Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-99/2021 16.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X8, müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi7 və «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi8, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, Cəlilabad rayonu Hamarqışlaq kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsi, 3-cü sahə, ev 22 A-da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 228.1-ci maddələri ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayonu, R.Qəmbərov küçəsi, ev 26, mənzil 17-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə, x xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, Bakı şəhəri Nizami rayonu, R.Teymurov küçəsi, ev 28 B, mənzil 20-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 228.4-cü maddələri ilə, x xxxxxx 1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, Cəlilabad şəhəri M.Əzizbəyov küçəsi, ev 8-də qeydiyyatda olub, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu küçəsi, ev 7, mənzil 35-də kirayə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 228.4-cü maddələri ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 17, mənzil 7/11-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs5 xx xxxxxxxx 2017-ci il tarixli Xətai Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, xx xxxxxx 2017-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, xx xxx 2018-ci il tarixli Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu dövründə yenidən qəsdən istintaqa məlum olmayan vaxtda naməlum mənbədən qanunsuz olaraq 10 ədəd zavod üsuİu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli, «Tokarev» (TT) konstruksiyalı tapançada, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, atəş üçün yararlı patronları və bir ədəd «Tokarev» (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 08 ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan texniki cəhətdən saz və yararlı sandıqçanı əldə edib üzərində saxlamaqla gəzdirmiş, xx xxx 2018-ci ildə saat 18:00 radələrİndə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində tanışı X5 idarə etdiyi «Chevrolet Malibu» markalı **-CL-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa oturacağının ayaqaltma «Adidas» yazısı olan qara rəngli idman çatasında 10 ədəd 7,62x25 mm kalibrli patron və 01 ədəd sadıqçanı qoyaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olan «Qəbələ» restoranının qarşısına daşıyaraq gətirmiş, bu barədə daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs5 polis əməkdaşlarını görüb qaçıb getsədə «Chevrolet Malibu» markalı avtomobil Sabunçu Rayon Polis İdarəsinin inzibati binasına gətirilib xx xxx 2018-ci ildə baxış keçirilən zaman avtomobilin sol arxa oturacağının ayaqaltına «Adidas» yazısı olan qara rəngli idman çatasından 10 ədəd yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, atəş üçün yararlı patronları və bir ədəd «Tokarev» (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan texniki cəhətdən saz və yararlı sadıqça aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs5 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmayan əsasən o, xx xxxxxx 2019-cu ildə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət edərək Şahid3 olan 15.000 manat borcunu ona, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ödəməsini tələb edib həmin tələbi yerinə yetirməyəcəyi təqdirdə onun və ailə üzvlərinin şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra növbəti görüş vaxtı təyin edilmiş, Zərərçəkmiş şəxs1 bu barədə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş, o, xx xxxx 2019-cu ildə saat 01:00-da Zərərçəkmiş şəxs1 yenidən «Portofino» çay evinə dəvət edərək o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs1 15.000 manat pul tələb edib hədə-qorxu gələn zaman Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2017-ci il tarixli Xətai Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1 -ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, xx xxxxxx 2017-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, xx xxx 2018-ci il tarixli Xəzər Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş qalan 08 ay 16 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu dövründə yenidən qəsdən tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmayan əsasən Təqsirləndirilən şəxs5 xx xxxxxx 2019-cu ildə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət edərək Şahid3 olan 15.000 manat borcunu ona, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 ödəməsini tələb edib həmin tələbi yerinə yetirməyəcəyi təqdirdə onun və ailə üzvlərinin şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra növbəti görüş vaxtı təyin edilmiş, Zərərçəkmiş şəxs1 bu barədə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs5 xx xxxx 2019-cu ildə saat 01:00-da Zərərçəkmiş şəxs1 yenidən «Portofino» çay evinə dəvət edərək o, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs1 15.000 manat pul tələb edib hədəqorxu gələn zaman Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs2 xx xxx 2016-cı il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 186.1 və 221.3cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, xx xxxx 2016-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən hökmdən Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi xaric edilərək Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, xx xxxxxx 2016-cı il tarixli Ali Məhkəmənin qərarına əsasən hökmdən Azərbaycan Respublikası CM-nin 127.2.3-ci maddəsi xaric edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin edilmiş 05 İl 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmiş, xx xxxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu dövründə yenidən qəsdən bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını əldə edib üzərində saxlamış və tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərmə hədəsi İlə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmayan əsasən Təqsirləndirilən şəxs5 xx xxxxxx 2019-cu İldə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət edərək Şahid3 olan 15.000 manat borcunu ona, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 ödəməsini tələb edib həmin tələbi yerinə yetirməyəcəyi təqdirdə onun və ailə üzvlərinin şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra növbəti görüş vaxtı təyin edilmiş, Zərərçəkmiş şəxs1 bu barədə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs5 xx xxxx 2019-cu ildə saat 01:00-da yenidən «Portofino» çay evində o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs1 15.000 manat pul tələb edib hədə-qorxu gələn zaman Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la birlikdə saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 ədəd zavod üsuli ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, üzərində təyinatım dəyişdirən əlavə və dəyişiklik edilməyən, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 xx xxxx 2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu dövründə yenidən qəsdən istintaqa məlum olmayan vaxtda naməlum mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulı ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, soyuq silah hesab edilən xəncəri əldə edib üzərində saxlamış və tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakım əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakım hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs5 xx xxxxxx 2019-cu ildə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət edərək Şahid3 olan 15.000 manat borcunu Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ödəməsini tələb edib həmin tələbi yerinə yetirməyəcəyi təqdirdə onun və ailə üzvlərinin şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra növbəti görüş vaxtı təyin edilmiş, Zərərçəkmiş şəxs1 bu barədə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş. Təqsirləndirilən şəxs5 xx xxxx 2019-cu ildə saat 01:00-da Zərərçəkmiş şəxs1 yenidən «Portofino» çay evinə dəvət edərək o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs1 15.000 manat pul tələb edib hədə-qorxu gələn zaman Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la birlikdə saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman əynində olan şalvarın arxa sağ tərəfində kəmərinə keçirdiyi qını ilə birlikdə gəzdirdiyi qatlanmayan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, soyuq silah hesab edilən xəncər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 xx xxxxxx 2017-ci il tarixdə saat 03:30 radələrində X14 ilə X6 arasında olan mübahisəni araşdırmaq məqsədi ilə Tunar Nağızadə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X3, Şahid13, X10, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında ünvan 1 ünvanın qarşısına gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək şəxsiyyəti istintaqa məlum olmayan Fazil İsayevin tanışları ilə mübahisə etmiş, həmin mübahisə davaya çevrilən zaman Fazil İsayev sərnişin olduğu markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobillə hərəkətdə olan zaman «SAYQA-410K» markalı hamar yivsiz təhlükəli odlu ov tüfəngindən havaya iki dəfə atəş açmış, Təqsirləndirilən şəxs5 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd «CA-221» nömrəli Tokarev markalı tapançasından və Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd «MA-00746» nömrəli Tokarev (TT) markalı tapançadan atəş açmaqla hadisə yerində olan şəxslərin həyat və ya sağlamlığı üçün real təhlükə yaratmış, ətrafda yaşayan sakinlərin istirahətini pozmuş, onlar üçün qorxu və narahatçılğı səbəb olmuş və onların atəş açmaları nəticəsində güllə hadisə yerində yolun kənarında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «Samand» markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq farasına dəyməklə məhv edərək 46 manat dəyərində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmayan əsasən Təqsirləndirilən şəxs5 xx xxxxxx 2019-cu ildə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət edərək Şahid3 olan 15.000 manat borcunu Təqsirləndirilən şəxs5, Əhməd- Əli-zadə və Təqsirləndirilən şəxs2 ödəməsini tələb edib həmin tələbi yerinə yetirməyəcəyi təqdirdə onun və ailə üzvlərinin şəxsiyyəti üzərində zor tətbiq edəcəyi İlə hədələmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra növbəti görüş vaxtı təyin edilmiş, Zərərçəkmiş şəxs1 bu barədə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs5 xx xxxx 2019-cu ildə saat 01:00-da yenidən «Portofino» çay evinə dəvət edərək o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5lə birlikdə Zərərçəkmiş şəxs1 15.000 manat pul tələb edib hədəqorxu gələn zaman Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5lə birlikdə saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 228.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkum edilmişdir. xx xxx 2018-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 9 ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx xxx 2018-ci il tarixdə saat 17:00 radələrində qonşuluqda yaşayan Turala zəng edərək onu Ramana qəsəbəsində yerləşən «Qəbələ» restoranına aparmağı xahiş etmişdir. Tural razılaşaraq atasına məxsus olan «Chevrolet» markalı avtomobillə gəlib onu götürmüş və «Qəbələ» restoranının qarşısına gətirmişdir. Orada tanışları Ruhin, Rüfət və Mehracı görüb görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra o, geri avtomobilə qayıtmışdır. Bu vaxt Ruhin, Rüfət, Mehrac və Turalın bir neçə nəfər şəxslə tutaşdığını görmüşdür. Həbsdən yeni çıxdığından münaqişədən uzaq olmaq üçün oradan çıxıb getmişdir. Turalın avtomobilindən tapılan silah və sursatlar ona məxsus deyil. Turalın idarə etdiyi avtomobilə əyləşərkən əlində çanta olmamışdır. 2018-ci ildə Şahid3 adlı uzaq qohumu Zərərçəkmiş şəxs1 avtomobil alıb, ona 15.000 manat pul ödəmişdir. Həmin avtomobil hansısa «Rent a car» şirkətinə məxsus olmuş, sonradan şirkətin sahibi avtomobili Şahid3 əlindən almışdır. Bu səbəbdən Rafiqin Cəmilə 15.000 manat borcu yaranmışdır. Rafiq hər dəfə bir bəhanə ilə pulu qaytarmaqdan yayınmışdır. Bu barədə Cəmil ona danışmışdır. 2019-cu ilin əvəllərində Cəmillə görüşərkən sonuncu ona təcili 1.500 manat pul lazım olduğunu, bu barədə Rafiqə «sms» yazıb borcundan heç olmasa həmin pulu qaytarmasını tələb etsə də, Rafiqin ona pul verməyəcəyini dediyini bildirmişdir. Odur ki, Rafiqə zəng edib, Cəmilin qohumu olduğunu, aralarındakı pul məsələsi ilə bağlı görüşüb söhbət etmək istədiyini bildirmişdir. Rafiq etiraz etmədiyindən sonuncunu Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət etmişdir. Həmin gün saat 20:00 radələrində onunla Cəmil həmin çay evində Rafiqlə görüşmüşlər. X25-zadə və Təqsirləndirilən şəxs2 də orada olmuşdur. Söhbət zamanı Cəmil özü Rafiqdən pulunu tələb etmiş, sonuncu isə avqust ayında pulu qaytara biləcəyini demişdir. Cəmil uzun müddətdir pulunu tələb etdiyini deyib, göstərilən vaxtla razılaşmamışdır. Rafiqə təklif etmişlər ki, əvvəl pulun 1.500 manatını qaytarsın, qalanını sonra qaytarar. Bundan sonra onlar Rafiqə məsləhət görmüşlər ki, tez bir zamanda Cəmilin borcunu qaytarsın. Rafiq bu barədə ailə üzvləri ilə məsləhətləşəcəyini və səhəri gün pulu nə vaxt qaytaracağını deyəcəyini bildirmişdir. Onlar etiraz etməmişlər. Əhmədlə Ceyhun ondan Cəmilin borcu qaytarılacağı təqdirdə onlara hörmət edib-etməyəcəyini soruşmuş, o, bu barədə Cəmillə danışmadığını bildirmişdir. Səhəri gün Rafiq ona zəng edib, bir gün sonra görüşə biləyəcəyini demişdir. Növbəti gün axşam Rafiqdən səs çıxmadığını görüb, ona sms yazmışdır. Bundan sonra Rafiq ona zəng edib, həftənin birinci günü görüşməyi təklif etmişdir. Həmin gün rəhmətlik babasının il mərasimi olduğundan vaxtı olmayacağını və bu gün görüşməli olduğunu bildirmişdir. Rafiq razılaşmış və «Portofino» çay evində görüş təyin etmişlər. Əhmədlə birlikdə həmin çay evinə gedib, kabinetlərin birində əyləşmişdir. Gec olduğundan Cəmili ora çağırmamışdır. Beş dəqiqədən sonra Ceyhun, Kənan və İlham da həmin çay evinə gəlmişlər. Həmin vaxt artıq saat 01:00 radələri olmuşdur. Bir qədər sonra Rafiq gəlib içəri keçmişdir. 2-3 dəqiqədən sonra BŞBPİ-nin əməkdaşları onları saxlayıb idarəyə gətirmişlər. Onlar Rafiqə hədə-qorxu gəlməmiş, sadəcə borcunu qaytarmasını təklif etmişlər. Birinci görüş zamanı o, Əhməd və Ceyhun iştirak etmiş, İlhamla Kənan orada olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs5lə üç ildir ki, tanışdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 isə uzun müddətdir tanıyır. 2019-cu ilin fevral ayında Kamran ona müraciət edərək Rafiq adlı şəxsin onun qohumu Şahid3 borcu olduğunu, yəni Rafiqin «Rent a car» şirkətinə məxsus avtomobili Cəmilə 15.000 manata satdığını, sonradan şirkət sahibinin avtomobili Cəmildən geri aldığını, nəticədə Rafiqin Cəmilə 15.000 manat borcu yarandığını və borcunu qaytarmadığını bildirmişdir. Buna görə də Kamran ondan xahiş etmişdir ki, Rafiqdən pulu almaqda Cəmilə köməklik etsin. O, da həmin məsələ ilə bağlı Ceyhuna bildirmişdir. Bundan sonra Kamran Rafiqlə telefon əlaqəsi saxlayıb onu Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evində görüşə dəvət etmişdir. xx xxxxxx 2019-cu ildə axşam saatlarında Kamran, Ceyhun və Cəmilin iştirakı ilə Rafiqlə həmin çay evində görüşüb söhbət etmişlər. Bu vaxt Cəmillə Rafiq öz aralarında onların iştrakı ilə həmin məsələ ilə bağlı danışmışlar. Rafiq Cəmilə 15.000 manat borclu olmasını etirtaf etmiş və bundan sonra Cəmil oradan çıxıb getmişdir. Onlar Cəmilin özünün də başqa şəxsə borcu olduğunu deyib və pulunu yaxın vaxtlarda qaytarmalı olduğunu demiş və Rafiq onlarla razılaşmışdır. Sonuncuya qarşı onlar hər hansı bir formada, nə fiziki, nə də psixi zor tətbiq etməmişlər. Bir neçə gün sonra Kamran yenə Rafiqlə danışıb onu «Portofino» çay evinə dəvət etmişdir. Rafiq həmin görüşdə pulu hansı tarixdə ödəyəcəyini deməli olmuşdur. x xxxx 2019-cu ildə Kamran, Ceyhun, İlham və Kənanla birlikdə «Portofino» çay evində kabinetlərdən birində əyləşib Rafiqi gözləməyə başlamışlar. Bir neçə dəqiqədən sonra sonuncu gəlmiş və onlar söhbətə başlayan kimi BŞBPİ-nin əməkdaşları içəri daxil olub onları idarəyə aparmışlar. Elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5la uzun müddətdir ki, tanışdır. Onların hər biri ilə yaxşı münasibətdədir. 2019-cu ilin fevral ayında Əhməd ona Rafiq adlı şəxsin Kamranın qohumu Şahid3 15.000 manat borcu olduğu barədə danışmışdır. Əhmədin deməsindən Rafiqin «Rent a car» şirkətinə məxsus avtomobili Cəmilə 15.000 manata satdığı, sonradan şirkət sahibi tərəfindən avtomobili Cəmildən geri aldığı və nəticədə Rafiqin Cəmilə 15.000 manat borcu yarandığı və bir ilə yaxın pulu Cəmilə qaytarmadığı ona məlum olmuşdur. Kamran Rafiqlə əlaqə saxlayıb onu Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, həmişə vaxt keçirdikləri «Portofino» çay evində dəvət etmişdir. xx xxxxxx 2019-cu ildə axşam saatlarında Təqsirləndirilən şəxs5, Cəmil və Əhməd Əlizadənin iştirakı ilə Rafiqlə «Portofino» çay evində görüşüb söhbət etmişlər. Cəmillə Rafiq söhbət edərkən sonuncu 15.000 manat borclu olmasını etiraf etmiş və bundan sonra Cəmil çay evindən çıxıb getmişdir. X20 özünün də başqa şəxsə 1.500 manat borcu olduğunu bildirib, ilk olaraq həmin məbləği, daha sonra isə yerdə qalan hissəsini qaytarmasını b təklif etmişlər. Rafiq onlarla razılaşıb ona bir-iki gün vaxt verilməsini, həmin müddətə pulu ödəyəcəyi tarixi bildirəcəyini bildirmişdir. Söhbət zamanı onlar Rafiqə hər hansı bir şəkildə hədə-qorxu gəlməmiş və Rafiq sərbəst şəkildə çıxıb getmişdir. Təqsirləndirilən şəxs5 növbəti dəfə Rafiqlə danışıb onu yenidən həmin çay evinə dəvət etmişdir. x xxxx 2019-cu ildə Kamran, Əhməd, İlham və Kənanla birlikdə çay evində kabinetdə əyləşib Rafiqi gözləməyə başlamışlar. İlhamla Kənan həmin yerə təsadüfən gəlmiş, sonuncuların məsələdən məlumatı olmamışdır. Bir neçə dəqiqə sona Rafiq çay evinə gəlib kabinetdə onlarla birlikdə əyləşmişdir. Söhbət etməyə başlamamış onun ardınca BŞBPİ-nin əməkdaşları içəri daxil olub, onları Baş İdarəyə dəvət etmişlər. Orada hal şahidləri və dəvət olunmuş vəkilin iştirakı ilə onun üstünə baxış keçirilərkən üzərində olan bıçağı təqdim etmişdir. Həmin bıçağı özünü müdafiə etmək məqsədilə xatırlamadığı mağazadan almışdır. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindəki bıçağı Zərərçəkmiş şəxs1 nümayiş etdirməmiş, ona hər hansı bir şəkildə hədə-qorxu gəlməmiş və ondan pul tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4, 228.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 onun dostlarıdır. Hər biri ilə yaxşı münasibətdədir. x xxxx 2019-cu ildə saat 17:00 radələrində Təqsirləndirilən şəxs4 zəng edib harada olduğunu soruşmuş, sonuncu məşqdən çıxdığını bildirmişdir. Kənandan xaiş etmişdir ki, onu avtomobillə götürsün. Bundan sonra Kənan idarə etdiyi «Kia Optima» markalı avtomobillə gəlib onu metronun «Gənclik» stansiyasının yaxınlığındakı evdən götürmüş və onlar birlikdə metronun «Əhmədli» stansiyasının yaxınlığında olan «Urfa» restoranına getmişlər. Orada birlikdə yemək yedikdən sonra metronun «Qara Qarayev» stansiyasının yaxınlığında olan «VN» çay evinə gəlmiş və orada təxminən iki saatdan artıq oturub çay içmişlər. Çay evindən çıxarkən Kənan Təqsirləndirilən şəxs2 zəng edib harada olduğunu soruşmuş, sonuncu metronun «Qara Qarayev» stansiyasının yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra öz aralarında razılaşıb, Ceyhunun avtomobili ilə şəhərdə gəzmək qərarına gəlmişlər. Kənan metronun «Qara Qarayev» stansiyasının yaxınlığındakı avtodayancaqda avtomobilini saxlamış, onlar Ceyhunun idarə etdiyi «BMV X5» markalı avtomobilə minib şəhərdə gəzməyə başlamışlar. Təxminən bir saat gəzəndən sonra, gecə saat 1:00 radələrində Təqsirləndirilən şəxs1 Ceyhuna zəng etmiş, sonuncu Kamranla «Portofino» çay evinə getdiyini bildirib, onları da həmin yerə dəvət etmişdir. Onlar həmin çay evinə getmiş və bayırda Kamran və Əhmədlə rastlaşmışlar. Görüşüb içəri keçib kabinetlərdən birində əyləşmişlər. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs1 kabinetə daxil olub onlarla birlikdə əyləşmişdir. Elə bu vaxt BŞBPİ-nin əməkdaşları içəri daxil olub onları saxlayıb idarəyə aparmışlar. Orada üzərinə baxış keçirilmiş və bir ədəd bıçaq aşkar edilib götürülmüşdür. Həmin bıçağın görünüşü xoşuna gəldiyindən üzərində gəzdirmişdir. Kamran, Əhməd və Ceyhunun Rafiqdən 15.000 manat borcun qaytarılmasını tələb etdiyini sonradan bilmişdir. Həmin hissədə özünü təqsirli bilmir. Onun yanında Rafiqlə heç bir danışıq olmamışdır və yanındakı şəxslərin heç biri sonuncuya hədə-qorxu gəlməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər şəxsi mühafizəçi işləmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5ı ortaq tanışlarının vasitəsilə tanımışdır. Onların hər biri ilə normal münasibətdədir. Əvvəllər idmanın «cüdo» növü ilə məşğul olmuşdur. x xxxxxx 2017-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid13 və digər şəxslərlə birlikdə Nizami rayonu Qara Qarayev prospektində yerləşən «VN» çay evində oturub çay içmişlər. Həmin vaxt əvvəllər tanımadığı Tunar ora gəlmişdir. Söbhət zamanı Tunarın Nərimanov uşaqları ilə mübahisəsi olduğu ona məlum olmuşdur. Tunar Əhməddən onu Nərimanov uşaqları ilə barışdırmasını xahiş etmiş və Əhməd razılaşmışdır. Əhmədin təklifi ilə onlar Yasamal rayonundakı «Qələbə» dairəsinin yaxınlığına yola düşmülər. O, dostu Elnurun «Hyundai Grandeur» markalı avtomobili ilə Əhmədin, Xəyyamın idarə etdiyi avtomobillərin arxasınca sürüb «Qələbə» dairəsinə getmişdir. Orada toplaşıb gözləmişlər. Təxminən yarım saat sonra Tunar demişdir ki, Nərimanov uşaqları ilə danışmışdır və onlar Nərimanov rayonu ərazisində yerləşən «Nənəmin təndiri»nin yanında görüşəcəklər. Bundan sonra onlar avtomobillərə əyləşib həmin yerə yollanmışlar. Ora çatdıqda artıq x xxxxxx 2017-ci il, gecə saatları olmuşdur. Xatırladığı qədər onlar 3-4 avtomobillə getmişlər. Digərləri avtomobildən düşsə də, o, avtomobildən düşməmişdir. Bu vaxt bir nəfər «Niva» markalı avtomobillə gəlib, elə avtomobilin içərisində silahdan havaya atəş açmışdır. Cavab olaraq Əhməd və Kamran da tapançadan atəş açmışlar. Həmin anadək sonuncularda tapança olduğunu bilməmişdir. Bundan sonra avtomobillərlə oradan uzaqlaşmışlar. Heç bir münaqişədə iştirak etməmiş və silahdan atəş açmamışdır. x xxxx 2019-cu il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində olan idman zalına getmiş və bir qədər məşq etdikdən sonra saat 17:00 radələrində zaldan çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 ona zəng edib görüşmək istədiyini demiş və onlar «Gənclik» metrostansiyasının yaxınlığında görüşüblər. Bundan sonra bir yerdə «Əhmədli» metrostansiyası tərəfdə yerləşən «Urfa» restoranında gedib yemək yedikdən sonra Nizami rayonu Qara Qarayev prospektində olan «VN» çay evinə gedib çay içmişlər. Orada olarkən Ceyhuna zəng edib, İlhamla çay içdiklərini bildirmişdir. Bir neçə dəqiqə sonra Ceyhun da həmin çay evinə gəlmişdir. Daha sonra bir qədər gəzmək qərarına gəlmişlər. O, idarə etdiyi «KİA Optima» markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilini dayacaqda saxlamış və İlhamla birlikdə Ceyhunun idarə etdiyi «BMW X5» markalı avtomobilə əyləşib şəhərə gəzməyə getmişlər. Bir qədər gəzdikdən sonra Ceyhuna Əhməddən zəng gəlmiş, Yasamal rayonu ərazisində yerləşən «Portofino» çay evində olduğunu bildirərək onları da həmin yerə dəvət etmişdir. Odur ki, «Portofino» çay evinə getmişlər. Çay evinin qarşısında Kamran və Əhmədlə görüşəndən sonra içəri keçib kabinetlərin birində əyləşmişlər. Kamran və Əhmədin nə məqsədlə orada olmalarını bilməmişdir. Bir neçə dəqiqə sonra əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 kabinetə daxil olub onlarla görüşəndən sonra yanında əyləşmişdir. Az sonra BŞBPİ-nin əməkdaşları içəri daxil olub onları saxlayıb Baş İdarəyə aparmışlar. Bu zaman Kamrangilin Zərərçəkmiş şəxs1 Cəmilə olan borcunu tələb etdiklərini bilmişdir. Heç kimə hədə-qorxu gəlməmiş və pul tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 163-də ailəsi ilə birlikə yaşayır. Şahid3 təxminən 5-6 ildir ki, tanıyır. Münasibətləri yaxşı olmuşdur. 2016cı ildə Cəmilə «Mersedes Benz» markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil satmış, Cəmil həmin avtomobilə görə ona 7.000 manat vermiş, qalanını da sonradan hissə-hissə ödəmişdir. Bir neçə dəfə Cəmildən borc pul almışdır. 2018-ci ilin sentyabr ayında Cəmilə olan borcu 15.000 manata çatmışdır. Cəmil ondan pulunu tələb etsə də, maddi imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. xx xxxxxx 2019-cu ildə Təqsirləndirilən şəxs5 ona zəng edib, Cəmilə olan borcu ilə əlaqədar görüşmək istədiyini bildirib, onu Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət etmişdir. Həmin gün saat 21:00 radələrində həmin çay evində Kamranla görüşmüşdür. Sonuncunun yanında yalnız Cəmil olmuşdur. Söhbət zamanı Cəmilə 15.000 manat borclu olduğunu etiraf etmişdir. Onun təcili işi olduğundan çıxıb getmiş və həmin görüş yarımçıq qalmışdır. Buna görə də x xxxx 2019-cu il tarixdə özü Kamrana zəng edib, görüş təyin etmiş və onlar axşam saatlarında «Portofino» çay evində görüşmüşlər. Bu dəfə Kamranın yanında Əhməd, Ceyhun, İlham və Kənan olmuş, Cəmil isə həmin görüşdə istirak etməmişdir. Kamrandan başqa heç kim onunla söhbət etməmişdir. İlhamla Kənan onlarla bir masa arxasında əyləşsələr də, telefonla məşğul olmuşlar. Saat təxminən 23 radələrində BŞBPİ-nin əməkdaşları içəri daxil olub, onları saxlayaraq Baş İdarəyə aparmışlar. Həmin vaxt onun barəsində Nəsimi RPİ-də cinayət işi olmuşdur. Polis əməkdaşları barəsində olan işlə bağlı onu hədələyib, Kamrangilin əleyhinə ərizə yazmağa məcbur etmişlər. Daha sonra Cəmil də polisə çağırılmışdır. Növbəti gün x xxxx 2019-cu il tarixdə səhər saatlarında o, polis idarəsindən buraxılmışdır. İbtidai istintaq zamanı adından yazılmış ifadəyə oxumadan imza etmişdir. Ona heç kim hədə-qorxu gəlməmiş və o, polisə şikayət etməmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, Şahid3 təxminən 5-6 ildir ki, tanıyır. Sonuncuya avtomobil satmış, borca pul almış və münasibətləri yaxşı olmuşdur. 2016-cı ildə Şahid3 «Mersedes Benz C» markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili nisyə satmış, sonuncu həmin avtomobilə görə ona 7.000 manat vermiş, qalanını da sonradan yavaş-yavaş ödəmişdir. Şahid3 2017-ci ildən borc alıb qaytarmış və ondan aldığı borc pul 2018-ci ilin sentyabr ayında 15.000 manata çatmışdır. Bundan sonra Şahid3 ondan pulunu tələb etməyə başlamış, lakin maddi imkanı olmadığından borcunu qaytara bilməmişdir. Cəmilə imkanı olan kimi pulunu qaytaracağına söz vermişdir. xx xxxxxx 2019-cu ildə saat 18:00 radələrində istifadəsində olan ***-***-**-** nömrəsinə tanımadığı ***-***-**-** nömrədən zəng gəlmiş, danışan şəxs özünü Kamran kimi təqdim edib Şahid3 yaxını olduğunu, sonuncuya olan borca görə ona zəng etdiyini bildirmişdir. Kamrana bildirmişdir ki, Cəmilin necə yaxını ola bilər ki, sonuncunu tanıdığı müddətdə onu tanımamışdır. Bundan sonra Kamran onu görüşə dəvət edib, özünü tanıdacağını bildirmişdir. Kamrana görüşmək istəmədiyini desə də, sonuncu təkidlə ona görüşməyi təklif etmişdir. O, imtina edib telefon danışığını bitirmişdir. Bir müddət sonra Kamran ona yenə zəng edib təkidlə görüşmək istədiyini bildirmişdir. Məcbur olub Kamranın təklifi ilə razılaşmış və sonuncu ona «Partafıno» çay evində görüş təyin etmişdir. Həmin gün saat 21:00 radələrində deyilən yerə getmiş və Kamranla ümumi zalda görüşüb tanış olmuşdur. Sonuncunun yanında Şahid3, sonradan tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və tanımadığı təxminən 3 nəfər şəxs də olmuşdur. Masa arxasında keçib əyləşəndən sonra Ceyhun ondan Cəmilə borcunun olub-olmadığını soruşmuşdur. Ona Cəmilə borcunun olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ondan borcu nə zaman qaytaracağını soruşmuş, sonuncuya yaya kimi qaytaracağını bildirmişdir. Ceyhun onlara «fantastik» vaxt lazım olmadığını, borcun qaytarılması üçün konkret vaxt deyilməsini tələb etmişdir. Həmin şəxslərin çox olduğunu və onunla hədə-qorxu ilə danışdığını görüb qorxmuş və buna görə də onlara ertəsi gün fikirləşib pulun qaytarılması vaxtını konkret olaraq deyəcəyini bildirmişdir. Bunu eşidən Təqsirləndirilən şəxs5 ayağa qalxıb yanındakı Əhməd və Ceyhuna: «bəlkə keçək kabinetə, buna kim olduğumuzu başa salaq»-demişdir. Bundan sonra sonuncuların təkidi ilə çay evindəki kabinetlərin birinə keçmişlər. Cəmil isə ümumi zalda qalmışdır. Kabinetə keçən kimi Ceyhun Bakı şəhərində onların vurub-tutan oğlanlar kimi tanındıqlarını, əllərindən heç kimin qaça bilmədiyini bildirib ondan, birdən qaçmaq və ya yayınmaq fikrinin olub-olmadığını soruşmuşdur. Sonunculara 4-5 ildir ki, eyni nömrəni işlətdiyini və heç kimdən gizlənmək fikrinin olmadığını bildirmişdir. Bundan sonra X21 Həsənova çatacaq 15.000 manat pulun artıq onlara çatacağını, borcun artıq onların borcu olduğunu, həmin pulun içəridəki «qardaşlara» gedəcəyini, onların yanında yalançı çıxacağı təqdirdə məsələnin onların şəxsi məsələsinə çevriləcəyini, borcu qaytarmayacağı təqdirdə onu harda olsa tutub bıçaqlayacaqlarını, qulağını kəsəcəklərini, lazım olsa uşağını belə oğurlayacaqlarını bildirmişlər. Sonuncular bu tonda ona hədə-qorxu gəlməklə yanaşı, tez-tez bellərindəki bıçaqları da ona nümayiş etdirmişlər. Həmin zaman Kamranın, Əhmədin və Ceyhunun belində bıçaqlar olmuş və hər üçü də bunu ona nümayiş etdirmişdir. Kabinetdə həmin şəxslər ona təxminən 5-6 dəqiqə ərzində hədə-qorxu gəldikdən sonra o, qorxub onlarla razılaşıb, ertəsi gün konkret vaxt deyəcəyini bildirmişdir. Bundan sonra o «Partafıno» çay evini tərk edib getmişdir. Ertəsi gün axşam Kamran ona zəng edib: «nə oldu, bu gün vaxtı deməliyidin»-deyə soruşmuşdur. Kamrana ertəsi gün görüşməyi təklif etmişdir. Ertəsi gün qərara gəlmişdir ki, Kamran, Ceyhun və Əhmədin əməlləri barədə polisə məlumat versin. Buna görə də həmin gün Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Polis İdarəsində dinlənildikdən sonra polis əməkdaşı tərəfindən təlimatlandırılmış və həmin şəxslərlə görüş yeri təyin edərkən onlara məlumat verməsi xahiş edilmişdir. xx xxxx 2019-cu ildə saat 21:00 radələrində Kamran yenə də ona zəng edib, görüşmək istədiyini bildirmişdir. Kamrana həftənin birinci günü görüşməyi təklif etsə də, sonuncu təkidlə həmin gün görüşməli olduğunu, əks təqdirdə uşağını oğurlayacaqlarını və bundan sonra pulu qaça-qaça verəcəyini bildirib onu hədələmiş və «Portofino» çay evinə gəlməyini tələb etmişdir. O, polis əməkdaşlarına bu barədə məlumat verib, həmin gün gecə saat 01:00 radələrində çay evinə getmiş və Kamran, Əhməd və Ceyhunla kabinetdə görüşmüş, bu zaman İlhamla Kənan da sonuncuların yanında olmuşdur. Kabinetdə bir masa arxasında əyləşəndən sonra Ceyhun ona telefonda onlarla artıq-əksik danışdığını, onları yaxşı tanımadığını bildirib, masanın üzərindəki külqabını ora-bura fırlatmağa başlamışdır. Əhməd isə əlini belinə atıb, uzun tiyəli bıçağı çıxarıb masanın üzərinə qoymuş və ona: «sənin nəyin var çıxart görək»-demişdir. İlham və Kənan da Əhmədin dediklərini təkrarlamışdır. Kamran, Əhməd və Ceyhun onu hədələyərkən İlham və Kənan da Kamrangilin sözlərini təsdiqləmiş və onların hərəkətlərindən bərk qorxmuşdur. Elə bu an polis əməkdaşları içəri daxil olmuş və həmin şəxsləri saxlamışdır (cild 1 i.v.55-58, cild. 2. i.v. 259-262). Zərərçəkmiş şəxs1 işin 1-ci cildinin 6-cı vərəqəsindəki Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı ərizədə də eyni xüsusatları göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, «Samand» markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərir. x xxxxxx 2017-ci il tarixdə saat 23:00 radələrində avtomobilini yaşadığı Bakı şəhəri Nərimanov rayonu, X26 küçəsi, 140 A saylı ünvanda olan yataqxananın qarşısında saxlayıb evə getmişdir. Saat təxminən 23:30 radələrində yatmışdır. x xxxxxx 2017-ci il tarixdə saat 8:30 radələrində yaşadığı evdən çıxıb avtomobilə yaxınlaşmış və bu zaman avtomobilin sol qabaq farasının üzərində kiçik ölçüdə bir deşik olduğunu görmüşdür. Həmin vaxtı həyətdə heç kim olmadığı üçün heç nə soruşa bilməmişdir. Avtomobili işə saldıqdan sonra sol qabaq farasının işığı yanmamışdır. «Elif» ticarət mərkəzinin yaxınlığındakı avtotəmir sexində usta avtomobilin farasının yararsız hala düşdüyünü bildirmişdir. Həmin gün günorta vaxtı nahar etmək üçün yaşadığı evə gəlmişdir. Həmin gün saat 14:00 radələrində polis işçiləri onu həyətə, avtomobilin yanına dəvət edib, ondan gecə saat 3:00 radələrində avtomaşını saxladığı yerin yaxınlığında, yaşadığı yataqxananın qarşısında odlu silahdan açılmış atəş səsini eşidibeşitmədiyini, həmin yerdə mübahisə edən şəxsləri görüb-görmədiyini soruşmuşdur. Polis əməkdaşlarına heç nədən xəbəri olmadığını bildirmişdir. Polislər onun avtomobilin sol qabaq farasınakı dəliyin odlu silahdan atılmış atəşin təsirindən yarandığını bildirmişlər. Daha sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilsə də, gülləni tapmaq mümkün olmamışdır. Hesab edir ki, avtomobil hərəkətdə olarkən güllə düşmüşdür. Sonradan öz hesabına avtomobilə işlənmiş vəziyyətdə bir ədəd sol qabaq farasını 39 manata almış və faranı yerinə qoyulması üçün ustaya 7 manat zəhmət haqqı vermişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. x xxxx 2019-cu ildə Zərərçəkmiş şəxs1 BŞBPİ-nə ərizə ilə müraciət edib, Cəmil adlı şəxsə 15.000 manat borclu olduğunu, hazırda borcu qaytarmaq imkanının olmadığını, buna görə Cəmil adlı şəxs cinayət aləmində nüfuza malik Kamran, Əhməd, Ceyhun və adlarını bilmədiyi şəxslərin xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən «Portofino» çay evində ona hədə-qorxu gələrək, ondan həmin pulu tələb etdiklərini bildirmişdir. Müraciətin yoxlanılması məqsədilə əməliyyataxtarış tədbirinin keçirilməsi üçün rəhbərliyə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra əməliyyat qrupu yaradılmışdır. x xxxx 2019cu il tarixdə saat 01:00 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən «Portofino» çay evinə gələrək kabinetlərin birində Zərərçəkmiş şəxs1la yanaşı beş nəfər şəxs əməliyyat qrupunun üzvləri tərəfindən müəyyən edilərək Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqların birində onların şəxsiyyəti müəyyən edilmiş və Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın arxa sağ tərəfində kəmərinə keçirdiyi qını ilə birlikdə qatlanmayan, gümüşü rəngli bıçaq, Təqsirləndirilən şəxs2 sağ yan cibindən bir ədəd qatlanan, qızılı rəngli bıçaq, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın arxa sağ tərəfində kəmərinə keçirdiyi qını ilə birlikdə qatlanmayan, gümüşü rəngli bıçaq aşkar edilmişdir. Həmin bıçaqlar zərflərə qoyulub möhürlənərək qablaşdırılmış və zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonda baxışın nəticələrinə dair protokollar tərtib edilmiş və iştirakcılar tərəfindən imzalanmışdır. Saxlanılan şəxslər Baş İdarəyə gətirilərkən və eləcə də üzərlərinə baxış keçirilərkən onlara qarşı heç bir təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10, Şahid11 və Şahid12 Şahid2 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, x xxxx 2019cu ildə gecə vaxtı Yusif Səfərov küçəsindən keçərkən polis əməkdaşları ona yaxınlaşıb, saxlanılan bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyi təklif etmiş və o, razılaşmışdır. Polis işçiləri ilə birlikdə BŞBPİ-nə getmişdir. İdarənin xidməti otağında ondan başqa hal şahidi qismində çağırılmış tanımadığı bir şəxs də olmuşdur. Onlara hüquq və vəzifələri izah edildikdən sonra, otağa Təqsirləndirilən şəxs1 və onun vəkili dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın arxa sağ tərəfində kəmərinə keçirdiyi qını ilə birlikdə qatlanmayan, gümüşü rəngli bıçağı çıxarıb təqdim edərək, özünü qorumaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqdim olunan bıçaq qara rəngli qınından çıxarıldıqda bıçaqın qatlanmayan, dəstəyinin qəhvəyi rəngli taxta materaildan, tiyəsinin gümüşü rəngli metaldan hazırlandığı, üzərində «qartal», «dağ», «ağac» təsvirləri və «EEPKYT» yazısı həkk olunduğunu görmüşdür. Həmin bıçaq qını ilə birlikdə zərflərə qoyulub möhürlənərək qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Bununla bağlı tərtib edilmiş protokol iştirakçılara oxunmuş və bundan sonra imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir formada təzyiq edilməsini şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, x xxxx 2019cu ildə gecə saatlarında Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov küçəsindəki «Zəfəran» aptekindən çıxarkən BŞBPİ-nin əməkdaşları ona yaxınlaşıb, saxlanılan bir nəfərin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini təklif etmiş və o, razılaşmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Xidməti otaqların birində ondan başqa bir nəfər də hal şahidi olmuşdur. Onlara hüquq və vəzifələri izah edilmişdir. Bunan sonra otağa Təqsirləndirilən şəxs3 və onun vəkili dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli şalvarının arxa sağ tərəfində kəmərinə keçirdiyi qını ilə birlikdə qatlanmayan, gümüşü rəngli bir ədəd bıçağı çıxarıb təqdim etmiş və həmin bıçağı özünü qorumaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqdim olunan bıçaq qara rəngli və qatlanmayan olmuşdur. Dəstəyi tünd qəhvəyi rəngli taxta materialdan, tiyəsi isə gümüşü rəngli metaldan hazırlanmışdır. Üzərində «İİİAHTAH B2518» yazısı həkk olunmuşdur. Həmin bıçaq və qını zərflərə qoyulub qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonda bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs3 qarşı hər hansı bir şəkildə təzyiq göstərilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, Mədən 3-də nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 3-4 ildir tanıyır. Sonuncu ilə yaxın münasibətləri olmuşdur. İlk tanış olduqları vaxtlarda Rafiq ona ilkin ödənişi 3.000 manat olan «Mersedes-Benz» markalı avtomobili kreditlə satmışdır. xx xxxx 2018-ci ildə Rafiq ona bank kreditində olan «Hyundai Sonata» markalı avtomobili 10.000 manat ilkin ödəniş etməklə təklif etmişdir. Razılaşıb Rafiqə 10.000 manat pul vermiş, sonuncu həmin avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Sonradan Rafiq həmin kreditin qalan məbləğinin çox olmasını bildirib onları aldatdıqlarını deyərək, avtomobili geri qaytarmışdır. Daha sonra Rafiq «Hyundai Elantra» markalı avtomobili sonradan onun adına keçirəcəyini bildirməklə «Rent a car» şirkətinə məxsus yol vərəqəsi ilə ona vermişdir. Həmin avtomobili hər ay yol vərəqəsini yeniləməklə təxminən 4 ay idarə etmişdir. 2018-ci ilin avqust ayında avtomobili adına keçirtməsi üçün Rafiqə 1.500 manat pul vermiş, lakin sonuncu avtomobili onun adına keçirtməmişdir. 10 gündən sonra Rafiqə 1.700 manat, Qurban bayramı ərəfəsində isə əlavə 1.000 manat pul vermişdir. 2018-ci ilin avqust ayının sonlarında «Hyundai Elantra» markalı avtomobilin məxsus olduğu «Rent a car» şikətinin sahibi Elşən həmin avtomobili ondan götürmüşdür. Daha sonra Rafiq «Mersedes Benz C klass» markalı avtomobili təmir etdirib ona vermək üçün ondan yenə də 600 manat almışdır. Nəticədə Rafiqin ona 14.800 manat borcu yaranmış, həmçinin Rafiqə həmin proseslərin gedişatında xırda pullar olmaqla 100-200 manat da pul vemişdir. Həmin pulları nəzərə alaraq Rafiqin ona 15.000 manat borcu olmuşdur. Onun da başqa şəxsə borcu olduğundan, dəfələrlə Rafiqdən pulunu qaytarmasını tələb etmiş, lakin, sonuncunu tutdurmaq istəmədiyindən bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs5 ilə rastlaşmış, sonuncuya başına gələnləri danışmışdır. Kamran onun çətin vəziyyətini görüb, ona köməklik etmək üçün Rafiqi görüşə çağırıb, onun pulunu qaytarmasını tələb edəcəyini bildirmişdir. Əvvəlcə o, Rafiqə zəng vursa da, sonuncu telefona cavab verməmişdir. Daha sonra Kamran Rafiqə zəng edib, görüşə dəvət etmişdir. xx xxxxxx 2019-cu ildə Yasamal rayonu ərazisində yerləşən «Portofino» çay evinə Rafiqlə görüşüb söhbət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə həmin vaxt orada görmüşdür. Rafiq ona 15.000 manat borclu olmasını etiraf edib, maddi problemləri olduğunu, yay aylarına qədər onun pulunu qaytaracağını bildirib, səhəri gün görüşüb, ətraflı söhbət etməyi təklif etmişdir. Növbəti gün Kamranla əlaqə saxlayıb məsələnin nə yerdə qaldığını soruşmuş, sonuncu Rafiqlə görüşə bilmədiyini bildirmişdir. Sonradan nə Kamrandan, nə də Rafiqdən məlumatı olmamışdır. Rafiqdən pulunun alınıb ona verilməsinə görə Kamrana pul verməyi vəd etməmiş, sonuncu yalnız aralarındakı yaxşı münasibətə görə ona köməklik etməyə cəhd etmişdir. X13 Sayılovu tanımır. Sonuncuları Kamranın yanında görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs4 ilə tanışdır, aralarında yaxşı münasibətləri var. x xxxxxx 2017-ci il tarixdə, saat 3:00 radələrində Kənanla Yasamal rayonunda olan «Qələbə» dairəsində görüşmüşdür. Kənan həmin yerə «Hyundai Grandeur» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmişdir. Orada təxminən 4-5 avtomobil olmuşdur. Kənan həmin yerə tanış uşaqlarla gəldiyini, Nərimanov rayonu ərazisində yerləşən «Nənəmin təndiri»nin yanında tanışlarının Nərimanov uşaqları ilə görüşü olduğunu, orada söhbət edib barışıq əldə edəcəklərini, daha sonra isə çay içəcəklərini deyib, vaxtı varsa onlarla getməsini bildirmişdir. O, Kənanı tanıdığı üçün etiraz etməmiş və öz avtomobilinə əyləşib, Kənanın avtomobilinin arxasınca sürmüşdür. Nərimanov rayonu X26 küçəsi, 138 saylı ünvanın qarşısına dayanmışlar. Həmin vaxtı saat 3:30 radələri olmuşdur. Digər avtomobillərdə olan şəxslər aşağı endikdə, onların arasında tanışları Xəyyam Səfixanovu, Şahid13, Əkbər Nağıyevi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 görmüşdür. Sonuncularla görüşüb, təxminən 15 dəqiqə söhbət etmişdir. Bundan sonra isə çıxıb getmişdir. Həmin gündən sonra Kənan və digərlərini görməmişdir. Sonradan tanışı Əkbərə zəng edib həmin hadisə barədə soruşmuş, sonuncu orada kimsə söyüş söydüyü üçün mübahisə yarandığını, Təqsirləndirilən şəxs5 və digərlərinin odlu silahdan atəş açdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, x xxxxxx 2017-ci il tarixdə axşam saatlarında dostu Ceyhunla Bakı şəhəri Nizami rayonunda yerləşən «Start» idman kompleksinin yaxınlığında görüşmüşdür. Ona avtomobil lazım olduğundan Ceyhunun idarə etdiyi «BMW X5» markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün götürmüşür. Həmin avtomobillə «Qara Qarayev» metrostansiyasının yaxınlığındakı «NV» adlı çay evinə gəlmişdir. Orada Əhmədi, İlhamı, Kənanı, Xəyyamı və tanımadığı şəxsləri görmüşdür. Onlarla söhbət zamanı Tunar adlı şəxsin Nərimanov rayonunda olan uşaqlarla problemi olduğunu eşitmişdir. Belə ki, Nərimanov uşaqları Tunarı söhbətə çağırmışlar. Bir qədər sonra Əhməd «Toyota Prado» markalı, Xəyyam və Emin «Land Rover» markalı, Kənan isə «Hyundai Grandeur» markalı avtomobillə Yasamal rayonuna getmişlər. O da «BMW X5» markalı avtomobillə onların arxasınca getmişdir. Oradan Bakı şəhəri Nərimanov rayonu, Fətəli xan Xoyskli küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yerdə olan «Nənəmin təndiri» adlanan yerə getmişlər. Uşaqların danışığından belə başa düşmüşdür ki, Əkbərlə Renat görüşüb söhbət edəcəklər. Bundan sonra oradan çıxıb getmişdir. Təxminən 40 dəqiqədən uşaqlardan kimsə ona zəng edib problem yarandığını demişdir. Onların harada olduğunu soruşanda metronun «Neftçilər» stansiyasının yaxınlığında olduğunu öyrənmişdir. Bundan sonra o, Sərxan və Afanla birlikdə həmin yerə getmiş, orada Əhməd, İlham, Xəyyam, Əkbər, Elçin, Tunar, Nəbi və başqalarının yığışdığını görmüşdür. Söhbət zamanı hadisə vaxtı Əhməd və Kamranın tapançadan havaya atəş açdıqlarını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xx xxx 2018-ci ildə Sabunçu RPİ-nə Tural, Mehrac, Ruhin və Kamran adlı şəxslərin Sabunçu rayonu Ramana qəsəbəsində üzərlərində qanunsuz olaraq narkotik vasitə və odlu silah daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əməliyyat marağı kəsb etdiyindən rəhbərliyə raportla məruzə edilmiş və həmin şəxslərin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin günü saat 18:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində olan «Qəbələ» restoranının qarşısında həmin şəxslərin əlamətlərini xatırladan şəxslər diqqətlərini çəkmişdir. Onlara yaxınlaşaraq şəxsiyyətlərini dəqiqləşdirdikdən sonra Sabunçu RPİ-nə dəvət etmişlər. Bu vaxtı həmin şəxslərlə birlikdə olan, sonradan adının Kamran olmasını müəyyən edikləri şəxs qaçaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx xxx 2018-ci il tarixdə saat 17:00 radələrində Rüfət zəng edərək onu Nərimanov rayonu Təbriz küçəsinə dəvət etmiş və onlar «ABU Arena»nın yaxınlığında görüşmüşlər. Rüfətinin yanında əvvəllər tanımadığı Mehrac alı şəxs də olmuşdur. Rüfət onu Mehracla tanış etmiş və hər ikisi onun idarə etdiyi **-BE-*** dövlət nömrə nişanlı «Opel Vectra» markalı avtomobilə əyləşərək onları Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «Qəbələ» restoranının qarşısına aparmağını xahiş etmişlər. Razılaşaşıb onları həmin yerə aparmışdır. Orada Tural və Kamran adlı şəxslərlə görüşmüşlər. Bir qədər söhbət etdikdən sonra Sabunçu RPİ-nin polis işçiləri onlara yaxınlaşıb, polis idarəsinə dəvət etmişdir. Bu zaman Kamran polislərə tabe olmayaraq qaçıb uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, xx xxx 2018-ci il tarixdə, saat 17:00 radələrində qonşusu və dostu Kamran ona zəng edib, onu avtomobillə Ramana qəsəbəsində yerləşən «Qəbələ» restoranına aparmağını xahiş etmişdir. Razılaşıb idarə etdiyi «Chevrolet Malibu» markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kamranı həmin yerə aparmışdır. Kamran onunla görüşərkən əlində idman çantası olmuş və avtomobilə əyləşəndən sonra çantanı avtomobilin arxa tərəfində ayaqaltına qoymuşdur. «Qəbələ» restoranının qarşısında Kamran Ruhin, Rüfət və Mehrac adlı şəxslərlə görüşüb, onu da həmin şəxslərlə tanış etmişdir. Bir qədər sonra Sabunçu RPİ-nin əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onları polis idarəsinə dəvət etmişlər. Kamran qaçaraq oradan uzaqlaşmışdır. O Ruhin, Rüfət və Mehrac polislərlə birlikdə Sabunçu idarəyə getmişlər. xx xxx 2018-ci il tarixdə onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobilin sol arxa oturacağının ayaqaltında «Adidas» yazısı olan qara rəngli idman çantası aşkar edilmişdir. Həmin idman çantasına baxış zamanı bir ədəd qara rəngli «Churcill» markalı üzərində «X16» yazısı olan ******* nömrəli tüfəng, həmçinin içərisi dolu sellofan torba olduğu müəyyən edilmişdir. Həmin sellofan torbanın içərisində səkkizi qırmızı, yeddisi isə yaşıl rəngli olmaqla ümumilikdə 15 ədəd tüfəng partonu, içərisində on ədəd patron olan tapança darağı aşkar edilmişdir. Qeyd edilənlər hamısı Təqsirləndirilən şəxs5 məxsus olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, BŞBPİ-nin əməkdaşıdır. x xxxx 2019-cu ildə Zərərçəkmiş şəxs1 ərizə ilə idarəyə müraciət edərək Cəmil adlı şəxsə 15.000 manat borclu olduğunu, hazırda borcu qaytarmaq imkanının olmadığını, buna görə cinayət aləmində nüfuza malik Kamran, Əhməd, Ceyhun və adlarını bilmədiyi şəxslərin xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən «Portofino» çay evində ona hədəqorxu gələrək ondan həmin pulu tələb etdiklərini bildirmişdir. Odur ki, x xxxx 2019-cu il tarixdə saat 01:00 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən «Portofino» çay evinə getmişlər. Kabinetlərin birində Zərərçəkmiş şəxs1la yanaşı beş nəfər şəxs əməliyyat qrupunun üzvləri tərəfindən müəyyən edilərək Baş İdarəyə dəvət olunmuşdur. Saxlanılan şəxslərin şəxsiyyəti müəyyənləşdirilmiş və Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın arxa sağ tərəfində kəmərinə keçirdiyi qını ilə birlikdə qatlanmayan, gümüşü rəngli bıçaq, Təqsirləndirilən şəxs2 sağ yan cibindən bir ədəd qatlanan, qızılı rəngli bıçaq, Təqsirləndirilən şəxs3 əynində olan şalvarın arxa sağ tərəfində kəmərinə keçirdiyi qını ilə birlikdə qatlanmayan, gümüşü rəngli bıçaq aşkar edilmişdir. Həmin bıçaqlar zərflərə qoyulub möhürlənərək qablaşdırılmış və zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonda baxışın nəticələrinə dair protokollar tərtib edilmiş və iştirakcılat tərəfindən imzalanmışdır. Saxlanılan şəxslər Baş İdarəyə gətirilərkən və üzərlərinə baxış keçirilərkən onlara qarşı heç bir təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X1 ifadəsindən görünür ki, o, Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 63, mənzil 2-də yaşayır. x xxxxxx 2017-ci il tarixdə saat 3:00 radələrində yuxudan oyanmış və siqaret çəkmək istəmişdir. Siqaret qutusuna baxarkən siqaretinin qutardığını görmüşdür. Odur ki, siqaret almaq üçün yaxınlıqda Fətəlixan Xoyski küçəsindəki «Çinar» marketdə getmişdir. Ağa Neymətulla küçəsində olan «Nənəmin təndiri» çörək bişirmə obyektinin yanından keçib Fətəlixan Xoyski küçəsi ilə 10-15 metr gedərkən «Qabırğa» restoranın qarşısında 10-15 nəfərin dayanıb söhbət etdiklərini, yolun hər iki tərəfində avtomobillərin dayandığını görmüşdür. Onların yanına çatmamış həmin şəxslər bir-biri ilə mübahisə edib dalaşmağa başlamışlar. Bu vaxt 5 saylı Şəhər Kliniki Xəstəxanasının binası tərəfdən ağ rəngli avtomobil surətlə gəlmiş, həmin şəxslərin yanından keçərkən avtomobildəki şəxs iki dəfə atəş açmış və çıxıb getmişdir. Cavab olaraq oradakı şəxslərdən də kimsə iki dəfə havaya atəş açmışdır. Mübahisə edən şəxslər başlarını əyib hərəsi bir tərəfə dağılışmışdır. Səhəri günü baş verənləri qonşularına danışmışdır. Bundan sonra eşitmişdir ki, Fətəlixan Xoyski küçəsində baş vermiş dava-dalaş zamanı «Samand» markalı avtomobilin farasına güllə dəyərək sınmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid14 ifadəsindən görünür ki, x xxxx 2019-cu ildə gecə saatlarında Yusif Səfərov küçəsindən keçərkən BŞBPİ-nin əməkdaşları ona yaxınlaşıb, saxlanılan bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini təklif etmişdir. Razılaşıb polis işçiləri ilə birlikdə Baş İdarəyə getmişdir. İdarədə xidməti otaqların birində ondan başqa bir nəfər də hal şahidi olmuşdur. Ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra otağa Təqsirləndirilən şəxs2 və onun vəkili dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən bir ədəd qatlanan, qızılı rəngli bıçağı çıxarıb təqdim edərək özünə məxsus olduğunu və müdafiə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqdim olunan bıçaq qatlanan, dəstəyi qızılı rəngli metal və qəhvəyi rəngli taxta materialdan, tiyəsi isə qızılı rəngli meterialdan hazırlanmaqla üzərində «BOKER MANUFAKTUR SOLİNGEN F88» yazısı olmuşdur. Həmin bıçaq polis işçiləri tərəfindən zərfə qoyulub qablaşdırılmış və üzəri imzalanmışdır. Sonda tədbir nəticələrinə dair protokol tərtib edilmiş, iştirakçılara oxunduqdan sonra imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 qarşı təsir-təzyiq göstərilməsini şahidi olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid15 ifadəsindən görünür ki, x xxxx 2019-cu il tarixdə gecə saatlarında Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov küçəsindəki «Azəriqaz» İB-nin inzibati binasının qarşısından keçərkən Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları ona yaxınlaşıb, saxlanılan bir nəfər şəxsin üzərinə baxış keçirilməsi prosesində hal şahidi qismində iştirak etməyini təklif etmişlər. Razılaşıb polis işçiləri ilə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə getmişdir. Orada xidməti otaqların birində həmin məsələ ilə bağlı ondan başqa bir nəfərin də hal şahidi qismində dəvət edildiyini bilmişdir. Onların hər ikisinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxışda sonuncunun vəkili də iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli qatlanan bıçağı çıxarıb təqdim etmiş və özünü müdafiə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqdim olunan bıçaq qatlanan olmuş, dəstəyi qızılı rəngli metal və qəhvəyi rəngli taxtadan, tiyəsi isə qızılı rəngli materialdan hazırlanmaqla üzərində «BOKER MANUFAKTUR SOLİNGEN F88» yazısı həkk olunmuşdur. Həmin bıçaq polislər tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Sonda tədbir nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 qarşı təsir-təzyiq göstərilməsinin şahidi olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid16 ifadəsindən görünür ki, x xxxx 2019-cu il tarixdə gecə vaxtı Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov küçəsindən keçərkən Bakı şəhər Baş Polis Cinayət Axtarış İdarəsinin əməkdaşları ona yaxınlaşıb, saxlanılan bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi təklif etmişlər. Razılaşıb polislərlə birlikdə BŞBPİ-nə getmişdir. Baş İdarədə otaqların birində ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra otağa Təqsirləndirilən şəxs1 və vəkili dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın arxa sağ tərəfində kəmərinə keçirdiyi qını ilə birlikdə qatlanmayan, gümüşü rəngli bıçağı çıxarıb təqdim etmiş, özünü qorumaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bıçaq qara rəngli qatlanmayan, dəstəyi taxta, tiyəsi isə gümüşü rəngli metaldan olmuşdur. Aşkar olunmuş həmin bıçaq qını ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Tədbir nəticələrinə dair protokol iştirakçılara ucadan oxunduqdan sonra imzalanmışdır. Təqsirləndirilən şəxs1 qarşı təsir-təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, ev 140 A, mənzil 90-da yaşayır. x xxxxxx 2017-ci il tarixdə gecə saatlarında küçədən bərk səs-küy gəldiyini eşidib yuxudan oyanmışdır. Dördüncü mərtəbədəki mənzilinin eyvanına çıxıb, Fətəlixan Xoyski küçəsində «Qabırğa» restoranı ilə «Aşkar» otelinin arasında 20-25 nəfər şəxsin bir-birlərini söyüb, dalaşdıqlarını görmüşdür. Həmin vaxtı ətrafda çoxlu avtomobillər dayanmışdır. Elə bu vaxt ağ rəngli hündür bir avtomobil 5 saylı Şəhər Kliniki Xəstəxanası tərəfdən gəlmiş, avtomobildə olan şəxs havaya atəş açmış və o, qorxub evə girmişdir. Bundan sonra küçədən yenə də atəş səsi eşidilmişdir. Səhəri gün qonşusu Elşadla rastlaşmış, sonuncu gecə baş vermiş atışma nəticəsində «Samand» markalı avtomobilinin farasına güllə dəydiyini bildirmişdir. O, hadisə zamanı bərk qorxmuş və bir neçə gün özünə gələ bilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs4 onun uşaqlıq dostudur. x xxxxxx 2017-ci il tarixdə, saat 18:35 radələrində Kənanla Bakı şəhəri Ə.Kürçaylı küçəsi, 7 saylı binada yerləşən «Fialka» marketin qarşısında görüşmüşdür. İdarə etdiyi «Hyundai Grandeur» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Kənana vermiş və sonuncu avtomobili səhəri gün saat 8 radələrində «Fialka» marketin qarşısında ona qaytarmışdır. x xxxxxx 2017-ci il tarixdə günorta saatlarında Əhmədli qəsəbəsində olarkən polis əməkdaşları yaxınlaşıb onu Nərimanov RPİ-nə dəvət etmişlər. İdarədə ondan x xxxxxx 2017-ci il tarixdə, saat 3:00 radələrində harada olduğu soruşulmuş, polis əməkdaşına Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi, «Qabırğa» restoranının qarşısında olduğunu, «Hyundai Grandeur» markalı avtomobilini isə tanışı Kənana verdiyini, həmin müddətdə özünün isə evdə olduğunu bildirmişdir. Məhkəmə-ballistik ekspertizasının xx xxxx 2018-ci il tarixli 14137/14138 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 ədəd patron-zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli, «Tokarev» (TT), «ĞESKA ZBROCOVKA», konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapançapulemyotlarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nərəzdə tutulmuş partonlardırlar, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş sadıqca- »Tokarev» (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 8 ədəd 7,62x25 mm. kalibrli patron tutumuna malik olan sandıqcadır, təyinatı üzrə istifadəyə yararlıdır. Məhkəmə-ballistik ekspertizasının xx xxxxx 2019-cu il tarixli 10258 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. İşin 5-ci cildinin 141-177-ci vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş bir ədəd bıçaq və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş bir ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinə təhvil verilmişdir. İşin 3-cü cildinin 88-ci vərəqəsindəki xx xxxxxx 2018-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 məxsus 10 ədəd 7,62 mm kalibrli patron və 8 ədəd 7,62x25 mm. patron tutumuna malik olan bir ədəd sandıqça maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İşin 1-ci cildinin 89-cu vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 x xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 97-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 x xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 119-cu vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 x xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 111-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 x xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 132-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 x xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 239-241-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və 273-279-cu vərəqələrindəki hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası 1 il müddətinə şərti hesab edilmişdir. Bundan başqa o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona həmin maddə ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza CM-nin 70-ci maddəsinə əsasən 1 il 6 ay sınaq müddətinə şərti hesab edilmiş və x xxxxxxx 2012-ci il tarixdə sınaq müddəti bitmişdir. Bundan başqa o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin x xxxxxx 2017-ci il tarixli qərarı ilə cəzası 2 (iki) ilə endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşin 2-ci cildinin 242-244-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və 273-279-cu vərəqələrindəki hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin x xxxxxx 2017-ci il tarixli qərarı ilə cəzası 2 (iki) ilə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin x xxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 16 (on altı) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşin 2-ci cildinin 250-252-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və 3-cü cildinin 160-182-ci vərəqələrindəki hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin x xxxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 150 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və həmin maddə ilə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 186.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə hökmdən Azərbaycan Respublikası CMnin 186.1-ci maddəsi xaric edilərək, ona CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ali Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə hökmdən CM-nin 127.2.3-ci maddəsi xaric edilərək, ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxxxxxxx 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İşin 2-ci cildinin 245-247-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və 263-272-ci vərəqələrindəki hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İşin 2-ci cildinin 253-254-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum edilməmişdir. İşdəki Zərərçəkmiş şəxs1 təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-nin 181.2.1 və 181.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 181.2.1, 181.2.4 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 CM-nin 181.2.1, 181.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən edilmədi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 özlərini təqsirli bilmədilər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə özlərini qismən, yəni CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bildilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ittiham olunduqları cinayətləri törətməkdə təqsirli olmaları Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri, üzləşdirmə protokolları, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, ekspertiza rəyləri, maddi sübutlar və işin digər faktiki halları ilə sübuta yetirildiyindən məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübut növlərini mötəbər hesab edir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərin ona hədə-qorxu gəlmədikləri, polisə müraciət etmədiyi, polis əməkdaşlarının təzyiqi ilə təqsirləndirilən şəxslərin əleyhinə ərizə yazmağa məcbur edildiyi, ibtidai istintaq zamanı adından yazılmış ifadələri və üzləşdirmə protokollarını oxumadan imza etdiyinə dair məhkəmədəki ifadəsinə gəldikdə məhkəmə qeyd edir ki, onun bu ifadəsi Bakı şəhər Baş Polis İdarəsinə ünvanladığı öz xətti ilə yazdığı ərizəsi, ibtidai istintaq zamanı verdiyi ifadələri, üzləşdirmə protokolları və məhkəmədə dindirilmiş çoxsaylı şahid ifadələri ilə təkzib olunur. Odur ki, məhkəmə Zərərçəkmiş şəxs1 məhkəmədəki ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran haldır. Cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs5 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 228.1-ci maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 76.6.3-cü maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı müəyyən edilmiş cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 9 ay hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs5 qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 228.4-cü maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 228.4-cü maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 221.2.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş bir ədəd bıçaq, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməli, Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs5 məxsus 10 ədəd 7,62 mm kalibrli patron və 8 ədəd 7,62x25 mm patron tutumuna malik olan bir ədəd sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 120 (yüz iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 24 (iyirmi dörd) manat olmaqla dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 182.2.1, 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CMnin 76.6.3-cü maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı müəyyən edilmiş cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 9 ay hissəsi qismən birləşdirməklə Təqsirləndirilən şəxs5 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 181.2.1, 181.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını tamamilə toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 181.2.1, 181.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını tamamilə toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 221.2.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 181.2.1, 181.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş bir ədəd bıçaq, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin, Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs5 məxsus 10 ədəd 7,62 mm kalibrli patron və 8 ədəd 7,62x25 mm patron tutumuna malik olan bir ədəd sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 120 (yüz iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 24 (iyirmi dörd) manat olmaqla dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-99/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-99/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver