Məhkəmə qərarları › İş №2(001)-1284/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1284/2021

17.12.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Maddi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1284/2021 17.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh, həmçinin digər cavabdeh Cavabdeh4 İmamverdi qızının nümayəndəsi Cavabdeh1, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi-vəkili Vəkil3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 İmamverdi qızına, üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 İmamverdi qızına, Cavabdeh3 və üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 48 saylı Notariat Kontorunda 26.10.2015-ci il tarixdə, reyestrdə 4Ə-60 nömrə ilə qeyd edilən Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanda istifadədə olan 0.11587 ha torpaq sahəsində yerləşən 1246.60 kv.m ümumi sahəsi, 1051 kv.m əsas sahə, 195.6 kv.m köməkçi sahədən ibarət torpaq sahəsi və orada olan tikililərə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və bunun əsasında Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ona verilmiş çıxarışın, Cavabdeh2 ilə həyat yoldaşı Cavabdeh4 İmamverdi qızı arasında bağlanmış mübahisəli obyektin “Bağışlanma Müqaviləsinin və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh4 İmamverdi qızının adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanda istifadədə olan 0.11587 ha torpaq sahəsində yerləşən 1246.60 kv.m ümumi sahəsi, 1051 kv.m əsas sahə, 195.6 kv.m köməkçi sahədən ibarət torpaq sahəsi və orada olan tikililərin, həmçinin akkumulyator zavoduna aid avadanlıqların ona geri qaytarılmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, həmçinin dəymiş maddi-mənəvi zərərə görə 500.000 manat məbləğində pulun cavadehlərdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyək tələbin təmin edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etdi. Bu səbəbdən də iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil3 yekun məhkəmə qərarının məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında ifadə verən üçüncü şəxs R.Talıbov iddiaçının iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, İddiaçı etibarından sui-istifadə edərək, onu aldadaraq etibarsız əqd bağlamışlar. Bu səbəbdən də həmin müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında üçüncü şəxs qismində iştirak edən Bakı şəhəri 48 saylı Notariat Kontorunun xüsusi notariusu S.Hüseynov izahat verərək bildirdi ki, hazırda mübahisələndirilən müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə tərəflərin iradə ifadəsi əks olunmaqla bağlanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər üçüncü şəxs (nümayəndəsi) heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 22.09.2014-cü il tarixi "xxxx" Hərracın nəticələri haqqında Y-308 nömrəli Protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilədən məlum olur ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanda istifadədə olan 0.11587 ha torpaq sahəsində yerləşən 1246.6 kv.m ümumi, 1051.0 kv.m əsas, 195.6 kv.m köməkçi sahədən ibarətə əmlak kompleksi kimi müəssisə (qeyri yaşayış sahəsi) 100.000 (yüz min) manata hərracda X1. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa və əmlaka dair Texniki Pasporta əsasən, ünvan 3 ünvanda 0.11587 ha istifadədə olan torpaq sahəsində yerləşən 1246 kv.m ümumi sahəsi olan əmlak kompleksi İddiaçı məxsusdur və bu hüquq ona 15.08.2015-ci il tarixdə verilmişdir. - 14.10.2015-ci il tarixli Müqavilənin ləğvi haqqında Sazişə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ünvan 4 ünvanda yerləşən Əmlak Kompleksinə dair ünvan 5ixdə, 4Ə-54 reyestri ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi haqqında saziş imzalamışlar. - AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 4 ünvanda yerləşən Əmlak Kompleksinə dair 26.10.2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında müqavilə imzalanmış, əmlak 90.000 manata Cavabdeh2 satılmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-116/2012 saylı, 19.01.2012-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC-dən 536.233 ABŞ dolları borc, "xxxx" MMC-dən 294.056 manat borc məbləğinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş X4 mülkiyyətində olan Bakı şəhəri, Binəəqdi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanında istifadədə olan 0.11587 ha torpaq sahəsində yerləşən 1246.60 kv.m ümumi, 1051.0 kv.m əsas, 195.60 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməklə, həmin müəssisənın açıq hərracda satılması və əldə olunmuş pul vəsaitindən "xxxx" MMC-nin və "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borclarının ödənilməsi qət edilmişdir. - AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 25.12.2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6903/2020 saylı, 24.11.2020-ci il tarixli qərardadı 18.12.2020-ci il tarixdə icra olunaraq ünvan 4 ünvanda yerləşən 1246.6 kv.m əmlak kompleksinin və istifadədə olan 0.11587 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. - 09.02.2021-ci il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəməyə iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edərək, İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişlər. - elektron məhkəmə portalından əldə edilmiş məlumata əsasən, Cavabdeh3 14.05.2021-ci il tarixdə vəfat etmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsi ilə Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İmamverdi qızına qarşı “hərracın və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İmamverdi qızına, üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız edilməsi və s.” tələbinə dair iddiası üzrə iddiaçının iddia tələbindən imtinasının qəbul edilməsi və mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9674/2021 saylı, 22.09.2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə geri qaytarılmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 17.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə qeyd edir ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). Mülki Məcəllənin 372.1. maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyekt hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. (T.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 01.12.2020-ci il tarixli qərarı) / (B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 12.03.2020-ci il tarixli qərarı). Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir. (MM-nin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququnun müdafiə müddəti ilə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir. MM-nin 354.1-ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi halında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlandığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar(§ 33). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarınn düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təsfiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, 26.10.2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı alıcı Cavabdeh2 ilə arasında “Alqı-satqı müqaviləsinin” bağlanmasında iştirak etmiş, yəni tərəflər müqavilə azadlığı şəraitində (AR MM-nin 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Göründüyü kimi iddiaçı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə mübahisələndirməmiş, qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, xeyli müddət keçdikdən sonra iddia qaldırmışdır. Mülki Məcəllənin 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 116/2012 saylı, 19.01.2012-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC-dən 536.233 ABŞ dolları borc, "xxxx" MMC-dən 294.056 manat borc məbləğinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanında istifadədə olan 0.11587 ha torpaq sahəsində yerləşən 1246.60 kv.m ümumi, 1051.0 kv.m əsas, 195.60 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməklə, həmin müəssisənın açıq hərracda satılması və əldə olunmuş pul vəsaitindən "xxxx" MMC-nin və "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borclarının ödənilməsi qət edilmiş və qətnamənin icrası ilə bağlı hərrac baş tutmuş 100 000 manata İddiaçı tərəfindən qəbul edilmiş və bu, “hərracın nəticələri haqqında” 22 sentyabr 2014-cü il tarixli, Y-308 saylı protokolla rəsmiləşdirilmiş və protokolu müvafiq surətdə hərracı udmuş İddiaçı və hərracın təşkilatçısı "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, Konstitusiyaya əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 29cu maddəsinin İ, İİ, İİİ hissələri). Lakin hazırki iddia tələbinin təmin olunması cavabdehin daşınmaz əmlakla əlaqədar müvafiq qaydalara riayət olunmaqla əldə etdikləri mülkiyyət hüquqlarının əhəmiyyətsizliyinə və pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bilmiş olsun. Hazırkı işdə isə əqdin həqiqi olmaması üçün Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, Cavabdeh2 onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh2 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair müddət ötürüldüyünə görə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 İmamverdi qızına, üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver