Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-334/2022 16.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X14 (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1976-cı ildə Quba rayonu, Xaroşa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2mış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 311.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin və hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər və ağır nəticələrə səbəb olan zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün şəxsən birbaşa yolla vahid niyyətlə maddi neməti rüşvət qismində istəməklə almışdır. Belə ki, o, Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə 31 yanvar 2020-ci il tarixli 18 nömrəli əmrlə “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə Zərərçəkmiş şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin tabeliyindəki tibb müəssisələrində qüvvədə olan “Tibb müəssisəsinin rəhbərinin nümunəvi vəzifə Təlimatı”na və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin 31 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protokolu ilə təsdiq edilərək 25 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, tibb müəssisəsinin işini, inzibati-təsərrüfat fəaliyyətini təşkil etmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini, o cümlədən, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, işçilərin, şöbələrin və bütövlükdə tibb müəssisəsinin keyfiyyət göstəricilərinin artırılması üçün müvafiq tədbirlər görmək kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi tibb müəssisəsinin gəlirlərinin artırılması, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli xərclənməsi, Zərərçəkmiş şəxs tərəfindən müəyyən edilmiş qaydada işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardımın və mükafatların verilməsinin təmininə cavabdeh şəxs olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə müəssisənin saxlanılması və fəaliyyət istiqamətləri üzrə funksiyalarının icra edilməsi məqsədilə dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına formalaşan maliyyə vəsaitləri üzərində malik olduğu sərəncam vermək səlahiyyətlərini həyata keçirərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarının 1.1-ci bəndində nəzərdə tutulmuş yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavənin müəyyən olunması qaydasından irəli gələn məsələlərin həll edilməsi üçün “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2019-cu il tarixli 877 nömrəli Fərmanının 1.12.4.2.7-ci “İslahatlarla bağlı xərclər” yarımbəndinə və “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2020-ci il tarixli 1975 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsindən və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərərçəkmiş şəxsnə ayrılmaqla “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən aylar üzrə Agentliyə təqdim edilən sifarişlər əsasında aidiyyəti üzrə həmin tibb müəssisəsinin "xxxx" ASC-in Qusar rayon filialında mövcud olan AZ06AİİB******************** saylı hesablaşma hesabına köçürülərək təyinatı üzrə sərf olunması ona etibar edilmiş maliyyə vəsaitləri barəsində qanunsuz sərəncam verib, xəstəxana üzrə qəbul etdiyi 01 mart 2020-ci il tarixli, 29 nömrəli əmrlə yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi haqqında 01 aprel 2020-ci il tarixli 45 nömrəli əmrə əsasən, 2020-ci ilin mart ayı üzrə tərtib olunmuş qrafik əsasında şəxslərin işlədikləri günə görə hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında vəsait əvəzinə, artıq - 5 misli miqdarında olmaqla, müxtəlif məbləğdə, o cümlədən, X3 təsərrüfat bacısı Şahid3 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid4 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid5 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid6 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid7 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 bufetçisi Şahid8 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 637,39 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.062,32 manat olmaqla, 424,93 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 işlədiyi 10 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 414,54 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 690,90 manat olmaqla, 276,36 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, xəstəxana üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli 104 nömrəli əmrə əsasən, 2020-ci ilin aprel ayı üzrə tərtib olunmuş qrafik əsasında X3 xadiməsi Şahid4 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid5 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid6 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid7 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, xəstəxana üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 85 nömrəli əmrə əsasən, 2020-ci ilin aprel ayı üzrə tərtib olunmuş qrafik əsasında Təcili və X7 şöbəsinin xadiməsi Şahid10 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 135,82 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 181,10 manat olmaqla, 45,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Təcili və X7 şöbəsinin xadiməsi Şahid11 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 135,82 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 181,10 manat olmaqla, 45,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Təcili və X7 şöbəsinin xadiməsi Şahid12 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 113,19 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 150,92 manat olmaqla, 37,73 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Təcili və X7 şöbəsinin xadiməsi Şahid13 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 158,47 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 211,29 manat olmaqla, 52,82 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Təcili və X7 şöbəsinin xadiməsi Şahid14 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 135,82 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 181,10 manat olmaqla, 45,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, xəstəxana üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 120 nömrəli əmrə əsasən, 2020-ci ilin may ayı üzrə tərtib olunmuş qrafik əsasında X3 xadiməsi Şahid5 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid6 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid7 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, xəstəxana üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli 125 nömrəli əmrə əsasən, 2020-ci ilin iyun ayı üzrə tərtib olunmuş qrafik əsasında X3 təsərrüfat bacısı Şahid3 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 561,36 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında cəmi 935,60 manat olmaqla, 374,24 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid5 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 591,94 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 988,55 manat olmaqla, 396,61 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid6 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 591,94 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 988,55 manat olmaqla, 396,61 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xadiməsi Şahid7 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 546,40 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 912,51 manat olmaqla, 366,11 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 bufetçisi Şahid8 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 539,38 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında cəmi 899,10 manat olmaqla, 359,72 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 546,40 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında cəmi 912,51 manat olmaqla, 366,11 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 669,98 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.118,92 manat olmaqla, 448,94 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, xəstəxana üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli 203 nömrəli əmrə əsasən, 2020-ci ilin iyul ayı üzrə tərtib olunmuş qrafik əsasında X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 işlədiyi 8 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 331,34 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 552,72 manat olmaqla 221,38 manat artıq əmək haqqı ödənişi üzrə vəsaitin, ümumilikdə 13 nəfər üzrə qeyd edilən qaydada cəmi 12.874,15 manat (on iki min səkkiz yüz yetmiş dörd manat on beş qəpik) məbləğində pul vəsaitinin hesablanaraq həmin şəxslərin adına "xxxx" ASC-in Qusar filialında açılmış kart hesablarına köçürülüb qeyd edilən şəxslər tərəfindən Qusar rayonu ərazisində olan ayrı-ayrı bankomatlardan çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, Azərbaycan Respublikasının Zərərçəkmiş şəxsnə cəmi 12.874,15 manat (on iki min səkkiz yüz yetmiş dörd manat on beş qəpik) məbləğində ziyan vurmaqla dövlətin pandemiya ilə əlaqəli əmək şəraitində çalışan işçilərin sosial müdafiəsini gücləndirməklə pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən əksepidemik tədbirlərin səmərəliliyinin artırılması istiqamətində dayanıqlılığın təmin edilməsi üçün ayrılmış vəsaitlərin düzgün istifadəsinin zəruriliyində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs ilə “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs arasında bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında” 15 may 2020-ci il tarixli 017/TXM nömrəli müqaviləyə əsasən, xəstəxana tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olmayan ödənişli tibbi xidmətlərin göstərilməsi müqabilində toplanan pul vəsaitlərinin “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxslə "xxxx" ASC-in Quba filialı arasında bağlanmış “Hüquqi şəxslərə bank hesablarının açılması və xidmət göstərilməsi üzrə” 13 dekabr 2019-cu il tarixli BPM**********89 nömrəli müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş bank tərəfindən müştəriyə hesablaşma-kassa xidmətlərinin göstərilməsi haqqında razılaşmaya görə, xəstəxanaya məxsus olmaqla "xxxx" ASC-nin Quba filialında açılmış AZİİBAZ******************** nömrəli hesablaşma hesabına mədaxil olunmasını təmin etməli olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, “Tibb müəssisəsinin rəhbərinin nümunəvi vəzifə Təlimatı”na və “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, tibb müəssisəsinin rəhbəri qismində tabeliyində çalışan şəxslər üçün icrası məcburi olan əmr, sərəncam və göstərişlər vermək hüququndan cinayətkar niyyətinin icrasını asanlıqla başa çatdırmaqdan ötrü istifadə edib, ölkə ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının geniş yayılması ilə əlaqədar tətbiq edilmiş sanitar-karantin tədbirləri çərçivəsində bilavasitə bank tərəfindən hesablaşma-kassa xidmətlərinin göstərilməsinin müvəqqəti dayandırıldığı 18 iyun 2020-ci il tarixdən 23 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ödənişli tibbi xidmətlərin göstərilməsinə görə ayrı-ayrı şəxslər tərəfindən ödənilən pul vəsaitlərini qəbul edən cinayətdən xəbərsiz “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı Şahid16 və sonuncunun üzrlü səbəblərdən işdə olmadığı dövrlərdə xəzinədar funksiyalarını müvəqqəti icra etmiş Xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin cinayətdən xəbərsiz qeydiyyatçısı Şahid17 xəzinəyə daxil olan pul vəsaitlərinin bankdakı hesablaşma hesabına köçürülməsinin təmin olunması məqsədilə bütün vəsaitləri gündəlik heç bir rəsmiləşdirmə olmadan özünə təqdim etmələrinə dair bildirməsi ilə əlaqədar, həmin niyyətlə sonunculardan aldığı müxtəlif məbləğdə, o cümlədən, 2020-ci ilin iyun ayı ərzində 92 ədəd qəbz əsasında ödənilmiş cəmi 1.571 (bir min beş yüz yetmiş bir) manat, iyul ayı ərzində 316 ədəd qəbz əsasında ödənilmiş 6.672 (altı min altı yüz yetmiş iki) manat, avqust ayı ərzində 627 ədəd qəbz əsasında ödənilmiş 11.216,7 manat (on bir min iki yüz on altı manat yetmiş qəpik), sentyabr ayı ərzində 1.259 ədəd qəbz əsasında ödənilmiş 16.954,47 manat (on altı min doqquz yüz əlli dörd manat qırx yeddi qəpik), oktyabr ayı ərzində 626 ədəd qəbz əsasında ödənilmiş 9.129,74 manat (doqquz min bir yüz iyirmi doqquz manat yetmiş dörd qəpik), noyabr ayı ərzində 353 ədəd qəbz əsasında ödənilmiş 4.915 (dörd min doqquz yüz on beş) manat, dekabr ayı ərzində 171 ədəd qəbz əsasında ödənilmiş 3.368 (üç min üç yüz altmış səkkiz) manat olmaqla, 2020-ci ilin iyundekabr ayları ərzində hər gün yenilənməsi nəzərə alınmaqla “1”-dən başlayaraq müxtəlif nömrələri ehtiva edən cəmi 3.444 ədəd qəbz əsasında ödənilmiş 53.826,91 manat (əlli üç min səkkiz yüz iyirmi altı manat doxsan bir qəpik) məbləğində ödənişli tibbi xidmətlərin göstərilməsinə görə ayrı-ayrı şəxslər tərəfindən ödənilən pul vəsaitini ünvan 3 ünvanında yerləşən “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasındakı xidməti otaqda təhvil alıb, cinayət əməlinin ifşa olunmasının qarşını almaq və məsuliyyətdən yayınmaq məqsədilə həmin vəsaitdən xəstəxananın "xxxx" ASC-in Quba filialındakı AZİİBAZ******************** nömrəli hesablaşma hesabına terminal vasitəsilə cəmi 70,91 manat (yetmiş manat doxsan bir qəpik) vəsaiti mədaxil edərək, qalan 53.756 (əlli üç min yeddi yüz əlli altı) manat məbləğində pul vəsaitini isə həmin hesaba mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs büdcəsinin düzgün icrasına nəzarət etməklə gəlir və xərclərinin mütənasib bölünməsi nəticəsində maliyyə planlaşdırmasının effektivliyinə nail olunmasının vacibliyi ilə əlaqədar qanunla qorunan mənafelərinə və publik hüquqi şəxs qismində malik olduğu əmlak hüquqlarına vahid niyyətlə ağır nəticələrə səbəb olan zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi tibb müəssisəsinin şöbə, bölmə və digər struktur qurumlarının işçilərinin əmək funksiyalarının vaxtında, tam həcmdə və keyfiyyətlə icra edilməsi üçün satınalan təşkilatın rəhbəri qismində malların (işlərin və xidmətlərin) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında dövlət vəsaiti hesabına satın alınmasını təşkil etməli olduğu halda, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin stomatoloji kabinetinin xüsusi təyinatlı 5 (beş) çıxışlı stomatoloji kreslo ilə təchiz edilməsi üçün 4 oktyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasında özünə müraciət etmiş həkim-stomatoloq Şahid1 tibbi avadanlığın 2021-ci il üzrə kotirovka sorğusu üsulu ilə dövlət büdcəsinin vəsaiti hesabına satın alınması nəzərdə tutulan malların siyahısına daxil edilməsi müqabilində özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib Şahid1 razılığını aldıqdan sonra vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə 11 oktyabr 2021-ci il tarixdə cinayətdən xəbərsiz “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Satınalma şöbəsinin müdiri Şahid2 xəstəxananın tender komissiyasının təxmini qiymətləndirməsinə görə, ehtimal olunan qiyməti 4.000 (dörd min) manat olan xüsusi təyinatlı 5 (beş) çıxışlı stomatoloji kreslonun Zərərçəkmiş şəxs İdarə Heyətinin sədri tərəfindən 1 iyun 2021-ci il tarixdə təsdiq edilmiş “Qusar rayon mərkəzi xəstəxanası üzrə 2021-ci ilin xərclər smetası”nda nəzərdə tutulmuş “311150 - Maşın və avadanlıqların alınması” maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət büdcəsindən xəstəxanaya ayrılmış ümumilikdə 49.000 (qırx doqquz min) manat məbləğində maliyyə vəsaiti hesabına satın alınacaq maşın və avadanlıqların siyahısına daxil edilməsi barədə tapşırıq verməklə kotirovka sorğusu elanının “www.etender.gov.az” portalına yerləşdirilməsini təmin edib, bunun müqabilində Şahid1 tələb olunan vəsaitin məbləğinin azaldılması barədə təklifini qəbul etməyərək, sonuncudan həmin gün, yəni 11 oktyabr 2021-ci il tarixdə “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasında 1.000 (bir min) manat, 19 oktyabr 2021-ci il tarixdə eyni ünvanda 1.000 (bir min) manat olmaqla, vahid niyyətlə maddi nemət olan cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini özü üçün şəxsən birbaşa yolla rüşvət qismində almışdır. Məhkəmə İclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2012-2019-cu illərdə Səhiyyə Nazirliyinin tabeliyində Qusar rayon mərkəzi xəstəxanasının baş həkimi, 2019-cu ilin sentyabr ayından həmin ilin sonunadək Səhiyyə Nazirliyinin tabeliyində “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru, 2020-ci ilin yanvar ayından şübəhli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixədək isə TƏBİB-in tabeliyində “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmişdir. “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Stomatoloji kabinetinin həkim-stomatoloqu Şahid1 4 oktyabr 2021-ci il tarixdə xidməti otağında ona müraciət edib, tibbi avadanlıq kimi istifadə etdiyi 5 çıxışlı stomatoloji kreslonun köhnəlib yararsız hala düşdüyünü bildirərək, avadanlığın yenisi ilə əvəz edilməsini xahiş etmiş, o isə etiraz etməyərək, 2021-ci il üzrə maşın və avadanlıqların alınması üçün kotirovka sorğusu keçiriləcəyini, stomatoloji kabinetə tələb olunan qurğunun xəstəxana tərəfindən kotirovka sorğusu əsasında alınacaq avadanlıqların siyahısına salınmalı olduğunu bildirmiş, bunun müqabilində Samir öz istəyilə ona əvvəlcə 3.000 (üç min) manat məbləğində pul verəcəyini demiş, o, etiraz etməsə də, pul olmasa belə, tələb olunan qurğunu kotirovka sorğusu əsasında alınacaq avadanlıqların siyahısına yazdıra biləcəyini qeyd etmişdir. O, Samirdən həmin iş üçün hər hansı məbləğdə pul vəsaiti tələb etməmişdir, çünki işlədiyi dövrdə xəstəxananın fəaliyyəti üçün lazım olan maşın və avadanlıqlar satınalma müsabiqəsi keçirilməklə kotirovka sorğusu və ya açıq tender vasitəsilə büdcə vəsaiti hesabına satın alınmış, o isə tibb müəssisəsinin rəhbəri kimi xidməti vəzifəsinə uyğun olaraq zəruri maşın və avadanlıqların alınmasını təşkil etmək səlahiyyətinə malik olmuşdur. O heç vaxt xəstəxanaya malların (işlərin və xidmətlərin) satın alınması müqabilində işçilərdən pul və başqa nemət istəməmişdir. Samir ona əvvəlcə 3.000 manat verəcəyini bildirsə də, sonradan maddi durumuna görə həmin məbləği verə bilməyəcəyini, könüllü olaraq 2.000 (iki min) manat məbləğində pul verəcəyini demiş, onlar razılaşmış, Samir qısa müddət ərzində pulu gətirəcəyini bildirmiş, lakin o, Samirin pulu verəcəyinə inanmamaqla yanaşı, sonuncunu buna məcbur etməmişdir. 11 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Samir yenidən onun xidməti otağına gələrək, salamlaşıb hal-əhval tutduqdan sonra istifadəsində olan stomatoloji kreslonun köhnəldiyini, praktiki cəhətdən istifadəsinin mümkün olmadığını, həmçinin pandemiya dövründə işləyə bilmədiyi üçün maddi imkanının zəif olması ilə əlaqədar vəd etdiyi məbləği azaltmaq istədiyini bildirmiş, o isə Samirə pandemiya dövründə də işlərinin yaxşı olduğunu deyib daxili stasionar telefonla 133 nömrəsini yığıb Satınalma şöbəsinin müdiri Şahid2 zəng edərək alınması nəzərdə tutulmuş tibbi avadanlıqların siyahısına 5 çıxışlı stomatoloji kreslonu da yazmağını tapşırmışdır. Şahid1 tibbi avadanlığın sifarişi üçün özünün könüllü olaraq vəd etdiyi pulun yarısını hazırladığını, qalanını isə 2-3 gün, ən geci 1 həftə ərzində hazırlayacağını deyib cibindən çıxardığı 10 ədəd 100 manatlıq kağız pul əskinasını sayıb 1.000 (bir min) manat pulu ona vermiş, o isə pulu götürüb masanın üzərindəki kitablardan birinin altına qoymuşdur. Samir avadanlığın alınmasını tezləşdirməyini xahiş etsə də, o, həmin qurğunu hansı şirkətdən alacağını qabaqcadan bilmədiyini, ən geci 1 aya məsələnin öz həllini tapacağını bildirmiş, Samir vət etdiyi ümumi məbləği 1.500 (bir min beş yüz) manata endirməyi təklif etsə də, o razılıq verməmiş, Samir sağollaşıb otaqdan çıxmışdır. 19 oktyabr 2021-ci il tarixdə saat 11-12 radələrində Samir yenidən onun xidməti otağına gələrək, salamlaşıb hal-əhval tutduqdan sonra ordan-burdan söhbət etmişlər, Samir vəd etdiyi pulun qalanını da düzəltdiyini deyərək, 10 ədəd 100 manatlıq kağız pul əskinasını sayıb 1.000 (bir min) manat pulu ona vermiş, o isə öz növbəsində pulu götürüb masanın üzərinə qoymuşdur. Samir sifariş olunan stomatoloji kreslonun dişin plomblanması üçün istifadə edilən lazer, yəni şüa aparatı ilə təchiz olunub-olunmadığını soruşmuş, o isə bu barədə məlumatlı olmadığını, lakin kabinetə müasir avadanlıq veriləcəyini, yəqin ki, həmin avadanlığın şüa aparatının da olacağını bildirmişdir. Samir sağollaşıb otaqdan çıxdıqdan sonra o, aldığı 1.000 manat pulu əynindəki pencəyin sol döş cibinə qoymuşdur. İstintaq materiallarına əlavə edilmiş əməliyyat çəkilişinin video görüntülərindəki şəxslərdən biri o, digəri, yəni üzərinə yerləşdirilmiş video qeydiyyat cihazı vasitəsilə çəkiliş aparan şəxs isə Şahid1dur, hər iki çəkiliş zamanı xidməti otağında ikisindən başqa şəxs olmamışdır. Şahid1 aldığı 2.000 (iki min) manat məbləğində puldan xəstəxananın Satınalma şöbəsinin müdiri Şahid2 və ya digər şəxsə hər hansı məbləğdə pul verməmiş, habelə digər şəxslərlə əvvəlcədən cari məsələ ilə bağlı sövdələşməsi olmamışdır. Məlumat üçün qeyd etmişdir ki, xəstəxananın bölmə və şöbələrinin tibbi qurğu və avadanlıqlarla təchiz edilməsi ilə bağlı bütöv proses kotirovka sorğusu adlanır. Belə ki, əvvəlcə bölmə və şöbələrin hansı qurğu və avadanlıqlara ehtiyacı olduğu müəyyənləşdirilir, bundan sonra hazırlanan siyahı xəstəxananın Satınalma şöbəsi tərəfindən “e-tender.gov.az” internet saytına yerləşdirilir, bundan sonra həmin siyahı ilə tanış olan satıcı şirkətlərin təklifləri ümumiləşdirilib xəstəxananın tender komissiyasına təqdim olunur, komissiyanın sərfəlilik və keyfiyyətlilik prinsipləri əsasında hazırladığı təklifləri protokollaşdırılmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilir, Agentlikdə protokol təhlil olunduqdan sonra düzgün tərtib edildiyi halda qeydiyyata alınır, bundan sonra xəstəxananın adından onun tərəfindən satıcı şirkətlə müqavilə bağlanaraq lazımi avadanlıqlar alınır, satış pulu isə dövlət büdcəsindən xəstəxananın balansına ayrılmış vəsait hesabına satıcının bank hesabına köçürülür. Tibbi qurğu və avadanlıqların alınması ilə bağlı bütün xərclər dövlət büdcəsindən xəstəxanaya ayrılmış vəsait hesabına ödənilir, şöbə, bölmə və digər struktur qurumların rəhbər və işçilərindən bunun müqabilində hər hansı məbləğdə rüsum tutulmur. O, şübhəli şəxs qismində tutulanadək Şahid1 fəaliyyət göstərdiyi stomatoloji kabinetə tibbi avadanlığın verilməsi ilə bağlı prosedurlar həyata keçirilməmiş, çünki 2021-ci il üzrə analoji proses oktyabrın 22-23-də başlanmalı olmuşdur. Lakin o, Samirdən ilk dəfə 1.000 manatını alan kimi dərhal Satınalma şöbəsinin müdirinə stomatoloji kabinetə tələb olunan qurğunun xəstəxana tərəfindən kotirovka sorğusu əsasında alınacaq avadanlıqların siyahısına daxil edilməsini tapşırmış, yəni real olaraq stomatoloji kabineti həmin avadanlıqla təchiz etdirmək niyyətində olmuşdur. Təqsirləndirilən şəxs eyni zamanda göstərdi ki, “Direktorun nümunəvi vəzifə Təlimatı”na əsasən, onun tibb müəssisəsinin işini, inzibati-təsərrüfat fəaliyyətini təşkil etmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini, o cümlədən, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək səlahiyyətləri olduğundan, həmin səlahiyyətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün tibb müəssisəsinin rəhbəri kimi şöbə, bölmə və digər struktur qurumların işçilərinin əmək funksiyalarının vaxtında, tam həcmdə və keyfiyyətlə icra edilməsi üçün kotirovka sorğusu ilə yeni qurğu və avadanlıqlarla təchiz edilməsini, habelə istismar müddəti bitmiş və istifadəyə yararsız hesab edilən qurğu və avadanlıqların yenisi ilə əvəz edilməsini təşkil etmək və bu istiqamətdə görülən işlərə nəzarət etmək öhdəliyi daşımışdır. Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmiş işçilərin əmək haqlarına müddətli əlavələrin ödənilməsi barədə bildirmişdir ki, infeksiya ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, o cümlədən qeyri-tibb işçiləri 2020-ci ilin mart - iyul ayları ərzində virusa yoluxma riski yüksək olan şəraitdə işlədiklərinə görə sonunculara vəzifə (tarif) maaşının 3 misli əvəzinə 4 və 5 misli miqdarında müddətli əlavələr hesablanıb ödənilmişdir. "xxxx" ASC-nin Quba filialı ilə “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən, Bankın Quba filialı Azərbaycan Respublikası Zərərçəkmiş şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin tərkibində müştəri üçün hesablaşma-kassa xidmətləri göstərməyə başlamışdır. 2020-ci ilin yanvar ayından etibarən xəstəxanada göstərilən pullu tibbi xidmətlərə görə kassa əməliyyatlarının aparılması məqsədi ilə "xxxx" ASC-nin Quba filialının əməkdaşı xəstəxananın kassasında əyləşmişdir. “COVİD-19” infeksiyası ilə bağlı Azərbaycan Respublikası ərazisində sərt karantin rejimi tətbiq edildiyindən “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin bağlanması səbəbindən 18 iyun 2020-ci il tarixdən bank tərəfindən xəstəxananın kassasında xidmətlərin göstərilməsi dayandırılmış, 2020-ci ilin dekabr ayından isə faktiki olaraq həmin xidmətlərin göstərilməsi yenidən bərpa edilmişdir. Bankın əməkdaşı “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin kassasında bank xidmətləri göstərdiyi müddətdə kassada onunla yanaşı xəstəxananın xəzinədarı da əyləşmiş, bankın əməkdaşı bankın sistemində, xəstəxananın xəzinədarı isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sistemində işləmişdir. Belə ki, hər hansı bir pasiyent pullu tibbi xidmətin göstərilməsi ilə əlaqədar müraciət etdikdə əvvəlcə xəstəxananın xəzinədarı tərəfindən xəstəxananın sistemində xəstənin adına olan ödəniş təsdiq edilmiş, daha sonra bankın əməkdaşı vətəndaşdan ödənişi qəbul edib bankın sistemində həmin məbləği xəstəxananın hesabına mədaxil etmiş, aldığı pulu isə günün sonunadək kassadakı seyfdə saxlamış, ödənişə uyğun olaraq vətəndaşa üzərində bankın möhürü olan qəbz verilmiş, qəbzin digər nüsxələri isə xəstəxanada və bankda qalmışdır. Hər günün sonunda bankın əməkdaşı işlədiyi "xxxx" ASC-nin Quba filialının avtomobili və sürücüsü ilə pulu həmin banka aparıb təhvil vermişdir. Bankın əməkdaşı hər həftə içi beş gün saat 09:00-dan saat 16:00-dək xəstəxananın kassasında xidmət göstərmiş, bir müddət iş rejiminə həftənin şənbə günü günorta saatlarınadək xidmət göstərmək də daxil olmuşdur. Bankın əməkdaşı xəstəxananın kassasında xidmət göstərmədiyi günlərdə və saatlarda isə vətəndaşlar tərəfindən edilən ödənişlər xəstəxananın xəzinədarı tərəfindən qəbul edilmiş, növbəti iş günü bankın əməkdaşı işə getdikdə həmin xəzinədar tərəfindən pul vəsaiti və qəbzin bir nüsxəsi sonuncuya təhvil verilmiş, bankın əməkdaşı isə həmin məbləği bankın sistemində xəstəxananın hesabına mədaxil edib toplanan vəsaitləri banka təhvil vermişdir. Bankın əməkdaşı “Qusar RMX” PHŞ-nin kassasında xidmət göstərdiyi müddətdə orada xəzinədar kimi Şahid16 və Şahid17 əyləşmiş, nadir hallarda isə onları xəstəxananın başqa qeydiyyatçıları əvəz etmişlər. 2020-ci ilin iyun ayının ortalarından dekabr ayının ortalarınadək “COVİD-19” pandemiyası ilə əlaqədar ABB-nin “Qusar RMX” PHŞ-nin kassasında xidmət göstərmədiyi müddətdə bank tərəfindən vətəndaşlardan heç bir ödəniş qəbul edilməmiş, pullu tibbi xidmətlərə görə toplanan məbləğlər qismən bank hesabına mədaxil edilmişdir. Belə ki, bank tərəfindən hesablaşma-kassa xidmətlərinin göstərildiyi dövrdə bankın əməkdaşının sərəncamında banka məxsus seyf olduğundan həmin əməkdaş qəbul etdiyi pulları seyfə yığıb iş gününün sonunda özü ilə apararaq hesaba mədaxil etmişdir. Bank tərəfindən həmin xidmətlərin göstərilməsinin müvəqqəti dayandırıldığı müddət ərzində isə kassada xəzinədar Şahid16 və qeydiyyatçı Şahid17 əyləşərək pulları qəbul etmiş, onların həmin pulları bank hesabına mədaxil edənədək təhlükəsiz şəraitdə saxlamaq üçün seyfləri, həmçinin hər iş gününün sonunda pulların etibarlı şəraitdə Quba şəhərinə aparılaraq bank hesabına mədaxil olunmasını təmin etmək üçün xəstəxananın inkassator sistemi mövcud olmamışdır. Ona görə də, o, müəssisənin əmlakının qorunub-saxlanılmasına cavabdeh şəxs kimi kassada pulları qəbul edən şəxslərə hər iş gününün sonunda topladıqları vəsaitləri özünə təhvil vermələrini tapşırmış, həmin pulları otağındakı seyfdə saxlayacağını və mütəmadi olaraq Quba şəhərinə aparıb bank hesabına mədaxil edəcəyini bildirmiş, Şahid16 və Şahid17 isə tapşırıq əsasında tibbi xidmətlərin göstərilməsinə görə pasiyentlərdən qəbul etdikləri pul vəsaitlərini heç bir rəsmiləşdirmə olmadan müntəzəm surətdə xidməti otağında ona təhvil vermişlər. İyundan dekabradək olan müddət ərzində o, bu qaydada ümumilikdə 53.756 manat məbləğində pul vəsaitini hesaba mədaxil etmədən otağındakı seyfdə saxlamış, lakin şəxsi ehtiyaclarına sərf etməmiş və yoxlamadan sonra hesaba köçürmüşdür. Pulları müntəzəm surətdə ona təhvil vermiş Cəlal və Oksanaya həmin vəsaitləri hesaba köçürüb-köçürməməsi barədə açıqlama verməmiş, onlar pulların mütəmadi olaraq hesaba köçürüldüyünü zənn etmişlər. Ödənişin gecikməsinin səbəblərindən biri vaxt məhdudiyyəti baxımından Qubaya banka gedə bilməməyi ilə bağlı olmuş, pulu banka aparmaq üçün isə başqa şəxsə etibar etməmişdir. O, bu məbləğin hamısını Maliyyə Nazirliyinin müvafiq yoxlamasından sonra, xx.xx.2021-ci il tarixdə “Qusar RMX” PHŞ-nin "xxxx" ASC-nin Quba filialında olan hesabına ödəyərək, pulu uzun müddət saxlamadan tez bir zamanda hesaba ödəməli olduğunu, bununla bağlı diqqətsizliyə yol verdiyini etiraf edir. “COVİD-19” pandemiyası ilə əlaqədar tədbirlərdə fəal iştirak etmişdir. Təqsiri olmasa da dəymiş ziyanı ödəmiş, ailə üzvləri tərəfindən dəymiş ziyanın əlli faizi məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Göstərdiklərinin nəzərə alınmasını, təqsirsiz olduğuna görə ona bəraət verilməsini xahiş edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittiham üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, 2011-ci ildən Qusar rayon mərkəzi xəstəxanasında həkim-stomatoloq kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs təxminən 2012-ci ildən Qusar RMX-in baş həkimi vəzifəsində işləmiş, xəstəxana publik hüquqi şəxs təşkilati-hüquqi formasında İTSDA-nın tabeliyinə keçirildikdən sonra isə müəssisənin direktoru təyin edilmişdir. Fəaliyyət göstərdiyi Poliklinika şöbəsinin Stomatoloji kabinetində istifadəsində olan 5 çıxışlı stomatoloji kreslo köhnəldiyindən həmin avadanlığın yenisi ilə əvəz edilməsi üçün direktor Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmişdir. Köhnəlmiş stomatoloji kreslonu Poliklinika şöbəsinin Stomatoloji kabinetində fəaliyyət göstərməyə başladığı vaxtdan istifadə etdiyindən artıq istismar xassələri əhəmiyyətli dərəcədə azalmış və xəstələrə keyfiyyətli xidmət göstərmək mümkün olmamışdır. Qeyd olunan stomatoloji kreslonun təyinatı ondan ibarətdir ki, pasiyentlərə həmin kreslonun üzərində uzanıqlı vəziyyətdə tibbi-stomatoloji xidmətlər göstərilir. Stomatoloji kreslo 3 çıxışlı və 5 çıxışlı olmaqla iki yerə bölünür. 3 çıxışlı stomatoloji kresloda su, hava ucluqları, diş yonmaq üçün ucluq və endodantik (diş kanalının doldurulması) alət üçün ucluq, 5 çıxışlı kresloda isə dişin ağardılması və cilalanması üçün əlavə iki ədəd ucluq nəzərdə tutulmuşdur. İstifadə etdiyi, yəni köhnəlmiş vəziyyətdə olan stomatoloji kreslo 5 çıxışlı olduğuna görə yenisi ilə əvəz edilməsi zamanı da kabinetə 5 çıxışlı kreslo verilməli olmuşdur. Beləliklə, istifadəsində olan stomatoloji avadanlıq köhnə olduğundan bəzi detalları yararsız vəziyyətə düşmüş və o, işlərini keyfiyyətlə icra edə bilmədiyindən 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs xəstəxananın 4-cü mərtəbəsində yerləşən xidməti otağında şəxsən özünə müraciət edib istifadəsində olan stomatoloji kreslonun istismara yararsız vəziyyətə düşdüyünü, xəstələri müayinə və müalicə edə bilmədiyini deyərək, fəaliyyət göstərdiyi kabinetə yeni 5 çıxışlı stomatoloji kreslo verilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə öz növbəsində yeni avadanlığın sifariş verilməsinin xərci olduğunu bildirərək, bunun üçün ondan 2.500 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs tələb etdiyi pulu vermədən yeni avadanlığı aldırmayacağını görüb razılaşmağa məcbur olmuşdur, halbuki TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrinin, o cümlədən Qusar rayon mərkəzi xəstəxanasının fəaliyyəti ilə əlaqədar malların (işlərin, xidmətlərin) satın alınmasının büdcə vəsaiti hesabına satınalma müsabiqələri, yəni kotirovka sorğusu və açıq tender vasitəsilə həyata keçirildiyini bilmişdir. Lakin Təqsirləndirilən şəxs tibb müəssisəsinin rəhbəri kimi müəssisənin pasiyentlərə keyfiyyətli tibbi xidmətlər göstərməsini təmin etmək üçün xəstəxananın şöbə, bölmə və digər struktur qurumlarının xidməti fəaliyyətlə əlaqədar hansı qurğu və avadanlıqlara ehtiyacı olduğunu müntəzəm nəzarətdə saxlamalı, köhnəlmiş, istismar müddəti başa çatmış və digər səbəblərdən istismara yararsız vəziyyətə düşmüş qurğu və avadanlıqların yenisi ilə əvəz edilməsi, yeni qurğu, avadanlıq, tibbi və sair ləvazimatların verilməsini təşkil etməli olmuş, lakin üzərinə qoyulmuş xidməti vəzifələrini yerinə yetirmək üçün ondan qanunsuz olaraq 2.500 manat məbləğdə rüşvət tələb etmiş, o isə Təqsirləndirilən şəxs maddi imkanının qənaətbəxş olmadığını bildirib, yeni avadanlıq verilməsi müqabilində 2.000 manat verə biləcəyini dedikdə, sonuncu onunla razılaşmışdır. O, yalnız Təqsirləndirilən şəxs tələb etdiyi 2.000 manatı verəcəyinə dair öhdəlik götürdükdən, yəni tələbini qəbul etdikdən sonra Təqsirləndirilən şəxs stomatoloji avadanlığın 1 ay ərzində verilməsini təşkil edəcəyini bildirmiş, o isə bir neçə gün ərzində tələb olunan 2.000 manatı düzəldib hissə-hissə verəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxsla arasında müvafiq məzmunda razılaşma olarkən xidməti otaqda ikisindən başqa heç kəs olmamışdır. O, Təqsirləndirilən şəxsla razılaşsa da, sonuncunun tələbinin qanunsuz olduğunu, digər tibb müəssisələrində qurğu və avadanlıqların büdcə vəsaiti hesabına pulsuz verildiyini bildiyinə görə öz istəyi ilə bu barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, həmin müraciətlə əlaqədar araşdırma başlanmış, araşdırmanın gedişində KMBİ-in əməkdaşları tərəfindən qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış tədbirlərinin keçiriləcəyi, həmin tədbirlər çərçivəsində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ifşa edilməsi və cinayət başında yaxalanmasını təmin etməkdən ötrü sonuncuya tələb etdiyi pul vəsaitlərini verərkən çəkiliş aparılması üçün əvvəlcədən onun üzərinə xüsusi təyinatlı audio-video qeydiyyat cihazının yerləşdiriləcəyi və pul vəsaitlərinin çəkilişlə Təqsirləndirilən şəxs təqdim ediləcəyi bildirilmişdir. O, öz razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak edərək, 11 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində tələb olunan pulun 1.000 manatını Təqsirləndirilən şəxs vermək üçün xəstəxanaya getmiş və idarə etdiyi “Toyota Prado” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xəstəxananın həyətində saxlayıb inzibati binaya daxil olaraq liftlə 4-cü mərtəbəyə qalxıb, Təqsirləndirilən şəxs otağına daxil olaraq salamlaşdıqdan sonra təklikdə söhbət edib stomatoloji kreslonun verilməsi ilə bağlı məsələnin həllinin necə olacağını soruşmuş, Təqsirləndirilən şəxs həmin kreslonun qiymətinin nə qədər olduğunu maraqlandıqda isə o, avadanlığın müxtəlif qiymətlərə olduğunu bildirmiş, həmçinin tələb etdiyi məbləği azaltmasını xahiş etmişdir. O, bunu pandemiya dövründə işlərin zəif olduğu ilə əsaslandırmış, lakin Təqsirləndirilən şəxs onun pandemiya dövründə də fasiləsiz işlədiyini bildirərək, qiyməti azaltmağa razılaşmamış, o isə qiymətin azalmamasına etiraz etmədiyi üçün Təqsirləndirilən şəxs stasionar telefonla xəstəxananın Satınalma şöbəsinin müdiri Şahid2 zəng edərək, alınması nəzərdə tutulmuş tibbi avadanlıqların siyahısına 5 çıxışlı stomatoloji kreslonun yazılması barədə göstəriş vermişdir. Bundan dərhal sonra o, 10 ədəd 100 manatlıq kağız pul əskinasını sayıb 1.000 manatı Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə öz növbəsində pulu götürüb masanın üzərindəki kitablardan birinin altına qoymuşdur. O, qalan 1.000 manatı 2-3 gün, ən geci 1 həftə ərzində verəcəyini deyərək, kreslonun verilməsinin tezləşdirilməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs avadanlığı hansı şirkətdən alacağını qabaqcadan bilmədiyini, 1 ay ərzində kabinetə verilməsini həll edəcəyini bildirmişdir. O, tələb olunan ümumi məbləğin 1.500 manata endirilməsini istəsə də, Təqsirləndirilən şəxs bununla razılaşmamış, buna görə də o, qalan 1.000 manatı 2-3 gün ərzində verəcəyini deyib sağollaraşaraq otaqdan çıxmışdır. Növbəti dəfə, 19 oktyabr 2021-ci il tarixdə qalıq 1.000 manatı vermək üçün idarə etdiyi “Toyota Prado” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xəstəxananın həyətində saxlayıb inzibati binaya daxil olaraq liftlə 4-cü mərtəbəyə qalxmış və Təqsirləndirilən şəxs otağına daxil olaraq salamlaşdıqdan sonra təklikdə 10 ədəd 100 manatlıq kağız pul əskinasını sayaraq Təqsirləndirilən şəxs vermiş, sonuncu isə öz növbəsində pulu götürüb masanın üzərinə qoymuşdur. Bundan sonra o, direktordan kabinetə veriləcək kreslonun lazerli olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə bu barədə məlumatının olmadığını, ancaq kabinetə müasir avadanlığın veriləcəyini, yəqin ki, lazerinin də olacağını bildirmişdir. Məlumat üçün lazerlə, yəni şüa aparatı ilə təchiz olunmuş avadanlıq vasitəsilə dişin plomblanması və plombun bərkidilməsi xidmətlərinin göstərilməsinin mümkün olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avadanlığın mümkün qədər qısa müddət ərzində kabinetə veriləcəyini demiş və o, sağollaşaraq otaqdan çıxmışdır. Daha sonra isə KMB-in əməkdaşları içəri daxil olmuşlar. Sonradan Şahid2 ona 5 çıxışlı stomatoloji kreslonu da Təqsirləndirilən şəxs tapşırığı əsasında satınalma müsabiqəsi vasitəsilə xəstəxana üçün alınacaq maşın və avadanlıqların siyahısına daxil etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 bildirdi ki, xx.xx.2021-ci ildən hazırkı dövrədək xəstəxananın Satınalma şöbəsinin müdiri vəzifəsində işləyir. 2021-ci il üçün “maşın və avadanlıqların alınması” maddəsi üzrə sifarişlər əsasında siyahıların hazırlanmasına avqust ayında başlanmış və bütün sifarişlər toplandıqdan sonra oktyabr ayının sonlarında kotirovka sorğusunun keçirilməsi planlaşdırılmışdır. 11 oktyabr 2021-ci il tarixdə saat 14:30 radələrində direktor Təqsirləndirilən şəxs onun istifadəsində olan “133” nömrəli daxili xidməti telefona zəng edərək, tibbi avadanlıqların alınması üçün hazırlanmış siyahıya 5 (beş) çıxışlı stomatoloji kreslonu da yazmağını tapşırmış və o, həmin tapşırığı yerinə yetirəcəyini bildirmişdir. Həmin günədək bəzi xərc maddələri üzrə yekun siyahıları hazırlayıb “e-tender.gov.az” saytına yerləşdirsə də, “maşın və avadanlıqların alınması” maddəsi üzrə elanları portala yerləşdirməmişdir. Təqsirləndirilən şəxs ona həmin tapşırığı verərkən Şahid1la arasındakı pul haqq-hesabı ilə bağlı sövdələşmədən onun xəbəri olmamışdır. Sadəcə olaraq, Mübariz xəstəxananın direktoru olduğuna görə tibb müəssisəsinin işini, inzibati-təsərrüfat fəaliyyətini təşkil etmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini, o cümlədən, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək səlahiyyətləri olduğundan həmin öhdəliklərin yerinə yetirilməsi üçün tibb müəssisəsinin rəhbəri kimi şöbə, bölmə və digər struktur qurumların işçilərinin əmək funksiyalarının vaxtında, tam həcmdə və keyfiyyətlə icra edilməsi məqsədilə kotirovka sorğusu üsulu ilə yeni qurğu və avadanlıqlarla təchiz edilməsini, habelə istismar müddəti bitmiş və istifadəyə yararsız hesab edilən qurğu və avadanlıqların yenisi ilə əvəz edilməsini təşkil etmək və bu istiqamətdə görülən işlərə nəzarət etmək öhdəliyi daşımışdır. Məhz bunu nəzərə alaraq, o, həmin tapşırığı yerinə yetirib müvafiq siyahıya 5 çıxışlı stomatoloji kreslonu da əlavə etmiş və elə həmin gün siyahını tamamlayaraq, tender komissiyası ilə razılaşdırıb “e-tender.gov.az” saytına yerləşdirmişdir. Lakin müsabiqədə iştirak etmək istəyən namizədlərlə bağlı yetərli sayın olmaması ilə əlaqədar “maşın və avadanlıqların alınması” maddəsi üzrə oktyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulan kotirovka sorğusu keçirilməmiş və siyahısı tərtib olunmuş mallar, o cümlədən 5 çıxışlı stomatoloji kreslo alınmamışdır. Təqsirləndirilən şəxs 5 çıxışlı stomatoloji kreslonu müsabiqə yolu ilə alınması nəzərdə tutulmuş maşın və avadanlıqların siyahısına əlavə etməsi müqabilində ona hər hansı məbləğdə pul və sair nemət verməmiş və o, öz xidməti vəzifələrini yerinə yetirərək, həmin avadanlığı direktorun tapşırığına əsasən müvafiq siyahıya əlavə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid1 pul istədiyini və aldığını bilməmiş, həmçinin Təqsirləndirilən şəxs ona bu və ya digər məsələ ilə bağlı heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında Şahid18 göstərdi ki, xx.xx.2020-ci il tarixdən hazırkı dövrədək Qusar RMX-in Xəstə xidmətləri şöbəsinin müdiri vəzifəsində işləyir. Xəstə xidmətləri şöbəsi xəstəxanaya daxil olan və çıxan ambulator və stasionar xəstələrin, o cümlədən həmin xəstələrə göstərilən tibbi xidmətlərin qeydiyyatını aparır və şöbə müdiri kimi özü də daxil olmaqla xəstə xidmətləri şöbəsinin bütün işçiləri qeyri-tibb işçiləri hesab olunur. Halhazırda rəhbərlik etdiyi şöbənin 38 nəfər qeydiyyatçısı vardır. Xəstəxanaya müraciət edən xəstə ilk növbədə qeydiyyatçıya yaxınlaşaraq, faydalanmaq istədiyi tibbi xidmətin adını bildirir, qeydiyyatçı xəstə barəsində zəruri məlumatları elektron sistemə daxil edir, sistem avtomatlaşdırılmış qaydada tibbi xidmətin haqqını müəyyən etdikdən sonra qeydiyyatçı müvafiq məlumatların qeyd olunduğu kağızı çap edərək xəstəyə verir və xidmət haqqını xəzinəyə ödədikdən sonra tibbi xidmətlərdən istifadə edəcəyini bildirir. Bundan sonra xəstə qeydiyyatçıdan aldığı kağızla xəzinəyə yaxınlaşıb xidmət haqqını ödəyir, xəzinədar xəstəyə ödənişin icra edilməsi barədə möhürlü qəbz təqdim edir və xəstə həmin qəbzi müvafiq şöbəyə təqdim edərək, tibbi xidmətlərdən yararlanır. xx.xx.2020-ci il tarixdə xəstəxanada icbari tibbi sığorta sistemi tətbiq olunduqdan sonra xəstəxana ilə "xxxx" arasında bağlanmış müqaviləyə uyğun olaraq, bank tərəfindən xəstəxanada hesablaşmakassa xidmətlərinin göstərilməsinə başlanılmış və həmin xidmət çərçivəsində bankın Quba filialının əməkdaşı hər gün saat 09:00-dan 17:00-dək xəzinə bölməsində xüsusi ayrılmış otaqda xidmət apararaq, xəstələrdən tibbi xidmətlərə görə ödənilən pulları qəbul edib bankdakı hesablaşma hesabına köçürülməsini təmin etmişdir. Həmin dövrdə xəzinədarlar vətəndaşlardan pul qəbul etmədiyindən bu işlə bilavasitə bankın əməkdaşı məşğul olmuşdur. Bu proses 2020-ci ilin yanvarından iyun ayınadək davam etmiş, lakin pandemiya dövründə koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar olaraq 2020ci ilin iyununda bankın əməkdaşı geri çağırıldığından ilin sonunadək vətəndaşlara göstərilən tibbi xidmətlərə görə pulların qəbul edilməsi yenidən xəzinədarlar tərəfindən həyata keçirilməyə başlanmışdır. Həmin dövrdə xəzinədarlar tibbi xidmətlərə görə ödənilən pulları xəstələrdən aldıqdan sonra saxlamaq üçün direktor Təqsirləndirilən şəxs təhvil vermişlər, lakin o, təhvil-təslimin hansı qaydada həyata keçirildiyini bilməmiş, çünki bu prosesin qeydiyyat şöbəsi ilə əlaqəsi olmamışdır. Rəhbərlik etdiyi Xəstə xidmətləri şöbəsinin qeydiyyatçıları yalnız bir halda tibbi xidmətlərdən istifadə etmək üçün müraciət edən şəxslərdən pul vəsaitləri qəbul etmişlər. Belə ki, xəstəxananın xəzinədarlarının iş vaxtı saat 09:00-dan 17:00-dəkdir. Bankın əməkdaşı xəstəxanada olmadığı dövrdə iş vaxtı ərzində tibbi xidmətlərin göstərilməsinə görə vətəndaşlardan nağd pul vəsaitlərini xəzinədarlar qəbul edərək Təqsirləndirilən şəxs təhvil vermişlər, Təqsirləndirilən şəxs isə həmin pul vəsaitlərinin bir qismini xəstəxananın bankdakı hesablaşma hesabına köçürmüşdür. Xəzinədarların iş vaxtı başa çatdıqdan sonra gecə vaxtı xəstəxanaya gələn xəstələrə tibbi sığortanın baza zərfinə daxil olmayan xidmətlər göstərildikdə həmin xidmətlərin haqqı ödənilmir, belə ki, xəzinədar yerində olmadığına görə qeydiyyatçı tərəfindən müvafiq sənədlər hazırlandıqdan sonra xəstə aidiyyəti üzrə şöbəyə yönəldilərək ona tibbi xidmət göstərilir, xidmət haqqı isə ertəsi gün iş vaxtı başlananda qeydiyyatçının göndərişi əsasında xəzinəyə ödənilir. Yalnız bir halda - gecə vaxtı xəstəxanaya stasionar xəstə qəbul edildikdə xəstəni yatışa göndərmək üçün 20 manat xidmət haqqı dərhal ödənilir və həmin məbləği qeydiyyatçı qəbul edib ertəsi gün pulu xəzinədara təhvil verir, ona görə ki, yatışa görə xidmət haqqı ödənilmədən xəstənin stasionara yerləşdirilməsi mümkün deyildir. Nadir hallarda isə xəstəxananın Stomatologiya şöbəsinin həkimləri iş vaxtı başa çatdıqdan sonra iş yerində qalıb tibbi xidmətlər göstərdikdə həmin xidmətlərə görə pul vəsaitləri dərhal xəstə tərəfindən qeydiyyatçıya ödənilir, qeydiyyatçı isə aldığı pul vəsaitlərini ertəsi gün iş vaxtı başlanan kimi xəzinədara təhvil verir. Həkim-stomatoloqlar, bir qayda olaraq, ən geci saat 17:00-dan sonra xəstəxanada olmadıqları üçün sözügedən vəziyyətə nadir hallarda rast gəlinir. Anoloji qaydalar bank tərəfindən hesablaşma-kassa xidmətlərinin göstərildiyi vaxtlarda da tətbiq edilmişdir. Məhkəmə iclasında Şahid16 göstərdi ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Qusar rayon mərkəzi xəstəxanasının Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin xəzinədarı işləmişdir, xx.xx.2021-ci il tarixdən hazırkı dövrədək mühasibatlıq bölməsinin mühasibi işləyir. xx.xx.2020-ci il tarixdə Hesabatlıq bölməsinin xəzinədarı vəzifəsinə təyin olunsa da, həmin vəzifə üzrə əmək funksiyalarının icrasına faktiki olaraq 2020-ci ilin may ayının ortalarından başlamış, çünki yeni sistemin tətbiq olunması ilə əlaqədar bir müddət xəstəxanada təşkilati məsələlərin həlli həyata keçirilmişdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər xx.xx.2020-ci il tarixdə qüvvəyə mindikdən sonra həmin tarixdən xəstəxanada icbari tibbi sığorta sistemi tətbiq olunarkən Qusar RMX ilə "xxxx"nın Quba filialı arasında bağlanmış müqaviləyə əsasən, xəstəxananın bankda hesablaşma hesabı açılmış və tibbi sığortanın baza zərfinə daxil olmayan xidmətlərin göstərilməsinə görə pasiyentlər tərəfindən xəstəxananın xəzinəsinə ödənilən pul vəsaitlərinin həmin hesaba köçürülməsi qaydası müəyyənləşdirilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə bank tərəfindən xəstəxanada hesablaşma-kassa xidmətlərinin göstərilməsinə başlanılmışdır. Bankın səlahiyyətli nümayəndəsi həftənin İ-V günləri saat 09:00-dan 17:00-dək xəstəxananın inzibati binasında xəzinə bölməsində ayrılmış otaqda xidmət apararaq, tibbi xidmətlərə görə ödənilən pulları qəbul edib gündəlik bank hesabına köçürülməsini təmin etmiş və yaradılmış inkassator sisteminə uyğun olaraq, hər iş gününün sonunda bankın əməkdaşı xəstəxananın xəzinəsində toplanan pul vəsaitlərini xəstəxanadan çıxarıb xüsusi nəqliyyat vasitəsilə "xxxx"nın Quba filialına apararaq, hesaba mədaxil etmişdir. 2020-ci ilin yanvarmay aylarında o, faktiki xəzinədarlıq fəaliyyəti ilə məşğul olmadığına görə qeyri-iş günlərində hesablaşma-kassa xidmətlərinin hansı qaydada həyata keçirilməsi barədə dəqiq məlumatı olmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx"nın Quba filialı tərəfindən həyata keçirilən hesablaşma-kassa xidmətləri çərçivəsində həmin ilin may ayından o da öz əmək funksiyalarının icrasına başlamışdır. Belə ki, tibbi xidmətlərdən istifadə etmək arzusunda olan pasiyent xəstəxanaya müraciət edərkən ilk növbədə qeydiyyat bölməsinə yaxınlaşmış, qeydiyyatçı tərəfindən pasiyentin zəruri məlumatları və istifadə etmək istədiyi tibbi xidmətin növü elektron sistemə daxil edilməklə ödənilməli olan pul vəsaitinin miqdarı barədə qəbz çap olunaraq pasiyentə verilmiş, pasiyent isə xəzinəyə yaxınlaşıb həmin qəbzi ona təqdim etdikdə, o, qəbzdəki məlumatların düzgünlüyünü yoxladıqdan sonra ödənişin icra edilməsi üçün qəbzi bankın əməkdaşına təqdim etmişdir. Bankın əməkdaşı pasiyentdən qəbzdə göstərilən məbləğdə pul vəsaitini ya nağd, ya da nağdsız qaydada qəbul etmiş və nağdsız ödəniş ABB-ə məxsus terminal vasitəsilə icra olunmuşdur. Hər iki ödəniş üsulunun nəticəsi olaraq, bankın nümayəndəsi 3 nüsxədən ibarət çek tərtib edib banka məxsus möhürlə təsdiqləyərək və ya terminal vasitəsilə çap edərək, birini özündə saxlayıb, birini pasiyentə, birini isə ona təqdim etmişdir. O, çekin bir nüsxəsini aldıqdan sonra elektron sistemdə pasiyentin borcu kimi göstərilən vəsaitin silinməsini aparmış, həftənin şənbə günləri bankın nümayəndəsi xəstəxanada olmadığına görə isə kassa xidmətlərini bilavasitə özü həyata keçirib pasiyentlərdən tibbi xidmət haqlarını qəbul edərək onlara xəstəxanaya məxsus möhürlə təsdiq etdiyi çeki vermiş, həftənin birinci günü isə yığılan pul vəsaitlərini çeklər əsasında bankın nümayəndəsinə təhvil vermişdir. Qeyri-iş saatlarında, yəni həm onun, həm də bankın nümayəndəsinin işdə olmadığı gecə saatlarında və həftənin bazar günlərində pullu tibbi xidmətlərin göstərilməsinə zərurət yarandıqda pasiyentlərdən xidmət haqlarını qeydiyyatçılar qəbul edib iş gününün əvvəlində qəbzlə bankın nümayəndəsinə təhvil vermişlər. Ölkə ərazisində yeni növ koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar tətbiq edilən sərt karantin tədbirləri çərçivəsində xx.xx.2020-ci il tarixdən həmin ilin sonunadək "xxxx"nın Quba filialı tərəfindən həyata keçirilən hesablaşma-kassa xidmətləri dayandırıldığından bankın nümayəndəsi xəstəxanadan geri çağırılmışdır. Qeyd edilən müddət ərzində kassa xidmətləri xəzinədar qismində onun tərəfindən həyata keçirilmiş və yuxarıda sadaladığı prosedurlara riayət etməklə tibbi sığortanın baza zərfinə daxil olmayan xidmətlərin göstərilməsinə görə pasiyentlərdən qəbul etdiyi nağd pul vəsaitlərini direktor Təqsirləndirilən şəxs göstərişi əsasında hər iş gününün axırında sonuncuya təhvil vermişdir. Müxtəlif məbləğlərdə pul vəsaitlərini Təqsirləndirilən şəxs təhvil verərkən müvafiq ödənişlərin icra edilməsini təsdiqləyən möhürlü kassa çeklərinin xəstəxanada qalan nüsxəsini də sonuncuya təqdim etmiş, lakin pulların Təqsirləndirilən şəxs təhvil verilməsi barədə hər hansı yazılı rəsmiləşdirmə aparılmamış, bu isə aralarındakı etibarlı münasibətlərin olmasından irəli gəlmişdir. Təqsirləndirilən şəxs pul vəsaitlərinin ona təhvil verilməsi barədə tələbini onun xidməti otağında, yəni pul vəsaitlərini qəbul etdiyi xəzinə bölməsində həmin vəsaitlərin etibarlı saxlanması üçün seyfin və pul vəsaitlərinin bank hesabına təhlükəsiz şəraitdə köçürülməsini təmin edən inkassator sisteminin olmaması ilə əsaslandıraraq, pul vəsaitlərini öz xidməti otağındakı seyfdə daha etibarlı şəraitdə saxlayaraq, mütəmadi olaraq bankdakı hesablaşma hesabına köçürəcəyini bildirmiş, buna görə də, o, müəssisənin rəhbərinin müvafiq göstərişlərini qeyd-şərtsiz yerinə yetirərək, kassada toplanan pul vəsaitlərini tam həcmdə sonuncuya şifahi təhvil vermiş, lakin Təqsirləndirilən şəxs həmin pulları bank hesabına köçürübköçürməməsi barədə ona heç bir məlumat verməmiş, o isə öz növbəsində subordinasiya qaydalarını gözləməklə sonuncudan bu barədə hesabat istəməmiş, pulların hesaba mədaxil edildiyini düşünmüşdür. O, Təqsirləndirilən şəxs vəsaitləri hesaba mədaxil etməməsindən maliyyə yoxlaması aparılarkən xəbərdar olmuş, birincinin pulları harada, necə saxlamasını, o cümlədən həmin pulları uzun müddət özündə saxlayaraq xəstəxananın bank hesabına ödəməməsinin səbəbini bilməmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək növbəti əmək məzuniyyətində olduğuna, bundan başqa, 2020-ci ildə başlayan Vətən Müharibəsi dövründə elan edilmiş səfərbərlik üzrə çağırış əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iş yeri və əmək haqqı saxlanılmaqla həqiqi hərbi xidmətdə olduğuna görə həmin dövrlərdə onu Şahid17 əvəz edərək, hesablaşma-kassa xidmətləri göstərmiş, eyni qaydada xəstələrdən aldığı nağd pul vəsaitlərini hər iş gününün sonunda Təqsirləndirilən şəxs təhvil vermişdir. Maliyyə yoxlaması zamanı ona məlum olmuşdur ki, müvafiq dövr üzrə xəstəxananın qeydiyyat sistemi üzrə qeydə alınmış 117.824,14 manat ödənişə qarşı hesablaşma hesabına 53.756,00 manat az vəsait mədaxil olunmuşdur. Qeyd edilən 53.756 manat məbləğdə vəsaitin xəstəxananın bank hesabına ödənilməsi direktor Təqsirləndirilən şəxs tərəfindən təmin edilməli olmuşdur. 2020-ci ilin sonlarından etibarən isə yenidən xəstəxanada "xxxx"nın Quba filialı tərəfindən həyata keçirilən hesablaşma-kassa xidmətləri bərpa edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 2020-2021-ci illərdə xəstəxananın Xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsində işləmiş, halhazırda Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işləyən Şahid17, Maliyyə şöbəsinin müdiri Şahid20 və Hesabatlıq bölməsinin müdiri Şahid21 da Şahid16 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Şahid19 göstərdi ki, xx.xx.2020-ci il tarixdən "xxxx" ASC-nin Quba filialında icbari tibbi sığorta üzrə mütəxəssis vəzifəsində işləyir. 13 dekabr 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən, "xxxx" ASC-nin Quba filialı Azərbaycan Respublikası Zərərçəkmiş şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin tərkibində müştəriyə hesablaşma-kassa xidmətləri göstərir. Bu müqavilə xəstəxana ilə bank arasında bağlanmışdır. 2020-ci ilin yanvar ayından etibarən xəstəxanada göstərilən pullu tibbi xidmətlərə görə kassa əməliyyatlarının aparılması məqsədi ilə "xxxx" ASC-nin Quba filialının əməkdaşı xəstəxananın kassasında əyləşmiş, bu xidmətlər bankın icbari tibbi sığorta üzrə mütəxəssisi qismində onun tərəfindən göstərilmişdir. “COVİD-19” infeksiyası ilə bağlı Azərbaycan Respublikası ərazisində sərt karantin rejimi tətbiq edildiyindən 18 iyun 2020-ci il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin bağlanması səbəbindən bank tərəfindən xəstəxananın kassasında xidmətlərin göstərilməsi dayandırılmış, 24 dekabr 2020-ci il tarixdə isə bu xidmətlərin göstərilməsi yenidən bərpa edilmişdir. Xidmətlərin dayandırıldığı müddət ərzində onun ştatı ləğv edilmiş, xidmətlər bərpa edildikdən sonra isə yenidən öz işinə qayıtmışdır. Həmin tarixdən 2021-ci ilin oktyabr ayının əvvəllərinədək “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin kassasında xidmət göstərmiş, sonradan hazırkı dövrədək isə “Quba RMX” PHŞnin kassasında xidmət göstərir. “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin kassasında bank xidmətləri göstərdiyi müddətdə kassada onunla yanaşı xəstəxananın xəzinədarı da əyləşmiş, bu zaman o, bankın sistemində, xəstəxananın xəzinədarı isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sistemində işləmişdir. Belə ki, hər hansı bir vətəndaş pullu tibbi xidmətin göstərilməsi ilə əlaqədar müraciət etdikdə əvvəlcə xəstəxananın xəzinədarı tərəfindən xəstəxananın sistemində xəstənin adına olan ödəniş təsdiq edilmiş, daha sonra isə o, vətəndaşdan ödənişi qəbul edib bankın sistemində həmin məbləği xəstəxananın hesabına mədaxil edərək, aldığı pulu günün sonunadək kassadakı seyfdə saxlamışdır. Ödənişə uyğun olaraq vətəndaşa üzərində bankın möhürü olan qəbz vermiş, qəbzin digər nüsxələri isə xəstəxanada və bankda qalmışdır. Hər günün sonunda işlədiyi "xxxx" ASCnin Quba filialının avtomobili və sürücüsü ilə pulu həmin banka aparıb təhvil vermişdir. O, hər həftə içi beş gün saat 09:00-dan 16:00-dək xəstəxananın kassasında xidmət göstərmiş, həmçinin bir müddət iş rejiminə həftənin şənbə günü günorta saatlarınadək xidmət göstərmək də daxil olmuşdur. Xəstəxananın kassasında xidmət göstərmədiyi günlərdə və saatlarda isə vətəndaşlar tərəfindən edilən ödənişlər xəstəxananın xəzinədarı tərəfindən qəbul edilmiş, növbəti iş günü işə getdikdə həmin xəzinədar tərəfindən pul vəsaiti və qəbzin bir nüsxəsi ona təhvil verilmiş, o da həmin məbləği bankın sistemində xəstəxananın hesabına mədaxil edib daha sonra bu məbləği banka təhvil vermişdir. “Qusar RMX” PHŞ-nin kassasında xidmət göstərdiyi müddətdə orada xəzinədar kimi Şahid16 və Şahid17 əyləşmiş, nadir hallarda isə sonuncuları xəstəxananın qeydiyyatçıları əvəz etmişlər. 18 iyun 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək “COVİD-19” pandemiyası ilə əlaqədar bankın “Qusar RMX” PHŞ-nin kassasında xidmət göstərmədiyi müddətdə bank tərəfindən vətəndaşlardan heç bir ödəniş qəbul edilməmiş və pullu tibbi xidmətlərə görə toplanılan məbləğlər bank hesabına mədaxil edilməmişdir. Bu xidmətlərin göstərilməsi 24 dekabr 2020-ci il tarixdə yenidən bərpa edilmiş, bir müddət sonra isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən xəstəxanada yoxlama keçirilmişdir. Xəstəxanada yoxlama aparıldığı vaxt ona məlum olmuşdur ki, xəstəxananın bank hesabında 53.756 (əlli üç min yeddi yüz əlli altı) manat məbləğdə vəsait çatışmazlığı aşkar edilmişdir. Həmin pul vəsaitləri bankın xəstəxanada hesablaşmakassa xidmətlərinin göstərilməsini müvəqqəti dayandırdığı müddət ərzində pasiyentlərdən xəstəxananın öz işçiləri tərəfindən qəbul edilmiş, lakin hesaba mədaxil olunmamış, yalnız sonradan - xx.xx.2021-ci il tarixdə xəstəxana tərəfindən tam həcmdə "xxxx" ASC-nin Quba filialında olan hesabına köçürülmüşdür. Məhkəmə iclasında dindirilmiş şahidlər: X3 təsərrüfat bacısı Şahid3 2020-ci ilin mart ayında tərtib olunmuş qrafik əsasında 16 gün işdə olaraq 442,17 manat, iyun ayında tərtib olunmuş qrafik əsasında 13 gün işdə olaraq 374,24 manat; X3 xadiməsi Şahid4 2020-ci ilin mart ayında tərtib olunmuş qrafik əsasında 16 gün işdə olaraq 442,17 manat, aprel ayında tərtib olunmuş qrafik əsasında 26 gün işdə olaraq 690,90 manat; X3 xadiməsi Şahid5 2020-ci ilin mart ayında tərtib olunmuş qrafik əsasında 16 gün işdə olaraq 442,17 manat, aprel ayında tərtib olunmuş qrafik əsasında 26 gün işdə olaraq 690,90 manat, may ayında tərtib olunmuş qrafik əsasında 19 gün işdə olaraq 670,28 manat, iyun ayında tərtib olunmuş qrafik əsasında 13 gün işdə olaraq 396,61 manat; X3 xadiməsi Şahid6 2020-ci ilin mart ayında tərtib olunmuş qrafik əsasında 16 gün işdə olaraq 442,17 manat, aprel ayında tərtib olunmuş qrafik əsasında 26 gün işdə olaraq 690,90 manat, may ayında tərtib olunmuş qrafik əsasında 19 gün işdə olaraq 670,28 manat, iyun ayında tərtib olunmuş qrafik əsasında 13 gün işdə olaraq 396,61 manat; X3 xadiməsi Şahid7 2020-ci ilin mart ayında tərtib olunmuş qrafik əsasında 16 gün işdə olaraq 442,17 manat, aprel ayında tərtib olunmuş qrafik əsasında 26 gün işdə olaraq 690,90 manat, may ayında tərtib olunmuş qrafik əsasında 19 gün işdə olaraq 670,28 manat, iyun ayında tərtib olunmuş qrafik əsasında 13 gün işdə olaraq 366,11 manat; X3 bufetçisi Şahid8 2020-ci ilin mart ayında tərtib olunmuş qrafik əsasında 16 gün işdə olaraq 424,93 manat, iyun ayında tərtib olunmuş qrafik əsasında 13 gün işdə olaraq 359,72 manat; Təcili və X7 şöbəsinin xadiməsi Şahid10 2020-ci ilin aprel ayında tərtib olunmuş qrafik əsasında 14 gün işdə olaraq 45,28 manat; Təcili və X7 şöbəsinin xadiməsi Şahid11 2020-ci ilin aprel ayında tərtib olunmuş qrafik əsasında 14 gün işdə olaraq 45,28 manat; Təcili və X7 şöbəsinin xadiməsi Şahid12 2020-ci ilin aprel ayında tərtib olunmuş qrafik əsasında 14 gün işdə olaraq 37,73 manat; Təcili və X7 şöbəsinin xadiməsi Şahid13 2020-ci ilin aprel ayında tərtib olunmuş qrafik əsasında 14 gün işdə olaraq 52,82 manat; Təcili və X7 şöbəsinin xadiməsi Şahid14 2020-ci ilin aprel ayında tərtib olunmuş qrafik əsasında 14 gün işdə olaraq 45,28 manat; X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 2020-ci ilin may ayında tərtib olunmuş qrafik əsasında 19 gün işdə olaraq 670,28 manat, iyun ayında tərtib olunmuş qrafik əsasında 13 gün işdə olaraq 448,94 manat, iyul ayında tərtib olunmuş qrafik əsasında 8 gün işdə olaraq 221,38 manat məbləğində müddətli əlavələrin hesablanaraq onlara ödənildiyini, plastik kart vasitəsi ilə həmin məbləğləri nağdlaşdırıb özləri istifadə etdiklərini, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitində işlədiklərinə görə onlara ödənilmiş müddətli əlavələrdən sabiq direktor Təqsirləndirilən şəxs və ya xəstəxananın digər rəhbər işçilərinə hər hansı məbləğdə pul vəsaiti vermədiklərini və qrafik üzrə nəzərdə tutulan günlərdə iş yerində olmaqla əmək funksiyalarını yerinə yetirdiklərini bildirmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş, səhhəti ilə bağlı gələ bilmədiyindən məhkəmə iclasında həmin ifadəsi tədqiq edilmiş, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 ifadəsində 2020-ci ilin mart ayında tərtib olunmuş qrafik əsasında 10 gün işdə olaraq 276,36 manat, aprel ayında tərtib olunmuş qrafik əsasında 26 gün işdə olaraq 690,90 manat, may ayında tərtib olunmuş qrafik əsasında 19 gün işdə olaraq 670,28 manat, iyun ayında tərtib olunmuş qrafik əsasında 13 gün işdə olaraq 366,11 manat məbləğində müddətli əlavələrin hesablanaraq ona ödənildiyini, plastik kart vasitəsi ilə həmin məbləğləri nağdlaşdırıb özü istifadə etdiyini, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitində işlədiyinə görə ona ödənilmiş müddətli əlavələrdən sabiq direktor Təqsirləndirilən şəxs və ya xəstəxananın digər rəhbər işçilərinə hər hansı məbləğdə pul vəsaiti vermədiyini və qrafik üzrə nəzərdə tutulan günlərdə iş yerində olmaqla əmək funksiyalarını yerinə yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Maliyyə şöbəsinin müdiri Şahid20 göstərdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarında yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan tibbi profilaktik tədbirləri həyata keçirən qeyri-tibb işçilərinin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında müddətli əlavənin müəyyən olunmasına baxmayaraq, pandemiya dövründə həmin işçilər virusa yoluxma riski yüksək olan şəraitdə işlədiklərinə görə direktor Təqsirləndirilən şəxs əmrləri əsasında mübarizə və profilaktika tədbirlərinə cəlb edilmiş bir qrup qeyri-tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 4 və 5 misli miqdarında əlavələr hesablanaraq ödənilmişdir. Məhkəmə iclasında Şahid22 göstərdi ki, Zərərçəkmiş şəxs Maliyyə Departamentinin Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamının icrasını təmin etmək məqsədilə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə müəyyən edilərək ödənilməlidir. Nazirlər Kabinetinin müvafiq Qərarında infeksiya ilə mübarizə tədbirlərinə cəlb edilən qeyri-tibb işçilərinə müddətli əlavələrin ödənilməsi haqqında heç bir müddəa nəzərdə tutulmamış, bununla yanaşı, həmin Qərarın 3-cü bəndində tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsi ilə bağlı təkliflərin hazırlanması İTSDA-a həvalə edildiyindən Agentlik tərəfindən müvafiq siyahı hazırlanaraq xx.xx.2020-ci il tarixli, 07-01-515/20 №-li məktubla razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilmiş və həmin siyahının 1.5-ci bəndində “yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər işçiləri” müddəası təsbit edilməklə qeyri-tibb işçiləri də tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin sırasına aid edilmişdir. Müvafiq siyahı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş və Qərarın 1.1-ci bəndi həmin qayda üzrə tətbiq edilməyə başlanmışdır. Qeyri-tibb işçilərinin pandemiya şəraitində göstərdikləri xidmətin növündən, həcmindən və digər xüsusiyyətlərdən asılı olmayaraq, onlara aylıq vəzifə (tarif) maaşının 3 mislindən artıq miqdarda müddətli əlavələr ödənilə bilməz. İş materiallarında olan protokoldan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 20 oktyabr 2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, diskin içərsində “2021-10-11_15-13_cut” və “2021-10-19_11- 36_cut” adlı fayllar vardır. “2021-10-11_15-13_cut” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid1 xx.xx.2021-ci il tarixdə gündüz vaxtı idarə etdiyi avtomobili Qusar rayon mərkəzi xəstəxanasının həyətində saxlayıb maşından düşdükdən sonra xəstəxananın inzibati binasına doğru hərəkət edərək içəri daxil olur və liftə minib 4-cü mərtəbəyə qalxır. Şahid1 liftdən çıxıb birbaşa xəstəxananın direktoru Təqsirləndirilən şəxs xidməti otağına doğru irəliləyir, otaqdan içəri daxil olub qapını örtür və iş masasının arxasında oturmuş Təqsirləndirilən şəxsla 5 çıxışlı stomatoloji kreslonun alınması il\ bağlı danışıq aparırlar, Təqsirləndirilən şəxs stasionar telefonla xəstəxananın Satınalma şöbəsinin müdiri Şahid2 zəng edərək, “tibbi avadanlıqların alınması siyahısına 5 çıxışlı stomatoloji kreslo yaz”- deyib dəstəyi asır. Sonra Şahid1 “1000-i indi verim sizə, 1000-i də 2-3 günə düzəldib verəcəm, doktor, bu, aparatın sifarişidir e bilirsiz”- deyərək 10 ədəd 100 manatlıq kağız pul əskinasını sayıb Təqsirləndirilən şəxs verir, Təqsirləndirilən şəxs isə öz növbəsində pulu götürüb masanın üzərindəki kitablardan birinin altına qoyur. Daha sonra Şahid1la Təqsirləndirilən şəxs arasındakı dialoq davam edir, Şahid1 Təqsirləndirilən şəxsla sağollaşıb otaqdan çıxır və video çəkiliş başa çatır. “2021-10-19_11-36_cut” adlı fayla baxış keçirilərkən müəyyən edildi ki, Şahid1 xx.xx.2021-ci il tarixdə gündüz vaxtı idarə etdiyi avtomobili Qusar rayon mərkəzi xəstəxanasının həyətində saxlayıb maşından düşdükdən sonra xəstəxananın inzibati binasına doğru hərəkət edərək içəri daxil olur və liftə minib 4-cü mərtəbəyə qalxır. Şahid1 liftdən çıxıb birbaşa xəstəxananın direktoru Təqsirləndirilən şəxs xidməti otağına doğru irəliləyir, otaqdan içəri daxil olub qapını örtür və iş masasının arxasında oturmuş Təqsirləndirilən şəxs qarşısında əyləşir. Şahid1 Təqsirləndirilən şəxsla salamlaşıb əhvalını soruşduqdan sonra onların arasında dialoq baş tutur, Şahid1 10 ədəd 100 manatlıq kağız pul əskinasını sayıb Təqsirləndirilən şəxs verir, Təqsirləndirilən şəxs isə öz növbəsində pulu götürüb masanın üzərinə qoyur. İş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarına əsasən, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə binaya daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “Pul vəsaitlərinin və xüsusi texniki vasitənin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 işlədiyi kabinetə stomatoloji kreslonun verilməsi müqabilində sonuncudan 2.000 manat pul tələb etmiş Təqsirləndirilən şəxs ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Baş İdarənin Əməliyyat İdarəsinin əməkdaşı tərəfindən Şahid1 Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 10 ədəd 100 manatlıq pul əskinasları (A44627120, C85052083, A35807680, A67043564, A24452931, B06084499, A72084284, C86747643, C67754734, C********) təqdim edilmiş və pulun Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio-video yazısının qeydə alınması üçün üzərindəki paltara “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılaraq avadanlıqdan istifadə qaydaları izah olunmuşdur. İş materiallarında olan “Pul vəsaitlərinin və xüsusi texniki vasitənin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 işlədiyi kabinetə stomatoloji kreslonun verilməsi müqabilində sonuncudan 2.000 manat pul tələb etmiş Təqsirləndirilən şəxs ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Baş İdarənin Əməliyyat İdarəsinin əməkdaşı tərəfindən Şahid1 Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 10 ədəd 100 manatlıq pul əskinasları (A24322502, A68483459, A81899507, B12810512, A85402593, A14077969, A94651101, A31174224, A37696187, A********) təqdim edilmiş və pulun Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio-video yazısının qeydə alınması üçün üzərindəki paltara “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılaraq avadanlıqdan istifadə qaydaları izah olunmuşdur. A94651101, A14077969, A31174224, A37696187 və A56675415 nömrəli əskinasların üzərinə ultrabənövşəyi işıqda görünən “Rüşvət 2021” yazıları yazılmışdır. İş materiallarında olan sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 5/1202 №-li rəyinə əsasən, tədqiqata təqdim edilmiş 10 ədəd A24322502, A68483459, A81899507, B12810512, A85402593, A14077969, A94651101, A31174224, A37696187 və A56675415 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Təqdim edilmiş 05 ədəd A94651101, A14077969, A31174224, A37696187 və A56675415 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində ultrabənövşəyi işıqda görünən “Rüşvət 2021” yazıları müəyyən edildi. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin binası dörd mərtəbəli olmaqla, ərazisi dəmir çəpərlə əhatəyə alınmışdır. Binanın əsas giriş qapısı qəhvəyi rəngli şüşə materialdandır. Giriş qapısından içəri daxil olduqda geniş foye vardır. Sağ tərəfdə yerləşən pilləkənlə binanın dördüncü mərtəbəsinə çıxıb, sağ tərəflə hərəkət etdikdə dəhlizin sol tərəfində orta hissədə direktorun qəbul otağı yerləşir. Direktorun xidməti otağına daxil olduqda girişlə üzbəüz otağın sonunda Təqsirləndirilən şəxs otaqda olması müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs özü haqqında məlumat verməsi təklif olunduqda o, hal-hazırda “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru, ümumiyyətlə isə 2012-ci ildən həmin xəstəxananın rəhbəri vəzifəsində çalışdığını bildirdi. Ona Şahid1 stomatoloji kreslonun verilməsi üçün sonuncudan tələb etdiyi 2.000 manat məbləğində puldan qalmış və 19 oktyabr 2021-ci il tarixdə saat 11:25 radələrində xidməti otağında almış olduğu 1.000 manat məbləğində pulu könüllü təqdim etməsi barədə müraciət edildikdə, o, əynindəki pencəyin sol döş cibindən ağ kağız vərəqinə bükülü halda 100 manatlıq əskinaslardan ibarət olan pulları çıxarıb təqdim etdi. Həmin pulu hansı məqsədlə alması barədə sual verildikdə Təqsirləndirilən şəxs qeyd olunan pulu Şahid1 stomatoloji kreslonun verilməsi üçün aldığını təsdiq etdi. Pul əskinasları Təqsirləndirilən şəxs götürülərək iş masasının qarşısında yerləşən masanın üzərinə tək-tək düzüldü və müəyyən edildi ki, orada ümumilikdə 10 ədəd 100 manatlıq əskinaslar olmaqla 1.000 manat pul vardır. Həmin pul əskinasların seriya və nömrələri aşağıdakı kimidir: A24322502, A68483459, A81899507, B12810512, A85402593, A14077969, A94651101, A31174224, A37696187, A********. 10 ədəd 100 manatlıq əskinasların üzərinə xüsusi işıq vasitəsi ilə alatoran vəziyyətdə baxıldıqda əskinaslardan 5 ədədinin üzərinə “Rüşvət 2021” sözlərinin yazılması müəyyən edildi. İş üzrə əhəmiyyət kəsb etdiyindən qeyd olunan pul əskinasları yığılaraq götürülüb qablaşdırıldı. İşdə olan “Əşya və sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanadakı xidməti otağına baxış aparılması zamanı müvafiq qaydada götürülmüş, birincinin xx.xx.2021-ci il tarixdə Şahid1 alaraq əynindəki paltarın sol döş cibinə qoyduğu və könüllü olaraq təqdim etdiyi, ağ rəngli kağız vərəqə bükülmüş 1.000 (bir min) manat məbləğdə pul vəsaiti 10 ədəd 100 manatlıq əskinas formasında olmaqla seriya və nömrələri A24322502, A68483459, A81899507, B12810512, A85402593, A14077969, A94651101, A31174224, A37696187 və A56675415-dir, yəni həmin əskinasların seriya və nömrələri xx.xx.2021-ci il tarixdə Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən Şahid1 təqdim olunmuş əskinasların seriya və nömrələri ilə uyğunluq təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Şahid1 aldığı 10 ədəd A24322502, A68483459, A81899507, B12810512, A85402593, A14077969, A94651101, A31174224, A37696187 və A56675415 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları Azərbaycan Respublikası Baş Prokurorluğuna saxlanca verilmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin "Qusar rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin 01 mart 2017-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması nəticəsində tərtib edilmiş 24 aprel 2021-ci il tarixli akta, işçilərin əmək haqlarına müddətli əlavələrin ödənilməsi cədvəli və digər maliyyə sənədlərindən görünür ki, 2020-ci ilin mart ayı üzrə tərtib olunmuş qrafik əsasında yeni növ koronavirus (Covid- 19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunmuş X3 təsərrüfat bacısı Şahid3 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid4 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid5 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid6 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid7 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 bufetçisi Şahid8 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 637,39 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.062,32 manat olmaqla, 424,93 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 işlədiyi 10 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 414,54 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 690,90 manat olmaqla, 276,36 manat artıq əmək haqqı ödənişi üzrə vəsait; 2020-ci ilin aprel ayı üzrə tərtib olunmuş qrafik əsasında X3 xadiməsi Şahid4 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid5 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid6 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid7 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait; 2020-ci ilin aprel ayı üzrə tərtib olunmuş qrafik əsasında Təcili və X7 şöbəsinin xadiməsi Şahid10 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 135,82 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 181,10 manat olmaqla, 45,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, Təcili və X7 şöbəsinin xadiməsi Şahid11 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 135,82 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 181,10 manat olmaqla, 45,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, Təcili və X7 şöbəsinin xadiməsi Şahid12 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 113,19 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 150,92 manat olmaqla, 37,73 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, Təcili və X7 şöbəsinin xadiməsi Şahid13 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 158,47 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 211,29 manat olmaqla, 52,82 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, Təcili və X7 şöbəsinin xadiməsi Şahid14 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 135,82 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 181,10 manat olmaqla, 45,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait; 2020-ci ilin may ayı üzrə tərtib olunmuş qrafik əsasında X3 xadiməsi Şahid5 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid6 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid7 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait; 2020-ci ilin iyun ayı üzrə tərtib olunmuş qrafik əsasında X3 təsərrüfat bacısı Şahid3 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 561,36 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 935,60 manat olmaqla, 374,24 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid5 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 591,94 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 988,55 manat olmaqla, 396,61 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid6 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 591,94 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 988,55 manat olmaqla, 396,61 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xadiməsi Şahid7 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 546,40 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 912,51 manat olmaqla, 366,11 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 bufetçisi Şahid8 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 539,38 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında cəmi 899,10 manat olmaqla, 359,72 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 546,40 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında cəmi 912,51 manat olmaqla, 366,11 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 669,98 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.118,92 manat olmaqla, 448,94 manat artıq əmək haqqı ödənişi üzrə vəsait; 2020-ci ilin iyul ayı üzrə tərtib olunmuş qrafik əsasında X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 işlədiyi 8 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 331,34 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 552,72 manat olmaqla 221,38 manat artıq əmək haqqı ödənişi üzrə vəsait olmaqla cəmi 12.874,15 manat (on iki min səkkiz yüz yetmiş dörd manat on beş qəpik) məbləğində əmək haqqı ödənişi üzrə vəsait hesablanmışdır. Müvafiq hesablamalar “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin direktoru Təqsirləndirilən şəxs xəstəxana üzrə qəbul etdiyi 01 mart 2020-ci il tarixli 29 nömrəli, 01 aprel 2020-ci il tarixli 45 nömrəli, 04 may 2020-ci il tarixli 85 nömrəli, 31 may 2020-ci il tarixli 104 nömrəli, 03 iyun 2020-ci il tarixli 120 nömrəli, 11 iyun 2020-ci il tarixli 125 nömrəli və 24 avqust 2020-ci il tarixli 203 nömrəli əmrlər əsasında aparılmışdır. İşdə olan “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin direktoru Təqsirləndirilən şəxs xəstəxana üzrə qəbul etdiyi 01 mart 2020-ci il tarixli 29 nömrəli, 01 aprel 2020-ci il tarixli 45 nömrəli, 04 may 2020-ci il tarixli 85 nömrəli, 31 may 2020-ci il tarixli 104 nömrəli, 03 iyun 2020-ci il tarixli 120 nömrəli, 11 iyun 2020-ci il tarixli 125 nömrəli və 24 avqust 2020-ci il tarixli 203 nömrəli əmrlərdən görünür ki, 2020-ci ilin mart-iyul ayları ərzində yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunmuş X3 təsərrüfat bacısı Şahid3, X3 xadiməsi Şahid4, X3 xadiməsi Şahid5, X3 xadiməsi Şahid6, X3 xadiməsi Şahid7, X3 bufetçisi Şahid8, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9, Təcili və X7 şöbəsinin xadiməsi Şahid10, Təcili və X7 şöbəsinin xadiməsi Şahid11, Təcili və X7 şöbəsinin xadiməsi Şahid12, Təcili və X7 şöbəsinin xadiməsi Şahid13, Təcili və X7 şöbəsinin xadiməsi Şahid14 və X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 əmək haqlarına iş vaxtı uçotunun tabelinə uyğun olaraq aylıq vəzifə (tarif) maaşının 4 və 5 misli miqdarında müddətli əlavələrin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ üzrə xx.xx.2020-ci il tarixli 29 №-li əmrə əsasən, yeni növ koronavirus infeksiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə tibb müəssisəsində məhdudlaşdırıcı rejim tətbiq edilməklə Yoluxucu xəstəliklər şöbəsində 20 çarpayılıq karantində işləyən işçi qruplarının yaradılması, aylar üzrə həmin qrupların tərkibinin müəyyən olunması, “Covid-19” infeksiyası ilə əlaqədar mübarizə və profilaktika tədbirlərinin həyata keçirilməsinə tibb işçiləri ilə yanaşı qeyri-tibb işçilərindən mühafizəçilər, qeydiyyatçılar və informasiya texnologiyaları (İT) üzrə mütəxəssislərin cəlb edilməsi, həmin tədbirlərin icrası həvalə olunmuş tibb və qeyri-tibb işçilərinin qeyri-iş günlərində də işə cəlb edilməsi nəzərdə tutulmuşdur. İşdə olan "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin işçilərinin ödəniş kartlarından çıxarışların əks olunduğu 01 (bir) ədəd diskə əsasən, 2020-ci ilin mart-iyul ayları ərzində yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunmuş X3 təsərrüfat bacısı Şahid3, X3 xadiməsi Şahid4, X3 xadiməsi Şahid5, X3 xadiməsi Şahid6, X3 xadiməsi Şahid7, X3 bufetçisi Şahid8, X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9, Təcili və X7 şöbəsinin xadiməsi Şahid10, Təcili və X7 şöbəsinin xadiməsi Şahid11, Təcili və X7 şöbəsinin xadiməsi Şahid12, Təcili və X7 şöbəsinin xadiməsi Şahid13, Təcili və X7 şöbəsinin xadiməsi Şahid14 və X3 xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15, yəni ümumilikdə 13 nəfərin adına "xxxx" ASC-in Qusar filialında açılmış kart hesablarına cəmi 12.874,15 manat (on iki min səkkiz yüz yetmiş dörd manat on beş qəpik) məbləğində pul vəsaiti köçürülmüş və qeyd edilən şəxslər tərəfindən Qusar rayonu ərazisində olan ayrı-ayrı bankomatlar vasitəsilə nağdlaşdırılmışdır. İşdə olan "Qusar rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxslə Zərərçəkmiş şəxs arasında bağlanmış icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə münasibətləri tənzimləyən 15 may 2020-ci il tarixli 017/TXM nömrəli müqaviləyə əsasən, tibb müəssisəsi sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsini, Agentlik isə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. İşdə olan “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxslə "xxxx" ASC-in Quba filialı arasında bağlanmış “Hüquqi şəxslərə bank hesablarının açılması və xidmət göstərilməsi üzrə” 13 dekabr 2019-cu il tarixli BPM**********89 nömrəli müqavilənin 2.1.2-ci bəndinə əsasən, bank tərəfindən müştəriyə hesablaşma-kassa xidmətlərinin göstərilməsi çərçivəsində xəstəxana tərəfindən ödənişli tibbi xidmətlərin göstərilməsi müqabilində toplanan pul vəsaitləri xəstəxanaya məxsus olmaqla "xxxx" ASC-in Quba filialında açılmış AZİİBAZ******************** nömrəli hesablaşma hesabına mədaxil olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin "Qusar rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin 01 mart 2017-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması nəticəsində tərtib edilmiş 24 aprel 2021-ci il tarixli akta və digər maliyyə sənədlərinə əsasən, xəstəxana tərəfindən Xidmətlər Zərfinə daxil olmayan ödənişli tibbi xidmətləri üzrə vəsaitin toplanması üçün "xxxx"nın Quba filialında AZİİBAZ******************** nömrəli hesablaşma hesabı açılmış, 2020-ci ildə müxtəlif şəxslərə xidmət zərfinə daxil olmayan tibbi xidmətlərin göstərilməsindən cəmi 64124,14 manat vəsait mədaxil olunmuş, bundan 4 halda 56,00 manat vəsait geri qaytarılmış, hesabdan məxaric olmamış, 01 yanvar 2021-ci il tarixə hesablaşma hesabında 64068,14 manat məbləğində vəsait qalmışdır. Xəstəxana ilə bank arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən, bank xəstəxananın tərkibində müştəriyə hesablaşma-kassa xidmətləri göstərmişdir. Belə ki, xəstəxananın qeydiyyat şöbəsi tərəfindən avtomatlaşdırılmış qeydiyyat sistemi üzrə ödənişli xidmətlər qeydiyyata alınmış, xəstəxananın xəzinədarı və bankın nümayəndəsi tərəfindən müştərilərdən nağd vəsaitlər qəbul edilmiş, vəsait bank hesabına mədaxil olunduğu və xəzinədar tərəfindən vəsaitin ödənildiyini avtomatlaşdırılmış sistemdə təsdiq edildikdən sonra müştəriyə tibbi xidmət göstərilmişdir. Xəstəxananın avtomatlaşdırılmış qeydiyyat sistemi üzrə 2020-ci il ərzində toplanılması qeydə alınmış ümumi vəsaitin məbləği ilə "xxxx"nın Quba filialında olan AZİİBAZ******************** nömrəli hesablaşma hesabına mədaxil olunmuş məbləğlər üzləşdirildi və nəticədə xəstəxananın qeydiyyat sistemi üzrə qeydə alınmış 117824,14 manat ödənişə qarşı hesablaşma hesabına 64068,14 manat və ya 53756,00 manat az vəsait mədaxil olunduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci ilin iyun ayında qeydiyata alınmış 8211,54 manat ödənişə qarşı 6640,54 manat və ya 1571,00 manat az, iyul ayında 6672,00 manat ödənişə qarşı hesaba vəsait mədaxil olunmamış, avqust ayında 11216,70 manat ödənişə qarşı hesaba 19,70 manat və ya 11197,00 manat az, sentyabr ayında 16954,47 manat ödənişə qarşı hesaba 34,47 manat və ya 16920,00 manat az, oktyabr ayında 9129,74 manat ödənişə qarşı hesaba 16,74 manat və ya 9113,00 manat az, noyabr ayında 4915,00 manat ödənişə qarşı hesaba vəsait mədaxil olunmamış, dekabr ayında 4461,00 manat ödənişə qarşı hesaba 1093,00 manat və ya 3368,00 manat az vəsait mədaxil olunmuşdur. İş materiallarına əlavə olunmuş “Qusar rayon mərkəzi xəstəxanası”nın avtomatlaşdırılmış qeydiyyat sistemi üzrə qeydə alınmış məlumatları əks etdirən çıxarışlara əsasən, 2020-ci il ərzində xəstəxana tərəfindən müxtəlif şəxslərə icbari tibbi sığortanın xidmət zərfinə daxil olmayan tibbi xidmətlərin göstərilməsindən cəmi 117.824,14 manat ödəniş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “Qusar rayon mərkəzi xəstəxanası”nın hər gün yenilənməsi nəzərə alınmaqla “1”-dən başlayaraq müxtəlif nömrələri ehtiva edən cəmi 3.444 ədəd xəzinə mədaxil qəbzlərinə əsasən, 2020-ci ilin iyun-dekabr ayları ərzində xəstəxana tərəfindən müxtəlif şəxslərə icbari tibbi sığortanın xidmət zərfinə daxil olmayan tibbi xidmətlərin göstərilməsindən xəzinəyə 53.826,91 manat (əlli üç min səkkiz yüz iyirmi altı manat doxsan bir qəpik) məbləğində vəsait mədaxil olunmuşdur. İşdə olan "xxxx" ASC-dən təqdim edilmiş xx.xx.2021-ci il tarixli çıxarışlara əsasən, 2020-ci ildə xəstəxana tərəfindən müxtəlif şəxslərə icbari tibbi sığortanın xidmət zərfinə daxil olmayan tibbi xidmətlərin göstərilməsindən "xxxx"nın Quba filialında açılmış AZİİBAZ******************** nömrəli hesablaşma hesabına cəmi 64.124,14 manat vəsait mədaxil olunmuş, bundan 4 halda 56,00 manat vəsait geri qaytarılmış, hesabdan məxaric olmamış, o cümlədən 2020-ci ilin iyun-dekabr ayları ərzində xəzinəyə daxil olmuş 53.826,91 manat (əlli üç min səkkiz yüz iyirmi altı manat doxsan bir qəpik) məbləğində vəsaitdən xəstəxananın "xxxx" ASC-in Quba filialındakı AZİİBAZ******************** nömrəli hesablaşma hesabına terminal vasitəsilə 24 avqust 2020-ci il tarixdə 19,7 manat (on doqquz manat yetmiş qəpik), 2 sentyabr 2020-ci il tarixdə 19,7 manat (on doqquz manat yetmiş qəpik), 17 sentyabr 2020-ci il tarixdə 14,77 manat (on dörd manat yetmiş yeddi qəpik), 22 oktyabr 2020-ci il tarixdə 1,97 manat (bir manat doxsan yeddi qəpik), 26 oktyabr 2020-ci il tarixdə 14,77 manat (on dörd manat yetmiş yeddi qəpik) olmaqla, cəmi 70,91 manat (yetmiş manat doxsan bir qəpik) vəsait köçürülmüşdür. 01 yanvar 2021-ci il tarixə hesablaşma hesabında 64.068,14 manat məbləğində vəsait qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli BPM**********74 №-li mədaxil qəbzinə əsasən, 53.756,00 (əlli üç min yeddi yüz əlli altı) manat məbləğində vəsait xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən xəstəxananın "xxxx" ASC-in Quba filialındakı AZİİBAZ******************** nömrəli hesablaşma hesabına mədaxil olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli BPM**********28 №-li ödəniş tapşırığına əsasən, 12.874,15 manat (on iki min səkkiz yüz yetmiş dörd manat on beş qəpik) məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Zərərçəkmiş şəxsndən daxil olmuş xx.xx.2022ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli 418 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə 12 aprel 2019-cu il tarixli 163 nömrəli Qərarına əsasən, bir sıra tibb müəssisələri, o cümlədən “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs (bundan sonra – Qusar RMX) 01 yanvar 2020-ci il tarixdən etibarən TƏBİB-in tabeliyinə verilmiş və həmin tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni Zərərçəkmiş şəxs (bundan sonra – Agentlik) həyata keçirməsi nəzərdə tutulmuşdur. 2020-ci il üzrə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktik tədbirlərlə bağlı xərclər üçün “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 1.12.4.2.7ci “İslahatlarla bağlı xərclər” yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 153,00 milyon manat və 2020-ci il 9 aprel tarixli 1975 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 97,00 milyon manat olmaqla cəmi 250,00 milyon manat vəsait ayrılmışdır. Bundan başqa, həmin məqsədlər üçün “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 1.5.4.9-cu “Səhiyyə sahəsi üzrə əməyin ödənilməsi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 2020-ci ilin sonunadək 369,00 milyon manat vəsait ayrılmışdır. Ümumilikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təyinatı üzrə ayrılmış 619,00 milyon manat vəsaitdən 190,66 milyon manat vəsaiti yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən tibb və qeyri-tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur. Müddətli əlavələrin ödənişi üçün nəzərdə tutulan vəsaitdən Qusar RMX tərəfindən aylar üzrə Agentliyə təqdim edilən sifarişlər əsasında 1.454.919,26 manat məbləğində vəsait aidiyyəti üzrə tibb müəssisəsinə köçürülmüşdür. Qusar RMX-nın yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərinin əmək haqlarına müddətli əlavələrin ödənilməsi üçün ayrılmış vəsaitin və eyni zamanda, icbari tibbi sığortanın baza zərfinə daxil olmayan xidmətlərin göstərilməsinə görə əldə edilən vəsaitin mülkiyyət mənsubiyyəti Agentliyə aiddir. İşdə olan “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən, xx.xx.2020-ci il tarixdən “Qusar RMX” PHŞ icbari tibbi sığorta sisteminə keçmişdir. Bununla əlaqədar olaraq onun maliyyələşmə sistemi də icbari tibbi sığorta sisteminin tələblərinə uyğun olaraq dəyişilmişdir. “Qusar RMX” PHŞ-in “saxlanması xərclər”inin maliyyələşməsi AR Maliyyə Nazirliyi tərəfindən Zərərçəkmiş şəxsnə ayrılmış büdcə vəsaiti hesabına aparılır. Bunun üçün “Qusar RMX” PHŞ tərəfindən müvafiq qaydada hər iliin aprel-may aylarında növbəti il üçün saxlanma xərcləri üzrə hazırlanmış proqnoz göstəricilərini əks etdirən smeta layihəsi Zərərçəkmiş şəxsnə təqdim olunur. Zərərçəkmiş şəxs tərəfindən isə Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq olunduqdan sonra “Qusar RMX” PHŞ tərəfindən təqdim olunmuş proqnoz göstəricilərinə uyğun xərclər smetası tərtib edilərək təsdiq olunur. Buna uyğun olaraq Zərərçəkmiş şəxs “Qusar RMX” PHŞ-in hər ay üçün faktiki xərcləri əsasında təqdim edilmiş sifariş üzrə avans olaraq saxlanma xərclərini maliyyələşdirir. 2020-ci il üçün “Qusar RMX” PHŞ-in xərclər smetası İcbar Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2020-ci ilin iyun ayında təsdiq olunmuş, həmin ilin noyabr ayında bir sıra xərc maddələrində yaranan artıq xərclənmə və gözlənilən qənaəti nəzərə almaqla ilkin variantda təsdiq olunmuş məbləğ çərçivəsində dürüstləşdirilmiş smeta kimi təsdiq olunmuşdur. Eyni qaydada, 2021-ci il üçün təsərrüfat fəaliyyətinin nəticələrini təhlil etməklə qanunvericiliyin tələblərinə uyğun olaraq noyabr-dekabr aylarında smetada nəzərdə tutulmuş xərc maddələri üzrə məbləğləri faktiki xərclərlə üzləşdirməklə gözlənilən artıq xərclənmə və qənaəti nəzərə almaqla dürüstləşmə üçün layihə Zərərçəkmiş şəxsnə göndərilmiş, Zərərçəkmiş şəxs tərəfindən həmin dürüstləşmədəki məlumatlar dəqiqləşdirildirilməklə təsdiq edilmişdir. “Qusar RMX” PHŞ-in digər təyinatı üzrə - Covid-19-la mübarizə tədbirlərinə cəlb olunmuş işçilərə ödənilən müddətli əlavələrin maliyyələşməsi isə smetasız, faktiki xərclərə görə AR Maliyyə Nazirliyi tərəfindən Zərərçəkmiş şəxsnə ayrılmış “fövqəladə maliyyələşmə vəsaiti” hesabına aparılmışdır. 2021-ci ilin ilkin və dürüstləşdirilmiş xərclər smetasında “311150 - Maşın və avadanlıqların satın alınması” maddəsi üzrə 49.000,00 (qırx doqquz min) manat məbləğində vəsait nəzərdə tutulmuşdur. 2021-ci ildə “Qusar RMX” PHŞ-in mal, iş və xidmətlərin alışının satınalma metodu ilə həyata keçirilməsi üçün müvafiq qaydada “Qusar RMX” PHŞ-in tender komissiyası yaradılmışdır. “Qusar RMX” PHŞ-in rəhbərliyi, tender komissiyası və satınalma şöbəsi tərəfindən təlabat nəzərə alınmaqla 2021-ci ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait çərçivəsində alınacaq maşın və avadanlıqların siyahısı tərtib edilməklə onların hər birinin ayrı-ayrılıqda təxmini qiymətləri müəyyənləşdirilmişdir. Belə ki, 2021-ci ildə “Maşın və avadanlıqların satın alınması” üzrə həmin komissiya tərəfindən tərtib edilmiş siyahıda cəmi məbləğ 41.200,00 (qırx bir min iki yüz) manat olmaqla 12 adda 53 vahid maşın və avadanlıq müəyyən olunmuşdur (siyahı əlavə olunur) . “Qusar RMX”PHŞ-in tender komissiyası tərəfindən dəqiqləşdirilmiş və rəhbəri tərəfindən təsdiq olunmuş həmin siyahıda təxmini dəyəri 4.000,00 (dörd min) manata qədər olan 1 ədəd “5 çıxışlı Stomatoloji kreslo”nun alınması nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixdə tərtib və təsdiq olunmuş siyahıya uyğun “Maşın və avadanlıqların alınması” üçün satınalmanın həyata keçirilməsindən ötrü e-tender.gov.az saytında satınalama planı, həmin satınalmanın keçirilməsi qaydasını əks etdirən elan yerləşdirilmişdir. “Qusar RMX” PHŞ-in tender komissiyası tərəfindən verilmiş elanla müəyyən olunmuş müddətdə iddialı təşkilatlar tərəfindən həmin kotirovka sorğusunda iştirak etmək üçün heç bir müraciət olunmamışdir. Bu hal “Qusar RMX” PHŞ-in tender komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə kotirovka sorğusunun baş tutmaması kimi qiymətləndirilərək, 2 saylı aktla aktlaşdırılmış və həmin kotirovka sorğusunun baş tutmaması haqqında bildiriş satınalmanın elektron sisteminə yerləşdirilmişdir. 15.12. 2021ci il tarixdə təkrarən “311150 - Maşın və avadanlıqların alınması” maddəsi üzrə kotirovka sorğusunun keçirilməsi üçün elan verilmiş, həmin kotirovka sorğusunda iştirak etmək üçün heç bir təşkilat tərəfindən müraciət edilmədiyindən xx.xx.2021-ci il tarixdə kotirovka sorğusunun baş tutmaması barədə qərar qəbul olunaraq elektron sistemə yerləşdirilmişdir. Beləliklə, 2021-ci ildə “311150 – Maşın və avadanlıqların alınması” üzrə kotirovka sorğusu baş tutmadığı üçün “Qusar RMX” PHŞ tərəfindən həmin xərc maddəsi üzrə heç bir alış həyata keçirilməmişdir. İşdə olan Zərərçəkmiş şəxs İdarə Heyətinin sədri tərəfindən 1 iyun 2021-ci il tarixdə təsdiq edilmiş “Qusar rayon mərkəzi xəstəxanası üzrə 2021-ci ilin xərclər smetası”na əsasən, 2021-ci ildə xəstəxananın müxtəlif fəaliyyət istiqamətləri üzrə proqnozlaşdırılmış xərc maddələri əsas götürülməklə xəstəxanaya Azərbaycan Respublikasının dövlət büdcəsindən Zərərçəkmiş şəxs vasitəsilə 5 910 860,00 (beş milyon doqquz yüz on min səkkiz yüz altmış) manat vəsait ayrılmış, qeyd olunan vəsaitin 49.000,00 (qırx doqquz min) manatı “311150 - Maşın və avadanlıqların alınması” maddəsinin realizəsi üçün nəzərdə tutulmuşdur. İşdə olan “TƏBİB”-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən, “TƏBİB”in tabeliyində olan tibb müəssisələri satınalma proseslərini “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli 163 nömrəli Qərarına əsasən, Qusar rayon mərkəzi xəstəxanası 01 yanvar 2020-ci il tarixdən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə 31 yanvar 2020-ci il tarixli 18 nömrəli əmrə əsasən, Təqsirləndirilən şəxs “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********9796500 nömrəli çıxarışa əsasən, Təqsirləndirilən şəxs “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin qanuni təmsilçisi olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə Zərərçəkmiş şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin tabeliyindəki tibb müəssisələrində qüvvədə olan “Tibb müəssisəsinin rəhbərinin nümunəvi vəzifə Təlimatı”na və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin 31 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protokolu ilə təsdiq edilərək 25 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, tibb müəssisəsinə rəhbərliyi həyata keçirən şəxs qismində direktorun müəssisənin işini, inzibati-təsərrüfat fəaliyyətini təşkil etmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini, o cümlədən, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, işçilərin, şöbələrin və bütövlükdə tibb müəssisəsinin keyfiyyət göstəricilərinin artırılması üçün müvafiq tədbirlər görmək səlahiyyətləri vardır. Direktor həmin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar tibb müəssisəsinin gəlirlərinin artırılması, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli xərclənməsi, Zərərçəkmiş şəxs tərəfindən müəyyən edilmiş qaydada işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardımın və mükafatların verilməsi, tibb müəssisəsinin şöbə, bölmə və digər struktur qurumlarının işçilərinin əmək funksiyalarının vaxtında, tam həcmdə və keyfiyyətlə icra edilməsinin təmin olunmasına görə cavabdehlik daşıyır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X1 daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba əsasən, Təqsirləndirilən şəxs Quba rayon X2 müraciət etməmişdir. İş materiallarında olan “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsində həkim-narkoloqun və psixiatrın dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan “Quba rayon mərkəzi xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsində həkim-narkoloqun və psixiatrın dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli qərarla Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 1.000 manat və xx.xx.2021-ci il tarixdə 1.000 pul verməsi ilə əlaqədar çəkilmiş video görüntülərin qeydə alındığı 01 (bir) ədəd disk, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağına baxış keçirilməsi zamanı istintaq hərəkətinin video görüntülərinin qeydə alındığı 01 (bir) ədəd disk, "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin işçilərinin ödəniş kartlarından çıxarışların əks olunduğu 01 (bir) ədəd disk, 2020-ci ilin iyun-dekabr ayları ərzində “Qusar rayon mərkəzi xəstəxanası”nın ayrı-ayrı şəxslərə göstərdiyi ödənişli tibb xidmətlərlə əlaqədar tərtib edilmiş, hər gün yenilənməsi nəzərə alınmaqla “1”-dən başlayaraq müxtəlif nömrələri ehtiva edən cəmi 3.444 ədəd xəzinə mədaxil qəbzləri, yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunmuş işçilərin dairəsinin müəyyən edilməsi və həmin işçilərin əmək haqlarına müddətli əlavələrin ödənilməsi haqqında “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin direktoru Təqsirləndirilən şəxs xəstəxana üzrə qəbul etdiyi 01 mart 2020-ci il tarixli 29 nömrəli, 01 aprel 2020-ci il tarixli 45 nömrəli, 04 may 2020-ci il tarixli 85 nömrəli, 31 may 2020-ci il tarixli 104 nömrəli, 03 iyun 2020-ci il tarixli 120 nömrəli, 11 iyun 2020-ci il tarixli 125 nömrəli və 24 avqust 2020-ci il tarixli 203 nömrəli əmrlər, 2021-ci ildə büdcə vəsaiti hesabına kotirovka sorğusu üsulu ilə satın alınması nəzərdə tutulmuş maşın və avadanlıqların siyahısını əks etdirən cədvəl və 2021ci il üzrə “Maşın və avadanlıqların alınması” maddəsi üzrə satınalama planı və qaydasının nəzərdə tutulduğu “www.etender.gov.az” saytından çıxarışlar maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. 26 noyabr 2021-ci il tarixli qərarla xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs götürülmüş 1,000 (bir min) manat məbləğində 10 ədəd 100 manatlıq (A24322502, A68483459, A81899507, B12810512, A85402593, A14077969, A94651101, A31174224, A37696187, A********) milli valyutada olan kağız pul əskinasları maddi sübut qismində tanınmaqla saxlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li (hazırda baxılan) cinayət işinin materiallarından «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla, faktiki olaraq, bir malgöndərənin (podratçının) iştirakı ilə keçirilməsi rəsmiləşdirilmiş tender və kotirovka sorğusu yolu ilə yoxlama ilə əhatə olunan dövr ərzində cəmi 477.566,57 manat məbləğində malların (işlərin və xidmətlərin) satın alınması, habelə xəstəxananın bina və qurğularının təmirində yerinə yetirilmiş işlərin dəyərinin cəmi 26.240 (iyirmi altı min iki yüz qırx) manat məbləğində artırılması və digər faktlara görə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilməklə istintaq aparılır. İş materiallarında olan Quba RİHB-in Quba şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs Quba şəhəri, 31-ci məhəllədə yaşayır. Aşağıdakı ailə üzvləri vardır: 1975-ci il təvəllüdlü arvadı X4, 1997-ci il təvəllüdlü qızı X5 və 2000-ci il təvəllüdlü oğlu X10. Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddətdə onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs nümayəndəsinin məhkəməyə göndərdiyi və məhkəmə iclasında təsdiq etdiyi “Məhkəmə çıxışı”nda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxsnə dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə təqsirləndirilən şəxslə barışmışlar. Bu səbəbdən də ona qarşı tələbləri və şikayətləri yoxdur. Qanunvericiliyin tələblərinə uygun məhkəmə aktı qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 №-li Qərarının 1.1-ci bəndinə əsasən, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamının icrasını təmin etmək məqsədilə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilmişdir: tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X6 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, heç bir hüquqazidd hərəkətə yol verməməsi ilə bağlı göstərdikləri ilə əlaqədar qeyd edir ki, bu təqsirləndirilən şəxsin özünü müdafiə üçün seçdiyi üsuldur. Bununla belə, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar iş materialları və digər sübutlarla əlaqəli şəkildə araşdırıldı, amma təsdiq edilmədi. Cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün şəxsən birbaşa yolla vahid niyyətlə maddi neməti rüşvət qismində istəməklə alması tam sübuta yetirildi və onun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar edilmiş cəmi 12.874,15 manat (on iki min səkkiz yüz yetmiş dörd manat on beş qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talaması və vəzifəli şəxs kimi Azərbaycan Respublikası Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar edilmiş 53.756 (əlli üç min yeddi yüz əlli altı) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talaması ilə bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Həmin ittihamlar üzrə Təqsirləndirilən şəxs ittihamı qəbul etməsə də, dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş hüquqi şəxslə barışmış, dəymiş ziyanın əlli faizi məbləğində pul vəsaiti isə həbsdə olduğundan onun ailə üzvləri tərəfindən, onun əvəzinə dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə iclasında həmin hissə üzrə Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmiş, məhkəmə işin hallarını, zərərçəkmiş hüquqi şəxsin onunla barışmasını, şikayəti və tələbi olmamasını, zərərçəkmiş hüquqi şəxsin ərizəsini, eyni zamanda Təqsirləndirilən şəxs arvadı və qardaşı tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini və digər halları nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məqsədəuyğun hesab etmiş, onun cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə işin icraatına xitam verilməsi barədə ayrıca qərar qəbul etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bu iş üzrə 1(124) –334/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə ilə işin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin və hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər və ağır nəticələrə səbəb olan zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi tam sübut edilir və onun bu əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə düz tövsif edilmişdir. Çünki bu cinayətlərin ideal məcmusudur və Təqsirləndirilən şəxs hər iki halda bir əməllə eyni vaxtda Məcəllənin iki maddəsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2-ci maddələrində) nəzərdə tutulmuş cinayətləri törətmişdir. Burda ümumi və xüsusi normaların rəqabəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin təsiri altına düşmür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi və onun əməlləri, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.1-ci maddələri ilə düz tövsif edilmişdir, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 308.2 və 311.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cəzaların toplanması yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 19 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə sənədlərin məhkəmə-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar 52 (əlli iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan Şahid1 Təqsirləndirilən şəxs pul verməsi ilə əlaqədar çəkilmiş video görüntülərin qeydə alındığı 01 (bir) ədəd disk, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağına baxış keçirilməsi zamanı istintaq hərəkətinin video görüntülərinin qeydə alındığı 01 (bir) ədəd disk, "xxxx" ASC-dən daxil olmuş 01 (bir) ədəd disk, 2020-ci ilin iyun-dekabr ayları ərzində “Qusar rayon mərkəzi xəstəxanası”nın ayrıayrı şəxslərə göstərdiyi ödənişli tibb xidmətlərlə əlaqədar tərtib edilmiş, cəmi 3.444 ədəd xəzinə mədaxil qəbzləri, yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunmuş işçilərin dairəsinin müəyyən edilməsi və həmin işçilərin əmək haqlarına müddətli əlavələrin ödənilməsi haqqında “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin direktoru Təqsirləndirilən şəxs xəstəxana üzrə qəbul etdiyi 01 mart 2020-ci il tarixli 29 nömrəli, 01 aprel 2020-ci il tarixli 45 nömrəli, 04 may 2020-ci il tarixli 85 nömrəli, 31 may 2020-ci il tarixli 104 nömrəli, 03 iyun 2020-ci il tarixli 120 nömrəli, 11 iyun 2020-ci il tarixli 125 nömrəli və 24 avqust 2020-ci il tarixli 203 nömrəli əmrlər, 2021-ci ildə büdcə vəsaiti hesabına kotirovka sorğusu üsulu ilə satın alınması nəzərdə tutulmuş maşın və avadanlıqların siyahısını əks etdirən cədvəl və 2021-ci il üzrə “Maşın və avadanlıqların alınması” maddəsi üzrə satınalama planı və qaydasının nəzərdə tutulduğu “www.etender.gov.az” saytından çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. 26 noyabr 2021-ci il tarixli qərarla iş üzrə maddi sübut qismində tanınmaqla saxlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə təhvil verilmiş xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs götürülmüş 1,000 (bir min) manat məbləğində 10 ədəd 100 manatlıq (A24322502, A68483459, A81899507, B12810512, A85402593, A14077969, A94651101, A31174224, A37696187, A********) milli valyutada olan kağız pul əskinasları məxsus olduğu Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin sərəncamına verilməlidir. İşdə olan 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li (hazırda baxılan) cinayət işinin materiallarından «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla, faktiki olaraq, bir malgöndərənin (podratçının) iştirakı ilə keçirilməsi rəsmiləşdirilmiş tender və kotirovka sorğusu yolu ilə yoxlama ilə əhatə olunan dövr ərzində cəmi 477.566,57 manat məbləğində malların (işlərin və xidmətlərin) satın alınması, habelə xəstəxananın bina və qurğularının təmirində yerinə yetirilmiş işlərin dəyərinin cəmi 26.240 (iyirmi altı min iki yüz qırx) manat məbləğində artırılması və digər faktlara görə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilməklə istintaq aparılır. İstintaq zamanı Təqsirləndirilən şəxs və ailə üzvlərinin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, göstərilən əmlaklarla bağlı məsələ bu cinayət işindən ayrılmış cinayət işinin nəticəsinə uyğun olaraq həll edilməlidir. Ona görə də, məhkəmə hazırkı mərhələdə üzərinə həbs qoyulmuş əmlaklarla bağlı məsələnin həll edilməsinə ehtiyac görmür. Bu iş üzrə həmin əmlakların müsadirə edilməsi və ya onlara hansısa qaydada sərəncam verilməsi üçün qanuni əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməkl 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar - Şahid1 Təqsirləndirilən şəxs pul verməsi ilə əlaqədar çəkilmiş video görüntülərin qeydə alındığı 01 (bir) ədəd disk, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağına baxış keçirilməsi zamanı istintaq hərəkətinin video görüntülərinin qeydə alındığı 01 (bir) ədəd disk, "xxxx" ASC-dən daxil olmuş 01 (bir) ədəd disk, 3.444 ədəd xəzinə mədaxil qəbzləri, “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin direktoru Təqsirləndirilən şəxs 01 mart 2020-ci il tarixli 29 nömrəli, 01 aprel 2020-ci il tarixli 45 nömrəli, 04 may 2020-ci il tarixli 85 nömrəli, 31 may 2020-ci il tarixli 104 nömrəli, 03 iyun 2020-ci il tarixli 120 nömrəli, 11 iyun 2020-ci il tarixli 125 nömrəli və 24 avqust 2020-ci il tarixli 203 nömrəli əmrləri, 2021-ci ildə büdcə vəsaiti hesabına kotirovka sorğusu üsulu ilə satın alınması nəzərdə tutulmuş maşın və avadanlıqların siyahısını əks etdirən cədvəl və 2021-ci il üzrə “Maşın və avadanlıqların alınması” maddəsi üzrə satınalama planı və qaydasının nəzərdə tutulduğu “www.etender.gov.az” saytından çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut qismində tanınmaqla saxlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə təhvil verilmiş xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs götürülmüş 1,000 (bir min) manat məbləğində 10 ədəd 100 manatlıq (A24322502, A68483459, A81899507, B12810512, A85402593, A14077969, A94651101, A31174224, A37696187, A********) milli valyutada olan kağız pul əskinasları Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin sərəncamına verilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-334/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-334/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver