Məhkəmə qərarları › İş №1(124)-698/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-698/2024

22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-698/2024 22.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ CİNAYƏT İŞİNİN MƏHKƏMƏ AİDİYYƏTİ ÜZRƏ GÖNDƏRİLMƏSİ HAQQİNDA Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 38 Saylı Vəkil Bürosu vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə hazırlıq iclasında müəyyən edilmişdir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünü ki, o, tamah məqsədi ilə 2015-ci ilin iyun ayının əvvəllərində ünvan 1 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə danışaraq onu Türkiyə Respublikasının İğdır şəhərində imkanlı şəxsə ərə verəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 22 iyun 2015-ci il tarixdə saat 02:12-də Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 22 iyun 2015-ci il tarixdən 04 avqust 2015-ci il tarixədək olan müddət ərzində həmin mənzildə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə 2015-ci ilin iyun ayının əvvəllərində ünvan 2 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə danışaraq onu Türkiyə Respublikasının İğdır şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 22 iyun 2015-ci il tarixdə saat 02:13-də Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 22 iyun 2015-ci il tarixdən 04 avqust 2015-ci il tarixədək olan müddət ərzində həmin mənzildə və qeyd olunan şəhərin müxtəlif yerlərində kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə 2015-ci ilin avqust ayının ortalarında ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 22 iyun 2015-ci il tarixdən 04 avqust 2015-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İğdır şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 21 avqust 2015-ci il tarixdə saat 08:06-da Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb kirayə tutduğu evə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 21 avqust 2015-ci ildən 2015-ci ilin oktyabr ayının ortalarınadək olan müddət ərzində qeyd olunan mənzildə və qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə 2018-ci ilin mart ayının sonlarında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq onu Türkiyə Respublikasının İğdır şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 02 aprel 2018-ci il tarixdə saat 11:32-də Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra 02 aprel 2018-ci il tarixdən 01 may 2018-ci il tarixədək olan müddət ərzində həmin mənzildə və qeyd olunan şəhərin müxtəlif yerlərində kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, cinayət hadisəsinin törədilmə yeri xarici dövlət-Türkiyə Respublikasının ərazisi göstərildiyindən, xaricdə törədilən cinayət işlərini ərazi aidiyyəti təqsirləndirilən şəxsin Azərbaycan Respublikası ərazisində axırıncı yaşayış yeri ilə müəyyən edildiyindən cinayət işi ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər məhkəməsinə aiddir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs baxılan cinayət işinin hazırlıq iclası ilə əlaqədar olaraq ilk dəfədir ki, Sumqayıt şəhərinə gəldiyini, bu günki tarixədək bu və ya digər səbəbdən Sumqayıt şəhəri ərazisində olmadığını, yaşamadığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsinin surətindən onun ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5aktiki yaşadığı məlum olur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.3-cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 75.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. . Qərar qətidir, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar