Məhkəmə qərarları › İş №2(002)-1890/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1890/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1890/2021 01.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, МÜƏYYƏN ЕТDİМ: İddiaçı ASC cavabdehlər Cavabdeh və Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddia ərizəsində cavabdehlərdən birinin adı düzgün göstərilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 24.06.2008-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə iddiaçı təşkilat ilə X1 arasında bağlanmışdır. İddia ərizəsində isə hər iki cavabdehin adı Cavabdeh kimi göstərilmişdir. Belə olan halda, ərizəni qəbul etməkdən imtina barədə qərardad qəbul edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında qanunamüvafiq qaydada tərtib edilmiş iddia ərizəsi ilə iddia vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 284-3.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə ümumi qaydada verilir. Həmin Məcəllənin 284-3.2.2-ci maddəsinə əsasən, ərizə ümumi qaydada verildikdə, iddiaçı və cavabdehin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284- 1 – 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsinin və ona əlavə edilən sənədlərin qəbul olunmasından imtina edilsin. İddiaçı ASC-yə izah edilsin ki, onun həmin tələb üzrə iddia icraatı qaydasında qanunamüvafiq qaydada tərtib edilmiş iddia ərizəsi vermək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar