Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4237/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı Kreditor Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM Kreditor Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməklə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 276.1.-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.-ci maddəsinə əsasən bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: 279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4.-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İstinad olunan normalardan müəyyən olunur ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğu halda məhkəmə əmrinin verilməsi yolverilməzdir. Hesab edirəm ki, Kreditor Borclu tələb etdiyi borc məbləğində tərəflər arasında mübahisə ola biləcəyindən kreditorun məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Kreditora hazırkı tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM Kreditor Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər Kreditor geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4237/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4237/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver