Məhkəmə qərarları › İş №2(001)-6237/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6237/2020

22.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6237/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla bir evdə yaşayan bacısı xx.xx.1963-cü il təvəllüdlü, İ qrup əlil Əliyeva Fəranə üzərində qəyyum təyin olunması üçün bacısının fəaliyyət qabiliyyətinin olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 12-ci fəslində iddianın verilməsinin qaydaları öz əksini tapmışdır. Həmin Məcəllənin 149-cu maddəsi iddia ərizəsinin forması və məzmununu, 150-ci maddəsi iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı və.s aydın şəkildə göstərilmişdir. Lakin hazırki ərizə Mülki-Prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun verilməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbi baxımından iddia ərizəsi həmin məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa uyğun olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin yenidən iddia ərizəsi verilərkən Mülki-Prosessual Məcəllənin 152, 306,317-322-ci maddələrinin tələblərinə diqqət yetirilməsini ərizəçiyə izah etməyi zəruri hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar