Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-192/2021 19.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Əhmədov Araz Həmzə oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili və cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək, onun təsdiq olunmasını xahiş etdilər. Tərəflərin barışıq sazişi məhkəmə iclas protokoluna əlavə olunmaqla, məhkəmə tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanılmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilsin. Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilir:
1. X2 iddiaçı tərəf olaraq Cavabdeh ona 8000 (səkkiz min) manat pulu hər ay 200 (iki yüz) manat olmaqla, ödəməsinə razı olmaqla, pul tələbinə dair iddiasının qalan hissəsindən imtina edir.
2. Cavabdeh iddiaçı X1 8000 (səkkiz min) manat pulu hər ay 200 (iki yüz) manat olmaqla, ödəməyi öhdəsinə götürür. Barışıq sazişi 5 (beş) nüsxədən ibarət olaraq tərtib edilir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Hakim: Kamran Əsədov