Məhkəmə qərarları › İş №2(001)-6297/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6297/2023

20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6297/2023 20.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15805 (on beş min səkkiz yüz beş) Polşa Pul vahidində borc pulun, habelə dövlət rüsmu kimi ödənimiş 86 (səksən altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, Cavabdeh orta məktəbdən tanıyır. Belə ki, onlar "Dəyanət" litseyində, bir sinifdə oxumuşlar. Sinif yoldaşı kimi normal münasibətləri olmuşdur. Hazırda, o Polşada, cavabdeh isə Türkiyə Respublikasında yaşayır. Xaricdə yaşadıqları dövrdə bir biri ilə sosial şəbəkələr vasitəsilə əlaqə saxlamışlar. 2021-ci ilin yayında, o, Poşlada olmuşdur. Həmin ilin iyun ayının 30-da Cavabdeh instaqram sosial şəbəkə vasitəsi ilə onunla yazışaraq mənzil problemi ilə bağlı təcili qaydada kirayə mənzil axtarıb köçmək lazım olduğu səbəbindən 1.500 avro pula ehtiyacı yarandığını və ona güvəndiyini bildirmişdir. Həmin dövrdə onun maddi imkanı çox yaxşı olmasa da, cavabdehə olan münasibətini nəzərə alıb ona borc vermək qərarına gəlmişdir. 400 avro dərhal, lazım olan pulun digər hissəsini də yaxın tanışlarından götürüb ona göndərə biləcəyini Cavabdeh bildirmişdir. Cavabdeh 1.500 avro göndərəcəyi təqdirdə problemlərini həll edə və aldığı borc pulu 2 aydan sonra, yəni 2021-ci ilin sentyabr ayında qaytaracağnı vəd etmişdir. Odur ki, cavabdeh özünə məxsus TR86 0011 1000 0000 0095 1391 79 avro bank kartını ona göndərmişdir. Həmin vaxt o, cavabdehə bildirmişdir ki, tez bir zamanda borcu qaytarmağa lüzüm yoxdur, imkan olduğu zaman qaytara bilər. Həmin vaxt yaşadığı X2 pul köçürməkdə - transfer problemləri yaranırdı, odur ki, cavabdehin göndərdiyi avro kart hesabına pul köçürə bilməmişdir. Daha sonra o, maraqlanıb öyrənmişdir ki, "Paysend" beynəlxalq pul köçürmə yolu ilə Polşadan Türkiyə Respublikasına pul köçürmək mümkündür və bu barədə cavabdehə bildirmişdir. Cavabdeh Türkiyədə də qeyd etdiyi beynəlxalq pul köçürməsinin mövcud olduğunu bildirmiş və ona başqa bir kart göndərmişdir. Kartın üzərində "Nargiz Azimli" sözləri yazılmışdır, 11.2025-ci ilədək aktiv olması və kartdakı TL hesabının nömrəsi 5351 7753 6396 5329, kartın nömrəsi isə TR91 0011 1000 0000 0005 1131 90, Türkiyə Respublikasında işlənən kart olması açıq görünürdü. Cavabdeh ona göndərdiyi TR91 0011 1000 0000 0005 1131 90 nömrəli kartına, 5351 7753 6396 5329 nömrəli Türkiyə lirəsi hesabına xx.xx.2021-ci ildə, pul göndərməyə cəhd etmiş, lakin sutkalıq limit olduğundan o cavabdehə 1 500 Polşa pul vahidi (3.349 TL) göndərə bilmiş və onlar razılaşmışlar ki, pul cavabdehə çatandan sonra təkrar olaraq 1.500 Polşa pul vahidi məbləğdə pulu ona eyni qaydada göndərsin. Odur ki, ikinci dəfə o cavabdehə 1.500 Polşa pul vahidi (3.347 TL) məbləğdə pulu xx.xx.2021-ci il tarixdə göndərmişdir. Beləliklə, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə "Paysend" beynəlxalq pul köçürmə yolu ilə, hər dəfə 1,500 olmaqla, cəmi 3.000 Polşa pul vahidi məbləğində borc pulu Cavabdeh göndərmişdir. Göndərdiyi Polşa pul vahidi həmin günlərdə olan bank məzənnəsi ilə 6.696 TL (3.349 + 5.347) bərabər idi. "Paysend" beynəlxalq pul köçürmələrində limit var idi, odur ki, o, cavabdehə göndərəcəyi borc pulun qalan hissəsini "Western Union" vasitəsi ilə köçürməyi qərara almış və 3-cü dəfə 1.500 Polşa pul vahidini (3.388 TL) xx.xx.2021-ci il tarixdə "Western Union" pul köçürmələri yolu ilə ona göndərmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ondan yenidən borc pul istəmişdir. O, maddi imkanlarını və Cavabdeh olan münasibəti nəzərə alıb xx.xx.2021-ci il tarixdə ona "Western Union" vasitəsi ilə 6.880 Polşa pul vahidi (15.043 TL) borc pul göndərmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə eyni qaydada "Western Union" ilə Cavabdeh 2.315 Polşa pul vahidi (5.005 TL) borc göndərmişdir. Cavabdehə sonuncu dəfə borc pul verməyi xx.xx.2021-ci il tarixə təsadüf edir. Həmin vaxt o, "Western Union" vasitəsi ilə Cavabdeh 2.110 Polşa pul vahidi (5.015 TL) borc pul göndərmişdir. Beləliklə, 2 dəfə "Paysend", 4 dəfə "Western Union" beynəlxalq pul köçürmələri yolu ilə cəmi 15.805 (1.500+1.500+1.500+6.880+2.315+2.110) Polşa pul vahidi məbləğində (35.147 TL) (3.349+3.347+3.388+15.043+5.005+ 5.015) Cavabdeh borc pul göndərmişdir. Cavabdeh Polşa pul vahidi olan zlot ilə borc verdiyindən və hazırda ABŞ dollarının məzənnəsini nəzərə alaraq 15.805 Polşa pul vahidi 3.821 ABŞ dolarına bərabər olur. 1 ABŞ dollarının hazırda 1.70 Azərbaycan manatı olmasını nəzərə alsalar, o zaman Cavabdeh ona olan borcu 6.500 manat təşkil edir. Cavabdeh verdiyi borc pulun konkret nə zaman qaytarılması ilə bağlı ona konkret vaxt deməmiş, lakin cavabdeh özü aldığı pulu qısa zamada qaytaracağını dəfələrlə bildirmişdir. 2022-ci ilin əvvəllərində cavabdeh ona bildirmişdir ki, kart hesabı bloka düşüb. Düzdür, həmin vaxt o, cavabdehdən borcunu tələb etmirdi. Lakin, 2022-ci ilin yay aylarında ona təcili pul lazım olduğundan cavabdehə müraciət edib ona verdiyi 6.500 manat məbləğində pulunu tələb etmişdir. Cavabdeh kart hesabının bağlı olmasını bildirərək qısa zamanda məsələni həll edəcəyini demişdir. Lakin uzun müddət ərzində Cavabdeh borcunu qaytarmamışdır. Məhkəməyə müraciət edəcəyini diqqətinə çatdırsa da, nəticə olmamış, hər dəfə bir bəhanə gətirmişdir. Son dövrdə cavabdeh telefon zənglərinə ümumiyyətlə cavab vermir, onunla ünsiyyətdən yayınır. 2023-cü ilin yanvar ayında Bakı şəhərində olan zaman cavabdehin atası Novruz Əzimova müraciət etmişdir. Atası qızının borcunu 3-4 ay ərzində ödəcəyini bildirib, məhkəməyə müraciət etməməyini xahiş etmişdir. Lakin, qeyd edilən vaxt ərzində və həmin vaxtdan sonra da, nə cavabdeh, nə də atası N.Əzimov 6.500 manat məbləğində borcunu qaytarmamışlar. Yaranmış vəziyyət Cavabdeh 6.500 manat məbləğində borc pulun məhkəmə qaydasında tələb olunmasını zəruri etmişdir. İddia tələbini sübuta yetirmək üçün onunla Cavabdeh arasında mobil telefon və sosial şəbəkələr vasitəsi ilə aparılmış yazışmaları, habelə bank köçürmələrini məhkəməyə təqdim etmişdir. İddia əriəsinə əlavə edilmiş yazışmalardan cavabdehin ondan borc pul istəməsi, qısa müddətdə qaytarılmasına dair məlumatlar var. Həmçinin, ərizəyə əlavə edilmiş bank köçürmləri ilə müəyyən olunur ki, onun tərəfindən cavabdehə bank vasitəsi ilə 6 dəfə pul köçürülmüşdür. Məlumat üçün qeyd olunmalıdır ki, cavabdeh Türkiyə Respublikasında, o isə Polada yaşdığından, onunla aparılan danışıqlar instaqram sosial şəbəkəsi vasitəsi ilə olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ilə İddiaçı arasında instagram sosial şəbəkəsində aparılmış yazışmalardan görünür ki: Nargiz:Burada bizim pulumuzun dəyəri yoxdu deyə mümkündüsə borc istəyəcəm səndən. Evdən köçməliyəm+iş yerim dəyişir+əvvəldən planlanan pulunu verdiyim tətil də var, heç cürə bu köçmək+iş xərclərini düz qoş eliyə bilmirəm, unexpected oldu deyə. Bizimkilərin özünə xeyiri yoxdu hamısı TL-ylə maaş alır, dedim səndə alınırsa sənə deyim. Oruc: Bu dəqiqə 400 avro civarlarında ata bilərəm. Yarıyır?Amma nətər transfer edəcək bilmirəm, məndə polyak bankıdı amma visadı hər halda problem olmaz. Yolla İBAN-ını Nargiz: Mənə 1500 lazımdı, amma 400-də ok-di, depozitimi də geri alacam onsuz, +1-2 pul geri almalı olduğu yer var, onlardan da gələ bilər. Amma onlardan gəlməsə mən sənə sentyabrda geri göndərə bilərəm onu deyim. TR86 0011.................. Euro hesabıdı bu. Oruc: Narahat olma 400-ə görə, nə vaxt imkan olsa qaytararsan.Amma çox təcili 1500 avro lazımdırsa bizim uşaqlardan soruşa bilərəm yaxın olanlardan. Polyak hesabından trasfer edə bilmədim, dostumun revolut hesabı olmalıdı ondan soruşacam. Səndə var revolut? Nərgiz: Nope. Onu da sentyabrda qaytara bilərəm amma. Yəni almalı olduğum pulu almasam, ki bu nisyə söhbətdi. ən tez sentyabr maaşıyla. Əgər elə olsa lap bomba olar, heç stressə girmərəm. Birdə kart nömrəmi verim istəyirsənsə bir də oradan yoxla. Oruc: Beybi paysend deyirlər beynəlxalq transferlər üçün, bilmirsən? Ya işlətməmisən? Nargiz: Yox mən ancaq western union işlətmişəm Bakıya pul köçürmək üçün. Amma paysend-ə baxdım card to card imiş və Türkiyə banklarında keçirmiş. Bomba imiş e. Elə bu cür də dala göndərərəm: dd ancaq recpients card number+name surname lazımdı. Və deyəsən həmin gündə keçir hesaba. Nərgiz tərfindən kartın şəkili göndərilir. Nargiz: 5351............. Oruc: Birbaşa 6700 yollamağa çalışdım limit var dedi mən də dedim yarı-yarı atım. O da 1-ci transferred yazdı da 2-ci failed oldu. Nargiz: Gəlibmiş balım. 3347. Oruc: Tamamdır beyb, hər halda limit günlükdür, sabah yenə təzədən yoxlayaram bu saatlarda axırıncı 3347 üçün :D Nargiz: shgsghjdsgh konkret bizlə məzələndilər də :D. İndi mən də dala göndərəndə belə 3 yerə bölüb göndərməli olacam görəsən? :D Oruc: Ahahaha probably :D Yaxşıdı da nə vaxt imkan olar göndərərsən, bu öz pulumdu heç kimdən almadım. Nargiz: Olsun, yenə də mən planlayım özümə görə. Oruc: Hə 1 il ərzində sadəcə 4000 PLN transfer edə bilərəmmiş. 3000 yollamışam 1000 daha ata bilərəm. Dayan ya da 1000 PLN atım burdan qalan 500 PLN-də westerndən baxaram. Btw western union online olur da hə? Yoxsa ofislərinə getməliyəm? Nargiz: Online olur. İndi mənə nə gəldi tl-lə təxmini? Baxa da bilmirəm. Oruc: Yollayammadım, bir dəq təzədən atıram. Nargiz: He vse okay çatdı mənə. Qalanı online western uniondan göndərmək olur. Oruc: Nətər çatdı?Yazdı axı getmədi deyə. 2 dəfə yoxladım 2sində də error verdi beybi :(. 2000 plni blok eliyiblər əclaflar indi. Beybi İBAN yolla da. Westerndən göndərim. Nargiz: İBANla olur Western? Oruc: Rədd olsun bu paysend. Səndə olmur. Nargiz: TR86 0011................ Oruc: Orda seçmək olur da. Nargiz: Euro hesabıdı. Mən Bakıya göndərmişəm ancaq. Onda da İBAN istəmir. Oruc:Receiver cash mi çəkəcək yoxsa cardla mı. Nargiz: Bir dəq. Gözlə tl göndərim. Oruc: Mən card seçdim. Nargiz: Tl. İbanı Oruc: Sənin adresi filan da istəyir. E mail filan ahahah :D Nargiz: mailto:nargizazimli@gmail.comElektron ünvan Kentplus B1 Dairə 168, Başıbüyük, Maltepe/İSTANBUL. Tl ibanı da atıram iki dəqiqəyə. Tapım kompyuterdən :D TR91 0011 ................. Telefon nömrəsi də 534 430 67 57 O birini yazsan yenə keçməyəcək.Oldu? Oruc: Oldu sonunda Bezdik eee bu nəymiş. (Oruc ödəniş qəbzini göndərir) Oruc: 2 business days ərzində keçməlidi. Nargiz: btw ev məsələsində baxım əgər lazım olsa duruma görə səndən yenə pul istəyə bilərəm, lazı olsa və səndə də alınırsa təbii ki. Avqust, sentyabr maaşlarımı sənə bağlayacam :DDD xx/xx/2021 Oruc: Ahahah yaxşı beyb ayın axırı hər halda yollaya bilərəm deyə düşünürəm. Gəldi mi western unionla yolladığımız? Nargiz: Yess o gəldi daje deyəsən eyni gündə gəldi. Atdım onu da qırağa. Valla ayın axırına kimi gözləyə bilməyəcəm amma (sənə atdığım evə bir də başqa biri var bu gün ona da baxacam. Ok olsa indidən pullarını verib 1 həftəyə zada köçəcəm. Normalda bəs eləyir göndərdiyin prosta bu evlərdə xolodilnik və paltaryuyan yoxdu o ikisini də almalıyam. Mənim evimdə hamısı varıydı bəyaz əşya zad. Ona görə o vaxt almamışdım. xx/xx/2021 Oruc: Beyb. Pul keçdi hesabıma. İndi kompu açıram. Ordasan? Açdım kompu. Axırı 3190-dı hə? Nargiz: Yessş Qoy bir də baxımş Dəqiq olsun. TR91...............3190 Oruc: Beyb 15042 try yolluyuram. Nargiz: Tamam balım. Görək mənə nə vaxt keçəcək. Keçən dəfə 10 dəq zad çəkməmişdi. Oruc: Nəysə beybi mən işə geri dönməliyəm. Nargiz: Tamam xəbər eliyərsən yenə aaa. Arada+ Oruc: Tamam. Nargiz: Hələ də çıxmadı səndən btw?. Oruc: Yep hələ mənim hesabdadı.Beyb indicə çıxdılar məndən pulu. Confırmation atdılar. Nargiz: Mənə də notification gəldi saniyəsində keçdi. Oruc: Yaxşı da nə bomba. Xoş günlərdə xərclə ürəyim xeyrini gör. Nargiz: Sağol balım. Oruc: Alınır. Sən hara atmaq lazımdı onu yaz. Nargiz: Bir dəqiqə. Oruc: Keçən səfərki hesaba? Birazdan dəqiqləşdirib yazacam. Nargiz: TR86........... Euro hesabıdı bu elə. Bu da TL hesabı elə keçən dəfəki. TR91............ Oruc: Western uniondan atacam keçən səfərki kimi. Nargiz: TR91............ Tamam onda elə bu hesab ok-di. Oruc: Yolladım beyb. Bax gör gəldi? Nargiz: Bir dəq baxım. No hələ gəlməyib. Saat 5-i keçdi bəlkə də sabah səhər gələr. Oruc: TRY hesabına yolladım. Keçən dəfəki kimi hazır dururdu history-də dedim elə yolluyum getsin burdan :D. Məndən çıxıbdı pulu. Yəqin sabah gələr onda. Nargiz: Türkiyənin Bank sisteminin zibilidi də bu:D xx/xx/2021 Nargiz: Keçib balım. Öpürəm gözlərindən. Oruc: Bəs bu hesabını bloklamayıblar? Təzədən ora yollasam yenə çəkəmiyyəsən axı. Nargiz: Eur usdsi blokdadı. TL hesabı yox. Tlsinin ibanıdı bu. Amma ki gələn pulu da xaricdən gəlsə belə tl gəlir də bloklamazalar məncə. Oruc: Yolladım beyb. 5000 try. Nargiz: Sağol balım. Oruc:450 avro Nargiz: Baxım keçəndə xəbər eliyəcəm.Dediyin şübhəyə düşürdü məni bi nebze :DD xx/xx/2021. Oruc: Confirmation emaili gəldi. Nargiz: Keçib mənə də.İndi gördüm. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 1500 PLN cavabdeh X1 hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 1500 PLN cavabdeh X1 hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 1500 PLN cavabdeh Western Union vasitəsilə Nargiz Azimlinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 6880 PLN cavabdeh Western Union vasitəsilə Nargiz Azimlinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 2315 PLN cavabdeh Western Union vasitəsilə Nargiz Azimlinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 2110 PLN cavabdeh Western Union vasitəsilə Nargiz Azimlinin hesabına köçürülmüşdür. 27 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə 1500 PLN, xx.xx.2021-ci il tarixində 1500 PLN, xx.xx.2021-ci il tarixində 1500 PLN, xx.xx.2021-ci il tarixində 6880 PLN, xx.xx.2021ci il tarixində 2315 PLN, xx.xx.2021-ci il tarixində 2110 PLN olmaqla, ümumilikdə 15805 PLN məbləğində borc pul vermiş və cavabdeh həmin pulu 2 ay müddətində qaytarmağı öhdəsinə götürmüş olsa da, həmin pulu vaxtında iddiaçıya qaytarmamışdır. Qeyd edilən hallar iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzləri, eyni zamanda tərəflər arasında olan instagram hesabındakı yazışmalar ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş 86 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 15805 (on beş min səkkiz yüz beş) Polşa Pul vahidi (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 86 (səksən altı) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar