Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2467/2021 03.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdeh1, 8 saylı Notariat kontoru qarşı miras əmlaka mülkiyyət hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin verilməsi və avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə dair verilmiş şəhadətnamənin ləgv edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, 8 saylı Notariat kontoru qarşı miras əmlaka mülkiyyət hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin verilməsi və avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə dair verilmiş şəhadətnamənin ləgv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 faktiki olaraq sahibliyində və istifadəsində olan, eyni zamanda 1994-cü il tarixdən birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakları və birgə nikah dövründə alınmış ümumi mülkiyyətlərində olan **-EU-*** dövlət qeydiyyat nişanlı, “ssanyong koranda” markalı minik avtomobili həyat yoldaşına aid hissədə İ növbə vərəsə kimi tamamilə qəbul etdiyi üçün onlara mülkiyyət hüququnun tanınması, buna uyğun olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi və **-EU-*** dövlət qeydiyyat nişanlı, “ssanyong koranda” markalı minik avtomobilə dair 07.10.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, 06.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və 05.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə dair 07.10.2020-ci il tarixdə verilmiş şəhadətnamənin, 06.03.2021-ci il tarixdə verilmiş şəhadətnamənin və 05.05.2021-ci il tarixdə verilmiş şəhatdətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddiaçının iddia tələblərindən biri miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə, digəri isə daşınar əşyaya (avtomobilə) dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilə dair verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi ələbinə aiddir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi iki iddia tələbinin predmetini vərəslik hüquq münasibətləri və müqavilədən irəli gələn hüquq münasibətləri ilə bağlı müxtəlif xarakterli mübahisə təşkil edir. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə iddia ərizəsi ilə bağlı tələblərə riayət olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, 8 saylı Notariat kontoru qarşı miras əmlaka mülkiyyət hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin verilməsi və avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə dair verilmiş şəhadətnamənin ləgv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2467/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2467/2021
03.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver