Məhkəmə qərarları › İş №2(002)-1291/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1291/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1291/2021 06.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 04.02.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********76748 olan Samsung Galaxy J8 markalı telefon üçün 55 (əlli beş) manat ödənilməmiş hissə, 5(beş) manat cərimə, 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********41663 və **********82792 olan 2 ədəd Xiaomi Redmi 7 markalı telefon, 2 ədəd X1 üçün 184(yüz səksən dörd) manat ödənilməmiş hissə, 18(on səkkiz) manat cərimə olan, ümumilikdə 262 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 282 manat Cavabdeh alınaraq «xxxx»Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 04.02.2019-cu il və 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76748 olan Samsung Galaxy J8 markalı telefon, İMEİ kodu **********41663 və **********82792 olan 2 ədəd Xiaomi Red m i 7 markalı telefon, 2 ədəd Power Bank almış və nəticədə 262 (iki yüz altmış iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.02.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 732 (yeddi yüz otuz iki) manat (12 ay x 61 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********76748 olan Samsung Galaxy J8 markalı telefon üçün ümumilikdə, 60 (altmış) manat olmaqla ondan, 55 (əlli beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5 (beş) manat cərimə 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 824 (səkkiz yüz iyirmi dörd) manat (6 ay x 100 manat + 224 manat ilkin ödəniş) İMEİ kodu **********41663 və **********82792 olan 2 ədəd Xiaomi Redmi 7 markalı telefon, 2 ədəd Power Bank üçün ümumilikdə, 202 (iki yüz iki) manat olmaqla ondan, 184 (yüz səksən dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1317 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 04.02.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh oğlu (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 732 (yeddi yüz otuz iki) manat olan İMEİ kodu **********76748 olan Samsung Galaxy J8 markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarına əlavə olunmuş 19.10.2019-cu -il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh oğlu (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti qiyməti 824 (səkkiz yüz iyirmi dörd) manat İMEİ kodu **********41663 və **********82792 olan 2 ədəd Xiaomi Redmi 7 markalı telefonu, 2 ədəd X1-ni alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 16 mart 2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh oğlunun 04.02.2019-cu il tarixli müqavilə üzrə əşyaya görə ümumilkdə 60 (altmış) manat olmaqla ondan, 55 (əlli beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5 (beş) manat cərimə borcu qalmışdır. İş materiallarına əlavə olunmuş 16 mart 2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh oğlunun 19.10.2019-cu il tarixli müqavilə üzrə əşyaya görə ümumilikdə, 202 (iki yüz iki) manat olmaqla ondan, 184 (yüz səksən dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18(on səkkiz) manat cərimə borcu qalmışdır. İş materiallarına əlavə olunmuş bildirişlərdən və əşyanın təhvil-təslim aktının surətlərindən görünür ki, Cavabdeh oğlu ona verilmiş malı tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş 04.02.2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, 17.12.2018--ci il tarixli müqavilə üzrə Cavabdeh oğlu iddiaçıya 12 ay müddətində aylıq 61 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19.10.2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, 25.06.2019-ci il tarixli müqavilə üzrə Cavabdeh oğlu iddiaçıya 06 ay müddətində aylıq 100 manat ödəməyi öhdəsinə götürmüşdür.İlkin ödəniş 224 manatdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, «xxxx» MMC pretenziya qaydasına riayət edərək, cavabdeh Cavabdeh oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh oğlu (alıcı) arasında malın nisyə satış müqaviləsi bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində İddiaçı MMC Cavabdeh oğlunın 04.02.2019-cu il tarixli müqavilə üzrə əşyaya görə ümumilkdə 60 (altmış) manat olmaqla ondan, 55 (əlli beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5 (beş) manat cərimə borcu, 19.10.2019-ci il tarixli müqavilə üzrə əşyaya görə ümumilikdə 202(iki yüz iki) manat olmaqla ondan, 184 (yüz səksən dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18(on səkkiz) manat cərimə borcu yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bildiriş və iddia ərizəsinin surəti qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən borca dair maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazimi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 04.02.2019-cu il tarixli müqavilə üzrə əşyaya görə ümumilkdə 60 (altmış) manat olmaqla ondan, 55 (əlli beş) manat əsas borc, güzəşt olunaraq 5 (beş) manat cərimə borcu, 19.10.2019-ci il tarixli müqavilə üzrə əşyaya görə ümumilikdə 202(iki yüz iki) manat olmaqla ondan, 184 (yüz səksən dörd) manat əsas borc, güzəşt olunaraq 18(on səkkiz) manat cərimə borcu və 20(iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 282(iki yüz səksən iki) manat cavabdeh Cavabdeh oğlundan alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 04.02.2019-cu il tarixli müqavilə üzrə 55 (əlli beş) manat əsas borc, güzəşt olunaraq 5 (beş) manat cərimə borcu, 19.10.2019-ci il tarixli müqavilə üzrə 184 (yüz səksən dörd) manat əsas borc, güzəşt olunaraq 18(on səkkiz) manat cərimə borcu və 20(iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 282(iki yüz səksən iki) manat cavabdeh Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar