Məhkəmə qərarları › İş №1(3-7)-239/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-239/2026

06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-239/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X24, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.3, 214-3.1, 12.1,218.2 və 283-1.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli (B.F.Müslümov (sədrlik edən və məruzəçi) hakimlər D.H.İmanov və E.Y.Vəliyev) hökmü ilə ## ###### 1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1, 12.1,218.2 və 283 1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2020-ci il tarixdə “Qırmızı Körpü” dövlət sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasına, oradan isə İran İslam Respublikasının ərazisinə keçərək Azərbaycan Respublikasının vətəndaşı X25 rəhbərliyi və nəzarəti altında digər şəxslərlə birgə ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə, o cümlədən müxtəlif ölkələrdə terrorçuluq cinayətlərinin törədilməsində istifadə etmək niyyətilə yaratdığı «Hüseyniyun» adlandırdıqları cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olmuş, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində axtarış elan edilmiş X12, X6, X3, X13, Əliyev İmaməddin Elşad oğlu, X16, X17 və digərləri ilə birlikdə həmin cinayətkar birliyin tərkibində özünə götürdüyü «Əşrəf» dini ləqəblə 2020-ci ilin fevral ayının əvvəlindən həmin ayın sonunadək olan müddət ərzində qəsdən dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikasının Dəməşq, Hələb və digər şəhər və rayonlarda aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak edib, həmin müddət ərzində cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, “Kalaşnikov” markalı avtomat silahdan, qumbaratanlardan və digər odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almış, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərinə görə xarici dövlətdə məhkum olunmamışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, barəsində yeni hökm çıxarılmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin hökmdən müdafiəçi X30 apellyasiya şikayəti verərək təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 12.3,214 3.1 və 12.1,218.2-ci maddələri ilə bəraət hökmü çıxarılmasını, Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə isə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs həm istintaqda,həm də birinci instansiya məhkəməsində səmimi ifadə verərək bildirmişdir ki, şiə məzhəbi ilə namaz qılır, peyğəmbərin nəvəsi Hüseynə sevgi və hörməti vardır. 2020-ci ilin əvvəllərində onunla birlikdə tikintidə işləyən Zaur Xadimi adlı şəxs Gəncə şəhərində işləyərkən bildirmişdir ki, “Suriyada Hüseynin övladları xanım Zeynəbin və xanım Rüqəyyanın hərəminə vəhabilər tərəfindən qəsd hazırlanır. Onun mühafizəsini təşkil etmək üçün dindarlar yığılıb Suriyaya gedir. Əgər getmək istəyirsə sənədlərini versin bilet alıb onunla və getmək istəyən bir neçə şəxslə birlikdə İrana, oradan isə Suriyaya getmək olar”. Samir bu niyyətlə Suriya Respublikasına getməyə razılıq vermiş, sözarası Zaur Xadimi ora gedənlərə 500 ABŞ dolları pul da verdiklərini bildirmişdir. Samir heç bir təşkilata üzv olmaq üçün ərizə verməmişdir. "Hüseyniyun" təşkilatının və ittiham aktında qeyd edilən qrup rəhbərlərinin adını İranda olarkən eşitmişdir. Lakin təşkilata üzv olmamışdır. İranda tanımadığı 2 şəxs onları qarşılamış, 3-4 gün kazarma kimi yerdə bir neçə şəxlə birlikdə saxlamışlar. Onlardan şəxsiyyət vəsiqələri və telefonları alınmış,müvəqqəti sənəd vermək üçün özlərinə hər hansı bir ləqəb götürmələri tapşırılmışdır.O da oğlu Əşrəfin adı ilə özünə "Əşrəf' ləqəbi götürmüşdür. Bundan sonra, onları Suriya Respublikasının Dəməşq şəhərinə təyyarə ilə aparmışlar. Şəhərdən 3-4 km məsafədə yerləşən bir yaşayış evinə getmişlər. Orada onlar təlim keçməli idilər. Təqsirləndirilən şəxs bildirmişdir ki. orada qaldığı 14-15 gün müddətində cəmi bir gün 4 saat təlimdə olmuşdur. Ona "kalaşnikov" markalı avtomat silahı açıb-yığmaq, yaralılara necə tibbi yardım göstərmək barədə məlumat vermişlər. Samirin özü hərbi xidmətdə olduğu üçün deyilənləri əvvəldən də bilmişdir. ## ###### 2020-ci il tarixdə onları Suriyadan İrana qaytarmışlar .Oradan Rusiyaya, sonra isə Azərbaycana gəlmişdir. Qayıdandan bir müddət sonra Zair Xadimi bir neçə dəfə onunla danışıb Suriyaya getmək istədiyini soruşmuşdur. Lakin Samir bir daha oraya qayıtmayacağını bildirmişdir. Məhkəmə zamanı verilən suallara cavab olaraq da bildirmişdir ki, Suriyada heç bir silahlı münaqişə görməmiş, nə də iştirak etməmişdir. Onları heç xanım Zeynəbin, nə də xanım Rüqəyyanın hərəminə aparmamışlar. Onlar dini zəmində silahli münaqişə görməmişlər. Deyilən hərəmlərə heç bir təhlükə olmamışdır, nə də oranın mühafizəsi təşkil edilməmişdir. Ona görə də hansı məqsədlə Suriyaya gətirildiyini başa düşməmiş, qayıtdıqdan sonra bir daha oraya getməmişdir. Orada ölkəmizə qarşı hansısa bir təhlükənin olmasını görməmiş, ölkəmizdə dini dövlətin yaranacağı barədə heç kim danışmamışdır. Samirə elan olunmuş ittiham və çıxarılmış hökm ancaq onun verdiyi ifadələr əsasında tərtib edilmişdir. Həm ittiham aktı, həm də məhkəmə hökmü onun törətdiyi əməllərdən çox şəkillə tanıma və şahidin başına gələn hadisələrdən tərtib edilmişdir. Məhkəmə iclaslarında ifadə verən hər iki şahid Samiri tanımadıqlarını və Suriyada görmədiklərini bildirmişlər. Samirə elan olunan ittihamı təsdiq edən heç bir mötəbər sübut yoxdur. Şahidlər də təxminən Samir Dəməşq şəhəri yaxınlığında olarkən orada olmuşlar. Məhkəmədə şahidlərə verilən suallara cavab olaraq onlar bildirmişlər ki, onlar da peyğəmbərin nəvələri xanım Zeynəbin və xanım Rüqəyyanın hərəminə vəhabilər tərəfindən qəsd hazırlanmasını eşitdikləri üçün oranın mühafizəsinə yardım etmək üçün Suriyaya gediblər. Onların hər ikisi bildirdilər ki, Suriyada heç bir silahlı münaqişə görməmiş, nə də iştirak etməmişlər. İttiham aktı Samirin səmimi etirafı əsasında tərtib edilmişdir. Bunu ittiham aktından da görmək olur. Samir hər dəfə həm istintaqda, həm də məhkəmədə bildirmişdir ki, peyğəmbərin nəvəsi xanım Züleyxanın və xanım Rüqəyyanın hərəminə ediləcək qəsdlərdən mühafiə etmək üçün Suriyaya getmişdir. Ora gedəndə isə heç bir təşkilata üzv olmaq üçün müraciət etməmişdir. Samirin orada hansısa bir təşkilata üzv olması barədə cinayət işində sənəd yoxdur. Bundan başqa, məhkəmə hökmdə qeyd etmişdir ki. cinayətin tamah məqsədilə edilməsi ağırlaşdırıcı haldır. X7 pula görə getsə idi, qayıdıb yenə gedərdi, halbuki, sonradan ona daha çox pul təklif edilmişdi, 500 ABŞ dollarına görə işindən və evindən olmazdı Həm ittiham aktında,həm də hökmdə yüngülləşdirici hal kimi göstərilmişdir ki, Samirin himayəsində ##.##.2020-ci il tarixdə anadan olmuş azyaşlı övladı vardır, ibtidai istintaq zamanı törətdiyi cinayət əməlləri ilə bağlı səmimi etirafedici ifadələr vermiş,cinayətlərin açılmasına,onun digər iştirakçılarının ifşa edilməsinə fəal köməklik etmişdir. Onun himayəsində həm də əlil anası vardır, Samirin barəsində yaşayış yerindən müsbət xasiyyətnamə verilmişdir. İndiyədək o,məhkum olmamışdır. Məhkəmədə peşman olduğunu səmimi olaraq bildirmişdir.Lakin bütün bunlara baxmayaraq Samirə etmədiyi əməllərə görə də ittiham elan edilərək. hökm çıxarılmış və ağır cəza təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ancaq CM-nin 283-1.3-cü maddəsində göstərilən cinayət tərkibinin müəyyən hissəsi vardır. İşdə olan yüngülləşdirici halları nəzərə alıb ona bu əməlinə görə yüngül cəza verilməlidir. Hazırda ona verilmiş cəza cinayətkarı tərbiyələndirmək deyil, ona və ailəsinə sitəm etməkdir. Məhkəmə təcrübəsindən görünür ki, Suriyada illərlə təlimlərdə və silahlı münaqişələrdə iştirak edib həbs olunan cinayətkarlara da eyni cəza verilmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsə fərdi qaydada yanaşmamış, onun şəxsiyyətini xarakterizə edən müsbət cəhətləri nəzərə almamışdır. Ona görə də, hökm ləğv edilməli, Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 218.2 və 214-3.1-ci maddələri ilə bəraət verilməli, CM-nin 283-1.3-cü maddəsi ilə yüngül cəza təyin edilməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış edərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış edərək birinci instansiya məhkəməsinin hökmünü ləğv edilməsini, Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 218.2 və 214-3.1-ci maddələri ilə bəraət verilməsi, CM-nin 283-1.3-cü maddəsi ilə yüngül cəza təyin edilməsi barədə yeni hökm qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-in 12.3,214-3.1, 12.1,218.2 və 283-1.3-cü maddələri ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətlərinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərində təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamlar sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 218.2 və 214-3.1-ci maddələri ilə bəraət verilməsi, CM-nin 283-1.3-cü maddəsi ilə yüngül cəza təyin edilməsi xahiş edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin barəsində ifadəsində bildirdiyi X12 olduğunu, məhz həmin şəxs və qeyriləri ilə birlikdə «Hüseyniyun» qanunsuz silahlı birləşmənin tərkibində 2020-ci ilin fevral ayında Suriyanın Dəməşq şəhərində hərbi təlimlərdə iştirak etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha sonra bildirmişdir ki, Moskva şəhərində olduğu müddətdə eşidibmiş ki, X1 şəhərində olduğu müddətdə özü və digər azərbaycanlıların Suriyada hərbi təlimdə iştirak etdiklərini, qarşısına çıxan hər kəsə Suriyada hərbi təlimlərdə iştirak etməsini təklif edirmiş. Zaur Xadimi ilə bağlı bir məqamı da deyir ki, Zaur Rusiya-Ukrayna müharibəsində rusların tərəfindən döyüşən şəxslərdən olmuş, deyilənə görə də Zaur Xadimi döyüşlər zamanı həlak olub Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X12 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən «1» nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin adının Cəmil olduğunu, sonuncunu 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə olduğu vaxt gördüyünü demişdir. Cəmil ondan əvvəl Suriyaya getmiş və hərbi təlimlərdə iştirak etmişdir. Cəmil də Rusiya- Ukrayna müharibəsində Rusiyanın silahlı qüvvələrinin tərkibində Ukraynaya qarşı vuruşmuşdur. Müharibədə iştirak etməsi ilə bağlı Cəmil özü ona danışıbmış. Deyirmiş ki, 2024-cü ilin dekabr ayında Kursk bölgəsində Cəmil və başqalarının olduğu maşın raketlə vurulmuş və onlar bir müddət döyüş bölgəsində qalmış, hava şaxtalı olduğu üçün onları don vurmuş, donvurma səbəbindən də onun sağ və yaxud sol ayağının 3 barmağı amputasiya edilmişdir. Cəmil ilk əvvəl Moskvadakı hərbi qospitalda, sonradan isə Sankt-Peterburqdakı hərbi qospitallarının birində müalicə almışdır. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X3 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin ləqəbinin Qəni, adının isə Ayxan, əslən Şəmkir rayonundan olduğunu bildirmişdir. O, həmin Ayxanla birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə olmuş, İrandan Suriyaya bir təyyarədə uçmuşlar. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1992-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X13 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin dini ləqəbinin Əmmar, əslən isə Gəncə şəhərindən olduğunu bildirmişdir. O həmin şəxslə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə olmuş, İrandan Suriyaya bir təyyarədə uçmuşlar. Əmmarla bağlı yadına bir məqam düşdüyü üçün onları da istintaqa bildirmək istəmişdir. Əmmar özündən razı, danışıqlarında nalayiq sözlərdən istifadə edən, sanki kriminal dünyanın nümayəndəsi kimi özünü aparan, ünsiyyətdə olduğu şəxslərlə hər an konfliktə girməyə meyli olan şəxs olmuşdur. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ##### 1991-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X19 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən tanıdığını, həmin şəxsi Moskva şəhərində İlavayski küçəsində yerləşən məscid kimi istifadə olunan yerdə gördüyünü, adını və soyadını bilmədiyini demişdir. Eşitdiyinə görə həmin şəxs Suriyada hərbi təlimlərdə iştirak etmiş, daha sonra Rusiyada “Vaqner” dəstəsinin üzvü olaraq Rusiya-Ukrayna müharibəsində rusların tərəfində döyüşmüşdür. Hətta eşidib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu vaxt Rusiya ərazisində tutulmuş, “Vaqner” üzvü olduğu üçün o sərbəst buraxılmış və Azərbaycan tərəfinə verilməmişdir. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X16 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin əsl adının Samir, əslən isə Qazax rayonunun hansısa kəndindən olduğunu bildirmişdir. O Samirlə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə olmuş, İrandan Suriyaya bir təyyarədə uçmuşlar. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1986-cı ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X17 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin ləqəbinin Abu Turab olduğunu, adını və soyadını bilmədiyini söyləmişdir. O Abu Turabla birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə olmuş, İrandan Suriyaya bir təyyarədə uçmuşlar. Bildiyinə görə Abu Turab əvvəllər Azərbaycanda hicab qadağasına qarşı çıxdığı üçün məhkumluq həyatı yaşamışdır. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil ## #### 1987ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X26 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin ləqəbinin Əhmədrza olduğunu bildirmişdir. Sonuncunu bəzən İbrahim ləqəbi ilə də çağırırmışlardılar. Əsl adı Ramil olan həmin şəxslə birlikdə o 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə olmuş, İrandan Suriyaya bir təyyarədə uçmuşlar. Ramil Abbasov onunla birlikdə təlimlərdə iştirak edən Füzuli Abbasovun bacanağı olmuşdur. Fotocədvəldə 1 şərti Sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1983-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X4 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 şərti nömrəsi ilə qeyd olunmuş şəxsi ümumi sifət cizgilərinə əsasən tanıdığını, həmin şəxsin əsl adını və soyadını bilməsə də onu Əhməd dini ləqəbi ilə tanıdığını, həmin şəxslə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ##### 1986-cı ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X27 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 şərti nömrəsi ilə qeyd olunmuş şəxsi ümumi sifət cizgilərinə əsasən tanıdığını, həmin şəxsin adının Ələddin olduğunu, sonuncu ilə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Bilməsinə görə Ələddin onun kimi Suriyada bir dəfə hərbi təlimlərdə olmuşdur. X31 şəhərində yaşayır, evakuator şikrətlərinin birində sürücü işləyir, lap əvvəllər isə tikinti obyektlərində fəhlə işləyib. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1985-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X20 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən tanımış, həmin şəxsin əsl adını və soyadını bilməmişdir. Lakin dəqiq bildirmək istəyir ki, o həmin şəxslə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə olmuş, İrandan Suriyaya bir təyyarədə uçmuşlar. Eşitdiyinə görə də həmin şəxsin Rusiya vətəndaşlığı vardır. Sonrakı vaxtlarda o həmin şəxsi Moskva şəhərində görmüş, orada nə işlə məşğul olmasını isə bilməmişdir. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1979ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X21 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, soyadını və atasının, eləcə də dini ləqəbini bilmədiyi həmin şəxsin əslən Gəncə şəhərindən olan Fizuli olduğunu, sonuncu ilə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1983-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X28 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin əvvəllər adının Cəmil, lakin sonradan dəyişdirərək adının Əli olduğunu, sonuncu ilə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Əli Rusiya ərazisində yaşayırmış, İrana da Rusiyadan gedib-gəlirmiş. Fotocədvəldəki 3 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil ## ###### 1988- ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin adının Elvin olduğunu, sonuncu ilə birlikdə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Bildirir ki, Elvin həmçinin Rusiya-Ukrayna müharibəsində iştirak edərək döyüşlərinin birində sol çiynindən qəlpə yarası almış, Moskva şəhərində hərbi qospitallarının birində müalicə olmuşdur. Rusiya-Ukrayna müharibəsində iştirak etdiyi üçün səhv etmirsə Elvinə Rusiya vətəndaşlığı da verilmişdir. Fotocədvəldəki 3 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil ## ###### 1990- cı ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X14 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin ləqəbinin Höcət, Tohid İbrahimbəyli ilə isə yeznə-qayın olduğunu, Höcətlə birlikdə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 2001-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı X41 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanımış, həmin şəxsin adını və dini ləqəbini bilməsə də, dəqiq bildirir ki, həmin şəxslə birlikdə 2020- ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə olmuş, İrandan Suriyaya bir təyyarədə uçmuşlar. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil ## #### 1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X18 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin ləqəbinin “Hürr”, əsl adının isə Hikmət olduğunu, sonuncu ilə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil ##.##.1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X6 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıyaraq həmin şəxsin əslən Gəncə şəhərindən olan Musa dini ləqəbli Rövşən adlı şəxs olduğunu bildirmişdir. Həmin şəxs “Hüseyniyyun” təşkilatının əsas rəhbərlərindən biri kimi saylır və qəbul edilir. O Musa dini ləqəbli Rövşənlə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə olmuş, İrandan Suriyaya bir təyyarədə uçmuşlar. Musa dini ləqəbli Rövşən Azərbaycanlılardan ibarət şəxslərin Suriyada hərbi təlimlərdə iştirak etməsini təşkil edən və təmin edən şəxsdir. Fotocədvəldəki * nömrəli fotoşəkil ## #### 1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X8 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanımış, həmin şəxsin adını və dini ləqəbini isə bilməmişdir. Həmin şəxsin Samux rayonundan olduğunu dəqiq bilmişdir. Həmin şəxs Hikmət Əliyevlə birlikdə İranda kazarma tipli yerdə sorğu-sualda iştirak edən şəxslərdən biri olmuşdur, onunla birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etmiş, İrandan Suriyaya bir təyyarədə uçmuşlar. O həmçinin bildirir ki, tanıdığı həmin şəxsin Tohid İbrahimbəyli ilə yaxın qohumluq əlaqələri vardır, “Hüseyniyun” təşkilatında sözü eşidilən və sözü keçən şəxslərdəndir. Fotocədvəldəki * nömrəli fotoşəkil ## ###### 1988-ci ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X9 fotoşəkilidir; - ## ###### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, adını və dini ləqəbini bilmədiyi həmin şəxslə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil ##.##.1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş İbrahimov Tariyel Akif oğlunun fotoşəkilidir; - ## #### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin əslən Gəncə şəhərindən olan Rəşad adlı şəxs olduğunu, sonuncu ilə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Fotocədvəldə 4 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil ##.##.1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş İrzayev Rəşad Rafiq oğlunun fotoşəkilidir; - ## #### 2026-cı il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin əslən Gəncə şəhərindən olan Elnur Mehdiyev olduğunu, sonuncu ilə birlikdə 2020-ci ilin fevral ayında Suriyada hərbi təlimlərdə iştirak etdiyini, İrandan Suriyaya bir təyyarədə uçduqlarını bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil ##.##.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş Mehdiyev Elnur İsmayıl oğlunun fotoşəkilidir; - ## ####### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, ləqəbini xatırlamasa da, adının Samir, əslən Gəncə şəhərindən olduğunu, Samirlə birlikdə Suriyada hərbi təlimlərdə iştirak etdiyini bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil ## ###### 1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs fotoşəkilidir; - ## ####### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən dərhal tanıyaraq bu şəxsin adının Zaur olduğunu, bu şəxslə 2018- 2020-ci illərdə bir və ya iki dəfə birlikdə Suriyada hərbi təlimlərdə olduğunu, sonradan isə məlumat sızdırdığı və gizliliyə əməl etmədiyi üçün növbəti təlimlərə cəlb edilmədiyini daha sonra isə adlarını xatırlamadığı tanışlarından onun rus-ukrayna döyüşlərində iştirak edərkən həlak olduğunu eşitdiyini bildirmişdir. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X12 fotoşəkilidir; - ## #### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma Protokolundan görünür ki, tanınma zamanı şahid Qədimov İlkin Malikəjdər oğlu ona təqdim olunmuş fotoşəkillərdən * nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin ləqəbi və adını xatırlamadığını bildirmişdir. Lakin dəqiq bilir ki, tanıdığı həmin şəxs də «Musa» ləqəbli şəxsin rəhbəri olduğu «Fouc Əbəlfəz» təşkilatının üzvüdür, Suriyanın Hələb şəhərinin «Şeyx Nəccar» yaşayış məntəqəsində hərbi təlimlərdə iştirak edib və onu da orada görmüşdür. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil ## ###### 1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs fotoşəkilidir; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə ünvanladığı ## ####### 2022-ci il tarixli 2/6464 Ne-li məktubundan (daxil olan ##.##.2022, Ne 9- 2949) çıxarışla müəyyən edilir ki, İran İslam Respublikasının İslam İnqilabının Mühafizəçiləri Korpusunun (İİMK) nəzarəti və koordinasiyası altında İran ərazisində Azərbaycan Respublikası vətəndaşlarından ibarət yaradılmış qanunsuz silahlı birləşmənin tərkibində hərbi təlimlərə cəlb olunmuş şəxslərin Suriya ərazisində hərbi təlimlərə cəlb olunmalarına dair təsdiqlənmiş məlumatlar əldə edilmişdir; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə ünvanladığı ## ####### 2022-ci il tarixli 2/6519 Ne-li məktubundan (daxil olan ##.##.2022, Ne 9- 2996) çıxarışla; Həmin çıxarışla müəyyən edilmişdir ki, «Hüseyniyun» təşkilatının ifşasından sonra 2019-cu ilin əvvəllərində İran İslam Respublikasının İslam İnqilabının Mühafizəçiləri Korpusu (İİMK) tərəfindən yeni silahlı birləşmə yaradılmışdır. Təşkilatın qərargahı İranın Qum şəhərində, «Meydani Cihad» yolunda, Bacək adlı qəsəbədə yerləşir, rəhbəri Azərbaycan Respublikasının vətəndaşı X8r. Hərbi təlimlər Suriyada 20-25 gündən bir «Hizbullah» tərəfindən keçirilir və 20-30 gün aralığında davam edir. Təşkilatı İran İslam Respublikasının İslam İnqilabının Mühafizəçiləri Korpusunun (İİMK) əməkdaşı ##.##.1981-ci il təvəllüdlü Əkbər Vətənxah kurasiya edir. Əkbər Vətənxah 2016-2017-ci illərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində II katib vəzifəsində xidmət etmişdir, İİMK-ya mənsub olmuşdur. Rusiya Federasiyasından olan şəxslərin təlimlərə cəlb olunması Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı X11 (2021-ci ilin sentyabr ayında Kiprdə israilli biznesmenə qarşı terror aktı hazırlayarkən həbs olunmuşdur) tərəfindən həyata keçirilmişdir. Təşkilata qoşulmaq üçün namizədlər şəxsi tanışlıq əsasında seçilir və öyrənilir. Daha sonra namizədlər Tehrana gedərək İİMK və Hizbullahın nümayəndələri tərəfindən sorğu sual (tərcümeyi-hal məlumatları, fiziki durumu, hər hansı xəstəliyinin olub-olmaması, könüllü iştirak etmək istəməsi və s.) edilir. Təşkilatın İranda yaşayan hər bir üzvünə aylıq 578 ABŞ dolları məbləğində əmək haqqı, Azərbaycan Respublikasından gələrək təlimlərə qoşulan üzvlərinə isə 1000-15000 ABŞ dolları pul mükafatı verilir. 2019-2020-ci illərdə İrana, oradan isə Suriyaya çıxarılaraq hərbi təlimlərə cəlb edilmiş həmin şəxslər İran İslam Respublikasının İslam İnqilabının Mühafizəçiləri Korpusunun tapşırığı əsasında Azərbaycanın hüquq-mühafizə orqanlarının diqqətindən yayınmaq məqsədilə Azərbaycan-Gürcüstan-İran, Azərbaycan-Türkiyə-Iran, Azərbaycan-Rusiya-Iran marşrutları üzrə ölkə xaricinə çıxarılmış və ümumvətəndaşlıq pasportlarına İrana səfərlərinə dair giriş-çıxış möhürləri vurulmamışdır. Təlimlərin ilkin mərhələsində iştirakçılara təlim keçməkdə məqsədin İŞİD-ə qarşı mübarizə olduğu bildirilmiş, lakin bir neçə təlimdən sonra təşkilat üzvlərinə Azərbaycanda «tağut hökümətinin» olduğu və gələcəkdə Azərbaycan Respublikasında «kərimə dövləti»nin (dini idarəetmə üsuluna malik dövlət) yaradılacağı bildirilmiş, bu istiqamətdə söhbətlər aparılmaqla təlimlərin Azərbaycan Respublikasında başlanacaq prosesə hazırlıq məqsədi daşıdığı söylənilmişdir; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat baş idarəsi tərəfindən İstintaq baş idarəsinə ünvanlanan ## #### 2023-cü il tarixli 2/1320 Ne-li məktubundan (daxil olan ##.##.2023, N° 9-862) çıxarışla müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 2019-2020-ci illər ərzində İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən «Hüseyniyun» qruplaşmasının bir neçə üzvünün rəhbərliyi altında müqabil ölkə ərazisində yaradılmış «Fouc Əbülfəz» adlı qanunsuz silahlı birləşmənin tərkibinə cəlb olunmuş, İran və Suriya ərazilərində hərbi təlimlərə və silahlı münaqişələrdə çoxsaylı azərbaycanlı iştirak edir. Əməliyyataxtarış tədbirləri zamanı «Fouc Əbülfəz» adlı qanunsuz silahlı birləşmənin üzvləri kimi müəyyən olunmuş şəxslər aşağıdakılardır: ##.##.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs. Hazırda İrandadır. İran İslam Respublikasının və Suiya Ərəb Resupblikasınınərazilərində qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş digər Azərbaycan Respublikası vətəndaşlarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən əməliyyat- axtarış tədbirləri davam etdirilir; - Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnaməsi ilə; həmin tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikası, Gürcüstan Respublikası və Rusiya Federasiyasına çoxsaylı səfərləri olmuşdur. Tələbnamədən həmçinin görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2020-ci il tarixdə saat 12:38 dəqiqədə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına getmiş, ## #### 2020-ci il tarixdə saat 02:46 dəqiqədə «Samur» sərhəd-buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasına qayıtmışdır; - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «xxxx» X5 tərəfindən verilmiş ## #### 2026-cı il tarixli 874 Ne-li rəylə; həmin rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstləik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-24 biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; - Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qədimov İlkin Malikəjdər oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, özü 4-5 dəfə Suriyada olmuş, lakin Samiri orada görməmişdir. Suriyaya getməmişdən qabaq bir tanışı ona vahabilərin şiələrə problem yaratdığını demiş, o isə belə şeylərə meyilli olduğu üçün Suriyaya getmişdir. Həmin zaman təxminən 14 gün orada qalmış, mağara kimi yerdə silah söküb yığmaq kimi şeylər öyrənmiş, həmçinin orada olduğu müddətcə döyüş olmamışdır. Onun ləqəbi Cihad olmuş və gedib qayıtması müqabilində qayıtdıqdan sonra 500 ABŞ dolları məbləğində pul almışdır. Suriyada ondan başqada azərbaycanlılar olmuş, lakin o heç birini tanımamış və orada olan zaman Azərbaycanda dini dövlət qurulmasıyla bağlı heç nə eşitməmişdir. İstintaq zamanı ona qarşı heç bir təsir və təzyiq olmamışdır; - İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən məhkəmədə elan olunmuş şahid Qədimov İlkin Malikəjdər oğlu istintaqa verdiyi ifadələrində göstərmişdir ki, Aqil Verdiyev söhbətinə başlayaraq «Musa» və yaxud «Şeyx» ləqəbli əslən Gəncə şəhərindən olan Rövşən Əsədov tərəfindən Suriya ərazisində vəhabilərə qarşı vuruşmaq, «Xanım Zeynəb» və «Xanım Rüqəyya»nın məqbərələrini qorumaq üçün «Fouc Əbəlfəz» adlı yeni təşkilatın yaradıldığını, Rövşən Əsədovun rəhbəri olduğu həmin təşkilatın çoxlu sayda azərbaycanlı üzvlərinin, o cümlədən özünün də həmin təşkilatın üzvü olduğunu, yalnız etibarlı hesab olunacaq şəxsləri həmin təşkilata üzv götürüldüyünü, həmin təşkilata üzv olduqdan sonra qruplar şəklində Suriya ərazisində hərbi təlimlərdə iştirak etdiklərini ona bildirib həmin təşkilata üzv olmasını ona təklif etmişdir. O həmin təşkilatın Azərbaycana qarşı olub-olmamasını soruşduqda, Aqil Verdiyev həmin təşkilatın Azərbaycana qarşı heç bir fəaliyyətinin olmadığını, həmin təşkilatın məqsədinin sadəcə adları çəkilən məqbərələri qorumaqdan ibarət olduğunu ona demişdir. O həmin gün razılıq verməmiş və bir qədər fikirləşib qərar verəcəyini Aqil Verdiyevə söyləmişdir, sonuncu da onunla razılaşmış, günorta yeməyini yeyib geri Qum şəhərinə qayıtmışdır. X2 şəhərinə qayıtdıqdan sonra demək olar ki, hər gün ona zəng edərək təşkilata üzv olmaq təklifinə cavab gözlədiyini deyirmiş. O da Aqilə hələ fikirləşdiyini deyirmiş. Aqilin zəngləri səngimirmiş, dayanmırmış. Növbəti danışıqlarının birində Aqil Verdiyev ona «xanım Zeynəbin qəbrini dağıdacaqlar və əsir götürəcəklər, sən isə hələ də fikirləşirsən» ifadələrini ona bildirdikdən sonra o ibadət əhli kimi buna imkan verməməli olduğu qənaətinə gəlib Aqil Verdiyevin uzun müddətdir ona etdiyi təklifə, yəni «Musa»nın yaratdığı «Fouc Əbəlfəz» adlı təşkilata üzv olmaq təklifinə razılığını bildirmişdir. Razılığını bildirdikdən sonra Aqil Verdiyev onu təşkilata üzv olmaq üçün, eləcə də «Musa» ilə görüşdürmək üçün Qum şəhərinə dəvət etmişdir. Aqil Verdiyevlə müzakirə etmişlər ki, əgər təşkilata üzv olursa ailəsini də Qum şəhərinə köçürməlidir. İfadəsinə əlavələr edərək bildirmişdir ki, Musa adlı şəxsi tanımış, həmçinin ona hərəmin dağıldığı deyilmiş və bu səbəbdən Suriyaya getməyi qəbul etmiş, eyni zamanda orada olan digər şəxslərin üzlərini unutmuşdur. Beləliklə, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkumun əməlinin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin edilməməlidir. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.3,214 3.1, 12.1,218.2 və 283-1.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar