Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-357/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2, müdafiəçi-Şəki Rayon Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Oğuz Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) 03 avqust 2021-ci il tarixli hökmü ilə, xx.xx.1967-ci il tarixdə Şəki rayonu Turan qəsəbəsində anadan olmuş, Oğuz şəhəri Babək küçəsi ev 12 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzanın çəkilməsinin başlanğıcı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz şəhəri Babək küçəsi ev 12 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulması, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman aparılmış çəkilişə dair videogörüntü olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınması müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs səhhətində yaranmış narahatlıqlara görə yeni növ koronavirus (COVİD 19) infeksiyasına yoluxduğunu düşünərək 10.04.2021-ci il tarixdə “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X16 verdiyi test nümunəsinin pozitiv(+) olması müəyyən edildikdən sonra 14.04.2021-ci il tarixdən başlamaqla 14 gün müddətində yaşadığı Oğuz şəhəri Babək küçəsi ev 12 ünvanında karantin nəzarətinə götürülməklə, ev şəraitində karantin nəzarətində olmasına, karantin rejimi qaydalarını pozmayaraq həmin qaydalara əməl etməsi barədə xəbərdarlıq edilməsinə, həmçinin, bununla bağlı 14.04.2021-ci il tarixdə İTS.GOV.AZ ünvanından istifadəsində olan mobil nömrəsinə 10.04.2021-ci il tarixdə COVİD 19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv(+) olması ilə bağlı mesaj göndərilməsinə baxmayaraq o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq yoluxmuş olduğu yeni növ koronavirus (COVİD 19) infeksiyasının hava-damcı yolu ilə yayılması, digər şəxslərlə sosial məsafənin qorunması, infeksiya yoluxmuş şəxslərin digər şəxslərlə birbaşa təmasda olmaması kimi xüsusatları bildiyi halda, 20.04.2021-ci il tarixdə saat 16:15 radələrində yaşadığı Oğuz şəhəri Babək küçəsi ev 12 ünvanında yerləşən evi tərk etmiş, bununla da, qəsdən epidemiya əleyhinə və kаrаntin rеjimi qaydalarını pоzmаqlа, yoluxmuş olduğu yeni növ koronavirus (COVİD 19) хəstəliyinin yаyılmаsı üçün rеаl təhlükə yаrаtma cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X13 apelyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza-2500 manat cərimə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Oğuz Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz şəhəri Babək küçəsi ev 12 ünvanında yaşayır. O, 10.04.2021-ci il tarixdə özünü halsız hiss edib “COVİD 19” testi vermək üçün Oğuz rayon Mərkəzi Xəstəxanasına gedib analiz vermiş və yenidən yaşadığı evə geri qayıtmışdır. Bundan sonra isə Oğuz rayon Mərkəzi Xəstəxanasından gələn zənglə testin nəticəsinin pozitiv olmasını öyrənmişdir. Zəng edən həkim 14 gün müddətinə onun və ailə üzvlərinin karantin qaydasına əməl edərək yaşadıqları evi tərk etməməli olduqlarını bildirmişdir. Bundan sonra o, yaşadığı evdə müalicəsini davam etdirmişdir. 20.04.2021-ci il tarixdə saat 16:15 radələrində evdə olan məişət tullantılarını atmaq məqsədilə yaşadığı evdən çıxıb evin küçə qapısından, təxminən, 80 metr irəliyə doğru getmişdir. Məişət tullantılarını atıb geri qayıdarkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları da ona yaxınlaşaraq (COVİD 19) infeksiyası xəstəsi olub-olmadığını soruşmuş, o da cavabında 14.04.2021-ci il tarixdən həmin virusun xəstəsi olduğunu, həmin tarixdən yaşadığı evdə karantin qaydasında müalicə olunduğunu, bu gün isə evdə toplanmış məişət tullantılarını atmaq üçün evdən çıxdığını və atıb dərhal evə qayıdacağını bildirmişdir. Polis əməkdaşları onu evdən bir daha çıxmaması ilə bağlı xəbərdarlıq edərək müşayiətləri ilə onu yaşadığı evə geri qaytarmışlar. Bundan sonra o, 28.04.2021-ci il tarixədək bir daha karantin qaydasını pozmamış və evi tərk etməmişdir. 28.04.2021-ci il tarixdə Oğuz rayon Mərkəzi Xəstəxanasından ona zəng gəlmiş, virus ilə əlaqədar onun və ailə üzvlərinin karantin müddətinin bitdiyi bildirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Karantin qaydalarını məcbriyyət qarşısında pozmuşdur və törətdiyi əmələ görə səmimi peşman olmuşdur. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclası zamanı ş üzrə şahid qismində dindirilmiş Şahid1 da əri Təqsirləndirilən şəxs ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Birinci instansiya məhkəməsi iclası zamanı şahid Oğuz rayon Polis X1 Bölməsinin polis nəfəri Şahid3 ifadə verərək göstərdi ki, o, 20.04.2021-ci il tarixdə Polis X1 Bölməsinin rəisi Şahid2 ilə birlikdə Oğuz şəhəri ərazisində xidmətdə olarkən saat 16:15 radələrində Oğuz şəhər sakini Təqsirləndirilən şəxs “COVİD 19” infeksiyasına yoluxmasına və adının “COVİD 19” infeksiyasına yoluxan şəxslərin arasında olmasına baxmayaraq şəhər ərazisinə çıxdığını müəyyən etmişlər. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib ondan (COVİD 19) infeksiyası xəstəsi olub-olmadığını soruşmuş, o da cavabında 14.04.2021-ci il tarixdən həmin virusun xəstəsi olduğunu təsdiq etmişdir. Şahid2 Təqsirləndirilən şəxs “COVİD 19” infeksiyasına yoluxduğu halda, nə üçün şəhər ərazisinə çıxmasının səbəbini soruşmuş, o isə məişət tullantılarını atmaq məqsədilə evdən qısa müddətli çıxdığını və tezliklə evə qayıdacağını bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs xəstəlik müddətində evdən bayıra çıxmasına icazə olmadığı barədə məlumatı olub-olmadığını soruşmuş, həmin şəxs də bu barədə məlumatı olduğunu etiraf etmişdir. Şahid2 Təqsirləndirilən şəxs yaşadığı evə getməsini tapşırıb karantin müddətində bir daha evdən bayıra çıxmamasını izah etmiş, sonra isə xüsusi geyimdə olan polis əməkdaşları Şahid4 və Şahid5 müşayiəti ilə Təqsirləndirilən şəxs yaşadığı evə aparmışlar. Bundan sonra o, Oğuz rayon Polis Şöbəsinin rəhbərliyinə bu barədə raportla müraciət etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şаhid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin PostPatrul Xidməti Taqımının əməkdaşları Şahid4 və Şahid5 da Şahid3 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş Oğuz rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli 892 nömrəli arayışda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 10.04.2021-ci il tarixdə verdiyi test nümunəsi pozitiv(+) olmuş və o, 14.04.2021-ci il tarixdə müşahidəyə götürülməklə ev şəraitində karantin nəzarətindədir. Karantin müddəti 28.04.2021-ci il tarixdə bitir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli 156 nömrəli arayışda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 10.04.2021-ci il tarixdə COVİD 19 infeksiyası ilə bağlı verdiyi test nümunəsi pozitiv(+) olmuş və o, 14.04.2021-ci il tarixdə müşahidəyə götürülməklə ev şəraitində karantin nəzarətindədir. Karantin müddəti 28.04.2021-ci il tarixdə bitir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 03.07.2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona 14.04.2021-ci il tarixdə İTS.GOV.AZ saytından onun 10.04.2021-ci il tarixdə COVİD 19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv(+) olması, karantin rejimi qaydalarını pozmayaraq həmin qaydalara əməl etməsi barədə xəbərdarlıq edilməklə, həmin qaydaların pozulmasına görə məsuliyyətin izah edilməsi ilə bağlı mesaj göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” 29.05.2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdə yaşadığı Oğuz şəhəri Babək küçəsi ev 12 ünvanında karantin qaydasını pozaraq evdən çıxdığı və evdə olan məişət tullantılarını atmaq üçün gəldiyi yeri, həmçinin, həmin gün saat 16:15 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdə yaşadığı Oğuz şəhəri Babək küçəsi ev 12 ünvanında yerləşən evi tərk etmiş, həmin tarixdə saat 16:15 radələrində Oğuz Rayon Polis X1 Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı onun Oğuz şəhəri ərazisində olması müəyyən edilmiş və yaşadığı ünvana qaytarılması təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X11 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun sübutların qiymətləndirilməsi barədə 03.07.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman aparılmış çəkilişə dair videogörüntü olan bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli 250 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X11 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun qətimkan tədbirinin seçilməsi barədə 05.07.2021-ci il tarixli qərarından və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 05.07.2021-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 07.05.2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli 10- 0/561 nömrəli və 10-0/562 nömrəli arayışlardan, elektron məlumat informasiya sistemi üzrə çıxarışlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz şəhəri ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, onun himayəsində 19.10.2005-ci il tarixdə anadan olmuş X3 və X4 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 139-1.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Oğuz Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmünün cəzaya aid hissədə yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını təqsirləndirilən şəxsin ailə üzvlərinin əmək iqtidarlılığı baxımından onun ailəsinin həyat tərzini, hazırki ailə vəziyyətini səciyyələndirən və şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alaraq həmin halı da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar etməmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı da Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Oğuz Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Oğuz Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-357/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-357/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver