Məhkəmə qərarları › İş №2(001)-2153/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2153/2021

29.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2153/2021 29.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X1rşı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 11 saylı Regional Ekologiya və X6 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə 11 saylı Regional Ekologiya və X3 rəisi X2 tərəfindən tərtib edilmiş MN ******* saylı qərara əsasən, guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci və 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 3500 manat tənbeh növü kimi cərimə tətbiq edilmişdir. Formal surətdə hazır blankda tərtib edilmiş qərarın səbəbi kimi xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş MN ******* saylı protokol göstərilmişdir. Məsləhətçi-müfəttiş X4 və vəzifəsi, statusu məlum olmayan X7 adlı şəxs tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolda göstərilmişdir ki, guya onun tərəfindən həmin tarixdə saat vaxtı göstərilməmişdir. Müəyyən olunmuşdur ki, Binəqədi rayonu ərazisinə daxil olan “makro-marketdə formalaşan kağız, kardon, plastik tullantılar qalağlanması və yandırılması, tullantı emalı yerlərinin müəyyənləşdirilməməsi, aidiyyatı qrumlarla müqavilənin olmaması” göstərilmişdir. Həmçinin protokolda onun guya izahat verməktən imtina etməsi qeyd edilmişdir. Həmçinin 62891 saylı aktın ərazidən çəkilmiş fotoşəkillə təsdiq olunması göstərilmişdir. Həmin protokol saxta və qanunsuz şəkildə tərtib edilmişdir. Onun həmin protokolun kimin tərəfindən tərtib edilməsinə dair məlumatı olmamışdır. Protokol və onun əsasında tərtib edilmiş qərardan o Abşeron rayon İcra və probasiya şöbəsindən xəbər tutmuşdur. Protokol və qərar barədə bildirişdən xəbəri olmamışdır. Üzərində olan imza ona məxsus deyildir. Əvvəla həmin kağız, kardon və plastik kütlələr market tərəfindən qalağlanmır və yandırılmır. Market ərzaq malları satır və alıcılar həmin məhsulları aldıqdan sonra, bükülmüş olduqları kütlələrlə necə rəftar etmələri barədə marketə məlumat vermirlər. Beləliklə də, əməl protokolda və qərarda təsbit olunan İXM-nn 271 və 266.2 maddələrinin təsiri altına düşmür. Həmçinin qərarda İXM-nin 271 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta göstərilsə də, cərimə ancaq həmin məcəllənin 266.2-ci maddəsinə əsasən tətbiq edilmişdir. Odur ki, hesab edir ki, həmin qərar ləğv edilməlidir. MN ******* saylı qərar ona rəsmi surətdə xx xxxxxx 2020-ci il tarixdə verildiyindən müddət pozuntusu olmamışdır. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi məsələ inzibati xəta haqqında protokol əsasında qəbul edilən qərardır. İnzibati xətalar haqqında işlər üzrə qərardan mülki icraat qaydasında deyil, inzibati xətalar xətalara dair işlər üzrə icraat qaydasında şikayət verilməsi nəzərdə tutulmuşdur və mövcud iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə mülki icraat qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq protokolun və ya qərarın ləğvi ilə bağlı səlahiyyətli orqana və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X1rşı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya müvafiq protokolun və ya qərarın ləğvi ilə bağlı səlahiyyətli orqana və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar