Məhkəmə qərarları › İş №1(102)-2/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-2/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Qılıcov İlqar Səyyad oğlu Ali Məhkəməyə daxil olmuş Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və O.A.Allahverdiyev tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2019-cu il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqs irli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməmiş, 14 avqust 2018-ci il tarixdən 15 avqust 2018-ci il tarixədək tutulduğu 1 (bir) gün, 24 avqust 2018-ci il tarixdən 01 mart 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 6 (altı) ay 5 (beş) gün, ümumilikdə tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 6 (altı) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 5 (beş) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-i n 178.3.2, 320.1 və 320.2-ci il maddələri ilə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin maddələrlə onun barəsində icraata xitam verilmiş, 07 avqust 2018-ci il tarixdən 01 mart 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 5 (beş) il 5 (beş) ay 8 (səkkiz) gün azadıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-599/2019 nömrəli 23 may 2019-cu il tarixli qərarı ilə Bakı Ağı r Cinayətlər Məhkəməsinin 01 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumların müdafiəçiləri X4 və X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 və Məhkum2 qeyd olunan apellyasiya məhkəməsinin qərardan narazı qalaraq kassasiya şikayəti vermişlər. Lakin şikayətlər üzrə cinayət işi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında məhkəmə baxışına təyin olunanadək məhkumlar Məhkum1 və Məhkum2 cəza çəkdikləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 və 10 saylı X1 Məhkəməyə ünvanladıqları ərizələri daxil olmuşdur. Məhkumlar Məhkum1 və X3 vermiş olduqları ərizələrdə göstərirlər ki, onlar, özləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürür və xahiş edirlər ki, kassasiya şikayətləri geri q aytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edirəm ki, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2019-cu il tarixli qərarından məhku mlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar