Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8/2022 14.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı "X22 Azərbaycan" QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 MMC (hal-hazırda adı"xxxx") və Cavabdeh2 MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə İddiaçı "X22 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh1 MMC (hal-hazırda adı"xxxx") -yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə" iddia ərizəsi üzrə mülki işə Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "X22 Azərbaycan" QSC cavabdehlər Cavabdeh1 MMC (hal-hazırda adı"xxxx")-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "X22 Azərbaycan" QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəflər arasında razılıq əldə olunduğunu bildirdilər və buna görə də, barışıq sazişinin təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh1 MMC (hal-hazırda adı"xxxx") və Cavabdeh2 MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 tərəflər arasında razılıq əldə olunduğunu bildirdilər və buna görə də, barışıq sazişinin təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilmiş digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfləri və onların nümayəndə və vəkilinin çıxışlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 06 dekabr 2021-ci il tarixli barışıq sazişinə əsasən məlum olur ki, İddiaçı "X22 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh1 MMC (halhazırda adı"xxxx") -yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə" iddia ərizəsi üzrə tərəflər barışıq sazişi əsasında mübahisənin həll edilməsinə dair razılığa gəlmişdirlər. Tərəflər MPM-nin 262.4-cü maddəsində göstərilən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsindən xəbərdar edilmişdirlər. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə hesab edir ki, MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişini imzalamaqla razılığa gəldiklərini ifadə etdiklərindən, barışıq sazişi təsdiq edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "X22 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh1 MMC (hal-hazırda adı"xxxx") -yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə" iddia ərizəsi üzrə tərəflərin imzaladığı 06.12.2021-ci il tarixli barışıq sazişi təsdiq olunsun. X20 bir tərəfdən “X22 Azərbaycan” QSC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nümayəndə şəxsində (ş.v. AZE №0*******, Bakı şəhəri, Yasamal RPİ tərəfindən 14.04.2021-ci ildə verilib), digər tərəfdən "xxxx" MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi şəxsində X3 (ş.v. AZE №15485619, ASAN5 tərəfindən 06.12.2015-ci ildə verilib) , Cavabdeh2 MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi şəxsində X12 (ş.v. AZE №14977000, ASAN3 tərəfindən 14.10.2014-cü ildə verilib), Cavabdeh4 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1 (ş.v. AA0306145, FİN 5RPE275), Vahabov Azər Vəkil oğlu (ş.v. AZE №14202707, Cəlilabad RPŞ tərəfindən 20.12.2013-cü ildə verilib), Cavabdeh5 (ş.v. AA0049208, FİN xxxxxxx) və X2 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X6 (ş.v. AZE №14866169, ASAN1 tərəfindən 18.04.2014-cu ildə verilib) Nəzərə alaraq ki: - Cavabdeh1 MMC (VÖEN: **********) "xxxx" MMC-yə (VÖEN: **********) qoşulmuşdur və qoşulma nəticəsində Cavabdeh1 MMC-nin bütün hüquq və vəzifələri qoşulmanın dövlət qeydiyyatına alındığı tarixdən, yəni, 21.01.2019-cu il tarixdən "xxxx" MMC-yə keçmişdir; - “X22 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 20 avqust 2014-cü il tarixində 001 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Müvafiq Kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh1 MMC-yə 72 ay (yetmiş iki ay) müddətinə 2.087.400 (iki milyon səksən yeddi min dörd yüz) manat məbləğində kredit xətti ayrılmışdır. - Həmin Kredit Müqaviləsinə dair «X22 Azərbaycan» QSC ilə Cavabdeh1 MMC arasında aşağıdakı kredit sazişləri (bundan sonra “Kredit sazişləri”) bağlanmışdır: 07 sentyabr 2015-ci il tarixdə 7 № li Kredit sazişi - 12 (on iki) ay müddətinə kreditdən istifadəyə görə (07.09.2015-ci tarixindən 31.12.2015-cı il tarixinədək) illik 12% (on iki faiz), (01.01.2016-cı tarixindən 07.09.2016-cı il tarixinədək) illik 15.04% (on beş tam yüzdə dörd faiz) olmaqla 500 000 (beş yüz min) manat məbləğində kredit verilmişdir; 17 sentyabr 2015-ci il tarixdə 8 № li Kredit sazişi - 12 (on iki) ay müddətinə kreditdən istifadəyə görə (17.09.2015-ci tarixindən 31.12.2015-cı il tarixinədək) illik 12% (on iki faiz), (01.01.2016-cı tarixindən 16.09.2016-cı il tarixinədək) illik 15.04% (on beş tam yüzdə dörd faiz) olmaqla 400 000 (dörd yüz min) manat məbləğində kredit verilmişdir; 23 sentyabr 2015-ci il tarixdə 9 № li Kredit sazişi - 12 (on iki) ay müddətinə kreditdən istifadəyə görə (23.09.2015-ci tarixindən 31.12.2015-cı il tarixinədək) illik 12% (on iki faiz), (01.01.2016-cı tarixindən 23.09.2016-cı il tarixinədək) illik 15.04% (on beş tam yüzdə dörd faiz) olmaqla 300 000 (üç yüz min) manat məbləğində kredit verilmişdir; 28 sentyabr 2015-ci il tarixdə 10 № li Kredit sazişi - 12 (on iki) ay müddətinə kreditdən istifadəyə görə (28.09.2015-ci tarixindən 31.12.2015-cı il tarixinədək) illik 12% (on iki faiz), (01.01.2016-cı tarixindən 28.09.2016-cı il tarixinədək) illik 15.04% (on beş tam yüzdə dörd faiz) olmaqla 300 000 (üç yüz min) manat məbləğində kredit verilmişdir; 08 dekabr 2015-ci il tarixdə 11 № li Kredit sazişi - 29 avqust 2016-cı il tarixinə qədər kreditdən istifadəyə görə (08.12.2015-ci tarixindən 31.12.2015-cı il tarixinədək) illik 12% (on iki faiz), (01.01.2016-cı tarixindən 29.08.2016-cı il tarixinədək) illik 15% (on beş faiz) olmaqla 587 000 (beş yüz səksən yeddi min) manat məbləğində kredit verilmişdir; - Cavabdeh1 MMC tərəfindən yuxarıda sadalanan kredit müqaviləsi və kredit sazişləri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün həmin müqavilələr üzrə borclu qismində çıxış edən Cavabdeh1 MMC-yə, zamin qismində çıxış edən "xxxx" MMC-yə, Cavabdeh4, Cavabdeh3 və ipoteka qoyanlar qismində çıxış edən X4 və Cavabdeh5 qarşı "kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə" iddia ərizəsi ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinə müraciət edərək, 1987000 (bir milyon doqquz yüz səksən yeddi min) manat əsas kredit borcu, 711209.94 (yeddi yüz on bir min iki yüz doqquz manat 94 qəp.) manat faiz borcu, 806747.92 (səkkiz yüz altı min yeddi yüz qırx yeddi manat 92 qəp.) hər gecikdirilmiş günə görə cərimə borcu olmaqla, ümumilikdə 3504957.86 (üç milyon beş yüz dörd min doqquz yüz əlli yeddi manat 86 qəp.) manatın tutulmasına dair iddia qaldırılmışdır; - Tərəflər mübahisənin Barışıq Sazişi bağlamaq yolu ilə həll edilməsini və mübahisə üzrə mülki işin icraatına xitam verilməsini arzu edir. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər, aşağıdakı şərtlərlə hazırkı Barışıq Sazişini imzalayırlar.
1. “X22 Azərbaycan” QSC və "xxxx" MMC razılığa gəlirlər ki, 20 avqust 2014-cü il tarixli 001 №-li Kredit müqaviləsi və həmin kredit müqaviləsinə dair kredit sazişləri üzrə yaranmış əsas kredit borcu, faiz borcu və cərimə borclarının ödənilməsi öhdəliyi X20nin 2,3,4,5 və 6-cı bəndlərində göstərilən ipoteka və zaminlik təminatlarının verilməsi şərti ilə, hazırkı Barışıq sazişi ilə bütövlükdə 1.794.836 (bir milyon yeddi yüz doxsan dörd min səkkiz yüz otuz altı) manat müəyyən edilir və aşağıdakı qrafik üzrə "xxxx" MMC tərəfindən ödənilir: Digər (poçt xərci, Toplam Borc Faiz Cərimə dövlət Ödəmə Ay X18 X21 qaliği Ödənişi ödənişi rüsumu, tarixi bildiriş xərci) 1 AZN AZN 0.00 AZN 0.00 AZN AZN 0.00 AZN 50,000 25- 1,794,836.00 50,000.00 Dec-21 AZN AZN 25-Jan- 2 1,744,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 22 AZN AZN 25- 3 1,694,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Feb-22 AZN AZN 25- 4 1,644,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Mar-22 AZN AZN 25-Apr- 5 1,594,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 22 AZN AZN 25- 6 1,544,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 May-22 AZN AZN 25-Jun- 7 1,494,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 22 AZN AZN 25-Jul- 8 1,444,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 22 AZN AZN 25- 9 1,394,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Aug-22 AZN AZN 25- 10 1,344,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Sep-22 AZN AZN 25-Oct- 11 1,294,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 22 AZN AZN 25- 12 1,244,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Nov-22 AZN AZN 25- 13 1,194,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Dec-22 AZN AZN 25-Jan- 14 1,144,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 23 AZN AZN 25- 15 1,094,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Feb-23 AZN AZN 25- 16 1,044,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Mar-23 AZN 25-Apr- 17 AZN 994,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 23 AZN 25- 18 AZN 944,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 May-23 AZN 25-Jun- 19 AZN 894,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 23 AZN 25-Jul- 20 AZN 844,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 23 AZN 25- 21 AZN 794,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Aug-23 AZN 25- 22 AZN 744,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Sep-23 AZN 25-Oct- 23 AZN 694,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 23 AZN 25- 24 AZN 644,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Nov-23 AZN 25- 25 AZN 594,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Dec-23 AZN 25-Jan- 26 AZN 544,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 24 AZN 25- 27 AZN 494,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Feb-24 AZN 25- 28 AZN 444,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Mar-24 AZN 25-Apr- 29 AZN 394,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 24 AZN 25- 30 AZN 344,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 May-24 AZN 25-Jun- 31 AZN 294,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 24 AZN 25-Jul- 32 AZN 244,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 24 33 AZN 194,836.00 AZN 0.00 AZN 0.00 AZN AZN 0.00 AZN 50,000 25- 50,000.00 Aug-24 AZN 25- 34 AZN 144,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 Sep-24 AZN 25-Oct- 35 AZN 94,836.00 AZN 0.00 AZN 0.00 50,000.00 AZN 0.00 AZN 50,000 24 AZN 25- 36 AZN 44,836.00 AZN 0.00 AZN 0.00 44,836.00 AZN 0.00 AZN 44,836 Nov-24 AZN AZN AZN CƏMİ : AZN 0.00 0.00 1,794,836.00 AZN 0.00 1,794,836.00
2. X10 1-ci bəndində göstərilən öhdəliklərin "xxxx" MMC tərəfindən vaxtında və lazımi qaydada yerinə yetirilməsinin təminatı kimi X7 mülkiyyətində olan likvid dəyəri 1.600.000 (bir milyon altı yüz min) manat təşkil edən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185.9 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsini və həmin ünvanında yerləşən likvid dəyəri 560.000 (beş yüz altmış min) manat təşkil edən ümumi sahəsi 220.30 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini (zirzəmini) «X22 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edir.
3. X10 1-ci bəndində göstərilən öhdəliklərin "xxxx" MMC tərəfindən vaxtında və lazımi qaydada yerinə yetirilməsinin təminatı kimi Cavabdeh5 mülkiyyətində olan likvid dəyəri 2.000.000 (iki milyon) manat təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr-ti, 37A ünvanında yerləşən ümumi sahəsi 644.30 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsini «X22 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edir.
4. X10 1-ci bəndində göstərilən öhdəliklərin "xxxx" MMC tərəfindən vaxtında və lazımi qaydada yerinə yetirilməsinin təminatı kimi Cavabdeh4 zamin durur və həmin öhdəliklərin icrası üçün «X22 Azərbaycan» QSC qarşısında birgə məsuliyyət daşıyacağını öz üzərinə götürür.
5. X10 1-ci bəndində göstərilən öhdəliklərin "xxxx" MMC tərəfindən vaxtında və lazımi qaydada yerinə yetirilməsinin təminatı kimi Cavabdeh2 MMC zamin durur və həmin öhdəliklərin icrası üçün «X22 Azərbaycan» QSC qarşısında birgə məsuliyyət daşıyacağını öz üzərinə götürür.
6. X10 1-ci bəndində göstərilən öhdəliklərin "xxxx" MMC tərəfindən vaxtında və lazımi qaydada yerinə yetirilməsinin təminatı kimi "xxxx" MMC-də 90.9 % təsisçi payına malik olan Vahabov Azər Vəkil oğlu zamin durur və həmin öhdəliklərin icrası üçün «X22 Azərbaycan» QSC qarşısında birgə məsuliyyət daşıyacağını öz üzərinə götürür.
7. «X22 Azərbaycan» QSC öhdəsinə götürür ki, X10 1-ci bəndində müəyyən edilən 1 794 836,00 manat borc məbləği 900000 (doqquz yüz min) manata qədər azaldığı təqdirdə öz seçiminə görə: - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185.9 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin və həmin ünvanında yerləşən ümumi sahəsi 220.30 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin (zirzəminin) və ya - Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr-ti, 37A ünvanında yerləşən ümumi sahəsi 644.30 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə müvafiq ərizə təqdim edəcəkdir.
8. Tərəflərə məlumdur ki, X10 1,2,3,4,5 və 6-cı bəndlərində müəyyən edilən öhdəliklərin birinin və/ və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.
9. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər və barışığın hüquqi nəticələri onlara tam aydındır.
10. X20 imzalandığı andan qüvvəyə minir.
11. X20 eyni hüquqi qüvvəyə malik olan tərəflərin sayına uyğun nüsxədə tərtib edilir, müvafiq olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsində, iddiaçı və cavabdehlərdə saxlanılır.
12. Bu sazişlə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir. Barışıq sazişi təsdiq edildiyindən, 2(001)-8/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsinə şikayət verə bilər.
Sədrlik edən Hakim:Abbas Rzayev