, iş vər. 287). İş materiallarında olmaqla Təqsirləndirilən şəxs1 verilmiş AR Abşeron rayon İcra Hakimiyyəti 3 saylı MTİİTS-i tərəfindən verilmiş arayış və xidməti xasiyyətnamədən görünür ki, Pənahov X39 şəhəri, 22-ci məhəllə, mənzil 49-da qeydiyyatdadır. Yaşaıdğı müdədt ərzində onun barəsində 3 saylı MTİİTS-ə heç bir şikayət ərizəsi daxil olmamışdır. (cild 3, iş vər. 290-291). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 dekabr 2020-ci il traixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 31.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir. (cild 4, iş vər. 1-3). “Qətimkan tədbirinin seçilmsi haqqında” 26 dekabr 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1964-cü ildə Şəki rayonu, Böyük-Dəhnə kəndində anadan olmuş Azərbaycan Respubliaskı vəətndaşı, ailəli, ali təhsilli, əvvəlllər məhkum olunmamış, Azərbaycan Respublikası “Meliorasiya və Su Təsərrüfatı “ ASC-nin X47 X5 İdarəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə 49a ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayn Təqsirləndirilən şəxs1 barəsində “Polisin nəarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 4, iş vər. 23-240). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında “ 26 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X57 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 31.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutlmuş ittiham elan edilmişdir. (cild 4, iş vər. 28-29). “Təqsirləndirilən şəxs qimsində cəlb etmə haqqında “ 26 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X34 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir. (cild 4, iş vər. 51-52). «Qətimkan tədbirinin seçilmsi haqqında” 26 dekabr 2020-ci il tarixli qərardan görüünr ki, X14 barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 4, iş vər. 72-73). İş materiallarında olmaqla X47 Su X16 İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş Xidməti xasiyyətnamədən görünr ki, Təqsirləndirilən şəxs2 həmin Komitədə Mexaniki emalatxananın müdiri vəzifəsinə işə qəbul olunmuş, 1986-cı ilə kimi həmin vəzifədə çalışmışdır. 186-1990-cı illərdə 1 nömrəli Təmir-istismar sahəsinin rəisi, 2 nömrəli Təmir istisçmar sahəsinin texniki vəzifələrində, 1990-1991-ci illərdə kassir vəzifəsində, 1991-2001-ci illərdə Mexanizasiya sahəsinin rəisi vəzifələrində işləmişdir. 2001-ci ildən hazırki dövrə kimi idarənin baş mexaniki vəzifəsini daşımışdır. İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərməklə, kollektivin ictmai həyatında fəal iştirak etmişdir. İş yoldaşları arasında hörmət qazanmışdır. Ünsiyyətdə nəzakətli və təvazökardır. Təqsirləndirilən şəxs2 xidmətləri nəzərə alınaraq Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən dəfələrlə Fəxri fərmanlarla və Təşəkkürnamələrlə təltif olunmuşdur. İşlədiyi dövdə məhkumluğu olmayıb və cinayət məsuliyyətinə cəlb olunmayıbdır. Xidməti Xasiyyətnamə X47 Su X16 İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 17 mart 2021-ci il tarxili iclasında müzakirə olunaraq, kollektivin üzvlərinin ümumi razılığı ilə təsdiq edilmişdir. (cild 4, iş vər. 242). İş materillarında olmaqla X47 Su X16 İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Xırdlaan-Binəqədi şossesi-3, ev 4, mənzil 11-də ailə üzvləri: həyat yoldaşı X19, oğulları: X58 və X43 ibarətdir. (cild 4, iş vər. 143). AR "xxxx" ASC-nin X47 X5 İdarəsinin 16 işçisinin plastik kart hesbalarına 01.01.2016-cı il tarixdən 01.09.2020-ci il tarixədək olan dövr ərzində köçürülmüş pul vəsaitinin həcminin müəyyən edilməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair 17 mart 2021-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 01.012020-ci il tarixdən 01.09.2020-ci il tarixədək olan dövr ərzində AR "xxxx" ASC-nin X47 X6 İdarəsinin 16 işçisinin "xxxx" ASC-nin Xırdalan filialında olan plastik kart hesablarına ümumilikdə 105953,74 manat pul vəsaiti köçürülmüşdür. (cild 4, iş vər. 145-146). İş materiallarında olan Beynəlxalq Bankın qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 13.313,30 ( on üç min üç yüz on üç manat, otuz qəpik) cinayət işi üzrə vurulmuş ziyandan ödəniş etmişdir. (cild 4, iş vər. 147). “Sübutların qiymətləndirilməsi haqqında” 18 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM- nin 179.3.2, 311.3.11, 311.3.2 və 311.3.3-cü maddələrindən həmin məcəllənin 179.3.2, 179.2.1, 179.2.3, 179.2.4-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs1 26.12.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittihamda dəyişikliklər edilərək əlavələr olunmaqla həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 26.12.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 179.3.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittihamda dəyişikliklər edilərək əlavələr olunmaqla həmin Məcəllənin 179.3.2ci maddəsi ilə yenidən ittiham elan edilməsi, təqsirləndirilən şəxs X20 26.12.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə elan edilmiş ittihamda dəyişikliklər edilərək əlavələr olunmaqla həmin Məcəllənin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, iİstintaq zamanı təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X34 barəsində istintaqın ilkin mərhələsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, Hüseynova llhamə Musa qızı, X28, X44, X21, Zeynalov Qürbət Rəhim oğlu, X59», X67, X68 və X29 barəsində cinayət işinə xitam verilməsi, bundan başqa şahid llhamə Hüseynovanın ifadəsində Təqsirləndirilən şəxs1 2009-cu ildən ona Vidadi adlı mühəndisin əmək haqqı kartının, Cəmalə adlı şəxsin, Azər Cəlilovun əmək haqqı kartının Təqsirləndirilən şəxs1 olması və hər ay həmin şəxslərin əmək haqqılarının Təqsirləndirilən şəxs1 çatması ilə bağlı göstərdikləri istintaq zamanı digər sübutlarla müəyyən etmək mümkün olmadığından göstərilən xüsusatlar üzrə Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə xitam verilməsi, bundan başqa llhamə Hüseynovanın ifadəsində göstərdiyi idarənin işçilərinin 90 faizinin işə gəlməməsi, onların əmək haqqılarının 3/1 hissəsinin Təqsirləndirilən şəxs1 çatması, qalan pulların isə Cəmiyyətin rəhbər vəzifəli şəxslərinə Təqsirləndirilən şəxs1 tərəfindən çatdırılması da aparılmış istintaq zamanı öz təsdiqini tapmadığından həmin hissədə cinayət təqibinə xitam verilməsi, istintaq zamanı Maliyyə Nazirliyi tərəfindən yoxlamanın nəticələrinə dair tərtib olunmuş 02.11.2020-ci il tarixli aktda aşkar edilmiş 2019-cu ilin yanvar ayında İdarənin anbarında təmir-tikinti materialları, elektrod və digər mal-materiallar üzrə qalıq olmadığı üçün su-boru xətlərində istismar tədbirlərinin həyata keçirilməsi barədə sənəd tərtib edilmədiyi və heç bir iş görülmədiyi halda traktorçu və qaynaqçılara yanacaq verilməsi rəsmiləşdirilərək 4680,0 manat dəyərində 7800 litr dizel yanacağının silinməsi xüsusatından başqa digər pozuntular üzrə cinayət təqibinə xitam verilməsi, istintaq zamanı şahidlər, sürücülər- Şahid7, Şahid10, Şahid9 ifadələrində işə gəlmədiklərini yanacaqla bağlı talonlara imza etsələr də, ərazilərə getmədiklərini göstərməsi ilə bağlı aparılmış araşdırma zamanı onların işə gəlmədikləri və əmək haqqılarının özlərinə çatmadığı istintaq zamanı toplanmış sübutlarla sübuta yetirilsə də, lakin həmin şəxslərə imzaladılmış talonlar üzrə yanacağın mənimsənilməsi halları Maliyyə Nazirliyi tərəfindən keçirilmiş yoxlama zamanı və eyni zamanda istintaq zamanı müəyyən edilmədiyindən həmin hissədə cinayət təqibinə xitam verilməsi, işçilərin əmək haqqı kartlarından "xxxx" ASC-nin bankomatlarından istifadə edilməsini əks etdirən görüntülər, "xxxx" ASC-dən daxil olmuş 20.10.2020-ci il tarixli 157000/2-4289 saylı məktuba əlavə edilmiş X47 X48 İstismarı idarəsinin əməkdaşlarının hesablarına köçürülən vəsaitlərə dair çıxarışlar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması, iş üzrə Meliorasiya və Su Təsərrüfatı" ASC-nin X47 X48 İstismarı idarəsi zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (cild 4, iş vər. 250-282). “Təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilməsi və əlavələr olunmaqla ona yenidən ittiham elan edilməsi haqqında” 18 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni ittiham elan edilmişdir. (cild 4, iş vər. 183-187). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 mart 021-ci il tarixli qərardan görünür ki, 202026172saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X20 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2.1,179.2.3 və 179.2.4-cü maddələri ilə yeni ittiham elan edilmişdir. (cild 4, iş vər. 188-189). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 18 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni ittiham elan edilmişdir. (cild 4, iş vər. 211-216). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 18 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" ASC-nin X47 X48 İstismarı İdarəsi zərər çəkmiş qimsində tanınması qərar alınmışdır. (cild 4, iş vər. 227). İş materillarına əlavə edilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli iş № 1(101)-226/2021 saylı qərarının surətindən görünür ki, həmin məhkəmə qərarına əsasən 01 avqust 1958-ci il tarixdə Ermənistanın Sisyan rayonu, Urud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinin rəisi vəzifəsində işləyən, ünvan 11 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə müəyyən edilmişdir ki, X34 8 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinin rəisi vəzifəsində işləyən, idarənin bütün istehsalat-təsərrüfat və maliyyə fəaliyyətinə rəhbərlik və istiqamətlərinin müəyyən edilməsinə, əməyin təşkili və idarənin strukturunun təkmilləşdirilməsi üzrə işlərə rəhbərlik edilməsinə, əmək intizam qaydalarına, idarənin maliyyə vəsaitinin son dərəcədə qənaətlə xərclənməsinə, ondan təyinatı üzrə istifadə olunmasına, xəzinədarlıq, bank, təchizatçılar, podratçılar və digər təşkilatlarla hesabatın vaxtında aparılmasının təmin edilməsinə, maddi, maliyyə və əmək ehtiyatlarından daha səmərəli istifadə olunması üçün tədbirlərin görülməsini, təsdiq olunmuş büdcə və büdcədən kənar xərclər çərçivəsində tikinti-yenidən qurma işlərinin təşkil edilməsinə, işçilərin (fəhlə və qulluqçuların) əmək haqqının vaxtında verilməsinə və onlarla haqqhesabın aparılmasının təmin edilməsinə və digər tədbirlər görməyə cavabdeh təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi, həmin idarənin baş mexaniki Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə talamaq məqsədilə 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək olan müddətdə, həmin idarəyə işçi kimi rəsmiləşdirilmiş şəxslərin adına "xxxx" ASC-nin Xırdalan filialında hazırlanmış plastik kartları adlarına olan şəxslərdən alıb faktiki olaraq heç bir əmək fəaliyyəti ilə məşğul olmamalarına baxmayaraq, əmək haqqının hesablanaraq ödənilməsinə nail olaraq özündə saxladığı həmin plastik hesab kartlarına köçürülmüş əmək haqqı məbləğlərini, o cümlədən, 01.08.2014-cü il tarixli 24k saylı əmrlə həmin idarəyə çilingər vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid4 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 2926,93 manat, 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid7 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020- ci il tarixədək hesablanaraq ödənilmiş 2.654,48 manat, ümumilikdə iki nəfər üzrə cəmi 5581,41 manat (beş min beş yüz səksən bir manat qırx bir qəpik) məbləğində pul vəsaitini qeyd edilən hesablar üzrə plastik bank kartları vasitəsilə 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə Abşeron rayonu, Sumqayıt və Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan Təqsirləndirilən şəxs2 çıxardıqdan sonra X47 X5 İdarəsinin inzibati binasında sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası "xxxx" ASC-yə məxsus olmaqla onlara etibar edilmiş cəmi 5.581,41 manat (beş min beş yüz səksən bir manat qırx bir qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Həmin iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X34 özünü ona CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən fərdi yaşayış evində yaşayır. 2016-cı ilin may ayından "xxxx" ASC-nin melioservis idarəsinin rəisi, 2020-ci ilin yanvar ayından isə X47 X5 İdarəsinin rəisi vəzifəsində işləyir. Ondan əvvəl həmin idarənin rəisi Təqsirləndirilən şəxs1 olmuş və Təqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayında tutduğu vəzifədən azad olunmuşdur. İdarə rəisi kimi vəzifəs idarənin ümumi fəaliyyətinə rəhbərlik etmək, işin təşkilini həyata keçirmək və sairdən ibarətdir. İdarə müdiri təyin olunandan sonra bir çox işçilərin işə davamiyyətinin yaxşı olmadığını görüb onları öz ərizələri əsasında işdən çıxarmışdır. Təqsirləndirilən şəxs2 X47 X5 İdarəsinin baş mexaniki vəzifəsində işləmişdir. O, həmin idarəyə rəis vəzifəsinə təyin olunduqdan sonra Təqsirləndirilən şəxs2 işə gəlməyən işçilərin əmək haqqını çıxarmış və həmin pulu aralarında bölmüşlər. Hazırda törətdiyi əməldən peşmandır və baş vermiş cinayət hadisəsi nəticəsində vurulmuş ziyan X47 X48 İstismarı idarəsinə ödənmiş, bununla yanaşı həmin maddi ziyanın iyirmi beş faizi tərəfindən dövlət nəfinə keçirilmişdir. Hazırda ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Həmin iş üzrə məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilmiş sübutlarla ibtidai istintaq orqanı tərəfindən X20 elan edilmiş CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapdığı müəyyən edilmişdir. Həmin iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş şahid Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 1983-cü ildən Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə baş mexanik kimi işə düzəlmişdir. İşlədiyi dövrdə idarənin müdirləri Əziz Zeynalov, Aydın Şalanoviç, Məhəmməd adlı şəxs, İntiqam Əsgərov, Abbas Göyüşov, Rasim Quliyev və Təqsirləndirilən şəxs1 olmuşdur. Hazırda isə idarənin müdiri Mirkamil Seyidovdur. Baş mexanik kimi idarəyə təhkim olunmuş nəqliyyat vasitələrinə cavabdehlik daşıyır. Təqsirləndirilən şəxs1 2008-ci ildə idarənin müdiri təyin olunmuş, 2019-cu ilin dekabr ayında vəzifəsindən ayrılmışdır. İdarədə sürücülərə yanacaq müvafiq talonlar vasitəsilə ayrılır. Belə ki, ilkin olaraq tərəfindən paylanma cədvəli imzalanması üçün sürücüyə təqdim edilir. Həmin Paylanma cədvəlində ayrılacaq yanacağın miqdarı göstərilir. Bundan sonra sürücüyə talonu verir. Sürücü isə talona möhür vurulması üçün müdir Təqsirləndirilən şəxs1 yanına gedir. Təqsirləndirilən şəxs1 da həmin talonu möhürləyir. Həmin talon sürücüyə qaytarılır. Sürücü də həmin talonu Xırdalan dairəsinin yaxınlığında yerləşən “X” petrola təqdim edərək yanacağı götürür. Amma idarədə sürücülərdən Şahid7, Şahid10 işə gəlməmişdir. Onların əmək haqqı kartı onda olmuşdur. Onlara yanacaq verilməsi üçün sənədləşmələri imzalatmışlar. Lakin həmin yanacaq idarənin işləri üçün sərf edilmişdir. Onlar özləri işə gəlməsə də ona imzaladılmış talonlar üzrə götürülmüş yanacaq idarə üçün sərf edilmişdir. Sadəcə onların işə gəlməməsinə şərait yaradaraq əmək haqlarını özlərinə götürmüşlər. İdarədə yanacaq aidiyyəti üzrə sərf edilmiş və mənimsəmə hallarına yol verilməmişdir. Həmin idarədə işləyən Şahid7 və Şahid4 əmək haqqı kartları onda olmuşdur. O, ayrı-ayrı vaxtlarda qeyd edilmiş şəxslərin əmək haqqı kartlarından istifadə edərək əmək haqlarını çıxarmış və həmin zaman bankomatın kameralarına düşmüşdür. Eyni zamanda elə hallar da olmuşdur ki, işçi özü ondan əmək haqqını çıxarmağı xahiş etmişdir. Şahid7 və Şahid4 əmək haqqı kartlarını ona Təqsirləndirilən şəxs1 vermişdir. Sonradan idarəyə Mirkamil Seyidov rəis təyin edilmiş və kartların çoxu işçilərə geri qaytarılmışdır. Onların çoxu da elə Mirkamil Seyidov tərəfindən işdən çıxarılmışdır. Onda 2020-ci ilin avqust-sentyabr ayına qədər Şahid4 və Şahid7 əmək haqqı kartları qalmış və o, sonradan kartları sonunculara qaytarmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə çilingər kimi işə düzəlmiş, işə düzəldikdən sonra əmək haqqı ilə bağlı maraqlandıqda maaşın az olduğunu görüb bu barədə Təqsirləndirilən şəxs1 deyərək ikinci bir işlə məşğul olmasına şərait yaratmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə xidməti otağında ikinci bir işlə məşğul olacağı təqdirdə maaş kartını ona verməli olduğunu demiş və o, işini itirməmək üçün razılaşaraq əməkhaqqı kartını Rövşənə vermişdir. Əmmək haqqı kartı 2015-ci ildən 2020-ci ilə kimi Rövşəndə olmuş, yalnız 2020-ci ilin avqust ayında həmin kartı Təqsirləndirilən şəxs2 işlədiyi təmir sexinə gələrək ona qaytarmışdır. Ona qədər isə əmək haqqı kartını görəməmiş, əmək haqqından ona pul çatmamışdır. Həmin iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin X47 X48 istismarı idarəsinə sürücü kimi işə düzəlmiş, onu həmin işə baş mexanik Təqsirləndirilən şəxs2 düzəltmişdir. Lakin bir-iki ay işlədikdən sonra maaşın az olduğunu görüb Təqsirləndirilən şəxs2 bu barədə bildirərək ikinci bir işlə məşğul olmasına şərait yaratmalarını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 isə ona ikinci bir işlə məşğul olacağı təqdirdə idarə müdiri Təqsirləndirilən şəxs1 qoyduğu qaydaya əsasən maaş kartının ona verilməli olduğunu demişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq işini itirməmək üçün əmək haqqı kartını sonuncuya vermişdir. Bundan sonra yəni 2016-cı ildən 2020-ci ilin avqust ayına kimi əmək haqqı kartını görməmiş, əmək haqqından ona pul çatmamışdır. Bu müddətdə əmək haqqı kartı Təqsirləndirilən şəxs2 olmuşdur. Həmin iş üzrə iş materiallarında olmaqla və məhkəmə baxışında tədqiq edilmiş 31.08.2020-ci il tarixli qərara əsasən müəyyən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X5 İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə toplanmış material üzrə fakta görə CM-in 179.3.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 22.03.2021-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işinin materiallarından X14 CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair başqa cinayət işi ayrılaraq icraata qəbul edilmiş və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. 26.12.2020-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə X34 CM-in 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 26.12.2020-ci il tarixli qərarla X34 barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçilərinin vəzifə təlimatına əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin X47 X5 İdarəsinin rəisi idarənin maliyyə vəsaitinin son dərəcədə qənaətlə xərclənməsinə, ondan təyinatı üzrə istifadə olunmasına, xəzinədarlıq, bank, təchizatçılar, podratçılar və digər təşkilatlarla hesabatın vaxtında aparılmasının təmin edilməsinə, maddi, maliyyə və əmək ehtiyatlarından daha səmərəli istifadə olunması üçün tədbirlərin görülməsinə, təsdiq olunmuş büdcə və büdcədən kənar xərclər çərçivəsində tikinti-yenidən qurma işlərinin təşkil edilməsinə, işçilərin (fəhlə və qulluqçuların) əmək haqqının vaxtında verilməsinə və onlarla haqq-hesabın aparılmasının təmin edilməsinə və digər tədbirlər görməyə cavabdeh təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxsdir. X47 X48 İstismarı idarəsinin əmrdən çıxarışa əsasən müəyyən edilmişdir ki, X34 08.01.2020-ci il tarixdə 002k nömrəli əmrlə həmin idarənin rəisi vəzifəsinə təyin edilmişdir. X47 X48 İstismarı idarəsinin əmrdən çıxarışa əsasən müəyyən edilmişdir ki, Şahid4 01.08.2014-cü il tarixli 24k saylı əmrlə həmin idarəyə çilingər vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş, Şahid7 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuşdur. 20.10.2020-ci il tarixli, 157000/2-4289 nömrəli "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş X47 X48 İstismarı idarəsinin əməkdaşlarının hesablarına köçürülən vəsaitlərə dair çıxarışlara əsasən müəyyən edilmişdir ki, Şahid4 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq cəmi 2.926,93 manat, Şahid7 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq cəmi 2.654,48 manat pul vəsaiti köçmüşdür. 17.03.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 01.08.2014-cü il tarixli 24k saylı əmrlə həmin idarəyə çilingər vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid4 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 2.926,93 manat, 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid7 adına "xxxx" ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 2.654,48 manat, ümumilikdə 2 (iki) nəfər üzrə cəmi 5.581,41 manat pul vəsaiti köçmüşdür. 18.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X20 CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. 14.05.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsinə əsasən müəyyən edilmişdir ki, X34 əvvəllər məhkum olunmamış və barəsində CM-in 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. 21.05.2021-ci il tarixli, BPM **********68 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilmişdir ki, X34 tərəfindən Azərbaycan Beynəlxalq Bankı vasitəsilə X47 X48 İstismarı idarəsinin hesabına cinayət hadisəsi nəticəsində vurulmuş ziyan olan 5581,41 (beş min beş yüz səksən bir manat qırx bir qəpik) manat məbləğində pul keçirilmişdir. 21.05.2021-ci il tarixli, BPM **********60 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilmişdir ki, X34 tərəfindən Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Bakı Maliyyə İdarəsinin hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 1395,36 (bir min üç yüz doxsan beş manat otuz altı qəpik) manat məbləğində pul keçirilmişdir. 24.05.2021-ci il tarixli X47 X48 İstismarı idarəsinin 02/47 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, X34 tərəfindən 5581,41 (beş min beş yüz səksən bir manat qırx bir qəpik) manat məbləğində dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur, gələcəkdə də olmayacaqdır. 24.05.2021-ci il tarixli, X34 tərəfindən məhkəməyə təqdim edilmiş ərizə ilə bildirmişdir ki, cinayət hadisəsi nəticəsində tərəfindən X47 X48 İstismarı idarəsinə vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq ödənilmişdir. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab etmişdir ki, təqsirləndirilən şəxs X34 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs X14 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxs X14 CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməli olduğu müəyyən edilmişdir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2- 1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CMin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra -CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, təqsirləndirilən şəxs X34 cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab etmişdir ki, CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs X34 həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, X34 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Həmin cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, həmin məhkəmə qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs X34 həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməmi və barəsində olan cinayət təqibinə xitam verilməsi, X34 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməsi qərara alınmışdır. İşə əlavə edilməklə Azərbaycan Respublikası "xxxx" ASC-nin X47 X48 istismarı idarəsinin 24 avqust 2021-ci il tarixli № 02/57 saylı məktubundan görünür ki, həmin cinayət işi dəymiş maddi ziyan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən bdənilmişdir. Həmin şəxslərə qşarşı heç bir şikayət və pul tələbləri yoxdur. İş materiallarına əlavə edilməklə Azərbaycan Respublikası "xxxx" ASC üzrə 07 sentyabr 2021-ci il tarixli 072u №li əmrin surətindən görünür ki, müvafiq rəhbər göstərişlər nəzərə alınmaqla, həmin ASC-nin qarşısında qoyulmuş məqsədlərə nail olunması, aqrara sahələrdə artan təbatın ödənilməsi və sairə müvafiq təlbirlərin həyata keçirilməsi zəruriliyi nəzərə alınaraq, struktur və idarəetmə mexanizminin təkmişlləşdirilməsi məqsədi ilə X74 X48 istismarı idarəsinin fəaliyyətinə 08 sentyabr 2021-ci il tarixdən xitam verilmişdir. Ləğv edilmiş X74 X48 istismarı idarəsinin aktiv və passiv varisi X40 idarəsi elan edilmişdir. Beləliklə, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgələrə məxsus əmlakı vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, bilə-bilə qanunsuz hərəkətsizliyə və ümumi himayədarlgra gürə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrilərini təhrik etməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələrinə baxmayaraq, onların öz vəzifə səlahiyyətləri və yuxarıda qeyd edilməklə sahibkarlıq faliyyətini həyata keçirən şəxslərin fəaliyyətləri bağlı öz hərəkətlərinin məhz nədən ibarət olması ilə bağlı hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri işin faktiki hallarına uyğun ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tçdqiq edilmiş obyektiv sübutların məcmusu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla iş üzrə sahid qismində dindirilmiş şəxslərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, müvafiq məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrələri üzrə qulaqasma əməliyyat axtarış tədbirinin keçirilməsi zamanı həmin şəxslər tərəfindən aparılmış telefon danışıqları, iş üzrə əhəmiyət kəsb etməklə həmin telefon danışıqlarının çap mətnləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrələri üzrə telefon əlaqələri və sms yazışmalarına dair məlumatlar və həmin məlumatlardan çıxarışlar, iş materiallarına əlavə edilməklə məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən şəxslərin adlarına rəsmiləşdtirilmiş əmək haqqı kartları üzrə ödənilmiş pul vəsaitlərinin mənimisənilməsi barədə onunla Təqsirləndirilən şəxs2 arasında heç bir razılaşma olmadığı, işçilərin kartlarının onun özündə saxlamasının səbəbi kimi işçilərinə yardım məqsədilə borc pul verdiyi, işçilərin isə borcun əvəzi olaraq ona kartlarını verdiyini göstərməsi, 2016 və 2018ci illərdə X47 Su X16 İdarəsi tərəfindən avtonəqliyyat vasitələrinə artıq ehtiyat hissələrinin alınmasına ehtiyac yarandığından artıq büdcə xərcləndiyini bildirməsi, qış aylarında avtomaşınlar qızdırılarkən əlavə yanacaq sərf olunduğundan artıq yanacaq istifadə edilməsi nəticəsində yanacağa artıq büdcə sərf ediməsi, dövlət büdcəsinə ümumilikdə cəmi 110633,74 manat ziyan vurmaması barədə olan hissədə ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onun yuxarıda qeyd olunan cinayət əmələrini törətməkdə təqsirli olması onun özünün işin faktiki hallarına uyğun olmaqla mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübut, sənədlər və həmçinin məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş yuxarıda qeyd edilən digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 idarənin işçilərinin plastik kartlarından əmək haqqını rəisi Təqsirləndirilən şəxs1 tapşırığı ilə çıxartdığı, bunda heç bir maddi marağının olmadığı və Təqsirləndirilən şəxs1la heç bir cinayət əlaqəsinə girmədiyi barədə hissədə olan ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onun yuxarıda qeyd olunan cinayət əmələrini törətməkdə təqsirli olması onun özünün işin faktiki hallarına uyğun olmaqla mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübut, sənədlər və həmçinin məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş yuxarıda qeyd edilən digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları yuxarıda qeyd edilən əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onların törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini təörətməkdə təqsirli bilinərək, hal hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 351.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə yekun qərar çıxarmazdan əvvəl təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi, əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmadığı və digər məsələləri müzakirə etməlidir və məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Məhkəmə təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tam şəkildə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinin müddəalarına əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də, məhkəmə hesab edir ki, törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın mÿhkumun islah edilmÿsi vÿ tÿyin olunan cÿzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bununla yanaşı, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayətin xarakterini, onların şəxsiyyətlərini nəzərə alaraq, barələrində təqsirli bilindiyi cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmalarını mümkün sayaraq onların barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X69 öz davranışları ilə islah olunmalarını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışları üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 davranışına nəzarət Abşeron rayon Probasiya İdarəsinə, təqsirləndirilən şəxs X46 davranışlarına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının müvafiq müddəalarına əsasən məhkəmələr tərəfindən hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törÿtmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda mÿhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bununla yanaşı, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, iş üzrə maddi ziyanın tam ödənildiyi və iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası "xxxx" ASC-nin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç birşikayəğti maddi tələbinin olmamamasını, həmin şəxslərin törətmiş olduğu cinayətin xarakterini, onların şəxsiyyətini nəzərə alaraq, barələrində təqsirli bilindikləri cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz davranışları ilə islah olunmalaraını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 davranışına nəzarət daimi yaşayış yeri üzrə Abşeron rayon Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs2 oğlunun davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.1, 46.2 və 46.3-cü maddələrinin müddəalarına əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə göstəriləndlərlə yanaşı törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, onların təqsirli bilindikləri cinayət əməllərini məhz öz qulluq mövqelərindən istifadə edərək törətdiklərini nəzərə alaraq, onların dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir və onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmasa da, həmin maddə ilə cəza təyin edərkən barələrində müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində olan hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 barəsində olan hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar: "xxxx" ASC- nin bankomatlarından istifadə edilməsini əks etdirən görüntülər, "xxxx" ASC-dən daxil olmuş 20.10.2020-ci il tarixli 157000/2-4289 saylı məktuba əlavə edilmiş X47 X48 İstismarı idarəsinin əməkdaşlarının hesablarına köçürülən vəsaitlərə dair çıxarışlar cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak olmadığı, xüsusi müsadirənin tətbiq edilməsi üçün əsas olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 99-4, 99-5.1, 99-8-ci maddələri və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354, 384, 487-4 və 487-7ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsi 46-cı maddəsi ilə 2 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi və məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs1 bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət daimi yaşayış yeri üzrə Abşeron şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsi 46-cı maddəsi ilə 2 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi və məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs2 bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübutlar: "xxxx" ASC- nin bankomatlarından istifadə edilməsini əks etdirən görüntülər, "xxxx" ASC-dən daxil olmuş 20.10.2020-ci il tarixli 157000/2-4289 saylı məktuba əlavə edilmiş X47 X48 İstismarı idarəsinin əməkdaşlarının hesablarına köçürülən vəsaitlərə dair çıxarışlar cianyət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak olmadığı, xüsusi müsadirənin tətbiq edilməsi üçün əsas olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar