Məhkəmə qərarları › İş №2(002)-16/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-16/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-16/2021 07.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 30.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3334,73 ABŞ dolları əsas borc, 1468,48 ABŞ dolları faiz borcu və 912,53 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 5715,74 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Daha sonra 18 oktyabr 2021-ci il tarixdə işin icraatı təzələnmişdir. Məhkəmə baxışı 07 dekabr 2021-ci il tarixə saat 15:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunauyğun qaydada məlumat verilmişdir. Həmin tarixdə Cavabdeh2 məhkəmə iclasına gəlsə də iddiaçı təşkilatın nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə də məhkəməyə heç bir vəsatətlər daxil olmamışdır. Cavabdeh2 isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə, iddiaçı təşkilatın nümayəndəsinin və digər cavabdehlərin məhkəmə iclasına gəlməməklə məhkəmə baxışının keçirilməsinə dair hər hansı bir vəsatətlərinin daxil olmamasını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələbindən aydın olur ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə hakim mülki işi baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar