Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-53/2021 29.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Samux rayonu Ağasıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.2 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Gəncə şəhəri, 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X10 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: D.H.İmanov (sədrlik edən), N.T.Əliyev və M.Ə.Bağırov) Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qey d edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X10 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum həmkəndlisi X2 xx xxxx 2018-ci il tarixdə ona zəng edərək qardaşı Kərəm Əhmədova məxsus yeməkxanada xx xxxx 2018-ci il tarixdə spirtli içki qəbul edib xoşagəlməz hərəkətlər etməsinə iradını bildirməsindən əsassız olaraq hiddətlənərək, özünün d avranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul edilmiş formada ifadə olunmuş haqlı iradını adam öldürmək üçün bəhanə edib heç bir əsaslı səbəb olmadan İntiqam Əhmədovu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək məqsədi ilə xx xxxx 2018-ci il tarixdə gecə saat 03 radələrində ağır dərəcəli sərxoş vəziyyətdə tiyəsinin uzunluğu 128 millimetr, eni 18 millimetr, qalınlığı 1 millimetr olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə silahlanıb İntiqam Əhmədovun operator işlədiyi və həmin gecə növbədə olduğu Samux rayonu Ağasıbəyli kəndində yerləşən X12 X13 X7 Xətti İstismar Xidmətinin X8 inzibati binasına gələrək orada sonuncuya bir neçə gün əvvəl ona haqsız irad bildirməsini dedikdə, İntiqam Əhmədovun iradının əsaslı olmasını təkrarən bildirməsindən daha da azğınlaşaraq onu xüsusi amansızlıqla qəsdən öldürmək üçün xüsusi əzab və işgəncə verilməsi ilə müşayiət olunan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək əli və özündə olan bıçağın kəsici-deşici hissəsi ilə İntiqam Əhmədovun bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirərək, ona küt alətlə yetirilməyə xarakterik olan döş qəfəsinin ön səthinin qançırından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bir ədəd, küt alətlə yetirilməyə xarakterik olan sol İV qabırğanın qapalı az yerini dəyişən sınığından ibarət bir ədəd, bıçağın kəsici-deşici hissəsi ilə yetirilməyə xarakterik olan döş qəfəsinin sol yan səthində ön qoltuqaltı xətt üzrə İİİ qabırğa səviyyəsində, ön qoltuqaltı xətt üzrə İV qabırğa səviyyəsində, orta qoltuqaltı xətt üzrə Vİ qabırğa səviyyəsində, orta qoltuqaltı xətt üzrə Vİİ qabırğa səviyyəsində, orta körpücük xətti üzrə Vİİ qabırğa səviyyəsində, qarnın sol yan səthində qalça darağı üzərində, qarnın sol yan səthində orta qoltuqaltı xətt üzrə qalça darağının üst kənarında, arxa qoltuqaltı xətt üzrə qalça darağının üst kənarı səviyyəsində, arxa qoltuqaltı xətt üzrə İV qabırğa səviyyəsində, döş sümüyünün aşağı ucu səviyyəsində, döş qəfəsinin ön səthində döşyanı xətt üzrə Vİİ qabırğa səviyyəsində, qarnın ön səthinin mərkəzində - göbəyin sol yan səthindən 1,2 s m solda və döş qəfəsinin ön səthində sağda ön qoltuqaltı xətt üzrə İİİ və İV qabırğalar səviyyəsində kəsilmiş yaralarından ibarət sağlamlığa yüngül zərər vurmaya aid edilən on üç ədəd, döş qəfəsinin sağ yarısının ön səthində bir ədəd, qarnın sağ və sol epiqastral nahiyəsində iki ədəd, sol budun yuxarı 1/3-nin iç səthində bir ədəd daxilə keçərək ağciyərin, qaraciyərin, mədənin və sol bud arteriyasının zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə ilə müşayiət olunub ölümünə səbəb olan həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilən dörd ədəd, cəmi 19 ədəd xəsarətlər yetirməklə, İntiqam Əhmədovu xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən veri lmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxışının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifli hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya məhkəməsi əsassız olaraq Məhkum zərərçəkmiş şəxs X3 əvvəlcədən öldürmək fikrinin olmadığı, İntiqam Əhmədovun onu öldürmək istədikdə onun həmin bıçağı İ.Əhmədovun əlindən alaraq zəruri müdafiə həddini aşmaqla onu vurub öldürdüyü barədə verdiyi ifadəsinə inanmamışdır. Məhkəmə həmçinin, mübahisənin təşəbbüskarının zərərçəkmiş şəxsin olması, zərərçəkmiş şəxsin birinci olaraq bıçaqla Məhkum hücum edərək xəsarət yetirməsi və bunu Məhkum bədəni üzərində olan xə sarətlərin təsdiq etməsi barədə müdafiə tərəfinin dəlillərini də əsassız hesab etmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsin ə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxx x 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-53/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-53/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver