Məhkəmə qərarları › İş №2(001)-63/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-63/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-63/2023 12.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 60\30 saylı evin 29 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair ilkin iddia ərizəsi, İddiaçı Cavabdeh2 Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 60\30 saylı evin 29 saylı mənzilinə istifadə və yaşamaq hüququnun itirilməsinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 60\30 saylı evin 29 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair ilk iddia ərizəs məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 60\30 saylı evin 29 saylı mənzilinə istifadə və yaşamaq hüququnun itirilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında olan mübahisənin məhkəmədən kənar öz həllini tapdığı üçün ilkin iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəflər arasında olan mübahisənin məhkəmədən kənar öz həllini tapdığı üçün qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə mülki işin sənədlərini araşdırıb, iddiaçıların iddia tələblərinə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini, cavabdehlərin məhkəmə iclasına gəlməmklə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini nəzərə alıb hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 60\30 saylı evin 29 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair ilkin iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 60\30 saylı evin 29 saylı mənzilinə istifadə və yaşamaq hüququnun itirilməsinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar