Məhkəmə qərarları › İş №2(001)-3260/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3260/2020

03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3260/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan xx xxxxxx 2019-cu il təvəllüdlü uşaqları X7 yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı onun qızıdır. İddiaçı ilə cavabdeh xx xxxxxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2019-cu il tarixdə Ayaz adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri xx xxxxxx 2019-cu il tarixədək yaxşı olmuş, həmin gecə cavabdeh iddiaçını uşağı ilə birlikdə evdən çıxarıb onun evinə gətirmiş və bundan sonra ailəsi ilə maraqlanmamışdır. Tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulmuşdur. İddiaçı öz vəsaiti hesabına uşağın saxlanmasında çətinlik çəkdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh əmək müqaviləsi bağlamadan işləyir və aliment ödəməyə kifayət qədər imkanı vardır. Sonda iddiaçının nümayəndəsi Ü.E.Cəfərov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi, cavabdehdən qanunvericiliklə müəyyən edilmiş qaydada alimentin tutulması və alimentin hesablanmasının tərəflər arasında ailə münasibətlərinin faktiki olaraq pozulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabedhin nümayəndəsi X5 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Tərəflər arasından nikah münasibətləri faktiki olaraq pozulmuş, hazırda birgə nikahlarından olan Ayaz adlı uşaqları iddiaçının himayəsindədir. Cavabdeh uşağın anasının yanında saxlanmasına və uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün aylıq 170 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmir. Sonda Z.Q.Cəfərova məhkəmədən göstərilənləri nəzərə alıb izahatında göstərilənlərə uyğun qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: AZ-İİ seriyalı, 302667 nömrəli “nikah haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh ilə X3 xx xxxxxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra Fatimə Üzeyir qızına “Cəfərova” soyadı verilmişdir. AZ-İV seriyalı, 336999 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2019-cu il tarixdə X11 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi Dayanıqlı və X10 Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını və digər xərclərin mövcudluğunu, həmçinin cavabdehin işləməsi barədə məhkəməyə sübutun təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə xx xxx 2020-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il təvəllüdlü X7 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin miqdarda alimentin tutulmasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver