Məhkəmə qərarları › İş №2(002)-2149/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2149/2020

22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2149/2020 22.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, tərcüməçi X11, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat kontoruna qarşı qohumluq faktının müəyyən olunması tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat kontoruna qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X1 qohumu (xalası) olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, 14B saylı evin 5 saylı mənzilinin mülkiyyətçisi onun xalası X3muşdur. Anasının və xalasının soyadları Çepışeva, ana nənəsi Çepışeva Yevdokiya, ana babası Çepışev Aleksey olmuş, ailə qurduqdan sonra xalasının soyadı Şevaldova, anasının soyadı isə atasının soyadı kimi Balaçenkova olmuşdur. Özünün qızlıq soyadı da Balaçenkova olmuş, ailə qurduqdan sonra isə Selixova olmuşdur. Xalasının heç kəsi olmamış, xalasına özü baxmışdır. Xalasının ölümündən sonra tək vərəsə özü qalmışdır. Miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı Notariat Kontoruna müraciət etmiş, lakin xalası ilə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Odur ki, məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat kontoru məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. Uşaqlıqdan ərizəçi ilə yaxın qonşuluq münasibətindədir. xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X5 ərizəçinin xalasıdır və son on üç ildə ərizəçinin yanında yaşamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur, 50-60 ildir ki, qonşudurlar. xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X5 ərizəçinin xalasıdır və son illərdə ərizəçi ilə birlikdə yaşamışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 003291 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 14a, 5 saylı mənzil X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan 341916 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1921-ci il tarixdə Rusiya Federasiyası, Ulyanovsk vilayətində anadan olmuşdur, atası Çepışev Aleksey, anası Çepışeva Yevdokiyadır. İş materiallarında olan İE seriyalı 155210 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X7 İ.İ.Şevaldov ilə xx.xx.1953-cü ildə ailə qurmuş, qadına Şevaldova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ No 101313 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 413 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 185155 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 1938-ci il tarixdə anadan olmuşdur, anası X4. İş materiallarında olan Ərizəçi məxsus AZ No 16404215 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə Rusiya Federasiyası, Ulyanov vilayətində anadan olmuşdur, ünvan 2 mənzil 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 156 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 209 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu küçəsində yerləşən 14 saylı binanın 6 nömrəli mənzilində yaşayır. Ərizəçi xalası X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və vəfat edənə qədər bacısı qızının himayəsində yaşamışdır. İş materiallarında olan X8 (AA 2139408), X6 (AA 17000321), X12 (AZE 14675069) tərəfindən təsdiq edilmiş aktdan görünür ki, X5 həqiqətən Qobustan qəsəbəsi, Torağay yolu, ev 14, 6 saylı mənzildə qeydiyyatda olan Ərizəçi qohumudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Beləliklə, iş üzrə sübutlara hüquqi qiymət verərək və sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlara əsasən ərizə təmin edilməli, xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X2 Ərizəçi xalası olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X2 Ərizəçi qohumu (xalası) olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar