Məhkəmə qərarları › İş №2(002)-17/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-17/2021

14.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-17/2021 14.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Müstəqil tələb irəli sürməyən şəxs X3 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-yə qarşı çıxarışın verilməsinə əsas olan sənədlərin və çıxarışın etibarsız hesab edilməsi, torpağa sahiblik və istifadə hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 14 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına Qaradağ rayon, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş 31.10.2013-cü il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsız hesab edilməsi və onun torpaq sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 18 iyul 2018-ci il tarixli qərardadı işin icraatı dayandırılmışdır. Məhkəmə tərəfindən mülki işin icraatı 27 sentyabr 2021-ci il tarixdə təzələnmişdir. Məhkəmə baxışı 14 oktyabr 2021-ci il tarixə saat 16:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunauyğun qaydada məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə də məhkəməyə heç bir vəsatətlər daxil olmamışdır. Məhkəmə, tərəflərin məhkəmə iclasına gəlməməklə məhkəmə baxışının keçirilməsinə dair hər hansı bir vəsatətinin daxil olmamasını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0, 259.0.6 və 259.0.7-ci maddələrinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-yə qarşı çıxarışın verilməsinə əsas olan sənədlərin və çıxarışın etibarsız hesab edilməsi, torpağa sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar